Məhkəmə qərarları › İş №1(099)-23/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-23/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-23/2023 15.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2000-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, İmişli şəhəri, Ş.Qurbanov küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək, daşıyıb yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 20 ünvanına gətirməklə orada saxlamış, 28 mart 2022-ci il tarixdə saat 12 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilərkən yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 1 (bir) ədəd siqaret qutusunun içərisində 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,606 qram, 0,262 qram, 0,300 qram, 0,310 qram, 0,283 qram, 0,289 qram və 0,296 qram, 1 (bir) ədəd siqaret qutusunun üzərindəki şəffaf sellofanın içərisində 1 (bir) ədəd 1 manatlıq pul əskinasının içərisində 0,071 qram və 1 (bir) ədəd kağız bükümdə 0,08 qram olmaqla, ümumilikdə 3,497 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,361 qram və 5,303 qram olmaqla, ümumilikdə 6,664 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamin, üzərində narkotik vasitə heroin izi olan iki yerə bölünmüş 1 manatlıq pul əskinası və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İmişli şəhəri, Ş.Qurbanov küçəsi ev 20 ünvanıda tək yaşamşdır. Bir il öncə anası vəfat etmiş, atası isə uzun illər bundan əvvəl vəfat etmişdir. Atasını görməmişdir. Təxminən bir ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroini çəkmə yolu ilə istifadə etmişdir. 25 mart 2022-ci il tarixdə, tanışı Cavidanla birlikdə Elvin adlı şəxsdən heroin və metamfetamin almışlar. Elvin həmin maddələri İmişli rayonu, Otuziki kəndi ərazisində dəmir lövhənin ayaq hissəsinə qoymuş, onlar da gedərək həmin maddələri götürmüşlər. Heroin 14 qram, metamfetamin isə 6 qram olmuşdur. 7 qram heroin və 3 qram metamfetamin onun payına düşmüş və həmin çəkidə maddələri özündə saxlayaraq evinə aparmışdır. Heroin 3 bükümdə olmuş, 1 bükümdə isə metamfetamin olmuşdur. Bir qədər özü istifadə etmiş, heç kimə satmamışdır. 28 mart 2022-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları onun yaşadığı evə daxil olmuş, çarpayımın altında gizlətdiyi narkotik vasitə olan heroin bükümlərini götürmüşlər. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, qeyd olunan maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmiş, elektron tərəzi olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o, göstərmişdir ki, “heroin və metamfetamini əldə etdikdən sonra, Cavidanla öz aralarında bölmüşlər. Heroin və metamfetaminin satışından sonra pulu Elvinin hesab kartına göndərməli olduğuna dair Cavidanla razılaşmışlar. Heroinin 1 qramını 20 manata, metamfetaminin 1 qramını isə 25 manata satacağmış. Heroindən 9 manat, metamfetamindən isə 10 manat gəlir əldə edəcəkmiş” sözlərini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “heroin və metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmiş, bukumlərin sayı 7 deyil, 4 olmuş, elektron tərəzi aşkar edilməmiş” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı X4 ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, evində saxlaması və satması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 28 mart 2022-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları və hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs evinə yaxınlaşaraq, sonuncunu çölə çağıraraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs evində, həyətyanı sahədə və həyətyanı sahədəki yarımtikiliyə baxış keçirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və razılıq barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman yataq otağında döşəyin altında 1 ədəd siqaret qutusunun içərsində 7 ədəd bükümlərdə, siqaret qutusunun üzərindən olan şəffaf sellofan torbaya keçirilmiş 1 manatlıq pul əkinasının içərsində narkotik vasitə olan heroinə bənzər kütlə, 2 ədəd bükümdə psixotrop maddə olan metafetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşları Şahid2, X3, Şahid5 eyni məzmunlu ifadələr verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qsimində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə saat təxminən 12 radələrində şəhər ərazisində, Ş.Qurbanov küçəsində hərəkətdə olan zaman, ərazidə bir qrup şəxslərin olmasını görüb, həmin olduğu yerə yaxınlaşmşdır. Bu zaman orada olan polis əməkdaşları Təqsirləndirilən şəxs evində axtarış keçiriləcəyini, həmin axtarışda hal şahidi kimi iştirak etməsini ondan xahiş etmişlər. Hal şahidi kimi iştirak etməyə razılaşmış, bundan sonra, onun, digər hal şahidi, polis əməkdaşları, Təqsirləndirilən şəxs və qeyrilərinin iştirakı ilə Təqsirləndirilən şəxs evində axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs yataq otağında döşəyin altında siqaret qutusunun içərisində 7 ədəd bükümlərdə, siqaret qutusunun üzərində 1 mantlıq pul əskinasının içərsində rəngli sellofanda spesifik iyə malik, narkotik vatisə olan heroinə bənzər maddə və 2 ədəd bükümlrədə psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Həmin narkotik və psixotrop kütlələr qaplaşdırılaraq götürülmüş, və bu barədə protokol tərtib olunmuşdur. Protokol onun, digər hal şahidinin və başqa iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, çıxıb getmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 mart 2022-ci il tarixli, 18/359 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yataq otağından açkar edilərək....” sözləri yazılmış kağız paketdə 01 ədəd siqaret qutusunun içərsində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 1,606 qram, 0,262 ram, 0,300 qram, 0,283 qram 0,289 qram, 0,296 qram ümumi çəkisi – 3,346 qram olan qəhvəyimtil rəngli maddə küstar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponentlərinə eyni tərkibli narkotik vasitə olan heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda tmiz çəksi – 1,361 qram, 5,303 qram bükümdə, ümumi çəkisi – 6,664 qram ağımtıl rəngli maddələr küstar üsulla hazırlanmış xarici əlamətlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd siqaret qutusunun üzərindəki şəffaf sellofanın içərsində 01 ədəd 1 manatlıq pul əskinasının içərsində təmiz çəkisi – 0,151 qram olan qəhvəyimtili rəngli maddələr küstar üsulla hazırlanmış xarici əlamətlərinə görə və kimyəvi komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd kağız bükümün üzərində üzərində heroinin izi vardır. 2 yerə bölünmüş 1 manatlıq pul əskinasının üzərində heroinin izi vardır. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izi vardır. Tədqiqata təqdim edilən 09 ədəd bükümdəki heroin eyni tərkiblidir. İz mikrohissəcikləri normal çəkil təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərin miqdarını və təqdim edilən maddələrlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonrakı qalış heroin 3,137 qram və metamfetamin psixotrop maddəsi 6,564 qram. Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) manat təşkil edir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri İmişli şəhəri, Ş.Qurbanov küçəsi 22 ünvanında yerləşən 1 mərtəbəli fərdi evidir. Evin həyətinə darvazadan daxil olduqda sağda 1 mərtəbəli ev vardır. Evə taxtadan olan giriş qapısından daxil olduqda otağın sol küncündə, stolun üzərində qazan, boşqablar, çəngəl-qaşıq və digər mətbəx əşyaları vardır. Ev xalça və palazlarla döşənmişdir. Otağın sağ tərəfində evin həyətinə açılan 2 pəncərə vardır. Otağın sağ tərəfində bir-birinə yanaşı 2 çarpayı vardır. Çarpayının üzərində döşək, döşəyin üzərində isə yorğan və yastıq vardır. Çarpayının üzərində olan yataq döşəyinin altına baxış keçirilən zaman 8 ədəd 1 manatlıq, 15 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq pul əskinasları, 1 ədəd elektron tərəzi, 2 ədəd “keno” markalı siqaretin qutuları, 2 ədəd istifadə müddəti bitmiş plastik kartlar, 2 ədəd işlək vəizyyətdə “Samsung” markalı mobil telefon, 1 ədəd istifadəyə yararsız kimi görünən qara rəngli mobil telefon aşkar edilərək götürüldü. Aşkar edilmiş siqaret qutularının birinə baxış keçirilən zaman içərsində 2 ədəd sellefonda bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 7 ədəd sellefon bükümlərədə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürüldü. Daha sonra digər siqaret qutusunun üzərində olan sellofan torbaya keçirilmiş, içərsində narkotik vasitə olan heroinə bənzər kütlə 1 manatlıq pul əskinası və 2 ədəd kağız kəsiyi bükümlərində aşkar edilərək götürüldü. Həmçinin otağa baxış keçirilərkən otaqda stulun üzərində 2 yerə bölünmüş, üzərində narkotik vasitə olan heroinə bənzər hissəciklərə oxşar kütlələr olan 1 manatlıq pul əskinası götürüldü.. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli, 908 nömrəli ambulator məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinsiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli "xxxx" MMC-dən alınmiş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə müxtəlif şəxslərlə narkotik vasitələrin satışı barədə danışıqlar aparmışdır. İş materiallarında olan 09 may 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 3,137 qram narkotik vasitə heroin, 6,564 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, üzərində narkotik vasitə olan heroinin izləri özündə əks etdirən 1 ədəd kağız büküm, 2 yerə bölünmüş 1 manatlıq pul əskinası, iki ədəd “Samsung” markalı və bir ədəd markası bilinməyən mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanılması üçün İmişli RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli "xxxx" qərar ilə iş materiallarında olan Azercell MMC və Bakcell MMC-dən alınmış 2 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında 19 iyul 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 28 mart 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli rayon məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 28 mart 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli İmişli Rayon Mərkəzi Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb, narkoloji kabnetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Ş.Qurbanov küçəsi ev 20-də qeydiyyatdadır, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, lakin həmin məcəllənin 234.4.1-ci madəsinin tərkib əlamətləri sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamda “Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək, daşıyaraq özündə saxlamaq barədə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qrupun digər üzvü ilə birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmişdir” göstərilmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik əldə etməsini ittihamda göstərmiş, lakin konkret olaraq hansı şəxslə əlbir olması barədə hər hansı bir nəticəyə gələ bilməmiş. Həm ibtidai istintaq zamanlı, həmdə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsinin sübuta yetirilldiyi nəticəyə gəlir, lakin Lakin həmin maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdı və həmin şəxslərin hərəkətləri “birgə” olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən) bəndi ittihamdan çıxarılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitə və metamfetamin psixotrop “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, ata-anasının vəfat etməsini, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə narkoloji rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- İmişli rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,137 qram narkotik vasitə heroin, 6,564 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və üzərində narkotik vasitə olan heroinin izlərini özündə əks etdirən 1 ədəd kağız büküm məhv edilməli, 2 yerə bölünmüş bir ədəd 1 manatlıq pul əskinası ərazi üzrə Azərbaycan Respublikası Beynəlxalq bankına təhvil verilməli, iki ədəd “Samsung” markalı və bir ədəd markası bilinməyən mobil telefonlar dayısı X6 qaytarılmalı, iş materiallarında saxlanılan Azercell MMC və Bakcell MMC-dən alınmış 2 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 28 mart 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci bəndi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - İmişli rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,137 qram narkotik vasitə heroin, 6,646 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə olan heroinin izləri özündə əks etdirən 1 ədəd kağız büküm və 1 ədəd elektron tərəzi məhv edilsin, 2 hissəyə bölünmüş bir ədəd 1 manatlıq pul əskinası ərazi üzrə Azərbaycan Respublikası Beynəlxalq Bankına təhvil verilsin. İmişli rayon polis şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd markası bilinməyən mobil telefonlar dayısı X6 qaytarılsın. İş materiallarında saxlanılan Azercell MMC və Bakcell MMC-dən alınmış 2 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədova Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar