Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-23/2025 19.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nuriyev Aqil Abdul oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- X31, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Lənkəran-Astara Regional Təhsil idarəsinin nümayəndəsi X32 və müdafiəçi Bakı şəhəri ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1960-cı ildə Cəlilabad rayonu Soyuqbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, hadisə vaxtı Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən, Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Cəlilabad rayon təhsil şöbəsinin (indiki Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil idarəsinin Cəlilabad sektoru) 197 nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrasının həvalə edildiyi xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X48 Respublika Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”nın 20-ci bəndinə əsasən, təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin Nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, müəyyən olunmuş müddətlərdə əməkhaqqının verilməsi üçün tələb olunan sənədləri təqdim etmək, işçilərin əməyinin ödənilməsi şərtlərinə riayət olunmasını və əməkhaqqı fondunun səmərəli xərclənməsi üzərində müntəzəm nəzarəti təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 2018/2019-cu tədris ilində məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nın 2.1-ci bəndində ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8(səkkiz) nəfər olaraq müəyyənləşdirilir qeyd olunmasına baxmayaraq X sinifdə dərsdənkənar məşğələ qrupu və dərnəklərdə şagirdlərin sayı 7 nəfər olmaqla komplekləşdirilərək məktəbdə “Fizika” fənnini tədris edən Şahid2 Qələmmirzə oğluna əsassız olaraq 207,67 manat, 2019/2020-ci tədris ilində X sinifdə dərsdənkənar məşğələ qrupu və dərnəklərdə şagirdlərin sayı 7 nəfər olmaqla komplekləşdirilərək məktəbdə “Fizika” fənnini tədris edən Şahid2 Qələmmirzə oğluna əsassız olaraq 249,66 manat, 2020/2021-ci tədris ilində Vİ sinifdə dərsdənkənar məşğələ qrupu və dərnəklərdə şagirdlərin sayı 6 nəfər olmaqla komplekləşdirilərək məktəbdə “Fizika” fənnini tədris edən Şahid2 Qələmmirzə oğluna əsassız olaraq 249,66 manat, 2020/2021-ci tədris ilində Vİİİ sinifdə dərsdənkənar məşğələ qrupu və dərnəklərdə şagirdlərin sayı 5 nəfər olmaqla komplekləşdirilərək məktəbdə “Fizika” fənnini tədris edən Şahid2 Qələmmirzə oğluna əsassız olaraq 249,66 manat olmaqla, ümumilikdə 956,65 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə; vəzifə səlahiyyətlərini icra etməyən və işə gəlməyən, məktəbdə xadimə vəzifəsində işləyən Şahid18 xx.xx.2018xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Texniki işçilərin işə davamiyyət” cədvəllərinə həmkəndlisinin qazanc əldə etməsi niyyəti ilə Şahid18 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 9461,81 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə; vəzifə səlahiyyətlərini icra etməyən və işə gəlməyən, məktəbdə xadimə vəzifəsində işləyən Şahid13 xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Texniki işçilərin işə davamiyyət” cədvəllərinə həmkəndlisinin qazanc əldə etməsi niyyəti ilə Şahid13 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 7165,32 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə; öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərini icra etməyən və işə gəlməyən, məktəbdə xadimə və sobayandıran vəzifələrində işləyən Şahid24 xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Texniki işçilərin işə davamiyyət” cədvəllərinə həmkəndlisinin qazanc əldə etməsi niyyəti ilə Şahid24 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 9888,78 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə; vəzifə səlahiyyətlərini icra etməyən və işə gəlməyən, məktəbdə xadimə vəzifəsində işləyən Şahid9 xx.xx.2018xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Texniki işçilərin işə davamiyyət” cədvəllərinə həmkəndlisinin qazanc əldə etməsi niyyəti ilə Şahid9 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 9475,45 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə; habelə vəzifə səlahiyyətlərini icra etməyən və işə gəlməyən, məktəbdə Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində işləyən Şahid3 2019-xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində “Müəllimlərin işə davamiyyət” cədvəllərinə tamah niyyəti ilə Şahid3 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 14657,47 manat məbləğində əməkhaqqı hesablanıb ödənildikdən sonra özü tərəfindən nağdlaşdıraraq əldə etməklə ümumilikdə, 51605,48 manat məbləğində büdcə vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə, tamah və sair şəxsi niyyətlərlə mənimsəmə və israf etmək yolu ilə talamış, dövlətin qanunla qorunan─ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təhsil sahəsində vahid dövlət siyasətinin formalaşması və bu siyasətin həyata keçirilməsi, təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafının təmin edilməsi, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirilməsi və təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin edilməsi məsələlərinə dair mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah və sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1980-ci ildən Cəlilabad rayon, Soyuqbulaq kənd orta məktəbində müəllim işləmişdir. 5 il müəllim işlədikdən sonra o, tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 35 il həmin vəzifədə işləmiş və hal-hazırda da həmin vəzifədə işləyir. Soyuqbulaq orta məktəbinin direktorunun təqaüdə çıxması ilə əlaqədar ona müqqəti olaraq direktor vəzifəsi həvalə olunmuş, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbi o idarə etmişdir. İşlədiyi məktəb 1 mərtəbəli olmaqla 12 sinifdən ibarət olmuşdur. Həmin məktəbdə 4 nəfər xadimə işləmişdir. Verilmiş ittihamda qeyd olunur ki, xadimə işə gəlmədiyi üçün ona əmək haqqı yazılmışdır. Əgər xadimə işə gəlməmişdirsə məktəbin təmizlik işlərini kimlər etmişdir. Xadimələr hər gün işə gəlməklə işlərini görmüşdürlər. 2021-ci ilə qədər bəzi hallar olmuşdur ki, rayonda məktəb tikintiləri ilə əlaqədar xadimələri təmizlik işlərinə cəlb etmişlər, həmin vaxtlarda da xadimələr həmin işlərə cəlb olunduqları üçün məktəbə işə gəlmirdilər. 2021-ci ildə regionlar təhsil idarələri yarandığı üçün xadimələrin başqa yerlərə işə getmək halları dayandırılmışdır. Bütün xadimələr işə gəlmiş və əmək haqqalırın da özləri almışlar. O heç bir işçiyə əmək haqqı yazıb həmin əmək haqqını götürməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid2 Qələmmirzə oğlu munasibətdə bildirir ki, təlimata uyğun olaraq 9 nəfər şagirddən az olmamaq şərti ilə müəllim dərs deməldir. Əgər 9 nəfərdən aşağı olarsa dərs keçirilməməli və əmək haqqı da yazılmamalıdır. Həmin sinifə diqqətsizlik etmiş, səhvən 7 nəfər yazılmışdır. O, həmin uşaqların sayına nəzarət etməmişdir. Buna da səbəb tək olması, işinin çox olması olmuşdur. Müəllim Şahid2 ümumilikdə 1 il ərzində 7 nəfər şagirdlə tədris etmiş, əməkhaqqını da özü almışdır. Şahid13 Tapdıq qızı məktəbdə xadimə işləmişdir, vaxtı-vaxtında işə gəlib-getmişdir, təhsil şöbəsi tərəfindən rayonda işlərə cəlb edildiyi üçün həmin günlərdə işə gəlməmişdir. Təhsil şöbəsinin müdiri ona zəng vuraraq xadimələri göndərməsini dediyi üçün o da həmin xadimələri işlərə cəlb olunması üçün göndərmişdir. Bu hallar demək olar hər bir gündən bir baş vermiş, işçiləri təhsil şöbəsinin tapşırığı ilə rayon ərazisində işlərə göndərmişdir. Şahid24 məktəbdə 0.25 ştat üzrə xadimə işləmişdir. Onun iş vəzifəsi sobaları yandırmaq, məktəbə su gətirmək olmuş. X23 hal-hazıradək xadimə vəzifəsində işləyir. Şahid3 məktəbdə Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində işləmişdir. Heç bir işçinin əmək haqqı kartı onda olmamış, məktəbin müəllimləri və texniki işçiləri özləri almışdırlar. Məktəbin direktor səlahiyyətlərini 2018-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək icra etmişdir. Yoxlama aktına imza etməmiş, heç bir aktla tanış deyildir. Direktor vəzifəsinə təyin olunarkən onunla heç bir təhvil-təslim olunmamışdır. Uzun müddət, 40 ildir pedaqoji fəaliyyətlə məşğul olmasını, 64 yanının olmasını, dəymiş ziyanın bir qismini ödəməsini və ödəməkdə davam etməsini nəzərə alıb məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, o, ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilir, 1980-ci ildən etibarən Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində ibtidai metodika fənnini tədris etmiş və məktəbdə müxtəlif vəzifələrdə işləmişdir. X43 1983-2018-ci illərdə məktəbin direktoru vəzifəsində işləmişdir. 2018-ci ildə məktəbin sabiq direktoru Hakif Cavadov çalışmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cəlilabad rayon təhsil şöbəsinin 197 nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrası həmin tarixdə ona həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə məktəbin direktoru vəzifəsinə Şahid15 təyin edildiyindən həmin tarixdə məktəbinin direktoru səlahiyyətlərinin icrası onun üzərindən götürülmüşdür. Barəsində soruşduğunuz Şahid8 əmisioğludur, aralarında düşmənlik və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuşdur. Həmin yoxlama materialları ilə qismən razıdır. Belə ki, Şahid16 məktəbə direktor əvəzi vəzifəsinə təyin edildiyi vaxtdan işə gələrək öz xidməti vəzifələrini icra etmişdir. Şahid16 işə gəlməməsi barədə qeyd edilənlər doğru deyil. Bundan başqa, X50 Xidməti tərəfindən məktəbdə yoxlama aparılan zaman məktəbin hesabında olan 1 ədəd “QAZ-52” markalı avtomobili təhvil almadığını, həmin avtomobilin istismar müddəti bitdiyi üçün istifadəyə yararsız olduğu, buna görə hazırda təmirdə olduğunu bildirmişdir. Yoxlama materiallarında əsassız olaraq həmin avtomobil məktəbin inventarları siyahısında çatışmazlıq kimi qeyd edilmişdir. Şahid14 məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyir. Şahid14 daimi olaraq işə gəlir və öz vəzifələrini layiqincə icra edir. Şahid8 müraciətində Şahid14 barəsində göstərdikləri yalandır və aralarında olan şəxsi münasibətlərin pozulması zəminində həqiqətə uyğun olmayan, böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Şahid14 ondan fərqli olaraq təkidlə Şahid8 arvadı Şahid9 işə gələrək xadimə kimi öz vəzifələrini icra etməyini tələb etdiyindən Şahid14 barəsində böhtan xarakterli şikayət ərizəsi yazmaqla Şahid14 həmin qanuni tələblərinin qarşısını almağa çalışmışdır. Belə ki, o, məktəbin direktoru vəzifəsini icra etməyə başladığı vaxtdan məktəbdə müvafiq yoxlamalar apararaq Şahid9 hüquqi olaraq xadimə vəzifəsində olsa da faktiki olaraq həmin işi icra etmədiyini, sonuncunun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gələrək məktəbdə təmizlik işlərini icra etməsini müəyyən etmişdir. Belə ki, Şahid10 əvvəl məktəbdə xadimə vəzifəsində işləyərək çalışmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxsa da işlədiyi vəzifədən əl çəkməmiş, əvəzinə Şahid9 təyin edilməsinə nail olmuşdur. Şahid8 və Şahid10 sonuncunun yox, Şahid9 məktəbdə xadimə vəzifəsində işləməli olduğunu tələb etsə də sonuncu işə gəlməmişdir. Bundan başqa, xadimə vəzifəsində olan Şahid18, Şahid13 Tapdıq qızı, Şahid24, Uşaq birliyi təşkilatının rəhbəri olan Şahid3 o, məktəbin direktoru əvəzi vəzifəsində işlədiyi dövrdə məktəbə gəlməmiş və öz vəzifələrini icra etməmişlər. Belə ki, Şahid19 və Şahid18 o, məktəbin direktoru əvəzi vəzifəsində işlədiyi dövrdə məktəbə gəlməyərək öz vəzifələrini icra etməmişlər. Bu barədə onlara iradını bildirəndə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin sədri Şahid11 onunla görüşərək müharibə veteranı və bələdiyyə sədri olmasını, əmisi Şahverdi İsmayılovun qızı, eləcə də qardaşı X10 qardaşının arvadı olan Şahid19 və sonuncunun qardaşı Şahid18 üçün öz maddi təminatını təmin etmək məqsədi ilə Birinci Qarabağ müharibəsi veteranı və bələdiyyə sədri kimi öz nüfuzundan istifadə edərək məktəbdə əlavə ştat yaranmasını təşkil etməsini, onları vəzifələrini icra etmədikləri üçün işdən xaric edəcəyi təqdirdə vətən uğrunda döyüşən və şəhid olan şəxslərə hörmətsizlik edəcəyi kimi hədə-qorxu dolu ifadələr işlədərək və onları işdən uzaqlaşdıracağı halda onun bu məktəbdə işləməyə icazə verməyəcəyini bildirmişdir. Şahid11 öz nüfuzundan istifadə edərək məktəbdə Şahid19 və Şahid18 üçün əlavə ştat yaranmasını təşkil etməsini bildiyi üçün onu da işdən kənarlaşdıra biləcəyindən qorxaraq onları işdən uzaqlaşdırmamışdır. Sonradan həqiqətən də Şahid19 və Şahid18 əmək haqqı almadıqlarını, sonuncuların əmək haqqı kartlarının Şahid11 olması və sonuncunun həmin əmək haqqıları ələ keçirməsini bilmişdir. Bundan başqa, Şahid13 da Şahid11 digər əmisi X8 Rafiq Manaf oğlunun arvadıdır. Həmçinin, Şahid12 işlədiyi məktəbdə hərbi rəhbər vəzifəsində çalışır. Şahid12 arvadının işə gəlməsi və vəzifələrini icra etməsini tələb edəndə Şahid12 sanki Şahid11la sözləşmiş kimi ona özünün “20 Yanvar” hadisələri zamanı xəsarət alaraq müharibə veteranı olduğunu, arvadı üçün ştatı müharibə veteranı olduğu üçün aidiyyəti qurumlardan xahiş etməklə təşkil etdiyini, arvadının heç bir halda işə gəlməyəcəyini bildirərək onun arvadını öz vəzifəsini icra etmədiyi üçün işdən xaric edəcəyi təqdirdə vətən uğrunda döyüşən və şəhid olan şəxslərə hörmətsizlik edəcəyi kimi hədə-qorxu dolu ifadələr işlətmişdir. Bundan sonra Şahid11 da ona özü və qohumlarının Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, əmisi X21 İsmayılovun da “20 Yanvar” hadisələri zamanı xəsarət almasını, buna görə məhz Şahid13 məktəbin kiçik xidmətedici işçisi olduğu halda işə gəlməyərək əmək haqqı ala bilməsinin mümkünlüyünü, onu işə çıxaracağı halda vətən uğrunda döyüşən və şəhid olan şəxslərə hörmətsizlik edəcəyi kimi hədə-qorxu dolu ifadələr işlədərək və Şahid13 işdən uzaqlaşdıracağı halda onun da həmin məktəbdə işləməyə icazə verməyəcəyini bildirmişdir. Şahid11 və Şahid12 öz nüfuzlarından istifadə edərək məktəbdə Şahid13 üçün əlavə ştat yaranmasını təşkil etmələrini bildiyi üçün onu da işdən kənarlaşdıra biləcəklərindən qorxaraq onu işdən uzaqlaşdırmamışdır. Bundan başqa, Şahid24 da Şahid11 qohumudur. Şahid24 Hakif Cavadov məktəbin direktoru olduğu dövrdə onun barəsində dövlət qurumlarına böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Onun şikayətlərinin qarşısını almaq üçün X59 Vəliyevi məktəbdə xadimə vəzifəsinə işə götürsə də sonuncu vəzifəyə təyin edildiyi vaxtdan öz vəzifələrini layiqincə icra etməmişdir. Şahid24 o direktor əvəzi kimi vəzifələrini icra etməyə başladığı vaxtdan onunla görüşərək onun ştat vahidinin 0,75 ştat vahidindən 1 ştat vahidinə qaldırılmasını, beləliklə artıq əmək haqqı almaq istədiyini ona bildirmişdir. O isə cavabında Şahid24 işə gəlmədiyini və bu halda nəinki, əmək haqqının artırılması hətta ona əmək haqqı verilməsinin də artıq olduğunu bildirmişdir. Bu danışıqlarından sonra Şahid24 yenidən bir sıra qurumlara onun barəsində böhtan xarakterli şikayət ərizələri yazmağa başlamışdır. Şikayətin ünvanladığı qurumlar isə ondan bir daha şikayət etməməsi üçün Şahid24 sakitləşdirməyini istəmişdir. Şahid24 ondan əlavə əmək haqqı, yəni əlavə pul istədiyini görüb təxminən 6 ay ərzində hər ay olmaq şərti ilə Şahid24 şəxsi büdcəsindən 50 manat pul vermişdir. Bundan sonra Şahid24 onun barəsində böhtan xarakterli ərizələr yazmağı dayandırmışdır. Şahid11 qohumları olan Şahid19, Şahid18 və Şahid13 məktəbə gəlmədikləri halda əmək haqqı ala bilmələrinə nail olduqdan sonra digər qohumu olan Şahid24 də böhtan xarakterli ərizələr yazmaqla, ona hədə-qorxu gəlməklə məktəbə gəlməyərək əmək haqqı ala bilməsinə nail ola biləcəyi barədə Şahid24 tapşırıqlar vermişdir. Məhz bundan sonra Şahid24 işə gəlməyini tələb edəcəyi halda onun barəsində müxtəlif dövlət qurumlarına böhtan xarakterli şikayət ərizələri yazmaqla onu işdən kənarlaşdıra biləcəyi barədə ona hədə-qorxu gəlmişdir. Ancaq Şahid24 işə gəlməyərək əmək haqqı alması barədə Şahid11la aralarında söhbət olmamışdır. Bundan başqa, məktəbdə Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində olan Şahid3 Hakif Cavadovun oğlu X33 arvadıdır. Şahid3 məktəbə gəlməyərək öz vəzifələrini icra etmədiyini müəyyən etdikdə bu barədə Hakif Cavadovla danışmışdır. X63 Cavadovanın tezliklə “X3”nda iştirak edəcəyini və müəllim ştatına təyin ediləcəyi, həmin vaxta qədər onu yola verməyini, yəni işə gəlməməsinə göz yummağını xahiş etmiş və o da bununla razılaşmışdır. Hakif Cavadov həmin məktəbin 35 il direktoru olmuş, məktəblə yanaşı yaşadıqları kənddə də nüfuza sahib olmuş və onunla münasibətləri normal səviyyədə olmuşdur. Bununla yanaşı, Şahid3 əmək haqqı kartı Hakif Cavadovda olmuşdur. O, məktəbin direktoru əvəzi vəzifəsində olduğu dövr ərzində Şahid3 məktəbə gəlməmiş və əmək funksiyalarını icra etməmişdir. Bunun müqabilində X63 Cavadovanın adına tərtib edilmiş əmək haqqı kartını ona vermiş və həmin karta köçürülmüş əmək haqqını özü nağdlaşdıraraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahid3 işə gəlməməsi müqabilində sonuncunun əmək haqqısından başqa heç bir maddi və ya sair nemət almamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, onun ifadəsində göstərdiyiy «bütün xadimələr işə gəlmiş və əmək haqqalırın da özləri almışlar. O heç bir işçiyə əmək haqqı yazıb həmin əmək haqqını götürməmiş, heç bir işçinin əmək haqqı kartı onda olmamış, məktəbin müəllimləri və texniki işçiləri özləri almışdırlar» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünün məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kəndində yaşayan Şahid8 Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində olan qanunsuzluqlarla bağlı Cəlilabad rayon prokurorluğuna etdiyi müraciətlə bağlı rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Baş Prokurorluğun müraciəti əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023-cü dövrünü əhatə edən maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Həmin yoxlamada Maliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı Lənkəran-Astara Regional Təhsil idarəsinin əməkdaşları da iştirak etmişdir. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, məktəb direktorunun, təlim tərbiyə işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin və texniki işçilərinin verdikləri izahatlara əsasən məktəbin 5(beş) texniki işçisi işə çıxmadıqlarına görə öz vəzifə səlahiyyətlərini yerinə yetirmədikləri və işçilərin işə davamiyyəti tabelində (2022 və 2023-cü il) imzaları olmadıqları halda onlara əməkhaqqı hesablanıb ödənilmişdir. Məktəbin direktorunun, təlim tərbiyə işləri üzrə direktor müavininin verdikləri izahatlara əsasən məktəbin uşaq birliyi təşkilatının rəhbəri işə çıxmadığına görə öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyi halda ona əməkhaqqı hesablanıb ödənilmişdir. Maddiməsul şəxsin hesabı yoxlanılıb, mühasibat uçotu qalığı ilə üzləşdirildikdə inventar çatışmazlığı (1 ədəd QAZ-52 avtomaşını) aşkar edilmişdir. Məktəbdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planlarına dair qeydlərin tələblərinə zidd olarq fakültativ məşğələ qruplarında şagidlərin sayı 8 nəfərdən az olmamaq şərti ilə komplektləşdirilmək əvəzinə 8 nəfərdən az şagirddən kompilektləşdirilərək, məşğələ qruplarına ayrılmış saatların tədrisi adlarına tarifləşdirilmiş müəllimlər tərəfindən məşğələ jurnallarına rəsmiləşdirilərək əməkhaqqı ödənilmişdir. Məktəbdə 2021/2022 və 2022/2023 -cü dərs ilində evdə fərdi təhsilə cəlb olunmuş uşaqların dərs saatları məktəbin müvafiq əmri ilə qeyri ixtisas müəllimlərin adlarına rəsmiləşdirilərək 1251,19 manat əməkhaqqı ödənilmişdir. Məktəbdə 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022 -ci dərs ilində məktəbdə fərdi təhsilə cəlb olunmuş uşaqların dərs saatları məktəbin müvafiq əmri ilə qeyri ixtisas müəllimlərin adlarına rəsmləşdirilərək 7725,56 manat əməkhaqqı ödənilmişdir. Məktəbdə 2018/2019-ci dərs ilində məktəbdə vakant olan dərs saatları məktəbin müvafiq əmri ilə qeyri ixtisas müəllimlərin adlarına rəsmləşdirilərək 1246,16 manat əməkhaqqı ödənilmişdir. İş üzrə etibarnamə əsasənda zərərçəkmiş hüquqi şəxs Lənkəran-Astara Regional Təhsil idarəsinin nümayəndəsi X15 məhkəmə iclasında qısa izahat verərək əvvəlki məhkəmə iclaslarında Lənkəran-Astara Regional Təhsil idarəsinin nümayəndəsi qismində tanınmış Nümayəndə izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində labarant vəzifəsində işləyir. Məktəbdə işlədiyi müddətdə işçilər və xadimələr işlərə həmişə gəlmişlər, lakin işçilərin bəzilərini rayonda işlərə cəlb edildikləri üçün onlar işə gəlməmişlər, onların əvəzinə ailə üzvləri gəlmişdirlər. Şahid3 işə gəlməmişdir. Şəxsi işi ilə əlaqədar 2023-cü ilin iyun ayında Rusiya Federasiyasına getmiş və 1 ay müddətində orada olduqdan sonra yaşadığı kəndə geri qayıtmışdır. Tədris ilinin bitdiyini fikirləşib Rusiya Federasiyasına getməyi barədə məktəbin direktoruna məlumat verməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, İslamov X46 Dünyamalıyevin əmisi oğludur. Onunla qohumluq əlaqələri, düşmənlik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi vəzifəsinə təyin edilən vaxtdan Şahid8 arvadı Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da faktiki olaraq o həmin işi icra etməmişdir. Onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gəlmişdir. Şahid18, Şahid19, Şahid13, Şahid24 məktəbdə işə gəlmişlər. Şahid3 isə məktəbə işə gəlməmişdir. Şahid14 işə gəlmişdir. İşçilərin davamiyyət jurnalına Seyfəddin nəzarət etmişdir. İşçilərin işə gəlmməməsi ilə bağlı şikayət ərizəsinə imza etməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 1987-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kimya fənni üzrə laborant vəzifəsində işləyir. Mütəmadi olaraq işə gedərək öz xidməti vəzifələrini icra edir. İslamov X46 Dünyamalıyevin əmisi oğludur. Onunla qohumluq əlaqələri, düşmənlik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi vəzifəsinə təyin edilən vaxtdan Şahid8 arvadı Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da faktiki olaraq o həmin işi icra etməmişdir. Onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi vəzifəsinə təyin edilən vaxtdan məktəbin kiçik xidmətedici işçisi vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24 və məktəbin Uşaq birliyi təşkilatının rəhbəri olan X11 məktəbə getmir və öz vəzifələrini icra etmir. Şahid14 məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsindədir. Şahid14 daimi olaraq işə gedir və öz vəzifələrini layiqincə icra edir. Şahid8 müraciətində Şahid14 barəsində göstərdikləri yalandır və aralarında olan şəxsi münasibətlərin pozulması zəminində həqiqətə uyğun olmayan, böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Gündəlik olaraq işə gedir və məktəbin “Texniki işçilərin işə davamiyyəti” tabelinə Şahid14 iştirakı ilə imza etmişdir.Şahid1 dindirmə zamanı əlavə olaraq göstərmişdir ki, Şahid16 mütəmadi olaraq işə gedərək öz vəzifələrini icra etmişdir. Şahid16 sağlamlıq vəziyyətinə və şəxsi işləri ilə bağlı işə getmədiyi hallar icazə almaqla işə getməmişdir. Onun işə gəlmədiyi vaxt da əvəzinə ögey anası Şahid17 gələrək məktəbdə təmizlik işləri aparmışdır. Yoxlamanın bu xüsusat üzrə göstərdikləri ilə razı deyil. İşlədiyi məktəbdə kimya fənni üzrə laboratoriya olmadığı üçün xidməti vəzifələrini icra edə bilmir. Gündəlik olaraq işə getsə də məktəbdə xidməti vəzifələrinə aid olan heç bir işi görmür. Məhkəmə Şahid1 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, onun ifadəsində göstərdiyi xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. Məhkəmə iclasında Şahid1 Cild 2 i.v. 81-84-cü səhifələrində olan ifadəsi təqdim olunur, Şahid1 ifadəsində olan imzalar və əlyazmalırın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid1 barəsində «məhkəmə xətşünaslıq ekspertizası» təyin edilmiş, məhkəməyə daxil olmuş 19 avqust 2024-cü il tarixli 3-16-16/2- 4/1169 nömrəli «məhkəmə xətşünaslıq ekspertizası»nın rəyində Şahid1 ifadəsində olan əlyazmaları və imza qrafasındakı imza onun tərəfindən icra edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən xx.xx.2023-cü il tarixə qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində işləmişdir. Onu işə qayınatası Hakif Cavadov qəbul etmişdir. Hakif Cavadovun məktəbdə direktor olduğu dövrdə məktəbə gedərək xidməti vəzifələrini icra etmişdir. Hakif Cavadov çalışmanın yaş həddi ilə əlaqədar məktəbin direktoru vəzifəsindən uzaqlaşdıqdan sonra, 2018-ci ildən həmin məktəbin direktoru əvəzi vəzifəsini Təqsirləndirilən şəxs icra etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuşdur. Həmin yoxlama zamanı qeyd edilən nöqsan və çatışmazlıqlarla razıdır. Təqsirləndirilən şəxs məktəbin direktoru əvəzi təyin edildiyi dövrdən demək olar ki, məktəbə getməmişdir. Belə ki, onun əmək haqqı kartı Təqsirləndirilən şəxs olmuş və ona məxsus əmək haqqını özü götürmüşdür. Bunun müqabilində işə getməmişdir. 2023-cü il tarixindən isə ərinin sağlamlığında problemlər yarandığı üçün ərinin xidmət etdiyi Astara rayonuna köçmüşlər. Buna görə işini davam etdirə bilməmiş və öz istəyi ilə işdən ayrılmağı barədə ərizə yazaraq işindən ayrılmışdır.Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi təyin edildiyi vaxtdan ona məxsus əmək haqqı kartı Təqsirləndirilən şəxs olmuş, əmək haqqı sonuncu tərəfindən çıxarılaraq istifadə edilmişdir. Əmək haqqıdan başqa Təqsirləndirilən şəxs heç bir maddi və ya sair nemət verməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici, yəni gözətçi vəzifəsində işləyir. Əmək haqqını özü almışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 Şahid9 Tanıdığını, işlədiyi müddətdə onun məktəbə işləməyə gəldiyini görmüşdür. Şahid18, Şahid13, Şahid24 məktəbdə işə gəlmişlər. Şahid3 isə məktəbə işə gəlməmişdir. Şahid19 isə analıq məzuniyyətində olduğu üçün işə gəlməmişdir. Məktəbdə gözətçi otağı yoxdur, işçilərin işə gəlib-getmələrini görmüşdür. Şahid3 başqa digər işçilər işə gəlmişdirlər. İstintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Şahid4 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 2014-cü ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçi vəzifəsində işləyir. Mütəmadi olaraq işə gedərək öz xidməti vəzifələrini icra edir. Onu işə atası Hakif Cavadov qəbul etmişdir. Hakif Cavadov çalışmanın yaş həddinə çatdığına görə məktəbin direktoru vəzifəsindən uzaqlaşdıqdan sonra, 2018-ci ildən həmin məktəbin direktoru əvəzi vəzifəsini Təqsirləndirilən şəxs icra edir. İslamov X46 Dünyamalıyevin əmisi oğludur. Onunla aralarında qohumluq əlaqələri, düşmənlik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi təyin edilən vaxtdan Şahid8 arvadı Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da faktiki olaraq o həmin işi icra etməmişdir. Onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi vəzifəsinə təyin edilən vaxtdan məktəbdə kiçik xidmətedici işçi vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24 məktəbə getmir və öz vəzifələrini icra etmirlər. Şahid14 Qurbanəli oğlu məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsindədir. Şahid14 daimi olaraq işə gedir və öz vəzifələrini layiqincə icra edir. Şahid8 müraciətində Şahid14 barəsində göstərdikləri yalandır və aralarında olan şəxsi münasibətlərin pozulması zəminində həqiqətə uyğun olmayan, böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Gündəlik olaraq işə gedir və məktəbin “Texniki işçilərin işə davamiyyəti” tabelinə Şahid14 iştirakı ilə imza etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs direktoru əvəzi vəzifəsindən uzaqlaşdırılmış, Şahid15 məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Şahid15 işə gəlməyən işçilərlə fərdi söhbət apararaq onları işə dəvət etmişdir. Bundan sonra kiçik xidmətedici işçi vəzifəsində olan Şahid13 və Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində olan X11 ərizə yazaraq işindən ayrılmışdır. Kiçik xidmətedici vəzifəsində olan Şahid9 və Şahid18 məktəbə gələrək öz vəzifələrini icra etmir. Ancaq məktəbdə kiçik xidmətedici işçi-ocaqçı vəzifəsində olan Şahid24 Şahid15 direktor təyin edildiyi dövrdən işə gəlsə də məktəbdə heç bir iş görmür, öz xidməti vəzifələrini icra etmir.Maliyyə Nazirliyinin X50 Xidməti məktəbdə yoxlama aparan zaman xidmətin onun izahatını alan əməkdaşına Şahid9, Şahid18, Şahid13, Şahid19, Şahid24, X5 işə gəlməyərək öz xidməti vəzifələrini icra etmədikləri barədə məlumat vermiş, ancaq Şahid16 mütəmadi olaraq işə gəlməməsini bildirməmişdir. Şahid16 işə getmədiyi vaxtda əvəzinə ögey anası Şahid17 gələrək məktəbdə təmizlik işləri aparmışdır. Məktəbin xidmətedici heyətində olan Şahid13, Şahid19, Şahid24, Şahid18, Şahid9 və məktəbin sabiq Uşaq birliyi təşkilatının rəhbəri olan X5 işə getməyərək öz xidməti vəzifələrini icra etməməsinin səbəbini bilmir. Məhkəmə Şahid4 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, onun ifadəsində göstərdiyi xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində xadimə işləmişdir. İşlədiyi dövdə əmək haqqı almış, əmək haqqı kartı da özündə olmuş, hər gün də işə getmişdir. Şahid18, Şahid9, Şahid13, Şahid24 məktəbdə işə gəlmişlər. Şahid3 isə məktəbə işə gəlməmişdir. Şahid19 isə analıq məzuniyyətində olduğu üçün işə gəlməmişdir. Şahid6 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi təyin edilən vaxtdan Şahid8 arvadı Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da faktiki olaraq o həmin işi icra etməmişdir. Onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi təyin edilən vaxtdan məktəbdə kiçik xidmətedici işçisi vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24 və məktəbin Uşaq birliyi təşkilatının rəhbəri olan X11 məktəbə gəlmir və öz vəzifələrini icra etmirlər. Şahid14 məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsindədir. Şahid14 daimi olaraq işə gəlir və öz vəzifələrini layiqincə icra edir. Şahid8 müraciətində Şahid14 barəsində göstərdikləri yalandır və aralarında olan şəxsi münasibətlərin pozulması zəminində həqiqətə uyğun olmayan, böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Gündəlik olaraq işə gedir və məktəbin “Texniki işçilərin işə davamiyyəti” tabelinə Şahid14 iştirakı ilə imza etmişdir. Məhkəmə Şahid6 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, onun ifadəsində göstərdiyi xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. 1983-cü ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində katibə-makinaçı vəzifəsində işləyir. İşlədiyi dövdə əmək haqqı almış, əmək haqqı kartı da özündə olmuş, hər gün də işə getmişdir. Şahid18, Şahid13, Şahid24 məktəbdə işə gəlmişlər. Şahid3 isə məktəbə işə gəlməmişdir. Şahid19 isə analıq məzuniyyətində olduğu üçün işə gəlməmişdir.İstintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Şahid5 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki,1983-cü ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində katibə-makinaçı vəzifəsində işləyir. Mütəmadi olaraq işə gedərək öz xidməti vəzifələrini icra edir. Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi təyin edilən vaxtdan Şahid8 arvadı Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da faktiki olaraq o həmin işi icra etməmişdir. Onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi təyin edilən vaxtdan məktəbin kiçik xidmətedici işçisi vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24 və məktəbin Uşaq birliyi təşkilatının rəhbəri olan X11 məktəbə gəlmir və öz vəzifələrini icra etmirlər. Şahid14 məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsindədir. Şahid14 daimi olaraq işə gəlir və öz vəzifələrini layiqincə icra edir. Şahid8 müraciətində Şahid14 barəsində göstərdikləri yalandır və aralarında olan şəxsi münasibətlərin pozulması zəminində həqiqətə uyğun olmayan, böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Gündəlik olaraq işə gedir və məktəbin “Texniki işçilərin işə davamiyyəti” tabelinə Şahid14 iştirakı ilə imza etmişdir. Maliyyə Nazirliyinin X50 Xidməti məktəbdə yoxlama aparan zaman xidmətin onun izahatını alan əməkdaşına Şahid9, Şahid18, Şahid13, Şahid19, Şahid24, X5 işə gəlməyərək öz xidməti vəzifələrini icra etmədikləri barədə məlumat vermişdir. Ancaq Şahid16 mütəmadi olaraq işə gəlməməsini bildirməmişdir. Şahid16 sağlamlıq vəziyyətinə və şəxsi işləri ilə bağlı işə gəlmədiyi hallar tərəfindən üzrlü səbəb kimi qəbul edilmişdir. Onun işə gəlmədiyi vaxt da əvəzinə ögey anası Şahid17 gələrək məktəbdə təmizlik işləri aparmışdır. Məhkəmə Şahid5 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, onun ifadəsində göstərdiyi xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. İş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2008-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçisi vəzifəsində işləyir. İşlədiyi dövdə əmək haqqı almış, əmək haqqı kartı da özündə olmuş, hər gün də işə getmişdir. X39 və əri Elman İsmayılov işlədiyi dövdə rayonlarda işlərə cəlb olunmuş, lakin özü isə hər gün işə getmişdir. Şahid9 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 2008-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçisi vəzifəsində işləyir. Onu işə Hakif Cavadov qəbul etmişdir. Hakif Cavadovun məktəbdə direktor olduğu dövrdə məktəbə gedərək xidməti vəzifələrini icra etmişdir. Hakif Cavadov çalışmanın yaş həddi ilə əlaqədar məktəbin direktoru vəzifəsindən uzaqlaşdıqdan sonra, 2018-ci ildən həmin məktəbin direktoru əvəzi vəzifəsini Təqsirləndirilən şəxs icra etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuş və həmin yoxlama zamanı qeyd edilən nöqsan və çatışmazlıqlarla qismən razıdır. Belə ki, Təqsirləndirilən şəxs məktəbin direktoru əvəzi təyin edildiyi dövrdən həm öz sağlamlığında olan problemlər, həm də himayəsində İ qrup əlilliyi olan övladına görə məktəbə gedə bilməmiş və xidməti vəzifələrini icra edə bilməmişdir. Onun əvəzinə məktəbə qayınanası Şahid10 bəzən gedərək məktəbdə təmizlik işi aparmışdır. Şahid15 məktəbə direktor təyin ediliyi vaxtdan onunla söhbət apararaq özünün işə getməli olduğunu bildirmiş, bu söhbətdən sonra özü məktəbə gedərək öz vəzifələrini icra edir. Şahid9 dindirmə zamanı əlavə olaraq göstərmişdir ki, xx.xx.2018-xx.xx.2023-cü il tarixədək olan dövr ərzində məktəbə getmədiyi üçün Cəlilabad rayonu Soyuqbulaq kənd tam ora məktəbinin xx.xx.2018-xx.xx.2023-cü il tarixədək olan dövr ərzində məktəbin xidmətedici heyətində olan Şahid13, Şahid19, Şahid24, Şahid18 və məktəbin sabiq Uşaq birliyi təşkilatının rəhbəri olan X5 işə getməyərək öz xidməti vəzifələrini icra etməmələrinin səbəbini bilmir. Təqsirləndirilən şəxs qohumudur. Həm qohum olduqlarına, eləcə də özünün və himayəsində olan İ qrup əlilliyi olan övladının sağlamlıq vəziyyətini nəzərə alıb xx.xx.2018-xx.xx.2023-cü il tarixədək olan dövr ərzində işə getməyərək xidməti vəzifəsini icra etməməyinə Təqsirləndirilən şəxs şərait yaratmışdır. Bunun müqabilində ondan heç bir maddi və ya sair nemət almamışdır. Əmək haqqı kartı evdə olmuşdur. Əmək haqqını özü və ailə üzvləri nağdlaşdıraraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə Şahid9 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, onun ifadəsində göstərdiyi xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Qələmmirzə oğlu ifadəsində göstərmişdir ki, ixtisası Fizika müəllimi olsa da 2007-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində X52 tədris edir. 1983-2018-ci illərdə məktəbin direktoru vəzifəsində Hakif Cavadov işləmiş, 2018-ci ildən xx.xx.2023-cü il tarixə qədər məktəbin direktoru əvəzi vəzifəsini Təqsirləndirilən şəxs icra etmişlbh. 2018/2019-cu və 2019/2020ci tədris illərində məktəbin 7 nəfər X sinif şagirdlərinə, 2020/2021-ci tədris ilində məktəbin 6 nəfər Vİ sinif və 5 nəfər Vİİİ sinif Fizika fənnindən fakültativ məşğələ tədris edərək ümumilikdə 956,65 manat əmək haqqı almışdır. Bundan başqa, 2021/2022-ci tədris ilində fərdi təhsilə cəlb edilmiş X34 Coğrafiya fənnini tədris edərək 111,69 manat, X44 Coğrafiya fənnini tədris edərək 111,69 manat olmaqla ümumilikdə 223,38 manat əmək haqqı almışdır. Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi vəzifəsinə təyin ediliyi vaxtdan faktiki olaraq həmin işi icra etməmişdir. Onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə gəlmişdir. Bundan başqa, məktəbdə kiçik xidmətedici işçi vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24, Uşaq birliyi təşkilatının rəhbəri olan X1 Dünyamalıyev məktəbin direktoru əvəzi vəzifəsində işlədiyi dövrdə məktəbə gəlməmiş və öz vəzifələrini icra etməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. 1984-cü ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyir. İşlədiyi dövdə əmək haqqı almış, əmək haqqı kartı özündə olmuş, hər gün də işə getmişdir. Şahid9, Şahid18, Şahid13, Şahid24 məktəbdə işə gəlmişlər. Şahid3 isə işə gəlməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, anası İslamova X37 rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçi vəzifəsində işləyərək təqaüdə çıxmışdır. Anasından sonra arvadı həmin məktəbdə kiçik xidmətedici işçi vəzifəsinə qəbul edilmişdir. Arvadı işə gedərək xidməti vəzifələrini icra etmişdir. Təxminən 2018-ci ildən arvadının həm öz sağlamlığında olan problemlər, həm də himayəsində İ qrup əlilliyi olan övladına görə məktəbə gedə bilməmiş və xidməti vəzifələrini icra edə bilməmişdir. Arvadının əvəzinə məktəbə anası Şahid10 bəzən gedərək məktəbdə təmizlik işi aparmışdır. Şahid14 öz vəzifələrini layiqincə icra etmir və dövlətin məktəbə ayırdığı əmlakı talayır, şəxsi məqsədləri üçün istifadə edir. Buna görə Cəlilabad rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. Şahid14 hansı qanunsuz əməlləri törətməsi barədə konkret məlumatı yoxdur. Şahid15 məktəbə direktor təyin edildiyi vaxt Şahid9 və onunla fərdi söhbət apararaq Şahid9 özünün işə getməsini tələb etdiyindən həmin vaxtdan Şahid9 işə gedərək öz vəzifələrini icra etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 1997-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləyir. 1990-cı ilin “20 Yanvar” hadisələrində iştirak etmişdir. Həmin vaxt yaralanmış və İİ qrup əlillik dərəcəsi var. Şahid13 xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixə qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçi vəzifəsində işləmişdir. Himayəsində 5 qız övladı olmuşdur. Dövlət bunu nəzərə alıb arvadını həmin vəzifəyə təyin etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlar barədə məlumatlıdır. Həmin yoxlama zamanı qeyd edilən nöqsan və çatışmazlıqlarla qismən razıdır. Belə ki, Şahid13 məktəbə gedərək xidməti vəzifələrini icra etmişdir. Müəyyən vaxtlarda işə getməmişdir. Arvadı işə getmədiyi vaxtlarda onun işini məktəbin digər xidmətedici işçiləri icra etmişdir. Sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməyi barədə məktəbin direktoruna ərizə yazmış və xx.xx.2023-cü il tarixdə Şahid13 işindən kənarlaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixə qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin kiçik xidmətedici işçisi vəzifəsində işləmişdir. İşə gedərək öz xidməti vəzifələrini icra etmişdir. 2018-ci ildən həmin məktəbin direktoru əvəzi vəzifəsini Təqsirləndirilən şəxs icra etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuşdur. O, məktəbə gedərək xidməti vəzifələrini icra etmiş, müəyyən vaxtlarda işə getməmişdir. İşə getmədiyi vaxtlarda onun işini məktəbin digər xidmətedici işçiləri icra etmişdir. Sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməyi barədə məktəbin direktoruna ərizə yazmış və xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Digər şəxslərin işə gedib-getməməsi barədə heç bir məlumatı yoxdur. İşdə olan zaman Şahid14 tapa bilmədiyinə görə tabeli imzalamamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid14 göstərmişdir ki, 2015-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin təsərrüfat müdiri vəzifəsində işləyir. Məktəbdə olan çatışmazlıqlardan məlumatı olmuşdur, lakin bu işdə Təqsirləndirilən şəxsanın günahı yoxdur. Şahid9 məktəbdə xadimə işləmişdir. Əvvələr onun vəzifəsində qayınanası Xumar İsmayılova işləmişdir. Şahid9 əvvələr işə gəlmişdir. Sonra işə gəlməmiş, bununla bağlı sənədləşmə apardıqdan sonra əri Şahid8 Təqsirləndirilən şəxs şikayət etmişdir. Şahid3 tanımır, o işə gəlməmişdir. Narıngül Dünyamalıyevə məktəbdə xadimə işləmiş, həmişə də işə gəlmişdir. Şahid14 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 2015-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin təsərrüfat müdiri vəzifəsində işləyir. Onu işə məktəbin sabiq direktoru Hakif Cavadov qəbul etmişdir. Hakif Cavadov çalışmanın yaş həddinə çatdığına görə 2018-ci ildən onu Təqsirləndirilən şəxs əvəz edərək məktəbin direktoru əvəzi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023-cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuşdur. Şahid8 onunla həmkəndlidir. Şahid8la aralarında qohumluq əlaqələri, düşmənlik və ya ədavəti yoxdur. Şahid8 Təqsirləndirilən şəxs əmisi İslam İslamovun oğludur. Şahid8 arvadı Şahid9 hüquqi olaraq məktəbin kiçik xidmətedici işçi vəzifəsində olsa da Təqsirləndirilən şəxs məktəbə direktor əvəzi vəzifəsinə təyin ediliyi vaxtdan faktiki olaraq həmin işi icra etməmiş, əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə getmişdir. Şahid9 işə gəlməməsi və əvəzinə Şahid10 aradabir məktəbə gələrək təmizlik işi aparması barədə direktor əvəzi olan Təqsirləndirilən şəxs və Şahid10 iradını bildirsə də Təqsirləndirilən şəxs Şahid9 onun qohumu olduğu üçün heç bir tədbir görməmişdir. Bundan başqa, məktəbdə kiçik xidmətedici işçi vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24, Uşaq birliyi təşkilatının rəhbəri olan X1 Dünyamalıyev məktəbin direktoru əvəzi vəzifəsində işlədiyi dövrdə məktəbə gəlməmiş və öz vəzifələrini icra etməmişlər. Onun tabeliyindəki xidmətedici heyətə aid olan işçilərin işə gəlməməsi barədə aktlar tərtib edərək Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin işçilər “Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin texniki işçilərin işə davamiyyəti” tabelini də işə gəlmədikləri üçün imzalamamışdır. 2022-2023-cü tədris ili başladıqda həmin işçilərin işə gəlmədiklərini görüb bu qanunsuzluqlar barədə aidiyyəti orqanlara şikayət edəcəyini Təqsirləndirilən şəxs və Şahid10 bildirmişdir. Bundan sonra Şahid8 onun barəsində böhtan xarakterli şikayət ərizəsi ilə rayon prokurorluğu və digər aidiyyəti qurumlara müraciət edərək ona həmin qurumlar vasitəsi ilə təzyiq göstərilməsi, nəticədə isə Şahid9 işini icra etməyi barədə tələbinin qarşısını almağa çalışmışdır. Məktəbdə katibə-makinaçı vəzifəsində işləyən Şahid5 Təqsirləndirilən şəxs arvadı, gözətçi vəzifəsində işləyən İslamov X22 Dünyamalıyevin qardaşı, kiçik xidmətedici işçi vəzifəsində işləyən Şahid9 Təqsirləndirilən şəxs əmisinin gəlini, kiçik xidmətedici işçi vəzifəsində işləyən Şahid6 Təqsirləndirilən şəxs qardaşı Əfsər Dünyamalıyevin arvadıdır. Bundan başqa, qanuni olaraq məktəbdə texniki işçilərin 1 ştat üzrə 1 işçi, ümumilikdə 10 işçi olmalı olduğu halda, Təqsirləndirilən şəxs şəxsi maraqları müqabilində həmin 1 ştatları parçalayaraq əlavə ştat yaratmışdır ki, nəticədə həmin vəzifəyə təyin olunan şəxslər öz vəzifələrini icra etmirlər. Bundan sonra Şahid8 onun şikayətinin qarşısını almaq üçün qərəzli olaraq barəsində rayon prokurorluğuna şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məktəbin direktoru əvəzi vəzifəsindən uzaqlaşdırılmış, Şahid15 məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Şahid15 həmin vəzifəyə təyin edildiyi vaxtdan məktəbə yoxlama apararaq qeyd edilən işçilərin işə gəlmədiyini aşkar etmişdir. İşə gəlməyən işçilərin gəlməsini tələb etdikdə Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində olan X11 və kiçik xidmətedici işçi vəzifəsində olan Şahid13 ərizə yazaraq işlərindən ayrılmışlar. Şahid18 və Şahid9 isə Şahid15 ilə fərdi söhbətdən sonra işə gəlmişlər. Şahid24 işə gəlsə də kiçik xidmətedici işçi kimi öz üzərinə düşən xidməti vəzifələrini icra etmir, işə gündəlik olaraq yox, istədiyi vaxtlarda gəlir və istədiyi vaxt işdən ayrılır. Şahid24 bu əməlləri barədə aktlar tərtib edərək məktəbin direktoru Şahid15 təqdim etmişdir. Məktəbdə laboratoriya olmadığı üçün məktəbin kimya fənni üzrə laborantı vəzifəsində olan Şahid1 məktəbə gəlsə də heç bir iş görmür. Şahid14 dindirmə zamanı əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs məktəbin direktoru əvəzi vəzifəsinə təyin edildikdən sonra Şahid9, Şahid19, Şahid18, Şahid13, Şahid24 və məktəbin sabiq Uşaq birliyi təşkilatının rəhbəri olan X11 ümumiyyətlə məktəbə gəlməmiş və xidməti vəzifələrini icra etməmişlər. Xidmətedici heyətə aid olan işçilərin işə gəlməsi barədə şifahi və yazılı qaydada Təqsirləndirilən şəxs məlumat versə də sonuncu bu tədbirləri qulaqardına vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs nəyə görə həmin işçilərin işə gəlməmələrinə şərait yaratmasını soruşanda sonuncu Şahid19 və Şahid18 işə gəlmədikləri barədə onlara iradını bildirəndə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin sədri Şahid11 onunla görüşərək müharibə veteranı və bələdiyyə sədri olmasını, əmisi Şahverdi İsmayılovun qızı, eləcə də qardaşı X10 qardaşının arvadı olan Şahid19 və sonuncunun qardaşı Şahid18 üçün öz maddi təminatını təmin etmək məqsədi ilə Birinci Qarabağ müharibəsi veteranı və bələdiyyə sədri kimi öz nüfuzundan istifadə edərək məktəbdə əlavə ştat yaranmasını təşkil etməsini, Təqsirləndirilən şəxs onları vəzifələrini icra etmədikləri üçün onları işdən xaric edəcəyi təqdirdə vətən uğrunda döyüşən və şəhid olan şəxslərə hörmətsizlik edəcəyi kimi ona qarşı hədə-qorxu dolu ifadələr işlətmiş və onları işdən uzaqlaşdıracağı halda Təqsirləndirilən şəxs də bu məktəbdə işləməyə icazə verməyəcəyini bildirməsini göstərmişdir. Şahid11 öz nüfuzundan istifadə edərək məktəbdə Şahid19 və Şahid18 üçün əlavə ştat yaranmasını təşkil etməsini bildiyi üçün Təqsirləndirilən şəxs də işdən kənarlaşdıra biləcəyindən qorxaraq onları işdən uzaqlaşdırmamışdır. Sonradan Şahid19 və Şahid18 əmək haqqılarının Şahid11 tərəfindən ələ keçirildiyini bilmişdir. Bundan başqa, Şahid13 da Şahid11 digər əmisi X8 Rafiq Manaf oğlunun arvadıdır. Həmçinin, Şahid12 işlədiyim məktəbdə hərbi rəhbər vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Şahid12 arvadının işə gəlməsi və vəzifələrini icra etməsini tələb edəndə Şahid12 Təqsirləndirilən şəxs “20 Yanvar” hadisələri zamanı xəsarət alaraq müharibə veteranı olduğunu, arvadı üçün ştatı müharibə veteranı olduğu üçün aidiyyəti qurumlardan xahiş etməklə təşkil etdiyini, arvadının heç bir halda işə gəlməyəcəyini bildirərək onun arvadını öz vəzifəsini icra etmədiyi üçün işdən xaric edəcəyi təqdirdə Təqsirləndirilən şəxs qarşı vətən uğrunda döyüşən və şəhid olan şəxslərə hörmətsizlik edəcəyi kimi hədə-qorxu dolu ifadələr işlətmişdir. Bundan sonra Şahid11 Təqsirləndirilən şəxs onun və qohumlarının Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, əmisi X21 İsmayılovun da “20 Yanvar” hadisələri zamanı xəsarət almasını, buna görə məhz onun arvadı Şahid13 məktəbin kiçik xidmətedici işçisi olduğu halda işə gəlməyərək əmək haqqı ala bilməsinin mümkünlüyünü, Təqsirləndirilən şəxs onu işdən çıxaracağı halda vətən uğrunda döyüşən və şəhid olan şəxslərə hörmətsizlik edəcəyi kimi ona qarşı hədə-qorxu dolu ifadələr işlətmiş və onları işdən uzaqlaşdıracağı halda onun da bu məktəbdə işləyə bilməyəcəyini bildirmişdir. Şahid11 və Şahid12 öz nüfuzlarından istifadə edərək məktəbdə Şahid13 üçün əlavə ştat yaranmasını təşkil etmələrini bildiyi üçün Təqsirləndirilən şəxs onu da işdən kənarlaşdıra biləcəklərindən qorxaraq Şahid13 işdən uzaqlaşdırmamışdır. Bundan başqa, Şahid24 da Şahid11 qohumudur. Şahid24 Hakif Cavadov məktəbin direktoru olduğu dövrdə sonuncu barəsində dövlət qurumlarına böhtan xarakterli şikayət ərizələri yazmışdır. Onun şikayətlərinin qarşısını almaq üçün X59 Vəliyevi məktəbdə kiçik xidmətedici işçi vəzifəsinə işə qəbul etmişdir. O və Təqsirləndirilən şəxs Şahid24 işə gəlməyini tələb etdikdə Şahid24 bu dəfə Təqsirləndirilən şəxs barəsində dövlət qurumlarına çoxsaylı böhtan xarakterli şikayətlər yazmağa başlamışdır. Şahid24 0,75 vahidində olan kiçik xidmətedici ştatının 1 ştat vahidinə qaldırılmasını Təqsirləndirilən şəxs tələb etsə də sonuncu bunu etməmişdir. Buna görə Şahid24 Təqsirləndirilən şəxs barəsində etdiyi çoxsaylı şikayətləri dayandırmamışdır. Sonradan Şahid24 artıq pul tələbinə görə hətta Təqsirləndirilən şəxs 6 ay ərzində hər ay olmaq şərti ilə Şahid24 şəxsi büdcəsindən 50 manat pul vermişdir. Bundan sonra Şahid24 Təqsirləndirilən şəxs barəsində böhtan xarakterli ərizələr yazmağı dayandırmışdır. Şahid11 qohumları olan Şahid19, Şahid18 və Şahid13 məktəbə gəlmədikləri halda əmək haqqı ala bilmələrinə nail olduqdan sonra digər qohumu olan Şahid24 də böhtan xarakterli ərizələr yazmaqla, hədəqorxu gəlməklə məktəbə gəlməyərək əmək haqqı ala bilməsinə nail ola biləcəyi barədə Şahid24 tapşırıqlar vermişdir. Məhz bundan sonra Şahid24 Təqsirləndirilən şəxs onun işə gəlməyini tələb edəcəyi halda onu dövlət qurumlarına böhtan xarakterli şikayət ərizələri yazmaqla işdən kənarlaşdıra biləcəyi barədə hədə-qorxu gəlmişdir. Bundan başqa, məktəbin Uşaq birliyi təşkilatının rəhbəri olan X2 Cavadovun oğlu X33 arvadıdır. Təqsirləndirilən şəxs Hakif Cavadovun dəstəyi ilə məktəbin direktoru əvəzi vəzifəsinə təyin edilmişdir. Həmçinin, Hakif Cavadov həmin məktəbin 35 il direktoru olmuş, məktəblə yanaşı yaşadığı kənddə də geniş nüfuza malik şəxsdir. Hakif Cavadovun gəlini Gülşən Sultanovanın işə gəlməyərək əmək haqqı alacağı barədə tələbini Təqsirləndirilən şəxs geri çevirə bilmədiyinə görə buna şərait yaratmışdır. Təqsirləndirilən şəxs xaraktercə sadəlövh insan olmasına görə Şahid11, Şahid12, Şahid24, Hakif Cavadov yaşadıqları ərazidə ona hədə-qorxu gələrək qeyd edilən şəxslərin işə gəlməyərək əmək haqqı ala bilmələrinə şərait yaratmışdır. Təqsirləndirilən şəxs həmin şəxslərin işə gəlməsinə şərait yaratmasında heç bir maddi və ya sair marağı olmamışdır. Təqsirləndirilən şəxs şəxsi marağı olmadığı halda yalnız hədə-qorxulardan çəkinərək buna şərait yaratmışdır. Şahid9 isə qohumu olduğu üçün işə gəlməməsinə şərait yaratmışdır. Şahid14 dindirmə zamanı əlavə olaraq göstərmişdir ki, Şahid16 mütəmadi olaraq işə gələrək öz vəzifələrini icra etmişdir. Şahid16 sağlamlıq vəziyyətinə və şəxsi işləri ilə bağlı işə gəlmədiyi hallar icazə almaqla işə gəlməmişdir. Onun işə gəlmədiyi vaxtda əvəzinə Şahid17 gələrək məktəbdə təmizlik işləri aparmışdır. Ümumilikdə isə Şahid16 məktəbə gələrək öz vəzifələrini layiqincə icra etmiş, işə gəlməyi barədə “Texniki işçilərin işə davamiyyəti” tabelində imza etmişdir. Yoxlamanın bu xüsusat üzrə göstərdikləri ilə razı olmamışdır. Məktəbdə işlədiyi vəzifəyə təyin edildiyi vaxt məktəbin hesabında olan 1 ədəd “QAZ- 52” markalı avtomobili təhvil almamışdır. Sonradan həmin avtomobilin istismar müddəti bitdiyi üçün istifadəyə yararsız olduğuna görə təmirdə olduğunu bilmişdir. Hazırda həmin avtomobil təmirdə olduğu üçün istifadə olunmur. Avtomobil istifadəyə yararsız vəziyyətdə olduğu üçün onu Maliyyə Nazirliyinin X50 Xidmətinin əməkdaşlarına təqdim edə bilməmişlər. Təqsirləndirilən şəxs məktəbin direktoru əvəzi vəzifəsində olan xx.xx.2018xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində Şahid9 işə gəlməyərək öz vəzifələrini icra etməmişdir. Aradabir onun əvəzinə qayınanası Şahid10 məktəbə gələrək guya təmizlik işləri görürmüş təəssüratı yaratmaq istəmişdir. Şahid10 məktəbə gələn zaman onun nəzarətindən kənar formada “Texniki işçilərin işə davamiyyət” tabelini qanunsuz olaraq Şahid9 əvəzinə imzalamışdır. Bu qanunsuz halı müəyyən etdikdən sonra işçilərin yalnız özünün iştirakı ilə “Texniki işçilərin işə davamiyyət” tabelini imzalamalarına icazə vermişdir. Belə olan halda işə gəlməyən işçilərin “Texniki işçilərin işə davamiyyət” tabelini imzalamaları qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid14 Şahid24, Şahid19 və Gülşən Cavadovya munasibətdə olan ifadələri təsdiq edir. Qaz 52 markalı avtombil halhazırda məktəbin həyətindəir, yararsız vəziyyətdədir. İş üzrə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 1999-cu ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçi vəzifəsində işləyir və mütəmadi olaraq işə gedərək öz xidməti vəzifələrimi icra edir. Əmək haqqını özü almış, əmək haqqı kartı da özündə olmuşdur. Şahid9 məktəbdə xadimə işləmişdir, işə özü gəlmişdir, onun əvəzinə qayınanası Xumar İsmayılovaının gəlməsini görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid17 Şahid16 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiqləmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid19 göstərmişdir ki, 2012-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçisi vəzifəsində işləyir. İşə gedərək öz xidməti vəzifələrini icra etmişdir. Ancaq sağlamlığında problemlər olanda, ailə vəziyyəti ilə bağlı problemlər yarananda işə getməmişdir. 2015-ci ildə isə analıq məzuniyyətinə çıxmışdır. 2018-ci ildə 2-ci övladım doğulduğu üçün yenidən 3 il müddətinə analıq məzuniyyətinə çıxmışdır. 2022-ci ilin iyul ayında 3-cü övladı doğulduğu üçün yenidən analıq məzuniyyətinə çıxmışdır. Məktəbdə işlədiyi dövrdə Şahid14 qanunsuz hərəkətlər etməsinin şahidi olmamışdır. Şahid9, Şahid18, Şahid13, Şahid24, Şahid16 və məktəbin sabiq Uşaq birliyi təşkilatının rəhbəri olan X5 işə getməyərək öz xidməti vəzifələrini icra etməmisi barədə məlumatı yoxdur. İşlədiyi dövrdə əməkhaqqı kartı özündə olmuşdur, əməkhaqqını özü almış. İş üzrə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçi vəzifəsində işləyir və mütəmadi olaraq işə gedərək öz xidməti vəzifələrimi icra edir. Əmək haqqı kartı özündə olmuş, əmək haqqını özü almışdır. Onunla bərabər məktəbdə Şahid9, Şahid18, Şahid13, Şahid16 xadimə işləmişdir. X11 işə gəlməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kitabxanaçı vəzifələrimi icra edir. Əmək haqqı kartı özündə olmuş, əmək haqqını özü almışdır. İşlədiyi müddətdə X4 başqa digər şəxslər işə gəlmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində yarı ştat üzrə kiçik xidmətedici işçi vəzifəsində işləyir və mütəmadi olaraq işə gedərək öz xidməti vəzifələrimi icra etmişdir. İşlədiyi dövdə əməkhaqqı kartı özündə olmuş, əmək haqqını özü almışdır. Şahid9, Şahid18, Şahid13, Şahid24, Şahid16 işə gəlmişlər, X5 isə işə gəlməsini görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 göstərmişdir ki, əvvəllər Yardımlı rayonu Bərcan kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində, xx.xx.2023-cü il tarixdən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. 2018-ci ildən xx.xx.2023-cü il tarixə qədər həmin məktəbin direktoru əvəzi vəzifəsini Təqsirləndirilən şəxs icra etmişdir. Məktəbdə çalışan işçilərin deməsinə görə Şahid8 Təqsirləndirilən şəxs əmisi İslam İslamovun oğludur. Şahid8 arvadı Şahid9 məktəbdə xadimə vəzifəsində işləyir. Məktəbdə işləməyə başladığı vaxtdan Şahid9 hüquqi olaraq məktəbin xadiməsi vəzifəsində olsa da faktiki olaraq həmin işi icra etmədiyini, onun əvəzinə aradabir Şahid9 qayınanası Şahid10 məktəbə getməsini aşkar etmişdir. Bundan başqa, məktəbin kiçik xidmətedici vəzifəsində olan Şahid18, Şahid19, Şahid13, Şahid24, Uşaq birliyi təşkilatının rəhbəri olan X11 məktəbə getmir və öz vəzifələrini icra etmirlər. İşə başladığı vaxt məktəbin təsərrüfat müdiri vəzifəsində işləyən Şahid14 ona yuxarıda adları qeyd edilən şəxslərin həmin vəzifəyə təyin edildiyi vaxtdan işə gəlmədiklərini, lakin əmək haqqı aldıqlarını, bu barədə aktlar tərtib edib rəsmi və şifahi formada Təqsirləndirilən şəxs məlumat versə də sonuncunun onların işə gəlmədiklərinə göz yummasını bildirmişdir. Bundan sonra özü və Şahid14 işə gəlməyən işçilərlə fərdi söhbət aparıb onları öz vəzifələrini icra etməyə dəvət etmişdir. Bu söhbətdən sonra həmin işçilərdən Şahid9, Şahid13, Şahid18 sağlamlıq vəziyyətlərini bəhanə edərək guya bülletendə olduqlarını və işə gəlməyəcəklərini, Şahid19 isə analıq məzuniyyətində olduğunu bildirmişdir. Məktəbin Uşaq birliyi təşkilatının rəhbəri olan X11 işə gəlməyəcəyini bildirərək işdən azad olunması ilə bağlı ərizə yazmış və onun xx.xx.2023-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Eyni qaydada Şahid13 işə gəlməyəcəyini bildirərək işdən azad olunması ilə bağlı ərizə yazmış və onun xx.xx.2023-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Şahid9, Şahid13, Şahid18 qeyri-müəyyən səbəblərdən işə gəlmədiklərinə görə bu barədə məktəbin “Əmrlər kitabı”nda qeydlər apararaq onların əmək haqqılarının dayandırılması barədə həmin əmrdən çıxarışı Elm və təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil idarəsinin Cəlilabad sektoruna təqdim etmişdir. Bu tədbirlərdən sonra Şahid9, Şahid18 və Şahid24 məktəbə gəlməyə başlamışlar. Ancaq Şahid24 işə gəlsə də kiçik xidmətedici işçi kimi öz üzərinə düşən xidməti vəzifələrini icra etmir, işə gündəlik olaraq yox, istədiyi vaxtlarda gəlir və istədiyi vaxt işdən ayrılır. Onun bu əməlləri barədə Şahid14 aktlar tərtib edərək ona təqdim etmişdir. Şahid24 öz əmək funksiyalarını icra etmədiyinə görə ona tərəfindən yazılı xəbərdarlıq və töhmət verilmişdir. Şahid1 2022-2023-cü tədris ili bitmədən, 2023-cü ilin iyun ayında Rusiya Federasiyasına getmişdir. Bu barədə məlumatı sonradan olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı Şahid1 işdə olmamış və yoxlama zamanı izahat verməmişdir. Şahid1 üzürsüz səbəbdən işə gəlməməsinə görə ona tərəfindən töhmət elan edilmişdir. Həmçinin, Şahid1 məktəbdə laboratoriya olmadığı üçün məktəbin kimya fənni üzrə laborantı vəzifəsində olan məktəbə gəlsə də heç bir iş görmür.Şahid14 daimi olaraq işə gəlir və öz xidməti vəzifələrini layiqincə icra edir. Şahid8 müraciətində Şahid14 barəsində göstərdikləri yalandır və aralarında olan şəxsi münasibətlərin pozulması zəminində həqiqətə uyğun olmayan, böhtan xarakterli şikayət ərizəsi yazmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid24 göstərmişdir ki, 2014-cü ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçiocaqçı vəzifəsində işləyir. İşə gedərək öz xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuş, həmin yoxlama zamanı qeyd edilən nöqsan və çatışmazlıqlarla qismən razıdır. Belə ki, məktəbə gedərək xidməti vəzifələrini icra etmiş, müəyyən vaxtlarda işə getməmişdir. İşə getmədiyi vaxtlarda onun işini məktəbin digər xidmətedici işçiləri icra etmişdir. Digər şəxslərin işə gedib-getməməsi barədə heç bir məlumatı yoxdur. İşdə olan zaman Şahid14 tapa bilmədiyinə görə tabeli imzalamamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 2018-ci ildən hazıra qədər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində kiçik xidmətedici işçi vəzifəsində işləyir. İşə gedərək öz xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidməti tərəfindən məktəbin xx.xx.2018-xx.xx.2023cü il tarixə qədər olan dövrü ərzində maliyyə-təsərüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilən nöqsan və çatışmazlıqlarla tanış olmuşdur. Həmin yoxlama zamanı qeyd edilən nöqsan və çatışmazlıqlarla qismən razıdır. Belə ki, məktəbə gedərək xidməti vəzifələrini icra etmiş, müəyyən vaxtlarda işə getməmişdir. İşə getmədiyi vaxtlarda onun işini məktəbin digər xidmətedici işçiləri icra etmişdir. İşdə olan zaman Şahid14 tapa bilmədiyinə görə tabeli imzalamamışdır. İşlədiyi müddətdə əmək haqqı kartı özündə olmuş, əmək haqqını özü almışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/8412 nömrəli «məhkəməmühasibatlıq» ekspertizasının rəyindən görünür ki, 1-ci sual üzrə: Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində xadimə işləyən Şahid18 işə gəlmədiyi halda 2018ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 413,91 manat, 2019-cu ildə 1.715,58 manat, 2020-ci ildə 2.154,92 manat, 2021-ci ildə 2.164,44 manat, 2022-ci ildə 2.534,28 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 478,68 manat, ümumilikdə 9461,81 manat məbləğində məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2-ci sual üzrə: Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində xadimə işləyən Şahid13 işə gəlmədiyi halda 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 206,94 manat, 2019-cu ildə 1.205,81 manat, 2020-ci ildə 1.756,91 manat, 2021-ci ildə 1.661,32 manat, 2022-ci ildə 1.725,70 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 608,64 manat, ümumilikdə 7.165,32 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 3-cü sual üzrə: Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində xadimə-sobayandıran işləyən Şahid24 işə gəlmədiyi halda 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 409,62 manat, 2019-cu ildə 1.817,32 manat, 2020-ci ildə 2.404,48 manat, 2021-ci ildə 2.306,60 manat, 2022-ci ildə 2.483,06 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 467,70 manat, ümumilikdə 9.888,78 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 4-cü sual üzrə: Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində xadimə işləyən Şahid9 işə gəlmədiyi halda 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 413,91 manat, 2019-cu ildə 1.739,88 manat, 2020-ci ildə 2.157,69 manat, 2021-ci ildə 2.158,64 manat, 2022-ci ildə 2.526,65 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 478,68 manat, ümumilikdə 9.475,45 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 5-ci sual üzrə: Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində xadimə işləyən Şahid16 işə gəlmədiyi halda 2018ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 413,91 manat, 2019-cu ildə 1.739,88 manat, 2020-ci ildə 2.153,89 manat, 2021-ci ildə 2.164,64 manat, 2022-ci ildə 2.534,28 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 478,68 manat, ümumilikdə 9.485,08 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 6-cı sual üzrə: Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbində uşaq birliyi təşkilatı rəhbəri işləmiş X7 işə gəlmədiyi halda 2019-cu ildə 2.160,32 manat, 2020-ci ildə 3.749,73 manat, 2021-ci ildə 3.698,10 manat, 2022-ci ildə 4.242,86 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 806,46 manat, ümumilikdə 14.657,47 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 7-ci sual üzrə: “Covid-19” pandemiyası ilə əlaqədar Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində, o cümlədən Soyuqbulaq kənd tam orta məktəbində tədrisin və təlimtərbiyənin distant(məsafədən) formada keçirildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan dövr ərzində məktəbdə kiçik xidmətedici işçi vəzifəsində işləyən Şahid9 , Şahid18 Sahverdi oğlu, Şahid13, Şahid24, Şəmmədova Vərvanə Vəkil qızı və məktəbin sabiq Uşaq birliyi təşkilatının rəhbəri olan X7 hansı məbləğdə əmək haqqı hesablanaraq ödənilməsi aşağıdakı cədvəl məlumatlarında göstərilmişdir: xx.xx.2020-ci il İslamov Vəliyev tarixdən xx.xx.2021- Vəliyev İsmayılova Şəmmədova Sultanova a Ələddi ci il tarixədək Elşən Rəqidə Pərvanə Gülşən Mətanət n ödənilmiş əməkhaqqı 1 2 3 4 5 6 7 Mart 2020 177,18 177,18 177,18 229,24 177,18 317,80 Aprel 2020 177,18 177,18 142,99 200,12 177,18 317,80 May 2020 177,18 177,18 118,12 177,18 177,18 317,80 İyun 2020 177,18 177,18 118,12 177,18 177,18 317,80 İyul 2020 32,22 177,18 37,58 30,60 40,27 0,00 2019-2020 iyul 148,13 0,00 98,04 167,73 136,28 539,71 məzuniyyət Avqust 2020 177,18 177,18 118,12 177,18 177,18 32,02 Sentyabr 2020 184,27 184,27 122,85 179,54 184,27 0,00 Oktyabr 2020 184,27 184,27 122,85 179,54 184,27 317,80 Noyabr 2020 184,27 184,27 157,70 212,03 184,27 317,80 Dekabr 2020 184,27 185,45 184,27 238,60 184,27 317,80 Yanvar 2021 180,37 180,37 180,37 226,20 180,37 310,60 Cəmi 1983,70 1981,7 1578,19 2195,1 1979,90 3106,93 1 4 8-ci sual üzrə: Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X50 Xidmətinin 4 saylı Regional maliyyə müfəttişliyi tərəfindən Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbinin 08 oktyabr 2018-ci il tarixdən 10 mart 2023-cü il tarixə kimi olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qərarın təsvir hissəsində göstərilən texniki işçilərin işə davamiyyət jurnalına dair aşkar edilmiş nöqsanlar üzrə Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbinin direktoru, təlim tərbiyyə işləri üzrə direktorun müavini, təsərrüfat müdiri və texniki işçilərin verdikləri izahatlara əsasən təftişlə əhatə olunan dövr ərzində məktəbdə xadimə işləyən Şahid18 işə gəlmədiyi halda ona 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 413,91 manat, 2019-cu ildə 1715,58 manat, 2020-ci ildə 2154,92 manat, 2021-ci ildə 2164,44 manat ,2022-ci ildə 2534,28 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 478,68 manat, ümumilikdə 9461,81 manat; Məktəbdə xadimə işləyən X19 işə gəlmədiyi halda ona 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 206,94 manat, 2019-cu ildə 1205,81 manat, 2020-ci ildə 1756,91 manat, 2021-ci ildə 1661,32 manat ,2022-ci ildə 1725,70 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 608,64 manat, ümumilikdə 7165,32 manat; Məktəbdə xadimə (sobayandıran) işləyən Şahid24 işə gəlmədiyi halda ona 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 409,62 manat, 2019-cu ildə 1817,32 manat, 2020-ci ildə 2404,48 manat, 2021-ci ildə 2306,60 manat, 2022-ci ildə 2483,06 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 467,70 manat, ümumilikdə 9888,78 manat; Məktəbdə xadimə işləyən Şahid9 işə gəlmədiyi halda ona 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 413,91 manat, 2019-cu ildə 1739,88 manat, 2020-ci ildə 2157,69 manat, 2021-ci ildə 2158,64 manat, 2022-ci ildə 2526,65 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 478,68 manat, ümumilikdə 9475,45 manat; Məktəbdə xadimə işləyən Şahid16 işə gəlmədiyi halda ona 2018-ci ilin 08 oktyabr ayından 31 dekabr tarixinədək olan dövrdə 413,91 manat, 2019-cu ildə 1739,88 manat, 2020-ci ildə 2153,89 manat, 2021-ci ildə 2164,44 manat, 2022-ci ildə 2534,28 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 478,68 manat, ümumilikdə 9485,08 manat; Məktəbdə uşaq birliyi təşkilatı rəhbəri işləmiş X9 işə gəlmədiyi halda ona 2019-cu ildə 2160,32 manat, 2020-ci ildə 3749,73 manat, 2021-ci ildə 3698,10 manat, 2022-ci ildə 4242,86 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinədək olan dövrdə 806,46 manat, ümumilikdə 14657,47 manat əmək haqqı hesablanıb ödənildiyi müəyyən olundu (arayışlar əlavə olunur). Mal-material qiymətlilərinin qorunub saxlanması vəziyyətinin təftişi: Lənkəran-Astara Regional Təhsil İdarəsinin təqdim etdiyi mühasibat qalığına əsasən 08 oktyabr 2018-ci il tarixə Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbi üzrə 170627,48 manat dəyərində maddi qiymətlilər üzrə qalığı olmuşdur. Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbi üzrə 08 oktyabr 2018-ci il tarixdən 10 mart 2023-cü il tarixə kimi olan dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən əvəzsiz olaraq 11211,96 manat maddi qiymətlilər verilmiş və mədaxilə alınmış, maddi qiymətlilər üzrə silinmə aparılmamış, 10 mart 2023-cü il tarixə maddi qiymətlilər üzrə qalıq 181839,44 manat müəyyən edildi (arayış əlavə olunur). Yoxlama ilə əlaqədar olaraq göstərilən maddi dəyərlilər üzrə inventarlar maddi məsul şəxslərin öhdəsində olması işləri tərəfimizdən yoxlanılmış, Məktəb üzrə 1 nəfər maddi məsul şəxs məktəbin təsərrüfat müdiri Şahid14 öhdəsində olduğu müəyyən edildi. Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbin təsərrüfat müdiri, maddi-məsul şəxs Şahid14 öhdəsində olan maddi qiymətlilərin və materialların faktiki varlığı 23 iyun 2023-cü il tarixə yoxlanılaraq mühasibat qalığı ilə üzləşdirildikdə 1472,93 manat dəyərində 1 ədəd QAZ-52 markalı avtomaşının catışmazlığı müəyyən edildi (iltizam,izahat,şəxsiyyət vəsiqəsini surəti, akt, arayış, üzləşdirmə cədvəli əlavə olunur). İş materiallarında olan 03 may 2024-cü «götürmə və baxış keçirilməsi» haqqında protokoldan görünür ki, həmin sənədlərin içərisində 1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Cəlilabad rayon təhsil şöbəsinin (indiki Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil idarəsinin Cəlilabad sektoru) 197 nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrasının həvalə edilməsi barədə əmr,
2. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 3-29/3-1-318K/2023/4 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Şahid15 Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi barədə əmr, 3. “Soyuqbulaq kənd tam orta məktəbi direktorunun əmrlər kitabı”nda məktəbin fəaliyyət dövrü ərzində məktəbin pedoqoji və texniki işçilərlə bağlı yazılan əmrlər, 4. Məktəbdə xidmətçi vəzifəsində işləyən Şahid24, Şahid9, Şahid18, Şahid13 üzürsüz səbəblərdən işə gəlməmələri barədə tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlar; 2022/2023-cü tədris ilinə dair “Texniki işçilərin işə davamiyyəti” tabeli vardır. 2022/2023-cü tədris ilinə dair “Texniki işçilərin işə davamiyyəti” tabeli xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edir. Tabeldə 1. Şahid14, 2. Şahid22, 3. Şahid1, 4. Şahid5, 5. Şahid7, 6. Şahid23, 7. Şahid4, 8. Şahid18, 9. Şahid9,
10. Şahid16, 11. Şahid6, 12. Şahid13, 13. Şahid19, 14. Şahid24, 15. Şahid20, 16. Şahid21 da daxil olmaqla ümumilikdə 16 texniki işçinin adı şaquli istiqamətdə sıralanmış, ad və soyadlarının qarşısında vəzifələri və işə gəlib-getmələri faktını təsdiqləyən imzaların atılması üçün xanalar vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində Şahid18, Şahid13, Şahid19, Şahid24 ad və soyadının qarşısındakı qrafalar boş olmuş, yəni imza atılmamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixə qədər olan dövr ərzində Şahid18, Şahid13, Şahid19, Şahid24, Şahid9 ad və soyadının qarşısındakı qrafalar boş olmuş, yəni imza atılmamışdır. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində Şahid24 qarşısındakı xana imzalanmışdır.
1. “Soyuqbulaq kənd tam orta məktəbi direktorunun əmrlər kitabı”ndan Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 14 nömrəli, xx.xx.2008-ci il tarixli əmri ilə Gülverdiyeva (İslamova) Mətanət Qüdrət qızının məktəbdə texniki işçi vəzifəsinə təyin edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 06 nömrəli, xx.xx.2012-ci il tarixli əmri ilə Şahid19 məktəbdə xidmətçi vəzifəsinə təyin edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 30 nömrəli, xx.xx.2013-cü il tarixli əmri ilə Şahid10 məktəbin texniki işçi vəzifəsindən azad edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 02 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə Şahid24 məktəbdə peçyandıran vəzifəsinə vəzifəsinə təyin edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 35 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə X5 məktəbdə Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsinə təyin edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 55 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Şahid14 məktəbdə təsərrüfat müdiri vəzifəsinə təyin edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin sabiq direktoru Hakif Cavadovun 70 nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə Şahid18 məktəbdə xidmətçi vəzifəsinə təyin edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru səlahiyyətlərini icra edən Təqsirləndirilən şəxs 140 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə Şahid19 3 il müddətinə analıq məzuniyyətinə buraxılması barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Şahid15 44 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə məktəbdə Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində işləyən X5 tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərdən müvafiq çıxarışlar;
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Cəlilabad rayon təhsil şöbəsinin (indiki Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil idarəsinin Cəlilabad sektoru) 197 nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrasının həvalə edilməsi barədə əmrin, 2. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 3-29/3-1-318K/2023/4 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Şahid15 Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi barədə əmrin, 3. Məktəbdə xidmətçi vəzifəsində işləyən Şahid24, Şahid9, Şahid18, Şahid13 üzürsüz səbəblərdən işə gəlməmələri barədə tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktların surəti;
3. 2022/2023-cü tədris ilinə dair “Texniki işçilərin işə davamiyyəti” barədə tabelin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən hissəsinin surəti tərəfimdən götürülərək araşdırma materiallarına əlavə edildi. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Cəlilabad rayon təhsil şöbəsinin xx.xx.2018-ci il tarixli 197 nömrəli əmri ilə Təqsirləndirilən şəxs Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrasının həvalə edilmişdir. İşi materiallarında olan xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi haqqında» haqqında protokoldan görünür ki, həcmi 5 873 664 bayt olan diski “HP” markalı kompüterin disk yuvasına saldıqda içərisində “Elsan Valiyev- 2 kart” və “Gulshan Valiyeva” adlı qovluqlar olduğu aşkar edildi. “Elsan Valiyev- 2 kart” adlı qovluğun içərisində həmin karta yüklənən məbləğlərin miqdarı, kartda olan vəsaitin hansı ATM-lərdən nağdlaşdırılması barədə məlumatlar və pulu nağdlaşdıran şəxslərin fotoşəkilləri yerləşdirilmişdir. Kartda olan pulu nağdlaşdıran şəxslərdən birinin Şahid11 olması görünür.“Gulshan Valiyeva” adlı qovluğun içərisində həmin karta yüklənən məbləğlərin miqdarı, kartda olan vəsaitin hansı ATMlərdən nağdlaşdırılması barədə məlumatlar və pulu nağdlaşdıran şəxslərin fotoşəkilləri yerləşdirilmişdir. Yuxarıda adları qeyd olunan digər faylların hər birinə baxış aparılsa da həmin fayllarda iş üçün əhəmiyyətli heç bir hala rast gəlinmədi. Bununla da diskə baxış başa çatdırıldı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi haqqında» haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, təqdim edilən sənədlər xx.xx.2018xx.xx.2023-cü dövr ərzində Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin işçilərinə əmək haqqıların ödənilməsi ilə bağlı tərtib edilmiş əmək haqqı cədvəlləri, “Müəllimlərin işə davamiyyət” və “Texniki işçilərin işə davamiyyət” cədvəllərindən ibarətdir.Götürmə zamanı götürülmüş xx.xx.2018-xx.xx.2023-cü dövr ərzində Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin işçilərinə əmək haqqıların ödənilməsi ilə bağlı tərtib edilmiş əmək haqqı cədvəlləri, “Müəllimlərin işə davamiyyət” və “Texniki işçilərin işə davamiyyət” cədvəlləri istintaq hərəkətinin iştirakçılarına təqdim edildi. Götürülən cədvəllər cinayət işinin materiallarına əlavə edildi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi haqqında» haqqında protokoldan və fotoşəkillərdən görünür ki, “QAZ-52” markalı avtomobil Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin həyətindədir. Avtomobilin istismarı müddəti bitdiyi üçün texniki baxışdan keçirilməmiş və dövlət qeydiyyat nişanının alınması təmin edilməmişdir. Avtomobil bort və kabina hissələrdən ibarətdir. Avtomobilin bort hissəsinin uzunluğu 3,2 m, kabina hissəsinin uzunluğu 2,3 m, ümumi uzunluğu isə 5,6 m, hündürlüyü 2,2 m-dir. Avtomobilin kabinası sarı rəngdədir. Kabinanın üzərində olan boyu solmuşdur. Kabinanın içərisində sükan, pedallar, sürət ötürücüsü, iki ədəd oturacaq, avtomobilin şit hissəsi vardır. Kabinanın çöl hissəsində iki ədəd avtomobil güzgüsü, iki ədəd işıqlar, ön bamper vardır. Avtomobilin mühərrikxanasında müxtəlif avtomobil detalları vardır. Avtomobilin yük yeri mavi rənglə rənglənmişdir. Boyanın rəngi solmuşdur. Yük yeri boşdur. Avtomobil dörd ədəd şinin üzərində dayanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «götürmə və baxış keçirilməsi haqqında» haqqında protokoldan və fotoşəkillərdən görünür ki,, həmin sənədlərin içərisində 1. “Soyuqbulaq kənd tam orta məktəbi direktorunun əmrlər kitabı”nda məktəbin fəaliyyət dövrü ərzində məktəbin pedoqoji və texniki işçilərlə bağlı yazılan əmrlər, 2. Məktəbdə kiçik xidmətedici işçi və sobayandıran vəzifəsində işləyən Şahid24 öz xidməti vəzifələrini icra etməməyi barədə tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlar və xx.xx.2023-cü il tarixli təqdimat, 3-4. 2018/2019 və 2019/2020-ci tədris illərində X sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ, 5-6. 2020/2021-ci tədris ilində Vİ və Vİİ sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ, 7-10. Fərdi təhsilə cəlb edilmiş X24 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022-ci tədris illərində tədris edilmiş fənlərə aid, 11. Fərdi təhsilə cəlb edilmiş X34 2021/2022-ci tədris ilində tədris edilmiş fənlərə aid, 12. Fərdi təhsilə cəlb edilmiş X45 2021/2022-ci tədris ilində tədris edilmiş fənlərə aid, 13. Fərdi təhsilə cəlb edilmiş X16 2021/2022-ci tədris ilində tədris edilmiş fənlərə aid, 14. Fərdi təhsilə cəlb edilmiş X35 2022/2023-cü tədris ilində tədris edilmiş fənlərə aid, 15-20. 2018/2019-cu tədris ilində məktəbin V, Vİ, Vİİ a, Vİİ b, Vİİİ, İX sinif jurnalları vardır. 2018/2019-cu tədris ilində X sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Fizika fənni üzrə dərsdənkənar məşğələlər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin Toğrul Abbasov, İlkanə Alışova, Aytən Alışova, Asiman Mənsimova, Qıztamam Sadıqova, Salman Vəliyev, Saməddin Vəliyev olmaqla ümumilikdə 7 nəfər X sinif şagirdlərinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmişdir. 2019/2020-ci tədris ilində X sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Fizika fənni üzrə dərsdənkənar məşğələlər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin Adəm Ağayev, Sübhan Əliyev, Alsun Cavadova, Məhəmməd Məmmədov, Mirəziz Mirzəyev, Ülkər Mirzəyeva, Aynur Musayevaya olmaqla ümumilikdə 7 nəfər X sinif şagirdlərinə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmişdir. 2020/2021-ci tədris ilində Vİ sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Fizika fənni üzrə dərsdənkənar məşğələlər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin Ruhid Abbasov, Rəcəb Abbasov, Ramal Alışov, Səma Dünyamalıyeva, Elvin Dünyamalıyev, Turan Dünyamalıyev olmaqla ümumilikdə 6 nəfər Vİ sinif şagirdlərinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmişdir. 2020/2021-ci tədris ilində Vİİİ sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Fizika fənni üzrə dərsdənkənar məşğələlər Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin Elsevər Alışov, Sevinc Alışova, Səbuhi Dünyamalıyev, Cahandar Sadıqov, Seyhun Bağırov olmaqla ümumilikdə 5 nəfər Vİİİ sinif şagirdlərinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmişdir. Fərdi təhsilə cəlb edilmiş Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X20 adına tərtib edilmiş 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022-ci tədris dövrlərinə aid dərs jurnallarına baxış aparan zaman müəyyən edilmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X24 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022-ci tədris illərində “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “İnformatika” fənləri həmin məktəbin ixtisasca “Fiziki tərbiyə” fənni müəllimi olan X40 tərəfindən tədris edilmişdir. Fərdi təhsilə cəlb edilmiş Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X25 adına tərtib edilmiş 2021/2022-ci tədris dövrünə aid dərs jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X34 2021/2022-ci tədris ilində “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri məktəbin ixtisasca ibtidai sinif müəllimi olan Təqsirləndirilən şəxs tərəfindən, “Coğrafiya” fənni isə ixtisasca “Fizika” müəllimi olan Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmişdir. Fərdi təhsilə cəlb edilmiş Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X12 adına tərtib edilmiş 2021/2022-ci tədris dövrünə aid dərs jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X12 2021/2022-ci tədris ilində “Riyaziyyat” fənni məktəbin ixtisasca “Kimya” müəllimi olan X47 tərəfindən, “Biologiya” fənni isə ixtisasca “Coğrafiya” müəllimi olan X26 tərəfindən tədris edilmişdir. Fərdi təhsilə cəlb edilmiş Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X41 adına tərtib edilmiş 2021/2022-ci tədris dövrünə aid dərs jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X44 2021/2022-ci tədris ilində “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri məktəbin ixtisasca ibtidai sinif müəllimi olan Təqsirləndirilən şəxs tərəfindən, “Coğrafiya” fənni isə ixtisasca “Fizika” müəllimi olan Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmişdir. Fərdi təhsilə cəlb edilmiş Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X27 adına tərtib edilmiş 2022/2023-cü tədris dövrünə aid dərs jurnalına baxış aparan zaman müəyyən edilmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin şagirdi X35 2022/2023-cü tədris ilində “Azərbaycan dili”, “Ədəbiyyat”, “Təbiət”, “T/incəsənət”, “Azərbaycan tarixi” fənləri həmin məktəbin ixtisasca ibtidai sinif müəllimi olan Təqsirləndirilən şəxs tərəfindən tədris edilmişdir. Məktəbin 2018/2019-cu tədris ilinə aid V, Vİ, VİİA, VİİB, Vİİİ və İX siniflərinə aid dərs jurnallarına baxış aparan zaman müəyyən edilmişdir ki, 2018/2019-cu tədris ilində məktəbin V, Vİ, VİİA, VİİB, Vİİİ və İX siniflərinə “Musiqi” fənni həmin məktəbin ixtisasca “Tarix” müəllimi olan X56 tərəfindən tədris edilmişdir. “Soyuqbulaq kənd tam orta məktəbi direktorunun əmrlər kitabı”ndan Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Şahid15 74 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə məktəbdə texniki işçi vəzifəsində işləyən Şahid13 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Şahid15 81 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə məktəbdə laborant vəzifəsində işləyən Şahid1 Hüseyn oğluna töhmət verilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Şahid15 83 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə məktəbdə kiçik xidmətedici işçi və sobayandıran vəzifəsində işləyən Şahid24 yazılı xəbərdarlıq edilməsi barədə; Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Şahid15 105 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə məktəbdə kiçik xidmətedici işçi və sobayandıran vəzifəsində işləyən Şahid1 Hüseyn oğluna töhmət verilməsi barədə əmrlərdən müvafiq çıxarışlar; Məktəbdə kiçik xidmətedici işçi və sobayandıran vəzifəsində işləyən Şahid24 öz xidməti vəzifələrini icra etməməyi barədə tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlar və xx.xx.2023-cü il tarixli təqdimatın surəti, 2018/2019 və 2019/2020-ci tədris illərində X sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ, 2020/2021-ci tədris ilində Vİ və Vİİ sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ, fərdi təhsilə cəlb edilmiş X24 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022-ci tədris illərində tədris edilmiş fənlərə aid, fərdi təhsilə cəlb edilmiş X34 2021/2022-ci tədris ilində tədris edilmiş fənlərə aid, fərdi təhsilə cəlb edilmiş X45 2021/2022-ci tədris ilində tədris edilmiş fənlərə aid, fərdi təhsilə cəlb edilmiş X16 2021/2022-ci tədris ilində tədris edilmiş fənlərə aid, fərdi təhsilə cəlb edilmiş X35 2022/2023-cü tədris ilində tədris edilmiş fənlərə aid, 2018/2019-cu tədris ilində məktəbin V, Vİ, Vİİ a, Vİİ b, Vİİİ, İX sinif jurnalları tərəfimdən götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 15 dekabr 2023-cü «götürmə və baxış keçirilməsi» haqqında protokoldan görünür ki, həcmi 15 836 399 bayt olan diski “HP” markalı kompüterin disk yuvasına saldıqda içərisində “Aladdın Valıyev”, “Gulshan Soltanova”, “Matanat İslamova”, “Parvana Sammadova”, “Raqıda İsmayılova” və “Z)Digər kartlar” adlı 6 ədəd qovluqlar olduğu aşkar edildi. Həmin qovluqların içərisində kartlara yüklənən məbləğlərin miqdarı, kartda olan vəsaitin hansı ATM-lərdən nağdlaşdırılması barədə məlumatlar və pulu nağdlaşdıran şəxslərin fotoşəkilləri yerləşdirilmişdir. “Gulshan Soltanova” adlı qovluqda olan pulu nağdlaşdıran şəxsin Təqsirləndirilən şəxs olması görünür. Yuxarıda adları qeyd olunan digər faylların hər birinə baxış aparılsa da həmin fayllarda iş üçün əhəmiyyətli heç bir hala rast gəlinmədi. Bununla da diskə baxış başa çatdırıldı. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid1 barəsində «məhkəmə xətşünaslıq ekspertizası» təyin edilmiş, məhkəməyə daxil olmuş 19 avqust 2024-cü il tarixli 3-16-16/2- 4/1169 nömrəli «məhkəmə xətşünaslıq ekspertizası»nın rəyində qeyd edilmişdir ki, ekspertiyaza təqdim edilmiş, 16 oktyabr 2023-cü il tarixli şahidin dindirilməsi haqqında protokolun 1-3-cü vərəqələrinin aşağısındakı imzalar, 4-cü vərəqində «ifadəmi oxudum öz sözlərimlə doğru yazılmışdır hec bir əlabəm yoxdur doğruluputu öz imzamla təsdiq edirəm Şahid1 o.» əlyazmaları və imza qrafasındakı imza Şahid1 tərəfindən icra edilmişdir. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş 04 iyul 2024-cü il tarixli Cəlilabad rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, 2028-ci ildən 2022-ci ilin avqust ayına kimi Cəlilabad rayon Soyuqbulaq kəndində internet xətti olmamışdır. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş 14 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Auditorlar Palatası, Sərbəst X6 18 nömrəli auditor rəyində görünür ki, 1. Məktəbin l ədəd QAZ-52 markalı avtomaşının 1472,00 manat dəyəri məktəbin təsərrüfat müdiri Şahid14 Qurbanəli oğlunun öhdəsində çatışmamazlıq kimi qalmamalıdır. 2. “Covid-19” pandamiya ilə əlaqədar Ekspertin rəyinə əsasən müəllimlərə hesablanmış 12.825,57 manat aktda göstərilən ümümi zərərdən azaldılmalıdır. 3. Yoxlama aktına əsasən müəyyən olunmuş 60.133,91 manat artıq ödənilmiş kimi qeyd olunan vəsait 14.297,57 (1.472,00 + 12.825,57) manat azaldılaraq 45.836,34 manat olacaqdır. 4. Bütün bunlardan əlavə İşə gəlmədən əmək haqqı almış kimi aktda deyd olunmuş 6 nəfər məktəbin işçilərinin hamısının dindirilmə zamanı prokurorluqda verdikləri ifadələri və məhkəmə iclaslarında verdikləri ifadələri Məhkəmə tərəfindən nəzərə alınarsa bu ödəmələr artıq ödəmələr kimi nəzərə alma bilməz. xx.xx.2023-cü il tarxdə tərtib olunmuş məlum yoxlama aktının 10-cü səhifəsində Qərarın təsviri hissəsinin sonunda qeyd olunmuşdur ki, məktəbdə uşaq birliyi təşkilatının rəhbəri işləmiş X13ma işə gəlmədiyi halda 2019-cü ildə 2160,32 manat, 2020-ci ildə 3749,73 manat 2021-ci ildə 3698,10 manat, 2022-ci ildə 4242,86 manat və 2023-cü ilin 01 yanvar tarixindən 10 mart tarixinə kimi806,46 manat, ümumilikdə 14657,47 manat əmək haqqmm artıq hesablanıb ödəmilməsi qeyd olunmuşdur. X13ma artıq hesablanmış 14657,47 manat puldan Covid- 19 pandemiyası ilə əlaqədar olaraq xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə qədər olan dövrdə hesablanmış (3749,73 + 3689,10) 7438,83 manat azaldılmaqla ona 7218,64 manat artıq əmək haqqının ödənilməsi qənaətinə gəlmək olar. Məhkəmə araşdırması ilə müəyyən olunacaq hər hansı zərər - ziyən məktəbin direktorundan, Direktorun tədris işləri üzrə müavinidən, Məktəbin müəllim və şagirdlərinin fəaliyyətinə-dərslərin keçirilibkeçirilməməsinə nəzarət etməli olan Cəlilabad rayon təhsil şöbəsinin əməkdaşlaından və Cəlilabad rayon təhsil şöbəsinin kartlara əmək haqqını yükləyən mühasiblərindən tələb olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-cü il tarixli qəbzdən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, X50 Xidtəminə 1600 (min altı yüz) manat maddi ziyan ödəmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “vəzifədən kənarlaşdırılma”növündə əlavə qətimkan tədbiri seçilmişdir. Məhkəməyə daxil olmuş Cəlilabad rayon Soyuqbulaq kənd orta məktəbinin 28 avqust 2024-cü il tarixli 065 nömrəli əmrdən çıxarışdan grünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən kənarlaşdırılmışdır. Məhkəmə istintaqında müdafiəçi tərəfindən verilmiş vəsatət əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “vəzifədən kənarlaşdırılma”növündə əlavə qətimkan tədbiri ləğ edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon prlokurorluğunun 27 fevral 2024-cü il tarixli qərar ilə ünyamalıyev Balafər Meşəxan oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Cəlilabad rayonu, Ağdaş inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, Təqsirləndirilən şəxs məktəbdə işlədiyi müddət ərzində səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyətinə görə məktəbin müəllim və şagirdləri arasında böyük hörmət qazanmış, işçilərinə münasibətdə də həmişə mehribançılığı, ünsiyyətcilliyi və etik davranış normalarına əməl etməsilə başqalarına örnək olub. Eyni zamanda o, yaşadığı kənndə özünü işgüzar və zəhmətkeş bir sakin kimi göstərmiş, kənddə keçirilən ictimai tədbirlərdə yaxından iştirak etmiş, həm kənd camaatı, qonşuları, həm də kənd ağsaqqalları yanında özünə böyük hörmət qazana bilmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 179.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və buna görə də, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə şərti məhkum etmə üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumuluğunu, yaşlı olmasını, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmasını, dəymiş ziyanın bir qismini ödəməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalı, lakin ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsində göstərilir ki, böyük təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, dəymiş ziyanın bir qismini ödəməsini, uzun müddət, 40 il pedaqoji fəaliyyətlə məşğul olmasını, 64 yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərlərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonunda yaşadığına görə sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin təqsirləndirildiyi maddələrin sanksiyalarında həmin cəza öz əksini tapmadığı hallarda CM-in 46.2-ci maddəsi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini nəzərə alaraq sonuncunun Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş əmələ münasibətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir. Buna görə də, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 46.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə qeyd olunan əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 46.3-cü maddəsinə əsasən dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə 51605,48 manat məbləğində maddi ziyandan 1600 manat ödənilmişdir. İş üzrə mülki iddi verilmədiyindən Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən iş üzrə zərərçəkmiş hüquqi şəxs Elm və Təhsil Nazirliyinin Lənkəran- Astara Regional Təhsil İdarəsinə dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki iddia verilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş - Şahid14 tərəfindən tərtib edilmiş “Texniki işçilərin işə davamiyyəti” tabelinin surəti, məktəbin vəzifəli şəxsləri tərəfindən tərtib edilən aktlar və təqdimatlar, bank hesabları ilə bağlı ələ keçirilmiş məlumatların köçürüldüyü 02 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalı, Cəlilabad Rayon Prokurorluğunda saxlanılan - xx.xx.2018-xx.xx.2023-cü dövr ərzində Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin işçilərinə əmək haqqıların ödənilməsi ilə bağlı tərtib edilmiş əmək haqqı cədvəlləri, “Müəllimlərin işə davamiyyət” və “Texniki işçilərin işə davamiyyət” cədvəlləri, 2018/2019 və 2019/2020-ci tədris illərində X sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ, 2020/2021-ci tədris ilində Vİ və Vİİ sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ jurnalları Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinə qaytarılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə ilə cəza təyin edilməsin. CM-nin 308.1-ci maddəsi ilə ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 179.3.2-ci maddəsi ilə həmin məcəllənin 46.2-ci maddəsini tətbiq etməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən zərərçəkmiş hüquqi şəxs Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə dəymiş ziyanla bağlı hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış – cinayət işinin materiallarına əlavə olunmuş - Şahid14 tərəfindən tərtib edilmiş “Texniki işçilərin işə davamiyyəti” tabelinin surəti, məktəbin vəzifəli şəxsləri tərəfindən tərtib edilən aktlar və təqdimatlar, bank hesabları ilə bağlı ələ keçirilmiş məlumatların köçürüldüyü 02 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılsın. Cəlilabad Rayon Prokurorluğunda saxlanılan - xx.xx.2018-xx.xx.2023-cü dövr ərzində Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinin işçilərinə əmək haqqıların ödənilməsi ilə bağlı tərtib edilmiş əmək haqqı cədvəlləri, “Müəllimlərin işə davamiyyət” və “Texniki işçilərin işə davamiyyət” cədvəlləri, 2018/2019 və 2019/2020-ci tədris illərində X sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ, 2020/2021-ci tədris ilində Vİ və Vİİ sinif şagirdlərinə Fizika fənnindən Şahid2 Qələmmirzə oğlu tərəfindən tədris edilmiş dərsdənkənar məşğələ jurnalları Cəlilabad rayonu Soyuqbulaq kənd tam orta məktəbinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyeva