Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-230/2025 12.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də yuyucu işləmiş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridaxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 mart 2025-ci il tarixdə saat 15:35-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2024-cü ilin may ayının ortalarında günorta saatlarında yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağındakı tək nəfərlik çarpayıda həmkəndlisi, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, habelə aralarındakı yaş fərqinin iki ildən çox olduğu, on dörd yaşı tamam olmayan şəxs olduğu aşkar surətdə ona məlum olduğu halda xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığını pozaraq qəsdən təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 20-21 may 2024-cü il tarixlərdə günorta saatlarında yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağındakı tək nəfərlik çarpayıda həmkəndlisi, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, habelə aralarındakı yaş fərqinin iki ildən çox olduğu, on dörd yaşı tamam olmayan şəxs olduğu aşkar surətdə ona məlum olduğu halda xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qəsdən təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2024-cü ilin may ayının axırlarında günorta saatlarında yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağındakı tək nəfərlik çarpayıda həmkəndlisi, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, habelə aralarındakı yaş fərqinin iki ildən çox olduğu, on dörd yaşı tamam olmayan şəxs olduğu aşkar surətdə ona məlum olduğu halda xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qəsdən təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur. Gümüşlə bir-birlərini görüb bəyənmiş, aralarında sevgi münasibəti yaranmışdır. Gümüşü sevməsi və onunla ailə qurmaq niyyətində olmasını anasına bildirmiş, anası da öz növbəsində bu barədə Gümüşün anası Şahid2 məlumat vermişdir. Ailələrinin razılığı ilə 2024-cü ilin aprel ayında Gümüşgilin evində “nişan” məclisi keçirilərək Gümüşlə nişanlanmışlar. Valideynləri onlara Gümüş on səkkiz yaşına çatdıqda rəsmi nikaha daxil olaraq ailə quracaqlarını bildirmişlər. Bununla belə bir müddət sonra Gümüş ona ailə qurmaq istədiyini bildirmiş, o isə səbrli olmasını, zamanı gəldikdə ailə quracaqlarını bildirmişdir. Gümüş ona yalan dediyini, onu istəmədiyini, cinsi əlaqədə olacaqları halda ailələrinin onlara ailə qurmağa icazə verəcəklərini deyərək cinsi əlaqədə olmağı təklif etmişdir. O, Gümüşlə cinsi əlaqədə olmasına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunacağını düşünməmişdir. O, Gümüşlə razılaşaraq ilk dəfə 2024-cü ilin may ayında yaşadığı, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evində onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra daha iki dəfə Gümüşlə həmin fərdi yaşayış evində təbii yolla cinsi əlaqədə olmuşdur. Bir neçə ay sonra Gümüş ona hamilə olduğunu bildirmiş, daha sonra onun və Gümüşün anası da Gümüşün hamilə olduğunu öyrənmişlər. Ailələrin razılığı ilə evdə yaxın qohumların iştirakı ilə “toy” məclisi keçirilmiş, bundan sonra Gümüş onunla birlikdə yaşamağa başlamışdır. Gümüş onun evində yaşadığı müddətdə onunla cinsi əlaqədə olmamışdır. Gümüş hamilə olduğundan onu Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən xəstəxanaya müayinəyə aparmış, bundan təxminən beş-altı gün sonra polis əməkdaşları yaşadığı evə gələrək onu özləri ilə Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ailə tərkibi anası, atası və bacısından ibarətdir, bacısı ailəlidir və onlarla birlikdə yaşamır, atası isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan hal-hazırda cəzacəkmə müəssisəsində cəza çəkir. O, "xxxx" MMC-də yuyucu işləyərək və digər vaxtlarda kənd sakinlərinə məxsus mal-qaraya çobanlıq etməklə dolanışığını təmin etmişdir. O, Gümüşün hamiləliyinin ikinci ayında Gümüşün hamilə olmasından xəbər tutmuş, hamiləliyinin 5-ci ayında isə Gümüş onunla birlikdə onun evində yaşamağa başlamışdır. Hal-hazırda da Gümüş onun anası ilə birlikdə həmin evdə yaşayır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə məhkəmə baxışı zamanı Gümüşlə ortaq övladının dünyaya gəldiyini, Gümüşün və yeni dünyaya gəlmiş övladının anası ilə birlikdə yaşadığını, bununla da artıq himayəsində iki qadın, bir azyaşlı körpənin olduğunu, ailənin dolanışığının onun üzərində olduğunu, Gümüşlə faktiki ailə münasibətlərinin olduğunu, azadlıqdan məhrum edilməsinin ailəsinin həyat şəraitini eləcə də, maddi vəziyyətini pisləşdirəcəyini bildirərək məhkəmədən cəza təyin edərkən bütün bu halları nəzərə almağı xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2024-cü ilin əvvəllərində Ağcabədi rayonu Hindarx qəsəbəsində gözəllik salonunda usta köməkçisi işləyərkən Ceyhunla bir-birlərini görüb bəyənmiş, aralarında sevgi münasibəti yaranmışdır. Bir müddət keçdikdən sonra hər ikisi aralarında olan sevgi münasibəti barədə ailələrinə məlumat vermiş, Ceyhunun anası onlara “elçi” gəlmiş, 21 aprel 2024-cü il tarixdə evlərində “nişan” mərasimi keçirilərək Ceyhunla nişanlanmışdır. O, 2024-cü ilin may ayında Ceyhunun yaşadığı fərdi yaşayış evində öz razılığı ilə Ceyhunla cinsi əlaqədə olmuşdur. Bundan bir müddət sonra hamilə olduğunu bilmiş, bu barədə anasına və Ceyhuna məlumat vermişdir. Təxminən 2024-cü ilin oktyabr ayından etibarən Ceyhunla birlikdə onun evində yaşamağa başlamışdır. Hamiləliyinin gedişi ilə bağlı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən xəstəxanaya müayinəyə getdikdən sonra onun hamilə olması hüquq-mühafizə orqanlarına məlum olmuş, bundan sonra polis əməkdaşları Ceyhunu saxlamışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ceyhunla öz razılığı ilə yalnız bir dəfə cinsi əlaqədə olmuş, bundan başqa Ceyhunla cinsi əlaqədə olmamışdır. xx.xx.2025-ci il tarixdə uşaq dünyaya gətirmiş, hal-hazırda Ceyhunun anası ilə birlikdə yaşayır. Ceyhundan heç bir şikayət və tələbi yoxdur, Ceyhunla ortaq övladı var, münasibətləri yaxşıdır, Ceyhun həbs olunmamışdan əvvəl ailə kimi birlikdə yaşamışlar. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 330.1-ci maddəsinə (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Ceyhunla ilk dəfə 2024-cü ilin may ayının ortalarında günorta saatlarında, ikinci dəfə 4-5 gün keçdikdən sonra günorta saatlarında, üçüncü dəfə 5-6 gün keçdikdən sonra, may ayının axırlarında günorta saatlarında Ceyhunun evində qonaq otağında çarpayıda cinsi əlaqədə olmuşdur. İbtidai istintaqı zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərdi ki, həmin ifadəsi müstəntiq tərəfindən qanuni nümayəndəsi və mütəxəssisin iştirakları ilə alınmışdır, ifadənin sonundakı imza ona məxsusdur. Lakin, o, ibtidai istintaq zamanı ifadəsində Ceyhunla yalnız bir dəfə cinsi əlaqədə olduğunu bildirmiş, ifadəni oxumadan imzalamışdır. Hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədən yeni doğulmuş ortaq uşaqlarının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 ifadəsində göstərmişdir ki, qızı Gümüş və Ceyhunun mobil telefon vasitəsilə mütəmadi olaraq bir-birləri ilə əlaqə saxlamaları, sevgi münasibətlərində olmaları barədə məlumatı olmuşdur. Ceyhun ona bir neçə dəfə Gümüşlə ailə qurmaq istədiyini bildirmiş, lakin o, Gümüşün azyaşlı olduğunu bildirərək buna razılıq verməmişdir. Sonradan onların bir-birindən ayrılmaq fikirlərinin olmadığını, bir-birlərini sevdiklərini görüb münasibətlərinə razılıq vermiş, Ceyhunun anası 2024-cü ilin aprel ayında onlara “elçi” gəlmişdir. Evlərində “nişan” məclisi keçirilmiş, Gümüşlə Ceyhun nişanlanmışlar. Bir neçə ay sonra Gümüşdə bioloji dəyişikliklər görərək onun hamilə olmasını anlamış, bu barədə Gümüşlə Ceyhundan soruşduqda onlar cinsi əlaqədə olmalarını təsdiq etmişlər. Halhazırda qızı Gümüş yeni doğulmuş körpəsi ilə birlikdə Ceyhunun anası ilə yaşayır. Ceyhundan heç bir şikayəti yoxdur onun həbsdə qalması qızı Gümüşə heç bir müsbət təsir etməyəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Ceyhun ona həmkəndliləri Gümüşü bəyəndiyini deyərək onunla ailə qurmaq istədiyini bildirmiş, o isə Gümüş azyaşlı olduğunundan hal-hazırda onların ailə qurmasının mümkün olmadığını bildirsə də, Ceyhun Gümüş üçün elçi getməyəcəyi halda evi tərk edib gedəcəyini demişdir. O, özü də “sevgidən yarı qaldığı” üçün oğlu Ceyhunun sevib ailə qurmasını istəmiş, bu səbəbdən Gümüşün ailəsinə “elçi” gəlmək istədikləri barədə xəbər göndərmişdir. Gümüşün yaşı az olduğundan Gümüşün ailəsi ilə qarşılıqlı olaraq belə qərara gəlmişlər ki, Gümüşün on səkkiz yaşı tamam olana qədər Ceyhunla Gümüşü nişanlasınlar, Gümüşün on səkkiz yaşı çatdıqda isə onlara toy edib evləndirsinlər. Bir neçə ay sonra Ceyhun ona Gümüşün hamilə olduğunu bildirmişdir. O, Gümüşü və yeni doğulacaq körpəni qəbul etdiyini bildirərək Gümüşün onların evinə gəlib o və oğlu ilə birlikdə yaşamasına razılıq vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə əsasən cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v. 1;) - Ağcabədi RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X6 RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, polis mayoru Elşən Hüseynov tərəfindən X4 Təqsirləndirilən şəxs ilə nişanlanması, nişan mərasimindən sonra ər-arvad münasibətlərində olmaqla birgə yaşamaları, Zərərçəkmiş şəxs 6 (altı) aylıq hamilə olması müəyyən edimişdir. (i.v. 4;) - Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən sənədlər üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuşdur. (i.v. 8;) - “Baxış keçirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Ağayev X5 Gümüş Asif qızı ilə Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında olan çarpayıda cinsi əlaqədə olduğunu göstərir. (i.v. 14-17;) - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan və “şübhəli şəxsin tutulması haqqında” həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18, 27) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 729 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində üzərində və eləcə də xarici cinsiyyət üzvlərində hər hansı bir xəsarət aşkar edilmədi, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, uzunsov formalı küt əşyanın, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən pozula bilərdi, pozulma müddəti köhnə olmaqla 2-3 həftədən artıqdır, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir əlamət aşkar edilmədi, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi və ultrasəs müayinəsi zamanı onda hal-hazırda 24-25 həftəlik hamiləlik aşkar edilmişdir. (i.v. 39-41;) - “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin tanınması haqqında” 26 noyabr 2024cü il tarixli qərardan görünür ki, Şahid2 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (i.v. 50;) - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 53;) - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hamin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 61-62;) - Ağcabədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(017)-102/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmədə çıxış edərək ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, bu əməli ailə həyatı qurmaq üçün törətdiyini bildirmişdir. (i.v. 85-86;) - Məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 906 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakı kimidir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqli fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmasını dərk edə bilmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafından, malik olduğu fərdi psixoloji xüsusiyyətlərinə görə onunla baş verən əməlin mahiyyətini dərk etmiş, həmin əməl barədə düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs hadisə zamanı köməksiz vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs uydurmağa meyilli deyildir. (i.v. 111-113;) - “Cinayət əməlinin tövsif edilməsi barədə” 08 yanvar 2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsindən həmin Məcəllənin 152.4.1-ci maddəsinə tövsif edilmişdir. (i.v.125;) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 127-129;) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 551 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. (i.v. 143-145;) - Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 07 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs оğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs оğlu hər hansı bir psixi xəstəlik keçirməmiş, hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. (i.v. 146-148;) - Ambulator məcburi narkoloji-tibbi yoxlamanın 20 yanvar 2025-ci il tarixli 87 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 152;) - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş 13 (on üç) ədəd fotoşəkillərdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs “nişan” mərasimindən görüntülər, eləcə də, yeni dünyaya gəlmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ortaq uşağının görüntüləri əks olunmuşdur. (Cild 2) - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 18 fevral 2025-ci il tarixdə xəstəxanada uşaq dünyaya gətirmişdir. (Cild 2) Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş, öz müdafiəsi üçün hər hansı dəlil irəli sürməmiş, yalnız onu bildirmişdir ki, Gümüş Mirzəyeva ilə bir-birlərinni sevmiş, onunla ailə qurmaq niyyətilə cinsi əlaqədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin hal məhkəmənin müəyyən etdiyi işin faktiki halları ilə uzlaşır, bununla bağlı hər hansı mübahisə doğuran məsələ yoxdur. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə Təqsirləndirilən şəxslə yalnız bir dəfə 2024-cü ilin may ayında cinsi əlaqədə olması ilə bağlı hissədə tənqidi yanaşaraq hesab edir ki, Zərərçəkmiş şəxs həmin ifadəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmaqla işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı qanuni nümayəndəsi və mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində ifadə verərək göstərmişdir ki, Ceyhunla ilk dəfə 2024-cü ilin may ayının ortalarında günorta saatlarında, ikinci dəfə 4-5 gün keçdikdən sonra günorta saatlarında, üçüncü dəfə 5-6 gün keçdikdən sonra, may ayının axırlarında günorta saatlarında Ceyhunun evində qonaq otağında çarpayıda cinsi əlaqədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs ilə müxtəlif vaxtlarda üç dəfə cinsi əlaqədə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həmin hissədə sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmənin müəyyən etdiyi işin faktiki halları ilə uzlaşan, digər sübutlarla təsdiq olunan mötəbər sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə əməllərinə görə məsuliyyət nəzərdə tutulur. Bu cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. Bu cinayətdən zərərçəkmiş şəxs qismində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmamış şəxslər çıxış edə bilər. Nəzərdə tutulan cinayət obyektiv cəhətdən 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmədə ifadə olunur. Bu maddə ilə məsuliyyətin yaranması üçün 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər könüllü həyata keçirilməlidir. Belə hərəkətlərin könüllü deyil, zorakı üsullarla törədilməsi müvafiq əlamətlər üzrə Azərbaycan Respublikası CM-nin 149 və ya 150-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. Zərərçəkmiş şəxsin ağıl zəifliyi, fiziki və psixi qüsurları, digər xəstəlik vəziyyəti ilə əlaqədar, 14 yaşına çatmamış zərərçəkmiş şəxsdə sadalananlarla bərabər azyaşlı olması səbəbindən onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilmirsə və bu fakt təqsirkar tərəfindən dərk edilirsə, belə hal zərərçəkmiş şəxsin köməksiz vəziyyəti kimi qiymətləndirilir və təqsirkarın əməli (ilk baxışdan könüllü cinsi əlaqə və ya digər seksual əlaqəyə bənzəyir) Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə deyil, 149-cu və ya 150-ci maddəsi ilə tövsif edilməlidir. Ona görə də hər bir konkret halda zərərçəkmişin sadalanan hallarla əlaqədar onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilib-bilməməsi məsələsi aydınlaşdırılmalıdır. Bu cinayət formal tərkiblidir və təqsirkarın 14 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və ya onun barəsində seksual xarakterli hərəkətlər etdiyi andan başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərədə tutulmuş cinayətin subyekti 16 yaşı tamam olmuş kişi və ya qadın cinsindən olan anlaqlı şəxslər ola bilər. Azərbaycan Respublikası CM-nin 152-ci maddəsinin qeydinə əsasən həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət törədən şəxsin cinayət törədilərkən minimum yaşı 16 yaş 1 gün olmalıdır. Azərbaycan Respublikası CM-nin 20-ci maddəsinə əsasən 152-ci maddədə təsbit olunan cinayətə görə məsuliyyət 16 yaşı tamam olan şəxslər üçün yaranır. Deməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi üzrə cinayətin subyekti cinayət törədilərkən 16 yaşı tamam olmuş şəxs ola bilər. Təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə dedikdə əvvəllər Azərbaycan Respublikası CM-nin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq təqsirkarın yenidən cinsi əlaqədə olması və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə kimi tövsif edilir ki, əvvəlki cinsi əlaqədə olmaya və ya seksual xarakterli digər hərəkətləri etməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin və ya buna görə şəxs məhkum olunmasın. Zərərçəkmiş şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə dayandırılmadığı, yaxud qısa müddətdə dayandırıldığı və cinsi aktların törədildiyi şəraitin təqsirkarın vahid qəsdi (niyyəti) ilə əhatə olunduğunu sübut edən hallarda əməl təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə kimi tövsif edilə bilməz. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il təvəllüdlü olmaqla cinayət hadisənin baş verdiyi vaxt 16 yaşı tamam olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs xx xxxx 2010-cu il təvəllüdlü olmaqla sonuncu əməl törədilən vaxt 13 yaşına çatmış, lakin 14 yaşına çatmamış şəxs olmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Ağayev X5 Gümüş Asif qızı ilə könüllü şəkildə 2024-cü ilin may ayında müxtəlif tarixlərdə üç dəfə cinsi əlaqədə olmuşlar. Bu hal Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, digər istintaq hərəkəti protokolları ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilmişdir. Buna görə də, belə hal zərərçəkmiş şəxsin köməksiz vəziyyəti kimi qiymətləndirilməməlidir. Belə ki, məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 906 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmasını dərk edə bilmişdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafından, malik olduğu fərdi psixoloji xüsusiyyətlərinə görə onunla baş verən əməlin mahiyyətini dərk etmiş, həmin əməl barədə düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs hadisə zamanı köməksiz vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs qarşı edilmiş hərəkətlərlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri ilə, cinayət işi materiallarında olan “baxış keçirilməsi haqqında ” 25 noyabr 2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 25 noyabr 2024-cü il tarixli 729 nömrəli, kompleks məhkəmə psixiatrik və məhkəmə psixioloji eksertizasının 03 dekabr 2024-cü il tarixli 906 nömrəli, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 551 nömrəli rəyləri və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 07 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 102-103;) - Ağcabədi rayon İcra başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X8 və anası Şahid1 ibarətdir. X3 cəzaçəkmə müəssisəsində cəza çəkir. (i.v. 105;) - Ağcabədi rayon İcra başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (i.v. 106;) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını şəxsiyyətini xarakterizə edən hallar kimi Azərbaycan Respublikası CMin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar olmasını və cəzasını ağırlaşdıran halların olmadığını (Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən) nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına, özünün, zərərçəkmişin eləcə də, yeni doğulmuş uşağının həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsinin sanksiyasında üç ilədək müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə altı ildən yeddi il altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2023-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinə görə ona cəza təyin olunarkən məhkəmə tərəfindən nəzərə alınmalı olan əsas kriteriya şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd eləməyi zəruri hesab edir. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli 213 nömrəli qərarın 2.1.1-ci bəndində göstərilmişdir ki, erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikahdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanaraq 2022-ci ildə dərc edilmiş “Erkən nikahların aradan qaldırılması: Qanunvericilik və onun tətbiqi praktikası” haqqında hesabatda (https://family.gov.az/az/reports) həm anket sorğuları, həm də statistik məlumatlar əsasında hazırlanmış kəmiyyət tədqiqatlarının nəticələri, eləcə də, ekspertlərdən əldə edilən müsahibələr əsasında aparılan keyfiyyət təhlillərindən aşağıdakı ümumi nəticələr əldə edilmişdir: Ümumilikdə erkən nikah anlayışı haqqında məlumatlılıq səviyyəsi qənaətbəxş hesab edilsə də, bu sahədə maarifləndirmə işlərinin keyfiyyətində bəzi problemli nüanslar mövcuddur. Bu nüanslardan biri budur ki, insanlar erkən nikah anlayışından məlumatlı olsalar da, qanunvericilik aspektdən çox az məlumatlıdırlar. Xüsusilə erkən nikaha qarşı mübarizədə edilən təkliflərin təhlilləri də bu məqamı təsdiq edə bilər. Erkən nikahla bağlı məlumatlılıq səviyyəsi hər sosial-demoqrafik qruplarda eyni səviyyədə deyil. Eyni zamanda məlumatlılıq mənbəyi də sosial-demoqrafik qruplara görə dəyişməkdədir. Eyni zamanda erkən nikahla bağlı məlumatlılıq hər zaman ona qarşı neqativ bir qavramanı meydana gətirmir. Ümumilikdə erkən nikaha qarşı münasibət mənfi olsa da, bəzi əlamətlərinə loyal bir münasibətin də olduğunu görmək mümkündür. Xüsusilə erkən nikahda maarifləndirmə və idrak arasındakı münasibət ondan ibarətdir ki, erkən nikahdan məlumatlı olmaq hər zaman erkən nikaha qarşı qavramanı yaratmır. Maarifləndirmə ilə qavrama arasında müsbət əlaqə olsa da, insanların erkən nikaha və onun elementlərinə neqativ və ya pozitiv baxışına təsir edən faktorlardan biri də onun sosial-demoqrafik statusları ilə bağlıdır. Bununla yanaşı məlumatlılıq səviyyəsi artdıqca onun neqativ idrakı ilə bağlı artım olsa da, bu artım o qədər də adekvat deyil. Ümumilikdə erkən nikahın səbəbləri haqqında mülahizələr doğru olsa da, səbəblərə üstünlük verilməsi sosial-demoqrafik qruplara görə dəyişmişdir. Məlumatlılıq baxımından ən zəif təbəqələr kişilər, rayon mərkəzləri və kəndlərdə yaşayanlar, təhsil səviyyələri orta və aşağı olanlardır. Eləcə də, sosial statusu - yəni nisbətən aşağı təhsil tələb edən işlərdə işləyən şəx slər də məlumatlılıq baxımından zəif təbəqələr hesab olunur. Erkən nikahın fəsadları haqqında demək mümkündür ki, respondentlərin onun əsasən fəsadları haqqında mühakimələri doğru olsa da, hansı nəticələrə daha çox üstünlük verilməsi şəxslərin sosialdemoqrafik statusuna görə dəyişir. Təhsil səviyyəsi artdıqca erkən nikaha mənfi baxış artır, təhsil səviyyəsi azaldıqca erkən nikaha münasibət daha da loyallaşır. Erkən nikahın qurulması ilə ailənin uzunömürlülüyü arasında əlaqədə münasibət birmənalı deyil. Sosialdemoqrafik qruplar arasında ciddi fərq meydana gəlmişdir. Ekspertlər erkən nikahın fəsadları arasında boşanma hallarını qabartsa da, Dövlət Statistika Komitəsinin boşanmanın ailə quran şəxslərin yaş intervalları üzrə göstəriciləri onu göstərir ki, erkən nikahla boşanma halları arasında əlaqə mövcud deyil. Yəni, ekspertlərin rəyləri DSK nəticələrində öz təsdiqini tapmamışdır. Eləcə də, şəxslərin erkən nikahı uzunömürlü hesab edib-etməməsi ilə onların sosial-demoqrafik cəhətlərini müəyyənləşdirən bütün xüsusiyyətləri arasında əlaqə mövcuddur. Tədqiqat onu göstərir ki, övladı erkən nikaha loyal münasibət göstərən sosial-qruplar qeyri-rəsmi nikahda olub sonra rəsmi nikaha daxil olanlar, təhsilsiz şəxslər, təqaüdçülər, kişilər, dul şəxslər, tarixi şəhərlərdə yaşayanlar, kənd sakinləri, natamam orta təhsillilər, subay şəxslər, evdar qadınlar, paytaxt sakinləri , tam orta təhsillilərdir . Qeyd etmək lazımdır ki, övladlarına erkən nikahı məsləhət bilmə meyilliliyi yaşayış məntəqəsi, təhsil səviyyəsi, sosial status və s. amillərdən asılıdır. Respondentlər erkən nikah fenomenini mental və sosial-iqtisadi problem kimi daha çox dəyərləndirirlər. Eyni zamanda təhsil və təbliğatın arxa planda göstərilməsi iki faktora arxalanır və bu iki faktor bir-biri ilə əlaqəlidir. Bunlardan birincisi budur ki, maarifləndirmə işi kifayət qədər görülüb və insanlar çox məlumatlı olduğu üçün bunu səbəb kimi qiymətləndirmirlər. İkinci faktor budur ki, maarifləndirmə işi effektiv deyil və insanların davranışlarını dəyişdirməyib. Mental faktorların daha çox səbəb kimi göstərilməsi ikinci faktorun daha etibarlı olmasının əyani sübutudur. Ümumilikdə isə həm kəmiyyət, həm də ekspertlərin müsahibədəki yanaşmalarının kontent təhlilində müəyyən edilmişdir ki, erkən nikah sosial-iqtisadi bir problemdir. Ənənələrin mənfi təsiri müəyyən qədər zəifdir. Bu səbəb sadəcə köməkçi rolu oynayır. Ümumilikdə erkən nikaha və onun elementlərinə baxış tərzində şəxslərin sosial demoqrafik statusları həlledici rol oynayır. Erkən nikaha nisbətən loyal münasibəti daha çox kişilərdə, rayon və kənd yerlərində, paytaxtda, təhsil səviyyəsi tam orta təhsil səviyyəsi və ondan aşağı olanlarda, boşanmış şəxslərdə, aşağı təhsil səviyyəsi tələb edən işlərdə işləyən şəxslərdə, gəlir səviyyəsi nisbətən aşağı olan təbəqələrdə rastlamaq mümkündür və bunlar erkən nikah üçün risk qrupları hesab edilir. Sadalanan bu qruplarda bəzi istisnalar olmaqla, həm də məlumatlılıq səviyyəsinin aşağı olduğu müəyyənləşmişdir. Məhkəmə kolegiyası qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarında da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli mental və sosial-iqtisadi problemin nəticəsi olmaqla həm onun, həm zərərçəkmişin, həm də onların valideynlərinin buna loyal münasibəti nəticəsində törədilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibətinin olması, bununla əlaqədar onunla ailə qurmaq niyyəti ilə cinsi əlaqədə olması, faktiki ailə münasibətlərində yaşamaları, bu izdivacdan uşaqlarının dünyaya gəlməsi onun əməlinin ictimai təhlükəliliyini aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaltmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o, zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs Arif oğlunun cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun şəxsiyyətini xarakterizə edən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, aralarında sevgi münasibətləri olmaqla faktiki ailə münasibətlərində olmalarını, ortaq uşaqlarının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs real olaraq azadlıqdan məhrumetmə cəzasını çəkməsinin onun gələcək həyatına, zərərçəkmiş şəxsin və yeni doğulmuş uşağının da psixoloji vəziyyətinə və gələcək həyatına mənfi təsir edəcəyini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona, zərərçəkmişə və onların ortaq uşağına mənfi təsir göstərməklə yanaşı, onları ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsiil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlikdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisini tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respubikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilərək, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il müddətə yetkinlik yaşına çatmayanı tərbiyə etmək və nəzarəti həyata keçirmək vəzifəsi daşıyan fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və təyin edilmiş əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş yetkinlik yaşına çatmayanı tərbiyə etmək və nəzarəti həyata keçirmək vəzifəsi daşıyan fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisini tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin, o dərhal saxlanıldığı Bakı İstintaq təcridxanasından həbsdən azad edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-230/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-230/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver