Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-231/2024 09.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X19 (sədrlik edən və məruzəçi), X21 və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1978-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində saxlamış, habelə yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 10,927 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Mersedes C klass” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 17:35də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar şəhəri, Nizami küçəsində mərkəzi işıqforun yaxınlğında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasına avtomobili ilə birlikdə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 4,375 qram narkotik vasitə olan heroin onun əynində olan gödəkçəsinin sol sinə cibindən və avtomobilə baxış keçirilən zaman bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 6,552 qram narkotik vasitə heroin avtomobilin salonundan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq “Vilayəti-fəqih” (X38 Xomeyni tərəfindən yaradılmış və İran İslam Respublikasında dövlət idarəçiliyinin başlıca ideoloji komponenti olan dini-siyasi nəzəriyyə) dini-siyasi doktrinasının tətbiq edilməsinin, şəriət qaydalarına əsaslanan dövlət idarəetməsinin yaradılmasının vacibliyi vurğulanan, “Vəliyyifəqih”in (Dini hökmləri dərindən mənimsəmiş, öz həyatında, qərar və davranışlarında onları rəhbər tutan mötəbər din alimi fəqih, İslam hökümətinin başçısı) hakimiyyətdə olmadığı, onun təyin etmədiyi və ya onun icazəsi olmadan qurulmuş hökümətlərin legitim olmadığı, onları zor tətbiq etməklə, qiyam yolu ilə devirməyin, dövlətin dünyəvi xarakterinin zorla dəyişdirilməsinin zəruriliyi ifadə olunan, bu məqsədə nail olmaq üçün meydanlara çıxmaq, cihad etmək, vuruşmaq və qan tökməyə təşviq olunmuş, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin qurulmasının vacibliyi təbliğ olunmaqla şəriət üsul idarələri dini dövlətin yaradılmasına dair çağırışları təbliğ edən dini ekstremist kitabları, yəni X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək” və “Azərxəşi digər əz aseman kərbala” kitablarını istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yaymaq məqsədi ilə 02 fevral 2023-cü il, saat 22:35-dək yəni, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən evinə baxış keçirilib aşkar edilənədək, yaşadığı Biləsuvar şəhəri, “Təyyarə meydanı” təzə məhəllədə yerləşən evində saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında olan ifadələr ona məxsus olmamaqla, doğru deyildirlər. Belə ki, 31 yanvar 2023-cü il tarixdə, saat 17:30-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Saat dairəsi”nin yaxınlığlında özünə məxsus “Mersedes C kalss” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Nizami küçəsində mərkəzi işıqforun yaxınlığında bir neçə polis əməkdaşı avtomobilə yaxınlaşaraq, özlərini təqdim etmədən onu tutub Biləsuvar Rayon Polis X28 Bölməsinə aparmışlar. Polis bölməsində əynində olan gödəkçənin cibinə tiryək qoyduqdan sonra özləri də həmin tiryəki cibindən çıxararaq videoçəkiliş aparmışlar. Videoçəkilişlə avtomobilinə keçirilmiş baxış zamanı maşına qoyulmuş narkotik vasitəni tapa bilmədiyi üçün polis əməkdaşları özləri həmin narkotikin yerini ona göstərmişlər. Polis bölməsində onu təhqir etmiş, özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, əxlaqsız söyüşlər söymüşlər. Ona demişlər ki, onların dediklərini etməsə başına oyun açacaqlar, narkotiki boynuna götürsün, çəkisi azdır. İki gündən sonra polis əməkdaşları onun evinə getmiş, özləri ilə evə qadağan olunmuş bir-iki dini kitab aparıb qoymuşlar. Evində olan digər dini kitablar Bakı şəhərində satışda olan, dini mövzularla bağlı kitablar olmuşdur. Ümumiyyətlə, narkotik vasitə və bəzi dini kitablar ona məxsus deyil, aid olmayan predmetlərdir. İttiham olunduğu dini məsələlərlə bağlı söhbətlər ona aid deyildir. Dövlətinə həmişə xidmət etmiş, dövlətçiliyə qarşı heç vaxt çıxış etməmişdir. Qardaşı hərbi xidmətdə olduğu vaxt yaralanmış, üç il erməni əsirliyində olmuşdur və hazırda qazidir. Vətənpərvər ailəsi vardır. Vətənə qarşı olan sevgilərini bütün rayon bilir. Vətəninə həmişə xidmət etməyə razıdır. On aydır ki, anasının onun hansı səbəbə görə həbs olunmasından xəbəri yoxdur. Cinayət işində yazılanlar yalandır. Məktəbdə yeddinci sinifdən çıxıb orta təhsilini yarımçıq saxlamış, sonra dini təhsil almaq istəmiş, ilahiyyət universitetinə sənəd verəndə ona demişlər ki, orta təhsillə bağlı attestatı olmadığı üçün ali dini təhsil ala bilməz. Buna görə də, dini təhsilini xaricdə davam etdirmək üçün İran İslam Respublikasına getmişdir. İranda sonuncu dəfə 2022-ci ilin avqust ayında olmuşdur. İrana tez-tez səfər etməsi təhsil və müalicə məqsədləri ilə bağlı olmuşdur. Hələ də başa düşə bilmir ki, hansı səbəbə görə xaricdə dini təhsil alanlara zülm verirlər, onlar nəyə görə hökümətin nəzarəti altındadırlar, halbuki vətənlərinə, dövlətlərinə sadiq olan şəxslərdir. Ümumiyyətlə, cinayət işində yazılanlar ona aid olmayan bir şeylərdir. Atababadan dinə bağlı adamlar olmuşlar, dinlərinə həmişə düzgün yanaşmışlar. Evlərində həmişə müqəddəs kitab Qurani-Kərim olmuşdur. Onlara nə İran, nə Türkiyə, nə də Amerika din öyrədib, ata-babadan azərbaycan xalqı müsəlman xalqıdır və dininə bağlı olub. Evində olan dini kitablar peyğəmbərin balalarına, nəvələrinə, İmam Hüseynə və İmam Əliyə aid olmuş, həmin kitablarda onların həyatları haqqında bəhs edilmişdir. Onda elə dini kitablar vardır ki, həmin kitabları oxumaq üçün başqa şəxslərdən əldə etmişdir. Hamıda olduğu kimi kitabxanadan kitab alanda dərhal oxumamış, evə aparandan bir müddət sonra oxumuşdur. Buna görə cinayət məsuliyyətinə cəlb olunmalı deyil. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, rayonun mərkəzində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, sonra isə iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb, tutaraq şöbəyə aparmışlar. İbtidai istintaq zamanı üzərində və avtomobilində aşkar edilən narkotik vasitəni polis əməkdaşları qoymuşlar. Təzyiq altında olduğu üçün və evində yaşlı, xəstə anasını polis əməkdaşları narahat etməsin deyə narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşlarının onun evinə gedərək anasını narahat etmələrini istəməmişdir. Polis bölməsində ona demişlər ki, üzərinə və maşınına qoyulan narkotik vasitənin özünə məxsus olmadığını desə onun üçün pis olacaqdır. Polislərlə ona görə razılaşmışdır ki, yaşadığı evə gedib ailə üzvlərini incitməsinlər. Polis əməkdaşları onu tutanda az da olsa təzyiq və təsir göstərmiş, bir nəfər tanımadığı polis əməkdaşı ona qarşı fiziki güc tətbiq etmiş, yumruğu ilə sol tərəfdən gözünün üstünə vurmuş, gözünün altı göyərmiş, digər şəxs isə təpiklə sağ ayağına vurmuş, lakin bunlar ciddi xəsarətlər olmamışdır. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və təzyiq altında üzərindən aşkar edilən narkotikin özünə məxsus olduğunu demişdir. Polis bölməsinə gedəndə avtomobilinin açarları özündə deyil, polisdə olmuşdur. Polis bölməsində başına gətirilənlər barədə rəsmi qaydada hər hansı bir orqana müraciət etməmiş, ancaq öz vəkilinə bildirmişdir. Məhkəmədə sanksiya zamanı hakimə narkotik vasitənin özünə məxsus olmadığını demişdir. Polis əməkdaşları tərəfindən tutulduğu üçün onlara heç nə deyə bilməmiş, lakin prokurora hər şeyi danışmışdır. “Vilayəti-Fəqih”, “Vəliyyi-fəqih” kitablarını oxumuş, həmin kitablar evində olmuşdur. Dini kitabları başqa niyyət üçün əldə etməmiş və oxumamışdır. Vilayət deyilən söz Allaha, İmam Əliyə və Peyğəmbərlərə məxsus sözdür. Başqa hər hansı bir şəxs “Vilayət” sözü haqqında danışa bilməz. Onda İranın dini liderlərinin və başqa şəxslərin şəkilləri olmuş, bu şəkilləri maraq üçün evində saxlamışdır. Azərbaycan dövlətinə, dövlət rəhbərinə, konstitusiyasına, qanunlarına və millətinə böyük hörməti var. Güya evində aşkar edilən hansısa rayon prokurorluğunun inzibati binasının, su anbarının şəkillərini çəkməsi barədə iddialar hamısı yalandır. Evində mərhum prezident Heydər Əliyevin şəkli olmuş, lakin evinə daxil olan polis əməkdaşları heç həmin şəkli çəkməmişlər. Qardaşları Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş, əsgərlərə yardım göstərmişlər. Vətənini necə sevməyə bilər? Onda Biləsuvar Rayon Məhkəməsi inzibati binasının şəkli olmamışdır. Evində Quranın izahı, islamın tarixi ilə bağlı müxtəlif cür dini kitablar olmuşdur. Ola bilsin ki, evində olan hansısa kitabın arasından Xomeyninin şəkli çıxmış olsun, lakin Əli Amini və Qasım Süleymaninin şəkilləri onda olmamış, həmin şəkillərin kimə məxsus olduğunu bilməmişdir. Evindən İrana məxsus, üzərində “Ya Hüseyn” yazısı ilə bayraq çıxa bilərdi, amma çıxmamışdır. Ona görə də, ittiham olunduğu bu xüsusatlarla bağlı özünü təqsirli bilməmişdir. Ola bilsin ki, evində dini mövzularla bağlı videokassetlər olmuşdur. Onda Quranla, İslam dini və peyğəmbərlərin həyatı ilə bağlı sənədli filimlər olmuş, amma dövlət əleyhinə hər hansı videokassetlər olmamışdır. Öz ailəsi dindar olmuş, heç kəsə dindən uzaq olmağı deməmişdir. Etiraf etdiyi kimi onda çoxlu dini mövzularla bağlı kitablar, müxtəlif dillərdə çap olunan Quran kitabı, Əhli-Beytin həyatı haqqında, bir ayənin geniş izahı barəsində, ərəb dilinin qramatikasına dair kitablar olmuşdur. kitabları satın almış, qonşuları da ona çoxlu kitab vermişlər. Kitabxanalarda da dini kitablar saxlanılır. Bu mənada evindən dini mövzuda yüz iyirmidən çox kitab aşkar edilməsi təəcüb doğurmamalıdır. Bəzi kitabları oxumağa vaxt tapmamış, Quran kitabının (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi) lazımı hissələrinə baxmışdır. Dövlətinə və dininə zidd olan kitablarla maraqlanmamışdır. Cinayətlə bağlı kitablar da oxumuşdur. Heç “android” mobil telefonlardan istifadə etməmişdir ki, Allah eləməsin birdən ona kimsə nəsə yazar, hansısa dövlət məmuru həmin mesaji görüb ona sual verər ki, “ay Hacı, bu nə məsələdir?”. Özü utanarmış, ona görə də, adi sadə bir telefon işlətmişdir. Böyük bir şərböhtanın içərisindədir, “yüklənib tutulmuşdur”. Heç kimə pis bir şeylər öyrətməmişdir. İnsanlardan pul almamış, kəndin axundu olmuşdur. Məscid ibadət yeri olduğuna görə oraya getmişdir. Bir dəfə məsciddə tək namaz qılanda iki nəfər gəlib arxasında oturmuş, kənardan kimlərsə onların şəklini çəkmiş, polisə həmin şəxsləri tanımadığını demişdir. Namaz qıldığı vaxt yanında gəlib oturan şəxsə nə deyə bilərmiş ki,? Onun ittiham olunduğu işdə heç bir günahı yoxdur. Müqavilə üzrə vəkilinə başına gətirilənlərin hamısını danışmışdır. Biləsuvar Rayon Polis Şöbəsində ifadə verəndə demişdir ki, narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur, ibadətlə məşğul olan adamdır. Tiryəkdən istifadə etməmiş, ümumiyyətlə siqaret belə çəkməmişdir. Belə olan halda tiryək satmaqda ittiham olunması absurddur. Narkotik vasitəni kimdən almış, kimlərə satmışdır məlum deyildir, əgər bu hallar varsa, həmin adamlar məhkəməyə dəvət edilsinlər. İndiki dövrdə hər bir məlumatı və fotoşəkilləri internetdən əldə etmək mümkündür. Müstəntiq qabağına sənədləri qoymuş, o da imzalamışdır. Vəkili and içmişdir ki, huquqlarını qoruyacaqdır. Vəkil müstəntiqə demişdir ki, “Qadir elə bir insan deyil”. Sonra bütün sənədlərin imzalandığını görüb, özü də narahat olmuşdur ki, necə ola bilər ki, vəkil bütün sənədlərə qol çəkmişdir. Müstəntiq ona qol çəkdirdikdən sonra demişdir ki, “narahat olma”. Təhdidlər isə hələ də davam etmiş, şok keçirtmiş və narahat olmuşdur. Məcburiyyət altında təqsiri olmayan hər şeyi etiraf etmişdir. Narkoman deyil və narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə-narkoloji ekspertizasının saxta rəyində narkoman olması barədə qeyd olunanlar həqiqəti əks etdirmir. Həmin rəydə yazılmışdır ki, guya qanında narkotik vasitə aşkar edilib, əslində isə elə deyildir. Tutularaq polis bölməsinə gətiriləndə oruc olmuş, polisdən içməyə çay, su istəmiş və elə həmin vaxt ola bilsin ki, polislər suya və çaya narkotik vasitə qatıb ona vermişlər. Ona psixi və fiziki təsir göstərən polis əməkdaşlarının kimliyini bilmir. İş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 tərəfindən ona qarşı psixi və yə fiziki təsir göstərilməmiş, Şahid3 görməmiş və onu tanımamışdır. Kimliyini tam bilmədiyi Fikrət adlı şəxsin onu saxlayan şəxsləri tanıya biləcəyini demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin həqiqəti əks etdirdiyini deyərək məhkəmədən, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X22 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri, A.M.Hüseyn küçəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı polis şöbəsinin bir neçə əməkdaşı daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq elə həmin gün, saat 17:30 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektindəki “Saat dairəsi”nin yaxınlığında “Mersedes C klass” markalı avtomobillə hərəkətdə olarkən tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, Nizami küçəsində mərkəzi işıqforun yaxınlığında avtomobildə olan vaxt tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən və saxlanılmasının səbəbini izah etdikdən sonra onu polis bölməsinə gətirmişlər. Bölmədə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman o, əynindəki qara rəngli gödəkçənin sol sinə cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülünü çıxardıb stolun üstünə qoyaraq demişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir və özünə məxsusdur. Təqsirləndirilən şəxs həmin heroini Biləsuvar şəhərinin “Aerodrom” adlanan ərazisində yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes C klass” markalı avtomobilə baxış keçirilmiş, avtomobilin saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofan bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə də özünə məxsus olan narkotik vasitə heroin olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər ona məlumat daxil olmamış, bu hal cəmi bir dəfə olmuşdur. Əməliyyat məlumatı dini kitablarla deyil, narkotik vasitə ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin narkotik vasitəni kimdən və ya kimlərdən götürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs heç kəs təzyiq və ya təsir etməmiş, ailəsi təhdid olunmamış, ümumiyyətlə ona qarşı psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs barəsində X22 cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idi. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs tutulması ilə bağlı əməliyyat qrupu yaradılmış, Qadir Biləsuvar şəhəri, H.Əliyev prospektində “Saat dairəsi”nin yaxınlığında “Mersedes C klas” markalı avtomobillə hərəkətdə olan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, sonra isə Nizami küçəsində mərkəzi işıqforun yaxınlığında avtomobildə saxlanılaraq polis bölməsinə aparılmışdır. Qeyd etdikləri raportla bölmə rəisinə məruzə olunandan sonra bölmədə videoçəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, Qadir özü şəxsən narkotik vasitəni cibindən çıxardıb təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir ədəd də siqaret qutusu çıxartmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotikin çəkisi təxminən dörd qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilin saxlanc yerindən bir ədəd bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülüdə heroin vardır və özünə məxsusdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxışda iştirak etməmiş, onun evində aşkar edilən dini kitablarla bağlı məlumatı olmamışdır. Şahid həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təzyiq və ya təsir göstərilmədiyini, özünün könüllü olaraq sərbəst şəkildə ifadə verməsini və müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlər Biləsuvar Rayon Polis Şöbəsi X22 polis nəfəri, polis serjantı Şahid3, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, X2 baş inspektoru, polis kapitanı X10 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis X23 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Biləsuvar Rayon Polis Şöbəsi X22 31 yanvar 2023-cü il tarixli raportu, qərarı və protokolundan görünür ki, Biləsuvar şəhəri, A.M.Hüseyn küçəsi, ev 10 ünvanda qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, “Təyyarə meydanı” adlanan yerdə yaşayan Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayonu ərazisində narkotik vasitə və psixotrop maddə, onların perekurslarını əldə etməsi, saxlaması, daşıması və satması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır (cild 01, i.v. 05-06, 08, 10). Biləsuvar Rayon Polis Şöbəsi X22 31 yanvar 2023-cü il tarixli raportu və protokolundan görünür ki, Əliyev X12 rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 17:30 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar şəhəri, Nizami küçəsində mərkəzi işıqforun yaxınlığında saxlanılaraq “Mersedes C klass” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə şöbənin inzibati binasına gətirilmişdir (cild 01, i.v. 07; 09). Biləsuvar Rayon Polis X23 31 yanvar 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:25 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 22, 23). Biləsuvar Rayon Polis X23 31 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində qara rəngli qısaqol gödəkçə, boz rəngli uzunqol köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa könüllü olaraq təqdim etməsi bildirilmiş, o da əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən iki ədəd “Nokia” markalı mobil telefon, otuz dörd ədəd 100 (bir yüz) manatlıq, iyirmi iki ədəd 50 (əlli) manatlıq, beş ədəd 5 (beş) manatlıq, altı ədəd 1 (bir) manatlıq pul əsginazını, əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd özünə məxsus avtomobil açarı, bir ədəd açar dəsti, bir ədəd “Tissot” markalı qol saatını, əynindəki qara rəngli qısaqol gödəkçənin sol sinə cibindən isə bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə vardır, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Biləsuvar şəhəri, “Təyyarə meydanı”nda yerdən tapmış və üzərində gəzdirmişdir. Bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar olunmuş, maddə bükülü ilə birlikdə şöbədə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırması ilə birlikdə 4,85 qram müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmədə baxış keçirilmişdir (cild 01, i.v. 32-34). Biləsuvar Rayon Polis X23 31 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilinə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ona məxsus “Mersedes C klass” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olmasını bildirərək, avtomobilin içərisində olan saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülünü təqdim etmişdir. Deməsinə görə həmin bükülünü xx.xx.2023-cü il tarixdə Biləsuvar şəhəri, “Təyyarə meydanı”nda piyada hərəkətdə olarkən yerdən tapmış və avtomobildə saxlamışdır. Həmin bükülü açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuş, elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə 6,95 qram olduğu müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Avtomobilə baxış zamanı bundan başqa Təqsirləndirilən şəxs məxsus müxtəlif sənədlər, şəxsi əşyalar, bir ədəd 20 (iyirmi) manatlıq, iki ədəd 10 (on) manatlıq, bir ədəd 5 (beş) manatlıq, iki ədəd 1 (bir) manatlıq pul əsginazları götürülmüş, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmədə baxış keçirilmişdir (cild 01, i.v. 35-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X29 Bölməsinin 19/136 nömrəli, 01 fevral 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükülü....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 4,375 qram olan maddə tirkəydən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində: “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bükülü....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 6,552 qram olan maddə tirkəydən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükülü....” və “X15 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bükülü....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 10,927 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Narkotik vasitənin tədqiqata sərf olunan 0,1 qramından sonra 10,827 qram qalığı ibtidai istintaq orqanına geri qaytarılmışdır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 10,827 qramı geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (cild 01, i.v. 42-46). Biləsuvar Rayon Polis X23 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi adiyyəti üzrə həmin şöbənin istintaq bölməsinə verilmiş və eyni tarixli qərarla iş icraata qəbul olunaraq istintaqı davam etdirilmişdir (cild 01, i.v. 49, 52). Biləsuvar Rayon Polis X24 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs imtina ərizəsi əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biləsuvar Rayon Vəkil Bürosunun vəkili X7 cinayət prosesində iştirakına xitam verilmiş, sözügedən büronun digər vəkili X36 onun müqavilə üzrə vəkili qismində işə buraxılmışdır (cild 01, i.v. 54-59). Biləsuvar Rayon Polis X24 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 70-71). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-5/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 90-93). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-47/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar Rayon Polis X45 Bölməsi Cinayət-Axtarış Bölməsinin 31 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, i.v. 99). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biləsuvar Rayon Vəkil Bürosunun vəkili X16 ərizəsindən görünür ki, o, hüquqularını müdafiə etdiyi Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, “Təyyarə meydanı” yaşayış massivində yerləşən evinə onun iştirakı olmadan baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, i.v. 101). Biləsuvar Rayon Polis X24 02 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin qərarı əsasında həmin tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, “Təyyarə meydanı”, təzə məhəllədə yerləşən evində aparılmış axtarışa başlanılmamışdan öncə Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətindəki yardımçı tikililərdə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya, predmet gizlətmişdirsə könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da bildirmişdir ki, yaşadığı evdə və evin həyətindəki yardımçı tikililərdə hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya, predmet gizlətməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilmiş və evdən beş yüz ədəd dini məzmunlu kitab, iki yüz on beş ədəd dini məzmunlu braşur, dörd ədəd yaddaş kartı, əlli beş ədəd dini məzmunlu görüntüləri əks etdirən videodisk, otuz dörd ədəd dini məzmunlu görüntüləri özündə əks etdirən videokasset, dörd ədəd müxtəlif həcmlərdə yaddaş kartı, on beş ədəd İran İslam Respublikasının vətəndaşlarına (Qasım Süleymani, Amili, Xomeyni) məxsus fotoşəkillər, dörd ədəd üzərində ərəb hərfləri yazılmış dini bayraq, altı ədəd üzərində ərəb hərfləri ilə yazılmış kiçik əski parçası formasında alın bandları, bir ədəd Biləsuvar Rayon Prokurorluğunun, bir ədəd Biləsuvar Rayon Məhkəməsinin, yeddi ədəd Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən su anbarının, bir ədəd Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən “Elektroset”in fotoşəkilləri, otuz bir ədəd Biləsuvar rayon sakinlərinin olduğu fotoşəkillə dolu albom, iyirmi dörd ədəd üzərində “Nikahnamə” yazılmış kağız parçası aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs evindən aşkar olunanların özünə məxsus olmaqla satışdan və konfranslardan əldə etdiyini bildirmişdir. Yaşayış evinə axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş, həmin diskə məhkəmədə baxış keçirilərkən diskdə zədə olduğundan aidiyyatı üzrə sorğu verilərək tələb olunmuş və diskə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 98; 102-106) Biləsuvar Rayon Polis X24 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata təqdim edilmiş 10,927 qram çəkidə olan narkotik vasitə heroinin tədqiqatdan sonra 10,827 qram çəkidə qalığı maddi sübut kimi tanınaraq, saxlanılması üçün Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 01, i.v. 107). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin 06 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş dini məzmunlu ədəbiyyat və materiallar qəbul olunmuş qərar əsasında ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir (cild 01, i.v. 124-128). Təqsirləndirilən şəxsin qardaşı X17 04 fevral 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir sıra sənədləri, üç ədəd Qurani-Kərim və beş ədəd dini kitabı, polis şöbəsinin duracağında saxlanılan “Mersedes C klass230” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili və 3.978 (üç min doqquz yüz yetmiş səkkiz) manat pulu təhvil almışdır (cild 01, i.v. 139-141). Təqsirləndirilən şəxsin vəkili X16 04 fevral 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 600 (altı yüz) manat pulu onun razılığı ilə təhvil almışdır (cild 01, i.v. 142). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” Biləsuvar Rayon Mərkəzi X30 Şəxsin 07 fevral 2023-cü il tarixli, 273 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur (cild 01, i.v. 146). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i.v. 153). Biləsuvar Rayon Polis X24 13 fevral 2023-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs məxsus istehlak miqdarından artıq narkotik vasitə heroini hansı məqsədlə əldə etməsi, kimə çatdırması niyyətində olması, həmçinin qeyd olunan cinayət faktının digər iştirakçılarını müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması və baş vermiş cinayətlərlə hər hansı bir əlaqəsinin olması barədə heç bir məlumat əldə edilməmişdir (cild 01, i.v. 154). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X3 X1 03 fevral 2023-cü il tarixli, 131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundən yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 161). Biləsuvar Rayon Polis X8 03 mart 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 31 yanvar 2023-cü il tarixdə gündüz vaxtı “Təyyarə meydanı”nda keçən asfalt yolun kənarından bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və bir ədəd də şəffaf rəngli sellofana bükülmüş bükülü tapmasını, həmin bükülülərə bir-bir açıb baxmasını, içərilərində heroin olmasını görüb maraq üçün bükülünün birini üzərinə, digərini isə avtomobilinin saxlanc yerinə qoymasını etiraf etmişdir (cild 01, i.v. 166-169). Biləsuvar Rayon Polis X24 31 mart 2023-cü il tarixli protokolundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskdə nömrələrin göstərilən müddət ərzində mövcud olan zənglər siyahısı, sms, əhatə dairəsi, abunəçilərə dair məlimatlar təqdim edilmiş, 070 553-37-67 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş və narkotik vasitələrin qanunsuz dövrüyyəsi, habelə iş üçün əhəmiyyət kəsb edən digər hallarla bağlı zəng, mesaj aşkar edilməmişdir (cild 01, i.v. 180). Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 07 aprel 2023-cü il tarixli arayışı, xasiyyətnaməsi və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X12 şəhəri, A.M.Hüseyn küçəsi, ev 10 ünvanda qeydiyyatdadır, ailə tərkibi arvadı, iki yetkinlik yaşına çatmayan, bir azyaşlı uşaqlarından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, i.v. 181-185). Biləsuvar Rayon Polis X24 03 may 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş iki ədəd “Nokia” markalı mobil telefona baxış zamanı həmin mobil telefonlarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövrüyyəsi, habelə iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar olunmamışdır (cild 01, i.v. 186). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik-dinşünaslıq ekspertizasının 02 may 2023-cü il tarixli, 4/181 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında X43 Misbah Yəzdinin “Vilayəti-fəqih nəzəriyyəsinə ötəri bir baxış”, X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək” və X27 Yəzdinin “Azərxəşi digər əz aseman kərbala” kitablarında Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır; materiallarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir, kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamış, aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir; 120 (bir yüz iyirmi) ədəd kitab istisna omaqla digər ədəbiyyat nümunələri dini təyinatlıdır; Namaz qılaq", ‘Hidayət”, Ayətüllahül-üzma Məkarım Şirazının "İntizarın sonu var”, X40 ‘Şübhələrə cavablar" X50 Hüseyn Təbatəbainin “Bərzəx həyatı və ruhun mucərrədlıyi”, X64 Dehsorxinin “Ərbəin yoldaşım", “Əmir əl-möminin Əli ibn Əbutalıb (ə)”,‘İmam Rzadan (ə) hidayət kəlamları”, Emin Hacıyevin “Namazı belə qılaq", X65 Dehsorxinin “Ərbəin yoldaşım", Rövşən Əhmədzadənin “Əziz bacıma nəsihət”, X31 “İmam Rza (ə) əhli-sünnə rəvayətlərində”, İsmayıl Daneş və Rüxsarə Daneşanın “Gənc və gənclik İmam Xameneinin baxışında”, əllmam əl-Xomeynınin ‘əl- İstishab”, “Xanım Fatiməyi-Zəhranın (s.ə) səadətli mövludu”, Abdulhadi əl-Fadlının “Məbadiu usullil-fiqh”, əl-Əllamə əl-Əminin “Siratuna və sunənuna", X66 Şirazinin “Entexabe agahane”, X56 və X32 “X74”, X66 Şirazinin “Aşura və şobhe əfkənan”, X57 “X51 dər əsre zohur”, Mürtəza Mütəhhərinin ‘Kəlam, erfan. hikməte əməli”,“Aşinayi ba məaife Qoran: Qessehaye Qoran”, X47 “Əhkame rəvabite zən və mərd və məsaile ictimaiye anan”, Nəcmuddin Təbəsinin “Ruykərde əqlani bər bavərhaye vəhhabiyyət”, Mehdi Nilipurun “Beheşte əxlaq”, X66 Şirazinin “Ey Əbazər inqune baş”, X13 “İslamda şiəlik”, X26 “Təbiətdə Allahın nişanə və möcüzələri”, İlqar İsmayılzadənin “İlahi səfir”, “Tövhidə çağırış", Rzaqulu Axundovun “Qan ağla gözüm!" və X44 “Namaz məsələləri” kitabının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X69 üzrə Dövlət Komitəsinə hər hansı bir müraciət daxil olmamışdır; X58 “Haqq kiminlədir?”, X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək”, “İslam inqilabının siması (İmam Xomeyni (r.ə)-in görüşləri)”, Mətləb Baqirin “İttihamla üz-üzə", X9 Amilinin “ən- Nəssu vəl-ictihad”, X43 Misbah Yəzdinin “Vilayəti-fəqih nəzəriyyəsinə ötəri bir baxış”, X41 “İslamda günahlar və cəzalar’ və X27 Yəzdinin “Azərxəşi digər əz aseman kərbala” kitablarının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsisilə satışının həyata keçirilməsinə X69 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Eyni zamanda bildirilir ki, digər ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X69 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Bundan başqa, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamış; Ayətullahulüzma X71 Sistaninin “İzahlı şəriət hökmləri”, X4 “Xütbələr”, “Həyatın əsas məqsədi”, X59 X48 “Fiqh risaləsi", Aytullah əl-uzma X71 Sistanin “İzahlı Şəriət məsələləri”, Əfzələddin Rəhimovun “Batil haqqın cilvəsində”, Ayətullah əl-üzma X72 Xorasaninin “Şəriət hökmlərinin izahı”, Ayətullah əl-üzma X71 Sistaninin “Geniş izahlı şəriət məsələləri”, İntiqam Rüstəmovun “Təcvid”, Həsən Saffarın “İmam Hüseyn (ə) möhtəşəmlik və əbədiliyin sirri”, X73 Sistaninin “İstiftaat (şəru şullara cavablar)”,İntiqam Rüstəmovun “Təcvid”, Dürdanə Cəfərlinin “Fiqh təlimi”, “Oruc tutanın yaddaş kitabçası”, Dürdanə Cəfərli və Mehriban Sultanovanın “Fiqh təlimi”, Faiq Vəlioğlunun “Azərbaycanın İslam alimləri”, İsmayıl Əhmədovun “Din təlimləri”, İlqar İsmayılzadənin “Quran surələrinin oxunuşu”, Məhəmmədi Reyşəhrinin “Mizanul-hikmət”, Qafqaz Müsəlmanları İdarəsinin “Həcc bələdçisi”, Məhəmmədhüseyn Dəstğeybin “Quranla tanışlıq”, “Təcvid”, Məlahət Əsədovanın “Ayətullahül-üzma Behcətin həyatı”, X52 “Fiqh təlimləri”, Məkarİm Şirazinin “Üsuliddin haqqında 50 dərs”, Qafqaz Müsəlmanları İdarəsinin “Moizələr və Xütbələr”, Hüseyn Ənsarian “İslamda ailə quruluşu" və Faiq Vəlioğlunun “İslamın zəruri məsələlərindən” kitabı ölkə nəşriyyatlarında, digərləri xarici nəşriyyatlarda çap olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 350 (üç yüz əlli) manat müəyyən edilmişdir (cild 01, i.v. 187-220). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X60 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 850 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsnin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, ünsiyyətçilik, emosionallıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, əqli-intellektual imkanları normaya uyğundur, öz hərəkətlərinin mahiyyəti, xarakter və mənasını anlamaq iqtidarındadır, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir (cild 01, i.v. 222-224). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik-dinşünaslıq ekspertizasının 05 may 2023-cü il tarixli, 4/750 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında X43 Misbah Yəzdinin “Vilayəti-fəqih nəzəriyyəsinə ötəri bir baxış”, X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək” və X27 Yəzdinin “Azərxəşi digər əz aseman kərbala” kitablarında Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır; “İman və İslam risaləsi” (1995, İstanbul, kirilcə) kitabçasında imanın şərtləri və İslamın əsaslarından bəhs olunur; “Qurani-Kərimin otuzuncu cüzi” (“Əlhuda”, 1996, Bakı, kirilcə) kitabçası adından da göründüyü kimi Qurani-Kərimin son cüzidir; Əbdüləziz ibn Abdulla ibn Bəəzin “Allah- Təaladan başqa qeyrisindən yardım diləmənin və ya kahin və sehirbazlara inamının hökmünə dair dəlillər” (“Maarif’ Nəşriyyatı, 1994, Bakı, kirilcə) kitabçasında adından da göründüyü kimi Allahdan başqa qeyrilərdən yardım istəmənin hökmlərindən bəhs olunur; Səhifeye enqelab: Mənşurha və vəsiyyətnameye siyasiye llahiye Həzrət Emam quddisə sirruhu" (“X70”, Məşhəd, 1368/1989) kitabında X61 Xomeyninin müxtəlif görüş və toplantılarda söylədiyi nitqlərin mətni təqdim edilmişdir. Kitabın müqəddiməsində İmam Xomeyninin dünyadan köçməsinin 40-cı günü ilə əlaqədar fikirlər qeyd olunmuşdur; 120 (bir yüz iyirmi) ədəd ədəbiyyat dini mahiyyət daşımır; 16 (on altı) ədəd A4 formatlı fotoşəkildən ikisi İran İslam Respublikasının ali dini lideri X67, altısı X68 Keşikçiləri Korpusunun “Qüds” bölümünün sabiq rəhbəri, general Qasim Süleymaniyə, səkkizi Ərdəbili imam cüməsi Həsən Amuliyə məxsusdur; 36 (otuz altı) ədəd video kasetə, 99 (doxsan doqquz) ədəd DVD və CD disklərdən on beş ədədinə texniki səbəblərdən baxılmamışdır; digər disklərdə Kərbala hadisəsi, mərsiyələr, nohə və dini musiqilər, Aşura məclisləri, müxtəlif bəti filmlər, Qurani-Kərimin bütün surələri, müqəddəs məkanlar müxtəlif kitabların üz qabıqları Xanım Fatimeyi-Zəhranın mövludu və sair mövzularla bağlı məlumatlar öz əksini tapmışdır. Bundan başqa, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir, kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamış, aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmiş, 120 (bir yüz iyirmi) ədəd kitab istisna olmaqla, digər ədəbiyyat nümunələri dini təyinatlıdır. Həmçinin qeyd olunmuşdur ki, Namaz qılaq", "Hidayət", Ayətüllahül-üzma Məkarim Şirazinin “İntizarın sonu var”, X40 “Şübhələrə cavablar”, X50 Hüseyn Təbatəbainin “Bərzəx həyatı və ruhun mücərrədliyi”, X64 Dehsorxinin “Ərbəin yoldaşım”, “Əmir əl-möminin Əli ibn Əbutalib (ə)”,“İmam Rzadan (ə) hidayət kəlamları”, Emin Hacıyevin “Namazı belə qılaq”, X64 Dehsorxinin “Ərbəin yoldaşım”, Rövşən Əhmədzadənin “Əziz bacıma nəsihət”, X31 “İmam Rza (ə) əhli-sünnə rəvayətlərində”, İsmayıl Daneş və Rüxsarə Daneşanın “Gənc və gənclik İmam Xameneinin baxışında”, əllmam əl-Xomeyninin “əl- İstishab", “Xanım Fatiməyi-Zəhranın (s.ə) səadətli mövludu”, Abdulhadi əl-Fadlinin “Məbadiu usullil-fiqh", əl-Əllamə əl-Əminin “Siratuna və sunənuna”, X66 Şirazinin “Entexabe agahane”, X56 və X33 “X74”, X66 Şirazinin “Aşura və şobhe əfkənan”, X62 “X51 dər əsre zohur”, Mürtəza Mütəhhərinin “Kəlam, erfan, hikməte əməli”,“Aşinayi ba məaife Qoran: Qessehaye Qoran”, X47 “Əhkame rəvabite zən və mərd və məsaile ictimaiye anan", Nəcmuddin Təbəsinin “Ruykərde əqlani bər bavərhaye vəhhabiyyət”, Mehdi Nilipurun “Beheşte əxlaq”, X66 Şirazinin “Ey Əbazər inqune baş”, X14 “İslamda şiəlik”, X26 “Təbiətdə Allahın nişanə və möcüzələri”, İlqar İsmayılzadənin “İlahi səfir”, “Tövhidə çağırış", Rzaqulu Axundovun “Qan ağla gözüm!” və X44 “Namaz məsələləri” kitabının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X69 üzrə Dövlət Komitəsinə hər hansı bir müraciət daxil olmamışdır; X58 “Haqq kiminlədir?”, X27 Yəzdinin "Kərbəlada çaxan bir şimşək” “İslam İnqilabının siması (İmam Xomeyni (r.ə)-in görüşləri)”, Mətləb Baqirin "İttihamla üz-üzə”, X9 Amilinin “ən- Nəssu vəl-ictihad”, X43 Misbah Yəzdinin “Vilayəti-fəqih nəzəriyyəsinə ötəri bir baxış”, X34 "İslamda günahlar və cəzalar” və X27 Yəzdinin “Azərxəşi digər əz aseman kərbala” kitablarının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X69 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmiş, digər ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsisilə satışının həyata keçirilməsinə müvafiq razılıq verilmişdir; materiallarda dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır; X27 Yəzdinin "Kərbəlada çaxan bir şimşək” və X27 Yəzdinin “Azərxəşi digər əz aseman kərbala" kitabları dini ekstremist matejianar sayıla bilər; materiallar dini ekstirimis materialları saxlama, daşıma cinayətlərini törədib-törətmədiyi hüquqi məsələ olduğundan dinşünaslıq ekspertizasının səlahiyyətinə aid deyildir; Ayətullahul-üzma X71 Sistaninin "İzahlı şəriət hökmləri”, X4 “Xütbələr”, “Həyatın əsas məqsədi", X59 X48 “Fiqh risaləsi", Aytullah əluzma X71 Sistanin “İzahlı Şəriət məsələləri”, Əfzələddin Rəhimovun "Batil haqqın cilvəsində”,Ayətullah əl-üzma X72 Xorasaninin “Şəriət hökmlərinin izahı”, Ayətullah əlüzma X71 Sistaninin “Geniş izahlı şəriət məsələləri”, İntiqam Rüstəmovun “Təcvid”, Həsən Saffarın “İmam Hüseyn (ə) möhtəşəmlik və əbədiliyin sirri", X73 Sistaninin “İstiftaat (şəru şullara cavablar)”,İntiqam Rüstəmovun “Təcvid”, Dürdanə Cəfərlinin “Fiqh təlimi”, “Oruc tutanın yaddaş kitabçası", Dürdanə Cəfərli və Mehriban Sultanovanın “Fiqh təlimi”, Faiq Vəlioğlunun “Azərbaycanın İslam alimləri”, İsmayıl Əhmədovun “Din təlimləri", İlqar İsmayılzadənin “Quran surələrinin oxunuşu", Məhəmmədi Reyşəhrinin “Mizanul- hikmət”, Qafqaz Müsəlmanları İdarəsinin “Həcc bələdçisi”, Məhəmmədhüseyn Dəstğeybin “Quranla tanışlıq”, “Təcvid", Məlahət Əsədovanın “Ayətullahül-üzma Behcətin həyatı”, X52 “Fiqh təlimləri”, Məkarim Şirazinin “Üsuliddin haqqında 50 dərs”, Qafqaz Müsəlmanları İdarəsinin “Moizələr və Xütbələr”, Hüseyn Ənsarian “İslamda ailə quruluşu" və Faiq Vəlioğlunun “İslamın zəruri məsələlərindən” kitabı ölkə, digərləri isə xarici nəşriyyatlarda çap olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən olunmuşdur (cild 02, i.v. 02-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik-dinşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 4/809 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrindən X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək” və X27 Yəzdinin “Azərxəşi digər əz aseman kərbala” kitabları dini ekstremist materiallar sayılır. Belə ki, həmin kitablarda Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq “Vilayəti-fəqih” (X38 Xomeyni tərəfindən yaradılmış və İran İslam Respublikasında dövlət idarəçiliyinin başlıca ideoloji komponenti olan dini-siyasi nəzəriyyə) dini-siyasi doktrinasının tətbiq edilməsinin, şəriət qaydalarına əsaslanan dövlət idarəetməsinin yaradılmasının vacibliyi vurğulanır. “Vəliyyi-fəqih”in (Dini hökmləri dərindən mənimsəmiş, öz həyatında, qərar və davranışlarında onları rəhbər tutan mötəbər din alimi fəqih, İslam hökümətinin başçısı) hakimiyyətdə olmadığı, onun təyin etmədiyi və ya onun icazəsi olmadan qurulmuş hökümətlərin legitim olmadığı, onları zor tətbiq etməklə, qiyam yolu ilə devirməyin, dövlətin dünyavi xarakterinin zorla dəyişdirilməsinin zəruriliyi ifadə olunmuşdur. Bu məqsədə nail olmaq üçün meydanlara çıxmaq, cihad etmək, vuruşmaq və qan tökməyə təşviq olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kitabda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların təbliğ edildiyini qeyd etmək lazımdır. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz manat) müəyyən edilmişdir (cild 02, i.v. 68-71). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 30 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət işi icraata qəbul edilmişdir (cild 02, i.v. 77-78) Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 167-3.1-ci maddələrinə tövsif edilmişdir (cild 02, i.v. 83-85) Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs imtina ərizəsi əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biləsuvar Rayon Vəkil Bürosunun vəkili X16 cinayət prosesində fəaliyyətinə xitam verilmiş, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 onun müqavilə üzrə vəkili qismində işə buraxılmışdır (cild 02, i.v. 103; 106-107). Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 07 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 167-3.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 125-127). Azərbaycan Respublikası Baş Prokurorluğu Biləsuvar Rayon Prokurorluğunun 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması xüsusatı üzrə araşdırma aparılmış və cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir (cild 02, i.v. 201-205). Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 06 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktub və ona əlavə edilmiş diskə baxış keçirilmiş və diskdə olan məlumatların içərisində Təqsirləndirilən şəxs adına olan sim nömrələrdə iş üçün əhəmiyyət kəsb edən hal müəyyən olunmamışdır (cild 02, i.v. 212). Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 23 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 22 iyun və 12 oktyabr 2023-cü il tarixli disklərə baxış zamanı fayllarda sübut əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (cild 02, i.v. 223). Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və evinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən, habelə 13 sentyabr 2023-cü il tarixli "xxxx", 22 iyun və 12 oktyabr 2023-cü il tarixli "xxxx" MMC-dən, habelə Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olan disklər maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmış; Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatı, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 10,827 qram narkotik vasitə heroin, evindən aşkarlanmış X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək”, “Azərxəşi digər əz aseman kərbala” kitabları, habelə digər dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu nümunələrin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi nəzərə alınmış; istintaqa məlum olmayan digər şəxslər barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması, eləcə də digər dini kitablar ekstremist materiallar sayılmayaraq qadağan olunduğu üçün bu əmələ ayrılacaq cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır (cild 02, iş vərəqi 224-250). Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinin materiallarından istintaqa məlum olmayan digər şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 03, iş vərəqi 01-05). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 14 dekabr 2023-cü il tarixli, 3-16-17/38/2- 8508/2023 nömrəli məktub və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilərkən bədənində xəsarət aşkar olunmamış və o, özü də xəsarət almadığını bildirmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş Təqsirləndirilən şəxs sərhədkeçməsi barədə məlumatlardan görünür ki, onun 2014-2019-cu və 2022-ci illərdə müxtəlif tarixlərdə ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 10 (on) saat 45 (qırx beş) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə heyəti məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd olunan Qərarında Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər yəni, məhkəmə istintaqı zamanı verdiyi cinayət işinin materiallarında olan izahat və ifadələrin ona məxsus olmamaqla doğru olmadığı, polis əməkdaşları tərəfindən saxlanılaraq X35 aparılanda, bölmədə polis əməkdaşlarının onun əynində olan gödəkçənin cibinə, avtomobilinə tiryək qoyduqdan sonra videoçəkiliş aparmaqla həmin narkotiki güya ondan aşkar etmələri, siqaret belə çəkmədiyi halda narkotikdən istifadə etməkdə təqsirləndirilməsinin absurd olması, polislərin suya və çaya narkotik vasitə qatıb ona vermələri, özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətməklə təhqir, eyni zamanda polislərin dediklərini etməsə başına oyun açacaqları ilə təhdid edilməsi, İran İslam Respublikasına yalnız təhsili və müalicə məqsədilə tez-tez səfər etməsi, güya evindən aşkar olunan və qadağan olunduğu deyilən kitabların ona məxsus olmaması, həmin kitabların da polis əməkdaşları tərəfindən evinə qoyulması, polislər tərəfindən az da olsa təzyiq və təsirə məruz qalması, müstəntiqin “narahat olma” deməsi əsasında təklifi ilə sənədləri imzalaması barədə ifadələr həqiqətə uyğun deyil və onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol sinə cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotiki Biləsuvar rayonu ərazisində yerləşən “Təyyarə meydanı”nda yerdən tapdığını və maraq üçün götürüb üzərində gəzdirdiyini bildirmiş, hər hansı hala etiraz etməmiş, bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Göstərilənlər həmin vaxt qeydə alınmış video görüntüdə də, əks olunmuşdur. Analoji hal Təqsirləndirilən şəxs avtomobilində baxış və götürmə, habelə yaşadığı evində axtarış keçirilməsi istintaq hərəkətləri zamanı da baş vermiş, maşınından aşkar olunan heroin, habelə evindən aşkarlanmış dini kitablar, braşurlar, disklər, videokassetlər, fotoşəkillər, bayraq və digər dini ləvazimatların ona məxsus olduğunu bildirmişdir (cild 01, i.v. 32-37; 102-105). Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, bundan sonra müqavilə üzrə olan vəkilinin iştirakı ilə imzaladığı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 01-03 fevral 2023-cü il tarixli ifadələrində, ifadəsinin hadisə yerində yoxlanılması zamanı üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitəni Biləsuvar rayonu ərazisində yerləşən “Təyyarə meydanı”nda yerdən tapıb, maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki güc və zor tətbiq edilməməsi, hər şeyin öz istəyi ilə könüllü olduğunu bildirərək, həmin protokolları imzalamışdır (cild 01, i.v. 38; 67-69; 80-84; 130-134, 166-168). Bundan əlavə “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/136 nömrəli, 01 fevral 2023-cü il tarixli rəyi ilə tanış olarkən üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitələrlə bağlı hər hansı etiraz etməmişdir. İbtidai istintaqın sonunda və məhkəmədə isə ümumiyyətlə, nə üzərində, nə də avtomobilində narkotik vasitə olduğunu bildirmişdir (cild 01, i.v. 47). Həmçinin, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “31 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhərinin “Təyyarə meydanı” yaşayış massivində bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, bir ədəd isə şəffaf rəngli sellofan parçasına bükülümüş bükülülər tapmış və onların hər ikisinin içərisində narkotik vasitə olan heroin olduğunu aşkar etmiş, gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü cibinə, şəffaf rəngli sellofan parçasına bükülümüş bükülünü isə avtomobilinin saxlanc yerinə qoymuşdur. ... Polis əməkdaşları tərəfindən saxlanıldığı andan hal-hazıradək ona qarşı hər hansı fiziki və ya psixi zor və ya təzyiq tətbiq olunmamış, cinayət-prosessual qanunvericiliyi ilə ona verilmiş bütün hüquqlardan istifadə etməsinə tam şərait yaradılmış, o cümlədən özünün seçdiyi və müqavilə bağladığı müdafiəçi cinayət prosesinə qoşulmuşdur” (cild 01, i.v. 90-93). Bundan başqa, ambulator məcburi X25 rəyində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu aşkar olunur və təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə bu ekspertiza rəyi ilə tanış olarkən hər hansı bir vəsatəti olmadığını bildirmişdir (cild 01, i.v. 162). Bundan əlavə Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə-linqvistikdinşünaslıq ekspertizasının onun evindən aşkarlanmış dini kitablar və digər materiallarla bağlı 05 və 12 may 2023-cü il tarixli, 4/750, 4/809 nömrəli ekspert rəyləri ilə tanış olarkən də heç bir vəsatəti olmadığını bildirmişdir (cild 02, i.v. 35, 72). Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsi, X6, X22 əməkdaşları ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə X22 inzibati binasında üzərinə və avtomobilinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətləri aparılarkən üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, şifahi sorğu zamanı həmin narkotiki Biləsuvar şəhərinin “Aerodrom” adlanan ərazisində yerdən tapdığını, hər hansı etirazı olmadığını, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Biləsuvar Rayon Prokurorluğuna şikayət etmiş və aparılmış araşdırma nəticəsində onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması xüsusatı sübuta yetirilmədiyindən toplanmış materialda cinayət hadisəsi olmadığı üçün 11 sentyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təsir və təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan maddi sübutlar, ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahatını, bundan sonra müqavilə üzrə olan vəkilinin iştirakı ilə imzaladığı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 01-03 fevral 2023-cü il tarixli, ifadəsinin hadisə yerində yoxlanılması zamanı verdiyi 03 mart 2023-cü il tarixli ifadələrini inandırıcı hesab edir, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi 07 avqust 2023-cü il tarixli, habelə məhkəmə istintaqında verdiyi ifadələrini (üzərində və avtomobilində narkotik vasitə, evində dini ekstremist materialların olmaması, ümumiyyətlə narkotik istifadə etmədiyi, polis əməkdaşlarının fiziki və psixi təzyiqləri nəticəsində günahı olmayan əməlləri etiraf etməsi hissələrdə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərində və avtomobilindən aşkar olunan narkotik vasitələrin, habelə evindən aşkar olunmuş dini ekstremist materialların ona məxsus olmaması, ümumiyyətlə narkotikdən istifadə etməməsi barədə bildirsə də, izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində belə bir hal göstərməmiş, əksinə bildirmişdir ki, yerdən tapdığı bükümləri əlinə götürüb baxdıqda içərilərindəki kütlənin narkotik vasitə heroin olduğunu görmüş və maraq üçün götürüb birini üzərində, digərini isə avtomobilinin saxlancında gəzdirmiş, dini kitablara gəlincə, həmin kitablar ona məxsus olmuşdur. Qeyd olunan səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki və psixi təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12-20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini müdafiəçisinin, həm də müqavilə üzrə müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin ibtidai istintaqın sonundakı, həmçinin məhkəmə istintaqına verdiyi ifadələrinin üzərində və avtomobilində narkotik vasitə, evində dini ekstremist materialların olmaması, ümumiyyətlə narkotik istifadə etmədiyi, polis əməkdaşlarının fiziki və psixi təzyiqləri nəticəsində məcburiyyət qarşısında etirafedici ifadələr verməsi hissələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müqavilə üzrə müdafiəçisinin vasitəsilə iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər yəni, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmaması barədə ifadələr verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir. Həmin Məcəllənin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Beləliklə, Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4-cü maddələri arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilibedilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözügedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısı”nın 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 10,927 qram, yəni külli miqdar təşkil edən heroini əldə edib saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan 31 yanvar 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 01 fevral 2023-cü il tarixli qərardan isə görünür ki, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış və ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız onun üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 10,927 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox, habelə iki ayrı-ayrı bükümdə olmasına istinad etməklə ona, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, onun kimə və ya kimlərəsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hal ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətidir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamət, həm də ambulator X1 03 fevral 2023-cü il tarixli, 131 nömrəli rəyində Təqsirləndirilən şəxs opioidlərin qəbulundən yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, onun üzərindən aşkar edilmiş heroinin ümumilikdə təmiz çəkisi 10,927 qram, yəni külli miqdarının aşağı həddindən yalnız beş-altı dəfə çox olması, ibtidai istintaq zamanı izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən və avtomobilindən aşkar edilmiş heroini satış üçün deyil, maraqlı gəldiyi üçün götürüb saxlamasını göstərməsi, ibtidai istintaq orqanının onun üzərindən, habelə avtomobilindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmalar haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirsə də, iş üçün əhəmiyyətli olan qanunsuz əşya və ya predmet aşkarlaya bilməməsi, göstərilən halların ümumi məcmusunun Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini əldə etməsi, daşıması və saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də onun xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsilə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsi, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş disklərə baxışı özündə əks etdirən protokollarda 070 553-37-67 saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olması, adına olan mobil telefon nömrələrində, habelə saxlanılarkən üzərindən aşkar olunmuş iki ədəd “Nokia” markalı mobil telefona baxış zamanı həmin mobil telefonlarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövrüyyəsi, habelə iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar olunmamışdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən və avtomobilindən aşkar edilmiş heroinin ona məxsus olması, həmin kütlələrə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlilləri əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaqdakı izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin, habelə şahidlərin ifadələrini, aparılmış istintaq hərəkəti protokollarını, maddi sübutları, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarına, hüquqi mövqelərə və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə axtarış keçirilməsi, habelə onun ifadəsinin hadisə yerində yoxlanılması barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizası, məhkəmə-narkoloji ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş digər ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 167-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 167-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı”, “Lenskaya Rusiyaya qarşı” və “Radçikov Rusiyaya qarşı” işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X37rşı iş). “Van de Hurk Niderlanda qarşı”, “Boldea Rumınyaya qarşı” və “Hadjianastassiu Yunanıstana qarşı” işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 167-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, bir azyaşlı olmaqla üç uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza və ya cəzadan daha yüngül cəzanın təyin olunması, yaxud da şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.3 və 15.4-cü maddələrinə əsasən az ağır və ağır cinayətlər hesab olunurlar. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4, 132.1.5 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatının nəticəsində qalıq qalmış 10,827 qram narkotik vasitə heroin; X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək” və “Azərxəşi digər əz aseman kərbala” kitabları məhv edilməli; Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatı və ekspertiza rəyinə əsasən dini təyinatlı hesab edilməyən 120 (bir yüz iyirmi) ədəd kitab onun yaxın qohumlarına qaytarılmalı; eksterimist materiallar sayılmayan, lakin qadağan olunduğundan bu əmələ hüquqi qiymət verilməsi üçün digər dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu nümunələr ibidai istintaq zamanı hazırki işdən başqa cinayət işinin ayrılması nəzərə alınaraq, müqqəddəratlarının həmin cinayət işi üzrə həll edilməsi üçün Səbail Rayon Polis İdarəsinin saxlancında saxlanılmalı; Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və evinə baxış keçirilməsi barədə disklər, 13 sentyabr 2023-cü il tarixli "xxxx", 22 iyun 2023-cü il və 12 oktyabr 2023-cü il tarixli "xxxx" MMC-dən, Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olan disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, cinayət işi məhkəmənin icraatına daxil olarkən təqsirləndirilən şəxsin müdafiəçisi olmadığı üçün məhkəmənin qərarı ilə məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 660 (altı yüz altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona, 167-3.1-ci maddə ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddə ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 660 (altı yüz altmış manat) məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 10,827 qram narkotik vasitə heroin; X27 Yəzdinin “Kərbəlada çaxan bir şimşək” və “Azərxəşi digər əz aseman kərbala” kitabları məhv edilsin; Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatı və ekspertiza rəyinə əsasən dini təyinatlı hesab edilməyən 120 (bir yüz iyirmi) ədəd kitab onun yaxın qohumlarına qaytarılsın; eksterimist materiallar sayılmayan, lakin qadağan olunduğundan bu əmələ hüquqi qiymət verilməsi üçün digər dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu nümunələr ibidai istintaq zamanı hazırki işdən başqa cinayət işinin ayrılması nəzərə alınaraq, müqqəddəratlarının həmin cinayət işi üzrə həll edilməsi üçün Səbail Rayon Polis İdarəsinin saxlancında saxlanılsınlar; Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və evinə baxış keçirilməsi barədə disklər, 13 sentyabr 2023-cü il tarixli "xxxx", 22 iyun 2023-cü il və 12 oktyabr 2023-cü il tarixli "xxxx" MMC-dən, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olan disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-231/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-231/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver