Məhkəmə qərarları › İş №1(099)-231/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-231/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-231/2025 16.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 126, mənzil 39-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 204.1, 204.1 və 234.4.1-ci maddələri və xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi ev 15, mənzil 77-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 204.1 və 204.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə saxta pul əskinaslarını əldə edib həqiqi pul əskinasları ilə dəyişmək yolu ilə satışını təşkil etmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, məlum olmayan vaxtda və mənbədən, məlum olmayan məbləğdə saxta pul əskinaslarını əldə etdikdən sonra, satmaq məqsədilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonunun inzibati ərazisinə gəlmişlər, 14 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Al” marketə yaxınlaşmışlar, aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin marketə daxil olub şırnaklı çap qurğusunda hazırlanmış, Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud olmayan, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərə görə fərqlənən 01 ədəd A32274175 nömrəli 20 (iyirmi) manat saxta pul vəsaitini siqaret almaq adı altında satmaq məqsədi ilə kassirə təqdim etmiş, lakin marketdə satıcı-kassir vəzifəsində işləyən Şahid9 onun hərəkətlərindən şübhələnib pulu geri qaytarmış, o cümlədən, eyni tarixdə, həmin radələrdə və eyni üsulla, yəni Təqsirləndirilən şəxs1 avtomobildə gözləməklə, Təqsirləndirilən şəxs2 isə marketlərə daxil olmaqla Hacıqabul şəhəri, M.Əsədov küçəsində yerləşən “Oba” marketdə 01 ədəd həmin nömrəli 20 (iyirmi) manat saxta pul vəsaitini siqaret almaq adı altında satmaq məqsədi ilə kassirə təqdim etmiş, lakin bu dəfə də marketdə satıcı-kassir vəzifəsində işləyən X4 onun hərəkətlərindən şübhələnib pulu geri qaytarmış, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba” marketdə də 01 ədəd eyni nömrəli 20 (iyirmi) manat saxta pul vəsaitini siqaret almaq adı altında satmaq məqsədi ilə kassirə təqdim etmiş, lakin yenə də marketdə satıcı-kassir vəzifəsində işləyən Şahid10 onun hərəkətlərindən şübhələnib pulu geri qaytarmış, daxil olmuş məlumat əsasında Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin gün, saat 17 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Hyundai Elantra” markalı, **- RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Hacıqabul rayonu ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər, avtomobilə baxış aparılan zaman satış məqsədilə əldə etdikləri şırnaklı çap qurğusunda hazırlanmış, Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi), 10 (on) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud olmayan, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərə görə fərqlənən 01 ədəd A32274175 nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 nömrəli 10 (on) Azərbaycan manatı nominallı saxta pul əskinasları avtomobilin salonunda yerləşən eynək saxlamaq üçün nəzərdə tutulan hissədən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 isə həmçinin, xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, daşımış və üzərində saxlamış, 14 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,392 qram və 0,338 qram olmaqla, ümumi təmiz çəkisi 0,730 qram xeyli miqdarda kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin və 02 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 2,24 qram və 10,43 qram olmaqla, ümumi təmiz çəkisi 12,67 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçəsinin sol iç yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən yəni, CM-nin 234.4.1, 29,204.1 və 204.1-ci maddələri ilə təqsirli bilmir, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir, əsasən də marixuanadan istifadə edir. Fərdi qaydada taksi sürücüsü işləyir. Bir müddət əvvəl inzibati həbs cəzası verilmişdir, saxlandığı müddətdə inzibati həbsdə olan Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. İstifadə etdiyi narkotik vasitələri internet vasitəsi ilə tanış olduğu İran vətəndaşından alırmış. Sonuncu dəfə narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini Bakı şəhərində, Babək prospektində iranlıdan almışdır. 5-6 ildir ki, marixuanadan istifadə edir, metamfetamindən isə son bir iki aydır istifadə edir. 14 noyabr 2024-cü il tarixdə Eldar onunla əlaqə saxlayaraq Şirvan şəhərində bir xanıma baş çəkmək üçün getməli olduğunu, taksi sürücüsü kimi 150 manat muqabilində Şirvan şəhərinə aparmasına razılaşmışlar. Onlar Şirvan istiqamətində hərəkət etmişlər, şəxsi istifadəsi üçün iranlıdan aldığı metamfetamin və marixuananı da üzərində aparmışdır. Həmin vaxtı Eldar içkili vəziyyətdə olmuşdur. Yolda olarkən Eldara zəng gəlmişdir, Eldar da ona biraz yubanmaq lazım olduğunu deyərək, Hacıqabul rayonunda bir nəfər tanışına baş çəkib sonra getməyi demişdir. Onlar Hacıqabul rayonunda bir neçə mağazanın yanında saxlamışlar, Eldar mağazaya baş çəkib çıxmışdır. Onlar Hacıqabul rayonundan çıxarkən polis əməkdaşları onları saxlamışlar. O, polis əməkdaşlarının onları saxlamasının səbəblərini yəqin Eldarın içkili vəziyyətdə mağazada kiminləsə mübahisə etdiyini düşünmüşdür. Polis əməkdaşları onları Hacıqabul rayon polis şöbəsinə aparmışlar, şöbənin həyətində baxış keçirilən zaman Eldarın maşının eynək qabına yerləşdirdiyi saxta pullar aşkar edilmişdir, lakin pul əskinaslarının saxta olmasından məlumatı olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman narkotikin aşkar olunacağını bildiyi üçün polis şöbəsinin həyətindən qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu saxlamışlar. Eldarın üzərində saxta pul olmasını bilsəydi özü Şirvan şəhərinə gələrkən özü ilə gətirdiyi narkotik vasitə və psixotrop maddəni atardı. Üzərində elektron tərəzi gəzdirməsinə səbəb hər dəfə iranlı şəxsin ona göndərdiyi narkotik vasitəsinin çəkisinin az olması, bu səbəbdən narkotik vasitəsini aldıqdan sonra elektron tərəzidə çəkərək şəklini ona göndərməsi olmuşdur. Narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. İranlıdan aldığı narkotik vasitəsinin pulunu «M10» vasitəsi ilə göndərmişdir. Eldarın üzərində saxta pul olmasını bilməmiş, eyni zamanda Eldarla mağazalara girib saxta pulla heç bir alış-veriş etməmişdir. Avtombildən aşkar olunmuş 350 manat saxta pul çıxmışdır. Eldarı müştəri kimi Hacıqabul rayonuna gətirmişdir. Narkotik vasitələri də heç kimə satmamış, şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı ifadələri elan edilmişdir. Həmin ifadələrdə göstərmişdir ki, 13 noyabr 2024-cü il tarixdə səhər saatlarında Eldarla Bakı şəhərində yerləşən Xalqlar metrosunun yaxınlığında görüşmüşlər. Söhbət əsnasında Eldar bildirmişdir ki, “saxta pul var sənlik bir şey yoxdur sən sadəcə rayonlara avtomobil sürəcəksən 150 manat sənə günlük pul verəcəm”. O, Eldarla razılaşmışdır. 14 noyabr 2024-cü il tarixdə Hacıqabul şəhərində "xxxx" adlanan ərzaq mağazasının qarşısında idarə etdiyi avtomobili dayandırmasını istəmişdir. O, həmin vaxt bilmişdir ki, Eldar mağazaya daxil olaraq saxta pul əskinası verib, həqiqi pul əskinasları alacaqdır. Eldar avtomobildən yerə düşməmişdən əvvəl cibindən çıxardığı saxta pul əskinaslarının içərisindən 01 ədəd 20 manatlıq saxta pul əskinasını götürüb cibinə qoymuş, qalan 20 manatliq və 10 manatlıq saxta pul əskinaslarını avtomobilin salonundakı tavan hissədə yerləşən eynək qoyulması üçün nəzərdə tutulmuş yeri açaraq həmin hissəyə qoymuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun ifadələrində “Hacıbalul rayonuna gedərkən Təqsirləndirilən şəxs2 üzərində saxta pul olmasından məlumatsız olması, polislər tərəfindən saxlanıldıqdan sonra məlumatı olması, saxta pul barədə Eynulla ilə razılaşması olmaması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü verilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində 28 may ərazisində 49 nömrəli avtobusa minərək Keşlə ərazisində gedərkən arxa oturacaqda bir ədəd pul qabı tapmış, həmin pul qabıya baxanda içərisində bir ədəd sırqa, 17 manat pul və təxminən xatırladığı 330-350 pul görmüşdür. Həmin pullara baxdıqda onların adi puldan fərqli olmaqla saxta olmalarını bilmişdir. Çünki əvvələr 2015-ci ildə CM-nin 204-cü maddəsi ilə tutulmuşdur. Həmin pulları cibinə qoymuşdur. Şirvan şəhərində yaşayan bir nəfər tanış xanım ona zəng vuraraq Bakı şəhərinə gəlmək istədiyini, yükünün ağır olduğunu, bu səbəbdən onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. O Nicatın taksi fəaliyyəti ilə məşğul olduğunu bilib ona müraciət edərək Şirvan şəhərinə getməyi xahiş etmişdir. 14 noyabr 2024-cü il tarixdə onlar yola düşmüşlər, yola düşən zaman avtobusdan tapdığı saxta pulları da cibinə qoymuşdur. Yolda onlar Qobustan ərazisində saxlayıb çörək yemişlər, o yeməklə təxminən 250-300 qram araq qəbul etmişdir. Yola düşüb gedən zaman həmin qadından ona zəng gəlmiş, biraz gecikmələrini demişdir. O Nicata Hacıqabul rayonunda taksi sürücüsü Abdulla adlı şəxsin olduğunu, gedib ona baş çəkmələrini demişdir. Onlar Hacıqabul rayonunda bir qədər fırlandıqdan sonra həmin şəxsi tapa bilməmişlər. Hacıqabul rayonunda olarkən bir-iki dəfə mağazalara girmişdir, həmin mağazalara girərkən çox içkili olduğundan çox şey yadında qalmamışdır. Sonra polislər tərəfindən tutulmuşdur. Hacıqabul rayonunda onu polis şöbəsinə gətirmişlər, şöbədə rəis müavini Rüfət İbayev adlı şəxsin yanına aparmışlar. Rüfət İbayevlə söhbət edən zaman rəis müavini onu tanıyıb-tanımamağını soruşmuş, o Bakı şəhərində bir neçə rayonda polis şöbələrində işlədiyini demişdir, o da Rüfət İbayevi tanımadığını bildirmişdir. Rüfət ona içkili olduğunu, gedib bir neçə saat yatdıqdan sonra onu çağıracağını bildirmişdir. Bir neçə saatdan sonra Rüfət onu yenidən qəbuluna çağırmış, ona üzərindən heç bir şey çıxmadığını, Nicatın üzərindən narkotik vasitə və avtomobilindən isə saxta pulların çıxdığını, sadəcə ifadə verərkən “Hacıqabul rayonunda avtomobildən düşərkən Nicat mənə pul vermiş, mağazada pulun mənə saxta olmasını demişlər” sözlərini deməsini bildirmiş, o da Rüfət müəllimə bunu edə bilməyəcəyini, Nicatın saxta puldan məlumatının olmadığını bildirmişdir. Bundan sonra ona polislər tərəfindən təziqlər olmuş. Avtomobildən aşkar olunmuş pullar ona məxsus olmuşdur, həmin pullardan Nicatın xəbəri olmamışdır. Saxta pulları heç kimə sata bilməmiş, satmağa cəhd göstərmişdir. Məhkəmədən əməlinin düzgün tövsif olunmasını, yaşlı olmasını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Həmin ifadələrdə göstərmişdir ki, 13 noyabr 2024-cü il tarixdə səhər saatlarında Nicatla Bakı şəhərində yerləşən Xalqlar metrosunun yaxınlığında görüşmüşlər. Söhbət əsnasında Nicata bildirmişdir ki, “saxta pul var sənlik bir şey yoxdur sən sadəcə rayonlara avtomobil sürəcəksən 150 manat sənə günlük pul verəcəm”. Nicat onunla razılaşmışdır. Hacıqabul rayonu istiqamətinə gəlməkdə məqsədləri magistral yolun üzərində xeyli mağazalar olduğundan, həmin mağazalara daxil olaraq saxta pulu verib, siqaret su saqqız almaq, qarşılığında isə həqiqi pul almaq olmuşdur. Həmin gün saat təxminən 16 radələrində Hacıqabul şəhəri ərazisinə girərkən Nicat qarşılarına çıxan "xxxx" adlanan ərzaq mağazasının qarşısında idarə etdiyi avtomobili dayandırmışdır. O, 01 ədəd 20 manatlıq saxta pul əskinasını üzərində saxlamış, qalan 01 ədəd 20 manatliq və 33 ədəd isə 10 manatlıq saxta pul əskinaslarını avtomobilin salonundakı tavan hissədə yerləşən eynək qoyulması üçün nəzərdə tutulmuş yerə qoymuşdur. Al marketə daxil olmuş və satıcıya “Sobranie” markalı siqareti verməsini demişdir. Satıcı ona siqaret verdikdən sonra qarşılığında saxta olan 20 manatlıq pul əskinası vermişdir. Satıcı pulun saxta olmasını bildirmişdir. Buna görə də, o, saxta pulu alıb, şühbə yaratmamaq üçün onada saxta pulu verdiklərini bildirib, aldığı pulu cibinə qoymuş və marketdən çıxmışdır. Eyni qayda ilə iki dəfə də “Oba” marketə daxil olaraq 20 manatlıq saxta pulla siqaret almaq istəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun ifadələrində “Təqsirləndirilən şəxs1 onun üzərində saxta pul olmasından məlumatının olmaması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və Təqsirləndirilən şəxs1 münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadələri işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, 14 noyabr 2024-cü il tarixdə saat 16 radələrində satıcı-kassir Qurban Həsənov onu yanına çağırmışdır. O kassaya tərəf yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 ona təqdim etdiyi 01 ədəd 20 manatlıq pul əskinasını ona təqdim edərək həmin şəxsdən şübhələndiyini bildirmişdir. O pul əskinasına baxdıqdan sonra Qurbana həmin pulu Eldara təqdim etməyini və 01 ədəd 20 manatlıq pul əskinasını başqa pul əskinası ilə əvəz etməsini tapşırmışdır. Həmin vaxt Eldar 01 ədəd 20 manatlıq pul əskinasını götürərək aldığı siqaret qutusunu geri qaytararaq mağazadan çıxıb getmişdir. Sonra öyrənmişdir ki, təqdim olunan pul saxtadır. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qanunun tələbinə uyğun cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 14 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Hacıqabul rayonu ərazisinə saxta pul gətirərək, mağazalardan alver etmək istəmələri barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 18 radələrində Təqsirləndirilən şəxs2 və Nivat Cavadovun olduqları Hundai Elantra markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və onları rayon polis şöbəsinə gətirmişlər. Şöbənin həyətində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 dayandıqları yerdən qaçaraq onlardan yayınmaq istəmiş, qrup üzvləri tərəfindən saxlanılaraq həmin yerə gətirilmişdir. Yoxlama davam etdirilmiş və yoxlama aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən 02 ədəd 20 manatlıq, 05 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinasları və 01 ədəd Oppo markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 02 bükümdə qurudulmuş marixuana, 01 ədəd sellofan bükümün içərisindən 02 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin, 01 ədəd psixotrop maddə çəkmək üçün istifadə olunan kiçik şüşə lampa, 01 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə etdiyi kağızlar aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin tavan hissəsində eynək qoymaq üçün nəzərdə tutulan yerdən 01 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq ilk baxışda saxt a olması güman edilən pul əskinasları aşkar edilərək götürülmüş, qablaqşdırılaraq zərflərə qoyulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə şahid qismində dindirilmiş Hacıqabul rayon X5 bölməsinin təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunan saxta pul əskinaslarının olduğu zərf ona təqdim edilən zaman həmin zərfin üzərində videoçəkilişdən də göründüyü kimi içərisində 01 ədəd 20 manatlıq və 30 ədəd 10 manatlıq pul əskinaslarının olması qeyd olunmuşdur. Avtomobilə baxış keçirən zaman avtomobilin tavan hissəsindən aşkar etdiyi saxta pul əskinaslarını saydıqda 20 manatlıq pul əskinasının 01 ədəd olmasını, 10 manatlıq pul əskinasının isə 30 ədəd olmasını qeyd etmişdir. Lakin o, həmin zərfi açıb içərisindəki pul vəsaitlərini sayan zaman 20 manatlıq pul əskinasının 01 ədəd olmasını, 10 manatlıq pul əskinasının isə 32 ədəd olmasını aşkar etmişdir. Videoçəkilişdən də görünür ki, o, pulları sayan zaman bir neçə dəfə təkrar sayılır, həmin pullar bir-birinə yapışmış, buna görə də, sayan zaman sayını düzgün qeyd etməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba” marketdə satıcı-kassir vəzifəsində işləyir. 14 noyabr 2024-cü il tarixdə saat 16 radələrində mağazada olan zaman bir nəfər tanımadığı şəxs mağazaya daxil olaraq kassaya tərəf yaxınlaşmış və ondan 01 ədəd Sobranie markalı siqaret istəmişdir. O, siqaret qutusunu təqdim edib, qiymətinin 4,50 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona 01 ədəd 20 manatlıq pul əskinası təqdim edərək pulu çıxmağını istəmişdir. O pulu aldıqdan sonra pulun adi pullardan fərqləndini görüb iş yoldaşı Fuada pulu təqdim etmiş, sonuncu pulu müdirin otağında olan xüsusi aparatda yoxladıqdan sonra saxta olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 kassaya yaxınlaşaraq ona həqiqi 5 manatlıq pul əsninası təqdim etmiş və ondan aldığı siqaret qutusunu götürərək çıxıb getmişdir. İş üzrə şahidlər Şahid6 və Şahid12 ölkə xaricində olduğundan onların istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. Məhkəmədə elan və tədqiq olunmuş şahidlər Şahid6 və Şahid12 şahid qismində dindirilmiş Şahid10 ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Hacıqabul şəhəri, M.Əsədov küçəsində yerləşən Oba marketdə satıcı-kassir vəzifəsində işləyir. 14 noyabr 2024-cü il tarixdə saat 16 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 adlı şəxs kassaya tərəf yaxınlaşaraq ondan 01 ədəd Sobranie markalı siqaret istəmiş, siqaret qutusunu təqdim edib, qiymətinin 4,50 manat olduğunu bildirmişdir. Eldar 01 ədəd 20 manatlıq pul əskinası təqdim edərək pulu çıxmağını istəmişdir. O, həmin şəxsdən ətrafa baxmasına və özünü narahat hiss etməsinə görə şübhələndiyi üçün mağazanın müdiri Şahid11 kassaya tərəf çağırıb pulu təqdim etmişdir. Zeynəbdə həmin şəxsdən şübhələndiyi üçün pul əskinasına baxdıqdan sonra həmin pulu Eldara təqdim edərək, 01 ədəd 20 manatlıq pul əskinasını başqa pul əskinası ilə əvəz etməsini bildirmişdir. Həmin vaxt Eldar 01 ədəd 20 manatlıq pul əskinasını götürərək, cibindən 01 ədəd 5 manatlıq pul əskinası təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid11 şahid qismində dindirilmiş X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan və tədqiq olunmuş şahid qismində dindirilmiş Şahid9 ifadəsindən görünür ki, o, hal-hazırda Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Al” marketdə satıcı-kassir vəzifəsində işləyir. 14 dekabr 2024-cü il tarixdə saat 16 radələrində sonra Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxsin mağazaya daxil olduğunu görmüşdür. Həmin şəxs kassaya tərəf yaxınlaşaraq ondan 01 ədəd Sobranie markalı siqaret istəmişdir. O, siqaret qutusunu təqdim edib, qiymətinin 4,50 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona 01 ədəd 20 manatlıq pul əskinası təqdim etmişdir. Həmin şəxsə nəzər yetirdikdə ilk dəfə mağazaya gəldiyini və həyəcanlı olduğunu görmüşdür. Şübhələnərək, mağazanın müdiri Nümayəndə2 kassaya tərəf çağırıb pulu təqdim etmiş, sonuncu da başqa pul əskinası ilə əvəz etməsini demişdir. Həmin vaxt Eldar 20 manatlıq pul əskinasını götürərək aldığı siqaret qutusunu geri qaytararaq mağazadan çıxıb getmişdir. Məhkəməyə ünvanlanan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur, onlara cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur, onlar barəsində qanunun tələbinə uyğun cəza verilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 18/912-18/913 rəyindən görünür ki,

1. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - polietilen torbacıqda 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,392 qram, 0,338 qram ümumi çəkisi – 0,730 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. - 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,24 qram, 10,43 qram ümumi çəkisi 12,67 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir.

2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri və narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. - 01 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan”-ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onların miqdarını və digər məddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. - 01 ədəd borucuq və 01 ədəd kağız kəsikləri olan paketdə hər hansı narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi.Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 0,630 qram və narkotik vasitə marixuana 12,63 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyər 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik təşkil edir. İş materiallarında olan sənədlərin məhkəmə-texniki ekspertizasının 15 noyabr 2024-cü il tarixli 5/1287 nömrəli rəylərindən görünür ki,

1. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd A29291568; A41486303 nömrəli 20(iyirmi), 05 ədəd B16197750; A53779832; A74965037; A48764783; A95400197 nömrəli 5(beş), 03 ədəd A61018183; B28457333; A80079301 01(bir) və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 10 ədəd A23506639; A10054532; A21238102; A65814664; A34159814; A24469493; A12355799; A07355318; A30594297; A67102696 10(on), 15 ədəd A94941118; B13458846; B23392527; A76746004; A75528652; A56899680; A74384771; A47690619, A84718260, A28841140, A15523685, A18390985, B25657608; B11736524, A60336005 05 (beş), 05 ədəd B20446530; B86928783; A43107450; A19802918; A76266957 nömrəli 01(bir) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər.

2. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı **-RS- *** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd A32274175 nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyektlər şırnaklı çap qurğusunda hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmirlər.

3. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı **-RS- *** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd A32274175 nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektlərində Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi), 10 (on) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud deyildir. Həmin tədqiqat obyektləri Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərinə görə fərqlənir. Aparılmış ekspertiza tədqiqatının dəyər 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli 416 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli 417 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 29 noyabr 2024-cü il tarixli 7553 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 30 noyabr 2024-cü il tarixli 3481 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 07 dekabr 2024-cü il tarixli 3593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmanın əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmanın əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 0,630 qram qalmış psixotrop maddə metamfetamin, 12,63 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd şüşə lampadan düzəldilmiş qəlyan, 01 ədəd borucuq və 01 ədəd kağız kəsikləri olan paket maddi sübut kimi tanınaraq Hacıqabul rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində yoxlama və Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə, o cümlədən götürülmüş əşyaya baxış aparılmasını özündə əks etdirən iki ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə əlavə edilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd A32274175 nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı nominallı pul əskinası maddi sübut kimi tanınaraq saxlanması üçün Hacıqabul rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd A29291568; A41486303 nömrəli 20(iyirmi), 05 ədəd B16197750; A53779832; A74965037; A48764783; A95400197 nömrəli 5(beş), 03 ədəd A61018183; B28457333; A80079301 01 (bir) və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 10 ədəd A23506639; A10054532; A21238102; A65814664; A34159814; A24469493; A12355799; A07355318; A30594297; A67102696 10(on), 15 ədəd A94941118; B13458846; B23392527; A76746004; A75528652; A56899680; A74384771; A47690619, A84718260, A28841140, A15523685, A18390985, B25657608; B11736524, A60336005 05 (beş), 05 ədəd B20446530; B86928783; A43107450; A19802918; A76266957 nömrəli 01 (bir) Azərbaycan manatı nominallı pul əskinasları isə saxlanılmasından ötrü RPŞ-nin depozitinə təhvil verilmişdir. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla Şahid11, Nümayəndə2 və Şahid6 tərəfindən təqdim edilən 03 ədəd DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 15 dekabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla Təqsirləndirilən şəxs1 istifadəsində olmuş üzərində yoxlama aparılan zaman aşkar olunaraq götürülmüş “Redmi Note 8” markalı **********72048 və **********72040 imei kodlu mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Hacıqabul rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş və həmin mobil telefona baxış aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərində qırmızı fonda "xxxx" sözləri yazılmış CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə 01 ay vaxtından əvvəl şərti olaraq azad edilmiş, 08 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilmişdir. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli, 14771 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X3 Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli, 14853 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X3 Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, 6370 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, 6370 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, 6371 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən “Narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” epizodik qəbulu diaqnozu ilə mərkəzdə qeydiyyatdadır. İş materiallarında 13 yanvar 2025-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, hazırki cinayət işindən CM-nin 204.1 və 234.1-ci maddələri faktına görə cinayət işi icraata ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon MKTB-nin 88 saylı mənzil Kommunal İstismar Sahəsinin 18 noyabr 2024-cü il tarixli yaşayış yeri üzrə verilmiş arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi ev 15, mənzil 77-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə barəsində heç bir yazılı şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin 124 nömrəli Mənzil Tikinti Kooperativinin idarə heyətinin 20 noyabr 2024-cü il tarixli yaşayış yeri üzrə verilmiş arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 126, mənzil 39-da qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə barəsində heç bir yazılı şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə və narkotik vasitələri satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin şəxsdən istintaqa məlum olmayan tarixdə və vaxtda satış məqsədi xeyli miqdarda psixotrop maddə olan metamfetamini və xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması qeyd etmiş, halbuki, istər istintaq materiallarında, istərsə də məhkəmə baxışında (öz ifadəsi, şahid ifadələri, telefon danışığı, sms və “WhatsApp” mesajları, həmçinin cinayət işinin digər materialları) Təqsirləndirilən şəxs1 maddələri əldə etməsi halında satış məqsədi və hər hansı bir şəxsən qabaqcadan əlbirlik faktı müəyyən edilmir. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin dispozisiyasında göstərilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli 8 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında aşağıdakılar göstərilir: Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır; Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır; Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Ali Məhkəmənin həmin Plenumunda göstərilənlərə uyğun olaraq Təqsirləndirilən şəxs1 sözü gedən maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılarkən, onun narkotikin satışından hər hansı bir mənfəətin əldə edilməsi təsdiq edilmir, o, sadəcə öz istifadəsi üçün xeyli miqdarda narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin əldə etmək niyyətində olmuşdur. Bu halda da, Təqsirləndirilən şəxs1 əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə tövsif edilmiş, onların əməli CM-in 29,204.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, onlar, “qabaqcadan əlbir olan bir qrup şəxs halında saxta pul əskinaslarını əldə edib həqiqi pul əskinasları ilə dəyişib əldə olunan qazancı aralarında bölmək barədə razılşdıqdan sonra satış məqsədi ilə pul əskinaslarını əldə etmişlər. CM-in 204.1-ci maddəsində gəstərilir ki, “Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma” Göründüyü kimi, təqsirləndirilən şəxslər tərəfindən sözü gedən saxta pul əskinasları satış məqsədi ilə əldə olunan andan artıq cinayət baş vermiş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin sonradan əldə olunan saxta pul əskinaslarını istifadə etməmələrinə yönəldilmiş hərəkətlər istintaq orqanı tərəfindən səhvən CM-in 29-cu maddəsinə istinad edilərək 204.1-ci maddəsi ilə də ittiham olunublar. Məhkəmə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə ittiham elan edilmiş CM-in 204.1-ci maddəsi təqsirləndirilən şəxslər tərəfindən satış məqsədi ilə əldə etdikləri saxta pullarla bağlı bağlı sonrakı hərəkətlərini də tam olaraq əhatə edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı CM-in 29, 204.1 maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı üçün CM-in 29, 204.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini qismən etiraf etmələrini məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs2 “Təqsirləndirilən şəxs1 onun üzərində saxta pul olmasından məlumatının olmaması” Təqsirləndirilən şəxs1 isə “Hacıbalul rayonuna gedərkən Təqsirləndirilən şəxs2 üzərində saxta pul olmasından məlumatsız olması, polislər tərəfindən saxlanıldıqdan sonra məlumatı olması, saxta pul barədə Eynulla ilə razılaşması olmaması” xüsusatları iş materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 204.1 və 234.1-ci maddələri ilə müəyyən müddətə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs1 Gülbab oğluna Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyləinə görə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Hacıqabul RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,630 qram psixotrop maddə metamfetamin və 12,63 qram qurudulmu marixuanna, 01 ədəd elektron tərəzi və 01 ədəd şüşə lampadan düzəldilmiş qəlyan, 01 ədəd borucuq və 01 ədəd kağız kəsikləri olan paket məhv edilməli, həmin şöbədə saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd A32274175 nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı nominallı pul əskinası məhv edilməli, Hacıqabul RPŞ-nin depozit hesabına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd A29291568; A41486303 nömrəli 20(iyirmi), 05 ədəd B16197750; A53779832; A74965037; A48764783; A95400197 nömrəli 5(beş), 03 ədəd A61018183; B28457333; A80079301 01(bir) və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 10 ədəd A23506639; A10054532; A21238102; A65814664; A34159814; A24469493; A12355799; A07355318; A30594297; A67102696 10(on), 15 ədəd A94941118; B13458846; B23392527; A76746004; A75528652; A56899680; A74384771; A47690619, A84718260, A28841140, A15523685, A18390985, B25657608; B11736524, A60336005 05 (beş), 05 ədəd B20446530; B86928783; A43107450; A19802918; A76266957 nömrəli pul əskinasları onun özünə qaytarılmalı, iş materiallarına əlavə olunmuş şəxsi axtarış və avtomobilə baxış və götürmə, o cümlədən götürülmüş əşyaya baxış aparılmasını özündə əks etdirən iki ədəd DVD disklər, "xxxx" MMC-nə məxsus bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Hacıqabul RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi Note 8” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (15 noyabr 2024cü il tarixli, 18/912-18/913 nömrəli məhkəmə-bioloji, 15 noyabr 2024-cü il tarixli 5/1287 nömrəli məhkəmə-texniki ekspertizasının rəyləri üzrə) 149 (yüz qırx doqquz) manat 48 (qırx səkkiz) qəpik və Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğində ekspertiza xərclərinin tutularaq dövlət nəfinə keçirilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin 14 noyabr 2024-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 204.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 204.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplansın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 149 (yüz qırx doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Hacıqabul RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,630 qram psixotrop maddə metamfetamin və 12,63 qram qurudulmu marixuanna, 01 ədəd elektron tərəzi və 01 ədəd şüşə lampadan düzəldilmiş qəlyan, 01 ədəd borucuq və 01 ədəd kağız kəsikləri olan paket məhv edilsin. -Hacıqabul RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd A32274175 nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı nominallı pul əskinasları məhv edilsin. - Hacıqabul RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd A29291568; A41486303 nömrəli 20(iyirmi), 05 ədəd B16197750; A53779832; A74965037; A48764783; A95400197 nömrəli 5(beş), 03 ədəd A61018183; B28457333; A80079301 01(bir) və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 10 ədəd A23506639; A10054532; A21238102; A65814664; A34159814; A24469493; A12355799; A07355318; A30594297; A67102696 10(on), 15 ədəd A94941118; B13458846; B23392527; A76746004; A75528652; A56899680; A74384771; A47690619, A84718260, A28841140, A15523685, A18390985, B25657608; B11736524, A60336005 05 (beş), 05 ədəd B20446530; B86928783; A43107450; A19802918; A76266957 nömrəli pul əskinasları onların özlərinə qaytarılsın. - İş materiallarına əlavə olunmuş şəxsi axtarış və avtomobilə baxış və götürmə, o cümlədən götürülmüş əşyaya baxış aparılmasını özündə əks etdirən iki ədəd DVD disklər, "xxxx" MMC-nə məxsus bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hacıqabul RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi Note 8” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar