Məhkəmə qərarları › İş №1(099)-232/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-232/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-232/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxx 1985-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 61-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qitimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-3,095 qram narkotik vasitə olan heroini və 0,29 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə aparmış, bundan sonra o, həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə, yəni heroini 1,725 qram, 1,278 qram və 0,092 qram olmaqla üç ədəd bükümlərə, qurudulmuş marxuananı bir ədəd bükümə qablaşdırılıb yaşadığı evin yataq otağında «Orbit» sözləri yazılmış qutunun içərisində gizlətməklə masanın üzərində saxlamış, daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində keçirilmiş əməliyyat-axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağında, masanın üzərində olan «Orbit» sözləri yazılmış qutunun içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmuş 0,29 qram narkotik vasitə olan qurudulmuş marixuana, üç ədəd bükümdə onlardan ikisi polietilen, biri isə kağız kəsiyinə bükülmüş formada ayrı-ayrılıqda-1,725 qram, 1,278 qram və 0,092 qram olmaqla cəmi, külli miqdarda-3,095 qram narkotik vasitə olan heroin, habelə üzərində narkotik vasitə-heroinin izi olan 2 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə ünvan 2 ünvanda fərdi yaşayış evində yaşamışdır. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. İstifadəsi üçün narkotik maddələri tanımadığı şəxsdən almışdır. Hazırda xatırlamadığı vaxtda kimdənsə istifadəsi üçün əldə etdiyi heroini istifadə etdikdən sonra bir hissəsi, yəni təxminən 1,5 qram heroini yaşadığı evində saxlamışdır ki, sonra istifadə etsin. 25 oktyabr 2021-ci il tarixdə, günorta vaxtı evində olarkən bir qrup polis əməkdaşları evinə gəlib ona evində narkotik maddələr saxlaması barədə məlumatları olduğunu bildirib evinə baxış keçiriləcəyi bildirmiş, o da etiraz etməmişdir. Sonra özünün iştirakı ilə və videoçəkilişlə polis əməkdaşları evinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə stolun üstündəki qabın içərisindən bir neçə bükümdə heroin və bir bükümdə marixuana, həmçinin iki ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş heroinin yalnız bir bükümdə təxminən 1,5 qram olan hissəsi və bir ədəd qara rəngli elektron tərəzi özünə məxsusdur. Lakin aşkar olunmuş heroinin qalan hissəsi, marixuana və ağ rəngli elektron tərəzi ona məxsus deyil. Polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq halları və təzyiqlər olduğu üçün o, evində aşkar olunmuş heroin və marixuananın, həm də elektron tərəzilərin özünə məxsus olmasını demişdir. Əslində aşkar olunmuş 2 bükümdə olan heroin, 1 bükümdə olan marixuana və ağ rəngli elektron tərəzi ona məxsus deyil və güman edir ki, evində axtarış zamanı içərisində heroin olan bükümləri və bir ədəd elektron tərəzini evinə polislər tərəfindən qoyulmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, dörd ilə yaxındır ki, “nəşə”dən (marixuanadan), bir ilə yaxındır ki, heroindən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri haradan və ya kimdən aldığını xatırlamır. Təxminən 12 oktyabr 2021-ci il tarixdə o, Ağcabədi rayonu ərazisində olan su kanallarına balıq tutmağa gedərkən xatırlamadığı yerdən 3 ədəd ayrı-ayrı poltelin kəsiyinə bükülmüş təxminən 4 qram narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə təxminən bir dəfə istifadə etmək üçün narkotik vasitə “nəşə” (qurudulmuş marixuana) tapmışdır. Tapdığı narkotik vasitələri yaşadığı evinə aparıb yatdığı otaqda şkafın içərisinə qoymuşdur. Sonra narkotik vasitənin təxminən bir qramını istifadə etmiş, təxminən 3 qram narkotik vasitəni isə yaşadığı evdə masanın üzərində saqqız qutusunun içərisində saxlamışdır. 25 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində o, yaşadığı evdə olarkən polis əməkdaşları evinə gəlib ona evində narkotik vasitə saxlmağı ilə bağlı məlumat daxil olduğunu və evində axtarış keçiriləcəyini demiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşları yaşadığı evə onun iştirakı ilə və vidoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı o, yatdığı otaqda olan masanın üzərinə qoyduğu naroktik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən narkotik vasitələr kiçik elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda 3 bükümdə olan heroinin cəmi çəkisi 3 qramdan bir az artıq olmuş, 1 bükümdə olan qurudulumuş marixuananın çəkisi təxminən 1 qramdan az olmuşdur. Sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitədər qablaşdırıb götürülmüş, daha sonra evində aparılmış axtarışla bağlı protokol tərtib edilmişdir. Sonra tutulub polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində o, izahatı verərkən narkotik vasitələrin satışı ilə məşğul olmamasını, heç kimə narkotik vasitə satmamasını, yalnız özünün şəxsi istifadəsi üçün narkotik vasitələr əldə edib saxladığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə yaşadığı evə baxışın keçirilməsi ilə bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, yaşadığı evdə aşkar olunmuş narkotik vasitələrin və elektron tərəzilərin özünə məxsus olduğunu bildirmişdir. Əslində yaşadığı evdə aşkar olunmuş heroinin yalnız bir bükümdə təxminən 1,5 qram olan hissəsi və bir ədəd qara rəngli elektron tərəzi özünü məxsusdur. 2 bükümdə olan heroin, 1 bükümdə marixuana və ağ rəngli elektron tərəzi özünə məxsus deyil. İçərisində heroin olan bükümləri və bir ədəd elektron tərəzini evinə polislər qoymuşdur. O, narkotiklərin satışı ilə məşğul olmamış, bununla bağlı ona verilmiş ittihamı qəbul etmir, lakin özünün istifadəsi üçün az miqdarda heroin əldə edib saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi RPŞ-nin əməkdaşıdır. 25 oktyabr 2021-ci il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (ünvan 4 Təqsirləndirilən şəxs daxıl olmuş məlumat əsasında evinə baxış keçiriləcəyini bildirmiş, İlqar da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində olan otaqda, masanın üzərindəki qutunu göstərib içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin qutunun içərisində 4 ədəd büküm və həmin bükümlərin içərisində narkotik maddələrə oxşar kütlələr, həmçinin masanın üzərində iki ədəd elektron tərəzilər aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzilər qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Sorgu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunmuş narkotik maddələrin və elektron tərəzilərin özünə məxsus olmasını, narkotik maddələri haradansa tapdığını və özünün şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumatlar əldə olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Hüseyn oğlu Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 25 oktyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 61-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində gəzdirməsi və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Ağcabədi RPŞ-nin təhqiqatçısı İsa Quliyev tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 61 ünvanına olan fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı yaşayış evin 2-ci mərtəbəsində olan yataq otağında, masanın üstündə, üzərində «Orbit» sözləri yazılmış qutunun içərisindən 4 ədəd bükümlərdə, həmin bükümlərdən 3 ədəd bükümdə narkotik vasitə olan heroinə, 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana oxşar kütlələr və masanın üzərində olan 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzilər qablaşdırılıb götürülmüş, baxışın aparılmasına dair videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri və imzalar olan kağız paketdə: İki ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 1,725 qram, 1,278 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,092 qram, ümumi təmiz çəkisi 3,095 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd kağız bükümdə təmiz çəkisi 0,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində üzərində “Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri və imzalar olan polietilen torbadakı 1 ədəd boz rəngli və 1 ədəd qara rəngli elektron tərəzilərin üzərində narkotik vasitə-heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 3,005 qram, qalıq marixana 0,27 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 48 qəpik təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3,005 qram heroin, 0,27 qram qurudulmuş marixuana və üzərində narkotik vasitə-heroinin izi olan 2 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin maddi sübutlar saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 10 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatriya ekspertizasının 10 yanvar 2022-ci il tarixli, rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyytlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yaşadığı evdən aşkar olunmuş heroinin yalnız bir bükümdə təxminən 1,5 qram olan hissəsi və bir ədəd qara rəngli elektron tərəzinin özünə məxsus olması, aşkar olunmuş heroinin qalan hissəsi, marixuana və ağ rəngli elektron tərəzinin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq halları və təzyiqlər olduğu üçün evində aşkar olunmuş heroin və marixuananın, həm də elektron tərəzilərin özünə məxsus olmasını deməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni yaşadığı evdən aşkar olunmuş heroinin yalnız bir bükümdə təxminən 1,5 qram olan hissəsi və bir ədəd qara rəngli elektron tərəzinin özünə məxsus olması, aşkar olunmuş heroinin qalan hissəsi, marixuana və ağ rəngli elektron tərəzinin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq halları və təzyiqlər olduğu üçün evində aşkar olunmuş heroin və marixuananın, həm də elektron tərəzilərin özünə məxsus olmasını deməsinə, həmin narkotik maddələri və bir ədəd elektron tərəzini evinə polis əməkdaşları tərəfindən qoyulması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, evində aşkar olunmuş narkotik maddələrin və elektron tərəzilərin özünə məxsus olmasını və digər halları göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin və elektron tərəzilərin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Ağcabədi Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul edərək əməlindən peşman olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 14-cü maddəsində izah verilir ki, aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3,095 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 0,29 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından az miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 09 aprel 2013-cü hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 noyabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən göstərilən hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 19 yanvar 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 61-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə ictimayyət arasında özünü səmimi aparmış, qonşuları və yoldaşları arasında hörmət qazanmış, ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, X8 11 mart 2013-cü ildə, X7 27 iyun 2014-cü ildə, X6 06 fevral 2016-cı ildə və X11 11 avqust 2017-ci ildə doğulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirlndirilən şəxsin cəzanı ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 3,005 qram narkotik vasitə heroin, 0,27 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində narkotik vasitə-heroinin izi olan 2 (iki) ədəd elektron tərəzilər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3,005 qram narkotik vasitə heroin, 0,27 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində narkotik vasitə-heroinin izi olan 2 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar