Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-232/2024 05.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(018)-11/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Fərzad adlı şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaq və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib saxlanılmış və daşınaraq Astara rayonu, Ərçivan qəsəbəsi 4 saylı orta məktəbin yaxınlığında elektrik dirəyinin yanında gizlədilmiş külli miqdarda- 117,190 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi 31 yanvar 2023-cü il tarixdə saat 17 radələrində həmin əraziyə gələrək, gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qeyd olunan tarixdə saat 18:15-də Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda-117,190 qram olan narkotik vasitə heroin onun əynindəki qara rəngli köynəyin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, «Kərimə dövləti»nin yaradılmasına dair çağırışlar təbliğ edilən, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda «vilayəti-fəqih» ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ edilən, üzərində «Rəhimə xanım» məscidinin təsviri olan, fars qrafikası ilə «Kanal» sözü, Fars və Azərbaycan dillərində «Azərbaycanda gələcək hakimiyyət İslam olacaq» sözləri yazılmış A4 formatlı 01 ədəd vərəqəni, üzərində «İlahi! Biz Kərimə dövlətin qurulmasını şövqlə səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. Orada bizi sənin itaətinə çağıranlardan və sənin yoluna yönəldən rəhbərlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən» sözləri yazılmış və Azərbaycan Respublikasının xəritəsi fonunda əlində üzərində dini şüar yazılmış bayraq tutan yaşıl əbalı insanın təsviri olan A4 formatlı 01 ədəd vərəqəni, üzərində «Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı»nın loqosunun təsviri və Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazılar olan A4 formatlı 01 ədəd vərəqəni və üzərində «Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı»nın sarı rəngli bayrağının, bayrağın fonunda İran İslam Respublikasının ali dini lideri X13 və «Hizbullah» təşkilatının lideri X11 fotoşəkillərinin, Azərbaycan Respublikası Dövlət Gerbinin, «Azərbaycan İslam Müqavimət Hərəkatı»nın loqosunun, yəni Azərbaycan Respublikasının xəritəsi və snayper tüfəngi tutan əlin təsviri olan, logonun üzərində Qurani-Kərimin «əl-Həcc» surəsinin 39-cu ayəsinin məzmunu, alt hissəsində isə «hüseynçilər» mənasını verən «hüseyniyyun» yazılmış, həmçinin Fars və Azərbaycan dillərində «Azərbaycan İslam Müqaviməti olan Hüseyniyyun təşkilatı Azərbaycan gənci üçün milli məfkurənin dini-mənəvi hissləri ilə peyvəndi olan ən ideal model olacaq, düşmən bunu istəsə də, istəməsə də bu baş verəcək. Bu, ilahi bir vəddir və biz bunda zərrə qədər şübhə etmirik. X16-2016» yazısı olan A4 formatlı 01 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 02 fevral 2023-cü il tarixədək, yəni Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evində axtarış aparılıb aşkar edilənədək, həmin evdə saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 31 yanvar 2023-cü il tarixdə (saat yadında deyildir) yaşadığı evdə ayaq yolunda olan zaman Astara RPŞ-nin əməkdaşları gələrək onu ayaq yolundan çıxarıb Astara RPŞ-yə aparmışlar. RPŞ-də polis əməkdaşı Orxan Novruzov başına 2 ədəd sillə vurmuş, ona narkotik vasitəni götürməsə ailəsini də RPŞ-yə gətirəcəklərini bildirmişlər. Yaşadığı evdən aşkar olunmuş kitablar özünə məxsusdur. Elan olunmuş ittihamda yazılmış kağızlar ona məxsus olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, RPŞ-nin əməkdaşları onu 31 yanvar 2023-cü il tarixdə axşam üstü saat 17 radələrindən sonra yaşadığı evdən ayaq yolundan aparmışlar. Yaşadığı evin həyətinin qapısı dəmir materialdandır, həmin qapını polis əməkdaşları özləri açmışlar. Ola bilsin ki, polis əməkdaşları həyətə kiçik qapını açıb keçmişlər, sonra isə avtomobil üçün nəzərdə tutulmuş böyük qapını açmışlar. Yaşadığı evin həyətinə piyada girmək üçün nəzərdə tutulmuş qapı bağlı vəziyyətdə olmamışdır. 2 nəfər polis əməkdaşı onu tualetin qapısında saxlayıb aparmışlar. Orxan Novruzovu əvvəllər tanımamışdır. Polis əməkdaşları onu gümüşü rəngli «Niva» markalı avtomobillə RPŞ-yə aparmışlar, həyətində köhnə avtomobil olmuş polis əməkdaşları avtomobili də çıxarmışlar. 3 aydan sonra ona imza çəkdirmişlər ki, evində axtarış aparmışlar, lakin evində axtarış aparılmamışdır. «Kərimə» dövlətinin hansı dövlət olmasını bilməmişdir. Yaşadığı evdə 10-15 dini kitabı olmuşdur, həmin kitabları Məşhəd şəhərində ziyarətdə olan zaman vermişlər. Elan olunmuş əlyazma ilə olan izahatını özü yazmışdır, həmin izahatı polislərin təzyiqləri nəticəsində yazmışdır. Polis əməkdaşları onu 2 sillə vurmaqdan əlavə döyməmişlər, 2 sillə nəticəsində bədəni üzərində heç bir xəsarət yaranmamışdır. Polislər üzərinə qoyulmuş narkotik vasitəni qəbul etməsə ailə üzvülərini də gətirərək narkotik vasitə ilə cəlb edəcəklərini bildirmişlər. İran İslam Respublikasına gedib-gəlmiş, sonuncu dəfə qardaşını müalicə üçün aparmışdır. Şahid4 onu vurmamış, yaşadığı evdə olmamış, onu polis əməkdaşı Orxan Novruzov vurmuşdur. Nümayiş etdirilmiş CD disklərdə göstərilənlərin heç biri həqiqət deyildir, üzərinə narkotik vasitəni polis əməkdaşları qoymuşlar, evindən aşkar olunmuş dini kitablar özünə məxsus olmuş, lakin ittihamda yazılmış ədəbiyyatlar özünə məxsus olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona elan olunmuş Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilib ifadəsində demişdir ki, 25 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasına getmiş, 2022-ci ilin dekabr ayının əvvəllərində Məşhəd şəhərini ziyarət etmişdir. X21 Respublikasının vətəndaşı Fərzad adlı şəxslə tanış olmuşdur. Fərzadla tanış olduqdan sonra onunla bir neçə dəfə qarşılaşmış və münasibətləri yaranmışdır. Fərzad onunla söhbət edərkən ona, Azərbaycan Respublikasına qanunsuz narkotik vasitə və psixotrop maddə göndərdiyini bildirmiş və ona kömək edəcəyi təqdirdə pul verəcəyini vəd etmişdir. Fərzaddan ona necə köməklik göstərəcəyini soruşduqda Fərzad adlı şəxs ona kiminsə vasitəsi ilə Astara rayonunda narkotik vasitə qoyduracağını, onun da həmin narkotik vasitəni götürüb, özündə saxlayacağını və onun dediyi başqa bir yerdə qoyacağını demişdir. Onun maddi vəziyyəti yaxşı olmadığından, heç bir yerdə işləmədiyindən Fərzadla razılaşmışdır. Bundan sonra onlar bir-birinə mobil nömrələrini vermişlər ki, bir-biri ilə əlaqə saxlaya bilsinlər. 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. 2022-ci ilin dekabr ayının sonlarında və 2023-cü ilin yanvar ayının əvvəllərində Fərzad ona bir neçə dəfə mobil telefonunda olan «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə zəng edib, onunla danışmışdır. Hər dəfə telefonda onunla danışarkən ondan xəbər gözləməyini istəmiş və onun üçün narkotik vasitə göndərəcəyini demişdir. 31 yanvar 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Fərzad ona «WhatsApp» ani mesajlaşma tətbiqində zəng edib, harada olduğunu soruşmuş və o da Fərzada yaşadığı qəsəbənin ərazisində olduğunu demişdir. Fərzad, ona Ərçivan qəsəbə 4 saylı Orta Məktəbi əhatələyən çəpərin yanında olan elektrik dirəyinin yanında 01 ədəd yapışqan lentə bükülmüş qara sellofan büküm qoyulduğunu bildirib, həmin bükümü oradan götürməyini ondan xahiş edərək bükümü özündə saxlamağını və bir qədər keçdikdən sonra onun deyəcəyi yerdə qoymağını istəmişdir. O da ondan həmin bükümü kimin orada qoyduğunu soruşduqda o, bükümün kim tərəfindən həmin yerə qoyulduğunu ona deməmişdir. Bundan sonra Ərçivan qəsəbə 4 saylı Tam Orta məktəbinə getmiş və Fərzadın dediyi yerə baxdıqda çəpərin yanında 01 ədəd büküm qoyulduğunu görmüşdür. Həmin bükümü yerindən götürüb, əynində olan köynəyin sol döş cibinə saldıqdan sonra oranı tərk etmiş və idarə etdiyi «VAZ 2101» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı qəsəbənin mərkəzinə tərəf getmişdir. Evinə getməyib, avtomobildə oturaraq Fərzaddan zəng gözləməyə başlamışdır. Ərçivan qəsəbəsi ərazisində avtomobildə oturduğu zaman bir neçə şəxs avtomobilinə yaxınlaşıb, avtomobilin qapısını açmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirib, özlərini ona təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərində və avtomobilində baxış keçiriləcəyini bildirmişlər. Sonra isə onu avtomobili ilə birlikdə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Şöbəyə daxil olduqda ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlanan zaman təhqiqatçı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra əynində olan köynəyin sol döş cibindən 01 ədəd qara rəngli sellofan büküm çıxarıb, təqdim edib, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni Fərzad adlı İran İslam Respublikası vətəndaşının onun üçün göndərdiyini demişdir. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra 1 ədəd zərfdə qablaşdırılmış və həmin zərf möhürlənmişdir. Qablaşdırmadan sonra o, müdafiəçi və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Daha sonra təhqiqatçı tərəfindən onunla şifahi sorğu aparılmış. Şifahi sorğudan sonra protokol tərtib edilmişdir, həmin protokol ucadan oxunmuş, o müdafiəçi və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Daha sonra idarə etdiyi «VAZ 2101» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməsə də ona məxsus «Samsung» markalı mobil telefon baxış zamanı avtomobilindən götürülmüşdür. Avtomobilə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, o, müdafiəçi və baxışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin kütləsini ona 2022-ci ilin dekabr ayının əvvəllərində İran İslam Respublikasının Məşhəd şəhərində tanış olduğu Fərzad adlı İran İslam Respublikasının vətəndaşı göndərmiş, həmin bükümü Fərzadın ona deyəcəyi yerə aparacaqı təqdirdə Fərzad ona 100 ABŞ dolları pul verəcəyini vəd etmişdir. Narkotik vasitəni haraya aparacağını əvvəlcədən bilməmiş, Fərzad ona zəng edərək narkotik vasitəni haraya aparacağını bildirməli idi. Ona görə də avtomobildə Fərzadın ona zəng etməsini gözləmişdir. Fərzadın pulu ona necə göndərəcəyini bilməmişdir. Ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş. Narkotik vasitələrin satışı ilə də məşğul olmamış ilk dəfə belə bir işlə məşğul olmuşdur. Fərzadın kimliyini dəqiq bilməmiş, Fərzad onunla danışdıqdan sonra nömrəsini silməyini istədiyinə görə hər dəfə danışdıqdan sonra nömrəsini telefonumdan silmişdir. Sonuncu dəfə də Fərzadla danışdıqdan sonra nömrəsini və ona etdiyi zəngləri telefonunda olan «WhatsApp» ani mesajlaşma tətbiqindən silmişdir. Yaşadığı evdən aşkar olunmuş dini ədəbiyyatla bağlı göstərmişdir ki, dindar və namaz qılan adamdır, evindən aşkar edilmiş kitabların bəzilərini uzun illər öncə İran İslam Respublikasında ziyarətqahlarda tanımadığı şəxslər hədiyyə etmişlər, kitabların hamısı dini kitablardır o, həmin kitabları dini biliklərini artırmaq məqsədi ilə əldə edib oxumuşdur. Evindən aşkar olunmuş «A4» formatlı kağızdlar da kitab verilərkən ona verilmiş lakin kitablar ona verilərkən içərisində dini ekstremist material sayıla biləcək kağızların olduğunu bilməmişdir. Həmin kitablarda və ya vərəqlərdə qadağan olunmuş fikirlərin olduğunu bilməmişdir. Kitabları oxumaq məqsədi ilə evində saxlamışdır. Həmin kağızları özü hazırlamamış, ona kim tərəfindən və nə vaxt verildiyini də bilməmişdir. Onun ailə üzvlərinin evdə bu cür kitabların saxlandığını bilməmişlər. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs əlyazma ilə yaşadığı izahatında bildirmişdir ki, 25 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasına Məşhəd ziyarətinə getmişdir. 2022-ci ilin dekabr ayında İran İslam Respublikasının Məşhəd şəhərində olan zaman Fərzad adlı şəxslə tanış olmuşdur. Fərzad ona narkotik vasitə alveri etməyi təklif etmiş, maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmış, bir-birlərinə nömrələrini vermişlər. 31 yanvar 2023-cü il tarixdə Fərzad «WhatsApp» ani mesajlaşma vasitəsi ilə ona zəng vurmuş və Ərçivan qsəbəsində yerləşən 4 saylı məktəbin yanına gedib ora qoyduğu narkotik vasitəni götürə biləcəyini demişdir. O saat 17 radələrində həmin deyilən 4 saylı məktəbin yanına getmiş, həmin narkotik vasitəni götürüb ona deyilən şəxsə verməli olmuşdur, bunun üçün 100 dollar məbləğdə pul verəcəklərmiş. Narkotik vasitəni götürdükdən sonra mobil telefonda olan mesaj və nömrəni silmişdir. İdarə etdiyi «VAZ- 21011» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadığı ev istiqamətində bir az yol getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, onu saxlamışlar. Daha sonra onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü, onu idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkil Umud Cəfərovun iştirakı və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan köynəyin cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin kütlə götürülərək qablaşdırılmışdır. Daha sonra idarə etdiyi avtomobilə də baxış keçirilmiş və Fərzadla danışan zaman istifadə etdiyi bir ədəd «Samsung» markalı qara rəngli mobil telefon aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, aşkar olunmuş külli miqdarda-117,190 qram olan narkotik vasitə heroin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən hədələr edildiyi üçün narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. İttihamda yazılaraq yaşadığı evdən çıxdığı qeyd edilmiş kağızların özünün olmadığını demişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkar olunmuş külli miqdarda-117,190 qram olan narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən hədələr olunduğunu, buna görə də narkotik vasitə heroinin özünə məxsus olmağını deməyini tələb etdiklərini, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini, ittihamda yazılaraq yaşadığı evdən çıxdığı qeyd edilmiş kağızların özünün olmadığının dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin NMQnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində polis əməkdaşları Şahid1 Bafəddin oğlu, Şahid3 və özü iştirak etmişlər. 31 yanvar 2023-cü il tarixdə, saat 17:40-da əməliyyataxtarış tədbirləri keçirilən zamanı Astara rayonu, Ərçivan qəsəbəsində, yol kənarında Təqsirləndirilən şəxs «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillin sükanı arxasında oturduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Küçədə intensiv hərəkət olduğundan, Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmadığından onu idarə etdiyi «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞnin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz saxlanılan əşya varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyinin sol döş cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümün içinə baxış zamanı spesifik iyə malik olan, qəhvəyi rəngli, toz formasında olan narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər kütlədən başqa hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni 31 yanvar 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində 4 nömrəli məktəbin yanında əldə etdiyini, 2022-ci ilin dekabr ayının əvvəllərində İran İslam Respublikasında olan zaman tanış olduğu Fərzad adlı şəxsin həmin narkotik vasitəni başqa bir yerə qoyması üçün ona göndərdiyini, bunun qarşılığında Fərzad adlı şəxsdən 100 ABŞ dolları alacağını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara RPŞ-yə gətirildiyindən həmin avtomobildə narkotik vasitə və ya digər qanunsuz əşya olması şübhəsi olduğundan avtomobilə videoçəkiliş vasitəsilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Umud Cəfərovun iştirakları ilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının üstündən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Baxış zamanı avtomobildə cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində narkotik vasitə saxlamasında əsaslı şübhələr olduğundan, Astara Rayon Məhkəməsinin qərarı əsasında onun evinə, eləcə də evin həyətyanı sahəsində, yardımçı tikililərdə 02 fevral 2023-cü il tarixdə, videoçəkiliş vasitəsi ilə, Təqsirləndirilən şəxs müdafiəçisi Umud Cəfərovun və ev sahibəsinin iştirakları ilə axtarış keçirilmiş və həmin axtarış hərəkətlərində o da iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə, həmçinin evin həyətyanı sahəsində, yardımçı tikililərdə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Lakin evdə çoxlu, Ərəb və ya Fars əlifbası ilə yazılmış kitablar, müxtəlif kağızlar, üzərində ərəb və ya fars dilində yazılar olan bayraqlar, üzərində ərəb və ya fars dilində yazılar olan parçalar, fotoşəkillər, «Azərbaycan İslam Partiyasına» üzvlüklə bağlı vəsiqə, kaset, CD və DVD disklər aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş Ərəb və ya Fars əlifbası ilə yazılmış kitablarda Azərbaycan Respublikası Konstitusiyasına və Qanunvericiliyinə zidd ola biləcək məlumatların olub-olmamasını müəyyən etmək məqsədi ilə aşkar edilmiş kitablar və disklər götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsibdə saxlamışlar. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Narkotik vasitə heroin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Təhqiqatçının Təqsirləndirilən şəxs evində narkotik vasitə olub-olmaması barədə sual verib-verməməsini bilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə özü rəhbərlik etmişdir. Dindirilmiş şahidlər Astara RPŞ-nin əməkdaşları Şahid1 Bafəddin oğlu, Şahid2 Sədayıl oğlu və Şahid3 Şahid4 göstərdiklərini olduğu kimi təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə, təmiz çəkisi- 117,190 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə toplanılmış yoxlama materialları əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1-41) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 31 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.11) -«şəxsi axtarış və götürmə barədə» 31 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində 31 yanvar 2023-cü il tarixdə, saat 18:15-də Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz saxlanılan əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyinin sol döş cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümün içinə baxış zamanı spesifik iyə malik olan, qəhvəyi rəngli, toz formasında olan narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkisi çəkilmiş və 126.92 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər kütlədən başqa hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni 31 yanvar 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində 4 nömrəli məktəbin yanında əldə etdiyini, 2022-ci ilin dekabr ayının əvvəllərində İran İslam Respublikasında olan zaman tanış olduğu Fərzad adlı şəxsin həmin narkotik vasitəni başqa bir yerə qoyması üçün ona göndərdiyini, bunun qarşılığında Fərzad adlı şəxsdən 100 ABŞ dolları alacağını bildirmişdir. (cild 1, i.v.27-28) -«məhkəmə-kimyəvi ekspertizası»nın 01 fevral 2023-cü il tarixli, 19/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə» sözlər və imzalar olan bir ədəd zərfdə 1 ədəd bükülüdə təmiz çəkisi-117,190 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr»in siyahısına (Siyahı 1) daxildir. (cild 1, i.v.35-38) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Astara Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(018)- 11/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək hazırda törətdiyi əməldən peşman olduğunu, istintaqın və məhkəmənin çağırışına vaxtında gələcəyini bildirmiş və barəsində verilmiş təqdimatın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (cild 1, i.v. 49-50, 68-70) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 fevral 2023-cü il tarixli, 127 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtyiacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v.80) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 02 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə Astara RPŞ-nin inzibati binasının həyətindən avtomobillə hərəkət edərək Astara rayonu, Ərçivan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar, Ərçivan qəsəbəsi ərazisinə çatdıqda Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə irəliləyib, Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbin qarşısına çatmışlar, qeyd olunan yerə çatdıqda Təqsirləndirilən şəxs avtomobili dayandırmağı təkid etmiş, Təqsirləndirilən şəxs dediyi yerdə avtomobili saxlayıb yerə düşdükdən sonra o, məktəbi əhatələyən çəpərin yanında olan elektrik dirəyini göstərib, 31 yanvar 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Fərzad adlı şəxsin ona «WhatsApp» ani mesajlaşma tətbiqində zəng edib, harada olduğunu soruşduğunu, onun da Fərzada yaşadığı qəsəbənin ərazisində olduğunu dediyini, Fərzadın ona Ərçivan qəsəbə 4 nömrəli məktəbi əhatələyən çəpərin yanında olan elektrik dirəyinin yanında 01 ədəd yapışqan lentə bükülmüş qara sellofan büküm qoyulduğunu bildirib, həmin bükümü oradan götürməyini ondan xahiş edərək bükümü özündə saxlamasını və bir qədər keçdikdən sonra onun deyəcəyi yerdə qoymasını istədiyini, onun da Fərzaddan həmin bükümü kimin orada qoyduğunu soruşduğunu, Fərzadın bu barədə ona heç nə demədiyini, bundan sonra onun Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbinə getdiyini, göstərdiyi elektirik dirəyinin dibində 01 ədəd qara rəngli sellofan büküm qoyulduğunun gördüyünü, həmin bükümü elektrik dirəyinin dibindən götürüb, əynində köynəyin sol döş cibinə saldıqdan sonra məktəbin yanını tərk etdiyini bildirdi. (cild 1, i.v.86-89) -Astara Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 5(018)-08/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində, həytayani sahəsində və təsərrüfat tikililərində axtarış və götürmə istintaq hərəkəti aparılması qərara alınmışdır. (cild 1, i.v.91) -«axtarış və götürmə aparılması haqqında» 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Astara Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evdə, eləcə də evin həyətyanı sahəsində, yardımçı tikililərdə 02 fevral 2023-cü il tarixdə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşamış olduğu evdən 01 ədəd üzərində «Quran təhrif olunmayıb», 01 ədəd üzərində «Sirli əməliyyat», 01 ədəd üzərində «İzahlı şəriət məsələləri», 01 ədəd üzərində «Həbib ibn Məzahir», 01 ədəd üzərində «Quranın qiraət və təcvid qaydaları», 01 ədəd üzərində «Gecə karvanı ilə», 01 ədəd üzərində «Şəriət hökmlərinin izahı», 01 ədəd üzərində «İmam Riza əleyhissalamın həyatı», 01 ədəd üzərində «Sadiq yol axtaranlar üçün imam Sadiqin(ə) nəsihətləri», 01 ədəd üzərində «Torpaq üzərində səcdə və iki namazın ardıcıl qılınması», 01 ədəd üzərində «X24(ideallarla tanışlıq)», 01 ədəd üzərində «X22(idellarla tanışlıq)», 01 ədəd üzərində «Kumeyl duasının şərhi», 02 ədəd üzərində «Aşura ziyarətnaməsi», 01 ədəd üzərində «Qurani-Kərimin təcvidi», 01 ədəd üzərində «Qurani-Kərimin rəvan oxunuşu və təcvid qaydaları», 01 ədəd üzərində «Quran tilavəti qaydaları ilə tanışlıq», 01 ədəd üzərində «Adabus-Səlat», 03 ədəd üzərində «Nur təfsiri», 01 ədəd üzərində «Kərbəla qəhrəmanları» yazıları olan kitablar, 01 ədəd üzərində «Big Bang», 01 ədəd üzərində «Fatimə», 01 ədəd üzərində «Allahım» sözləri yazılmış jurnallar, 17 ədəd üzərində Fars və ya Ərəb yazıları olan kitab və kitabçalar, 25 ədəd üzərində kiril əlifbası ilə yazılar yazılmış kitablar, 13 ədəd içərisində Ərəb və ya Fars dilində əlyazma yazılar dəftərçələr, 06 ədəd «A4» formatında üzərində latın, Ərəb və ya Fars əlifbası ilə yazılar olan kağızlar, 01 ədəd dəri qabda üzərində Ərəb və ya Fars əlifbası ilə yazılar yazılmış kağız, 02 ədəd kaset, 17 ədəd CD və DVD disklər, 05 ədəd üzərində Ərəb və ya Fars dilində yazılar olan bayraqlar, 03 ədəd üzərində Ərəb və ya Fars dilində yazılar olan parçalar, 02 ədəd «A4» formatında kağızlarda fotoşəkillər, 03 ədəd taxtanın üzərində fotoşəkillər və «Azərbaycan İslam Partiyasına» üzvlüklə bağlı vəsiqə aşkar edilərək götürülmüşdür. (cild 1, i.v.93-98) -«əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında» Astara Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 5(018)- 7/2023 nömrəli qərarında görünür ki, Astara RPŞ-nin ƏİÜ-nin rəis müavini X2 31 yanvar 2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. (cild 1, i.v.107-108) -«maddi sübut kimi tanınma haqqında» 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi 117,140 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-nin «maddi sübutların saxlanması otağı»na təhvil verilmişdir. (cild 1, i.v.121) -«məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası»nın 03 aprel 2023-cü il tarixli, 4/237 nömrəli rəyindən görünür ki, «təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən, üzərində fars qrafikası ilə «Kanal» sözü yazılmış A4 formatlı vərəqədə, üzərində Azərbaycan Respublikasının xəritəsi fonunda əlində dini şüar yazılmış bayraq tutan yaşıl əbalı insan təsviri olan A4 formatlı vərəqədə və üzərində İran İslam Respublikasının ali dini lideri X13 və «Hizbullah» təşkilatının lideri X11 foto şəkilləri, «Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı»nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı vərəqədə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya qurluğunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında kütləvi ixtişaşların təşkil edilməsinə və belə ixtişaşalarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşna çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş Qumru Dərbəndinin «Seçilmiş əsərləri» (Bakı, 2004), Ə.C.Məmmədovun «Ərəb dilinin qısa kursu» (Maarif Nəşriyyatı, Bakı, 1988), Novruzali Mamedovun «Talışi-ürüsi-tırkiə lüğət» («Nurlan», Bakı, 2006), Nəriman Mahmudun «Sirli mərsiyələr» («Elmi», Bakı, 1990) kitabı dini təyinatı ədəbiyyat nümunəsi hesab edilmir. Fəzlullah Kompaninin «Əli Əleyhissəlam kimdir?» («Şəhriyar», İran , 2007) və Həzrət Ayətullahül-üzma X19 Xameneinin «Şəri suallara cavablar» (cild 2, «Faiz» 2005) kitablarının istehsal və idxal edilməsinə ixtisaslaşdırılmış satış məntəqələri vasitəsi ilə satışının həyata keçirilməsinə X20 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Eyni zamanda bildiririk ki, «Aşura ziyarətnaməsi» bukleti, "xxxx" Müəssisəsinin «Əhli-Beyt (ə)» («Səbikə» Nəşriyyatı, 2002) kitabı və X23 və Mədəniyyət İnstitutunun təsisiçisi olduğu «Haqq Yolu (№ 2 (7) 2011, Qum) jurnalının istehsal və idxal edilməsinə ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X20 üzrə Dövlət Komitəsinə hər hansı bir müraciət daxil olmamışdır. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında dını etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarından üzərində «Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı»nın oqosunun təsviri və «Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək və Sionist Əliyev rejiminin təxribatı müqaviməti öz müqəddəs yolundan və dəyərli, uca hədəflərindən döndərə bilməz. xx/xx/2022» yazıları olan A4 formatlı vərəqədə və üzərində İran İslam Respublikasının ali dini lideri X13, «Hizbullah» təşkilatının lideri X11 foto şəkilləri, «Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı»nın san rənqli bayrağının təsviri olan A4 formatlı vərəqədə ekspert qarşısında qoyulmuş suallara əsasən dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarından üzərində fars qrafikası ilə «Kanal» sözü yazılmış A4 formatlı vərəqə vərəqə uzərində Azərbaycan Respublikasının xəritəsi fonunda əlində dini şüar yazılmış bayraq tutan yaşıl əbalı insan təsviri olan A4 formatlı vərəqə, üzərində «Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatının loqosunun təsviri və «Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək və Sionist əliyev rejiminin təxribatı müqaviməti öz müqəddəs yolundan və dəyərli uca hədəflərindən döndərə bilməz. xx/xx/2022» yazıları olan A4 formatlı vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X12, «Hizbullah» təşkilatının lideri X10 foto şəkilləri, «Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatının sarı rəngli bayrağının təsviri olan A4 formatlı vərəqə dini ekstremist material sayıla bilər. Belə ki, «Dini ekstremizmzə qarşi mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zopla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması həmin birləşmə və ya qruplarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi, milli sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyatindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi, yuxarıda sadalananlarla bağlı nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışların edilməsi, dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması və dini ekstremizmin maliyyələşdirilməsi dini ekstremizm (dini ekstremist fəaliyyət) adlanır. Təqdim edilmiş Hüseyn Ənsariyanın «Kumeyl duasının şərhi» (Bakı, 2015), Mətənət Hüseynovanın «Quranın qiraət və təcvid qaydaları» («Nurlar», Bakı, 2021), Əli Həbibinin «Qurani-Kərimin rəvan oxunuşu və təcvid qaydaları», Vasif Niftullayevin «Gecə karvanı ilə» ("xxxx" MMC, Bakı, 2017), X17 «Kərbəla qəhrəmanları» («Əbədi Nur», Bakı, 2010) kitabı və «Fatimə (s.ə)» (2 ədəd, «Nurlar» NPM 07, 2014 və 01, (12) 2016-cı il sayları) jurnalı ölkə nəşriyyatlarında çap edilmişdir.(cild 1, i.v.166-176) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 18 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla, 07 ayadək, yəni 01 iyun 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 1, i.v.203) -Astara Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(018)-66/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 03 (üç) ay müddətinə, yəni 31 avqust 2023-cü il tarixədək uzadılmışdır.(cild 1, i.v.209-210) -«məhkəmə-dinşünaslıq ekspertizası»nın 19 may 2023-cü il tarixli, 4/813 nömrəli rəyindən görünür ki, «ekspertizaya təqdim edilmiş dini təyinatlı nümunələri və dini məzmunlu məlumat materiallarından üzərində fars qrafikası ilə «Kanal» sözü yazılmış A4 formatlı vərəqə, üzərində Azərbaycan Respublikasının xəritəsi fonunda əlində dini şüar yazılmış bayraq tutan yaşıl əbalı insan təsviri olan A4 formatlı vərəqə, üzərində «Hüseynçilər: Azərbaycan İslami müqavimət Hərəkatı»nın loqosunun təsviri və «Hüseyniyyun Azərbaycan islam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək və Sionist Əliyev rüjiminin təxribatı müqaviməti öz müqəddəs yolundan və dəyərli, uca hədəflərindən döndərə bilməz. «xx/xx/2022» yazıları olan A4 formatlı vərəqə və üzərində «Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı»nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı vərəqə dini ekstremist materiallar sayılır.(cild 1, i.v.212-216) -«əməlin tövsif edilməsi haqqında» 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 167-3.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.(cild 1, i.v.220-222) «cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir.(cild 1, i.v.225-228) «cinayət işinin icraata qəbul edilməsi haqqında» 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsində icraata qəbul edilməklə istintaq davam edirilmişdir.(cild 2, i.v.5-7) «birgə istintaq qrupunun yaradılması haqqında» 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həmin şöbənin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X1 rəhbərliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə baş leytenantı X6 iştirakı ilə birgə istintaq qrupu yaradılmış, istintaq qrupuna rəhbərik Mikayıl Qüdrətova həvalə edilmişdir.(cild 2, i.v.13-14) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v.17-19) -«cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə» 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay-09 ayadək, yəni 01 sentyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 2, i.v.43-44) -Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 4(009)- 594/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 02 (iki) ay müddətinə, yəni 31 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.49-53) -«cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə» 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay-10 ayadək, yəni 01 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.78-79) -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 4(009)- 755/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 01 (bir) ay müddətinə, yəni 30 noyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.81-84) -«sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında» 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən götürülmüş dini ekstremist material hesab edilən 4 ədəd A4 formatlı vərəqə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları əks etdirən CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir.(cild 2, i.v.85-97) -«cinayət işinin ayrılması haqqında» 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 2, i.v.98-100) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v.101-103) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 167-3.1-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və evindən aşkar olunmuş «Kərimə dövləti»nin yaradılmasına dair çağırışlar təbliğ edilən, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda «vilayəti-fəqih» ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ edilən, üzərində «Rəhimə xanım» məscidinin təsviri olan, fars qrafikası ilə «Kanal» sözü, Fars və Azərbaycan dillərində «Azərbaycanda gələcək hakimiyyət İslam olacaq» sözləri yazılmış A4 formatlı 01 ədəd vərəqəni, üzərində «İlahi! Biz Kərimə dövlətin qurulmasına şövqlə səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. Orada bizi sənin itaətinə çağıranlardan və sənin yoluna yönəldən rəhbərlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən» sözləri yazılmış və Azərbaycan Respublikasının xəritəsi fonunda əlində üzərində dini şüar yazılmış bayraq tutan yaşıl əbalı insanın təsviri olan A4 formatlı 01 ədəd vərəqəni, üzərində «Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı»nın loqosunun təsviri və Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazılar olan A4 formatlı 01 ədəd vərəqəni və üzərində «Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı»nın sarı rəngli bayrağının, bayrağın fonunda İran İslam Respublikasının ali dini lideri X13 və «Hizbullah» təşkilatının lideri X11 fotoşəkillərinin, Azərbaycan Respublikası Dövlət Gerbinin, «Azərbaycan İslam Müqavimət Hərəkatı»nın loqosunun, yəni Azərbaycan Respublikasının xəritəsi və snayper tüfəngi tutan əlin təsviri olan, logonun üzərində Qurani-Kərimin «əl-Həcc» surəsinin 39-cu ayəsinin məzmunu, alt hissəsində isə «hüseynçilər» mənasını verən «hüseyniyyun» yazılmış, həmçinin Fars və Azərbaycan dillərində «Azərbaycan İslam Müqaviməti olan Hüseyniyyun təşkilatı Azərbaycan gənci üçün milli məfkurənin dini-mənəvi hissləri ilə peyvəndi olan ən ideal model olacaq, düşmən bunu istəsə də, istəməsə də bu baş verəcək. Bu, ilahi bir vəddir və biz bunda zərrə qədər şübhə etmirik. X16 – 2016» yazısı olan A4 formatlı 01 ədəd vərəqənin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində İran İslam Respublikasının vətəndaşı Fərzad adlı şəxs ona kiminsə vasitəsi ilə Astara rayonunda narkotik vasitə qoyduracağını, onun da həmin narkotik vasitəni götürüb, özündə saxlayacağını və onun dediyi başqa bir yerdə qoyacağını demişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Fərzad ona bir neçə dəfə mobil telefonunda olan «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə zəng edib, onunla danışmışdır. Hər dəfə telefonda onunla danışarkən ondan xəbər gözləməyini istəmiş və onun üçün narkotik vasitə göndərəcəyini demişdir. 31 yanvar 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Fərzad ona «WhatsApp» ani mesajlaşma tətbiqində zəng edib, harada olduğunu soruşmuş və o da Fərzada yaşadığı qəsəbənin ərazisində olduğunu demişdir. Fərzad, ona Ərçivan qəsəbə 4 saylı Orta Məktəbi əhatələyən çəpərin yanında olan elektrik dirəyinin yanında 01 ədəd yapışqan lentə bükülmüş qara sellofan büküm qoyulduğunu bildirib, həmin bükümü oradan götürməyini ondan xahiş edərək bükümü özündə saxlamağını və bir qədər keçdikdən sonra onun deyəcəyi yerdə qoymağını istəmişdir. O da ondan həmin bükümü kimin orada qoyduğunu soruşduqda o, bükümün kim tərəfindən həmin yerə qoyulduğunu ona deməmişdir. Bundan sonra o Ərçivan qəsəbə 4 saylı Tam Orta məktəbinə getmiş və Fərzadın dediyi yerə baxdıqda çəpərin yanında 01 ədəd büküm qoyulduğunu görmüşdür. Həmin bükümü yerindən götürüb, əynində olan köynəyin sol döş cibinə saldıqdan sonra oranı tərk etmiş və idarə etdiyi «VAZ 2101» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı qəsəbənin mərkəzinə tərəf getmişdir. O evinə getməyib, avtomobildə oturaraq Fərzaddan zəng gözləməyə başlamışdır. Ərçivan qəsəbəsi ərazisində avtomobildə oturduğu zaman bir neçə şəxs avtomobilinə yaxınlaşıb, avtomobilin qapısını açmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirib, özlərini ona təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərinə və avtomobilinə baxış keçiriləcəyini bildirmişlər. Sonra isə onu avtomobili ilə birlikdə Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbəyə daxil olduqda ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlanan zaman təhqiqatçı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra o əynində olan köynəyin sol döş cibindən 01 ədəd qara rəngli sellofan büküm çıxarıb, təqdim edib, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni Fərzad adlı İran İslam Respublikası vətəndaşının onun üçün göndərdiyini demişdir. Yaşadığı evdən aşkar olunmuş dini ədəbiyyatla bağlı göstərmişdir ki, dindar və namaz qılan adamdır, evindən aşkar edilmiş kitabların bəzilərini uzun illər öncə İran İslam Respublikasında ziyarətqahlarda tanımadığı şəxslər hədiyyə etmişlər, kitabların hamısı dini kitablardır o, həmin kitabları dini biliklərini artırmaq məqsədi ilə əldə edib oxumuşdur. Evindən aşkar olunmuş «A4» formatlı kağızdların da kitab verilərkən ona verilmiş, lakin kitablar ona verilərkən içərisində dini ekstremist material sayıla biləcək kağızların olduğunu bilməmişdir. Həmin kitablarda və ya vərəqlərdə qadağan olunmuş fikirlərin olduğunu bilməmişdir. Kitabları oxumaq məqsədi ilə evində saxlamışdır. Həmin kağızları özü hazırlamamış və ona kim tərəfindən və nə vaxt verildiyini də bilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşları Şahid4, Şahid1 Bafəddin oğlu, Şahid2 Sədayıl oğlu və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 17:40-da idarə etdiyi «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Astara RPŞ-yə gətirdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyinin sol döş cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin kütləni 31 yanvar 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində 4 nömrəli məktəbin yanında əldə etdiyini, 2022-ci ilin dekabr ayının əvvəllərində İran İslam Respublikasında olan zaman tanış olduğu Fərzad adlı şəxsin həmin narkotik vasitəni başqa bir yerə qoyması üçün ona göndərdiyini, bunun qarşılığında Fərzad adlı şəxsdən 100 ABŞ dolları alacağını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə çoxlu, Ərəb və ya Fars əlifbası ilə yazılmış kitablar, müxtəlif kağızlar, üzərində Ərəb və ya Fars dilində yazılar olan bayraqlar, üzərində Ərəb və ya Fars dilində yazılar olan parçalar, fotoşəkillər, «Azərbaycan İslam Partiyasına» üzvlüklə bağlı vəsiqə, kaset, CD və DVD disklər aşkar edilərək götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-polis əməkdaşlarının ona 2 dəfə sillə ilə vurması və hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə ifadəsində bildirdiyi xüsusatlar əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 2, i.v.56-58) İş materiallarında olan «məhkəmə-tibbi ekspertizası»nın 02 fevral 2023-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir.(cild 1, i.v.77-78) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında çıxış edərək hazırda törətdiyi əməldən peşman olduğunu demiş, lakin polis əməkdaşları tərəfindən hədələnməsi barədə məhkəmədə hər hansı bir söz deməmişdir. Məhkəmə hazırkı məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Sinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, polis əməkdaşlarının şahid qismində verdikləri ifadələri, «şəxsi axtarış və götürmə barədə» 31 yanvar 2023-cü il tarixli, «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 02 fevral 2023-cü il tarixli, «axtarış və götürmə aparılması haqqında» 02 fevral 2023-cü il tarixli protokollar, «məhkəmə-kimyəvi ekspertizası»nın 01 fevral 2023-cü il tarixli, 19/130 nömrəli, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 fevral 2023-cü il tarixli, 127 nömrəli, «məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası»nın 03 aprel 2023-cü il tarixli, 4/237 nömrəli, «məhkəmə-dinşünaslıq ekspertizası»nın 19 may 2023-cü il tarixli, 4/813 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, dini ekstremist material sayılan 4 (dörd) ədəd A4 formatlı vərəqələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 11 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.134) -Astara Rayon İcra Hakimiyyəti başçısının Ərcivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli, 52 nömrəli arayış, xasiyyətnamə və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşamış, himayəsəndə xx.xx.2008-ci il təvəllüdlü Əlihəsən Həsənzadə və xx.xx.2012-ci il təvəllüdlü Zəhra Həsənzadə adlı uşaqları vardır, nümayəndəlikdə yaşadığı müddətdə özünü nümunəvi aparmağa səy göstərmişdir.(cild 1, i.v.156-159, 200-201) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin külli miqdarda olmaqla 117,190 qram təşkil etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yaşadığı evdə saxlaması Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları daxilində, şəxsiyyətinə uyğun, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmalı, Astara Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(018)- 11/2023 nömrəli qərarıı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyinə əsasən, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-117,140 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş dini ekstremist material sayılan 4 (dörd) ədəd A4 formatlı vərəqələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 430 (dörd yüz otuz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Astara Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(018)-11/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 430 (dörd yüz otuz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-117,140 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş dini ekstremist material sayılan 4 (dörd) ədəd A4 formatlı vərəqələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-232/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-232/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver