Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-232/2025 09.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Hacıqabul rayonu Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında şifahi razılıq əsasında faktiki istifadəsində olan, X2 məxsus, Hacıqabul rayonu Meyniman kəndində yerləşən əkin sahəsində qanunsuz olaraq 08 ədəd, xeyli miqdar təşkil etməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əkərək onlardan əmələ gəlmiş eyni sayda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edib yetişdirmiş, həmin bitkilərin hissələrini dərib qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq öz şəxsi istifadəsi üçün 2030 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, marixuananın 700 qramını bir ədəd plastik qabda yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən evinin həyətindəki təndirin içində, 1330 qramını isə bir ədəd polietilen torbada evin həyətində yerləşən ot kiplərinin arasında saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatları əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evin həyətinə baxış keçirilən zaman 700 qram qurudulmuş marixuana evin həyətindəki təndirin içərisində, 21 oktyabr 2024-cü il tarixdə saat saat 15 radələrində isə evin həyətinə təkrar baxış zamanı 1330 qram qurudulmuş marixuana isə ot kiplərinin arasında aşkar olunaraq götürülmüşdür. Bundan başqa 19 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs faktiki istifadəsində olan, X2 məxsus Hacıqabul rayonu Meyniman kəndində yerləşən əkin sahəsinə baxış keçirilərkən 4 ədəd yaş vəziyyətdə çətənə bitkiləri və 4 ədəd çətənə bitkiləri kökləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə Hacıqabul rayonu Abdulabad kəndində yaşayır, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, tanımadığı şəxslərdən aldığı narkotik vasitə olan qurudulmuş marixunadan istifadə edən zaman onların içində çətənə bitkisinin bir neçə toxumunun olduğunu aşkar edib özündə saxlamışdır. O, həmin çətənə bitkisinin 10 ədəd toxumunu əkmək qərarına gəlmiş və 2024-cü ilin mart ayında həmin çətənə bitkisinin 10 ədəd toxumunu Hacıqabul rayonu Meyniman kəndində yerləşən ailə üzvlərinin əkin sahəsinin kənarında heç kimin görmədiyi yerdə əkmiş və əkdiyi çətənə bitkilərinə aqro texniki qaydada, yəni suvararaq qulluq etmişdir. 10 ədəd çətənə toxumlarından 8 ədəd kol bitmişdir. O, həmin kolların böyüməsi üçün qulluq etməyə başlamışdır. 2024-cü ilin sentyabr ayının axırlarında əkdiyi çətənə kolunu çıxardıb qurutmuş və istifadə etmək üçün bir hissəsini plastik vedrəyə yığıb yaşadığı evin həyətindəki istifadə olunmayan təndirin içərisində saxlamışdır. Bir hissəsini isə polietilen torbaya yığıb yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ot kiplərinin yığıldığı yerdə gizlətmişdir. O, dəfələrlə həmin çətənə bitkisindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, hər dəfə istifadə edəndən sonra o, yerdə qalan narkotik vasitə olan qurudulmuş marixuananı plastik vedrəyə qoyub yaşadığı evin həyətindəki istifadə olunmayan təndirin içərisində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, öz işləri ilə əlaqədar olaraq Hacıqabul şəhərinə gəlmişdir. O, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində piyada gedən zaman polis əməkdaşları onu saxlamış, yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ona yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə gedəcəklərini bildirmişlər. O, onlarla razılaşmış və onlar birlikdə onun yaşadığı evə getmişlər. Polis əməkdaşları yaşadığı evə baxış aparılacağını ona bildirmişlər. O, yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. O, polis işçiləritnə yaşadığı evin həyətyanı sahəsində yerləşən istifadə olunmayan təndirin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, lakin evinin həyətyanı sahəsində ot kiplərinin arasında gizlədiyi narkotik vasitə qurudulmuş marixuana barədə məlumat verməmişdir. Polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil olmuş və o, təndirin olduğu yeri göstərmişdir. Polis əməkdaşları təndirin içərisində olan plastik vedrəni götürmüş və plastik vedrəyə baxdıqda içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Marixuana elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Sonra polis şöbəsinə aparılmış və həbs olunmuşdur. Hacıqabul rayon polis şöbəsində onun ifadəsi alınan zaman o, çətənə toxumlarını əkdiyi yeri təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşlarının, müdafiəçinin və mütəxəssisin iştirakı ilə onun çətənə tumlarını əkdiyi Hacıqabul rayonu Meyniman kəndinə getmişlər. Orada o, çətənə tumlarını əkdiyi yeri təqdim etmişdir. Çətənə tumlarını əkdiyi sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, əkdiyi 4 ədəd çətənə bitkisinin gövdələri aşkar edilərək yerdən çıxarılmış və onun çətənə bitkisini çıxardıqdan sonra əkdiyi yerin yaxınlığına atdığı 4 ədəd çatənə bitkisinin kökləri aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Sonra o, yaşadığı evin həyətindəki ot kiplərinin arasında da qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə onun yaşadığı evin həyətyanı sahəsinə gəlmişlər. O, yaşadığı evin həyətyanı sahəsində ot kiplərinin yığıldığı yerdə polietilen torbada əlavə olaraq gizlədiyi narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yeri polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları onun iştirakı ilə ot kiplərinin yığıldığı yerdə polietilen torbada gizlədiyi narkotik vasitə olan qurudulmuş marixuananı götürmüş və polietilen torbaya baxdıqda içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra isə polietilen torbanın içərisindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 oktyabr 2024-cü il tarixdə Hacıqabul rayonu Abdulabad kəndində yaşayan Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən evinin həyətində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində piyada gedən zaman saxlamışlar. Ona yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxsla onun yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istifadə olunmayan təndirin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Onlar təndirin içərisinə baxan zaman orada olan plastik vedrəni götürmüş və plastik vedrənin içərisinə baxış keçirilən zaman plastik vedrənin içərisində qurudulmuş marixuana olduğu aşkar olunmuşdur. Narkotik vasitə qurudulmuş marixuana polietilen torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 oktyabr 2024-cü il tarixdə Hacıqabul rayonu Abdulabad kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs saat 15 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində piyada gedən zaman saxlamış və evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istifadə olunmayan təndirin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuş və Təqsirləndirilən şəxs təndirin olduğu yeri göstərmişdir. Təndirin içərisinə baxan zaman orada olan plastik vedrəni götürmüş və plastik vedrənin içərisinə baxış keçirilən zaman vedrənin içərisində qurudulmuş marixuana olduğu aşkar olunmuşdur. Qurudulmuş marixuana polietilen torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Sonra Hacıqabul rayon polis şöbəsində ifadə verən zaman Təqsirləndirilən şəxs çətənə tumlarını əkdiyi yeri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Hacıqabul rayonu Meyniman kəndinə yerləşən çətənə bitkilərini əkdiyi sahədə 4 ədəd çətənə bitkisinin yaşıl gövdələri aşkar olunmuşdur. 4 ədəd çətənə bitkisinin gövdələri sayılıb torpaqdan çıxarılmışdır. Bundan sonra çətənə bitkiləri əkilən yerin ətrafında 4 ədəd çətənə bitkisinin çıxarılıb kənara atılmış kökləri tapılmışdır. 4 ədəd köklər də qablaşdırılıb götürülmüşdür. Sonra istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əlavə olaraq narkotik vasitə olan qurudulmuş marixuana gizlədiyi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində yaşadığı evin həyətyanı sahəsində ot kiplərinin yığıldığı yerdə polietilen torbada əlavə olaraq narkotik vasitə olan qurudulmuş marixuana gizlədiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsində ot kiplərinin yığıldığı yerdə gizlədiyi içərisində narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yeri təqdim etmiş və orada olan polietilen torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Ot kipləri arasında aşkar olunan narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid10 göstərdi ki, ixtisasca aqronomdur. 19 oktyabr 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dəvət olunmaqla Təqsirləndirilən şəxs Hacıqabul rayonu Meyniman kəndində yerləşən əkin sahəsind narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı sahədə 4 ədəd çətənə bitkisinin gövdələri və 4 ədəd çətənə bitkilərinin çıxarılıb kənara atılmış kökləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sahədə öz istifadəsi üçün çətənə bitkilərini əkib becərməsini bildirmişdir. O sahəyə baxanda orada əkilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilməsini müəyyən etmişdir. Məhkəmə-bioloji ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-18/863 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən təndirdən götürülmüş, bir bükümdə təmiz çəkisi 700 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-18/869- 18/870 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd polietilen torbada 4 ədəd yaş vəziyyətdə ümumi çəkisi 150 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 4 ədəd ümumi çəkisi 250,0 qram olan bitki kökləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-18/871 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs evinin həyətində olan ot tayasından götürülmüş 01 ədəd polietilen torbada təmiz çəkisi 1330 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs məxsus 02 ədəd polietilen torbada ümumi çəkisi 2029,90 qram olan narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. Məhkəmə-tibb ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 390 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı travmatik zədə və onun obyektiv izləri aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 7101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 3241 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayonu Abdulabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışa və xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ailələidir, himayəsiəndə iki azyaşlı uşağı vardır. Yaşayış yerindən müsbət səciyyələnir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli, PHŞ-18-1-41/2-930/2024 saylı məktuba əsasən Təqsirləndirilən şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 8 ədəd, xeyli miqdar təşkil edən narkotik tərkibli çətənə kannabis (çətənə) bitkilərini əkib aqortexniki qaydada qulluq göstərməklə kultivasiya etməsini və həmin bitkilərin hissələrini qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq 2030 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməkdə və onların hissələrindən narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməkdə satış məqsədinin olmaması, öz şəxsi istifadəsi üçün bitkiləri əkməklə hissələrindən narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 2030 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkməsini, onun əldə etdiyi qurudulmuş marixuananın miqdarını, ayrı-ayrı yerlərdə iki ədəd böyük bükümlərdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun narkotik vasitəni satmaq məqsədinin olmaması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələr və psixotrop maddələrə aid olmayan, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-ci il tarixli, 8 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 699,80 qram və 1329,90 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd çətənə bitkiləri, 4 ədəd çətənə bitkisi kökləri, torpaq nümunəsi məhv edilməli, iş materiallarına əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri barədə beş ədəd DVD disklər cinayət işinində saxlanılmalıdır. Ekspertiza xərci 163 manat 38 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 699,80 qram və 1329,90 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd çətənə bitkiləri, 4 ədəd çətənə bitkisi kökləri, torpaq nümunəsi məhv edilsin, istintaq hərəkətlərinin videogörüntüləri barədə olan və iş materiallarına əlavə edilmiş beş ədəd DVD disklər cinayət işinində saxlanılsın. Ekspertiza xərci 163 (yüz altmış üç) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-232/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-232/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver