Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-233/2023 15.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-cı Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonlarında yaşadığı Sabirabad rayonu Suqovuşan kəndindəki evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 45 ədədini yetişdirərək kultivasiya etmiş, 10 iyun 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, oradan 45 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1340 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sabirabad rayonu Suqovuşan kəndində ailəsi ilə birlikdə yaşayır, heç yerdə işləmir, hadisə ilə əlaqədar qeyd etmişdir ki, 4-5 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir və marixuananı siqaret dənələrinə doldurub çəkir. 2021-ci ilin avqust ayında Suqovuşan rayonunun çöl sahəsində olan zaman, narkotik toxumları tapmış və həmin toxumları ailə üzvlərinin xəbəri olmadan yaşadığı evin hamamında gizlətmiş, özündə olan toxumları yaşadığı evin həyətyanı sahəsində əkmək qərarına gəlmiş, ona görə də 2022-ci ilin aprel ayının sonlarında yaşadığı evin həyətyanı sahəsində xiyar bitkiləri əkdiyi sahədə narkotik toxumlarını əkmişdir. Əkdiyi narkotik toxumlarına mütəmadi olaraq su verib qulluq etmiş, narkotik toxumlarını həyətyanı sahədə ailə üzvlərinin görmədikləri yerə əkmişdir. 10 iyun 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmiş, evinə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyindən iki hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən əkdiyi 45 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Heç vaxt narkotik vasitə satmamış, həyətində əkdiyi çətənə bitkilərini istifadə etmək üçün əkmiş, çətənə bitkiləri əkməsindən ailə üzvlərinin və ya başqa şəxslərin məlumatları olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hazırkı dövrədək məhkum olunmadığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı da şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin komandiri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik bitkiləri əkib-becərməsi barədə RPŞ-nin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş, buna görə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və o, da qrupa daxil edilmiş, qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, ona yaşıdığı evə, evin həyətinə və həyətindəki yarımtikililərə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, sonra 2 hal şahidi və mütəxəssis-aqronomun iştirakı ilə baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 45 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs şifahi ifadəsində həmin kolları özü əkdiyini, qulluq etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşları Şahid3, Şahid4 və Şahid5 da Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsinə dair şübhələrin olması haqqında 10 iyun 2022-ci il tarixli raport, sonuncunun evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər iş üzrə Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 4-6; 13-17) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 12) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 10 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş fotoşəkillərdən görünür ki, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə 45 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (i.v. 13-17) - 10 iyun 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, bağça hissədən hündürlükləri 10-90 sm olan cəmi 45 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (i.v. 18) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29) - məhkəmə bioloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 18/644 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 45 ədəd çətənə bitkilərinə oxşar kütlələr.” sözləri yazılmış və imzalar olan kisəni açdıqda, içərisində ümumi sayı 45 (qırx beş) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1340,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə (kannabis) bitkisinin ümumi çəkisi 1340,0 qramdan tədqiqata 0,2 qramı sərf edilmiş, 1339,8 qramı qalıq qalmışdır. (i.v. 39-43) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 50-51) - 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 59-60) - “maddi sübut kimi tanımaq haqqında” 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, 10 iyun 2022-ci il tarixli protokolla götürülmüş, ekspertiza tədqiqatından sonrakı çəkisi 1339,8 qram qalmış 45 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 63-64) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 oktyabr 2022-ci il tarixli 5853 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.95-96) İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Lakin həm məhkəmə baxış iclasında, həm də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, törətdiyi əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (30) hissə) başlayır. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindəki bağçadan aqrotexniki qaydada qulluq edilmiş çətənə növlü bitkilərin aşkar edilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotocədvəl, ekspertiza rəyi və digər istintaq hərəkəti protokolları və sübutlarla tam təsdiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirdiklərini iş materiallarına uyğun olduğundan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyindən iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, “baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokol, ona əlavə edilmiş fotoşəkillər, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, məhkəmə biloji ekspertizasının 11 iyun 2022-ci il tarixli və məcburi narkolji yoxlamanın 07 oktyabr 2022-ci il tarixli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v 74) -Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2008 və xx.xx.2012-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(səh. 89-90) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən və əvvəllər məhkum olunmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu və CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən hesablanmalıdır. Ambulator məcburi-narkoloji yoxlamanın 07 oktyabr 2022-ci il tarixli, 5853 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1339,8 qram olan 45 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 15 mart 2023-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X5 Saxlama Yerinə göndərilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1339,8 qram olan 45 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-233/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-233/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver