Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-233/2024 06.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkiləri - Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1985-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 55 A-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1993-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 55/4-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Aralarında qohumluq münasibətləri olan Kürdəmir şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs1un evindən oğurluq etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2023-cü ilin yanvar ayının 2-ci ongünlüyündə saat 22:30 radələrində Kürdəmir rayonu Xırdapay kəndinə gəlib, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə, daha sonra isə saxlanc yeri hesab edilən evə qanunsuz daxil olaraq mətbəx otağından 01 ədəd 200 manat dəyərində “Eurolux” markalı televizoru və qonaq otağından 01 ədəd 45 manat dəyərində çörək bişirmək üçün sobanı gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 245 manat maddi ziyan vurmaqla birlikdə oğurlamışlar. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2023-cü il yanvar ayının ikinci ongünlüyündə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndinə gəlib, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan saxlanc yeri hesab edilən yarımtikiliyə qanunsuz daxil olub, hər birinin qiyməti 300 manat olan cəmi 600 manat dəyərində 01 ədəd 10 litr həcmli odun samovarı və 01 ədəd 10 litr həcmli elektrikli samovarı, 01 ədəd dəyəri 500 manat olan əl tərəzisinin hissələrini, 01 ədəd 200 manat dəyəri olan mis məcməyini, 01 ədəd 100 manat dəyərində qədimi mis boşqabı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat maddi ziyan vurmaqla birlikdə təkrar oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 1010,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin heroinin şəxsi istehlak miqdarından artıq olan 0,465 qram hissəsini 15 fevral 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı, Kürdəmir şəhəri, Koroğlu küçəsi ev 55/4-də Vüsal İmaməliyevə pay qismində, əvəzsiz olaraq qanunsuz vermiş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri Koroğlu küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin iç cibindən bir ədəd qara rəngli torbada külli miqdarda, 1010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 18 radələrində tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri Koroğlu küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol ön cibindən 01 ədəd kağız bükümündə 0,465 qram eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 15 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Kürdəmir şəhəri Koroğlu küçəsi ev 55/4-də qohumu Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini pay qismində, əvəzsiz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, 15 fevral 2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri Koroğlu küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol ön cibindən 01 ədəd kağız bükümündə 0,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 dayısı oğldudur. Onunla münasibəti yaxşı olmuşdur. Mən 2023-cü ilin yanvar ayında Röyal ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinin həyətinə və evinə girməmişdir. Evdən televіzor və çörək bişirmək üçün sobanı oğurlamamışlar. Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımamışdır. Bundan başqa 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs2la birlikdə Kürdəmir Rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətinə getməmişlər, həyətdəki saxlanc yerindən 1 ədəd samovar, 1 ədəd elektrik samovarı, əl tərəzisinin mis hissələrini, mis məcməyini, mis boşqabı ələ keçirməmişlər. O, 15 fevral 2023-cü il tarixdə Kürdəmir şəhərində Təqsirləndirilən şəxs2 0,465 qram narkotik vasitə herbini pay kimi almamışdır. 15 fevral 2023-cü ildə polis işçiləri tərəfindən küçədə tutulmamışdır. Polis işçiləri onu evdən götürüb polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində üzərinə narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, xəstə olduğuna və polislər onu aldatdıqlarına görə videoçəkilişdə etiraf etmişdir. Oğurluğu isə tutulmasından iki ay sonra boynuna qoymuşlar. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, əvvəllər oğurluğa və narkotik vasitəyə görə azadlıqdan məhrum olunmuş, cəzasını tam çəkərək 1 il əvvəl azadlığa buraxılmışdır. Azadlıqda narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. Bir çox hallarda dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə etmişlər. 15 fevral 2023-cü il tarixdə səhər saatlarında Röyal onun yaşadığı evə gəlmiş, birlikdə heroindən istifadə etmişlər. Həmin vaxt Röyal ona bir ədəd kağız bükümdə narkotik vasitə heroini pulsuz vermişdir. Həmin heroini sonra istifadə etmək məqsədi ilə əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində yaşadığı küçədə piyada gəzərkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılarkən narkotik vasitə heroin olduğunu etiraf edib, əynindəki şalvarın qabaq sol cibində saxladığı bir ədəd kağız bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Röyalın onu satdığını düşünüb üzərində aşkar olunmuş heroini Röyalın ona guya 15 manat pul müqabilində satdığını bildirmişdir. Lakin əslində Röyal həmin narkotik vasitəni ona pulsuz, pay qismində vermişdir. Üzərindən aşkar edilmiş 01 ədəd büküm içindəki kütlə ilə birgə 01 ədəd zərfə qoyulmuş və götürülmüşdür. Röyalın narkotik vasitələrdən istifadə etdiyini bilsə də, kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Röyal 2023-cü ilin yanvar ayının ikinci on günlüyündə saat 22:30 radələrində onun yaşadığı evə gələrək narkotik vasitə almaq üçün pul lazım olduğunu, bir yer dəyib gəlmələrini, yəni oğurluq etmələrini təklif etmişdir. O, Röyal ilə razılaşmış, birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Akif adlı şəxsin evinin yanına getmişlər. Röyal onu evin yanında gözləməsini demişdir. O, eyin yanında gözləmiş, Röyal isə Akifin yaşadığı evə girərək evdən bir ədəd çörək bişirən elektrik sobasını gətirib ona vermiş və oradan getməsini demişdir. O, elektrik sobasını özü ilə aparmaqla oradan bir qədər uzaqlaşmış və gözləmişdir. Röyal isə yenidən Akifin evinə girmişdir. Röyal Akifin evindən yenidən bir ədəd televizoru götürüb gətirmişdir. Televizoru və elektrik sobanı Bənövşəyə Röyal satmışdır. Hansı qiymətə satdığını bilmir. Röyal əldə etdiyi gəlirdən ona heç nə verməmişdir. Akif adlı şəxsin evindən başqa o, tanımadığı şəxsin Kürdəmir rayonu Xırdapay kəndində yerləşən evinin həyətində olan yardımçı tikilidən iki ədəd samovar, bir ədəd mis tərəzi, bir ədəd boşqab və bir ədəd mis məcməyi oğurlamışdır. Həmin əşyaları oğurlayıb yaşadığı evin həyətinə gətirib yığmış Röyal isə həmin əşyaları aparıb kiməsə satmışdır. Röyal həmin pula araq və heroin alıb gətirmiş, birlikdə istifadə etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilmiş, CM-nin 234.4.3-cü maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, əvvəllər narkotik vasitəyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlığa buraxıldıqdan sonra da narkotik vasitələrdən istifadə etmişdir. Vüsal İmamalıyev onun kimi narkomandır və qohumudur. 15 fevral 2023-cü il tarixdən təxminən on beş gün əvvəl polis işçiləri onu oğurluqla bağlı olaraq rayon polis şöbəsinə aparmışlar. O, faktiki olaraq oğurluq etdiyi halda bunu boynuna almamışdır. Ona görə də onu buraxmışlar. Sonra polis işçiləri onu xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğurluqla bağlı evdən polis şöbəsinə aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 də polis şöbəsinə aparmışlar. Onların hər ikisini döymüşlər. Onu qardaşı ilə təhdid etməklə üzərinə narkotik qoymuşlar, məcbur olub narkotikin guya ona məxsus olmasını etiraf etmişdir. O, Təqsirləndirilən şəxs1lə birlikdə 2023-cü ilin yanvar ayında Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən oğurluq etmişdir. Lakin Kərdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Narkotik vasitələrdən istifadə etmişdir. Bir çox vaxtlarda qohumu Təqsirləndirilən şəxs1lə birlikdə narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə etmişlər. O və Vüsal narkotik vasitə aludəçisi olduqlarından pula ehtiyacları olduğuna görə 2023-cü ilin yanvar ayının ikinci ongünlüyündə saat 22:30 radələrində Kürdəmir rayonu Xırdapay kəndi tərəfə getmişlər. Tanımadığı evin hasarından aşaraq evin həyətinə girmişdir. Həyətdə olan samovarları, bir ədəd mis tərəzi, bir ədəd boşqab və bir ədəd məcməyini oğurlayıb aparmışlar. Oğurladığı əşyaları gətirib Vüsala vermişdir ki, aparıb satsın. Vüsal da oğurladığı əşyaları aparıb satmışdır. Lakin kimə satdığını bilmir. Əldə etdikləri pulu Vüsalla bir yerdə yeyib içməyə və narkotik vasitəyə xərcələmişlər. Samovarları, bir ədəd mis tərəzini, bir ədəd boşqabı və bir ədəd məcməyini hasardan aşaraq həyətdən oğurlamışdır. Yardımçıq tikiliyə girməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir rayonu Mollakənd kəndində körpünün altında balıq tutarkən yerdə qara rəngli bağlamada narkotik vasitə heroin tapmışdır. Heroini gödəkçənin içində gizlədib yaşadığı evə gəlmişdir. Həmin kütlənin üzərindən bir qismini ayırmış, Vüsalın yaşadığı evə gedib onunla birlikdə həmin heroindən istifadə etmişlər. Yerdə qalan heroini isə Vüsalın “lomkası” ağrısı gələndə istifadə etməsi üçün ona pay qismində vermişdir. Lakin bunun müqabilində ondan heç nə almamışdır. Sonra onlardan çıxıb getmişdir. Həmin gün saat 16 radələrində yaşadığı küçədə piyada gəzərkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib, onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə heroin olduğunu etiraf etmiş, əynindəki gödəkçənin içində saxladığı kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kütlə müstəntiq tərəfindən kəsilib içərisinə baxılmış və içərisində narkotik vasitə heroinəbənzər kütlə olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd kütlə 01 ədəd zərfə qoyulmuş və götürülmüşüdr. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi digər ifadəsində isə göstərmişdir ki, onunla eyni küçədə yaşayan X2 ilə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişlər. 15 fevral 2023-cü il tarixdə saat 13:30 radələrində Rasim Abdullayev ona zəng edib özündə narkotik vasitə olduğunu, birlikdə narkotik vasitə istifadə etmələri üçün Vüsalgilə gəlməsini demişdir. O, bir ədəd tibbi şpris götürüb Vüsalın yaşadığı evə getmişdir. Rasim də orada olmuşdur. Rasimdən narkotik vasitənin harada olmasını soruşanda Rasim onda narkotik vasitə olmadığını, onunla zarafat etdiyini demişdir. Təxminən 10 dəqiqə sonra Rasim evin qapısını açmış, bu anda polis əməkdaşları Vüsalın evinə girmişlər. Vüsalı və onu polis şöbəsinə aparmışlar. Polis işçiləri Şahid3 və Şahid4 dəyənəklə onun ayağının altına döyərək qabağına qoyduqları bir ədəd sellofan paketin onun olduğunu deməsini tələb etmişlər. Təzyiqlərə dözməyib polis işçilərinin verdikləri narkotik vasitənin ozünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2023-cü ilin yanvar ayında xəstəliyi ilə bağlı Bakı şəhərinə müalicə olunmağa getmişdir. Müalicəsini qurtardıqdan sonra ailəsi ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yerləşən evinə gəlmişdir. Evə daxil olarkən bir ədəd “Eurolux” markalı televizorun və bir ədəd çörək bişirmək üçün elektrikli sobasının naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Rayon polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra isə evindən oğurluğu Röyal və Vüsal adlı şəxslər etdiyini öyrənmişdir. Tanınma üçün təqdim olunan televizorlara baxış keçirib, özünə məxsus Röyal və Vüsal tərəfindən oğurlanmış televizoru tanımışdır. Ona məxsus oğurlanmış televizor 200 manat, çörək bişirən elektrik soba isə 45 manat dəyərindədir. Zərərçəkmiş şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Kürdəmir rayonu Xırdapay kəndində yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümümiyyətlə tanımır. Yaşadığı ev ikimərtbəlidir, həyətində yarımtikilisi vardır. Həmin tikilidə evdə olan bəzi əşyaları saxlayır. Həmin yarımtikilinin qapısı olsa da, açarla bağlamır. 2023-cü ilin yanvar ayının sonlarda bir müddət evdə olmamışdır. Həmin ərəfələrdə naməlum şəxs ona məxsus evin həyətinə qanunsuz daxil olub, yarımtikilidə olan hər birinin qiyməti 300 manat olan cəmi 600 manat dəyərində 02 ədəd 10 litr tutumlu somavarları, 01 ədəd dəyəri 500 manat olan əl tərəzisinin mis hissələrinin, 01 ədəd 200 manat dəyəri olan mis məcməyini, 01 ədəd 100 manat dəyərində qədimi mis boşqabının oğurlanadığını aşkar etmişdir. Buna görə də rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan isə onun evindən oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdiklərini öyrənmişdir. Oğurluq nəticəsində ona 1400 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2023-cü il tarixdə Kürdəmir şəhəri Koroğlu küçəsi ev 55 A-da yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs2 15 fevral 2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Koroğlu küçəsində saxlamaqla polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulmuş, üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən üzərində qanunsuz əşya və predmet vardırdırsa, təqdim etməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan gödəkçənin içərisində 01 ədəd qara rəngli polietilen torbanı təqdim edib içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin kütlə qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Röyalı və Vüsal İmaməliyevi sonuncunun evində tutmamışlar, küçədə saxlamışlar. Röyalı saxlayarkən Rasim adlı şəxs orada olmamışdır. Təqsirləndirilən şəxs2 qarşı heç bir zor tədbiq etməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşı Şahid4 da Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri Koroğlu küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynindəki şalvarın ön sğ cibindən 01 ədəd polietilen büküm çıxarıb təqdim etmişdir. Onun üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan heroini 15 manat pul verib Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. X4 Əhmədovla birlikdə evdə tutmamışlar, küçədə saxlamışlar. Vüsal imaməliyevi saxlayarkən onun yanında Rasim adlı şəxs olmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs2 qardaşı oğlu, Vüsal İmamalıyev isə bacısı oğludur. 2023-cü il yanvar ayının ortalarında Röyal onun yaşadığı evə gələrək əlindəki «Eurolux» markalı, qara rəngli televizoru göstərib, 150 manata satdığını demişdir. Röyaldan televizorun oğurluq olubolmamasını soruşanda o özünün olduğunu, oğurluq olmadığnı demişdir. Röyalla 40 manata razılaşıb, ondan televizoru almışdır. Lakin elevizor işləməmişdir. Səhəri gün Röyala televizorun işləmədiyini, götürüb aparmasını demişdir. Röyal televizoru götürüb aparmış, satıb pulunu gətirib verəcəyini demişdir. Lakin sonradan Röyal gətirib pulunu verməmişdir. Sonradan Röyalın üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağa görə polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. 15 fevral 2023-cü il tarixli protokolundan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən o, əynindəki göy rəngli gödəkcənin içərisindən 01 ədəd qara rəngli polietilen torbanı təqdim edib, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi torbaya baxılarkən içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-ci il tarixdə saat 09-10 radələrində Kürdəmir rayonu Mollakənd kəndində yerləşən körpünün altında Kür çayının kənarında balıq tutarkən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını, ona qarşı hər hansı zor və ya təsir olmadığını bildirmişdir. 15 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarəkn o üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarının ön sol cibindən 01 ədəd polietilen büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış keçrilərkən içərisində narkotik vasitə heroinəbənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, bükümü xx.xx.2023-ci il tarixdə səhər saatlarında Röyaldan 15 manat pul müqabilində yaşadığı evdə aldığını, heroini üzərində istifadə etmək üçün gəzdirdiyini, satmaq məqsədinin olmadığını, üz nahiyəsində olan cızıqların yaşadığı evdə məişət işləri ilə məşğul olan zaman yarandığını, narkotik vasitə heroindən 6 aydır istifadə etdiyini, ona qarşı hər hansı zor və ya təsir olmadığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1010 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın xx.xx.2023-cü il tarixli, 18/184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,465 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində aşkar olunmuş heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkiblidirlər. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri qanuni hesab edilmişdir. Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 poliklinika şöbəsində narkoloji qeydiyyatda dururlar, lakin psixi xəstəliklə bağlı qeydiyyatda durmurlar. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. Təqsirləndirilən şəxs1 qarşı polis işçiləri tərəfindən zor iədbiqi, işgəncə verilməsi ilə bağlı olaraq Kürdəmir rayon prokurorluğu tərəfindən araşdlırma aparılmış, həmin xüsusatlar təsdiq olunmadığına görə xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 qarşı polis işçiləri tərəfindən zor tədbiqi, işgəncə verilməsi ilə bağlı olaraq Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırılma aparılmış, həmin xüsusatlar təsdiq olunmadığına görə xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 555 və 556 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkirlər, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 240 və 241 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik yoxdur, cinayət əməlini törədərkən anlaqlı olmuş, əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22.1 hədələrinin təsiri altına düşmür. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2661 saylı rəyinə əsasən 01 ədəd mis məcməyinin dəyəri 100 manat, mis boşqabın dəyəri 70 manat, “Eurolux” markalı televizorun dəyəri 80 manat, çörək bişirmək üçün elektrik sobasının (duxovka) dəyəri 20 manat kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları “Eurolux” markalı televizor Zərərçəkmiş şəxs1 Söhbət oğluna təqdim edilərkən televizoru tanımış, həmin televizorun ona məxsus evdən oğurlanmış televizor olduğunu bildirmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 05 gün çəkilməmiş cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs2 Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Vüsal İmamalıyev və Təqsirləndirilən şəxs2 subaydırlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olaraq 245 manat məbləğində ziyan vurmaqla oğurluq etmələri, bundan sonra yenidən hər ikisinin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 məxsus evə qanunsuz daxil olaraq təkrar oğurluq etməklə 1400 manat ziyan vurmaları, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 1010,465 qram külli miqdarda narkotik vasitə heroini əldə etməsi, daşıması, saxlaması, onun 0,465 qramını xx.xx.2023-cü il tarixdə Vüsal İmaməliyevə pay qismində verməsi, Vüsal İmaməliyevin isə öz növbəsində satış məqsədi olmadan qanunsuz olaraq 0,465 qram heroini pay qismində əldə etməsi, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmələri, 15 fevral 2023-cü il tarixdə Kürdəmir şəhərində Təqsirləndirilən şəxs2 0,465 qram narkotik vasitə heroini pay kimi almaması, 15 fevral 2023-cü ildə polis işçilərinin onu evdən götürüb polis şöbəsinə aparmaları, həmin vaxt üzərimdə heç bir narkotik vasitənin olmaması, üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi polis işçilərinin onları xx.xx.2023-cü il tarixdə saxlayarkən döymələri, onu qardaşı ilə təhdid etməklə üzərinə narkotik qoymaları, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmələri, üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlara həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları müəyyən etmədi, əməllərində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 15 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslərin hər birinə CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, onların ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olmaları nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 0,415 qram və 1009,9 qram çəkilərdə narkotik vasitə heroinlər məhv edilməlidir. 1 ədəd “EUROLUX” markalı televizor Zərərçəkmiş şəxs1 verilməlidir. Ekspertiza xərci 149,48 (yüz qırx doqquz manat qırx səkkiz qəpik) təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 74 (yetmiş dörd) manat 74 (yetmiş dörd) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanmış, maddi sübut kimi tanınmış 200 manat dəyərində televizor ona verilməli, qalan 45 manat məbləğində ziyanı isə mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. Zərərçəkmiş şəxs2 isə cinayət nəticəsində dəymiş 1400 manat məbləğində maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, yaşadığı ərazi üzrə narkoloji qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 0,415 qram və 1009,9 qram çəkilərdə heroin məhv edilsin. “EUROLUX” markalı televizor Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs1 45 (qırx beş) manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 1400 (min dörd yüz) manat məbləğində cinayət əməli nəticəsində dəymiş ziyanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunsun. Ekspertiza xərci 149 (manat) 48 (qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 74 (yetmiş dörd) manat 74 (yetmiş dörd) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-233/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-233/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver