Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-233/2025 09.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X19 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xıncab kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhərində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(099)-136/2025 nömrəli hökmü ilə Azərbacan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) Azərbaycan Respublikası CM-nin 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 09 dekabr 2025-ci il tarixdə saat 17:40-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarındakı razılaşmaya və rol bölgüsünə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Camry” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Ulacalı kəndi ərazisinə gəlmiş, orada kənd sakini X6 məxsus, yol kənarında otlayan, hər birinin dəyəri 400 manat olmaqla, ümumilikdə 800 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı (qoyun) gizli olaraq həmin avtomobilin yük yerinə yükləyib aparmaqla, zərərçəkmiş şəxs Kənan Niftalıyevə, ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq oğurlamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarındakı razılaşmaya və rol bölgüsünə uyğun olaraq 18 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Camry” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Ulacalı kəndi ərazisinə gəlmiş, orada kənd sakini Zərərçəkmiş şəxs2 məxsus, küçədə otlayan hər birinin dəyəri 300 manat olmaqla, ümumilikdə 900 manat dəyərində üç baş xırdabuynuzlu heyvanları (qoyun) avtomobilin yük yerinə qoyaraq həmin yerdən uzaqlaşarkən onların Zərərçəkmiş şəxs2 məxsus qoyunları avtomobilə yükləməsini görən Şahid1 bu barədə Səbina Alışovaya məlumat verməsindən sonra sonuncu, Təqsirləndirilən şəxs1 idarə etdiyi, Təqsirləndirilən şəxs2 sərnişin qismində əyləşdiyi avtomobilə yaxınlaşaraq əllərini avtomobilin ön kapot hissəsinə qoymaqla ona məxsus xırda buynuzlu heyvanları qaytarmalarını tələb etmiş, bu zaman Təqsirləndirilən şəxs1 ümumi cinayətkar niyyətdən kənara çıxaraq (icraçının ekstsessi) idarə etdiyi avtomobildən silah qismində istifadə etməklə avtomobilin ön sağ hissəsi ilə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sol bazunun orta 1/3-də bayır səthdə, sol saidin aşağı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də bayır səthdə sıyrıqlar və sol baldırın yuxarı 1/3-də bayır səthdə qançırlarla müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün real təhlükə yaradan zorakılıqla basqın edərək təkrar quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərmiş, taksi kimi xidmət göstərərkən müştərisi Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ona 21 yaşında olduğunu, institutda ali təhsil aldığını, polis kimi işə düzələcəyini bildirmiş, o, Zəhranı bir neçə dəfə polis şöbəsinə apardığından onun dediklərinə inanmışdır. Zamanla Zəhra ilə onun arasında yaxın dostluq münasibətləri yaranmış, Zəhra tez-tez taksi kimi onun xidmətindən istifadə etmişdir. O, aralarındakı yaxın münasibətə görə gediş haqqında Zəhraya həmişə endirim etmişdir. Təxminən 17 sentyabr 2024-cü il tarixdə Zəhra onu Sabirabad rayonuna aparmağı, qardaşının müharibədən sağ-salamat qayıtması ilə əlaqədar anasının qurban dediyini, 21 ədəd qurbanlıq qoyun kəsməli olduqlarını, Sabirabad rayonunda qohumugildən qoyun götürəcəyini bildirmişdir. O, Zəhranı Sabirabad rayonuna aparmış, Zəhra dəqiq xatırlamadığı yerdə maşını saxlatdırmış, avtomobildən enib ona 15-20 dəqiqə sonra gəlib onu götürməsini bildirmişdir. O, Zəhranın dediyi kimi etmiş, 15-20 dəqiqə sonra həmin yerə gəldikdə Zəhra iki ədəd qoyunu avtomobilin yük yerinə qoymuş, o, özü də qoyunların yüklənməsində Zəhraya kömək etmişdir. Daha sonra Bakı şəhərinə geri qayıtmış, qoyunları Zəhranın Suraxanı rayonunda yaşadığı evə qoymuşlar. Zəhra ona yanacaq üçün 50 manat pul vermişdir. Bundan başqa yenə Zəhranın xahişi ilə onu Sabirabad rayonuna aparmış, Zəhra tanımadığı yerdə avtomobildən yerə enmiş, ona küçədəki qoyunları götürməyə kömək etməsini bildirmiş, o, Zəhraya yerin palçıqlı olduğunu, həmin yerdə avtomobildən enməyəcəyini, qoyunları daha uyğun yerə qovmağı bildirmiş, Zəhra qoyunları qovduqdan sonra üç ədəd erkək qoyunu avtomobilin yük yerinə yükləmiş və avtomobillə həmin dar küçədən çıxmağa başlamışdır. Həmin vaxt tanımadığı bir nəfər oğlan avtomobili saxlatdıraraq sərnişin qismində əyləşmiş Zəhra tərəfdən avtomobilə yaxınlaşaraq onlara baxmış, daha sonra “sür get” demişdir. Bu zaman küçədə tanımadığı bir qadın olmuş, Zəhra həmin qadının nənəsi olduğunu, nənəsi ilə küsdüyünü, danışmadığını bildirərək avtomobili sürüb getməsini bildirmişdir. O, avtomobili sürərək həmin yerdən uzaqlaşmışdır. O, avtomobillə heç kəsi vurmamışdır. Həmçinin, Zəhranın qeyd olunan qoyunları oğurlamasını bilməmiş, Zəhraya inanaraq Zəhranın həmin qoyunları qohumlarından aldığını düşünmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımışdır. Onun 17 yaşı olduğundan heç harda işə düzələ bilməmiş, pula ehtiyacı yarandığı üçün qoyun oğurlayıb satmaq qərarına gəlmişdir. O, internetdə axtarış zamanı Sabirabad rayonunda daha çox qoyun olduğunu müəyyən etmiş, Xaliqdən onu Sabirabad rayonuna aparmasını xahiş etmişdir. Xaliqə onu Sabirabad rayonuna aparıb-gətirmək müqabilində yol haqqı olaraq 50 manat pul vermişdir. O, Sabirabad rayonuna hansı niyyətlə getməsini Xaliqə deməmiş, Xaliqə nənəsigilə gedəcəyini bildirmişdir. Sabirabad rayonuna çatdıqdan sonra yol kənarında qoyun sürüsü görmüş, Xaliqə avtomobili saxlamasını, 15-20 dəqiqə sonra xəbər etdikdə gəlib onu həmin yerdən aparmasını bildirmişdir. O, avtomobildən enərək qoyun sürüsündən biri ağ, digəri qara rəngli olmaqla iki baş qoyunu ayırmış, Xaliqə zəng edərək gəlib onu aparmasını bildirmişdir. Xaliq gəldikdən sonra həmin iki baş qoyunu avtomobilin yük yerinə qoymağa ona kömək etmiş, bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə gedərkən yolda ağ rəngli qoyunu tanımadığı qəssaba 280 manata satmışdır. Digər qara rəngli qoyunu isə yaşadığı Bakı şəhəri Suraxanı rayonundakı evin həyətinə qoymuşdur. Həmin qoyunu müstəntiqə təhvil vermişdir. Bundan başqa Xaliqə yenə Sabirabad rayonuna nənəsigilə gedəcəyini bildirmiş, Xaliq onu Sabirabad rayonuna aparmış, yolda qoyun sürüsü gördükdə Xaliqə avtomobili saxlamasını bildirmiş, eyni qaydada Xaliqə xəbər etdikdə gəlib onu aparmasını bildirərək avtomobildən enmiş, tanımadığı küçədə olarkən tanımadığı bir nəfər qadın ona “sən kimsən? O tərəfdə ev yoxdur, sən hara gedirsən?” demiş, o isə qohumugilə getdiyini bildirmişdir. Qoyunları seçib saxladıqdan sonra Xaliqi çağırmış, Xaliqin köməkliyi ilə qoyunları avtomobilin yük yerinə yükləmişdir. Bundan sonra onlar avtomobillə hərəkətə başlamışlar. Həmin küçədə tanımadığı bir nəfər oğlan onun tərəfdən avtomobilə yaxınlaşmış, Xaliq avtomobili saxlayaraq ona “Nə lazımdır, qardaş?” dedikdə həmin şəxs avtomobilin salonuna baxaraq “heç nə qardaş, davam elə” demişdir. Həmin vaxt yolun sol tərəfində dayanmış kök bədən quruluşlu tanımadığı bir nəfər qadın avtomobilə yaxınlaşaraq əlini avtomobilin kapotunun üzərinə qoymuş, o, Xaliqə həmin qadının nənəsi olduğunu, ondan küsdüyünü, danışmadığını deyərək avtomobili saxlamamasını bildirmiş, Xaliq avtomobili saxlamayaraq oradan uzaqlaşmışdır. Həmin yolun örtüyü daşlıq olduğundan Xaliq avtomobili təxminən 20 km/saat sürətlə hərəkət etdirmişdir. Xaliq avtomobillə həmin qadına heç bir xəsarət yetirməmişdir. Onlar həmin yeri tərk edərkən qadın ayaq üstə olmuş, yıxılmamışdır. O, oğurluq etdiyi yerdə əvvəllər olmamış, həmin yerin Sabirabad rayonunun Ulacalı kəndi olduğunu polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir. O, Xaliqə qoyunları oğurladığını bildirməmiş, həmin qoyunları qohumlarından qardaşının qurbanı üçün götürdüyünü bildirmişdir. Xaliqin onun oğurluq etməsindən məlumatı olmamış, yalnız taksi sürücüsü kimi ona xidmət göstərmişdir. Polis əməkdaşları onu 18 sentyabr 2024-cü il tarixdə saxlayaraq həmin gün saat 23 radələrində Sabirabad RPŞ-yə gətirmişlər. O, iki gün Sabirabad RPŞ-də saxlanılmışdır. Məhkəmənin 18 noyabr 2025-ci il tarixli baxış iclasında Təqsirləndirilən şəxs2 vəsatətinə əsasən təkrar təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la yaxın münasibətləri olmuş, onlar birlikdə yaşamışlar. Hadisədən təxminən 3-4 gün əvvəl Xaliq onu döymüşdür. 17 sentyabr 2024-cü il tarixdə Xaliq onu Sabirabad rayonuna apararaq qoyun oğurlamağa məcbur etmişdir. Onlar Sabirabad rayonu Ulacalı kəndindən iki baş qoyun oğurlayaraq Xırdalan şəhərində yerləşən evlərinin həyətinə gətirmişlər. Onlar anasının köməkliyi ilə həmin qoyunlardan birini anasının tanışı olan qəssaba satmışlar. Digər qoyunun isə çəkisi az olduğundan qəssab onu almamışdır. Növbəti gün onlar yenə Sabirabad rayonu Ulacalı kəndinə gələrək üç baş qoyun oğurlamışlar. Həmin qoyunları oğurlamaq üçün məhəllə ilə qovarkən Xaliq avtomobilin içərisindən həmin prosesi telefonla çəkmişdir. Belə ki, Xaliq kimsə onlardan şübhələnəcəyi halda “Tiktok” sosial platformasına yerləşdirmək üçün video çəkməsi görüntüsü yaratmaq istəmişdir. O, Xaliqdən qorxduğu üçün məcbur qalıb onun dediklərini etmişdir. Sonuncu dəfə oğurluq etmələri aşkar edildiyindən Təqsirləndirilən şəxs1 yolda ona hər şeyi öz üzərinə götürməsini, yetkinlik yaşına çatmadığı üçün tutulmayacağını bildirmişdir. Həmçinin, Xaliq onu dediyi kimi ifadə verməyəcəyi təqdirdə həmin qoyunların satılmasında onlara kömək etmiş anasını da cinayət məsuliyyətinə cəlb etdirəcəyi ilə hədələmişdir. O da Xaliqin dedikləri ilə razılaşmış, həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində qeyd olunan cinayətləri özünün təkbaşına törətdiyini, Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərindən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı evin həyətində heyvan sağarkən qonşusu Səkinə həyətə daxil olaraq qoyunlarını satıb-satmadığını soruşmuş, o isə qoyunlarını satmadığını bildirmişdir. Həmin vaxt qoyunları küçədə olmuşdur. Səkinə ona məxsus qoyunları tanımadığı şəxslərin avtomobilə yüklədiyini demişdir. O, evin həyətindən küçəyə çıxmış, həmin vaxt Səkinənin dediyi avtomobilin təxminən 50 metr məsafədən ona tərəf gəldiyini görmüş, avtomobilin önünə çıxaraq əllərini avtomobilin kapotunun üzərinə qoyaraq, avtomobildə olan şəxslərdən ona məxsus qoyunları qaytarmalarını tələb etmiş, avtomobilin sürücüsü avtomobilin sürətini azaltsa da avtomobili saxlamamış, sükanı bir neçə dəfə sağa-sola çevirib ötüb keçməyə çalışmış, sonda onu avtomobilin ön hissəsi ilə vuraraq sürətlə həmin ərazidən uzaqlaşmışdır. O, avtomobilin zərbəsindən avtomobilin ön sağ tərəfindən çəpərə dəyərək yerə yıxılmış, yerə yıxılması nəticəsində xəsarətlər almışdır. O, Xaliq və Zəhra tərəfindən qoyunların avtomobilə yüklənməsini şəxsən görməmiş, Səkinənin dediklərinə əsasən qoyunlarının oğurlandığını bilib avtomobili saxlamağa çalışmışdır. Hesab edir ki, Xaliq və Zəhra ona məxsus qoyunları onun evinin yerləşdiyi küçədən arxa küçəyə qovaraq orada avtomobilə yükləmişlər. Xaliq idarə etdiyi avtomobillə onu vurarkən həmin vaxt küçədə Muxtar və Səkinə adlı qonşuları olmuşdur. Ona məxsus üç baş qoyun polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 heç bir şikayət və ya tələbi yoxdur, Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Ulacalı kəndində yaşayır, təxminən on-on beş baş xırdabuynuzlu heyvan saxlamışdır. 17 sentyabr 2024-cü il tarixdə iki baş qoyunun itdiyini aşkar etmiş, qoyunları axtarsa da tapa bilməmiş, bu barədə polis şöbəsinə məlumat vermişdir. 18 sentyabr 2024-cü il tarixdə polis şöbəsindən ona zəng edərək qoyunların tapıldığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, ona məxsus iki baş qoyunu Xaliq və Zəhra adlı şəxslər oğurlamışdır. Polis əməkdaşları ona məxsus qoyunlardan birini qaytarmış, digər oğurlanan qoyuna görə isə ona 200 manat pul vermişlər. Ondan oğurlanmış qoyunların hər birinin qiyməti 400 manat olmuşdur, buna görə də, hesab edir ki, təqsirləndirilən şəxslər dəymiş ziyanı tam şəkildə aradan qaldırmaq üçün ona daha 200 manat pul verməlidirlər. Təqsirləndirilən şəxslərdən ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçidir, barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat təxminən 16 radələrdində evdə olarkən anası Səkinə onu çağıraraq tanımadığı şəxslərin küçədə qoyunları yığdığını, küçəyə çıxmasını bildirmişdir. O, qoyunların Xaliq və Zəhra tərəfindən avtomobilə qoyulmasını görməmiş, bu barədə anası Səkinə ona məlumat vermişdir. O, küçəyə çıxdıqda Xaliq və Zəhra artıq avtomobilin salonunda əyləşmişlər. Anası Səkinə bu barədə qoyunların sahibi olan qonşusu Səbinəyə məlumat vermiş, Səbinə də həmin vaxt küçəyə çıxmışdır. Avtomobil küçə ilə hərəkət edib onlara yaxınlaşan zaman Səbinə avtomobilin qarşısına keçib avtomobildəki şəxslərdənn ona məxsus qoyunları qaytarmağı tələb etmişdir. Bu zaman avtomobil Səbinəni vurmuş, o dərhal evə qayıdaraq polisə məlumat vermək üçün telefonunu götürmüş, geri qayıtdıqda Səbinənin yerdə yıxılmış vəziyyətdə olduğunu, avtomobilin isə oradan uzaqlaşıb getdiyini görmüşdür. Avtomobilin hansı hissəsinin Səbinəyə dəyməsini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o hadisə baş verən gün küçədə tanımadığı bir nəfər qızın, arxasınca isə bir avtomobilin hərəkət etdiyini görmüş, həmin qızdan yəni, hal-hazırda məhkəmə iclasında təqsirləndirilən şəxs qismində iştirak edən Zəhradan hara getdiyini soruşmuş, Zəhra ona qonaq getdiyini bildirmişdir. Bir qədər sonra Zəhra ilə yanındakı oğlanın küçədə olan qonşusu Səbinəyə məxsus qoyunları tutub avtomobilin yük yerinə yığdıqlarını görmüşdür. O, əvvəlcə qonşusu Səbinənin qoyunları satdığını düşünmüş, ona görə Səbinənin yaşadığı evin həyətinə gedərək qoyunları satıb-satmadığını soruşmuş, Səbinə qoyunları satmadığını dedikdə Səbinəyə ona məxsus qoyunları tanımadığı iki nəfər şəxsin tutub avtomobilə yüklədiyini demişdir. Onlar birlikdə küçəyə çıxdıqda həmin avtomobilin təxminən 40 metr məsafədən onlara doğru gəldiyini görmüş, Səbinə avtomobilə yaxınlaşaraq həmin şəxslərdən qoyunları qaytarmalarını tələb etmiş, sürücü avtomobil saxlamayaraq Səbinəni vurub həmin yerdən uzaqlaşmışdır. Səbinə avtomobilin ön sərnişin oturacağı tərəfdən yerə yıxılaraq xəsarət almışdır. Daha sonra baş vermiş hadisə barədə polis şöbəsinə məlumat verilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, 18 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan üç baş xırdabuynuzlu heyvanların oğurlandığı və heyvanı oğurlayan şəxslərin onu avtomobillə vurub xəsarət yetirdikləri yerin yaşadığı evin yerləşdiyi küçə olması müəyyən edilmişdir. (Cild 1, i.v. 6-11;) İşdə olan, 18 sentyabr 2024-cü il tarixli Sabirabad RPŞ-nin CAB-ın rəisi, polis baş leytenantı Amid Seyfaliyev tərəfindən imzalanmış raportdan görünür ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs2 18 sentyabr 2024-cü il tarixdə oğurladıqları üç baş qoyun heyvanları ilə birlikdə Sabirabad RPŞ-yə gətirilərək istintaqa təhvil verilmişdir. (Cild 1, i.v. 15;) İşdə olan, 18 sentyabr 2024-cü il tarixli heyvanlara baxış keçirilməsi və tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2 övladı X9 həmin üç baş heyvana baxış keçirərək anasına məxsus olmaqla xx.xx.2024-cü il tarixdə yaşadıqların evin küçəsindən talanmış heyvanlar olduğunu tanımış və heyvanlar saxlanması üçün Kərim Ələkbərliyə təhvil verilmişdir. (Cild 1, i.v. 20-21;) İşdə olan, 19 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. (Cild 1, i.v. 22;) İşdə olan, 18 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X6 məxsus olan iki baş xırdabuynuzlu heyvanların oğurlandığı yer onun yaşadığı evin yerləşdiyi küçədir. (Cild 1, i.v. 35-38;) İşdə olan, 18 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndindən oğurladığı və Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 1-ci köndələndə yerləşən fərdi yaşayış evində saxladığı bir baş qara rəngli quzu heyvanını istintaqa təqdim etmişdir. (Cild 1, i.v. 47-50;) İşdə olan, 20 sentyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutumaq haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə 19 sentyabr 2024-cü il tarixdə, saat 09:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 51; Cild 1, i.v. 64;) İşdə olan, 20 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin qanuni nümayəndəsi kimi tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işində yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 18 yaşına çatmadığı üçün yetkinlik yaşına çatmayan olduğundan həmin cinayət işi üzrə onun anası X5 şübhəli şəxsin qanuni nümayəndəsi kimi tanınması və ona bu barədə bildirilməsi qərara alınmışdır. (Cild 1, i.v. 53;) İşdə olan, 20 sentyabr 2024-cü il tarixli heyvanlara baxış keçirilməsi və tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X30 Adgözəllinin yaşadığı evdən aşkar edilərək götürülmüş bir baş qara rəngli quzunu tanımış, həmin quzunun ona məxsus olduğunu bildirmiş və heyvan saxlanması üçün Kənan Niftalıyevə təhvil verilmişdir. (Cild 1, i.v. 75-76;) İşdə olan, 20 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. (Cild 1, i.v. 77;) İşdə olan, 20 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 89;) İşdə olan, 21 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, o, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətdiyi cinayət əməllərini bir daha etiraf etmiş, heyvanları haradan və hansı qaydada taladığını göstərmiş, eyni zamanda hadisə vaxtı bir nəfər tanımadığı kişi cinsindən olan şəxsin avtomobili saxlatdırıb salona baxdığını, bir neçə metr sonra bir nəfər qadının avtomobilin saxlatdırmaq istəməsini, həmin zaman avtomobilin sağ yan güzgüsünün qadına dəydiyini və oradan uzaqlaşıb Təqsirləndirilən şəxs1la Bakı şəhərinə getdiklərini bildirmişdir. (Cild 1, i.v. 101-105;) İşdə olan, 24 sentyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən, sonuncu Təqsirləndirilən şəxs1 üzünə qarşı xx.xx.2024-cü il tarixdə heyvanlarını oğurlayan zaman onun cinayətkar əməllərinin qarşısını almaq üçün avtomobili dayandırmaq istədiyini, lakin Təqsirləndirilən şəxs1 avtomobili onun üzərinə doğru hərəkət etdirərək vurmasını və hadisə yerindən qaçmasını deməklə sonuncunu bir daha ifşa etmişdir. (Cild 1, i.v. 114-115;) İşdə olan, 24 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin məcəllənin 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, i.v. 120;) İşdə olan, 24 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. (Cild 1, i.v. 121;) İşdə olan, 24 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 141;) İşdə olan, 26 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə talanmış Kənan Niftalıyevə məxsus olan bir baş qoyun heyvanın və xx.xx.2024-cü il tarixdə talanmış Zərərçəkmiş şəxs2 məxsus olan üç baş qoyun heyvanın maddi sübut kimi tanınması və saxlanması üçün xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollarla zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. (Cild 1, i.v. 150;) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v 158;) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Sabunçu rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya aktının 4-cü bəndinə əsasən cəzası 6 ay müddətinə azaldılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, i.v. 159;) İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xətəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməli törətdiyi dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlüləliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, öz hərəkətlərini idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, i.v. 163-164;) İşdə olan, Sabirabad rayon “Fərid” mal-qara bazarı tərəfindən verilmiş arayışdan görünür ki, bir baş hər biri 35 kq diri çəkidə, yerli cins, bir illik erkək qoyunun 2024-ci ilin sentyabr ayına olan bazar qiyməti 300 manat, bir baş 20 kq diri çəkidə, yerli cins, 8 aylıq dişi qoyunun 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti 400 manat təşkil etmişdir. (Cild 1, i.v. 176;) İşdə olan, "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd diskdən və 13 dekabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu ərazisində aktiv olmuşdur. (Cild 1, i.v. 175; Cild 1, i.v. 177;) İşdə olan, Kəngərli rayon Xıncab İƏD-si üzrə namyəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X20 rayonu, Xıncab kəndində yaşadığı müddətdə kəndin ictimayəti arasında elə bir hörmət qazanmamış, Təqsirləndirilən şəxs1 kəndin ictimai işlərində fəal olmamışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, Kəngərli rayonu, Xıncab kəndində yaşamır. (Cild 1, i.v. 178-179;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X18” X33 tərəfindən verilmiş 21 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-sol bazunun orta 1/3-də bayır səthdə, sol saidin aşağı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də bayır səthdə sıyrıqlar, sol baldırın yuxarı 1/3-də bayır səthdə qançır küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 18 sentyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. (Cild 1, i.v. 181-182;) İşdə olan, 19 dekabr 2024-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrindən həmin məcəllənin 181.2.1 və 181.2.2-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, i.v. 185-186;) İşdə olan, Zəngilan rayon İHB-nın Ağalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla, Zəngilan rayonu, Ağalı kəndində 195 saylı evdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə əhali arasında müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə hüquq-mühafizə orqanlarından idiyədək heç bir şikayət daxil olmamışdır. (Cild 1, i.v. 187-188;) İşdə olan, 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 09 dekabr 2024-cü il tarixdə 18 yaşının tamam olması nəzərə alınaraq anası X5 onun qanuni nümayəndəsi kimi fəaliyyətinə xitam verilmişdir. (Cild 1, i.v. 190;) İşdə olan, 25 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 iş üzrə maddi ziyandan 250 manat pulu zərərçəkmiş şəxs Kənan Niftəliyevə verilməsindən ötrü istintaqa təhvil vermişdir. (Cild 1, i.v. 197;) İşdə olan, 28 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxs Kənan Niftəliyevə ödənilməsi üçün istintaqa təqdim edilmiş 250 manat məbləğində olan pul zərərçəkmiş şəxsə təhvil verilmişdir. (Cild 1, i.v. 205;) İşdə olan, 08 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittihama əlavə və dəyişikliklər etməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 206-207;) İşdə olan, 08 yanvar 2025-ci il tarixli, 4(056)-1/2025 nömrəli Sabirabad Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 yanvar 2025-ci ildən hesablanmışdır. (Cild 1, i.v 224-227;) İşdə olan, 08 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihama əlavə və dəyişikliklər etməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v 228-229;) İşdə olan, 14 avqust 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 **-SE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobili "xxxx" MMC ilə bağladığı icarə müqavilə əsasında idarə edir. (Cild 1, i.v 241;) İşdə olan, 21 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihama əlavə və dəyişikliklər etməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 268-269;) İşdə olan, 21 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittihama əlavə və dəyişikliklər etməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 281-282;) İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(099)- 136/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 03 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdir. (Cild 3;) İşdə olan, 09 sentyabr 2025-ci il tarixli, 1(009)-136/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(099)-136/2025 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. (Cild 3;) İşdə olan, “Doğum haqqında şəhadətnaməsi”-nin surətindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü X7 anası kimi Təqsirləndirilən şəxs2, atası kimi isə Təqsirləndirilən şəxs1 qeyd edilmişdir. (Cild 3;) İşdə olan, 15 oktyabr 2025-ci il tarixli Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan hökm icra edilməsi üçün 08 iyul 2025-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinə daxil olmuşdur. Məhkum qeydiyyatdan keçmədiyi üçün cəzası hesablanmamışdır. (Cild 3;) İşdə olan, 10 dekabr 2023-cü il tarixli, 135825 nömrəli vəsiqədən, ı-6516 nömrəli medalının vəsiqəsindən, 466479 nömrəli vəsiqəsindən, ı-3504 nömrəli vəsiqəsindən görünür ki, X10 müharibə veteranıdır, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, ona məcburi köçkün statusu verilmişdir. (Cild 3;) İşdə olan, ******* nömrəli hərbi biletindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X1 rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatında, Kəlbəcər rayonu istiqamətində hərbi hissənin qarşısına qoyulmuş döyüş əməliyyatlarında iştirak etmişdir. (Cild 3;) İşdə olan, Yeni Suraxanı qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ev təsərrüfat kitabında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 haqqında nümayəndəliyə bu günə qədər heç bir məlumat və şikayət daxil olmayıb. (Cild 3;) İşdə olan, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd yaddaş kartında olan video görüntülərdən görünür ki, 18 sentyabr 2024-cü il tarixdə, saat 15:41 radələrində Təqsirləndirilən şəxs2 küçə ilə piyada hərəkət edərək qoyun sürüsünün arxasınca gedərkən həmin vaxt avtomobilin sükanı arxasında olan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “Qovala, qovala, işivi gör, get, biraz tez-tez” ifadələri ilə müraciət etmişdir. (Cild 3;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, Sabirabad rayonu Ulacalı kəndindən oğurlanmış qoyunların Təqsirləndirilən şəxs2 qohumlarına məxsus olmasını düşünməsi, həmin qoyunların oğurlanmasından məlumatlı olmaması, Zəhra ilə həmin qoyunların oğurlanması barədə aralarında heç bir sövdələşmə olmaması, yalnız taksi sürücüsü kimi Təqsirləndirilən şəxs2 Sabirabad rayonu Ulacalı kəndinə aparıb gətirməsi, xx.xx.2024-cü il tarixdə Zəhranın xahişi ilə sonuncunun qohumlarının ona verdiyi qoyunlar olduğunu zənn edib avtomobillin yük yerinə qoyduqdan sonra həmin küçədə hərəkətdə olarkən qarşılarına çıxan qadını avtomobillə vurmaması, Zəhranın həmin qadının onun nənəsi olması, nənəsi ilə danışmaq istəməməsi deməsindən sonra avtomobili saxlamayıb yoluna davam etməsi, avtomobillə heç kəsə xəsarət yetirməməsi barədə göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı təqsirləndiriln şəxs qismində verdiyi təkrar ifadəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X15, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclası zamanı bir ədəd yaddaş kartında təqdim etdiyi video görüntülər, məhkəmə-tibbi eskpertizasının rəyi, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətin kənarda qalmasına yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin ifadələri sübut kimi qəbul etmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 iki fərqli məzmunda ifadə vermiş, məhkəmə istintaqı zamanı ilkin ifadəsində Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərindən xəbərsiz olduğunu, təkrar ifadəsində isə ilkin ifadəsində göstərdiklərini təkzib edərək Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun təzyiqi ilə oğurluq etdiyini, əslində həmin cinayət əməllərini birlikdə törətdiklərini, Xaliqin təklifi ilə yetkinlik yaşına çatmadığına görə yüngül cəza alacağını düşündüyündən Xaliqin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün həmin cinayətləri təkbaşına törətməsi, Xaliqin həmin cinayət əməllərinin törədilməsində iştirak etməməsi barədə ibtidai istintaq zamanı və məhkəmə istintaqının ilkin mərhələsində ifadələr verdiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində verdiyi təkrar ifadəsini (Təqsirləndirilən şəxs1 onu həmin cinayət əməllərini törətməyə məcbur etməsi barədə göstərdikləri istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Bu fikrin məntiqi davamı olaraq məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqının ilkin mərhələsində verdiyi ifadələri obyektiv gerçəkliyi əks etdirməməklə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla o cümlədən, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında təqdim etdiyi bir ədəd yaddaş kartında olab video görüntülərlə tam təkzib edildiyindən həmin hissələrdə sübut kimi qəbul etmir. Habelə, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X16, şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunaraq işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Penumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli 1 nömrəli qərarının (bundan sonra mətndə - Plenum qərarı) izah və tələblərini də rəhbər tutur. Belə ki, Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Plenum qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Plenum qərarının 7-ci bəndində izah edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Plenum qərarının 18-ci bəndində qeyd olunmuşdur ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir...Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Plenum qərarının 23-cü bəndində izah verilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Plenum qərarının 25-ci bəndində göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xaliq qızının qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Camry” markalı **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Ulacalı kəndi ərazisinə gəlib orada həmin kənd sakini X6 məxsus yol kənarında otlayan, hər birinin dəyəri 400 manat olmaqla, ümumilikdə 800 manat dəyərində 2 (iki) baş xırdabuynuzlu qoyunu gizli şəkildə avtomobilin yük yerinə yükləyib aparmaqla, zərərçəkmiş şəxs Kənan Niftalıyevə, ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq oğulamaları əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərə qarşı ikinci epizod yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 qarşı quldurluq etmələri ilə bağlı gəldiyi nəticəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməmişdən öncə aralarındakı cinayətkar razılaşma məhz özgə əmlakının gizli olaraq talanması ilə bağlı olmuşdur. Belə ki, bunu təqsirləndirilən şəxslərin bir gün əvvəl yəni, 17 sentyabr 2024-cü il tarixdə Kənan Niftalıyevə məxsus iki baş xırdabuynuzlu qoyunları gizli olaraq talamaları, eləcə də, cinayət əməlini törədərkən istifadə etdikləri mexanizm – küçədə gördükləri və talamaq niyyətində olduqları qoyunları başqa istiqamətdə qovub aparmaları, bu zaman kənar şəxslərdə şübhə oyatmamaq məqsədilə “Tiktok” sosial platformasına yerləşdirmək üçün video çəkmələri görüntüsü yaratmaları, xırdabuynuzlu qoyunları onlar üçün “əlverişli” yerə apardıqdan sonra həmin yerdə seçib avtomobilə yükləmələri obyektiv olaraq təsdiq edir. Cinayət işi materiallarından və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Sabirabad rayonu Ulacalı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı küçədə olan sonuncuya məxsus xırdabuynuzlu qoyunları küçə ilə digər istiqamətə qovmuş, orada üç xırdabuynuzlu qoyunu seçərək gəldikləri avtomobilin yük yerinə yükləmiş, daha sonra avtomobilə əyləşərək həmin küçə ilə hərəkətə başlamış, bu zaman onların qeyd olunan xırda buynuzlu qoyunları avtomobilin yük yerinə qoymasını görən Şahid1 bu barədə məlumat verməsindən sonra ona məxsus qoyunların oğurlanmasını bilən Zərərçəkmiş şəxs2 hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə ön hissədən yaxınlaşaraq əllərini avtomobilin kapot hissəsinə qoymaqla təqsirləndirilən şəxslərdən ona məxsus xırdabuynuzlu qoyunları tələb etdikdə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 avtomobilin hərəkət etdirərək sonuncunu avtomobilin ön hissəsi ilə vuraraq həmin yerdən uzaqlaşmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, Şahid1 təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs2 məxsus qoyunları avtomobilin yük yerinə yükləməsini görən zaman təqsirləndirilən şəxslər Şahid1 eləcə də, hər hansı başqa şəxsin onları müşahidə etməsini bilməmişlər. Eyni zamanda Şahid1 da həmin vaxt təqsirləndirilən şəxslərin özgə əmlakını talamasını başa düşməmişdir. (Şahid1 Zərərçəkmiş şəxs2 yaşadığı evə gələrək qoyunları satıbsatmamasını soruşması bunu təsdiq edir) .Dolayısıyla onların əməli həmin vaxt gizli talamadan açıq talamaya keçməmişdir. Bununla belə hadisələrin sonrakı axarında, Zərərçəkmiş şəxs2 qeyd olunan avtomobilə yaxınlaşaraq əllərini avtomobilin kapotunun üzərinə qoymaqla təqsirləndirilən şəxslərdən ona məxsus qoyunları tələb etikdən sonra avtomobil hərəkətini davam etdirdiyi andan artıq həmin əməl açıq talamaya keçmiş, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 avtomobillə hərəkətini davam etdirərək Zərərçəkmiş şəxs2 avtomobilin ön sağ hissəsi ilə vurmaqla sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan əməldə quldurluq cinayətinin tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verərkən məhkəmə bir daha Plenum qərarının 7-ci bəndində göstərilmiş izaha istinad edərək qeyd edir ki, oğurluq və soyğunçuluq cinayətləri təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur. Hazırki iş üzrə isə Təqsirləndirilən şəxs1 avtomobilin ön sağ hissəsi ilə Zərərçəkmiş şəxs2 vurduğu ana qədər onun sonuncuya məxsus üç baş xırdabuynuzlu qoyun üzərində sərəncam vermək üçün real imkanı yaranmamış, yəni əvvəlcə oğurluqla başlayıb sonradan soyğunçuluğa çevrilmiş cinayət əməli hələ başa çatmamışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə Zərərçəkmiş şəxs2 vurması ilə bağlı məhkəmə qeyd edir ki, müdafiə tərəfi məhkəmə istintaqı zamanı israrla Plenum qərarının 23-cü bəndinin 3-cü abzasında qeyd olunmuş müddəalara (Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun) və Zərərçəkmiş şəxs2 hadisə vaxtı dərəcəsi təyin olunmayan xəsarət almasına istinad edərək qeyd olunan əməldə quldurluq cinayətinin tərkib əlamətlərinin olmaması barədə mülahizələr irəli sürmüşlər. Halbuki, məhkəmə bir daha həmin qərarın 23-cü bəndinin 4-cü abzasında Ali Məhkəmənin Plenumunun verdiyi izahı (Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun) xatırladaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 yüksək təhlükə mənbəyi hesab olunan avtomobillə Zərərçəkmiş şəxs2 vurması, sonuncunun xəsarət alıbalmamasından asılı olmayaraq həmin anda sonuncunu həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 vurması yaxalanmamaq üçün hadisə yerindən qaçıb uzaqlaşması ilə yanaşı, əmlakın əlində saxlanılaraq onun üzərində sərəncam vermək imkanının əldə olunmasına xidmət etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 talanmış əmlak üzərində (avtomobilin yük yerində olan üç ədəd xırdabuynuzlu qoyun) sərəncam vermək üçün real imkan əldə etmədiyi şəraitdə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə vuraraq sonuncunun həyat və sağlamlığı üçün real təhlükə yaratması onun əməlində quldurluq cinayətinin tərkib əlamətini yaratmışdır. Məhkəmənin gəldiyi bu nəticə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 1(102)- 464/2024 nömrəli qərarında (üç ulduzlu qərar) formalaşdırılan hüquqi mövqə ilə də uzlaşır. Plenum qərarının 10-cu bəndində məhkəmələrə izah edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Odur ki, məhkəmə eyni zamanda cinayətin digər iştirakçısı- Təqsirləndirilən şəxs2 da iştirakçılıqla törədilən cinayət əməlində rolunun və iştirakının konkret olaraq hansı hərəkətlərdə ifadə olunmasını təhlil etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə və cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məhkəmə bir daha qeyd edir ki, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında qabaqcadan əlbirlik özgə əmlakını məhz gizli yolla talamaq barəsində olmuşdur. Aralarındakı rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 piyada hərəkət edərək küçədə olan qoyunları digər istiqamətə qovmuş, onun arxasınca avtomobildə hərəkət edən Təqsirləndirilən şəxs1 mobil telefonla çəkiliş edərək cinayətkar niyyətlərini pərdələmək məqsədilə “Tiktok” sosial şəbəkəsi üçün video çəkmələri görüntüsü yaratmış, qoyunları onlar üçün əlverişli yerə (digər şəxslərin müşahidəsindən kənar) apardıqdan sonra orada üç ədəd xırdabuynuzlu qoyunları birlikdə avtomobilin yük yerinə yükləmiş, daha sonra avtomobilə əyləşərək hərəkətə başlamışlar. Cinayət işi materiallarından və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Zərərçəkmiş şəxs2 evdən küçəyə çıxarkən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 artıq avtomobillə ona doğru hərəkətdə olmuş, həmin an onlar arasında məsafə təxminən 40-50 metr (Zərərçəkmiş şəxs2 və Şahid1 ifadələrinə əsasən) olmuş, Zərərçəkmiş şəxs2 əllərini avtomobilin kapot hissəsinə qoymaqla ona məxsus qoyunları qaytarmalarını tələb etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə ön hissədən yaxınlaşaraq ona məxsus qoyunları tələb etməsindən sonra Təqsirləndirilən şəxs1 hərəkəti davam etdirərək Zərərçəkmiş şəxs2 avtomobilin ön sağ hissəsi ilə vurması təqsirləndirilən şəxslərin qabaqcadan və hadisənin gedişatına görə onun axarında razılaşdırılmış hərəkətlər kompleksi kimi qiymətləndirilə bilməz. Belə ki, həm subyektiv səbəblər (Təqsirləndirilən şəxs2 həmin vaxt yetkinlik yaşına çatmayan şəxs olması, törətdiyi cinayət əməlinin ifşa olunması ilə əlaqədar düşdüyü emosional vəziyyət), həm də obyektiv səbəblər (həmin vaxt avtomobilin hərəkətdə olması, Təqsirləndirilən şəxs2 avtomobilin ön sərnişin oturacağında sərnişin qismində əyləşməsi, avtomobilin idarəetməsinin sükan arxasında əyləşmiş Təqsirləndirilən şəxs1 olması, Zərərçəkmiş şəxs2 evdən küçəyə çıxıb onlara yaxınlaşdığı anda aralarında qısa məsafə olması, bundan sonra hadisələrin sürətlə cərəyan etməsi, eləcə də, hadisələrin gedişatının həmin anda proqnozlaşdırıla bilən olmaması) deməyə əsas verir ki, cinayət əməli gizli talamadan açıq talamaya keçdiyi anda Təqsirləndirilən şəxs2 faktiki olaraq hadisələrin sonrakı inkişafına hər hansı formada təsir göstərmək imkanı olmamışdır. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Əyəddin qızının əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilməli, həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə verilmiş ümumi ittihamdan həmin Məcəllənin 181.2.1-ci maddəsi çıxarılmalı, qeyd olunan maddələrin sanksiyasında həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar. Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlü olmaqla cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə (Zərərçəkmiş şəxs2) barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Azərbaycan Respublikasının 28 iyul 1993-cü il tarixdə qoşulduğu BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydalarının” (Pekin Qaydaları) 17.1-ci maddəsinin “b” alt bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslərin azadlığının məhdudlaşdırılması ilə bağlı qərarlar yalnız iş diqqətlə araşdırıldıqdan sonra qəbul edilməli və mümkün olduqca məhdudiyyət minimum həddə endirilməlidir. Həmin Qaydalarda yetkinlik yaşına çatmayanlar barəsində cəmiyyətin təhlükəsiz ehtiyacları nəzərə alınmaqla mümkün qədər azadlıqdan məhrum etməyə alternativ tədbirlərin (probasiya sistemi tətbiq edilməklə) bütün mümkün spektrlərindən istifadə edilməli olduğu göstərilmişdir. Məhkəmə eyni zamanda məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs2 uşağının doğulmasını nəzərə alaraq qeyd edir ki, uşaqların hüquqlarına toxunan işlərdə uşaqların və hər bir valideynin maraqları ilə yanaşı publik maraqlar rəqabət edir. Hər bir xalqın gələcəyi yetişməkdə olan nəsillərdən asılı olduğundan, habelə fiziki və psixi cəhətdən tam formalaşmayan və bu səbəbdən hüququn ən həssas subyektlərindən olan uşağın hüquqlarının qorunması dövlətin ən vacib vəzifələrindən birini təşkil etdiyindən, o bu sahədə pozitiv öhdəliklər daşıyır. Bu pozitiv öhdəliklərin realizəsi məqsədi ilə Konstitusiyanın 17-ci maddəsinin Vİ hissəsində təsbit edilmişdir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlətin belə nəzarəti hansı formada və meyarlar əsasında həyata keçirməsi sahəvi qanunvericiliklə konkretləşdirilir. Belə ki, “Uşaq hüquqları” haqqında Qanunun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ifadələrində yeni doğulan körpənin atasının Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş, eləcə də, məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnaməyə əsasən uşağın atasının Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yeni doğulmuş körpənin hər iki valideyninin azadlıqdan məhrum edilməsi həmin körpəni ciddi məhrumiyyətlərə düçar etməklə, sonrakı mənəvi və fiziki inkişafına mənfi təsir göstərəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırması cəzası, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 177.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini (cinayətlərin məcmusu üzrə) ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşadığı ünvan 1 ünvanını gecə saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilən cəzanın müddəti və miqdarı da CM-in 85-ci maddəsində nəzərdə tutulan hədlərdən yuxarı, o cümlədən azadlıqdan məhrum etmə cəzasının müddəti on ildən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(050)- 136/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla (CM-nin 85-ci maddəsi nəzərə alınmaqla) ona yekun cəza təyin edilməlidir Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün kimi hesablanaraq cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 18 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(050)-136/2025 saylı hökmü ilə müəyyən edilmiş həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 03 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək 01 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutularaq hesablanmaqla ona hazırkı iş üzrə təyin ediləcək qəti azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan X6 məxsus olan bir baş xırdabuynuzlu heyvan və Zərərçəkmiş şəxs2 məxsus olan üç baş xırdabuynuzlu heyvanın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 25 iyun 2005-ci il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə verilmiş ümumi ittihamdan həmin Məcəllənin 181.2.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(050)-136/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki iş üzrə azadlığının faktiki məhdudlaşdırıldığı və şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(050)- 136/2025 saylı hökmü ilə müəyyən edilmiş həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (gün) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə bərabər tutularaq hesablanmaqla 06 (altı) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə yaşadığı ünvan 1 ünvanını gecə saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X3 yaşayış yeri üzrə Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X4 təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, X6 məxsus olan bir baş xırdabuynuzlu heyvan və Zərərçəkmiş şəxs2 məxsus olan üç baş xırdabuynuzlu heyvanın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs X6 ona vurulmuş ziyanın ödənilməmiş qalan hissəsi üzrə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-233/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-233/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver