Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-234/2023 23.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri M.Quluzadə küçəsi ev 41də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 3,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 4,501 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzini əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, 2022-ci il dekabrın 13-də saat 09:30 dəqiqədə Salyan şəhəri, M.Quluzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb saat 09:45 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 2,601 qram, 1 ədəd plastik qabın içərisində saxladığı 8 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,061 qram, 0,063 qram, 0,069 qram, 0,059 qram, 0,061 qram, 0,063 qram, 0,070 qram, 0,050 qram, əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli ümumi təmiz çəkisi 3,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sellofan torbacıqda ümumi təmiz çəkisi 4,501 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, gödəkçəsinin sağ yan cibindən isə həmin 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci il dekabrın 13-də səhərə yaxın, saat 06:30-da polis əməkdaşları onun evinə basqın etmişlər, özləri ilə narkotik və elektron tərəzi gətirərək divanın altına atmışlar, sonra axtarış adı ilə divanın altından qoyduqları yerdən içərisində narkotiklər olan bağlama və tərəzini götürərək onunla birlikdə polis şöbəsinə aparmışlar, orada ona təzyiq göstərmişlər, narkotiki boynuna almadığı halda oğlunu şərləyib həbs edəcəklərini demişlər. O, da məcbur olub uzərinə keçirilən axtarış zamanı və istintaqda verdiyi ifadələrində narkotik maddələrin və elektron tərəzinin ona məxsus olmasını bildirmişdir. Özü narkotik maddələrdən istifadə edir, lakin hazırki narkotik maddələr ona məxsus deyil, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamabı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, uzun müddətdir “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir, əvvəlki müddətdə bununla bağlı bir neçə dəfə məhkumluğu olmuşdur. Tutulmamışdan təxminən 3 gün əvvəl Biləsuvar rayonunda yerləşən bazara getmişdir. Bazarda olarkən təsadüfən əvvəllər tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Məhəmmədəli adlı şəxs ilə rastlaşmışdır. Həmin vaxt o, Məhəmmədəliyə maddi cəhətdən vəziyyətinin pis olduğunu, pula ehtiyacı olduğunu, həmçinin istifadə etmək üçün narkotik vasitə tapa bilmədiyini demişdir. Məhəmmədəli isə əlini cibinə salaraq sellofan torba çıxarmış və həmin torbanın içərisindən 2 ədəd şəffaf rəngli sellofan torbacıq ona vermişdir. Bildirmişdir ki, həmin sellofan torbacıqlardan biri “kakos” kimi tanıdığı narkotik vasitə heroin, digəri isə psixotrop metamfetamindir. Həmin kütlələrin çəkisinin nə qədər olduğunu bilməmişdir. Məhəmmədəli “kakos” kimi tanıdığı narkotik vasitə heroin, digəri isə psixotrop metamfetamini ona təmənnasız vermiş, qarşılığında isə heç bir şey istəməmişdir. Həmin tarixdə o, işləri qurtardıqdan sonra yaşadığı evə getmişdir. Yaşadığı evdə olan zaman özünə məxsus olan elektron tərəzi vasitəsilə Məhəmmədəlinin ona verdiyi 01 ədəd şəffaf rəngli trobacıqda olan narkotik vasitə heroindən siqaretin gümüşü kağızına bükməklə 08 ədəd ayrı-ayrı büküm hazırlayaraq satmaq qərarına gəlmişdir. Lakin həmin vaxt kimə və neçəyə satacağını bilməmişdir. O, həmin içində narkotik vasitə heroin olan 08 ədəd gümüşü rəngli kağız bükümü itməsin deyə çəhrayı rəngli plastik qabın içərisinə qoymuşdur. O, içində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan torbacığı, içində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan torbacığı, içində narkotik vasitə heroin olan 08 ədəd gümüşü rəngli kağız bükümün olduğu çəhrayı rəngli plastik qabı və 01 ədəd elektron tərəzini üzərində saxlamışdır. 2022-ci il dekabrın 13-də saat 09 radələrində o, yaşadığı Salyan şəhəri M.Quluzadə küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Eyni zamanda, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O da həmin anda əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd elektron tərəzini, tünd qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən isə çəhrayı rəngli plastik qabı və 2 ədəd şəffaf rəngli sellofan torbacığı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan torbacığa baxıldıqda içində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu, digər 01 ədəd şəffaf rəngli sellofan torbacığa baxıldıqda içində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu, çəhrayı rəngli plastik qabın içərisində isə 8 ədəd gümüşü rəngli kağız büküm olduğu müəyyən edilmişdir. Çəhrayı rəngli plastik qabın içərisində olan 8 ədəd gümüşü rəngli kağız bükümə baxıldıqda həmin bükümlərin içində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin maddələri Məhəmmədəli adlı iranlıdan Biləsuvar rayonu ərazisində aldığını bildirmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüş, həmçinin protokol tərtib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “onda narkotik maddələr olmamış, polis əməkdaşları özləri ilə narkotik və elektron tərəzi gətirərək evində divanın altına atmışlar, sonra həmin maddələri divanın altından qoyduqları yerdən götürərək onunla birlikdə polis şöbəsinə aparmışlar, orada ona təzyiq göstərmişlər, narkotiki boynuna almadığı halda oğlunu şərləyib həbs edəcəklərini demişlər. O, da məcbur olub uzərinə keçirilən axtarış zamanı və istintaqda verdiyi ifadələrində narkotik maddələrin və elektron tərəzinin ona məxsus olmasını bildirmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il dekabrın 13-də Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 40 mənzil 9-da qeydiyyatda olan və Salyan şəhəri M.Quluzadə küçəsi ev 41-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlaması və satması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 09:30 dəqiqədə əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri M.Quluzadə küçəsində yaşadığı evin yaxınlığında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və saxlamada şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs həmin anda əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd elektron tərəzini, tünd qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən isə çəhrayı rəngli plastik qab və 2 ədəd şəffaf rəngli sellofan torbacığı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan torbacığa baxıldıqda içində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu, digər 01 ədəd şəffaf rəngli sellofan torbacığa baxıldıqda içində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu, çəhrayı rəngli plastik qabın içərisində isə 8 ədəd gümüşü rəngli kağız büküm olduğu müəyyən edilmişdir. Çəhrayı rəngli plastik qabın içərisində olan 8 ədəd gümüşü rəngli kağız bükümə baxıldıqda həmin bükümlərin içində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda bildirmişdir ki, həmin kütlələrdən biri psixotrop maddə metamfetamin, digər kütlələr isə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, təxminən 3 gün bundan əvvəl Biləsuvar rayonunda yerləşən bazarda olarkən əvvəllər tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Məhəmmədəli adlı şəxsdən aldığını, həmin maddələri həm öz istifadəsi, həm də satması məqsədi ilə əldə etmiş, özündə olan elektron tərəzi vasitəsilə ayrı-ayrı bükümlər hazırlamışdır. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 dekabr 2022-ci il tarixli 18/1310 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 2,601 qram, 1 ədəd plastik qabın içərisində 8 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram, 0,063 qram, 0,069 qram, 0,059 qram, 0,061 qram, 0,063 qram, 0,070 qram, 0,050 qram, ümumi təmiz çəkisi 3,097 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. - 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 4,501 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 1 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron əl tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqatdan sonrakı qalıq heroin 2,827 qram, psixotrop maddə metamfetamin 4,451 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş) qəpik təşkil edır. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli 1286 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf rəngli sellofan torbacıqda olan narkotik vasitə heroinə oxşar kütlə, digər 01 ədəd şəffaf rəngli sellofan torbacıqda olan psixotrop maddə metamfetaminə oxşar kütlə, çəhrayı rəngli plastik qabın içərisində isə 8 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2,827 qram narkotik vasitə heroin, 4,451 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün surətindən və qərarın surətlindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 4 ay 23 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2019-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu yoxdur. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli Salyan Rayon Mərkəzi X3 Şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada «tiryək» narkomaniyası ilə narkoloji kabinetində qeydiyyatda dayanır. Xəstəxananın psixitariya kabinetində qeydiyyatda durmuş. İş materiallarında olan Salyan rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.132.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, M.Quluzadə küçəsi ev 41-də qeydiyyatda olmaqla yaşayır, ailə arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxıl olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 11 yanvar 2023-cü il tarixli qərarla istintaqa məlum olmayan mənbə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması faktına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin və psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlindən peşman olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, həmçinin Salyan Mərkəzi Rayon Xəstəxanasında «tiryək» narkomaniyası ilə narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Salyan Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,827 qram narkotik vasitə heroin, 4,451 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Salyan Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,827 qram narkotik vasitə heroin, 4,451 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-234/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-234/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver