Məhkəmə qərarları › İş №1(099)-234/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-234/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-234/2024 23.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxs və onların nümayəndəsi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri- Şirvan Regional Vəkil Bürosunun vəkilləri X16 və X1 iştirakları ilə, xx xxxxxxx 1968-ci ildə Kürdəmir rayonu, Muradxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, fərdi əməklə məşğul olmuş, evli, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri, 69-cu məhəllədə yaşamış, 11 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(041)-74/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3cü maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə müxtəlif saatlarda tanışı X10 ilə mobil telefonda danışarkən sonuncu tərəfindən nalayiq söyüşlər ilə söyüldüyündən onu qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirtmək üçün 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədov ilə görüşən zaman bir gün əvvəl, ondan söydüyü söyüşlərə görə üzr istəməsini tələb edib rədd cavabı aldıqdan sonra istintaqa və məhkəməyə məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evin həyətində saxladığı və görüşə gəlməzdən əvvəl götürüb üzərində gəzdirdiyi sandıqçasında zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 4 ədəd patron olan odlu silah hesab olunan 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li yarımavtomatik tapançanı çıxararaq Müşfiq Məmmədova qəsdən iki dəfə atəş açmış, atəş səslərinə hadisə yerinə gəlmiş sonuncunun oğlu Zərərçəkmiş şəxs onları vizual şəraitdə görə biləcəyi məsafədən olmaqla sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən üçüncü dəfə atəş açib Müşfiq Məmmədova 1 ədəd sol saidin aşağı orta 1/3-ni dəlib keçərək qarının yuxarı şöbəsinin sol yan səthindən qarın boşluğuna keçərək daxili orqanları zədələyən, 1 ədəd sol budun yuxarı 1/3-nin tış səthindən dəlib keçən və xayalığı zədələyən, 1 ədəd sağ budun aşağı 1/3-nin iç səthindən dəlib keçən güllə yaralanmaları və 1 ədəd sağ dizin yuxarı-bayır qütbündə aşkar olunan 3-cü güllə yarasının kanal boyunca sındırdığı bud sümüyü fraqmentinin çıxış yarası xəsarətləri yetirməsi nəticəsində baş vermiş travmatik şok və kəskin-massiv qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək qəsdən öldürmüş, bundan sonra odlu silahı qanunsuz olaraq üzərində daşıyaraq gəzdirməyə davam edib 11 iyun 2023-cü il tarixdə saat 02:20-də Kürdəmir Rayon Polis Şöbəsinə könüllü gəlib təqsirini boynuna alan zaman cinayətin aləti olan həmin tapançanı təqdim etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə özünü təqsirli bilmiş, elan olunmuş digər ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, tanışı Müşfiq Məmmədov 2023-cü ilin iyun ayının 9-da ona zəng etmiş, həmin zəngi eşitmədiyindən, sonradan Müşfiqə zəng vurmuşdur. Müşfiq içkili olmuş, telefon danışığı zamanı onu təhqir etmiş, onunla söyüşlə danışmış və məzələnmişdir. 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədov ilə görüşən zaman həmin sözləri üzünə deməsini bildirmiş, Müşfiq həmin sözləri üzünə qarşı dedikdən sonra ona əl-qol atmışdır. Müşfiqin əlindən güclə çıxmış, özünü müdafiə etmək üçün üzərində olan tapançadan üç dəfə atəş açmaqla Müşfiqi vurmuşdur. Müşfiqi öldürmək məqsədi ilə vurmamış, Müşfiqi qurşaqdan aşağı vurmuşdur. Müşfiqi vurduqdan sonra polis şöbəsinə gedib təslim olmuşdur. Müşfiqin oğlu Fəridi tanımamışdır. Hadisə zamanı bir nəfərin gəldiyini görmüş, lakin həmin şəxsin Fərid olduğunu bilməmiş, çıxıb gedərək ara yola girmək istəyən zaman yolun tuşunda Fərid çatmış və orada Fəridlə süpürrəşmişlər. İtələməsi nəticəsində Fərid yıxılmış, o da getmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Müşfiqi 5-6 ay olardı tanımış, necə tanış olduqlarını xatırlamamışdır. Müşfiqlə arada bir həmyerli kimi görüşmüşlər, ara-bir çay içmişlər. Müşfiqin son vaxtlar hansı işlə məşğul olmasını bilməmiş, lakin Müşfiqin əvvəllər bizneslə məşğul olduğunu bilmişdir. Müşfiq ona heç vaxt borca və hədiyyə kimi xərcləməyə pul verməmişdir. Müşfiqin onu hansı səbəbdən söyməsini də bilməmişdir. Müşfiq ona zəng vurmuş, içkili olduğundan onunla məzələnməyə başlamış və söyüşlər söyrək onu təhqir etmişdir. Ondan əvvəl Müşfiqlə belə danışığı olmamışdır. Müşfiqlə iki ay əvvəl bir toy məclisində rastlaşmış, bundan sonra Müşfiqi görməmişdir. Hadisəyə səbəb Müşfiqin ona zəng edib, onu söyüb təhqir etməsi və ağzına gələni danışması olmuşdur. Müşfiq ona zəng edəndə yanında heç kim olmamışdır. Müşfiq onu söyəndən sonra səhəri günü görüşmüşlər. Müşfiq özü zəng edərək Kürdəmir rayonuna gəldiyini demişdir. Çünki Müşfiq özü rayona gələcəyini və onunla görüşəcəyini demişdir. Müşfiq onu söyəndə hansı səbəbdən söydüyünü soruşmuş, Müşfiq isə cavabında rayona gələndə görüşəcəyini və söhbət edəcəyini bildirmişdir. Zəng edəndə Müşfiq harda olduğunu ondan soruşmuş, o da cavabında evdə olduğunu demişdir. Müşfiq yaşadığı evin qarşısındakı küçəyə gəlmiş, o da evdən çıxaraq Müşfiqlə görüşmüş və söhbət etmişlər. Həmin vaxtı hava qaranlıq olmuş, Müşfiqin zəngi əsasında yaşadığı evdən çıxmışdır. Müşfiq yaşadığı evi tanımamış, evin yerini Müşfiqə özü başa salmış, xəstəxana tərəfdə yaşadığını demişdir. Müşfiq avtomobillə gəlmiş, avtomobili görmüşdür. Avtomobilləri tanımadığından Müşfiqin avtomobilinin hansı markalı avtomobil olduğunu bilməmişdir. Müşfiq avtomobildən düşərək ona tərəf gəlmiş, həmin vaxtı avtomobildə başqa adam olub-olmadığına fikir verməmişdir. Müşfiq avtomobildən düşən vaxtı kiminsə avtomobildən düşməyini və ya qırağdan gəlib kiminsə keçdiyinə fikir verməmişdir. Müşfiq avtomobildən düşüb ona tərəfə gəlmiş, o da Müşfiqə tərəf gəlmişdir. Görüşəndən sonra ara yola girmişlər, ara yola girəndən sonra avtomobil görünməmişdir. Həmin vaxtı üzərində «Makarov» markalı yarımavtomatik tapança olmuşdur. Silahı 3-4 il bundan qabaq tapmış və yaşadığı evin həyətində gizlədərək saxlamışdır. Silahı üzərində saxlamağına hər hansı bir səbəb olmamışdır. Evdən çıxanda silahın darağında neçə güllə olub-olmadığına baxmamışdır. Təxmini bilmişdir ki, silahda 3-5 güllə var, konkret olaraq neçə güllə olması yadından çıxmışdır. Telefon danışığı zamanı Müşfiq onu hədələmiş, üzərinə söhbət etmək üçün adam gətirəcəyini demişdir. Bu barədə hüquq mühafizə oraqanlarına hansı səbəbdən məlumat vermədiyini bilməmişdir. Evdən çıxanda silah üzərində olmuşdur. Müşfiq ondan üzr istəsəydi, yəqin ki, bu hadisə də olmayacaqdı. Silahı Müşfiqi vurmaq üçün götürməmiş, özünü müdafiə etmək üçün götürmüşdür. Silahdan başqa kəsici-dedişici alət götürməmişdir. Silahdan atəş açaraq Müşfiqi vurmamışdan qabaq əlbəyaxa olmuşlar, Müşfiq onun barmağını sındırmış, ona nalayiq söyüşlər söymüş, sonra isə Müşfiq onu daşla vurmuşdur. Hadisə zamanı havaya xəbərdaredici atəş açmamış, silahı çıxarıb Müşfiqə göstərib xəbərdarlıq etməmiş, silah var yaxın gəlmə deməmişdir. Müşfiqə 3 dəfə atəş açmış, silahı Müşfiqin ayaq hissəsinə tuşlayıb atmışdır. Atəş açan zaman Müşfiq ayaq üstə olmuşdur. Tuşlayıb atəş açmış, ancaq güllənin Müşfiqin ayağına dəyib-dəyməməsini bilməmişdir. Birinci atəşi açıb Müşfiqi vurandan sonra Müşfiq üstünə gəlmiş, bundan sonra Müşfiqə iki dəfə atəş açaraq vurmuşdur. Üç dəfə atəş açandan sonra Müşfiqin yıxılbyıxılmamasına baxmamış, üzünü çevirib çıxıb getmişdir. Fəridi əvvəllər tanımamış, Müşfiqdən adını eşitmiş, özünü isə görməmişdir. Müşfiqi vurub çıxıb gedib digər ara yola girən zaman Fərid qaça-qaça gəlmişdir. Həmin vaxtı Müşfiqə artıq üç dəfə atəş açaraq vurmuşdur. Bundan sonra Fərid gəlmişdir. Fərid gələndən sonra ona yumruq atmış, itələməsi nəticəsində Fərid yıxılmış, bundan sonra o da çıxıb getmişdir. Fərid onun əlində silah görməmiş, həmin vaxt silahı şalvarına qoymuşdur. Silahı Fəridə tuşlayıb qorxutmamışdır. Fəridi qorxutmaq üçün silahdan havaya atəş açmamış və ya Fəridə tərəf atmamışdır. Atəşin səsinə qonşuların gəlib-gəlmədiyini bilməmiş, Fəridlə dartışandan sonra çıxıb gedəndə yanından adam keçməmişdir. Çıxıb getdikdən təxminən bir saat sonra təslim olmuşdur. Boyu 170 sm, çəkisini isə bilməmişdir. Müşfiqin ondan boyda hündür olub-olmadığını bilməmiş və buna fikir verməmişdir. Müşfiq onu söyüb təhqir etdiyinə görə evə dəvət etməmişdir. Müşfiq avtomobildən düşəndən sonra evə tərəf sakit yerə gedib söhbət etmək istəmiş, Müşfiqdən üzürxahlıq gözləmiş, Müşfiq isə əksinə onu yenidən söyüb təhqir etmişdir. Müşfiq üzür istəsəydi, Müşfiqi bağışlayacaqdır. Müşfiqə hansı səbəbdən üç dəfə atəş açmasını bilməmişdir. Əvvəllər həmin silahdan atəş açmamışdır. Hadisə zamanı hirsli olmuşdur. Hadisə zamanı Fəridlə heç bir danışığı olmamışdır. Hadisə vaxtı spirtli içki təsiri altında olmuş, ancaq heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Toyda spirtli içki içib evə gəlmişdir. Dəqiq yadında deyil Müşfiqə arda-arda atəş açmışdır, ya yox. Atəş açılan vaxt qışqırıq səsi eşitməmiş, kiminsə gəldiyini görməmişdir. Fərid hadisə yerinə gələndə silahı görməmiş, həmin vaxtı silah üstündə olmuşdur. Müşfiq yanına gələndə oğlu Fərid yanında deyildir. Müşfiqi vurmağını Fərid görməmiş, Fərid gələndən sonra Müşfiqə və havaya atəş açmamışdır. Polis Şöbəsində təslim olan vaxt silaha baxmışlar, həmin vaxtı darağda güllə olmamışdır. Hadisə yerindən gedəndən sonra heç yerə atəş açmamışdır. Fərid onu yumruqla vurmuş, həmin vaxt Müşfiqin ölüb-ölmədiyini bilməmiş, üzü Müşfiqə tərəf olmamışdır. Fəridi itələyəndən sonra Müşfiqin zaborun dibində oturduğunu görmüşdür. Fərid yol tərəfdən, yəni xəstəxana tərəfdən ona tərəf gəlmişdir. Müşfiq avtomobildən düşəndə Fəridlə görüşməmişdir. Fəridin söydüyü söyüşləri eşitməmişdir. 3-cü dəfə atəş açanda və hadisə yerindən gedəndə Müşfiq ölməmişdir. Müşfiqə 3-cü dəfə atəş açılanda Fərid onu görməmişdir. Fərid onunla ara yolda rastlaşmış, həmin vaxtı artıq hadisə yerindən aralanmışdır. Hadisə yerindən gedən zaman Şahid2 görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyini, məhkəmədən ona həmin maddələrin sanksiyalarında nəzərədə tutulmuş hədlərdə cəza təyin olunmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, ailəlidir, bir qızı və bir oğlu vardır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrəni təxminən 10 ildir ki, istifadə edir. Həmin nömrə öz adına rəsmiləşdirilmişdir, ondan başqa istifadə edən olmamışdır. X4 uzun müddətdir ki, Kürdəmir rayonu Sor-sor kənd sakini kimi tanımışdır. Onunla münasibətləri çox yaxşı olmuşdur. 09 iyun 2023-cü il tarixdə axşam saatlarında Müşfiq ona zəng etmişdir. Telefonda söhbət əsnasında Müşfiqin sərxoş olduğunu hiss etmişdir. Müşfiq telefonda onunla səbəbsiz yerə söyüşlə zarafat etməyə başlamışdır. Müşfiqdən bunun səbəbini soruşduqda Müşfiq yenidən söyməyə başlamışdır. Müşfiqin söyüş söyməsi ona pis təsir etdiyindən, onu söhbət etməyə çağıraraq «bu sözləri üzümə qarşı deyə bilərsənmi?» demişdir. Müşfiq də telefonda ona 10 iyun 2023-cü il tarixdə Kürdəmirə gələcəyini, həmin vaxt söhbət etməyə gələcəyini demişdir. 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Müşfiq ona yenidən zəng edərək Kürdəmir şəhərində olduğunu deyib hara gəlməsini soruşmuşdur. Müşfiqə «Kürdəmir Rayon Mərkəzi Xəstəxanası» tərəfə gəlməsini demişdir. Həyətində saxladığı «Makarov» markalı tapançanı götürüb şalvarının belinə keçirmiş, Müşfiqlə görüşməyə getmişdir. Müşfiq oraya oğlu Fərid ilə gəlmişdir. Yaşadığı evin küçəsinin başında görüşərək Müşfiqlə birlikdə söhbət edə-edə evi tərəfə gəlməyə başlamışlar. Müşfiqdən onu hansı səbəbə söyməsini soruşduqda Müşfiq dünən sərxoş olduğunu, birinci onun söyüş söydüyünü, bu səbəbdən də qarşılıq verdiyini demişdir. Bundan sonra Müşfiqdən ondan üzr istəməsini istəmiş, lakin Müşfiq bunun əvəzinə yenidən ona qarşı nalayiq ifadələr işlədərək onu söymüş, onu şillə və yumruqla vurmuşdur. Müşfiqi itələyib üzərində olan tapançanı çıxarmış Müşfiqə bir neçə dəfə atəş açmışdır. Tapançanın içərisində olan 5 güllədən 3-nü Müşfiqin üzərinə, qalan 2-ni isə havaya atəş açmışdır. Müşfiqi güllələdikdən sonra Müşfiqin oğlu Fərid səsi eşidib hadisə yerinə gəlmiş və ona bir yumruq vurmuşdur. Bundan sonra hadisə yerindən uzaqlaşıb getmişdir. Hadisədən 1-2 saat sonra könüllü Kürdəmir RPŞ-yə gedib təslim olmuş və cinayətin aləti olmuş silahı təhvil vermişdir. Hadisəni törətdiyi silah «Makarov» markalı tapançanı təxminən 3 il bundan qabaq Kürdəmir şəhəri «dörd yol» adlanan ərazidə zibillikdən tapmışdır. Həmin silahın onun adına qeydiyyatı yoxdur. Silahın nə vaxtsa lazım olduğunu fikirləşdiyi üçün həmin silahı yaşadığı evin həyətində saxlamışdır. «Makarov» markalı tapançanı hər ehtimala qarşı götürmüşdür ki, söhbət zamanı lazım olar. Müşfiqin ona qarşı nalayiq ifadələr işlətməsi, onu söyməsi səbəbindən onunla görüşüb söhbət edərkən Müşfiq onu yenidən söydüyü üçün onu qorxutmaq məqsədilə üzərində olan Makarov markalı tapança ilə 3 dəfə Müşfiqə atəş açmışdır. Müşfiqi öldürmək niyyəti olmamışdır. Silahla Müşfiqin bədəninin aşağı nahiyələrindən-yəni ayağına atəş açmaq istəmiş, lakin açılan atəş Müşfiqin qoluna və qarın nahiyəsinə də dəymişdir. Müşfiqə atəş açarkən yanlarında və ətrafda heç kim olmamışdır. Hadisənin şahidi olan olmamışdır. Fərid atəş səsindən sonra hadisə yerinə gəlmişdir. Oraya kənar şəxslərin toplaşmasını görməmişdir. Müşfiqə atəşi 1-2 metr məsafədən açmışdır. Müşfiqlə söhbəti təxminən 5 dəqiqə çəkmişdir. Müşfiqə sadəcə olaraq tapançadan atəş açmış, ona qarşı fiziki zor tətbiq etməmişdir. Müşfiqlə münasibəti yaxşı olmuşdur. Onunla arasında əvvəllər hər hansı ədavət, düşmənçilik və mübahisə olmamışdır. Hadisə vaxtı əynində qara rəngli gödəkçə, qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar olmuş, Müşfiqin əynində hansı paltarlar olduğunu xatırlamamışdır. 10 iyun 2023-cü il tarixdə saat 18 radələrindən saat 20 radələrinədək Kürdəmir rayonu ərazisində «Nicat Plaza» restoranında toyda olmuşdur. Həmin vaxt spirtli içki olan araq içmişdir. Narkotik vasitə isə ümumiyyətlə istifadə etməmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yekun ifadə verərkən ona Cinayət Məcəlləsinin 120.2.2-ci, 120.2.4-cü, 29,120.2.2-ci, 29,120.2.4-cü, 29,120.2.10-cu, 228.1-ci və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 09 iyun 2023-cü il tarixdə axşam saatlarında Müşfiq ona zəng etmiş, onunla telefonda söhbət əsnasında Müşfiqin sərxoş olduğunu bilmişdir. Müşfiq yeyib-içdiyini, hazırda da dostları ilə kafedə pivə içdiyini bildirərək telefonda onunla səbəbsiz yerə söyüşlə zarafat etməyə başlamış, ondan bunun səbəbini soruşduqda Müşfiq ona nalayiq küçə sözləri deyərək söyüb onu təhqir etmişdir. Müşfiqin söyüş söyməsi ona pis təsir etdiyindən, Müşfiqi söhbət etməyə çağıraraq «bu sözləri üzümə qarşı deyə bilərsənmi?» deyərək «ya sən gəl, ya da taksi pulumu ver mən gəlim yanıva» sözlərini demişdir. Müşfiq taksiyə verməyə pulunun olmadığını deyib «mən sabah gəlib yaxşı oğlanların yanında səni başa salacam» sözlərini demiş, o da «gələrsən danışarıq» demişdir. 10 iyun 2023-cü il tarixdə Müşfiqlə razılaşaraq yaşadığı küçənin girişində görüşmüş, söhbət edə-edə yaşadığı evin qarşısından keçib bir qədər irəliləmişlər. Söhbət zamanı Müşfiqdən dünənki tarixdə söydüyü söyüşlərə görə ondan üzr istəməsini tələb etsə də, Müşfiq üzr istəmək əvəzinə telefonda dediyi söyüşləri yenidən deyərək nalayiq formada onu təhqir etmişdir. Buna görə aralarında mübahisə başlamışdır. Mübahisə gedişində Müşfiq onu şillə və yumruqla vurmuşdur. Bundan sonra yerdən xırda daşlar götürərək onun üstünə atmağa başlamışdır. Edilən təhqirlərə dözməyib Müşfiqi itələyib üzərində olan tapançanı çıxarıb ona bir neçə dəfə atəş açmışdır. Tapançanın içərisində olan 5 güllədən 3-nü Müşfiqin təxminən beldən aşağı nahiyələrinə nişan alaraq atmışdır. Müşfiqi güllələdikdən sonra uzaqdan bir nəfər söyüş söyə-söyə oraya gəlib ona bir yumruq vuraraq silahını əlindən almaq istəmiş, həmin şəxsi itələyib yerə yıxmış və hadisə yerindən uzaqlaşmışdır. Hadisədən 1-2 saat sonra könüllü olaraq Kürdəmir RPŞ-yə gedib təslim olmuş və cinayətin aləti olmuş silahı təhvil vermişdir. Müşfiqlə 10 iyun 2023-cü il tarixdə görüşməyə gəlməzdən əvvəl üzərində gəzdirdiyi «Makarov» markalı tapançanın darağında 5 ədəd patron olmuş, həmin patronlardan 3-nü Müşfiqə doğru atəş açmış, digər 2-ni haraya atmasını dəqiq xatırlamasa da havaya atdığını düşünmüşdür. Üzərində əlavə patron olmamışdır. Müşfiqin onunla görüşməyə gələndə yanında kiminsə olduğunu görməmişdir. Müşfiqə atəş açdıqdan sonra uzaqdan bir nəfər qaçaraq yanına gəlib ona yumruq zərbəsi vurmuş, lakin həmin vaxt onun kim olduğunu bilməmişdir. Həmin şəxsin Müşfiqin oğlu Fərid olmasını yalnız bir neçə gün sonra bilmişdir. Fəridi öldürməyə cəhd etməmişdir. Fərid hadisənin təsirindən şər böhtan dolu ifadə verərək onun daha ağır cəza almasını istəmişdir. İfadələri elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində tapançanın içərisində olan 5 güllədən 2-ni havaya atəş açmasını bildirməsini təsdiq etməmişdir. İfadəsində 5 dəfə atəş açdığını deməmiş, silahda 5 güllə ola biləcəyini demişdir. Silaha 8 güllə yerləşmişdir. Silahı tapmış, patronlar silahın üstündə olmuşdur. Hadisə zamanı silahdan 3 güllə atmış, 3 güllə atandan sonra çaxmağı yoxlamamışdır. Müşfiqlə söhbətə gələndə silaha baxmamış, silahda neçə güllə olmasını bilməmişdir. Silahı Müşfiqi qorxutmaq üçün götürmüşdür. Silahı 4 il qabaq tapmış, 4 il ərzində silaha baxıb təmizləməmişdir. Fəridlə əlbəyaxa olmuşdur. Fərid onu vurmuş, Fəridi itələmiş, Fərid yıxılmış, o isə çıxıb getmişdir. Fəridlə ara yola girəcəkdə qabaqlaşmışdır. Müşfiqi vurduğu yerlə Fəridlə qabaqlaşdığı yerin məsafəsi 5-6 metr olmuşdur. Ara yola girəndə orada heç kimi görməmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, hadisədən 4-5-gün öncə Cümşüd zəng etmişdir, mərhum əri Müşfiq telefonu kənara qoyaraq açmamış, Müşfidən zəng edən şəxsin kim olduğunu, hansı səbəbdən telefon zənginə cavab vermədiyini soruşmuş, Müşfiq zəng edən şəxsin Cümşüd olduğunu, ondan pul istəyəcəyini, bu səbəbdən də telefona cavab vermədiyini bildirmişdir. Bir dəfə Müşfiq Mingəçevir şəhərinə gedəcəkdi, dostları ilə məktəbin qabağında dostunun avtomobilində gözləyərkən Cümşüd ordan keçmiş, Müşfiq avtomobilin arxasında oturmuşdur. Həmin vaxt Müşfiq ona zəng edərək demişdir ki, avtomobilin içində oturmuş, Cümşüd avtomobilin arxasından keçmiş, yaxşı ki, Cümşüd onu görməmişdir. Müşfiq Cümşüddən qaçmış, Müşfiq bilmişdir ki, Cümşüd ondan pul istəyəcəkdir. Müşfiq sonra rayona gedib, orada 3 gün qalıb evə qayıtmışdır. 2023-cü ilin iyun ayının 9-u günü otağında olmuş, Müşfiqin telefonda kiminləsə danışdığını eşitmiş, Müşfiq telefonda Cümşüdlə uca səslə danışmış və mübahisə etmişdir. Müşfiqin yanına gedərək nə məsələ olduğunu, Cümşüd kimdir ki, onunla dalaşırsan demişdir. Yaşadıqları kənddə hamı Cümşüdün necə bir adam olduğunu bilmiş və tanımışdır. Müşfiq Cümşüdün ona 3-4 dəfə zəng vurduğunu, lakin telefonu açmadığını demişdir. Həmin vaxt oğlu Fəridin əsgərlik məsələsi olmuş, qərarsız qalmışlar, bilməmişlər ki, Fərid magistratura oxusun, yoxsa əsgərliyə getsin, buna görə Müşfiqin başı çox qarışıq olmuşdur. Cümşüd telefon danışığı zamanı Müşfiqə «unudarsanda sən böyümüsən adam saymırsan, bizi saymırsan, bizim yaşayışı bəyənmirsən» demişdir. Cümşüd yaşayış deyəndə oğru aləmini demişdir. Cümşüd rayonda oğlu yaşında uşaqları hədələyib onlardan pul almışdır. Cümşüd həmçinin Müşfiqə bildirmişdir ki, «kim olmusan da, sən biznesmen kommersant olmusan, bizim yaşayışı bəyənmirsən, pul sənin gözlərini kor edib, ayağının altını görmürsən», sonra isə «sən yaşayışını bəyənmədiyin oğlanlara cavab verə bilərsən?» demişdir. Müşfiqə boş verməyini, Cümşüdün rədd olub getməsini bildirmişdir. Sonra isə Cümşüd Müşfiqə «minib taksi ilə gəlirəm Bakıya, taksi pulumuda verəcəksən, gəlib orada səni belə-belə edəcəm, gəlib səni orda başa salaram» demişdir. 2023-cü ilin iyun ayının 11-i günü oğlunun imtahanı olmuş, iyun ayının 10-da Kürdəmir rayonuna, axşam saat 21 radələrində isə anasıgilə getmişlər, orada bir az çörək yeyib çıxmışlar. Müşfiqin anasıgilin evinə getmişlər, onların evinin arasındakı məsafə azdır. Kəndin ortasına çatmışlar, Cümşüd zəng edib Müşfiqə hardasan deyə soruşmuş, həmin vaxt Müşfiq rahat danışmış, şirin-şirin danışmış, Müşfiq «hə rayondayam bəs demədim Fəridin imtahanıdır sabah, uşaqlar maşındadır» demişdir. Cümşüd Müşfiqə demişdir ki, gələ bilərsən, Müşfiq də gələ bildiyini, uşaqları evə düşürüb gəldiyini demişdir. Əvvəl elə bilmişdir ki, Müşfiq rayonda olan dostu ilə danışır. Müşfiq telefonu söndürəndə nömrənin axırını görmüş, Müşfiqə Cümşüd ilə görüşəcəksən demişdir. Müşfiq də ay qız Cümşüdlə nə işim var, oldu keçdi getdi, arxayın ol demişdir, bu sözlərdən sonra onda heç bir şübhə yaranmamış, əks halda Müşfiqin Cümşüdlə görüşməsi barədə kiməsə xəbər verərdi. Müşfiq onu qaynanasıgilə düşürtmüş, sonra gedəcəyini bildirmiş, Müfiqə tez gəlməyini, səhər tezdən yol çıxmalı olduqlarını, uşağın imtahanı olduğunu demişdir. Müşfiq narahat olmamağını tez gələcəyini bildirmişdir. Hadisə barədə Fəriddən eşitmişdir. Fərid atanı qutara bilmədiyini, iki silah eşitdiyini, söyə-söyə getdiyini, çatandan sonra Cümşüdün onu yaxına buraxmadığını, Cümşüdə dil tökməyə başladığını demişdir. Cümşüdə nə edirsən deyərək, yaxınlaşan vaxt 3-cü gülləni Fəridin gözü qabağında Müşfiqə vurmuş, sonra Fəridə tərəf çönmüş, Fəridlə süpürrəşmişlər. Fərid Cümşüdün çox yekə olduğunu, iki əliylə yapışa bilmədiyini, qəflətən bir güllənin qulağının dibindən keçdiyini, bundan sonra əlinin boşaldığını, Cümşüdün ayağa qalxaraq silahı üstünə tuşladığını, çaxmağı çəkərək bir dəfə atdığını bildirmişdir. Fərid həmçinin bildirmişdir ki, həmin vaxt Müşfiq, «Cümşüd Fəridi yox» demişdir. Cümşüd Fəridə 2 dəfə atəş açmışdır. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədova bildirmişdir ki, əvvəllər Müşfiqin Cümşüdə pul verməyinin şahidi olmamış, amma Müşfiqin Cümşüdə pul verməsini eşitmişdir. Əvvəl kimsə Cümşüdü bıçaqlamışdır, Cümşüd xəstəxanada yatan vaxt Müşfiq xəstəxana pulun vermişdir. Müşfiq həmin pulu Cümşüdə köməklik niyyəti ilə vermiş, Cümşüd heç vaxt Müşfiqdən hədə qorxu ilə pul ala bilməzdi. Cümşüd Müşfiqdən pul istəyəcəkmiş, ona görə Müşfiqə zəng etmişdir. Qardaşıgil danışanda eşitmişdir ki, Müşfiq Cümşüdün xəstəxana pulunu ödəmişdir. Hansısa bir hadisənin baş verəcəyini hiss etsə idi, Müşfiqi buraxmazdı. Müşfiq Cümşüdə gedək bir tikə çörək yeyək demiş, Cümşüd Müşfiqlə razılaşmayıb evinin yanına çağırmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayının 10-u günü atası Müşfiq ona gedirik Cümşüd əmi ilə görüşək, çay içib daha sonra fermaya gedək demişdir. Atası ilə getmiş, heç bir ata mübahisyə gedən zaman oğlunu aparmazdı. Cümşüdlə görüşdüyü yeri atası tanımamışdır. Zəng edərək Cümşüd atasına yolu başa salmış, orada bir aptek olmuş, avtomobili aptekin yanında Cümşüdgilin məhləsindən əks istiqamətdə saxlamışdır. Avtomobili özü idarə etmiş, atası sərnişin tərəfdə oturmuş, sağ güzgüdən baxdıqda bir nəfərin gəldiyini görmüş, atasından Cümşüdün həmin şəxs olub-olmadığını soruşmuş, atası həmin şəxsin Cümşüd olduğunu demişdir. Atası sərnişin tərəfdən avtomobildən düşmüş, sonra özü də avtomobildən düşmüş, Cümşüd atasıyla öpüşüb-görüşmüş, onunla da əl verib görüşmüşdür. Cümşüd Fərid gözlə gəlirik demiş, o da avtomobili apteklə üz-üzə olan boş yerdə saxlamış, avtomobildən düşüb aptekin yanında dayanmışdır. Təxminən 5-6 dəqiqə keçmişdi ki, it səsləri eşitməyə başlamışdır. Sonra anası zəng edərək harada olduğunu soruşmuş, o da anasına atası ilə gəldiyini, atasının Cümşüd ilə söhbət etdiyini, sonra isə gedəcəklərini bildirmiş və telefonu söndürmüşdür. Həmin vaxt birinci atəş səsin eşitmiş və dərhal qaçmağa başlamışdır. Küçə bir az əyri küçədir, gəlib hadisəni görmək üçün əyrini qutarmaq lazımdır, əyrini qaçıb qutarandan sonra küçənin qabağına çatmış, söyüşlər söyməyə başlamışdır. Həmin söyüşləri kimə söysən çönüb baxar, necə ki, Cümşüd çönüb baxmışdır. O, çatan vaxt 2 dəfə atəş açılmışdır, dediyi sözlərdən sonra Cümşüd çönüb baxmış, yenə də 3-cü dəfə atəşi atasına açmışdır. Atası yıxılmış, Cümşüd silahı ona tərəf tuşlamışdır. Fikirləşmişdir ki, burda ata bala ikisini də öldürəcəkdir. «Cümü əmi nə edirsən sən» deyəndən sonra Cümşüd bir az durxusunmuş, həmin vaxt silaha sol əliylə bir zərbə endirmiş, sonra sağ əliylə necə lazımdı bir zərbə endirib Cümşüdün üstünə hücüm çəkmişdir. Silahı Cümşüdün əlindən almaq istəmiş, Cümşüdün arxa nahiəsinə keçmiş, sol əliylə Cümşüdün silah tutan əlini tutmuş, sağ əliyə Cümşüdün qarnından tutmuşdur. Badalax verərək Cümşüdü yerə yıxmış, özü baş verənlərə görə şokda olmuş, atası da yerə yıxılanda da sözü «Fərid elmə, Fərid bura gəl, Cümü eləmə» olmuşdur. Cümşüd isə əlinin altından silahı ona tuşlayıb bir dəfə atəş açmış, güllənin səsini eşitmiş, güllənin səsinə əli-qolu boşalmış, Cümşüd ayağının altından çıxmış, o isə yerdə qalmış, Cümşüd yerdə silahı üzünə tuşlamışdır. Əlini ayağını üzünə qaldırmışdır ki, eləmə-eləmə, atası da qışqırmışdır ki, «Fəridə dəymə», Cümşüd tətiyi çəkmiş, lakin silah açılmamışdır. Cümşüd 3 güllə atasına atmış, 4-cü gülləni yerdə qapışan vaxtı ona tərəf tuşlayıb atmış, lakin güllə ona dəyməmişdir. 4-cü gülləni atandan sonra Cümşüd ayağının altından çıxmış, o isə yerdə qalmış, Cümşüd ayağa durmuş, ayaq üstə ona silahı tuşlayaraq çaxmağı çəkmiş, lakin silah açılmamışdır. Cümşüd sonra məhəlləyə tərəf getmişdir. Cümşüdün atasına 2-ci atəşi açmasını görməmiş, lakin 3-cü atəşi açmağını görmüşdür. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, 1-ci dəfə atəş səsi gələndə avtomobildən aşağıda olmuşdur. 1-ci dəfə atəş səsini eşidib qaçmış, gəlib küçədən dönüb görmüşdür ki, Cümşüdün əlində silah, atası isə ayaq üstə ondan uzaqlaşmağa çalışır. Atası 3-cü atəşdən sonra yerə yıxılmışdır. Cümşüd 3-cü gülləni atasına atanda söyə-söyə gəlmiş, Cümşüd onu görmüş, atasına 3-cü gülləni onun gözləri qarşısında atmışdır. Cümşüdlə aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Cümşüd atasına 3-cü gülləni deyinə-deyinə, atasını təhqir edə-edə atmışdır. Cümşüdlə üzbə-üz qalmış, Cümşüdə yumruq vurmuş, Cümşüd həmin vaxtı yıxılmamışdır. Sonra Cümşüdün arxa nahiəsindən qucaqlamış, badalaq verərərk yerə yıxmışdır. Cümşüd ağzı və dizi üstə yıxılmış, əlləri yerdə, tapança isə sağ əlində olmuşdur. Cümşüd aşağıdan silahı fırladıb ona atmışdır. Güllə sağ tərəfindən keçmiş, güllə atdıqdan sonra Cümşüdə heç nə etməmiş, həmin vaxtı əli-ayağı boşalmışdır. Cümşüd bədəni ilə onu itələmiş, sonra isə Cümşüd ayağa qalxmış, özü isə yerdə kürəyi üstə uzanmış vəziyyətdə qalmışdır. Cümşüd silahın dəmiri ilə onu vurmamış, atəş açılmadıqdan sonra çıxıb getmişdir. Cümşüd silahla havaya atəş açmamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə təxminən saat 22 radələrində küçə ilə gələn zaman Cümşüd və Müşfiq (adlarını sonradan bilmişdir) qarşıda getmişlər, aralarında məsafə təxminən 2-3 metr olmuşdur. Telefonla oynayaoynaya getmiş, Cümşüd və Müşfiq isə bir-birləri ilə söhbət etmişlər. Ara yola çatana yaxın Cümşüd və Müşfiqi keçib ara yola getmiş, ara yola girəndən sonra səs-küy gəlmiş, lakin fikr verməmişdir. Qəflətən silah səsi gəlmiş, 2-ci dəfə silah səsi gələndə çönüb arxaya qayıtmış, baxanda görmüşdür ki, Cümşüd Müşfiqin üstünə silah tutmuşdur. Hadisənin olduğu yerə qaça-qaça gələn Fərid (sonradan adını bilmişdir) çatanda isə Cümşüd Müfiqə 3-cü dəfə atəş açmış, bundan sonra Cümşüd Fəridlə süpürüşmüşdür. Daha sonra 4-cü silah açılanda baxmış, sonra isə gizlənmış, Fərid Cümşüddən aralanmış, sonra isə Cümşüd çıxıb getmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Cümüşüdü və Müşfiqi tanımamışdır. Hadisə olan vaxtı maqazindən gəlmiş, Cümşüd və Müşfiq onun qarşısında getmişlər. Cümşüd və Müşfiqi görən vaxtdan hadisə olan yerə qədər təxminən 100 metr məsafə getmişlər. Cümşüd və Müşfiq ilə arasındakı məsafə 2-3 metr olmuşdur. Cümşüd və Müşfiq pul söhbəti etmişlər, hansısa möhkəm səslə «pul verdi» demiş, ancaq tam eşitməmişdir. Cümşüd və Müşfiqin nə pul söhbəti etdiklərini bilməmişdir. Ara yola çatan zaman Cümşüd və Müşfiqi keçmiş, Cümşüd və Müşfiq də ondan uzaqlaşmışlar. Cümşüd və Müşfiqi keçib ara yola dönmüşdür. Cümşüd və Müşfiq mübahisə etdiklərindən qorxmuş və bu səbəbdən yolunu dəyişmişdir. Cümşüd və Müşfiq yəqin onun gəlməyini hiss edərdilər, onu görərdilər, ancaq Cümşüd və Müşfiqin çönüb dala baxıb-baxmamalarına fikir verməmişdir. Ara yola dönüb uzaqlaşmış, həmin vaxtı səs-küy gəlmiş, fikirləşmişdir ki, nəyinə lazımdı, çıxıb getmiş, sonra isə silah səsi gəlmişdir. İlk əvvəl fikiləşmişdir ki, bəlkədə «partladan» səsi olar, ancaq bayram olmadığından «partladan»dan kim ata bilər öz-özünə demişdir. 2-ci dəfə silah səsi gələndə yaxınlaşıb baxanda Cümşüd Müşfiqin üstünə silah tutmuşdur. Müşfiq uzanmış vəziyyətdə idi, Cümşüd isə ayaq üstdə olmuşdur. Baxdığı yerlə Cümşüd və Müşfiqin olduğu yerin arasında kol olmuş, koldan boylanıb baxmış və həmin vaxtı Cümşüd və Müşfiqin olduğu, yəni hadisənin baş verdiyi küçə işıqlı olmuşdur. 2-ci dəfə silah səsi gələndə baxmış, silah səsləri dalbadal olmuş, silah səsləri arasında saniyyə qədər müəddət olmuşdur. 2-ci dəfə silah səsi gələndə boylanıb baxanda gəldikləri istiqamətdən Fəridin qışqıra-qışqıra gəldiyini görmüşdür. Gəldikləri istiqamətdə əlavə adam və ya avtomobilin gəldiyini görməmişdir. Durduğu yerdən sağ tərəfdən Fərid gəlmiş, Cümşüd və Müşfiq isə ondan sol tərəfdə olmuşlar. Fəridin qışqıraraq gəldiyini görmüş, Fəridin qışqırığını eşitmişdir. Fəridi ara yola çatana yaxın görmüş, Fərid gələndə 3-cü dəfə silahdan atəş açılmışdır. Fərid çatmamış 3-cü dəfə silah açılmış, 3-cü dəfə silahın səsi gələndə güllənin kimə vurulduğunu görməmişdir. Fərdi ora çataçatda 3-cü dəfə silahdan atəş açılmış, 3-cü dəfə silahdan atəş açılanda Fərid çatırdı. 3-cü dəfə açılan atəşin hara və kimə atıldığını görməmişdir. 1-ci və 2-ci dəfə də atılan atəşin kimə vurulduğunu görməmişdir. Fərid gələn kimi səs-küy başlamış, 4-cü dəfə silahdan atəş atılmış, sonra Fərid Cümşüddən aralaşmışdır. 3-cü dəfə silahdan atəş açılandan sonra Fərdilə Cümşüdün dalaşmağını görməmişdir. 4-cü dəfə atəş səsin eşitmiş, baxıb görmüşdür ki, Fərid ayrılmış, bundan çəklib gizlənmış, Cümşüd isə həmin vaxtı çıxıb getmişdir. Fəridin Cümşüdə yapışmağını və Cümşüdlə dalaşmağını görməmişdir. 4-cü dəfə də atəşin açılmağını görməmiş, ancaq Fəridin aralaşmağını görmüşdür. Həmin vaxtı Fərid və Cümşüdü görəndə hər ikisi ayaq üstdə olmuşlar. Fərid aralanıb kənara çəkilmiş, sonra Cümşüd qaçıb gəldiyi istiqamətə getmişdir. Hadisə yerənə adamlar gələndən sonra ortaya çıxmışdır. Hadisə qutarandan sonra camaat hadisə yerinə yığışmışdır. Cümşüd oranı tərk edənə qədər heç kim hadisə yerində olmamışdır. İstintaq zamanı da məhkəmədə dediklərini demiş, lakin müstəntiq tərəfindən yazılmış ifadəsini oxumadan imza etmişdir. 4 dəfə atəş səsini eşitmiş, lakin atəşin hara, necə və kimə açılmasını görməmişdir. Fəridin Cümşüdə yumruq, təpik və ya sillə vurmağını görməmişdir. Cümşüdün əlində silahı görmüşdür. Cümşüd tərəfindən 2-ci dəfə atəş o baxana qədər açılmış, baxandan sonra Fəridin qaçaraq gəldiyini görmüş, sonra isə silahdan 3-cü dəfə atəş açılmışdır. Cümüşdün havaya atəş açmağını görməmişdir. Baxanda Cümşüdün silahı yuxarı idi, daha bilməmişdir ki, Cümşüd havaya və ya başqa yerə atəş açmışdır. 1-ci atəş ilə 2-ci atəş arasında vaxtı dəqiq bilməmiş və dəqiq deyə bilməmişdir. 2-ci dəfə atəş açılanda baxmış, Müşfiqin yerdə uzandığını görmüşdür. 2-ci dəfə atəş açılandan sonra Fərid qışqıra-qışqıra gəlmiş, Fərid gələnə qədər 3-cü atəş arasında təxminən 5-6 saniyə fərq olmuşdur. Fərid həmin vaxtı söymüş, «atamı niyə vurdun ay şərəfsiz» demişdir. Fərid qışqıra-qışqıra gələndə Cümşüd oradan qaçmağa cəhd etməmiş, yerində dayanmış, həmin vaxt 3-cü dəfə atəş açmış, ancaq kimə atəş atıldığını görməmişdir. Səsdən təxmin etmişdir ki, Fəridlə Cümşüd süpürüşürlər, sonra 4-cü dəfə atəş açılmış, baxanda silahı Cümşüdün əlində olmuşdur. Cümşüd yanından keçəndə silah əlində olmuşdur. Cümşüdü görəndə qaçıb gizlənmiş, hesab etmişdir ki, Cümşüd onu da vura bilər. Cümşüdün Fəridə silah tuşlamağın görməmişdir. Müşfiqin Cümşüdə «Fəridlə işin yoxdur, oğlumla işin yoxdu oğlumu vurma deməsini» eşitməmişdir. Həmin vaxt maqazindən siqaret alıb evə gedirmiş. Müşfiqin Cümşüdlə əlbəyaxa olmasını görməmişdir. İstintaq zamanı Fəridlə üzləşmişdir. 1-ci dəfə atəş açılanda baxmamış, 2-ci dəfə atəş açılanda kolun böyründən baxanda Müşfiqin yerdə, Cümşüdün isə ayaq üstə olduğunu görmüş, qorxub çəkilmiş, həmin vaxt Cümşüd və Müşfiq bir-birlərinə nəsə deməmişlər. Cümşüdün söyüş söydüyünü eşitməmişdir. Cümşüdlə Müşfiq arasında bir dialoq olsa idi eşidərdi, söyüş söyülsə idi eşidərdi. Hadisə vaxtı ətrafda kimsəni görməmişdir. Müşfiqlə Cümşüdün arxasıyca gələn vaxt əvvəlcədən Fəridi orada görməmiş, o cümlədən avtomobili də görməmişdir. Müşfiqlə Cümşüd hadisə olan yol ilə gedəndə qıraqla gəlmiş, həmin küçəyə çıxmış, həmin vaxtı Cümşüd və Müşfiq onun qabağında getmişlər. Fərid Cümşüddən ayrıldıqdan sonra Cümşüd qaçıb getmiş, Müşfiq həmin vaxt yerdə uzanmış, Müşfiq həmin vaxt «ay Allah ölürəm mənə kömək edin» demişdir. Müşfiq Cümşüdə və Fəridə nəsə deməmişdir. Cümşüd onun yanından gəlib keçən vaxt onu görüb-görməməyini bilməmiş, bəlkədə Cümşüd onu görməmişdir. 4-cü dəfə atəş açılanda səsin eşitmiş, elə bilmişdi ki, Çümşüd Fəridi vurmuş, çönüb görmüşdür ki, Cümşüdün əlində silah var, ancaq Fərid Cümşüddən ayrılmışdır. 4-cü dəfə atəş açılanda silah Cümşüdün sağ əlində və lüləsi yuxarı vəziyyətdə olmuşdur. Hadisə zamanı Cümşüd 5-ci dəfə silahdan atəş açmamışdır. 3-cü atəş açılanda Cümşüd Fəridin səsini eşidərdi, çünki Fəridin səsi möhkəm gəlmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Mayıl Süleymanov ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir şəhərində yerləşən «Emil» marketdən siqaret alaraq yaşadığı evə doğru piyada gəlmişdir. Kürdəmir RMX-nın qarşısından keçərək yaşadığı 69cu məhəlləyə tərəf dönmüşdür. Həmin vaxt qarşısında tanımadığı 2 nəfər kişi cinsli şəxs söhbət edə-edə getmişlər. O da həmin şəxslərdən təxminən 2-3 metr arxada gəlmişdir. Həmin şəxslərin söhbəti mübahisəyə çevrilmiş, bir-birlərinə qarşı söyüşlər söyməyə başlamışlar. Küçənin sağ tərəfində olan zibillərin atıldığı yerin yanına çatanda həmin şəxslər bir-birləriylə qapışaraq dalaşmağa başlamışlar. Həmin vaxtı qorxaraq zibillik ərazi ilə üzbəüz qaranlıq aralıq küçəyə girərək orada olan-bitənləri izləməyə başlamışdır. Tez-tez kolların arasından boylanaraq mübahisənin gedişinə baxıb yenidən əyilmişdir. Həmin vaxt çox stress və qorxu keçirdiyindən Cümşüdlə Müşfiq arasında mübahisəyə tam şəkildə baxa bilməmişdir. Həmin vaxt həmin şəxslərdən biri, yəni sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs o birini yəni sonradan Müşfiq Məmmədov olduğunu bildiyi şəxsi yerə yıxaraq onun üzərinə çıxmış və bir birləri ilə savaşmağa davam etmişlər. Cümşüd ayağa durmuş, həmin vaxt silahın «zarajat edilmə» (atış vəziyyətinə gətirmə) səsini eşitmişdir. Ardınca Cümşüd yerdə uzanmış Müşfiqin yanında dayanaraq ona 3 dəfə silahdan atəş açmışdır. Üçüncü atəşin açılmasından bir neçə saniyə sonra Cümşüdün yanına küçənin başından bir nəfər şəxs qışqıraraq söyüş söyə-söyə gəlib çatmış və atəş açan şəxsdən yapışaraq onu yumruqla vurmaq istəmişdir. Bu vaxt Cümşüd silahdan havaya bir dəfə atəş açmışdır. Bundan sonra həmin oğlan kənara çəkilərək yerdə uzanmış şəxsin yanına gəlmiş və qışqıraraq kömək istəmişdir. Cümşüd isə dayandığı qaranlıq küçəyə girərək onun qabağından keçib sürətlə oradan uzaqlaşmışdır. Həmin vaxt olduğu küçədə yaşayan əvvəldən tanıdığı Mahir adlı taksi sürücüsü yaşadıqları evdən onun olduğu qaranlıq küçəyə çıxaraq hadisənin baş verdiyi yerə doğru getməyə başlamışdır. Yanından keçəndə Mahir onu görüb nə olduğunu soruşanda ona «bilmirəm» deyə cavab vermişdir. Daha sonra hadisənin baş verdiyi yerə getmişdir. Bundan sonra hadisənin baş verdiyi yerə qonşular və digər şəxslər toplaşmışdır. Həmin vaxt ölən şəxsin yanında olan və sonradan onun oğlu olduğunu öyrəndiyi şəxs mobil telefonla təcili tibbi yardıma zəng edib ünvanı izah edə bilmədiyindən Mahir telefonu götürüb ünvanı izah etmişdir. Bir müddət sonra təcili tibbi yardım gələrək ölən şəxsi xəstəxanaya aparmışdır. Bundan sonra evinə getmişdir. Sonradan hadisəni törədən şəxs Təqsirləndirilən şəxs olduğunu, ölən şəxsin isə X10 olduğunu öyrənmişdir. Hadisə vaxtı oraya gəlmiş şəxs isə X7 Məmmədov olmuşdur. Hadisənin baş vermə səbəbini biliməsə də, hadisədən əvvəl Cümşüdlə Müşfiq bilmədiyi bir mövzuda mübahisə etmiş, həmin mübahisə söyüşlərlə, daha sonra isə dava-dalaşa çevrilmişdir. Həmin şəxlər sözlü mübahisədən sonra bir-birlərini itələməyə başlamışlar, daha sonra əl-qol ataraq süpürüşmüşlər. Həmçinin bir-birlərinə yumruq ataraq dalaşmışlar. Daha sonra Cümşüd Müşfiqi yerə yıxaraq ona bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Lakin onun hansı nahiyəsindən vurduğunu görməmişdir. Ardınca da silahını çıxararaq Müşfiqə atəş açmışdır. Həmin vaxt ətrafda hər hansı kənar şəxs görməmişdir. Hadisə yerinə ilk gələn şəxs Müşfiqin oğlu Fərid olmuşdur. Hadisə vaxtı uzaqdan baxdığından Cümşüdün əlində tünd rəngli tapança olduğunu görmüş, lakin silahın əlamətləri, modeli, markası barədə məlumatı olmamışdır. Cümşüd Müşfiqə 3 dəfə atəş açmış, daha sonra Müşfiqin oğlu gəlib Cümşüdü tutanda 1 dəfə də havaya atəş açmışdır. Ümumilikdə 4 dəfə silah səsi eşitmişdir. Birinci atəşlə ikinci atəş arasında çox fasilə olmamış, birinci atəşlə ikinci atəş arasında olan vaxtı tam dəqiqliklə deyə bilməsə də həmin atəşlər ardıcıl atılmış, bundan bir neçə saniyə sonra üçüncü atəş açılmışdır. Həmin atəşin açılması ilə demək olar ki, eyni vaxtda Müşfiqin oğlu Fərid gəlib Cümşüdü qucaqlamış və onlar dartışmağa başlamışlar. Cümşüdün Müşfiqə 3-cü atəşi açması ilə Fəridin oraya çataraq Cümşüdü qucaqlaması bir olmuşdur. Yəqin ki, Fərid Cümşüdün əlindən silahı almaq istəmişdir. Həmin vaxt onlar ayaq üstə olmuş, Cümşüd silah olan əlini yuxarı qaldırıb bir dəfə atəş açmış, bundan sonra Fərid ondan aralanıb atasının yanına getmişdir. Cümşüdün Fəridə silah doğrultmasını, ona atəş açmasını və Fəridi öldürməyə cəhd etməsini göstərən hərəkətlər etməsini görməmişdir. Cümşüd Müşfiqə 2-ci dəfə atəş açmasından sonra küçənin başından bir nəfər şəxsin söyüş söyə söyə oraya gəldiyini eşitmişdir. Lakin Cümşüdün həmin vaxt Fəridin oraya gəldiyini görməsini bilməmişdir. Həmin vaxt çox qorxduğundan hadisənin detallarına fikir verməmişdir. İfadəsi elan olunduqdan sonra şahid Mayıl Süleymanov verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində olan xətt və imza özünə məxsusdur. Fərid hadisə yerinə çatan vaxt 3-cü silah açılmışdır. Fəridlə Cümşüd mübahisə edən vaxt baxıb görəndə Cümşüdün əlində olan silahın lülə hissəsi havaya doğru tutulmuşdur. Cümşüdlə Müşfiq arasında pul söhbəti olmuş, həmin vaxtı kimin Cümşüd kimin Müşfiq olmasını bilmədiyindən, kimin kimə pul ver deməsini bilməmiş, ancaq pul söhbətini eşitmişdir. Fərid asfaltla gələndə Cümşüd ara yola girmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisədən on gün qabağ şəhərdə olmuş, Müşfiqlə restorana çörək yeməyə getmişlər. Bir az yol getdikdən sonra Müşfiq telefonunu götürüb bu da bezdirib demişdir. Müşfiqdən kimin onu bezdirdiyini soruşduqda Müşfiq bezdirən şəxsin Cümü kimi tanıdıqları Cümşüd olduğunu demişdir. Müşfiqdən niyə nə olub deyə soruşduqda, Müşfiq heç nə Cümüşüd dəqiqə başı yığır, işinin də başından aşan vaxtı yığır demişdir. Müşfiqə zəng edir etsində açmırsansa at bloka Cümşüdün nömrəsini, Müşfiq nömrəni boloka atmağa utandığını demişdir. Müşfiq Cümşüdün o gün də sərxoş vəziyyətdə Bakı şəhərinə gəldiyini demişdir. Xaçmaza getdiyini, yaxşı ki Cümşüdün görmədiyini, avtomobilin arxasında oturduğunu, Cümşüdün onu görmədiyini bildirmişdir. Müşfiq iyun ayının 9-u günü ona zəng vurmuş, hardasan demiş, rayonda olduğunu dedikdə, Cümşüdün «4 yolda» olduğunu görüb-görmədiyini soruşmuşdur. Müşfiqə nə olub Cümşüdü soruşursan, Müşfiq get deyərəm nə olub, o Müşfiqə deməsə getməyəcəyini bildirmiş, bir az hirslənmiş, Müşfiq ona söz deyəndə eşit demişdir. Müşfiq sonra demişdir ki, Cümşüdün telefonun açmırdı, sonra Cümşüdə zəng vurub demişdir ki, zəng vurmusan, Cümşüd Müşfiqə «sən qudurmusan, pul gözünü örtüb, sən kimsən ki, kommersantsanda sən» belə-belə sözlər deyib telefonda atışmışlar. Müşfiq ilə danışa-danışa durub rayonda «Saliton» mağazasının yanına getmiş, Cümşüdün yolu keçdiyini, telefonda Müşfiqə Cümşüd «4 yolda» deyil demişdir. Cümşüd Müşfiqə demişdir ki, «Bakıya gəlirəm söhbətə, 40 manat mənə yol pulu at». Telefonda Müşfiqə demişdir Cümşüd sərxoş vəziyyətdə olmağa oxşayır, yellənə-yellənə gedir, at Cümşüdü bloka, Cümşüddən heç kimə xeyir gəlməmişdir. Bir-iki saat keçəndən sonra Müşfiqə zəng edərək nə olduğunu soruşmuş, Müşfiq heç nə olmadığını, yoluna qoyduğunu demişdir. Səhəri günü evində yemək yeyərkən Müşfiq ona zəng vurmuş, avtomobil alacaqdın, nə oldu soruşmuşdur. Müşfiqə pulunun biraz düzəlmədiyini demiş, Müşfiqlə dərdləşmişlər, daha sonra üstü örtülü axşamkı söhbət nə oldu deyə soruşmuş, Müşfiq heç nə, narahat olma yoluna qoyduq demişdir. Müşfiq elə bilmişdir ki, hər şey yoluna qoyulmuş, problem yoxdu, dost kimi gedib Cümşüdlə görüşəcək. Hadisə günü bacısı zəng edib Cümşüdün Müşfiqi vurduğunu demişdir. Elə bilmişdir ki, Cümşüd Müşfiqi yumruqla vurub, lakin bacısı Cümşüdün Müşfiqi «makarla» vurduğunu demişdir. Xəstəxanaya getmiş, xəstəxanada Müşfiqi xərəkdə görmüş, Müşfiq ona Fəridin yanında ol, Fəriddən muğayat ol demişdir. Cümşüd Fəridə də atəş açmışdır. Həmin hadisə günü müstəntiq, təhqiqatçı xəstəxanada Fəriddən izahat almışlar. Fərid həmin gün nə ifadə veribsə bu gün də o ifadəni vermişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Müşfiqlə iyun ayının 9-u günü danışmış, hadisə isə iyun ayının 10-da baş vermişdir. İyun ayının 9-da Müşfiqlə telefonda danışanda Müşfiq Cümşüdlə həll etdiklərini, problem olmadığını demişdir. Həmin gün Müşfiq ona maşın almağına görə zəng etmişdir. Ondan sonra Müşfiq onunla danışmamışdır. Hadisə barədə bacısı ona zəng edib məlumat vermişdir. Müşfiqgilin hadisə günü Kürdəmir rayonuna gəlməklərin bilməmiş, ancaq iyun ayının 10-da Fəridin imtahan verəcəyini bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Ailəsi əri Cümşüd, 2006-cı il təvəllüdlü qızı Leyla və 2008-ci il təvəllüdlü oğlu Kənandan ibarətdir. Övladları Kürdəmir şəhər 1 saylı orta məktəbdə təhsil alırlar. Əri Cümşüd «Covid-19» pandemiyası başlayanadək Rusiya Federasiyasında yaşayan qardaşı Babəkin yanına gedib orada bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur, ilin yarısını orada, yarısını isə Kürdəmirdə qalmışdır. Həmin vaxtlar onlar Kürdəmir rayonu, Muradxan kəndində yaşamışlar. Pandemiya başlayandan sonra əri Rusiyaya getməmiş, Muradxan kəndindən hazırda yaşadıqları Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən evə köçmüşlər. Bundan sonra Cümşüd Kürdəmir şəhərində «dörd yol» adlanan ərazidə böyük qardaşı Həsənə məxsus çayxanada gözətçi olaraq işləmişdir. Həmçinin sosial yardım almışdır. Ailəsini bu yolla dolandırmışdır. Kürdəmir rayonu, Sor-sor kənd sakini Müşfiq Məmmədovu hadisə baş verən günə qədər tanımamışdır. 10 iyun 2023-cü il tarixdə səhər saatlarında əri Cümşüd evdə olmuşdur. Günorta radələrində bir neçə saatlıq işə gedib qayıtmışdır. Saat 17 radələrində qohumlarının toy mərasimində iştirak etmək üçün hazırlanıb evdən çıxmışdır. Təxminən saat 20 radələrində evə qayıdaraq çay içmişdir. Həmin vaxt onun içkili olduğunu hiss etməmişdir. Təxminən saat 22 radələrində həyətə düşüb stol arxasında oturmuş, ona gəzmək üçün gedib-gələcəyini deyərək çay süzməsini istəmişdir. Cümşüdə çay süzüb gətirəndə Cümşüdün qapıdan çıxaraq getdiyini görmüşdür. Cümşüd idman etmək məqsədi ilə hər axşam evdən çıxaraq «dörd yol» adlanan əraziyə piyada gedib-qayıtmışdır. O da həmişəki kimi ərinin gəzmək üçün getdiyini düşünmüşdür. Çünki evdən çıxarkən əynində həmişə gəzintiyə gedərkən geyindiyi paltarları geyinmişdir. Təxminən 5-10 dəqiqə sonra küçədən təqribən 2-3 dəfə silah səsinə bənzəyən səs eşitmişlər. Oğlu Kənan küçəyə çıxıb baxaraq geri qayıtmış və bir nəfərin küçədə yıxıldığını, səs küyə qonşuların toplandığını demişdir. Təxminən saat 22:30 radələrində Cümşüd öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən oğlu Kənanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək təlaşlı şəkildə «yolda çox adam var?» deyə soruşmuşdur. O ərinə «yolda adam doludu, adamı sən öldürmüsən?» deyə soruşanda Cümşüd ona «hə mən vurmuşam, arxayın ol ölməyəcək» demişdir. Daha sonra «mamangilə denən qapılarını açsın, onlara gedəcəm» deyərək zəngi sonlandırmışdır. O da atası Əlihüseynə zəng edərək Cümşüdün dediklərini ona bildirmişdir. Bir müddət sonra yaşadıqları evə polis əməkdaşları gələrək Cümşüdün cinayət törətdiyini, onu axtardıqlarını bildirmişlər. O polis əməkdaşlarına Cümşüdün evə qayıtmadığını demişdir. Hadisənin baş vermə səbəbini bilməmişdir. Müşfiqi tanımamış, eləcə də əri hadisə günü Müşfiqlə görüşməyə getməsi barədə ona heç bir məlumat verməmişdir. Hadisə günü və əvvəlki günlərdə ərinin Müşfiqlə, eləcə də, digər hər hansı şəxslə mübahisə, dava-dalaş etməsi barədə məlumatı olmamışdır. Lakin 09 iyun 2023-cü il tarixdə əri axşam saatlarında toydan gəldikdə əsəbi olmuş, ondan nə olduğunu soruşanda səbəbini deməsə də onun hərəkətlərindən və davranışlarından kiminləsə mübahisə etdiyi hiss olunmuşdur. Ərinin silahı olmasından və həmin silahı harada saxlamasından məlumatı olmamışdır. Hadisədən sonra ərinin Müşfiqi silahla qətlə yetirdiyini xəbərlərdə eşitmişdir. Hadisədən əvvəl əri evdən çıxıb gedərkən onun üzərində və əlində silah olub-olmadığını görməmişdir. Cümşüdün Müşfiqlə nə kimi münasibətlərinin və tanışlıqlarının olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, video-çəkilişi çəkdiyi gecə önəmli gecə olmadığından tarixi yadında saxlamamışdır. Video-çəkilişi çəkməkdə hər hansı bir məqsədi olmamış, yaşadıqları küçəyə işıq çəkilmiş, həmin vaxtı da küçələrini çəkmişdir. Verilən suallara cavab olaraq şahid Nəzrin İbadova bildirmişdir ki, 2 dəfə atəş səsi eşitmişdir. Videoda nənəsinin səsi gəlmişdir. Videonu çəkdikdən sonra sinif yoldaşlarına göndərmişdir. Cinayət törədildiyini sonradan bilmişdir, hadisənin baş verdiyi yeri görməmişdir. Videoda üçüncü səs anasının səsidir. Hadisə yeri görünən video onun tərəfindən çəkilməmiş, həmin videonun kim tərəfindən çəkilməsini də bilməmişdir. Yaşadıqları evlə atəş səsi gələn yerin arasındakı məsafəni dəqiq deyə bilməmiş, həmin məsafə nə çox nədə az ola bilər. Evlərinin hər tərəfində qonşular yaşayır, yaxın qonşularını tanıyır. Sol tərəfdəki qonşularının adı Vüqardır. Videoda anası və nənəsinin səsi olmuşdur. Axşam olduğu üçün evlərində olan ailə üzvülərinin bəziləri yatılı olmuşdur. Videonu çəkməyə başlayanda və ya videonu çəkdiyi zaman söyüşlər eşitməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, 10 iyun 2023-cü il tarixdə saat 22:30-da Müşfiq Məmmədovun güllə yarası xəsarətləri ilə «Kürdəmir Rayon Mərkəzi Xəstəxanası» X28 daxil olması barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu və cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.01-21) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 10 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri «Kürdəmir şəhəri 69»-cu məhəllə adlanan küçədir. Küçə asfalt örtüklü olmaqla asfalt örtüyünün eni 3,5 metrdir. Küçə boyu sağ və sol tərəflərdə yaşayış evlərinin hasarları yerləşir. Küçənin sol tərəfində 20 metr aralıqlarla işıq dirəkləri yerləşir, küçə həmin işıq dirəklərinə quraşdırılmış lampalar vasitəsi ilə işıqlandırılmışdır. Hadisənin baş verdiyi yerdə yolun sol tərəfi kolluq sağ tərəfi isə mişar daşından hörülmüş hasardır. Asfalt örtüyünün sol hissəsindən başlayaraq yola və çınqıl daşlarının üzərinə damcılayaraq irəliyə və sağ tərəfə-asfalt örtüyünün sağ tərəfinə doğru uzanan və bitdiyi yerdə gölməçə halını almış qanabənzər ləkələr müşahidə olunur. Qanabənzər ləkələrdən və çınqıl daşlarından nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qanabənzər ləkələrin başlandığı hissədən 50 sm sağda, asfalt örtüyünün ortasında şərti olaraq 1 rəqəmi ilə işarələnmiş 1 ədəd qırmızımtıl-qəhvəyimtil rəngli giliz vardır. Həmin gilizdən 95 sm irəlidə şərti olaraq 2 rəqəmi ilə işarələnmiş 1 ədəd qırmızımtılqəhvəyimtil rəngli giliz vardır. Həmin gilizlər iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Gölməçə halını almış qanabnzər ləkə olan yerdən 8 metr irəlidə, yolun sağ tərəfində «X29 Prado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır.(cild 1, i.v.04-10) -«meyitə baxış keçirilməsi haqqında» 11 iyun 2023-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, meyitin əynində olan paltar: qara rəngli alt tumanı. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, dolubədənlidir. Meyitin boyunun uzunluğu 174-sm-dir. Əllə toxunduqda bir qədər istidir, dəri səthi avazımışdır. Meyit ləkələri və meyit qacıması yoxlanılan bütün əzələ qruplarında zəif inkişaf etmişdir. Başının tükləri orta sıxlıqdadır, nisbətən çallaşmışdır, 2-3 sm uzunluqdadır. Əlləmə zamanı kəllə tağı sümüklərində sümük-destruktiv dəyişikliklər hiss olunmur. Gözləri qapanmışdır. Gözün ağlı qişasında və göz qapaqlarının selikli qişasında qansızma yoxdur. Burun sümük və qığırdaqlarını, həmçinin üz skeleti sümüklərini əllədikdə sümük-destruktiv dəyişikliklər hiss olunmur. Hər iki burun dəlikləri və xarici qulaq keçəcəkləri sərbəstdir. Ağzı qapalıdır, öndən görünən dişləri təbii və tamdır. Boynu bədənə mütənasibdir, meyit qacıması hesabına az hərəkətlidir. Döş qəfəsi simmetrikdir, silindrik formadadır. Əlləmə zamanı sümük sınığı əlamətləri yoxdur. Qarnı döş qəfəsindən yuxarı səviyyədədir. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün inkişaf etmişlər. Xayalıqda bir cüt elastik konsistensiyalı ətrafları tamdır. Xəsarətlər: sol saidin orta-aşağı 1/3-nin tış səthində 0,8x0.7sm ölçülərdə oval formada, kənarları nahamar, sıyrıq halqası və toxuma defekti ilə müşayiət olunan güllənin giriş dəliyi-sol saidin orta 1/3 nin iç səthində 1,0x0,9 sm ölçülərdə kənarları nahamar, ovalvari formada, toxuma defekti ilə müşayiət olunan çıxış dəliyi və həmin yaranın davamı olaraq gövdənin sol yan səthində qarın boşluğuna keçən 1-ci yara; sol budun yuxarı 1/3-nin tış səthindən daxil olaraq sol budun yuxarı 1/3-nin iş səthindən xaric olmaqla xayalığı zədələyən 2-ci; sağ budun aşağı 1/3-nin iç səthindən daxil olaraq-tış səthindən xaric olunan 3-cü anoloji yara və sağ dizin yuxarı-bayır qütbündə 0,3x0,2 sm ölçülərdə yaxınlaşdırdıqda kənarları birləşən 4-cü yara. Meyitin bədən səthində yuxarıda qeyd olunanlardan başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb edəcəyindən Müşfiq Məmmədovun əynində olmuş 1 (bir) ədəd alt tumanı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.14-21) -«birgə istintaq qrupunun yaradılması haqqında» 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Kürdəmir rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X11 və Kürdəmir rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 ibarət birgə istintaq qrupu yaradılmış və istintaq qrupuna rəhbərlik Mehran Mustafayevə tapşırılmışdır.(cild 1, i.v.22) -«şübhəli şəxsin tutulması haqqında» 11 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.31) -11 iyun 2023-cü il tarixli, 162 nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:40-da yüngül dərəcəli alkoqol sərxoşluğunda olmuşdur.(cild 1, i.v.49) -«götürmə aparılması və baxış keçirilməsi haqqında» 11 iyun 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmüş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və 1 (bir) ədəd gödəkçə götürülmüşdür.(cild 1, i.v.57-59) -«götürmə aparılması və baxış keçirilməsi haqqında» 11 iyun 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə baş verən zaman Müşfiq Məmmədovun əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və üzərindən aşkar olunmuş 1 ədəd «Samsung Galaxy A23» markalı mobil telefon götürülmüşdür.(cild 1, i.v.63-68) -«tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qan nümunəsi götürülmüşdür.(cild 1, i.v.75) -«şəxsin özü könüllü gəlib təslim olması barədə» 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 02:20-də özü könüllü əlində silah ilə Kürdəmir rayonu 69-cu məhəllədə yaşadığı ünvanda Müşfiq Məmmədovu «Makarov» tapançası ilə vuraraq öldürdüyünü bildirmişdir.(cild 1, i.v.80) -«təqdim edilmiş silahın götürülməsi barədə» 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində patron olmayan «Makarov» markalı silah sandıqçası ilə birlikdə götürülmüş, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri 69-cü məhəllədə Müşfiq Məmmədovu həmin silahdan atəş açaraq öldürdüyünü bildirmişdir.(cild 1, i.v.81) -«təqdim olunan silaha baxış keçirilməsi haqqında» 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd «Makarov» markalı metaldan xüsusi konstruksiyada hazırlanmış, dəstəyinin üzərinə hər iki yan səthini əhatə edən, plastmasa bənzər materialdan qəhvəyi rəngli üzlük geyindirib bərkidilmişdir, sandıqçası sandıqca yuvasındadır, patronluğu, sandıqçası və lüləsi boşdur. Plastmas hissələrinin lakı nisbətən sürtülmüşdür, metal hissələrinin səthində sürtülmə izləri vardır. Silahın zunluğu 160 mm, hündürüyü 125 mm, lüləsinin uzunluğu 93 mm-dir. Silahın üzərində qanabənzər ləkələr müşahidə olunmur. Silahın üzərinə baxış zamanı silahın istehsal olunduğu ilin və silahın seriya nömrəsini göstərən işarələri müəyyən etmək mümkün olmadı.(cild 1, i.v.83) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, X8 cinayət işi üzrə zərərçəkmiş şəxs, əri Müşfiq Məmmədovun hüquqi varisi qismində tanınmışdır.(cild 1, i.v.85) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(041)-74/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.100-101, 151-155) -«məhkəmə-tibbi ekspertizası»nın 13 iyun 2023-cü il tarixli, 224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Rəydən həmçinin görünür ki, müayinə olunanın deməsinə görə əlbəyaxa olan zaman sol əlin birinci barmağından xəsarət almışdır. Bədən səthində, o cümlədən sol əlin birinci barmağında hər hansı bir obyektiv əlaməti aşkar olunmadı. Barmaqda hərəkət tam həcmdə və sərbəstdir.(cild 1, i.v.123-124) -«Kürdəmir Rayon Mərkəzi Xəstəxanası» X24 23 iyun 2023-cü il tarixli, PHŞ-6-49/2- 381/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatdında yoxdur.(cild 1, i.v.163) -«məhkəmə-kimyəvi ekspertizası»nın 03 iyul 2023-cü il tarixli, 2175/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir.(cild 1, i.v.191-194) -«məhkəmə-tibbi ekspertizası»nın 11 iyun 2023-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər-sol saidin orta-aşağı 1/3-i dəlib keçərək qarının yuxarı şöbəsinin sol yan səthindən qarın boşluğuna keçərək daxili orqanları zədələyən, sol budun yuxarı 1/3-nin tış səthindən dəlib keçən və xayalığı zədələyən və sağ budun aşağı 1/3-i iç səthindən dəlib keçən cəmi 3 (üç) yara-odlu silahdan açılmış atəşlər nəticəsində güllənin təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 10 iyun 2023-cü il tarixə uyğun gəlir, xəsarətlər həyatidir, ölümündən az əvvəl yetirilmişdir və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir. Atəş tək-tək açılmışdır. Yaraların birbirindən aralı yerləşməsi bunu sübut edən əlamətlərdən hesab olunur. 1-ci yara sol saidin orta-aşağı 1/3-nin tış səthindən daxil olaraq həmin nahiyənin iç səthindən çıxmaqla qarın boşluğuna keçmiş, 2-ci güllə yarası sol budun yuxarı 1/3-nin tış səthindən girərək iç səthindən çıxmaqla xayalığı zədələmiş, 3-cü güllə yarası sağ budun aşağı 1/3-nin iç səthindən girərək tış səthindən çıxmışdır. Sağ dizin yuxarı-bayır qütbündə aşkar olunan 4cü yara güllə yarası deyil, 3-cü güllə yarasının kanal boyunca sındırdığı bud sümüyü fraqmentinin çıxış dəliyidir. Atəş təxminən 1 metr məsadəfən açılmışdır. Müşfiq Məmmədovun bədən səthində aşkar olunan güllə yaralarının giriş dəliyinin ölçüləri (0,8-0,7 sm) onu deməyə əsas verir ki, atəş 9 mm kalibrli silahdan açılmışdır. Həmin silah qərarın təsviri hissəsində göstərilən «Makarov» tipli tapança silahı ola bilərdi. Müşfiq Məmmədovun ölümünə səbəb yuxarıda qeyd olunan güllə yaralanmaları nəticəsində baş vermiş travmatik şok və kəskin-massiv qanitirmə olmuşdur. Ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. Ekspert rəyinin 5-ci səhifəsində göstərilmişdir ki, kanalın sonunda-sol böyrəkətrafı yumuşaq toxumalarda 1 (bir) ədəd metal yad cism (güllə?) aşkarlanaraq aidiyyəti üzrə istintaq orqanına verilmişdir.(cild 1, i.v.195-201) -«kompleks məhkəmə ballistik və trasoloji ekspertizası»nın 18 iyul 2023-cü il tarixli, 3/970:971 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş silah-keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li yarımavtomatik tapançadır, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Tapançanın çərçivəsinin sol üzündəki zavod işarələrinin (yazıların) bir qismi ilə birlikdə istehsal edildiyi ilə dair işarələr də korroziya nəticəsində metal qatı ilə birlikdə məhv olduqlarından, onların tam mətnini bərpa etmək, o cümlədən də həmin tapançanın nə vaxt hazırlandığını müəyyən etmək mümkün deyildir, lakin tapançadakı zavod işarələrində xüsusi məqsədlə (fiziki, mexaniki və digər müvafiq təsirlə) pozuntu, dəyişiklik edilməmişdir. Konstruksiyasına uyğun olaraq, həmin tapançadan atılmış güllə təxminən 700 metr məsafəyə uça və 350 metrədək məsafədə hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz-zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» («PM»), «PA- 63», «P64», «PK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər-gilizləridirlər. Həmin gilizlər, tədqiqata təqdim edilmiş 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li tapançadan atılmışlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd güllə-zavod üsulu ilə hazırlanmış, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «PK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidirgülləsidir. Həmin güllə, tədqiqata təqdim edilmiş 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li tapançadan atılmışdır. Təqdim edilmiş güllənin üzərində, atəşədək hissəsini təşkil etmiş olduğu patronun gilizinin ağızlıq hissəsindən qalmağa xarakterik olan, eyniləşmə tədqiqatı üçün yararlı izlər olmadığına görə, onun, təqdim edilmiş 2 (iki) ədəd 9 mm kalibrli gilizlərin hər hansı birinə, yaxud da başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadığını, atəşədək güllənin həmin gilizlərin hər hansı biri ilə eyni bir patronun hissələrini təşkil edib-etmədiklərini (onların hansı iləsə vahid bir patronun hissələri olub-olmadıqlarını) müəyyən etmək mümkün deyildir. Güllənin üzərində əzilmə zədəsi vardır və həmin zədə güllənin hərəkət edərkən nisbətən bir üzü üstə meyilli vəziyyətdə bərk hədəfə, o cümlədən canlı hədəfin bədən toxumalarına, sümüklərinə, eləcə də əynindəki geyim əşyalarına təsir edərkən, habelə eyni xassəli predmetlərin hər hansı birinə dəyərək onu deşib keçərkən də yarana bilərdi. Lakin güllənin bilavasitə hansı şəraitdə hədəfə dəydiyini, hansı predmeti deşib keçdiyini və sair halları hadisə yerində müvafiq istintaq hərəkətləri keçirməklə dəqiq müəyyən etmək olar. Tədqiqata təqdim edilmiş, 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş, X5 məxsus olduğu qeyd edilən 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd köynəyin və 1 (bir) ədəd alt tumanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, geyim əşyalarının üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməməsinə əsasən həmin zədələr (rəyin tədqiqi hissəsində qeyd olunan) yivli odlu silahdan açılmış 3 (üç) atəş nəticəsində diametri təxminən 9 mm olan güllənin təsirindən, öndən arxaya, arxadan önə, soldan sağa doğru istiqamətdə, 1,5 m-ə qədər məsafədə daxilində, o cümlədən təqdim edilmiş 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li tapança ilə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 (bir) ədəd gödəkçənin, 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd köynəyin səthi üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, lakin odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Qərarda qeyd edilən «Paltarların üzərindəki zədəyə, atəş faktorlarının yayılma istiqamətinə əsasən atəş hansı nöqtədən açılmışdır?» sualının cavablandırılmasını istintaq yolu ilə müəyyən etmək mümkündür.(cild 1, i.v.204-211) -«məhkəmə-lifli materialların kriminalistik ekspertizası»nın 18 iyul 2023-cü il tarixli, 3- 16-16/2-6/3444 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X5 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Müşfiq Məmmədova məxus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Müşfiq Məmmədova məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.(cild 1, i.v.212-216) -əməliyyat tapşırığına verilmiş 24 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində İslamov X9 şəhəri 69-cu məhəllədə tanışı X10 ilə aralarında yaranmış mübahisə zamanı qanunsuz gəzdirdiyi odlu silahla qəsdən atəş açaraq öldürmüşdür. Hadisədən bir gün əvvəl-09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Müşfiq Məmmədov arasında mobil telefon danışıqları olmuş, həmin danışıq zamanı aralarında yaranmış mübahisənin davamı olaraq 10 iyun 2023-cü il tarixdə tərəflər Kürdəmir şəhəri 69-cu məhəllədə görüşmüşlər. Hadisənin şahidlərindən Ağsu şəhərində qeydiyyatda olan Şahid2 müəyyən edilərək dindirilməsi üçün rayon prokurorluğuna təqdim edilmişdir. X22 İslamovla görüşə öz avtomobili ilə və oğlu Zərərçəkmiş şəxsla birlikdə gəldiyindən hadisə zamanı silah səsini eşidib ilk hadisə yerinə gələn şəxs Zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı və ya əvvəlki tarixlərdə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat qrupuna məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs spirtli içki aludəçiliyinin olması, qeyd olunan halla bağlı müayinə və ya müalicədə olması barədə əməliyyat qrupuna məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs «Makarov» markalı, 9 kalibrli tapançanı və həmin silaha aid döyüş sursatlarını nə vaxt, haradan, hansı üsulla və hansı məqsədlə əldə etməsi, həmin silahı harada, hansı vəziyyətdə saxlaması, harada və hansı məqsədlə istifadə etməsi, silahla davranış və təhlükəsizlik qaydalarını bilib-bilməməsi, sahibliyində və ya faktiki istifadəsində digər silah və ya sursatların olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs və Müşfiq Məmmədovun qohumları, dostları və ətraflarındakı digər şəxslərlə normal münasibətləri olmuş, hər hansı şəxs(lər)lə ədavətlərinin, düşmənçiliklərinin olması müəyyən edilməmişdir. Hadisə baş verən ərazidə müşahidə kameraları müəyyən edilməmişdir.(cild 1, i.v.231-232) -«Azercell Telekom MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azercell Telekom MMC-dən əldə edilmiş bir ədəd ağ rəngli, üzərində «12711» rəqəmləri yazılmış 700 MB həcmlik tutuma malik «Verbatim» markalı CD disk-ağ rəngli zərfin içərisindədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün «HP» markalı kompüterə daxil etdikdə içərisində 6 ədəd fayl aşkar edildi. Birinci fayl «txt» formatında olmaqla «**********99» rəqəmləri ilə adlandırılmışdır. Həmin faylda X3 qeyd olunan mobil nömrədən xaric olan və daxil olan zənglər, zənglərin tarixi, vaxtı, danışıq müdəti qeyd edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X3 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə arasında 09 iyun 2023-cü il tarixdə saat 19:48-də, 20:06-da, 20:40-da, 20:57-də, 21:17-də, 10 iyun 2023-cü il tarixdə saat 21:34də, 21:47-də, 22:04-də və sonuncu olaraq 22:10-da müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Həmin danışıqlar diskdən çıxarış edilərək Protokola əlavə edilir. İkinci fayl «txt» formatında olmaqla «**********16» rəqəmləri ilə adlandırılmışdır. Həmin faylda Təqsirləndirilən şəxs qeyd olunan mobil nömrədən xaric olan və daxil olan zənglər, zənglərin tarixi, vaxtı, danışıq müdəti qeyd edilmişdir. X3 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə arasında 09 iyun 2023-cü il tarixdə saat 19:48-də, 20:06-da 20:40-da, 20:57-də, 21:17-də, 10 iyun 2023-cü il tarixdə şaat 21:34-də, 21:47-də, 22:04-də və sonuncu olaraq 22:10-da müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Həmin danışıqlar diskdən çıxarış edilərək protokola əlavə edilir. Üçüncü fayl «txt» formatında olmaqla «503109899_SMS» hərf və rəqəmlən ilə adlandırılmışdır. Həmin sənəddə qeyd olunan mobil nömrədən xaric olan və daxıl olan SMS mətnləri qeyd edilmişdir. Həmin sənədə baxış keçirərkən iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar müəyyən edilmədi. Dördüncü fayl «txt» formatında olmaqla «519927616_SMS» hərf və rəqəmlən ilə adlandırılmışdır. Həmin sənəddə qeyd olunan mobil nömrədən xaric olan və daxıl olan SMS mətnləri qeyd edilmişdir. Həmin sənədə baxış keçirərkən iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar müəyyən edilmədi. Beşinci fayl «xls» formatında olmaqla «abuneciler.xls» hərf və rəqəmləri ilə adlandırılmışdır. Həmin sənəddə qeyd olunan mobil nömrəyə daxil olan zənglərin-mobil nömrələrin adına rəsmiləşdirildiyi şəxslərin siyahısı qeyd olunmuşdur. Həmin sənəddən görünür ki, ***-***-**-** saylı mobil nömrə X3 adına rəsmiləşdirilmişdir. ***-***-**-** saylı mobil nömrə isə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Altıncı fayl «xls» formatında olmaqla «antena.xls» hərf və rəqəmləri ilə adlandırılmışdır, həmin sənəddə qeyd olunan mobil nömrələrdən xaric olan və daxil olan zənglərin anten dairələri qeyd edilmişdir. Həmin sənəddən görünür ki, 09 iyun 2023-cü il tarixdə X10 ilə Təqsirləndirilən şəxs arasında aparılan telefon danışıqları zamanı X14 şəhərində, Təqsirləndirilən şəxs isə Kürdəmir rayonunda olmuşdur. 10 iyun 2023-cü il tarixdə aparılmış danışıqlara baxış zamanı görünür ki, saat 21:34-də (Təqsirləndirilən şəxs Müşfiq Məmmədova zəng etmişdir) və 21:47-də (X22 İslamova zəng etmişdir) aparılan danışıqlar zamanı X15 rayonu Sor-sor kəndi ərazisində, Təqsirləndirilən şəxs isə Kürdəmir rayonu ərazisində, saat 22:04də (X22 İslamova zəng etmişdir) aparılan danışıq zamanı X15 rayonu Atakişili kəndi ərazisində, Təqsirləndirilən şəxs isə Kürdəmir rayonu ərazisində, saat 22:10-da (X22 İslamova zəng etmişdir) aparılmış danışıq zamanı isə hər iki şəxsin Kürdəmir rayonu ərazisində olduğu görünür.(cild 1, i.v.237-238) -«maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizası»nın 17 avqust 2023-cü il tarixli, 480/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Müşfiq Məmmədovun təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən qan qrupu-B/İİİ/. Ekspertizaya təqdim olunmuş 2 (iki) ədəd pambıq tampon, 1 (bir) ədəd çınqıl daşı, C.İsmayılova məxsus cins şalvar, M.Məmmədova məxsus trusik, şalvar və köynək üzərində insan qanı ləklələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «B» antigeni, əksər ləkələrdə həmçinin «alfa» aqllyutinini alındı. Bu qanləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus kofta və gödəkcə üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı.(cild 2, i.v.49- 54) -«şahidin ifadəsinin yerində yoxlanılması haqqında» 16 sentyabr 2023-cü il tarixli protokoldan və həmin protokolda əlavə olunmuş videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini hadisənin baş verdiyi yerdə əyani olaraq göstərmişdir.(cild 2, i.v.134-138) -«istintaq eksperimentinin aparılması haqqında» 16 sentyabr 2023-cü il tarixli protokoldan və həmin protokolda əlavə olunmuş videogörüntüdən görünür ki, istintaq zərurəti ilə bağlı Zərərçəkmiş şəxs hadisə zamanı birinci silah səsini eşitdikdən sonra atası Müşfiq Məmmədovu və onun tanışı Təqsirləndirilən şəxs vizual müşahidə edə biləcəyi yerə qədər və oradan hadisənin baş verdiyi yerə qədər olan məsafəni hansı müddətdə qət edə biləcəyini yoxlamaq üçün istintaq eksperimenti keçirilmişdir. İstintaq eksperimenti zamanı şahid Zərərçəkmiş şəxs 10 iyun 2023-cü il tarixdə atası Müşfiq Məmmədovun Təqsirləndirilən şəxs ilə Kürdəmir şəhəri 69-cu məhəllədə görüşərkən Təqsirləndirilən şəxs Müşfiq Məmmədova atəş açaraq öldürməsi hadisəsi zamanı 69-cu məhəllənin girişində dayanaraq atasını gözləyərkən birinci atəş səsini eşitdiyi yerdən atası ilə Təqsirləndirilən şəxs mübahisə etdiyi yeri vizual görə biləcəyi yerə qədər qaçaraq getdikdə həmin məsafəni 6 saniyəyə, həmin yerdən hadisənin baş verdiyi yerə qədər isə 14 saniyə müddətində qət etmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs birinci atəş səsini eşitdikdən sonra hadisənin baş verdiyi yerə gəlib çatması üçün ümumilikdə 20 saniyə müəddət keçmişdir.(cild 2, i.v.139-141) -«şahidin ifadəsinin yerində yoxlanılması haqqında» 16 sentyabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videogörüntüdən görünür ki, iş üzrə Şahid2 ifadəsi yerində yoxlanılmış, Şahid2 ifadəsində bildirdiklərini hadisənin baş verdiyi yerdə əyani olaraq göstərmişdir.(cild 2, i.v.142-146) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 sentyabr 2023-cü il tarixli, 3-13-12/2-129113/2023 nömrəli məktubdan görünür ki, «Makarov» markalı, 9 kalibrli, PB-3322 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsində məlumat yoxdur.(cild 2, i.v.151) -«kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası»nın 26 avqust 2023-cü il tarixli, 526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmə səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və onları dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik keçirməməsi səbəbindən onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs halhazırda özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman əsəbi psixi-emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərəçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.(cild 2, i.v.152-156) -«cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında» 04 oktyabr 2023cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 3 ay, yəni 10 yanvar 2024-cü il tarixə kimi uzadılmışdır.(cild 2, i.v.169-171) -«vəsatətin rədd edilməsi haqqında» 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkil X13 tərəfindən verilmiş, əməlin Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.2.2, 120.2.4, 29.120.2.2, 29,120.2.4 və 228.1-ci maddələrinə tövsif edilməsi barədə 03 oktyabr 2023-cü il tarixli vəsatəti əsassız hesab edilərək rədd edilmişdir.(cild 2, i.v.172-173) -«etiraza baxılması haqqında» 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədovanın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroru, baş ədliyyə müşaviri Tural İbrahimova 03 oktyabr 2023-cü il tarixli etirazı əsassız olduğundan təmin edilməmişdir. Etiraz, cinayət işi üzrə istintaq aparan Kürdəmir rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 aid hissədə baxılması, həmçinin etirazda işin halları ilə bağlı göstərilən xüsusatların istintaqın obyektivliyi və tamlığı üçün əhəmiyyətli olması nəzərə alınmaqla həmin hissədə araşdırılıb hüquqi qiymət verilməsinin təmin edilməsi üçün Kürdəmir rayon prokurorluğuna göndərilmişdir.(cild 2, i.v.177-179) -«etiraza baxılması haqqında» 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədovanın cinayət işi üzrə istintaq aparan rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 03 oktyabr 2023-cü il tarixli etirazı əsassız olduğundan təmin edilməmişdir.(cild 2, i.v.182-183) -Kürdəmir Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 4(041)-114/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay, yəni 11 oktyabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.197-200) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 14 sentyabr 2023-cü il tarixli, 3-13-11/2-11102/2023 nömrəli məktubundan görünür ki, idarəyə təqdim edilmiş 9 mm kalibrli, PB-3322 №-li, PM modelli «Makarov» konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.(cild 2, i.v.211) -«sübutların qiymətləndirilməsi haqqında» 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3-cü maddələrinə tövsif edilmiş, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, Şahid2 ifadəsində Təqsirləndirilən şəxs Fərdi Məmmədova doğru silah tuşlamasını, ona atəş açmasını və Fəridi öldürməyə cəhd etməsini göstərən hərəkətlər etməsini görmədiyini bildirməsi Zərərçəkmiş şəxs ifadəsinə və iş üzrə toplanmış digər sübutlara uyğun olmadığından həmin hissədə sübut kimi qəbul edilməmiş, hadisə vaxtı zərərçəkmiş şəxs Müşfiq Məmmədovun əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd gödəkçə, qana bənzər ləkələrdən götürülmüş nümunələr (2 (iki) ədəd pambıq tampon və 1 (bir) ədəd çınqıl daşı), 1 (bir) ədəd «Makarov» markalı tapança, 1 (bir) ədəd güllə, 2 (iki) ədəd giliz maddi sübut kimi tanınmış, «Makarov» markalı tapança saxlanılması üçün Kürdəmir Rayon Polis şöbəsinə, digər maddi sübutlar isə Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(cild 3, i.v.1-30) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 3, i.v.52-54) -«vəsatətin rədd edilməsi haqqında» 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3-cü maddələri ilə özünü təqsirli bilməməsi vəsatət kimi qəbul edilərək, əsassız olduğundan rədd edilmişdir.(cild 3, i.v.65-66) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələri ilə düzgün tövsif edilsə də, Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə müxtəlif saatlarda tanışı X10 ilə mobil telefonda danışarkən sonuncu tərəfindən nalayiq söyüşlər ilə söyüldüyündən onu qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirtmək üçün 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədov ilə görüşən zaman bir gün əvvəl ona söydüyü söyüşlərə görə üzr istəməsini tələb edib rədd cavabı aldıqdan sonra Müşfiq Məmmədovu qəsdən öldürmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evin həyətində saxladığı və görüşə gəlməzdən əvvəl götürüb üzərində gəzdirdiyi sandıqçasında zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 4 ədəd patron olan odlu silah hesab olunan 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li yarımavtomatik tapançanı çıxararaq Müşfiq Məmmədova qəsdən iki dəfə atəş açmış, atəş səslərinə hadisə yerinə gəlmiş sonuncunun oğlu Zərərçəkmiş şəxs onları vizual şəraitdə görə biləcəyi məsafədən olmaqla sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən üçüncü dəfə atəş açib Müşfiq Məmmədova 1 ədəd sol saidin aşağı orta 1/3-ni dəlib keçərək qarının yuxarı şöbəsinin sol yan səthindən qarın boşluğuna keçərək daxili orqanları zədələyən, 1 ədəd sol budun yuxarı 1/3-nin tış səthindən dəlib keçən və xayalığı zədələyən, 1 ədəd sağ budun aşağı 1/3-nin iç səthindən dəlib keçən güllə yaralanmaları və 1 ədəd sağ dizin yuxarı-bayır qütbündə aşkar olunan 3-cü güllə yarasının kanal boyunca sındırdığı bud sümüyü fraqmentinin çıxış yarası xəsarətləri yetirməsi nəticəsində baş vermiş travmatik şok və kəskin-massiv qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək qəsdən öldürmüş, bundan sonra odlu silahı qanunsuz olaraq üzərində daşıyaraq gəzdirməyə davam edib 11 iyun 2023-cü il tarixdə saat 02:20-də Kürdəmir Rayon Polis Şöbəsinə könüllü gəlib təqsirini boynuna alan zaman cinayətin aləti olan həmin tapançanı təqdim etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi Müşfiq Məmmədovu qətlə yetirməsi cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə də tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və sair kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində «xuliqanlıq niyyəti ilə adam öldürmə» əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən 1 gün əvvəl-09 iyun 2023-cü il tarixdə zərərçəkmiş şəxs Müşfiq Məmmədov ilə mobil telefonda danışarkən sonuncunun ona söyüş söyməsini bəhanə edərək ona «bu sözləri üzümə qarşı deyə bilərsənmi?» məzmunda ifadə işlədərək zərərçəkmiş şəxsi qəsdən münaqişəyə cəlb etmiş və nəticədə 10 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində görüşmüşlər. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız «Sübutların qiymətləndirilməsi haqqında» 23 oktybar 2023cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xuliqanlıq niyyəti ilə adam öldürməyə tövsif etmənin yeganə əsası olaraq yanız Təqsirləndirilən şəxs Müşfiq Məmmədov ilə mobil telefonda danışarkən sonuncunun ona söyüş söyməsini bəhanə edərək ona «bu sözləri üzümə qarşı deyə bilərsənmi?» məzmunda ifadə işlədərək zərərçəkmiş şəxsi qəsdən münaqişəyə cəlb etməsinə istinad etmiş, törədilmiş cinayətin obyektiv hallarını, cinayətin sübyektiv və subyektiv cəhətinin tərəfləri hərtərəfli, tam və obtektiv təhlil edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı özü 09 iyun 2023-cü il tarixdə zərərçəkmiş şəxs Müşfiq Məmmədovun telefon danışığı zamanı Təqsirləndirilən şəxs söyməsini, bununla bağlı aralarında sözlü mübahisənin olmasını, Təqsirləndirilən şəxs isə Müşfiq Məmmədova söydüyü söyüşləri üzünə qarşı deyə biləcəyini bildirməsini təsdiq etmiş və verilmiş ittihamın məzmununda qeyd edilən halların müəyyən edildiyini yazmışdır. Göründüyü kimi 09 iyun 2023-cü il tarixdə telefon danışığı zamanı zərərçəkmiş şəxs Müşfiq Məmmədov Təqsirləndirilən şəxs telefon danışığı zamanı söymüş, bu söyüşlə bağlı onlar arasında telefonda sözlə mübahisə yaranmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədova ifadəsində həmçinin 2023-cü ilin iyun ayının 9-u günü otağında olan zaman Müşfiqin telefonda Cümşüdlə uca səslə danışdığını və mübahisə etdiyini eşitdiyini, Müşfiqin yanına gedərək nə məsələ olduğunu, Cümşüd kimdir ki, onunla dalaşırsan dediyini, yaşadıqları kənddə hamının Cümşüdün necə bir adam olduğunu bildiyini və tanıdığını, Müşfiq Cümşüdün ona 3-4 dəfə zəng vurduğunu, lakin telefonu açmadığını bildirdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan «Azercell Telekom MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Müşfiq Məmmədov istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 09 iyun 2023-cü il tarixdə saat 19:48-də, 20:06-da, 20:40-da, 20:57-də, 21:17-də danışıqlar olmuşdur. Həmin zənglərdən saat 19:48-də olan zəngi Təqsirləndirilən şəxs Müşfiq Məmmədova zəng etmiş və aralarında 9 saniyə danışıq qeydə alınmışdır. Saat 19:48-də olan digər zəngi (400 saniyə danışıq olmuş), saat 20:06-da olan zəngi (1604 saniyə danışıq olmuş), saat 20:40-da olan zəngi (969 saniyə danışıq olmuş), saat 20:57-də olan zəngi (437 saniyə danışıq olmuş), saat 21:17-də olan zəngi (160 saniyə danışıq olmuş) X22 İslamova zəng vurmuşdur. Telefon zənglərinin təhlilindən də görünür ki, Müşfiq Məmmədovun arvadı Ramilə Məmmədova «Cümşüdün ona 3-4 dəfə zəng vurduğunu, lakin telefonu açmadığını» bildirməsinə dair məlumat həqiqət olmamış, yəni 09 iyun 2023cü il tarixdə Təqsirləndirilən şəxs Müşfiq Məmmədova 3-4 dəfə zəng vurmamışdır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və sair) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilən hallarından göründüyü kimi baş vermiş hadisənin səbəbi olmuş, məhz həmin səbəb nəticəsində telefon danışığı zamanı yaranmış mübahisədən sonra zərərçəkmiş şəxs Müşfiq Məmmədovun telefon danışığı zamanı söydüyü söyüşlər ilə əlaqədar bir gün sonra, yəni 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Müşfiq Məmmədov arasında görüş zamanı cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətləri ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyma, ətrafdakılara qarşı laqeyidlik ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında yaranmış şəxsi münasibətlər zamanı qisas almaq üçün cinayət əməlini törədərək Müşfiq Məmmədovu qəsdən həyatdan məhrum etmişdir. Həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müşfiq Məmmədovu öldürən zamanı hadisə yerində digər şəxslər olmamış, cinayət hadisəsi törədilmə prosesində X7 Məmmədov hadisə yerinə gəlmiş, Təqsirləndirilən şəxs Müşfiq Məmmədova 3-cü dəfə silahdan atəş açmasının şahidi olmuş və hadisə yerinin yaxınlığında gizlənmiş Şahid2 hadisəni görsə də Təqsirləndirilən şəxs Şahid2 görməmişdir. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobut hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmənin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən adam öldürmə cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən adam öldürmədə motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti ilə adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qəsdən adam öldürmə cinayətinin motivsiz törədilməsi qeyri-mümkdür. Motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Hər bir halda, əgər motiv müəyyən edilməmişdirsə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Əslində isə xuliqanlıq motivi Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Həmçinin cinayət işinin materiallarında olan «Azercell Telekom MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, zərərçəkmiş şəxs Müşfiq Məmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 10 iyun 2023-cü il tarixdə saat 21:34-də, 21:47-də, 22:04-də və 22:10-da danışıqlar olmuşdur. Həmin zənglərdən saat 21:34-də olan zəngi Təqsirləndirilən şəxs Müşfiq Məmmədova zəng etmiş və aralarında 59 saniyə danışıq qeydə alınmışdır. Saat 21:47-də olan digər zəngi (34 saniyə danış olmuş), saat 22:04-də olan zəngi (40 saniyə danışıq olmuş), saat 22:10-da olan zəngi (10 saniyə danışıq olmuş) X22 İslamova zəng vurmuşdur. Telefon zənglərinin təhlilindən və toplanmış digər istintaq materiallarından göründüyü kimi zərərçəkmiş şəxs Müşfiq Məmmədov Təqsirləndirilən şəxs Kürdəmir rayonuna gəlməsi barədə məlumat vermiş, sonuncu ilə görüşməyə təşəbbüs göstərmiş, özünə məxsus avtomobillə Təqsirləndirilən şəxs yaşadığı və hadisənin baş verdiyi Kürdəmir şəhəri 69-cu məhəlləyə gəlmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Müşfiq Məmmədovu onunla görüşməyə təhrik etməmiş, sonuncu dəfələrlə telefon zəngləri etməklə, Kürdəmir rayonuna çatdığını bildirməklə, Təqsirləndirilən şəxs yaşadığı ünvanı müəyyənləşdirməklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla görüşməyə təşəbbüs göstərmiş, görüş zamanı bir gün əvvəl, yəni 09 iyun 2023-cü il tarixdə aralarında telefonda yaranmış sözlü mübahisəni aydınlaşdırmağa çalışmışlar və mübahisə nəticəsində Təqsirləndirilən şəxs üzərində olan odlu silahdan 3 dəfə atəş açıb zərərçəkmiş şəxs Müşfiq Məmmədovu vuraraq qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində Cümşüdlə Müşfiq arasında pulla bağlı söhbət olduğunu, Cümşüd və Müşfiqin mübahisə etdiklərindən qorxduğunu və bu səbəbdən yolunu dəyişdiyini bildirmişdir. Şahid ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs Müşfiq Məmmədov arasında hadisədən əvvəl mübahisə olmuşdur. Bundan əlavə ibtidia istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə ittiham vermiş və verilmiş ittihamda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Müşfiq Məmmədovu silahdan atəş açaraq qətlə yetirməsi zamanı cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yerləşən yaşayış evlərinin sakinlərinin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyub özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edərək silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini edərək heç bir əsaslı səbəb olmadan Müşfiq Məmmədovu xuliqanlıq niyyəti ilə qəsdən öldürdüyünü yazmışdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarının 1-4-cü bəndlərində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və sair ilə qorxuda bilər. Əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Müşfiq Məmmədovu qətlə yetirən zaman ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri etməmiş, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallara yol verməmişdir. Xuliqanlıq formal tərkibli cinayət olduğundan Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq cinayəti subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqça hörmətsizlik ifadə etdiyini, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsində sadalanan digər xuliqanlıq hərəkətlərini törətdiyini dərk edir və bunu arzu edir. Xuliqanlıq cinayətinin motivi təqsirləndirilən şəxsin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, o cümlədən şəxsi münaqişə zəminində törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Nəzrin İbadova da ifadəsində videonu çəkməyə başlayanda və ya videonu çəkdiyi zaman söyüşlər eşitmədiyini bildirmişdir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədova «Makarov» konstruksiyalı yarımavtomatik tapançadan ümumilikdə üç dəfə atəş açaraq 1 ədəd sol saidin aşağı orta 1/3-ni dəlib keçərək qarının yuxarı şöbəsinin sol yan səthindən qarın boşluğuna keçərək daxili orqanları zədələyən, 1 ədəd sol budun yuxarı 1/3-nin tış səthindən dəlib keçən və xayalığı zədələyən, 1 ədəd sağ budun aşağı 1/3-nin iç səthindən dəlib keçən güllə yaralanmaları və 1 ədəd sağ dizin yuxarı-bayır qütbündə aşkar olunan 3-cü güllə yarasının kanal boyunca sındırdığı bud sümüyü fraqmentinin çıxış yarası xəsarətləri yetirməsi nəticəsində baş vermiş travmatik şok və kəskin-massiv qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək qəsdən öldürməsinin səbəbi Müşfiq Məmmədov tərəfindən 09 iyun 2023-cü il tarixdə nalayiq söyüşlərin söyülməsi nəticəsində yaranmış mübahiə olmuş, yəni Təqsirləndirilən şəxs Müşfiq Məmmədovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyəti ilə öldürməmiş, həmin cinayət əməlini törədən zaman da həmçinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilmiş bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət əməlini etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, təkrarən, 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində ictimai yer olan yaşayış evləri ilə əhatə olunmuş Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə X5 «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li, yarımavtomatik tapançadan atəş açdıqdan sonra silah səsini eşidib atasına kömək etmək üçün hadisə yerinə gələn Müşfiq Məmmədovun oğlu xx.xx.2002-ci il təvəllüdlü, Kürdəmir rayonu Sor-sor kənd sakini Zərərçəkmiş şəxs silahı əlindən almaq məqsədilə ona yumruq zərbəsi vuraraq yerə yıxandan sonra üzərinə çıxdığı vaxt cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yerləşən yaşayış evlərinin sakinlərinin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq və qanunsuz olaraq odlu silah və döyüş sursatını daşımaqla gəzdirmək hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə, yaralı vəziyyətdə yerdə uzanmış atası Müşfiq Məmmədovun gözləri qarşısında, sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü əlindəki tapançanı Zərərçəkmiş şəxs doğru tuşlayaraq qəsdən bir dəfə atəş açsa da güllə Zərərçəkmiş şəxs dəyməmiş, daha sonra Zərərçəkmiş şəxs altından çıxaraq ayağa durub əlindəki silahı yenidən sonuncuya tuşlayaraq onu qəsdən öldürmək üçün bir neçə dəfə tətiyi çəksə də, silahda mərmi bitməsi və səs-küyə küçəyə kənar şəxslərin toplaşması səbəbindən Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, bundan sonra odlu silahı qanunsuz olaraq üzərində daşıyaraq gəzdirməyə davam edib 11 iyun 2023-cü il tarixdə saat 02:20-də Kürdəmir Rayon Polis Şöbəsinə könüllü gəlib təqsirini boynuna alan zaman cinayətin aləti olan həmin tapançanı təqdim etmiş, bununla da, qanunsuz olaraq odlu silah və döyüş sursatını daşımaqla gəzdirmiş, silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs təkrarən, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti və xüsusi amansızlıq öldürməyə, təkrar adam öldürməyə cəhd etməsi və təkrar qərəzli xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmamışdır. Hadisənin yeganə şahidi olmuş Mayıl Süleymanov ibtidai istintaq zamanı verdiyi ifadəsində 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir şəhərində yerləşən «Emil» marketdən siqaret alaraq yaşadığı evə doğru piyada gəldiyini, Kürdəmir RMX-nın qarşısından keçərək yaşadığı 69-cu məhəlləyə tərəf döndüyünü, həmin vaxt qarşısında tanımadığı 2 nəfər kişi cinsli şəxsin söhbət edə-edə getdiyini, həmin şəxslərin söhbətinin mübahisəyə çevrildiyini, bir-birlərinə qarşı söyüşlər söyməyə başladıqlarını, küçənin sağ tərəfində olan zibillərin atıldığı yerin yanına çatanda həmin şəxslərin bir-biri ilə qapışaraq dalaşmağa başladıqlarını, həmin vaxtı qorxaraq zibillik ərazi ilə üzbəüz qaranlıq aralıq küçəyə girərək orada olan-bitənləri izləməyə başladığını, tez-tez kolların arasından boylanaraq mübahisənin gedişinə baxıb yenidən əyildiyini, həmin vaxt çox stress və qorxu keçirdiyindən Cümşüdlə Müşfiq arasında mübahisəyə tam şəkildə baxa bilmədiyini, Cümşüdün Müşfiqi yerə yıxaraq onun üzərinə çıxdığını və bir-biri ilə savaşmağa davam etdiklərini, Cümşüdün ayağa durduğunu, həmin vaxt silahın «zarajat edilmə» (atış vəziyyətinə gətirmə) səsini eşitdiyini, ardınca Cümşüdün yerdə uzandığını, Müşfiqin yanında dayanaraq ona 3 dəfə silahdan atəş açdığını, üçüncü atəşin açılmasından bir neçə saniyə sonra Cümşüdün yanına küçənin başından bir nəfər şəxs qışqıraraq söyüş söyə-söyə gəlib çatdığını və atəş açan şəxsdən yapışaraq onu yumruqla vurmaq istədiyini, bu vaxt Cümşüdün silahdan havaya bir dəfə atəş açdığını, bundan sonra həmin oğlan kənara çəkilərək yerdə uzanmış şəxsin yanına gəlib qışqıraraq kömək istədiyini, Cümşüdün isə dayandığı qaranlıq küçəyə girərək onun qabağından keçib sürətlə oradan uzaqlaşdığını, hadisənin baş vermə səbəbini biliməsə də, hadisədən əvvəl Cümşüdlə Müşfiqin bilmədiyi bir mövzuda mübahisə etdiklərini, həmin mübahisənin söyüşlərlə, daha sonra isə dava-dalaşa çevrildiyini, həmin şəxlər sözlü mübahisədən sonra bir-birlərini itələməyə başladıqlarını, daha sonra əl-qol ataraq süpürləşərək bir-birlərinə yumruq ataraq dalaşdıqlarını, Cümşüd Müşfiqi yerə yıxaraq ona bir neçə dəfə yumruq zərbəsi vurduğunu, lakin Müşfiqin hansı nahiyəsindən vurduğunu görmədiyini, Cümşüdün silahını çıxararaq Müşfiqə atəş açdığını, həmin vaxt ətrafda hər hansı kənar şəxs görmədiyini, hadisə yerinə ilk gələn şəxs Müşfiqin oğlu Fərid olduğunu, Cümşüdün Müşfiqə 3 dəfə atəş açdığını, Fərid gəlib Cümşüdü tutanda 1 dəfə də havaya atəş açdığını, ümumilikdə 4 dəfə silah səsi eşitdiyini, birinci atəşlə ikinci atəş arasında çox fasilə olmadığını, bundan bir neçə saniyə sonra üçüncü atəş açıldığını, həmin atəşin açılması ilə eyni vaxtda Fəridin gəlib Cümşüdü qucaqladığını, Fəridlə Cümşüdün dartışmağa başladıqlarını, Fəridin Cümşüdün əlindən silahı almaq istədiyini yəqin etdiyini, Fəridlə Cümşüdün ayaq üstə olduqlarını, Cümşüdün silah olan əlini yuxarı qaldırıb bir dəfə atəş açdığını, bundan sonra Fəridin Cümşüddən aralanıb atasının yanına getdiyini, Cümşüdün Fəridə silah doğrultmasını, Fəridə atəş açmasını və Fəridi öldürməyə cəhd etməsini göstərən hərəkətlər etməsini görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan «şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan və həmin protokolda əlavə olunmuş videogörüntüdən görünür ki, iş üzrə Şahid2 ifadəsi yerində yoxlanılmış, Şahid2 ifadəsində bildirdiklərini hadisənin baş verdiyi yerdə əyani olaraq göstərmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmçinin qeyd etmişdir ki, Müşfiqin Cümşüdlə əlbəyaxa olmasını görməmiş, Cümşüdün söyüş söydüyünü eşitməmiş, Cümşüdün atdığı 1-ci atəş ilə 2-ci atəş arasında vaxtı dəqiq bilməmiş, 2-ci dəfə atəş açılanda baxmış, Müşfiqin yerdə uzandığını görmüş, 2-ci dəfə atəş açılandan sonra Fərid qışqıra-qışqıra gəlmiş, Fərid gələnə qədər 3-cü atəş arasında təxminən 5-6 saniyə fərq olmuş, Fərid həmin vaxtı söymüş, «atamı niyə vurdun ay şərəfsiz» demiş, Fərid qışqıraqışqıra gələndə Cümşüd oradan qaçmağa cəhd etməmiş, yerində dayanmış, həmin vaxt 3-cü dəfə atəş açılmış, ancaq kimə atəş atıldığını görməmiş, səsdən Fəridlə Cümşüd süpürləşdiyini təxmin etmiş, sonra 4-cü dəfə atəş açılmış, baxanda silah Cümşüdün əlində olmuş, Fərid və Cümşüdü görəndə hər ikisi ayaq üstdə olmuşlar, Cümşüdün Fəridə silah tuşlamağını görməmiş, Müşfiqin Cümşüdə «Fəridlə işin yoxdur, oğlumla işin yoxdu oğlumu vurma deməsini» eşitməmiş, Cümşüdlə Müşfiq arasında hadisə zamanı dialoq olmamış, Fərid Cümşüddən ayrıldıqdan sonra Cümşüd qaçıb getmiş, Müşfiq həmin vaxt yerdə uzanmış, Müşfiq həmin vaxt «ay Allah ölürəm mənə kömək edin» demişdir. Müşfiq Cümşüdə və Fəridə nəsə deməmiş, 4-cü dəfə atəş açılanda silah Cümşüdün sağ əlində və lüləsi yuxarı vəziyyətdə olmuş, hadisə zamanı Cümşüd 5-ci dəfə silahdan atəş açmamışdır. Zərərçəkmiş şəxs isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, atəş səslərinə söyüş söyə-söyə gəlmiş, çatan zaman atası yıxılmış, Cümşüd silahı ona tərəf tuşlamış, «Cümü əmi nə edirsən sən» deyəndən sonra Cümşüd bir az duruxsunmuş, həmin vaxt silaha sol əliylə bir zərbə endirmiş, sonra sağ əliylə necə lazımdı bir zərbə endirib Cümşüdün üstünə hücüm çəkmiş, silahı Cümşüdün əlindən almaq istəmiş, Cümşüdün arxa nahiyəsinə keçmiş, sol əliylə Cümşüdün silah tutan əlini tutmuş, sağ əliyə Cümşüdün qarnından tutmuş, badalax verərək Cümşüdü yerə yıxmış, Cümşüd isə əlinin altından silahı ona tuşlayıb bir dəfə atəş açmış, güllənin səsini eşitmiş, güllənin səsinə əliqolu boşalmış, Cümşüd ayağının altından çıxmış, o isə yerdə qalmış, Cümşüd ayaq üstə ona silahı tuşlayaraq çaxmağı çəkmiş, lakin silah açılmamış, Cümşüd sonra məhəlləyə tərəf getmiş, Cümşüdün silahın dəmiri ilə onu vurmadığını, Cümşüd silahla havaya atəş açmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə zamanı Fərid gələndən sonra ona yumruğ atdığını, itələməsi nəticəsində Fəridin yıxıldığını, bundan sonra çıxıb getdiyini. Fəridin onun əlində silah görmədiyini, həmin vaxt silahı şalvarına qoyduğunu, silahı Fəridə tuşlayıb qorxutmadığını, Fəridi qorxutmaq üçün silahla havaya atəş açmadığını və ya Fəridə tərəf atış açmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 24 iyul 2023-cü il tarixli cavab məktubunda 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri 69-cu məhəllədə tanışı Müşfiq Məmmədov ilə aralarında yaranmış mübahisə zamanı qanunsuz gəzdirdiyi odlu silahla qəsdən atəş açaraq öldürdüyü, hadisədən bir gün əvvəl-09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Müşfiq Məmmədov arasında mobil telefon danışıqları olduğu, həmin danışıq zamanı aralarında yaranmış mübahisənin davamı olaraq 10 iyun 2023-cü il tarixdə tərəflərin Kürdəmir şəhəri 69-cu məhəllədə görüşdüklərini, hadisənin şahidi Şahid2 olduğu, X22 İslamovla görüşə öz avtomobili ilə və oğlu Zərərçəkmiş şəxsla birlikdə gəldiyindən hadisə zamanı silah səsini eşidib ilk hadisə yerinə gələn şəxs Zərərçəkmiş şəxs olduğu göstərilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da öldürməyə cəhd etməsi barədə hər hansı bir məlumat olması yazılmamışdır. Cinayət işinin materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 23 oktyabr 2023-cü il tarixli qərar 4-cü bəndindən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin qərarın 6-cı bəndindən isə görünür ki, Şahid2 ifadəsində Təqsirləndirilən şəxs Fərdi Məmmədova doğru silah tuşlamasını, ona atəş açmasını və Fəridi öldürməyə cəhd etməsini göstərən hərəkətlər etməsini görmədiyini bildirməsi Zərərçəkmiş şəxs ifadəsinə və iş üzrə toplanmış digər sübutlara uyğun olmadığından həmin hissədə sübut kimi qəbul edilməmişdir. Sözü gedən qərarın 28-ci səhifəsində olan təsviri-əsaslandırıcı hissəsində hadisənin yeganə şahidi olmuş Şahid2 ifadəsində qeyd edilən hissəsinin sübut kimi qəbul edilməməsi göstərilmiş, lakin ifadənin bir hissəsinin sübut kimi qəbul edilməsi, digər hissəsinin sübut kimi qəbul edilməməsinin səbəbi qeyd edilməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımdan əsaslandırılmamışdır. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs şahid qismində verdiyi ifadəsinin, yoxsa Şahid2 ifadəsində göstərdiyi xüsusatların həqiqət olması ilə bağlı lazım olan bütün istintaq hərəkətləri icra edilməmiş, o cümlədən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs ona qarşı odlu silahdan istifadə etməklə atəş açması şəraitində atılmış güllənin Zərərçəkmiş şəxs dəyə bilmə imkanının olub-olmaması yoxlanılmamışdır. Cinayət işinin materiallarının 2-ci cildinin 116-120-ci səhifələrində olan «üzləşdirmə aparmaq haqqında» 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şahid Zərərçəkmiş şəxs ilə Şahid2 üzləşdirilmiş, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini bir daha Şahid2 üzünə qarşı deyərək öz ifadəsini təsdiq etmiş, Şahid2 da öz verdiyi ifadəsində qalmaqla verilən suallara cavab olaraq bir daha bildirmişdir ki, Fərid yaxınlaşıb Cümşüdə bir-iki yumruq vurmuş, həmin vaxtı Cümşüd silahla havaya atəş açmış, Fərid ondan aralanandan sonra Cümşüd hadisə yerindən qaçıb getmiş, Cümşüd havaya atəş açan zaman Fərid ayaq üstə olmuşdur. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Şahid2 Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Müşfiq və Zərərçəkmiş şəxslar ilə qohumluğu və düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı Şahid2 ifadəsi yerində yoxlanılan zaman video-çəkiliş aparılmış, həmin video-çəkilişdən göründüyü kimi Şahid2 sərbəst şəkildə ifadəsini vermişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri daha indandırıcıdır, hadisənin baş verdiyi vaxta daha yaxındır, cinayət işinin digər hallarına daha çox uyğundur və obyektiv həqiqəti daha çox özündə əks etdirməklə qəbul ediləndir. Məhkəmə tərkibi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisə zamanı ona da silahdan atəş açdığını, müdaxiləsi nəticəsində güllənin özünə dəyməməsi, sonra isə bir neçə dəfə atəş açmaq istəsə də patronun olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq bildirir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi həmin hissələr obyektiv həqiqəti özündə ehtiva etmir, işin faktiki hallarına, Şahid2, Təqsirləndirilən şəxs bildirdiyi ifadələrə, təqsirləndirilən şəxs Cümsüd İslamovun hadisə zamanı və hadisədən sonrakı hərəkətlərinə uyğun olmadığından, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər hansı məlumatlar qeyd edilmədiyindən obyektiv həqiqəti özündə əks etdirmir. Məhkəmə tərkibi hesab edir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi həmin hallar Təqsirləndirilən şəxs daha çox cəza almasına hesablanaraq bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Fərd Məmmədov hadisə yerinə gəldikdən sonra havaya bir dəfə atəş açmasını üzərinə hücüm çəkmiş sonuncunun ondan aralanması və hadisə yerindən getməsi üçün şərait yaranması məqdəsi ilə etdiyi kimi qiymətləndirir. Cinayət işinin materiallarının 1-ci cildinin 1-ci səhifəsində olan «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Müşfiq Məmmədovu Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə aralarında şəxsi münasibətlər zəmininda yaranmış mübahisə zamanı üzərində olan «Makarov» markalı tapançanı çıxarıb sonuncuya qəsdən üç dəfə atəş açaraq bədən xəsarətləri yetirməsi, Müşfiq Məmmədovun aldığı xəsarətlərdən həmin tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında öldüyü istintaq orqanına məlum olmuş, toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 90-93-cü səhifəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədovanın 11 iyun 2023-cü il tarixli ifadəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs hadisə zamanı oğlu Zərərçəkmiş şəxs da öldürməyə cəhd etməsi, sonuncunun cinayətin aləti olan odlu silahdan atəş açması barədə hər hansı məlumat verməmişdir. Göründüyü kimi Ramilə Məmmədova ifadə verən zaman oğlu Zərərçəkmiş şəxs da hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən öldürülməyə cəhd etməsi barədə məlumatlı olmamışdır. İbtidai istintaq orqanının yalnız 13 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şahid qismində ifadə verən zaman ifadəsində Cümşüdün silahın ucunu ona tərəf çevirərək 1 dəfə atəş açması, daha sonra ayaq üstə duraraq silahı ona tuşlayıb 2 dəfə tətiyi çəksə də mərmi bitdiyindən atəş açılmaması barədə dedikdən sonra məlumatı olmuşdur. Həmin vaxta kimi Təqsirləndirilən şəxs da ifadələrində bu barədə hər hansı bir məlumat verməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da öldürməyə cəhd etməsi faktı 2023-cü ilin oktyabr ayına kimi qəbul edilməmiş, bu fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsinə dair zəruri olan bütün hərəkətlər icra edilməmiş, hətta Zərərçəkmiş şəxs özü belə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində qəbul olunmamışdır. Hətta «vəsatətin rədd edilməsi haqqında» 04 oktyabr 2023cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-vəkil X13 tərəfindən verilmiş, əməlin Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.2.2, 120.2.4, 29.120.2.2, 29,120.2.4 və 228.1-ci maddələrinə tövsif edilməsi barədə 03 oktyabr 2023-cü il tarixli vəsatəti əsassız hesab edilərək rədd edilmişdir. Həmin qərarın özü belə məhkəməyək icraatı aparan müstəntiq tərəfindən əsaslandırılmamış, yalnız ümumi olan faktların sadalanması ilə kifayətlənilmişdir. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədova və ailə üzvüləri tərəfindən müxtəlif orqanlara çoxsaylı etirazlar, vəsatətlər və şiakyətlər ünvanlanmağa başlanılmış, bundan sonra ibtidai istintaq orqanı qəbul etdiyi 23 oktyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Sözügedən qərarda hansı səbəbdən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10, 228.1 və 221.3-cü maddələrinə tövsif edilməsi kifayət qədər əsalandırılmamış, toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirilməmişdir. 03 oktyabr 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixə kimi olan dövr ərzində əməlin tövfis edilməsinə təsir edə biləcək hər hansı istintaq hərəkəti aparılmadığı halda istintaq orqanının 20 gün ərzində fikrini dəyişərək əməlin tövsif edilməsi qaranlıq olaraq qalmışdır. Məhkəmə tərkibi hətta onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan yuxarı prokuror tərəfindən qəbul olunmuş «etiraza baxılması haqqında» 04 oktyabr 2023-cü il tarixli qərardan da görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə Məmmədovanın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroru, baş ədliyyə müşaviri Tural İbrahimova 03 oktyabr 2023-cü il tarixli etirazı əsassız olduğundan təmin edilməmişdir. Etiraz, cinayət işi üzrə istintaq aparan Kürdəmir rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 aid hissədə baxılması, həmçinin etirazda işin halları ilə bağlı göstərilən xüsusatların istintaqın obyektivliyi və tamlığı üçün əhəmiyyətli olması nəzərə alınmaqla həmin hissədə araşdırılıb hüquqi qiymət verilməsinin təmin edilməsi üçün Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Həmin qərarda belə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi barədə bir cümlə belə yazılmamış, qərarda yalnız aparılmış istintaqla Təqsirləndirilən şəxs Müşfiq Məmmədovu qəsdən öldürməsinin müəyyən edilməsi qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, 10 iyun 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixə kimi məhkəməyək icraatı aparan istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da öldürməyə cəhd etməsi, qərəzli xuliqanlıq hərəkətlərini icra etməsi faklarını qəbul etməmiş, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini də törətməsini təsdiq edən sübutlar olmamışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs hadisə yerinə gələrək Təqsirləndirilən şəxs üzərində hücüm çəkən zaman, eləcə də hadisənin sonrakı gedişində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahla və ya digər hər hansı formada vurmaq imkanı olmuş, ona həmin hərəkəti icra etməyə hər hansı şəxs mane olmamış, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı formada vurmamış, hadisə yerindən uzaqlaşaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət olmamışdır. Bu bir reallıqdır və obyektiv həqiqətdir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.2ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrdən biridə həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaqdır. Həmin Məcəlləsinin 12.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə tərkibinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməməsi faktına məhz bu cür qiymət verməsi cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktik hallara əsaslanır. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini əlamətlərinin olmamasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Müşfiq Məmmədovu öldürmək olmuş, 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədov ilə görüşən zaman bir gün əvvəl ona söydüyü söyüşlərə görə üzr istəməsini tələb edib rədd cavabı aldıqdan sonra Müşfiq Məmmədovu qəsdən öldürmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evin həyətində saxladığı və görüşə gəlməzdən əvvəl götürüb üzərində gəzdirdiyi sandıqçasında 4 ədəd patron olan «Makarov» markalı tapançanı çıxararaq Müşfiq Məmmədova qəsdən iki dəfə atəş açmış, atəş səslərinə hadisə yerinə gəlmiş sonuncunun oğlu Zərərçəkmiş şəxs onları vizual şəraitdə görə biləcəyi məsafədən olmaqla sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən üçüncü dəfə atəş açib Müşfiq Məmmədova 1 ədəd sol saidin aşağı orta 1/3-ni dəlib keçərək qarının yuxarı şöbəsinin sol yan səthindən qarın boşluğuna keçərək daxili orqanları zədələyən, 1 ədəd sol budun yuxarı 1/3-nin tış səthindən dəlib keçən və xayalığı zədələyən, 1 ədəd sağ budun aşağı 1/3-nin iç səthindən dəlib keçən güllə yaralanmaları və 1 ədəd sağ dizin yuxarı-bayır qütbündə aşkar olunan 3-cü güllə yarasının kanal boyunca sındırdığı bud sümüyü fraqmentinin çıxış yarası xəsarətləri yetirməsi nəticəsində baş vermiş travmatik şok və kəskin-massiv qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək qəsdən öldürmüş, bundan sonra odlu silahı qanunsuz olaraq üzərində daşıyaraq gəzdirməyə davam edib 11 iyun 2023-cü il tarixdə saat 02:20-də Kürdəmir Rayon Polis Şöbəsinə könüllü gəlib təqsirini boynuna alan zaman cinayətin aləti olan həmin tapançanı təqdim etmişdir. Cinayət Prosessual Məcəlləsinin 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Cinayət- Prosessual Məcəlləsinin 42.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun əməllərində həmin maddələrin tərkibi olmaması səbəbindən ona Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan həmin maddələr üzrə tövsif edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, onun digər əməlləri Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələri ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 17 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 08 may 1997-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 192-ci maddəsinin 1-ci hissəsi, 146-cı maddəsinin 3cü hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 17 fevral 2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qanunvericiliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilmişdir.(cild 2, i.v. 58-59) -Kürdəmir rayonu İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 iyul 2023-cü il tarixli, 780 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir şəhərinin 69-cu məhəlləsində yaşayır, 07 noyabr 2006-cı təvəllüdlü Leyla İslamova adlı qızı, 23 avqust 2008-ci il təvəllüdlü Kənan İslamov adlı oğlu vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir.(cild 1, i.v.172-173) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, könüllü gəlib təqsirini boynuna alması (Cinayət Məcəlləsinin 59.1.10-cü maddəsi), cəzasını yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, qardaşının şəhid olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi), cəzasını ağırlaşdıran halı kimi cinayəti odlu silahdan istifadə etməklə törətməsi (Cinayət Məcəlləsinin 61.1.10-ci maddəsi), təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və ona Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X23rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir». Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər (Cinayət Məcəlləsinin 55.1-ci maddəsi). Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi və məhkumun cəmiyyətdən təcrid edilməsi dərəcəsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, onun şəxsiyyəti, əvvəllər məhkum olunub-olunmaması, təqsirkarın cinsi, yaşı və sair hallar nəzərə alınmaqla həll edilir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi birbaşa cinayət qanunvericiliyi ilə tənzimlənir. Cinayət qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların islah edilməsi məqsədinə xidmət edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs üçün cəzaçəkmə müəssisəsinin növü Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir və hökmün nəticəvi hissəsində göstərilir.(CM-in 56.3-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4-cü maddəsi) Cinayət Məcəlləsinin 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır. Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cins, yaş, məhkumun törətdiyi cinayətin ağırlıq dərəcəsi, cəzanı çəkdiyi dövrdə məhkumun davranışı və sağlamlıq vəziyyətinə görə differensiasiya olunurlar. Məhkumların differensiasiyası azadlıqdan məhrum etmə cəzasının icrasının qrup halında fərdiləşdirilməsi, ilk dəfə qısa müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin daha təhlükəli cinayətkarların zərərli təsirindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Differensiasiyanın əsasını cinayət və cəza-icra hüququnun ədalət, humanizm, məcbur etmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədə uyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması kimi prinsipləri təşkil edir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 56.3-cü maddəsində isə göstərilmişdir ki, cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1-56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinə nail olunması üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü cinayət qanunvericiliyində dəqiq, birmənalı, anlaşılan formada öz əksini tapmalı və məhkəmənin hökmündə göstərilməlidir. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli qərarın 2-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkəmələr Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzanın bir hissəsini həbsxanada çəkilməsinə dair qəbul etdikləri qərarı əsaslandırmaqla yanaşı, həm də hökmdə göstərməlidirlər ki, məhkumlar cəzanın həbsxanada çəkilməli hissəsini çəkib qurtardıqdan sonra cəzanın qalan hissəsini kişilər xüsusilə təhlükəli residivinə görə xüsusi rejimli cəzaçəkmə müəssisəsində, qadınlar isə xüsusilə ağır cinayətləri törətmələrinə görə və, cinayətlərin xüsusi təhlükəli residivi zamanı isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, cinayət hüququnda «təqsir» dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradəvi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisənin növü bu psixologiyaya müvafiq olaraq qanunverici orqan tərəfindən müəyyən edilmiş, qəsdən törədilən əməllərə görə daha ciddi rejimli cəzaçəkmə müəssisəsinin növləri cinayət qanunvericiliyində təsbit edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının bir hissəsinin Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən (xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) həbsxanada, qalan hissəsini isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablanmalı, Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(041)-74/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə istintaq orqanı tərəfindən maddi sübut qismində tanınmış və Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə vaxtı zərərçəkmiş şəxs Müşfiq Məmmədovun əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd gödəkçə, qana bənzər ləkələrdən götürülmüş nümunələr (2 (iki) ədəd pambıq tampon və 1 (bir) ədəd çınqıl daşı), 1 (bir) ədəd güllə, 2 (iki) ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Kürdəmir Rayon Polis şöbəsində saxlanılan 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li yarımavtomatik tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 478 (dörd yüz yetmiş səkkiz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 478 (dörd yüz yetmiş səkkiz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 44, 51-2, 132, 318, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının 3 (üç) ilini həbsxanada qalan 15 (on beş) ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 11 iyun 2023-cü il tarixdən hesablansın. Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(041)-74/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə vaxtı zərərçəkmiş şəxs X3 əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, 1 (bir) ədəd gödəkçə, qana bənzər ləkələrdən götürülmüş nümunələr- (2 (iki) ədəd pambıq tampon və 1 (bir) ədəd çınqıl daşı), 1 (bir) ədəd güllə və 2 (iki) ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis şöbəsində saxlanılan 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li yarımavtomatik tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 478 (dörd yüz yetmiş səkkiz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar