Məhkəmə qərarları › İş №1(099)-234/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-234/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-234/2025 04.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2h Balabəy oğlu, təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Beyləqan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A24” markalı mobil telefonda +**********11 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********49 saylı mobil nömrənin istifadəçisi, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxs tərəfindən Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 4 nömrəli məktəbin arxa tərəfində gizlədilmiş içərisində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bükümü 30 aprel 2024-cü il tarixdə, saat 12 radələrində 50 manat pul qarşılığında satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Beyləqan şəhəri, N.Nərimanov küçəsində yerləşən adsız parka daşıyıb orada 50 manat pul qarşılığında tanışı Şahid5 satmış, 30 aprel 2024-cü il tarixdə, saat 18:30-da Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində Şahid5 Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 19:30-da onun üzərində şəxsi axtarış aparılarkən Şahid5 satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pulqabının içərisində saxlamaqla daşıdığı bir ədəd qızılı rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,680 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan başqa o, təkrarən, 30 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 4 nömrəli məktəbin arxa tərəfinə gedib orada yuxarıda qeyd edilən şəxs tərəfindən gizlədilmiş içərisində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan sellofan torbacığı 50 manat pul qarşılığında təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Beyləqan şəhəri, S.İmrəliyev küçəsinə daşımış, həmin gün saat 20:50-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirlərinin davamında o, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində saxlanılaraq Beyləqan RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 21:35-də üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindəki “Winston” markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf rəngli sellofan torbacıqda saxlamaqla daşıdığı təmiz çəkisi 1,272 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 30 aprel 2024-cü il tarixdə, axşam saat 6-7 radələrində onu Beyləqan rayonunun mərkəzində saxlamışlar, saxlanılan vaxt üzərində psixotrop maddə metamfetamin olmamışdır. O, ibtidai istintaq zamanı heç bir sənədə qol çəkməmişdir. Metamfetamini öz istifadəsi üçün alır, satışı ilə məşğul deyil, bu barədə əlində qəbzləri də var. Metamfetamini “tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxslərdən alır, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir,onların ödənişini isə “M10” vasitəsilə edirmiş. Şahid5 narkotik vasitə satmamış, sadəcə adətən onunla birlikdə narkotik vasitədən istifadə etmiş, belə ki, adətən psixotrop maddənin pulunu Aqil vermiş, o narkotik vasitə satanı tanıdığı üçün, Aqil tanımadığı üçün o, psixotrop maddəni almış, Aqil pulunu vermiş, biryerdə bölüb istifadə etmişlər. Lakin, 30 aprel 2024-cü il tarixdə Şahid5 israrla ondan psixotrop maddə istəmiş, bunun üçün ona 50 manat vermiş, o da iran nömrəsi ilə yazışdığı, əslində isə rayon adamı olan şəxsdən psixotrop maddəni Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 4 nömrəli məktəbin arxa tərəfindən gizlədilmiş yerdən götürüb gətirib Aqilə vermiş, Aqilə etibar etmədiyi üçün əvvəlcə psixotrop maddəni ona vermək istəməmiş, lakin, Aqil təkid etdikdə o, psixotrop maddəni Aqilə vermişdir. Psixotrop maddəni Aqilə verəndə şəxsi marağı olmamış, psixotrop maddəni satan ancaq ona etibar etmiş, Aqilə etibar etməmiş, ona görə psixotrop maddənin pulunu Aqildən alıb özü satıcıya göndərmiş, gizlədildiyi yerdən yenə özü götürmüşdür. Psixotrop maddənin dalınca o yox, Aqil getsəydi, satan Aqilə etibar etmədiyi üçün psixotrop maddəni qoydurmayacaqdı. Polis şöbəsinə gətirilərkən üzərində psixotrop maddə olmamış, polislər tərəfindən üzərinə qoyulmuş, etirafedici ifadə verməzsə evindən narkotik çıxaracaqları ilə hədələmişlər. Onu döyməmiş, yalnız hədələmişlər. Bundan sonra məcbur qalıb polislərin dedikləri ilə razılaşmışdır. Şahid5 Beyləqan rayonunda bir neçə nəfərin əleyhinə guya onlara narkotik vasitə satması ilə bağlı ifadə verməsi üçün məcbur etmişlər, hazırda Şahid5 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müəssisəsindədir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, “...30 aprel 2024cü il tarixdə, saat 12 radələrində Beyləqan şəhər sakini kimi tanıdığı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona psixotrop maddə lazım olduğunu bildirmişdir. O, Aqilə metamfetamin satmaq qərarına gəlmiş və Aqilə 50 manat pul qarşılığında psixotrop maddə metamfetamin sata biləcəyini bildirmişdir. Aqil razılaşmış, vatsapp sosial şəbəkəsində həmin qadına zəng edərək ona 50 manatlıq metamfetamin lazım olduğunu bildirib onun verdiyi M10 hesabına 50 manat pul atmışdır. Həmin qadın Beyləqan şəhəri ərazisində yerləşən 4 nömrəli məktəbin arxa tərəfində bir yerin şəklini ona atıb oraya metamfetamin qoydurduğunu bildirib gedib götürməsini demişdir. O, dərhal onun dediyi yerə getmiş və bir ədəd qızılı rəngli falqa bükümünün içərisində olan metamfetamini götürmüşdür. O, metamfetamini götürən kimi Aqilə zəng edərək Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən adsız parkda görüşməyi bildirib onu oraya çağırmışdır. O, özü də parka getmiş və həmin gün saat 14 radələrində parkda Aqillə görüşmüşdür. Aqil ona 50 manat pul vermiş və o, cibindən içərisində metamfetamin olan bir ədəd qızılı rəngli falqa bükümünü çıxarıb Aqilə vermişdir. Aqil bükümü açıb içərisinə baxmış və içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Aqil metamfetamini yenidən falqaya bükmüş və bükümü əynində olan göy rəngli cins şalvarının cibində olan pul qabının cibinə qoymuş, sonra sağollaşıb ayrılmışlar. Sonra o, özü də metamfetamin qəbul etmək istəmiş və Whatsapp sosial şəbəkəsində həmin qadına zəng edərək ona 50 manatlıq metamfetamin lazım olduğunu bildirmiş və həmin qadının ona verdiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin “M10” hesabına 50 manat pul göndərmişdir. Həmin qadın yenə də Beyləqan şəhəri ərazisində yerləşən 4 nömrəli məktəbi arxa tərəfində bir yerin şəklini ona atıb oraya metamfetamin qoydurduğunu bildirib gedib götürməsini demişdir. O, dərhal onun dediyi yerə gedib saat 14 radələrində şəkildə göstərdiyi yerdə olan bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan metamfetamini götürmüşdür. Sonra o, rayon ərazisində gəzişməyə başlamışdır. Saat təxminən 21 radələrində o, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində olan zaman mülki formada olan üç nəfər şəxs ona yaxınlaşaraq Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Metamfetaminin bir qismini istifadə edib, qalanını satacaqmış. ( C-İİ, i.v. 110-113) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona təzyiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 30 aprel 2024-cü il tarixdə ona daxil olmuş məlumat əsasında şöbə rəhbərliyinə raportla müraciət etmiş. Həmin gün axşam 18:00 radələrində Şahid5 Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlamış və özlərini təqdim etmişlər. Şəxsin üzərinə baxış keçirmək üçün əlverişli şərait olmadığından onu RPŞ-ə dəvət etmişlər və orada onun üzərində şəxsi axtarış aparılmış, həmin vaxt onun üzərindən 0.86 qram metamfetamin aşkarlanmış, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs saxlamış və rayon polis şöbəsinə dəvət etmişlər. Onun üzərindən 2 ədəd 20 manatlıq pul əskinazı, siqaret və həmin siqaretin içərisindən 1 ədəd şəffaf bükümdə metamfetamin aşkarlanmış, onun çəkisinin 1,47 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iranlı şəxsdən aldığını və Şahid5 50 manat pul qarşılığında satdığını etiraf etmişdir. Şəxsə qarşı zor tətbiq etməmiş və onun hədələnməsi kimi hal ilə qarşılaşmamışdır. İş üzrə dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Şahid5 saxlayan zaman narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş və Təqsirləndirilən şəxs də Aqil adlı şəxsə narkotik vasitə satdığını etiraf etmişdir. Şəxsə qarşı zor tətbiq edilməmiş, onun hədələnməsi kimi hallar olmamışdır. İş üzrə dindirilmiş Şahid5 Tofiq oğlu ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, ondan öz istifadəsi üçün 5-6 dəfə narkotik vasitə almışdır. 30 aprel 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin yanında olan parkda Təqsirləndirilən şəxsla görüşmüşlər və ondan 50 manat pul qarşılığında narkotik vasitə metamfetamin almışdır. O, heç vaxt Təqsirləndirilən şəxsla birlikdə psixotrop maddə istifadə etməmiş, həmişə psixotrop maddəni ondan öz istifadəsi üçün almış, Təqsirləndirilən şəxs ona metamfetamini pul qarşılığında satmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin (qismən), şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 30 aprel 2024-cü il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da ARCM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 31-32) - «Şəxsi axtarış və götürmə barədə» 30 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən iki ədəd 20 manatlıq pul əskinasları, bir ədəd nömrəsi oxunmayan Birbank plastik kartı və ona məxsus “Samsung Galaxy A24” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd alışqan və Winston markalı siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusu açılaraq içərisinə baxış keçirilmiş və içərisindən bir ədəd siqaret dənəsi və bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilib götürülmüşdür. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlənin “patı” olduğunu, İran vətəndaşı kimi tanıdığı şəxsdən aldığını və üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs Beyləqan şəhər sakini Şahid5 saxlanılaraq rayon polis şöbəsinə gətirildiyi, üzərində şəxsi axtarış keçirilən zaman üzərindən metamfetaminə bənzər kütlə aşkar edildiyi, Şahid5 həmin metamfetamini 50 manat pul qarşılığında ondan aldığını dediyi bildirilmişdir. Təqsirləndirilən şəxs həqiqətən də Şahid5 50 manat pul qarşılığında metamfetamin satdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin əlavə olaraq istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar edilmiş bir ədəd sellofan bükümünün içərisində olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,46 qram olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə vidoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. (C-İ, i.v. 41-42) - Şahid5 30 aprel 2024-cü il tarixli şəxsi axtarış protokolu və ona əlavə edilmiş videodiskdən görünür ki, Şahid5 üzərindən aşkar edilmiş pul qabının içərisindən 01 ədəd qızılı rəngli falqa bükümü aşkar edildi. Həmin büküm açılaraq içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Şahid5 həmin kütlənin nə Şahid5 həmin kütlənin "patı" olduğunu, Beyləqan şəhər sakini kimi tanıdığı İlkin adlı şəxsdən 50 manat pul qarşılığında aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirdi. (C-İ, 16-17) - Beyləqan Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 4(020)-16/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılan zaman o, əməlini etiraf etmişdir. (C-İ, i.v. 118-123) - Məhkəmə-kimyəvi ekspertizasının 01 may 2024-cü il tarixli, 3-16-16/2-18/453 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid5 üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,680 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (C-İ, i.v. 60-61) - Məhkəmə-kimyəvi ekspertizasının 01 may 2024-cü il tarixli, 3-16-16/2-18/455 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdə bir ədəd sellofan torbacıqda təmiz çəkisi 1,272 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə, Şahid5 üzərindən aşkar olunmuş bir bükümdə, cəmi iki ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. (C-İ, i.v. 64-65) - «Mobil telefona baxış keçilməsi haqqında» 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 məxsus “Samsung A01” markalı mobil telefona baxış keçirilən zaman telefonun ekran şifrəsi “0000p” yığılaraq telefona daxil olunmuşdur. Telefonun ekranında “Telefon” bölməsinə daxil olundu. “Telefon” bölməsində “İlkin” adı qeyd olunmuş +**********11 saylı mobil nömrə olması müəyyən edilmişdir. 30 aprel 2024-cü il tarixdə, saat 12:22-də +**********11 saylı mobil nömrəyə zəng edilmiş və 1 dəqiqə 3 saniyə danışıq aparılmış, saat 12:18-də həmin nömrədən zəng daxil olmuş və 10 saniyə danışıq aparılmış, saat 11:55-də həmin nömrəyə zəng edilmiş və 14 saniyə danışıq aparılmış, saat 11:31-də həmin nömrəyə zəng edilmiş və 11 saniyə danışıq aparılmışdır. 26 aprel 2024-cü il tarixdə, saat 20:15-də +**********11 saylı mobil nömrədən zəng daxil olmuş və 46 saniyə danışıq aparılmışdır. Daha sonra telefonun ekranında olan “Whatsapp” proqramında daxil olunaraq baxış keçirilən zaman Şahid5 “Whatsapp” proqramında istifadəsində olan +**********31 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Daha sonra iş üçün əhəmçiyyət kəsb edə biləcək mesajlaşmaların olub-olmaması yoxlanılmış, “Whatsapp” proqramında “İlkin” adı ilə adı ilə qeydiyyatdan keçmiş +**********11 saylı mobil nömrə ilə mesajların olması müəyyən edilmişdir. Həmin mobil nömrəyə 30 aprel 2024-cü il tarixdə, saat 09:19-da “nağarsan qaqa sabahın xeyir” məzmunlu mesaj yazılmış, saat 09:24-də isə həmin nömrədən “sabahın xeyir qaqa” məzmunlu cavab mesajı göndərilmişdir. Həmin gün saat 10:00-da +**********11 saylı mobil nömrəyə “Whatsapp” proqramında zəng edilmiş və iki dəqiqə danışıq davam etdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı məlumat aşkar edilməmiş, baxış zamanı video çəkilişdən istifadə edilmiş və çəkilmiş videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. (C-İ, i.v. 138) - «Mobil telefona baxış keçilməsi haqqında» 10 may 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A24” markalı mobil telefona baxış keçirilən “Telefon” bölməsində “AAA” adı qeyd olunmuş +**********49 saylı, “Aqil” adı ilə qeyd olunmuş +**********31 saylı mobil nömrələr olması müəyyən edilmişdir. Daha sonra telefonun ekranında olan “Whatsapp” proqramında daxil olunaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs “Whatsapp” proqramında istifadəsində olan +**********11 saylı mobil nömrə ilə “İlkin” adlı qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Daha sonra iş üçün əhəmçiyyət kəsb edə biləcək mesajlaşmaların olub-olmaması yoxlanılmış, “Whatsapp” proqramında Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrədən “AAA” adı ilə qeydiyyatdan keçmiş İran İslam Respublikasının domen kodu ilə olan +**********49 saylı mobil nömrəyə 15 mart 2024-cü il tarixdə saat 15:45-də “Dostum, and olsun Allaha bu da dünənkindən oldu, bax indi atdırdığın vare indi bu dəqiqə” məzmunlu səs yazısı göndərir. Səs yazısında bir nəfər başqa şəxs “ə bu nədi əə denən” deyir, bu zaman Təqsirləndirilən şəxs həmin şəxsə sakit durmasını, söz danışdığını bildirir və sonra yenidən sözünə davam edərək “bax bu da dünənkindən oldu, pis gündə, qatı qaradan qapqaradan da, bu nədisə paraşok kimi köpüklənir, qapqara sonra saqqız kimi yapışır ora” bu zaman yanındakı şəxs “yarım mal gedib heçnə qalmayıb” deyir. Təqsirləndirilən şəxs sözünə davam edərək “bu nədi bilmirəm, başım çıxmır, sənə də deyirəm, deyirsən belə-elə, deyirsən nə oldu səndə elə oldu, Allah haqqı mən nə deyirəmsə düz deyirəm də, bax qurana and olsun heç nə çəkə bilmədim də, nə oldu ee göz dəydi yenə sizə?” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra qarşı tərəfdən mesaj göndərilmiş, lakin sonradan həmin mesaj silinmişdir. Bunun ardınca saat 15:51-də +**********11 saylı mobil nömrədən +**********49 saylı mobil nömrəyə “Ayə sənə qurban olum, başına dönüm, mən bu sözü dəfələrlə sənə demişəm, mən sənə demirəm sənsən bu işin üstündə qlavar, mən demirəm sən qatmısan onu, sən nəsə eləmisən, aydın məsələdi, başa düşdüm sənlik deyil, bunları bildik, ama mən səni tanıyıram axı, mənim ürəyim partlayır, mən sözümü kimə deyim, mən sənlə danışıram, pulu sənə vururam, 50 manat sizə necə gəlir bilmirəm, and olsun Allaha Beyləqan rayonunda 50 manatı qazanmaq, çətin puldu ee Allah haqqı pul yoxdue, camaat acından qırılıb batır. Bu zaman Təqsirləndirilən şəxs yanındakı şəxs nəsə anlaşılmayan nəsə deyir, Təqsirləndirilən şəxs “bir dəqiqə” deyərək onun danışmasını saxlayır. Təqsirləndirilən şəxs sözünə davam edərək “Eləmə belə, mən kimə deyim, Mən nə bilim nədi? Deyirsən mən nə bilim vallah, mən kimə deyim bəs, mən səni tanıyıram, mən səndən başqa adam tanıyıram gedib yapışam yaxasından? Bəs mən sənə deyirəm də, mən səni tanıyıram, belə olar bəs?! Olmaz. Allah haqqı bunu Allah götürməyəcək, and olsun Allaha onu satanlara de, o topatopa, qomla pulu qazananlara de ki, Beyləqanlı İlkin deyir ki, siz bu pulu yeyə bilməyəcəksiz, Allah haqqı Allah qusduracaq onu sizə, belə pul qazanmırlar, insan pul qazanır belə dəxli yoxdur, ama başının üstündə Allahı görər, belə şey eləmiyin xahiş eliyirəm, dünəndən bəri nədir bu?” Məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra hər iki tərəfin yazdığı mesajlar silinmişdir. Baxış zamanı mesajlaşmalar siyahısında Hindistan Respublikasının domen kodu ilə olan +**********47 saylı mobil nömrəni olması müəyyən edildi, lakin nömrələr arasında mesajlaşma aşkar edilməmişdir. Bundan sonra telefonun “Qalareya” bölməsinə baxış keçirilən zaman həmin bölmədə işarələnmiş yerlər, ovuc içərisində iki ədəd ağ rəngli büküm, üzərində yaşıl rəngli bitki olan kağızlar, ovuc içərisində bir ədəd şəffaf rəngli sellofan büküm, üzərində bir ədəd şəffaf rəngli büküm olan eletron tərəzi, üzərində ağ rəngli kristal formalı maddə olan kağız, üzərində ağımtıl-qəhvəyimtil rəngli maddə olan gümüşü rəngli kağızlar olan fotoşəkillər olması müəyyən edilmişdir. Daha sonra qəbz şəkilləri müəyyən edilmiş, həmin qəbzlərə baxış zamanı "xxxx" MMC-də açılmış aşağıda qeyd olunan nömrələrə aid m10 hesablarının artırılmasına dair qəbzlərin şəkilləri olması müəyyən edilmişdir: 1) +99***-***-**-** saylı nömrəyə aid m10 hesabına 04 mart 2024-cü il tarixdə, saat 20:28-də 40 manat, 07 mart 2024-cü il tarixdə, saat 14:04-də 40 manat, saat 15:16-də 40 manat, saat 19:55-də 40 manat, saat 21:57-də 40 manat, 08 mart 2024-cü il tarixdə, saat 18:43-də 50 manat, saat 21:15-də 45 manat, saat 23:11-də 45 manat, 09 mart 2024-cü il tarixdə, saat 02:09-da 10 manat, saat 21:13-də 60 manat, 10 mart 2024-cü il tarixdə, saat 22:10-da 45 manat, 11 mart 2024-cü il tarixdə, saat 19:36-da 55 manat, 12 mart 2024-cü il tarixdə, saat 21:12-də 70 manat, 13 mart 2024-cü il tarixdə, saat 18:54-də 60 manat, 15 mart 2024-cü il tarixdə, saat 20:51-də 80 manat, 18 mart 2024-cü il tarixdə, saat 22:49-da 70 manat, 27 mart 2024-cü il tarixdə, saat 18:57-da 20 manat, 29 mart 2024-cü il tarixdə, saat 20:27-da 50 manat, saat 22:50-də 30 manat, 02 aprel 2024-cü il tarixdə, saat 19:23da 60 manat, 10 aprel 2024-cü il tarixdə, saat 19:30-da 50 manat, 11 aprel 2024-cü il tarixdə, saat 16:23-da 50 manat 2) +99***-***-**-** saylı nömrəyə aid m10 hesabına 06 mart 2024-cü il tarixdə, saat 22:10-da 40 manat, 15 mart 2024-cü il tarixdə, saat 20:51-də 80 manat, 16 mart 2024-cü il tarixdə, saat 16:55-da 50 manat, saat 20:16-da 50 manat, 17 mart 2024-cü il tarixdə, saat 13:59-da 30 manat, 18 mart 2024-cü il tarixdə, saat 17:18-də 50 manat, 19 mart 2024-cü il tarixdə, saat 18:03-da 50 manat, saat 18:44-də 50 manat, 20 mart 2024-cü il tarixdə, saat 22:15-də 50 manat, 22 mart 2024-cü il tarixdə, saat 16:06-da 50 manat, 23 mart 2024-cü il tarixdə, saat 17:23-də 50 manat, saat 20:44-də 50 manat, 24 mart 2024-cü il tarixdə, saat 16:24-də 50 manat,25 mart 2024-cü il tarixdə, saat 21:46-da 80 manat, 30 mart 2024-cü il tarixdə, saat 18:04-də 45 manat, 01 aprel 2024-cü il tarixdə, saat 16:06-da 50 manat, 03 aprel 2024-cü il tarixdə, saat 20:04-də 50 manat, 04 aprel 2024-cü il tarixdə, saat 19:42-də 40 manat, 04 aprel 2024-cü il tarixdə, saat 23:37-da 20 manat, 05 aprel 2024-cü il tarixdə, saat 16:41-da 20 manat, saat 21:14-də 30 manat, 12 aprel 2024-cü il tarixdə, saat 15:29da 50 manat, saat 18:28-də 30 manat, 13 aprel 2024-cü il tarixdə, saat 14:41-də 50 manat, saat 20:12-də 20 manat, saat 20:28-də 20 manat, 14 aprel 2024-cü il tarixdə, saat 21:30-da 60 manat, 15 aprel 2024-cü il tarixdə, saat 20:58-də 20 manat, 18 aprel 2024-cü il tarixdə, saat 18:09-da 50 manat, saat 18:52-də 50 manat, 19 aprel 2024-cü il tarixdə, saat 18:47-də 40 manat, saat 22:06-də 80 manat, 20 aprel 2024-cü il tarixdə, saat 14:22da 60 manat, saat 21:50-də 40 manat, 22 aprel 2024-cü il tarixdə, saat 14:25-də 50 manat 3) +99***-***-**-** saylı nömrəyə aid m10 hesabına 24 aprel 2024-cü il tarixdə, saat 21:23-də 20 manat, 25 aprel 2024-cü il tarixdə, saat 21:47-da 30 manat, 29 aprel 2024-cü il tarixdə, saat 20:01-də 50 manat, 30 aprel 2024-cü il tarixdə, saat 11:33-də 50 manat, saat 14:29-da 50 manat Həmçinin 416973******3727 saylı bank kartından 523915******7860 saylı bank kartına 29 mart 2024-cü il tarixdə, saat 03:03-da 10 manat, 10 aprel 2024-cü il tarixdə, saat 14:19-da 80 manat, 26 aprel 2024-cü il tarixdə, saat 22:52-də 30 manat, 27 aprel 2024-cü il tarixdə, saat 17:42-də 40 manat pul köçürmələri həyata keçirilməsi barədə qəbzlərin şəkillərinin olması müəyyən edilmişdir. Daha sonra mobil telefonda quraşdırlmış “Birbank” tətbiqində Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş **********991333 nömrəli və **********953727 nömrəli bank kartları olması müəyyən edilmişdir. Birbank tətbiqində əməliyyat tarixçəsinə baxış keçirilən zaman 416973******3727 saylı bank kartından 416973******0639 saylı bank kartına 06 aprel 2024-cü il tarixdə, saat 09:20-də 35 manat, 416973******3727 saylı bank kartından 416973******3671 saylı bank kartına 10 aprel 2024-cü il tarixdə, saat 10:35-də 29 manat, 416973******3727 saylı bank kartından 523915******7860 saylı bank kartına 10 aprel 2024-cü il tarixdə, saat 14:19-da 80 manat, 23 aprel 2024-cü il tarixdə, saat 21:08-də 9 manat, 26 aprel 2024-cü il tarixdə, saat 22:52də 30 manat, 416973******3727 saylı bank kartından 416973******4711 saylı bank kartına 11 aprel 2024-cü il tarixdə, saat 21:20-də 20 manat pul köçürülməsi müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı məlumat aşkar edilməmiş, baxış zamanı video çəkilişdən istifadə edilmiş və çəkilmiş videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. (C-İ, i.v. 139-141) - Məhkəmə-narkoloji ekspertizasının 24 may 2024-cü il tarixli, 3678 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-İ, i.v. 198-199) - "xxxx" 14 iyun 2024-cü il tarixli protokola əsasən "xxxx" MMC-dən daxil olmuş məktuba və məktuba əlavə edilmiş, yaddaşında telefon danışıqları barədə məlumatlar olan 01 ədəd CD disk baxış zamanı müəyyən edilmişdir ki, ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə 17 mart 2024-cü il tarixdə, saat 21:37-də zəng edilərək 45 saniyə, 07 aprel 2024-cü il tarixdə, saat 20:40-da zəng edilərək 28 saniyə, 12 aprel 2024cü il tarixdə, saat 20:45-də zəng edilərək 23 saniyə, saat 21:05-də zəng edilərək 20 saniyə, 18 aprel 2024-cü il tarixdə, saat 17:20-də zəng edilərək 19 saniyə, saat 22:13-də zəng edilərək 34 saniyə, 30 aprel 2024-cü il tarixdə, saat 11:31-də zəng edilərək 12 saniyə, 30 aprel 2024-cü il tarixdə, saat 11:55-də zəng edilərək 15 saniyə, saat 12:22-də zəng edilərək 64 saniyə danışıq aparılmışdır. Həmçinin, ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə 19 mart 2024-cü il tarixdə, saat 19:32-də zəng edilərək 9 saniyə, 20 mart 2024-cü il tarixdə, saat 23:13-də zəng edilərək 45 saniyə, 22 aprel 2024cü il tarixdə, saat 20:54-də zəng edilərək 100 saniyə, 26 aprel 2024-cü il tarixdə, saat 20:15-də zəng edilərək 47 saniyə, 30 aprel 2024-cü il tarixdə, saat 10:14-də zəng edilərək 21 saniyə, saat 12:02-də zəng edilərək 14 saniyə, saat 12:18-də zəng edilərək 11 saniyə, saat 12:21-də zəng edilərək 24 saniyə danışıq aparılmışdır. (C-İ, i.v. 225) - "xxxx" 20 iyun 2024-cü il tarixli protokola əsasən X25 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktuba baxış zamanı **********39 nömrəli “M10” hesabının Göyçay rayonu, Xurşidbanu Natəvan prospekti ev 94-də qeydiyyatda olan X8 adına olması, **********333 nömrəli “M10” hesabının Kürdəmir rayonu, Ərəb Qubalı ərazi dairəsi, Çöl Qubalı kəndində qeydiyyatda olan X13 adına olması, **********27 nömrəli “M10” hesabının Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan X6 adına olması, **********65 nömrəli “M10” hesabının Sabirabad rayonu, Qalağayın ərazi dairəsi, Qalağayın kəndində qeydiyyatda olan Cəfərova Hicran Balabək qızının adına olması, **********78 nömrəli “M10” hesabının Sabirabad rayonu, Qalağayın ərazi dairəsi, Balakənd kəndində qeydiyyatda olan X4 adına olması, **********90 nömrəli “M10” hesabının Sumqayıt şəhəri, 5-ci mikrarayon, Səməd Vurğun küçəsi, Yataqxana 8/12, ev 134, mənzil 93-də qeydiyyatda olan X9 adına olması, **********65 nömrəli “M10” hesabının Beyləqan şəhəri, N.Nərimanov küçəsi, ev 74-də qeydiyyatda olan X7 adına olması, **********41 nömrəli “M10” hesabı Beyləqan şəhəri, N.Nərimanov küçəsi, ev 74-də qeydiyyatda olan X7 adına olması qeyd olunmuşdur. Məktubda **********09 nömrəli “M10” hesabının kimə məxsus olması qeyd edilməmişdir. (C-İ, i.v. 242) - "xxxx" 13 sentyabr 2024-cü il tarixli protokola əsasən X24 Səhmdar Cəmiyyətindən daxil olmuş 04 sentyabr 2024-cü il tarixli Məktuba baxış zamanı 20 mart 2024-cü il tarixdə saat 18:04-də Beyləqan şəhəri, H.Hacıyev küçəsi, ev 148-də qeydiyyatda olan Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 10 (on) manat pul göndərilməsi, 01 aprel 2024-cü il tarixdə 16:52-də Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 10 (on) manat pul göndərilməsi, 30 mart 2024-cü il tarixdə 16:48-də Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 10 (on) manat pul göndərilməsi, 30 mart 2024-cü il tarixdə 14:29-da Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 5 (beş) manat pul göndərilməsi, 29 mart 2024-cü il tarixdə 18:11-də Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 20 (iyirmi) manat pul göndərilməsi, 06 aprel 2024-cü il tarixdə 14:04-də Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 10 (on) manat pul göndərilməsi, 12 aprel 2024-cü il tarixdə 20:46-da Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 15 (on beş) manat pul göndərilməsi, 01 aprel 2024-cü il tarixdə 16:52-də Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 10 (on) manat pul göndərilməsi, 10 aprel 2024-cü il tarixdə 14:06-da Şahid5 adına olan 416973******1700 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******3727 PAN nömrəli kart hesabına 25 (iyirmi beş) manat pul göndərilməsi müəyyən edilmişdir. (C-İİ, i.v. 69) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» müvafiq qərarlardan görünür ki, Şahid5 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,630 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 1,202 qram psixotrop maddə metamfetamin, Şahid5 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş “Samsung A01 markalı” mobil telefon, Təqsirləndirilən şəxsn üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş “Samsung Galaxy A24” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” protokollara əlavə edilən 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon danışıqları barədə məlumatlar olan 01 ədəd CD disk, “Baxış keçirilməsi haqqında” 09 may 2024-cü il tarixli və 10 may 2024-cü il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD disk, Kapital Bank ASC-dən daxil olmuş 01 ədəd CD disk 20 sentyabr 2024-cü il tarixli qərarımla iş üzrə maddi sübut kimi tanınmışdır. (C-İ, i.v. 136-137, C-İİ, i.v. 10-11, 37-38, 75) - Məhkəmə istintaqı zamanı əldə edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi 30 aprel 2024-cü il, saat 11:31-dən 17:15-dək Beyləqan şəhəri, Beyləqan Rayon İcra Hakimiyyətinin yanı, 17:15-dən 17:21-dək ünvan 1 ünvanında olmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri: təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini özü istifadə etmək üçün alır, satışı ilə məşğul deyildir, Şahid5 narkotik vasitə satmamışdır, tutulduğu vaxt üstündə metamfetamin olmamışdır, satış məqsədilə təkrar narkotik vasitə əldə edib daşımamışdır, polis əməkdaşlarının psixoloji təzyiqi ilə etirafedici ifadə vermişdir. Məhkəmə müdafiə tərəfinin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla,

1. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, şəxs barəsində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu bildirmişdir.

2. Məhkəmə təqsirləndirilən şəxsin Şahid5 narkotik vasitə satmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil də məhkəmədə əldə edilmiş sübutlarla təkzib olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs öz istifadəsi üçün 5-6 dəfə narkotik vasitə almışdır. 30 aprel 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin yanında olan parkda Təqsirləndirilən şəxsla görüşmüşlər və ondan 50 manat pul qarşılığında narkotik vasitə metamfetamin almışdır. O, heç vaxt Təqsirləndirilən şəxsla birlikdə psixotrop maddə istifadə etməmiş, həmişə psixotrop maddəni ondan öz istifadəsi üçün almış, Təqsirləndirilən şəxs ona metamfetamini pul qarşılığında satmışdır. Həmçinin, təqsirləndirilən şəxs özü məhkəmədə bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə Şahid5 israrla ondan psixotrop maddə istəmiş, bunun üçün ona 50 manat vermiş, o da iran nömrəsi ilə yazışdığı, əslində isə rayon adamı olan şəxsdən psixotrop maddəni Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 4 nömrəli məktəbin arxa tərəfindən gizlədilmiş yerdən götürüb gətirib Aqilə vermiş, Aqilə etibar etmədiyi üçün əvvəlcə psixotrop maddəni ona vermək istəməmiş, lakin, Aqil təkid etdikdə o, psixotrop maddəni Aqilə vermiş, psixotrop maddənin pulunu Aqildən alıb özü satıcıya göndərmiş, gizlədildiyi yerdən yenə özü götürmüşdür.

3. Məhkəmə təqsirləndirilən şəxsin şəxsin 30 aprel 2024-cü il tarix, saat 14 radələrində təkrarən satış məqsədilə narkotik vasitə əldə edib daşımaması, Şahid5 psixotrop maddə verməkdə şəxsi marağının olmaması ilə bağlı dəlilinə münasibət bildirərəkən, ilk öncə aşağıda qeyd edilən normaları nəzərə almağı zəruri hesab edir: Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı həmçinin, aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “metamfetamin” narkotik vasitədir və onun 0,15 qramdan-2 qrama qədər hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin müvafiq dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs özü ibtidai istintaq və məhkəmə istintaqı dövründə bildirmişdir ki, Şahid5 verdiyi 50 manatı M10 vasitəsilə satıcıya göndərmiş, həmin 50 manatdan qazancı, şəxsi marağı olmamış, əldə etdiyi psixotrop maddəni bütövlükdə Şahid5 vermiş, tutularkən üzərində psixotrop maddə olmamışdır. Lakin, iş materiallarında olan təqsirləndirilən şəxsə məxsus telefona baxış protokolundan görünür ki, telefonun “Qalareya” bölməsinə baxış keçirilən zaman həmin bölmədə işarələnmiş yerlər, ovuc içərisində iki ədəd ağ rəngli büküm, üzərində yaşıl rəngli bitki olan kağızlar, ovuc içərisində bir ədəd şəffaf rəngli sellofan büküm, üzərində bir ədəd şəffaf rəngli büküm olan eletron tərəzi, üzərində ağ rəngli kristal formalı maddə olan kağız, üzərində ağımtıl-qəhvəyimtil rəngli maddə olan gümüşü rəngli kağızlar olan fotoşəkillər olması müəyyən edilmişdir. Daha sonra qəbz şəkilləri müəyyən edilmiş, həmin qəbzlərə baxış zamanı "xxxx" MMC-də açılmış aşağıda qeyd olunan nömrələrə aid m10 hesablarının artırılmasına dair qəbzlərin şəkilləri olması müəyyən edilmişdir:....30 aprel 2024-cü il tarixdə, saat 11:33-də 50 manat, saat 14:29-da 50 manat. Məhkəmə faktla bağlı qeyd etməyi zəruri hesab edir ki, verilmiş itttihama görə təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini 30 aprel 2024-cü il tarixdə, 2 dəfə: saat 12 və 14 olmaqla əldə etmiş, saat 12-də əldə etdiyi 0.680 qram çəkidə psixotrop maddəni Şahid5 satmış, saat 14 radələrində əldə etdiyi 1,272 qram çəkidə psixotrop maddəni üzərində saxlayıb daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ikinci dəfə psixotrop maddə əldə etmədiyini, tutularkən üzərində psixotrop maddə olmadığını bildirsə də, müvafiq qəbzlərin şəkillərindən görünür ki, o, tutulduğu gün satıcının göndərdiyi hesaba 2 dəfə 50 manat göndərmişdir. Lakin, tədqiq olunan qəbzlərdən görünür ki, təqsirləndirilən şəxsin Şahid5 satdığı istinad olunan 0.680 qram metamfetaminin çəkisinin Təqsirləndirilən şəxs özünün üzərindən aşkar edilmiş 1,272 qram metamfetaminin çəkisindən təqribi 2 dəfə az olmasına baxmayaraq ödənilmiş pul vəsaitləri eynidr. Buradan da aydın görünür ki, təqsirləndirilən şəxs Aqildən aldığı 50 manatı eləcə satıcının kartına göndərdiyi, narkotik vasitənin satışında marağı olmadığını bildirsə də, müvafiq iş materialından görünür ki, şəxs həmin gün saat 14 radələrində əldə etdiyi psixotrop maddənin dəyərində təqribi ikiqat maddi mənfəət əldə etmişdir. Belə ki, məhkəmə hesab edir ki, elementar məntiqlə 0.680 qram metamfetaminlə 1,272 qram metamfetaminin dəyəri eyni ola bilməz, ayrı-ayrı vaxtlarda əldə edilmiş həmin psixotrop maddələrin dəyərinin eyni olması, təqsirləndirilən şəxsin Şahid5 50 manat alıb həmin 50 manatı M10 hesabı vasitəsilə satıcının qeyd etdiyi ünvana göndərməsi həm özlərinin ifadələri, həm də müvafiq qəbzlərlə sübuta yetirildiyi nəzərə alındıqda, şəxsin 30 aprel 2024-cü il tarix, saat 14 radələrində ikinci dəfə əldə etdiyi psixotrop maddənin ödəniş dəyərində güzəşt əldə etdiyi məhkəmədə şübhə oyatmır. Ali Məhkəmənin müvafiq Plenum Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, şəxsin 30 aprel 2024-cü il tarix, saat 12 və saat 14 radələrində iki dəfə psixotrop maddə metamfetamin əldə etməsi, birinci dəfə əldə etdiyi 0.680 qram çəkidə metamfetamini Şahid5 satması, ikinci dəfə əldə etdiyi 1.272 qram çəkidə psixotrop maddənin dəyərində maddi xarakterli öhdəlikdə satıcıdan güzəşt əldə etməsi məhkəmə istintaqında tədqiq olunmuş təkzibedilməz sübutlarla sübuta yetirilir, həmçinin, təqsirləndirilən şəxsin 1.272 qram çəkidə psixotrop maddəni əldə etməzdən 2 saat əvvəl psixotrop maddəni Şahid5 satması, ikinci dəfə əldə etdiyi psixotrop maddənin çəkisinin Şahid5 satdığından təqribən iki dəfə çox olması ibtidai istintaqda ikinci dəfə əldə etdiyi psixotrop maddənin bir qismini özü istifadə etdikdən sonra qalanını satmaq məqsədilə üzərində daşıması barədə verdiyi etirafedici ifadəsi ilə birlikdə nəzərə alındıqda onun təkrarən satış məqsədilə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşıması barədə ittihamın məhkəmə istintaqında əldə edilmiş sübutlarla sübuta yetirildiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda tədqiq olunmuş sübutlardan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları və digər yazılı sübutlarla üst-üstə düşdüyündən mötəbər sübut kimi qəbul edilməli, məhkəmədəki ifadəsi isə işdə olan sübutlarla tamamilə təkzib edildiyindən özünümüdafiə xarakterli, məsuliyyətinin yüngülləşməsinə hesablanmış dəlil kimi qəbul edilərək, mötəbər sübut kimi qəbul edilməməlidir.

4. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın CM-in 234.4.1-ci maddəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, təqsirləndirilən şəxs həmçinin, onunla ittiham olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə qəsdən tamah niyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra 0.680 qram çəkidə psixotrop maddə metamfetamini Şahid5 satmış və 1.272 qram çəkidə psixotrop maddə metamfetamini təkrarən satış məqsədilə əldə edib üzərində saxlayaraq daşımışdır. Lakin, əvvəla, təqsirləndirilən şəxsin nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən Təqsirləndirilən şəxs psixotrop maddəni pul verib əldə etdiyi şəxsin həmin psixotrop maddələri sonuncunun satış məqsədilə əldə etmək niyətindən məlumatının olduğu, bu barədə danışıqların, rol bölgüsünün olduğu görünmür, əksinə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində suallara verdiyi cavablardan görünür ki, həmin şəxsin Təqsirləndirilən şəxs metamfetamini satmaq məqsədilə almasından məlumatı olmamışdır. Bundan başqa, istintaq orqanı həmin şəxsin nəinki təqsirini, hətta kimliyini belə müəyyən etməmiş, Təqsirləndirilən şəxs həmin şəxslə narkotik vasitələrin satışı barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Həmçinin, müdafiə hüquqlarının təmininə riayət edilmədən üçüncü şəxslərin əməlinə onun barəsində irəli sürülməyən ittihama baxılarkən qiymət verilərək ittihamın təsdiq edilməsi və gələcəkdə həmin digər şəxsə qarşı ittihama baxılarkən təqsirinin sübuta yetirilmədiyi halda hazırki hökmün qanuniliyi şübhə altına alınmış olardı. Odur ki, yalnız ehtimala əsaslanmaqla, nəinki təqsiri, hətta şəxsiyyəti belə istintaqa və məhkəməyə məlum olmayan şəxsin təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair ittihamı məhkəmə təqsirsizlik prezumpsiyasına əsasən əsassız hesab edir. AR CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. AR CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, onun psixotrop maddə metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib, saxlamaqla daşıması məhkəmə istintaqında tədqiq olunmuş təkzibedilməz sübutlarla sübuta yetməmiş, lakin, psixotrop maddə metamfetamini təkrarən satış məqsədilə əldə edib, saxlamaqla daşıması sübuta yetmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalı, ona elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə dair bənd xaric edilməldir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında haqqında protokol, maddi sübutlar və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalı, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 04 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə cərimə cəzasına məhkum edilmiş, sonuncu dəfə isə Lənkəran Ağır Cinayətlər məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib altı il müddətə azadlıqdan məhrumetmə cəzasınə məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1500 manat miqdarda cərimə cəzası yeni təyin edilmiş cəzaya tamamilə birləşdirilib hökmlərin məcmusu üzrə qəti olaraq altı il müddətə azadlıqdan məhrumetmə cəzası və 1500 manat miqdarda cərimə cəzası yeni təyin edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş üç ay iyirmi bir gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (C-İ, i.v. 211-213, C-İİ, i.v. 1-7) - Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli arayış xasiyyətnamədən görünür ki, Fərəcov X5 şəhəri S.İmrəliyev küç, 94 nömrəli ünvanda qeydiyyatda olmuşdur. Ailə tərkibi həyat yoldaşı X10, qızı X11 və oğlu 2011-ci il təvəllüdlü X2 ibarətdir. Yaşadığı ərazi üzrə neytral qiymətləndirilmişdir. (C-İİ, i.v. 81-82) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən residiv cinayət törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, həm təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, həm də cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu 30 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan- ayrı-ayrılıqda çəkisi 0,630 qram və 1,202 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A24" markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd DVD və 02 (iki) ədəd CD disk cinayət işini materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 318, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ayrı-ayrılıqda çəkisi 0,630 qram və 1,202 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A24" markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılsın. Maddi sübut kimi tanınmış 04 (dörd) ədəd DVD və 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci - 49,74 (qırx doqquz manat yetmiş dörd) qəpik məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar