Məhkəmə qərarları › İş №1(099)-235/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-235/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-235/2023 14.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X18 oğlunun sədrliyi ilə, hakimlər – X14 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Ağcabədi rayonu, Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, cinayət törədərkən məhkumluğu olmayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 1(101)-598/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 4-də qeydiyyatda olmaqla hazırda 12 X6 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 181.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən X.Q.Karabayev, Z.S.Eqemberdiyev, X.M.Talibov və A.K.Xudayev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Rusiya Federasiyasının Yekaterinburq şəhəri, Teploxodnıy keçidi küçəsində yerləşən “Taqanskiy ryad” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş nağd pul vəsaitlərinin Rusiya Federasiyasından Qırğızıstan Respublikasına daşınmasını həyata keçirən şəxslərə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla bağlı basqın etməklə həmin pul vəsaitlərini quldurluq yolu ilə əldə etməkdən ibarət birgə cinayətkar niyyətlərinə uyğun olaraq, razılaşdırılmış rol bölgüsünə və hazırlanmış plana əsasən 2019-cu ilin aprel ayından 02 iyul 2019-cu il tarixədək müşahidələr aparmaqla pul vəsaitlərinin daşınmasını həyata keçirən şəxslər, onların hərəkət marşurutları və nağd pulun çatdırılacağı yer barədə informasiyalar topladıqdan sonra X7 02 iyul 2019-cu il tarixdə 19 400 000 Rusiya rublu və ya həmin dövrün Azərbaycan Respublikası milli pul məzənnəsinə uyğun olaraq 523.800 manat məbləğində nağd pul vəsaitini “Taqanskiy ryad” ticarət mərkəzindən çıxararaq üzərində daşıyacağı barədə özü və X.M.Talibov məlumat alıb, həmin məlumatı qrupun digər üzvlərinə ötürərək quldurcasına basqının ediləcəyi şəxsi müəyyən etməklə, X.M.Talibovun üzərində saxladığı silah qismində istifadə olunan istintaqla müəyyən olunmamış “Makarov” (PM) konstruksiyalı olmaqla 09 mm kalibrli tapançanı tətbiq etməklə qrupun digər üzvləri ilə birlikdə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə Kambiçek Karimova sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmək barədə niyyətlərini realizə etmək üçün həmin gün saat 15 radələrindən etibarən qrupun digər üzvləri ilə birlikdə “Taqanskiy ryad” ticarət mərkəzinin avtomobil dayanacağına gələrək, Kamçibek Karimovun həmin ticarət mərkəzinin binasından çıxıb idarə etdiyi avtomobillə Rusiya Federasiyasının Yekaterinburq şəhəri, Kalinin küçəsi, 22 ünvanında yerləşən yaşayış yerinə doğru hərəkət etdiyini müşahidə etməklə X.Q.Karabayev və X.M.Talibov ilə birlikdə sonuncunun idarə etdiyi “Lada Priora” markalı X853 EB 96 dövlət nömrə nişanlı avtomobililə, Z.S.Eqemberdiyev və A.K.Xudayev isə sonuncunun idarə etdiyi “Volksvagen Touareg” markalı E 841 MC 15 dövlət nömrə nişanlı avtomobillə Kamçibek Karimovu təqib edərək sonuncunun qeyd olunan ünvanında yerləşən yaşadığı binanın həyət sahəsinə daxil olmasından sonra basqının edilməsi üçün əlverişli şəraitin yarandığını görüb, özü X.Q.Karabayev və X.M.Talibov ilə birlikdə hərəkət etdikləri avtomobillə həmin həyət sahəsinin Kalinin küçəsində olan girişini tutmuş, Z.S.Eqemberdiyev və A.K.Xudayev isə hərəkət etdikləri avtomobillə Avanqardnaya küçəsində olan girişini tutduqdan dərhal sonra X.M.Talibov və A.K.Xudayev avtomobillərdən enərək Kamçibek Karimovun üzərinə doğru qaçmaqla əl və ayaq zərbələri endirməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla bağlı basqını həyata keçirərək Kamçibek Karimovun üzərində olan nağd pul vəsaitlərinin olduğu çantanı verməsini tələb etsələr də, sonuncu onlara aktiv müqavimət göstərdiyindən X.M.Talibov həmin anda yaranmış və qrupun digər üzlərinin qəsdi ilə əhatə olunmayan Kamçibek Karimovu qəsdən öldürmək niyyətini icra edərək üzərində saxladığı “Makarov” tipli həmin tapançadan iki dəfə qəsdən atəş açmaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə öldürmüş, həmin müddətdə özü rolların bölgüsünə və hazırlanmış plana əsasən öhdəsinə düşən hərəkətləri yerinə yetirərək X.Q.Karabayev və Z.S.Eqemberdiyev ilə birgə kənar şəxslərin müdaxiləsinin qarşısını almaq, zəruri halda basqını həyata keçirən qrup üzvlərinə köməklik göstərmək və basqını həyata keçirən şəxslərin hadisə yerindən qaçmasını təşkil etmək üçün basqının həyata keçirildiyi yerin yaxınlığında dayanmaqla nəzarəti həyata keçirmiş, bununla da Kambiçek Karimovun üzərində daşıdığı çantada olan 19.400.000 (on doqquz milyon dörd yüz min) Rusiya rublu və ya 523.800 (beş yüz iyirmi üç min səkkiz yüz) manat məbləğdə xüsusilə külli miqdarda əmlakın əldə edilməsinə yönəlmiş basqın nəticəsində sonuncunun aktiv müqavimətinin qırılmasına nail olaraq, X.M.Talibov və A.K.Xudayev həmin çantadan 4.012.000 (dörd milyon on iki min) Rusiya rublu və ya 108.324 (bir yüz səkkiz min üç yüz iyirmi dörd) manat məbləğində nağd pul vəsaitini götürməklə hadisə yerindən qaçaraq, həmin pul vəsaitlərini aralarında bölməklə özünün və digər qrup üzvlərinin xeyrinə keçirərək Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o 1997-ci il tarixdən Rusiya Federasiyasının Tavda şəhərində yaşamış, Rusiya Federasiyasında bizneslə məşğul olmuşdur. Türkiyədən geyim gətirib Rusiyada satmışdır. Xaliq Talibovla dostluq etmişdir. Cinayət işində güya cinayət törədilən vaxt onunla bir yerdə olduğu göstərilmiş «qırğız» yanına gələndə onu Talibovla tanış etmişdir. Hadisə olan gün Talibov ona zəng edib bir yerə getmələrini demişdir. Sonuncunun ona 500.000 rus rublu borcu olmuşdur. Talıbov ona Uralmaş rayonuna getmələrini və ona olan borcunu qaytaracağını bildirmişdir. O öz idarə etdiyi “BMW” markalı avtomobilini yanacaq doldurma məntəqəsinin yanında qoyub Talibovun idarə etdiyi avtomobilə əyləşmişdir. Sonra onların oğurluq etmək istədiklərini bilib tanışı Karabayevlə oradan uzaqlaşmışdır. Sverdlovsk şəhərində kafeyə getmiş, bir neçə saatdan sonra qırğız Eqemberdiyev oraya gəlmişdir. Sonuncu ona 400.000 rus rublu məbləğində pul gətirmiş və Talibovun ona olan borcunu göndərdiyini bildirmişdir. Lakin o sonra Talibovu görüb pulları ona qaytarmış və ona belə pul lazım olmadığını, yanından uzaqlaşmalarını demişdir. Hadisədən iki-üç həftə sonra isə Azərbaycana toya gəlmişdir. Azərbaycanda olanda da hadisə barədə istintaqı aparan müstəntiqlə danışmış, ona hadisəni araşdırmaq üçün lazımdırsa gəlib onu buradan götürmələrini bildirmiş, sərhəddən buraxmadıqları üçün Rusiyaya gedə bilməmişdir. Azərbaycana gəlməmişdən əvvəl Rusiya Federasiyasında bu işlə əlaqədar dindirilməmişdir. Onun həmin şəxslərin planlarından xəbərim olmamış, Talibov iki qırğızla qrup yaradıb hadisəni törətmişlər. Onun rəsmi sənədlə tapançası olmuşdur. Yolda Talibov ondan silahının üstümdə olub-olmadığını soruşmuş, ona nə üçün soruşduğunu demiş, sonuncu pul aparacağını, onun borcunu və bir də ona əlavə pul da verəcəyini bildirmişdir. Ona «mənə lazım deyil, bu iş mənlik deyil, nə bilirsən özün et» cavabını vermiş, ünvana çatdıqda isə ayaqyoluna girib oradan uzaqlaşmışdır. Oradan maşınlar keçdiyinə görə onların səsindən tapaçadan açılan atəş səsləri eşitməmiş, bir neçə saatdan sonra hadisə barədə televizordan bilmişdir. O, oradan uzaqlaşanda videokameraya düşmüşdür, görüntülərdən də görünür ki, hadisədən qabaq oradan uzaqlaşmışdır. O cinayət hadisəsi törədiləcəyini biləndən sonra taksi çağırıb oradan getmiş, Xaliqə də «mən burada yoxam, mənlik bir şey yoxdur.» demişdir. Hadisəni görməmiş, hadisənin baş verəcəyini bilib taksiyə oturub oradan getmişdir. O hadisədən qabaq taksini çağırmış, taksi gec gəlmiş və taksi gələn kimi oradan getmişdir. O mərhum Kançubek Kərimovu tanımamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Talibov pulu ona «qırğız»dan göndərmiş, həmin pulu götürməmişdir. Bu zaman sonuncu ona pulu geri apara bilməyəcəyini bildirmiş, odur ki, onu Talibovun yanına aparmış, orada Talibovun üzərinə qışqıraraq «bu qədər camaatı niyə belə hala saldın, mənə belə pul lazım deyil» demişdir. O, 400.000 rubl puldan 128.000 rubl pulu Eqemberdiyevə verməmişdir. Eqemberdiyevlə Talibovu o tanış etmiş, həmin vaxt Karavayev də orada olmuşdur. O istintaq zamanı ifadə verən şəxslərlə üzləşdirilməmişdir, əgər üzləşdirilsə idi onlar fərqli ifadə verərdilər, amma verdikləri ifadələr eyni olmuşdur. Bununla belə özünü baş vermiş cinayəti bilib xəbər vermədiyinə görə məsuliyyət daşımaqda təqsirli bilir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin xx.xx.2019-cu il tarixli dindirilməsi protokolundan görünür ki, zərərçəkmiş şəxs X10 ifadə verərək bildirmişdir ki, Yekaterinburq şəhəri, Kalinin küçəsi, 22-84-də valideynləri X11, anası X3, bacısı 2010-cu il təvəllüdlü X12 ilə birgə yaşayır, böyük bacısı Qulnura hal-hazırda Qırğızıstan Respublikası Bişkek şəhərində yaşayır. Onun atası “Qırğızıstan-Ural” Sverdlovsk vilayətinin ictimai təşkilatının qırğız diasporunun sədridir. Bundan əlavə atası sahibkardır. Bildiyi qədər onun mülkiyyətində “Taqanskiy Ryad” bazarında ticarət sahələri vardır. Qeyd edilən ticarət sahələrini atası icarəyə verirmiş, atsının mülkiyyətində dəqiq nə qədər ticarət sahəsinin olduğunu bilmir, bildiyi qədər atası rəhbərlik etdiyi ictimai təşkilatda işçilər arasında öhdəliklərin bölünməsi olmuşdur. İnzibati bölmənin iş tipi üzrə bölünməsi olan rəsmi siyahı vardır, məsələn konkret şəxs idman sektoruna görə cavabdehdir və s. Atasının biznesinə o qədər də maraq göstərməmişdir. Ona yalnız məlumdur ki, onun işdə tabeçiliyində Dastan, Maksat, Nurlan, Daniyar olmuşdur. Bu, ən yaxın ətrafında olan şəxslərdir. Digər yerlilərinə atası yalnız ticarət sahələrini icarəyə verirmiş. İctimai və işgüzar fəalliyəti zamanı atası ayda təxminən bir dəfə Qırğızıstan Respublikasına gedirmiş. Bu zaman mal satanlar, əsasən “Taqanskiy Ryad” bazarında işləyənlər onun atasının vasitəsilə Qırğızıstan Respublikasına təchizatçılara pul göndərirmişlər ki, onlar yeni mallar alsınlar və sonradan satışı həyata keçirmək üçün Yekaterinburq şəhərinə göndərsin. Bank köçürmələrini həyata keçirmək sərfəli deyildir, çünki düşündüyü qədər pul məbləğləri böyük olmuşdur. Atasının konkret olaraq hansı məbləğdə pul vəsaitlərini köçürdüyünü bilmir. Bu səbəbdən atası pul vəsaitlərini əl bağlamasında keçirirmiş. xx.xx.2019-cu il tarixdə o, səhər saat 07-də durmuş, bir müddət sonra atasının avtomobilini götürmüş, öz işləri ilə əlaqədar getmişdir. Əvvəlcə V.Pışma şəhərinə getmiş, sonradan isə Yekaterinburq şəhərinə gəlmişdir. Səhər saat 10 radələrində evə qayıtmışdır. Avtomobili atasına vermişdir. Atası “Taqanskiy Ryad” bazarına getmişdir. O isə metroda öz işləri ilə bağlı getmişdir. Atası xx.xx.2019-cu il tarixdə Bişkek şəhərinə uçmalı imiş. Saat 17 radələrində ona polis əməkdaşları zəng vurmuş və evə gəlməyi xahiş etmişdir. Evə gələndən sonra ona məlum olmuşdur ki, atası ev ətrafı ərazidə qapının yanında öldürülmüşdür. Bu zaman basqın edənlər ondan pul vəsaitlərini götürməyə cəhd etmişlər, qeyd edilən cinayətin kimin törətməsini o, bilmir, konkret şəxslər barəsində şübhələri yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin xx.xx.2019-cu il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, zərərçəkmiş şəxs X10 ifadə verərək bildirmişdir ki, əvvəl verdiyi ifadəni tam həcmdə təsdiq edir, əlavə edir ki, xx.xx.2019-cu il tarixdə atasında külli miqdarda pul vəsaitləri olmuşdur, bir neçə milyon rubl, o cümlədən onun özünə məxsus 3 190 000 rubl. Üç milyon onun şəxsi vəsaiti olmuşdur, onu “Taqanskiy Ryad” bazarında yerləşən ofisindən götürmüşdür. Bu üç milyonu o, Bişkek şəhərinə aparmalı imiş ki, daimi şəkildə həmin şəhərdə yaşayan böyük bacısının ipotekasını ödəsin, həmçinin qeyd edilən mənzili təmir elətdirsin və ora texnika və mebel alsın. Atası pul vəsaitlərini banklarda hesablara yerləşdirmirmiş, çünki elektron pullara etibar etmirmiş, “köhnə nəsil” adam olmuşdur, bütün pulları nağd saxlayırmış. Atasının üç milyon pulu olmasını və bu pulları Bişkek şəhərinə xx.xx.2019-cu il tarixdə aparacağını o, atasından ölümündən qabaq öyrənmiş, atası bu barədə evdə anası ilə danışırmış. Bu pullar onun FS fəaliyyətindən gəlir olmuşdur - o, “Taqanskiy Ryad” bazarında sahələri icarəyə verirmiş. Bazarda olan sahələri atası icarəyə verirmiş, lakin qeyd olunan sahələrin atasına nə əsasla məxsus olmasını o, bilmirmiş. Ofisdən sənədlərin bir hissəsini və atasının əşyalarını o, evə götürmüş, lakin sənədlərə o qədər də baxmamışdır. xx.xx.2019-cu il tarixdə atası pulları ofisdən götürmüş, həmçinin yerlilərinin pullarını da götürmüşdür ki, onları Bişkek şəhərinə aparsın və yerlilərinin tanışlarına versin. Yerlilər atasına “dövriyyə” pullarını verirmiş, o, isə bu pulları bazarda satış üçün mal almağa verirmiş. Atası öləndən sonra ona yerlilər müraciət etmiş və cinayətin törədilmə anında atasında olan pul vəsaitlərini geri qaytarmağı xahiş etmişlər. Yerliləri ilə söhbətdən o, başa düşmüşdür ki, ümumilikdə atasında xx.xx.2019-cu il tarixdə 19 400 000 rubl olmuşdur, həmin pulların içində onun şəxsi yuxarıda qeyd olunan məbləğdə pulları olmuşdur. xx.xx.2019-cu il tarixdə pulları atasında olan bütün yerlilərindən vəkil O.V.Malkova izahat almışdır, sonra vəsatətlə birlikdə istintaqa təqdim etmişdir. Bundan əlavə ofisdə atasının komputerində cədvəl vardır, bu cədvələ o, hər bir şəxsin ona verdiyi pul məbləğlərini qeyd etmişdir. Ofis və komputerə müstəntiq baxış keçirmişdir, cədvəlin çapını o götürmüşdür. Pul əskinaslarının nömrəsini atası yazmırmış, şəklini çəkmirmiş, heç bir yolla onların eyniləşdirmə əlamətlərini qeyd etmirmiş. Güman edir ki, yerlilərinin ifadələri və komputerdən çap olunmuş pul vəsaitlərini atasının yerlilərinə məxsus olmasının kifayət qədər dəlilidir. Bilir ki, atasının hansısa bankda FS hesabı olmuşdur, lakin bu hesab bloklanmışdır, atası ondan istifadə etmirmiş. Bundan əlavə atasının “Sberbank” kartı olmuşdur, çox güman ki, öz adına rəsmiləşdirmişdir, lakin kart üzərində onun adı yazılmamışdır. Bu kart evdədir, çünki həmin kartdan atası yalnız bir dəfə internet mağazadan texnika almaq üçün istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə atasında olan qiymətli əşyalardan yuxarıda qeyd olunan pullar və iki ədəd “iPhone” mobil telefonu olmuşdur. Telefonlardan biri “5555” paroluna malikdi, ikinci telefon parola malik deyildir. Atası əlaqə üçün “Meqafon” mobil rabitə operatorunun ********** və ********** nömrələrindən istifadə edirmiş, onların kimin adına qeydiyyatdan keçməsini xatırlamır, çox güman ki, atasının adına qeydiyyatdadır. Nömrələrdən birini ölümündən təxminən bir həftə əvvəl “Yota” operatoruna keçirmişdir, bu zaman öz pasportunu təqdim etmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə hadisə yerində tünd göy rəngli kepka bebolka aşkar edilmişdir, bir müddət sonra müstəntiq kepkanı ona vermişdir, güman etmişdir ki, kepka atasına məxsus olmuşdur. Atası belə kepkaları taxmağı xoşlayırmış, lakin bu cür onda heç bir zaman görməmişdir. Kepkanı müstəntiqdən aldıqdan sonra o, kepkanı atasının tanışlarına göstərmişdir, lakin heç kim kepkanı tanımamışdır. xx.xx.2019-cu il tarixdə atasını avtomobilə yola salan şəxslər ona bildirmişdir ki, son görüş zamanı atasında kepka olmamışdır. Kepkadan heç bir zaman istifadə etmədiyi parfüm iyisi gəlir, bununla əlaqədar güman edir ki, qeyd olunan kepka atasına məxsus deyildir, onu cinayət yerində cinayətkarlardan hansısa salmışdır. Bildirir ki, qeyd olunan kepkaya o, toxunmamışdır, buna görə də orada çoxlu sayda DNT ola bilər. Qeyd olunan kepkanı istintaqa qaytarmağı lazım bilir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin xx.xx.2019-cu il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, zərərçəkmiş şəxs X10 ifadə verərək bildirmişdir ki, əvvəlki verdiyi ifadələri tam həcmdə təsdiq edir, əlavə edir ki, Qırğızıstana aparması üçün nəzərdə tutulan pulları insanlar özləri ofisə gətirirmişlər, bəzən qeyd olunan şəxslərin yanında Tilekmatov gedərmiş. İsakov da pul dalınca gedə bilərmiş, lakin o, əsasən ofisdə otururmuş, həmçinin digər işlərlə məşğul olurmuş, məsələn “Karqo” üzrə logistik xidmətlərlə. “KArqo”- malların Bişkek şəhəri və Çindən Yekaterinburq şəhərinə daşınmasıdır. Onun atası, İsakov, Tilekmatov bu fəaliyyətlə məşğul olurmuş. xx.xx.2019-ci il tarixə onun fəaliyyəti dayanmışdır, çünki bunu etmək faydalı deyilmiş, çünki daşınma üçün qiymətlər qalxmışdır. Ümumiyyətlə pulların Qırğızıstana daşınması ilə atası 2019-cu ilin mart ayından məşğul olurmuş, lakin onun Qırğızıstana səfərinin məqsədi yalnız pul daşınması olmamışdır, oraya öz işləri ilə bağlı uçurmuş, o cümlədən qohumlarının yanına, onun bacısı, daima Qırğızıstanda yaşayan Karimova Gülnuranın yanına gedirmiş. İnsanlar pulları ofisə gətirəndən sonra atası, Tilekmatov və İsakov bu pulları sayırmışlar. Cinayətin törədilmə anına qədər qeyd olunan seyfə atası, İsakov və Tilekmatov daxil ola bilərmiş. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2019-cu il tarixli dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X2 ifadə verərək bildirmişdir ki, 26 və ya 27 iyun tarixində X.Q.Karavayv ona bildirmişdir ki, ona “Taqanskiy Ryad” bazarında işləyən kommersantlardan kimdənsə informasiya daxil olmuşdur ki, bazarda pul vəsaitlərinin xarici təyyarə ilə daşıyan digər kommersantlar işləyir. Nə məlumat verənin, nədə ki, kommersantalarn adını o bildirməmişdir. Söhbətləri “Taqanskiy ryad” bazarında baş tutmuşdur. Söhbətdən bir gün sonra o, X.Q. Karabayev və M.T. Mehdiyev ilə Bilimbayevskaya küç. yerləşən kafedə görüşmüşlər, kafenin dəqiq ünvanı və adı yadında deyildir. Həmin gün X.Q. Karabayev bildirmişdir ki, ona informatorundan sağ sükanı olan mikroavtobusda hərəkət edən kommersant haqqında informasiya daxil olmuşdur ki, onun üzərində külli miqdarda pul olur, lakin basqın haqqında heç kim danışmamışdır, sadəcə bu məsələni müzakirə etmişlər. Bu görüşdən sonra növbəti gün o, X.Q. Karabayevə zəng etmiş, ondan xahiş etmişdir ki, onu işi ilə bağlı aparsın, Karabayev isə cavab vermişdir ki, o, Tavatuyskaya küçəsində yerləşən evlərin birinin yanına yaxınlaşsın. O, həmin yerə gələndə X.Q. Karabayev qara rəngli “Şevrole Kruz” avtomobilində oturmuşdur, telefonunda filmə baxırmış. O, avtomobilə oturanda X.Q. Karabayev bildirmişdir ki, bu evdə yaşayan kommersantlardan birini müşahidə edir, o, özü həmin kommersantı görməmişdir. Bundan sonra xx.xx.2019-cu ilə qədər cinayət iştirakçıları ilə ünsiyyətdə olmamışdır, həmin gün onlar “Taqanskiy ryad” bazarında görüşmüşlər. Onun cinayət rolu olmamışdır, bu barədə heç kim ona heç nə deməmişdir. xx.xx.2019-cu ildə onlar bazarda yığışanda o, M.T. Mehdiyevə demişdir ki, cinayətdən sonra onu unutmasın, Mirşahid isə ona cavab vermişdir ki, “çay və şokolad pulu verəciyik”. O, başa düşmüşdür ki, mükafat onların cinayət planı haqqında heç kimə məlumat verməməyinə görə ona veriləcək. O, cinayət yerini tərk edəndən sonra evinə getmişdir. Bir müddətdən sonra, vaxt dəqiq yadında deyil, lakin Şövkətlə görüşə qədər, ona Təqsirləndirilən şəxs zəng etmiş, görüşməyi təklif etmiş, bundan sonra özünə məxsus göy rəngli nömrəsi yadında olmayan BMV avtomobilində onu götürmüşdür. Onlar ikisi 4 saylı tərəvəz bazası tərəfə gəlmişlər, yaxınlıqda avtoservis və avtoyuyucuya oxşar bina olmuşdur. Onlar oraya gələndə orada heç kim olmamışdır. M.T. Mehdiyev kiməsə zəng etmiş, Azərbaycan dilində danışmışdır. Bir müddətdən sonra X.M. Talibov və A.K. Xudayev rəngi və nömrəsini xatırlamadığı “Cip” tipli avtomobildə gəlmişlər. Sükan arxasında tanımadığı kişi oturmuşdur, maşından çıxmamışdır, onun xarici görünüşünü təsvir edə bilmir. M.T. Mehdiyev, X.M. Talibov və A.K. Xudayev avtomobildən düşmüş və bir-biri ilə danışmağa başlamışlar, bu zaman o, avtomobildə oturmuşdur. M.T. Mehdiyev X.M. Talibovun üzərinə qışqırırmış ki, niyə o K. K. Karimova atəş açmışdır. Onların söhbəti bir neçə dəqiqə çəkmişdir, bundan sonra onlar həmin avtomobillərdə oradan aralanmışlar. Bundan əvvəl X.M. Talibov M.T. Mehdiyevə K.K. Karimovdan oğurlanan pul vəsaitlərini vermişdir, daha dəqiq 400 000 rubl, bildirmişdir ki, cəmi 1.5 milyon rubl oğurlamışdır. Sonradan həmin gün onunla Təqsirləndirilən şəxs dəmir yolu vağzalına tərəf getmişlər, burada əvvəlcədən zəngləşərək X.Q. Karabayevlə görüşmüşlər. Görüş zamanı M.T. Mehdiyev ona pul vəsaitlərinin bir hissəsini vermişdir, sonra onlar oradan aralanmışlar, o, evə taksi ilə getmişdir. O, 128 000 rubl almış, şəxsi ehtiyaclarına xərcləmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2019-cu il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X2 əlavə ifadə verərək bildirmişdir ki, əvvəl verdiyi ifadələri tam həcmdə təsdiq edir. Əlavə olaraq bildirir ki, Talibovun sözlərindən ona məlumdur ki, o yaxşı qazanır, oyun avtomatları, yəni elektron terminallarla məşğuldur. Talibov həmin avtomatlarda oynamır, sadəcə pulu çıxardır. Hansı yer olduğunu deyə bilməz, çünki ünvanı bilmir, lakin göstərə bilər. Talibovun ünsiyyət dairəsindən Mehdiyevin adını çəkə bilər. Ona məlumdur ki, Talibov “Botanika” rayonunda yaşayır, dəqiq ünvanını bilmir, vizual olaraq harada yerləşdiyini bilmir, çünki qonaq getməmişdir. Talibovun slavyan görünüşlü, yəni rus milliyyətindən olan istədiyi qız olmuşdur. Onu bir dəfə görmüşdür, bu gec vaxtı olmuşdur. Qeyd olunan qızın harada yaşamasını bilmir. Talibovun mobil telefon nömrəsi onda yoxdur. A.K. Xudayev ilə o, xx.xx.2019-cu ildə K.K. Karimova qarşı cinayət törədilməsindən bir həftə əvvəl tanış olmuşdur. A.K. Xudayev ilə qeyd etdiyi “Myata” kafesində Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşdur. Xudayevlə ünsiyyət zamanı o, başa düşmüşdür ki, o Samara şəhərindən gəlmişdir. Xudayevin qara rəngli “Tuareq” avtomobili olmuşdur, dövlət qeydiyyat nişanını xatırlamır. Öz həyat tərzi haqqında Xudayev heç bir söz deməmişdir, bildirmişdir ki, bir müddət əvvəl Tümen şəhərində yerləşən azadlıqdan məhrum etmə yerlərindən azad olunmuşdur. Xudayevin Yekaterinburq şəhərində harada yaşadığını bilmir. Onun mobil telefon nömrəsi onda yoxdur. Xudayevin ünsiyyət dairəsindən yalnız Mehdiyevin adını çəkə bilər. Bildiyi qədər Xudayev və Mehdiyev çox yaxından ünsiyyətdə olmuşlar, yəni dost olmuşlar. Öz avtomobili barədə Xudayev bildirmişdir ki, onu 500 000 rubla almışdır, lakin tam olaraq ödənişi etməmişdir. Bunu o, Xudayevin sözlərindən bilir. xx.xx.2019-cu ildə o, “Taqanskiy ryad” bazarında olmuşdur və Şövkət Matkurbanova köməklik etmişdir. Saat 11 radələrində bazara Karabayev və Mehdiyev hərəsi öz avtomobilində gəlmişlər. Bundan sonra o, Karabayev və Mehdiyev ilə Yekaterinburq ş. Minomyotçular küç., 3 ünvanında yerləşən “Özbək mətbəxi” kafesində görüşmüşlər. Yemək yeyəndən sonra Mehdiyev getmişdir, Karabayev isə onunla qalmışdır. Bu zaman onun mobil telefonuna tanışı Altınbek zəng vurmuşdur. O, danışmaq üçün görüşməyi təklif etmişdir. O, Altınbekin təklifinə razılıq vermiş və Karabayevin “Şevrole Kruz” avtomobilinə yaxınlaşmağı təklif etmişdir. Altınbek avtomobilə yaxınlaşıb arxa oturacaqda mərkəzdə oturmuşdur. Altınbek demişdir ki, pul qazanmaq üçün “tema” (mövzu) var, bunun üçün Qırğızıstana pul daşıyan qırğızlardan pul götürməyi təklif etmişdir. Altmbekin sözlərindən ona məlum olmuşdur ki, pulu bir neçə adam aparır: 1) ağ rəngli “Leksus” markalı avtomobildə hərəkət edir, nömrəsini deməmişdir, lakin maşının harada yerləşdiyini göstərmişdir. Qeyd olunan avtomobildə qırğız nömrələri olmuşdur. 2) adı Altınbekdir, süd rəngli “Estima və ya Estimiya” markalı avtomobildə hərəkət edir, sükan sağ tərəfdə yerləşir, qeyd olunan avtomobildə qırğız nömrələri vardır, nömrə yadında deyildir; 3) ağ rəngli cip formalı “Ford” avtomobilində hərəkət edir, üzərində Rusiya nömrələri vardır. Altınbek bildirmişdir ki, ən çox pul daşıyan Altınbekdir, o çərşənbə axşamı Qırğızıstana hava limanından 50 mln. rubl qədər pul aparır. Pulları “Koltsovo” hava limanında adamları vasitəsi ilə keçirirlər. Onun adı ya Yevgeniydir, ya Stas, ya da ki Slava, buna görə pulların daşınmasında hər hansı bir problem yaranmır. Altınbekin təklifinə o və Karabayev düşünəcəklərini demişlər. Həmçinin Altınbekdən söhbətin real olmasını soruşmuşlar. Altınbek buna müsbət cavab vermiş, çünki pulları onun tanışları daşıyırmış. Altınbek bildirmişdir ki, pul ona lazımdır, çünki 2 mln. rubla yaxın borcu olmuşdur. Bu ideya Karabayevin də xoşuna gəlmişdir, çünki onun avtomobilə görə 1,5 mln. rubl krediti olmuşdur. Cavab barədə onlar Altınbekə zəng etməli idilər, həmçinin görüşməli idilər. İki-üç gündən sonra ümumi razılaşma ilə o, Karabayev və Altınbek “Taqanskiy ryad” bazarında Karabayevin avtomobilində görüşmüşlər və burada bildirmişlər ki, Altmbekin təklifi ilə razıdılar. Bu işlə Karabayev və Altınbek məşğul olmağa başlamışlar, yəni- digər Altınbeki izləyirmişlər ki, onun hansı marşrutla pul aparmasını və harada yaşamasını bilsinlər. Bazarda onu tanıyan adamların diqqətini cəlb etməmək üçün o, Karabayev və Altınbek ilə daha az görüşməyə başlamışdır. Müşahidə zamanı Altınbek və Karabayev başa düşmüşdür ki, tramvay halqası olan 7 açar rayonunda yaşayır. Qeyd olunan rayonu həmdə “Pentaqon” adlandırırlar. Dəqiq tarix yadında deyil, 2019-cu ilin may və ya iyun ayında o, Karabayevə zəng vurmuş və xahiş etmişdir ki, onu işləri ilə bağlı aparsın. Karabayev bildirmişdir ki, Altınbekin adamlarını Yekaterinburq ş. Tavatuyskaya küç. 8 saylı evin yanında müşahidə edirlər. O, qeyd olunan ünvana yaxınlaşanda Karabayevin qara rəngli “Şevrole Kruz” avtomobilini görmüşdür. Qeyd olunan avtomobilə minəndə orada Karabayev və Altınbek (tuşlayan) olmuşdur, onlar Altınbekin pullarını daşıya biləcək özbək milliyyətindən olan şəxsi müşahidə edirmişlər, onlara qoşulmuş və təxminən 40 dəqiqə sonra öz işləri ilə bağlı getmişdir. Basqını o zaman planlaşdırırmışlar ki, onlar maşını, ünvanı, çatdırma vaxtını bilsinlər. Bu zaman pul daşıyanın yaşadığı evin yanında basqın etmək olarmış. Təxminən 2019-cu ilin may ayının ortasında o, Təqsirləndirilən şəxs və Karabayev ilə Yekaterinburq ş. Bilimbayevskaya küç. yerləşən yay kafesində olmuşlar, burada onlar pul daşıyanlara basqın etməyi təklif edən Altınbekin (tuşlayan) təklifi haqqında danışmışlar. Həmin gün və ya növbəti gün o, Altınbek (tuşlayan) ilə zəngləşmişdir və Yekaterinburq ş. Tavatuyskaya küç. yerləşən “Qırmızı və Ağ” mağazasının yanında görüş haqqında razılaşmışlar. Qeyd olunan görüşdə o, Mehdiyev , Karabayev və Altınbek iştirak edirmişlər. O və Karabayev Altınbekə təklif etmişdir ki, o pul daşıyanlara basqın barədə təklifini təkrar etsin. Altınbek öz təklifini təkrar etmişdir, bunu onunla izah etmişdir ki, onun borcları var. Altınbek bildirmişdir ki, o, Altınbeklə yaxından tanışdır, onunla məscidə gedir, müxtəlif tədbirlərdə iştirak edir. O, Karabayev və Mehdiyev Altınbekə bildirmişlər ki, pullar və çatdırma barədə konkretlik olduğu zaman basqın haqqında qərar qəbul edəcəklər. Bu zaman Altınbek bildirmişdir ki, çərşənbə axşamı “Taqanskiy ryad” bazarında yuxarıda qeyd olunan şəxslər böyük miqdarda pul vəsaitini toplayır və daşıyır, sonra isə Qırğızıstana aparır. Bu söhbətdən sonra hər gün Karabayev və Altınbek (tuşlayan) pul daşıyan şəxsləri müşahidə edirmişlər. Bu təxminən 4 dəfə olmuşdur. Mehdiyev çərşənbə axşamı ondan, Karabayevdən və Altınbekdən pul daşıyan şəxslər barədə maraqlanırmış. Onlar Mehdiyevə deyirmişlər ki, konkret heç bir şey yoxdur. Altınbek bildirmişdir ki, pul daşıması ilə məşğul olan “özbək” var, onun yaşadığı yeri göstərmişdir. Qeyd olunan şəxs barədə informasiya təsdiq edilməmişdir və ona marağı itirmişlər. Altınbek (tuşlayan), Mehdiyev, Karabayev və onun arasında söhbət olanda “Myata” kafesində həmçinin Talibov iştirak edirmiş. Söhbət zamanı Karabayev, Mehdiyev və o, bildirmişlər ki, pul daşıyanların pulunu oğurlamaq olar. O, Talibov, Mehdiyev, Karabayev qeyd olunan mövzu ilə maraqlanmışlar. Bir müddət sonra Talibov harasa getmişdir, hara getdiyini bilmir. 02 iyul 2019-cu ilə kimi pul daşıyan şəxsi tapmaq mümkün olmamışdır. Bundan başqa, təxminən xx.xx.2019-cu il tarixdə Altınbek cinayət törətməkdə iştirakdan imtina etmişdir. Səbəblərini bildirməmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi pulu ola biləcək şəxsləri heç kim müşahidə etmirmiş. xx.xx.2019-cu il tarixdə saat 21dən sonra o, Karabayevə zəng vurmuş və xahiş etmişdir ki, xx.xx.2019-cu il saat 10 radələrində onu “Taqanskiy ryad” bazarına aparsın. xx.xx.2019-cu il saat 09:45 radələrində Karabayev “Şevrole Kruz” avtomobilində onu götürməyə gəlmiş və onlar bazara getmişlər. Karabayev bazarın yanında parklanma yerində qalmışdır, o isə öz işi ilə bağlı getmişdir, Suxrob və Sımbatla görüşmüşdür. O, Karabayev ilə bazara gələndə Mehdiyevə zəng vurmuşdur, Karabayev bildirmişdir ki, “Taqanskiy ryad” bazarındadır, ona demişdir ki, o da bazardadır və onlar “Taqanskiy ryad” TM yanında parklanma yerində görüşmüşlər. Mehdiyev ilə görüşəndə görmüşdür ki, onunla birlikdə Xudayev və Talibov var, onlar Xudayevin “Tuareq” avtomobilində gəlmişlər. O, Xudayevdən xahiş etmişdir ki, maşını açıq saxlasın, çünki yağış yağırmış, o isə Suxrob və Sımbatla danışmalı imiş. Xudayev razılaşmışdır, bundan sonra Mehdiyev, Talibov və Xudayev harasa getmişlər. Suxrob və Sımbatla o, ticarət yerinin icarəsi haqqında danışmışdır, onlarla təxminən 1 saat danışmışdır. Sonra Suxrob və Sımbat getmişlər, Xudayev gəlmiş, onunla “Taqanskiy ryad” TM-də qəhvə içməyə getmişlər. Xudayevin həmin zaman hansı paltarda olmasını deməyə çətinlik çəkir, çünki diqqət yetirməmişdir. Qəhvə içəndə o, Xudayevdən soruşmuşdur ki, mikroavtobusa baxırmı və iştirak edirmi, Xudayev bildirmişdir ki, iştirak etmək niyyətində deyil. Xudayev ilə qəhvə içəndə vaxt nahardan sonra olmuşdur, dəqiq vaxtı bilmir. Bu zaman Xudayevə kimsə mobil telefona zəng vurmuş və bundan sonra Xudayev onu tələsdirməyə başlamışdır, həmçinin getməyi demişdir. Onlar Xudayevin avtomobilinə oturmuşlar, Karabayev, Mehdiyev və Talibov qara rəngli “Lada Priora” avtomobilində getmişlər. Onunla Xudayev “Lada Priora” avtomobili arxası ilə getmişlər və “Uralmaş” tərəfinə getmişlər. O, Xudayevdən soruşmuşdur ki, kimin arxası ilə gedirlər, Xudayev bildirmişdir ki, ağ rəngli “X19” arxası ilə. Xudayevin sözlərinə görə onlar avtomobilin arxası ilə ona görə gedirmişlər ki, pulları daşıyan adamın harada yaşamasına baxsınlar. X15 küç. yerləşən evin yanına gəlmişlər, köşkün yanında dayanmışlar. Priora da yaxınlıqda dayanmışdır, harada dayandığını bilmir. O, Xudayevdən soruşmuşdur ki, o, basqında iştirak edəcəkmi, Xudayev isə cavab vermişdir ki, iştirak etməyəcək, çünki həmin şəxsin harada yaşamasına baxmaq istəyirmişlər, indi bilir ki, bu şəxs Karimov olmuşdur. Xudayevlə onun avtomobilində Karimovun evinin yanında oturanda avtomobildən Xudayev çıxmış və Talibova tərəf getmiş, onunla birlikdə onlar Karimova hücum etmişlər, bir neçə dəqiqə sonra o, iki atəş səsi eşitmişdir. Bu zaman o, Xudayevin avtomobilində sol tərəfdən arxa oturacaqda oturmuşdur. O, maşından çıxmış, sürücü oturacağına oturmuş, breloku götürmüş və avtomobili bağlayıb qaçmışdır. Sonra o, tramvaya oturmuş, sonra düşmüşdür. Harada düşdüyünü dəqiq xatırlamır, çünki şok vəziyyətində olmuşdur. Bundan sonra o, “KİA RİO” və ya “NİSSAN” markalı avtomobili saxlamış və evə getmişdir, təxminən saat 17-18 radələri olarmış. Sonra onlar Mehdiyevlə zəngləşmişlər, Təqsirləndirilən şəxs onun harada olduğunu soruşmuşdur. O, evdə olduğunu demişdir. Bir müddət sonra Mehdiyev özünün “BMV” markalı avtomobilində onun arxasınca gəlmişdir, həmçinin Talibova zəng vurmuş, çünki 4 saylı tərəvəz bazası tərəfdə görüşmək istəyirmiş. Ora Xudayev və Talibov bir cip avtomobilində gəlmişlər, sükan arxasında tanımadığı kişi olmuşdur. Söhbət zamanı Mehdiyev Talibovun üzərinə qışqırırmış ki, o, Karimovu öldürmüşdür? Xudayev susurmuş. Talibov öldürüb ya öldürmədiyini bilmədiyini bildirmişdir, çünki qarın nahiyəsinə atəş açmışdır. Söhbət 5 dəqiqədən çox çəkməmişdir. Talibov iştiraka görə ona, Mehdiyevə və Karabayevə 400 min rubl vermişdir. Nə qədər pul oğurlanmasını o, bilmir. Sonra Talibov və Xudayev gəldikləri cip avtomobili ilə getmişlər. Bundan sonra onunla Təqsirləndirilən şəxs Karabayevlə zəngləşmişlər, bir müddət sonra onu Yekaterinburq ş. dəmir yolu vağzalı tərəfdən götürmüşlər. Onlar 400 min rublu üç yerə bölmüşlər, hərəyə 128 min rubl. Sonra onlar aralanmışlar, o taksi ilə evə getmişdir. Evə gedərkən ona Ş.Matkurbanov zəng vurmuş və görüşməyi təklif etmişdir. Görüş zamanı Matkurbanov ona demişdir ki, Karimovu öldürüblər, o isə heç nə bilmədiyini demişdir. Evə girəndən sonra Karabayevə zəng vurmuşdur, Karabayev ona demişdir ki, Çelyabinsk şəhərinə getsin. Həmin gün o, Karabayevlə onun “Şevrole Kruz” avtomobilində Çelyabinsk şəhərinə getmişlər. Çelyabinsk şəhərində Karabayev onu “Şosse” küçəsi tərəfə gətirmişdir. Qeyd olunan yerdə o, gündəlik mənzil kirayələmişdir, burada iki gün qalmışdır. Üçüncü gün bir aylıq mənzil kirayələmişdir, dəqiq ünvanı bilmir. Qeyd olunan mənzildə 3 günə yaxın yaşamışdır, sonra tanışı olan, Çelyabinsk vilayəti Korkino ş. yaşayan Şarpudi adlı şəxsə zəng vurmuşdur. Onun evində yaşamaq icazəsi almışdır, o da razılaşmışdır. Bir neçə saat sonra onu “Maqa” adlı şəxs Çelyabinsk ş. Götürmüşdür və Şarpudinin yanına aparmışdır. Bir müddət sonra, yəni xx.xx.2019-cu ildə o, Korkino ş. polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulana qədər o, “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə Karabayev ilə ünsiyyətdə olmuşdur, Karabayev harada olmasını ona deməmişdir. Mehdiyev, Xudayev və Talibov onunla əlaqə yaratmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2019-cu il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X2 əlavə ifadə verərək bildirmişdir ki, əvvəl verdiyi ifadələri tam həcmdə təsdiq edir. Əlavə edir ki, onlara pul vəsaitlərini daşıyan şəxs barəsində informasiya verən Altınbek Serov küç. yaşaya bilərmiş, qeyd olunan evin yanında iki köhnə iki mərtəbəli ev vardır. Altınbekin soyadını bilmir, mobil telefon nömrəsini bilmir. Güman edə bilər ki Altınbekin soyadı Mazurovdur. Altınbekin telefon nömrəsi onun köhnə telefonunda olmuşdur, həmin telefonu Karimova qarşı cinayət törədəndən sonra sındırmış və atmışdır. Telefonu Çelyabinsk ş. olanda zibil konteynerinə atmışdır, dəqiq yerini deyə bilmir. Həmçinin əlavə edir ki, onlar Karimovun evinə yaxınlaşanda Xudayev ilə iki maşın sonra qapının yanında dayanmışlar ki, Karimovun harada yaşadığına baxsınlar. Gündüz vaxtı Karimova heç kim basqın etmək fikrində deyilmiş, basqını gecə vaxtı həyata keçirmək planlaşdırılırmış, məhz bu zaman Karimov pulları “Koltsovo” hava limanına aparmalı imiş. Niyə Talibov və Xudayev Karimova xx.xx.2019-cu ildə basqın etmişlər o, bilmir. Talibovda silahın olması barədə o, bilmirmiş. Yalnız onu eşitmişdir ki, Talibova qarşı sui- qəsddən sonra o, silah daşıyırmış. Talibov ona silah göstərməmişdir. Ümumi razılaşmaya əsasən cinayətdə Altınbek tuşlayan kimi, Karabayev sürücü kimi, o, pul daşıyacaq şəxsləri müşahidə edən kimi iştirak etməli imişlər, Talibov əlverişli vəziyyət olanda pul daşıyan şəxsə basqın etməli imiş, Mehdiyev də sürücü qismində iştirak edirmiş, çünki onun sürətli “BMV” avtomobili vardır. Xudayev onların qrupa daxil deyilmiş, o, Karimova qarşı cinayətdən 5-10 gün əvvəl peyda olmuşdur. Təxminən 2019-cu ilin iyun ayında, yəni xx.xx.2019-cu il tarixindən 15 gün əvvəl Altınbek bildirmişdir ki, cinayətdə iştirak etmək istəmir. Öz qərarını heç nə ilə izah etməmişdir. Bu ana onlar artıq pulun daşınması ilə məşğul olan şəxslər haqqında informasiyaya malik olmuşlar, buna görə Altınbekin iştirakı vacib deyilmiş. Bundan sonra onlar dördü, yəni o, Mehdiyev, Talibov, Karabayev pul daşıyan şəxsə basqın etməyə hazır olmuşlar. O, hesab edirmiş ki, lazım olduqda Talibov qorxutmaq üçün silahdan istifadə edə bilər, lakin heç kimi öldürməyi planlaşdırmırmışlar. Karimova basqın törədilənə qədər Xudayev deyirmiş ki, cinayət törətməkdə iştirak etməyəcək, lakin o hazırlanan cinayət haqqında məlumatlı olmuşdur, lakin kimdən bildiyini o, bilmir. Aralarında liderləri olmamışdır, hamı bərabər vəziyyətdə olmuşdur. Həmçinin əlavə edir ki, Mehdiyev cinayətin törədilmə zamanı onun telefonunda “Meri” kimi yazılan abonent nömrəsindən istifadə edirmiş, Karabayev “Xamid” kimi yazılmışdır. Tutulmamışdan əvvəl o, mobil telefonla Karabayev ilə danışmışdır, onun sözlərinə görə o, Nijniy Taqil ş. olmuşdur, kimin yanında qalmasını o, bilmir. xx.xx.2019-cu ildən sonra Mehdiyevlə ünsiyyətdə olmamışdır, onun harada olmasını bilmir. Beləliklə Mehdiyev, Karabayev, Talibov ilə birlikdə pul daşımaqla məşğul olan şəxsə qarşı basqın törətməkdə hazırlıqda özünü tam təqsirli bilir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X2 əlavə ifadə verərək bildirmişdir ki, əvvəl verdiyi ifadələri tam həcmdə təsdiq edir. Əlavə olaraq bildirir ki, xx.xx.2019-cu il səhər vaxtı saat 9-dan saat 11 kimi müddətdə o, “Taqanskiy ryad” bazarında Mehdiyev, Xudayev və Talibov ilə görüşmüşdür. Onlardan xahiş daxil olmuşdur ki, avtomobil tapmaq lazımdır. O, öz mobil telefonundan Karabayevə zəng vurmuşdur, Karabayev bildirmişdir ki, “Taqanskiy ryad” bazarındadır. O, Karabayevlə görüşmüş və bildirmişdir ki, avtomobil icarəsi ilə bağlı narahat edir, onu Mehdiyev, Talibov və Xudayevlə danışmağa dəvət etmişdir, bütün bunlar çayxanada baş vermişdir. Bundan sonra onlar yuxarıda qeyd olunan şəxslərlə görüşmüşlər, onlar Karabayevin avtomobilinin icarəsi ilə bağlı söhbət edirmişlər, həmin zaman Karabayev “Lada Priora” avtomobili idarə edirmiş. Bundan sonra ona Sımbat zəng vurdu, o, “Xanoy” TM-nə onun yanına getmiş, bu zaman Karabayev, Mehdiyev, Talibov və Xudayevlə birgə olmuşlar. O, “Xanoy” TM-dən çıxandan sonra Xudayevə zəng vurmuşdur, Xudayev ona avtomobilin, yəni “Lada Priora” maşınının açarlarını gətirmişdir. Qeyd olunan açarları o, Mehdiyevə vermişdir. Karabayev açarları ona verəndə bunu Ş.Matkurbanov görmüşdür. Bundan sonra o, öz işi ilə məşğul olmuşdur. Bir müddət sonra o, Xudayevin “Folksvaqen Tuareq” avtomobilində olmuş, burada musiqiyə qulaq asmış, telefonla məşğul olmuşdur. Ona Suxrob, sonra isə Sınbat zəng vurmuş, onlarla qeyd olunan avtomobildə danışmışdır, çünki küçədə yağış olmuşdur. Karabayev, Mehdiyev, Talibov və Xudayevin harada olmasını bilmir. Bir müddət sonra Xudayev avtomobilin yanına yaxınlaşmış, o, avtomobildən çıxmış və getmişdir. Bir müddət sonra o, bazarda qəhvə köşkünün yanında qızla danışan Xudayevi görmüşdür, onlara yaxınlaşmışdır. Bir neçə dəqiqədən sonra kimsə Xudayevin mobil telefonuna zəng vurmuşdur. Bundan sonra Xudayev ona demişdir ki, “Getdik”. Onlar avtomobilə oturmuş və Piyadaçılar küç. ilə hərəkət etməyə başlamışlar, burada Xudayev Karimovun avtomobilini göstərmişdir. Karimovun avtomobilini izləyən zaman kimsə Xudayevin mobil telefonuna zəng vururmuş və o, Azərbaycan dilində danışırmış, nə barədə danışmasını bilmir. Karimovun evinə tərəf yolda görmüşdür ki, onların arxalarında Karabayevin hərəkət etdiyi “Lada Priora” avtomobili vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2019-cu il tarixli dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X4 ifadə verərək bildirmişdir ki, elan olunan ittiham ona aydındır, qeyd olunan cinayəti o, törətməmişdir. O, 2011-ci ildən Rusiya Federasiyası vətəndaşıdır, Yekaterinburq şəhərində isə 2004-cü ildən yaşayır, buna qədər isə 1993-cü ildən 2000-ci ilə kimi Rostov şəhərində yaşamışdır, bu səbəbdən rus dilini mükəmməl bilir, tərcüməçinin xidmətlərinə ehtiyacı yoxdur. Sağlıq vəziyyətini yaxşı qiymətləndirir, dindirilə bilər. xx.xx.2019-cu ilə kimi Yekaterinburq ş., Bisert küç., 137-7 ünvanında anası D.M. Atcanova, arvadı N. Maşetcayeva, oğlu X.X. Maşetcayevlə birlikdə yaşamışdır. Saat 15-16 radələrində onun mobil telefonuna “Bilayn” operatorunun xatırlamadığı abonent nömrəsindən ona “Zama” adlı şəxs zəng edib demişdir ki, o, Yekaterinburq şəhərinə getsin, hara getməli olduğunu bildirməmişdir. “Zama” demişdir ki, o, “Lada Priora” avtomobilini götürsün, ya da avtomobili sahibi gəlib götürə bilər. Qeyd olunana avtomobil “Uralmaş” tərəfdə olmuşdur. Qeyd olunan avtomobilin orada necə peyda olmasını bilmir. Həmin avtomobili o, “Zama”-nm xahişi ilə xx.xx.2019-cu il axşam vaxtı “Taqanskiy ryad” bazarında sürüb gətirmişdir. Avtomobilin açarları maşında olmuşdur. Qeyd olunan yerə o, qara rəngli “Lada Priora” avtomobilinin sürücü ilə gəlmişdir. Sahibinin adını xatırlamır. Onlar “Lada Priora” avtomobilini orada saxlayandan sonra getmişlər. “Zama”-ya avtomobil nə üçün lazım olduğunu o, bildirməmişdir. xx.xx.2019-cu il tarixdə gec, daha dəqiq səhər o, evə gəlmişdir. Sonra evdə yatmışdır, saat neçədə durduğu yadında deyildir. Bu zaman evdə heç kim olmamışdır. Bundan sonra o, özünə məxsus X 604 TT 96 region nömrəli qara rəngli “Şevrole Kruz” avtomobili ilə “Qlobus” mağazasına getmişdir ki, oradan ayaqqabı alsın. Bundan sonra ona “Zama” zəng vurmuş demişdir ki, o, maşını götürsün, həmçinin bildirmişdir ki, o, getməlidir. Bundan sonra o, tək Çelyabinsk ş. getmişdir, orada xx.xx.2019-cu il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur, onlara qarşı iradı yoxdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi qohumları ilə ünsiyyət saxlamamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X4 əlavə ifadə verərək bildirmişdir ki, xx.xx.2019-cu ildə səhər vaxtı, dəqiq vaxt yadında deyildir, o, Yekaterinburq ş. “Taqanskiy ryad” ticarət kompleksinə “Lada Priora” avtomobilində gəlmişdir. Avtomobili qapalı parklanma yerində saxlamışdır. O, bazara ona görə gəlmişdir ki, saat 14:00 radələrində pulların RF-dan Qırğızıstana daşınması prosedurunun müzakirə etmək istədiyi şəxslə görüşü planlaşdırılmışdır. O, bazara gələndə Eqemberdiyevə zəng vurmuş və bildirmişdir ki, gəlmişdir. Bundan sonra o, Eqemberdiyev ilə parklanma yerində görüşmüşdür. O, Eqemberdiyevə demişdir ki, yuxarıda qeyd etdiyi şəxslə görüşməlidir, Eqemberdiyev bu barədə bilirmiş. Eqemberdiyev demişdir ki, Şövkətə deyəcək, oda həmin şəxslə görüşmək istəyirmiş. Saat 14 radələrinə yaxın ona ya zəng etmişlər, ya da ki yazmışlar ki, görüş bir az gec olacaq. Bu zamana qədər ona Eqemberdiyev müraciət edərək bildirmişdir ki, o, özü gəldiyi avtomobili onun tanışlarına versin. Onların adlarını bilmir. Bir müddət sonra Eqemberdiyev o gəldiyi avtomobilin yanına gəlmiş, yanında üzdən tanıdığı iki nəfər olmuşdur. Qeyd olunan cavan şəxsləri ona görə tanıyır ki, Eqemberdiyevi onların yanına aparmışdır. Həmin cavan oğlanlar demişlər ki, Yekaterinburq ş. “Uralmaş” rayonu tərəfə getməlidirlər, bunun üçün avtomobili verməyini istəmişlər. O, demişdir ki, hələ sərbəstdir və onları özü apara bilər. Onlar buna razılıq vermişlər. Xidmət haqqı müzakirə olunmamışdır, lakin Eqemberdiyev demişdir ki, avtomobilinə yanacaq vuracaqdır. Söhbətdən sonra Eqemberdiyev harasa getmişdir və avtomobilin yanında Talibov və Mehdiyev olduğunu bildiyi şəxslər qalmışdır. Ya Mehdiyev, ya da ki Talibov demişdir ki, “gedək”. Sonra o, avtomobili işə salmış və parklanma yerindən çıxmışdır. Eqemberdiyevin həmin zaman harada olduğunu o, bilmir. Parklanma yerindən çıxanda o, “Toyota” markalı avtomobilin arxası ilə gedən “Tuareq” avtomobilini önə buraxmışdır. Ya Mehdiyev, ya da ki Talibov ona demişlər ki, “Toyota” avtomobilinin arxası ilə getmək lazımdır. Nəticədə onlar Kalinin küç. “Uralmaş” tərəfə gəlmişlər. Mehdiyev demişdir ki, “Toyota” avtomobilində hərəkət edən kişinin hara getməsinə baxmaq lazımdır. Sonra onunla Mehdiyev maşından çıxmışlar ki, tualetə getsinlər. Tualetə getdikləri küçənin adını bilmir. Ora çatandan sonra Mehdiyev tualetə getmişdir, o, evin yanında olmuşdur. Sonra onlar gəldikləri avtomobilin yanına qayıtmışlar. Bu zaman Talibov avtomobildə deyilmiş, həmçinin açarlar avtomobilin üstündə deyilmiş. Bu zaman o, Eqemberdiyevə zəng vurmuş və açarlar barədə soruşmuşdur. Eqemberdiyev demişdir ki, İlyiç küçəsində yerləşən ticarət mərkəzinin yanındadır, sonra isə demişdir ki, hansısa kafenin yerləşdiyi Yekaterinburq ş. Cəbhə briqadaları küç. 13 saylı evin yanma gəlmək lazımdır. Qeyd olunan kafeyə gedən zaman o, Eqemberdiyevə zəng vurmuş, Eqemberdiyev ona demişdir ki, Yekaterinburq ş. dəmiryolu vağzalına gəlmək lazımdır. O, dəmiryolu vağzalına gələndən sonra Mehdiyev və Eqemberdiyev ilə görüşmüşdür, sonuncu ona “Priora” avtomobilinin açarlarını vermişdir. Sonra o, “Lada Priora” avtomobilini götürdüyü tanışına zəng vurmuşdur, o isə onun “Şevrole Kruz” avtomobilində gəlmişdir. Axşam vaxtı saat 17-19 radələrində onun mobil telefonuna Eqemberdiyev zəng vurmuş və ondan onu Çelyabinsk ş. aparmağı xahiş etmişdir, o da razılıq vermişdir. Ondan xahiş etmişdir ki, onunla başqa yerdə qarşılaşsın, çünki o yaşadığı tərəfdə tıxaclar olurmuş. O, Eqemberdiyev ilə görüşəndən sonra onu Çelyabinsk ş. aparmış, burada onu saxlamışdır. Sonra o, Çelyabinsk ş. yaşayan dostları ilə görüşmək qərarına gəlmişdir. Çelyabinsk ş. yolda olarkən Eqemberdiyev ona demişdir ki, nüfuzlu qırğız barəsində cinayət törədilmişdir. O, taksi sürücüsü kimi iştirak etdiyindən onu da tuta bilərlər, buna görə Eqemberdiyev ona məsləhət görmüşdür ki, Yekaterinburq ş. qayıtmasın, Çelyabinsk ş. qalsın, o da belə etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X4 əlavə ifadə verərək bildirmişdir ki, Eqemberdiyev ilə o, təxminən 2019-cu ilin may-iyun aylarında öz tanışı “Şurik” vasitəsi ilə tanış olmuşdur, çünki onlar birlikdə Moskva ş. gedirmişlər. O, Moskva ş. taksi sürücüsü kimi işləmək istəyirmiş. “Şurik”-in əsl adının nə olduğunu bilmir, milliyyətcə özbəkdir, onun kimi taksi sürücüsü işləyir. Sonra onlar Moskva ş. onun mülkiyyətində olan “Mersedes” avtomobili ilə getmişlər. Moskvaya gedən yolda onlar Eqemberdiyev ilə telefon nömrələrini bir-birilərinzə vermişlər. Həmin vaxtda Eqemberdiyev özünü “Zama” kimi təqdim edirmiş, onun soyadını cinayət işi üzrə istintaq hərəkətləri zamanı öyrənmişdir. Onlar Moskvaya gələndən sonra “Şurik” və Eqemberdiyev öz işləri ilə bağlı getmişlər. Moskvada o, təxminən 1 ay qalmışdır, sonra Yekaterinburq ş. gəlmişdir. O, Moskvada olan zaman Eqemberdiyev ona telefona zəng vurmuşdur və işlərinin necə olmasını öyrənmişdir. Yekaterinburq ş. gələndən bir müddət sonra ona Eqemberdiyev zəng vurmuşdur və bilərək ki, o, Yekaterinburq şəhərindədir taksi sürücüsü kimi ona zəng etməyin mümkün olmasını soruşmuşdur. O da razılıq vermişdir. Bundan sonra vaxtaşırı olaraq Eqemberdiyev ona zəng vururmuş və o, Eqemberidyevi müxtəlif işləri ilə bağlı aparırmış. Eqemberdiyev ilə ünsiyyət zamanı onunla etibarlı və dostluq münasibətləri yaranmışdır. O, bildiyi qədər Eqemberdiyev bir işlə məşğul olmurmuş, onu evdən götürəndə ya Şövkətin evinə aparırmış, ya da ki, “Taqanskiy ryad” bazarına aparırmış. Həmçinin bu zaman Eqemberdiyev ona demişdir ki, “Taqanskiy ryad” bazarında Rusiyadan Qırğızıstana pul daşıması ilə məşğul olan adamlar var, məbləğləri 450 000 dollar və ya 20 000 000 rubl olaraq bildirirmiş. Eqemberdiyev pul daşıyan şəxslərə basqın etməyi təklif etmiş, bildirmişdir ki, bunun üçün onları izləmək lazımdır. Yəni, “Taqanskiy ryad” bazarından onların getdiyi yerə kimi və həmin yerdən hava limanına kimi. Bu təklif onu maraqlandırmışdır, çünki onun kreditləri olmuşdur və maddi vəziyyəti ağır olmuşdur. Eqemberdiyev bildirmişdir ki, o, yalnız sürücü rolu icra edəcəkdir, basqında onun tapacağı digər şəxslər iştirak edəcəklər. Bu andan etibarən onunla Eqemberdiyev boz rəngli “miniven” avtomobilinin arxası ilə getməyə başlamışlar, o “Taqanskiy ryad” bazarından Yekaterinburq ş. Tavatuyskaya küç. qədər gedirmiş. Bundan əlavə Eqemberdiyev pulların daşınması ilə məşğul olan şəxslərin avtomobilləri dayanan yeri göstərmiş, həmin avtomobillər arasında Karimovun avtomobili də olmuşdur. Eqemberdiyev onu Mişa, həmçinin Xalid ilə tanış etmişdir, bildirmişdir ki, onlar üçün cinayət törədəcək, yəni pul daşıyan şəxslərdən pulları alacaqlar. O, yalnız sürücü olmalı imiş və basqında iştirak etməli deyilmiş. Hal hazırda adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Mişa ilə onlar “Elmaş” DK yanında parkda olan kafedə tanış olmuşlar. Onunla Eqemberdiyev ora gələndə Mişa ilə Xalid artıq orada olmamış, yəni aydın imiş ki, onlar birbirini tanıyırlar. Onlar ona məxsus olan qara rəngli “Şevrole Kruz” və ağ rəngli “Mersedes E200” avtomobillərində hərəkət edirmişlər. Qeyd olunan kafeyə gələndə Eqemberdiyev, Mehdiyev və Talibov ayrıca masa arxasında oturmuşdur, o isə onların tanışları ilə digər masada oturmuşdur. Eqemberdiyevin sözlərinə görə onlar cinayətin törədilmə detallarını müzakirə etmişlər, cinayət zamanı onun avtomobili kənarda durmalı imiş ki, diqqət cəlb etməsin. Buda onu qane edirmiş, çünki özü heç kimə basqın etmək niyyətində deyilmiş. Əvvəlcə onlar “miniven” avtomobilində pul daşıyan şəxslər qarşı cinayət törətməli imişlər, Eqemberdiyevin sözlərinə görə onların 50 000 000 rubla yaxın pulu olmalı imiş. Onun yanında basqın zamanı silah istifadə edilməsi haqqında məsələ müzakirə edilməmişdir, o, yalnız sürücü rolu yerinə yetirməli imiş. Yuxarıda qeyd olunan “miniven” avtomobilinə basqına hazırlıq zamanı o, Eqemberdiyevə özlərinin pul daşıması ilə məşğul olmasını təklif etmişdir, sonuncu bununla razılaşmışdır. Bunun üçün onu Şövkətlə tanış etmişdir, onunla pulları necə daşımaq mümkün olmasının müxtəlif variantlarını müzakirə etmişlər. Ona demişlər ki, “Koltsovo” hava limanı vasitəsilə pulları daşıya biləcək insan tapmaq lazımdır. Onların təklifinə o, razılaşmış və pul daşımağa razı olacaq insanı axtarmağa başlamışdır. Bu halda o, sürücü kimi çıxış etməli imiş, yəni “ Taqanskiy ryad” bazarından pulları daşıyıb, onları Qırğızıstana aparacaq insana verməli imiş. Buna görə ona daşman məbləğin 0.4 % vəd etmişlər. Pulların yığılması ilə Şövkət məşğul olmalı imiş, Eqemberdiyev isə onları tanış etdiyinə görə pul alacaqmış. O, bir şəxsi tapandan sonra bu barədə Eqemberdiyevə bildirmişdir, bundan sonra onlar dördü xx.xx.2019-cu ildə “Taqanskiy ryad” bazarında görüşməli imişlər ki, pulların daşınması detallarını müzakirə etsinlər. xx.xx.2019-cu il nahara qədər, yəni 12-dən 14-ə qədər müddətdə ona Eqemberdiyev zəng etmiş və onu evdən götürməyi xahiş etmişdir. Onlar “Taqanskiy ryad” bazarında görüşməli olduqlarından, onun təklifi ilə razılaşmışdır. Eqemberdiyev ona zəng edəndə o, Yekaterinburq ş., Bisert küç., 137-7 ünvanında evində olmuşdur. Bir müddətdən sonra ona tanışı zəng etmiş, hal-hazırda ona məlumdur ki, onun soyadı Sadıkovdur, Sadıkov ondan maşınları dəyişdirməyi xahiş etmişdir, o da razılaşmışdır. Maşınları harada dəyişdirməkləri yadında deyil, lakin nəticədə ona qara rəngli “Lada Priora” avtomobili vermişdir, nömrəsini xatırlamır, o isə Sadıqkova özünə məxsus qara rəngli “ Şevrole Kruz” avtomobilini vermişdir. Sonra o, Eqemberdiyevi götürmək üçün Yekaterinburq ş., Qotvald küç., 15 saylı evin yanına getmişdir, çünki adətən onu oradan götürürmüş. Eqemberdiyevin yaşadığı evin dəqiq ünvanını bilmir, onun evində qonaq olmamışdır. Eqemberdiyevi saat 11 radələrində götürmüşdür, sonra onlar “Taqanskiy ryad” bazarına getmişlər. Yolda o, Eqemberdiyevə demişdir ki, pulların daşınması ilə məşğul olmağa hazır olan şəxsi tapmışdır və bu gün xx.xx.2019-cu il tarixdə saat 14 radələrinə görüş təyin olunmuşdur. Eqemberdiyev bildirmişdir ki, bunu Şövkətlə müzakirə edəcəkdir. 15-20 dəqiqə sonra onlar bazara gəlmişlər, o, avtomobili qapalı parklanma yerinə qoymuşdur. Eqemberdiyev öz işləri ilə bağlı getmişdir, o isə öz işlərinə getmişdir: nahar etmiş, müxtəlif tanışları ilə görüşmüşdür. Bir müddətdən sonra ona tanışı zəng etmiş və görüşü daha gec vaxtda keçirməyi xahiş etmiş, o da razılaşmışdır. Bir müddətdən sonra Eqemberdiyev zəng etmiş və Şövkətlə görüşməyi təklif etmişdir, o da razılaşmışdır. Bundan sonra o, Eqemberdiyev və Şövkətlə “Taqanskiy ryad” TM Minomyotçular küç. tərəfdən girişində görüşmüşlər, yuxarıda qeyd etdiyi şəxslə görüşün detallarını müzakirə etmişlər. Şövkətlə danışandan sonra Eqemberdiyev ondan xahiş etmişdir ki, “Lada Priora” avtomobilini onun tanışlarına versin, çünki onlar öz işləri ilə bağlı getməli imişlər. O, Eqemberdiyevə bildimişdir ki, boş vaxtı var və onları özü apara bilər. Bir müddətdən sonra onunla Eqemberdiyev qeyd olunan şəxslərə yaxınlaşmışlar, bunlar Mehdiyev və Talibov olmuşdur, onlarla müxtəlif mövzularda danışmağa başlamışlar. Mehdiyev demişdir ki, onun avtomobili nasazdır, lakin onlar pul daşınması ilə məşğul olan şəxsin avtomobilini arxası ilə getməlidirlər ki, onun hərəkət marşrutunu öyrənsinlər, o da buna razılıq vermişdir. Onun yanında qeyd olunan şəxsə basqın məsələsi müzakirə edilməmişdir. Bundan sonra onlar dördü “Lada Priora” avtomobilin yanında dayanıb danışırmışlar. Ünsiyyət zamanı onların yanına bir kişi yaxınlaşmış və salamlaşmışdır. Bir-biri ilə ünsiyyətdən o, başa düşmüşdür ki, qeyd olunan kişi və burada olanlar tanışdırlar. Tezliklə qeyd olunan kişi getmiş, halhazırda ona məlumdur ki, onun adı Xudayev Anardır. Bir müddətdən sonra Talibov ona demişdir ki, getsinlər, avtomobildə olarkən demişdir ki, boz rəngli Cipin arxası ilə getmək lazımdır. Bu zaman Mehdiyev öz avtomobilinə getmiş, Eqemberdiyev isə digər avtomobilə getmiş, hal-hazırda ona məlumdur ki, sürücüsü A. Xudayev olan “Folksvaqen Tuareq” avtomobili olmuşdur. Bundan sonra onlar Talibov ilə parklanma yerindən çıxmışlar və Cipin arxası ilə getmişlər, hal-hazırda ona məlumdur ki, onun sükanı arxasında Karimov olmuşdur. Onlar svetoforda dayanmışlar, bura içində Eqemberdiyev və Xudayev olan “Folksvaqen Tuareq” avtomobili yaxınlaşmışdır. Daha sonra onlar iki avtomobillə Karimovun idarə etdiyi avtomobili təqib etmişlər. “Belaya Başnya” avtomobil bazarının yanında Mehdiyev onların avtomobilinə oturmuşdur. Bundan əlavə onun sürmə üslubu Talibovun xoşuna gəlmədiyi üçün sükan arxasına oturmaq istəmiş, o da buna razılıq vermişdir. Bundan sonra onlar avtomobildə aşağıdakı qaydada hərəkətə davam etmişlər: Talibov sükan arxasında, o, arxa sərnişin oturacağında, Mehdiyev isə ön sərnişin oturacağında. Bundan sonra ya Talibov ya da ki, Mehdiyev Eqemberdiyevə zəng etmiş və onların harada olmasını soruşmuşdur, onlar oradan düz hərəkət etmişlər, sonra Kirovoqradskaya küç. dönmüşlər, İlyiç küçəsində “Folksvaqen Tuareq” avtomobilinə çatmışlar. Bundan sonra onlar Karimovun yaşadığı yerə çatmışlar, burada avtomobili saxlamışlar. “Folksvaqen Tuareq” avtomobilinin hara getdiyini o, görməmişdir, qeyd olunan avtomobil onların yanında dayanmamışdır. Avtomobildə olarkən cinayətkarlara oxşamamaq üçün o, kepkanı çıxartmış və şapka taxmışdır. Şübhə yaratmamaq üçün o, avtomobilin nömrəsini çıxartmaq istəmiş, lakin Mehdiyev demişdir ki, narahat olmasın, onlar sadəcə baxacaqlar, hal-hazırda basqın planlaşdırılmır. Nömrəni çıxartmaq üçün sağ əlinə əlcək taxmışdır və onu çıxartmamışdır. Bundan sonra onlar üçü “Lada Priora” avtomobilimdən çıxmışlar. Mehdiyev harasa getmiş, bir neçə dəqiqə sonra onlar onun arxası ilə getmişlər. Mehdiyev demişdir ki, Karimovun hara gedəcəyinə baxmaq lazımdır, Talibovun isə hara getdiyini bilmir. Onunla Mehdiyev evin başlanğıc tərəfinə getmişlər. Evin küncünə çatmamış Mehdiyev ona demişdir ki, dayansın və Karimovun hara gedəcəyinə baxsın, özü isə yolu keçmişdir və o, durduğu yerin qaşı tərəfində durmuşdur. Karimov maşından çıxandan sonra o, Mehdiyevə yaxınlaşmış və onlar evin küncü tərəfə getmişlər ki, orada ikinci girişin olub olmamasına baxsınlar. Biraz dayanmışlar, bu zaman Mehdiyev təbii ehtiyacını ödəmiş və Karimov onlar tərəfə gəlmədiyinə görə onlar geri qayıtmışlar. X13 avtomobili olan tərəfdə getmişdir ki, onun avtomobili olub olmamasına baxsın. Bir müddətdən sonra o, digər tərəflə keçmişdir ki, Karimovun avtomobilin yanından keçməsin. Avtomobilinə çatanda o, sükan arxasına oturmuş, lakin açar üzərində deyilmiş. Bundan sonra onlar avtomobildən çıxmışlar və görmüşlər ki, Karimov yerin üzərində uzanıb, yanında isə insanlar var. Sonra o, Mehdiyev ilə getmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixli əlavə dindirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs X4 əlavə ifadə verərək bildirmişdir ki, əvvəl verdiyi ifadələri tam həcmdə təsdiq edir və davamı olaraq bildirir ki, sonra onlar Mehdiyev ilə avtomobilin yanından getmişlər. Mehdiyev ona demişdir ki, o özünə avtomobil sifariş edəcək, o isə istədiyi yerə gedə bilər. Mehdiyev ilə onlar Kalinin küçəsinin sonunda aralanmışlar. O, Eqemberdiyevə zəng vurmuş, avtomobilin açarlarının və onun özünün harada olmasını soruşmuşdur. Eqemberdiyev demişdir ki, hansısa ticarət mərkəzinin yanındadır, lakin hansı mərkəzin yanında olduğunu izah edə bilməmişdir. Nəticədə Eqemberdiyev ona demişdir ki, Cəbhə briqadaları küç., 13 ünvanında yerləşən kafeyə gəlsin, o da razılaşmışdır. Sonra o, taksi çağırmış, yuxarıda qeyd olunan ünvana çatanda yenidən Eqemberdiyevə zəng etmişdir, Eqemberdiyev demişdir ki, Mehdiyevin istədiyi qız işləyən kafeyə gəlsin, yəni Yekaterinburq ş. dəmir yolu vağzalının yanına. Əlavə edir ki, Mehdiyevin istədiyi qız Yekaterinburq ş. Sverdlov küç. yerləşən kafedə işləyir, həmin binada “Makdonalds” və mehmanxana yerləşir. O, Eqemberdiyevin təklifi ilə razılaşmışdır və ora getmişdir. O, oraya gələndə parklanma yerində Eqemberdiyev və Mehdiyevi görmüşdür. O, Eqemberdiyevdən “Lada Priora” avtomobilinin açarlarının harada olmasını soruşmuşdur. Söhbət zamanı o, başa düşmüşdür ki, Eqemberdiyev və Mehdiyev Talibov və Xudayevin hərəkətlərindən narazı olmuşdur. Bundan sonra Eqemberdiyev ona avtomobilin açarlarını vermiş və demişdir ki, o, avtomobili götürsün. Onlar onunla getmək fikrində deyilmişlər. Sonrakı hərəkətləri o, Eqemberdiyev və Mehdiyev ilə müzakirə etməmişdir. Sonra o, “Şevrole Kruz” avtomobilində hərəkət edən Sadıkova zəng etmişdir. Sadıkov gələndən sonra onlar birlikdə “Lada Priora” avtomobilini saxladıqları yerə yaxınlaşmışlar, avtomobilin yanında dayanmamışlar. Sadıkov öz avtomobilinə oturandan sonra o, Sadıkovun hərəkətə başlayacağını gözləmişdir. Sonra o, “Qlobus” TM getmiş, saat neçə olduğunu deyə bilməz, çünki buna diqqət yetirməmişdir. “Qlobus” TM^plan zaman ona Eqemberdiyev zəng etmiş və gəlməyini xahiş etmişdir, o, demişdir ki, gələ bilməyəcək, çünki şəhərdə tıxac vardır. Bir müddətdən sonra Eqemberdiyev Şerbakov küç. gəlmişdir, onlar görüşmüşlər, Eqemberdiyev onun avtomobilinə oturmuşdur. Eqemberdiyev ona təklif etmişdir ki, onu Çelyabinsk ş. aparsın, o, razılaşmış və onlar oraya istiqamətlənmişlər. O, Eqemberdiyevə demişdir ki, yanacaq üçün pulu yoxdur, Eqemberdiyev isə bildirmişdir ki, yanacaq dolduracaq. Onlar Çelyabinsk ş. gələndə o, Eqemberdiyevi şəhərin çıxışında düşürtmüşdür, dəqiq ünvanı bilmir. Onlar Çelyabinsk ş. gələndə Eqemberdiyev bildirmişdir ki, Karimov öldürülüb, o, Yekaterinburq ş. getməsin, çünki onu tuta bilərlər, buna görə Çelyabinsk ş. qalmışdır, burada tanışlarının evində yaşamışdır, marşrut avtobusunda sürücü işləmişdir. xx.xx.2019-cu ildə mən Çelyabinsk şəhərində YPX əməkdaşları tərəfindən tutulmuşdur, bundan sonra polis əməkdaşları onu Yekaterinburq şəhərinə gətirmişlər. xx.xx.2019-cu ildə xx.xx.2019-cu ilə qədər müddətdə təxminən bir həftə Eqemberdiyev ona “Votsap” mobil tətbiqi vasitəsilə yazırmış, harada olduğunu maraqlanırmış. Eqemberdiyevin harada olmasını ondan soruşmamışdır. Qeyd olunan müddətə Talibov, Xudayev və Mehdiyev ilə ünsiyyətdə olmamışdır, onların harada olmasını bilmir. Onda elə bir təəssürat yaranmışdır ki, aralarında əsas rolu Eqemberdiyev oynayırmış, çünki Eqemberdiyev ona demişdir ki, o, yalnız sürücü olacaqdır, yəni cinayətin törədilməsində onun rolunu müəyyən etmişdir, həmçinin cinayətin detalları müzakirə olunan görüşlərin təşəbbüskarı olmuşdur. Masa arxasında müzakirə zamanı o, onlarla oturmadığı üçün öz aralarında rolları necə böldüklərini bilmir. Lakin Eqemberdiyev ilə basqını müzakirə edin zaman sonuncu bildirmişdir ki, basqın olacaq şəxsləri o, özü müəyyən edəcək. Beləliklə, o, özünü təqsirli hesab edir ki, sürücü qismində cinayət törədilməsində iştirak etməyə hazır olmuşdur və cinayət iştirakçılarını cinayətin törədilmə yerinə aparmağa, həmçinin cinayət törədiləndən sonra oradan aralanmasını təmin etməyə hazır olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əşyalara (sənədlərə) baxış protokolundan görünür ki, baş vermiş hadisə zamanı hadisənin baş verdiyi yerin ətafında, daha dəqiq Kalinin və Avanqardnaya küçələrində yerləşən təhlükəsizlik kamerasının görüntülərini özündə əks etdirən bir ədəd diskə müstəntiq A.S.Orlov tərəfindən baxış keçirilmişdir. Həmin diskdə olan videogörüntülər ümumilikdə 58 dəqiqə 27 saniyə təşkül edir. 18:50 dəqiqədə parklanma yerinə gümüşü rəngdə X20 markalı avtomobil daxil olur. 20:00 dəqiqədə Avanqardnaya küçəsi, 13 saylı evin yanından səkidə Təqsirləndirilən şəxs bənzər qara koftalı və qara şalvarlı kişi keçir, başında kapüşon vardır, sol əlində qatlanmış qovluğa bənzər qara rəngdə əşya vardır. Binanın kənarına yaxınlaşaraq gümüşü rəngdə X20 avtomobilinə tərəf baxır. 21:17 dəqiqədə zahirən X.M.Talibova bənzər kişi keçir. Xronometraj üzrə 24:57 dəqiqədə qeyd olunan avtomobildən K.K.Karimova bənzər kişi çıxır, arxa oturacaqdan ağ rəngdə paketi götürür, sonra Kalinin küçəsi 22 saylı evin küncünə keçir. 28:09 dəqiqədə X.Q.Karabayevə bənzər kişi keçir, sağ əlində ağ rəngdə əlcək vardır. Videooyazı üzrə 28:57 dəqiqədə K.K.Karimovun getdiyi yolla zahirən Təqsirləndirilən şəxs bənzər qara paltarlı kişi gedir, kapüşonu başından çıxarmışdır. Disk açıldıqda müəyyən edilmişdir ki, onun içində müddəti 58 dəqiqa 27 saniya olan 13 2019-07-02 (15-00-00) 2019-07-02 (16-00-00), faylı var. Videoyazıda giriş qrupu, turniketlar, dəhliz çəkilib. Saat 15:20:20-da (xronometraj üzrə 20:24-də) zahirən M.T. Mehdiyevə bənzər qara rəngli koftası olan kişi daxil olur, başında kapüşon var, şalvarı qara rəngdə, sol əlində qatlanmış qovluğa bənzər qara rəngli əşya var. Saat 15:20:42-də (xronometraj üçün saat 20:47) qeyd olunan yerdən küçəyə çıxır. Baxış başa çatandan sonra optik disk plastik boksa qoyulur, sonra o kağız paketə yerləşdirilir, qablaşmanı pozmadan içindəkinə daxil olmağı istisna edən üsulla bağlanır. Disk açıldıqda müəyyən edilmişdir ki, onun içində 2 fayl var: müddəti 57 dəqiqə 54 saniyə olan 9 2019-07-02 (15-00-00) 2019-07-02 (16-00-00). Videoyazıda Yekaterinburq ş., Kalinin küç., 22 saylı evin yanında ərazi, həmçinin Avanqardnaya küç. hərəkət hissəsi və 13 saylı evin yanında parklanma yeri qeydə alınıb. Xronometraj üzrə 20:00-da Avanqardnaya küç. 13 saylı evə zahirən M.T, Mehdiyevə bənzər qara rəngli koftada başında kapüşon olan, qara rəngli şalvarlı, sol əlində qatlanmış qovluğa bənzər əşya olan kişi daxil olur. Xronometraj üzrə 20:24-də geri çıxır. Qeyd olunan anda girişə zahirən X.M. Talibova bənzər qara gödəkcəli, kepkalı, göy cinsli kişi (solda) və zahirən X.Q. Karabayevə bənzər qara rəngli şalvarı, qara rəngli gödəkcəsi, başında qara rəngli papaq, sağ əlində əl ölçülərinə mütənasib olmayan ağ əlcək olan kişi (sağda) yaxınlaşır. Daha sonra qeyd olunan şəxslər üçü Ural fəhlələri küç istiqamətində hərəkət edir. Videoyazı xronometrajı üzrə 21:10-da zahirən X.M. Talibova bənzər kişi Kalinin küç. tərəfə qayıdır. Zahirən X.Q. Karabayevə bənzər kişi Avanqardnaya küç., 13 saylı evin yanında yerləşən parklanma yerinin sonunda yerləşir, M.T. Mehdiyevə bənzər kişi isə yolu keçir və Kalinin küç. 22 saylı evə doğru gedir. Videoyazı xronometrajında 21:58-də zahirən X.Q. Karabayevə bənzər kişi zahirən M.T. Mehdiyev olan yerdə yolu keçir. Videoyazı xronometrajında 26:56-da zahirən M.T. Mehdiyevə bənzər kişi Kalinin küç. 22 saylı evin yanındakı obyektivin yanından Kalinin küç. tərəfə gedir və kuzovu qara rəngdə olan avtomobilin yanında dayanır. Videoyazı xronometrajında 27:26-da zahirən X.Q. Karabayevə bənzər kişi Kalinin küç. 22 saylı evin yanından Avanqardnaya küç. 13 saylı evin yanına yolu qaçaraq keçir. Videoyazı xronometrajında 28:07-də zahirən X.Q. Karabayeva bənzər kişi Avangardnaya küç. 13 saylı evin yanından Kalinin küç. tərəfə gedir. Əks tərəfdə Kalinin küçəsi 22 saylı evin yanında zahirən Təqsirləndirilən şəxs bənzər kişi var, o, Kalinin küşəsi tərəfə hərəkətə başlayır, bu zaman kapüşonu başından çıxarılmışdır. İkinci fayl: 29 2019-07-02 (15-00-00) 2019-07-02 (16-00-00), müddəti 58 dəqiqə 09 saniyə. Videoyazıda Yekaterinburq ş., Kalinin küç., 22 saylı evin yanda arazi, hamçinin Avanqardnaya küç. hərəkət hissasi və 13 saylı evin yanında parklanma yeri qeydə alınıb. Videoyazı xronometrajında 21:08-də üç kişi dayandı, iki nəfər hərəkəti davam etdirdi, üçüncü əks tərəfə getdi. Videoyazı xronometrajında 21:25-də zahirən M.T. Mehdiyevə bənzər kişi yolu keçməyə başlayır, onun yanında zahirən X.Q. Karabayevə bənzər kişi var. Qeyd olunan şəxslərdən əks tərəfə Kalinin küç, istiqamətində zahirən X.M. Talibova bənzər kişi hərəkət edir. Videoyazı xronometrajında 21:31-də zahirən XQ. Karabayevə bənzər kişi Avanqardnaya küç. 13 saylı evin yanında parklanma yerinin sonunda dayanır. Videoyazı xronometrajında 22:13-də X.Q. Karababyevə bənzər kişi yolu keçməyə başlayır. 25:35-da "X19 200" avtomobilindən zahirən K.K. Karimova bənzər kişi çıxır, o sol arxa sərnişin qapısını açır və gedir. Videoyazı xronometrajında 27:15-də Kalinin küç. 22 saylı yanından zahirən M.T. Mehdiyevə bənzər kişi keçir, 27:39-da tünd rəngli avtomobilin yanında dayanır. Videoyazı xronometrajında Avanqardnaya küç., 13 saylı evin yanına zahirən X.Q. Karabayevə bənzər kişi yaxınlaşır, o, Kalinin küç. tərəfə gedir, arxasında ağ əlcək olan sağ əlini saxlayır. Videoyazı xronometrajında 29:30-da zahirən M.T. Mehdiyevə bənzər kişi avtomobilin yanından Kalinin küç. 22 saylı evin qarşısından Kalinin küç. ilə gedir. Cinayət işinin materiallarına əlavə edilmiş 4715 nömrəli cəsədin məhkəmə-tibbi tədqiqatının rəyindən görünür ki, 1965-ci il təvəllüdlü K.K. Karimovun cəsədinin məhkəmətibbi tədqiqatına əsasən işin məlum hallarını, Laborator tədqiqat nəticələrini nəzərə alaraq hesab edirəm ki, onun ölümü sağdan 6 qabırğanın və parietal plevranın, diafraqmanın sağ günbəzinin, qara ciyərin sağ payının, sağ ağ ciyərin aşağı payının iki tərəfi açıq güllə yarası, sağ tərəfli qemotoraksla (500 ml), perikardin iki tərəfli açıq güllə yarası, sağ tərəfli qemotoraksla (500 ml), perikardın iki tərəfi açıq zədəsi ilə, ürəyin sol qulaqcığının, sol ağ ciyərin yuxarı payının, soldan 6 qabırğanın və parietal plevranın zədələnməsi ilə, yara girişi sağ döşaltı nahiyədə, yara çıxışı sol kürək nahiyədə olan güllə yarası nəticəsində baş vermişdir. Yuxarıda qeyd olunan döşün iki tərəfi açıq odlu silah yarası ölümün yaranması ilə daxili orqanların zədəsi ilə birbaşa səbəb əlaqəsindədir, RF Hökümətinin xx.xx.2007-ci il tarixli 522 saylı qərarı ilə təsdiq olunan "İnsan sağlığına vurulan zərərin ağırlıq səviyyəsinin müəyyən olunması qaydalarının" 4 "a" b. və RF SvəSİN "İnsan sağlığına vurulan zərərin ağırlıq səviyyəsinin müəyyən olunmasının tibbi meyarlarının təsdiqi haqqında" 24 aprel 2008-ci il tarixli 194n saylı əmrinin İİ bölməsinin 6.1.9 b. müvafiq sağlamlığa ağır zərər kimi tövsif olunur. Qeyd olunan zədə həyatda olarkən yetirilib (yara kanalı üzrə ifadə olunan qansızma), ölümün baş verməsi ilə birbaşa əlaqədardır (histomorfoloji şəklə əsasən həyəcan olmadıqda, həmdə dəqiqələrlə hesablanan az-maz həyəcan), 8,0 mm qədər kalibri olan güllə ilə yetirilib. Bundan əlavə, 1965-ci il təvəllüdlü K.K. Karimovun cəsədinin məhkəmə-tibbi tədqiqatı zamanı sağ baldırın yumşaq toxumalarının iki tərəfi açıq güllə yarası, yara girişi baldırın arxa-ön səthi üzrə, yara çıxışı baldırın ön səthi üzrə RF Hökümətinin xx.xx.2007-ci il tarixli 522 saylı qərarı ilə təsdiq olunan "İnsan sağlığına vurulan zərərin ağırlıq səviyyəsinin müəyyən olunması qaydalarının" 4 "a" b. va RF SvəSİN "İnsan sağlığına vurulan zərərin ağırlıq səviyyəsinin müəyyən olunmasının tibbi meyarlarının təsdiqi haqqında" 24 aprel 2008-ci il tarixli 194n saylı əmrinin İİ bölməsinin 8.1 b. müvafiq sağlamlığa yüngül zərər kimi tövsif olunur. Qeyd olunan zədə həyatda olarkən yetirilib (yara kanalı üzrə ifadə olunan qansızma), ölümün baş verməsi ilə birbaşa əlaqədardır (histomorfoloji şəklə əsasən həyəcan olmadıqda, həmdə dəqiqələrlə hesablanan az-maz həyəcan). Sağ budun odlu silah yarası yaxın olmayan məsafədən kalibri 6,5 mm yaxın güllə ilə vurulub (tibbi-kriminalistik tədqiqat nəticələri nəzərə alınmaqla). Başın ənsə nahiyəsinin əzilmiş yarası bərk küt əşya ilə zərbə və ya belə bir əşyaya zərbə nəticəsində yaranmışdır. K.K. Karimovun cəsədinin məhkəmətibbi tədqiqatı zamanı aşkar olunan üzün sıyrıqları, dəri altı qansızmaları. Sol baldırın qançırı ölümün baş verməsi ilə birbaşa əlaqədə deyil, bərk küt əşyanın zədələyici təsirindən yaranmışdır, birbaşa ölümdən qabaq yarana bilərdi, RF Hökümətinin xx.xx.2007-ci il tarixli 522 saylı qərarı ilə təsdiq olunan "İnsan sağlığına vurulan zərərin ağırlıq səviyyəsinin müəyyən olunması qaydalarının" 4 "a" b. və RF SvəSİN "İnsan sağlığına vurulan zərərin ağırlıq səviyyəsinin müəyyən olunmasının tibbi meyarlarının təsdiqi haqqında" 24 aprel 2008-ci il tarixli 194n saylı əmrinin 9 b. müvafiq olaraq sağlamlığa zərər vurmayan kimi qiymətləndirilir. K.K. Karimovun cəsədindən qanın və sidiyin məhkəmə-kimyəvi tədqiqatı zamanı alkoqol aşkar olunmamışdır, daxili orqanlarda və mühitlərdə narkotik və dərman preparatları aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kompleks ekspertizasının 4559 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunan hadisə yerinə baxış zamanı götürülən iki giliz Makarov tapançası (PM) üçün 9 mm patronların (hüquq mühafizə orqanları üçün) gilizlərinə aiddir. Qeyd olunan nümunəli patronlar Makarov tapançasından (PM), Steçkin avtomatik tapançasından (APS), PP-90, KEDR və s. tapança pulemyotlardan atəş üçün istifadə olunur. Ekspertizaya təqdim olunan hadisə yerinə baxış zamanı götürülən iki giliz zavod istehsallıdır, Tula patron zavodu, Tula ş. Alovlanmama nəticəsində təkrar atəşi göstərən hər hansı bir iz müşahidə olunmur. Ekspertizaya təqdim olunan hadisə yerinə baxış zamanı götürülən iki giliz bir nüsxə silahdan açılmışdır. İki gilizin iz qavrayan səthində papilyar xətt izləri aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş odlu silah zədələrinin məhkəmə-ballistik ekspertizasının 2415/05-1 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, K.K. Karimovun paltarında altı (gödəkcədə bir, futbolkada üç, cinsdə iki) odlu silah güllə zədəsi var. Futbolkanın ön hissəsinin zədəsi və cinsin sağ arxa bacağında zədə giriş zədələridir, gödəkcənin belində zədə və cinsin sağ ön bacağında zədə çıxış zədələridir, futbolkanın belində zədə aralıq zədəsidir. Futbolkanın ön hissəsində yaxın atəş izləri var. K.K. Karimovun paltarında digər zədələr hissəsində yaxın atəş izləri yoxdur. K.K. Karimovun paltarında zədələr iki atəş nəticəsində yaranmışdır. Futbolkada və gödəkcənin divarında zədələrin yaranmasına səbəb olan atəş zərərçəkmiş şəxsə nisbətən öndən arxaya, soldan sağa, aşağıdan yuxarıya, cinsdə olan zədələrə səbəb olan atəş arxadan önə, sağdan sola vurulub. Futbolkanın ön yarısında zədələrə səbəb olan atəş dirənib atışlmışdır. K.K. Karimovun cinsində zədələrə səbəb olan atəşin hansı məsafədən açıldığını müəyyən etmək mümkün deyil. Futbolkada giriş zədəsinin vurulma anında zərərçəkmiş şaxs bodonin ön səthinin sağ hissəsi ilə silahın lülə kəsiyinə tərəf istiqamətlənmişdir, cinsda giriş zədəsinin vurulma anında zərərçəkmiş şəxs ayağın arxa sağ səthi ilə silahın lülə kəsiyinə tərəf idi. Paltarda silah daşıma izlərini müəyyən etmək mümkün deyil. Cinayət işinin materiallarına əlavə edilmiş Sverdlovsk vilayəti Yekaterinburq şəhəri Orconikidze rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1-304/2020 saylı hökmünün surətindən görünür ki, X2 Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 4 hissəsinin “b” bəndi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, ona cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə səkkiz il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 22-6960/2020 nömrəli apellyasiya qərardadının surətindən görünür ki, X2 barəsində Yekaterinburq şəhər Orconikidze rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi göstərilmiş, residiv növü xüsusilə təhlüklədir. Hökmdən məhkum Z.S.Eqemberdiyevdən zərərçəkmiş şəxs R.K.Karimovun xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası olaraq 100 000 (yüz min) rubl tutulması haqqında qərar çıxarılmışdır. Digər hissələrdə hökm dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya qərardadı elan olunduğu gündən qüvvəyə minir və RF CPM-nin 47.1 fəsli ilə nəzərdə tutulan qaydada ondan kassasiya şikayəti verilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Sverdlovsk vilayəti Yekaterinburq şəhəri Orconikidze rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1-308/2020 saylı hökmünün surətindən görünür ki, X4 Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 4 hissəsinin “b” bəndi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, ona cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə altı il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 22-8300/2020 nömrəli apellyasiya qərardadının surətindən görünür ki, X4 barəsində Yekaterinburq şəhər Orconikidze rayon məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökün təsviri-əsaslandırıcı hissəsində müttəhim X.Q.Karabayevin inisialları düzgün göstərmiş, məhkəmənin RF CM-nin 68-ci maddəsinin 2-ci hissəsinin tətbiqinə istinadı çıxarılmış, X.Q.Karabayevə cəza təyin edərkən RF CM-nin 62-ci maddəsinin 2-ci hissəsi tətbiq edilmiş, təyin olunan cəza 5 il 11 ay azadlıqdan məhrum etmə kimi yumşaldılmış, apelyasiya qərardadı elan olunduğu gündən qüvvəyə minmişdir. Cinayət işinə əlavə edilmiş Ağcabədi rayon poliklinikasının xx.xx.2022-ci il tarixli, 607 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respubikası CM-nin 120.1-ci maddəsi ilə məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 il (doqquz il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6347 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, valideynləri, bir qardaşı, arvadı və biri azyaşlı olmaqla üç uşağından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 11.2, 181.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmçinin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 1(101)-598/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyinə görə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hüquqi münasibətlərin tənzimləndiyi X8 iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 91.3-cü maddəsinə əsasən sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cinayətə görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Təqsirləndirilən şəxs Təvkgül oğlu hazırki iş üzrə tərəfindən törədildiyi müəyyən edilmiş cinayət əməlini RF ərazisində törətdiyinə, həmin əməlin törədildiyi dövrdə qüvvədə olmuş və hazırki dövrdə qüvvədə olan RF CM-in 162-ci maddəsinin 4-cü hissəsinin «b» bəndinin sanksiyasında “quldurluq: xüsusilə külli miqdarda” cinayət əməlinə görə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 181.4-cü maddəsinin həmin əməlin törədildiyi tarixdə qüvvədə olmuş və hazırda qüvvədə olan sanksiyasında on dörd ildən on səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Kişinyov Konvensiyasının 91.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, iş üzrə RF ərazisində törədildiyi müəyyən edilmiş cinayət əməlinə görə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi Azərbaycan Respublikası CM-nin 181.4-cü maddəsinin sanksiyasına münasibətdə RF CM-nin 162-ci maddəsinin 4cü hissəsinin «b» bəndinin sanksiyasında on beş ilədək müddətə, yəni daha yüngül nəzərdə tutulduğuna görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən bu hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və hal hazırda cəza çəkdiyindən onun barəsində qətimkan tədbiri seçilməsi zərurəti yaranmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 elektron poçtu vasitəsilə məhkəməyə daxil olmuş mülki iddia ərizəsi X8 iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının tələblərinə əsasən sənəd sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssiəsi tərəfindən təqdim edilmədiyinə, həmçinin səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən təsdiqlənmədiyinə görə baxılmamış saxlanılaraq geri qaytarılmışdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 181.4-cü maddəsi ilə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 1(101)-598/2022 nömrəli hökmünə əsasən təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla 24 avqust 2021-ci il tarixdən hesablansın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar