Məhkəmə qərarları › İş №1(099)-235/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-235/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-235/2024 12.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1993-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni, güclü təsir edən maddələri və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, eləcə də, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal etməsinə dair Təqsirləndirilən şəxs2, İran İslam Respublikası vətəndaşı Fardın Nourollahı və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Fardın Nourollahı tərəfindən qanunsuz olaraq əldə edilən təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 360 qram təşkil edən hər birində 10 həb olan 900 konvalyutda ümumilikdə 9000 həb “Methadone 40” əmtəə göstəricili metadon narkotik vasitəsi, təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla cəmi 1,8 qram təşkil edən hər birində 10 tablet olan 18 konvalyutda ümumilikdə 180 tablet “Clozam 10” əmtəə göstəricili klobazam psixotrop maddəsi, təsiredici maddəsinin miqdarı cəmi 0,34 qram olmaqla hər birində 10 tablet olan 171 konvalyutda ümumilikdə 1710 tablet “Vazonidin 0,2” əmtəə göstəricili klonidin, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 90 qram təşkil edən hər birində 1 flakon olmaqla 30 qutuda 30 flakon “Equipoise 300” əmtəə göstəricili boldenon, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 40 qram təşkil edən hər birində 1 flakon olmaqla 20 qutuda 20 flakon “Parabolan 200” əmtəə göstəricili trenbolon və təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 10 qram təşkil edən hər birində 1 flakon olmaqla 10 qutuda 10 flakon “Masteron 100” əmtəə göstəricili drostanalon güclü təsir edən maddələrini, cinayətkar qrupun üzvləri arasındakı rol bölgüsü və razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs2 tərəfindən realizəsinin təşkil edilməsi məqsədilə sonuncuya çatdırılması üçün 2023-cü ilin iyun ayının 10-dək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində Fardın Nourollahıdan təhvil almış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Renault” markalı, 42CX024/42ZA599 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəltdirdiyi gizli saxlanc yerində yerləşdirib gömrük nəzarətindən gizlətməklə saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış, həmin narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri, o cümlədən qrupun İran İslam Respublikasındakı üzvü Fardın Nourollahıdan Azərbaycan Respublikasında realizəsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs2 çatdırmaq üçün əldə etdiyi və idxal edərək satış məqsədilə saxladığı dərman vasitələrinin qanunsuz dövriyyəsi cinayətinə münasibətdə dəyəri külli miqdarda olmaqla cəmi 57219 manat təşkil edən 1 ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 7374 manat dəyərində 1229 ədəd “Xyla-P 30g” adlı, 1 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə 10320 manat dəyərində 129 qutu “Ferinjekt 500 mg/10ml” adlı və 1 ədədinin qiyməti 85 manat olmaqla ümumilikdə 39525 manat dəyərində 465 qutu “Zoladeks 3,6mg” adlı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini, eləcə də, həmin dərman vasitələrinin də qiyməti nəzərə alınaraq qaçaqmalçılıq cinayətinə münasibətdə ümumi dəyəri xeyli miqdarda olmaqla cəmi 75769 manat təşkil edən 1 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 3 konvalyut “ProstaFit” adlı və 1 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə 18520 manat dəyərində 463 şpris “Orgalutran 0,25 mg/0,5ml” adlı dərman vasitələrini idarə etdiyi nəqliyyat vasitəsinin müvafiq gizli saxlanc yerində yerləşdirib gömrük nəzarətindən gizlətməklə 10 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələr, eləcə də, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə digər dərman vasitələri nəqliyyat vasitəsinə 11 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində keçirilmiş rentgen və gömrük yoxlaması nəticəsində gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, İran İslam Respublikası vətəndaşı Fardın Nourollahı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, güclü təsir edən maddələri və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, eləcə də, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunması barədə razılığa gəlmiş, habelə Təqsirləndirilən şəxs1 tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra Fardın Nourollahı tərəfindən qanunsuz olaraq əldə edilən təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 360 qram təşkil edən hər birində 10 həb olan 900 konvalyutda ümumilikdə 9000 həb “Methadone 40” əmtəə göstəricili metadon narkotik vasitəsi, təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla cəmi 1,8 qram təşkil edən hər birində 10 tablet olan 18 konvalyutda ümumilikdə 180 tablet “Clozam 10” əmtəə göstəricili klobazam psixotrop maddəsi, təsiredici maddəsinin miqdarı cəmi 0,34 qram olmaqla hər birində 10 tablet olan 171 konvalyutda ümumilikdə 1710 tablet “Vazonidin 0,2” əmtəə göstəricili klonidin, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 90 qram təşkil edən hər birində 1 flakon olmaqla 30 qutuda 30 flakon “Equipoise 300” əmtəə göstəricili boldenon, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 40 qram təşkil edən hər birində 1 flakon olmaqla 20 qutuda 20 flakon “Parabolan 200” əmtəə göstəricili trenbolon və təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 10 qram təşkil edən hər birində 1 flakon olmaqla 10 qutuda 10 flakon “Masteron 100” əmtəə göstəricili drostanalon güclü təsir edən maddələrini, ümumi cinayətkar plana, eləcə də, cinayətkar qrupun üzvləri arasındakı rol bölgüsü və razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasında realizəsinin təşkil edilməsi məqsədilə ona çatdırılması üçün Təqsirləndirilən şəxs1 tərəfindən 2023-ci ilin iyun ayının 10-dək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində Fardın Nourollahıdan təhvil alınmış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault” markalı, 42CX024/42ZA599 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerində yerləşdirilib gömrük nəzarətindən gizlədilməklə saxlanılmasına, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşınmasına, həmin narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri, o cümlədən Fardın Nourollahıdan Azərbaycan Respublikasında realizəsinin təşkil edilməsi məqsədilə ona çatdırmaq üçün Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilib idxal edilərək satış məqsədilə saxlanılmasına nail olduğu dərman vasitələrinin qanunsuz dövriyyəsi cinayətinə münasibətdə dəyəri külli miqdarda olmaqla cəmi 57219 manat təşkil edən 1 ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 7374 manat dəyərində 1229 ədəd “Xyla-P 30g” adlı, 1 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə 10320 manat dəyərində 129 qutu “Ferinjekt 500 mg/10ml” adlı və 1 ədədinin qiyməti 85 manat olmaqla ümumilikdə 39525 manat dəyərində 465 qutu “Zoladeks 3,6mg” adlı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin və həmin dərman vasitələrinin də qiyməti nəzərə alınaraq qaçaqmalçılıq cinayətinə münasibətdə ümumi dəyəri xeyli miqdarda olmaqla cəmi 75769 manat təşkil edən 1 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 3 konvalyut “ProstaFit” adlı və 1 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə 18520 manat dəyərində 463 şpris “Orgalutran 0,25 mg/0,5ml” adlı dərman vasitələrinin Təqsirləndirilən şəxs1 tərəfindən sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin müvafiq gizli saxlanc yerində yerləşdirilib gömrük nəzarətindən gizlədilməklə 10 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilmiş, həmin narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələr, eləcə də, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə digər dərman vasitələri nəqliyyat vasitəsinə 11 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində keçirilmiş rentgen və gömrük yoxlaması nəticəsində gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü CM-nin 206.3.2 və 200-1.2.2 və 200-1.2.3-cü -cü maddələri ilə təqsirli bilir, digər maddələrlə özünü təqsirli bilməyərək ifadəsində gösətmişdir ki, özünə məxsus “Renault” markalı 42CX024 yük avtomobili, qardaşına məxsus yük qoşqusu ilə beynəlxalq yükdaşımalarla məşğuldur. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərindən “pambıq çiyidi” yükü yükləyib İran İslam Respublikasına yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə Azərbaycan-İran sərhəddini keçib İranın Astara şəhərinə daxil olmuş, bir neçə gündən sonra, yükü İranın Astara şəhərində boşaltmış, bundan sonra, nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yarandığı üçün maşını təmirə vermişdir. Bir müddət keçəndən sonra, maşını ustadan götürmüş və Azərbaycana aparmaq üçün yük sifarişi gözləməyə başlamışdır. Bir-iki gün gözlədikdən sonra, Bakıya şüşə qab-qacaq yükünü daşımaq sifarişi almışdır, bu yükün hazırlanması bir neçə gün çəkmişdir. İranda olduğu müddət ərzində tanışı İran vətəndaşı olan Fərdin ona zəng edərək “botoks” dərmanlarını Bakıya apara bilib-bilməyəcəyini ondan soruşmuş, dərmanları gömrükdən gizli keçirməyi təklif edib sayının 150 ədəd olduğunu deyərək bunun qarşılığında 600 manat təklif etmişdir. O isə apara bilməyəcəyini demişdir. Fərdın növbəti gün yenidən ona zəng edərək başqa dərmanları aparmaq müqabilində ona daha çox pul verəcəyini demiş, bunu deyib onu şirnikləndirmişdir. Bundan sonra Fərdinlə görüşmüş, sonuncuda dərmanların hansı dərmanlardan olduğunu, nə qədər olduğunu, kimə çatacağını soruşmuş, Fərdin isə dərmanların müxtəlif tərkibli dərmanlar olduğunu, arasında xərçəng xəstələrinin müalicəsində istifadə etdikləri güclü dərmanlar, idmançıların istifadə etdikləri əzələ gücləndirici dərmanlar və başqa cür dərmanlar olduğunu deyərək bu dərmanların tapılan və aptekdə satılan dərmanlar olmadığını bildirib bunlara görə çox pul verəcəyini demişdir. Dərmanların bir qisminin güclü təsirli dərmanlar olduğunu eşidəndə narahat olmuş və bu işi görə bilməyəcəyini demişdir. Amma, Fərdin bu dərmanların daşınması üçün ona 2000 ABŞ dolları verəcəyini deyib dərmanları gizlətsələr aşkar edilməyəcəyinə onu inandırmışdır. Dərmanları harada gizlətmək olar deyə bir qədər düşündükdən sonra qoşquda döşəmənin altında yer düzəldib oraya yığmaq barədə razılığa gəlmişdlər. Bunun üçün İranın Astara şəhərində qaynaq işi ilə məşğul olan ustalardan birinin yanına gedərək maşının qoşqusunun döşəməsinin altında dəmirdən yer düzəltdirmişdir. Bundan sonra İranın Astara şəhərində Fərdinlə görüşmüş, dərmanları kimə təhvil verməli olduğunu soruşmuş, Fərdin isə, bütün dərmanların əvvəllər də dərman aparıb təhvil verdiyi Davuda çatacağını demişdir. Davudu 4-5 ay olar ki, elə Fərdinə görə tanımış, Davuda əvvəllər iki dəfə adi botoks dərmanları deyilən şüşə flakonlar aparmışdır. xx.xx.2023-cü il tarixdə İranın Astara şəhərində Fərdinlə görüşən zaman Fərdin ona içərisində maşında gizlədəcəyi dərmanlar olan 12 qutu və 2 bağlamanı vermiş, o isə, həmin dərmanları təhvil alıb maşınına qoymuşdur. Daha sonra, həmin dərmanları bir-bir maşınının qoşqusunun döşəməsində düzəltdirdiyi gizli saxlanc yerinə yerləşdirmişdir. Fərdin həmin dərmanları Davuda çatdırmağı tapşırmış, Davudun özü ilə bu barədə söhbət etməmiş, lakin əvvəllərdə Davuda dərman apardığı üçün Fərdinin Davudla razılaşdığını düşünmüşdür. Bundan bir neçə gün sonra, idarə etdiyi maşına “şüşə qablar” yükünü yüklətdirərək Azərbaycana doğru yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində İran-Azərbaycan sərhədini keçib Astara Gömrük İdarəsinin ərazisinə daxil olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin kabinasına gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı kabinadan qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, gömrük əməkdaşı onun üzərində də şəxsi yoxlama aparacağını demiş, bu zaman, o, şalvarının sağ cibində olan narkotik vasitə çəkərkən marixuananı doğramaq üçün istifadə etdiyi dəmir qabı çıxarıb gömrük əməkdaşına vermişdir. Gömrük əməkdaşı ona verdiyi qaba baxış keçirən zaman qabın içində sarımtıl rəngli naməlum maddə olduğunu görmüşdür. Gömrük əməkdaşı ona idarə etdiyi yük nəqliyyat vasitəsinə səhəri gün rentgen yoxlaması tətbiq ediləcəyini demişdir. Bundan sonra, xx.xx.2023-ci il tarixdə, səhər saat 10 radələrində idarə etdiyi nəqliyyat vasitəsi “Astara” Gömrük İdarəsinin inzibati ərazisində rentgen qurğusundan keçirilmiş, rentgenin nəticəsində gömrükçü nəqliyyat vasitəsinin qoşqusunun döşəməsində şübhəli cizgilər müşahidə edildiyini deyib nəqliyyat vasitəsinin qoşqusuna yoxlama keçirəcəyini bildirmişdir. Bunun üçün iki nəfər şəxsi çağırıb hal şahidi kimi çağırıldıqlarını deyib yoxlamaya başlamış, nəticədə, qoşqunun döşəməsinin altındakı xüsusi gizli saxlanc yerində gizlətdiyi Fərdinin ona verdiyi bütün dərmanlar aşkar olunmuşdur. Eskpertizadan sonra müəyyən olunmuşdur ki, dərmanların arasında narkotik vasitələr və güclü təsir edən maddələr də olmuşdur. Lakin o, yalnız dərman preparatlarının olduğunu düşünmüş, belə ki, narkotik vasitə və güclü təsir edən maddələr barədə Fərdin ona heç bir söz deməmişdir. Dərmanların arasında narkotik vasitələrin olduğunu bilməmiş, əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin dekabr ayından tanıyır. Fərdinlə İrana müəlicəyə gedən vaxtı tanış olmuşdur. Elvinlə onu tanışı Fərdin tanış etmişdir. Fərdin ona bir neçə dəfə Elvinin vasitəsi ilə «botoks» dərmanları göndərmiş, o da sifarişçilərə çatdıraraq pulunu almışdır. İranlı Fərdin bu dərmanların satışı ilə məşğul olması barədə «instaqram» sosial şəbəkəsində rəsmi səhifəsi olmuşdur. Dərmanların liseziyası olmadığı üçün Elvin həmin dərmanları avtombildə gizli yerlərdə gizlədərək keçirmişdir. Lakin sonuncu hadisə ilə əlaqədar olaraq o, nə Fərdin, nədə ki Davudla danışmamış, dərman, narkotik sifariş etməmişdir. Elvinin gömrükdə tutulduğunu xəbərlərdən oxumuşdur. Elvinlə son 6 aydır ki heç bir əlaqəsi olmamışdır. X13 vasitəsi ilə ona heç bir dərman göndərməmişdir, onunla bu barədə qabaqcadan heç bir razılığı olmamışdır. Elvinin gömrükdə tutularkən aşkar olunmuş dərmanların və güclü təsir edən maddələrin ona çatacağını deməsi barədə heç nə bilmir, aralarında bu barədə heç bir daqışıq olmamışdır. Eyni zamanda İranlı Fərdin də ona Elvin vasitəsi ilə dərman göndərəcəyini deməmişdir. Heç bir günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 2023-cü ilin iyun ayında Elvin gömrükdə saxlanılarkən avtomobilindən aşkar olunmuş dərmanlar barədə Fərdin ona əvvəlcədən demişdir. Bu dərmanları da Elvindən özü təhvil alacaqmış və Fərdin kimə çatdırmalı olduğunu sonra deyəcəkmiş. Lakin, bu dəfə iyun ayının 11-i və ya 12-si olardı ki, Fərdin zəng edib Elvinin gömrükdə tutulduğunu, dərmanları da gömrükçülərin götürdüklərini, sonradan Elvinin tutulduğunu və götürülən dərmanları internet xəbər portalında da gördüyünü bildirmişdir. Elvinin maşınından aşkar edilən dərmanların hamısının Fərdin tərəfindən İrandan göndərildiyini və Elvinin də bu dərmanları maşınında gizləyib gömrükdən keçirəcəyini bilmişdir. Bu dərmanları da Fərdinin tapşırığı əsasında özü təhvil almalı imiş. Dərmanların arasında botoks dərmanlarının, kosmetoloji vasitələrin və bunlardan əlavə müxtəlif tərkibli çoxlu dərmanların olduğunu bilmiş, amma, konkret olaraq narkotik və psixotrop tərkibli dərmanlar olduğunu bilməmişdir. 2022-ci ilin dekabr ayından etibarən ayda bir dəfə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirdiyi dərmanları təhvil alıb Fəridin dediyi konkret şəxslərə təhvil vermişdir. Elvinin gətirdiyi dərmanları həmişə maşınında müxtəlif yerlərdə gizlədib gətirdiyini bilirmiş. Bu dəfə Fərdinin ona verdiyi dərmanları da maşınında gizlədib gömrükdən gizli yolla keçirəcəyini bilmişdir. Çünki, dərmanların ümumi sayı da çoxdur deyə yalnız gömrükdən gizli yolla keçirmək mümkündür. Bu baxımdan dərmanların gizli keçiriləcəyi barədə əvvəlcədən Fərdinlə danışanda məlumatı olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ifadələrində “O avtombilinin saxlanc yerində gizlətdiyi dərmanların «botoks» dərmanları olduğunu bilmişdir, lakin güclü təsir edən maddələrin və narkotik vasitələrinin olmasından məlumat olmamış, Fərdin də ona narkotik vasitələr barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs2la gömrükdən qaçaq yolla güclü təsir edən dərmanların keçirilməsi barədə heç bir razılığı olmamışdır. Fərdinlə Davud arasında narkotik tərkibli dərmanların gömrükdən keçirilməsi barədə razılığının olmasından məlumatı olmamışdır.”, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində «Elvinlə sona 6 aydır ki heç bir əlaqəsi olmamışdır. X14 vasitəsi ilə ona heç bir dərman göndərməmişdir, onunla bu barədə qabaqcadan heç bir razılığı olmamışdır. Elvinin gömrükdə tutularkən aşkar olunmuş dərmanların və güclü təsir edən maddələrin ona çatacağını deməsi barədə heç nə bilmir, aralarında bu barədə heç bir daqışıq olmamışdır. Eyni zamanda İranlı Fərdin də ona Elvin vasitəsi ilə dərman göndərəcəyini deməmişdir» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri sözü gedən xüsusatları onların cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 göstərmişdir ki, İrandan daxil olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault” markalı yük nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə yoxlama qrupuna yönləndirilmişdir. Həmin nəqliyyat vasitəsi “Astara” Gömrük İdarəsinin inzibati ərazisində “HCVG” markalı stasionar rentgen qurğusundan keçən zaman qeyd olunan nəqliyyat vasitəsinin qoşqusunun döşəməsində şübhəli cizgilər müşahidə edildiyi üçün yoxlama qrupuna yönləndirilmişdir. Saat təqribən 10 radələrində postun ərazisində işləyən iki nəfər hal şahidinin iştirakı ilə qeyd olunan yük nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altında qabaqcadan xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 12 ədəd qutu və 2 ədəd bağlama aşkar etmiş, həmin qutu və bağlamalara baxış keçirilən zaman çoxlu miqdarda dərmanlar aşkar edilmişdir. Dərmanların bəzilərinin öz qutuları olmuş, bəziləri də konvalyutlarda olmuşdur. Bütün dərmanlar aşkar edildikdən sonra, sayılmış və növlərinə görə yığılmışdır. Dərmanlar arasında üzərində Metadon yazısı olan və bəzi Clozam adlı narkotik vasitələr və psixotrop maddələrə aid dərman vasitələri də olmuşdur. Qeyd olunan maddələr hal şahidlərinin və sürücünün iştrakı ilə götürülmüş, qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Astara Gömrük İdarəsi əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində İran İslam Respublikası ərazisindən “Renault” markalı “42CX024/42ZA599” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi keçmişdir. Avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 olmuşdur. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirməyə başlamış, yoxlama nəticəsində nəqliyyat vasitəsinin zahiri tərəflərində malların gizlədilə və saxlanıla biləcəyi yerləri yoxladıqdan sonra, kabinaya keçmiş, qanunsuz heç bir predmet aşkar etməmişdir. Daha sonra, aidiyyəti üzrə məruzə edib həmin şəxsin üzərində şəxsi yoxlama da keçirmişdir. Şəxsi yoxlama başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 əyninə geyindiyi şalvarın sağ cibindən bir ədəd kiçik dəmir qabı çıxarıb ona təqdim etmişdir. Həmin qabı gördükdə bu qabın narkotik vasitə olan marixuananı doğramaq üçün istifadə edilən bir əşya olduğunu bilmiş, Elvin .Qasımov da bunu təsdiq etmişdir. Həmin qabın içərisində baxdıqda qabın divarlarında sarımtıl rəngli maddə olduğu görünürmüş. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi yoxlama keçirmiş və şəxsi yoxlama nəticəsində hər hansı predmet aşkar etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində və üzərində şəxsi yoxlama keçirdikdən sonra, ondan idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlətdiyi və yaxud bəyan etmədiyi hər hansı əşyanın olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə, idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda gizlətdiyi və bəyan etmədiyi heç nəyin olmadığını demişdir. Lakin, narahatlığı hiss olunduğuna görə, nəqliyyat vasitəsinin qoşqusunun və qoşqusunda olan yükün də yoxlanılması üçün nəqliyyat vasitəsi onun tərəfindən yoxlama qrupuna yazılmış, sonradan məlumatı olmuşdur ki, nəqliyyat vasitəsi səhəri gün yoxlama qrupu tərəfindən əsaslı şəkildə yoxlanılıb və nəqliyyat vasitəsinin qoşqusunun döşəmə hissəsinin altında gömrük nəzarətindən gizlədilmiş külli miqdarda metadon həbləri və çoxlu miqdarda müxtəlif tərkibli dərman maddələri aşkar edilmişdir. İş üzrə şahid qsimində dindirilmiş Şahid3 Höcətulla oğlu ifadəsində göstərmişdir ki, günəmuzd işlərdə fəhləlik edir. Müvəqqəti olaraq X10 yükləmə-boşaltma işlərində günəmuzd işləyib pul qazanır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində postun ərazisində olmuşdur. İlham adlı fəhlə də elə onun yanında olmuşdur. Gömrük inspektoru Şahid1 onu və İlhamı çağırmış və İrandan gələn bir yük maşınını yoxlayacağını demişdir. Şahid1 “Renault” markalı “42CX024/42ZA599” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs1 iştirakı ilə nəqliyyat vasitəsinə yoxlama keçirilməyə başlamışdır. Yoxlama nəticəsində gömrükçü Vüqar nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altında qabaqcadan xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 12 ədəd qutu və 2 ədəd bağlama aşkar etmişdir. Həmin qutu və bağlamalara baxış keçirilən zaman içərisində çoxlu miqdarda dərmanlar olduğunu görmüşdür. Dərmanların bəzilərinin öz qutuları var idi, bəziləri də konvalyutlarda idi. Dərmanlar arasında üzərində Metadon yazısı olan və bəzi Clozam adlı narkotik vasitələr və psixotrop maddələrə aid dərman vasitələri də var idi. Bütün dərmanlar aşkar edildikdən sonra, sayılmış və növlərinə görə yığılmış, qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 Höcətulla oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2023-cü il tarixli 6/3311 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 900 (doqquz yüz) blisterdə hər birində 10 ədəd olmaqla ümumilikdə 9000 (doqquz min) ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 360 qram olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. (Siyahı İİ). (Qeyd: Metadon tabletləri 9000 tablet, tədqiqata sərf edildi – 10 tablet, qalıq – 8990 tablet). Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2023-cü il tarixli 9/4515 №-li rəyindən görünür ki, aşkar edilmiş dərman preparatlarının arasından tərkibində trenbolon güclü təsir edən maddəsi olan 20 qutu “Parabolan 200” əmtəə göstəricili dərman vasitəsinin bir qutusunun qiyməti 150 manat olmaqla ümumilikdə dəyəri 3000 manat, tərkibində boldenon güclü təsir edən maddəsi olan 30 qutu “Equipoise 300” əmtəə göstəricili dərman vasitəsinin bir qutusunun qiyməti 85 manat olmaqla ümumilikdə dəyəri 2550 manat, tərkibində drostanalon güclü təsir edən maddəsi olan 10 qutu “Masteron 100” əmtəə göstəricili dərman vasitəsinin bir qutusunun qiyməti 95 manat olmaqla ümumilikdə dəyəri 950 manat, 1229 ədəd “Xyla-P 30g” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə dəyəri 7374 manat, 3 konvalyut “ProstaFit” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə dəyəri 30 manat, 129 qutu “Ferinjekt 500 mg/10ml” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə dəyəri 10320 manat, 463 şpris “Orgalutran 0,25 mg/0,5ml” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə dəyəri 18520 manat, 465 qutu “Zoladeks 3,6mg” əmtəə göstəricili dərman vasitəsinin 1 ədədinin qiyməti 85 manat olmaqla ümumilikdə dəyəri 39525 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş dərmanlar arasında 8 adda dərman preparatlarının 2023-cü ilin iyun ayına olan orta bazar qiymətilə ümumi dəyəri, cəmi 82269 manat müəyyən edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat qəpikdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/5851 №-li rəyindən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 cinayətin icrası zamanı alət və vasitə qismində istifadə etdiyi “Renault” markalı, “Premium” modelli, 42CX024 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının və “Maz” markalı, “9766” modelli 42ZA599 qeydiyyat nişanlı qoşqusu ilə birlikdə 40000 manat təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyun 2023-cü il tarixli 3/3309 №-li rəyindən görünür ki, hər birində 10 tablet olmaqla, 18 konvalyutda ümumilikdə 180 tablet “Clozam 10” əmtəə göstəricili dərman vasitəsi klobazam psixotrop maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 1,8 qram təşkil edir, hər birində 10 tablet olmaqla, 171 konvalyutda ümumilikdə 1710 tablet “Vazonidin 0,2” əmtəə göstəricili dərman vasitəsi klonidin güclü təsir edən maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 0,34 qram təşkil edir, hər birində 1 flakon olmaqla, 30 qutuda 30 flakon “Equipoise 300” əmtəə göstəricili dərman vasitəsi boldenon güclü təsir edən maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 90 qram təşkil edir, hər birində 1 flakon olmaqla, 20 qutuda 20 flakon “Parabolan 200” əmtəə göstəricili dərman vasitəsi trenbolon güclü təsir edən maddəsidir və tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 40 qram təşkil edir, hər birində 1 flakon olmaqla, 10 qutuda 10 flakon “Masteron 100” əmtəə göstəricili dərman vasitəsi drostanalon güclü təsir edən maddəsidir tərkibindəki təsiredici maddəsinin miqdarı cəmi 10 qram təşkil edir. Klobazam (Clozam) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına, Klonidin (Vazonidin), Boldenon (Equipoise), Trenbolon (Parabolan), Drostanolon (Masteron) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na daxildir. Tədqiqata təqdim edilmiş digər dərman preparatlarının tərkibində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrə aid elementlər aşkar edilmədi. (Qeyd: “Clozam 10” – ilkin sayı 18 konvalyut, istifadə edildi-2 konvalyut, qalıq-16 konvalyut, “Vazonidin 0,2” – ilkin sayı 171 konvalyut, istifadə edildi-2 konvalyut, qalıq-169 konvalyut, “Equipoise 300” – ilkin sayı 30 flakon, istifadə edildi-1 flakon, qalıq-29 flakon, “Parabolan 200” – ilkin sayı 20 flakon, istifadə edildi-1 flakon, qalıq-19 flakon, “Masteron 100” – ilkin sayı 10 flakon, istifadə edildi-1 flakon, qalıq-9 flakon, digər dərman vasitələrindən istifadə edilmiş miqdarlar müvafiq ekspertiza rəyində göstərilmişdir). Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 7/850 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi 34/012/003739 yazıları olan bir ədəd DGK-ya məxsus polietilen paketdə bir ədəd dəmir qabda təmiz çəkisi 0,036 qram bitki hissəsikləri çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuannadır. Ekspertiza tədqiqatından sonrakı qalıq 0,016 qram qurudulmuş marixuanna. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat. İş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5620 nömrəli rəylərindən görünür ki, aşkar edilmiş bütün dərman vasitələri üzərilərindəki tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. Tegretol CR400 adlı dərman vasitəsinin üzərilərindəki tarix göstəricisinə əsasən son istifadə müddəti 2023cü ilin iyun ayına qeyd edilsə də, hazırki cinayət əməli üzrə qeyd edilən predmetin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və AR gömrük sərhədindən keçirilməsi zamanı istifadə müddətinin bitməmiş olması və cinayət əməllərinin icrası zamanı yararlı olmuş olması nəzərə alınmalıdır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023cü il tarixli 4114 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 5967 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 “Renault” markalı 42CX024/42ZA599 nömrə nişanlı nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş, bu zaman nəqliyyat vasitəsinin qoşqusunun döşəməsində şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi yoxlama qrupuna göndərilmiş və keçirilmiş yoxlama nəticəsində qeyd edilən nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altında qabaqcadan xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş 12 ədəd qutu və 2 ədəd bağlama aşkar edilmişdir. Həmin qutu və bağlamalara baxış keçirilən zaman üzərində Metodon 40 yazısı olan hər birində 10 həb olmaqla 900 konvolut, üzərində Clozam Clobazam yazısı olan hər birində 10 həb olmaqla 18 konvolut, üzərində Vazonidin Clonidin yazısı olan hər birində 10 həb olmaqla 171 konvolut, üzərində Equipoise 300 Boldenon yazısı olan hər birində 1 flakon olmaqla 30 qutu, üzərində Parabolan 200 yazısı olan hər birində 1 flakon olmaqla 20 qutu, üzərində Masteron 100 yazısı olan hər birində 1 flakon olmaqla 10 qutu, üzərində Amantadin yazısı olan hər birində 10 həb olmaqla 9 konvolut, üzərində Tetrabenazin yazısı olan hər birində 10 həb olmaqla 56 konvolut, üzərində Levoksin yazısı olan hər birində 10 həb olmaqla 15 konvolut, üzərində X15 yazısı olan hər birində 10 həb olmaqla 30 konvolut, üzərində Ketokanazol yazısı olan hər birində 10 həb olmaqla 4 konvolut, üzərində X11 440 mg yazısı olan hər birində 2 flakon olmaqla 115 qutu, üzərində Variopeptyl 3.75 yazısı olan hər birində 1 məhlul 1 şpris olmaqla 3 qutu, üzərində Masport 500 yazısı olan hər birində 2 flakon olmaqla 104 qutu, üzərində Hyalic yazısı olan hər birində 1 şpris olmaqla 10 qutu, üzərində Viribit yazısı olan hər birində 10 həb olmaqla 119 konvolut, üzərində Orqalutran yazısı olan 463 şpris, üzərində Barij yazısı olan hər birində 60 kapsul olmaqla 4 ədəd, üzərində Zoladeks yazısı olan hər birində 1 şpris olmaqla 465 qutu, üzərində ProstaFit yazısı olan hər birində 20 həb olmaqla 3 konvolut, üzərində Tearlose yazısı olan 5 qutu, üzərində Topiramate Arya yazısı olan hər birində 10 həb olmaqla 20 konvolut, üzərində Lamogin yazısı olan hər birində 10 həb olmaqla 10 konvolut, üzərində Gelofen 400 yazısı olan hər birində 10 həb olmaqla 5 konvolut, üzərində Norstor 250 yazısı olan hər birində 10 həb olmaqla 5 qutu, üzərində Tegretol CR 400 yazısı olan hər birində 10 həb olmaqla 5 konvolutda 1 qutu, üzərində Ferinjekt yazısı olan hər birində 1 flakon olmaqla 129 qutu, üzərində Xyla-P yazısı olan 1229 ədəd, üzərində Diklotan 50 yazısı olan hər birində 10 həb olmaqla 10 konvolut 2 qutu, üzərində Citaxa 40 yazısı olan hər birində 10 həb olmaqla 3 qutuda 3 konvolut, üzərində Livergol 140 yazısı olan 10 həb olmaqla 3 konvolut 2 qutu, üzərində Piroxicam 0,5 % yazısı olan hər birində 1 gel olmaqla 3 qutu, üzərində İmmunohobs 334 İU/ml yazısı olan 35 qutu dərman vasitələri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli «telefon aparatına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən zaman telefonun zənglər, yazışmalar, fotoşəkillər və “Whatsapp” sosial proqramı üzrə bölmələrə baxış keçirildi. Baxış nəticəsində Təqsirləndirilən şəxs1 Davud adı ilə bildirdiyi şəxslə ortaq danışıqlar və sms yazışmaları aşkar edilmədi. “Whatsapp” proqramına keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs1 idarə etmiş olduğu nəqliyyat vasitəsi bilavasitə yoxlama qrupu tərəfindən yoxlanmamışdan qabaq 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələri ilə mütəmadi yazışmalar təşkil etdiyi, həmin nömrələrin sahiblərinin onu sakitləşdirməyə, özünü sakit aparmağa və şübhəli aparmamağa çalışması barədə yazılar göndərildiyi məlum oldu. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “X2” X9 alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tədqiqata təqdim olunmuş “Hyalic”, “AryoTrust”, “Variopeptyl”, “Livergol”, “Piroxicam”, “Citaxa”, “Diclotan”, “Zoladex”, “Xyla-P”, “Amantadine”, “Lamogin”, “Ammorel”, “Prosta Barij”, “Masport”, “Ketoconazole”, “Ferinject”, “Norstor”, “Gelofen”, “Tearlose”, “Tegretol”, “Viribit”, “Achora”, “Topiramate Arya”, “İnyeksiya üçün su” adlı dərman vasitələri, o cümlədən “Clozam 10”, “Vazonidin 0,2”, “Equipoise 300”, “Parabolan 200” və “Masteron 100” adlı dərman vasitələrinin Azərbaycan Respublikasında dövlət qeydiyyatı yoxdur və qeyd edilən dərman preparatlarının Azərbaycan Respublikasından dövlət qeydiyyatına alınması və “Dərman vasitələrinin Reyestri”-nə daxil edilməsi, eyni zamanda idxalı ilə əlaqədar AR vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və İİR vətəndaşı Fardın Nourollahı tərəfindən X16 ünvanına müraciət daxil olmamışdır. Həmin məktubdan görünür ki, dərman vasitələri arasında “ProstaFit”, “Levoxine”, “Orgalutran” və “İmmunohobs” adlı preparatların ikincili qablaşdırması olmadığına görə döclət qeydiyyatına alınıb-alınmaması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli «şəxsi əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı iki ədəd «Samsung A30», «Samsung A53» markalı mobil telefonlar, 120 (yüz iyirmi) Azərbacan manatı və 3100 (üç min yüz) İİR rialı götürülərək DGK-nin istintaq baş idarəsinə təhvil verilmişdir. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli Respublika Narkoloji Mərkəz X16 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli Respublika Psixiatriya Xəstəxanası X16 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada müalicə olunmamışlar. İş materiallarında olan 26 iyun 2023-cü il tarixli Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adında xx.xx.2023-cü il tarixdən “Renault” markalı, “Premium” modelli 42CX024 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və xx.xx.2023-cü il tarixdən “KRONE PROFİL LİNER” yarımqoşqu markalı 42ZB562 qeydiyyat nişanlı qeydiyyatdadırlar. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli « maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 8990 həb “Methadone 40...Faran” adlı metadon narkotik vasitəsi, 10 tablet olan 16 konvalyutda 160 tablet «Clozam 10» adlı ktobazam psixotrop maddəsi, hər birində 10 tablet olan 169 konvalyutda 1690 tablet Vazonıdın 0,2 adlı klonidin, hər birində 1 flakon olan 29 qutuda 29 flakon Equipoise 300 adh boldenon, hər birində 1 flakon olan 19 qutuda 19 flakon ‘Parabolan 200’ adlı trenbolon və hər birində 1 flakon olan 9 qutuda 9 flakon “Masteron 100’ adlı drostanalon güclü təsir edən maddələrinin, o cümlədən həmin Təqsirləndirilən şəxs1 gömrük nəzarəti zamanı təqdim etdiyi içərisində 0,016 qram qurudulmuş marixuana narkotik vasitəsinin hissəcikləri olan dəmir doğrayıcı qabı DGK-nin Əməliyyat İstintaq baş İdarəsinin maddi sübutların otağına təhvil verilmişdir. - 114 qutu “Aryo Trust 440mg” adlı, 117 konvalyut “Viribit” adlı, 4 qutu “Norstor 250” adlı, 9 qutu “Hyalic” adlı, 103 qutu “Masport 500” adlı, 5 konvalyut “Livergol 140” adlı, 4 konvalyut “Tegretol CR 400” adh, 35 qutu “İmmunohobs 334 İU/ml” adlı, 2 qutu “Variopeptyl 3.75” adlı, 2 qutu “Piroxicam 0.5” adlı, 3 flakon “Barij” adlı, 4 konvalyut “Gelofen 400” adlı, 19 konvalyut “Diklotan 50” adlı, 55 konvalyut “Achora 25 Tetrabenazin” adlı, 19 konvalyut “Topiramate Arya” adlı, 2 konvalyut “Prostafit” adlı, 4 qutu “Tearlose" adlı, 9 konvalyut “Lamogin” adlı, 3 konvalyut “Ketokanazol” adh, 14 konvalyut “Levoksin adh, 8 konvalyut “Amantadin” adh, 29 konvalyut “Ammorel” adlı, 8 konvalyut “Citaxa” adh 127 qutu “Ferinject" adh, 1228 tubik “Xyla adh, 461 şpris Orgalutran adh 463 ədəd “Zoladeks” adlı dərman vasitələri DGK-nin «Azərterminalkompleks» Birlikinin saxlanc anbarına təhvil verilmişdir. - Təqsirləndirilən şəxs1 məxsus dəyəri ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 42CX024 qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqusu maddi sübut kimi tanınmış DGK-nin X10 nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(004)-1035/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus dəyəri ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 42CX024 qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, şassi nömrəsi VF624GPA000009223 olan dartıcı yük nəqliyyat vasitəsinin və həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı, tentli furqon tipli qoşqusu üzərinə həbs qoyulmuş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli 11 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 22 may 2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsinə və CM-nin 70-cm maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmaqla, 3 il şərti sınaq müddəti müəyyən olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zaman Təqsirləndirilən şəxs1 götürülmüş 100 manat pul onun özünə qaytarlmışdır. İş materiallarında olan Lənkəran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Qasımov X6 şəhəri, H.Aslanov küçəsi ev 145-də qeydiyyatda olmaqla tək yaşayır, subaydır, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Göyçay rayon Mənzil Təsərrüfatı Birliyinin 04 iyul 2023-cü il tarixli ailə tərkibi, yaşayış yeri haqqında arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadır, ailə tərkibi arvadından və 2022ci il təvəllüdlü X3 adlı azyaşlı uşağından ibarətdir, barəsində mənzil istismar sahəsinə heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı iki ədəd «Samsung A30», «Samsung A53» markalı mobil telefonlar, o cümlədən Təqsirləndirilən şəxs2 götürülmüş «İphone 11» markalı mobil telefon aparatları cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı götürülmüş 120 (yüz iyirmi) Azərbacan manatı özünə qaytarılması nəzərə alınmı, 3100 (üç min yüz) İİR rialı isə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli “cinayət işinin ayrılması”haqqında qərardan görünür ki, cinayət işindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi İİR vətəndaşı Farıdın Nourollahı və qeyriləri barəsində Azərbaycan respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.1.2.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, güclü təsir edən maddələri, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, eləcə də, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, Azərbaycan Respublikasına idxal etmə cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-in 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs2 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək özü tərəfindən icra edilməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının vətəndaşı “Fərdin” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, Elvin X5 verdiyi külli miqdarda narkotik vasitəni, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni, güclü təsir edən maddələri, eləcə də, xeyli miqdar dəyərində müxtəlif adda dərman preparatlarını Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra Təqsirləndirilən şəxs1 İranın Astara şəhərində qaynaq işi ilə məşğul olan ustalardan birinin yanına gedərək maşının qoşqusunun döşəməsinin altında dəmirdən yer düzəltdirmiş və həmin maddələrin Azərbaycan Respublikasına keçirilməsini təmin etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin birbaşa özü tərəfindən törədilmiş, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, qrupun üzvü tərəfindən sözü gedən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsini Təqsirləndirilən şəxs1 təmin etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra edilmiş, digər şəxs Təqsirləndirilən şəxs2 bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etmiş, bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra Təqsirləndirilən şəxs2 həmin maddələri əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Eyni zamanda, dövlət ittihamçısı vəsatət verərək təqsirləndirilən şəxslərə ittiham elan edilmiş CM-in 206.3.2-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməlinin CM-in 206.2-ci maddəsi, Davur İsmayılovun isə əməlinin CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitəni, güclü təsir edən maddələri, eləcə də, xeyli miqdar dəyərində müxtəlif adda dərman preparatlarını cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməli, həmçinin Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 CM-nin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200- 1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxlərsin əldə etdiyi metadon həbləri “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olmalarını, əməllərini qismən etiraf etmələrini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 CM-nin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 Ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinapyət hüquqitədbiri aşağıda göstərilən əmlakeın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). Odur ki, DGK-nin X10 nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılan Təqsirləndirilən şəxs1 mülkiyyətində olmuş ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 2007-ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan X4 mülkiyyətində olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DGK-nin Əməliyyat İstintaq baş İdarəsinin maddi sübutların otağında saxlanılan - ekspertiza tədqiqatından sonrakı qalıq 8990 həb “Methadone 40...Faran” adlı metadon narkotik vasitəsi, 10 tablet olan 16 konvalyutda 160 tablet «Clozam 10» adlı ktobazam psixotrop maddəsi, hər birində 10 tablet olan 169 konvalyutda 1690 tablet Vazonıdın 0,2 adlı klonidin, hər birində 1 flakon olan 29 qutuda 29 flakon Equipoise 300 adh boldenon, hər birində 1 flakon olan 19 qutuda 19 flakon ‘Parabolan 200’ adlı trenbolon və hər birində 1 flakon olan 9 qutuda 9 flakon “Masteron 100’ adlı drostanalon güclü təsir edən maddələri, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 0,016 qram qurudulmuş marixuana narkotik vasitəsi: DGK-nin «Azərterminalkompleks» Birlikinin saxlanc anbarına təhvil verilmiş- 114 qutu “Aryo Trust 440mg” adlı, 117 konvalyut “Viribit” adlı, 4 qutu “Norstor 250” adlı, 9 qutu “Hyalic” adlı, 103 qutu “Masport 500” adlı, 5 konvalyut “Livergol 140” adlı, 4 konvalyut “Tegretol CR 400” adh, 35 qutu “İmmunohobs 334 İU/ml” adlı, 2 qutu “Variopeptyl 3.75” adlı, 2 qutu “Piroxicam 0.5” adlı, 3 flakon “Barij” adlı, 4 konvalyut “Gelofen 400” adlı, 19 konvalyut “Diklotan 50” adlı, 55 konvalyut “Achora 25 Tetrabenazin” adlı, 19 konvalyut “Topiramate Arya” adlı, 2 konvalyut “Prostafit” adlı, 4 qutu “Tearlose" adlı, 9 konvalyut “Lamogin” adlı, 3 konvalyut “Ketokanazol” adh, 14 konvalyut “Levoksin adh, 8 konvalyut “Amantadin” adh, 29 konvalyut “Ammorel” adlı, 8 konvalyut “Citaxa” adh 127 qutu “Ferinject" adh, 1228 tubik “Xyla adh, 461 şpris Orgalutran adh 463 ədəd “Zoladeks” adlı dərman vasitələri məhv edilməli. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı iki ədəd «Samsung A30», «Samsung A53» markalı mobil telefonlar, 3100 (üç min yüz) İİR rialı, o cümlədən Təqsirləndirilən şəxs2 götürülmüş «İphone 11» markalı mobil telefon aparatları onların yaxın qouhmlarına qaytarılmalıdır. Məhkəmə iş üzrə 550 manat (beş yüz əlli manat) məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 275 (iki yüz yetmiş beş) manat tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəlinin 11 iyun 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəlinin 18 iyul 2023-cü hesablanmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 275 (iki yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti cəza 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 275 (iki yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - DGK-nin Əməliyyat İstintaq baş İdarəsinin maddi sübutların otağında saxlanılan - ekspertiza tədqiqatından sonrakı qalıq 8990 həb “Methadone 40...Faran” adlı metadon narkotik vasitəsi, 10 tablet olan 16 konvalyutda 160 tablet «Clozam 10» adlı ktobazam psixotrop maddəsi, hər birində 10 tablet olan 169 konvalyutda 1690 tablet Vazonıdın 0,2 adlı klonidin, hər birində 1 flakon olan 29 qutuda 29 flakon Equipoise 300 adh boldenon, hər birində 1 flakon olan 19 qutuda 19 flakon ‘Parabolan 200’ adlı trenbolon və hər birində 1 flakon olan 9 qutuda 9 flakon “Masteron 100’ adlı drostanalon güclü təsir edən maddələri, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 0,016 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. - DGK-nin «Azərterminalkompleks» Birlikinin saxlanc anbarına təhvil verilmiş- 114 qutu “Aryo Trust 440mg” adlı, 117 konvalyut “Viribit” adlı, 4 qutu “Norstor 250” adlı, 9 qutu “Hyalic” adlı, 103 qutu “Masport 500” adlı, 5 konvalyut “Livergol 140” adlı, 4 konvalyut “Tegretol CR 400” adh, 35 qutu “İmmunohobs 334 İU/ml” adlı, 2 qutu “Variopeptyl 3.75” adlı, 2 qutu “Piroxicam 0.5” adlı, 3 flakon “Barij” adlı, 4 konvalyut “Gelofen 400” adlı, 19 konvalyut “Diklotan 50” adlı, 55 konvalyut “Achora 25 Tetrabenazin” adlı, 19 konvalyut “Topiramate Arya” adlı, 2 konvalyut “Prostafit” adlı, 4 qutu “Tearlose" adlı, 9 konvalyut “Lamogin” adlı, 3 konvalyut “Ketokanazol” adh, 14 konvalyut “Levoksin adh, 8 konvalyut “Amantadin” adh, 29 konvalyut “Ammorel” adlı, 8 konvalyut “Citaxa” adh 127 qutu “Ferinject" adh, 1228 tubik “Xyla adh, 461 şpris Orgalutran adh 463 ədəd “Zoladeks” adlı dərman vasitələri məhv edilsin. İş üzrə maddi sübut tanınmış - DGK-nin X10 nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılan Təqsirləndirilən şəxs1 mülkiyyətində olmuş ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 2007-ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan X4 mülkiyyətində olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu dövlət nəfinə xüsusi müsadirə olunsun. - İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı iki ədəd «Samsung A30», «Samsung A53» markalı mobil telefonlar, 3100 (üç min yüz) İİR rialı, o cümlədən Təqsirləndirilən şəxs2 götürülmüş «İphone 11» markalı mobil telefon aparatları onların yaxın qouhmlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar