Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-236/2022 03.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlis oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 13 avqust 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan,Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 63-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PenitensiarXidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının ortalarında tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxslə özünün istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin, külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda narkotik vasitə olan tiryəki əldə edilib saxlanmaqla daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində satıb pulunu bölmək barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxsin satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirərək istintaqa məlum olmayan tarixdə və vaxtda Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaqdoldurma məntəqəsinin arxasında olan dəmir parçasının içərisinə qoyduğu bir ədəd üzərində “X18 Sella Rice” sözləri yazılmış, ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanın içərisində üzəri yapışqan lentlə bağlanmış üç ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1025 qram, 950 qram, ümumi təmiz çəkisi 3025 qram külli miqdarda kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə olan tiryəki, üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 1900 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 1800 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq götürməklə əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımış, 27 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində o, Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı üzərində “X18 Sella Rice” sözləri yazılmış, ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanın içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından Beyləqan rayonu ərazisinə satış məqsədilə keçirilmiş və qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıdığı üç ədəd polietilen torba bağlamada ümumi təmiz çəkisi 3025 qram külli miqdarda kustar üsulla alınmış narkotik vasitə olan tiryək, bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 1900 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 1800 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulandan əvvəl evlərin təmiri və tikilməsi işlərində suvaqçı-malyar işləri üzrə usta kimi çalışmış, Şahid7 isə onun yanında fəhlə kimi işləmişdir. İran İslam Respublikası vətəndaşı Hüseyn adlı şəxslə “instagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş və onunla əlaqə saxlamışdır. Hüseyn ona narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağı təklif etsə də o əvvəlcə razılaşmamışdır. 24 oktyabr 2021-ci il tarixdə Hüseynlə “whatsapp” vasitəsi ilə əlaqə saxladıqda, Hüseyn ona yenə narkotik vasitə göndərəcəyini bildirib, həmin narkotik vasitəni satıb birlikdə gəlir əldə edərək bölüşdürməyi təklif etmişdir. O, Hüseynə bu işi görməyə pulunun olmadığını bildirmiş, Hüseyn isə ona narkotik vasitəni borc olaraq verəcəyini dediyindən və maddi çətinliyi olduğundan onunla razılaşmış və cəmi 150 qram heroin sifariş vermişdir. 26 oktyabr 2021-ci il tarixdə o Hüseynlə əlaqə saxladıqda Hüseyn ona onun istədiyi qədər və əlavə olaraq narkotik vasitə Beyləqan rayonu ərazisinə göndərəcəyini və əlavə olaraq göndərəcəyi narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində bir yerə qoyub şəklini çəkib ona atmasını da tapşırmışdır. O, yanında fəhlə kimi işlətdiyi Şahid7 Beyləqan rayonuna gedəcəyini bildirib, ona yoldaşlıq etməsini xahiş etmişdir. Emin də buna etiraz etməmiş, onlar 26 oktyabr 2021-ci il tarixdə 21 radələrində Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında Beyləqan rayonuna gedən tanımadığı şəxsə məxsus “Mercedes” markalı avtomobilin sürücüsü ilə hər adama görə 15 manat qarşılığında razılaşaraq yola düşmüşlər. Həmin vaxt Emin onun narkotik vasitə götürmək üçün getdiyini bilməmişdir. Onlar Beyləqan rayonuna gec çatdıqlarından, Hüseynə narkotik vasitəni sabah götürəcəyini demiş və gecəni Beyləqan şəhəri ərazisində yerləşən, adını bilmədiyi kafenin qarşısında qalmışlar. 27 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Hüseyn ona narkotik vasitənin olduğu yerin şəklini atmış və həmin yerin Beyləqan rayonu Mil qəsəbəsi ərazisində , Füzuli rayonu istiqamətində gedən avtomobil yolunun sol tərəfində işləməyən yanacaq doldurma məntəqəsinin arxası olduğunu bildirmişdir. Təxminən saat 14 radələrində o, Eminlə birlikdə Beyləqan rayonu 4 yol dairəsi deyilən yerdən taksiyə əyləşib Hüseynin şəklini atdığı yerə getmiş, o, Eminə bir nəfər şəxslə görüşüb qayıdacağını, onu gözləməsini deyib,özü isə narkotik vasitənin olduğu yerə yaxınlaşmış və ona göndərilən şəkildəki köhnə yanacaq doldurma məntəqəsinin arxasına keçmiş, orada olan dəmir parçasının içərisinə baxanda bir ədəd ağzı yapışqan lentlə bağlanmış torba olduğunu görüb, onu götürmüş və Eminə tərəf qaçarkən, mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək, onun qanunsuz olaraq narkotik vasitələrin satışında və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra da hal şahidlərinin və ona təqdim edilən vəkilin iştirakları ilə onun üzərinə axtarış keçiriləcəyini bildirib, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmişdir. O da əlindəki bir ədəd torbada olan narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş torba elektron tərəzidə çəkilmiş və çəkisi 7,5 kiloqram olmuşdur. Həmin torbanın içərisinə baxış keçirilmiş və baxış zamanı 5 ədəd bağlama aşkar edilmiş, onlardan üç ədəd bağlamaların içərisində tiryək, bir ədəd bağlamanın içərisində metamfetamin, digər bağlamanın içərisində isə heroin olmuşdur. Onların iştirakı ilə həmin kütlələr elektron tərəzidə çəkilmiş, tiryəkin çəkisi 3 kiloqramdan artıq, heroinin çəkisi 2 kq və metanfetaminin çəkisi isə 2 kq olmuşdur. Sonradan üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Ondan götürülən maddələr zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təstiq etmişdir. Həmin maddələri İranlı Hüseyn adlı şəxs ona İran İslam Respublikasından göndərmişdir. O Hüseynə özü üçün cəmi 150 qram narkotik vasitə sifariş etmişdir. Lakin Hüseyn 150 qram narkotikdən əlavə olaraq mal da (narkotik) göndərəcəyini, həmin malı onun Qaradağ rayonu ərazisində dediyi yerə qoyduqdan sonra ona pul veriləcəyini demişdir. Şahid7 onun narkotik vasitə əldə edəcəyindən ümumiyyətlə məlumatı olmamış, Eminə bu barədə heç bir söz deməmiş, onunla bu mövzuda söhbət etməmiş və aralarında bu barədə razılıq olmamışdır. Özünü narkotik vasitələrin satışında təqsirli bilir. Lakin qaçaqmalçılıq cinayətiniun törədilməsində narkotik vasitələrin və psixotrop maddəni sərhəddən keçirilməsində iştirak etmədiyindən özünü təqsirli bilmir. Öhtəsində 3 nəfər azyaşlı uşaqlaqının olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 oktyabr 2021-ci il tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və satışını həyata küçirməsində şübhəli olan Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Emin adlı şəxslə Beyləqan rayonu ərazisinə gəlməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Beyləqan rayon polis şöbəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə polis əməkdaşları Rəşad Novruzov, Şahid5,Şahid1, Şahid6, Şahid2 və Şahid4 ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Bundan sonra onlar onda olan məlumata əsasən Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən sahibsiz yanacaqdoldurma məntəqəsi ətrafında əməliyyat tədbiri qurmuşlar. Saat təxminən 14 radələrində həmin yanacaqdoldurma məntəqəsinin arxa tərəfindən Təqsirləndirilən şəxs sol əlində sarı rəngli torba olmaqla, cəld hərəkətlə avtomobil yoluna kənarında dayanmış sonradan tanıdığı Şahid7 tərəf getdiyini görüb, onu saxlayaraq, özlərini təqdim edib, onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Əvvəlcə müstəntiq Rəşad Novruzov tərəfindən hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə axtarış və əlində olan bağlamaya isə baxış keçirmişdir. Həmin vaxt ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sol əlində saxladığı, ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanı təqdim edib həmin torbanının içərisində müxtəlif növ narkotik vasitələr olduğunu bildirmişdir. Torba elektron tərəzi vasitəsilə çəkilmiş, torbanın mumi çəkisi 7,5 kiloqram olmuşdur. Daha sonra müstəntiq tərəfindən həmin torbanın ağzı açılmış, torbanın içərisində qara və sarı rəngli olmaqla iki ədəd sellofan paket aşkar olunmuşdur. Əvvəlcə qara rəngli sellofan paket açılmış, həmin paketdə 3 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış paketlər aşkar olunmuşdur. Həmin paketlər ayrı ayrılıqda açıldıqda hər birində narkotik vasitə tiryəkə bənzər maddələr olması aşkar olunmuşdur. Həmin paketlər ayrı-ayrılıqda müstəntiq tərəfindən elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 1 kiloqram, 1,1 kiloqram və 1,2 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra sarı rəngli sellofan paket açılmışdır. Sarı rəngli paketdə 2 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış paketlər aşkar edilmişdir. Həmin paketlər ayrı ayrılıqda açılmış, paketlərdə narkotik vasitə heroin və psixotrop maddə metanfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Elektron tərəzidə çəkildidə heroinə bənzər kütlənin çəkisi elektron tərəzi vasitəsilə çəkilən zaman 2 kiloqram və psixotrop maddə metanfetaminin çəkisinin isə 2 kiloqram olması müəyyən edilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Müstəntiq şifahi olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri kimdən və hansı məqsədlə əldə etməsini soruşmuş, o üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsdən satmaq məqsədilə əldə etdiyini, onunla birlikdə saxlanılan Şahid7 isə onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə məlumatı olmadığını, Eminə Beyləqan rayonunda bir nəfər şəxslə görüüşmək üçün gəldiyini dediyini bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Şahid7 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən qanuna zidd hər hansı əşya aşkar edilməmişdir. Şahid7 Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir.O saxlanılarkən və daha sonra ona hər hansı təsir və təzyiq olunmamışdır. Dindirilmiş Şahid2, Şahid5 və Şahid4 Şahid3 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs götürülmüş torbaya baxış keçirilməsində onun və Şahid7 üzərlərində axtarış aparılmasında digər hal şahidi Şahid8la birlikdə iştirak etmişlər. Əvvəlcə müstəntiq Rəşad Novruzov tərəfindən vəkilin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə axtarış və əlində olan bağlamaya isə baxış keçirmişdir. Həmin vaxt ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sol əlində saxladığı, ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanı təqdim edib həmin torbanının içərisində müxtəlif növ narkotik vasitələr olduğunu bildirmişdir. Torba elektron tərəzi vasitəsilə çəkilmiş, torbanın mumi çəkisi 7,5 kiloqram olmuşdur. Daha sonra müstəntiq tərəfindən iştirakçıların gözü qarşısında həmin torbanın ağzı açılmış, torbanın içərisində qara və sarı rəngli olmaqla iki ədəd sellofan paket aşkar olunmuşdur. Əvvəlcə qara rəngli sellofan paket açılmış, həmin paketdə 3 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış paketlər aşkar olunmuşdur. Həmin paketlər ayrı ayrılıqda açıldıqda hər birində narkotik vasitə tiryəkə bənzər maddələr olması aşkar olunmuşdur. Həmin paketlər ayrıayrılıqda müstəntiq tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri 1 kiloqram, 1,1 kiloqram və 1,2 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra sarı rəngli sellofan paket açılmışdır. Sarı rəngli paketdə 2 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış paketlər aşkar edilmişdir. Həmin paketlər ayrı ayrılıqda açılmış, paketlərdə narkotik vasitə heroin və psixotrop maddə metanfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Elektron tərəzi vasitəsilə çəkilən zaman Narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 2 kiloqram və psixotrop maddə metanfetaminin çəkisinin isə 2 kiloqram olması müəyyən edilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Sorğu edilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsdən satmaq məqsədilə əldə etdiyini, onunla birlikdə saxlanılan Şahid7 isə bu işdən məlumatı olmadığınıbildirmişdir. Daha sonra müstəntiq tərəfindən Şahid7 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən qanuna zidd hər hansı əşya aşkar edilməmişdir. Şahid7 Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir. Hər iki halda protokol tərtib edilmiş, protokol onlara ucadan oxunmuş, onlar da digər iştirakçılar kimi protokolun döğruluğunu imzaları ilə təstiq etmişlər.Həmin anda Təqsirləndirilən şəxsva qarşı hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahid X3 Şahid9 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə CPM-in 329.1 və 327.1.2-ci maddələrinə əsasən ittiham və müdafiə tərəfin razılığı ilə gəlməyən Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. O həmin ifadəsindəifadə göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. X6 2 aya yaxın müddətdir tanımışdır. O, 2 ay bundan qabaq Gəncə şəhərindən Bakı şəhərinə işləmək üçün gəlmişdir və orada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs evlərin təmiri və tikilməsi işlərində suvaqçı-malyar işləmiş, o da onun yanında köməkçi kimi işləmişdir. O, ümumiyyətlə narkotik vasitələrin istifadəsi ilə məşğul olmamışdır. 26 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona Beyləqan rayonuna gedib işlə bağlı bir nəfər şəxslə görüşəcəyini bildirib ona yol boyu yoldaşlıq etməyini istəmişdir. O da razı olmuşdur. Həmin gün saat 22 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri 20 yanvar metrostansiyasnının yaxınlığında Beyləqan rayonuna gedən taksilərin yanına getmişdir. Orada bir nəfər əvvəllər tanımadığı şəxslə Əli söhbət edib adam başına 15 manat qarşılığında razılaşmışdır. Bundan sonra həmin şəxsə məxsus “Mercedes” markalı avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə arxa sərnişin oturacağına əyləşmişdir. Bir müddət keçdikdən sonra bir nəfər tanımadığı şəxs də sərnişin qismində avtomobilə əyləşmişdir. Bundan sonra onlar Beyləqan rayonuna doğru yola düşmüşlər. Onlar 27 oktyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Beyləqan şəhərinə çatmışlar. Təqsirləndirilən şəxs kiminləsə danışıb gecə görüşünün alınmayacağını demişdir. Onlar gecəni Beyləqan şəhərində yerləşən tanımadığı kafenin qarşısında gecələmişlər. Səhər açılandan sonra Təqsirləndirilən şəxs telefonla kimləsə danışmış və sonra ona kimləsə görüşəcəyini demişdir. Saat 14 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə tanımadığı taksiyə əyləşib Füzuli rayonu istiqamətində yol getmişlər. Beyləqan rayonu ərazisində Füzuli rayonuna gedən asfalt yolun sol tərəfində işləməyən yanacaq doldurma məntəqəsinin yanında taksidən düşmüşlər. Onlar düşdükdən sonra taksi sürücüsü oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs da ona kimləsə görüşəcəyini demiş və yanacaq doldurma məntəqəsinin arxasına keçmişdir. O, da telefonla danışmışdır. Sonra isə mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs və onu saxlamışlar. O, həmin şəxslərin polis əməkdaşları olduğunu sonra bilmişdir. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkilləri olduqlarını, onların qanunsuz olaraq narkotik vasitələrin satışında və üzərilərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Polis geyimində olan bir nəfər ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X4 təqdim etmişdir. R.Novruzov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X7 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı iki nəfər hal şahidinin iştirak edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə R.Novruzov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. O da üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış və qanunla qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. O, tutulduğu vaxta kimi Təqsirləndirilən şəxs oraya narkotik vasitə götürmək üçün getdiyini bilməmişdir. Onlar həmin yanacaq doldurma məntəqəsinin yerləşdiyi yerə taksi ilə gedərkən Əli ona kimləsə görüşəcəyini demişdir. Lakin o, mülki geyimdə olan polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman onun əlində torba olduğunu görmüşdür. Həmin torbadan narkotik vasitələrin aşkar olunduğu məlum olmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, 27 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Abbasov X5 rayonu, Mil qəsəbəsi ərazisində saxlanılaraq, üzərində vəkilin və hal şahidlərinin iştirakları ilə şəxsi axtarış aparılarkən sol əlində saxladığı üzərində “X18 Sella Rice” sözləri yazılmış, ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanın içərisindən üç ədəd polietilen torba bağlamada ümumi təmiz çəkisi 3020 qram külli miqdarda tiryəkə bənzər, bir ədəd polietilen torba bağlamada 2 kq. külli miqdarda olan heroinə bənzər və bir ədəd polietilen torba bağlamada 2 kq. psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür.O sorğu edilərkən həmin narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Hüseyn adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir.Şəxsi axtarış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 18/1088 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs üzərinə....... ” sözləri və imzalar olan sarı rəngli torbadakı: üzəri yapışqan lentlə bağlanmış 3 ədəd polietilen torba bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1050,0 qram, 1025,0 qram, 950,0 qram, ümumi təmiz çəkisi 3025,0 qram olan maddələr kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1900,0 qram olan maddə kustar üsulla alınmış narkotik vasitə heroindir.Üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1800,0 qram olan maddə kustar üsulla alınmış psixotrop maddə metanfetamindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ibtidai istintaq orqanının 17 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq çəkiləri 3024,7 qram tiryək, 1899,95 qram heroin və 1799,95 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Beyləqan Rayon Polis Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında ola 08 noyabr 2021-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş tünd göy rəngli “X19 9” markalı **********45610 və **********45618 imei kodlu mobil telefona baxış keçirilərkən telefonun “Whatsapp imaqes” qovluğunda 26 oktyabr 2021-ci il tarixdə saat 20:18 dəqiqədə çəkilmiş “Sabirabad” plakatını göstərən şəkil, 27 oktyabr 2021-ci il tarixdə saat 11:30 dəqoqədə çəkilmiş Təqsirləndirilən şəxs Beyləqan rayonu ərazisində olmasını göstərən foto-şəkil, həmin tarixdə saat 12:00 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddə ilə saxlandığı köhnə yanacaqdoldurma məntəqəsinin və həmin tarixdə saat 12:01 dəqiqədə yanacaqdoldurma məntəqəsininarxasında yerləşən və dəmir parçasının içərisində Təqsirləndirilən şəxs saxlanılarkən ondan götürülmüş torbanın olmasını əks etdirən foto şəkillərin Whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə göndərilməsi müəyyən edildi. Telefon tətbiqinə daxil olub baxış keçirilərkən +**********14 saylı mobil nömrə ilə qeydə alınan “Dostum İran” , +**********88 saylı mobil nömrə ilə qeydə alınan “muhammed iran”,+**********91 saylı mobil nömrə ilə qeydə alınan kontaktların olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 08 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş tünd göy rəngli “X19 9” markalı **********45610 və **********45618 imei kodlu mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Beyləqan rayon polis şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 25 dekabr 2021-ci il telefona məlumatlarına baxış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı mobil nömərədən göndərilən və həmin mobil nömrəyə daxil olan onun narkotik vasitələrin realizasiyası ilə məşqul olmasını təstiq edən sms mətnlərinin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 25 dekabr 2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərində qırmızı fonda üzərində “nar” sözləri yazılmış CD disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Gəncə şəhər psixiatriya xəstəxanasından alınmış 22 dekabr 2021-ci il tarixli 303 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3025 qram tiryək, 1900 qram heroin, 1800 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından min dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxsla cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Hüseyn adlı şəxs əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında onun dediyi əraziyə qoyub bunun müqabilində müəyyən məbləğdə pul vəsaiti alması barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Hüseyn adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Beyləqan rayonu ərazisində qoydurmuş, Təqsirləndirilən şəxs da satış məqsədi ilə həmin narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitə tiryək, heroin və külli miqdarda psixotrop maddə metafetamin ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Heseyn adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Hüseyn adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Hüseyn adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Hüseyn adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 1986-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 63-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində müvəqqəti yaşamışdır. X1 və X11 olmaqla iki azyaşlı uşağı vardır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin 24 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat miqdarda cərimə cəzasına, Füzuli hərbi məhkəməsinin 16 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsilə təqsirli bilinib CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə beş il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşdə olan Gəncə şəhər Probasiya Şöbəsinin 02 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2020-ci il tarixdə 3000 manat miqdarda cəriməni tam şəkildə ödəmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 oktyabr 2021-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də onun məhkumluqları CM-in 83-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halın olmamaqla, yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 27 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. O ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 3024,7 qram tiryək, 1899,95 qram heroin və 1799,95 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və bir ədəd göy rəngli “X19 9” markalı **********45610 və **********45618 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs ailə üzvünə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 49,74 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 132, 318,344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 3024,7 qram tiryək, 1899,95 qram heroin və 1799,95 qram psixotrop maddə metanfetamin məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və bir ədəd göy rəngli “X19 9” markalı **********45610 və **********45618 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs ailə üzvünə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 49,74 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-236/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-236/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver