Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-236/2023 31.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1964-cü ildə Astara şəhərində anadan olmuş, Azərbayçan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Astara rayonunun Suparibağ kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi, 33-cü maddəsinin 4-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi, X10 məxsus olan, dövlət qeydiyyat nişansız “Muravey” markalı motosikletlə Astara rayonunun Suparibağ kəndində 30 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobidin idarə olunmasından ayılmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyərək, öz hərəkətinə davam edib döngədə qarşı hərəkət zolağına çıxaraq, bu zaman qarşıdan gələn Şahid1 30-40 km/saat sürətlə idarə etdiyi VAZ-2107 markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında sol yan hissəsi ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törədərək, motosikletin idarəetməsini itirərək onu asfalt yolun kənarına aşırmış, nəticədə ehtiyatsızlıqdan motosikletin yük yerindəki sərnişin X3 əsası sümüyünün sınığı, baş beyinin ağır dərəcədə əzilməsi, təpə-ənsə nahiylərindəki yumşaq toxumalar altına yayılmış qansızma, qabırğaların sol tərəfli sınıqları (sol İ-İİ qabırğaların sınıqları), sol plevra zədələnməsi, daxili qanaxma (250 ml), sol körpücük nahiyəsində qançır, döş qəfəsi, sol said nahiyələrində sıyrıqlar, başın ənsə nahiyəsində sıyrılmış yaradan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, başın və döş qəfəsinin travması ilə əlaqədar kəllə əsası sümüyünün sınığı və beyinin ağır dərəcədə əzilməsindən 28 iyul 2022-ci il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölməsinə və motosikletin yük yerində olan digər sərnişin Zərərçəkmiş şəxs sol beyin yarımkürəsinin alın və gicgah paylarında hemoragik əzilmə, sol beyin yarımkürəsində subdural hematoma, sol beyin yarımkürəsinin subaraxnoidal şırımlarında qansızma, başın ənsə nahiyəsində əzilmiş yara ilə müşayət edilməklə sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, mərhum Mirasif Talıbov və Zərərçəkmiş şəxs həmkəndliləridir və onlarla münasibəti həmişə yaxşı olmuşdur. O, 18 iyul 2022-ci il tarixdə, günorta saatlarında Astara şəhərində yerləşən “Gənclər” şadlıq evinə həmkəndlisi Əlibabanın toyuna getmiş, Eqbal və Mirasif də həmin toyda iştirak etmişlər.Toyda onlar birlikdə oturub araq içmiş, özü təxminən 100 qramdan artıq araq içmişdir. Bundan sonra o, Mirasif və Eqbal birlikdə Mirasifin idarə etdiyi motosikletlə (“Muravey” markalı motosikletlə) Astara şəhərində dəniz kənarına gedib orada birlikdə pivə içmişlər. Pivə içdikdən sonra onlar evlərinə qayıtmaq üçün Mirasifin motosikletinə minmiş və motosikleti Mirasif idarə etmişdir. Araq və pivə içdikləri üçün hər üçü sərxoş olmuşdur.Yolda Mirasif motosikleti sürsə də, Suparibağ kəndində olan yolda yoxuşu qalxa bilməmiş, bu səbəbdən də o, (Təqsirləndirilən şəxs) məcbur olub motosikleti özü idarə etmiş, Mirasiflə Eqbal motosikletin arxa yük yerində oturmuşlar.O, Suparibağ kəndinin yolunda motosikleti idarə edib yaşadığı evinə tərəf gedərkən kəndin içərisində olan əyri döngədə idarə etməni itirib qarşı hərəkət yoluna çıxmış, elə həmin vaxt qarşıdan “VAZ-2106” markalı avtomobilin gəldiyini görüb onunla toqquşmamaq üçün motosikleti sağa istiqamətləndirmiş, lakin toqquşmadan yayına bilməmiş, motosiklet həmin avtomobilin sol yan hissəsinə çırpılmış və zərbənin təsirindən motosiklet aşmış, daha sonra nə baş verdiyini bilməmiş, gözlərini açanda xəstəxanada olduğunu görmüşdür.Sonradan bilmişdir ki, idarə etdiyi motosikletin yolda “VAZ-2106” markalı avtomobilə çırpılıb aşması nəticəsində özü, Mirasif və Eqbal xəsarət almışlar və hadisədən bir müddət sonra daha ağır xəsarət alan Mirasif Lənkəran rayon xəstəxanasında vəfat etmişdir.Hadisədən əvvəl o, motosikleti idarə edərkən onda hər hansı bir nasazlıq hiss etməmiş və motosikleti təxminən 30 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt yol örtüyü asfalt və quru olmuş, görmə şəraiti də normal olmuşdur. Hadisə zamanı idarə etdiyi motosikletdə iki nəfər sərnişin olmuş, başqa yük olmamışdır. 2021-ci ildən nəqliyyat vasitələrini idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olsa da, həmin vəsiqə ilə motosikletləri idarə etmək hüququnun olmamasını bilməmişdir.O, ehtiyatsızlıqdan bu hadisəni törətdiyinə görə əməlindən peşmandır.Mərhum Mirasifin hüzr mərasimində iştirak edib ailəsinə üzrxaqlıq etmiş, mərhumun ailəsi və oğlu (zərərçəkmiş şəxsin hüquqi varisi) İslam Talıbovla, həmçinin Zərərçəkmiş şəxsla barışıq əldə olunmuşdur.Bir daha bu hadisinin baş verməsinə görə əməlindən peşmandır.Eyni zamanda o, oğlu Fəraim Babayevin 2020-ci ildə 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla dövlət tərəfindən medallarla təltif olunmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmasi məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 18 iyul 2022-ci il tarixdə, günorta saatlarında həmkəndlisi Fuadla birlikdə Astara şəhərində yerləşən «Gənclər» şadlıq evinə həmkəndlisi Əlibabanın toya getmişlər. Toyda Fuadla oturub yemək yeyib araq içmişlər, sonra yanlarına həmkəndlisi Mirasif gəlmiş və birlikdə Astara şəhərində, dəniz kənarına gedib orada bir qədər pivə də içmişlər.Təxminən saat 18 radələrində yaşadıqları kəndə qayıtmaq üçün onlar Mirasifin motosikletinə minmiş, motosikleti Mirasif idarə etmiş, o və Fuad arxada, motosikletin yük yerində əyləşmişdir. Suparibağ kəndində yolda olarkən Mirasif motosikleti saxlamış, Fuadla Mirasif yerini dəyişmiş və motosikleti Fuad idarə etməyə başlamışdır.Həmin vaxt o, çox sərxoş olduğundan onu yuxu tutmuş və yatmışdır.Yolda hərəkətdə olduqları vaxt qəflətən nəyəsə çırpılaraq motosikletin aşdığını və yerə dəydiyini hiss etmiş, yuxulu və sərxoş olduğu üçün nə baş verdiyini anlamamış, ayılanda özünü Lənkəran rayon xəstəxanasında olduğunu görmüşdür.Hadisənin hansı şəraitdə baş verməsini görməmiş, lakin sonradan ona məlum olmuşdur ki, Fuad motosikleti idarə edərkən Suparibağ kəndində yolda idarəetməni itirmiş və motosiklet qarşıdan gələn “VAZ-2106 markalı” avtomobilinin yan hissəsinə dəyib aşmış, nəticədə hər üçü xəsarətlər almış, xəstəxanada o və Fuad sağalsa da, aldığı xəsarətlərdən Mirasif sağalmayaraq bir müddət sonra xəstəxanada vəfat etmişdir. Fuadın ehtiyatsızlığı nəticəsində belə bir hadisə baş vermişdir.Bu hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini başa düşür, ona görə də o, Təqsirləndirilən şəxslə barışmış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı 11 oktyabr 2022-ci il tarixli və məhkəməyə ünvanlandığı 21 fevral və 01 mart 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs barışmış və hazırda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum X13 atasıdır. Təqsirləndirilən şəxs həmkəndlisidir və onunla münasibətləri yaxşı olmuş, hazırda da yaxşıdır. 18 iyul 2022-ci il tarixdə, axşam saatlarında ona zəng edib məlumat vermişlər ki, atası Mirasif Suparibağ kəndində mərkəzi yolda yıxılıb xəsarət almışdır. Dərhal həmin yerə getmiş və orada olan kənd sakinlərin deməsindən bilmişdir ki, yolda atasının motosikleti “VAZ-2106 markalı” avtomobillə toqquşmuş və atası xəsarət aldığından rayon xəstəxanasına aparılmışdır. Atasının vəziyyəti ağır olduğu üçün həmin gün atası Astara rayon xəstəxanasından Lənkəran rayon xəstəxanasına köçürülmüş və bir müddət orada müalicə alsa da, sağalmamış və 28 iyul 2022-ci il tarixdə atası Mirasif xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə olan gün atası idarə etdiyi “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə Astara şəhərinə toy şənliyi olan yerə getmiş, orada atası həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla birlikdə olmuş və onlar spirtli içki qəbul etmişlər. Sonra birlikdə oradan çıxıb evlərinə gələrkən motosikleti əvvəl atası, sonra Fuad idarə etmişdir. Fuad motosikleti idarə edərkən Suparibağ kəndində yolda idarəetməni itirmiş və motosiklet qarşıdan gələn “VAZ-2106 markalı” avtomobillə toqquşaraq qəza baş vermiş, nəticədə hər üçü xəsarət alaraq xəstəxanaya aparılmışlar.Atası bir müddət xəstəxanada müailicə alsa da, sağalmamış və xəstəxanada vəfat etmişdir.Hadisəni törətmiş Təqsirləndirilən şəxs və qohumları atası Mirasifin yas mərasimində iştirak edib baş vermiş hadisə ilə bağlı üzrxaqlıq etmişlər. Bu hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini başa düşür, ona görə də Təqsirləndirilən şəxslə barışmış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi İslam Talıbovun istintaq orqanına ünvanladığı 25 sentyabr 2022-ci il tarixli və məhkəməyə ünvanlandığı 21 fevral və 01 mart 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs barışmış və hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, mərhum Mirasif Talıbovu, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış və onlarla münasibəti yaxşı olmuşdur. 18 iyul 2022-ci il tarixdə, saat 18 radələrində o, özünə məxsus VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndliləri Eynulla və Rahimlə birlikdə Astara rayonunun Suparibağ kəndi ilə Astara şəhəri istiqamətdə hərəkətdə olmaqla avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. Eynulla və Rahim avtomaşının arxa oturacağında əyləşmişlər. Subraibağı kəndində avtomobillə hərəkətdə olarkən yoldakı döngəyə çatanda qəfldən qarşı tərəfdən üç təkərli “Muravey” markalı motesikletin onun hərəkət yoluna çıxıb üzərinə hərəkət etdiyini görüb motosikletlə toqquşmaqdan yayınmaq üçün siqnal verə-verə tormoz edib sükanı sağa döndərmiş, lakin toqquşmaqdan yayına bilməmiş və motesiklet onun avtomaşınının sol arxa qapısına çırpılmış və zərbənin təsirindən motesiklet aşmışdır. Sonra o, avtomobili dərhal saxlayıb yerə düşüb motesikletə yaxınlaşmış və orada üç nəfər şəxsin yerə yıxılaraq xəsarət aldıqlarını görüb mobil telefonla təcili yardıma zəng edib köməyə çağırmışdır. Hadisə vaxtı özü və avtomaşınında olan Eynulla və Rahim heç bir xəsarət almamışlar.Bir qədər sonra təcili yardım avtomaşını gəlib həmin üç nəfər yaralı şəxsi götürüb xəstəxanaya aparmışlar. Sonra o, heç bir yerə getməmiş, az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisə barədə onlara məlumat vermişdir.Hadisədən əvvəl idarə etdiyi avtomobildə hər hansı bir texniki nasazlıq olmamış, avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə vaxtı hava aydın, yol örtüyü quru, görmə şəraiti normal olmuşdur.Həmin motosklet təxminən 18-20 metr məsafədən onun yoluna çıxmış və motoskleti idarə edən şəxs iadarəetməni itirdiyindən motoskleti avtomobilin sol yan hissinə dəyib aşmışdır. Sonradan ona məlum olmuşdur ki, motoskleti Təqsirləndirilən şəxs idarə etmiş və baş vermiş hadisə nəticəsində motoskletdə olmuş Mirasifin Talıbov xəsarətlər alaraq vəfat etmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs isə xəsarətlər almışlar. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. İşdə olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokol, protokola əlavə edilmiş “yol nəqliyyat hadisəsinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Astara rayonunun Suparibağ kəndindən keçən avtomobil yolunda baş vermişdir. Yolun hərəkət hissəsi asfalt örtüklü, döngəli, üfüqi olmaqla hadisə zamanı quru olmuşdur.Yolun hərəkət hissəsinin eni 5,20 metr, Suparibağ kəndi istiqamətində yolun ehtiyat hissələrin eni sağ tərəfdən 2,30 metr, sol tərəfdən 2,30 metrdir. Toqquşma yeri ilə VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə nəzərən asfalt yolun sol kənarına qədər məsafə 4,20 metr, sağ kənarına qədər məsafə isə 1 metrdir. Hadisə zamanı “Murovey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin qarşı hissəsi VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına dəyərək toqquşmuşdur. İşdə olan, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 18 iyul 2022-ci il tarixli, 672 №-li aktla müəyyən olunur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 18 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, 1964-cü il təvəllüdlü X2 meyitində aşkar edilmiş xəsarətlər-kəllə əsası sümüyünün sınığı, baş beyinin ağır dərəcədə əzilməsi, təpə-ənsə nahiyylərindəki yumşaq toxumalar altına yayılmış qansızma, qabırğaların sol tərəfli sınıqları (sol İ-İİ qabırğaların sınıqları), sol plevra zədələnməsi, daxili qanaxma (250 ml), sol körpücük nahiyyəsində qançır, döş qəfəsi, sol said nahiyyələrində sıyrıqlar, başın ənsə nahiyyəsində sıyrılmış yara aşkar edilmişdir.Qeyd olunan xəsarətlərin yerləşmə nahiyyəsini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi motosiklet minik avtomaşını ilə toqquşması zamanı avtomaşının xarici qabarıq hissələrinin və ya toqquşma zamanı yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.X2 ölümünə-başın və döş qəfəsinin küt travması ilə əlaqədar kəllə əsası sümüyünün sınığı və beyinin ağır dərəcədə əzilməsi səbəb olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 341 №-li rəyi ilə müəyyən olunur ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində-sol beyin yarımkürəsinin alın və gicgah paylarında hemoragik əzilmə, sol beyin yarımkürəsində subdural hematoma, sol beyin yarımkürəsinin subaraxnoidal şırımlarında qansızma, başın ənsə nahiyyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 iyul 2022-ci il tarixdə sərnişin olduğu olduğu motosiklet minik avtomaşını ilə toqquşması zamanı avtomaşınının xarici qabarıq hissələrinin və ya toqquşma zamanı yıxılaraq zərbə bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 339 №-li rəyi ilə müəyyən olunur ki, 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində-sol beyin yarımkürəsinin alın və gicgah paylarında hemoragik əzilmə, sol beyin yarımkürəsində subdural hematoma, sol beyin yarımkürəsinin subaraxnoidal şırımlarında qansızma, başın ənsə nahiyyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 iyul 2022-ci il tarixdə sərnişin olduğu olduğu motosiklet minik avtomaşını ilə toqquşması zamanı avtomaşınının xarici qabarıq hissələrinin və ya toqquşma zamanı yıxılaraq zərbə bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən təqdim edilən məlumatlara əsasən “Muravey” markalı motorollerin (motosikletin) sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Muravey” markalı motorolleri (motosikleti) dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs “Muravey” markalı motorolleri (motosikleti) sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin (velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Muravey” markalı motorolleri (motosikleti) sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin (hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında … nəqliyyat vasitəsini idarə etməməli …) tələblərinə uyğunsuzluq olmuşdur. Habelə istintaq orqanı tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İşdə olan, Astara RPŞ-nin DYPB-nin 12 oktyabr 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Astara rayonun Suparibağ kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adına Lənkəran RİQTBŞ-də 16 may 2021-ci il tarixdə “BC” kateqoriyalı BC 390316 №-li sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini, yəni “A” kateqoriyasına aid edilməyən, “BC” kateqoriyaya aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənəd-sürücülük vəsiqəsi olsa da, onun “A” kateqoriyasına aid nəqliyyat vasitələrini, yəni bütün növ motosikletləri idarə etmək huququ verən sənədsürücülük vəsiqəsi olmamışdır. Həmin Qanununun 1-ci maddəsinin 26-cı bəndində izah verilir ki, motosikletmühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə bərabər tutulur). İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2023cü il tarixli qərarla və 25 sentyabr 2022-ci il tarixli “Qəbz”lə müəyyən edilir ki, “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet iş üzrə maddi sübut kimi tanınmış və istintaq orqanı tərəfindən “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet zərərçəkmiş şəxsin hüquqi varisi İslam Talıbova qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanının 17 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş, şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Lənkəran Xalq Məhkəməsinin 18 mart 1997-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş 207-ci maddəsinin 3-cü hissəsi (xuliqanlıq cinayəti) ilə təqsirli bilinib 09 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 20 dekabr 1997-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası cinayət qanunvericiliyin müddəalarına əsasən 18 mart 1997-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Astara rayon İHB-nın Suparibağ kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Astara rayonun Suparibağ kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası medalların №1-7891, №1-12254 və №1-1750 saylı vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X14 (Təqsirləndirilən şəxs oğlu) “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olanmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası 59.1.12-ci maddəsinə, habelə Təqsirləndirilən şəxs oğlu X8 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar olmadığından Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilib cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 263-1.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün (azadlıqdan məhrum etmə cəzasının) son həddinin müddəti dörddə üçündən çox olmamalıdır. Habelə məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, habelə Təqsirləndirilən şəxs oğlu X8 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər) məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan-“Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin qanuni sahibi zərərçəkmiş şəxsin hüquqi varisi İslam Talıbova qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan-“Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin qanuni sahibi zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-213 (iki yüz on üç) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağir Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-236/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-236/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver