Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-236/2025 02.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), X4 və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, - xx xxxx 1986-cı ildə Goranboy rayonunun Xınnalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, 2-ci qrup əlilliyi olan, məhkumluğu olmayan, Goranboy rayonu, Xınalı kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1; - xx xxxxxxxx 1983-cü ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Salyan rayonunun Qarabağlı kəndində qeydiyyatda olmaqla, Yenikənd kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgə əmlakını talamaq niyyəti ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan razılaşma əsasında 07 sentyabr 2024-cü il tarixdə, saat 23:40 radələrində Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində yerləşən “X RSY” şirkətinə məxsus düşərgənin həyətində olan avtomobil duracağından Zərərçəkmiş şəxs məxsus 2024-cü ilin sentyabr ayı üzrə orta bazar qiyməti 51500,00 (əlli bir min beş yüz) manat məbləğində qiymətləndirilən, 2012-ci il istehsalı olan, istismara tam yararlı, texniki cəhətdən saz vəziyyətdə, albalı rəngli “Shacman” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini qəsdən gizli olaraq oğurlayıb, üzərində olan nömrələri sökərək, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və yerdən əldə etdikləri **-XE-*** dövlət qeydiyyat nişanını avtomobilin üzərinə bağlayıb, Cəbrayıl rayonunun Daşveysəlli kəndi ərazisində Təqsirləndirilən şəxs2 işlədiyi təkər təmiri sexinin qarşısına gəlib, avtomobilin kabinasında 95 (doxsan beş) manat məbləğində olan bir ədəd qırmızı rəngli domkratı, 30 (otuz) manat məbləğində olan bir ədəd gümüşü rəngli təkər açarını, 235 (iki yüz otuz beş) manat məbləğində olan içində müxtəlif ölçüdə təmir açarlarından ibarət açar dəstini oğurlayıb, həmin təkər təmiri sexində gizlətmiş, avtomobilin hərəkət trayektoriyasını və yerini gizlətmək üçün salonunda olan “GPS” aparatını söküb sındıraraq, Cəbrayıl rayonu, Daşveysəlli kəndindən Cəbrayıl-Şükürbəyli avtomobil yoluna çıxan zaman yolun sol tərəfində otluq sahəyə atıb, qəsdən gizli olaraq taladıqları “Shacman” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək, Salyan rayonuna aparıb, zərərçəkmiş şəxsə külli miqdarda, ümumilikdə 51860,00 (əlli bir min səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonunun Daşveysəlli kəndində təkər təmiri sexində işləyib, üç-beş manat pul qazanan kasıb biri olmuş, gün ərzində yanına iyirmi-otuz “Shacman” tipli yük maşını gəlib-getmişdir. Zərərçəkmiş şəxsla qohumluğu, ədavət və ya düşmənçiliyi olmamışdır. İşlədiyi yerin yanında yük maşınları dayanırmış, sürücülərdən biri olan Təqsirləndirilən şəxs1la da bu konteksdə tanış olmuş, aralarında münasibət yaranmışdır. Elçin həm də təkər təmiri sexinin arxa tərəfində olan binada yaşayırmış. 07 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Elçinlə söhbət edən zaman sonuncu ona müharibə vaxtı ermənilərdən qalmış “Ford” markalı avtomobil tapdığını, avtomobilin işləmədiyini, altı ay müddətində nəzarətsiz qaldığını, həmin avtomobili doğradıb sataraq pul etmək istədiyini demiş və bu məqsədlə tanış adamı olub-olmadığını soruşmuşdur. Elçinə Salyan rayonunda olan Cavad adlı tanışının metal qəbulu və avtomobil sökərək satmaq işi ilə məşğul olduğunu demişdir. Adışirinə məxsus “Shacman” markalı yük avtomobilini nömrəsiz şəkildə görməmişdir. Cəbrayıl Rayon Polis Şöbəsində etmədiyi hərəkətləri boynuna qoymuşlar. Müstəntiq onu hadisə yerinə aparıb yer göstərərək maşını oradan götürdüyünü bildirmiş, lakin əvvəllər həmin yerdə olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əslən Salyan rayonundandır, iki dəfə portal icazəsi ilə işləmək məqsədilə Cəbrayıl rayonuna getmiş, orada təkər təmiri ilə məşğul olmuş, təkərin birini on beş-iyirmi manata təmir etmişdir. 2024-cü ilin sentyabr ayına kimi bir aydan az imiş ki, həmin əraziyə getmişdir və Təqsirləndirilən şəxs1 da həmin vaxtdan tanımışdır. Elçin “Shacman” markalı yük avtomobilinin sürücüsü işləmişdir və idarə etdiyi yük maşını da onun işlədiyi sexin yanında dayanırmış. Elçinlə arasında çox yaxşı münasibət olmuşdur. Elçin ona müharibə vaxtı ermənilərdən qalmış avtomobili doğradıb satmaq istədiyini deyib, bunun üçün tanıdığı adamın olub-olmadığını soruşduğu üçün elə bir tanışı olduğunu deyəndən sonra Elçinin xahişi ilə həmin Cavad adlı tanışının mobil nömrəsini tapıb zəng edərək, Elçinlə onu danışdırmışdır. Ermənilərdən qalmış maşınları tanımamışdır. Elçin yük avtomobilini oğurlayıb onun işlədiyi yerə gətirmiş və həmin vaxt maşının nömrəsi üzərində olmuşdur. Elçindən həmin yük maşınının kimə məxsus olduğunu soruşduqda, Elçin müdiri Şəhriyarın maşını olduğunu və Salyan rayonunda “Körpü Bina”da işləmək üçün aparacağını demişdir. Yük maşınına minəndə sərnişin tərəfdən ayaqaltında qırmızı rəngli domkrat və gümüşü rəngli təkər açarının olduğunu görmüşdür. GPS aparatının nə olduğunu bilməmiş, Elçin ona, həmin qutunun avtomobili geriyə sürmək üçün istifadə edilən aparatın olduğunu, səhv qoşulduğu üçün səsi dayanmadığını demiş, özü isə həmin aparata elektrik xətti gəldiyini bildirmişdir. Elçin ona həmin aparatı qoparmağını dediyi üçün əli ilə həmin qara qutunu qoparıb Elçinə vermişdir. Həmin gün Salyana toya gedəsi imiş, ona görə də, həmin maşına əyləşmiş və Salyan rayonuna yola düşmüşlər. Yolda Elçin ona, maşını “metalloma” verəcəyini demiş, o da Cavadı yığıb danışmasını bildirmişdir. Cavadın yanına getmişlər, lakin sonuncu maşını qəbul etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2025-ci il tarixli ifadə arasında yaranmış ziddiyyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəs ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 07 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 söhbət əsnasında ona, müharibə vaxtı ermənilərdən qalmış “Ford” markalı avtomobil tapdığını, həmin avtomobili doğradıb sataraq pul etmək istədiyini demiş və elə bir tanış adamı olub-olmadığını soruşmuş, Elçinə Salyan rayonunda Cavad adlı tanışının metal qəbulu və avtomobil sökərək satmaq işi ilə məşğul olduğunu demişdir. Bu zaman Elçin ona, həmin Cavad adlı tanışı ilə danışaraq ermənidən qalmış “Ford” markalı avtomobili hissələrə bölüb satmağın mümkün olubolmayacağını soruşmasını, həmçinin, həmin avtomobili satdıqdan sonra ona 500 (beş yüz) manat məbləğində pul verəcəyini demişdir. Həmin ərəfədə borcları olduğu üçün Elçinlə razılaşmışdır. Bu məqsədlə istifadəsində olan 050 ***-**-** nömrə ilə Cavadın istifadəsində olan dəqiq xatırlamadığı nömrəsinə zəng edərək, Elçin adlı tanışında ermənidən qalmış avtomobil olduğunu və satmaq istədiyini demiş, Cavad metal qəbulu ilə məşğul olduğunu dediyi üçün həmin avtomobili satmaq barədə Elçinlə danışmasını məsləhət bilib, onları birbirilə danışdırmış, necə razılaşmalarını dəqiq bilməmiş, Cavadın deməsi əsasında onun avtomobili gətirdikdən sonra avtomobilə baxıb qiymətini razılaşacıqlarını bilmişdir. Elçin də Cavadla eyni məzmunda danışdıqlarını bildirmişdir. Elçin Cavadın mobil telefon nömrəsini istəmiş, özü ilə əlaqə saxlayacağını demiş, buna görə də, Cavadın nömrəsini Elçinə vermişdir. Bundan sonra Elçinin Cavadla əlaqə saxlayıb-saxlamadığını bilməmişdir. Həmin gün təxminən saat 23:40-da Elçin istifadəsində olan 050 ***-**-** nömrə ilə onun istifadəsində olan 050 ***-**-** nömrəyə zəng edərək, yaxınlaşdığını və hazırlaşmasını demiş, həmin vaxt yaşadığı binanın yaxınlığında olan kafedə yemək yeyib, pivə içmişdir. Buna görə kafedən çıxmış və yaşadığı binaya gedərkən binanın qarşısında albalı rəngli, “Shacman” markalı yük avtomobilinin işlək vəziyyətdə dayandığını görmüşdür. Elçindən həmin avtomobilin nə olduğunu soruşduqda, Elçin müdirin avtomobili olduğunu və Salyan rayonunda “Körpü Bina”da işləmək üçün aparacağını demişdir. Elçindən ermənidən qalmış satmaq istədikləri “Ford” markalı avtomobilin harada olduğunu soruşduqda, Elçin həmin avtomobilin yanında gözətçi olduğunu və apara bilməyəcəyini, Salyan rayonuna gedən yolu tanımadığından birlikdə getmək üçün yanında əyləşməsini demişdir. Elçindən uzaq yol gedəcəklərini və həmin avtomobili idarə etmək üçün etibarnaməsinin olub-olmadığını soruşmuş, Elçin isə həmin “Shacman” markalı yük avtomobilini idarə etmək üçün 2024-cü ilin 11-ci ayına kimi etibarnaməsi olduğunu demişdir. Həmin yük maşınına sərnişin tərəfdən yaxınlaşıb qapısını açmaq istəyəndə qapı açılmamış, Elçin ona sərnişin tərəfdən qapının açılmadığını, sürücü tərəfdən avtomobilə qalxmasını demiş, sürücü tərəfdən avtomobilə qalxmış və sərnişin tərəfdən ayaqaltında qırmızı rəngli bir ədəd domkrat və gümüşü rəngli bir ədəd təkər açarı olduğunu görmüşdür. Elçinə rahat oturmaq üçün həmin əşyaları kabinada olan yataq yeri tərəfə qoymağı demiş, lakin Elçin həmin domkratın və açarın öz idarə etdiyi ağ rəngli, “Shacman” markalı yük avtomobilinə aid olduğunu deyərək, əşyaları qalması üçün işlədiyi təkər təmiri sexinə qoymağı demişdir. Buna görə sərnişin tərəfdən ayaqaltında qırmızı rəngli bir ədəd domkratı və gümüşü rəngli bir ədəd təkər açarını götürüb işlədiyi təkər təmiri sexinə qoymuş, sonra təkrar sürücü tərəfdən avtomobilə qalxmış və sərnişin tərəfdə əyləşmişdir. Elçin sükan arxasında əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. Yaşadığı binadan əlli-altmış metr irəli hərəkət edən zaman avtomobildə siqnal səsi gələn qara qutunun nə olduğunu soruşmuş, Elçin ona həmin qutunun geriyə vermək üçün istifadə edilən aparat olduğunu, səhv qoşulduğu üçün səsi dayanmadığını, səsin dayanması üçün həmin qara rəngli aparatı qoparmasını, o isə həmin aparata elektrik xətti (tok) gəldiyini demiş, lakin Elçin ona həmin aparatı qoparmağı dediyi üçün əli ilə həmin qara qutunu qoparıb Elçinə vermişdir. Elçin avtomobili idarə edəedə həmin qutuya baxmış və sındırmağa başlamış, təxminən bir kilometr yol hərəkət etdikdən sonra Cəbrayıl rayonunun Daşveysəlli kəndindən Cəbrayıl-Şükürbəyli avtomobil yoluna çıxarkən təqribən on metr qalmış yolun sol tərəfində olan işıq dirəyinin yanında qutunun hissələrini pəncərədən çölə atmışdır. Şükürbəyli kəndində olan dairəvi yolayrıcını keçdikdən sonra Elçin kabinadakı yataq yerində avtomobil nömrələri olduğunu demiş, baxarkən orada iki ədəd avtomobil nömrəsi olduğunu görmüş və götürüb Elçinə vermişdir. Elçin hərəkət edən zaman avtomobili yolun əks hərəkət istiqamətinə tərəf keçirmiş və həmin nömrələri yerini dəqiq xatırlamadığı qamışlıq sahəyə tullamış, sonra Salyan rayonu istiqamətində yola davam etmişlər. Biləsuvar rayonu ərazisində avtomobildə qazın trosu qırılmış, təmir etmişlər. Yolda olan zaman Elçin ona, hazırda idarə etdiyi “Shacman” markalı yük avtomobilini satmaq istədiyini, buna görə də, birbaşa Cavadın yanına getməyi demiş, Elçinə əvvəl müdirin avtomobili olduğunu dediyini bildirmiş, Elçin isə müdirin ona borcu olduğunu, buna görə də, müdirdən xəbərsiz həmin avtomobili satacağını, narahat olmamasını, avtomobili satdıqdan sonra ona 500 (beş yüz) manat pul verəcəyini demişdir. Etiraz etməmiş və onu Cavadın yaşadığı ünvana aparacağını demişdir. 08 sentyabr 2024cü il tarixdə, saat 08 radələrində Cavadın yaşadığı Salyan rayonu, Yer-Muğan kəndinin girişinə çatmışlar və orada yerləşən 1941-1945-ci il müharibəsində iştirak edən şəhidlərin abidəsinin yanında Cavadla görüşmüşlər. Cavad onlara qardaşı Samirin yaşadığı ünvana getmələrini demiş və həmin istiqamətdə hərəkət etmək üçün yolu göstərmişdir. Elçinin idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə həmin abidədən yeddi-səkkiz kilometr uzaqda olan Samirin yaşadığı ünvana getmişlər, Samir küçəyə çıxaraq onlarla görüşmüşdür. Elçini Cavad və Samir qardaşları ilə tanış etmiş, Samir Elçindən həmin “Shacman” markalı yük avtomobilini haradan əldə etdiyini soruşmuş, Elçin də avtomobilin ermənilərdən qaldığını demişdir. Bu zaman Samir yaşadığı evin həyətindən bir nəfər şəxsi çağıraraq, həmin avtomobili telefonda yoxlamasını demiş, sonuncu avtomobilin qarşı tərəfinə keçən zaman Elçinə yalan deməməsini demişdir. Samirlə Cavad ondan həmin avtomobilin kimə məxsus olmasını soruşanda, avtomobilin ermənilərdən qalma deyil, Elçinin müdirinə məxsus olduğunu demişdir. Bu zaman X9 həmin avtomobili almaq istəmədiklərini və aparmalarını demişlər. Elçinin deməsi əsasında avtomobilin bir neçə saatlıq həmin yerdə qalmasını Cavadgildən xahiş etmiş, sonuncular da onun xahişini nəzərə almış, lakin gün ərzində yük avtomobilini götürmələrini demişlər. Bundan sonra Elçinlə yoldan keçən taksi ilə “Masallı” kafesinə getmiş, birlikdə yemək yeyib, hər biri iki bakal pivə içmişlər. Həmin gün saat 15 radələrində Cavad ona zəng edərək, qardaşı Samirin yaşadığı evin qarşısından avtomobili götürmələrini demiş, Elçinlə birlikdə Samirin yaşadığı evin qarşısına gedib yük maşınını götürmüşlər. Oğurladıqları albalı rəngli, “Shacman” markalı yük avtomobilini Elçin idarə etməyə başlamış, birlikdə yenidən “Masallı” kafesinin yanına gəlmiş, avtomobili orada saxlayıb, onun yaşadığı evə getmiş, yemək yeyib, sonra isə yatıb dincəlmişlər. xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində təkrar avtomobilin yanına gəlmişlər və orada başqa avtomobil sürücülərinin olduğunu görmüşlər. Həmin sürücülərin yanında çay içərək söhbət etməyə başlamış, bu zaman Elçin müdirindən yol pulu almaq üçün telefonu qulağına qoyaraq avtomobilin yanyörəsində fırlanmış, sonra müdirlə danışdığını və sonuncunun yanacaq pulu etmək üçün akkumulyatorun birini satmasını, yeni akkumulyatoru Sabirabad rayonundan götürməsini dediyini ona bildirmişdir. Bu zaman yanlarında olan sürücülərə Elçini göstərib akkumulyator satmaq istədiyini, kimə lazımdırsa ala bilər demişdir. Bu vaxt Şahid3 akkumulyator lazım olduğunu demiş, akkumulyatora baxdıqdan sonra 150 (bir yüz əlli) manat pula razılaşmışlar. Elçin müdiri Sabirabad rayonuna yeni akkumulyator göndərdiyi üçün oraya gedib, yeni akkumulyatoru götürdükdən sonra köhnə akkumulyatoru verəcəyini, həmçinin, yük avtomobilində hazırda yanacaq olmadığı üçün müəyyən qədər pulun əvəzinə yanacaq tökməsini demiş, buna görə də, Yaşar özünə məxsus, lakin sürücü Şahid4 idarə etdiyi “Shacman” markalı yük avtomobilinin yanacaq çənindən dörd ədəd iyirmi litrlik olmaqla səksən litr dizel yanacağı çəkərək albalı rəngli, “Shacman” markalı yük avtomobilinin yanacaq çəninə tökmüşdür. Sonra Yaşar ona Elçin avtomobili Sabirabad rayonuna aparacağı üçün Elçinin ardı ilə yoldaşlı gedib-gəlməyi demiş, etiraz etməmiş və Yaşarın avtomobilinə əyləşmişdir. Sabirabad rayonuna gedərkən Sabirabad rayonu ərazisində reyd keçirildiyi üçün yol polisi əməkdaşları Elçinin idarə etdiyi “Shacman” markalı avtomobilə saxla işarəsi vermişlər. Bu zaman Yaşara Elçinin sərxoş vəziyyətdə olduğunu və avtomobili buraxmayacaqlarını demişdir. Elçin avtomobili saxladıqdan sonra Yaşar avtomobilini Elçinin idarə etdiyi avtomobilin qarşı tərəfində saxlamışdır. Yaşarla birlikdə polis əməkdaşına yaxınlaşmış, Elçin sərxoş vəziyyətdə olduğu üçün onu polis şöbəsinə aparmışlar. Bundan sonra Yaşarla yoluna davam edib, yaşadığı evə getmişdir (cild 02, i.v. 227-230). Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsini ibtidai istintaq zamanı da bildirdiyini, yazıb-oxumağı bacarmadığını, ifadəsini müstəntiqin yazdığını, məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, bununla belə məhkəmədə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsini onunla əsaslandırmışdır ki, “Shacman” markalı yük avtomobilinin oğurlanması, doğranıb satılması barədə təşəbbüsü o irəli sürməmiş, təklif Təqsirləndirilən şəxs1 gəlmiş, maşını Elçin özü idarə etmiş, Elçinin deməsi əsasında maşını doğratdırıb satmaq üçün onu metal qəbulu və avtomobilləri söküb satmaq işi ilə məşğul olan tanışları Cavid və sonuncunun qardaşı ilə tanış etmişdir. Son sözündə məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 məlum hadisədən təxminən iki ay əvvəl iş yoldaşı kimi tanımışdır, aralarında qohumluq münasibəti, ədavət və düşmənçilik yoxdur. 07 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Eldarla kafedə yemək yeyib, spirtli içki qəbul etmiş, ikisidə içkili vəziyyətdə olmuşlar. Aralarında borclarının olması, pul ehtiyacları barədə söhbət etmiş, bu problemi həll etməli olduqları barədə qərara gəlmiş və yük maşınını oğurlamışlar. Eldardan oğurlanmış avtomobili sata biləcəkləri müştərisinin olub-olmaması barədə soruşmuş, o da müsbət cavab vermişdir. Avtomobili Eldar tapmış və müştəri ilə danışmış, yük avtomobilini 9.000 (doqquz min) manat məbləğində pula razılaşmışlar. Belə ki, Eldar Cəbrayıl rayonunda 46-cı km adlanan yerdə “X” şirkətinin düşərgəsinin qarşısında bir neçə gün əvvəldən yerindən tərpənməyən “Shacman” markalı yük avtomobilinin olduğunu demişdir. Birlikdə həmin avtomobili satıb pul əldə etmək barədə razılaşandan sonra, avtomobilin olduğu yerə getmişlər və avtomobili götürüb Cəbrayıl rayonunun Daşveysəlli kəndi ərazisində yerləşən təkər təmiri sexinin qarşısına gəlmişlər. Orada Eldar avtomobilin sərnişin tərəfdən ayaqaltında olan bir ədəd təkər açarını və bir ədəd qırmızı rəngli domkratı götürüb ona vermişdir. Həmin alətləri Eldardan alıb yerə qoymuş, Eldar avtomobildən düşüb həmin alətləri götürüb işlədiyi təkər təmiri sexinə aparıb gizlətmiş, daha sonra isə ona Salyan rayonuna getməyi demişdir. Əvvəllər Salyan rayonunda olmadığından yolu tanımamış, Eldar ona yolu tapacaqlarını bildirmişdir. Salyan rayonuna çatanda artıq içkinin təsirindən ayılmış və avtomobili götürdükləri yerə qaytarmaq barədə düşünmüşlər. Eldar ona müştəri olduğunu və nə deyəcəyini öyrənməyi bildirmişdir. Avtomobili müştərinin yanına gətirmişlər, lakin həmin müştəri onlarla razılaşmayıb avtomobili almaqdan imtina etmişdir. Bundan sonra axşam saatlarında avtomobili qaytarmaq qərarına gəlmişlər. Salyan rayonundan qayıdıb Sabirabad rayonunun ərazisi ilə hərəkət edərkən polislər onları saxlamış, onlar da avtomobili dövlət yol polisi əməkdaşlarına təhvil verib getmişlər. Təqsirləndirilən şəxs1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, cinayət əməlini Təqsirləndirilən şəxs2lə birlikdə törətmiş, öncədən hansı avtomobili götürəcəklərini müəyyənləşdirmişlər. Oğurladıqları “Shacman” markalı, **-BK- *** dövlət nömrə nişanlı yük avtomobili yolun kənarında saxlanılan tək avtomobil olmuşdur. İçkili vəziyyətdə avtomobilin yanına gəlmiş, bu zaman qapılarının açıq olduğunu və içində bir nəfərin yatdığını görmüşdür. Avtomobilin içərisində açar dəsti olmamış, domkrat və təkər açarı olmuşdur. Avtomobildə bir nömrə nişanı olmuş, onu söküb avtomobilin kabininə qoymuş, özündə olan nömrə nişanını isə oğurladıqları avtomobilin qabaq hissəsinə bağlamışlar. Özündə olan nömrə nişanını bundan bir qədər əvvəl yoldan tapmış, həmin nişan on beş-iyirmi gün imiş ki, özündə olmuş, avtomobilinin ön şüşəsinin qarşısına qoymuşdur ki, sahibi tapılsa, verər. Avtomobilin nömrə nişanı arxa tərəfə quraşdırılmış və kvadrat formalı olmuşdur. Nömrəni avtomobili apardıqları gün sökmüşlər. Yolla gedərkən Eldar nişanı atması üçün ona vermiş, o isə əgər işləri alınmazsa, nişanı yenidən quraşdırıb avtomobili geri qaytarmaq niyyətilə nişanı atmamağı, barələrində cinayət işi açılacağı halda məsuliyyətlərinin daha ağır ola biləcəyini demiş, buna baxmayaraq, sonda nömrə nişanını pəncərədən çölə atmışdır. Eldara avtomobildə “GPS” aparatı olubolmamasını yoxlamağı bildirmiş, sonuncu da olduğunu müəyyən etmişdir. Eldardan aparatı söküb ona verməsini istəmiş, aparatı götürəndən sonra maşından kənara atmışdır. İçkili olduqları üçün səhvən belə bir hərəkətə yol vermişlər. Avtomobili satmaq məqsədilə Salyan rayonu istiqamətində hərəkət etmişlər. Avtomobili özü idarə etmişdir. Avtomobili dayandığı yerdən oğurlayıb hərəkət edərkən yolboyu heç bir yerdə polis əməkdaşları tərəfindən yoxlanılmamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona verilmiş ittiham üzrə təqsirli bildiyi halda, məhkəmədə qismən təqsirli bilməsini deməsini onunla əlaqəlandirmişdir ki, yük maşının oğurlanması, doğranılaraq satılması təklifini şəxsən irəli sürməmiş, bu məqsədlə müştəri tapmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədəki son sözündə himayəsində üç azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən fərdi olduğunu bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini təqsirləndirilən şəxslərin qismən etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, həmçinin, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs2 bir dəfə təkər düzəltdirmişdir. Onların heç biri ilə aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobili ona məxsusdur. 2024-cü ilin iyul ayından "xxxx" MMC-də özünə məxsus olan yük avtomobilini işlətmişdir. İş fəaliyyəti Horadiz-Ağbənd avtomobil yolunun kənarları ilə dağlarda uçqunun qarşısını almaq üçün hörülən iri daşları daşımaqdan ibarət olmuşdur. 2024-cü ilin avqust ayının 13-15 aralığında həmin şirkətdə müdir vəzifəsində işləyən Vüsal adlı şəxs ona zəng edərək, müvəqqəti olaraq işlərin dayanmasını demiş, o da şirkətdə istifadə etdiyi özünə məxsus yük avtomobilini Cəbrayıl rayonunun 46-cı kilometrlik adlanan ərazisində “X RSY” şirkətinə məxsus düşərgənin yaxınlığında olan avtomobillərin dayanması üçün hazırlanmış yerdə saxlamışdır. Yük avtomobilinin açarı üzərində olmuş, sağ qapını bağlasada, sol qapını kilidləməmiş və yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndinə getmişdir. İşə getmədiyi zaman iş yoldaşları, yəni onunla birlikdə sürücü işləyən Şirin, Dəyanət və Elvindən ona məxsus avtomobilin yerində olub-olmadığını maraqlanmışdır. İş yoldaşları ona məxsus avtomobilin yerində olduğunu demişlər. Portal icazəsi bitdiyi üçün iş yoldaşı Şahid5 zəng edərək, avtomobili işə salıb Füzuli rayonu tərəfə gələndə gətirməsini xahiş etmişdir. Beş-altı gündən sonra Dəyanət ona zəng edib avtomobilin mühərrikini işi salmasına baxmayaraq, hava çəkdiyi üçün mühərrikin dayandığını və hərəkətə gətirə bilmədiyini demiş, bundan sonra hər gün iş yoldaşlarından avtomobilin yerində olubolmadığını soruşmuş, yerində olduğunu demişlər. Həmçinin avtomobili saxladığı yerin yanında bir ədəd əlavə ehtiyat təkər qoymuşdur. 08 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində iş yoldaşı Şahid6 ona zəng edərək, avtomobilini aparan zaman yanında olan ehtiyat təkəri unutduğunu demiş, o isə Elvinə avtomobili aparmadığını demişdir. Elvin avtomobilinin yerində olmadığını, əlavə təkərin isə yerdə qaldığını demişdir. Elvindən avtomobili sonuncu dəfə nə vaxt gördüyünü soruşmuş, Elvin də 07 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində gördüyünü bildirmişdir. Bundan sonra yük avtomobilinin oğurlanması barədə “102” xidmətinə zəng edib məlumat vermiş, axtarış aparılmış və təxminən üç gün ərzində avtomobil tapılmışdır. Avtomobili Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tapmışlar. Belə ki, ona məxsus olan yük avtomobili dövlət qeydiyyat nişanı olmayan vəziyyətdə Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilmiş, iki ay orada qaldıqdan sonra özünə qaytarılmış, 2025-ci ilin yanvar ayında isə avtomobilin dövlət qeydiyyat nişanı bərpa olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bir dəfə avtomobil təkəri düzəltdirmiş, başqa əlaqələri olmamışdır. Eldara təkər düzəltdirməyi hadisədən təqribən bir ay əvvələ təsadüf etmişdir. Eldarın onun harada işlədiyi barədə məlumatı olduğunu düşünmür. Onun iş yeri avtomobilini saxladığı yerdən dörd-beş kilometr məsafədə olmuşdur. Avtomobilini saxladığı yerin təqsirləndirilən şəxslər tərəfindən necə bilindiyi barədə məlumatı yoxdur. “X RSY” şirkətinin düşərgəsində kamera nəzarəti və ya avtomobillərə nəzarət edən məsul şəxs, habelə avtomobili orada saxlaması üçün şirkətlə hər hansı müqaviləsi olmamışdır. Avqust ayının axırı rəhbərlik tərəfindən on gün iş olmayacağı bildirilmiş, buna görə də avtomobilini duracaqda saxlayıb, Füzuli rayonunun Böyük Bəhmənli kəndinə getmişdir. Avtomobilini yalnız özü idarə etmiş, təqsirləndirilən şəxslərə avtomobilindən istifadəyə icazə verməmişdir. Avtomobilə nəzarət etməyi heç kimə tapşırmamışdır. Eldara təkər düzəltdirərkən avtomobilin qapısının bağlanmadığını deməmişdir. Təkəri təmir etdirərkən avtomobilin yanında olmuşdur. Avtomobildə yanacaq çox olmamış, təqsirləndirilən şəxslər özləri avtomobilə yanacaq doldurmuşlar. Avtomobil oğurlanandan sonra avtomobilin içərisində “GPS” aparatını quraşdırmış şirkətə zəng edib, avtomobilin olduğu yerin koordinatlarını istəmiş və məlum olmuşdur ki, aparatdan sonuncu siqnal avtomobilin saxlandığı yerdən qeydə alınmışdır. Giriş-çıxış üçün icazə sistemi tətbiq olunan ərazilərə giriş-çıxış zamanı şəxsin sənədləri yoxlanılır, avtomobilə baxış keçirilir, lakin avtomobilin sənədləri yoxlanılmır. Avtomobilin sənədləri özündə olmuşdur. Avtomobili özünə qaytarıldıqdan sonra baxmış və saxladığı vəziyyətdə olduğunu, lakin içərisindən bəzi əşyaların, yəni, bir ədəd qaldırıcı (domkrat) aləti, içində müxtəlif açarlar olan açar dəsti, bir ədəd təkər açarı, avtomobilin salonuna quraşdırdığı “GPS” aparatının götürülməsini müəyyən etmişdir. “GPS” aparatı avtomobilin kabinində şitin altında quraşdırılmış, həmin aparatın quraşdırması ilə əlaqədar 150 (bir yüz əlli) manat xərci çıxmışdır. “GPS” aparatı avtomobilindən sökülüb kənara atılmışdır. Zərərçəkmiş şəxs 25 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin həbsdə qalmalarını istəmir. Özünə məxsus olan yük avtomobilindəki 235 (iki yüz otuz beş) manat dəyərində açar dəsti ona qaytarılmamış, nə də dəyəri ödənilmişdir. Onun tələbi təkcə açar dəsti ilə bağlı deyil, həm də işini itirmişdir. Yük avtomobili üç gündən sonra aşkar olunsa da, ona əlli gündən sonra qaytarılmışdır. Əvvəl işlədiyi şirkətdə iş dayansa da, əlli gün ərzində yenidən iş başlamış, lakin həmin vaxt avtomobili özündə olmadığı üçün şirkət onunla müqaviləni pozmuş, başqası ilə işləmişlər. Bununla belə, Zərərçəkmiş şəxs tərəfindən 19.08 2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizədə onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması və ərizəsinin nəzərə alınması qeyd olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Saməddin oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanımamış, Təqsirləndirilən şəxs2 təkər təmiri ustası, Zərərçəkmiş şəxs isə iş yoldaşı kimi tanımış, onlarla qohumluq münasibəti, ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayının ortalarında Adışirin şirkətdə işlər dayandığı üçün idarə etdiyi “Shacman” markalı, **- BK-*** dövlət nömrə nişanlı yük avtomobilini Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yerləşən 46-cı kilometrlik adlanan ərazidə “X” şirkətinə məxsus düşərgənin yaxınlığında saxlayıb yaşadığı evə getmişdir. Adışirinlə mütəmadi telefon əlaqəsi saxlamış, sonuncu ondan avtomobilinin saxladığı yerdə olub-olmadığını soruşmuşdur. Adışirinə məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobilini sonuncu dəfə 07 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində işlərini bitirib düşərgəyə qayıdan zaman saxladığı yerdə olduğunu görmüş, 08 sentyabr 2024-cü il tarixdə, saat 08 radələrində işə gedən zaman isə yük avtomobilinin duracaqda olmadığını, yanında olan təkərin yerdə qaldığını görüb, Adışirinin özünə yaxşı iş tapdığını, həmin avtomobil təkərini də onun üçün saxlamasını fikirləşmiş, buna görə də, Adışirinə zəng edib, avtomobilini nə vaxt apardığını, yanındakı təkəri də onun üçün saxlamasını soruşmuşdur. Adışirin avtomobilini aparmadığını, ümumiyyətlə həmin yerə gəlmədiyini demişdir. Adışirinə avtomobilin yerində olmadığını, yanında olan təkərin isə həmin yerdə qaldığını demişdir. Adışirin bunun ilkin olaraq zarafat olduğunu hesab etmiş, and-aman etdikdən sonra inanmışdır. Bundan sonra Adışirinə məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobilinin naməlum şəxslər tərəfindən oğurlanması məlum olmuşdur. Şahid6 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər birlikdə görməmişdir. Məlum hadisəyə qədər oxşar halın baş verib-vermədiyi barədə məlumatı olmamışdır. İşğaldan azad olunmuş ərazilərdəki postlarda ərazidən çıxanda adətən yük maşınlarının içərisi yoxlanılmışdır. Məhkəmədə dindirilmiş Şahid5 Şahid6la oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Dəyanət Məmmədov ifadəsinə əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yük avtomobilinin saxladığı yerdə olmaması barədə məlumatı ilk olaraq Şahid6 vermiş, sonra isə o, Adişirinə zəng etmişdir. 102 çağrı mərkəzinə Adışirin özü zəng vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 rayon sakini və təkərçi kimi beş-altı ildir tanımış, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. 07 sentyabr 2024-cü il tarixdə, saat 11:40 radələrində istifadəsində olan 050 ***-**-** nömrəyə tanımadığı nömrədən zəng gəlmiş, cavab verdikdə zəng edən şəxs özünü Eldar kimi təqdim edərək tanışlıq vermiş, ermənidən qalmış “Shacman” markalı yük avtomobilini 10.000 (on min) manat pula satmaq istədiyini demiş və avtomobili həmin qiymətə razılaşmışlar. Bu barədə qardaşı Şahid2 məlumat vermişdir. Həmin gecənin səhəri, yəni 08 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Eldar ona təkrar zəng etmiş, yaşadığı kəndin girişində olan abidənin yanında görüşmüşlər. Eldar yanında tanımadığı şəxslə birlikdə albalı rəngli, “Shacman” markalı yük avtomobilini ona təqdim edib, satmaq istədikləri avtomobil olduğunu demişlər. Avtomobilə baxanda qabaq tərəfində Azərbaycan Respublikasına aid nömrə nişanı və yük yerinin yan tərəfinə nömrə yazıldığını görüb, onlara həmin avtomobilin Azərbaycana aid olduğunu, erməni maşını olmadığını və almaq istəmədiyini demişdir. Bununla belə, avtomobilə bir də qardaşı Şahid2 baxması üçün birlikdə Samirin yaşadığı ünvana getmişlər. Qardaşı Samirə “Shacman” markalı yük avtomobilini göstərib, Salyan rayonundan olan Eldarın ermənidən gələn və satmaq üçün dediyi avtomobilin həmin avtomobil olduğunu demiş, Samir avtomobilə baxan kimi ermənidən qalma avtomobil olmadığı üçün aparmalarını bildirmişdir. Eldar avtomobilin yanacağı olmadığı üçün bir-iki saatlıq orada qalmasını xahiş etmiş, Samir də onların xahişini nəzərə almış, eyni zamanda qısa vaxt ərzində avtomobili götürüb aparmalarını demişdir. Bundan təxminən üç saat sonra Eldara zəng edərək, avtomobili gəlib qardaşı Samirin evinin qarşısından götürmələrini demiş, Eldar isə avtomobilin sahibinin karta pul atacağını, həmin pulla yanacaq alıb gətirəcəyini bildirmişdir. Təxminən bir saat sonra Eldar və yanında olan tanımadığı şəxs avtomobili qardaşı Samirinin evinin qaşısından aparmışlar. Həmin vaxt orada deyilmiş, eyni zamanda həmin yük avtomobilinin aqibəti barədə məlumatı olmamışdır. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, metal alveri ilə məşğul olur. Əvvəllər belə bir halla rastlaşmamışdır. Yük avtomobilini qəbul etməmələrinin bir səbəbi də avtomobilin metallomluq olmaması idi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus külli miqdarda, yəni 2024-cü ilin sentyabr ayı üzrə orta bazar qiyməti 51.500,00 (əlli bir min beş yüz) manat məbləğində 2012-ci il istehsalı olan albalı rəngli “Shacman” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin oğurlanması ilə bağlı toplanmış fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 11:05-də Füzuli rayon sakini Zərərçəkmiş şəxs (051) ***-**-** saylı mobil nömrəsindən zəng vuraraq, on gün əvvəl Cəbrayıl rayonunun 46-cı km adlanan “X” şirkətinə məxsus olan düşərgənin yanında saxladığı özünə məxsus “Shacman” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini həmin ünvanda aşkar etməməsini bildirmiş, avtomobilini sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saxladığı ərazidə gördüyünü bildirmişdir (cild 01, i.v. 07; 25). Zərərçəkmiş şəxs Cəbrayıl Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus olan “Shacman” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Cəbrayıl rayonunun 46-cı kilometrliyində “X” şirkətinə məxsus düşərgənin yaxınlığında saxladığını və xx.xx.2024-cü il tarixdə, səhər saatlarında həmin avtomobilin orada olmadığını aşkar etdiyini bildirmişdir (cild 01, i.v. 08). Cəbrayıl Rayon Polis Şöbəsi Təhqiqat Qrupunun “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobilini saxladığı Cəbrayıl rayonunun 46-cı kilometrliyində “X” şirkətinə məxsus düşərgənin yaxınlığına baxış keçirilmiş və bu barədə fotocədvəlllər protokola əlavə edilmişdir (cild 01, i.v. 09-13). Cəbrayıl Rayon Polis Şöbəsi Təhqiqat Qrupunun “baxış keçirilməsi və əşyanın (avtomobilin) götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobili nömrəsiz halda, işlək vəziyyətdə Sabirabad Rayon Polis Şöbəsinin duracağından aşkar edilmiş, bundan əvvəl sürücü Təqsirləndirilən şəxs1 barəsində sərxoş olduğu üçün həmin şöbənin yol patrul xidməti tərəfindən inzibati protokol tərtib edilmiş və bu barədə fotocədvəlllər protokola əlavə edilmişdir (cild 01, i.v. 21-24). Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin məzmunundan görünür ki, ona məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobilini Cəbrayıl Rayon Polis Şöbəsində həmin tarixdə işlək vəziyyətdə təhvil almışdır (cild 01, i.v. 33). Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 78 nömrəli arayışından görünür ki, 2012-ci il istehsalı olan, istismara tam yararlı, texniki cəhətdən saz vəziyyətdə “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobilinin 2024-cü il dövrə orta bazar qiyməti ilə dəyəri 51.500,00 (əlli bir min beş yüz) manat təşkil edir (cild 01, i.v. 44-45). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 46). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2024-cü il tarixli qərarları, protokolları və məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 15:30-da, Təqsirləndirilən şəxs2 isə eyni tarixdə, saat 17:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar və hər birinin ailə üzvünə ayrı-ayrılıqda bu barədə məlumat verilmişdir (cild 01, i.v. 55-56; 66; 68; 79-80; 90; 92). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun “üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birinin üzlərinə qarşı söyləmişlər (cild 01, i.v. 101-104). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, hər birinə ayrı-ayrılıqda həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 108-109; 124-125). Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-9/2024, 4(072)-10/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində ayrı-ayrılıqda həbs etmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 147- 152). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, habelə hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə göstərilən hökmlə çəkilməmiş cəzası, yəni 1 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətin iki günü bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti sona çatdığına görə azad olunmuşdur (cild 01, i.v. 167-168; cild 02, i.v. 74-86). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi yoxdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, habelə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, barəsində olan həmin cinayət işinin icraatına xitam verilmişdir (cild 01, i.v. 169-170; cild 02, i.v. 49-52). Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə görə barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğunun olması, habelə əməlində cinayətlərin residivi müəyyən olunmamışdır. Salyan Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayonunun Yenikənd kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, i.v. 183-184). Goranboy Rayon İcra Hakimiyyəti başçısının Xınalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xasiyyətnaməsi, həmçinin, şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Goranboy rayonunun Xınalı kəndində qeydiyyatda olmaqla, orada yaşamış, himayəsində xx.xx.2016, xx.xx.2017, xx.xx.2021 təvəllüdlü üç azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur, eyni zamanda 44 günlük Vətən Müharibəsi iştirakçısıdır (cild 01, i.v. 191-199). Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 01, i.v. 200). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və əşyanın könüllü təqdim edilməsi haqqında” protokolları və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində bildirdikləri xüsusatları əyani olaraq hadisə yerində göstərmişlər, həmçinin, “Shacman” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən oğurladıqları əşya və predmetləri (“GPS” aparatını, avtomobilin üzərində olan nömrələri, qırmızı rəngli bir ədəd domkrat və gümüşü rəngli bir ədəd təkər açarını, salondakı əşyaları) gizlətdikləri yeri göstərmişlər, eyni zamanda həmin predmet və əşyalar götürülmüşdür (cild 01, i.v. 228-234, 236-241; cild 02, i.v. 09-13). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın poliklinikasında qeydiyyatda yoxdur (cild 02, i.v. 53). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar (cild 02, i.v. 54). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicədə olmamışlar (cild 02, i.v. 55). “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Goranboy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın poliklinikasının narkoloji ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur (cild 02, i.v. 56). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun “diskə baxış keçirilməsi haqqında” 16 və 20 dekabr 2024-cü il tarixli protokollarından görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 25757, 25768 nömrəli məktublarla göndərilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********30 saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********04 saylı mobil telefon nömrələri ilə xx.xx.2024-cü il tarixdə, saat 00:00:00-dan xx.xx.2024-cü il tarixə, saat 23:59:59-a kimi aparılan danışıqlara dair məlumatların köçürüldüyü disklərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 aralarında olan danışıqlardan, yəni bir-birlərinə qarşılıqlı zənglərdən onların qabaqcadan əlbir olaraq yük avtomobilini oğurlayaraq, satıb pul əldə etmələri barədə razılıqlarının olması, yəni cinayəti birlikdə törətmələri müəyyən edilmişdir (cild 02, i.v. 57-67). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş üç ədəd domkratdan “2” saylı sıra nömrəsi altında təqdim edilən bir ədəd qırmızı rəngli domkratı və üç ədəd təkər açarından “1” saylı sıra nömrəsi altında təqdim edilən bir ədəd gümüşü rəngli təkər açarını təqdim edərək, ona məxsus avtomobildən oğurlanan əşyalar olduğunu bildirmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 02, i.v. 68-71). Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 23:49-da **-XE-*** dövlət nömrə nişanlı, albalı rəngli “Shacman” markalı yük avtomobilini idarə edən zaman sərxoş vəziyyətdə olduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 329.1, 339.1-1, 329.3, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir (cild 02. i.v. 88). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus üzərində +**********04 saylı nömrə olan “Samsung Galaxy A10S” markalı mobil telefonun kontaktlar bölməsində Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********30 nömrəni “Tt” adı ilə qeydiyyata alıb mütəmadi əlaqə saxlayaraq, onların qabaqcadan əlbir olaraq qeyd olunan cinayəti birlikdə etdikləri müəyyən edilmiş, eləcə də, Şahid1 istifadəsində olan +**********65 nömrəni “Cavad qaqa” adı ilə qeydiyyata alıb oğurladıqları avtomobili ermənidən qalmış avtomobil adı ilə satmaq niyyəti ilə əlaqə saxladığı təsdiq olunmuş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 02, i.v. 89-91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3451 və 3452 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmirlər, həmçinin onlara ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də, onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və idarə etmək iqtidarındadırlar, məcburi müalicəyə ehtiyacları yoxdur (cild 02, i.v. 93-97). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, iş üzrə Şahid1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində bildirdikləri xüsusatları bir-birinin üzlərinə qarşı söyləmişlər (cild 02, i.v. 109-111). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Eldar İsmayılov arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birinin üzlərinə qarşı söyləmişlər (cild 02, i.v.116- 119). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A03” markalı (smartfon tipli) olmaqla, üzərində +**********30 saylı “Azercell” mobil operatoruna aid telefon nömrəsi olması müəyyən edilmişdir. Cinayətin baş verdiyi ərəfədə Təqsirləndirilən şəxs1 istifadə etdiyi +**********30 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “Eldar Təkərci” adı ilə qeydiyyata alınmış +**********04 saylı mobil nömrə arasında aparılan danışıqlardan, yəni bir-birlərinə qarşılıqlı olaraq zənglərdən, “WhatsApp” proqramı vasitəsilə səsli mesajlardan və zənglərdən onların qabaqcadan əlbir olaraq qeyd olunan cinayəti birlikdə etdikləri müəyyən edilmiş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 02, i.v. 121-129). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus albalı rəngli, “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobili maddi sübut kimi tanınaraq, ona təhvil verilməsi nəzərə alınmış, həmin yük avtomobilinin ayaqaltından oğurlanmış, sonradan isə aşkar edilərək təqdim edilmiş bir ədəd qırmızı rəngli domkrat və bir ədəd gümüşü rəngli təkər açarı maddi sübut kimi tanınaraq, həmin şöbənin saxlancına təhvil verilmişdir (cild 02, i.v. 131-132). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, 2024-cü ilin sentyabr ayı üzrə bir ədəd təkər açarı 25 (iyirmi beş) manat, bir ədəd domkrat 85 (səksən beş) manat və açar dəsti 226 (iki yüz iyirmi altı) manat olmaqla, ümumilikdə həmin alətlərin bazar qiyməti ilə dəyəri 336 (üç yüz otuz altı) manat, Azərbaycan Respublikası istehsalı olan bir ədəd GPS qurğusunun bazar qiyməti ilə dəyəri 150 (yüz əlli) manat təşkil etmişdir (cild 02, i.v. 135-137; 149-151). Cəbrayıl Rayon Polis Şöbəsi İstintaq Qrupunun “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından inzibati materialın ayrılması barədə” xx.xx.2025-ci il və “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş; Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A03” markalı, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A10S” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq, həmin şöbənin saxlancına təhvil verilmiş; "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus albalı rəngli, “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobilindən oğurladıqları “GPS” qurğusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimələnmişlər (cild 02, i.v. 154- 195; 205-206; 218-219). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizənin məzmunundan görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə olunmuş portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 2-ci qrup əlilliyi olan şəxsdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardımla əlaqədar hər biri ayrı-ayrılıqda 23 (iyirmi üç) iş saatı həcmində vaxt sərf etmələri barədə məhkəməyə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir ki, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında ittiham və müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, irəli sürülmüş ittiham üzrə cinayət əməlinin törədilməsində iştiraklarına (rollarına) münasibətdə bir-birinə qarşı ifadə vermişlər. Təqsirləndirilən şəxslər bu mənada onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözügedən Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobilinin oğurlanması, ehtiyat hissələrinə parçalanmaqla satılması barədə təşəbbüsün ona deyil, Təqsirləndirilən şəxs1 məxsus olması, avtomobili olduğu yerdən onun yanına Elçinin özünün idarə edərək gətirməsi, avtomobilin gah ermənidən qalma, gah da müdirinə məxsus olması barədə bildirdiyi üçün ilk öncə oğurluq olmasını bilməməsi, məhz Elçinin deməsi əsasında maşını satmaq üçün onu metal qəbulu ilə məşğul olan tanışları Cavid və sonuncunun qardaşı ilə tanış etməsi; Təqsirləndirilən şəxs1 isə sözügedən yük avtomobilini Təqsirləndirilən şəxs2lə birlikdə oğurlamaları, avtomobilin sərnişin tərəfdən qapısı açılmadığı üçün sürücü tərəfdən əyləşmiş Eldarın sərnişin tərəfinə keçəndən sonra özünün təsadüf nəticəsində sükan arxasına keçməsi barədə əsassız olaraq demələri, törətdikləri əməldə hər birinin özünə münasibətdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək, sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hər iki təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar ibtidai istintaq zamanı da bir-birlərinə qarşı ifadə vermişlər. Təqsirləndirilən şəxs2 ifadəsinin müstəntiq tərəfindən yazıldığını, ifadəsini oxumadan imzaladığını desə də, məhkəmədə elan olunmuş həmin ifadəsini ziddiyyət yaranan hissələrdə təsdiq etdiyini bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin hadisə ilə bağlı ümumi sözlərlə danışdıqlarını, yük avtomobilinin oğurlanması, sonra isə satılması barədə təklifi bir-birinin üstünə atmaqla, verdikləri ifadələrin həqiqiliyini şübhə altına aldıqlarını və bütün bunların da məhkəmədə onların qeyri-səmimi ifadə verdikləri təəssüratı yaratmasına səbəb olduğu qənaətindədir. Nəticədə, məhkəmə onların hər birinin ayrı-ayrılıqda göstərdikləri xüsusatlara tərəflərindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etmələri qənaətinə gəlmişdir və belə olan halda onların bu dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş ifadələr kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində bu Məcəllənin 177.1 və 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1 nömrəli, xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Qərarın 10 və 11-ci bəndlərində qeyd olunur ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamaya verilən anlayışda “və” bağlayıcısı ilə yanaşı “və ya” bağlayıcısının da işlədilməsi təsadüfi deyildir. Belə ki, oğurluq zamanı götürmə bu sözün birbaşa mənasında mövcud olur:- təqsirkar özgənin əmlakını mülkiyyətçinin (və ya başqa qanuni sahibin) sahibliyindən çıxararaq onu faktiki olaraq öz əlinə keçirir. Mülkiyyətçisinin sahibliyindən nə hüquqi, nə də faktiki olaraq çıxmamış, lakin müəyyən yerdə müvəqqəti olaraq nəzarətsiz qoyulmuş əmlakın tamah məqsədi ilə götürülməsi talama hesab ediləcəkdir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərərşəkmiş şəxs və şahidlərin ifadələri, “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il, “baxış keçirilməsi və əşyanın (avtomobilin) götürülməsi haqqında” xx.xx.2024-cü il, “üzləşdirmə haqqında” xx.xx.2024-cü il, “hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və əşyanın könüllü təqdim edilməsi haqqında” xx.xx.2024-cü il, “diskə baxış keçirilməsi haqqında” 16 və 20 dekabr 2024-cü il, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il, “mobil telefona baxış keçirilməsi haqqında” 02 və 13 yanvar 2025-ci il tarixli protokollar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandığını qeyd edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməlində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Sözügedən Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində onlar təqsirlidirlər, cinayət əməlini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə, bu mənada hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsinin oğurladıqları özgə əmlakının dəyərinin külli miqdarda olmasına əsasən, kifayət qədər ağır olması qənaətindədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halları qeyd etməyə keçməmişdən öncə, xüsusi olaraq vurğulayır ki, onlardan Təqsirləndirilən şəxs2 əvvəllər də Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, məhkəmənin onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etməklə islah olunacağı qənaətinə gəlməsinə baxmayaraq, onun təyin edilmiş cəzanın icrasından boyun qaçırdığı üçün cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasına səbəb olması, bununla belə yenidən ağır cinayət törətməsi; Təqsirləndirilən şəxs1 bundan əvvəl Cinayət Məcəlləsinin talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə maddəsi ilə təqsirləndirilməsi, lakin zərərçəkmiş şəxslə barışması və vurulmuş ziyanı ödəməsi səbəbindən barəsində olan cinayət işinə xitam verilməsinə baxmayaraq, yenidən ağır cinayət törətməsi onların hər ikisinin də bu qəbildən olan cinayətlərə meyilli olduqlarını deməyə əsas verir ki, bu da təqdirəlayiq hal deyildir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən özünü təqsirli bildiyi hissədə peşiman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini; Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən fərdi olduğunu, 44 günlük Vətən Müharibəsi iştirakçısı olmasını, 2-ci qrup əlilliyini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən özünü təqsirli bildiyi hissədə peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara müvafiq qaydada ittiham olunduqları Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə 235 (iki yüz otuz beş) manat məbləğində maddi ziyan müəyyən olunmuş, lakin zərərçəkmiş şəxs notariat qaydasında təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslərə qarşı hər hansı bir iddia və ya tələbinin olmamasını bildirmişdir. Cinayət işi üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A03”, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon aparatları ayrı-ayrılıqda onların hər birinin yaxın qohumlarına qaytarılmalı; Zərərçəkmiş şəxs məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobilinin ayaqaltından oğurlanmış bir ədəd qırmızı rəngli domkrat və bir ədəd gümüşü rəngli təkər açarı sahibinə, yəni Adışirin Necefova qaytarılmalı; Zərərçəkmiş şəxs məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobilinin onun özünə qaytarılması nəzərə alınmalı; "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər biri barəsində ayrı-ayrılıqda seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, onların məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərin hər birinə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A03”, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon aparatları ayrı-ayrılıqda onların hər birinin yaxın qohumlarına qaytarılsın; Zərərçəkmiş şəxs məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobilinin ayaqaltından oğurlanmış bir ədəd qırmızı rəngli domkrat və bir ədəd gümüşü rəngli təkər açarı sahibinə, yəni Adışirin Necefova qaytarılsın; Zərərçəkmiş şəxs məxsus “Shacman” markalı, **-BK-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobilinin onun özünə qaytarılması nəzərə alınsın; "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-236/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-236/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver