Məhkəmə qərarları › İş №1(099)-237/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-237/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-237/2023 17.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi2 iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs1 – xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2022ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, vətəndaş Təqsirləndirilən şəxs2 – xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2022ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,62 qram narkotik vasitə olan qurudulmuş “marixuana”nı əldə edib əynində olan göy rəngli qısa şalvarının (şortik) qabaq sağ yan cibində daşıyaraq saxlamışdır. 11 iyul 2022-ci il tarixdə, saat 09 radələrində Hacıqabul RPŞ-nin və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin DYP-nin 720 saylı postun 7-ci tağımının Yolpatrul xidmətinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu ərazisində, 720 saylı postda Şahid4 idarə etdiyi “Reno” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq vahid niyyətlə külli miqdar təşkil edən təmiz çəkisi 10,366 qram olan narkotik vasitə olan “heroini”, ümumi təmiz çəkisi 11,319 qram olan psixotrop maddə olan “metamfetamini” 6,569 qram və 4,750 qram olmaqla 2 ədəd bükümdə qablaşdırılmış halda əldə edib, bədəninin sinə nahiyyəsinin arasında daşıyaraq saxlamışdır. 11 iyul 2022-ci il tarixdə, saat 09 radələrində Hacıqabul RPŞ-nin və 720 saylı postun 7-ci tağımının Yol-patrul xidmətinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu ərazisində, 720 saylı postda Şahid4 idarə etdiyi “Reno” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə və psixotrop maddə üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 1-ci məktəb dalanı, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, qısa müddətdir narkotik vasitə olan qurudulmuş “marixuana”dan istifadə edir. 10 iyul 2022-ci il tarixdə, axşam saat 20 radələrində istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən eyni məhlədə yaşadığı taksi sürücüsü olan Şahid4 ***-***-**-** saylı mobil telefonuna zəng edib Şirvan şəhərinə getmək istədiyini bildirmişdir. Həmin vaxt, Raminlə 45 manata Şirvan şəhərinə gedib qayıtmaq barədə razılığa gəlmiş, Şirvan şəhərində Miri adlı şəxsin narkotik vasitə satdığını bildiyi üçün onunla “Vatsap” mesajlaşma proqramı vasitəsi ilə Miri adlı şəxslə əlaqə saxlamışdır. Sonra Miri ona plastik bank kartını göndərmiş və o, həmin karta 100 manat göndərdiyi təqdirdə qurudulmuş “marixuana” sata biləcəyini bildirmişdir. O, da həmin karta 100 manatı “E-manat” terminalı vasitəsi ilə göndərmişdir. Miri isə ona Şirvan şəhərinə gəlib orada təkər təmiri yerində vannanın altından “marixuana”nı götürə biləcəyini bildirmişdir. O, taksi sürücüsü olan Raminlə xx.xx.2022-ci il tarixdə gecə təxminən saat 03.00 radələrində yaşadığı məhəllədə görüşmüş, Raminə Şirvan şəhərinə gedib qayıtmaq üçün 45 manat pul vermişdir. Həmin vaxt, tanışı Təqsirləndirilən şəxs2 zəng edib Şirvan şəhərinə gedib qayıdacağını bildirmiş, Lalə onunla razılaşmışdır. Sonra taksi sürücüsü Ramin avtomobili Lalənin yaşadığı Bakı şəhəri, 20-ci sahə adlanan yerə sürmüş və oradan Laləni götürüb Şirvan şəhərinə yollanmışlar. Lalə ondan Şirvan şəhərinə nə üçün getdiyini soruşanda o, Laləyə “marixuana” almaq üçün getdiyini bildirmişdir. Şirvan şəhərinə çatanda Miri adlı şəxslə əlaqə saxlamışdır. Miri adlı şəxs ona “marixuana”nı haraya qoymasını bildirmiş, həmin yerə gedib “marixuana”nı götürmüşdür. Daha sonra Bakı şəhəri istiqamətində yola düşmüşlər. Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən DYP postuna çatanda DYP əməkdaşları avtomobilə saxla işarəsi verdiyindən Şahid4 avtomobili saxlamışdır. Bu zaman polislər onların üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onları Hacıqabul RPŞ-yə dəvət etmişlər. Onlar polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt, o isə əynində olan göy rəngli qısa yay şalvarının qabaq sağ cibində gizlətdiyi 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş “marixuana” olduğunu bildirmişdir. Bundan başqa, o ifadəsində narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını və narkotik vasitənin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə olaraq o, Miri adlı şəxsi tanımadığını, telefonda nömrəsinin olmadığını və telefonla danışdıqdan sonra problem yaranmaması üçün nömrəni sildiyini bildirmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli istintaq zamanı toplanmış aşağıdakı sübutlarla təsdiq olunur: Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 114, mənzil 19/20-də qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşayır. O, bir neçə aydır ki narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. O, istifadə ediyi narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə edir. Belə ki, həmin tanımadığı naməlum İran vətəndaşı ilə “İnstaqram” sosial şəbəkəsində tanış olmuşdur. O, özünü Rza adı ilə tanış etmiş, İranda yaşadığını demiş, Rza ona “Vatsap” mesajlaşma proqramında plastik kart atırmış, ondan həmin karta ödəniş etməyini istəmişdir. O, da həmin karta pul köçürüb çekini ona göndərmişdir. Daha sonra Rza ona Bakı şəhərində müxtəlif yerlər demişdir. O, da oraya gedib daşın altında, otluq sahədə və s. yerlərə qoyduğu narkotik vasitələri götürmüşdür. O, Şahid4 tanıyır, Ramin onunla qonşuluqda yaşayır və taksi sürücüsüdür, Cəmil Hüseynzadəni də tanıyır, Cəmil də onun qonşusudur və normal münasibətləri vardır. Belə ki, 10 iyul 2022-ci il tarixdə, axşam təxminən saat 23.50 radələrində yenidən həmin İran vətəndaşı ilə əlaqə saxlamışdır. Ona ödəniş terminalı ilə plastik kartına 100 manat pul göndərmiş, Rza isə ona Bakı şəhərində “Teleqüllə”nin yaxınlığında olan yerə “heroin” və “metamfetamin” qoyduğunu bildirmişdir. O, da taksi ilə oraya gedib həmin narkotik vasitələri oradan götürmüş, sinə geyimi olan “məmədan”ın arasına qoymuş və taksi ilə evinə tərəf yollanmışdır. O, yolda olan zaman Cəmil onun ***-***-**-** saylı mobil telefonuna zəng etmi və birlikdə Şirvan şəhərinə getməyi təklif etmiş, Şirvanda bibisi oğlundan şəxsi əşyaları götürəcəyini bildirmiş, lakin Cəmil ona Şirvandan qurudulmuş “marixuana” alacağını deməmişdir. O, da Cəmillə razılaşmış, evinə çatan zaman evinə daxil olmamış, taksidən düşmüş, Cəmil Şahid4 idarə etdiyi avtomobillə birlikdə gəlib küçədən onu götürmüş, Şirvan şəhərinə yola düşmüşlər. Onun üzərində narkotik vasitə olmasını nə taksi sürücüsü Ramin, nə də ki Cəmil bilməmişdir. Onlar Şirvan şəhərinə çatanda Şirvanda kafedə dayanmış, kafedə kabinetdə oturub çay içmiş, kafedə Cəmili 2-3 nəfər qarşılamış, daha sonra oturduqları kabinetdən Cəmil çölə çıxmış, 6-7 dəqiqədən sonra Cəmil qayıtmış, bir qədər oturub çay içmişdir. Daha sonra onlar kafedən çıxıb Bakı şəhəri istiqamətində yola düşmüşlər. Bakı istiqamətində gedən zaman Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən DYP postunda DYP əməkdaşları saxla işarəsi vermişdir. Həmin vaxt, Şahid4 avtomobili saxlamış, polis əməkdaşları saxlayandan sonra onlara yaxınlaşıb özlərini təqdim edərək sənədləri istəmiş, Ramin sənədləri təqdim etmişdir. Daha sonra polislər üzərlərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onları Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul rayon PŞ-də müdafiəçinin iştirakı ilə onların üzərində şəxsi axtarış və götürmə aparılmış və ondan üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşmuşlar. O, da polis əməkdaşlarına üzərində “heroin” və “metamfetamin” olmasını bildirərək sinə geyiminin içərisindən çıxarıb təqdim etmişdir. Bundan başqa o, ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 11 iyul 2022-ci il tarixdə Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və X1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və BDYPİ-nin YPXA-nın 7-ci tağımının 720 saylı postunun əməkdaşlarının iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 11 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəvahı postunda saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan “şübhəli şəxs” qismində tutulmuşdur. Bundan sonra, video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və sonuncunun əynində olan göy rəngli qısa şalvarının qabaq sağ cibindən 1 ədəd sellofan kəsiyində narkotik vasitə olan “marixunaya” bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun sinə nahiyyəsindən narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetaminə” bənzər maddələr aşkar edilmişdir. Həmin aşkar edilərək götürülmüş narkotik vasitələr qablaşdırılaraq Hacıqabul rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2, Şahid3 ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, iş üzrə keçirilmiş MEM-nin məhkəmə-biloji ekspertizasının xx.xx.2022-ci il tarixli 18/745 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd büküldə təmiz çəkisi-7,62 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş “marixuana”dır. Cinayət işinin materiallarında olan, iş üzrə alınmış xx.xx.2022-ci il tarixli, 18/746 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 10,366 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,569 qram. 4,750 qram, ümumi çəkisi 11,319 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”dir. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2022-ci il tarixli, 4242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli, 4791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimlyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, kompleks abulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilməsini, Təqsirləndirilən şəxs2 üzəridən narkotik vasitə olan metamfetamin aşkar edilməsini və avtomobilə baxış keçirilməsini özündə əks etdirən disklər protokollara əlavə edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 11 iyul 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 12 iyul 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 11 iyul 2022-ci il tarixdə, saat 12:30-da Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. 13 iyul 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroini və psixotrop maddə olan “metamfetamini” öz istifadəsi üçün üzərində gəzdirdiyi satış məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən üç büküm narkotik vasitənin aşkar edilməsi və yuxarıda ərtaflı şərh edilmiş sübutlarda qeyd olunan xüsusatlar onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Ona görə də Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə deyil öz istifadəsi üçün üzərində saxlaması ilə bağlı qeyd etdiyi xüsusatlar iş materialları ilə təkzib edildiyindən özünü müdafiə xarakter daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilmiş, həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2naya istinad edilən cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi, şəxsi axtarış keçirilməsi haqqında protokol, şahid ifadələri, məhkəmə kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2nanın əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda, məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Hacıqabul rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi-7,60 qram narkotik vasitə hesab olan qurudulmuş “marixuana”, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ekspertizadan sonra qalıq çəkisi 10,316 qram “heroin” və ekspertizadan sonra qalıq çəkisi 11,219 qram psixotrop maddə olan “metamfetamin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizası tədqiqatının dəyərinə görə 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 iyul 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri Səbail rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, həmin maddə əsasında 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 11 iyul 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Hacıqabul rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi-7,60 qram narkotik vasitə hesab olan qurudulmuş “marixuana”, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ekspertizadan sonra qalıq çəkisi 10,316 qram “heroin” və ekspertizadan sonra qalıq çəkisi 11,219 qram psixotrop maddə olan “metamfetamin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizası tədqiqatının dəyərinə görə 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. X11 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs2 tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar