Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-238/2022 20.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi3 və Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərər çəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə,
1. xx xxxx 1993-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonunun Əliağalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 22 A, mənzil 26-da yaşayan, barəsində 21 dekabr 2021-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi və
2. xx xxxxxx 1991-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Niyazova kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 21 dekabr 2021-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 12 sentyabr 2021-ci ildə, saat 11-00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Horadiz qəsəbəsi istiqamətində 60 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Sabirabad rayonu ərazisindən keçən 38,9-cu kilometrliyində həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan qarşı yola çıxmış və yenidən öz yoluna qayıdan zaman qarşı yoldan ona görə onun yoluna keçmiş və 90 km\saat sürətlə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə VAZ-21065 minik markalı avtomobildə sərnişin olan X8 yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, eyni zamanda VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2, həmçinin Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmuş, o cümlədən Təqsirləndirilən şəxs2 məxsus VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 4730 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 12 sentyabr 2021-ci ildə, saat 11-00 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ- 21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Hacıqabul istiqamətində 90 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Sabirabad rayonu ərazisindən keçən 38,9-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni sürücü hərəkəti üçün təhlükə gördükdə nəqiliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, 1.1 üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və qarşı yolda hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxdığını görüb avtomobili qarşı yola, yəni həmin avtomobilin yoluna çıxarmış və Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil öz yoluna qayıdan zaman Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda həmin avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi olan X8 yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, eyni zamanda Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1, həmçinin sərnişinlər Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmuş, o cümlədən Təqsirləndirilən şəxs1 məxsus Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 6435 manat məbləğində ziyan dəymişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci ildə saat 11 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolu ilə Horadiz rayonu istiqamətində saatda 60 km/sürətlə hərəkət etdirərkən Sabirabad rayonu ərazisində qarşı yol boş olduğundan avtomobili qarşı yolla hərəkət etdirmiş, həmin vaxt qarşıdan eyni yolla hərəkətdə olan VAZ-21065 markalı avtomobilin gəldiyini görüb öz yoluna qayıdan zaman həmin avtomobildə onun yoluna çıxmış, nəticədə VAZ-21065 markalı avtomobillə toqquşmuş, hadisə zamanı özü, arvadı və qardaşı xəsarət almış, hadisədən sonra isə VAZ-21065 markalı avtomobildə olan bir nəfər sərnişinin aldığı ağır dərəcəli xəsarətlər nəticəsində öldüyünü eşitmişdir. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxslərin onun arvadı və qardaşının olmasını, zərər çəkmiş şəxslərin onunla barışmasını, onu bağışlamalarını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmiş, hadisə nəticəsində ona dəymiş maddi ziyanla bağlı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci ildə saat 11 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Hacıqabul istiqamətində saatda 90 km/sürətlə hərəkət etdirərkən Sabirabad rayonu ərazisində qarşıdan gələn Tofaş Şahin markalı avtomobil onun yoluna çıxmış, həmin avtomobilin yaxınlaşdığını görüb idarə etdiyi avtomobili qarşıdan gələn avtomobilin yoluna çıxarmış, həmin vaxt Tofaş Şahin markalı avtomobil də öz yoluna qayıdan zaman yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı özü xəsarət almış, avtomobilində sərnişin olan dostu Elşən Ağayev aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdüp. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və ilk dəfə ehtiyatsızlıq nəticəsində cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmiş, hadisə nəticəsində ona dəymiş maddi ziyanla bağlı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci ildə saat 11 radələrində qardaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi Hacıqabul-Horadiz yolu ilə Horadiz istiqamətində gedərkən Əli avtomobili saatda 60 km/sürətlə hərəkət etdirərkən Sabirabad rayonu ərazisində avtomobilin yarı hissəsini qarşı yola çıxararaq hərəkətini davam etdirmiş, həmin vaxt qarşıdan həmin yolla hərəkətdə olan VAZ-21065 markalı avtomobilin gəldiyini görüb Əli avtomobilini öz yoluna çıxaran zaman həmin avtomobildə onların yoluna çıxmış, onların yolunda VAZ-21065 markalı avtomobillə Əlinin idarə etdiyi avtomobil toqquşmuş, hadisə nəticəsində özü, qardaşı Əli və onun arvadı xəsarət almış, sonradan isə VAZ-21065 markalı avtomobildə olan bir nəfər sərnişinin hadisə yerində öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs1 onun qardaşı olmasını, onunla barışmasını, onu bağışlamasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də olmayacağını, eləcə də digər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə digər zərər çəkmiş şəxsqaynı Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əri olmasını, onunla barışmasını, onu bağışlamasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də olmayacağını, eləcə də digər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 11 sentyabr 2021-ci ildə qardaşı Elşən tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21065 markalı avtomobillə Füzuli rayonuna getmiş, 12 sentyabr 2021-ci ildə saat 12 radələrində qardaşı Elşən həmkəndlisi Rövşənin idarə etdiyi avtomobillə geri qayıdarkən Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində Rövşənin idarə etdiyi avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və qardaşı Elşən aldığı ağır dərəcəli xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmədən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisinin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 29 saylı rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı sağ gicgah sümüyünün açıq qəlpəli basılmış sınığı, sınıq proyeksiyasında, baş beynin sərt və yumuşaq qişasının cırılması, qansızması, baş-beynin əzilməsi, qansızması, sağ və sol gicgah, ənsə nahiyələrində yumuşaq toxumada qansızma, sağ qamış və incik sümüklərinin qapalı yerdəyişən sınığı, sınıq proyeksiyasında yumuşaq toxumalarda qansızma, sağ və sol gicgah, ənsə nahiyələrində, alt çənədə əzilmiş-cırılmış yaralar, alın nahiyəsində, sağ əlin üst səthində,, 2-3-cü əldarağı sümüyü proyeksiyasında, sağ diz oynağının ön səthində, sağ iç topuq proyeksiyasında sıyrıqlarlar müəyyən edilmişdir. Həmin xəsarətlər həyatidir, küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 12 sentyabr 2021-ci ildə baş vermiş avtoqəza nəticəsində yarana bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Elşən Ağayev ölümündən əvvəl spirtli içki və ya güclü təsiredici maddələr qəbul etməmişdir. X5 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin toxumasının əzilməsi olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 660 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tibbi müayinəsi zamanı sağ qaşın üstündə, sağ dirsək oyanğının bayır səthində sağalmış yaraların izləri-çapıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri 12 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Avtoqəza nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 674 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı sağ qaşüstü nahiyyədə, çənəaltı proyeksiyada, sol bazunun orta 1\3-də, sağ saidin iç səthində sağalmış yaraların izləri-çapıqlarla aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri xx.xx.2021-ci ilə uyğun gəlir. Avtoqəza nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 675 saylı, rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı üst dodaqda sağalmış yaranın iz-çapığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri 12 sentyabr 2021-ci ilə uyğun gəlir. Avtoqəza nəticəsində yarana bilərdi.Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 676 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı sol qaşın üstündə sağalmış səthi yaranın iz-çapığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri 12 sentyabr 2021-ci ilə uyğun gəlir. Avtoqəza nəticəsində yarana bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsi zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri eksprertizasının 26 noyabr 2021-ci il tarixli, 8\2731 nömrəli rəyindən görünür ki, VAZ-21065 markalı ** BN *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tofaş Şahin markalı ** TU *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Sabirabad RMX-nın 12 sentyabr 2021-ci il tarixli, 143 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 ayıq olmuş, sərxoşluq vəziyyəti olmamışdır. İş materiallarında olan Sabirabad RMX-nın 12 sentyabr 2021-ci il tarixli, 144 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs1 olmuş, sərxoşluq vəziyyəti olmamışdır. İş materiallarında olan BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 16 oktyabr 2021-ci il tarixli, 016-122889-1221 saylı məktubdan görünür ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2014-cü ildə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AE seryalı, 609025 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. İş materiallarında olan Şirvan şəhər Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli aktdan görünür ki, 12 sentyabr 2021-ci ildə baş vermiş YNH-i nəticəsində VAZ-21065 markalı, ** BN *** qeydiyat nişanlı avtomobilə 4730 manat ziyan dəymişdir. İş materiallarında olan Şirvan şəhər Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli aktdan görünür ki, 12 sentyabr 2021-ci ildə baş vermiş YNH-i nəticəsində Tofaş Şahin markalı, ** TU *** qeydiyat nişanlı avtomobilə 6435 manat ziyan dəymişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri etirafedici, zərər çəkmiş şəxslərin və zərər çəkmiş şəxsin hüquqi varisinin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, Təqsirləndirilən şəxs2 isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozması nəticəsində yuxarıda göstərilən nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263-1.3-cü, Təqsirləndirilən şəxs2 isə əməli düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onlar qanunauyğun qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və onlar təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 21 dekabr 2021-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra və Probasiya şöbəsinin 30 dekabr 2021-ci il tarixli,254/2021 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmü icra olunması üçün şöbəyə daxil olmamışdır, yəni hökm hazırkı vaxta kimi icraya yönəldilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3 və 13-cü bəndlərinə əsasən Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarın 2.3 və 13-cü bəndlərinə əsasən bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzadan edilməlidirlər. Həmin Qərarın 13-cü bəndinə əsasən bu Qərarın 2.3-cü bəndi amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli hərbi məhkəməsinin 22 iyun 2011-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-in 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla bir il müddətə şərti cəzaya məhkum edilmiş, 14 iyul 2012-ci ildə cəzasını çəkib qurtarmışdır. Hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonunun Baharlı kəndi, 467 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 22, mənzil 26-da valideynləri və arvadı ilə birlikdə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Niyazova kəndində qeydiyyatda olmaqla valideynləri ilə birlikdə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxslərlə yaxın qohum olmalarını, eyni zamanda, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, məcburi köçkün olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və valideynlərinin olmasını, həmçinin yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, eyni zamanda, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslərə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmələrini, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə onlara təyin olunacaq əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələrini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat - hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3 və 13-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs1 Hacıqabul Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 1(071)81/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs1 məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün bu hissədə icrası onun faktiki yaşadığı yer üzrə – Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün bu hissədə icrası onun qeydiyyatda olduğu və faktiki yaşadığı yer üzrə – Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. “Tofaş Şahin“ minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1, “VAZ-21065“minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin isə təqsirləndilirən şəxs Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat - hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.