Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-238/2023 12.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X7 oğlunun sədrliyi ilə, hakimlər – X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 5,797 qram çəkidə narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq Şahid1 idarə etdiyi «Hundai Elantra» markalı ** EA *** dövlət qeydtyyat nişanlı avtomobilində saxlamış, 17 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları və AR DİN-nin BDYPİ-nin 7-ci tağımının YPXA-nın əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hacıqabul rayonu Nəvahı kəndində yerləşən 720 saylı postda saxlanılaraq polis şöbəsinə gətirilmiş, Şahid1 idarə etdiyi «Hundai Elantra» markalı ** EA *** dövlət qeydtyyat nişanlı avtomobildə baxış və götürülmə keçirilən zaman əldə etdiyi narkotik vasitələr oradan aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 16 oktyabr 2022-ci il tarixdə gecə saat 11-12 radələrində Şahid1 idarə etdiyi avtomobillə hərəkətdə olarkən Hacıqabul rayonu Nəvahı kənd ərazisində yerləşən DYP-nin postunda polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsinə aparıldıqdan sonra onda 80 qram marixuana olduğunu bildirmiş, videoçəkilişlə maşında axtarış aparılan zaman isə oraya heroini polis əməkdaşları qoymuş, onda heroin olmamışdır. O polis əməkdaşları tərəfindən saxlanılan zaman Sabirabaddan Bakıya getmiş, Həsrətəlini tanımış, onunla Xırdalandan Sabirabada getmiş, öz istifadəsi üçün marixuana alıb geri qayıtmış, Həsrətəlinin onun marixuana götürüb maşına qoymağımdan xəbəri olmamış, marixuananı oturacağın arxasına qoymuş, çəkiliş zamanı bağlamada heroini görmüş, Sabirabada marixuana götürməyə getmiş, tanımadığı İran vətəndaşı ilə internetdə, «İnstoqram» sosial şəbəkəsində tanış olmuş, İran vətəndaşı “yerin müəyyən olunması” proqramı ilə narkotikin olduğu yeri telefonla ona göndərmiş, o da həmin yerə getmiş, İran İslam Respublikası vətəndaşının ona verdiyi xatırlamadığı kart hesabına “Milli On” aparatı vasitəsi ilə 600 (altı yüz) manat pul göndərmiş, maşına baxış keçiriləndə heroin aşkar olunmamış, videoçəkiliş zamanı heroin politelin torbanın içərsinə qoyulmuş, o videoçəkiliş aparılan zaman heroini politelin torbanın içərsində görmüş, həmin vaxt heroindən məlumatı olmadığını bildirmiş, həmin narkotik vasitənin onun olmadığını demiş, marixuananı öz istifadəsi üçün əldə etmiş, satış niyyəti olmamış, istintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olmağı ilə bağlı hər hansı bir sübut əldə olunmamış, o yalnız 80 qram marixuana əldə etmək məqsədilə Sabirabada getmiş, bu məqsədlə İran vətəndaşına 600 manat göndərmiş, Həsrətəliyə isə yol haqqı kimi 60 manat pul vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalnız 80 qram marixuana əldə etmək məqsədilə Sabirabada getməsi, aşkar olunmuş heroinin onun olmaması, videoçəkilişlə maşında axtarış aparılan zaman heroini polis əməkdaşlarının oraya qoyması, onun Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobildə 17 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində deyil, xx.xx.2022-ci il tarixdə gecə saat 11-12 radələrində saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissədə ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən onun ifşa olunması üçün təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmiş və əməliyyat müşahidə qrupu yaradılmışdır. Həmin gün səhər Hacıqabul rayonu Nəvahı kənd ərazisində olan DYP-nin stasionar postunda Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil əl işarəsi edilməklə saxlanılaraq RPŞ-nə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl o, üzərində qanunsuz əşya və ya predmet olmadığını, lakin Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobilin arxa sağ oturacağının üzərində politelin torbanın içərsində onun özünə məxsus narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra sürücünün razılığı əsasında avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa oturacağının üzərinə qoyulmuş qırmızı rəngli selofan torbanın içərsindən 3 ədəd politelin bükümlərdə qurudulmuş marixuana və bir ədəd kiçik selofan kəsiyində heroin aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkar edilərək götürülmüş marixuana ilə heroinə oxşar maddələr poçt zərfinə qoyulub qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobildə 17 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində saxlanılmış, 16 oktyabr tarixdə saxlanılmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü avtomobilin arxa oturacağının üzərinə qoyulmuş qırmızı rəngli selofan torbanı təqdim etmiş, onun içərisindən 3 ədəd politelin bükümlərdə qurudulmuş marixuana və bir ədəd kiçik selofan kəsiyində heroin aşkar edilərək götürülmüş, həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş heroinə oxşar maddənin ona məxsus olmadığını, marixuananın isə ona məxsus olduğunu bildirmişdir. Ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən onun ifşa olunması üçün əməliyyat müşahidə qrupu yaradılmış və DYP əməkdaşları da əməliyyata cəlb edilmişdir. Həmin gün səhər Hacıqabul rayonu Nəvahı kənd ərazisində olan DYP postunda Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobil saxlanılaraq sürücü və sərnişin RPŞ-nə dəvət edilmiş və onlar polis şöbəsinə gətirilmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl o, üzərində qanunsuz əşya və ya predmet olmadığını, lakin Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobilin arxa sağ oturacağının üzərində qırmızı rəngli politelin torbanın içərsində onun özünə məxsus narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra sürücünün razılığı əsasında avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa oturacağının üzərinə qoyulmuş selofan torbanın içərsindən 3 ədəd politelin bükümlərdə qurudulmuş marixuana və bir ədəd kiçik selofan kəsiyində heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş heroinə oxşar maddənin ona məxsus olmadığını, marixuananın isə ona məxsus olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən zor və ya təzyiq göstərilməmiş, baxış zamanı o, müdafiəçi ilə təmin edilmişdir. Avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələr poçt zərfinə qoyulub qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-nin, BDYP-nin YPXA-nın 7-ci tağımının baş inispektoru, polis baş leytenantı Şahid4 oğlu ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuş, odur ki, onun ifşa olunması məqsədilə əməliyyat müşahidə qrupu yaradılmış və DYP əməkdaşı kimi o da əməliyyata cəlb edilmişdir. Həmin gün səhər Hacıqabul rayonu Nəvahı kənd ərazisində olan DYP postunda Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobil saxlanılaraq sürücü və sərnişin RPŞ-nə dəvət edilmiş və onlar polis şöbəsinə gətirilmişlər. X4 Məhərrəmovun üzərində şəxsi axtarış keçirməmişdən əvvəl o, üzərində qanunsuz əşya və ya predmet olmadığını, lakin Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobilin arxa oturacağının üzərində olan politelin torbanın içərsində onun özünə məxsus narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra sürücünün razılığı əsasında avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa oturacağının üzərinə qoyulmuş qırmızı rəngli selofan torbanın içərsindən qurudulmuş marixuana və heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o özünə məxsus “Hyundai Elantra” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs onun sərnişini olduğu üçün tanımışdır. 16 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Qadir ona Sabirabad rayonunda işi olduğunu deyərək, onu ora aparıb geri gətirə biləcəyini soruşmuş, o sonuncudan yol haqqı kimi 60 manat pul istəmişdir. Qadir razı olmuş və gecə vaxtlarında Sabirabad rayonuna yola düşmüşlər. 17 oktyabr 2022-ci il tarixdə gecə vaxtı Sabirabad rayonunda yol kənarında olan kənddə, marketin qarşısında Qadir ondan avtombili saxlamağı xahiş edib marketə getmiş, bir qədər sonra əlində bir ədəd qırmızı rəngli torba ilə gəlib avtomobilə əyləşmiş, qırmızı rəngli sellofan torbanı avtomobilin arxa oturacağına qoyaraq geri qayıtmalarını bildirmişdir. Gecə vaxtı yorğun olduğu üçün yolda istirahət etmişlər. Səhər vaxtı Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Nəvahı kənd ərazisində yerləşən DYP-nin postunda polis əməkdaşları ona əl işarəsi edib idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. O avtomobili yolun kənarında saxlayandan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaqda şübhəli olduğu üçün polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində onun razılığı əsasında avtomobilə baxış keçirilmiş, baxış zamanı Qadir avtomobilin arxa oturacağının üzərinə qoyulmuş qırmızı rəngli selofan torbanı göstərib ona aid olduğunu bildirmişdir. Baxış zamanı Qadir özü qırmızı rəngli selofan torbanı polis əməkdaşlarına təqdim etmiş, bağlama arxa “kapot”un üzərinə qoyulmuş və baxış keçirilmişdir. Selofan torbanın içərisində 3 ədəd bağlama olmuş. Baxış keçirilərkən Qadir bir balaca bağlamanın onun olmadığını bildirmişdir. Onlar 16 oktyabr 2022-ci il tarixdə deyil, 17 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində postda saxlanılmış, o Xırdalanla 20 yanvar dairəsi arasında taksi fəaliyyəti ilə məşğul olub sərnişin daşımış, Qadir də onu orada görüb Sabirabada getməyi təklif etmişdir. Onlar Sabirabadda marketin qabağında dayandıqdan sonra Qadir maşından düşüb 10-15 dəqiqə sonra qayıtmış, o sürücü olduğuna görə Qadirə həmin vaxt heç bir sual verməmiş, Qadir marketdən çıxıb əlində qırmızı sellofan torba ilə qayıtmış, torbada onun şəxsi əşyası ola biləcəyini fikirləşib torbada nə olması ilə bağlı ona heç bir sual verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı T.Namazov tərəfindən tərtib edilmiş baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Şahid1 idarə etdiyi «Hundai Elantra» markalı ** EA *** dövlət qeydtyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa oturacağının üzərində qırmızı rəngli içərsində 3 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd sellofan bükümündə isə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Baxış və götürmə aparılması ilə əlaqədar narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli 18/11xx-xx/11208 №-li ekspert rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda «Təqsirləndirilən şəxs məxsus» sözləri yazılmış və imzalar olan politelin torbadakı 1 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi-5,797 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd politelin torba bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-80,0 qram, 95,0 qram və 75,0 qram, ümumi təmiz çəkisi-250.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. . Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin xx.xx.2022-ci il tarixli 7625 №-li ambulator məcburinarkolorji tibbi yoxlama rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyiacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 802 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası və anasından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə, saat 10:00-da tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yalnız 80 qram marixuana əldə etmək məqsədilə Sabirabada getməsi, aşkar olunmuş heroinin onun olmaması, videoçəkilişlə maşında axtarış aparılan zaman heroinin polis əməkdaşları tərəfindən oraya qoyulması, onun Şahid1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobildə 17 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində deyil, xx.xx.2022-ci il tarixdə gecə saat 11-12 radələrində saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində onların 16 oktyabr 2022-ci il tarixdə deyil, 17 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində postda saxlanıldıqlarını göstərmiş, digər şahidlər də bu faktı təsdiq etmişlər. Bundan əlavə təqsirləndirilən şəxs ifadəsində baxış zamanı bağlamada aşkar olunmuş heroinin polis əməkdaşları tərəfindən ora qoyulmasını yalnız ehtimalı əsasında bildirmiş, özünün yalnız 80 qram qurudulmuş marixuana əldə etdiyini bildirsə də aşkar olunmuş qurudulmuş marixunanın çəkisinin 250 qram olmasının səbəbi barədə heç bir fikir bildirməmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə qarşı saxlanılan zaman, şəxsi axtarış və baxış keçirilərkən hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunması faktı müəyyən olunmamış, o, şəxsi axtarış və baxış zamanı müdafiəçi ilə təmin olunmuş və baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Bundan əlavə cinayət işinin istintaqı müddətində təqsirləndirilən şəxsin ona qarşı hər hansı bir qeyri qanuni hərəkətin olması barədə heç bir bir şikayəti olmamışdır. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz istifadəsi üçün narkotik vasitə əldə etməsi, satış niyyəti olmamasını göstərərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Qurudulmuş marixananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının (qramla) isə aşağı həddi 500 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 5,797 qram çəkidə narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tutulandan 1 (bir) gün sonra ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 5,797 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlamış, sonradan isə həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 7625 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyinin aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 5,797 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 3,797 qram çox olması, marixuananın isə ümumi təmiz çəkisinin 250 qram olmaqla külli miqdar təşkil etməməsi, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədinin olmadığını, öz istifadəsi üçün narkotik vasitə əldə etməsini göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroin və qurudulmuş marixuananın hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini və marixuananı əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs verdiyi ifadəsində narkotik vasitə satışı niyyətinin olmaması, öz istifadəsi üçün narkotik vasitə əldə etməsi barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Hacıqabul RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan xx.xx.2022-ci il tarixli baxış keçirmə və götürmə protokolu ilə avtomobildən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,747 qram narkotik vasitə olan heroinin və 249,94 qram çəkidə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Hacıqabul RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan xx.xx.2022-ci il tarixli baxış keçirmə və götürmə protokolu ilə avtomobildən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,747 qram narkotik vasitə olan heroin və 249,94 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-238/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-238/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver