Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-238/2024 17.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 2003-cü ildə Lənkəran rayonunun Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonun Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndi ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fermanın otlaq sahəsini pul müqabilində kol-kosdan təmizləmə işlərini görməsi ilə əlaqədar sonuncu ilə tanışlıq münasibətləri yarandığına görə 17 aprel 2022-ci il tarixdə, saat 13 radələrində əvvəlcədən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə razılaşdıqları kimi Valeh Məmməzadəyə məxsus həmin fermaya gedib, orada söhbətləşib, aralarında heç bir narazılıq və münaqişə olmadan mehriban şəkildə ayrıldıqdan sonra Zərərçəkmiş şəxs1 həmin gün saat 14 radələrindən etibarən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona fermadan oğurluq etməsi, pulunu götürməsi, buna görə onu danlaması və oğurladığı pulu geri ala biləcəyi məzmununda səsli mesajlar göndərib, onu oğurluqda ittiham etməsini və aralarında olmuş telefon danışığı zamanı günün sonunadək oğurladığı pulu qaytarmadığı təqdirdə, vəfat etmiş anasının ünvanına nalayiq ifadələr işlətməsini özünə təhqir kimi qəbul edib, Zərərçəkmiş şəxs1 dediyi həmin sözlərə görə cəzalandırmaq üçün ondan qisas almaq məqsədi ilə həmin tarixdə saat 23 radələrində piyada Zərərçəkmiş şəxs1 məxsus olub, Lənkəran rayonun Separadi kəndinin ərazisində yerləşən fermaya gedərək, fermanın həyətində yerləşən yaşayış evinə yaxınlaşmış, Zərərçəkmiş şəxs1 anasının da evdə olduğunu görüb, həyətdə olan sanitar qovşaqda gizlənərək, sonuncunun anasının evdən getməsini gözləmiş, saat 23:30 radələrində sanitar qovşağa kiminsə gəldiyini hiss edib, gizlənmək üçün divara sığınmış, qapını açan şəxsin Zərərçəkmiş şəxs1 olduğunu güman edib sonuncunun, qaranlıq hava şəraitində sanitar qovşağa daxil olmaq istəyən anası Zərərçəkmiş şəxs2 qəsdən sifət nahiyəsinə həmin vaxt üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı ülgüclə bir dəfə zərbə vurub, Zərərçəkmiş şəxs2 sanitar qovşaqdan çıxmaq istədikdə səs-küy salmasının qarşısını almaq üçün əlləri ilə sifət nahiyəsindən qəsdən tutub sıxaraq və sonuncu əlləri ilə onu itələdiyinə görə əlindəki ülgüc yerə düşdükdən sonra cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, məişət təyinatlı qatlanan səyahət bıçağı ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid-döş qəfəsi və vaxt keçdikdə öz gedişi boyu və qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən olduğu üçün silinən hesab edilən sol yanaq (ord) nahiyələrində kəsilmiş yaralar, burun, sol üst göz qapağı nahiyələrində sıyrıqlar və sağ alt çənə, hər iki əl nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bu vaxt qışqırıq səslərinə evdən həyətə çıxmış Zərərçəkmiş şəxs1 həyətdə Təqsirləndirilən şəxs üzərinə hücum edib, əlindəki bıçağı almaq istəyərkən sonuncu özü və ölmüş anası barədə dediyi sözlərə görə Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə yaxını olan anası Zərərçəkmiş şəxs2 gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla əlində tutduğu eyni bıçaqla Zərərçəkmiş şəxs1 qarın boşluğuna qəsdən bir dəfə zərbə endirib, əlbəyaxa olarkən isə əlindəki bıçaqla sol bazu, sol əl və baş nahiyələrinə hərəsinə bir dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edib, mədəni zədələyən, daxili və xarici qanaxma ilə müşaiyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol bazu, sol əl və başın təpə nahiyəsində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3 və 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, atası Fuad Kəlbiyev anası Lətafəti 2012-ci il tarixdə bıçaqlayıb öldürdüyü üçün tutulub məhkum olunduğundan Lənkəran rayonun Tükəvilə kəndində əmisi Şahid2 məxsus evdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər yaşadığı kənddə bərbər işləmiş, həmçinin fəhləliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxslər Valeh Məmmədovu və onun anası Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və aralarında heç bir münasibəti olmamışdır. 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı kənddə qonşu Separadi kənd sakini Valeh adlı şəxsin fermasında fəhləlik iş olduğunu eşidib gedib Valehlə danışmış və ona otlaq sahəsində olan tikanlı kolları təmizləmək işi tapşırılmış, o da üç günə həmin ərazidə olan kolları təmizləmiş və Valeh ona cəmi 50 manat pul vermişdir. Həmin vaxtdan sonra o, bir neçə dəfə Valehlə telefonla danışmış və münasibətləri normal olmuşdur. 17 aprel 2022-ci il tarixdə, günorta saatlarında Valehə vatsapla zəng edib çay içmək üçün yanına fermaya gəlmək istədiyini demiş, Valeh də fermada olduğunu, gəlməsini bildirmişdir. Həmin gün o, fermaya gedib Valehlə söhbət edib çay içib evinə qayıtmışdır. Həmin vaxt onunla Valehin arasında heç bir mübahisə və ya söz-söhbət olmamışdır. Evə qayıtdıqdan bir neçə saat sonra Valeh onun telefonuna vatsapla səs göndərərək yaşadığı evdən 45 manat pulunun oğurlandığını və oğurluğu onun etdiyini bildirib pulu geri qaytarmağını, qaytarmasa polisə şikayət edəcəyini bildirmişdir. O, Valehə zəng edib oğurluq etmədiyini bildirsə də, Valeh ona oğurluğu onun etdiyini bildirib kənddə onu rüsvay edəcəyini demişdir. O, kənddə əvvəllər Valehin bir neçə nəfəri yalandan şərlədiyini eşitdiyindən, onu da yalandan şantaj etməsindən qorxduğu üçün Valehə “evdə əmimgil bilməsin, mən sənə 45 manatın əvəzində 50, 60 manat verərəm, lakin evdə bilməsinlər” demiş, Valeh də razılaşıb onunla sağollaşmışdır. Bundan sonra Valeh bir neçə dəfə zəng edib ondan pulu istəmiş, o da Valehə ondan heç bir pul oğurlamadığını, lakin dediyi pulu verəcəyini bildirsə də, Valeh ondan əl çəkməmişdir. Sonuncu dəfə Valeh ona zəng edib fermasından əvvəllər də oğurluq edildiyini bildirib ondan daha çox, yəni 100 manat pul verməli olduğunu bildirmiş, o da pulu olmadığını, həm də nəyə görə ona 100 manat pul verməli olduğunu demiş, Valeh isə təkid edib 100 manat pul verməli olduğunu demişdir. Valehin bu sözündən sonra o, “yaxşı mənim indi pulum yoxdur, mənə vaxt ver, düzəldim sənə 100 manat pul verərəm, amma əmim bilməsin” demiş, Valeh isə onu oğru adlandırıb ölmüş anasının barəsində xoşagəlməz ifadələr işlətmişdir. Bundan sonra o, Valehə “yaxşı, eybi yoxdu, görüşərik və dediyin sözləri sənə başa salaram” demişdir. 17 aprel 2022-ci il tarixdə, gecə saat 23 radələrində o, Valehin yanına gedib dediyi sözlərə görə onu (Valehi) döyərək cəzalandırmaq qərarına gəlib Valehin fermasına getmişdir. Gedərkən bərbər kimi istifadə etdiyi ülgüc və qatlanan bıçaq cibində olmuşdur. Elə həmin gün axşam saatlarında o, qonşusu Hacının (Şahid6) saçını qırxdığından ülgüc də cibində qalmış, həmçinin həmişə cibində gəzdirdiyi bıçaq da həmin gün üzərində olmuşdur. Bıçaq götürüb fermaya getməkdə məqsədi Valehlə dalaşarkən ona gücü çatmasa özünü müdafiə etmək üçün bıçaqla Valehi vurmaq olmuşdur. Valeh fermanın ərazisində olan evdə yaşadığından o, birbaşa həmin evə getmiş, evin işıqlarının yandığını və evdə Valehdən başqa anasının da olduğunu bilib düşünmüşdür ki, Valehi çölə çağırıb anasının yanında onu vura bilməyəcək, ona görə də evin yanında olan ayaqyoluna girib Valehin anası Cavahirin getməsini gözləmiş, həm də Valeh həyətə düşən vaxt onu vurmağı fikirləşmişdir. O, bir az vaxt ayaqyolunda gözləmiş, həmin vaxt evdən kiminsə çıxıb ayaqyoluna tərəf gəlməsini, ayaq səslərini eşidib fikri Valehi vurub xəsarət yetirmək olduğundan cibindən ülgücü çıxarmışdır ki, Valeh ayaqyoluna girən kimi Valehin sifətinə ülgüclə xəsarət yetirsin. Həmin vaxt onun Valehi öldürmək niyyəti olmamış, əgər öldürmək niyyəti olsaydı elə əvvəldən onu bıçaqla vurardı. Həmin vaxt ayaqyolunun işığı sönmüş olsa da, ayaqyolunun qarşısındakı işıq yanmışdır. O, ayaqyoluna tərəf gələn şəxsin ayaq səslərini eşidəndən sonra ayaqyolunun içərisində divara söykənib əlində ülgüclə hazır dayanmışdır ki, Valeh daxil olan kimi onu vursun. Gələn şəxs ayaqyolunun işığını çöl tərəfdən yandırıb qapını açıb içəri daxil olmuş, həmin anda o, sağ tərəfdə divarın yanında dayandığı üçün qapını açan şəxsin kim olmasını görməmiş, sonra Valehin anası içəri girib onu görən kimi qışqırmağa başlamış, o da əlindəki ülgüclə yüngülcə onun sifət nahiyəsindən bir dəfə vurmuşdur ki, qışqırmasın. Sonra o, Cavahiri ülgüclə vurmamış, lakin onun daha bərkdən qışqırmağına görə əli ilə Cavahirin ağız nahiyəsindən tutarkən Cavahir onu itələmiş və əli qapının küncünə dəyib əlindəki ülgüc yerə düşmüşdür. Anasının səsinə Valehin evdən çıxıb onlara tərəf gəlməsini görüb cibindəki bıçağı çıxarıb ayaqyolunun qarşısında Cavahirin kürək nahiyəsindən bir dəfə bıçaqla vurub kənara itələmiş, Valeh isə yaxınlaşıb ona polisə şikayət etməyəcəyini və anası barədə dediyi sözlərə görə onu bağışlamağını deyib ona tərəf təpik atmış və təpik onun sol qoluna dəymişdir. O, Valehin onu vuracağını görüb əlindəki bıçaqla Valehin qarınına vurmuş, ikinci dəfə vurmaq istəyərkən Valeh geri çəkilmiş və bıçaq Valehin qoluna dəymiş və Valeh bıçağın tiyə hissəsindən tutub bıçağı ondan almaq istəyərkən əlbəyaxa olmuşlar. Həmin vaxt Cavahir yaba ilə arxa tərəfdən başına vurmuş və o, özünü itirmiş, Cavahir ikinci dəfə yaba ilə onun əlindən vurub bıçağı yerə salmışdır. Sonra o, huşunu itirib yerə yıxılmış, özünə gələndə yerdə yarıuzanmış vəziyyətdə olmaqla Valehin onu arxadan qucaqlayıb saxaladığını görüb onu buraxmasını demiş, Valeh isə onu buraxmamışdır. Az sonra oraya gəlmiş şəxslər onu təcili tibbi yardım avtomobilinə qoyub Lənkəran rayon xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra xəstəxanaya gəlmiş polis əməkdaşları onu sorğu-sual etmiş, o da baş verənləri danışıb etdiyi əməli etiraf etmişdir. Bu hadisə 17 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində Lənkəran rayonun Separadi kəndində Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətində baş vermişdir. Onun bu hadisəni törətməsinə səbəb Valehin fermasından oğurluq etməyini bildirib onu yalandan günahlandırması və ondan pul tələb etməsi, daha sonra ölmüş anasının ünvanına nalayiq ifadələr işlədib onu oğru adlandırması və onu polisə verib tutduracağı ilə bağlı dediyi sözlər olmuşdur. Valehin ona dediyi bu sözlər onun evinə gedib onu vurmağa vadar etmişdir. O, Valehi və onun anası Cavahiri öldürmək niyyəti ilə oraya getməmiş, Valehə “səni öldürməyə gəlmişəm, səni öldürüb bağırsaqlarını yerə tökəcəm” deməmiş, balta ilə də onlara xəsarət yetirmək istəməsi halı olmamış, həmin yerdə balta görməmiş, kimisə köməyə çağırması ilə bağlı Cavahirə qarşı heç bir hərəkət etməmiş, onu vurmamış, Valeh onu tutub saxladıqdan sonra Valehi təkrarən bıçaqla vurmamışdır. O, Valehi cəzalandırmaq, yəni onu bıçaqla vurub cəzalandırmaq niyyəti ilə bıçaq götürüb fermaya getmiş və orada onu bıçaqla vurub xəsarətlər yetirmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermiş və həmin ifadələrini məhkəmə istintaqı zamanı təsdiq etmişdir. Həmçinin işdə olan “Təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” 20 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılarkən Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani göstərməklə hadisənin baş vermə mexanizmini ardıcıl olaraq bildirib ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonun Separadi kəndində yaşayır və yaşadığı kəndlə qonşu Tükəvilə kəndin həmsərhəd ərazisində özünə məxsus ferması vardır və həmin fermanın həyətində olan birmərtəbəli evdə qalmaqla fermaya nəzarət etmişdir. Tükəvilə kənd sakini (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bu hadisədən bir müddət əvvəl fermanın ərazisində olan tikanlı kolları təmizləmək üçün fəhlə lazım olduğundan o, Firqətin dayısı Hüseynə zəng edib fəhlə lazım olduğunu demiş, Hüseyn də “bacım oğlu Firqətə deyərəm gəlib fermada tikanlı kolları təmizləyər” demiş, o da razılaşmşdır. Həmin ərəfədə Firqət bir gün əmisi Tahirlə işləmiş və işi bitdikdən sonra Firqətə 15 manat pul verib yola salmış, ikinci gün Firqət Tükəvilə kənd sakini Adil adlı şəxslə birlikdə fermada mala-hörgü işini işləmişlər və bu işlə bağlı da Adilin yanında Firqətə 20 manat pul vermişdir. Həmin hadisədən ay yarım keçdikdən sonra, yəni 17 aprel 2022-ci il tarixdə Firqət onun istifadəsində olan 050/797-17-15 saylı mobil nömrəyə vatsapla yazaraq çay içmək üçün onun yanına fermaya gəlmək istədiyini bildirmiş, o da “evdə çay yoxdu ki, çay içmək üçün bizə gəlirsən” deyə səs atmış, sonra isə Firqətə çay içmək istəyirsə gələ biləcəyini demişdir. Həmin gün günorta saatlarında tək olmuş və Firqət fermaya gəlmiş, onunla qısa müddət söhbət edib çay içdikdən sonra Firqət çıxıb getmişdir. Firqət fermada olarkən o, onun yanından qısa müddətə ayrılmış və həmin müddətdə Firqətin evə girib-çıxmasını görmüşdür. Firqət getdikdən sonra otaqdakı yasdığın yerinin dəyişdiyin görüb otaqda olan döşəkcəsinin altına qoyduğu, özünə məxsus pulları saymış, 100 manat pulun əksik olmasını görüb həmin yerdən pulun Firqətin götürməsindən şübhələnmişdir. Sonra o, Firqətə vatsapla zəng edib fermada olan evindən 100 manat pulu onun götürdüyünü bildirib həmin pulu ondan alacağını demişdir. Firqət isə başqa bir mobil telefon nömrəsi ilə ona zəng vurub pulunu oğurlamadığını demiş, bir neçə saniyədən sonra təkrar zəng edib “evlərində etdiyi əməli bilsələr onu öldürəcəklərini” bildirib bu işlə bağlı onunla gizli danışdığını demişdir. O, Firqətə pulunu onun oğurladığını bildiyini bildirdikdən sonra Firqət ona bir nəfərin onu sıxdığını, pula ehtiyacı olduğunu, bu səbəbdən fermanın həyətinə gələrkən otağından döşəkcənin altından 100 manat pul götürdüyünü, bir neçə günə həmin pulu qaytaracağını, götürdüyü pulu onu sıxan şəxsə verdiyini demişdir. Firqət borclu olduğu şəxsin adını ona deməmişdir. Daha sonra Firqət “sabah saat 11-ə kimi mənə vaxt ver, mən pulu gətirib verərəm” demiş, o da Firqətə pulu haradan tapacağını soruşmuş, Firqət də pulu faizə götürəcəyini, pulu haradan tapacağının şəxsi işi olduğunu bildirib pul tapa bilməyəcəyi təqdirdə mobil telefonunu ona verib əlavə 55 manat da verməyini demiş, o isə Firqətlə razılaşmayıb telefonunu istəməmişdir. Firqət həbsdə olan atasının yanına gedərkən pula ehtiyacı olduğundan kimdənsə borc almışdır. Həmin gün axşam saatlarında anası Cavahir də fermaya gəlmiş və fermada olan gündəlik işləri yekunlaşdırdıqdan sonra saat 22:30 radələrində evə girib axşam yeməyini yemək üçün yeməyin altını qızdırmış, həmin vaxt anası Cavahir həyətdə olmuşdur. Təxminən saat 22:45-də həyətdən anasının qışqırıq səsini eşitdib evdən çölə çıxmış, evin yanında olan ayaqyolunun qarşısında anasının ağzını Firqətin əli ilə tutub baş nahiyəsinə dəfələrlə yumruq vurduğunu, həm də anasının sifət nahiyəsindən qan axdığını görmüşdür. O, nə baş verdiyini başa düşməmiş, Firqətə tərəf getmiş, Firqət də onun gəldiyini görüb anasını buraxıb cibində olan bıçağı çıxarıb onun üzərinə gəlib “səni öldürməyə gəlmişəm, bağırsaqlarını yerə tökəcəyəm” deyib üzərinə cummuş, o da onun biləyindən iki əli ilə tutub silkələmişdir ki, Firqətin əlindəki bıçağı yerə salsın. Həmin vaxt Firqət sol əli ilə onun çiynindən tutub sağ əli ilə bıçağı onun qarın nahiyəsindən bir dəfə vurmuş, o isə özünü itirməyib Firqətin belindən tutub üzüüstə tualetin yaxınlığında yerə yıxıb bıçağı almaq üçün onu silkələmiş, lakin Firqət əlindən çıxıb onun sol çiyin nahiyəsindən bıçaqla bir dəfə də vurmuşdur. Həmin vaxt anası evə tərəf qaçıb telefonla kömək çağırmaq istəyərkən Firqət qaçaraq əlində olan bıçaqla anasının kürək nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Firqət ona tərəf bir neçə bıçaq zərbəsi atmış, lakin Firqətin atdığı zərbələr ona dəyməmişdir. Bundan sonra o, əli ilə Firqətin qarın nahiyəsindən tutmuş və Firqət onu buraxmağı üçün sol əlinin iç nahiyəsindən bıçaqla vurub əli kəsilmiş, o Firqəti buraxmadığı üçün Firqət təkrar onun sağ əlinə bıçaq zərbəsi vurub əlini kəsmişdir. Sonra o, anasına gəl bıçağı Firqətin əlindən al demiş, həm də Firqəti arxadan tutub sağa-sola silkələdiyindən bıçaq Firqətin əlindən yerə düşmüşdür. Həmçinin Firqət müqavimət göstərib orada olan baltanı götürüb anasının başına vurmaq isətmiş, lakin o, Firqəti arxadan tutub saxladığından, həm də sağa-sola silkələdiyindən balta Firqətin əlindən yerə düşmüşdür. O, Firqətin əl və ayaqlarını tutub yerə yıxıb saxladığından Firqət yenidən onu və anasını vura, həm də oradan qaçıb gedə bilməmişdir. Bu zaman anası telefonunu gətirmiş və o, bir əli ilə qonşu Calala zəng edib təcili fermaya gəlməsini demiş, həmçinin Elçin adlı polis əməkdaşına da zəng edib hadisə olmasını bildirmiş, az əvvəl Calal oraya gəlmiş və o, Calala təcili tibbi yardım çağırmasını demişdir. Həmin vaxt Firqət ona təcili tibbi yardıma zəng edərsə polisin də bundan məlumatının olacağını və tutulacağını bildirmişdir. Calalın zəngindən az sonra təcili tibbi yardım avtomobili gəlmiş, sonra da onu, anasını və Firqəti Lənkəran RMX-na aparmışlar. Xəstəxanada həkimlər onu əməliyyat etmiş və o, bir müddət xəstəxanada qalıb müalicə olunmuşdur. O, hesab edir ki, Firqət onu öldürmək niyyəti ilə, yəni özünün (Firqətin) dediyi kimi qisas almaq məqsədi ilə gecə saatlarında üzərinə iki ədəd kəsici-deşici alət, yəni ülgüc və bıçaq götürüb fermaya gəlib həyətdə olan sanitar qovşağında gizlənib 40 dəqiqə əlverişli vaxt gözləməsi, əvvəl sanitar qovşağına girən anası Cavahirə ülgüclə xəsarət yetrməsi, sonra anasına fiziki zor tətbiq edib ağzını əli ilə tutub sonra yumruqla başına zərbələr endirməsi, sonra əlindəki bıçaqla onun (Zərərçəkmiş şəxs1) üzərinə cumub anası Cavahirin gözləri qarşısında ona çoxsaylı xəsarətlər yetirməsi, anasının qışqıraraq Firqətə yalvarıb ona (Zərərçəkmiş şəxs1) xəsarətlər yetirməməsini deməsinə baxmayaraq Firqətin cinayətkar hərəkətlərini davam etdirməsi, anasının evə gedib telefon götürüb köməyə adam çağırmaq istəməsinin qarşısını almaq üçün Firqətin arxadan qaçıb anası Cavahirin kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsi, bundan sonra onun Firqəti arxadan tutub saxlayıb silkələməsi nəticəsində Firqətin əlindən bıçağın yerə düşməsi, daha sonra Firqətin orada olan baltanı götürüb anası Cavahirin başına vurmaq istəməsi və onun Firqəti arxadan tutub sağa-sola silkələdiyi üçün anasının başına balta ilə vura bilmədiyini, Firqətin cinayətkar hərkətlərinin gecə saat 10:45-dən saat 12:15-ə kimi davam etməsi Firqətin onu və anası Cavahiri öldürmək niyyətində olmasını təsdiq edir. Ona görə də o, hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,120.1-ci maddəsi ilə tövsif olunmalı olduğu halda, istintaq orqanı onun əməlini CM-in 126.2.3 və 128-ci maddələri ilə düzgün tövsif etməmişdir. Bu iş üzrə əvvəl keçirilmiş məhkəmə qərarında da Təqsirləndirilən şəxs əməlinin qəsdən adam öldürməyə cəhd kimi verilməli olması yazılmışdır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam təsdiq olunur ki, Firqətin niyyəti onu və anası Cavahiri öldürmək olmuşdur. Həmçinin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğurluq əməlinə hüquqi qiymət verilməmişdir. O, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçi olmuş, lakin Təqsirləndirilən şəxs qohumları tərəfindən onun və anasının adından barışıq ərizələri məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə onun adından təqdim olunmuş barışıq ərizələrini o, təsdiq etmir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və onun əməlinin CM-nin 29,120.1-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) tövsif olunması üçün cinayət işinin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonun Separadi kəndində yaşayır, digər Zərərçəkmiş şəxs1 oğludur, təçirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Oğlu Valehin mal-qara ferması vardır, həmin ferma Separadi kəndi ilə qonşu Tükəvilə kəndinin arasında yerləşir. O, fermada oğluna kömək etmiş, həm də oğlu Valeh fermanın həyətində olan evdə yaşamaqla fermada olan mal-qaraya nəzarət etmişdir. 17 aprel 2022-ci il tarixdə, axşam saatlarında o, fermaya gəlib Valehlə birlikdə inəkləri sağıb qurtardıqdan sonra evin qarşısına gəlmişlər. Həmin gün gecə saatlarında evdə və həyətdə işləri qurtardıqdan sonra Valeh evə girmiş, özü isə həyətdə olan ayaqyoluna gedib çöldən işığı yandırıb qapını açıb içəri daxil olduqda ayaqyolunda, tanımadığı, sonradan adının Firqət olduğunu bildiyi şəxsi görüb qorxub qışqırmaq istəmiş, lakin Firqət onun ağızını əli ilə tutub qışqırmağa qoymamışdır. O, Firqəti itələyib əlini ağzından çəkib qışqırıb Valehi köməyə çağırmış, elə həmin anda Firqət əlində olan bıçaqla (kəsici alət olan ülgüclə) onun sifət nahiyəsindən vurmuşdur. Sonra o, arxasınca da Firqət ayaqyolunun qarşısına çıxmış, həyətdə Firqət əlində bıçaqla Valehin üstünə gedib Valehin qarnına bıçaqla vurub xəsarət yetirmişdir. Sonra Valeh əlləri ilə Firqəti tutub saxlasa da, Firqət yenə də bıçaqla Valehi vurmuşdur. Bundan sonra Valeh Firqətin belindən tutub yerə yıxıb onu saxlamış, özü isə evə tərəf qaçıb telefonu götürüb kömək çağırmaq istəyərkən Firqət qaçaraq arxadan ona çatıb əlindəki bıçaqla onun kürəyinə bir dəfə vurmuş, təkrar onu vurmaq istəyərkən Valeh arxadan gəlib Firqəti tutub saxlamışdır. O, qışqıra-qışqıra qonşu Calalı köməyə çağırmağa getsə də, heç kim onun səsini eşitməmişdir. Həmin vaxt Valeh Firqəti tutub saxlasa da, Firqət yenə də Valehi bıçaqla vurmuş, lakin Valeh yenə də Firqəti tutub saxlamışdır. Bundan sonra o, evə qaçıb telefonu götürüb gətirib Valehə vermiş və Valeh də zəng edib qonşu Calalı köməyə çağırmışdır. Az sonra Calal qaçaraq oraya gəlib vəziyyəti görüb təcili tibbi yardıma zəng etmişdir. Həmin vaxt Valeh Firqətin dayısına, Calal da Firqətin əmisi Asəfə zəng vurub hadisə barədə məlumat vermişlər. Təcili yardım maşını gəldikdən sonra onların hər üçü rayon xəstəxanasına aparılmışlar və orada onlara tibbi yardım göstərilmiş, Firqət isə bir müddət xəstəxanada qalıb müalicə olunmuşdur. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı 11 oktyabr 2023-cü il tarixli ərizəsi (notariat qaydada təsdiq edilmiş) ilə müəyyən edilir ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonun Tükəvilə kəndində yaşayır. Separadi kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır, onun yaşadığı evin yaxınlığında Valehin ferması yerləşir və onunla münasibətləri yaxşı olmuşdur. Tükəvilə kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisidir və oununla da normal münasibəti olmuşdur. 17 aprel 2022-ci il tarixdə, gecə saatlarında Valeh ona zəng edib həyəcanlı halda “bizi öldürürlər, özünü çatdır” deyib danışığı kəsmiş, o da nəsə olduğunu başa düşüb dərhal qaçaraq Valehin fermasına getmişdir. Fermanın həyətinə çatanda Cavahirin qışqırdığını və onun üzündən qan axdığını, həmçinin Valehin Firqəti arxa tərəfdən qucaqlayaraq tutduğunu, Firqətin də Valehin əllərindən tutduğunu və evin qarşısında yerdə olduqlarını görmüşdür. Hava qaranlıq olduğu üçün onların üzərində qan görməmişdir. O, Valehə və Firqətə yaxınlaşıb nə baş verdiyini soruşmuş, Valeh Firqətin ona bıçaqla xəsarət yetirdiyini, indi onu buraxsa yenə də onu vuracağını demişdir. O, Valehə Firqəti buraxmasını demiş və Valeh Firqəti buraxmış, Firqət də ona bu hadisəni heç kimə deməməyi bildirmiş, o isə “necə heç kimə deməyim, camaat ölsünmü” deyib mobil telefonla Firqətin əmisi Asəfə xəbər verməsi üçün Asəfin qonşusu “Hacı” adlı şəxsə zəng vurub Firqətin Valehi bıçaqladığını deyib Asəfin təcili Valehin fermasına gəlməsini demiş, sonra 103 xidmətinə zəng vurub təcili yardım çağırmışdır. Sonra Asəfin nömrəsini tapıb ona zəng edib təcili Valehin fermaya gəlməsini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Valehin fermasının arxa tərəfindən 4 nəfər qaçaraq oraya gəlmişlər və həmin şəxslər Tükəvilə kənd sakinləri Elvin, Emil, Samir və Cəsail olmuşlar. Gələn şəxslər oraya çatan zaman nə baş verdiyini soruşub Valehlə Firqətə yaxınlaşmışlar və onlar hər hansı başqa hərəkətlər etməmişlər. Sonra Firqət, Valeh və Cavahir təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışlar. O, orada olarkən Firqətdən nəyə görə Valehi və anasını bıçaqladığını soruşmuş, lakin o heç nə deməmişdir. O, hadisənin baş verməsini görməmiş və hadisənin necə baş verməsi barədə məlumatı da olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonun Tükəvilə kəndində yaşayır. Təqsirləndirilən şəxs qardaşı Fuadın oğludur. Qardaşı Fuad 2012-ci il tarixdə qısqanclıq zəminində arvadı Lətafəti öldürdüyü üçün tutulduğundan Fuadın uşaqları həmin vaxtdan etibarən digər qardaşı Asəfin evində onun himayəsində yaşayırlar. Zərərçəkmiş şəxs1 Separadi kənd sakini kimi tanımış, aralarında hər hansı bir münasibət olmamışdr. Qardaşı oğlu Firqət əvvəllər kənddə bərbər işləmiş, obyektin kirayəsini verə bilmədiyinə görə işdən çıxmış, fəhləlik etmiş, həm də fərdi qaydada evlərə gedib bərbərliklə də məşğul olmuşdur. 2022-ci ilin aprel ayının 17-dən 18-nə keçən gecə qardaşı Asəfin arvadı ona zəng edib Firqətin Valehi və anasını bıçaqladığını¸ Asəfin və dayısı oğlu Nurəli ilə birlikdə Valehin fermasına getdiklərini bildirmişdir. Sonra qardaşı Asəf maşınla gəlib onu götürmüş və onlar Valehin fermasına getmişlər. Fermanın həyətinə çatanda fermanın həyətində olan tikilinin qarşısında Valehin əlləri ilə arxadan Firqəti tutmuş vəziyyətdə yerdə uzandıqlarını, Firqətin əlləri və qaş nahiyəsində qan olmasını, Valehin isə qarın nahiyəsindən qan axmasını, habelə Valehin anası Cavahirin üzündən qan axdığını və ağladığını görmüşdür. X5 vurduğunu zənn etmiş, sonra nə baş verdiyini soruşduqda Valeh ona Firqətin onu və anasını bıçaqladığını bildirmişdir. Hadisə baş verəndən sonra oraya gəlmiş onlardan başqa Valehin atası Nadir, əmisi Tahir və Valehin qonşusu Calal, həmçinin başqa şəxslər də orada olmuşlar. Sonra xəsarət almış şəxslər avtomobillə xəstəxanaya aparılmışlar. Hadisənin hansı səbəblərdən və hansı şəraitdə baş verməsindən məlumatı yoxdur. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum bacısı Lətafətin oğludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 tanımış və onlarla münasbəti normal olmuşdur. Bu hadisədən bir müddət əvvəl Valeh ona zəng edib fermasının həyətində olan tikanlı kolları təmizləmək üçün fəhlə lazım olduğunu bildirib istəyirsə Firqət gəlib fermada işləsin demiş, o da Firqətə bu barədə deyəcəyini bildirmişdir. Sonra o, Firqətə bu barədə demiş, Firqət də razılaşıb gedib Valehin fermasında olan kolları təmizləmişdir. 18 aprel 2022-ci il tarixdə, gecə saatlarında ona zəng gəlmiş, Valeh həyəcanlı halda ona təcili fermasına gəlməyini demiş, o, əvvəl Valehin onunla zarafat etdiyini zənn edib telefon danışığını kəsmidir. Lakin Valeh təkrar ona zəng edib qan içində olduğunu, Firqətin onu bıçaqladığını bildirib fermaya gəlməyini demiş, o da dərhal qardaşına məxsus avtomobillə Valehin fermasına getmişdir. Ora çatanda onun arxasınca Firqətin əmisi Asəfin də avtomobillə fermanın həyətinə daxil olduğunu görmüşdür. O, Firqətin yerdə uzanmış vəziyyətdə özündə olmamasını və baş nahiyəsindən qan axmasını, Valehin və anası Cavahirin də üst-başlarının qan içində olmasını görmüşdür. Sonra Firqət, Valeh və Cavahir maşınlarla xəstəxanaya aparılmışlar. Orada nə baş verməsini əvvəl bilməmiş, sonradan ona məlum olmuşdur ki, aralarında olmuş mübahisə zamanı Firqət Valehi bıçaqlamış, həmin vaxt Cavahir də xəsarət almışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, Firqətin atası Fuad atasının bibisi oğludur. O, yaşadığı Tükəvilə kəndində çayxana işlədir, Firqət də kənddə bərbər işləmiş, sonra fəhləliklə məşğul olmuş, həm də dəvət ediləndə evlərə gedib bərbərlik də etmişdir. Lənkəran rayonun Separadi kənd sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sadəcə Valehin adını eşitmiş və onunla heç bir münasibəti olmamışdır. 17 aprel 2022-ci il tarixdə, axşam saatlarında Firqət tək çayxanaya gəlmiş, kefi yaxşı olmamışdır. Firqətdən nə üçün kefinin olmadığını soruşmuş, o isə heç söz deməmiş, sadəcə yorğun olduğunu bildirmişdir. Həmin vaxtlarda Firqətin çiyələk sahəsində fəhlə işlədiyini bildiyindən onun kefinin olmadığına əhəmiyyət verməmişdir. Sonra o, Firqətdən vaxtı varsa saçını kəsməsini xahiş etmiş, Firqət də razılaşmış və o, çayxananı bağlayıb Firqətlə birlikdə evinə gəlmişdir. Firqətin yaşadığı Asəfin evi onun çəpər qonşusudur. Firqət evdən saç kəsmək üçün alətini gətirdikdən sonra evin həyətində onun saçını qırxmış, sonra çıxıb getmişdir. O, saat 20 radələrində gedib çayxananı açmış, az sonra Firqət də çayxanaya gəlmiş, bir qədər həmkəndliləri ilə domino oynayıb çay içdikdən sonra çayxanadan getmişdir. Firqət çayxanadan gedərkən hara getməsini deməmiş, onun hara getməsini bilməmişdir. Həmin gün gecə saatlarında tanışı Calal ona zəng edib Firqətin Valehi və anasını fermada bıçaqladığını, bibisi oğlu Asəfin nömrəsini bilmədiyini, ona görə Asəfə zəng edib hadisə barədə məlumat verməyini və Asəfin fermaya getməsini deməyini bildirmişdir. Asəfin mobil telefonu onda olmadığından digər əmisi Nurəlinin oğlu Elvinə zəng edib Calalın ona zəng edib dediklərini Elvinə deyib Asəfə məlumat verməsini xahiş etmişdir. Hadisənin hansı səbəblərdən və hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonun Tükəvilə kəndində yaşayır. Zərərçəkmiş şəxs1 Separadi kənd sakini kimi tanımış, aralarında heç bir münasibət olmamışdır. Təqsirləndiriln şxs Təqsirləndirilən şəxs atasının bibisi nəvəsidir, həm də qonşusudur. 17 aprel 2022-ci il tarixdə, axşam saatlarında Hacı adlı şəxsə məxsus çayxanada olarkən Firqət də çayxanada olmuş, həmin vaxt Firqətin kefi olmamışdır. Firqət özünə qapanan insan olduğu üçün heç kimə öz vəziyyəti barədə danışmamışdır. Saat 23 radələrində o, dostları Şahid7, Cəsail Cahangirzadə və Samir Mirzəyevlə birlikdə kəndin aşağı tərəfində yerləşən playstation klubuna getmişlər. Klubda oyun oynayarkən çayxanaçı Hacı adlı şəxs ona zəng edib Calalın zəng etdiyini, Firqətin Valehin fermasında Valehi və anasını bıçaqladığını, bu barədə Firqətin əmisi Asəfə deməyi xahiş etmiş, o da bu barədə dostlarına demişdir. Sonra o, Samir, Elmin və Cəsail birlikdə fermaya tərəf qaçmağa başlamışlar və o, sürətlə qaçdığı üçün fermaya birinci çatmışdır. O, fermaya təpə olan hissədən qalxıb arxa hissədən fermanın həyətinə girmiş, fermanın həyətində Firqətin Valehin biri-birindən tutmuş vəziyyədə yerdə uzandığıqlarını və hər ikisinin xəsarət almalarını, həmçinin Valehin anası Cavahirin də üzündə qan olmasını və ağladığını görmüşdür. Həmin vaxt Cəlal da orada olmuşdur. O, Firqətlə Valehə yaxınlaşmış, Valeh onu görüb kənara çəkilmiş və o, Firqəti arxadan başını dizinin üzərinə qoyub nə etdiyini ondan soruşmuş, həmin vaxt Firqət özündə olmamış və qorxduğunu ona demişdir. Sonra arxadan gələn dostları, Valehin atası Nadir, əmisi Tahir və qardaşı, Firqətin dayısı Hüseyn və əmiləri Asəf, Abasəli və özünün atası Nurəli ora gəlmişlər. Sonra yaralılar maşınla xstəxanaya aparılmışlar. Həmin vaxt orada Valehin qohumları ilə Firqətin qohumları arasında heç bir mübahisə və dava-dalaş olmamışdır. Hadisənin hansı səbəblərdən və hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahidlər Şahid8 və Şahid9 şahid Elvin Cahangirovun ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid15 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs tanımamış, Zərərçəkmiş şəxs1 tanımış və aralarında hər hansı bir münasibət olmamışdır. Bir müddət əvvəl Zərərçəkmiş şəxs1 məxsus bir baş inəyinin örüş sahəsindən oğurlanması barədə 2019-cu il tarixdə cinayət işi başlanmış, lakin oğurluq etmiş şəxs və ya şəxsləri tapıb müəyyən etmək mümkün olmadığından həmin cinayət işinin icraatı dayandırılmışdır. Separadi kəndi onun xidməti ərazisi olduğundan o, həmin işlə bağlı Zərərçəkmiş şəxs1 ilə bir neçə dəfə mobil telefonla əlaqə saxlamışdır. 18 aprel 2022-ci il tarixdə, gecə saat 01 radələrində Valeh ona zəng edib yaşadığı Separadi kəndində yerləşən fermasında bir nəfərin onu və anasını bıçaqladığını, cinayətkarı orada tutub saxladığını, özünün və anasının qan içində olması barədə məlumat vermişdir. O, onları bıçaqlayan şəxsin kim olduğunu dəfələrlə soruşsa da, Valeh həmin şəxsin adını verməyib təcili oraya polisin göndərilməsini xahiş etmişdir. O, dərhal bu barədə şöbə rəhbərliyinə məlumat verib hadisənin baş verdiyi yerə, Valehin fermasına gedərkən ona məlumat çatmışdır ki, Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 bıçaqlayan şəxs Təqsirləndirilən şəxs hər üçü xəsarət aldıqlarından təcili tibbi yardım avtomobili ilə Lənkəran RMX-na çatdırılmışlar. Sonra o, xəstəxanaya getmiş, Valeh əməliyyata götürüldüyündən onu görə bilməmiş, lakin hadisə ilə bağlı Zərərçəkmiş şəxs2 sorğu-sual edərkən Zərərçəkmiş şəxs2 hadisə baş verən gün, saat 23 radələrində ayaqyoluna girmək istəyərkən ayaqyolunda Təqsirləndirilən şəxs gördüyünü və Firqətin əlindəki kəsici alətlə onun (Cavahirin) sifət nahiyəsindən bir dəfə vurduğunu, sonra əlləri ilə Firqəti itələyib çölə çıxarkən Firqətin əlindəki alətin yerə düşdüyünü, bundan sonra Firqətin cibindən bıçaq çıxarıb arxadan gəlib onun (Cavahirin) kürək nahiyəsinə bir dəfə vurduğunu, oğlu Valeh gəldikdən sonra Firqətin bıçaqla Valehi də vurduğunu bildirmişdir. Həmçinin xəstəxanada Təqsirləndirilən şəxs tibbi yardım göstərildikdən sonra Lənkəran ŞRPŞ-nə aparılmışdır. Lənkəran ŞRPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 17 aprel 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 ona vatsapla səs göndərib yaşadığı evdən pul oğurladığını və həmin pulu tələb etdiyini, sonra onu oğru adlandırıb ölmüş anası barədə xoşagəlməz ifadələr işlətdiyini və bu səbəbdən də həmin gün saat 23 radələrində Valehlə görüşüb Valehi başa salıb dediyi sözə görə döyərək üzr istəməsi məcbur etmək üçün Valehin fermasına getmiş, ora çatanda Valehin anasının da evdə olduğunu görüb həyətdəki ayaqyoluna girib orada Valehi gözləmişdir ki, həyətə düşən zaman Valehi vursun. Həmin vaxt Valehin anası ayaqyoluna girib onu (Firqəti) görüb qışqırmağa başlamış, o da (Firqət də) əlində olan ülgüclə Valehin anasının sifət nahiyəsindən bir dəfə vurmuş, sonra ülgüc əlindən yerə düşmüş, bundan sonra cibində olan bıçağı çıxarıb Cavahirin kürək nahiyəsinə bir dəfə vurmuş, həyətə çıxandan sonra bıçaqla Valehi də vurmuşdur. İşdə olan, Lənkəran ŞRPŞ-nin məsul növbətçisinin yazdığı 18 aprel 2022-ci il tarixli “Məlumat”la müəyyən olunur ki, həmin tarixdə, saat 01:50-də Lənkran RMX-dan həkim Həsənov telefonla məlumat verib bildirmişdir ki, Lənkəran rayonunun Tükəvilə kənd sakini 2003-cü il təvəllüdlü Kəlbiyev (Ağazadə) Firqət Fuad oğlu baş və sol əlin kəsilmiş yarası, Lənkəran rayonunun Separadi kənd sakini 1994-cü il təvəllüdlü X3 qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası və anası 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 kürək və üz nahilərində kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olmuşlar. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 aprel 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, hadisə yeri Lənkəran rayonun Separadi kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətində olan bir mərtəbəli evin və həmin evə bitişik tikilmiş sanitar qovşağının qarşısıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. İşdə olan, “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 18 aprel 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Lənkəran RMX-nın Cərrahiyyə şöbəsindən təqdim olunmuş, Zərərçəkmiş şəxs1 məxsus üzəri göy rəngli bir ədəd gödəkcə, üzərində qanabənzər ləkələr və zədə (deşik) izləri olan göy rəngli bir ədəd idman köynəyi, üzərində qanabənzər ləkələr və zədə (deşik) izləri olan ağ rəngli bir ədəd alt köynəyi, Zərərçəkmiş şəxs2 məxsus üzərində qanabənzər ləkələr və zədə izləri (deşik) olan yaşıl rəngli bir ədəd qadın yay xalatı qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 18 aprel 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq və bir ədəd ülgüc qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 25 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 təqdim etdiyi vatsap yazışmalarına və səs yazılarına baxış keçirilmiş, baxış zamanı həmin yazışmalar və səs yazıları Təqsirləndirilən şəxs “hadisə baş verən tarixdə çay içmək üçün Zərərçəkmiş şəxs1 yanına getmək istədiyi”, Zərərçəkmiş şəxs1 də “onu fermaya dəvət etdiyi, günorta saatlarında fermada görüşdükdən sonra normal şəkildə ayrıldıqları, daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs səs göndərək yaşadığı evdən pulunun oğurlandığı, oğurluğu onun etdiyi, həmin pulu ondan geri alacağı və bunu necə edəcəyini ona göstərəcəyi” məzmunundan ibarətdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 23 aprel 2022-ci il tarixli, 348 №-li rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində-qarın boşluğuna nüfuz edən, mədənin zədələnməsi, daxili və xarici qanaxma ilə müşaiyyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası, sol əl nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, müddəti tibbi sənəddə göstərilən tarixə 18 aprel 2022-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrıayrılıqda dərəcəsinə görə qarın boşluğuna nüfuz edən, mədənin zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuramaya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuramaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 16 may 2022-ci il tarixli, 338 №-li rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində-döş qəfəsi, sol yanaq (ord) nahiyələrində kəsilmiş yaralar, burun, sol üst göz qapağı nahiyələrində sıyrıqlar, sağ alt çənə, hər iki əl nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsi, sol yanaq (ord) nahiyələrində kəsilmiş yaralar kəsici-deşici əşyanın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə 18 aprel 2022-ci ilə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədəni üzərində sol yanaq (ord) nahiyəsində kəsilmiş yara vaxt keçdikcə öz gedişi boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarət olduğu üçün sifətin silinən xəsarəti kimi başa düşülməlidir. İşdə olan, kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının 30 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 məxsus yaşıl rəngli qadın yay xalatının arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə və ön səthində aşağıda bir ədəd kəsilmiş zədə aşkar olundu. Deşilmiş-kəsilmiş zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, kəsilmiş zədə isə hər hansı bir iti kənarı olan əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus xalatın arxa səthində yuxarıda olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun kürək nahiyəsində olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs2 məxsus xalatın ön səthində aşağıda olan bir ədəd kəsilmiş zədə isə onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da tək xalatın zədələnməsi ilə izah oluna bilər. Eyni zamanda, Zərərçəkmiş şəxs2 üz nahiyəsindəki xəsarət həmin nahiyəni paltarla örtülmədiyi üçün ona məxsus paltarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus qısaqol maykanın ön səthində bir ədəd, sol qolunun arxa səthində bir ədəd, qolsuz maykanın ön səthində aşağıda bir ədəd və gödəkçənin sol qolunun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus paltarların (gödəkçə, qısaqol mayka və qolsuz mayka) ön səthində bir ədəd və sol qolunun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr onun bədənində olan eyni xarakterli xəsarətlərlə (qarnın ön divarında bir ədəd və sol çiyin nahiyəsində bir ədəd) yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 sol ovuc nahiyəsində olan xəsarət həmin nahiyəni paltarlarla örtülmədiyi üçün ona məxsus paltarlarında öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs1 məxsus sol yan tikişində aşağıda sökülmə vardır. Bu sökülmə küt qüvvə təsiri ilə gödəkcənin müvafiq nahiyəsinin gərilibdartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus xalatda və Zərərçəkmiş şəxs1 məxsus paltarlarında (qısaqol mayka, qolsuz mayka və gödəkçə) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş ülgüc zavod üsulu ilə hazırlanmış məişət təyinatlı ülgücdür və soyuq silah hesab edilmir. İşdə olan, məhkəmə-tibbi-bioloji ekspertizasının 14 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin /portal/ kserosurətinə əsasən qan qrupu-AB/İV/ Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin /portal/ kserosurətinə əsasən qan qrupu-B/İİİ/ Zərərçəkmiş şəxs2 şəxsiyyətini təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin /portal/ kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, ülgüc, yaba, Zərərçəkmiş şəxs2 məxsus xalat, Zərərçəkmiş şəxs1 məxsus qısaqol mayka, alt mayka və gödəkcə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda ülgüc, yaba və Zərərçəkmiş şəxs2 məxsus xalat üzərindəki ləkələrdə “A”, “H” antigenləri və xalat üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. /əgər onun qanında müşayiətçi “H” antigeni varsa/. Zərərçəkmiş şəxs1 məxsus qısaqol mayka, alt mayka və gödəkcə üzərindəki ləkələrdə isə “B”, “H” antigenləri və alt mayka üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. /əgər onun qanmda müşayiətçi “H” antigeni varsa/. Bıçaq üzərindəki ləkələrdə isə “A”, “B” və “H” antigenləri. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. /əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi “H” antigeni varsa/. Qanın qarışıq olduğu halında isə ləkələrdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarışmış qanlarının olması inkar olunmur. İşdə olan, məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına olmuşdur. Buna görə Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. Kinlilik, qıcığa qarşı həssaslıq, özünü müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İşdə olan, “Maddi sübut qismində tanınma haqqında” 22 avqust 2022-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd bıçaq, bir ədəd ülgüc, bir ədəd xalat, bir ədəd gödəkcə, bir ədəd mayka və bir ədəd köynək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, həmçinin telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd DVD disk, habelə ifadənin yerində yoxlanması ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə zamanı özlərini müdafiə edərkən Təqsirləndirilən şəxs yüngül dərəcəli xəsarətlər yetirmələri zəruri müdafiə həddi kimi qiymətləndirilib onların barəsində CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Habelə həmin qərarla istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində CMnin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etməsi təsdiq olunmadığına görə həmin xüsususat üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 29,120.1, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6, Elvin Cahangirov, Şahid8, Şahid9 və Şahid15 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tərəfindən törədilmiş əməlində xüsusi amansızlığın olmadığını, Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla xəsarətlər yetirməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6, Elvin Cahangirov, Şahid8, Şahid9 və Şahid15 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanmasına dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tərəfindən törədilmiş əməlində xüsusi amansızlığın olmadığını, Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla xəsarətlər yetirməməsinə dair hallar məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6, Elvin Cahangirov, Şahid8, Şahid9 və Şahid15 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanmasına dair protokolla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri hallar, yəni Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs1 “səni öldürməyə gəlmişəm, səni öldürüb bağırsaqlarını yerə tökəcəm” deməsi və niyyətinin onları qəsdən öldürmək olması, orada olan baltanı götürüb onlara xəsarət yetirmək istəməsi, sonra bıçaqla Zərərçəkmiş şəxs1 sağ əlinə də xəsarətlər yetirməsi, daha sonra kömək çağırmaq istəyən Zərərçəkmiş şəxs2 imkan verməməsi, daha sonra yenidən Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən ekspertiza rəyləri (məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərəndə “qarın boşluğuna nüfuz edən, mədənin zədələnməsi, daxili və xarici qanaxma ilə müşaiyyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası, sol əl nahiyəsində kəsilmiş yara”, habelə Zərərçəkmiş şəxs2 bədəni üzərəndə “döş qəfəsi, sol yanaq (ord) nahiyələrində kəsilmiş yaralar, burun, sol üst göz qapağı nahiyələrində sıyrıqlar, sağ alt çənə, hər iki əl nahiyələrində qançırlar” aşkar edilmişdir), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinin qeyd olunan hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələrinin göstərilən xüsusatlara dair hissələrini öz mülahizələrinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən xüsusi amansızlıqla ağır zərər vurma cinayətini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə bu maddənin tərkib əlamətləri yaranır. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsaslanaraq qəsdən sağlamlığa ağır zərər vurma əməlinə münasibətdə bu izah belə qəbul oluna bilər ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı törədilən cinayətin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmaya yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri qəsdən sağlamlığa ağır zərər vurma ərəfəsində və ya bu prosesdə zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda qəsdən sağlamlığa ağır zərər vurma da ifadə oluna bilər. Həmçinin CM-nin 126.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda təqsirkarın birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzı etməsi tələb olunmur. Çünki həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığa ağır zərər vurma prosesində müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirərək Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 gözləri qarşısında onlara, xüsusən də Zərərçəkmiş şəxs2 yalvararaq oğlu Valehi bıçaqla vurmamasını deməsinə baxmayaraq ona xüsusi əzab verdiyini dərk edib Zərərçəkmiş şəxs1 xəsarətlər, o cümlədən insan həyatı üçün təhlükəli olan xəsarəti bıçaqla yetirilməklə müşahidə olunan halları xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmanın əlamətləri kimi qəymətləndirilərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.3 və 128-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 aprel 2022-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran rayon Tükəvilə kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonun Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin işdə olan sənədlərlə müəyyən olunur ki, zərərçəkmiş şəxs-xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, fərdi əməklə məşğul olur, məhkum olunmamış, Lənkəran rayonun Separadi kəndində qeydiyyatda olmaqla yaşayır, habelə zərərçəkmiş şəxs-xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, orta təhsillidir, işləmir, məhkum olunmamış, Lənkəran rayonun Separadi kəndində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini 18 aprel 2022-cü ildə törətmişdir. Həmin vaxtdan hazırki vaxtadək iki ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayətlərin təsnifatı üzrə (maddə 15) bu Məcəllənin 15.2-ci maddəsinə əsasən ... qəsdən və ya ehtiyatsızlaqdan törədilmiş əməllərə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ildən artıq olmadığından bu maddədə nəzərdə tutulan əməl (qəsdən sağlamlığa yüngül zərər vurma) böyük ictimai təhlükə törətməyən əməl hesab olunur. Azərbaycan Respublikası CPM-nin 44.1 və 44.2.1-ci maddələrinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, CM-nin 128-ci maddəsi ilə törədilən əmələ münasibətdə cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, bir ədəd ülgüc, bir ədəd xalat, bir ədəd gödəkcə, bir ədəd mayka və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd DVD və ifadənin yerində yoxlanması ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona CMnin 126.2.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cəza təyin edilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd ülgüc, 1 (bir) ədəd xalat, 1 (bir) ədəd gödəkcə, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd köynək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (bir) ədəd DVD disk və ifadənin yerində yoxlanması ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-238/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-238/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver