Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-239/2023 02.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Əhmədov Vüqar ikram oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 26 avqust 1984-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 24-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, bir bükümdə, küllü miqdarda 17,924 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gətirib psixotrop maddəni satış məqsədilə hissələrə ayırmış, həmin psixotrop maddənin bir hissəsini, yəni 01 bükümdə 0,344 qramını, 13 noyabr 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında qonşusu Şahid5 hədiyyə olaraq vermiş, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin günü keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən 0,344 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən 13 noyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirərkən, həmin evin ikinci mərtəbəsindəki yataq otağındakı taxta dolabın alt hissəsindən 1 ədəd bükümdə təmiz çəkisi 14,503 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 13 radələrində əməliyyat axtarış tədbirlərinin davamı olaraq Masallı RPŞ-nin inzibat binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 3,077 qram təşkil edən yaşadığı evdən və Şahid5 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 10 noyabr 2022-ci il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən 300 manat verməklə özü istifadə etmək üçün 01 ədəd bükümdə metamfetamin almış və evinə qayıtmışdır. 13 noyabr 2022-ci il tarixdə səhər vaxtı qonşusu Şahid5 ona zəng edərək bədənində ağrılar olduğunu və onda narkotik olub-olmadığını soruşmuş, o da metamfetamin olduğunu bildirərək, az miqdarda verə biləcəyini demiş və həmin gün Anara az miqdarda metamfetamin vermişdir. Buna görə Anardan pul istəməmiş və nə də pul almamışdır. Sonra Anarı polislər tutmuşlar. Üstündən yarım saat keçməmiş polislər gələrək ona Anarı metamfetaminlə tutduqlarını və Anar həmin metamfetamini ondan aldığını dediyini bildirib videoçəkilişlə onun evinə baxış keçirmişlər. Baxış zamanı evin ikinci mərtəbəsindəki yataq otağında olan ağ rəngli paltar dolabının altında gizlətdiyi bir ədəd şəffaf bükümdə olan maddəni polis əməkdaşalrına təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15 qram olmuşdur. Sonra da onu Masallı Rayon Polis Şöbəsinə aparıb orada vəkilinin iştirakı ilə videoçəkilşlə onun üzərinə axtarış keçirilmiş və axtarış zamanı üzərindən 3 qram metamfetamin götürülmüşdür. Həmin metamfetamin ona aid deyil. 15 qram narkotik vasitəni öz istifadəsi üçün almışdır, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Videoçəkliş zamanı tam hər şeyi etiraf etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində həmçinin 13 noyabr 2022-ci il tarixdə üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə axtarış keçirildiyini, təhqiqatçının üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdiyini, o da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etdiyini, təqdim etdiyi bükümdə olan maddənin metamfetamin olduğunu, metamfetamini iki gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 300 manata aldığını, evində həmin bükümdən müyyən miqdar götürərək ayrı bükümə bükdüyünü və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, aşkar olunmuş maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildiyini, həmin bükümün çəkisinin 3,13 qram olduğunu, bir büküm metamfetaminin qablaşdırılaraq üzərinin möhürləndiyini və bu barədə protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamailə sübutdur. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı Rayon Polis Şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 noyabr 2022-ci il tarixdə baş əməliyyat müvəkkili X7 şəhəri, Heydər Əliyev prospektində yaşayan Şahid5 narkotik vasitələrin istifadəsində, üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatına əsasən Şahid5 Masallı şəhəri ərazisində saxlanılaraq Masallı Rayon Polis şöbəsinə aparılmış, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman onun üzərindən bir bükümdə metamfetamin aşkar olunuraq götürülmüş, sorğu zamanı Şahid5 üzərindən aşkar olunub götürülən bir bükümdə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirdiyindən həmin əməliyyatın davamı olaraq əməliyyat qrupu yaradılmış və Masallı şəhəri, C.Cabbarlı küçəsində yaşayan Təqsirləndirilən şəxs evinə gedərək özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, onun razılığı ilə evə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı evin ikinci mərtəbəsində olan paltar dolabından bir bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonra da o Masallı Rayon Polis şöbəsinə gətirilərək təhqiqatçının otağında vəkilini iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilmiş, axtarış keçirilən zaman onun üzərindən bir bükümdə metamfetamin aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. O evindən və üzərindən aşkar edilərək götürülmüş metamfetaminləri Bakı şəhərindən tanımadığı şəxsdən 300 manat verməklə aldığını və ondan Şahid5 bir bükümdə verdiyini və buna görə ondan pul almadığını bildirmişdir. Dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı ilə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O həmin ifadəsində 13 noyabr 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs zəng edərək bədənində ağrılar olduğundan ondan psixotrop maddə və ya narkotik vasitə istədiyini, Renad da onda psixotrop maddə metamfetamin olduğunu və ona müəyyən miqdar verə biləcəyini dediyini, həmin gün saat təxminən 08 radələrində Təqsirləndirilən şəxs Masallı şəhər Cəfər Cabbarlı küçəsində yerləşən evinə gedərək ondan bir bükümdə metamfetamin aldığını, buna görə ona pul vermədiyini, Renadın isə ondan verdiyi metamfetaminə görə pul istəmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid5la üzləşdirilərkən o ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 noyabr 2022-ci il tarixli 19/1163 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Renat Məmmədzadənin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 3,077 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “X4 yaşayış evindəki yataq otağından aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 14,503 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə”, “X4 yaşayış evindəki yataq otağından aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə” və “Şahid5 məxsus 1 büküm metamfetamin Rəy №- 19/1162” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə sayı 3 büküm olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Masallı şəhər Cəfər Cabbarlı küçəsi ev 24-də yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş təmiz çəkisi 14,503 qram metamfetaminin, həmçinin üzərindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 3,077 qram olan ümumilikdə təmiz çəkisi 17,58 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə saxladığı, özü kimi tüfeyli həyat tərzi keçirən psixotrop maddə istifadəçiləri ilə tez-tez görüşdüyü, onları psixotrop maddələrlə təmin etdiyi və özünün də onlarla birlikdə psixotrop maddələr qəbul etməsi barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs fərdi yaşayış evindən və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik” metrostansiyasının qarşısında tanımadığı şəxsdən alması barədə əməliyyat məlumatları daxil olsa da, onun psixotrop maddəni aldığı şəxsin şəxsiyyəti və olduğu yer haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni 13 noyabr 2022-ci il tarixdə Masallı şəhər Cəfər Cabbarlı küçəsi ev 24-də yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu Şahid5 01 bükümdə satması faktı müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs fərdi yaşayış evində və üzərində psixotrop maddələri saxlamasından ailə üzvlərinin və ya başqa şəxslərin məlumatının olması və əməliyyat tapşırığında aydınlaşdırılması zəruri hesab edilən digər xüsusatlarla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyətli hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azercell Telecom MMC-nin 09 fevral 2022-ci il tarixli, 26232 nömrəli telefon danışıqlarının siyahısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə apardığı sms yazışmaları aşkar olunmuşdur. Sms yazışmalarına baxış keçirən zaman Masallı şəhər sakini Şahid4 14 sentyabr 2022-ci il tarixdə saat 17:22 radələrində istifadəsində olan Azercelll MMC-yə məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Azercell MMC-yə məxsus ***-***-**-** mobil nömrəsinə “cixmamisan gelende 5 vererem agadayında getirersen” məzmunlu mesaj yazması müəyyən olunmuşdur. Həmçinin Sms yazışmalarına baxış keçirən zaman Masallı şəhər sakini X3 məxsus Bakcell MMC-yə məxsus ***-***-**-** mobil nömrə ilə 23 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan Azercell MMC-yə məxsus ***-***-**-** mobil nömrəsinə “Salam ewdim yaxwi kakos var sende wuwede var reni alver yaxwsi gedir 20 manat var 10 senin 10 menim ne deysen qaqaw” məzmunlu sms yazılması müəyyən olunmuşdur. İşdə olan ibtidai istintaq orqanının 14 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə fərdi yaşayış evindən, həmçinin həmin tarixdə üzərindən aşkar edilərək götürülmüş ümumi qalıq çəkisi 17,48 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs fərdi yaşayış evindən və üzərindən psixotrop maddə metamfetaminin aşkar olunmasının görüntülərinin olduğu iki ədəd video disklərin iş üçün sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmaqla cinayət işin materiallarına əlavə edilmişdir. İşdə olan Masallı rayon məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Masallı rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 13 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 16 yanvar 2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işindən CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, əldə etdiyi külli miqdarda metamfetamini satış məqsədi ilə deyil öz istifadəsi üçün əldə etdiyini və üzərindən aşkar edilmiş bir bükümdə metamfetaminin ona aid olmadığını bildirmişdir. Məhkəmə bu ifadəni onun özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan və özünün məhkəmədə tədqiq edilmiş ifadəsi, dindirilmiş şahidlərin ifadələri, yaşadığı evdən və üzərindən habelə Şahid5 üzərindən aşkar edilmiş metamfetaminlərin eyni tərkibli olması barədə məhkəmə kimyəvi ekspertizasını rəyləri, məhkəmədə tədqiq edilmiş onun Şahid5 özündə olan metamfetamindən istifadə etmək üçün verməsi ilə əlaqədar ona müraciət etməsi və az miqdarda ona metafetamfetamin verməsi, onda aşkar olunmuş metamfetaminin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə çox olması, onları bükümlərə ayırmaqla saxlaması və gəzdirməsi, onun istifadəsində olan telefonda əvvəllər də ayrı-ayrı şəxslərlə heroinin satışı ilə əlaqədar Sms-lərin olması halları ilə təkzib edildiyindən həmin hssədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallar nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 1984-cü ildə Masallı şəhərində anadan olmuşdur. Masallı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 24-də qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Masallı rayon məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə CM-n 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 13 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 17,48 qram psixotrop maddə metamfetamin məhv edilməli və iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmlıdır. İş üzrə 60 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 17,48 qram psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-239/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-239/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver