Məhkəmə qərarları › İş №1(099)-239/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-239/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-239/2024 17.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və zərərçəkmiş hüquqi şəxsin numayəndəsi X8 iştirakları ilə, 11 avqust 1962-ci il tarixdə Cəlilabad rayonunun Zubanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Cəlilabad rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə əsas, vəzifədən kənarlaşdırma növündə isə əlavə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 309.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 fevral 2005-ci il tarixli 3111 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 25 yanvar 2010-cu il tarixli 01 nömrəli iclas protokoluna əsasən həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən bələdiyyə üzvlərinin 03 fevral 2005-ci il tarixli, 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin Nizamnaməsi”-nə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması, bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verməsi, bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaması, yerli əhalinin mənafeyi naminə bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni bələdiyyə mülkiyyətində olan ictimai örüş torpaq sahələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilmədiyi halda və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 7.2-ci maddəsinə əsasən əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilmədiyi halda qanununa əsasən 2018-ci ilin noyabr və dekabr aylarına olan müddətlərdə fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsinin verilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X6»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, Şahid3 Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu lahiyəsində və torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşən 0.08 ha torpaq sahəsinin bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə 2018-ci ilin noyabr və dekabr aylarına olan müddətlərdə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin inzibati binasındakı xidməti otağında Şahid3 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib sonuncunun razılığını aldıqdan sonra növbəti gün Cəlilabad rayonunun Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətində Şahid3 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.200 (min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində aldıqdan sonra qeyd edilən ərəfədə Cəlilabad rayonuun Təzəkənd kəndində yerləşən bələdiyyənin inzibati binasında tamah niyyəti ilə məzmununa guya Şahid3 27 mart 2006-cı il tarixdə "xxxx" ASC-nin Cəlilabad rayon filialı vasitəsilə Təzəkənd bələdiyyəsinin büdcə hesabına 88 manat pul vəsaiti köçürməsinə dair bilə-bilə yalan məlumatları daxil etdiyi xəzinə mədaxil qəbzini xəzinədarın əvəzinə şəxsən imzalamaqla "xxxx" ASC-nin Cəlilabad rayon Filialının “1” nömrəli xəzinə möhürünü birbaşa vurulmadan, şırnaqlı printerdən köçürmə yolu ilə həkk edib istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb, cinayətkar əməli davam etdirib qeyd edilən ərəfədə qeyd edilən yerdə 27 mart 2006-cı il tarixdən bələdiyyə ilə Şahid3 arasında aparılmış alqı-satqı müqaviləsinə əsasən Ş.Ə.Nurəliyevaya satılmasına dair rəsmi sənəd hesab edilən Təzəkənd bələdiyyəsinin torpaq alqı-satqısına dair 27 mart 2006-cı il tarixli müqaviləni və həmin tarixli 03 saylı bələdiyyə iclas protokolunu saxtalaşdırmaqla tərtib edib, həmin tarixdə iclas protokoluna bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirak etmədiyi halda iştirak etmələrinə və torpaq sahəsinin kəndin prespektiv inkişaf təyinatlı torpaq sahəsi olmasına dair bilə-bilə yalan məlumatları daxil edib öz imzası və özünə təhkim edilmiş üzərində “Azərbaycan Respublikası Cəlilabad rayonu Təzəkənd Bələdiyyəsi” sözləri yazılan dairəvi möhürlə təsdiq etməklə saxtalaşdırıb vəzifə saxtakarlığı yolu ilə saxta sənəd tərtib edib, Şahid3 təqdim etmiş, həmin hərəkətləri ilə Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və vəzifəli şəxs kimi vahid tamah niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni bələdiyyə mülkiyyətində olan ictimai örüş torpaq sahələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilmədiyi halda və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 7.2-ci maddəsinə əsasən əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilmədiyi halda qanununa əsasən 2021-ci ilin may ayına olan müddətlərdə fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsinin verilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş X7 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X6»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu lahiyəsində və torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşən 0.06 ha torpaq sahəsinin bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin inzibati binasındakı xidməti otağında özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib sonuncunun razılığını aldıqdan sonra növbəti gün Cəlilabad rayonunun Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətində Bayram Əliquluyevdən özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərini aşmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni bələdiyyə mülkiyyətində olan ictimai örüş torpaq sahələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilmədiyi halda və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 7.2-ci maddəsinə əsasən əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilmədiyi halda qanununa əsasən 2022-ci ilin sentyabr ayına olan müddətlərdə fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsinin verilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X6»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu lahiyəsində və Torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşən 0.06 ha torpaq sahəsinin bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə 2022-ci ilin oktyabr ayına olan müddətlərdə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin inzibati binasındakı xidməti otağında özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib sonuncunun razılığını aldıqdan sonra növbəti gün Cəlilabad rayonunun Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətində Şahid1 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərini aşmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi təkrarən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsi ərazisindən 4 yük avtomobili münbit torpaq kütləsinin qazılaraq Bakı şəhəri Binəqədi rayonu ərazisinə gətirilməsi üçün 2023-cü ilin fevral ayından may ayınadək olan müddətdə özünə müraciət etmiş Şahid6 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, “bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid olmasına baxmayaraq vahid niyyətlə Cəlilabad şəhəri ərazisində yerləşən “Habil” restoranında özü üçün birbaşa yolla şəxsən 1.200 manat pulu təkrarən rüşvət qismində istəyib razılıq əldə etdikdən sonra Şahid6 2023-cü ilin fevral ayı ərzində ərzində Cəlilabad rayonu ərazisində nağd şəkildə 1.000 manat və 13 may 2023-cü il tarixdə isə "xxxx" ASCdəki 416973******8362 nömrəli hesabına köçürdüyü 200 manat pul vəsaitini 14 may 2023cü il tarixdə Cəlilabad rayonunun Alar kəndi ərazisindəki bankomatdan məxaric etməklə ümumilikdə Şahid6 vahid niyyətlə 1.200 manat pulu təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.2, 313 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2003-cü ilin iyul ayından 2005-ci ilin yanvar ayınadək, sonra 2006-cı ilin yanvar ayıdnan 2014-cü ilin yanvar ayınadək, sonuncu dəfə isə xx.xx.2017-ci ildən 2023-cü ilin 20 oktyabradək Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Hər dəfə də bələdiyyə üzvü seçilmişdir. Şahid5 və onun anası Şahid4 2011-ci ilin noyabr ayında Təzəkənd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün Şahid5 mülkiyyətinə torpaq sahəsinin verilməsinə köməklik etməsi barədə ona müraciət etmişlər. O, Şahnaz Nuraliyevanın mülkiyyətinə torpaq sahəsinin verilməsi üçün onun anası Şahid4 və özündən 1200 manat yox, 700-750 manat məbləğində pulu almışdır. Şahnaz Nuraliyeva özü həyətyanı torpaq sahəsi almaq üçün bələdiyyənin xəzinəsinə 83,80 manat pul köçürmüşdür. 2011-ci ildə bələdiyyənin bank hesabı olmuşdur. O, Şahnaz Nuraliyevanın bələdiyyə xəzinəsinə köçürdüyü 83,80 manat pulu sonradan bələdiyyənin bank hesabına köçürmüşdür. Sonradan həmin pul kəndarası yolların təmirinə, yollara çınqıl tökülməsinə xərclənmişdir. Şahnaz Nuraliyevaya 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş, otlaq sahəsi olmasını bilməmişdir. Belə ki, həmin yer perspektiv inkişaf sahəsi olan 14 ha torpaq sahəsinə bitişik olduğundan bir-birindən ayıra bilməmişdir. Şahnaz Nuraliyeva həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O, Şahnaz Nuraliyevaya 0,08 ha torpaq səhəsinin verilməsini köhnə, beş il geri tarixə, yəni 27 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolu ilə rəsmiləşdirmişdir. Həmin iclas keçirilməmiş, faktiki olaraq məlumat versə də, bələdiyyə üzvləri iştirak etməmişlər. İclas protokoluna sədr kimi özü imza edib möhür vurmuşdur. Həmçinin geri tarixə guya 2006-cı ildə Şahnaz Nuraliyeva tərəfindən 83,80 manat məbləğində pulun bələdiyyə xəzinəsinə ödənilməsi barədə saxta mədaxil orderi tərtib etmişdir. Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan Şahid3 2018-ci ilin sonlarında ev tikməsi üçün ona torpaq sahəsinin ayrılması barədə müraciət etmişdir. Şahid3 həmin torpaq sahəsində oğluna ev tikdirmək istəmişdir. Şahid3 ev tikintisi üçün 0,8 hektar torpaq sahəsinin verilməsi üçün ondan 1050 manat pul almışdır. Şahid3 torpaq sahəsi ayırmışdır. Lakin həmin torpaq sahəsi örüş sahəsinə düşdüyünə görə Şahid3 torpaq sahəsi verə bilməmişdir. Ona görə də ondan aldığı 1050 manat pulu özünə qaytarmışdır. Şahid3 1200 manat yox, 1050 manat almışdır. Şahid3 guya 27 mart 2006-cı il tarixdə "xxxx" ASC-nin Cəlilabad rayon filialı vasitəsi ilə Təzəkənd bələdiyyəsinin büdcə hesabına 88 manat pul vəsaiti köçürülməsinə dair saxta xəzinə mədaxil orderi tərtib etməsi doğru deyildir. Həmin orderi xəzinədar kimi özü imzalamamışdır. Şahid3 ilə ilə on iki il geri tarixə müqavilə bağlamasının səbəbi odur ki, ona torpaq sahəsinin ayrılmasına dair sənədlər on iki il əvvəl hazırlanmışdır. Şahid3 ona görə 1050 manat pul almışdır ki, həmin pulun 88 manatı bələdiyyə hesabına köçürülməli olmuş, qalan hissəsini isə çıxarış alınmasına xərcləməli olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi digər ifadəsində isə göstərmişdir ki, Şahid3 torpaq sahəsinin verilməsinə dair 2006-cı il arixə tərtib edilmiş müqavilə və 88 manat pulun bələdiyyə hesabına köçürülməsi barədə çek onun özünün yaşadığı köhnə evin sənədləridir. O, Şahid3 2018-ci ildə ona müraciət etməsindən sonra köhnə tarixə, yəni 2006-cı il üarixə Şahid3 torpaq satılmasına dair saxta sənədlər tərtib etməmişdir. 2021-ci ilin yay aylarında Cəlilabad rayonu Təzəkənd kand sakini Şahid2 qayınatası Zamiq ev tikməsi üçün Şahid2 torpaq sahəsinin ayrılması barədə müraciət etmişdir. O, Şahid2 0,06 hektar torpaq sahəsinin ayrılması üçün onun qayınatasından 1100 manat məbləğində pul almışdır. Onlara torpaq sahəsi göstərmişdir. Lakin Həmin torpaq sahəsi örüş sahəsi olduğuna görə sənədləşdirmə apara bilməmişdir. Ona görə də aldığı pulu Zamiqə qaytarmışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan Şahid1 ona müraciət edərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsi almaq və ev tikmək istədiyini bildirmişdir. Şahid1 1100 manat məbləğində pul almış və ona 0,06 hektar torpaq sahəi və torpaq sahəsinin sənədini də vermişdir. Torpağa dair çıxarış almaq üçün ondan aldığı 1100 manat pulu bələdiyyənin hesabına köçürmüşdür. Lakin Şahid1 onun pulu bələdiyyənin hesabına köçürməsini bilmədiyinə görə ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi digər ifadəsində isə göstərmişdir ki, Şahid1 torpağa görə pulu haraya köçürməli olduğunu bilmədiyinə görə ona müraciət etmişdir. Şahid1la birlikdə notarіusa getmişlər. Şahid1 özü büdcə hesabına 1000-1200 manat pul köçürmüş və çeki də özü almışdır. Şahid6 tanımışdır. 2023-cü ilin fevral ayında Cəlilabadda işıq idarəsinin müdiri işləyən Səttar ondan xahiş etmişdir ki, Şahid6 bağ sahəsində istifadə etməsi üçün ona dörd maşın münbit torpaq göndərsin. Şahid6 bağ sahəsinə dörd maşın münbit torpaq göndərmək üçün 950 manat pul almışdır. O, həmin pulun 500 manatını sürücülərə verməklə Şahid6 bağına dörd maşın münbit torpaq göndərmişdir. Onda qalan 450 manat pulu isə Rəşadın əmisi Fuadın kartına köçürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 2003-cü il tarixdən 2005-ci ilin yanvar ayınadək, 2006-cı il tarixdən 2014-cü il tarixədək, 2017-ci ildən 2019-cu il tarixədək və sonuncu dəfə isə 2020-ci il tarixdə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Bələdiyyə sədri olaraq vəzifələri yerli əhəmiyyətli sosial məsələlərin təşkilindən, abadlıq və quruculuq işlərinin təşkilindən, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi və mühafizəsi işinin təşkilindən ibarətdir. 2007-ci ilin dekabr ayınadək qanunvericiliyə əsasən yerli bələdiyyə tərəfindən bələdiyyə balansında olan kəndin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsinin alqısatqı yolu ilə satılmasına icazə verilmiş, alqı-satqının baş tutması üçün bələdiyyənin iclas protokolundan sonra alqı-satqı müqaviləsi bağlanmış və toplanmış sənədlər şəhadətnamə alınması üçün Dövlət Torpaq Komitəsinə təqdim edilmiş, həmin Komitə tərəfindən də vətəndaşa torpağa dair şəhadətnamə təqdim edilmişdir. Lakin 2007-ci ilin dekabr ayından etibarən bələdiyyə vətəndaşla alqı-satqı aparmamışdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məktubla müraciət etməli, reyestr xidməti tərəfindən ayrılmış mütəxəssislər tərəfindən həmin yerin koordinatları yoxlanılmalı, reyestr xidməti tərəfindən koordinatlar Kadastr və X21 Tədqiqat Mərkəzinə göndərilməli, həmin mərkəz tərəfindən yerin sxematik planı hazırlanmalı və yenidən reyestr xidmətinə göndərilməli, Əmlak Komitəsi tərəfindən torpağın təyinatının kəndin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsi olması təsdiqləndikdən sonra reyestr xidmətindən bələdiyyəyə çıxarış təqdim olunmalı, bələdiyyə tərəfindən də çıxarış alındıqdan sonra vətəndaşla notarial qaydada alqı-satqı aparılmalıdır. Təxminən 2011-ci il tarixdə Cəlilabad rayonunun Təzəkənd kənd sakini olan Şahid5 anası Şahid4lə birlikdə onun Cəlilabad rayonunun Təzəkənd kəndindəki xidməti iş yerinə müraciət edərək ev inşa etmək üçün kənd ərazisindəki bələdiyyə balansında olan boş torpaq sahəsi almaq istədiklərini bildirmişdir. O da Şahid4 qızı Şahid5 0.08 ha torpaq sahəsinin verilməsi üçün 1.000 AZN pul tələb etmiş və Şahid4 da onunla torpaq sahəsini 800 AZN müqabilində almasına razılaşmış və növbəti gün Cəlilabad rayonunun Təzəkənd kəndində yaşadığı evdə Şahid4 qızı Şahid5 ilə birlikdə gəlib ona 800 AZN pul vermişdir. O da həmin pulu aldıqdan sonra 2007-ci il tarixədək qüvvədə olmuş prosedurlara uyğun olaraq həmin sənədləşdirməni saxtalaşdırmaqla həll etmişdir. Belə ki, köhnə tarixlə, yəni 27 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolu ilə saxta olaraq Şahid5 Təzəkənd bələdiyyəsinin perspektiv inkişafı üçün ayrılmış torpaqlardan 0.08 hektar torpaq sahəsinin ona satılması üçün müraciət etdiyini göstərmiş, əvvəlcədən özündə saxladığı bələdiyyənin köhnə xəzinə orderinə yalandan Şahid5 bələdiyyə büdcəsinə pul ödəməsini göstərmiş və həmin qaydada sənədləşdirməni bələdiyyə üzvlərinin xəbəri olmadan saxtalaşdırmaqla tərtib edib xidməti otağında Şahid5 ilə Şahid4 təqdim etmişdir. Həmin torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu bilə-bilə müqavilədə və aktda torpağın təyinatını saxtalaşdırmaqla kəndin prespektiv inkişaf torpaq sahəsi kimi qeyd etmişdir. Şahid4 da sonradan həmin torpaqda ev inşa etmişdir. 2018-ci ilin sonlarında, noyabr və ya dekabr aylarına olan müddətlərdə Cəlilabad rayonunun Təzəkənd kənd sakini Şahid3 onun Təzəkənd kəndindəki xidməti iş otağında ona müraciət edib ev inşa etmək üçün torpaq sahəsi almaq istədiyini bildirmiş, o da 1.200 AZN pul verməsi müqabilində ona 0.08 hektar torpaq sahəsini mülkiyyətinə verə biləcəyini və ev inşa edə biləcəyini bildirmiş, Şahid3 da onunla razılaşmış və növbəti gün onun Təzəkənd kəndində yaşadığı evin həyətində ona 1.200 AZN pul vermişdir. Şahid3 pul müqabilində verəcəyi torpaq sahəsi isə ictimai istifadə üçün nəzərdə tutulmuş Təzəkən kəndinin örüş torpaq sahəsi olmuşdur. Ona görə də, Şahid5 adına sənədləşdirdiyi qaydada, yəni köhnə tarixli müqavilə və iclas protokolu ilə torpaq sahəsinin təyinatını yalandan prespektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahəsi olaraq göstərib bələdiyyə üzvlərindən xəbərsiz sənədləri saxtalaşdırmaqla Şahid3 təqdim etmişdir. Həmçinin 2007-ci il tarixədək istifadə edilmiş və üzərində Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cəlilabad rayon Filialının 1 nömrəli xəzinə möhürü vurulmuş qəbzləri də istifadə etmək üçün özündə saxlamış və özünə məxsus kompüterlə onu şəkil formasında düzəldərək oxşar məzmunlu qəbzin üzərinə həkk edib çap etmiş, həmin saxta qəbzin içərisində də Şahid3 2007-ci il tarixdə bank vasitəsilə bələdiyyə büdcəsinə pul köçürməsini qeyd etmiş və həmin tərtib etdiyi saxta sənədləri də torpağın sənədləşdirilməsinə əlavə etmişdir. Həmçinin həmin qəbzin və digər sənədlərin yeni sənəd olmasının bilinməməsi üçün də sənədlərin əslini məhv etmiş və vətəndaşlara da həmin sənədlərin kserosurətini təqdim etmişdir. 2021-ci ilin yay aylarına olan müddətlərdə Cəlilabad rayonunun Təzəkənd kənd sakini X1 ərazisində bələdiyyə mülkiyyətində olan həyətyani torpaq sahəsi əldə etmək və ev inşa etmək üçün ona müraciət etmişdir. O da kənd ərazisindəki 0.06 hektar örüş torpaq sahəsini B.Əliquluyevə göstərib ona 1.200 AZN pul verməsi müqabilində həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyini vəd vermişdir. Lakin qanunvericiliyə əsasən torpaq sahələrinin özəlləşdirilməsinə icazə yoxdur, həmin torpaq sahələri yalnız kənd sakinlərinə müqavilə əsasında 15 illik icarəyə verilə bilər. Həmin müddətlərdə Bayram Əliquluyev qaynatası Zamiqlə birlikdə onun Təzəkənd kəndində yaşadığı evdə ona 1.050 AZN pul vermiş və əlavə olaraq da ona satdığı torpaq sahəsini zibil tullantılardan təmizləməli olduğu üçün əraziyə traktor sürücüsü çağıraraq ona da müəyyən pul vermişdir. Sonradan B.Əliquluyev həmin torpaq sahəsində ev inşa etmişdir. 2022-ci ilin sentyabr-oktyabr ayına olan müddətlərdə Cəlilabad rayonunun Təzəkənd sakini Şahid1 da onun xidməti iş otağına gəlib ona müraciət edərək Təzəkənd kəndi ərazisində bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsi almaq və ev inşa etmək istədiyini bildirmiş, o da Şahid1 kəndin ərazisindəki 0.06 hektar örüş torpaq sahəsini göstərib həmin torpaq sahəsini ona satmaq üçün 1.200 AZN pul verməli olduğunu bildirmiş, Şahid1 da onunla razılaşaraq növbəti gün yaşadığı evin həyətində ona 1.200 AZN pul vermişdir. O, həmin müddətlərdə “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” X20 Cəlilabad rayon 8 saylı ərazi idarəsinin Zamin Əzimov adlı əməkdaşı ilə birlikdə X10 və Şahid1 qanunsuz olaraq aldığı pullar müqabilində onlara vəd verdiyi torpaq sahəsinə gedib koordinatlarını yoxlayarkən hər ikisinin örüş torpaq sahəsi olduğunu bir daha bilmiş və Z.Əzimova həmin torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinin mümkün olubolmadığını maraqlandıqda Z.Əzimov ona həmin məsələnin Nazirlər Kabinetinin qərarı ilə tənzimlənildiyini, həmin prosedurdan kənar mümkün olmadığını bildirmiş, o da Şahid1la B.Əliquluyevdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin fevral ayına olan müddətlərdə Şahid6 ilə danışıb Cəlilabad şəhəri ərazisində yerləşən “Habilin yeməkxanası” adlanan restoranda görüşmüş və görüş zamanı Rəşad ondan 4 yük avtomobili həcmində münbit torpaq kütləsi lazım olduğunu və Bakı şəhəri Binəqədi rayonunda yerləşən Novxanı qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin həyətinə aparılıb boşaldılmalı olduğunu bildirmiş, o da Şahid6lə 4 yük avtomobili münbit torpaq kütləsinin Təzəkənd ərazisindən qazılaraq dediyi ünvana daşınması üçün nağd şəkildə 1.000 manat və daha sonra da 200 manat verməklə 1.200 manat pul müqabilində razılıq əldə etmişdir. Razılaşdıqdan sona isə rayon ərazisində öz yük avtomobilləri ilə yük daşıma fəaliyyəti ilə məşğul olan Zahir Sadıqov və Qəhrəman Paşayev adlı sürücülərlə danışmış və onların hər birinə bir reys üçün 230 manat pul verməsinə dair razılaşmışdır. Həmin müddətlərdə də Cəlilabad rayonunun Təzəkənd kəndi ilə Talar kəndinin sərhədində, Təzəkənd ərazisindən boş torpaq sahəsi seçərək sürücüləri ora çağırmış, torpağın qazılması və avtomobilə yüklənməsi üçün də Təzəkənd sakini olan və traktor sürücü işləmiş mərhum Cəlal Əliquluyevi də çağırmış, ümumilikdə sürücülərə 2 yük maşını torpağın daşınması üçün hər birinə 230 manat, hər bir avtomobilə torpağın qazılması və yüklənməsi üçün traktor sürücüsünə 20 manat olmaqla ümumilikdə onlara 500 manat pul vermiş, qalan 500 manatı isə özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə də onun xahişi ilə gələcəkdə növbəti 2 yük avtomobili həcmində torpağın daşınması üçün Şahid6 ona məxsus "xxxx"-dakı bank hesabına 200 AZN pul göndərmiş, bununla da Şahid6 4 yük avtomobili həcmindəki torpağın daşınması üçün 1.200 AZN pul almış, yalnız 2 yük avtomobili torpaq daşınmış, həmin işin həlli üçün də 500 AZN xərc çəkmiş və 700 AZN gəlir əldə etmiş, həmin torpaq kütləsinin qazılması barədə də bələdiyyə üzvlərinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi X11 məhkəmədə göstərdi ki, 2019-cu ilin dekabr ayından Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin üzvü seçilmişdir, üzvlük dövründə bələdiyyə sədri Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs 4 nəfər kənd sakinlərinə qanunsuz olaraq aldığı pul müqabilində örüş torpaq sahəsini satmasından sonradan məlumatı olmuş, Təqsirləndirilən şəxs qeyd edilən torpaq sahələrini bələdiyyə üzvlərindən xəbərsiz satmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndinin bələdiyyə sədri olaraq tanımış, onunla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2011-ci ilin sonlarında yaşadıqları Cəlilabad rayonunun Təzəkənd ərazisində qızı Şahid5 ev inşa etmək üçün torpaq sahəsi almaq məqsədilə bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs hörmət edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs qızının ev tikməsi üçün 0,08 hektar torpaq sahəsi ayırmışdır. Qızı Şahnaz həmin torpaq sahəsində ev tikmişdir. Lakin Təqsirləndirilən şəxs faktiki olaraq pul verməmişdir. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2011-ci ildə qızı Şahnaz Nuraliyevanın ev tikməsi üçün torpaq sahəsi almaq istəmişdir. Qızı Şahid5 ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin inzibati binasında bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs də onlara 0.08 hektar torpaq sahəsinin satılması üçün onlardan 1.200 manat pul verməsini istəmiş, onlar da razılaşaraq növbəti gün Təqsirləndirilən şəxs Təzəkənd kəndində yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 1.200 manat pul vermişlər. Təqsirləndirilən şəxs də onlara kənd ərazisindəki sonradan ev inşa etdikləri torpaq sahəsini göstərib həmin torpaq sahəsinin alqı-satqı üçün yararlı torpaq sahəsi olduğunu və onlara satdığı torpağın həmin torpaq sahəsi olduğunu bildirmişdir. Lakin onlar həmin torpaq sahəsinin alınması üçün bələdiyyə iclasında iştirak etməmişlər, bələdiyyə büdcəsinə də pul mədaxil etməmişlər. Təqsirləndirilən şəxs onlara sonradan alqı-satqı müqaviləsi və digər torpaq sənədlərini təqdim etmiş, onlar da həmin torpaq sahəsində ev inşa etmişlər. Lakin sonradan Təqsirləndirilən şəxs onlara təqdim etdiyi kserosurət edilmiş sənədlərə baxarkən Təqsirləndirilən şəxs pulu 2011-ci il tarixdə vermələrinə baxmayaraq Təqsirləndirilən şəxs onlara təqdim etdiyi sənədlərin 2006-cı il tarixə aid saxtalaşdırıldığını və həmin torpaq sahələrinin də örüş torpaq sahələri olduğunu bildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinə dair ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, 2011-ci ildə onun ev tikməsi üçün torpaq sahəsi almaq üçün bələdiyyə sədri Təqsirləndirilən şəxs anası Şahid4 müraciət etmiş və torpaq sahəsi almışdır. O, torpaq sahəsinin alınmasında iştirak etməmiş, Təqsirləndirilən şəxslə görüşməmişdir. Torpaq məsələsini anası həll etmişdir. Anasının Təqsirləndirilən şəxs pul verib-verməməsini bilmir. Lakin Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ona torpaq sahəsinin verilməsi üçün anası Şahid4 ilə birlikdə Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs iş otağına gedərək onunla görüşmüşlər. Təqsirləndirilən şəxs ona ev tikintisi üçün 0,08 ha torpaq sahəsinin verilməsi üçün 1200 manat pul istəmişdir. X17 razılaşmaqla ona 1200 manat məbləğdə pul vermişlər. Bundan sonra Rafıiq Hacıyev torpaq sahəsi ayırmış və onlara sənədlər təqdim etmişdir. Həmin torpaq sahəsində ev tikməklə hazırdı həmin evdə yaşayır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndinin bələdiyyə sədri olaraq tanımış, onunla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2018-ci ilin sonlarında böyük övladını evləndirdikdən sonra torpaq sahəsi almaq üçün Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən bələdiyyənin inzibati binasına gedib bələdiyyə sədri Təqsirləndirilən şəxs ona torpaq sahəsi verməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs pul vermək məqsədi olmuşdur. Lakin Təqsirləndirilən şəxs imkanı olmadığına görə ona imkanı olanda pul verəcəyini demişdir. Lakin ona torpaq sahəsi verilməmişdir. O da Təqsirləndirilən şəxs pul verməmişdir. Sonradan Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmasının səbəbini bilmir. Onları çağırıb rayona aparmışlar, orada şikayət ərizəsinə oxumadan imza etmişdir. İbtidai istintaqda ifadə verərəkən oğlu müharibədə olmuş, fikirli olmuşdur. İfadəsinə oxumadan imza etmişdir. X18 ibtidai istitntaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2018-ci ilin sonlarında torpaq sahəsi almaq üçün Təqsirləndirilən şəxs müraciət edərkən Təqsirləndirilən şəxs ona həyətyanı torpaq sahəsinin olmadığını, yalnız 1.200 manat verəcəyi halda 0.08 ha örüş torpaq sahəsini rəsmi müqavilə əsasında mülkiyyətinə verə biləcəyini bildirmiş, o da razılaşmış və növbəti gün Təqsirləndirilən şəxs Təzəkənd kəndindəki evinə gedib orada Təqsirləndirilən şəxs 1.200 manat pul vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona alqı-satqıya dair müqavilə və digər sənədləri təqdim etmişdir. Lakin maddi imkanı zəif olduğundan həmin torpaq sahəsində ev inşa edə bilməmiş, həmin torpaq sahəsi də Şahid4 Təqsirləndirilən şəxs aldığı torpağı ilə yanbayan olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ona təqdim etdiyi kserosurət edilmiş sənədlərə baxarkən Təqsirləndirilən şəxs pulu 2018-ci il tarixdə verməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona təqdim etdiyi sənədlərin 2006-cı il tarixə aid saxtalaşdırıldığını və həmin torpaq sahələrinin də örüş torpaq sahələri olduğunu bildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinə dair ərizə ilə müraciət etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndinin bələdiyyə sədri olaraq tanımış, onunla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2020-ci il tarixdə evləndikdən sonra 2021-ci ilin may ayına olan müddətlərdə özünə ev inşa etmək üçün yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndindən həyətyanı torpaq sahəsi almaq məqsədilə bələdiyyə sədri Təqsirləndirilən şəxs iş otağına gedib ona müraciət etmiş, Təqsirləndirilən şəxs də ona kənd ərazisindəki 0.06 ha torpaq sahəsini göstərib həmin torpaq sahəsinin örüş torpaq sahəsi olmasına baxmayaraq adına sənədləşdirə biləcəyini və buna görə də, 1.200 manat pul verməli olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxslə razılaşıb növbəti gün qaynatası Zamiqlə birlikdə Təqsirləndirilən şəxs Təzəkənd kəndində yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 1050 manat pul vermiş və əlavə olaraq da Təqsirləndirilən şəxs ona satdığı ərazini zibil tullantılardan təmizləmək üçün traktor sürücüsü çağırıb ona da pul ödəmiş və bununla da həmin torpaq sahəsi üçün 1.200 manat xərc çəkmişdir. Lakin sonradan həmin torpaq sahəsində ev inşa etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona torpağın sənədlərini vermədiyi üçün Təqsirləndirilən şəxs qanunsuz əməllərinə dair ərizə ilə şikayət etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyatyanı torpaq sahələrində qulluq göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Həyatyanı sahələrə ağac əkmək üçün münbit torpaq lazım olmuşdur. Cəlilabad şəhərində yaşayan tanışı Səttar Heydərovla danışıb ondan ona torpaq sahəsi almaqda və icarəyə götürməkdə köməklik göstərməsini, onu tanıdığı bələdiyyə sədrlərindən biri ilə tanış etməsini xahiş etmişdir. Səttar Heydərov ona Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsini verib özü ilə əlaqə saxlayıb razılaşmasını demişdir. O, həmin telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxslə danışdıb, onunla tanışlıq yaratmış və ona demişdir ki, Bakıda Novxanı qəsədəsində bağ sahəsinə tökmək üçün ona 3-4 yük maşını torpaq lazımdır. O, Təqsirləndirilən şəxs demişdir ki, ona torpaq sahəsi icarəyə versin, oradan torpağı özü aparsın. Lakin o, torpaq sahəsini icarəyə verməyə razı olmamışdır. Ancaq Təqsirləndirilən şəxslə 2023-cü ilin fevral ayında 2 yük avtomobili, daha sonra əlavə olaraq 2 yük avtomobili olmaqla ümumilikdə 4 yük avtomobili torpaq göndərməsi üçün ona 1000 manat pul verəcəyi barədə razılaşmışlar. Təqsirləndirilən şəxslə ilkin olaraq ona 800 manat pul verməli olması, pulun aqalan hissəsini isə sonra verəcəyi barədə razılaşmışlar. O, Təqsirləndirilən şəxs torpaq verməyə görə ondan pulu qanunsuz olaraq özü üçün almaq istədiyini bilərək bu barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etdim. O, xx.xx.2023-cü il tarixdə həmin idarəyə dəvət olunmuşdur. Ona idarədən 8 ədəd yüz manatlıq olmaqla 800 manat pul təqdim olunmuşdur. Həmçinin onun üzərinə xüsusi texniki avadanlıq quraşdırılmış, həmçinin ona həmin avadanlıqdan istifadə etmək qaydası izah olunmuşdur. Həmin gün Təqsirləndirilən şəxslə telefonla danışıb Cəlilabad şəhərində yerləşən «Habil» restoranında görüqmək barədə razılığa gəlmişlər. O, Təqsirləndirilən şəxslə «Habil» restoranında görüşmüşdür. O, Təqsirləndirilən şəxslə söhbətə başlayarkən Rafiq ondan 1000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs şübhə yaratmamaq üçün öz cibimdə olan puldan çıxarıb ona 200 manat ona pul vermiş, daha sonra üzərimdə quraşdırılmış xüsusi texniki vasitənin videokamerasını işlək vəziyyətə gətirmiş və baş idarədən ona verilmiş 800 manat pulu da videokameranın müşahidəsi ilə Təqsirləndirilən şəxs vermişdir. Bununla da xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Lakin Rafiq ona demişdir ki, əlavə olaraq 200 manat da verməlidir. Ona görə də Rafiq özünə məxsus plastik bank kartını ona təqdim edərək kartın fotoşəklini telefonu vasitəsi ilə çəkməsini və 200 manat pulu kartına göndərməsini demişdir. Razılaşdıqları kimi Rafiq 2023-cü ilin fevral ayında 2 yük maşını torpağı Novxanı qəsəbəsinə göndərmişdir. 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə telefonla danışarkən kartına əlavə olaraq 200 manat pulu göndərməsini, növbəti aylarda əlavə olaraq 2 yük maşını torpaq göndərəcəyini demişdir. O, 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bank kartına öz hesabımda olan puldan Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən terminal vasitəsi ilə 200 manat pul köçürmüş və bu baərədə qəbzi korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndinin bələdiyyə sədri olaraq tanımış, onunla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Özünün Təzəkənd kəndində yerləşən həyətyanı torpaq sahəsində 2022-ci ildə obyekt tikmişdir. Ona həmin obyekti sənədləşdirmək lazım olmuşdur. Lakin necə sənədləşdirməyi bilməmişdir. Ona görə də bələdiyyə sədri Təqsirləndirilən şəxs obyektin sənədləşdirməsinin aparılmasında ona köməklik etməsi barədə müraciət etmişdir. Obyektin tikildiyi torpaq sahəsini bələdiyyədən almamışdır. Həmin torpaq sahəsini həmkəndlisi Məhəbbət Kərimovdan almışdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan pul istəməmiş və almamışdır. İbtidai istintaqda ifadə verərkən telefon danışıqlarına görə, həm də sıxıntı keçirdiyinə görə Təqsirləndirilən şəxs ondan pul istəməsi və ona pul verməsi barədə ifadə vermişdir. Həmin ifadəsini təsdiq etmir. Lakin Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində və göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndindən həyətyanı torpaq sahəsi almaq məqsədilə bələdiyyə sədri Təqsirləndirilən şəxs iş otağına gedib ona müraciət etmiş, Təqsirləndirilən şəxs də ona kənd ərazisindəki 0.06 ha torpaq sahəsini göstərib həmin torpaq sahəsinin örüş torpaq sahəsi olmasına baxmayaraq adına sənədləşdirə biləcəyini və buna görə də, 1.200 manat pul verməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxslə razılaşıb, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs Təzəkənd kəndində yaşadığı evin həyətində ona 1.200 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı torpaq sahəsində ev inşa etməmişdir. Təqsirləndirilən şəxs ondan 1.200 manat pul almasına baxmayaraq sonradan onu aldadaraq torpağın mülkiyyətinə verilməsinə dair sənədləri təqdim etmədiyindən Təqsirləndirilən şəxs qanunsuz əməllərinə dair ərizə ilə şikayət etmişdir. Məhkəmə istintaqında nümayiş etdirilməklə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Şahid1 ibtidai istintaqda Təqsirləndirilən şəxslə üzləşdirmədə dindirmə zamanı da Təqsirləndirilən şəxs ona 0,06 ha torpaq sahəsinin satılması üçün 1200 manat pul istəməsini, həmin məbləğdə pulu Rafiq Cəfərova verməsini təsdiq etmişdir. İbtidai istintaq zamanı 04 avqust 2023-cü il tarixdə X10 ilə Təqsirləndirilən şəxs arasında videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmədə dindirmə zamanı B.F.Əliquluyev 2021-ci ilin may ayına olan müddətlərdə yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndində ev inşa etmək üçün torpaq sahəsi almaq məqsədilə Təqsirləndirilən şəxs müraciət etməsini və onun tələbi ilə 0.06 hektar torpaq sahəsini almaq üçün Təqsirləndirilən şəxs yaşadığı evdə ona tələbinə əsasən pul verməsini, bələdiyyə büdcəsinə pul vəsaiti mədaxil etmədiyini, həmin pul müqabilində də Təqsirləndirilən şəxs ona alqı-satqı edəcəyinə dair vəd verdiyi torpaq sahəsində ev inşa etməsini, Təqsirləndirilən şəxs ondan aldığı pulu da geri qaytarmadığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. İbtidai istintaq zamanı 04 avqust 2023-cü il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid1 2023cü ilin sentyabr ayına olan müddətlərdə yaşadığı Cəlilabad rayonunun Təzəkənd kəndində ev inşa etmək üçün torpaq sahəsi almaq məqsədilə Təqsirləndirilən şəxs müraciət etməsini və onun tələbi ilə 0.06 hektar torpaq sahəsini almaq üçün 2023-cü ilin oktyabr ayına olan müddətlərdə Təqsirləndirilən şəxs yaşadığı evdə ona 1.200 manat pul verməsini, bələdiyyə büdcəsinə pul vəsaiti mədaxil etmədiyini və Təqsirləndirilən şəxs ona alqı-satqı sənədlərini təqdim etmədiyini və aldığı pulu qaytarmadığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. İbtidai istintaq zamanı 05 avqust 2023-cü il tarixdə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid4 2011-ci ilin sonlarında qızı Şahid5 Cəlilabad rayonunun Təzəkənd ərazisindən 0.08 hektar torpaq sahəsinin alınması üçün Təqsirləndirilən şəxs tələbi ilə sonuncunun yaşadığı evdə 1.200 manat pul verdiklərini, torpaq alqı-satqısı üçün bələdiyyə büdcəsinə hər hansı vəsait mədaxil etmədiklərini və Təqsirləndirilən şəxs də pulu onlardan 2011-ci il tarixdə almasına baxmayaraq alqı-satqı müqaviləsinin 2006-cı il tarixdə aparılmasına dair sənədləri saxtalaşdırmaqla onlara təqdim etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. İbtidai istintaq zamanı 05 avqust 2023-cü il tarixdə Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid5 2011-ci ilin sonlarında adına 0.08 hektar torpaq sahəsinin alınması üçün anası Şahid4 Təqsirləndirilən şəxs tələbi ilə sonuncunun yaşadığı evdə ona 1.200 manat pul verməsini, torpaq alqı-satqısı üçün bələdiyyə büdcəsinə hər hansı vəsait mədaxil etmədiklərini və Təqsirləndirilən şəxs də pulu onlardan 2011-ci il tarixdə almasına baxmayaraq alqı-satqı müqaviləsinin 2006-cı il tarixdə aparılmasına dair sənədləri saxtalaşdırmaqla onlara təqdim etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. İbtidai istintaq zamanı 05 avqust 2023-cü il tarixdə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid3 2018-ci ilin sonlarında Cəlilabad rayonunun Təzəkənd ərazisindən 0.08 hektar torpaq sahəsinin alınması üçün Təqsirləndirilən şəxs tələbi ilə sonuncunun yaşadığı evdə ona 1.200 manat pul verdiyini, torpaq alqı-satqısı üçün Azərbaycan Beynəlxalq Bankının Cəlilabad rayon Filialından bələdiyyə büdcəsinə hər hansı pul vəsaiti köçürmədiyini, Təqsirləndirilən şəxs də pulu ondan 2018-ci il tarixdə almasına baxmayaraq alqı-satqı müqaviləsinin 2006-cı il tarixdə aparılmasına dair sənədləri saxtalaşdırmaqla onlara təqdim etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5 (001)- 1086/2023 nömrəli qərarı əsasında 02 avqust 2023-cü il tarixdə Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin inzibati binasına baxış keçirilən zaman götürülmüş Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğuna 04 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğuna baxış keçirilən zaman Təqsirləndirilən şəxs 2018-ci il tarixdə Şahid3 aldığı pul müqabilində ona "xxxx" ASC-nin Cəlilabad rayon Filialının “1” nömrəli xəzinə möhürü ilə təsdiq edildiyi kimi göstərilmiş və saxtalaşdırmaqla təqdim etdiyi 27 mart 2006 tarixli xəzinə mədaxil qəbzləri ilə eynilik təşkil edən və hər bir vərəqdə 5 ədəd olmaqla ümumilikdə 3 vərəqdə 15 ədəd "xxxx" ASC-nin Cəlilabad rayon Filialının “1” nömrəli xəzinə möhürü ilə təsdiq edildiyi kimi göstərilmiş xəzinə mədaxil qəbzləri aşkar edilmişdir. İş üzrə 28 sentyabr 2023-cü il tarixli qərarla təyin edilmiş kompleks məhkəməxətşünaslıq və sənədlərin məhkəmə ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 4/1653-5/1402 nömrəli rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş, 27 mart 2006-cı il tarixli, 46 nömrəli “Qəbz”-in kserosurətində olan yazılar; 27 mart 2006-cı il tarixli bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı “Müqaviləsi”-nin kserosurətinin 2-ci vərəqində “5. Tərəflərin imzaları və ünvanları:” hissəsində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğunda aşkar edilmiş 03 ədəd vərəqin üzərində olan möhür əksləri şırnaqlı printer vasitəsilə çap edilmişdirlər. Tədqiqata təqdim edilmiş 27 mart 2006-cı il tarixli, 46 nömrəli qəbzin blankının reproqrafik surətinin tərtibat forması Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğunda aşkar edilmiş 03 ədəd vərəqin üzərində olan qəbzlərin blanklarının surətləri ilə eynilik təşkil edir. Təqsirləndirilən şəxs və mütəxəssis qismində dəvət edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 8 saylı Cəlilabad Ərazi İdarəsinin mühəndisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq aldığı pul müqabilində kənd sakinlərinə satdığı torpaq sahələrinə 19 sentyabr 2023-cü il tarixli baxış protokollarından görünür ki, X10 ilə Şahid3 Təqsirləndirilən şəxs aldıqları torpağı hasarlayaraq ev inşa etmiş, lakin Şahid5 ilə Şahid1 aldığı örüş torpaq sahəsində hər hansı tikili inşa etməmişlər. 02 avqust 2023-cü il tarixdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs münbit torpaq kütləsi qazdırdığı əraziyə baxış keçirilməsi protokolundan görünür ki, qeyd olunan ərazidə 17 metr uzunluğunda, 5.4 metr enində olmaqla ümumilikdə 91.8 kvadratmetr torpaq sahəsində 42 sm dərinlikdə qazıntı işləri aparılaraq 38.55 kubmetr həcmində kütlə çıxarıldığı müəyyən edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 8 saylı Cəlilabad Ərazi İdarəsindən Baş İdarəyə xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-4976/2023 nömrəli məktubla daxil olmuş mütəxəssis rəyindən və yerquruluşu planından görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində Şahid5 istifadəsində olan 0.08 hektar torpaq sahəsi Cəlilabad rayonunun Təzəkənd kəndinin (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşir. Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində Şahid3 istifadəsində olan 0.08 hektar torpaq sahəsi Cəlilabad rayonunun Təzəkənd kəndinin (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşir. Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində X9 istifadəsində olan 0.06 hektar torpaq sahəsi Cəlilabad rayonunun Təzəkənd kəndinin (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşir. Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində Şahid1 istifadəsində olan 0.06 hektar torpaq sahəsi Cəlilabad rayonunun Təzəkənd kəndinin (keçmiş “Muğan” təsərrüfatı) kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı ictimai örüşdə yerləşir. Şahid6 təqdim etdiyi "xxxx" MMC vasitəsilə köçürülmüş ********** nömrəli əməliyyat qəbzindən görünür ki, Şahid6 xx.xx.2023-cü il tarixdə saat 20:33-də Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən 19072 nömrəli terminal vasitəsilə Təqsirləndirilən şəxs “Kapital Bank“-dakı 416973******8362 nömrəli hesabına 200 manat pul vəsaiti köçürmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus "xxxx"-da açılmış 416973******8362 nömrəli hesabından çıxarışdan görünür ki, 13 may 2023-cü il tarixdə Şahid6 tərəfindən xx.xx.2023-cü il tarixdə hesabına köçürülmüş 200 manat pul vəsaitini 15 may 2023-cü il tarixdə Cəlilabad rayonunun Alar kəndi ərazisində yerləşən “2002” marketdə quraşdırılmış ATM bankomatdan məxaric etmişdir. “Telefon danışıqlarının ələ keçirilməsi haqqında” Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən Baş İdarəyə daxil olmuş 01 ədəd CD diskə 06 oktyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə 18:44 dəqiqədə 35 saniyə, xx.xx.2023-cü il tarixdə 14:26 dəqiqədə 5 saniyə, xx.xx.2023-cü il tarixdə 11:15 dəqiqədə 60 saniyə, xx.xx.2023-cü il tarixdə 17:24 dəqiqədə 433 saniyə, xx.xx.2023-cü il tarixdə 22:24 dəqiqədə 72 saniyə, xx.xx.2023-cü il tarixdə 12:35 dəqiqədə 287 saniyə, xx.xx.2023cü il tarixdə 16:56 dəqiqədə 18 saniyə, xx.xx.2023-cü il tarixdə 14:24 dəqiqədə 38 saniyə, xx.xx.2023-cü il tarixdə 13:24 dəqiqədə 443 saniyə, xx.xx.2023-cü il tarixdə 11:49 dəqiqədə 113 saniyə, xx.xx.2023-cü il tarixdə 13:13 dəqiqədə 19 saniyə, xx.xx.2023-cü il tarixdə 11:38 dəqiqədə 361 saniyə və xx.xx.2023-cü il tarixdə 07:33 dəqiqədə 36 saniyə müddətində telefon danışıqları aparılmışdır. Şahid5 təqdim etdiyi Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 08 nömrəli qəbzin kserosurətindən görünür ki, qəbzdə Şahid5 həyətyanı məqsədli torpaq sahəsini almaq üçün bələdiyyə büdcəsinə 83.80 (səksən üç manat səksən qəpik) manat pul mədaxil etməsi qeyd edilmiş və Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin dairəvi möhürü ilə təsdiqlənmişdir. Şahid5 təqdim etdiyi Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 03 saylı iclas protokolundan çıxarışın kserosurətindən görünür ki, protokolda Təqsirləndirilən şəxs Şahid5 2006-cı il tarixdən bələdiyyənin prespektiv inkişafı üçün ayrılmış torpaqlardan 0.08 ha torpaq sahəsini həyətyanı məqsədilə ona satılmasını xahiş etdiyini göstərmiş və qeyd olunan torpaq sahəsinin Şahid5 satılması məqsədə müvafiq hesab edilmişdir. Şahid5 təqdim etdiyi 27 mart 2006-cı il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”-nin kserosurətindən görünür ki, Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 03 saylı iclas protokoluna əsasən bələdiyyənin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən 0.08 ha torpaq sahəsi Şahid5 satılmışdır. Şahid5 təqdim etdiyi “Həyətyanı məqsədi üçün satılan torpaq sahəsinin seçilməsi barədə akt”-ın kserosurətindən görünür ki, Şahid5 satılmış torpaq sahəsi şimaldan örüş, cənubdan həyətyanı, şərq və qərbdən isə yolla qonşuluqda yerləşməsi qeyd edilmişdir. Şahid3 təqdim etdiyi "xxxx" ASC-nin Cəlilabad rayon filialının 27 mart 2006-cı il tarixli 46 nömrəli qəbzin surətindən görünür ki, qəbzdə Şahid3 həyətyanı torpaq sahəsi almaq üçün 88 (səksən səkkiz) manat pulu Təzəkənd bələdiyyəsinin büdcəsinə ödənilməsi göstərilmiş və qəbzə "xxxx" ASC-nin Cəlilabad rayon filialının “1” nömrəli xəzinə mədaxil möhürü əks edilmişdir. Şahid3 təqdim etdiyi Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 03 saylı iclas protokolundan çıxarışın kserosurətindən görünür ki, protokolda Təqsirləndirilən şəxs Şahid3 2006-cı il tarixdən bələdiyyənin prespektiv inkişafı üçün ayrılmış torpaqlardan 0.08 ha torpaq sahəsini həyətyanı məqsədilə ona satılmasını xahiş etdiyini göstərmiş və qeyd olunan torpaq sahəsinin Şahid3 satılması məqsədə müvafiq hesab edilmişdir. Şahid3 təqdim etdiyi 27 mart 2006-cı il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”-nin kserosurətindən görünür ki, Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 03 saylı iclas protokoluna əsasən bələdiyyənin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən 0.08 ha torpaq sahəsi Şahid3 satılmışdır. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 5 (001)-2827/2022, xx.xx.2023cü il tarixli 5(001)-439/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 5(001)-1086/2023 nömrəli qərarlar qəbul edilmişdir. Pul əskinazlarının təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid6 Təzəkənd ərazisindən münbit torpaq kütləsinin qazılmasına görə pul tələb etməsinə dair Şahid6 müraciətinə əsasən Şahid6 əməliyyataxtarış tədbirinin keçirilməsi məqsədilə 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat pul əskinazı verilmişdir. Şahid6 tərəfindən xx.xx.2022-ci il tarixdə üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlıq vasitəsilə aparılmış 02 dəqiqə 10 saniyə müddətindəki auido və videogörüntülərə 04 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, Şahid6 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs münbit torpaq kütləsinin alınması üçün Təqsirləndirilən şəxs tələbi ilə ona 800 manat pul vermişdir. Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin 25 yanvar 2010-cu il tarixli 1 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin 24 yanvar 2017-ci il tarixli 2 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Cəlilabad rayon Təzəkənd bələdiyyəsinin 30 iyun 2020-ci il tarixli, 4 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilmişdir. 23 fevral 2005-ci il tarixli, 3111 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 25 yanvar 2010-cu il tarixli 01 nömrəli iclas protokoluna və bələdiyyə üzvlərinin 03 fevral 2005-ci il tarixli 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin Nizamnaməsi”-nə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyə sədri bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması, bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verməsi, bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaması, yerli əhalinin mənafeyi naminə bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə səlahiyyətlərinə malik şəxsdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi nəticəsində Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurulması müəyyən edildiyindən 20 oktyabr 2023-cü il tarixli qərarla Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsi zərərçəkmiş şəxs qismində, 23 oktyabr 2023-cü il tarixli qərarla isə Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin üzvü X11 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin üzərində hadisənin izlərini saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə Şahid6 tərəfindən xx.xx.2022-ci il tarixdə üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlıq vasitəsilə aparılmış 02 dəqiqə 10 saniyə müddətindəki auido və videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, 27 mart 2006-cı il tarixli Təzəkənd bələdiyyəsinin 08 nömrəli kassa mədaxil orderinin kserosurəti, Şahid5 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 03 saylı iclas protokolundan çıxarışın kserosurəti, “Bələdiyyə torpağının Şahid5 mülkiyyətinə verilməsi haqqında” 27 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsinin kserosurəti, torpaq alqı-satqısına dair 27 mart 2006-cı il tarixli aktın kserosurəti, 27 mart 2006-cı il tarixli 46 nömrəli "xxxx" ASC-yə məxsus olmaqla saxtalaşdırılmış xəzinə mədaxil qəbzinin kserosurəti, Şahid3 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli 03 saylı iclas protokolundan çıxarışın kserosurəti, “Bələdiyyə torpağının Şahid3 mülkiyyətinə verilməsi haqqında” 27 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsinin kserosurəti, Şahid6 təqdim etdiyi "xxxx" MMC vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-dəki hesabına pul köçürülməsinə dair ********** nömrəli əməliyyat qəbzi, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus "xxxx"-da açılmış 416973******8362 nömrəli hesabdan çıxarış, Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğuna baxış keçirilən zaman aşkar edilmiş 03 ədəd vərəqdəki ümumilikdə 15 ədəd xəzinə mədaxil qəbzlərinin əsli, “Telefon danışıqlarının ələ keçirilməsi haqqında” Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən Baş İdarəyə daxil olmuş 01 ədəd CD disk 20 oktyabr 2023-cü il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X20dən Baş idarəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş 18-1-32/2-1317/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X20dən Baş idarəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş 11773 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş yaşayış yeri üzrə xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə edilmişdir. Təqsmirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ev dustaqlığı növündə əsas və vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən yayındığından Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuş, 12 dekabr 2024-cü il tarixdə isə tutulmaqla həbsə alınmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Təzəkənd bələdiyyəsinin 25 yanvar 2010-cu il tarixli, 01 nömrəli iclas protokoluna əsasən həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən 2011-ci ilin noyabr-dekabr aylarından başlayaraq 2023-cü ilin may ayına kimi olan müddətdə vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərini aşması, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən almış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməsi və hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlaması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması və təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs 2011-ci ilin noyabr-dekabr aylarında Şahid5 fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsi verilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş anası Şahid4 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib alması, bununla bağlı olaraq vəzifə səlahiyyətlərini aşması və vəzifə saxtakarlığı cinayətlərini törətməsindən hal-hazırda on üç ildən artıq müddət keçdiyindən və həmin cinayətə görə CM-nin 75.1.3-cü maddəsində müəyyən edilmiş on iki il cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod onun ittihamından xaric olunmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Şahid3 ev tikməsi üçün 0,8 hektar torpaq sahəsinin verilməsinə görə ondan 1200 manat yox, 1050 manat pul alması, Şahid3 torpaq sahəsi verə bilmədiyinə görə ondan aldığı 1050 manat pulu özünə qaytarması, Şahid2 torpaq sahəsinin ayrılması üçün onun qayınatası Zamiqdən 1100 manat məbləğində pul alsa da, torpaq sahəsini sənədləşdirə bilmədiyinə görə pulu qaytarması, Şahid1 torpaq sahəsinin verilməsi üçün ondan aldığı 1100 manat pulu bələdiyyənin hesabına köçürməsi, Şahid6 dörd maşin münbit torpaq göndərmək üçün ondan aldığı 950 manat pulun 500 manatını sürücülərə verməsi, 450 manatını isə Rəşadın əmisinə verməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir, onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları və digər sübutlarla uyğunluq təşkil etdiyindən daha obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə Şahid3 məhkəmə istintaqında verdiyi, torpaq sahəsi almaq üçün Cəlilabad rayonu Təzəkənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs pul vermək məqsədi olsa da, ona faktiki olaraq pul verməməsi barədə ifadəsini həmkəndlisi Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir, onun ibtidai istintaqda verdiyi, Təqsirləndirilən şəxs 1.200 manat pul verməsi, Təqsirləndirilən şəxs ona torpaq sahəsinin ayrılmasına dair saxta sənədlər təqdim etməsi və səbəbdən də onun barəsində şikayət etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə eyni ilə Şahid1 məhkəmə istintaqında verdiyi Təzəkənd kəndində yerləşən həyətyanı torpaq sahəsində 2022-ci ildə inşa etdirdiyi obyektin sənədləşdirilməsi işində kömək göstərməsi məqsədi ilə Təqsirləndirilən şəxs müraciət etməsi, Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı ondan pul istəməməsi və almaması barədə ifadəsini həmkəndlisi Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir, onun ibtidai istintaqda verdiyi, ona torpaq sahəsinin verilməsi üçün 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs 1.200 manat pul verməsi, lakin ona torpağın mülkiyyətinə verilməsinə dair sənədləri təqdim etmədiyindən Təqsirləndirilən şəxs qanunsuz əməllərinə dair ərizə ilə şikayət etməsi barədə ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 309.1, 311.3.2, 313 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə məhkəmənin 17 dekabr 2024-cü il tarixli qərarı ilə iş üzrə CM-nin 313 və 320.1-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 311.3.2-ci maddələri ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hseab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, vəzifədən kənarlaşdırma qətimkan tədbirinin tətbiqinə isə zərurət olmadığından ləğv edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs CM-nin 309.1-ci maddəsində nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqlarından məhrum etmə (dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə) növündə əlavə cəza da təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona CM-nin 311.3.2-ci maddəsi ilə də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqlarından məhrum etmə (dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə) növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş Şahid6 tərəfindən xx.xx.2022-ci il tarixdə üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlıq vasitəsilə aparılmış 02 dəqiqə auido və videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, 27 mart 2006-cı il tarixli Cəlilabad Rayon Təzəkənd bələdiyyəsinin 08 nömrəli kassa mədaxil orderinin kserosurəti, Şahid5 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Cəlilabad Rayonu Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışın kserosurəti, “Bələdiyyə torpağının Şahid5 mülkiyyətinə verilməsi haqqında” 27 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsinin kserosurəti, torpaq alqısatqısına dair 27 mart 2006-cı il tarixli aktın kserosurəti, 27 mart 2006-cı il tarixli, 46 nömrəli "xxxx" ASC-yə məxsus olmaqla saxtalaşdırılmış xəzinə mədaxil qəbzinin kserosurəti, Şahid3 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Cəlilabad Rayonu Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışın kserosurəti, “Bələdiyyə torpağının Şahid3 mülkiyyətinə verilməsi haqqında” 27 mart 2006cı il tarixli alqı-satqı müqaviləsinin kserosurəti, Şahid6 təqdim etdiyi "xxxx" MMC vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-dəki hesabına pul köçürülməsinə dair ********** nömrəli əməliyyat qəbzi, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus "xxxx"-da açılmış 416973******8362 nömrəli hesabdan çıxarış, Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğuna baxış keçirilən zaman aşkar edilmiş 03 ədəd vərəqdəki ümumilikdə 15 ədəd xəzinə mədaxil qəbzlərinin əsli, “Telefon danışıqları barədə "xxxx" MMC-dən Baş İdarəyə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2, 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törəməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 311.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş Şahid6 tərəfindən xx.xx.2022-ci il tarixdə üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlıq vasitəsilə aparılmış 02 dəqiqə auido və videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, 27 mart 2006-cı il tarixli Cəlilabad Rayon Təzəkənd bələdiyyəsinin 08 nömrəli kassa mədaxil orderinin kserosurəti, Şahid5 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Cəlilabad Rayonu Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışın kserosurəti, “Bələdiyyə torpağının Şahid5 mülkiyyətinə verilməsi haqqında” 27 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsinin kserosurəti, torpaq alqısatqısına dair 27 mart 2006-cı il tarixli aktın kserosurəti, 27 mart 2006-cı il tarixli, 46 nömrəli "xxxx" ASC-yə məxsus olmaqla saxtalaşdırılmış xəzinə mədaxil qəbzinin kserosurəti, Şahid3 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair Cəlilabad Rayonu Təzəkənd bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışın kserosurəti, “Bələdiyyə torpağının Şahid3 mülkiyyətinə verilməsi haqqında” 27 mart 2006cı il tarixli alqı-satqı müqaviləsinin kserosurəti, Şahid6 təqdim etdiyi "xxxx" MMC vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-dəki hesabına pul köçürülməsinə dair ********** nömrəli əməliyyat qəbzi, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus "xxxx"-da açılmış 416973******8362 nömrəli hesabdan çıxarış, Təqsirləndirilən şəxs məxsus sənədlər qovluğuna baxış keçirilən zaman aşkar edilmiş 03 ədəd vərəqdəki ümumilikdə 15 ədəd xəzinə mədaxil qəbzlərinin əsli, “Telefon danışıqları barədə "xxxx" MMC-dən Baş İdarəyə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar