Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-239/2025 30.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X26, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, “İkinci Qarabağ” müharibəsində iştirak etmiş, veteran, 31 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 4(020)-6/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Beyləqan Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(020)-9/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə dərhal həbsdən azad edilmiş, 19 yanvar 2025-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(099)-239/2025 nömrəli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 31 mart 2024-cü il tarixdə məhkəmə ilə müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış istintaqa və məhkəməyə məlum olmayan miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üstündə saxlamaqla daşıyıb, onun bir hissəsini, yəni içərisində istintaqa və məhkəməyə məlum olmayan miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusunu həmin gün istintaqa və məhkəməyə məlum olmayan vaxtda ünvan 1 ünvanının yaxınlığında tanışı X19 80 manat pul qarşılığında qanunsuz olaraq satmış, qalan hissəsini isə satış məqsədi ilə qanunsuz olaraq üstündə saxlayaraq daşımış, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 31 mart 2024-cü il tarixdə saat 21:00-da Beyləqan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üstündə şəxsi axtarış aparılarkən üzərində saxlayaraq daşıdığı 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayırılıqda təmiz çəkiləri 1,89 qram, 3,03 qram, 4,76 qram və 01 (bir) ədəd bükümdə 0,25 qram, ümumilikdə cəmi 9,93 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham ilə özünü qismən təqsirli bilmiş, Sadiq Əhmədova bir dəfə narkotik vasitə verdiyini bildirmişdir. 31 mart 2024-cü il tarixdə səhər vaxtı Sadiq Əhmədov ona zəng etmişdir. Sadiqlə münasibəti olduğundan sonuncu ona tez-tez zəng etmişdir. Sadiq onun hərbiçi olduğunu və hərbidən işdən çıxdığını bilmişdir. Onda marixuana olmuş, müharibə vaxtı və müharibədən sonra marixuana çəkmişdir. Müharibə vaxtı döyüş gedən yerlərdə marixuana çox olmuş, hamı marixuana çəkdiyi üçün o da marixuana götürərək çəkmişdir. Evə gələndə də marixuana götürərək gəlmişdir. Son zamanlar narkotik vasitə marixuana istifadə etməmişdir. Sadiq onda marixuana olduğunu bilmişdir. 31 mart 2024-cü il tarixdə Sadiq ona zəng vuraraq yanına gəlmiş, Sadiqə narkotik vasitə marixuananı vermişdir. Buna görə cinayət məsuliyyətinə cəlb olunacağını bilsəydi, Sadiqə marixuana verməzdi, özü çəkib istifadə edərdi ya da marixuananı atardı. Sadiqə marixuana verdikdən sonra Sadiq onun cibinə yoldaş kimi pul qoymuş, Sadiqə narkotik satmamış, Sadiqə yoldaş kimi marixuana vermişdir. Sadiq onun cibinə 80 manat pul qoymuş, narkotik vasitə olan marixuananı Sadiqə pul müqabilində verməmişdir. Sadiqə 80 manatı niyə cibinə qoyduğunu soruşmaq üçün zəng etmiş, lakin Sadiqin mobil nömrəsinə zəng çatmamışdır. Sadiq onun işlədiyini bilməmiş, ancaq onun pula ehtiyacı olmuşdur. Sadiqə marixuananı verdikdən 5-6 saat sonra polis əməkdaşları gəlib, onu çayxandan götürüb polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu polis şöbəsinə apararkən sol cibinə polis əməkdaşı tərəfindən marixuana atılmışdır. Gödəkçəsinin “zamoku” ilişməsəydi, bundan heç onun xəbəri də olmayacaqdır. Həmin vaxtı əlləri qandallı olmuş, polis əməkdaşına nə etdiyini demiş, polis əməkdaşı heç nə zamok ilişmişdi yuxarı çəkdim demişdir. Sağ cibinə iki kibrit qutusunda və bir bükümdə marixuana qoyulmuşdur. Polis şöbəsinə gətirildikdən sonra onu rəis müavini Mahirin otağına aparmışlar. Mahiri əvvəllər tanımamış, onu polis şöbəsində görmüşdür. Mahirin otağında əllərində olan qandalı açmışlar. Əllərindən qandalı açan kimi polis əməkdaşlarının, üzərinə marixuana qoyduqlarını bilmişdir. Üç kibrit qutusu və bir büküm marixuananı çıxarıb stolun üzərinə atmış və “rəis nə çəkəniyəm, nə də satanıyam, bunu mənim üzərimə polis əməkdaşları qoymuşlar” demişdir. Mahir ona “götür qoy cibinə” demiş, o da Mahirə “bu mənim olmaya-olmaya niyə cibimə qoyum” demişdir. Polis əməkdaşları onu döymüşlər, iki dişi qırılmışdır. Döyülməsi ilə bağlı araşdırma aparılsa da təsdiqini tapmamışdır. Birinci yumruqla başına vurmuşlar, sonra isə bədəninə vurmuşlar. Onu RPŞ-dən 3 saylı İstintaq Təcridxanasına etap etmişlər, təcridxanaya daxil olarkən bədəninin üzərində xəsarət olmamış, tibbi sənədə xəsarət barədə yazılıb-yazılmadığını bilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Ramizdən marixuana almamışdır. Sadiqə bir dəfə marixuana vermiş, Sadiq də onun cibinə 80 manat pul qoyub getmişdir. Marixuananı siqaret kimi çəkmişdir. 08 aprel 2024-cü il tarixdə onu İstintaq Təcridxanasına etap etmişlər. Sadiqi tutulmamışdan 7-8 ay əvvəl, xalası oğlunun vasitəsi ilə tanımışdır. Sadiqlə bir yerdə narkotik vasitə istifadə etmişlər. Sadiq ondan marixuana almamış, marixuana satan olmamışdır. Sadiqlə görüşmüş, Sadiqə marixuana verdikdən sonra Sadiq pulu cibinə qoyub çıxıb getmişdir. Sonradan Sadiqə zəng edib pulu niyə qoyduğunu soruşmaq istəmiş, həmin vaxtı Sadiqə zəng çatmamışdır. Sadiqə marixuana verdikdən 5-6 saat sonra Sadiqin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Ola bilər ki, 2024-cü ilin mart ayında Sadiqlə telefon danışıqları olsun. Sadiq ona qənd və çay alıb verməmişdir. İşləmədiyi üçün Sadiq ona siqaret alıb vermişdir. Sadiqə bir dəfə marixuana vermiş, Sadiqə dəfələrlə marixuana verməmişdir. Sadiq yalan ifadə vermişdir, Sadiqə iki dəfə marixuana verməmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində marixuana olmamış, üzərindən aşkarlanan marixuananı polis əməkdaşları üzərinə qoymuşlar. Şahid1, Şahid2 Şahid4 və Şahid3 tanımamış, sonuncu onun saxlanılmasında iştirak etməmişdir. Üzərində şəxsi axtarış aparılan zaman hansı səbəbdən videoçəkiliş aparılmamışdır. Şiddətə məruz qaldığı üçün etirafedici ifadə vermişdir. Polis əməkdaşları onu 31 mart 2024-cü il tarixdə saat 18 radələrində saxlamışlar. Beyləqanda şəhər ərazisində yerləşən çayxanada dostu X40 ilə oturub çay içən zaman polis əməkdaşları gəlib onu saxlamışlar. Çayxana ilə polis şöbəsinin məsafəsi təxminən 1 km olardı. 2024-cü ilin mart ayında Beyləqan rayonunda olmuşdur. Döyülməsi ilə bağlı prokurorluğa müraciət etmişdir. Polis əməkdaşları ona “3 kibrit qutusu sənindir” demişlər, bu işdə Ramizin adını çəkirlər. Sadiq gəlib ondan bir kibrit qutusu almış, Sadiq ondan ayrılıb getmiş, Sadiqi tutub saxlamışlar, onun üzərindən 2 kibrit qutusu və 7 büküm əlavə narkotik vasitə nəşə aşkarlanmışdır. Sadiqdə iki kibrit qutusu və 7 büküm marixuana var idisə, nəyə görə Sadiq ondan əlavə 1 kibrit qutusu marixuana alsın. Onda 3 kibrit qutusu marixuana olubsa nəyə görə gedib Ramizdən marixuana alsın. Onu polis şöbəsinə gətirdikdən sonra bir otağa salmışlar. Onu çayxanada saxlayan zaman qollarını qandallamışlar. Onu saxlayan zaman polis əməkdaşlarına nə üçün onu saxladıqlarını soruşmuş, polis əməkdaşları replika atıb adam öldürdüyünü demişdir. Onu şübhəli şəxs qismində polis şöbəsinə gətirən zaman ona vəkil təqdim olunmamışdır. Rəis müavini Mahirin yanında söyülmüş, ayağını stolun arasına keçirib, yarım saat ona işgəncə vermişlər. Anar adlı polis əməkdaşını polis şöbəsində tanımışdır. Anar ona “Ramizin adın ver” demiş, o da Ramizin adını niyə çəkim demişdir. Ramizin adını polis şöbəsində çəkməmiş, Ramizin adını polis əməkdaşları özləri çəkmişlər. Həmin günü Ramizlə çay içmişlər, münasibətləri olmuş, ancaq Ramizlə aralarında narkotik vasitə söhbəti olmamışdır. Anar adlı polis ona var-yox söyüşü söymüş, qəbul etməsə varyoxunu polis şöbəsinə gətirəcəyini ona demişdir. Arvadından boşanmış, iki uşağı var, uşağının biri xəstədir. Polis əməkdaşları onu saxlayan zaman üzərindən 355 manat pul çıxmışdır. Ona məxsus avtomobil bir ildir polis şöbəsinin cərimə meydançasındadır, 800 manat cəriməsi var, cərimlərini ödəyə bilmədiyi üçün avtomobilini idarə edə bilməmiş, anası ona 400 manat pul tapıb vermiş və 400 manat da tapıb verəcəyini demişdir. 400 manatdan 45 manatın xərcləmiş, qalan 355 manat üzərindən çıxmışdır. Anası təqaüdçüdür. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 onu döyməmiş, ancaq onun döyülməsini görmüşdür. Polis əməkdaşları onu saat 18 radələrində saxlamışlar. Şahid1 sonradan polis şöbəsində görmüş, söhbət zamanı sonuncu ona “məni arada qoyublar” demişdir. Şahid2 üzərinə narkotik vasitə qoymamış və üzərinə narkotik vasitə qoyduğunu da görməmişdir. Şahid2 onu döymüş, yumruqla üzünə və başına vurmuşdur. Şahid2 avtomobildə onun hansı tərəfində oturduğunu xatırlamamış, Şahid2 polis şöbəsində polis formasında olmuşdur. Mahir Əliyevin üzərinə narkotik vasitə qoyduğunu deməmişdir. Mahir Əliyev üzərinə narkotik vasitə qoymamışdır. Sadiqlə bir-iki dəfə marixuana çəkmişdir. Sadiq dəfələrlə xahiş etdiyi üçün ona yarım kibrit qutusunda marixuana vermişdir. Sadiq cibinə pul basıb getmişdir, bundan sonra Sadiqin telefonuna zəng vurmuş, ancaq onun telefonuna zəng çatmamış, sonradan Sadiqin tutulduğunu bilmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid9 polis əməkdaşı kimi tanımışdır. Polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirərkən Şahid9 iştirak etmişdir. Avtomobilin salonunda polis əməkdaşlarından solunda İlkin, sağında isə Şahid9 oturmuşdur. Avtomobildən düşdükdən sonra onu polis şöbəsinə polis əməkdaşlarından İlkin ilə Nicat aparmışlar. X43 otağına aparan zaman Şahid9 iştirak etmişdir. Ona fiziki təsir göstərən polis əməkdaşlarından Şahid9 də olmuşdur. Şahid9 sillə vurub, yumruq vurub yerə yıxmış, yerdə olan zaman təpikdə vurmuşdur. Şahid3 saxlanılmasında iştirak etmişdir. Şahid İlkin Əkbərovu əməliyyat vaxtı tanımış, ona kimi rayon adamı kimi tanımışdır. Avtomobili sürən səhv etmirsə Toğrul olmuş, sürücünü tam xatırlamamışdır. İlkin avtomobildə sol tərəfində oturmuşdur. İlkin Əkbərova avtomobildə nə edirsən demiş, fikirləşmişdir ki, insandı bəlkə cibinə nəsə atar. Mahirin otağına aparanda bilmişdir ki, sol cibində nəşə var, sağ cibindən xəbəri olmamışdır. Xahiş etmişdir ki, qolunu açsınlar, siqaret çəkən adamdır, dişləri ağrayır. Qolunu açan kimi o, cibindən karopkaları çıxarıb stolun üzərinə atmış, “bu mənim deyil, bu cibimə qoyulub” demişdir. Mahir ona “qoy cibinə” demişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, oğlu Ömər Qasımlının “Rezideual-orqanik tipli diffuz pozuntuları üzərində, mərkəz-arxa paylarının mdeio-bazal hisssələrinin paroksizmal prosessə cəlb olunması” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, qardaşı X20 İ dərəcəli əlilliyinin olmasını, “İknci Qarabağ” müharibəsində fəal iştirak etməsini, veteran olmasını, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, (medalın vəsiqəsi № İ-21520), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, (medalın vəsiqəsi № İ-19328), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2716 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı (medalın vəsiqəsi № İ-8680), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” (medalın vəsiqəsi № İ-60001) medallarını almasını, ailəsində ondan başqa qazanc gətirən şəxsin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan şəhəri, Ə.Vahid küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir, lakin uzun müddətdir ki, narkotik vasitə istifadəsini dayandırmışdır. 31 mart 2024-cü il tarixdə, saat 11 radələrində əvvəllərdən tanıdığı Beyləqan rayonu Təzəkənd kənd sakini X29 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. O Sadiqə Beyləqan şəhəri, 20 Yanvar küçəsi ərazisində yerləşən Çinar adlı kafenin həyətində oturub çay içdiyini bildirib oraya gəlməsini demişdir. Təxminən 1 saat yarımdan sonra Sadiq, o olduğu kafeyə gəlmişdir. Sadiq onunla görüşmüş və onunla stolda əyləşib çay içməyə başlamışlar. Onlar çay içən zaman Sadiq qurudulmuş marixuana istifadəçisi olduğunu bildirib ona qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Sadiqə onda marixuana olduğunu bildirib ona verə biləcəyini demiş və onu kafedə gözləməsini bildirərək, gedib ona qurudulmuş marixuana gətirəcəyini demişdir. Kafedən çölə çıxıb yaşadığı Beyləqan şəhəri, Ə.Vahid küçəsi, ev 43-də yerləşən evə getmişdir. Evin zirzəmisində olan köhnə hərbi gödəkçəsinin cibində saxladığı bir kibrit qutusunda olan qurudulmuş marixuananı götürmüş və Sadiqə zəng edib onu yaşadığı küçəyə çağırmışdır. Sadiq yaşadığı küçəyə gəlmiş və o küçədə onunla görüşüb bir kibrit qutusunda olan qurudulmuş marixuananı ona vermişdir. Sadiq qurudulmuş marixuananı ondan almış və cibinə qoymuşdur. Aralarında Sadiqə qurudulmuş marixuana verməyi üçün pul söhbəti olmasa da Sadiq marixuananı aldıqdan sonra cibindən 80 manat pul çıxarıb ona vermişdir. Sadiqə marixuananı pul qarşılığında ona vermədiyini bildirərək pul verməsinə ehtiyac olmadığını demişdir. Lakin Sadiq verdiyi pulu geri götürməmiş və sağollaşıb çıxıb getmişdir. Bundan sonra o da kafedən çıxmış və öz işlərinin dalınca getmişdir. Həmin gün saat 18 radələrində Beyləqan şəhəri, 20 Yanvar küçəsində olarkən mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib əllərini arxa tərəfdən qandallamışlar. Sonra onlar onu avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. Yolda olarkən sonradan adını bildiyi İlkin adlı polis əməkdaşı onun əynində olan gödəkçəsinin sol cibinin sepini açmışdır. Sonra İlkin cibin sepini bağlayarkən sep ilişmiş və o, İlkindən nə iş gördüyünü soruşmuş, lakin İlkin ona heç bir cavab verməmişdir. Həmin vaxt avtomobildə sağ tərəfində sonradan adının Anar olduğunu bildiyi polis əməkdaşı oturmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Sonra onu rəis müavini Şahid8 otağına aparmışlar. Orada ondan Sadiqə marixuana satıb-satmadığını soruşmuşlar və o ilk öncə Sadiqə marixuana satmadığını bildirmişdir. Sonradan Sadiqi də otağa gətirmişlər və Sadiq ondan 3 dəfə qurudulmuş marixuana aldığını bildirmişdir. Bundan sonra o Sadiqə qurudulmuş marixuana satdığını etiraf etmişdir. Bundan sonra polislər ona “X8 3 dəfə qurudulmuş marixuana alıb Sadiqə satmasını bildirməsini” demişlər. Onlara etiraz etmiş və belə fikir bildirməyəcəyini demişdir. Həmin vaxt Şahid8, İlkin, Sərxan və Anar adlı polis əməkdaşları onu döyməyə başlamışlar. Həmin vaxt onun üst çənə sümüyündə sağ və sol tərəfdən 2 dişi qırılmış və 1 dişi də laxlamağa başlamışdır. Aldığı zərbələrdən onun başında ağrılar əmələ gəlmişdir. Bundan 20 dəqiqə sonra onu yerə uzadıb ayağını stulun arasına keçirmişlər və Şahid8 dubinka ilə onun dabanlarına vurmağa başlamış, ona çox ağır işgəncə vermişdir. Sonra Şahid8 dubinkanı ona göstərib “əgər Ramizdən 3 dəfə bir kibrit qutusu qurudulmuş marixuana alıb Sadiqə satdığını bildirməsə dubinkanı onun arxa keçəcək dəliyinə soxacağını” bildirmişdir. Əlacsız qalaraq artıq döyülməmək üçün Ramizdən ayrı-ayrı vaxtlarda 3 dəfə bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana alıb Sadiqə satdığını bildirəcəyini demişdir. Sonra onu X23un otağına aparmışlar. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X11 təqdim edən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda, yaşadığı evdə saxlamaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qimsində tutduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Quliyev Vəkil Yelmar oğlu hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Vəkil Quliyevin hüquqlarını müdafiə etməsinə heç bir ertirazı olmadığını bildirdikdən sonra iki nəfər Şahid6 və Şahid5 hal şahidi qismində dəvət edilmişdir. Sonra polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərində fotoçəkiliş vasitəsilə şəxsi axtarış aparılması barədə Rəşad Novruzov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. Bu zaman o əlini əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq iki ədəd kibrit qutusunu və bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. X9 üzərində başqa nəsə olub-olmamasını, təqdim etdiyi predmetlərin nə olduğunu soruşmuşdur. Həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, lakin həmin marixuanaların ona məxsus olmadığını, hansı səbəbdən üzərində olduğunu bilmədiyini bildirmişdir. Aşkar edilmiş üç ədəd kibrit qutularının və bir ədəd bükümün içərisinə baxış keçirilərək içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan kütlənin qutu ilə birlikdə ümumi çəkisinin 5 qram, qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş kibrit qutularının qutularla birlikdə ümumi çəkilərinin ayrı-ayrılıqda 6,16 qram və 7,89 qram olması, qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli kağız bükümdə olan kütlənin bükümlə birlikdə ümumi çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış davam etdirilərək əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd tanışı Qüdrət Nağıyevin adına olan 5103 0714 1417 0304 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank kartı, üç ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq olmaqla 355 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra onun üzərində olan geyimləri yoxlanılmış, lakin üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. X9 X21 tanıyıb-tanımadığını, aralarında ədavət və ya düşmənçilik olub-olmamasını soruşmuşdur. X27 rayonu, Təzəkənd kənd sakini kimi tanıdığını, aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını, əksinə münasibətlərinin normal olmasını bildirmişdir. Müstəntiq Rəşad X3 şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildiyini, Sadiq Əhmədovun həmin kütlələri ondan pul müqabilində aldığını bildirdiyini ona deyərək bu barədə fikrini soruşmuşdur. 31 mart 2024-cü il tarixdə, saat 15 radələrində X24 şəhəri, 20 Yanvar küçəsində yerləşən “Çinar” adlı kafedə görüşüb çay içdiklərini, həmin vaxt ona bir kibrit qutusu narkotik vasitə satdığını, bundan əvvəl də ayrı-ayrı vaxtlarda daha iki kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana satdığını, hər üç kibrit qutusunda qurudulmuş marixuananı hər dəfə Sadiqə 80 manat pulun qarşılığında satdığını demişdir. Şəxsi axtarış yekunlaşdırıldıqdan sonra iştirakçılar tərəfindən heç bir müraciət və təklif daxil olmamışdır. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu iştirakçılar tərəfindən təsdiq edilərək imzalanmışdır. Bundan sonra səhəri gün, yəni 01 aprel 2024-cü il tarixdə, axşam saat 18 radələrində onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlamaqda şübhəli olduğu üçün yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qoşqar Hacıyev, Beyləqan rayon polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 və Beyləqan rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2, müdafiəçi Quliyev Vəkil Yelmar oğlu və onun iştirakı ilə yaşadığı Beyləqan şəhəri, Ə.Vahid küçəsi ev 43-də yerləşən yaşayış evinə gedilmişdir. Evə çatdıqdan sonra baxışda iştirak etmələri üçün ətrafda olan şəxslərdən iki nəfər hal şahidi kimi dəvət edilmişdir. Bundan sonra o yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Sonra müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həyətyanı sahədən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra evə baxış keçirilmişdir. Evin mətbəxinə, qonaq otağına və yataq otaqlarına baxış keçirilmiş, lakin həmin otaqlardan da dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o da həmin protokolu imza etmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt qoluna arxadan qandal vurmuşlar və onun tərpənməsinə imkan verməyərək polis şöbəsinə gətirmişlər. Avtomobildə gətirilən zaman ona heç kim fiziki təsir göstərməmişdir. Lakin polis şöbəsinə gəldikdən sonra onu rəis müavini Şahid8 otağına aparmışlar. Orada ona Ramizdən 3 dəfə qurudulmuş marixuana alıb Sadiqə satmasını bildirməsini demişlər. Onlara etiraz etmiş və belə fikir bildirməyəcəyini demişdir. Həmin vaxt Şahid8, İlkin, Sərxan və Anar adlı polis əməkdaşları onu döyməyə başlamışlar. Həmin vaxt onun üst çənə sümüyündə sağ və sol tərəfdən 2 dişi qırılmış və 1 dişi də laxlamağa başlamışdır. Bundan 20 dəqiqə sonra onu yerə uzadıb ayağını stulun arasına keçirmişlər və Şahid8 dubinka ilə onun dabanlarına vurmağa başlamış, ona çox ağır işgəncə vermişdir. Sonra Şahid8 dubinkanı ona göstərib “əgər Ramizdən 3 dəfə bir kibrit qutusu qurudulmuş marixuana alıb Sadiqə satdığını bildirməsə dubinkanı onun arxa keçəcək dəliyinə soxacağını” bildirmişdir. O, əlacsız qalaraq artıq döyülməmək üçün Ramizdən ayrı-ayrı vaxtlarda 3 dəfə bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana alıb Sadiqə satdığını bildirəcəyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin həmin vaxt ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmişdir. O, uzun müddət əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Bunun nə qədər müddət əvvəl olduğunu unutmuşdur. Hazırda narkotik vasitə istifadə etmir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, Sadiqdən başqa heç kimə narkotik vasitə verməmişdir. Əynində olan paltarlar hamısı onundur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütlələr ona məxsus deyil. Polis əməkdaşları onu saxladıqdan sonra avtomobilə əyləşdirmiş və polis şöbəsinə gətirmişlər. Yolda olarkən sonradan adını bildiyi İlkin adlı polis əməkdaşı onun əynində olan gödəkçənin sol cibinin sepini açmış və cibinə nəsə qoymuşdur. Sonra İlkin cibin sepini bağlayarkən sep ilişmiş və o ondan nə iş gördüyünü soruşmuş, lakin İlkin ona heç bir cavab verməmişdir. Buna görə də o sol cibindən aşkar edilmiş qurudulmuş marixuananı İlkinin cibinə qoyduğunu bilmişdir. Həmin vaxt avtomobildə sağ tərəfində sonradan adının Anar olduğunu bildiyi polis əməkdaşı oturmuşdur. Anarın cibinə nəsə qoyduğunu hiss etməsə də Anar sağ tərəfində oturduğu üçün sağ cibindən aşkar edilmiş qurudulmuş marixuanaları Anar adlı polis əməkdaşının cibinə qoyduğunu düşünür. Sadiq Əhmədovu rayon sakini kimi tanıyır, onunla ədavəti və ya düşmənçiliyi yoxdur, əksinə münasibəti normal olmuşdur. Sadiqə 3 dəfə qurudulmuş marixuana satmamışdır. Yalnız bir dəfə 31 mart 2024-cü il tarixdə Sadiqə bir kibrit qutusunda qurudulmuş marixuana vermiş və ondan pul istəməmişdir. Lakin Sadiq özü həmin marixuananın qarşılığında ona 80 manat pul vermişdir. Şəxsi axtarışda dediyi fikirləri bildirməsini polis əməkdaşları onu döyərək ona bildirmişlər. Polis şöbəsində işgəncəyə məruz qaldığından işgəncələrdən azad olması üçün şəxsi axtarışda polislərin ona dediyi sözləri bildirmişdir. Əslində o, Sadiqə cəmi bircə dəfə bir kibrit qutusunda qurudulmuş marixuana vermişdir. Yenidən işgəncələrə məruz qalmamaq üçün məcbur qalaraq Ramiz Əmirahovdan 3 dəfə bir kibrit qutusunu 80 manat pul qarşılığında olmaqla 3 kibrit qutusu qurudulmuş marixuana aldığını və Sadiq Əhmədova satdığını bildirmişdir. Əslində o, Ramizdən heç vaxt narkotik vasitə qurudulmuş marixuana almamışdır. Polis şöbəsində olarkən Anar adlı polis əməkdaşı əlində sellofan torbanın içərisində xeyli miqdarda marixuana göstərərək Ramiz Əmirahovun ona 3 dəfə marixuana satmasını bildirməyəcəyi təqdirdə həmin marixuananı yaşadığı evə qoyacağını və ailə üzvlərini də istintaqa cəlb edəcəyini bildirmişdir. Buna görə də o, ailə üzvlərindən narahat olduğu üçün üzləşmə zamanı Ramiz Əmirahovun ona 3 dəfə qurudulmuş marixuana satdığını bildirmişdir. Lakin Ramizin nə səbəbə ona 3 dəfə narkotik vasitə satdığını bildirməsi barədə fikri yoxdur. Polis əməkdaşlarının əsas fikri onun və Ramizin narkotik vasitələrin satışı ilə məşğul olmağını bildirməsinə nail olmaqdan ibarət olmuşdur. Buna görə də o üzərində olan qurudulmuş marixuanaların ona məxsus olmadığını bildirəcəyini dedikdə ona əlavə fiziki təsir göstərməmişlər. İlk məhkəmə iclası zamanı polis şöbəsinə qayıdacağı üçün bu barədə heç bir fikir bildirməmişdir. Ev dustaqlığına buraxılması barədə vəsatətə baxılan zaman o, polis əməkdaşlarının məhkəməyə təsir göstərərək ev dustaqlığına buraxılmasına mane olacaqlarını düşündüyü üçün yenə də işgəncə görməsi barədə fikir bildirməmişdir. Ev dustaqlığında qalma müddətinin uzadılmasına baxılan zaman bu barədə ondan nəsə soruşulmadığı üçün o, bu barədə məhkəməyə heç bir söz deməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı protokol tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlindiyini və döyüldüyünü, buna görə üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etdiyini və üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlindiyini və döyüldüyünü, buna görə üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etdiyini və üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olduğunu bildirmələri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Sadiq Əhmədovun barəsində olan iş üzrə çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1 (099)-139/2025 nömrəli hökmündə yazılmış, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Sadiq Əhmədova kibrit qutusunun yarısında “nəşə” kimi adlandırdığı narkotik vasitə qurudulmuş marixuana vermişdir, ancaq satmamışdır. Əvvəllər hərbi xidmətdə olmuş, işdən çıxmış, sonra isə pulsuz qalmışdır. Sadiq özü ondan narkotik vasitə istəmiş və işdən çıxdığı üçün pulsuz olduğunu bildirmişdir. Sadiqin qurudulmuş marixuana çəkdiyini ona demişdilər, ancaq Sadiqlə bir yerdə narkotik vasitə qurudulmuş marixuana istifadə etməmişlər. Sadiq ondan xahiş etdiyi üçün o da Sadiqə kibrit qutusunun yarısında narkotik vasitə qurudulmuş marixuana vermişdir. Axşam tərəfi saat 16-17 radələrində dostları ilə çayxanada oturduqları vaxti polis əməkdaşları gələrək onu saxlamışlar. Sadiq ondan dəfələrlə narkotik vasitə qurudulmuş marixuana istəmiş, o da kibrit qutusunun yarısında olan qurudulmuş marixuananı pulsuz vermişdir. Sadiq onun işləmədiyini bildiyi üçün cibinə siqaret alıb qoymuşdur. Çayxanada oturan zaman polis əməkdaşları gəlib qolunu qandallayıb aparmışlar, yolda polis şöbəsinə gedən zaman polis əməkdaşları cibinə qurudulmuş marixuana qoymuşlar. Sağ cibindən iki kibrit qutusu, iki büküm qurudulmuş marixuana, sol cibinə isə bir kibrit qutusunda qurudulmuş marixuana qoymuşlar. RPŞ-də onu Mahirin otağına aparmışlar. Həmin məhkəmə baxış iclası zamanı verilmiş suallara cavab olaraq şahid Təqsirləndirilən şəxs bildirmişdir ki, Sadiqə narkotik vasitə qurudulmuş marixuana satmamışdır. Sadiqdən pul istəməmiş, işləmədiyinə görə Sadiq özü ona pul vermişdir. Sadiq cibinə pul qoyanda Sadiqin cibinə hansı məbləğdə pul qoymasını bilməmiş, sonradan baxanda Sadiqin cibinə 80 manat pul qoyduğunu görmüşdür. Axırıncı dəfə Sadiqə 31 mart 2024-cü il tarixdə kibrit qutusunun yarısında qurudulmuş marixuana vermişdir. Sadiqə qurudulmuş marixuana vermiş, Sadiq də onun cibinə 80 manat pul qoymuşdur. Sadiqə verdiyi qurudulmuş marixuananın çəkisini bilməmiş, çünki həmin narkotik vasitəni çəkməmişdir. Sadiqin dediyi ilə razıdır, Sadiqə kibrit qutusunun yarısında qurudulmuş marixuana vermişdir. Polis əməkdaşları Sadiqlə onu eyni vaxtda saxlamamışlar, polis əməkdaşları əvvəl Sadiqi saxlamışlar, daha sonra onu saxlamışlar. Polis əməkdaşları onu “dubinka” ilə döymüşlər, həmçinin 4-5 nəfər polis əməkdaşını düzərək həmin polis əməkdaşlarının ona “sənin dalını şey edəcəyik” demişlər. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat Şahid2 tərəfindən rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupuna o da daxil edilmişdir. Təqsirləndirilən şəxs Beylqən şəhəri, 20 yanvar küçəsində tərəflərindən saxlanılaraq Beyləqan RPŞ-nə dəvət edilmişdir. RPŞ-də Rəşad Novruzovun xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən 3 kibrit qutusu və bir bükümdə marixuanaya bənzər kütlə aşkad edilərk götürülmüşdür. Təqsirləndirilən şəxs kafedə Sadiq Əhmədova bir kibrit qutusu marixuananı 80 manata satdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayərkən gündüz vaxtı olmuş, saatın neçə olduğunu, nahardan qabaq və ya sonra olmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs saxlayarkən onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən heç kim onu döyməmişdir. Əməliyyat zamanı Mahir adlı əməkdaş iştirak etməmişdir. Təqsirləndirilən şəxs Rəşad Novruzovun xidməti otağına aparmışlar. Mahir əməliyyat üzrə müavin işləmişdir. Tədbir Şahid2 olmuş, həmin vaxtı işə yeni təyin olunmuşdur və onu kömək məqsədi ilə qrupa daxil etmişlər. Təqsirləndirilən şəxs saxlayarkən heç bir müqavimət göstərməmiş, onlar Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Əməliyyat qrupunda Şahid2 və Şahid3 də olmuşlar. Əməliyyat tədbirinə şəxsi avtomobil ilə getmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra nə vaxt şəxsi axtarış aparıldığını xatırlamamışdır. Şəxsi axtarış zamanı videoçəkilişin olubolmadığını xatırlamamış, hal şahidləri olmuşdur. Hal şahidlərinin kimin çağırdığını xatırlamamışdır. Hal şahidlərini tanımamışdır. Məhkəməyə şahid qismində dəvət olunmamışdan qabaq Təqsirləndirilən şəxs polis şöbəsində növbətçi olan zaman görmüş, həmin vaxtı Təqsirləndirilən şəxsla aralarında olan söhbəti xatırlamamışdır. Təqsirləndirilən şəxs “məni arada qoyublar” cümləsini işlətməmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X25 rayonundan narkotik vasitə alıb istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, lakin narkotik vasitəni kimdən alması məlum olmamışdır. Sadiq Əhmədovun təxminən Beyləqan rayonu “Nənəş” körpüsü ərazisindən narkotik vasitə əldə etdiyini bilmişlər. Sadiq Əhmədovu saxlayandan sonra Sadiq üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Teymurdan aldığını demişdir. X37 Qasımovla toyda tanış olduğunu və ondan bir kibrit qutusu marixuananı 80 manata aldığını, bundan qabaqda iki dəfə Teymurdan narkotik vasitə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs “Nənəş” körpüsünün yaxınlığında Çinar kafesində tərəflərindən saxlanılıb RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin onun olmadığını, narkotik vasitənin onun cibinə necə girdiyini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həqəqətən də həmin gün Sadiq Əhmədova 80 manat pul müqabilində narkotik vasitə satdığını və bundan qabaqda Sadiqə bir kibrit qutusunu 80 manata iki dəfə narkotik vasitə satdığını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs ilkin cavabında narkotik vasitəni kimdən əldə etdiyini deməsə də, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirən zaman Təqsirləndirilən şəxs Sadiq Əhmədovla danışığı ilə paralel digər bir nömrə ilə danışığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Sadiq Əhmədovdan başqa kiminlə telefon əlaqəsi saxlanıldığı soruşulduqda, həmin şəxsin Ramiz adlı şəxs olduğu demişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Ramizdən aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Ramizdən 80 manata alıb yoldaşlıq xətrinə elə Sadiqə 80 manat satdığını demişdir. Daha sonra Ramiz adlı şəxs də tərəflərindən saxlanılmış, Ramiz Təqsirləndirilən şəxs bir dəfə narkotik vasitə pay verdiyini demişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, məlumat ilk dəfə X25 rayonundan narkotik vasitə alması ilə bağlı olmuş, lakin Sadiqin konkret kimdən narkotik vasitə əldə etməsi barədə məlumatı olmamışdır. Məlumatda Sadiqin “çörək zavod “deyilən yerdən və “Nənəş” körpüsü deyilən yerdən narkotik vasitə götürdüyü deyilmişdir. Sadiq tutulandan sonra narkotik vasitəni Teymurdan aldığını bildirmişdir. Teymurun narkotik vasitə satması ilə bağlı məlumatlar məxvi daxil olmuşdur. Teymurun mobil telefonuna baxış keçirən zaman, Sadiqlə danışığından 5 dəqiqə sonra başqa bir nömrə ilə əlaqə saxlamış, sonradan həmin mobil nömrənin Ramiz adlı şəxsin mobil nömrəsi olduğu müəyyən edilmişdir. Teymurun telefonunda kiməsə marixuana satması ilə bağlı bir mətn olmamışdır. Teymuru günün ikinci yarısı saxlamışlar. Teymur kafedə oturan zaman onun yanında bir nəfər də olmuşdur. Teymuru döyməmiş və döyülməsinin də şahidi olmamışdır. Teymur saxlanılan günü polis formasında deyil, mülki geyimdə olmuşdur. Teymuru polis şöbəsinə aparan zaman, avtomobildə arxada sağ tərəfdə əyləşmişdir. Teymur özü videoçəkliş aparılmasını istəməmiş, videoçəlişin aparılmasına etiraz etmiş, buna görə də şəxsi axtarış zamanı videoçəkliş aparılmamışdır. Teymur videoçəkliş olarsa danışmayacağını demişdir. Teymur saxlanılan gün polis formasında olmamış, ümumiyyətlə həmin gün forma geyinməmişdir. Teymuru polis şöbəsinə apararkən arxa oturcaqda Teymurun sağ tərəfində oturmuşdur. Teymur saxlanılan çayxanada video kameralar olmamış, çayxandan 100-150 metr aralıda market olmuş, həmin marketdə müşahidəedici kameralar olmuşdur. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə Beyləqan RPŞnin əməliyyat müvəkkili Şahid2 tərəfindən rəhbərliyə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirlməsi ilə bağlı məruzə edərək Beyləqan rayon sakini X17 üzərində narkotik vasitələr saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatının olduğunu bildirmişdir. Sadiq Əhmədovun olduğu yer müəyyən edilərək tərəflərindən saxlanılmışdır. Sadiq Əhmədovu RPŞ-nə gətirmişlər və üzərində olan narkotik vasitələri kimdən aldığını soruşduqda Sadiq Əhmədov narkotik vasitələri Teymur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra o, Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 31 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq RPŞ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin haradan cibində olduğunu və kim tərəfindən cibinə qoyulduğunu bilmədiyini demişdir. Sadiq Əhmədov bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə “Çinar” kafesində çay içən zaman narkotik vasitəni 80 manata Teymur adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs da Sadiq Əhmədova 80 manata narkotik vasitə verdiyini etiraf etmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Teymuru rayon sakini kimi tanımışdır. Teymurla bağlı əvvəllər onda hər hansı bir əməliyyat məlumatı olmamışdır. Əməliyyat tədbirində Mahir adlı polis əməkdaşı iştirak etməmişdir. Teymuru RPŞ-nin rəis müavini Mahirin yanına aparmamışlar. Teymuru döyməmiş və onun döyülməsini də görməmişdir. Teymurun üzərindən 3 kibrit qutusu və bir bükümdə marixuana aşkarlanmışdır. Teymurun evinə baxış keçirmişlər, Teymurun evindən qanunla qadağan olunan heç nə aşkarlanmamışdır. Teymurun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Teymurun üzərinə narkotik vasitə qoymamışdır. Əməliyyat tədbirində İlkin və Anar adlı polis əməkdaşları iştirak etməmişlər, bəlkə də ətrafda olmuşlar, bu barədə dəqiq deyə bilməmişdir. Əməliyyat tədbirinə hansı avtomobillə getdiklərini xatırlamamışdır. Teymurun hansı avtomobillə aparıldığını xatırlamamış, həmin avtomobildə olmamışdır. Hazırda üzərində olan mobil nömrənin əməliyyat tədbiri zamanı üzərində olub-olmadığını xatırlamamış, tez-tez nömrə dəyişmişdir. ***-***-**-** saylı nömrə onun mobil nömrəsidir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımamışdır. Beyləqan şəhəri, H.Əliyev küçəsində olan zaman onu əməliyyatçılar polis şöbəsinə dəvət etmişlər. RPŞ-də olan adını orada bildiyi Teymur adlı şəxsin üzərinə baxış keçirilmiş, onun üzərindən 3 kibrit qutusu və bir ədəd büküm aşkarlanmışdır. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, onu çağıran əməliyyatçının adını bilməmişdir. Taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər digər hər hansı bir cinayət işi üzrə hal şahidi qismində iştirak etməmişdir. Polis əməkdaşı onu günortadan sonra çağırmışlar. Teymur üzərinə şəxsi axtarış keçirilən zaman heç bir şikayət etməmiş, narkotik vasitəni cibinə kimsənin qoymasını bildirməmişdir. Teymurun üzərinə baxış keçirilən zaman polis əməkdaşı telefonu ilə çəkiliş aparmışdır, ancaq çəkilişin videoçəkiliş və ya fotoçəkiliş olmasını bilməmişdir. Teymurun üzərinə baxış keçirilən zaman ondan başqa bir nəfər də hal şahidi orada olmuş, həmin şəxsi üzdən tanısa da adını bilməmişdir. Polis əməkdaşları onu nahardan sonra polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşı onu polis şöbəsinə dəvət edən zaman adam saxladıqlarını bildirmişdir. Baxış zamanı Teymurun üzərindən 3 kibrit qutusu və bir büküm aşkarlanmışdır. Baxış zamanı Teymur polis əməkdaşlarının hərəkətlərinə qarşı heç bir söz deməmişdir. Orta təhsillidir. İfadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 31 mart 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhəri, H.Əliyev küçəsi ərazisində olan zaman rayon polis şöbəsinin əməkdaşı Şahid2 ona yaxınlaşıb Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmiş, o, da razılaşıb Şahid2 ilə birlikdə Beyləqan rayon polis şöbəsinin inzibati binasına getmişdir. Üzərinə şəxsi axtarış keçiriləcək Təqsirləndirilən şəxs və onun müdafəçisi Quliyev Vəkil Yelmar oğlu da orada olmuşdur. Ondan əvvəl Şahid6 da hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra hal şahidi kimi ona və Mehmana hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışa başlamazdan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş, daha sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rəşad Novruzovun xidməti otağında Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Vəkil Quliyev və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq iki ədəd kibrit qutusunu və bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində başqa nəsə olub-olmaması, təqdim etdiyi predmetlərin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, lakin həmin kütlələrin ona məxsus olmadığını, hansı səbəbdən üzərində olduğunu bilmədiyini bildirmişdir. Aşkar edilmiş üç ədəd kibrit qutularının və bir ədəd bükümün içərisinə baxış keçirilərək içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan kütlənin qutu ilə birlikdə ümumi çəkisinin 5 qram, qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş kibrit qutularının qutularla birlikdə ümumi çəkilərinin ayrı-ayrılıqda 6,16 qram və 7,89 qram olması, qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli kağız bükümdə olan kütlənin bükümlə birlikdə ümumi çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Şəxsi axtarış davam etdirilərək əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd Qüdrət Nağıyevin adına olan 5103 0714 1417 0304 nömrəli "xxxx" Açıq Səhmdar cəmiyyətinə məxsus bank kartı, üç ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq olmaqla 355 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan geyimləri yoxlanılmış, lakin onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Teymur X2 tanıyıb-tanımaması, müsbət halda aralarında ədavət və ya düşmənçilik olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs X27 rayonu, Təzəkənd kənd sakini kimi tanımasını, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamasını bildirmişdir. Teymur X4 şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildiyini, Sadiq Əhmədovun həmin kütlələri ondan pul müqabilində aldığını bildirdiyi ona deyilərək bu barədə nə deyə biləcəyi soruşulmuş, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə X24 şəhəri, 20 Yanvar küçəsində yerləşən "Çinar’' adlı kafedə görüşüb çay içdiklərini, Sadiq Əhmədova 80 manat qarşılığında bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satdığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan öncə də hər dəfə bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 80 manata olmaqla iki kibrit qutusunu iki dəfəyə Sadiq Əhmədova satdığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə yanaşı o, da həmin protokolu imza etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, müstəntiq Qoşqar onu dindirmişdir. Əvvəllər hər hansı cinayət işi üzrə hal şahidi qismində iştirak etməmişdir. Taksi sürücüsü kimi, Beyləqan rayonu, H.Əliyev prospektində fəaliyyət göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində X28 narkotik vasitə satması barədə heç nə deməmişdir, çünki bu haqda heç bir məlumatı olmamışdır. İfadəsinin həmin hissəsini təsdiq etməmişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, müəllim işləyir, nahardan sonra isə taksi fəaliyyəti ilə məşğul olur. Səhv etmirsə 2024-cü ilin mart ayının 30-u ya 31-də təxminən saat 18 radələri olardı, yoldan keçən zaman təhiqaqatçı onu saxlayıb polis şöbəsinə dəvət etmiş, səbəbin soruşanda “qalx yuxarı görərsən” demişdir. Polis şöbəsinə getdikdən sonra otaqda ondan başqa bir taksi sürücüsü və vəkil olmuşdur. Daha sonra bir polis əməkdaşı ilə hazırda məhkəmədə olan yoldaş gəlmişdir. Orada adını bildiyi Teymur adlı şəxsin üzərinə baxış keçirtmişlər, Teymura nəyin var, nəyin yox çıxart demişlər. Bundan sonra Teymur özü cibindən səhv etmirsə 2 və ya 3 kibrit qutusu və bir büküm çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı şəxsin üzərinə baxış keçirən zaman şəxsin üzərindən 275 manat 50 qəpik pul aşkarlanmışdır. Polis əməkdaşı ona sənədlərə imza etməsini bildirmiş, polis əməkdaşına sənədləri oxumadan imza etmədiyini demişdir. Sənədləri oxuyandan sonra imza edib çölə çıxmışdır. Teymur üzərindən çıxan narkotik vasitə ilə bağlı heç nə deməmiş, ancaq Teymur narkotik vasitədən istifadə etdiyini demişdir. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, müdafiəçini rayondan tanımışdır. Teymur üzərinə baxış keçirilən zaman polis əməkdaşlarının onu döydükləri barədə heç nə deməmişdir. Təhqiqatçını üzdən tanımış və polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşı onu saat 18 radələrində çağırmışdır. Beyləqan rayonu Mərkəzi Xəstəxanasının yanında taksi fəaliyyəti ilə məşğul olur. İfadəsi elan olunmaqla tətqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdr, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 31 mart 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhəri, Şahid4a küçəsi ərazisində yerləşən Olimpiya idman kompleksinin qarşısında olan zaman rayon polis şöbəsinin əməkdaşı Şahid2 ona yaxınlaşıb Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmişdir. O da razılaşıb Şahid2 ilə birlikdə Beyləqan rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Üzərinə şəxsi axtarış keçiriləcək Təqsirləndirilən şəxs və onun müdafəçisi Quliyev Vəkil Yelmar oğlu da orada olmuşdur. Ondan sonra Şahid5 da hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra hal şahidi kimi ona və Sənana hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rəşad Novruzovun xidməti otağında Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Vəkil Quliyev və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq iki ədəd kibrit qutusunu və bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində başqa nəsə olub-olmaması, təqdim etdiyi predmetlərin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, lakin həmin kütlələrin ona məxsus olmadığını, hansı səbəbdən üzərində olduğunu bilmədiyini bildirmişdir. Aşkar edilmiş üç ədəd kibrit qutularının və bir ədəd bükümün içərisinə baxış keçirilərək içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan kütlənin qutu ilə birlikdə ümumi çəkisinin 5 qram, qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş kibrit qutularının qutularla birlikdə ümumi çəkilərinin ayrı-ayrılıqda 6,16 qram və 7,89 qram olması, qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli kağız bükümdə olan kütlənin bükümlə birlikdə ümumi çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilərək əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd Qüdrət Nağıyevin adına olan 5103 0714 1417 0304 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank kartı, üç ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq olmaqla 355 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan geyimləri yoxlanılmış, lakin onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Teymur X2 tanıyıb-tanımaması, müsbət halda aralarında ədavət və ya düşmənçilik olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs X27 rayonu, Təzəkənd kənd sakini kimi tanımasını, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamasını bildirmişdir. Teymur X4 şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildiyini, Sadiq Əhmədovun həmin kütlələri ondan pul müqabilində aldığını bildirdiyi ona deyilərək bu barədə nə deyə biləcəyi soruşulmuşdur. Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə X24 şəhəri, 20 Yanvar küçəsində yerləşən “Çinar” adlı kafedə görüşüb çay içdiklərini, Sadiq Əhmədova 80 manat qarşılığında bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satdığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan öncə də hər dəfə bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 80 manata olmaqla iki kibrit qutusunu iki dəfəyə Sadiq Əhmədova satdığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə yanaşı o da həmin protokolu imza etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, X28 narkotik vasitə satması barədə söhbət olmamışdır. Bu haqda heç bir məlumatı olmamış, İfadəsində belə bir söz deməmişdir, ifadəsinin həmin hissəsini təsdiq etməmişdir. Teymurun üzərinə baxış keçirilən zaman Sadiq Əhmədov adlı şəxsin adını eşitməmişdir. Teymurdan narkotik vasitə istifadə edib-etmədiklərini soruşduqda, Teymur narkotik vasitə istifadə etdiyini demişdir. Ola birlər ki, məhkəmədə verdiyi ifadəsində saatlarda səhvə yol vermiş olsun. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs bir dəfə yarım “karopka ot”, marixuana almışdır. Verilmiş suallara cavab olaraq şahid Sadiq Əhmədov bildirmişdir ki, Teymurla rayonda ciyər axşamında xeyir işdə tanış olmuşdur. Ciyər axşamında uşaqlar marixuana çəkəndə o da marixuanadan istifadə etmişdir. Teymurun hərbidə işlədiyinə görə ona da marixuana verməyini xahiş etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etməmiş, bu günə kimi üç dəfə marixuana çəkmişdir. Teymur ilə iki dəfə narkotik vasitə istifadə etmiş, narkotik vasitəni Teymur təşkil etmiş, axırıncı dəfə isə özü tək istifadə etmişdir. Teymurdan bir dəfə narkotik vasitə almış, ancaq iki dəfə Teymurla bir yerdə narkotik vasitədən istifadə etmişdir. Teymurun cibinə siqaret alıb qoymuşdur. Narkotik vasitə qurudulmuş marixuana aldığı üçün Teymura 80 manat pul vermişdir. Öz işi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İfadəsi elan olunmaqla tətqiq edilmiş şahid Sadiq Əhmədov ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, 02 aprel 2024-cü il tarixli ifadəsində özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, özünü dolandırmaq üçün fərdi əməklə məşğul olur. O, təxminən bu ilin əvvəllərindən narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. O, həmin müddət ərzində cəmi 4-5 dəfə narkotik vasitə istifadə etmişdir. O, həmin narkotik vasitələri Beyləqan şəhər sakini Teymur adlı şəxsdən bir kibrit qutusunda 80 manat pul qarşılığında alıb istifadə etmişdir. Təxminən mart ayının ortalarında o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istəmişdir. Buna görə də o istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Teymurun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Teymur ona bir kibrit qutusu qurdulmuş marixuananı 80 manat pul müqabilində sata biləcəyini bildirmiş və o razılaşmışdır. Təxminən 1 saat sonra Teymur ona zəng edib yaşadığı küçəyə gəlməyini bildirmişdir. O, dərhal Teymurun yaşadığı küçəyə getmiş və Teymura zəng edərək yaşadığı küçədə olduğunu bildirmişdir. Teymur evdən küçəyə çıxmış və onunla salamlaşıb ona bir kibrit qutusu vermişdir. O, qutunu açıb içərisinə baxmış və içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Sonra o, qutunu cibinə qoymuş və Teymura 80 manat pul verib çıxıb getmişdir. O, həmin marixuanadan bir dəfə istifadə etmiş, yerdə qalanını isə kibrit qutusunun içərisində əynində olan gödəkçənin cibində saxlayıb daşımağa başlamışdır. Bundan sonra, təxminən mart ayının axırlarında o, yenə də narkotik vasitə olan qurudulmuş marixuana almaq istəmişdir. Buna görə də o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Teymurun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Teymur yenə də ona bir kibrit qutusu qurudulmuş marixuananı 80 manat pul müqabilində sata biləcəyini bildirmiş və o, razılaşmışdır. Təxminən 1 saat sonra Teymur ona zəng edib yaşadığı küçəyə gəlməyini bildirmişdir. O, dərhal Teymurun yaşadığı küçəyə getmiş və Teymura zəng edərək yaşadığı küçədə olduğunu bildirmişdir. Teymur evdən küçəyə çıxmış və onunla salamlaşıb ona bir kibrit qutusu vermişdir. O, qutunu açıb içinə baxan zaman içərisində qurudulmuş marixuana olduğunu görüb qutunu cibinə qoymuş və Teymura 80 manat pul verib çıxıb getmişdir. O, həmin kibrit qutusunda olan marixuanaları lazım olduqda rahat istifadə etməyi məqsədilə təxminən 8-9 bükümə bölmüşdür. O, həmin bükümlərdən bir neçəsini arabir istifadə etmiş və yerdə qalan 6 ədəd bükümü Teymurdan aldığı içərisində narkotik vasitə olan kibrit qutusu ilə birlikdə üstündə daşımağa başlamışdır. 31 mart 2024-cü il tarixdə, saat 15 radələrində o, Sadiqlə Beyləqan şəhəri, 20 Yanvar küçəsi ərazisində yerləşən Çinar adlı kafedə oturub çay içən zaman onun üstündə pulu olduğu üçün yenə də qurudulmuş marixuana almaq istəmişdir. O, Teymura ona yenə də qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Teymur ona onu kafedə gözləməyini və gedib ona qurudulmuş marixuana gətirəcəyini bildirmişdir. Sonra o, kafedə gözləməyə başlamış və Teymur kafedən çıxıb harasa getmişdir. Təxminən 10-15 dəqiqə sonra Teymur qayıtmış və ona bir kibrit qutusu vermişdir. O, qutunun içərisinə baxıb əynində olan gödəkçəsinin sağ yan cibinə, Teymurdan ilk dəfə aldığı içərisində qurudulmuş marixuana olan kibrit qutusunun yanına qoymuş və bunun qarşılığında Teymura 80 manat pul vermişdir. O, narkotik vasitəni Teymurdan aldıqdan sonra Beyləqan şəhəri ərazisinə çıxıb piyada gəzməyə başlamışdır. O, həmin gün, saat 17:15-də Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində piyada gəzərkən üç nəfər mülki formada olan şəxs ona yaxınlaşaraq Beyləqan rayon Polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməyini bildirmişlər. O, etiraz etmədən onlarla bigə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X11 təqdim edən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qismində tutduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X15 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. O, Fərhad Hümbətovun hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması barədə Rəşad Novruzov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əlini əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibinə salaraq altı ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Müstəntiq ondan üzərində başqa nəsə olub-olmamasını, təqdim etdiyi predmetlərin nə olduğu soruşmuşdur. O, həmin kütlələrin narkotik vasitə olduğunu bildirdikdə X9 həmin kütlələrin narkotik vasitələrin hansı növünə aid olması, haradan əldə etdiyini, hansı məqsədlə üzərində daşımağını soruşmuşdur. O, həmin kütlərlərin təbii ot, nəşə kimi bildiyi narkotik vasitə olduğunu, Beyləqan rayonu sakini Teymur adlı şəxsdən əldə etdiyini, istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Daha sonra həmin kütlələrə baxış keçirilərək bir ədəd kibrit qutusunda və altı ədəd qızılı rəngli kağız bükümdə olan kütlələrin tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək kibrit qutusunda olan kütlənin qutu ilə birlikdə ümumi çəkisinin 6,79 qram, kağız bükümlərdə olan kütlələrin bükümlərlə birlikdə ümumi çəkilərinin 0,66 qram, 0,77 qram, 0,47 qram, 0,69 qram, 0,77 qram və 0,57 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilərək əynində olan boz rənli qış gödəkçəsinin cibləri yoxlanılan zaman gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusu, iki ədəd 0,20 manat və iki ədəd 0,10 manat olmaqla 0,60 manat dəmir pul aşkar edilmişdir. Aşkar edilmiş kibrit qutularının içərisinə baxış keçirilən zaman bir ədəd kibrit qutusunda kibrit dənələri olması, digər kibrit qutusunda isə tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra onun əynində olan boz rəngli gödəkçənin sol iç cibindən “Kent” markalı siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilərək içərisində siqaret dənələri olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərək onun əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq olmaqla 6 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qutu ilə birlikdə ümumi çəkisinin 7,07 qram olması müəyyən edilmiş, daha sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra ondan üzərindən aşkar edilmiş həmin kibrit qutusunda olan kütləni də haradan əldə etməyi soruşulduqda o üzərindən aşkar edilmiş kütlələrin hamısını Teymur adlı şəxsdən əldə etdiyini bildirmişdir. X9 üzərindən aşkar edilərək götürülmüş kütlələri Teymur adlı şəxsdən nəyin qarşılığında əldə etdiyini soruşmuşdur. O, Teymur adlı şəxsə hər kibrit qutusunda olan kütlələr üçün 80 manat, hər büküm üçün isə 10 manat pul, ümumilikdə 220 manat pul ödədiyini bildirmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir müraciət və təklif daxil olmamışdır. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu iştirakçılar tərəfindən təsdiq edilərək imzalanmışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O, iki aya yaxındır ki, Teymur adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə edir. O, hər dəfə Teymura bir kibrit qutusu marixuana üçün 80 manat pul ödəmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı əynində olan paltarlar hamısı onundur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş kütlələrin hamısını o, Beyləqan şəhər sakini Teymur adlı şəxsdən almışdır. O, Teymurdan ümumilikdə 3 dəfə bir kibrit qutusunda olmaqla qurudulmuş marixuana almışdır. O, həmin kibrit qutularından birini öz istifadəsi üçün rahat olması məqsədilə bir neçə bükümə bölmüş və üzərində daşımışdır. Axırıncı dəfə o, 31 mart 2024-cü il tarixdə, saat 15 radələrində şəxsi istifadəsi üçün 80 manat pul qarşılığında Teymurdan bir kibrit qutusu qurudulmuş marixuana almış və üzərində daşımışdır. Teymurla iki ay bundan öncə Beyləqan rayonu, Təzəkənd kəndində keçirilən toy şənliyində tanış olmuşdur. Həmin vaxtdan onunla münasibəti yaranmışdır. Bundan sonra da ondan qurudulmuş marixuana əldə edib istifadə etmişdir. Lakin sonuncu dəfə aldığı marixuananı istifadə edə bilməmiş, polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirib aldığı qurudulmuş marixuananı üzərindən aşkar edib götürmüşlər. Onun Teymurla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Şəxsi axtarış zamanı həyəcanlı olduğu üçün Teymurdan 06 ədəd bükümün hərəsini 10 manat pul qarşılığında aldığını bildirmişdir. Əslində isə o, Teymurdan narkotik vasitələri hər dəfə kibrit qutusunda almışdır və hər kibrit qutusunun qarşılığında Teymura 80 manat pul verməklə ona cəmi 240 manat pul vermişdir. Teymurun ona satdığı narkotik vasitələri kimdən və haradan əldə etməsini bilmir. Teymurun ifadəsində göstərdikləri yalandır. O, Teymurdan 2024-cü ilin mart ayı ərzində hər dəfə bir kibrit qutusunda olmaqla ayrı-ayrı vaxtlarda 3 dəfə narkotik vasitə qurudulmuş marixuana almışdır. O, hər kibrit qutusuna görə Teymura 80 manat pul vermişdir. Şahid qismində dindirilmiş Sadiq Əhmədovun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair qəbul olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1 (099)-139/2025 nömləri hökmündə olan, sonuncunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Sadiq Əhmədov ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham ilə özünü təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, saxlanılan zaman üzərində yarım karopka narkotik vasitə qurudulmuş marixuana olmuş, həmin narkotik vasitəni özü istifadə etmək üçün Teymur adlı şəxsdən 80 manat pulun müqabilində almışdır. Həmin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Sadiq Əhmədov bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı kibrit karopkası ilə Teymur adlı şəxsdən almış, bir dəfəlik istifadə etmək üçün almışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində kibrit qutusunun yarısında narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Teymurdan narkotik vasitə qurudulmuş marixuananı alan zaman Teymur narkotik vasitə qurudulmuş marixuananın miqdarını deməmişdir. Polis əməkdaşları onu saxlayan zaman saat 16 radələri olardı. Polis əməkdaşları onu saxlayandan sonra polis şöbəsinə aparmışlar. Üzərində iki kibrit qutusunda narkotik vasitə olmamışdır. Üzərindən polis əməkdaşları tərəfindən götürülmüş digər iki kibrit qutusunu polis şöbəsində rəisin müavini Mahir adlı polis üzərinə qoymuşdur. Polis şöbəsində ona hədə-qorxu gəlib demişlər ki, «bunu qəbul etməsən evindən avtomat çıxardarıq». Onun üzərindən aşkar olunmuş kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları iki kibrit qutusundan əlavə də 7 bükümdə narkotik vasitə qurudulmuş marixuananı da üzərinə qoymuşdular. Özünə məxsus olan qurudulmuş marixuana açıq vəziyyətdə olmuş, bükümlərdə olmamışdır. Mahir üzərinə narkotik vasitə qoyan zaman digər polis əməkdaşları da orada olmuşlar. Narkotik vasitəni Teymur adlı şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan əlavə həmin məhkəmə prosesi zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Sadiq Əhmədov bildirmişdir ki, əvvəllər də Teymurdan qurudulmuş marixuana almışdır. Teymur ona qurudulmuş marixuana vermiş, Teymur işdən çıxdığı üçün o, Teymura siqaret pulu vermişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və satış məqsədi ilə üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamamışdır. Həmçinin verilmiş suallara cavab olaraq şahid Sadiq Əhmədov bildirmişdir ki, Təqsirləndirilən şəxsla bir yerdə marixuana istifadə etmişlər. İlk dəfə polis şöbəsinə gətirilərkən ona fiziki təsir olunmuş, ona hədə-qorxu gəlmişlər və qoyulan narkotik vasitələri qəbul etməlisən demişlər. Teymurla bağlı hazırkı ifadəsində bildirdiklərini təsdiq etmiş, Teymurdan yalnız bir dəfə narkotik vasitə almış, Teymurun cibinə 80 manat pul qoymuşdur. Teymurdan marixuana alan zaman ona pul verəcəyini deməmiş, Teymur işdən çıxdığı üçün onun cibinə 80 manat pul qoymuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 Bəxtiyar oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman CAB-də rəis vəzifəsini əvəz etmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Həmin ərəfədə xidmətdə olmuş, daha sonra onkoloji xəstəliyilə bağlı xəstəxanada olmuşdur. Ramizin saxlanılmasında iştirak etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Sadiq və Ramizin saxlanılmasında da iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan ərəfədə məzuniyyətdə olmuş, ancaq həmin vaxtı rayonda olub-olmamasını xatırlamamışdır. Ümumiyyətlə keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Polis əməkdaşları onu saxlayan zaman İlkin Əkbərov iştirak etmişdir. Sol cibində bir kibrit qutusu, sağ cibindən iki kibrit qutusu və bir büküm aşkarlanmışdır. Sol cibində olan kibrit qutusunu İlkin Əkbərov cibinə qoymuş, sağ cibinə isə kibrit qutusunu Anar qoymuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir.(cild 1,i.v.1-2) -“cinayət işi başlanması və icraata götürülməsi barədə” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 10 qram narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin mart ayında 3 dəfə olmaqla Sadiq Əhmədova qanunsuz olaraq satması, 31 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Sadiq Əhmədovun üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı həmin 10 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması və 31 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxladığı üç ədəd kibrit qutusunda və 01 ədəd büküm halında ümumi təmiz çəkisi 9,93 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.4-5) -“cinayətin törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 31 mart 2024cü il tarixli protokoldan görünür ki, Sadiq Əhmədov həmin tarixdə saat 18:00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.18) -“cinayətin törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 31 mart 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:25-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.50) -“şəxsi axtarış və götürmə haqqında” 31 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində Beyləqan RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda çəkisi 5 qram, həmin gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunda 6,16 qram və 7,89 qram, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə 0,46 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür.(cild 1,i.v.59-73) -“məhkəmə-bioloji ekspertizası”nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/359 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi -3,03 qr, 4,76 qr, 1,89 qr, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi -0,25 qr, ümumi çəkisi -9,93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar ilə Sadiq Əhmədovdan aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir.(3- 16-16/2-18/358 №li ekspert rəyinə əsasən birgə tədqiqat aparılıb).(cild 1,i.v.89-93) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Sadiq Əhmədov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1,i.v.126-127) -“polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 02 aprel 2024cü il tarixli qərardan görünür ki, Sadiq Əhmədov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.132-133) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 4(020)-6/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Beyləqan Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(020)-9/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və dərhal həbsdən azad olunmuşdur.(cild 1,i.v.138-139, 165-170, cild 2,i.v.33-39) -“cinayətin törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 03 aprel 2024cü il tarixli protokoldan görünür ki, Ramiz Əmirahov həmin tarixdə saat 00:15-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.188) -“məhkəmə-bioloji ekspertizası”nın 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/370 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X10 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi- 4,0 qr, 3,82 qr, 1,47 qr, ümumi çəkisi- 9,29 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “X10 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 5,06 qr, 4,32 qr, ümumi çəkisi -9,38 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. X8 aşkar edilmiş narkotik vasitə marixuanalar, X16 aşkar edilmiş narkotik vasitə marixuanalar və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir.(cild 1,i.v.216-220) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Ramiz Əmirahov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 4(020)-7/2024 nömrəli qərarından görünür ki, Ramiz Əmirahov barəsində 3 (üç) ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.234-235, 242-251) -“üzləşdirmə dindirmə aparılması haqqında” 04 aprel 2024-cü il tarixlı protokoldan görünür ki, üzləşdirmədə dindirmə zamanı təqsirləndirilən şəxs Ramiz Əmirahov Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq bir daha söyləməklə, ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 2,i.v.5-7) -“üzləşdirmə dindirmə aparılması haqqında” 05 aprel 2024-cü il tarixlı protokoldan görünür ki, üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs Sadiq Əhmədovun üzünə qarşı ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq bir daha söyləmiş, X33 Qasımovun qeyd etdiyi xüsusatları təsdiq etmişdir.(cild 2,i.v.8-11) -“maddi sübut hesab edilmə haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,77 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarış protokoluna əlavə olunmuş 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(cild 2,i.v.23-24) -17 may 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd plastik bank kartını və ona məxsus 355 manat pulu Beyləqan RPŞ-dən təhvil almışdır.(cild 2,i.v.65) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 02 may 2024-cü il tarixli, 2887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 2,i.v.73-74) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir.(cild 2, i.v.91-92) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.137-138) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay-07 ayadək, yəni 01 avqust 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.158-160) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Ramiz Əmirahova Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.161-162) -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Beyləqan rayon prokurorluğunun 25 iyul 2024-cü il tarixli qərarından görünür ki, Beyləqan Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid9 Bəxtiyar oğlu, axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı X12 xidməti səlahiyyətləri hüdudlarından kənara çıxan hərəkətlər edərək Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Ramiz Əmirahovun üzərilərinə narkotik vasitə olan qurudulmuş marixuananı qoymaları təsdiqini tapmadığına görə həmin şəxslərin barəsində Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.(cild 2,i.v.168-175) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.250-251) -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Respublika Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 19 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zorakılıq və sair tazyiqlərə məruz qalması barədə xüsusatlar təsdiqini tapmadığından, toplanmış 1689-C-24 saylı material üzrə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.(cild 3,i.v.5-7) -“ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması haqqında vəsatətin Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə təqdim edilməsindən imtina edilməsi barədə” Beyləqan rayon prokurorunun 19 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Beyləqan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Qoşqar Hacıyev tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması haqqında vəsatətin təqdimat verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə təqdim edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilməsi və qərarın icraya yönəldilməsinin başlanğıcı Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitdiyi vaxtdan hesablanması qərara alınmışdır.(cild 3,i.v.31-33) -“polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, qərarın icraya yönəldilməsinin başlanğıcı Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitdiyi vaxtdan hesablanmışdır.(cild 3,i.v.34-35) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, üzərində aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlindiyini və döyüldüyünü, buna görə üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etdiyini və üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olduğunu bildirməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri, satış məqsədilə etməlidir, təqsirləndirilən şəxs belə hərəkətləri qanunsuz etməlidir və narkotik vasitələri satmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuanın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 31 mart 2024-cü il tarixdə məhkəmə ilə müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış istintaqa və məhkəməyə məlum olmayan miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üstündə saxlamaqla daşıyıb, onun bir hissəsini, yəni içərisində istintaqa və məhkəməyə məlum olmayan miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusunu həmin gün istintaqa və məhkəməyə məlum olmayan vaxtda ünvan 1 ünvanının yaxınlığında tanışı X19 80 manat pul qarşılığında qanunsuz olaraq satmış, qalan hissəsini isə satış məqsədi ilə qanunsuz olaraq üstündə saxlayaraq daşımış, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 31 mart 2024-cü il tarixdə saat 21:00-da Beyləqan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üstündə şəxsi axtarış aparılarkən üzərində saxlayaraq daşıdığı 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayırılıqda təmiz çəkiləri 1,89 qram, 3,03 qram, 4,76 qram və 01 (bir) ədəd bükümdə 0,25 qram, ümumilikdə cəmi 9,93 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının təxminən ortalarında Beyləqan şəhəri, 20 Yanvar küçəsində tanışı X8 30 manat pulun qarşılığında içərisində istintaqa məlum olmayan miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusunu satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üstündə saxlamaqla daşıyaraq həmin gün istintaqa məlum olmayan vaxtda ünvan 1 ünvanının yaxınlığında tanışı X1 sifarişi ilə 80 manat pulun qarşılığında qanunsuz olaraq satmışdır. Bundan başqa, o, təkrarən 2024-cü ilin mart ayının təxminən axırlarında Beyləqan şəhəri, 20 Yanvar küçəsində tanışı X8 50 manat pulun qarşılığında içərisində istintaqa məlum olmayan miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusunu satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üstündə saxlamaqla daşıyaraq həmin gün istintaqa məlum olmayan vaxtda ünvan 1 ünvanının yaxınlığında tanışı X1 sifarişi ilə 80 manat pulun qarşılığında qanunsuz olaraq təkrar satmışdır. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Sadiq Əhmədova 2024-cü ilin mart ayının təxminən ortalarında və 2024-cü ilin mart ayının təxminən axırlarında satması qeyd edilən narkotik vasitə qurudulmuş marixuana müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs verilmiş itthamda onun Sadiq Əhmədova 2024cü ilin mart ayının təxminən ortalarında və 2024-cü ilin mart ayının təxminən axırlarında narkotik vasitə qurudulmuş marixuana satmasının yazılmasına tənqidi yanaşaraq bildirir ki, şəxsin özünə qarşı verdiyi ifadə digər sübutlarla təsdiq olunmamış, həmin narkotik vasitələrə dair maddi sübut aşkar olunmamışdır. Faktiki olaraq mövcud olmayan və müvafiq məhkəmə ekspertizasından keçməyən maddi sübuta görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması absurtdur. Təqsirləndirilən şəxs yalan danışa da bilər, öz məsuliyyətini yüngülləşdirmək üçün faktiki olmayan halları bildirə də bilər. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra-Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, şəxsin Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda onun Sadiq Əhmədova 2024-cü ilin mart ayının təxminən ortalarında və 2024-cü ilin mart ayının təxminən axırlarında satması qeyd edilən narkotik vasitə qurudulmuş marixuana müəyyən edilməmiş, mövcud olmayan narkotik vasitəyə görə ittiham verilməsi cinayət-prosessual qanunvericliyin tələblərinə zidddir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Beyləqan rayon prokurorluğunun 25 iyul 2024-cü il tarixli qərarından görünür ki, Beyləqan Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid9 Bəxtiyar oğlu, axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı X12 xidməti səlahiyyətləri hüdudlarından kənara çıxan hərəkətlər edərək Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Ramiz Əmirahovun üzərilərinə narkotik vasitə olan qurudulmuş marixuananı qoymaları təsdiqini tapmadığına görə həmin şəxslərin barəsində Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Respublika Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 19 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zorakılıq və sair təzyiqlərə məruz qalması barədə xüsusatlar təsdiqini tapmadığından, toplanmış 1689-C-24 saylı material üzrə Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 561/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar nə Təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini və onu döymədiklərini bildirmişlər. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda yazılan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı döyülməsi ilə bağlı vediyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Sadiq Əhmədova 2024-cü ilin mart ayının təxminən ortalarında və 2024-cü ilin mart ayının təxminən axırlarında narkotik vasitə qurudulmuş marixuana satması sübuta yetməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə tərkibi bildirir ki, əgər ittihamda narkotik vasitənin dəqiq çəkisi göstərilməyibsə, bu, Cinayət Məcəlləsinin müvafiq maddələrinin tətbiqi üçün vacib olan əlamətlərdən birinin-əşyanın miqdarının müəyyən edilməsi deməkdir. Çünki maddi sübut olan narkotik vasitənin çəkisi, növü və tərkibi ekspertiza rəyinə əsasən müəyyən olunmalıdır. Əgər bunlar yoxdursa, cinayət tərkibi tam sübut olunmamış sayılır. Bu halda şəxsin təqsirli bilinməsi üçün kifayət qədər sübut mövcud deyildir. Təkcə ehtimala və ya kiməsə satdığı kimi ümumi ifadələrə əsasən cinayət məsuliyyəti yarana bilməz. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, əgər əsas fakt (yəni maddi sübut-nakotik maddə) yoxdur və o, dövriyyədən çıxarılmayıb (yəni müsadirə olunmayıb və ya yoxa çıxıbsa), onda cinayət işinin əsas sübut obyekti mövcud deyildir. Cinayət-Prosessual Məcəlləsinin “Sübutlar və sübutetmə” adlı İİİ bölməsinə uyğun olaraq, təqsirin sübuta yetirilməsi üçün müvafiq sübutlar (ekspertiza, şahid ifadəsi, maddi sübut və sair) olmalıdır. Yalnız ehtimala əsaslanan fikirlər (məsələn: kiməsə satmış ola bilər) cinayət məsuliyyətinin əsasını təşkil etmir. Məhkəmə tərkibi o hüquqi nəticəyə gəlir ki, narkotik vasitənin çəkisi və tərkibi göstərilmədiyi, maddi sübut təqdim olunmadığı, yalnız ehtimala əsaslanan ifadələr mövcud olduğundan təqsirləndirilən şəxs Teymur Qaımovun Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinməsi mümkün deyildir, çünki onun əməlində Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibin olması hüquqi olaraq sübut olunmamış və verilmiş ittiham fərziyələrə əsaslanmışdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı Cinayət Məcəlləsinin 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl Cinayət Məcəlləsinin 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə-Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmasada, onun Sadiq Əhmədova yalnız bir dəfə narkotik vasitə marixuana satması təsdiq olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlindiyini və döyüldüyünü, buna görə üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etdiyini və üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olduğunu bildirməsi məzmununda obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusyon hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının əlamətləridir. Təqsiri qanun əsasında sübut edilənədək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X7 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı və Yanoseviç İsveçə qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Yanoseviç İsveçə qarşı və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Sadiq Əhmədov ifadəsində bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs bir dəfə yarım “karopka ot”, marixuana almışdır. Teymur ilə iki dəfə narkotik vasitə istifadə etmiş, narkotik vasitəni Teymur təşkil etmiş, axırıncı dəfə isə özü tək istifadə etmişdir. Teymurun cibinə siqaret alıb qoymuşdur. Narkotik vasitə qurudulmuş marixuana aldığı üçün Teymura 80 manat pul vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Sadiq Əhmədov şahid qismində dindirilməmiş, ittiham aktında Sadiq Əhmədovun özünün barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə istinad edilmiş, ittiham aktına məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısına Sadiq Əhmədov şahid qismində əlavə edilməmişdir. Məhkəmə istintaq zamanı Sadiq Əhmədov məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 91.5.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququ vardır. Sadiq Əhmədov özünün barəsində olan cinayət işi üzrə məhkəmə prosesi zamanı bildirdiyi ifadələr həmin cinayət işi üzrə tərtib olunmuş məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Şahid qismində dindirilmiş Sadiq Əhmədovun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair qəbul olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1 (099)-139/2025 nömləri hökmündə olan, sonuncun məhkəmə baxışı zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Sadiq Əhmədov ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham ilə özünü təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, saxlanılan zaman üzərində yarım karopka narkotik vasitə qurudulmuş marixuana olmuş, həmin narkotik vasitəni özü istifadə etmək üçün Teymur adlı şəxsdən 80 manat pulun müqabilində almışdır. Həmin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Sadiq Əhmədov bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı kibrit karopkası ilə Teymur adlı şəxsdən almış, bir dəfəlik istifadə etmək üçün almışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində kibrit qutusunun yarısında narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Teymurdan narkotik vasitə qurudulmuş marixuananı alan zaman Teymur narkotik vasitə qurudulmuş marixuananın miqdarını deməmişdir. Polis əməkdaşları onu saxlayan zaman saat 16 radələri olardı. Polis əməkdaşları onu saxlayandan sonra polis şöbəsinə aparmışlar. Üzərində iki kibrit qutusunda narkotik vasitə olmamışdır. Üzərindən polis əməkdaşları tərəfindən götürülmüş digər iki kibrit qutusunu polis şöbəsində rəisin müavini Mahir adlı polis üzərinə qoymuşdur. Polis şöbəsində ona hədə-qorxu gəlib demişlər ki, “bunu qəbul etməsən evindən avtomat çıxardarıq”. Onun üzərindən aşkar olunmuş kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları iki kibrit qutusundan əlavə də 7 bükümdə narkotik vasitə qurudulmuş marixuananı da üzərinə qoymuşdular. Özünə məxsus olan qurudulmuş marixuana açıq vəziyyətdə olmuş, bükümlərdə olmamışdır. Mahir üzərinə narkotik vasitə qoyan zaman digər polis əməkdaşları da orada olmuşlar. Narkotik vasitəni Teymur adlı şəxsdən özü istifadə etmək üçün almışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(099)-139/2025 nömrəli hökmünün surətindən görünür ki, Sadiq Əhmədov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2025-ci il tarixli, 1(106)-403/2025 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. X17 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(099)-139/2025 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun “S.Abbasovanın şikayəti üzrə” 2016-cı il 14 oktyabr tarixli və “F.Şirinovun şikayəti üzrə” 2016-cı il 16 noyabr tarixl qərarlarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olubolmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi bildirir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 1(099)-139/2025 nömrəli hökmü ilə müəyyən edilmiş halların, hazırkı iş üzrə preyudisiallığı yoxdur, sözügedən məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən Təqsirləndirilən şəxs şamil edilməsi sonuncunun məhkəmə icraatında müdafiə və təqsirsizlik prezumpsiyası hüquqlarından məhrum edilməklə yanaşı, onun hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması deməkdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və Sadiq Əhmədovun barələrində olan cinayət təqibinin ayrı-ayrı icraatlarda aparılmasına tənqidi yanaşır və hesab edir ki, sözügedən cinayət işinin ayrı-ayrı icraatlarda aparılması cinayət işləri üzrə obyektiv həqiqətlərin müəyyən edilməsinin qarşısını almağa, yol verilmiş qanun pozuntularının üstünün açılmamasına xidmət etmişdir. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olubolmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Yuxarıda göstərilən konstitusiya müddəasının mənasına görə, cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara riayət olunmadan heç kəs təqsirli sayıla bilməz. Həmin prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir. Cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə həqiqi halların müəyyən edilməməsinin səbəblərindən biri də Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin düzgün tətbiq edilməməsi ilə bağlıdır. Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi müstəntiqə, prokurora, hakimə cinayət təqibi üzrə icraatı ayırmaq hüququ verməklə yanaşı, bu cür ayırmanın mümkün olduğu şərtləri də müəyyənləşdirir. Qeyd olunan maddədə nəzərdə tutulmuş qaydanın müəyyən edilməsi prosessual qənaət məqsədi güdsə də, mütləq şərt kimi cinayət işləri üzrə ayrıca icraatların cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə maneə olmamasını da nəzərdə tutur. Həmin Məcəllənin 211-ci maddəsi isə cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 211.3-cü maddəsinə əsasən, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. Həmin Məcəllənin 50.3-cü maddəsi həmin Məcəllənin 9.1.3 və 211-ci maddələri ilə əlaqəli şəkildə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edərkən müstəntiq, prokuror və hakimin üzərinə müvafiq hüquqi və faktiki əsasların göstərilməsi vəzifəsini qoyur. Cinayət işinin ədalətli həlli üçün bu cür qərar onun qəbul olunmasının vacibliyini təsdiq edən və iş materiallarında öz əksini tapmış konkret hallara, həmçinin maddi və prosessual hüquq normalarına əsaslanmaqla qəbul edilməlidir. Avropa Məhkəməsi “Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə”, AlKhawaja və Tahery Birləşmiş Krallığa qarşı iş üzrə” qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Avropa Məhkəməsi “Karaman Almaniyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatda aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə, cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxslərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində sadəcə mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. Lakin bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyətinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qərarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır. Eyni zamanda Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır. Şərh edilənlərə əsasən məhkəmə tərkibi bildirir ki, X34 Qasımova qarşı hazırki məhkəmə prosesi zamanı verdiyi ifadəsi sübut kimi qəbul edilməli, Sadiq Əhmədovun ibtidai istintaq zamanı və özünün barəsində olan məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri şərh edilənlərə əsasən sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman hal şahidi kimi iştirak etmiş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 cinayət işinin materiallarına əlavə olunmuş ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs bundan öncə də hər dəfə bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 80 manata olmaqla iki kibrit qutusunu iki dəfəyə Sadiq Əhmədova satdığını bildirmişdir”. Hər iki şəxsin ifadəsi eyni ifadədir, yalnız ifadələrdə onların anket məlumatları dəyişdirilmişdir. Şahidlər Şahid5 və Şahid6 məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdikləri ifadələrinin həmin hissələrini təsdiq etməmişlər, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman Sadiq Əhmədova narkotik vasitə satması barədə söhbət olmadığını, ifadələrində belə bir söz demədiklərini bildirmişlər. Şahidlər Şahid5 və Şahid6in ibtidai istintaq zamanı verdikləri ifadələrinin “Təqsirləndirilən şəxs bundan öncə də hər dəfə bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 80 manata olmaqla iki kibrit qutusunu iki dəfəyə Sadiq Əhmədova satdığını bildirmişdir” hissələrini inkar etdiklərindən, eyni zamanda ifadələrinin həmin hissələri cinayət işi üzrə toplanmış uyğunluq təşkil etmədiyindən etibarlı sübut hesab edilə bilməz, bu səbəbdən ifadələrin şərh edilən hissəsi sübut kimi nəzərə alına bilməz. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 02 may 2024-cü il tarixli, 2887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə olmuşdur. Lakin Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət əməlində ittiham olunan hər bir şəxs, günahı qanuna uyğun olaraq sübut edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. İstintaq orqanı tərəfindən bu məlumatlar Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs Sadiq Əhmədova yanız bir dəfə 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana 80 manat pul qarşılığında qanunsuz olaraq satması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər, məhkəməekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(cild 2,i.v.45) -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhəri İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2024-cü il tarixli, 1345 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır, himayəsində- 2013-cü il təvəllüdlü Ömər Qasımlı və 2014-cü il təvəllüdlü Nicat Qasımlı adlı uşaqları vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə, onun “İkinci Qarabağ (Vətən)” müharibəsi iştirakçısı olması, müharibə veteranı olması və Dövlət tərəfindən medallarla təltif olunması göstərilmişdir.(cild 2,i.v.80-81) Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən oğlu Ömər Qasımlının “Rezideual-orqanik tipli diffuz pozuntuları üzərində, mərkəz-arxa paylarının mdeio-bazal hisssələrinin paroksizmal prosessə cəlb olunması” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, qardaşı X20 “S34 qarnın, beldən aşağı hissəsinin və çanaq səviyyəsində onurğa beynin bel şöbəsi və sinirlərin travması, odlu silah yaralanması nəticəsində onurğa beynin əzilməsi (2017), vertebrogen mielopatiya, ağırlaşma G82.1 spastik patolohiyaəşağı ətrafların patologiyası, çanaq funksiyasının ləngimə tipli pozulması, yanağı xəstəliklər K29.3 xroniki səthi qastrit, xroniki kastrit” xəstəliklərindən əziyyət çəkərək müddətiz olaraq birinci dərəcəli əlilliyinin olmaqla kənar qulluğa ehtiyacısının olmasını, “İkinci Qarabağ” (Vətən Müharibəsi) müharibəsində fəal iştirak etməsini, müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021ci il tarixli, 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, (medalın vəsiqəsi № İ-21520), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, (medalın vəsiqəsi № İ- 19328), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2716 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı (medalın vəsiqəsi № İ-8680), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” (medalın vəsiqəsi № İ-60001) medallarını almasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cəzalandırılması qənaətinə gəlir. Lakin məhkəmə tərkibi Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməyə “İkinci Qarabağ” müharibəsi zamanı başladığını, bundan sonra narkotik vasitədən istifadə etməyə davam etdiyini, narkotik vasitə qurudulmuş marixuananı yalnız bir dəfə 80 manat pulun müqabilində satmasını, vətənə xidmət edib mühüm sosial və mənəvi dəyərə malik olmasını, bu halın onun məsuliyyətini və təhlükəlilik dərəcəsini azaltmasını, Cəmiyyət və Dövlət tərəfindən müharibə iştirakçılarına ehtiram və rəğbətin olmasını, ailəli və cəmiyyətlə əlaqəli şəxs olmasını, himayəsində xəstəlikdən əziyyət çəkən azyaşlı uşağının olmasını, bu halın sosial-hümanitar baxımdan ağır olmasını nəzərə alaraq həmin halların humanist yanaşmanın tətbiq etməsi üçün başlıca şərti kimi qiymətləndirir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayəthüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X22rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X18 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini kompleks şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək 2 (iki) gün müddətə şübhəli şəxs kimi tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 4(020)-6/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Beyləqan Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(020)-9/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmiş, 19 yanvar 2025-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ceçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(099)-239/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət, 02 aprel 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 14 (on dörd) gün müddət və 16 aprel 2024-cü il tarixdən 19 yanvar 2025-ci il tarixədək ev dustaqlığında qaldığı 09 (doqquz) ay 03 (üç) gün müddət, ümumilikdə 9 (doqquz) ay 19 (on doqquz) gün ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Pentensiar Kompleksinə keçirilməli, cəza çəkmə müddətinin əvvəli 28 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9,77 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət, 02 aprel 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 14 (on dörd) gün müddət və 16 aprel 2024-cü il tarixdən 19 yanvar 2025-ci il tarixədək ev dustaqlığında qaldığı 09 (doqquz) ay 03 (üç) gün müddət, ümumilikdə 9 (doqquz) ay 19 (on doqquz) gün ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 keçirilsin. Cəza çəkmə müddətinin əvvəli 28 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9,77 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-239/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-239/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver