Məhkəmə qərarları › İş №1(099)-24/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-24/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-24/2023 23.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində 06 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 16,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi külli miqdar hesab edilən 11,426 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda 25 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda, ümumi çəkisi 67,55 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuana əldə etmiş, psixotrop maddənin 1,053 qram çəkidə olan hissəsini 02 aprel 2022-ci ildə günorta saatlarında Ağcabədi rayonunun Xocavənd kəndində 30 manat pulun müqabilində tanışı Şahid5 satmış, narkotik vasitələri və psixotrop maddəni üzərində və özünə məxsus VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşıyarkən 04 aprel 2022-ci ildə saat 23:05 dəqiqədə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində tanışı Şahid4 ilə birlikdə idarə etdiyi VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə saxlanılaraq rayon polis şöbəsinə gətirilib inzibati binanın həyətində avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü tərəf oturacağının alt hissəsində satış məqsədilə qanunsuz olaraq əldə edib daşıdığı 25 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda, ümumi çəkisi 67,55 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuana aşkar edilmiş, eləcə də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıdığı 01 ədəd sellofan bükülüdə külli miqdarda 16,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə, külli miqdar hesab edilən, təmiz çəkisi 10,373 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci ildə dostu Raminlə Xocavənd kəndində görüşüb idarə etdiyi avtomobildə bir yerdə narkotik vasitə marixuana çəkmiş, polis əməkdaşlarının gəldiyi görüb qaçmaq istəmiş, lakin onlar buna imkan verməyib onun avtomobilini vuraraq kanala salmış, sonra polis əməkdaşları onları avtomobildən çıxararaq şöbəyə aparmış, şöbədə onlar tərəfindən döyülmüş, içində metamfetamin olan torbanı onun qarşısına qoyaraq bunun ona məxsus olduğunu deməsinə məcbur edilmiş, həmin vaxt özündə olmamış, İran vətəndaşını tanımamış, onunla heç bir əlaqəsi olmamış, üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, şəxsi axtarış zamanı üzərində 1240 manat pul, 2 mobil telefon, siqaret və alışqan olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilməsə də, törədilmiş cinayət haqqında obyektiv ifadə vermiş və ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 02 aprel 2022-ci ildə “İnstagram” sosial şəbəkəsindən tanış olduğu, özünü İran-İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Besot” adlı şəxsin kartına 400 manat pul köçürərək ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş, həmin şəxs narkotik vasitənin olduğu yer barədə ona məlumat vermiş, o, da sonuncunun dediyi yerə gedərək oradan narkotik vasitəni götürmüş, tanışı Məhəmməd şəxsi istifadəsi üçün ona 30 manat pul verərək onun üçün də narkotik vasitə almasını xahiş emiş, həmin pulun müqabilində sonuncuya bir qramdan az artıq metamfetamin vermişdir. 04 aprel 2022-ci ildə yenidən “Besot” adlı şəxslə danışaraq onun hesab kartına 650 manat pul göndərərək özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmiş, sonuncu narkotik vasitəni Yevlax-Bərdə avtomobil yolunun kənarında “70” sürət yazılan afişanın alt hissəsinə qoyduğu bildirmiş, həmin gün özünə məxsus VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ora gedərək deyilən yerdən sellofan torbada, 25 kibrit qutusunda və bir ədəd siqaret qutusunda olan narkotik vasitəni götürərək avtomobilin sürücü oturacağının alt hissəsinə qoymuş, saat 23 radələrində tanışı Ramillə Xocavənd kəndində olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmış, şöbədə videoçəkiliş aparılmaqla üzərinə və avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilə qoyduğu 25 ədəd kibrit qutusunda və bir ədəd siqaret qutusunda, həmçinin əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibində olan narkotik vasitə və psixotrop maddəni masanın üzərinə qoyaraq ona məxsus olduğunu bildirmiş, polis əməkdaşı tərəfindən tərtib olunmuş protokola o da imza etmiş, tanışı Ramillə saxlanılaraq polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində olarkən ona və Ramilə qarşı hər hansı bir təsir və ya təzyiq olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Ağcabədi RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olan Şahid5 saxlanılaraq RPŞ-nə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, sonuncu həmin kütləni Ağcabədi rayonu Hindarx qəsəbə sakini Alxas adlı şəxsdən aldığını bildirmiş, əməliyyat məlumatı nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs hazırda satış məqsədilə üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatını dəqiqləşdirmək üçün əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında VAZ- 21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış, eləcə də avtomobilə baxış keçirilmiş, şəxsi müayinə zamanı əynində olan qara rəngli qolsuz gödəkcənin cibindən 02 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olmuş, avtomobilin sürücü oturacağının altından isə sellofan torbada içərisində 25 ədəd kibrit qutusunda və 01 ədəd üzərində “Winchester” yazılmış göy rəngli siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüş, sonra keçirilmiş baxış və axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmış, təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində olarkən ona qarşı hər hansı bir təsir və ya təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci ildə Təqsirləndirilən şəxsla telefonla danışaraq bir yerdə marixuana çəkmək üçün Xocavənd kəndində görüşərkən rayon polis şöbəsinin əməkdaşları onları saxlayaraq polis şöbəsinə aparmış, şöbədə üzərinə şəxsi baxış keçirilmiş, üzərində aşkar edilən heroini və metamfetamini Alxasın telefon nömrəsini ona verdiyi şəxslə əlaqə saxlayıb heroini və metamfetamini həmin şəxsdən aldığını göstərmişdir. Şahid4 hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ifadə verərkən ifadəsində 04 aprel 2022-ci ildə Təqsirləndirilən şəxsla telefonla danışaraq bir yerdə marixuana çəkmək üçün Xocavənd kəndində görüşərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldıqlarını, şöbədə üzərinə şəxsi baxış keçirilərkən üzərində heroin və metamfetamin aşkar edildiyini, heroini və metamfetamini Alxasın telefon nömrəsini ona verdiyi şəxslə əlaqə saxlayıb əldə etdiyini, eləcə də videoçəkiliş aparılmaqla Alxasın avtomobilinə baxış keçirildiyini, baxış zamanı avtomobilin sürücü oturacağının alt hisəssindən 25 ədəd kibrit qutusunda və bir ədəd siqaret qutusunda, ümumi çəkisi 170 qram olan narkotik vasitə qurudulmuş mariuxana aşkar edilərək götürüldüyünü göstərmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə polis əməkdaşları tərəfindən saxlanılarkən içkili vəziyyətdə olmuş, müstəntiqin nə yazdığını oxumadan sənədlərə imza etmiş, tanışı Alxasdan narkotik vasitə almamış, ancaq bir yerdə narkotik vasitə istifadə etmişdir. Şahid qismində dindirilmiş Şahid5 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid5 hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, ona heç bir təsir-təzyiq göstərilmədən şahid qismində ifadə verərkən ifadəsində xx.xx.2022-ci ildə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, şöbədə üzərinə şəxsi baxış keçirilərkən üzərində aşkar edilən bir qram psixotrop maddə olan metamfetamini 2 gün əvvəl, yəni aprelin 2-də tanışı, rayon sakini Alxasdan 30 manat pulun müqabilində aldığını göstərmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəmənin 25 iyul 2022-ci il tarixli, 1(017)-93/2022 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş Şahid5 barəsində olan cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsində də üzərində aşkar edilən bir qram psixotrop maddə olan metamfetamini tanışı, rayon sakini Alxasdan 30 manat pulun müqabilində aldığını göstərməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında idarə etdiyi VAZ-21011 markalı avtomobillə birgə rayon ərazisində saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəklcənin sağ yan cibindən 02 ədəd sellofan büküm aşkar edilmiş, bükümlərin içərisinə baxış zamanı birinin içərisində şəffaf rəngli, kristal formalı, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə, digərnin içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuş, metamfetaminə bənzər kütlənin ümumi çəkisi 10,21 qram, heroinə bənzər kütləniun çəkisi isə 19,64 qram olması müəyyən edilmişdir. İş materiallarında olan “baxış və götürmə haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında idarə etdiyi VAZ-21011 markalı avtomobillə birgə rayon ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilərək videoçəkilişlə onun idarə etdiyi VAZ-21011 markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı sürücü oturacağının altından bir ədəd sellofan torba aşkar edilmiş, həmin torbaya baxış zamanı oradan 25 ədəd kibrit qutusunda və bir ədəd üzərində “Vincester” yazılmış göy rəngli siqaret qutusunda yaşıl rəngli, kəskin spesifik qoxuya malik, narkotik vasitə olan marixanaya bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr torba ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 170 qram olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli, 18/398-399 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 16,785 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 10,373 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metmafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs məxsus avtomobilindən..” sözləri yazılmış polietilen torbada 25 ədəd kibit qutusunda ayrıayrılıqda təmiz çəkisi – 2,31 qram, 2,46 qram, 2,26 qram, 2,51 qram, 2,15 qram, 3,07 qram, 3,05 qram, 2,60 qram, 2,80 qram, 2,06 qram, 2,81 qram, 2,26 qram, 2,84 qram, 2,62 qram, 3,18 qram, 2,40 qram, 2,66 qram, 2,96 qram, 1,96 qram, 2,32 qram, 3,50 qram, 2,38 qram, 3,01 qram, 2,29 qram, 2,95 qram, 01 ədəd siqaret qutusunda təmiz çəkisi – 2,14 qram, ümumi çəkisi 67,55 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Aşkar edilmiş heroinin təmiz çəkisi – 16,785 qram, cəmi tədqiqata sərf edildi–0,05 qram, qalıq–16,735 qramdır. Aşkar edilmiş metamfetaminin təmiz çəkisi–10,373 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq–10,323 qramdır. Aşkar edilmiş marixuananın təmiz çəkisi–67,55 qram, tədqiqata sərf edildi–0,52 qram (hər ob-0,02 qram), qalıq çəkisi – 67,03 qram təşkil edır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli 18/400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid5 Firovsi oğlunun üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,053 qram olan maddə kustar üsulla hazırlanmış psixortop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə metamfetamin eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 1054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobioniddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 29 aprel 2022-ci il tarixli, 269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının 09 aprel 2022-ci il tarixli, 416 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İş materiallarında olan 04 may 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun atası X1 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan16,735 qram heroin, 10,323 qram metamfetamin və 67,03 qram marixuana Ağcabədi rayon polis şöbəsində saxlanılır, 04 aprel 2022-ci il tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar, baxış keçirmə və şəxsi axtarış aparılması barədə protokol, baxış keçirmə və şəxsi axtarışı əks etdirən 02 ədəd DVD iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayəti törətmədiyini göstərməklə özünü təqsirli bilməməsi hissəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yaxa qurtarmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi iş materialları, Şahid5 və Şahid4 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdikləri ifadələri, həmçinin Şahid5 və Təqsirləndirilən şəxs götürülən psixotrop maddə olan metamfetaminin eyni tərkibli olması, eləcə də preyudisial qüvvəyə malik olan Ağcabədi Rayon Məhkəmənin 25 iyul 2022-ci il tarixli, 1(017)-93/2022 nömrəli hökmüi ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda məhkəmə, məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ifadəsinin Təqsirləndirilən şəxs ilə bağlı hissəsini obyektiv və həqiqətə uyğun ifadə kimi qəbul etmir, Şahid5 sonuncu ilə aralarında gələcəkdə söz-söhbətin olmaması üçün, həmçinin sonuncunun tənəsindən və qınağından kənarda qalmaq məqsədi ilə ziddiyyətli ifadələr verərək psixotrop maddəni Təqsirləndirilən şəxs almasını təkzib etməklə o, özünə “dost” hesab etdiyi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qoymaq istəmişdir. Məhkəmə, Şahid5 hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində, həmçinin barəsində olan cinayət işinin məhkəmə baxışı zamanı verdiyi ifadəsini daha düzgün, obyektiv və həqiqəti əks etdirən sübut kimi qəbul edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitəni və psxotrop maddəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 04 aprel 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 aprel 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 02 iyun 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarına əsasən 07 ay 14 gün vaxtından əvvəl cəzadan azad edilmiş, 09 avqust 2018-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abbasov X3 rayon Hindarx qəsəbəsində qeydiyyatda olmaqla himayəsində arvadı və biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən arvadının və biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 16,735 qram narkotik vasitə heroin, 10,323 qram psixortop maddə olan metamfetamin və 67,03 qram marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin atası X1 təhvil verilməsi nəzərə alınmalı, 04 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar, baxış keçirmə və şəxsi axtarış aparılması barədə protokol, baxış keçirmə və şəxsi axtarışı əks etdirən 02 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 04 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 16,735 qram narkotik vasitə heroin, 10,323 qram psixortop maddə metamfetamin və 67,03 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin atası X1 təhvil verilməsi nəzərə alınsın, 02 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar