Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-24/2025 26.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxx 1974-cü ildə Şamaxı rayonun Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Hacıqabul rayonun Muğan qəsəbəsi, M.Hüzeynzadə küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə, xx xxxxxx 1991-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmış külli miqdarda-6,118 qram narkotik vasitə olan heroin, külli miqdarda-55,204 qram narkotik vasitə olan tiryək və xeyli miqdarda-315,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Hacıqabul rayonun Nəvahı kəndində yolun kənarında yerləşən “Karvan” restoranın qarşısındakı ərazidə olan kolluqda gizlədilməsi barədə məlumat verməsindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Təqsirləndirilən şəxs1 məxsus olmaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 07 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Hacıqabul rayonun Nəvahı kəndində yolun kənarında yerləşən “Karvan” restoranın qarşısına gəlib həmin ərazidə gizlədilmiş yerdən bir ədəd sellofan torbada qablaşdırılmış bir ədəd bükümdə külli miqdarda-6,118 qram heroin, bir ədəd bükümdə külli miqdarda-55,204 qram tiryək və bir ədəd bükümdə xeyli miqdarda-315,0 qram qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, bu maddələri gəldikləri avtomobilin qabaq oturacağın altına qoyub daşımaqla Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonun ərazisindən keçən 121-ci km hissəsində hərəkətdə olarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində VAZ-21074 markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanıldıqdan sonra həmin avtomobilə baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından bir ədəd sellofan torbanın içərisində bir ədəd bükümdə külli miqdarda-6,118 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda-55,204 qram narkotik vasitə olan tiryək və bir ədəd bükümdə xeyli miqdarda-315,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Hacıqabul rayonun Muğan qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayır, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. İstifadəsində 051/599-13-69 və 055/789-81-06 saylı mobil nömrələr olan “Samsung” markalı mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs2 həmkəndlisidir, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. İsrəfil də narkotik istiadəçisidir, əvvələr onunla birlikdə narkotik maddə qəbul etmişdir. Hadisə olan günü, yəni 07 dekabr 2023-cü il tarixdə axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlib Hacıqabul rayonun Nəvahı kəndində yolun kənarında yerləşən “Karvan” restoranın yanından avtomobil üçün “paçevnik” götürəcəyini deyib onu avtomobillə həmin yerə 15 manata aparmağını xahiş etmiş, o da razılaşmışdır. Sonra özünə məxsus VAZ-21074 markalı avtomobili Təqsirləndirilən şəxs2 idarə edib onunla birlikdə Hacıqabul rayonun Nəvahı kəndində yerləşən “Karvan” adlı restoran yanına getmiş və İsrəfil həmin ərazidə maşını yolun qırağında saxlamışdır. O, maşında qalmış, İsrəfil isə maşından düşüb 5-6 metr kənara harasa getmiş, bir azdan İsrəfil əlində sellofan paketlə qayıdıb gəlib avtomobilə oturmuş, sonra İsrəfil əlində olan sellofan paketi maşının içərisində onun əyləşdiyi oturacaq tərəfdə ayaqaltına qoymuşdur. O, İsrəfilin gətirib ayaqaltına qoyduğu sellofan paketin içərisində nə oldmasını bilməmişdir. Sonra İsrəfil avtomobili idarə edib yaşadıqları ünvana qayıdarkən yolda yol patrul polisi avtomobili saxlamağa işarə vermiş, İsrəfil də avtomobili yolun qırağında saxlamışdır. Sonra o, avtomobildən düşüb yol polisinə tərəf getmişdir ki, avtomobili nəyə görə saxlamasının səbəbini öyrənsin, elə həmin vaxt İsrəfil avtomobili sürüb oradan uzaqlaşıb getmiş, polis əməkdaşları isə onu tutub Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsinə ona məlum olmuşdur ki, onu narkotiklə bağlı tutublar, sonra üzərində axtarış olmuş və üzərində heç bir qadağan olunmuş əşya, o cümlədən narkotik maddə aşkar edilməmişdir. Sorğu-sual zamanı o, maşını ilə 15 manata həmkəndlisi İsrəfili “Karvan” restoranın yanına gətirdiyini, İsrəfilin avtomobildən düşüb harasa getdiyini və əlində sellofan paketlə qayıdıb gəlib avtomobilə əyləşdiyini, sellofan paketin içərisində nə olmasını bilmədiyini, həm gələndə, həm də geri qayıdanda avtomobini İsrəfilin idarə etməsini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, İsrəfil avtomobillə qəza törətmiş və xəstəxanaya ararılmışdır. Bir neçə saatdan sonra polis əməkdaşları onu avtomobilin yanına aparmış və onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə olan sellofan torbada narkotik maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, həmin narkotiklər İsrəfilə aiddir və sellofan torbanı avtomobilə İsrəfil qoymuşdur. Evdən çıxıb “Karvan” restoranın yanına gedərkən yolda İsrəfil telefonda kiminləsə danışmış, onun kiminlə və nə barədə danışmasından məlumatı olmamışdır. Onun iranlı bir şəxslə, o cümlədən “Murad” adlı şəxslə heç bir əlaqəsi və telefon danışığı olmamışdır. İş üzrə polisdə ifadə verərkən özündə olmamış və bu səbəbdən nə ifadə verdiyini bilmir. O, narkoitk vasitələrdən istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilən ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, bir müddət əvvəl özünü İran vətəndaşı və “Murad” adlı ilə təqdim edən şəxs ona vatsapla zəng etmiş, bir qədər danışıb söhbət etdikdən sonra həmin şəxs ona istəsə narkotik maddə göndərə biləcəyini demiş, o isə heç bir söz deməmişdir. Həmin şəxslə danışdıqdan təxminən bir saat sonra qonşusu Təqsirləndirilən şəxs2 onun evinə gəlmiş, söhbət zamanı o, iranlı bir nəfərin ona zəng etdiyini və narkotik vasitə göndərə biləcəyini bildirmiş, İsrəfil də iranlı ilə özü danışacağını deyib onun (Təqsirləndirilən şəxs1) telefonu ilə vatsapla iranlı “Murad” adlı şəxslə danışmış, sonra bu şəxsin telefon nömrəsini götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. 07 dekabr 2023cü il tarixdə, saat 15 radələrində evdə olarkən İsrəfil gəlmiş və iranlı “Murad” adlı şəxslə danışdığını, Hacıqabul rayonun Nəvahı kəndində yolun kənarında yerləşən “Karvan” restoranın qarşında bir yerə narkotik vasitə qoyulacağını və həmin narkotik vasitəni götürməkdə ona köməklik etməyi xahiş etmiş, o da İsrəfilə edəcəyi köməkliyin qarşılığında ona da narkotik maddə verməyi təklif etmiş, İsrəfil də razılaşmışdır. Sonra narkotik maddəni götürmək məqsədi ilə birlikdə özünə məxsus VAZ-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmş, avtomobili İsrəfil idarə etmiş və onlar Nəvahı kəndində yerləşən “Karvan” adlı restoranın qarşısına gəlmişlər. İsrəfil avtomobildən yerə düşüb restoranın qarşısına doğru getmiş, özü avtomobildə əyləşib ətrafa nəzarət etməyə başlamışdır. Bir az sonra İsrəfil restoranın qaşısındakı kolluqlardan bir ədəd sellofan torbanı götürüb qayıdıb gəlib avtomobilə əyləşib əlindəki torbanı onun əyləşdiyi oturacağın ayaqaltı hissəsinə qoymuşdur. Sonra İsrəfil avtomobili idarə edib Bakı-Qazax avtomobil yolu ilə yaşadıqları ünvan istiqamətində hərəkət etmişlər və “Sever yolu” adlanan ərazidə körpünü keçdikdən sonra polisin yol patrul xidmətinin əməkdaşı avtomobilə saxla işarəsi vermiş və İsrəfil avtomobili saxlamışdır. Sonra o, avtomobildən düşüb yol patrul xidməti əməkdaşına doğru yaxınlaşmışdır ki, avtomobili saxlamasının səbəbini soruşsun, bu vaxt arxaya dönüb baxanda mülki geyimli polis əməkdaşlarının avtomobili əhatəyə aldığını görmüş, elə həmin vaxt İsrəfil avtomobili sürüb oradan uzaqlaşıb getmiş, təxminən 500 metr hərəkət etdirdikdən sonra avtomobili yolun sağ kənarına dərəyə aşmışdır. Bundan sonra polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli olduqları bildirilib onu Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və üzərində qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt ona məxsus “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, özünə məxsus və İsrəfilin idarə edərək yolun kənarına dərəyə aşırdığı VAZ-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə avtomobilinə baxış keçirmişlər. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından bir ədəd sellofan torbanın içərisində narkotik maddələr (heroin, tiryək və qurudulmuş marixuana) aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş narkotik maddələri İran vətəndaşı olan adını “Murad” kimi bildiyi şəxslə danışıb həmkəndlisi İsrəfillə birlikdə gedib götürdüklərini bildirmişdir. Aşkar olunmuş narkotik maddələr (heroin, tiryək və qurudulmuş marixuana) qablaşdırılıb polis əməkdaşları ərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zorakılıq halları olmasa da, sadəcə olaraq ifadə verərkən o, özündə olmamış və bu səbəbdən belə ifadə vermişdir. Ona məxsus avtomobildə aşkar edilmiş narkotik maddələr ona məxsus deyil, həmin maddələr Təqsirləndirilən şəxs2lə məxsusdur. 07 dekabr 2023-cü il tarixdə, axşam saatlarında İsrəfilin xahişi ilə öz avtomobili ilə Nəvahı kəndinn ərazisində yerləşən “Karvan” restoranın qarşısına getmiş, avtomobili İsrəfil idarə etmişdir. “Karvan” restoranın qarşısına çatdıqdan sonra o, avtomobildə oturmuş, İsrəfil isə avtomobildən düşüb harasa getmiş, az sonra əlində sellofan torba ilə qayıdıb gəlib avtomobilə oturmuş və əlindəki sellofan torbanı onun (Təqsirləndirilən şəxs1) oturduğu oturacağın ayaqaltı hissəsinə qoymuşdur. İsrəfil ona torbanın içərisində nə olmasını deməmiş və o, torbanın içərisində nə olmasını bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, İsrəfilin gətirib oturacağın ayaqaltına qoyduğu sellofan torbanın içərisində narkotik maddələr olmuşdur. Hər bir halda o, avtomobili ilə İsrəfilin narkotik maddələr götürmək üçün onunla birlikdə getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Eyni zamanda himayəsində dördü azyaşlı olmaqla altı uşağının olması, bir oğlunun-Səbuhi Əhmədovun isə İkinci Qarabağ müharibəsində şəhid olması, arvadının heç bir yerdə işləməməsi və asma xəstəsi olması, ailəni dolandıran yeganə şəxsin özü olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Hacıqabul rayonun Muğan qəsəbəsi, T.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də marxuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir, münasibətləri yaxşı olmuş, həm də Ziyafət də narkotik istifadəçisidir. Bu hadisə baş verməmişdən bir müddət əvvəl Ziyafət ona “Murad” adlı İran vətəndaşının ona zəng etdiyini, söhbət zamanı həmin şəxsin narkotik maddələr təklif edib pulunu sonra verməklə narkotik maddələr göndərə biləcəyini demişdir. Həmçinin iranlı deyilən şəxs vatsapla narkotiklərin fotoşəkilini də Ziyafətə göndərmişdir. Hər ikisi təklif olunan narkotik maddələri almaq qərarına gəlib Ziyafətin telefonu ilə vatsapla “Murad” adlı şəxsə zəng edib həm özü, həm də Ziyafət danışmışlar. Ziyafət mobil telefonda yazı yaza bilmədiyi üçün mesajları özü yazmış, həmçinin hər ikisi səs danışığını da “Murad”a göndərmişlər. 07 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Ziyafət ona zəng edib çağırmış, o da Ziyafətin yaşadığı evin qarşısına gedib küçədə onunla görüşmüşdür. Ziyafət “Murad” adlı şəxsin narkotik maddələr göndərəcəyini demiş, sonra onlar da razılaşmışlar ki, birlikdə gedib həmin narkotik maddələri deyiləcək yerdən götürsünlər. Həmin vaxt Ziyafət və o, istifadələri üçün narkotik maddə əldə etmək istəmişlər. 07 dekabr 2023-cü il tarixdə, günorta saatlarında onlar “Murad”la əlaqə saxlamış və “Murad” onlara Hacıqabul rayonun Nəvahı kəndində yolun kənarında yerləşən restoranın qarşısında bir yerə narkotik maddələr qoyulduğunu deyib gedib götürmələrini bildirmiş, həm də narkotik maddələrin qoyulduğu yerin fotoşəklini göndərmişdir. Sonra onlar narkotik maddələri götürmək üçün Ziyafətin avtomobili ilə həmin yerə getmişlər və avtomobili o, idarə etmişdir. O, avtomobili Nəvahı kəndində yolun kənarında yerləşən “Karvan” restoranın qarşısında saxlamış, Ziyafət avtomobildə qalmış, özü isə avtomobildən yerə düşüb fotoşəkilə əsasən həmin yerdə olan kolluqdan bir ədəd sellofan torbanı tapıb götürüb avtomobilə qayıtmışdır. Avtomobilə əyləşdikdən sonra torbanı Ziyafətə vermiş, o da torbanı oturduğu oturacağın ayaqaltına qoymuşdur. Sonra o, avtomobili idarə edib yaşadıqları Muğan qəsəbəsi istiqamətində hərəkət etmişlər. O, avtomobili idarə edib Bakı-Qazax avtomobil yolu ilə hərəkətdə olarkən “Sever yolu” adlanan ərazidə körpünü keçdikdən sonra polisin yol patrul xidmətinin əməkdaşı avtomobilə saxla işarəsi vermiş, o da avtomobili saxlamışdır. Ziyafət avtomobildən düşüb yol patrul xidmətinin əməkdaşına tərəf getmiş, həmin vaxt bir neçə polis əməkdaşının avtomobilə tərəf gəlmələrini görüb, həm də avtomobildə narkotik maddə olmasına görə qorxub avtomobili sürüb oradan uzaqlaşmış, arxadan isə polislər polis avtomobili ilə onu təqib etməyə başlamışlar. Hərəkətdə olarkən polis əməkdaşları onu dayandırmaq üçün polis avtomobili idarə etdiyi avtomobilin qarşısında tormoz etdiyindən o, idarəetməni itirmiş və avomobili dərəyə aşaraq qəza törətmişdir. Avtomobil qəzası zamanı ağır xəsarətlər almış, sonra polis əməkdaşları təcili tibbi yardım çağırmış və o, avtomobildən çıxarılıb xəstəxanaya aparılmışdır. Sonradan ona məlum olmudur ki, avtomobil qəzasından sonra polis əməkdaşları tərəfindən Ziyafətin avtomlbilinə baxış keçirilmiş və avtomobildən bir ədəd torbada olan narkotik maddələr aşkar olunub götürülmüşdür. Törətdiyi əməlindən peşmandır. O, uzun müddət xəstəxanalarda müalicə olunmuş, o cümlədən bir neçə dəfə cərrahi əməliyyat olunsa da, tam sağalmamışdır. Hazırda sərbəst hərəkət edə bilmir, şikəstdir, uzanmış vəziyyətdə, yataq şəraitində müalicəsini davam etdirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 07 dekabr 2023-cü il tarixdə Hacıqabul rayonun, Muğan qəsəbəsi sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları, habelə əldə etdikləri narkotik vasitələri Təqsirləndirilən şəxs1 məxsus avtomobildə daşımaları barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb həmin gün əməliyyataxtarış tədbiri keçirilmişdir. Belə ki, əməliyyat qrupu tərəfindən 07 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 məxsus avtomobilin Təqsirləndirilən şəxs2 idarə etdiyi, avtomobildə Təqsirləndirilən şəxs1 da olmaqla avtomobilin Bakı-Ələt- Qazax avtomobil yolunda Hacıqabul rayonun Navahi kəndinin ərazisində olması müşahidə edilmişdir. Daha sonra avtomobilin həmin ərazidə, yolun kənarında yerləşən “Karvan” restoranının qarşısında dayanması, sürücü, yəni Təqsirləndirilən şəxs2 avtomobildən düşüb restoranın qarşısındakı kolluq ərazidən bir ədəd sellofan torbanı götürüb avtomobilə qayıdıb oturması, sonra onların həmin avtomobillə Hacıqabul rayonun Muğan qəsəbəsi istiqamətində hərəkət etdiklərini müşahidə etmişlər. Əldə olunan məlumat dərhal Hacıqabul RPŞ-nin Növbətçi Hissəsinə çatdırılıb onlara kömək etməsi üçün şöbədən DYPB-dən əməkdaş göndərilməsi xahiş edilmiş və bir nəfər YPX-nin inspektoru kömək üçün göndərilmişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonun Muğan qəsəbəsi yaxınlığından keçən hissədə YPX-nin inspektoru Şahid4 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 avtomobildən düşüb YPX-nin inspektoruna yaxınlaşıb avtomobilinin nə üçün saxlanıldığını soruşarkən, əməliyyat qrupu avtomobilə tərəf getmişdi ki, qaçaraq Təqsirləndirilən şəxs2 də saxlasın, lakin Təqsirləndirilən şəxs2 onları görüb dərhal avtomobili yüksək sürətlə sürüb oradan uzaqlaşmağa başlamışdır. Belə olan halda əməliyyat qrupun iki üzvü Təqsirləndirilən şəxs1 tutub saxlamış, o və YPX-nin inspektoru ilə DYP-nə məxsus avtomobillə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili təqib etmişlər. Təxminən 400-500 metr getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobildə idarəetməni itirərək avtomobili yolun sağ hissəsinə aşırmışdır. Onlar hadisə yerinə çatıb təcili tibbi yardım çağırıb qəza nəticəsində xəsarət almış Təqsirləndirilən şəxs2 xəstəxanaya göndərilməsini, eləcə də hadisə yerinin mühafizəsini təmin etdikdən sonra şöbəyə getmişdir. Şöbədə təhqiqatçı Zahid Salahov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində qanunla qadağan olunan hər hansı bir maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bir müddət əvvəl o və Təqsirləndirilən şəxs2 iranlı “Murad” adlı şəxslə danışıb ondan narkotik maddələr əldə etmişlər və həmin narkotik maddə ona məxsus avtomobildədir. Bundan sonra təhqiqatçı Zahid Salahov tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs1 məxsus avtomobilə (VAZ-21074 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq oturacağının altından bir ədəd sellofan torbanın içərisində heroinə, tiryəkə və marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddələri İran vətəndaşı olan adını “Murad” kimi bildiyi şəxslə danışıb həmkəndlisi Təqsirləndirilən şəxs2lə birlikdə gedib götürdüklərini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 07 dekabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul rayonun Muğan qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X2 dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən 07 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı- Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonun ərazisindən keçən 121-ci km-də Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşdükdən sonra əməliyyat qrupu tərəfindən tutulmuş, Təqsirləndirilən şəxs2 isə avtomobili yüksək sürətlə idarə edib oradan uzaqlaşmış, lakin təxminən 500 metr aralandıqdan sonra idarəetməni itirdiyindən avtomobil yolun sağına çıxıb aşaraq dayanmışdır. Hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə Təqsirləndirilən şəxs2 xəstəxanayaya aparılmış, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 Hacıqabul RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 07 dekabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən müdafiəçi Füzuli Eyvazovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi barədə” 07 dekabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən müdafiəçi Füzuli Eyvazovun və şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs1 məxsus VAZ-21074 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından bir ədəd sellofan torbanın içərisində bir ədəd bükümdə heroinə, bir ədəd bükümdə tiryəkə və bir ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddələri İran vətəndaşı olan adını “Murad” kimi bildiyi şəxslə danışıb həmkəndlisi Təqsirləndirilən şəxs2lə birlikdə gedib götürdüklərini bildirmişdir. Aşkar olunmuş heroinə, tiryəkə və qurudulmuş marixuanaya oxşar kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə ekspertizasının 08 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən ...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,118 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 55,204 qram maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bükümündə təmiz çəkisi 315,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq heroin 6,068 qram, qalıq tiryək 55,104 qram və qalıq qurudulmuş marixuana 314,95 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.6-cı bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 səhhəti narkoloji tibb müəssisəsində qalmalarını istisna edən xəstə kimi ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqliintellektual imkanları normaya uyğundur. İnadkarlıq, özünü psixoloji müdafiyə etməyə meyillilik, eqosentrizm kimi fərdi-psoxoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı, Təqsirləndirilən şəxs1 hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 16 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çanaq sümüklərinin çox saylı qəlpəli sınıqları, uteranın cırılması, sağ gicgah nahiyəsinin, üst dodağın cırılmış yaraları, 6-cı boyun fəqərəsinin, 2-ci döş fəqərəsinin sınıqları, sağ və sol birinci qabırqaların sınıqları, sağ körpücük sümüyünün sınığı, oma sümüyünün sağ qanadının sağ ileosakral birləşməyə keçən yerdəyişməmiş qəlpəli sınığı və həmin sümüyün sakral foramenlərə keçən boylama sınığı, sağ oturaq sümüyünün şaxəsinin yerdəyişməmiş qəlpəli sınığı, hər iki qasıq sümüyünün daha çox sağda olmaqla yuxarı şaxələrinin qəlpəli sınıqları və sağ qasıq sümüyünün aşağı şaxəsinin sınığı, sol oturaq sümüyünün şaxəsi ilə sol qasıq sümüyünün aşağı şaxəsi bitişən yerdən minimal yerdəyişmiş çəp sınığı, hemorargik şok İİİ dərəcə. Yuxarda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə-07 dekabr 2023-cü il tarixə uyğundur. Yuxarda qeyd olunan xəsarətlərdən 6-cı boyun fəqərəsinin sınığı və hemorargik şok İİİ dərəcə həyat üçün təhlükəli olan sağlamlığa ağr zərər vurmaya aiddir. Çanaq sümüklərinin çox saylı qəlpəli sınıqları, 2-ci döş fəqərəsinin sınığı, oma sümüyünün sağ şaxəsinin qəlpəli sınığı sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sağ gicgah nahiyəsinin, üst dodağın cırılmış yaraları isə sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs2 bədəni üzərində olan çoxsaylı xəsarətləri və onun yataq rejimində olmasını nəzərə alaraq onun ambulator şəkildə müalicə olunması məqsədə uyğundur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 fevral 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində “Çanaq sümüklərinin çoxsaylı qəlpəli sınıqları. Uteranın cırılması. Sağ gicgah nahiyəsinin, üst dodağın cırılmış yaraları. 6-cı boyun fəqərəsinin, 2-ci döş fəqərəsinin sınıqları. Sağ və sol birinci qabırğaların sınıqları. Sağ körpücük sümüyünün sınığı. Oma sümüyünün sağ qanadının sağ ileosakal birləşməyə keçən yerdəyişməmiş qəlpəli sınığı və həmin sümüyün sakral foramenlərə keçən boylama sınığı. Sağ oturaq sümüyünün şaxəsinin yerdəyişməmiş qəlpəli sınığı. Hər iki qasıq sümüyünün daha çox sağda olmaqla yuxarı şaxələrinin qəlpəli sınıqları və sağ qasıq sümüyünün aşağı şaxəsinin sınığı. Sol oturaq sümüyünün şaxəsi ilə sol qasıq sümüyünün aşağı şaxəsi bitişən yerdən minimal yerdəyişmiş çəp hemorragik şok İİİ dərəcə" xəsarətləri almışdır. İsrəfıl Əliyevdə hal-hazırda “Çanağın küt travması: Uretroplastika əməliyyatından sonrakı vəziyyət. Sidik ifrazının çətinləşməsi. Xroniki sidik ləngiməsi”nin olduğu müəyyən edildi. Bu da uzun sürən xroniki patoloji vəziyyət kimi qiymətləndirilir. İsrəfıl Əliyevin yol-nəqliyyat qəzası nəticəsində almış olduğu xəsarətlərdən 6-cı boyun fəqərəsinin sınığı və hemorragik şok İİİ dərəcə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Çanaq sümüklərinin çox saylı qəlpəli sınıqları. 2-ci döş fəqərəsinin sınığı. Sağ və sol birinci qabırğaların sınıqları. Sağ körpücük sümüyünün sınığı. Oma sümüyünün sağ şaxəsinin qəlpəli sınığı, sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sağ gicgah nahiyəsinin, üst dodağın cırılmış yaraları isə sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İsrəfıl Əliyevin məhkəmə-tibbi ekspertizası zamanı o, xərəkdə uzanıqlı vəziyyətdədir və qoyulmuş “episistostoma” fəaliyyət göstərir. Müayinə olunan şəxs əlavə köməkçi vasitələrdən istifadə edir və kənar şəxslərin köməyi olmadan sərbəst hərəkətlərində məhdudiyyətlər vardır. Hazırki vəziyyətlə əlaqədar İsrəfıl Əliyevin müalicəyə ehtiyacı var, lakin müalicə effektliyinin (müalicə nəticəsi) proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. İsrəfıl Əliyevin hazırki sağlamlıq vəziyyəti ilə əlaqədar onun ƏN PX Müalicə müəssisəsində saxlanılması mümkündür. İşdə olan, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, VAZ-2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 VAZ-2107 markalı avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saatdan artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-cü hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli və 29 yanvar 2024-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 6,068 qram heroin, qalıq 55,104 qram tiryək, qalıq 314,95 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy J 6” markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung SM-A500H” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı dörd ədəd DVD disklər və telefon danışıqlara dair məlumatların yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Hacıqabul RPŞ-nin 08 və 10 dekabr 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində VAZ-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunub götürülmüş narkotik vasitələrin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olmaqla bu maddələri satış məqsədi ilə əldə etmələri və onların narkotik vasitələrin satışı ilə məşğul olmaları, o cümlədən Təqsirləndirilən şəxs1 əvvəllər Hacıqabul rayonun Muğan qəsəbə sakinləri Şahid5, X5 və Şahid6 narkotik vasitə satması müəyyən edilmişdir. İşdə olan, “Baxış aparılması haqqında” 10 dekabr 2023-cü il tarixli protokollarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung Galaxy J 6” markalı mobil telefonun yaddaşında, habelə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung SM-A500H” markalı telefonun yaddaşında olan məlumatlarda onların İran telefon operatoruna aid telefonlarla əlaqə saxlayıb narkotik maddələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi-avtomobilində aşkar olunmuş narkotik maddələrin ona məxsus olmaması, həmin narkotik maddələrin yalnız Təqsirləndirilən şəxs2 məxsus olması, ona məxsus mobil telefonda aşkar olunmuş danışıqlara dair məlumatların ona yox, Təqsirləndirilən şəxs2 məxsus olması, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışın və baxışın keçirilməsinə dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Təqsirləndirilən şəxs2 əlində gətirib avtomobilinə qoyduğu sellofan torbanın içərisində narkotik maddələr olmasını bilməməsi, avtomobilindən götürülmüş sellofan torbanın içərisində aşkar olunmuş narkotik maddələrin ona məxsus olmaması, həmin narkotik maddələrin yalnız Təqsirləndirilən şəxs2 məxsus olması, “Murad” adlı şəxslə yalnız İsrəfilin telefonla danışması, ona məxsus mobil telefonda aşkar olunmuş danışıqlara dair məlumatların ona yox, Təqsirləndirilən şəxs2 məxsus olması, heç kimə narkotik maddələr satmaması və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən telefon danışıqlarına dair məlumatlarla (həmin məlumatlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotiklərin alınması ilə bağlı çoxsaylı danışılqlar aparmaları və qarşılıqlı olaraq SMS, səsli və yazılı mesajların göndərilməsi tam təsdiq olunur), təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində təqsirləndirilən şəxslər ittihamda göstərilən bütün halları tam olaraq təsdiq etmişlər), eləcə də Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” “Tiryək” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, tiryəkin 0,5 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, tiryəkin 50 qramdan 5000 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək külli miqdir, heroinin 800 qramı, tiryəkin 5000 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 6,118 qram narkotik vasitə olan heroin və 55,204 qram narkotik vasitə olan tiryək külli miqdar, 315,0 qram narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xeyli və külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, istintaq orqanın “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Hacıqabul RİHB-nın Muğan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Hacıqabul rayonunun Muğan qəsəbəsi, M.Hüzeynzadə küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə sakinlərin hörmətini qazanmaqla qəsəbədə keçirilən ictimai işlərdə iştirak etmiş və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Muğan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 11 dekabr 2023cü il tarixli arayışla və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir və onun himayəsində altı uşağı, o cümələdən xx.xx.2011-ci, xx.xx.2017-ci, xx.xx.2019-cu və xx.xx.2021-ci il təvəllüdlü dörd azyaşlı uşağı vardır. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsinin 16 oktyabr 2024-cü il tarixli arayışı ilə müəyyən edilir ki, 06 iyun 2002-ci il təvəllüdlü X6 09 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində (İkinci Qarabab müharibəsində) odlu silahdan aldığı travmadan həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 09 noyabr 2020-ci il tarixdən X6 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 01 fevral 2024-cü il tarixdə verilmiş 002093 №-li “Şəhid ailəsi üzvünün vəsiqəsi”nin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 şəhid ailəsinin üzvüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs1 “Şəhid ailəsi” üzvü olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmlərinin və qərarının surətləri ilə müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 30 noyabr 2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş və 11 fevral 2021-ci ildə cəzasını çəkib qurtarmışdır. Hacıqabul Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 23 sentyabr 2022-ci ildə cəzasının müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə) 30 noyabr 2016-ci il və 06 may 2021-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş, hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Hacıqabul RİHB-nın Muğan qəsəbə İƏD üzrə nümayəndəsinin müavini tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ünvan 1ndə fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə qonşuları və yaşıdlarının hörmətini qazanmaqla qəsəbədə keçirilən tədbirlərdə iştirak etmiş və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda ağır xəstə olmaqla onun kənar şəxslərin köməyi olmadan sərbəst hərəkət edə bilməməsi və yalnız xərəkdə uzanmış vəziyyətdə bir yerdən başqa bir yerə aparılmasının mümkünlüyü, tibbi rəyə əsasən hazırki vəziyyətdə müalicə effektliyinin (müalicə nəticəsi) proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün olmamaqla yataq şəraitində müalicədə olması CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq ağır xəstə olması və onun kənar şəxslərin köməyi olmadan sərbəst hərəkət edə bilməməsi, hazırki vəziyyətdə onun yataq şəraitində müalicədə olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 cəza təyini zamanı nəzərə alınmasını zəruri edən halları, yəni Təqsirləndirilən şəxs1 himayəsində altı uşaq olmaqla onlardan dörd azyaşlı uşaqların olması, bir övladının-X7 Qarabağ müharibəsində şəhid olması və ailəsinin “Şəhid ailəsi” ailəsi hesab edilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, ilk məhkumluğu, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) nəzərə alaraq onun barəsində daha sərt cəzanın tətbiq edilməsini məqbul hesab etmir. Belə ki, məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağın olması, Təqsirləndirilən şəxs1 “Şəhid ailəsi” üzvü olması, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, ilk məhkumluğu, yaşayış yeri üzrə müsbət xarakteriza olunması), eləcə də Təqsirləndirilən şəxs1 himayəsində altı uşaq olmaqla onlardan dörd azyaşlı uşaqların olması, bir övladının-X7 Qarabağ müharibəsində şəhid olmasını müstəsna hallar kimi qəbul edib, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddələrin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddələrin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2023-ci il tarixdən hesablanmalı və bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halı, yəni Təqsirləndirilən şəxs2 faktiki olaraq ağır xəstə olması və onun kənar şəxslərin köməyi olmadan sərbəst hərəkət edə bilməməsi, hazırki vəziyyətdə onun yataq şəraitində müalicədə olması, habelə tibbi rəyə əsasən Təqsirləndirilən şəxs2 hazırda ağır xəstə olmaqla onun kənar şəxslərin köməyi olmadan sərbəst hərəkət edə bilməməsi və yalnız xərəkdə uzanmış vəziyyətdə bir yerdən başqa bir yerə aparılmasının mümkünlüyü, hazırki vəziyyətdə müalicə effektliyinin (müalicə nəticəsi) proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün olmamaqla yataq şəraitində müalicədə olması və müalicəsi müddətinin qeyri-müəyyən olması, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) nəzərə alaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Habelə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış 6,068 qram narkotik vasitə olan heroin, 55,104 qram narkotik vasitə olan tiryək və 314,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı dörd ədəd DVD disklər və telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan, bir ədəd “Samsung SM-A500H” markalı mobil telefon aparatı sahibi Təqsirləndirilən şəxs2, habelə bir ədəd “Samsung GalaxyJ6” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 arvadı Vüsalə Əhmədovaya (ünvan: ünvan 3zrə ekspertiza tədqiqatı xərcləri-184 (bir yüz səksən dörd) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 92 (doxsan iki) manat 24 (iyirmi dörd) qəpik və Təqsirləndirilən şəxs2 92 (doxsan iki) manat 24 (iyirmi dörd) qəpik tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsinin başlanması müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış 6,068 qram narkotik vasitə olan heroin, 55,104 qram narkotik vasitə olan tiryək və 314,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 4 (dörd) ədəd DVD disklər və telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung GalaxyJ6” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra arvadı X1 (ünvan: ünvan 4 iş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, bir ədəd “Samsung SM-A500H” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs2 (ünvan: Hacıqabul rayonun Muğan qəsəbəsi) təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-184 (bir yüz səksən dörd) manat 48 (qırx səkkiz) qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 92 (doxsan iki) manat 24 (iyirmi dörd) qəpik və Təqsirləndirilən şəxs2 92 (doxsan iki) manat 24 (iyirmi dörd) qəpik tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-24/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-24/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver