Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-240/2024 09.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Ağsu rayonunda doğulmuş, orta əhsilli, məhkum olunmamış, subay, işləməyən, Ağsu rayonu 20 Yanvar küçəsi ev 5/5-də qeydiyyatda olmaqla Bakı şəhəri Bakıxanov qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qeyriləri ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsindən sonra ona ödənilməli olan müəyyən məbləğdə pul müqabilində qəbul edərək Bakı şəhərinə aparmaqla ona deyiləcək yerə və ya şəxslərə çatdırmağı əvvəlcədən vəd etməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri külli miqdarda, 17 kiloqram 284 qram narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı 57,2 qram olan 1430 ədəd metadon həblərini əldə edərək saxlayıb daşımaqla İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirməklə Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Biləsuvar- Cəlilabad avtomobil yolunun kənarındakı 6-cı sərhəd zastavasının 21-22-ci sahələrinin arxa tərəfində gizlətməklə bu barədə 28 fevral 2023-cü il tarixdə ona məlumat verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsindən çıxaraq Biləsuvar rayonuna getmiş, 01 mart 2023cü il tarixdə saat 02 radələrində Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Biləsuvar-Cəlilabad avtomobil yolunun kənarındakı 6-cı sərhəd zastavasının 21-22-ci sahələrinin arxa tərəfindən bir ədəd bağlamada həmin miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və metadon həblərini götürməklə ümumi cinayətkar niyyətlə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 1 ədəd bağlamada 17 kiloqram 284 qram qurudulmuş marixuana və 1430 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 57.2 qram təşkil edən metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. İranlı Sabir adlı şəxslə hadisədən təxminən dörd ay əvvəl internet vasitəsi ilə tanış olmuşdur. Sabir adlı şəxs İranda yaşamışdır. Onunla “Whatsap” vasitəsi ilə danışmışlar, münasibətləri yaranmışdır. Sabir adlı şəxsdən borca pul istəmişdir. Sabir adlı şəxs ona Ələt rayonu ərazisində olan paketi götürüb Bakı şəhərinə aparmalı olduğunu, əvəzində ona pul veriləcəyini bildirmişdir. O isə Sabir adlı şəxsin təklifi ilə razılaşmışdır. 28 fevral 2023-cü il tarixdə Sabir onun mobil telefonuna zəng edərək paketin Ələt ərazisində olduğunu və onun həmin paketi götürüb Bakı şəhərinə aparmasını, Bakı şəhərində bir nəfərə verməli olduğunu və paketi qəbul edən şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. O, paketdə narkotik vasitələr olmasını bilməmişdir. Onun bildiyinə görə paketdə gül toxumu olmalı imiş. O, taksi fəaliyyət ilə məşğul olan dostu Nurlana zəng etmiş, onunla 20 Yanvar metrostansiyasının yaxınlığında görüşərək onu Ələtə aparmasını və xərci nə olacaqsa, verəcəyini demişdir. Nurlan da onunla razılaşmışdır. 28 fevral 2023-cü il tarixdə saat 19-20 radələrində Bakı şəhərindən Ələt istiqamətində yola düşmüşlər. Onlar Ələtə çatan zaman Sabir adlı şəxs Salyan rayonuna getməsini, orada olan zaman ona narkotik vasitənin olduğu yerin kordinantlarını (məkan) göndərəcəyini demişdir. Onlar Salyan rayonuna çatan zaman onun telefonuna məkan göndərilmişdir. O, telefonda “Google maps” proqramı vasiəsilə məkanı açdıqdan sonra Nurlana avtomaşını həmin istiqamətdə sürməsini xahiş etmişdir. Təxminən 1 saat sonra göndərilən məkana çatmışlar. O, Nurlana onu gözləməsini deyərək avtomobildən düşdükdən sonra məkan istiqamətində 5-6 metr aralandıqdan sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Paketi götürə bilməmişdir. Sərhədçilər orada olan paketi götürmüş, onun olduğunu bildirmişlər. Paket onun iştirakı ilə açıldıqda içərisində qara bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, hadisədən təxminən dörd ay əvvəl tanışı Gündüz adlı şəxsin vasitəsi ilə tanımışdır. Hadisədən təxminən 20 gün əvvəl Sabir adlı şəxs onun mobil telefon nömrəsinə “Whatsap” tətbiqi ilə görüntülü zəng etmiş, söhbət əsnasında Sabirdən 1500-2000 manat borc pul istəmişdir. Sabir isə onunla işi olacağını, pul məsələsini də, həll edə biləcəyini bildirmişdir. Bundan əxminən 15 gün sonra Sabir adlı şəxs onun istifadəsində olan +********** nömrəyə +**********07 nömrədən “Whatsap” tətbiqi vasitəsilə zəng edərək Ələt rayonu ərazində yolun kənarında qoyulmuş paketi götürüb, Bakı şəhərinə apardıqdan sonra ona bu barədə məlumat verməsini, sonra həmin paketi onun deyəcəyi əraziyə aparmasını tapşırmışdır. 28 fevral 2023-cü il tarixdə Sabir onun mobil telefonuna zəng edərək paketin Ələt ərazisində olduğunu və onun həmin paketi götürməsini xahiş etmişdir. O, taksi fəaliyyət ilə məşğul olan dostu Nurlana zəng edərək 20 Yanvar metrostansiyasının yaxınlığında görüşərək onu Ələtə aparmasını və xərci nə olacaqsa, verəcəyini demişdir. Nurlan da onunla razılaşmışdır. 28 fevral 2023-cü il tarixdə saat 19-20 radələrində Bakı şəhərindən Ələt istiqamətində yola düşmüşlər. Onlar Ələtə çatan zaman Sabir onun Salyan rayonuna getməsini, orada olan zaman ona məkan göndərəcəyini demişdir. Onlar Salyan rayonuna çatan zaman onun telefonuna məkan göndərilmişdir. O, telefonda “Google maps” proqramı vasiəsilə məkanı açdıqdan sonra Nurlana həmin istiqamətdə sürməsini xahiş etmişdir. Təxminən 1 saat sonra göndərilən məkana çatmışlar. O, Nurlana onu gözləməsini deyərək avtomobildən düşdükdən sonra məkan istiqamətində 5-6 metr aralandıqdan sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, «N» saylı hərbi hissənin hərbi qulluqçusu Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilərkən göstərdi ki, 28 fevral 2023-cü il tarixdə 6-cı sərhəd zastavası ərazisinə narkotik vasitələri götürmək üçün naməlum şəxslərin gələ biləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 22:45-dən 01 mart 2023-cü il tarixə saat 03:15-dək hərbi hissənin 6-cı sərhəd zastavasının 21-24-cü sahəslərinə kapitan Şahid2 ilə birlikdə «pusqu» naryadına təyin edilmişlər. Xidmətdə olduqları zaman 01 mart 2023-cü il tarixdə saat 02 radələrində Cəlilabad rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətində bir avtomobilin hərəkət etməsini müşahidə etmişlər. Həmin avtomobil Biləsuvar rayonu yaxınlığında dayanmışdır. Avtomobildən 1 nəfərin düşdüyünü və kolluqların arasında nəsə axtardığını görmüşlər. Həmin şəxs orada olan kol bitkilərinin arasında gizlədilmiş torbanı götürərək uzaqlaşmağa çalışarkən o, “Dayan” çağırış komandası vermişdir. Həmin şəxs torbanı yerə ataraq qaçmağa çalışarkən onlar onu saxlamış və əraziyə hərbi hissədən qrup gələrək həmin şəxsi və torbanı hərbi hissəyə aparmışlar. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən «N» saylı hərbi hissənin hərbi qulluqçusu Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 01 mart 2023-cü il tarixdə «N» saylı hərbi hissənin ərazisində Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr olan bağlmanı götürdüyü hadisə yerinə, bağlamaya, həmçinin həmin şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yerdə bir ədəd ağ rəngli bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Sonra bağlamaya baxış keçirilən zaman içərisində kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə və üzərində «Metadon- 40» sözləri yazılmış həblər aşkar olunmuşdur. 01 mart 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokolundan görünür ki, «N» saylı hərbi hissənin 6-cı sərhəd zastavasının 21-22 ci sahələrinin çöl istiqamətində, Biləsuvar-Cəlilabad şossesindən 10 metr aralı məsafədə bir ədəd ağ rəngli torba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əraziyə həmin torbanı götürmək üçün gəldiyini və torbanı İran İslam Respublikasından Sabir adlı şəxsin göndərdiyini bildirmişdir. 01 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, «N» saylı hərbi hissənin 6-cı sərhəd zastavasının 21-22 ci sahələrinin çöl istiqamətində, Biləsuvar-Cəlilabad şossesindən 10 metr aralı məsafədə aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli torba açıldıqda içərisidə 17755 qram narkotik vasitə olan marixuanaya oxşar maddələr və 143 konvalyutda üzərinə "Methadone-40" sözləri yazılmış həblərin olması müəyyən edilmişdir. Ekspertizasının 01 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş torbanı açdıqda içərilərində ümumi təmiz halda çəkisi 17284 qram olan narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 57,2 qram olan narkotik vasitə metadon həblərinin olması müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azerfon və Baksell mobil operatorlarından daxil olmuş disklərə, həmçinin təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilərkən məlum olmuşdur ki, 28 fevral və 01 mart 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə şəxsiyyəti istintaqa Sabir adı ilə məlum olan şəxsin istifadəsində olan +**********07 saylı nömrə arasında danışıqlar olması və whatsapp proqramı vasitəsi ilə bağlamanın olduğu yerin konumunun göndərilməsi, həmçinin təqsirləndirilən şəxsin internet vasitəsi ilə şəxsiyyətəri istintaqa məlum olmayan şəxslər ilə mütəmadi olaraq danışıqlar aparması müəyyən edilmişdir. Hazırkı cinayət işinin materiallarından 26 oktyabr 2023-cü il tarixli qərarla cinayətin iştirakçıları olmuş digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli və «Respublika Psixatriya Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanalarda qeydiyyatda olmamışdır. Ailə tərkibi və yaşayış yeri haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, subaydır. Həmin ərazi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması daşınması və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, narkotik vasitələr cinayətkar qrupun digər üzvləri tərəfindən ümumi niyyətlə əldə edilərək Azərbaycan Respublikasının dövlət sərhəddindən nəzarətburaxılış mənətəqələrindən və gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməklə müəyyən edilmiş yerdə gizlədildikdən sonra ümumi cinayətkar niyyətə uyğun olaraq həmin əraziyə gedərək külli miqdarda, 17 kiloqram 284 qram qurudulmuş marixuananı və 1430 ədəd, təsiredici maddəsinin miqdarı 57,2 qram təşkil edən metadon həblərini bir ədəd bağlamada götğürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Sabir adlı şəxsin tapşırığı ilə Ələt ərazisindən götürməklə Bakı şəhərinə aparmalı olduğu paketin içərisində narkotik vasitələrin olmasını bilməməsi, paketdə gül toxumu olmasını düşünməsi, paketin olduğu əraziyə gəlsə də, paketi götürə bilməməsi barədə ifadəsini özünü müdafi məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icraçı kimi iştirak etməmişdir. Qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməli olan narkotik vasitələri qəbul etməyi və lazım olan ünvana çatdırmağı əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi formasında iştirpak etmişdir. Ona görə də onun əməli qaçaqmalçılıq cinayətinə münasibətdə CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-cm maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhzəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 17283,6 qram qurudulmuş marixuana və 1420 ədəd metadon həbləri məhv edilməlidir. Ekspertiza xərci 152 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhzəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 17283,6 qram qurudulmuş marixuana və 1420 ədəd metadon həbləri məhv edilsin. Ekspertiza xərci 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-240/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-240/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver