Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-241/2023 19.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 25 avqust 1980-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 7 fevral 1990-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi – 4,2 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, tərkibində şəxsi istehlak miqdarında ümumilikdə 0,02 qram diazepam təsiredici maddəsi olan 2 ədəd «Relanium» dərman ampulasını əldə edib daşımaqla üzərində saxlamış, 25 mart 2022-ci il tarixdə saat 23 radələrində Cəlilabad RPŞ-nın əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılarkən üzərində olan qara rəngli çantanın içərisindən 1 ədəd «Constant» markalı elektron tərəzi, 1 ədəd açılıb qatlanan bıçaq, 2 ədəd kibrit qutusunda 7 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin və həmin 2 ədəd “Relanium” dərman ampulası aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,639 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 26 iyun 2022-ci il tarixdə səhər saatlarında həmin narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində qanunsuz olaraq satmış, 26 iyun 2022-ci il tarixdə, saat 14 radələrində polis əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə aparılmış və üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,247 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7,522 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,914 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 11 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində polis əməkdaşlarının Cəlilabad şəhəri, Cavadxan küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “VAZ 2106” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisindən 2 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin, 3 ədəd sellofan bükülüdə həmin narkotik vasitə tiryək və 1 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 26 iyun 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,639 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul müqabilində alaraq əldə edib daşımaqla üzərində saxlamış, 26 iyun 2022-ci il tarixdə saat 14 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Baratın oğlu Elşəni uzun müddətdir tanıyır. Elşən onun yaşadığı küçədən iki küçə aralı yaşayır. 26 iyun 2022-ci il tarixdə saat 11 radələrində ağrıları olduğundan narkotik vasitə axtarmış, yolda gedərkən tanışı Elşənlə rastlaşmış, ona bədəninin ağrıdığını demiş və istifadəsi üçün ondan narkotik istəmişdir. Bundan sonra Elşənin maşınında oturub Elşənin ona verdiyi heroindən birlikdə istifadə etmişlər. Maşında olarkən Elşənin xəbəri olmadan sürətlər qutusunun yanında olan narkotiki götürüb cibinə qoymuşdur ki, istifadə eləsin. Həmin gün günorta saatlarında Cəlilabad rayonu, Cavadxan küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən cibində olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 narkotik istifadəçisi kimi tanımışdır, Elşəndən pul müqabilində narkotik almamış, Elşən ona narkotik vermiş və birlikdə maşında istifadə etmişlər. Elşənin kiməsə narkotik satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək üzərində aşkar olunun bir bükümdə heroini şəxsi istifadəsi üçün 26 iyun 2022-ci il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs2 10 manat pulun müqabilində aldığını etiraf etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir. Təqsirləndirilən şəxs1 tanıyır. İlk dəfə 25 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində öz istifadəsi üçün bir bükümdə heroin və «Relanium» ampula olmuşdur. 26 iyun 2022-ci il tarixdə saat 11 radələrində rayonda Təqsirləndirilən şəxs1la rastlaşmış, sonuncu ona bədənində ağrıların olduğunu demiş, Elçinə narkotiki pay kimi vermiş, ona narkotiki pul müqabilində verməmişdir. 11 oktyabr 2022-ci il tarixdə saxlanılan zaman üzərində bir bükümdə heroin olmuşdur. Üzərində aşkarlanan tərəzi və digər narkotik vasitələr – tiryəklə marixuana polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Vətən Müharibəsində iştirak etmiş və yaralanmışdır. Hazırda İİİ qrup əlildir. Müharibədən sonra bədənində tez-tez ağrıları olduğu üçün narkotikdən istifadə etmişdir. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi 27 mart 2022-ci il tarixli etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində göstərmişdir ki, 25 mart 2022-ci il tarixdə saat 23 radələrində saxlanılaraq rayon polis şöbəsinə aparılmış, şəxsi axtarış zamanı çiynində olan qara rəngli çantada 2 ədəd kibrit qutusunda, birində 3, digərində isə 4 ədəd olmaqla ümümilikdə 7 bükümdə sellofana bükülmüş heroinləri təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zaman çiynindən asılan qara rəngli çantanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd açılıb qatlanan bıçaq, 2 ədəd “Relanium” adlı dərman ampulası, 3 ədəd plastik pul kartları və 125 manat pul, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 75 manat pul, əynində olan gödəkçənin sağ cibindən 1 ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş 3 ədəd plastik kartlar, 75 və 125 manat pul ona geri qaytarılmışdır. «Samsung» markalı mobil telefonu isə götürülmüşdür. Təqdim etdiyi 7 bükümdə narkotik vasitə olan heroinə polis əməkdaşdarı tərəfindən baxış keçirilmiş və üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzi, 1 ədəd açılıb qatlanan bıçaq və 2 ədəd «Relanium» ampulası ekspertizaya təqdim edilmişdir. Şifahi sorğu zamanı heroini «İnstagram» sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsdən əldə etdiyini, heroini istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, elektron tərəzini gündəlik istifadə etdiyi narkotik vasitənin miqdarını müəyyən etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Açılıb bağlanan bıçağı isə gündəlik istifadə etdiyi narkotik vasitəni bölmək üçün üzərində gəzdirmişdir.Heç kimə narkotik vasitə satmamışdır. Üzərində aşkar olunan narkotikləri şəxsi istifadəsi üçün saxlamışdır. - Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 tanıdığını, ona narkotik vasitə satmadığını, Elçinin yalan danışdığını göstərmişdir. - Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi 13 oktyabr 2022-ci il tarixli etirafedici ifadəsində göstərmişdir ki, 11 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Cəlilabad RPŞ-yə aparılmış, vəkilin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilmiş, baxış zamanı 3 ədəd sellofan bükülüdə narkotik vasitə tiryək, 1 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd sellofan bükülüdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Daha sonra idarə etdiyi Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri yerdən tapdığını, yarısını istifadə etdiyi və digər hissəsini istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən 26 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılaraq şöbəyə aparılmış, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Cəlilabad şəhər sakini Baratın oğlu Elşən adlı şəxsdən 10 manat pul müqabilində aldığını, həmin heroinə bənzər kütlədən istifadə etmədiyini və gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusat üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat tapşırığına əsasən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman çiynində olan qara rəngli çantanın içərisində 2 ədəd kibrit qutusu, həmin qutuların birində 3 bükümdə, digərində isə 4 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Elşən qara rəngli çantasında olan elektron tərəzini təqdim edərək həmin tərəzi ilə istifadə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra çantasından üzərində «Relanium» yazısı olan 2 dərman ampulası, 1 ədəd açılıb qatlanan bıçaq, əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroini istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, narkotik vasitə istifadəçisi olduğunu, heroini «İnstagram»da tanımadığı şəxsdən Bakı şəhərində tanımadığı ünvandan onlayn yolla əldə etdiyini, «Relanium»u psixi xəstəlikdən əziyyət çəkdiyi üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid2 və Şahid4 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə analoji ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşı Şahid7 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 11 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Elşən Cavadxan küçəsində idarə etdiyi Vaz 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış və rayon polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, o, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində tiryək və qurudulmuş marixuana olduğunu bildirmişdir. Kibrit qutularında 2 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin, 3 ədəd sellofan bükülüdə həmin narkotik vasitə tiryək və 1 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Elşən həmin siqaret qutusunu tapdığını, narkotiklərin yarısını istifadə etdiyini, qalanlarını isə istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmamışdır. O, məsuliyyətdən yayınmaq üçün yalan danışır. Bundan sonra isə videoçəkilişlə Təqsirləndirilən şəxs2 idarə etdiyi Vaz 2106 markalı avtomobilə baxış keçirilmiş, avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid8, Şahid9, Şahid10 və Şahid11 Şahid7 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 0,639 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 ona satmasını bir daha sonuncunun üzünə demişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 26 mart 2022-ci il tarixli, 19/374 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 7 ədəd bükümdə narkotik vasitə heroin.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri: - 0,922 qr; - 0,957 qr; - 0,951 qr; - 0,583 qr; - 0,451 qr; - 0,167 qr; - 0,169 qram: ümumi təmiz çəkisi - 4,2 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. - Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd cib bıçaqı...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd cib bıçağının üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. - Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd Constant markalı elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. Qeyd: - heroinin ümumi təmiz çəkisi - 4.2 qram, cəmi tədqiqata sərf olundu – 0,28 qram(hər ob. -0,04 qr), qalıq – 3,92 qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 27 may 2022-ci il tarixli, 6/2849 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Zərflər üçün №141” möhür əksi, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 ədəd üzərində “Relanium” yazılmış ampula...” və s. Yazılar, imzalar olan bir ədəd kağız paketdəki üzərlərində “Relanium...Diazepam 5 mg/ml...2 ml” və s. göstəricilər olan 02 ədəd dərman ampulundakı maye preparatın tərkibində ümumilikdə 0,02 qram diazepam təsiredici maddəsi müəyyən edildi. Qeyd: Relanium-üm.02 ampul, cəmi tədqiqata sərf edildi - 01 amp., qalıq - 01amp. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizanın 18 iyul 2022-ci il tarixli, 3/866 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 27 iyun 2022-ci il tarixli, 19/737 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitəyə heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,639 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: - heroinin ümumi təmiz çəkisi -0,639 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -0,589 qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 08 avqust 2022-ci il tarixli, 19/820 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ədəd zərfdə narkotik 01 ədəd zərfdə tərəzi...” sözlər və imzalar olan zərfdəki 1 büküm heroin, üzərində “Təqsirləndirilən şəxs1 məxsus 1 büküm heroin Rəy №-19/737...” sözlər və imzalar olan zərfdəki, 7 büküm heroindən kimyəvi komponent tərkiblərinə görə fərqlidir. Qeyd: - heroinin ümumi təmiz çəkisi -3,92 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -3,87 qramdır (1-7№-li ob) heroinin ümumi təmiz çəkisi -0,589 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -0,539 qramdır (8№-li ob) Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli 19/1078 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə, 2 ədəd bükümdə heroinə bənzər kütlə, 1 ədəd bükümüdə qurudulmuş marixuanaya bənzər kütlə...” və “X1 məxsus 1 büküm Tiryək Rəy №-19/1077.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, 4 ədəd bükümdə olan tiryəklər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: - heroinin ümumi təmiz çəkisi – 2,247 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram (hər.ob 0,05qr), qalıq -2,147 qramdır.(ob№1-2) Tiryəkin ümumi təmiz çəkisi – 7,522 qram, cəmi tədqiqata sərf edildi – 0,15 qram (hər.ob 0,05qr), qalıq -7,372 qramdır.(ob№3-5) Marixuananın təmiz çəkisi – 0,914 qram, cəmi tədqiqata sərf edildi – 0,02 qram, qalıq -0,894 qramdır.(ob№3-5) Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 794 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə narkolojiekspertizasının xx.xx.2022-ci il tarixli, 878 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın bizə təqdim etdiyi ******** nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2724 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 26 mart 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 2 ədəd kibrit qutusunda 7 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd “Constant” markalı elektron tərəzi, 2 ədəd “Relanium” dərman ampulası və 1 ədəd açılıb qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 26 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 1 ədəd kibrit qutusunda 3 bükümdə narkotik vasitə tiryəkə, 1 bükümdə narkotik vasitə qurudulmuş marixuanaya və 2 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. 27 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 götürülmüş və eskpertiza tədqiqatından sonra qalıq çəkisi 3,87 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq 1 ədəd «Relanium» ampulası, 1 ədəd açılıb qatlanan bıçaq, 1 ədəd «Constant» markalı elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatında sonra qalıq çəkisi 0,539 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. - «şəxsi axtarış keçirilməsi və götürmə» haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş cəmi 3 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. 13 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 2,147 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,372 qram olan narkotik vasitə tiryək, eskpertiza tədqiqatından sonra qalıq çəkisi 0,894 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş 23 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş 0,639 qram çəkidə narkotik vasitə heroini Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 əldə etmişdir. Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir əməliyyat məlumatı əldə etmək mümkün olmasa da, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə mütəmadi olaraq məlumatlar daxil olmuşdur. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan narkotik vasitələri əldə etdiyi şəxs və digərləri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı - xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adında qız və xx.xx.2022-ci il təvəllüdlü Rahim adında oğul övladları vardır. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Vətən müharibəsi iştirakçısı», «Cəbrayılın azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir. Məhkəməyə təqdim olunmuş 14 avqust 2021-ci il tarixli 18269 №-li «Xəstəlik haqqında şəhadətnamə»nin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N saylı hərbi hissədə ehtiyyatda olan əsgər kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə güllə xəsarəti almış, «sağ baldırın orta 1/3-nin dəlib-keçən güllə yaralanması: sağ peroneal və tibial sinirlərin posttravmatik neyropatiyası sağ aşağı ətrafların funksiyasının mülayim dərəcədə pozulması» diaqnozu ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli **********5 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlil kimi aylıq 120 manat və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aylıq 300 manat Prezident təqaüdü alır. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2004-cü il təvəllüdlü Hüseyn adında və 2008-ci il təvəllüdlü Fizuli adında oğul övladları vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Cəlilabad şəhər İƏDÜ nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək Elşəndən hər hansı bir pulun müqabilində narkotik vasitə almadığını, Elşənlə yalnız maşınında oturub Elşənin ona verdiyi heroindən birlikdə istifadə etdiyini, üzərində aşkar olunan heroini maşında olarkən Elşənin xəbəri olmadan sürətlər qutusunun yanından götürüb cibinə qoyduğunu, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 də məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək tanışı Təqsirləndirilən şəxs1 hər hansı bir narkotik vasitə satmadığını, yalnız heroini sonuncuya pay kimi verdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin müdafiəsi üçün gətirdikləri bu xüsusata tənqidi yanaşaraq onların məhkəmə baxışında verdikləri bu xüsusatla bağlı ifadələrini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, iş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroini məhz sonuncudan 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs1 vəkilin iştirakı ilə şalvarının cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək heroinin özünə məxsus olduğunu, narkotiki 10 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 aldığını etiraf edir, Elşənlə birlikdə heroindən maşında istifadə etmələrini, həmçinin narkotik vasitəni Təqsirləndirilən şəxs2 maşınından gizli götürməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Həmçinin məhkəmə baxışında dindirilmiş şahidlər də ifadələrində Təqsirləndirilən şəxs1 heroini 10 manat pulun müqabilində tanışı Təqsirləndirilən şəxs2 aldığını təsdiq etmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 heroini 10 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, həmin xüsusatla bağlı üzləşdirmə protokolunu, «şəxsi axtarış və götürmə» haqqında protokolu, məhkəmədə dindirilmiş şahidlərin ifadələrini və həmin xüsusatla bağlı videoçəkilişi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən sübut növü kimi qəbul edir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək 25 mart 2022-ci il tarixdə saxlanılarkən üzərində 2 ədəd kibrit qutusunda cəmi 7 büküm heroin deyil, yalnız bir bükümdə az miqdarda heroinin aşkar olunduğunu, növbəti dəfə 11 oktyabr 2022-ci il tarixdə saxlanılarkən üzərində aşkar olunan 3 büküm tiryəkin və 1 bükümdə olan marixuananın ona məxsus olmadığını, üzərində yalnız bir büküm heroinin olduğunu göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün gətirdiyi həmin xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən görünür ki, 25 mart 2022-ci il tarixdə saat 23 radələrində rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman çiynində olan qara rəngli çantada 2 ədəd kibrit qutusunda, birində 3, digərində isə 4 ədəd olmaqla ümümilikdə 7 bükümdə sellofana bükülümüş heroinlərin, çiynindən asılan qara rəngli çantanın içərisindən 1 ədəd elektron tərəzinin, 1 ədəd açılıb qatlanan bıçağın, 2 ədəd «Relanium» adlı dərman ampulaların, 3 ədəd plastik pul kartların və 125 manat pulun, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 75 manat pulun, əynində olan gödəkçənin sağ cibindən 1 ədəd «Samsung» markalı mobil telefonun, həmçinin, 11 oktyabr 2022-ci il tarixdə saxlanılarkən bir ədəd kibrit qutusunun içərisində olan 3 bükümdə olan narkotik vasitə tiryəkin, 1 bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın və 2 bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, bıçağı narkotik vasitələri bölmək üçün üzərində gəzdirdiyini açıq aşkar etiraf etmişdir. Bu xüsusatları məhkəmədə dindirilmiş şahidlər də öz ifadələrində təsdiq etmişlər. Eyni zamanda, məhkəmədə tədqiq olunmuş 25 mart 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi və götürmə» haqqında protokollardan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 vəkilin iştirakı ilə yuxarıda qeyd olunan narkotik vasitələrini, elektron tərəzini və bir ədəd bıçağı təqdim edərək onların özünə məxsus olduğunu açıq aşkar etiraf edir. Beləliklə də, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə özlərinin müdafiəsi üçün gətirdikləri dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələri yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri etirafedici ifadələri ilə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdikləri etirafedici ifadələrini, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokolları, əməllərini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs2 25 mart 2022-ci il tarixdə üzərində 2 kibrit qutusundan aşkar olunan 7 bükümdə külli miqarda ümumi təmiz çəkisi 4,2 qram olan heroinin, elektron tərəzinin, 26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 açıq aşkar 10 manat pulun müqabilində 0,639 qram heroin satması, habelə 11 oktyabr 2022-ci il tarixdə saxlanılarkən 1 ədəd kibrit qutusunun içərisində külli miqdarda - 2 bükümdə ümumi təmiz çəkisi 2,247 qram olan heroinin, şəxsi istehlak miqdarından artıq miqdarda 3 bükümdə ümumi təmiz çəkisi 7,522 qram tiryəkin və 1 bükümdə ümumi təmiz çəkisi 0,914 qram qurudulmuş marixuananın aşkar edilməsi Təqsirləndirilən şəxs2 həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitələrdir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar,tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan 0,689 qram narkotik vasitə heroini 10 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 alması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 10 manat pulun müqabilində 0,689 qram narkotik vasitə heroini satması, habelə onun üzərində aşkar olunun elektron tərəzinin, bıçağın, xırda bükümlərdə olan külli miqdarda narkotik vasitə heroinin, şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkin və qurudulmuş marixuananın təkrarən satış niyyəti ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 əməli həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və ya cəzadan azad olunmaları üçün əsaslar yoxdur, odur ki, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “az ağır”, həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələri isə “ağır” cinayət növünə aiddir. CM-nin 234.1-ci maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudulaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, habelə Vətən müharibəsinin iştirakçısı, İİİ qrup əlil olmasını, «Cəbrayılın azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmasını və Prezident təqaüdçüsü olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. 26 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 28 iyun 2022-ci il tarixdə CM-in 234.1ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Cəlilabad RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. 25 mart 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törətməkdə (üzərində iki kibrit qutusunda cəmi 7 büküm narkotik vasitə heroin, elektron tərəzi, qatlanan bıçaq və 2 ədəd “Relanium” ampulası aşkar olunması epizodu üzrə) şübhəli şəxs qismində tutulmuş, 27 mart 2022-ci il tarixdə CM-in 234.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 29 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törətməkdə (narkotik vasitəni Təqsirləndirilən şəxs1 satması epizodu üzrə) şübhəli şəxs qismində tutularaq CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi ilə bir icraata birləşdirilmişdir. 11 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törətməkdə (üzərində 2,247 qram heroinin və 7,522 qram tiryəkin aşkar olunması epizodu üzrə) şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2022-ci il tarixdə CM-in 234.4.3cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində Cəlilabad Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətni, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını çəkməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını çəkməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 26 iyun 2022-ci il tarixdən 28 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalında həbs olunmalı, saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 25 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixədək və 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 3 (üç) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olmasını nəzərə alıb barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab etmir. O, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 3,87 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd «Relanium» ampulası, 1 ədəd açılıb qatlanan bıçaq, 1 ədəd “Constant” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,539 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 2,147 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 7,372 qram olan narkotik vasitə tiryək və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,894 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 26 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” protokolu ilə Təqsirləndirilən şəxs2 götürülmüş və cinayət işində saxlanılan 1 dədə qara rəngli “Samsunq” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 394 (üç yüz doxsan dörd) manat təşkil edir, 344 (üç yüz qırx dörd) manat Təqsirləndirilən şəxs2 və 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 26 iyun 2022-ci il tarixdən 28 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 25 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixədək və 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 3 (üç) gün müddət ona təyin olunmuş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 3,87 qram olan narkotik vasitə heroin, həmçinin ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd “Relanium” yazısı olan ampula, 1 ədəd açılıb qatlanan bıçaq, 1 ədəd “Constant” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,539 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 2,147 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 7,372 qram narkotik vasitə olan tiryək və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,894 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işində olan 1 ədəd qara rəngli “Samsunq” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 394 (üç yüz doxsan dörd) manat təşkil edir, 344 (üç yüz qırx dörd) manat Təqsirləndirilən şəxs2 və 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-241/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-241/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver