Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-241/2024 06.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası, İzberbaş şəhəri, Həmidov küçəsi, ev 91, mənzil 26 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 (X6) Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Rusiya Federasiyası vətəndaşı X7 (X6) 9 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin miqdarı 8,7 qram təşkil edən 58 ədəd göy-narıncı rəngli preqabalin kapsulalarını və tərkibindəki tramadol güclü təsir təsiredici maddəsinin miqdarı 0,225 qram təşkil edən 1 ədəd qırmızı rəngli, dairəvi formalı tramadol həbini satış məqsədi olmadan qanunsuz əldə etmiş, preqabalin kapsullarını özünə məxsus qırmızı-göy rəngli idman çantasının sağ yan cibinə, tramadol həbini isə həmin çantanın sol yan cibinə yerləşdirib saxlamış, idarə etdiyi “Volvo FH” markalı, 0367TK05/AK362105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı yataq yerinin üzərinə qoyaraq daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına həmin nəqliyyat vasitəsi ilə sarımsaq yükü apararkən 9 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin idxal yoxlama xəttində Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən güclü təsir edən maddələr aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında ailəsi ilə birlikdə yaşayır. Təqribən 20 ildir ki, sürücü işləməklə beynəlxalq yükdaşımalarla məşğul olur. İdarə etdiyi “Volvo FH” markalı, 0367TK05/AK362105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. Təqribən xx.xx.2023cü il tarixdə yüksüz Astara gömrüyündən keçərək İran İslam Respublikasına daxil olmuş, daha sonra Rusiya Federasiyasına yük aparmaq növbəsinə durmuşdur. İran İslam Respublikasında xəstələnmiş, oynaqlarının ağrısını götürməkdən ötrü dərma almağa bir aptekə girmiş, orada ona bir neçə növ dərman təklif etmişlər, o da içərisində 60 həb olan 1 qutu üzərində “Pregabalin 150” yazısı olan dərmanları seçib götürmüş, elə orada iki kapsulunu istifadə etmiş, 58 kapsul qalmışdır. Sabahı gün cinsi aktivliyi artıran dərman almaq üçün də digər bir aptekə girmiş və “123 Rx” yazısı olan 1 ədəd konvolyutda 8 ədəd həbi almış, başqa aptekdən isə 1 ədəd üzərində “225” yazılı qırmızı rəngdə olan həb almışdır. Həmin dərman vasitələrini öz istifadəsi üçün almış, başqa şəxsə satmaq məqsədi olmamışdır. Həm də həmin dərman vasitələrinin Azərbaycan Respublikası ərazisində qanunla qadağan olunmasını bilməmişdir. Həmin dərman vasitələrini saxlayıb özü istifadə etmək üçün idman çantamın cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə ona növbə çatmış və idarə etdiyi Volvo FH” markalı, “0367TK05/AK362105” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə sarımsaq yükü yükləyib Rusiya Federasiyasına getmək üçün yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə İran-Azərbaycan dövlət sərhəddini keçib Astara gömrüyünə daxil olmuş, idxal yoxlama xəttində gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. O, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinin kabinasına gömrük inspektoru tərəfindən hal şahidlərinin iştrakları ilə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsındə, yataq yerinin üzərində yerləşən ona məxsus üzərində “ROSSİƏ” yazısı olan idman çantasının sağ yan cibindən gömrük nəzarətinə bəyan etmədiyi, üzərində “Pregabalin 150” yazısı olan 1 ədəd qutunun içərisində 4 konvolyutda ümumilikdə 58 kapsul, sol yan cibindən gömrük nəzarətinə bəyan etmədiyi, üzərində 123 Rx yazısı olan 1 ədəd konvoylutda 8 ədəd həb və 1 ədəd bükümdə qırmızı rəngli, iki xətli, yumru formalı, üzərində “225” yazılı 1 ədəd həb gömrük əməkdaşı tərəfindən aşkar edilmişdir. “Pregabalin 150” yazısı olan 1 ədəd qutunun içərisində 4 konvolyutda ümumilikdə 58 kapsul, üzərində 123 Rx yazısı olan 1 ədəd konvolyutda 8 ədəd həb və 1 ədəd bükümdə qırmızı rəngli, iki xətli, yumru formalı, üzərində “225” yazılı 1 ədəd həb onun və hal şahidlərinin iştirakları ilə gömrük inspektoru tərəfindən götürülərək protokol tərtib edilmişdir. Azərbaycan Respublikasında həmin dərmanların qadağan olduğunu bilmədiyindən bəyan etməmiş, saxlanan zaman gömrük əməkdaşları tərəfindən hər hansı bir zorakılıq, döymə və ya təhqir edilmə halları ilə qarşılaşmamışdır. Təqsirləndirilən şəxs X3 cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi, 1-ci bölmənin inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə iş bölgüsünə əsasən İdarənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün Rusiya Federasiyası vətəndaşı X7 idarə etdiyi “Volvo FH” markalı, “0367TK05/AK362105” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşayiət edən “300” nömrəli İnvoysa əsasən “Sarımsaq” yükü apararkən, saat 23 radələrində Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal-yoxlama xəttində gömrük nəzarəti zamanı saxlanılmışdır. O, X8 ilə şifahi formada sorğu-sual apararaq üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və ona məxsus əl yükündə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, sonuncu da üstündə, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yüklərində qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun idarə etdiyi yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq edilmiş, kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Hal şahidləri dəvət edilərək onların iştirakları ilə nəqliyyat vasitəsinə qanunvericiliyə uyğun olaraq gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında-yataq yerinin üzərində yerləşən sürücüyə məxsus üzərində “ROSSİƏ” yazısı olan qırmızı-göy rəngli idman çantasının sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan, üzərində “Pregabalin 150” yazısı olan 1 ədəd qutunun içərisində 4 konvolyutda ümumilikdə 58 kapsula, sol yan cibindən gömrük nəzarətinə bəyan olunmayan üzərində 123 Rx yazısı olan 1 ədəd konvolyutda 8 naməlum həb və 1 ədəd bükümdə qırmızı rəngli,iki xətli, yumru formalı, üzərində “225” yazılı 1 ədəd naməlum həb aşkar edilmiş, həmin kapsullar və həblər protokol əsasında götürülərək qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Dövlət Gömrük Komitəsinin Kinoloji mərkəzinin böyük məsləhətçisidir və Astara Gömrük İdarəsinə təhkim olunmuşdur. Onun vəzifəsi idxal xəttinə gələn yük nəqliyyat vasitələrinə gömrük baxışı zamanı kinoloji itin tətbiq edilməsindən ibarətdir. xx.xx.2023-cü il tarixdə Astara Gömrük İdarəsində növbədə olduğu gün saat 23 radələrində Rusiya Federasiyası vətəndaşı X7 idarə etdiyi “Volvo FH” markalı, “0367TK05/AK362105” nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Sarımsaq” yükü apararkən Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İnspektor Şahid1 göstərişi ilə həmin yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq edərkən it yük nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bundan sonra hal şahidləri dəvət edilmiş, onların iştirakları ilə nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsındə,yataq yerinin üzərində yerləşən sürücüyə məxsus, üzərində “ROSSİƏ” yazısı olan qırmızı-göy rəngli idman çantasının sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan, üzərində “Pregabalin 150” yazısı olan 1 ədəd qutunun içərisində 4 konvolyutda ümumilikdə 58 ədəd kapsula, sol yan cibindən üzərində 123 Rx yazısı olan 1 ədəd konvolyutda 8 naməlum həb və 1 ədəd bükümdə qırmızı rəngli, ikixətli, yumru formalı, üzərində “225” yazılı 1 ədəd naməlum həb aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, xx.xx.2023-ci il tarixdə Astara Gömrük İdarəsinin inspektoru Kamran Dmirli tərəfindən o və tanışı Məmmədov Hüseyni hal şahidi kimi dəvət olunmaqla Astara Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün idxal xəttində Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi “Volvo FH” markalı, “0367TK05/AK362105” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində onların iştirakları ilə gömrük yoxlaması tətbiq edilərkən nəqliyyat vasitəsinin kabinəsində yataq yerinin üzərində yerləşən, üzərində “ROSSİƏ” yazısı olan qırmızı-göy rəngli idman çantasının sağ yan cibindən üzərində “Pregabalin 150” yazısı olan 1 ədəd qutunun içərisində 4 konvolyutda ümumilikdə 58 kapsula, sol yan cibindən gömrük nəzarətinə bəyan olunmayan üzərində “123 Rx” yazısı olan 1 ədəd konvolyutda 8 naməlum həb və 1 ədəd bükümdə qırmızı rəngli, ikixətli, yumru formalı, üzərində “225” yazılı 1 ədəd naməlum həb aşkar edilərək protokol əsasında götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 da Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Astara Gömrük İdarəsində tərtib edilmiş 9 sentyabr 2023-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokoldan görünür ki, X3 idarə etdiyi “Volvo FH” markalı “0367TK05/AK362105” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinəsi yoxlanan zaman kabinədə yataq yerinin üzərində yerləşən sürücüyə məxsus, üzərində “ROSSİƏ” yazısı olan, qırmızı-göy rəngli idman çantasının sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan, üzərində “Pregabalin 150” yazısı olan 1 ədəd qutunun içərisində 4 konvolyutda ümumilikdə 58 kapsula, sol yan cibindən gömrük nəzarətinə bəyan olunmayan üzərində 123 Rx yazısı olan 1 ədəd konvolyutda 8 naməlum həb və 1 ədəd bükümdə qırmızı rəngli, ikixətli, yumru formalı, üzərində “225” yazılı 1 ədəd naməlum həb aşkar edilərək protokol əsasında götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 10 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4811 nömrəli rəyindən görünür ki, təqdim edilən bir ədəd sellofan paketin içərisində üzərində “pregabalin 150” yazısı olan 4 ədəd konvalyutda ümumilikdə 58 ədəd göy-narıncı rəngli kapsullar preqabalindir, kapsulların tərkibində ümumilikdə 8,7 qram preqabalin təsiredici maddəsi müəyyən edilir, üzərində “225” göstəricisi olan 1 ədəd qırmızı rəngli, dairəvi formalı həb tramadoldur, tərkibində 0,225 qram tramadol təsiredici maddəsi müəyyən edilir, üzərində “123 Rx”yazısı olan 1 ədəd konvalyutda ümumilikdə 8 ədəd göy rəngli həblər narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. Tramadol və Pregabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, xx/xx-11096 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, X4 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olmuşdur. Lakin onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 10 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X10 Sistemindən əldə edilmiş məlumatlarla X3 idarə etdiyi “Volvo FH” markalı “0367TK05/AK362105” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 01:57-də İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 İran İslam Respublikasının Astara şəhərində satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibindəki preqabalin güclü təsiredici maddəsinin miqdarı 8,7 qram, külli miqdar təşkil edən 58 ədəd preqabalin kapsulalarını və tərkibindəki tramadol güclü təsiredici maddəsinin miqdarı 0,225 qram təşkil edən 1 ədəd tramadol həbini idarə etdiyi “Volvo FH” markalı, 0367TK05/AK362105 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsındəkı çantada daşımaqla Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən 9 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin idxal yoxlama xəttində Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması və təqsirliliyi sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X3 əməli CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin ibtidai istintaq zamanı X5 narkotik vasitələr və psixotrop maddələrə aid olmayan, güclü təsir edən 58 ədəd preqabalin kapsulalarını və 1 ədəd tramadol həbini satış məqsədi ilə qanunsuz əldə etməyə, saxlamağa və daşımaya görə Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə ittiham vverilsə də, onun həmin maddələri satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Belə ki, Hacımurad Minatulayev həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrində 58 ədəd preqabalin kapsulalarını və 1 ədəd tramadol həbini öz şəxsi istifadəsi üçün əldə etdiyini, preqabalin kapsulalarının dörd listə 60 ədəd olduğunu, onlardan iki kapsulanı özünün qəbul etdiyini, 58 ədəd kapsulanı isə sonradan istifadə etmək məqsədi ilə saxladığını, həmin maddələri satmaq niyyətinin olmadığını göstərmişdir. Məhkəmə işin faktiki hallarını, yəni məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Hacımurad Minatulayevin preqabalin istifadəçisi olmasını, faktiki olaraq 02 kapsulanı istifadə etməsini, həmin maddələri satmaq üçün hər hansı istehlakçı ilə razılaşmasının olmamasını, həmçinin preqabalin və tramadolun miqdarca az olmasını nəzərə alaraq onun ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, həmin maddələri satmaq məqsədi olmamış və öz şəxsi istifadəsi üçün əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinə əsasən narkotik vasitələr və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələrin satış məqsədi ilə əldə edilməsi cinayət əməli hesab olunur. Odur ki, Hacımurad Minatulayevin güclü təsir edən preqabalin və tramadol maddələrini satış məqsədi olmadan əldə etməsi cinayət tərkibi yaratmır və onun əməlində CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.2-ci maddələrinə əsasən şəxsin əməlində cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hacımurad Minatulayevin əməlində Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona həmin maddə ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Hacımurad Minatulayevə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Hacımurad Minatulayevin cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hacımurad Minatulayevə CM-nin 206.2ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 09 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxs Hacımurad Minatulayevə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 56 ədəd preqabalin kapsulaları, 0,5 həb tramadol və 07 ədəd göy rəngli həblər məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş Hacımurad Minatulayevə məxsus pasport və 01 ədəd «X11 5» markalı mobil telefon şəxsi işinə əlavə edilməklə cəzanın sonunda özünə verilməsi üçün cəza çəkdiyi müəssisəyə göndərilməlidir. Ekspertiza xərci 80 manat təqsirləndirilən şəxs X2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X5 (X6) Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. X7 (X6) Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X7 (X6) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2023-cü il tarixdən hesablansın. X7 (X6) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 (X6) cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüqu məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 56 ədəd preqabalin kapsulaları, 0,5 həb tramadol və 07 ədəd göy rəngli həblər məhv edilsin. X5 (X6) məxsus pasport və 01 ədəd «X11 5» markalı mobil telefon şəxsi işinə əlavə edilməklə cəzanın sonunda özünə verilməsi üçün cəza çəkdiyi müəssisəyə göndərilsin. Ekspertiza xərci 80 (səksən) manat təqsirləndirilən şəxs X2 (X6) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan X5 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-241/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-241/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver