Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-242/2023 27.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Beyləqan şəhər 5 nömrəli tam orta məktəbdə ocaqçı işləmiş, məhkum olunmamış, Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə qonşusu X14 Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında ünvan 1 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına gələrək onunla birlikdə toy şənliyində iştirak etmiş Şahid1, Şahid5 və Şahid2 ilə orada söhbət edərkən həmin gün saat 16:30 radələrində Beyləqan şəhəri, Mikayıl Müşviq küçəsi, ev 112-də qeydiyyatda olmaqla yaşamış X23 onların yanına gəlib, əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar bir-birinin üzərinə hücum etmiş, həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməmiş, bundan sonra Rahib Abbaslı ona orada onu gözləməsini bildirərək nənəsi Şahid6 yaxınlıqda yerləşən yaşadığı evə getmiş, Rahib Abbaslı oradan getdikdən sonra Şahid1 ona oradan getməsini təklif etsə də, o, Rahib Abbaslının heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirib oradan getməmiş, bir qədər sonra X23 nənəsi Şahid6 evinin həyətindən çıxaraq ona yaxınlaşıb bundan bir qədər əvvəl ondan nə dediyini əsəbi şəkildə soruşaraq sağ əli ilə əynindəki şalvarın sağ cibindən dəstəyi qara rəngli olan deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb bir neçə zərbə vuraraq ona döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün o, X15 hərəkətlərinə görə ona cavab vermək qərarına gələrək, yerdən götürdüyü küt təsir xüsusiyyətlərinə malik soyuq silah hesab edilməyən 222x150x34 millimetr ölçülərdə bir ədəd daşı təxminən bir metr məsafədən qəsdən ataraq X15 başına vurmuş, həmin daş Rahib Abbaslının sol alıngicgah nahiyəsinə dəydikdən sonra sonuncu zərbənin təsirindən yerə yıxılmış, lakin orada olan şəxslərin onu tutaraq saxlamağa çalışmalarına baxmayaraq o özünün cinayətkar hərəkətlərini davam etdirib yerdə yıxılmış vəziyyətdə olan Rahib Abbaslının sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq Rahib Abbaslıya müvafiq olaraq qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması), baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan və onun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan X15 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə Beyləqan rayonu “İmperial” şadlıq sarayında toya getmiş, şadlıq sarayında mərhum Rahib Abbaslının oturduğu masada yer olmadığına görə o, dayısı və əmisinin stolunda oturmuş, bir neçə dəqiqədən sonra Rahib ona əli ilə işərə edərək oturduğu adamlara qarşı nalayiq ifadə işlətmiş, lakin o, Rahibə cavab verməmiş, toy qurtardıqdan sonra qonşuları Şahid1, Şahid5 və Şahid2la birlikdə məhlələrinə getmişlər. Həmin vaxt məhlədə qonşuları ilə söhbət edərkən Rahib Abbaslı onları görüb yaxınlaşmış, yenə də ona oturduğu “kruqun” yaxşı olmadığını, nə səbəbdən onunla oturmadığını soruşmuş, o, isə Rahibə onun stolunda yer olmadığını, bu səbəbdən onunla oturmadığını demiş, bundan sonra Rahib Abbaslı nalayiq ifadələr işlədib söyüşlər söymüş, bir biri ilə mübahisə etsələr də yanındakı uşaqlar onları aralamış, Rahib Abbaslı da çıxıb nənəsigilə getmiş, lakin ona qayıdacağını, onu gözləməsini deməmişdir. Az sonra Rahib nənəsigildən çıxıb geri qayıtmış, həmin vaxt Rahibin əlində bıçaq və ya hər hansı əşya olmamış, yəqin ki, bıçaq Rahibin cibində olmuşdur. Həmin vaxt Rahib onun üstünə gəldiyindən o oturduğu yerdən ayağa qalxmış, çatan kimi Rahib ona bir neçə bıçaq vurmaq istəmiş, zərbələrdən üçü ona dəymiş, iki bıçaq zərbəsi qolunu qabağa verdiyi üçün ona dəyməmişdir. Həmin vaxt Rahibin yanında da üç nəfər olmuş, onu tutub kənara aparrmışlar. Həmin vaxt o, da çıxıb getmək istəmiş, lakin Rahib yenidən onun üstünə gəlmiş, buna görə yerdən daşı götürüb Rahib istiqamətində atmış, bundan sonra ona yaxınlaşıb ayağı ilə onu yerə yıxıb onun əlindən bıçağı almışdır. Bıçağı əlindən alarkən Rahibə elə-belə yüngülcə bir yumruq zərbəsi vurmuş və evinə getmişdir. Yerdə olarkən onu ona görə vurmuşdur ki, Rahib bıçaqla onu vurmaq istəmişdir. Lakin o, Rahibi öldürmək istəməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs Rahib Abbaslı ilə çox yaxın dost olmuşlar, hadisə gününədək aralarında hər hansı anlaşılmazlıq olmamışdır. 16 oktyabr 2022-ci il tarixdə toy saat 13:00-da başlamış, 16:30da bitmiş və o, da yoldaşları ilə birlikdə toydan çıxmışdır. Yaşadığı məhlədə Rahib Abbaslı ilə mübahisələri olarkən heç bir səbəb olmadan Rahib nənəsigilə gedib bıçaq götürüb gəlmişdir. O, hadisə yerindən çıxıb getmək istəsə də Rahib üstünə gəlməkdə davam etmiş, yanında olan şəxslər də onu saxlaya bilməmişlər. Yerdən götürüb atdığı daş balaca olmuş, cinayət işi materiallarında olan daş olmamışdır. Fiziki cəhətdən Rahib Abbaslı ondan balaca olmuşdur. Rahibə daş atarkən aralarında təxminən 4 metr məsafə olmuş, belə ki, o, yolun bir tərəfində, Rahib isə digər tərəfində olmuşdur. Daşı Rahibə atarkən daşın Rahibin harasına dəydiyini bilməmiş, daşla vurduqdan sonra Rahibi yerə yıxıb bir dəfə yumruq vurmuş, başqa zərbə vurmamış, çıxıb getmişdir. Həmin gün saat 23:30-da Rahibin vəfat etdiyini bilmişdir. Rahib Abbaslı ona birinci zərbəni və digər zərbələri ürək nahiyəsi istiqmətlərinə vurmaq istəmiş, zərbələri zarafatyana yox, ciddiliklə vurmuşdur. İlk bıçaq isə onun qoluna dəymişdir. O, yerdə olan adi bir daşı götürüb Rahibə atmışdır. Rahib yerə yıxılarkən onun üstünə getməkdə məqsədi Rahibdən bıçağı almaq olmuşdur. Yerdə Rahibə bir yumruq vurmaqda da məqsədi Rahibdən bıçağı almaq olmuşdur. Bıçaq Rahibin əlindən düşdükdən sonra bıçağı sonuncu götürüb kənara atmışdır. Hadisə vaxtı sərxoş olsa da hər bir şey yadında olmuşdur. Rahib Abbaslı da çox pis sərxoş olmuşdur. Rahib Abbaslıya daş atmaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Rahib Abbaslı ilə mübahisə edərkən ətrafda onun dostları olsa da onlar Rahibin qarşısını almamışlar, Rahibin sərxoş olmasından çəkinmişlər. Rahib sərxoş olsa da, müvazinətini saxlaya bilməsə də Rahib birdən üstünə gəldiyindən hadisə yerindən çıxıb gedə bilməmişdir. Rahibə daş vurduqdan sonra ona yaxınlaşıb onu yerə yıxmış, yerdə olarkən bir yumruq vurmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı Rahib Abbaslını öldürmək niyyətində olmadığını, buna görə də ona bəraət verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə demək olar ki, eyni məzmunda ifadə vermiş, lakin məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə toydan çıxdıqdan sonra avtomobili ilə məhlələrinə getmiş, 5 nömrəli məktəbin yanında avtomobili saxlamış, Qoşqar, Bəhrəm və Orxan avtomobildən düşmüş və təxminən 5 dəqiqə ərzində toyla bağlı söhbət etmişlər. Rahibin yaşadığı ev həmin məktəbin qarşısından keçən asfalt yolun qurtardığı yerdə olduğundan Rahibin təxminən 100 metr məsafədən, öz evləri tərəfdən gəldiyini görmüşdür. Rahib gəzə-gəzə onların yanına gəlmiş, onların yanına çatan kimi Rahib onunla əsəbi şəkildə danışmağa başlamış, onu və toyda onunla eyni masada əyləşmiş şəxsləri təhqir etmiş, ondan toy məclisində nə üçün onunla eyni masada əyləşmədiyini əsəbi şəkildə soruşmuşdur. O, Rahibə toyda dayısı Fəthi ilə əyləşdiyinə görə onunla eyni masada oturmadığını demişdir. Rahib həmin vaxt ona nə onun, nə də ki onunla eyni stolda əyləşən adamların kişi olmadığını, onun gədə və tülkü olduğunu, buna görə də onu vurub döyəcəyini demişdir. O, Rahibi təhqir edərək çox içdiyini, danışığına fikir verməsini, onu döyən yerdə qələt edəcəyini, həmin masada əyləşən adamların onun da qohumu olduğunu, onları söyməyin ayıb olduğunu demişdir. Bundan sonra onlar bir-birinin ağzına söymüş, vurmaq üçün bir-birinin üstünə yerimişlər. Həmin vaxt yanlarında olan Şahid2, Orxan Məmmədov, Qoşqar, Bəhrəm, Vaqif onları birbirilərini vurmağa qoymamış, onların arasında mübahisənin böyüməsinə imkan verməmişlər. Bundan sonra Rahib onu söyə-söyə dayandıqları yerlə üzbəüz yolun digər tərəfində yerləşən nənəsi Rənanın evinə getmişdir. Rahib nənəsi Rənanın həyətinə keçdikdən sonra yanında olan dostları Rahib geri qayıtdığı halda onun qabağını kəsməyin lazım olduğunu demişlər. Qoşqar da onu evə düşürməyi təklif etmiş, burdan getməyi demişdir. O, Qoşqara Rahibin heç kim olduğunu, onun qələt elədiyini, Rahibin ona heç nə edə bilməyəcəyini demiş və qohum olduqlarını bildirmişdir. Təxminən 3-4 dəqiqə sonra Rahib nənəsinin həyətindən çölə çıxıb birbaşa onun üzərinə tərəf gəlmişdir. Həmin vaxt Rahibin yaxınlığında olan Şahid3 Rahibin cibindən bıçaq çıxardığını görüb əlindən tutmuş, Rahib əlini çəkməsini deyib onun üzərinə tərəf gəlməyə davam etmişdir. Onun yanına çatmış, ondan bayaq nə dediyini əsəbi şəkildə soruşmuş və elə həmin vaxt əynindəki qara rəngli şalvarının sağ cibindən onun üzərinə gələnə kimi çıxarmış olduğu dəstəyi qara rəngli mətbəx bıçağı ilə sol qoltuğunun altından ona bir dəfə bıçaqla vurmuş, daha sonra onu bıçaqla vurmağa davam etmişdir. O, Rahibin ona neçə dəfə bıçaqla vurduğunu xatırlamır. O, özünü müdafiə etmək üçün sol qolunu onun zərbələrinə qarşı tutmuşdur. Buna görə də Rahibin bıçaqla ona vurduğu həmin zərbələrindən ikisi də onun sol qoluna dəymiş, digər bıçaq zərbələri isə ona dəyməmişdir. Bundan sonra o, yumruqla Rahibin ağzına və üz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt Rahibi ondan aralamışlar. Bundan sonra Rahib əlində tutduğu bıçaqla yenidən onun üstünə tərəf gəlmiş, həmin vaxt o, yerdən götürdüyü daşı Rahibə tərəf atmışdır. O, daşı Rahibə atanda Rahib təxminən ondan 4 metr aralıda dayanmışdır. Daş Rahibin alnına dəymiş, o, həmin vaxt Rahibin üstünə getmiş və Rahibi ayağı ilə yerə yıxmışdır. Rahibi yerə yıxdıqdan sonra o, Rahibin sifətinə yumruqla bir neçə zərbə vurmuşdur, onları yenidən aralamışlar, aralayan zaman o, Rahibin ağız hissəsinə bir dəfə təpik vurmuşdur. Həmin vaxt onun Rahibi öldürmək niyyəti olmamışdır. Rahib yerdən tez ayağa qalxmışdır. Həmin vaxt o və Rahib bir-birilərini əxlaqsız söyüşlərlə təhqir etmişlər. Bundan sonra Qoşqar onu öz avtomobili ilə atası İmanın Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evinə aparmışdır. Evdə o, paltarlarını dəyişmiş, anası Xatirə və arvadı Zümrüd ona tibbi yardım göstərmiş, yarasını dərman vurub sarımışlar. Bundan sonra o, Rahibin xəstəxanaya aparıldığını və xəstəxanada vəfat etdiyini öyrənmişdir. Həmin vaxt o və Rahib üzbəüz dayanmışlar. O, yerdən daş götürüb Rahibin başına vurmuşdur. Daş Rahibin alnının sol tərəfinə dəymiş və o, Rahibin üzərinə yeriyib Rahibi yerə yıxmışdır. O, həyəcanlı olduğu üçün ifadələrində Rahibin başına daşla vurduqdan sorna onun yerə yıxıldığını, yıxıldıqdan sonra Rahibin üzərinə yeridiyini, yerdə Rahibə yumruq və təpiklə vurduğunu göstərmişdir. Hazırda isə düzgün ifadə verir. Həmin vaxt o, Rahibi bir dəfə təpiklə vurmuşdur, Rahibə neçə dəfə yumruq vurmasını xatırlamır, Rahibi bir dəfə də daşla vurmuşdur. Həmin daş parçası çox sərt və böyük ölçüdə yastı çay daşı olmuşdur. Daşın konkret ölçüsünü deyə bilmir. Daş əlinin içinə tam oturmuşdur. Hadisə 16 oktyabr 2022-ci il tarixdə, saat təxminən 16:30 radələrində baş vermişdir. Rahiblə 5 nömrəli məktəbin qarşısında ilk mübahisə etdiyi zaman, Rahib onun üstünə bıçaqla gəlib ona xəsarət yetirən zaman və onları aralayanda Qoşqar, Şahid2, Orxan Məmmədov, Şahid4 orada olmuşlar. Orada başqa kimlərin olmasını xatırlamır. Həmin vaxt o, özünü qorumaq üçün Rahibi vurmuş, çünki Rahibin əlində bıçaq olmuşdur. Rahibin onu bıçaqla vurmaması üçün o, yerdə Rahibi vurmuşdur. Həmin vaxt o, baş vermiş hadisənin şokunda olmuş, buna görə də əvvəlki ifadələrində daşı Rahibin başına vurduğunu demişdir. O, daşı Rahibi qorxutmaq və Rahibin ona tərəf gəlməsinin qarşısını almaq üçün atmışdır. O, əvvəlki ifadələrində daşı Rahibin başına vurmaq deyəndə daşı Rahibə tərəf atmağını və daşın Rahibin başına dəyməsini nəzərdə tutmuşdur. O, Rahiblə mübahisə edib dalaşanda hadisə zamanı Rahibin nənəsi Rənanı və onun heç bir qohumununu orada görməmişdir. Hadisə zamanı Rahibin nənəsi Rəna və heç bir qohumu orada olmamışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisəni görməmişdir. 16 oktyabr 2022-ci il tarixdə Rahib toya getmək üçün saat 11 radələrində evdən çıxmış, Rahib evdən çıxanda ona toya gedəcəyini, toydan çıxdıqdan sonra evə gələcəyini, axşam tərəfi isə mal bazarına gedəcəyini demişdir. Həmin gün təxminən saat 17 radələrində qayını Talıb onlara gəlmiş, ondan Rahibin evdə olub-olmadığını soruşmuş, o, Rahibin evdə olmadığını, toya getdiyini, toydan hələ qayıtmadığını demişdir. Talıb ona Rahiblə Nicatın küçədə yaxınlıqda yerləşən 5 nömrəli məktəbin qabağında dalaşdığını, birbirilərinə xəsarət yetirdiklərini demişdir. O, bu barədə heç bir məlumatının olmadığını, nə Rahibi, nə də ki Nicatı görmədiyini Talıba demiş, ondan nə baş verdiyini soruşmuşdur. Talıb ona bir söz demədən cəld çıxıb getmişdir. Bundan sonra o, Nicatla Rahibin məktəbin yanında dalaşıb-dalaşmamasını öyrənmək üçün özü küçəyə çıxmış, məktəbin qabağında küçədə camaatın yığışdığını görmüş və anası Rənanın evinə tərəf getmişdir. Onun evi ilə 5 nömrəli məktəbin arasında təxminən 200 metr məsafə vardır, anası Rənanın evi isə məktəbin giriş qapısının qarşısından keçən asfalt yolun kənarında, məktəblə üzbəüz yerləşir. Həmin vaxt o, anası Rənanın küçədə asfalt yolun ortasında dayandığını, əlində bir ədəd daş parçası saxladığını görmüşdür. O, anası Rənanın yanına getmiş, ondan nə üçün burada olduğunu, əlindəki daş parçasının nə olduğunu soruşmuşdur. Anası Rəna ona Rahiblə Nicatın dalaşdığını, Nicat dalaşanda yerdən götürdüyü daş parçası ilə Rahibin başına vurduğunu, Rahibin yerə yıxıldığını, daha sonra Nicatın yerdə olanda Rahibin üzərinə cumaraq daş parçası və təpiklə yerdə Rahibin başına zərbələr vurduğunu, əlindəki daş parçasının da Nicatın Rahibə vurduğu daş olduğunu demişdir. Buna görə də həmin daş parçasını götürüb saxlamışdır. O, anası Rənanın yaşlı olduğunu, hadisəni düzgün xatırlamadığını fikirləşmiş, ona inanmamış, anası Rənaya nə Nicatın Rahibi, nə də ki Rahibin Nicatı vurmayacağını, onların mehriban olduqlarını demişdir. Bundan sonra o, camaatın məktəbin qabağında yığışdığını, adam sayının çox olduğunu görüb anası Rənanı evinə ötürmüş və öz evinə qayıtmışdır. O, ev işləri ilə məşğul olmuş, təxminən saat 22-23 radələrində qayını Talıb avtomobillə Rahibi evə gətirmişdir. Rahib sərbəst gəzə bilmədiyinə görə o və Talıb köməkləşib Rahibi avtomobildən düşürüb evə gətirmişlər. Rahibi yatağa uzatmışlar. O, Rahibin çətinliklə nəfəs aldığını, danışmadığını, Rahibin dodağının partladığını, başının alın nahiyəsinin şişdiyini, bir gözünün ətrafının qaraldığını görmüşdür, Rahibin vəziyyəti çox pis olmuşdur. Rahibin vəziyyəti pis olduğuna görə o, Talıba kömək çağırmasını demiş, təcili tibbi yardıma məlumat vermiş və Rahibi təcili tibbi yardım avtomobili ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Rahibi reanimasiya şöbəsinə yerləşdirmişlər. Həmin gün təxminən saat 23 radələrində xəstəxanada ona Rahibin vəfat etdiyini bildirmişlər. Həmin vaxt o, Rahiblə heç nə danışmamış və Rahib ona heç nə deməmişdir. Bundan başqa o, özü də Rahibin vəziyyətinin pis olmasına görə bərk narahat olmuş və həyəcanlanmış, buna görə də həmin an nə Rahibdən, nə onu evə gətirən Talıbdan, nə də ki digər şəxslərdən nə baş verməsi, Rahibin harada və necə xəsarət alması, ona kimin xəsarət yetirməsi barədə heç nə soruşmamışdır. X26 bir-birilərinə haradan və necə xəsarət yetirmələri, bir-birilərini neçə dəfə vurmaları, nəyə görə mübahisə etmələri və dalaşmaları barədə başqa heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Qunça Abbasova həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və yazılı ərizəsində Təqsirləndirilən şəxsla barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu bildirib, ona qanunauyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq sarayında uzaq qohumu Polad oğlu Fuada böyük toy mərasimi etmişdir. O da həmin toya dəvətli olmuşdur. X23 və Təqsirləndirilən şəxs da həmin toya dəvətli olmuşlar. Hətta rəhmətlik Rahib özü Nicata zəng vurub toya gəlib-gəlmədiyini soruşmuşdur. Toya Nicatla birlikdə getmişlər, lakin Rahiblə birlikdə oturmamışlar. Toy bitdikdən sonra o, Nicatla və digər dostları ilə birlikdə yaşadığı məhləyə qayıtmış, 5 nömrəli məktəbin yanında avtomobildən düşüb birlikdə söhbət etmişlər. Həmin vaxt Rahib kənardan gəlmiş, Nicat isə əmisi oğlunun xətrinə dəydiyini və toyda onunla birlikdə oturmadığını deyib Rahib istiqamətində gedib onun könlünü almaq istəmişdir. Həmin vaxt Rahib niyə onunla oturmadığını soruşmuş, Nicat isə əmisi və digər qohumları ilə oturduğunu demiş, bundan sonra Rahib “onlar kimdi ki” deyib söyüş söyməyə başlamış, buna görə də Nicatla Rahib arasında mübahisə başlamışdır. Bundan sonra Rahib nənəsigilin evinə getmiş, qayıtdıqda isə Rahib onların yanına çatanda sağ əlində bıçaq olduğunu görmüşdür. Nicatın yanına çatan kimi Rahib ona bıçaqla zərbələr vurmağa başlamış, lakin zərbələr Nicata dəyməmişdir. Rahib yenə də bıçaq zərbələri vurmağa çalışırdı və Nicat arxa tərəfə gedəndə yıxılmış və ayağa qalxanda yerdən daş götürüb atmışdır. Həmin vaxt Nicatla Rahibin arasında bir metr və bir metr yarım məsafə olardı. Həmin vaxt daş Rahibin başına dəymiş və Rahib dizi üstə yerə yıxılmış, bu zaman Orxan Rahibin əlindən bıçağı almış və məktəbin həyətinə atmışdır. Bundan sonra o, Nicatı götürüb evinə aparmışdır. Rahib yerə yıxılarkən Nicatın onu vurub-vurmamasını xatırlamır. Axşam saatlarında isə Rahibin vəfat etdiyini öyrənmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, toyda o, Nicatla birlikdə oturmuş, Rahib isə başqa masada oturmuşdur. Toydan sonra Rahib Nicatla mübahisə edərkən Nicat ona içkili olduğunu və çıxıb getməsini istəmiş, Rahib isə “bıçaqla səni yortaram” deyib nənəsigilə getmişdir. Nicat isə Rahibin onunla dost olduğunu, heç vaxt onu vurmayacağını bildirmiş, onlar da Rahibin Nicatı vuracağını gözləməmişlər. Rahibin boyu Nicatdan çox balaca olmuşdur. Cinayət işi materiallarını fotoşəkli əlavə edilən daş Nicatın Rahibə atdığı daşdır və həmin daşı gördükdə tanıyır. Hadisə vaxtı Nicat və Rahib hər ikisi sərxoş olmuşlar. Nicat Rahibə daş atanda Rahib dizi üstə yerə yıxılmış, lakin Nicat Rahibin üstünə gəlməmişdir. Həmin vaxt hadisə yerində o, Orxan adlı iki şəxs, Vaqif olmuşdur. Sonradan ətrafdan digər şəxslər də gəlmişlər. Rahibin əlində bıçaq olduğundan ondan qorxduqları üçün onu saxlaya bilməmişlər. Əgər Nicat istəsəydi həmin hadisə yerindən qaçıb gedə bilərdi. Rahibin vurduğu birinci zərbə Nicata dəymişdir. Onlar ikisi də sərxoş olduğundan Nicat hadisə yerindən qaça bilməzdi. Nicat Rahibə daş atdıqdan və Rahib yerə yıxıldıqdan dərhal sonra Orxan bıçağı Rahibin əlindən alıb kənara atmış, bundan sonra mübahisə olmamışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 17 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən bir qədər fərqli olaraq göstərmişdir ki, ........ həmin vaxt Nicat yerdən bir ədəd daş parçası götürüb təxminən 1 metr məsafədən daşı Rahibin başına çırpmış, həmin daş Rahibin alnının sol tərəfinə dəymiş və Rahib ağzı üstə yerə yıxılmışdır. Rahibin alnının daş dəyən hissəsi şişmişdir. Rahib yerə yıxılandan sonra Nicat onun üzərinə yerimiş və yerdə ona bir dəfə yumruqla sağ gözünə vurmuşdur. O, Rahibin bıçaqla Nicata növbəti zərbələri vura biləcəyini düşünüb “bıçağı onun əlindən alın” deyə qışqırmış, Rahib və Nicat bir-birilərini uca səslə əxlaqsız söyüşlərlə söymüşlər. Səs-küyə ətrafda yaşayan insanlar, yoldan keçən şəxslər oraya toplaşmışlar. Həmin vaxt o, Orxan, Vaqif və oraya toplaşan çoxsaylı şəxslər Rahiblə Nicatı aralamışlar. Rahiblə Nicat bir-birindən aralaşan vaxt bir-birilərini uca səslə əxlaqsız söyüşlərlə söyməyə davam etmişlər. Orada olan şəxslər Rahibi yaşadığı evə aparmışlar. Hadisə 16 oktyabr 2022-ci il tarixdə, saat təxminən 16:30 radələrində baş vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, lakin ifadəsinin elan olunmuş hissəsində göstərdiklərini hadisə günü həyəcanlı olduğu üçün dediyini, Rahib yıxıldıqdan sonra Nicatın onu vurduğunu görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə Nicatla toyda olmuş, toy bitdikdən sonra məhlələrinə gəlmiş, məktəbin qarşısında, Nicat və digər dostları ilə birlikdə söhbət edərkən rəhmətlik Rahib onlara yaxınlaşmış, Nicatla mübahisə etmiş, həmin vaxt Rahib nənəsigilə getmiş və geri qayıdıb Nicata çatanda bıçaq çıxarmış, orada olan Şahid3 “Rahib nə edirsən” deyəndə Rahib yaxın gələn adama qarşı söyüş söymüş və Nicatın üstünə getmiş və Nicata bir neçə bıçaq zərbələri atmışdır, Nicat isə yerdən daş götürüb Rahibə atmışdır, həmin vaxt Nicatla Rahib arasında dəqiq nə qədər məsafə olmasını xatırlamır, daş Rahibə dəydikdən sonra o, yıxılmış, buna görə də Rahibin yanına gedib bıçağı onun əlindən almışdır ki, hər hansı başqa problem olmasın. O, bıçağı götürdükdən sonra Nicat Rahibin üstünə getmiş, o, isə məktəb tərəfə gedib bıçağı məktəbin həyətinə atmışdır. Geri qayıtdıqda isə orada olan digər şəxslərin Nicatı və Rahibi aralaşdırdıqlarını görmüş, Rahibin əl üzünü yumuşlar və nənəsigilə aparmışlar. Daha sonra məktəbin həyətinə gedib ora atdığı bıçağı götürmüşdür. Sonra Nicatgilə gedib onun vəziyətini öyrənmiş, götürdüyü bıçağı Nicatın atası İmana vermiş və evinə getmişdir. Axşam saat 11 radələrində Rahibin vəfat etdiyini bilmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, daş zərbəsindən sonra Rahibin əlindən bıçaq yerə düşmüş və o, bıçağı yerdən götürmüşdür. Hadisə vaxtı özü də sərxoş olduğundan daha dəqiq halları xatırlamır, lakin tam yadındadır ki, bıçağı yerdən özü götürmüşdür. Hadisəni belə xatırlayır ki, daş atandan sonra Rahib yerdə olmuş, Nicat isə ayaqüstə olmuşdur. Nicat Rahibə daş vurmamışdan əvvəl hadisə yerindən kənarlaşmağa imkanı olub-olmadığını bilmir. Nicatın daş götürməsini görmüş, cinayət işi materiallarında olan daşın fotoşəklinin hadisə vaxtı Nicatın yerdən götürdüyü daşın fotoşəkli olubolmadığını bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində Beyləqan rayonunda 5 nömrəli məktəbin yanında gəzərkən qonşuları Nicatla Rahibin bir-biri ilə mübahisə etdiyini, Rahibin Nicata 4 dəfə bıçaq vurduğunu, Nicatın isə yerdən daş götürüb Rahibə yüngülcə vurduğunu görmüşdür. Rahibin Nicatı hansı səbəbdən vurmaq istəməsini bilməmiş, lakin onların sərxoş olmasını bilmişdir. Həmin vaxt onların yanında dostları olsa da heç kim Rahibi saxlamamış, Rahibin əlində mətbəx bıçağı olmuşdur. Nicat Rahibi daşla vurduqdan sonra Rahib yerə yıxılmış, sonra Nicat həmin daşı bir də Rahibə tərəf atmışdır. Rahib yerə yıxılanda əlində bıçaq olmuş, orada olan uşaqlar bıçağı Rahibin əlindən alıb tullamışdır. Rahib Nicatı vurmaq istəyərkən Nicat qaçıb oradan gedə bilərdi, lakin əgər Nicat qaçsaydı onda deyəcəkdilər ki, Nicat qorxub qaçıb getmişdir. Rahibə ona görə özləri mane olmamışdır ki, Rahib onlara da xəsarət yetirə bilərdi. Cinayət işi materiallarında olan daşın fotoşəkli hadisə vaxtı Nicatın yerdən götürdüyü daşın fotoşəklidir. Həmin toy məclisində o, da iştirak etmiş, Nicat və Rahib isə yüngülvari sərxoş olmuşlar. Özü isə spirtli içki içmədiyindən həmin toyda da içməmişdir. İfadəsinin bir hissəsində Nicatın Rahibə iki daş zərbəsi vurmasını desə də əslində Nicat bir daş vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci ildə Beyləqan rayonunda “İmperial” şadlıq sarayında toyda olmuş, həmin gün təxminən saat 16 radələrində o, qonşuları Şahid1, Şahid2, Nicat və Nicatın qardaşı Əsədlə toydan çıxmış, Qoşqara məxsus olan Nicatın idarə etdiyi “VAZ 2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nicatın yaşadığı Beyləqan şəhəri, Mikayıl Müşviq küçəsinə getmişlər. Əvvəlcə Əsədi öz evlərində düşürmüşlər. Bundan sonra Nicat 5 nömrəli məktəbin qarşısına sürmüş, 5 nömrəli məktəbin yanına çatanda Qoşqar, Nicat, Şahid2 və o, avtomobildən düşmüş və təxminən 5-6 dəqiqə ərzində toy ilə bağlı söhbət etmiş, bir-biriləri ilə zarafatlaşmışlar. Bir neçə dəqiqə sonra Rahib də onların yanına gəlmiş, həmin vaxt Nicatla aralarında mübahisə yaranmış, lakin həmin vaxt o 100- 150 metr kənarda olan mağazaya siqaret almaq üçün getmiş, lakin geri qayıtdıqda hadisə olmasını eşitmiş, lakin hadisənin necə baş verdiyini bilməmişdir. Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nicatla və ya Rahiblə bir stolda oturmamış, toyda Nicat və Rahib arasında hər hansı anlaşılmazlıq olmasını bilməmişdir. Həmin toy saat 16 radələrində qutarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində mağazadan yaşadığı evə gedən vaxt Rahibin onunla qonşuluqda yaşayan Mehman kişi ilə dayanıb söhbət etdiyini görmüş, o, Rahibgillə salamlaşıb hal-əhval tutmuşdur. Həmin vaxt Rahibin sərxoş olduğunu görmüşdür. O, Rahibə orada gözləməsini, aldığı kibrit və arağı atasına verib qayıdacağını demişdir. Təxminən 5 dəqiqə ərzində o, aldığı kibrit və arağı evə qoyub Rahibin yanına getmişdir. Həmin vaxt Qoşqarın avtomobilinin Polad kişinin evinin qarşısında dayandığını, daha sonra isə 5 nömrəli məktəbin qarşısında dayandığını, Orxan, Qoşqar və Nicatın avtomobildən düşdüklərini görmüşdür. Səhv etmirsə, Nicat Rahibi çağırmış və Rahib Nicatın yanına getmişdir. O isə olduğu yerdə qalmışdır. Rahib sərxoş olduğu üçün onunla getmək istəməmişdir. Rahib Nicatın yanına çatdıqdan təxminən 5 dəqiqə sonra onların arasında mübahisə yarandığını, onların biri-birilərini nalayiq söyüşlərlə söydüklərini eşitmiş və onlar arasında mübahisənin böyüməsinin qarşısını almaq üçün onlara yaxınlaşmışdır. O, onların yanına çatan zaman Rahib söyüş söyə-söyə nənəsi Rənanın həyətinə keçmiş və o, Nicatgilin yanına getmişdir. Rahib nənəsinin həyətinə keçdikdən sonra Qoşqar Nicata onu yaşadığı evə ötürməsini təklif etmişdir. X27 bu təklifindən imtina etmiş və özünün gedəcəyini demişdir. Həmin vaxt Rahib nənəsinin həyətindən çölə çıxıb birbaşa Nicatın üzərinə yeriyib, ondan bayaq nə dediyini aqressiv şəkildə soruşmuş və dərhal əynindəki qara rəngli şalvarının sağ cibindən tiyəsi qara rəngli mətbəx bıçağını çıxarıb Nicatın sol qoltuq altına bir dəfə bıçaqla vurmuş, sonra isə bir neçə dəfə vurmağa cəhd etmiş, bıçaq zərbələrindən ikisi Nicatın sol qoluna dəymiş, digər bıçaq zərbələri isə Nicata dəyməmişdir. Bundan sonra Nicat yumruqla Rahibin ağzına vurmuşdur. Rahibin əlində bıçaq olduğu üçün onlar Rahibə yaxınlaşmaqdan çəkinmişlər. Həmin vaxt o və Vaqif Nicatı tutmuş və Rahibin üzərinə getməsinə imkan verməmişlər. Həmin vaxt Nicat yerdən bir ədəd çay daşı parçası götürüb təxminən 1 metrdən az məsafədən daşı Rahibin başına çırpmışdır. Həmin daş Rahibin alnının sol tərəfinə dəymiş və Rahib ağzı üstə yerə yıxılmışdır. Rahib yerə yıxılandan sonra Nicat onun üzərinə yerimiş və yerdə ona bir neçə dəfə yumruqla üzünə, sağ gözünə vurmuşdur. Rahib yerə yıxılandan sonra, səhv etmirsə, bıçaq onun əlindən düşmüş, orada olan şəxslərdən kimsə bıçağı götürmüşdür. Orada olan şəxslər Rahibi nənəsigilə aparmışlar. Qoşqar Nicatı evlərinə aparmışdır. Bir neçə dəqiqə sonra Rahib alnının şişdiyi yerə dəsmal qoyub çölə çıxmışdır. Rahib ondan Nicatın vəziyyətinin necə olduğunu soruşmuşdur. O, Rahibə Nicatın vəziyyətinin yaxşı olduğunu, nahaq yerə Nicatı bıçaqladığını demişdir. Rahib ona başının ağrıdığını, Nicatın onun başına çox pis vurduğunu demiş və ondan maşın çağırmasını istəmişdir. O və Rahib həmin vaxt orada olan qonşuları Aftandilə məxsus “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Xudafərin körpüsü deyilən istiqamətdə getmişlər. Xudafərin körpüsünün yanına çatan zaman Rahib əmisi Ələkbərin yolun qırağındakı çayxanada domino oynadığını görmüş və Aftandilə əmisinin yanında avtomobili saxlamasını demişdir. Aftandil avtomobili saxlamış, Rahib əmisi Ələkbərin yanına getmişdir. O, isə Nicatın xəstəxanada ola biləcəyini düşünüb onu ziyarət etmək üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasına getmiş, lakin Nicat hələ xəstəxanaya getməmişdir. Saat təxminən 23:45 radələrində məhəllədə olan zaman Rahibin Nicatın onun alın nahiyəsinə daşla vurması səbəbindən ölməsini eşitmişdir. Cinayət işi materiallarında olan daşın fotoşəkli hadisə vaxtı Nicatın yerdən götürdüyü daşın fotoşəklidir. Hadisə vaxtı Nicat həmin yerdən qaça bilməzdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 16 oktyabr 2022-ci il tarixli təqrirdən görünür ki, həmin gün saat 23:25-də Beyləqan rayon prokurorluğuna məlumat daxil olmuşdur ki, 16 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Beyləqan şəhəri, Mikayıl Müşviq küçəsi, ev 112-də qeydiyyatda olmaqla yaşamış X6 halda “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X31 yerləşdirilmiş və 16 oktyabr 2022-ci il tarixdə, saat 23:20-də ölmüşdür. (İ cild, i.v.8) - “Meyitin baxışının aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 meyitində sol alın və qismən gicgah nahiyələrini əhatə etməklə 7x6 santimetr ölçülərdə göyümtül-qırmızımtıl rəngli, qeyri-müəyyən formalı qançır, sağ gözaltı nahiyəsində 3x2 santimetr ölçülərdə göyümtül rəngli, qeyri-müəyyən formalı qançır, üst dodağın selikli qişasında ortada 2.5x1.5 santimetr ölçülərdə tünd-qırmızı rəngli, qeyrimüəyyən formalı qansızma sahəsi – qançır aşkar olmuşdur. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar edilməmişdir. (İ cild, i.v. 9-17) -“İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən” 17 oktyabr 2022-ci il tarixli, 1177 nömrəli tibbi müayinə protokoluna əsasən, Təqsirləndirilən şəxs “yüngül dərəcə alkoqol sərxoşluğu (alkotester – 0.7)” müəyyən edilmişdir. (İ cild, i.v. 34) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:25 dəqiqədə Azərbaycan Respublikası CM-in 126.3 və 221.3-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 61-62) - “Hadisə yerinin baxışının aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokola əsasən, hadisə yeri ünvan 1 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin giriş qapısının qarşısından keçən asfalt yolun kənarıdır. Asfalt yolun hər iki tərəfi daşlı torpaq səthlərdən ibarətdir. Baxış iştirakçısı Şahid1 məktəbin giriş qapısının yanında hasarının kənarında yerə betonla bərkidilmiş dəmirin qarşısını təqdim edərək 16 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə orada dayanıb söhbət etdiklərini, X23 ilə Təqsirləndirilən şəxs həmin yerdə mübahisə etdiklərini bildirdi. Baxış iştirakçısı Şahid1 məktəbin giriş qapısının qarşısındakı asfalt yolu və giriş qapısı ilə üzbəüz yerləşən yaşayış evini göstərərək X15 onların yanına gəldiyi istiqaməti, daha sonra yaşıl rəngli qapıdan Rəna adlı nənəsinin evinə getdiyini və həmin evdən çıxaraq geri qayıtdığını bildirmiş, yerdəki çay daşlarını təqdim edərək Təqsirləndirilən şəxs yerdən böyük ölçülü çay daşlarından birini götürdüyünü, həmin daşı X17 vurduğunu qeyd etmiş, bundan əlavə baxış iştirakçısı Şahid1 Təqsirləndirilən şəxs vurduğu daşın X15 başına dəydiyi yeri təqdim edərək X15 Təqsirləndirilən şəxs onu daşla vurduqdan dərhal sonra yerə yıxıldığını bildirmişdir. (İ cild, i.v. 131-137) - məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 33/22 saylı rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı - qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epudural hematoma, baş beyin toxumasının sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin ödemi, sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xəsarətləri aşkar edilmişdir. X3 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarm olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 oktyabr 2022-ci il tarixdə daşla baş nahiyəsinə, yumruq və təpiklə sifət nahiyəsinə vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölmünə səbəb baş nahiyəsinə vurulan zərbə zamanı epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması) nəticəsində baş beyin maddəsinin beyin kötüyünə sıxılması, kəskin ödemi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X3 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. X3 meyiti üzərində olan xəsarətlərin lokalizasiyasına (yerləşmə yerinə) əsasən demək olar ki, hadisə vaxtı ona xəsarət yetirən şəxslə üzbəüz və ya ona yaxın qarşılıqlı vəziyyətdə olmuşdur. X9junun ölümündən əvvəl spirtli içki və ya hər hansı bir narkotik tərkibli maddəni qəbul edib-etməməsi laborator müayinələrin nəticələrindən asılı olaraq müəyyənləşdiriləcəkdir. (İ cild, i.v. 160-165) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2 və 126.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 175-176) - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-69/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 247-250) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 ölmüş zərərçəkmiş şəxs X15 hüquqi varisi qismində tanınmışdır. ( İİ cild, i.v. 45-46) - Məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 816/22 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 16 oktyabr 2022-ci il tarixdə deşici-kəsici əşyanın (alətin) təsirindən, o cümlədən oxşar konstruktiv xüsusiyyətlərə malik olan bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs, bədən səthi üzərində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və morfoloji görünüşlərinə görə hadisə zamanı hücum edən şəxslə ayaqüstü durumda üzbəüz və yan səthləri ilə təmas vəziyyətində ola bilərdi. ( İİ cild, i.v. 186-189) - Məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 33/22 nömrəli rəyinə verilmiş 05 noyabr 2022-ci il tarixli əlavəyə əsasən, X3 meyitinin müayinəsi zamanı aşkar olundu: qapalı kəllə-beyin travması; sol gicgah sümüyünün xətti sınığı; soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması); baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi; sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları; üst dodağın selikli qişasına qansızma. X3 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 oktyabr 2022-ci il tarixdə daşla baş nahiyəsinə, yumruq və təpiklə sifət nahiyəsinə vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölmünə səbəb baş nahiyəsinə vurulan zərbədən inkişaf etmiş epidural hematoma ( sərt beyin qişası üstünə qan yığılması) nəticəsində baş beyin maddəsinin beyin kötüyünə sıxılması, kəskin ödemi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X3 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. X3 meyiti üzərində olan xəsarətlərin lokalizasiyasma (yerləşmə yerinə) əsasən demək olar ki, hadisə vaxtı ona xəsarət yetirən şəxslə üzbəüz və ya ona yaxın qarşılıqlı vəziyyətdə olmuşdur. X3 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı zamanı 0,5 promilli qatılığında etil spirti aşkar olunmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. ( İİ cild, i.v. 190-195) - Məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 546-2022/MTKŞ nömrəli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş və X17 məxsus şalvarın, tumanın və kəmərin üzərində əməhiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus pencəyin və sviterin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol qoltuqaltı nahiyəsində 01 (bir) ədəd və sol qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus pencəyin və sviterin üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlməsinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd tuman, bir ədəd mayka, bir cüt corab və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində əlbəyaxa olma və dalaşması zamanı fiziki qüvvə təsirindən yetirilməyə xarakterik heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və X9una məxsus tumanın ön və arxa səthlərinin sol yarısında aşkar olunmuş qan ləkələrinin bəziləri qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxunma daxilinə hopmuşdur; bəziləri yaxma xarakterlidir və qan mənbəyi ilə (qanlı səth ilə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir; digərləri isə bucaq altında düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş və X9una məxsus olmuş şalvarda və kəmərdə qan aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus pencək və sviterin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol qoltuqaltı nahiyəsində və sol qolunun arxa səthinin aşağı hissəsində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus tumanın arxa səthinin sol yarısının yuxarı hissəsində olan qan ləkələri bucaq altında düşən damcılar nəticəsində əmələ gəlməyə xarakterikdirlər. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində qan ləkəsi; maykanın, bir cüt ayaqqabının, bir cüt corabın üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçağın və daş parçasının üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur.Ekspertizaya təqdim edilmiş daş parçası küt təsir xüsusiyyətlərinə malikdir və soyuq silah hesab olunmur. ( İİ cild, i.v. 201-214) - Məhkəmə tibbi-bioloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 687/2022-MTBŞ nömrəli rəyinə əsasən, X3 AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A-beta(H) /İİ/-dir.Ekspertizaya təqdim edilmiş X9una məxsus tuman üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. ”H” antigeni 0 alfa,beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə X9una məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman, uzunqol köynək, pencək üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H) /İİ/ qruplu şəxsə, o cümələdən Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq, daş parçası, X9una məxsus şalvar (kəmər ilə), onun dırnaq kəsikləri və Təqsirləndirilən şəxs məxsus şalvar, onun dırnaq kəsikləri üzərində olan ləkələrdə qan aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X9una və Təqsirləndirilən şəxs məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olunmuşdur. Bu hüceyrələr az miqdarda olduğu üçün, onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, bir cüt corab və bir cüt ayaqqabı üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. ( İİ cild, i.v. 215-222) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 3065 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Təhqirə qarşı həssaslıq, emosionallıq, neqativ amillərə qarşı dözümsüzlük kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. ( İİ cild, i.v. 223-226) - “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dostlraı ilə söhbət edərkən özünün dayandığı yer, Rahib Abbslının nənəsinin evinə daxil olduğu qapı, sonuncunun bıçağı cibindən çıxardığı, ona bıçaqla vurduğu yer, Rahib Abbaslıya vurduğu daşı götürdüyü yer, daş atan zaman özünün olduğu yer, başıa daş dəyən zaman Rahib Abbaslının olduğu yer, sonuncunu ayağı ilə yıxdığı yer, yerə yıxılan Rahib Abbaslıya yumruq və təpik vurduğu vəziyyəti əyani olaraq göstərmişdir. (İİİ cild, i.v. 49-65) - 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, “Meyitin baxışının aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokola əsasən X15 meyitindən götürülmüş belində qəhvəyi rəngli kəmər olan qara rəngli bir ədəd şalvar, açıq-mavi rəngli bir ədəd trusik, “Götürmə və baxışın aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı onun əynində olmuş bir ədəd tünd-göy rəngli pencək, bir ədəd tutqun-bənövşəyi rəngli uzunqol köynək, bir ədəd göy rəngli şalvar, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli trusik, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabı, “Götürmə və baxış aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokola əsasən X18 götürülmüş bir ədəd bıçaq, “Götürmə və baxışın aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokola əsasən Şahid6 götürülmüş bir ədəd daş cinayət işi üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon prokurorluğunun saxlanc otağına təhvil verilmiş, “Götürmə və baxışın aparılması haqqında” 12 yanvar 2023-cü il tarixli protokola əsasən X10 götürülmüş üç ədəd disk cinayət işinin materillarına əlavə edilmişdir. (İİİ cild, i.v. 82-83) - “Sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərarla təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əməli və ümumilikdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmuşdur . (İİİ cild, i.v. 84-137) - 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X4 silah hesab olunmayan deşicikəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı ilə Təqsirləndirilən şəxs sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və 19 yanvar 2023-cü il tarixli qərarla aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Beyləqan Rayon Polis Şöbəsinə göndərilmişdir. (İİİ cild, i.v.140-143) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 153-154) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq zərərçəkmiş şəxs X1 yetirilən xəsarət və onun ölümü ilə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri aşağıdakı əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə əsassız ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, 16 oktyabr 2022-ci il tarixdə qonşusu X14 Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında ünvan 1 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına gələrək onunla birlikdə toy şənliyində iştirak etmiş Şahid1, Şahid5 və Şahid2 ilə orada söhbət edərkən həmin gün saat 16:30 radələrində Beyləqan şəhəri, Mikayıl Müşviq küçəsi, ev 112-də qeydiyyatda olmaqla yaşamış X23 onların yanına gəlib, əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar bir-birinin üzərinə hücum etmiş, həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməmiş, bundan sonra Rahib Abbaslı ona orada onu gözləməsini bildirərək nənəsi Şahid6 yaxınlıqda yerləşən yaşadığı evinə getmiş, Rahib Abbaslı oradan getdikdən sonra Şahid1 ona oradan getməsini təklif etsə də, o, Rahib Abbaslının heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirib oradan getməmiş, bir qədər sonra X23 nənəsi Şahid6 evinin həyətindən çıxaraq ona yaxınlaşıb bundan bir qədər əvvəl ondan nə dediyini əsəbi şəkildə soruşaraq sağ əli ilə əynindəki şalvarın sağ cibindən dəstəyi qara rəngli olan deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb bir neçə zərbə vuraraq ona döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün o, X13 qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək əvvəlcə X5 nahiyəsinə qəsdən bir neçə yumruq zərbəsi vurmuş, ətrafda olan şəxslərin onu aralamalarına baxmayaraq o, yerdən götürdüyü küt təsir xüsusiyyətlərinə malik soyuq silah hesab edilməyən 222x150x34 millimetr ölçülərdə bir ədəd daşı təxminən bir metr məsafədən qəsdən ataraq X15 başına vurmuş, həmin daş Rahib Abbaslının sol alın-gicgah nahiyəsinə dəydikdən sonra sonuncu zərbənin təsirindən yerə yıxılmış, lakin orada olan şəxslərin onu tutaraq saxlamağa çalışmalarına baxmayaraq o özünün cinayətkar hərəkətlərini davam etdirib yerdə yıxılmış vəziyyətdə olan Rahib Abbaslının sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq Rahib Abbaslıya müvafiq olaraq qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması), baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan və onun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək X19 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda sonuncunun qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gələrək yerdən götürdüyü bir ədəd daşı Rahib Abbaslının baş nahiyyəsinə vuraraq, daha sonra isə yerdə yıxılmış vəziyyətdə olan Rahib Abbaslının sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq ağır dərəcəli bədən xəsarəti yetirdiyini göstərsə də, gəldiyi nəticəni heç nə ilə əsaslandırmamış, yalnız hadisəyə səbəbin zərərçəkmiş şəxs Rahib Abbaslının qanunsuz hərəkətlərinə görə ondan qisas almaq məqsədi olduğunu göstərmişdir. Halbuki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdi zərərçəkmiş Rahib Abbaslını öldürməyə yönəlməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək üçün əvvəlcədən özü ilə hər hansı kəsici-deşici xassəyə malik alət, odlu silah götürməmiş, Rahib Abbaslı təqsirləndirilən şəxslə aralarında olan dava dalaş zamanı başına dəymiş bir daş zərbəsinin təsirindən ölmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs Rahib Abbaslının yerə yıxıldığını görüb yerdə olarkən sonucuya xəsarətlər yetirsə də həmin xəsarətləri yetirməkdə məqsədi zərərçəkmiş şəxsi öldürmək olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini tövsif etməklə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 3-cü bəndindən görünür ki, Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həm ibtidai istintaq zamanı toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş və sübut kimi qəbul edilmiş hallar və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rahib Abbaslı ilə hadisədən əvvəl həm qohumluq, həm də dostluq münasibətlərində olmuş, Təqsirləndirilən şəxs Rahib Abbaslını öldürmək niyyəti nə hadisədən əvvəl, nə də hadisə gedişində olmamış, hadisə zamanı isə təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsə daşla zərbə yetirərkən məqsədi sonuncunu öldürmək niyyəti deyil, ona xəsarət yetirməklə özünə qarşı edilmiş hərəkətlərə son qoymaq olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayət törədilərkən cinayətin aləti olan daşı qabaqcadan üzərində saxlamamış, həmin daşı təsadüfən yerdən götürmüş, həmin daşı Rahib Abbaslıya vurarkən isə onu öldürmək niyyəti olmamış, daşla Rahib Abbaslını vurduqdan sonra yerdə olan digər daşlarla Rahib Abbaslının baş nahiyyəsinə xəsarət yetirməmiş, ona yumruq və təpik zərbələri ilə xəsarət yetirmiş, ətrafdakı şəxslər onları aralaşdırdıqdan sonra isə Təqsirləndirilən şəxs Rahib Abbaslını öldürmək niyyəti olmadığından hərəkətlərinə davam etməmiş, hadisə yerindən uzaqlaşmış, Rahib Abbaslını öldürmək istiqamətində hər hansı hərəkətlərini davam etdirməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, 16 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Beyləqan rayonu, 5 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs X15 toyda onunla birlikdə oturmaması və onun oturduğu şəxsləri təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin ona bıçaqla xəsarətlər yetirməsi və xəsarət yetirmək üçün zərbələr endirməsi hərəkətlərinə qarşılıq olaraq yerdən götürdüyü daşı zərərçəkmiş şəxsin baş nahiyyəsinə atmaqla və bundan sonra Rahib Abbaslıya bir neçə yumruq və bir təpik zərbəsi vurmaqla həyat üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan X15 ölümünə səbəb olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alınaraq təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilməsi ilə yanaşı məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə Rahib Abbaslıya yerdən götürdüyü daşı 4 metr məsafədən atması, onu öldürmək niyyəti olmaması və özünü müdafiə məqsədi ilə zəruri müdafiə zamanı zərərçəkmişə xəsarət yetirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolu, protokola əlavə edilmiş fotoçəkliş, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə (özünü müdafiə məqsədi ilə zərərçəkmiş şəxsə xəsarət yetirməsi) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) Azərbaycan Respublikası CM-in 36-cı maddəsində “özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsinə görə zəruri müdafiə həddini aşmayan hərəkət cinayət sayılmır. CM-nin 36.3-cü maddəsində isə göstərilir ki, “qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Göründüyü kimi, cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqularını, dəvlətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur. Müdafiə olunmaq hüququ şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb qurtarmasında deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlərlə qarşılıq verməsində (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Qəsdin mövcudluğu zəruri müdafiənin qanuniliyini şərtləndirən əlamətlərdən biridir. Yəni yalnız qəsdin davam etməsi vəziyyətində şəxsin qəsd edənə zərər vurması zəruri müdafiə vəziyyətində edilən hərəkət hesab edilə bilər və yaxud qəsd başa çatsa da, işin həqiqi hallarına görə şəxsin bunu dərk etməsi istisna edildikdə də (nə vaxt ki, şəxs ictimai təhlükəli qəsdin davam etdiyini ağlabatanlıqla güman edir) hərəkət zəruri müdafiə vəziyyətinin şərtlərinə cavab verən əməl kimi qiymətləndirilə bilər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk öncə özünün dediyi kimi özünə edilmiş qəsddən yayınmaq üçün zərərçəkmiş şəxsə daşla xəsarət yetirsə də, sonradan onun vurduğu daş zərbəsindən sonra zərərçəkmiş şəxs yerə yıxılmasına, əlində olan bıçağın da yerə düşməsinə baxmayaraq, yəni ona qarşı hər hansı qəsdin davam etməməsi vəziyyətində Rahib Abbaslının üzərinə getmiş, onu ayaqla yerə yıxmış, Rahib Abbaslı yerdə uzanıqlı vəziyyətdə olarkən ona bir neçə yumruq zərbəsi vurmuş, cinayətkar əməllərini davam etdirib təpiklə də baş nahiyyəsinə xəsarət yetirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən hərəktləri ona qarşı davam edən hücum vəziyyətində, yəni ictimai təhlükəli qəsddən qorunarkən törətməmiş, Rahib Abbaslının əlində olan bıçaq yerə düşdükdən sonra, ona qarşı Rahib Abbaslı tərəfindən hər hansı qəsd olmadığı halda törətmişdir. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarındakı müddəaları və işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla - yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini (özünü müdafiə məqsədi ilə zərəçəkmiş şəxsə xəsarət yetirməsi) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və qalan hissədə ifadələrini sübut kimi qəbul edir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkəti törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8, şahid qismində dindirilmiş Şahid1, Şahid2, X20, Şahid4 və Şahid5 ifadələri, cinayət işi materiallarında olan “Meyitin baxışının aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli, “Hadisə yerinin baxışının aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli, “Disklərin baxışının aparılması haqqında” 12 yanvar 2023-cü il tarixli protokollar, “götürmə aparılması barədə” 17 oktyabr 2022-ci il tarixli protokollar, “ifadənin yerində yoxlanılması haqqında” 18 yanvar 2023-cü il tarixli protokol və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 33/22 nömrəli, məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 33/22 nömrəli rəyinə verilmiş 05 noyabr 2022-ci il tarixli əlavə, məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 816/22 nömrəli, məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 546-2022/MTKŞ nömrəli, məhkəmə tibbi-bioloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 687/2022-MTBŞ nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 3065 nömrəli rəyi ilə tam sübut edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (İİ cild, i.v. 78) - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 2017 və 2019-cu il təvəllüdlü oğullarından ibarətdir. Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (İ cild, i.v. 236-238: İİ cild, 111). Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), cinayəti zərərçəkmiş şəxs X15 qanunsuz hərəkətlərinin təsiri altında törətməsini (Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.3-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 09 ildən artıq müddətə cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin törədilmiş cinayətə adekvat olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “maddi sübut kimi tanıma haqqında” 18 yanvar 2023-cü il tarixli qərar əsasında maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan X15 meyitindən götürülmüş belində qəhvəyi rəngli 01 ədəd kəmər olan qara rəngli 01 ədəd şalvar, açıq-mavi rəngli 01 ədəd trusik, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş tünd-göy rəngli 01 ədəd pencək, tutqun-bənövşəyi rəngli 01 ədəd uzunqol köynək, göy rəngli 01 ədəd şalvar, ağ rəngli 01 ədəd mayka, qara rəngli 01 ədəd trusik, qara rəngli 01 cüt corab və qara rəngli 01 cüt ayaqqabı, X18 götürülmüş 01 ədəd bıçaq, Şahid6 götürülmüş 01 ədəd daş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Götürmə və baxışın aparılması haqqında” 12 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş 03 disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan rayon prokurorluğunda saxlanılan X15 meyitindən götürülmüş belində qəhvəyi rəngli 01 ədəd kəmər olan qara rəngli 01 ədəd şalvar, açıq-mavi rəngli 01 ədəd trusik, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş tünd-göy rəngli 01 ədəd pencək, tutqun-bənövşəyi rəngli 01 ədəd uzunqol köynək, göy rəngli 01 ədəd şalvar, ağ rəngli 01 ədəd mayka, qara rəngli 01 ədəd trusik, qara rəngli 01 cüt corab və qara rəngli 01 cüt ayaqqabı, X18 götürülmüş 01 ədəd bıçaq, Şahid6 götürülmüş 01 ədəd daş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Götürmə və baxışın aparılması haqqında” 12 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş 03 disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-242/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-242/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver