Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-242/2024 17.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci ildə Lənkəran rayonu Cil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Lənkəran rayonu, Cil kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 1054,304 qram olub külli miqdar təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla, onları daşıyaraq özünə məxsus Lənkəran rayonu, Cil kəndində yerləşən yarımçıq tikiliyə gətirib oradakı əşyaların arasında gizlətmiş, narkotik vasitə qurudulmuş marixuanadan 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,654 qr, 2,863 qram və iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,787 qr və 1040,0 qramdan ibarət olan hissələrə bölüb, 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,654 qr, 2,863 qram narkotik vasitə marixuananı qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qalan narkotik vasitə qurudulmuş marixuananı isə özünə məxsus yarımçıq tikilidə saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 05 avqust 2023-cü il tarixdə saat 02:30 dəqiqədə Lənkəran rayonu, Cil kəndində küçə ilə piyada gedərkən saxlanılaraq ünvanı ünvan 2 gətirilərək barəsində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxladığı 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda 3,654 qr və 2,863 qr, cəmi 6,517 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, həmin gün saat 03:40 radələrində özünə məxsus yarımçıq tikiliyə baxış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 2 (iki) ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkisi 7,787 qr və 1040,0 qram, ümumi təmiz çəkisi 1047,787 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana yarımtikilinin girşinin sağ tərəfində gizlədildiyi əşyaların içərisindən sellofan torbaya bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü yalnız narkotik vasitənin istifadəçisi kimi təqsirli bilib ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayının 31-də tutulmuşdur. Həmin vaxt metamfetamindən istifadə etdiyinə görə üzərində saxlanılmışdır. Cəzasının çəkib çıxandan bəri isə yalnız marixuanadan istifadə etmişdir. 04 avqust 2023-cü ildə saat 00:00 radələrində 05 avqusta keçən gecə evində içkili vəziyyətdə olarkən polis əməkdaşları evinə gəlib onu saxlamışlar. Həmin vaxt evdəkilər polisə haqqında şikayət etmişdir, çünki içkili olduğundan evdə qanqaraçılıq salmışdır. Polis əməkdaşları onu evdə saxlayıb yatağının altından isə təxmini çəkisi 100-150 qram olan qurudulmuş marixuananı aşkar etmişlər. Həmin marixuananı özləri ilə götürüb, ondan haradan tapmasını və yerini deməsini soruşmuşlar. Bundan sonra özünü döyə-döyə, söyə-söyə Veravulda bir sahəyə aparmışlar. Ondan sonra evlərinə gətirib bir büküm qoyub bir kq, bir yüz yetmiş beş qram etmişlər. Bundan sonra əməliyyatçılar demişlər ki, gedək onun yerini de. Özü də gedib demişdir ki, “burdan tapmışam”. Bundan sonra isə şöbəyə gətirilmişdir. Şöbədə də cibinə iki qutu marixuana qoymuşlar. Bundan sonra yenə Veravula aparılmışdır. Orada onu söyüb təhqir etmişlər ki, yerini de. Yenidən polis şöbəsinə gəldikdə üzərinə iki ağac da yazmışlar. Sonra səhər saat 08:00-a işləmiş MSY-nə verilmiş, orada da döyülmüşdür. Saxlanılarkən özündə yalnız 100-150 qram qurudulmuş marixuana olmuşdur. Onu MSY-nə apardıqdan sonra polis əməkdaşları aparıb evində çöldə bankaların arasına narkotik qoymuşlar. Polis şöbəsində döyülüb söyüldüyündən narkotiki etiraf etmişdir. Aşkar edilmiş narkotikin 100-150 qram hissəsi onundur, digərlərinin ona aidiyyəti yoxdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, görüb gətirib istifadə etmək üçün saxlamışdır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham üzrə özünü qismən təqsirli hesab edir. Tutulmamışdan, təxminən 3 həftə əvvəl, 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı evdən çıxıb balıq tutmaq üçün Lənkəran rayou Cil kəndində yerləşən çay kənarına getmişdir. Bir müddət həmin yerdə qaldıqdan sonra böyürtkən kolların arası ilə geri qayıdan zaman kolun içərisində narkotik vasitə çətənə bitkisinə bənzər bitkilər diqqətini çəkmişdir. O da həmin bitkilərə baxan zaman onların 4 ədəd çətənə bitkisi olduğunu görüb onları kökündən çıxarmışdır. Havanın qaralmasını gözləyib əlində bükərək yaşadığı evə gətirmişdir. Yaşadığı evin həyətində həmin bitkilərin yarpaqlarını dərərək qurutmuşdur. Qurudulmuş yarpaqları əzib kütlə halına salaraq sellofan torbaya yığmışdır. Yaşadığı evə bitişik yarımçıq tikilinin girişinin sağ hissəsində gizlətmişdir. Sonra həmin qurudulmuş marixuanadan istifadəsi üçün ayrı bir sellofan bükülüyə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən olan zaman marixuanadan istifadə etmək üçün evdən çıxıb yarımtikliyə girib oradan gizlətdiyi yerdə olan sellofan bükülüdən qurudulmuş marixuananı götürüb, iki ədəd kibrit qutusunun içərisinə doldurmuşdur. Həmin kibrit qutularını şalvarının sol yan cibinə qoyub yaşadığı evdən çıxıb küçə ilə hərəkət etməyə başlamışdır. Həmin tarixdə saat 02:30-da piyada hərəkət edən zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşı olduğunu təqdim edib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra polis əməkdaşları onu Lənkəran şəhər rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan otaqların birində müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə video-çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd kibrit qutusunu təqdim edib içərisində qurudulmuş marixuananın olduğunu bildirib, şəxsi istifadə üçün saxladığını bildirmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq yaşadığı Lənkəran rayonu, Cil kəndində yerləşən ona məxsus yarımtikilidə qurudulmuş marixuana saxladığını bidirmişdir. Bu zaman ərizə ilə Lənkəran ŞRPŞ-ya müraciət edərək, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin tarixdə saat 03:40-da o, müdafiəçisi İntiqam Hüseynov və polis əməkdşalarının iştirakları ilə yaşadığı evin həyətində yerləşən yarımtikiliyə baxış keçirlməsinə başlanışdır. Bu zaman o, yaşadığı evin hansı hissəsində narkotik vasitə saxlamağı barədə suallar verildikdə o, yaşadığı evə bitişik olan yarımtikilini göstərərək orada qurudulmuş marixuana saxladığını bildirmişdir. Daha sonra birgə həmin yarım tikiliyə daxil olmuşlar. Yarım tikilinin giriş hissəsində sağ tərəfində olan əşyaraın arasında gizlətdiyi ağ rəngli iki ədəd sellofan torbanı polis əməkdalarına təqdim etmişdir. Həmin torbaların içərisinə baxıldıqda birinin içərisində qurudulmuş marixuana, digər sellofan torba içərisində isə bir ədəd sellofan bükülü və kağız bükülü aşkar edilmişdir. Sellofan bükülünün içərisində istifadəsi üçün ayırdığı marixuana və kağız bükülüdə isə çətənə bitkisini tapdığı ərazidə yerdən tapdığı bitki qırıntıları aşkar olunmuşdur. Sonra həmin tikilidən başqa qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra həmin bükülülər elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq, 65 qram olmuşdur. O, narkotik vasitələrin istifadəsi ilə uzun müddətdir ki, məşğul olsa da, həmin maddələrin satışı ilə məşğul olmadığını, Lənkəran rayonu, Cil kəndi ərazisində böyürtkən kollarının arasında tapdığı 4 ədəd çətənə kollarının kim tərəfindən əkilməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nın Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində gəzdirməsi və yaşadığı evdə marixuana saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Özü də həmin əraziyə baxır. Məlumat tərəfindən polis şöbəsinin rəisinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 05 avqust 2023-cü il tarixdə, saat 02:30 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Cil kəndində piyada hərəkətdə olduğunu görüb, ona yaxınlaşaraq polis əməkdaşlarını olduğunu bildirib qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsini bildirib, onu Lənkəran ŞRPŞ-nın inzibati binasına dəvət etmişlər. Polis şöbəsinin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və video-çəkiliş çəkilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sol yan cibindən iki ədəd kibrit qutusu təqdim edərək, onların içərisində qurudulmuş marixuana olduğunu bildirdi. Həmin kibrit qutuların içərisinə baxış keçirildikdə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunda qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə üzərində istifadə etmək məqsədilə üzərində saxlamış və əlavə olaraq Lənkəran rayonu Cil kəndində yerləşən fərdi yaşayış evində də narkotik vasitə qurudulmuş marixuana saxlamasını bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 03:40-də Təqsirləndirilən şəxs, müdafiəçisi və polis işçilərinin iştirakları ilə Lənkəran rayonu, Cil kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Bu zaman ona yaşadığı evə video-çəkiliş vasitəsilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs hər hansı bir etirazının olmadığını bildirmişdir. Ona yaşadığı evin hansı hissəsində narkotik vasitə saxladığı yeri göstərməsi təklif olunduqda, Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evini göstərərək ona bitişik yarım tikilidə qurudulmuş marixuana gizlətməsini bildirmişdir. Həmin yarımtikiliyə daxil olunduqda sağ tərəfdə yerləşən əşyaların içərisində ağ rəngli sellofan torbaları təqdim etmişdir. Həmin sellofan torbalardan nisbətən böyük olanında qurudulmuş marixuana, digər seloffan torba içərisində isə iki sellofan bağlamada kiçik həcmli qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq, 65qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin maddələri Cil kəndi ərazisində olan otlaq sahəsindən balıq tutmağa gedərkən yaş vəziyyətdə tapdığını və yaşadığı evə gətirərək qurutduğunu bildirmişdir. Həmin əraziyə də tərəflərindən baxış keçirilmiş, lakin orada narkotik tərkibli bitkilər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təsir və ya təzyiq edilməyib, onu evində saxlamamışlar, aşkar edilmiş narkotik vasitələrin hamısı onun özünə məxsusdur. Onun barəsində kəndə ərazisində olan şəxslərə narkotik vasitə verməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Onun üzərinə və evinə heç bir halda narkotik vasitə qoyulmayıb, bu barədə bildirdikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması, satışı ilə məşğul olması və yaşadığı evdə qurudulmuş marixuana saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:55-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 16) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olmuş şalvarın sol yan cibindən 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq aşkar olunmuş narkotik qurudulmuş marixuananı şəxsi istifadə məqəsdilə üzərində saxıladığını və Lənkəran rayonu, Cil kəndində yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. (c İ, i.v 33-35) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Lənkəran rayonu Cil kəndində yerləşən fərdi yaşayış evinə bitişik olan yarımtikiliyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c İ, i.v 36) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Lənkəran rayonu, Cil kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yarımtikilyə baxış keçirilmiş və həmin tikilinin sağ tərəfində yerləşən əşyaların içərisində iki ədəd sellofan bükülədə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bağlaması elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuananı yaşadığı kənd ərazisində balıq tutmağa gedərkən otlaq sahəsində olan kolluq ərazidə yaş vəziyyətdə görüb yaşaıdğı evə gətirib istifadəsi üçün qurutduğunu bildirmişdir. (c İ, i.v 37- 39) İşdə olan, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/776 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus 2 ədəd qutuda olan kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkisi -3,654 qr, -2,863 qram, ümumi təmiz çəkisi -6,517 qram oaln bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 2 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -1040,0 qr və 7,787 qram: ümumi təmiz çəkisi -1047,787 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətnə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuanadır. Təqdiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs məxsus 2 ədəd qutuda olan kütlələr....” və “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr....” sözlər və imzalar olan 1 ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə 4 ədəd olmaqla ümumi təmiz çəkisi: -1054,304 qram olan marixuanalar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın təmiz çəkisi- 1054,304 qr, tədqiqata sərf edildi-0,2 qr, qalıq-1054,104 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 51-54) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-226/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 78-82) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2023-cü il tarixli, 792 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs, Kannabinoidlərin qəbulunundan yarananan ASİLİLİQ sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 84) İşdə olan, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 86-87) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(049)-36/2020 nömrəli hökmündən və xx.xx.2021-ci il tarixli, 7(049)- 42/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinib 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə cəzası 02 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (c İ, i.v 89-90, 102-107) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Lənkəran rayonu, Cil kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğuldur. Onun üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutusunda qurudulmuş marixuananı satış məqsədilə yaşadığı evə bitişik yarım tikildə saxladığı qurudulmuş marixuanadan ayırıb saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayonu, Cil kəndi ərazisində otlaq sahəsində yerləşən kolluqların arasında bitən yaş vəziyyətdə narkotik tərkibli bitkilərin yarpaqlarından dərib qurutduğunu bildirsədə, keçirilmiş əməliyyat tədbirləri zamanı onun narkotik tərkibli bitkiləri əkib becərməsi və həmin bitkilərdən dərib qurutması faktının, həmçinin, həmin vasitələri hardan və kimdən əldə etməsi barədə qərəzsiz əməliyyat məlumatlarının daxil olumaması, bu barədə əməliyyat tədbirləri davam etdirdiyi və gələcəkdə müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəyi göstərilmişdir. (c İ, i.v 100) İşdə olan, 05 oktyabr 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspert təhqiqatı nəticəsində qalıq qalmış 1054,104 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış və baxış istintaq hərəkətinin əks olunduğu 2 (iki) ədəd DVD disklərdə olan video-görüntülər cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut kimi tanınmış və narkotik vasitə saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. (c İ, i.v 108-109) İşdə olan, Lənkəran ŞİHB-nın Şağlaser kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və iki uşağından (xx.xx.2013, xx.xx.2011-ci il təvəllüdlü) ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c İ, i.v 113-114) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: polis əməkdaşları tərəfindən evində saxlanılmış, həmin vaxt yatağının altından 100-150 qram çəkidə qurudulmuş marixuana aşkar edilmişdir, lakin sonradan üzərinə və yaşadığı evin həyətindəki yarımtikiliyə polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə və pis rəftarına məruz qaldığını bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində aşkar edilmiş narkotik vasitəni özünə məxsus olduğunu, istifadəçisi olduğunu, bundan başqa evdə də marixuana olduğunu, təqdim edə biləcəyini, daha sonra müdafiəçinin verdiyi suala cavab olaraq hər hansı bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə, yaşadığı evə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə də müəyyən olunur ki, onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 57-59) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 70-72) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 78-82) eləcə də üzərinə və yaşadığı evə bitişik yarımçıq tikiliyə video-çəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayou Cil kəndində yerləşən çay kənarına getdikdə, oradan 4 ədəd çətənə bitkisi görüb kökündən çıxarıb, yaşadığı evə gətirib evin həyətində həmin bitkilərin yarpaqlarını dərərək qurudub, qurudulmuş yarpaqları əzib kütlə halına salaraq sellofan torbaya yığıb əldə etdiyini və yaşadığı evə bitişik yarımçıq tikilinin girişinin sağ hissəsində gizlətdiyini, həmin narkotik vasitədən istifadə etmək üçün iki ədəd kibrit qutusunun içərisinə doldurub, şalvarının sol yan cibinə qoyub yaşadığı evdən çıxıb küçə ilə hərəkət edərkən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda yaşadığı evdə də marixuana saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun yaşadığı evə bitişik yarımtikiliyə baxış keçirilmiş, baxış zamanı 2 (iki) ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkisi 7,787 qr və 1040,0 qram, ümumi təmiz çəkisi 1047,787 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana yarımtikilinin girşinin sağ tərəfində gizlədildiyi əşyaların içərisindən sellofan torbaya bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın və baxışın nəticəsinə dair protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara və fiziki təzyiqə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evə bitişik yarımtikilidən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı evə bitişik yarımtikiliyə baxış keçirilən zaman ümumilikdə 4 ədəd olmaqla 1054,304 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 05 avqust 2023-cü il tarixli şəxsi axtarış və baxışa dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 05 avqust 2023cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili İntiqam Hüseynov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və baxışa dair 05 avqust 2023-cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan şalvarının sol yan cibindən qanunsuz olaraq saxladığı 02 ədəd kibrit qutusunda içərisində ümumi təmiz çəkisi 6,517 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bundan başqa yaşadığı evdə də qurudulmuş marixuana saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun yaşadığı evə bitişik yarımtikiliyə baxış keçirilmiş, baxış zamanı 2 (iki) ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkisi 7,787 qr və 1040,0 qram, ümumi təmiz çəkisi 1047,787 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana yarımtikilinin girşinin sağ tərəfində gizlədildiyi əşyaların içərisindən sellofan torbaya bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntülərdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntülərdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı və baxış həyata keçirilmiş, şəxsi axtarışın və baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda – ümumilikdə dörd ədəd olmaq ümumi təmiz çəkisi 1054,304 qram olan narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlak üçün əldə edildiyini etiraf etmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində) təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlak üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı kiməsə satması, ümumiyyətlə onun həmin vasitənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində və yaşadığı evə bitişik yarımtikilidə saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 16) və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə etirafedici ifadə vermişdir. (cild 1, iş vərəqə 57-59, 70-72). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və baxış haqqında protokolları, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə bioloji ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3- cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, mütəmadi olaraq kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu olan təqsirləndirilən şəxs şəxsi istifadə üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 11ci bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş ümumilikdə dörd ədəd olmaq ümumi təmiz çəkisi 1054,304 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın külli miqdarda olmaqla və şəxsi istehlak miqdarından çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 57-59; təqsirləndirilən şəxs – iş v. 70-72; Şahid1 – iş v.91-93; Şahid2– iş v. 94- 96), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2023-cü il tarixli məktub – iş v. 100) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı üç aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli qərarı ilə 06 avqust 2023-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş qurudulmuş marixuananın ümumilikdə dörd ədəd olmaq ümumi təmiz çəkisi 1054,304 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr qəbul edən və kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 05 avqust 2023-cü ildə aparılan şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evə bitişik yarımtikilidən ümumilikdə dörd ədəd narkotik vasitə qurudulmuş marixuana istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitədən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda ümumilikdə dörd ədəd olmaq ümumi təmiz çəkisi 1054,304 qram olan qurudulmuş marixuana əldə edib, üzərində və yaşadığı evə bitişik yarımtikilidə saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evə bitişik yarımtikilidən aşkar olunmuş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığının olmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 05 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1054,104 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və baxış istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1054,104 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və baxış istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-242/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-242/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver