Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-242/2025 13.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi - X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə vəzifəsində işləmiş, məhkum olunmamış, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu, 4 saylı qəsəbədə yerləşən 232 saylı evdə faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 may 2025-ci il tarixdə, saat 12:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür.
2. Belə ki, o, 27 oktyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində Biləsuvar rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində yerləşən X7 yaşadığı yarımçıq tikilinin yaxınlığında arı saxlanması üçün nəzərdə tutulmuş yeşiklərin yanında əvvəlcədən tanıdığı Şahin Şahverdiyevin mobil telefonla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə onun və ailə üzvlərinin ünvanına təhqiramiz mesajlar göndərməsi, eləcə də bacısı Şahid5 dəfələrlə narahat etməsi, bununla bağlı aralarında dəfələrlə mübahisələrin baş verməsinə baxmayaraq məsələnin öz həllini tapmaması səbəbindən ondan qisas alıb qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə Şahin Şahverdiyevə qəflətən hücum edib əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə yumruqlarla bir neçə dəfə zərbələr vurmuş, boğazından tutub sıxaraq yerə yıxmış, bundan sonra təxminən 40 dəqiqə müddətində yumruq, təpik və başı ilə kəllə zərbələri vurub onu döymüş, başını əlləri ilə tutaraq 2-3 dəfə torpaq səthinə zərblə çırpmış, eləcə də yerdən götürdüyü taxta parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona qarşı müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirərək, xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq Şahin Şahverdiyevin ölümünə səbəb olan alın sümüyünün kəllə əsası sümüyünə keçən yerinin dəyişməyən sınığı nəticəsində baş beyin toxumasına qansızma, sol alın-gicgah-təpə və sağ gicgah nahiyələrində yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızmalar, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, burun və çənə sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş sınıqları, sol qaşın qövsü istiqamətində, sol xarici qulaq seyvanının arxa hissəsində, sağ gözün altında yaralar, alın nahiyəsində sağda, sol saidin aşağı 1/3-nin arxa səthində, sifətin sol yarısında qançırlar, sağ və sol göz yuvaları ətrafında hemotoma, (dərialtı qansızma və şişkinlik) sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində, onurğa sütunu boyunca bel nahiyəsində, sağ və sol kürək nahiyələrində sıyrıqlar kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək Şahin Şahverdiyevi qisas almaq məqsədilə qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hərbi xidmətə getdikdən sonra bacısı Səbinə ailəyə maddi dəstək göstərmək məqsədilə yaşadığı Bakı şəhərindən Biləsuvar rayonu, 4 saylı qəsəbəyə köçmüş və burada “Oba” marketdə işləməyə başlamışdır. Sonradan məlum olmuşdur ki, Şahin adlı şəxs bacısını mütəmadi olaraq narahat etmiş, bu səbəbdən də bacısı işdən çıxaraq Bakıya qayıtmalı olmuşdur. Təqsirləndirilən şəxs bu vəziyyətdən yalnız hərbi xidmətdə olduğu dövrün sonlarına yaxın xəbər tutmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ailəsi ilə bu barədə danışmış, Şahinlə söhbət etmək istəmiş, lakin ailəsi problemin böyüməməsi üçün buna imkan verməmişdir. Şahin onun ailəsini tez-tez, dəfələrlə narahat edirmiş. Belə ki, onların yaşadıqları evin qarşısına gəlib bacısı Səbinənin evdə olub-olmadığını bilmək istəyirmiş, yolda olan zaman bacısının və anasının yolunu kəsib onları narahat edirmiş, bu səbəbdən aralarında mübahisələr yaranmış, hətta mübahisələrin birində Şahin tərəfindən döyülmüş, o, Cəbrayıl rayon Polis Şöbəsinə şikayət etmiş, Şahinin barəsində araşdırma aparılmış, lakin sonradan həmin işə xitam verilmişdir. Bundan əlavə, Şahin bir dəfə icazəsiz onların həyətinə gəlmiş, orada olan mübahisə zəmnində təqsirləndirilən şəxsin anasının qolunu dişləyib qaçmış, sonradan o işdə məhkəmədə xitam edilmişdir. Şahin müxtəlif vaxtlarda həm ailə üzvlərinə, həm də təqsirləndirilən şəxsə qarşı təhqiramiz ifadələr işlətmiş, bacısını dəfələrlə narahat etmişdir. Bacısı bu səbəbdən rayona gəlməkdən imtina etmişdir. Hadisədən 10-12 gün əvvəl təqsirləndirilən şəxs öz oğluna kiçik toy məclisi keçirmiş, Şahin isə dəvət olunmadığı halda həmin məclisə gəlmiş, bunu görən təqsirləndirilən şəxs onu məclisdən çıxarmış, aralarında mübahisə düşmüş, kənarda söhbət etmək istəsələr də, həmin söhbəti növbəti günə saxlamışlar. Ertəsi gün “Whatsapp” vasitəsilə Şahindən gələn mesajlarda təhqir edilmiş, əsəbiləşərək Şahinlə görüşə getmişdir. Məqsədinin onu döymək olduğunu bildirmiş, öldürmək niyyətində olmadığını vurğulamışdır. Görüş zamanı Şahinə yumruqla bir neçə zərbə vurduğunu, daha sonra onu boğazından tutaraq sıxdığını bildirmişdir. Sonradan özünə gəldikdə Şahinin huşsuz vəziyyətdə olduğunu görmüş, onu xəstəxanaya aparmaq məqsədilə 40-50 metr məsafədə asfalt yola tərəf sürümüş, lakin yoldan keçən maşınların heç biri saxlamamışdır. Təqsirləndirilən şəxs Şahinin ölümünü istəmədiyini, məqsədinin onu qorxutmaq və döymək olduğunu, hadisə zamanı son dərəcə emosional və əsəbi vəziyyətdə olduğunu bildirmişdir. Öz ifadəsində hadisə anında baş verənlərin əksər hissəsini dəqiq xatırlamadığını bildirmişdir.
4. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Şahin dəfələrlə onun anasının, bacısının yolunu kəsmişdir, onların evinə gəlmiş, həyətlərində anasının qolunu dişləyib qaçmışdır, bir dəfə dalaşanda Şahin onu armatur ilə vurmuşdur, Şahin qohumlarını bacısına elçi göndərmişdir, lakin bacısı onu istəmədiyi üçün ona yox deyilmişdir, bu səbəbdən Şahin onları, yəni anasını və bacısını ağır formada təhqir etmişdir. Şahinin şalvarını və alt paltarını hansı məqsədlə çıxardığını xatırlamır. Hadisə yerində taxta olduğu yadına düşür, lakin taxta parçası ilə ona xəsarət yetirməsini dəqiq xatırlamır.
5. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bir çox nüansları xatırlamadığını, yadından çıxdığını bildirdiyindən və suallara qeyri-dəqiq cavablar verdiyindən, məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 67-71 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 104-108) göstərmişdir ki, o özünü yalnız Şahin Şahverdiyevin ölümündə təqsirli bilir, əvvəllər ruhi-əsəb xəstəlikləri üzrə müayinə və müalicə olunmamış və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. Ciyərində olan xəstəliyi ilə əlaqədar hərbi xidmətə 2013-2020-ci illər arasında müvəqqəti yararsız olmuşdur. 2021-2022-ci illərdə N saylı hərbi hissədə əsgər vəzifəsində xidmət etmişdir. Ailəlidir, həyat yoldaşı X19 ilə evliliklərindən Mahmud adında bir övladı vardır. Atası 2 dəfə ailə həyatı qurmuşdur. Birinci evlilikdən o və bacısı Şahid5 olmuş, ikinci evlilikdən adlarını bilmədiyi 1 qardaşı və 1 bacısı olmuşdur. Bacısı Şahid5 1993-cü il təvəllüddür, səhv etmirsə 2014-cü ildə ailə həyatı qurmuş, həyat yoldaşı vəfat etmişdir. Ailə həyatı ilə bağlı Səbinə Bakı şəhərində yaşasa da, tez-tez yaşadıqları Biləsuvar rayonu ərazisində Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş qəsəbəyə gəlib-getmişdir. O, hərbi xidmətə yollandıqdan sonra Səbinə ailəsinə maddi baxımdan köməklik etmək məqsədilə ailə üzvlərinin yaşadığı Biləsuvar rayonu, 4 saylı qəsəbə 232 nömrəli evə köçmüşdür. Həmin vaxt bacısı qəsəbə ərazisində yerləşən “Oba” marketdə işə düzəlmişdir. Bacısı işə hər gün piyada gedib-gəlirmiş, sonradan bildiyinə görə o, işə gedib gələrkən həmin yolun üzərində yaşayan və gül dükanı işlədən X16 bacısını görmüş və bəyənmişdir. Bacısına onu sevidiyini, onunla evlənmək istədiyini demiş və hətta bir neçə dəfə elçi də göndərmişdir. Şahinin onun bacısını narahat etməsindən əvvəllər xəbəri olmamışdır. O, əsgərlikdən qayıtmağına təxminən iki ay qalmış bu barədə xəbər tutmuş, bu barədə ona anası Şahid4 məlumat vermişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Səbinə artıq yaranmış söz-söhbətlə əlaqədar “Oba” marketdən işdən çıxmış və Bakı şəhərinə köçmüşdür. O, Şahinin bacısını narahat etməsinə görə onunla söhbət etmək istəsə də ailə üzvləri buna imkan verməmiş, problem olmasını istəməmişlər. X25 evdə olub-olmadığını yoxlamaq məqsədilə dəfələrlə onların yaşadıqları evin qarşısından keçmişdir. Buna görə onların mübahisələri də olmuşdur. Hətta bir dəfəsində Şahin onu vurduğuna görə Cəbrayıl RPŞ-də sonuncunun barəsində araşdırma aparılmışdır. İş Cəbrayıl rayon Məhkəməsində xitam edilmişdir. Məhkəmədən sonra Şahin artıq onların evlərinin qarşısına gəlmirmiş. Buna baxmayaraq Şahin yenə də bacısı Səbinəni narahat edirmiş. Səbinə problem olmaması üçün bu barədə ona deməmiş, lakin o, bunu qohumlardan eşitmişdir. 15 oktyabr 2024-cü il tarixdə oğluna sünnət şənliyi edirmiş. Şənliklə əlaqədar bacısı Səbinə də yaşadıqları Biləsuvar rayonu, 4 saylı qəsəbə ev 232-ə gəlmişdir. Həmin tarixdə Şahin Şahverdiyev onun bacısının gəlişi ilə əlaqədar toy məclisinə gəlmək istəsə də onu görərək geri qayıtmışdır. Axşam dəqiq yadında qalmayan saatlarda “Ayxan” marketə dostları üçün spirtli içki almaq məqsədilə getmişdir. Həmin marketdə spirtli içki olmadığı üçün digər marketdən spirtli içkiləri alaraq geri məclisə qayıtmışdır. 2020-ci ildən bugünədək spirtli içki qəbul etmir. Məclisə daxil olduqda Şahinin həmin məclisə yenə daxil olduğunu görmüşdür. Şahinə yaxınlaşıb dərhal çölə çıxmasını demişdir. Şahin deyinərək məclisi tərk etmişdir. Şahinə kənara çəkilərək söhbət etməyi təklif etsə də, sonuncu onunla razılaşmayaraq olduqları yerdəcə söhbət etməyi bildirmişdir. Daha sonrasında o, sabah görüşə biləcəklərini demişdir. Şahin xatırlamadağı avtomobilə minərək, toy məclisinin baş verdiyi ərazidən uzaqlaşmışdır. 16 oktyabr 2024-cü il tarixdə “Whatsapp” tətbiqi vasitəsilə Şahin ona xatırlamadığı nömrədən həmin vaxt istifadəsində olan ********** nömrəsinə mesajlar göndərmişdir. Həmin mesajda sonuncu ona və anasının ünvanına təhqir formasında ifadələr işlədərək, onunla Səbinənin qardaşı olduğu üçün dalaşmaq istəmədiyini bildirmişdir. Sonrasında Şahin ona edilən zənglərinə cavab verməmiş və o, Şahini görməmişdir. Lakin o, artıq bu söz söhbətlərdən və Şahinin onun ailəsinə, xüsusilə də bacısına qarşı etdiyi hərəkətlərin namusuna toxunduğu üçün ona bir cəza vermək istəyirmiş. Bu məqsədlə 27 oktyabr 2024-cü il tarixdə təxminən saat 14:00 radələrində Şahin Şahverdiyevə məxsus olan gül mağazasının yanına getmiş, məqsədi Şahini tək olaraq tutub onu cəzalandırmaq olmuşdur. Həmin vaxt o, Şahini görmüş və onu izləmişdir. Şahin tək olmadığından ona yaxınlaşmamış, bir neçə dəqiqə onu izləmiş, lakin tək tuta bilməmişdir. Şahin sonrasında özünün “Qaz 24” markalı avtomobilinə tanımadığı şəxslərlə əyləşərək, İmişli rayonu, Qızılkənd istiqamətində getmişdir. Daha sonra həmin gün saat 19 radələrində Şahin Şahverdiyevin müvəqqəti yaşamış olduğu Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində olan yardımçı tikiliyə tərəf hərəkət etmiş, həmin vaxt Şahin yaşadığı evin yanında olan arıçılıq üçün nəzərdə tutulmuş yeşiklərin yanında iş görürmüş. Onun nə iş gördüyünü bilməmişdir. Şahin tək olmuş və ətrafda heç kim olmamışdır. Qəflətən Şahinin üzərinə cumaraq, ani bir vaxtda yumruqla bir neçə dəfə Şahinin baş və sifət nahiyəsinə vurub yerə yıxmış, həmin vaxt həm əsəbdən, həm həyəcandan, həm də Şahinə olan nifrətindən yana sonuncunu bir neçə dəfə yumruqla vurmuş və əlləri ilə onun boğazından yapışıb sıxmışdır ki, halsız vəziyyətə gətirsin. Altında olan müddətdə Şahini təxminən 4-5 dəfə, 4-5 dəqiqəlik müddətlərdə boğaraq halsız vəziyyətə gətirmişdir. Həmin boğma müddətində Şahinin səsinin kəsildiyini görüb özü də dincəlmişdir. Daha sonra üzərində olarkən kəllə, sağ və sol yumruq, dirsək və dizindən istifadə etməklə, daha sonra ayağa qalxaraq hər iki ayağından istifadə edərək sonuncunun baş, burun, çənə, gicgah, qulaq və sinə nahiyələrindən xəsarətlər yetirmişdir. Şahin halsız vəziyyətə gəlməmişdən öncə bir neçə dəfə qaçmağa cəhd göstərsə də sonuncuya imkan verməmişdir. Şahinin gödəkcəsi qaçmağa cəhd göstərərkən düşmüşdür. O, Şahinin üzərində olarkən ona “mən qeyrətsizəm” ifadəsini işlətməyini tələb etmişdir. Uzunmüddətli cəhdlərindən sonra sonuncu həmin ifadəni təkrarlamışdır. Bundan sonra Şahinin yerdə hərəkətsiz vəziyyətdə olduğunu və xırıldadığını görmüşdür. Bundan sonra Şahinə heç bir zərbə vurmamışdır. Daha sonra hirsini çıxmaq və ona namusuna toxunduğuna görə dərs vermək üçün yaxınlıqda olan taxta parçasını götürmüşdür. Şahinin şalvarını və alt paltarını çıxarmışdır. Taxta parçasını onun anal dəliyinə soxmaq istəmişdir, lakin taxta parçasının həcmi çox böyük olduğu üçün bunu edə bilməmişdir. Həmin taxta ilə onun əlinə və cinsi orqanına zərbələr endirmişdir. Bundan başqa Şahinin başından tutub bir neçə dəfə torpağa çırpmışdır. Şahindən artıq səs gəlməmişdir. Bildirir ki, o, əslində həmin vaxt özündə olmamış, onun hansı vəziyyətdə olmasını tam xatırlamır. Ola bilsin ki, ilkin ifadəsində səsləndirdiyi və hazırda verdiyi ifadədə qeyd edilən sözlər onun emisonal vəziyyətilə bağlı olmuşdur, çünki onun həmin hərəkətlərin heç biri yadında qalmamışdır. Onda elə bil hal olmamışdır ki, Şahinin arxa dəliyinə taxta soxmaq istəsin, bu onun emosional vəziyyəti ilə bağlı olmuşdur. O, artıq özünə gələndə Şahin huşsuz vəziyyətdə olmuş, Şahini xəstəxanaya çatdırmaq istəmişdir. O, Şahinin ayaqlarından tutub asfalt yola tərəf sürüyüb gətirmişdir ki, Şahini xəstəxanaya çatdırsın. Təxminən 40-50 metr onu sürüyüb asfalt yola gətirdikdən sonra yolun kənarında qoymuşdur. Yoldan keçən avtomobillərə əl etmişdir ki, saxlayıb, Şahini xəstəxanaya aparmasını desin. Məqsədi onu xəstəxanaya çatdırmaq olmuşdur. Bir neçə dəqiqə həmin yerdən keçən avtomobilləri saxlatdırmağa cəhd etmiş, lakin heç kim saxlamamışdır. Həmin vaxt onun üzəri qanın içində olmuş, Şahinin qanı üzərinə sıçramışdır. Ola bilsin ki, onun həmin halını görüb saxlamamışlar. Avtomobil saxlatdıra bilmədiyi üçün olduğu yerdən bir qədər aralıda yerləşən “avtovağzal” deyilən yerə tərəf getmişdir. Orada Ayazın işlətdiyi çayxanaya daxil olmuşdur. Üzəri qanın içində olmuşdur. Orada olanlara həyəcanlı olduğundan fikrini tam izah edə bilməmiş və Şahini apara biləcəklərini sual etmişdir. Ondan nə baş verməsini soruşduqda Şahini döydüyünü, ölüb-ölmədiyini bilmədiyini demiş və bundan sonra siqaret və yandıran istəmişdir. Təxminən 1-2 dəqiqə orada nəfəsini dərmişdir. Həmin vaxt kimsə ona artıq təcili tibbi yardıma zəng etdiyini demişdir. Daha sonra Ayaz onu çayxanadan çıxartmış və hadisə yerinə getməyini bildirmişdir. O da həmin vaxt hadisə yerinə qayıtmış, ondan başqa orada olanlar da hadisə yerinə getmişlər. Onlar oraya çatanda artıq təcili tibbi yardım avtomobili hadisə yerində olmuş və Şahinin üzərini örtmüşdür. Ondan qabaq çayxanada olanların bir neçəsi də hadisə yerinə çatmışdır. Həkimlər onlara Şahinin ölməsini bildirmişlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər və onlar onu polis şöbəsinə aparmış, daha sonra isə istintaqa təhvil vermişlər. Bildirir ki, o, Şahin Şahverdiyevi qısqanclıq və namus üstündə döymüşdür, həmin vaxt onun yanında heç kim olmamış, ona heç kim köməklik göstərməmişdir. O, Şahini döydükdən sonra Şahin halsız vəziyyətdə olmuş, həmin vaxt onun ölüb-ölməməsini bilməmişdir. Əlavə olaraq onun məqsədi Şahinə dərs vermək olmuş, onu öldürmək niyyətində olmamış, sadəcə ona ağır xəsarət yetirmək istəmişdir. Şahin onun bacısının adını camaat içərisində hallandırmaqla dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayıb öz hərəkətlərindən əl çəkmirmiş, dava edib məhkəməyə düşsələr də Şahin öz murdar əməllərindən əl çəkmirmiş, harada gəldi bacısının barəsində danışırmış, onun namusuna toxunurmuş, o da bir qardaş kimi bunu həzm edə bilməmişdir. Hətta Şahinin dəvət edilmədən onun oğlunun kiçik toyuna gəlməsi də onun səbir kasasını daşdırmışdır. Hadisədən bir neçə gün əvvəl də eşitmişdir ki, Şahin bacısı ilə heç bir münasibəti olmadığı halda uyğunsuz ifadələr işlədib və ona görə də qərara gəmişdir ki, Şahinlə görüşüb bu məsələyə son qoymaq yolunu axtarsın və onu döysün ki, bəlkə bu yolla hirsi soyuyar. Bir daha bildirir ki, o, Şahini tək döymüş, yanında kimsə olmamışdır. Hadisə qaranlıq vaxtı olmuşdur, ətrafda kimsə olmamış, o, kimisə görməmişdir. O, əsəbi olaraq ola bilsin ki, qabaqcadan Şahini öldürəcəyi barədə bir söz demişdir, lakin bu sözgəlişi deyilən bir şey olmuş, qabaqcadan Şahini öldürməyi planlamamışdır.
7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələri təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, ailənin dolanışığının ondan asılı olduğunu və bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona az cəza verilməsini xahiş etmişdir.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, onun oğlu Şahin İİ qrup əlil olaraq Biləsuvar rayonunun 3 saylı qəsəbəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O qeyd etmişdir ki, Şahin 2020-ci ildən Səbinəyə qarşı sevgi hissləri bəsləmiş, lakin Səbinə əvvəlki nikahından ayrılmış bir şəxs olduğundan və ailə uyğunluğu baxımından münasib hesab edilmədiyindən, onlar bu münasibətə razılıq verməmişdir. Şahin isə dəfələrlə Səbinə ilə ailə qurmaq istədiyini bildirmişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalıb Səbinəyə elçi getmişdir, lakin yox cavabı almışdır. Şahinin həmin ailə ilə bir neçə dəfə mübahisəsi olmuş, polisə və məhkəməyə düşmüşdür. 27 oktyabr 2024-cü il tarixində Şahinlə telefon əlaqəsi yaratmış, lakin onun məşğul olduğunu eşitmişdir. Axşam saatlarında ailə üzvlərindən biri Şahinin vəziyyətinin ağır olması səbəbilə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına aparıldığını ona bildirmişdir. Hadisə yerinə çatdıqda, ərazi polis tərəfindən mühafizəyə alınmış, mərhumun dostu Elvin ona Şahinin Təqsirləndirilən şəxs tərəfindən döyülərək qətlə yetirildiyini demişdir. Məhkəmə iclasının sonunda zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onu bağışlamayacağını bildirmiş, ona ömürlük cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, qardaşı Semur hərbi xidmətə yollandıqdan sonra ailəyə maddi baxımdan köməklik etmək məqsədilə Bakı şəhərindən yaşadıqları Biləsuvar rayonuna qayıtmış, həmin vaxt qəsəbə ərazisində yerləşən “Oba” marketdə işə düzəlmiş, orada işləyərkən Şahin onu narahat etməyə başlamış, işə piyada gedib-gələrkən onun arxasınca düşmüş, hətda iş yerinə gəlmiş, iş yoldaşı ilə dalaşmış, bununla bağlı polisdə araşdırma getmişdir. Hətta Şahinin onu mütəmadi narahat etməsi səbəbindən o, məcbur qalıb taksi tutmuş və işə taksi ilə gedibgəlməyə başlamış, lakin Şahin həmin taksinin də qarşısını kəsib, saxlatmışdır. Sonra o xəbər tutmuşdur ki, Şahin onu qaçırmaq istəyir, bunu eşitdikdən sonra dərhal gecə ilə rayondan çıxıb Bakıya getmişdir. Yaranmış söz-söhbətlə əlaqədar “Oba” marketdən işdən çıxmış və Bakı şəhərinə köçüb, orada yaşamışdır. Bakıda olarkən zəng edib qardaşının Şahini vurduğunu ona bildirmişlər. Ona verilən suallara cavab olaraq şahid bildirdi ki, Şahin onun köhnə nömrəsini bilmiş, ona smslər yazıb, təhqir etmişdir. Sonradan nömrəsini də məcbur olub dəyişmişdir. Telefon smslərindən əlavə o, kağız formatında da poçtla ona məktublar göndərmişdir. Həmin məktubu məhkəməyə təqdim etmişdir. Daha sonra şahid bildirdi ki, Şahin onu dəfələrlə təhqir etmiş, hətta döymüşdür.
12. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Semur hərbi xidmətə yollandıqdan sonra maddi baxımdan köməklik etmək məqsədilə qızı Səbinə Bakı şəhərindən yaşadıqları Biləsuvar rayonuna gəlmiş, onlarla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt Səbinə qəsəbə ərazisində yerləşən “Oba” marketdə işə düzəlmiş, işə piyada gedib-gəlmiş, Şahin onu mütəmadi olaraq narahat etmişdir. O, əvvəlcə Semura bu barədə heç nə bildirməmiş, çünki problem yaranmasını istəməmişdir, lakin sonradan, oğlunun əsgərlikdən qayıtmağına təxminən iki ay qalmış bu barədə ona xəbər vermişdir, Səbinə artıq Şahinə görə yaranmış söz-söhbətlərdən məcbur olub “Oba” marketdən işdən çıxmış və Bakı şəhərinə köçmüşdür. Buna baxmayaraq, Şahin Səbinənin evdə olub-olmadığını yoxlamaq məqsədilə dəfələrlə onların yaşadığı evin qarşısından keçmiş, onların həyətinə, hətta onun iş yerinə də gəlmiş, qızını ona verməsini tələb etmişdir. O isə qızı istəmədiyindən bu işə yox demişdir. Həmçinin şahid bildirdi ki, bir neçə dəfə onlara elçi gəliblər.
13. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o mərhum Şahin Şahverdiyevin bacısıdır, keçmiş həyat yoldaşı ona demişdir ki, Şahin Səbinəni istəyir. O, bu barədə Şahindən soruşmuş, Şahin də Səbinəni istədiyini ona bildirmiş, o isə Səbinənin və anasının onların ailəsinə layiq olmadığını bildirmiş, Şahin də ondan incimişdir. Hadisə baş verməzdən 10 gün qabaq, axşam vaxtı onun telefonuna tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Semurun dayısı kimi təqdim etmiş və Semurun onun qardaşı Şahini öldürəcəyini ona bildirmişdir. Sonradan öyrənmişlər ki, zəng edən şəxs əslində Semurun iş yoldaşı olub. Zəng edən şəxsin dediklərinə əhəmiyyət verməmiş, “Semur kimdir ki mənim qardaşımı öldürsün? Elədirsə Semur gedib öz anasını öldürsün” deyə zəng edən şəxsə cavab vermiş və onun dediklərini ciddi qəbul etməmişdir. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, qardaşı Şahin Səbinəni 3 ildən çox idi ki, sevirdi, Şahin Semurun oğlunun kiçik toyuna getmişdi və orada Semurla danışmış, Semura onun sevdiyi qızın qardaşı olduğunu demiş, aradan çəkilməsini istəmişdir. Semur isə Şahinə, “sən kişi oğlansan, həqiqətən qeyrətli oğlansan” demiş, belə deməkdə məqsədi o olmuşdur ki, Şahini özündən arxayın salsın və Şahin ona qarşı tədbirli olmasın. Həmçinin, şahid qeyd etmişdir ki, Səbinə də onun qardaşı Şahini guya sevdiyini bildirmiş, özü elə vəziyyət yaratmışdır, çünki Şahin ona bildirib ki, Səbinə də onu sevir. Evlərində iş olanda Şahini usta kimi çağırmışlar. Semurun oğlunun kiçik toy məclisinə də Cəmilə Şahini dəvət etmiş, yolda onun qarşısını kəsərək məclisə gəlib-gəlməyəcəyini soruşmuşdur.
14. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Şahin onun qardaşı idi, onun ölümünün səbəbkarı Semurun anası Cəmilə olub, Cəmilə neçə dəfə onu evinə dəvət edib, qardaşına dəfələrlə vədlər verib, Şahin də onların hər dediyini etmişdir. Hamamda kran düzəltmək bəhanəsilə çağırıblar, o da gedib, Şahinin əl-ayağını bağlamaq istəyiblər. Semurun oğlunun toy məclisi olanda Cəmilə Şahinin yolda 2 dəfə qarşısını kəsib, məclisə gəlib-gəlməyəcəyini soruşub. Bunları ona Şahin danışıbmış. Çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs Şahinin heç vaxt evə çağrılmadığını, ona hər hansı vədlərin verilmədiyini, Şahinin onların evinə icazəsiz gəldiyini, hətta anasının əlini dişləyib qaçdığını bildirmişdir.
15. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsin həyat yoldaşıdır, mərhum Şahin uzun zamandır ki, onun baldızı Səbinəni narahat etmiş, həmin müddətdə həyat yoldaşı Semur hərbi xitmətdə olmuşdur. Şahin dəfələrlə onun da arxasınca düşüb, həyətə qədər gəlmiş, Səbinənin harada qalmasını ondan öyrənmək istəmişdir. Bir dəfə də, Şahin onların həyətinə gəlmiş, səsə çıxdıqda qayınanası Cəmilənin Şahinlə əlbayaxa olduğunu görmüş, Şahin qayınanasının əlini dişləyib qaçmışdır. Semur hərbi xidmətdən qayıdandan sonra ona Şahinin etdiklərini demişlər, sonradan Şahinin onları narahat etdiyini həyat yoldaşı özü də görüb, şahidi olmuşdur. Ona verilən suallara cavab olaraq, şahid bildirmişdir ki, baldızı heç vaxt Şahinə razılıq verməmiş, ona elçi gələnlərə də normal dillə Səbinənin Şahini istəmədiyini izah etmişlər, əlavə olaraq heç vaxt Şahini usta kimi evə çağırmadıqlarını, ondan heç vaxt nəsə xahiş etmədiklərini bildirmişdir.
16. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, İmişli rayon X8 Tibbi Yardım bölməsində sürücü vəzifəsində işləyir, axşam saat 20 radələrində onlara çağırış daxil olmuş, qəbiristanlıq ərazisində adam döyüldüyü bildirilmişdir. Hadisə yerinə çatanda yerdə uzanan kişi cinsli şəxs görmüş, həmin şəxs Şahin olmuşdur, üzü gözü qanın içərisində olmuş, əynində şalvarı və alt paltarı olmamışdır. Həkim Şahinin nəbzini yoxlamış, həmin vaxt Şahinin nəbzi və hər hansı həyat əlaməti olmamışdır. Ölümlə bağlı polisə məlumat verilmiş, Cəbrayıl rayon Polis Şöbəsinin və Cəbrayıl rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlmişdir. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, onlar çatan zaman artıq zərərçəkən vəfat etmişdi. Meyit yarıçılpaq vəziyyətdə olmuş, aşağı geyimi olmamışdır. Hadisə yerinə çatan zaman meyit yol ortasında olmuş, eşitdiyinə görə meyiti kimsə sürüyərək ora gətirmişdir.
17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
18. “Cinayət işinin başlanması haqqında” 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə ********* saylı cinayət işi başlanılmışdır. (Cild 1, i.v.1).
19. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Cəbrayıl rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X13 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə istintaq olunan ********* saylı cinayət işi icraata qəbul edilmişdir.
20. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 oktyabr 2024-cü il tarixli, №84 saylı protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələrin arasında 39ᵒ6986041”N 48ᵒ0636577”E kordinatlarında yerləşir... ...Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələri birləşdirən avtomobil yolunun 11-ci qəsəbə istiqamətində 6,7-ci kilometrliyində olan dairəvi yoldan 4-cü qəsəbə istiqamətində 43 metr hərəkət edən zaman asfalt örtüyün üzərində 1 ədəd kişi cinsi meyitin olduğu müşahidə edilir. Həmin meyitin əynində şalvar olmamaqla üzəri örtüyə bükülmüş haldadır. Həmin meyit Şahin Şahverdiyevə aiddir. Meyitin yanında asfalt örtüyün üzərində qanabənzər ləkələr mövcuddur və həmin qanabənzər ləkə 1 şərti rəqəmi ilə işarələnmişdir. Meyitin aşkar olunduğu yerdən asfalt yol ilə 4-cü qəsəbə istiqamətinə gedərkən 1 şərti rəqəmi ilə işarələnmiş yerdən 9 metr məsafədə 01 ədəd kişi corabının olması müyyən edilərək 2 şərti rəqəmi ilə işarələnmişdir. Corabın aşkar olunduğu yerdən asfalt yol ilə 4-cü qəsəbə istiqamətində 23 metr getdikdə asfalt yola sağ tərəfdən torpaq örtüklü yolun birləşməsi müşahidə edilir. Həmin torpaq örtüklü yol ilə cənub-şərq istiqamətində 16 metr getdikdə mərhum Şahin Şahverdiyevə məxsus yardımçı tikili yerləşir... ...Qeyd olunan tikililərin arasındakı ərazi boş ərazi olmaqla, torpaq örtüklüdür. Həmin torpaq səthin üzərində xeyli sayda kiçik həcmli otlar vardır. Əraziyə baxış keçirilərkən sürünmə izlərinin və kiçik həcmli otların əzilməsi müşahidə olunur. Bundan əlavə hadisə yerində torpaq örtüyün və otların üzərində qanabənzər ləkələrin, həmçinin üzərində qanabənzər ləkələr olan kişi cinsindən insana məxsus gödəkcə, şalvar, tuman, 01 ədəd taxta və pul əskinaslarının olması aşkar olunmuşdur. Baxış zamanı Şahin Şahverdiyevin meyitinin aşkar olunduğu və mübahisənin baş verdiyi yerdə olan əşyalar, qanabənzər ləkələr müvafiq qaydada rəqəmlənərək ətraflı baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şahin Şahverdiyevin meyitinin aşkar olunduğu asfalt örtüyün üzərində qanabənzər ləkə 01 rəqəmi ilə işarələnmiş, həmin qanabənzər ləkədən 9 metr məsafədə 01 ədəd kişi corabı 2 şərti rəqəmi ilə işarələnmiş, həmin corabdan 22 metr məsafədə torpağın və kiçik həcmli otların üzərində olan qanabənzər ləkələr 3 şərti rəqəmi ilə işarələnmiş, həmin qanabənzər ləkələrdən 120 sm məsafədə digər kiçik həcmli otların üzərində olan qanabənzər ləkələr 4 şərti rəqəmi ilə işarələnmiş, həmin qanabənzər ləkələrdən 95 sm məsafədə üzərində qanabənzər və torpaq ləkələri olan 01 ədəd kişi gödəkcəsi 5 şərti rəqəmi ilə işarələnmiş, həmin gödəkcədən 120 sm məsafədə 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinasları 6 şərti rəqəmi ilə işarələnmiş, pul əskinazlarından 161 sm məsafdə 202 sm uzunluğu və 6 sm enində üzərində qanabənzər ləkələr olan taxta 7 şərti rəqəmi ilə işarələnmiş, həmin taxtadan 738 sm məsafədə 01 ədəd kişi corabı 8 şərti rəqəmi ilə işarələnmiş, həmin corabdan 10 metr məsafədə isə bir-birinə geyinikli vəziyyətdə 1 ədəd şalvar 1 ədəd kişi tumanı, 1 cüt kişi ayaqqabısı və 1 ədəd alt paltarı tuman 9 şərti rəqəmi ilə işarələnmişdir... ...Baxış zamanı hadisə yerində iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd kişi corabı, üzərində qanabənzər və torpaq ləkələri olan 01 ədəd kişi gödəkcəsi, 202 sm uzunluğu və 6 sm enində üzərində qanabənzər ləkələr olan taxta, bir-birinə geyinikli vəziyyətdə 1 ədəd kişi şalvarı 1 ədəd tuman, 1 cüt kişi ayaqqabısı və 1 ədəd alt paltarı olan tuman müşahidə kameralarında qeydə alınmış videogörüntü 01 ədəd CD diskə köçürülmüş vəziyyətdə və pambıq üzərində qan nümunələri 03 zərfdə, 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd açar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Qeyd olunanlardan başqa, hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya, sənəd və ya digər predmet aşkar edilməmişdir. (Cild 1, i.v. 10-27).
21. “Meyitə baxış keçirilməsi haqqında” 27 oktyabr 2024-cü il tarixli, №85 saylı protokoldan görünür ki, Şahin Şahverdiyevin meyiti təşrih masasının üzərinə uzadılmış vəziyyətdə, örtüyə bükülü haldadır... ...Meyit kişi cinsli olub, boyu 162 sm-dir... ...Gözləri örtülüdür. Göz yuvaları ətrafında hematoma hesabına şişkinlik hiss olunur. Burun sümüyü əlləndikdə kreptasiya eşidilir. Burun sümüyündə yerdəyişmiş sınıq vardır. Ağzı yarıaçıq vəziyyətdədir. Ağzı açdıqda görünən dişlər tamdır. Alt çənədə yerdəyişən sınıq qeyd olunur, əllədikdə kreptasiya eşidilir. Üst çənədə dişləri tam və təbiidir. Alt çənədə sağ tərəfdə ikinci diş sarı metaldandır. 3, 4 və 6-cı dişlər diş yuvasındadır. Sol tərəfdə 3-cü diş diş yuvasındadır, qalan dişlər yoxdur. Çənə sümüyünün cismində yerdəyişmiş qəlpəli sınıq vardır. Boynu bədəninə mütənasib olub, əlləndikdə pataloji hərəkətlilik yoxdur. Döş qəfəsi silindirik formada olub simmetrikdir, əlləndikdə qabırğalar tamdır. Qarnı qabırğa qövsü səviyyəsindən aşağıdadır. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün formalaşmışdır. Anal dəlik örtülüdür, dəlikətrafı dəri təmizdir. Ətrafları bədəninə mütənasib olub, əllə yoxladıqda ətrafların sümükləri tamdırlar. Xəsarətlər: Alın nahiyəsində sağda 3,5x3 sm qançır var. Sağ-sol göz yuvaları ətrafında dərialtı hematoma, sağ gözün altında 1,2x0,3 sm əzilmiş yara vardır. Sol göz yuvası da hematoma hesabına şişkin olub, göz yarığını örtür. Sol qaşın qövsü istiqamətində 5x1,5 sm cırılmış yara vardır. Xarici qulaq seyvanları elastiki olub düzgün formalaşmıdır. Sol qulağın qulaq seyvanının arxa hissəsində 3X1,5 sm cırılmış yara qeyd olunur. Sol qulaq dəliyində qurumuş qan izləri vardır. Sağ qulaq keçəcəyi təmizdir. Belin kürək hissəsində sağ sol tərəflərdə müvafiq olaraq geniş ölçülü sıyrıqlar vardır. Sağ diz oynağının ön səthində 0,8x0,3 sm və 0, 6x0,3 sm, sol diz oynağının ön səthində isə 3x1,8 sm sıyrıqlar vardır. Sol saidin aşağı 1/3-nin arxa səthində 2x1,5 sm qançır, sifətin sol yarısında 8X6 sm qançır vardır. Hər iki burun dəliklərində qurumuş qan izləri qeyd olunur. (Cild 1, i.v. 32-43).
22. «Şübhəli şəxsə müdafiəçi təqdim etmək haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (Cild 1, i.v. 44-53).
23. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (Cild 1, i.v. 54-55).
24. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə, saat 23:30-da Cəbrayıl rayon Prokurorluğunun inzibati binasında xidməti otaqda şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 56-57)
25. “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi vaxt üzərində olmuş geyim əşyaları, jiletinin sağ yan cibindən çıxarılmış üzərinə “RP” yazılmış qara rəngli 01 ədəd daraq, üzərinə “G” yazılmış 01 ədəd qara rəngli qolbaq, qara rəngli üzərində yaşıl rənglə “auto” yazılmış 01 ədəd alışqan, “Samsung Galaxy A03s” markalı, qara rəngli mobil telefon aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, i.v. 80-91)
26. “Təqsirləndirilən şəxs qismində cəlb haqqında” 29 oktyabr 2024-cü il tarixli, №0070 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 93-94)
27. “Vəsatətə baxılması haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Şahin Şahverdiyevi öldürmək niyyətində olmadığını, onu döymək istədiyini, ona ağır xəsarətlər yetirmək istədiyini bildirməsi müstəntiq tərəfindən vəsatət kimi qəbul edilmiş və rədd edilmişdir. (Cild 1, i.v. 109-110)
28. “Mütəxəssis təyin edilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının laboratoriya və radiologiya şöbəsində laborant işləyən X14 mütəxəssis qismində təyin edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 112-113)
29. “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli, №106 saylı protokoldan görünür ki, iş üzrə mütəxəssis qismində təyin edilmiş “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin laborantı X23 tərəfindən Təqsirləndirilən şəxs tədqiqat üçün götürülmüş 5 qram qan nümunəsi müstəntiq Ələkbər Poladova təqdim edilmiş, həmin nümunə Ələkbər Poladov tərəfindən götürülmüş, qablaşdırılmış və Cəbrayıl rayon Prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. (Cild 1, i.v. 122)
30. “Əşyanın tanınmasının aparılması haqqında” 29 oktyabr 2024-cü il tarixli, №107 saylı protokoldan və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə yerindən aşkar edilmiş taxta parçasının tanınması aparılmış, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman sonradan istifadə etdiyi taxta parçasını eyni növdən olan digər üç taxta parçası arasında ölçüsünə, rənginə və digər fərdi əlamətlərinə görə tanımış və onun 27 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Biləuvar rayonu, 3 saylı qəsəbə ərazisində X7 yaşadığı yarımçıq tikilinin qarşısında X9 xəsarətlər yetirməklə sonuncunu qəsdən döyərək öldürdüyü zaman istifadə etdiyi taxta parçası olduğunu, 3-cü sırada dayanmış taxta parçasının hadisə yerində olan taxta parçası olmasını göstərmişdir. (Cild 1, i.v. 123-126)
31. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 29 oktyabr 2024-cü il tarixli, №108 saylı protokoldan görünür ki, Cəbrayıl rayon Prokurorluğunun inzibati binasında Cəbrayıl rayon Prokurorluğunun müstəntiqi Ələkbər Poladovun iş otağında və əvvəlcədən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə alınmış ifadəsinə uyğun olaraq, Şahin Şahverdiyevin yaşamış olduğu yardımçı tikilini, ona bitişik ərazidə olan arı yeşiklərinin yanında ilk zərbə endirdiyi, yerə yıxıldığı, boğduğu, müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, sonuncunun şalvarını çıxardığı, taxta parçasını götürdüyü, həmin taxta parçasını onun arxa keçəçək dəliyinə soxmaq istədiyi, Şahin Şahverdiyevi yer səthi ilə sürüdüyü və sonuncunun meyitinin aşkar olunduğu, “avtovağzal” adlanan yerləri ardıcıllıqla əyani olaraq göstərib təqdim etsin. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən alınmış ifadəsində göstərdiklərini tam təsdiq edir, əgər ifadəsində qeyd etdiyi yerə, yəni Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində İcra Hakimiyyətinin inzibati binasından 150 metr məsafə istiqamətində yerləşən əraziyə aparılarsa, ifadəsini danışıb yerində göstərə bilər. Bundan sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə birlikdə onun göstərdiyi ünvana gedilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, hadisə zamanı baş verənləri ardıcıllıqla təqdim etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdiyi Şahin Şahverdiyevin müvəqqəti yaşadığı yardımçı tikili Cəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasından 150 metr məsafədə yerləşir. Yardımçı tikilidən 13 metr məsafədə 18 ədəd mavi rəngli arı saxlanması üçün nəzərdə tutulmuş yeşiklərin olduğu görünür. Təqsirləndirilən şəxs həmin ərazini təqdim edərək, Şahin Şahverdiyevə ilk zərbəni qeyd olunan yerdə vurduğunu bildirmişdir. Bundan sonra həmin yerin yaxınlığında yerə yıxdığı, boğduğu, müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, sonuncunun şalvarını çıxardığı, taxta parçasını götürdüyü, həmin taxta parçasını Şahinin arxa keçəcək dəliyinə soxmaq istədiyi, Şahin Şahverdiyevi yer səthi ilə sürüdüyü və sonuncunun meyitinin aşkar olunduğu yerləri ardıcıllıqla təqdim etdi. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs əlavə olaraq, taxta parçasını yardımçı tikiliyə bitişik olan ərazidən götürdüyünü, Şahin Şahverdiyevə məxsus şalvarın hadisə yerindən bir qədər uzaqda olmasına səbəb nəyin olduğunu bilmədiyini, hadisənin baş vermə vaxtında çox gərgin vəziyyətdə olduğu üçün nə qədər zərbələr endirməsinin tam dəqiq yadında olmadığını, Şahin Şahverdiyevi yer səthi ilə sürüyərkən və arxa keçəcək dəliyinə taxta parçasını soxmaq istəyərkən sonuncunun yaşadığı, yol kənarına və “avtovağzal” adlanan yerə kömək məqsədilə avtomobil saxlamaq üçün getdiyini qeyd etmişdir. İfadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Şahin Şahverdiyevin yaşamış olduğu yardımçı tikilini ona bitişik ərazidə olan arı yeşiklərinin yanında ilk zərbə endirdiyi, yerə yıxdığı, boğduğu, müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, sonuncunun şalvarını çıxardığı, taxta parçanı götürdüyü, həmin taxta parçasını onun arxa keçəcək dəliyinə soxmaq istədiyi, Şahin Şahverdiyevi yer səthi ilə sürüdüyü və sonuncunun meyitinin aşkar olunduğu, “avtovağzal” adlanan yerləri təqdim etməsi Cəbrayıl rayon Prokurorluğunun böyük mütəxəssisi X20 tərəfindən qeydə alınmışdır. Qeyd olunan videogörüntü CD diskə köçürülərək müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. (Cild 1, i.v. 127-129)
32. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında videogörüntünün əks olunduğu CD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 31-ci bəndində tədqiq edilən protokolda qeyd edilənlərin CD diskdə olan videogörüntü ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (Cild 1, i.v. 130)
33. Cəbrayıl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu, lakin X10 öldürmək məqsədilə döymədiyini bildirmiş, eləcə də özünün ailəli, himayəsində azyaşlı uşağının və daimi yaşayış yerinin olmasını nəzərə alaraq, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilərək, ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə tərəfindən qərara qəbul edilməsini xahiş etmişdir. Onu da qeyd edir ki, Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən ona qarşı zor tətbiq edilməmiş və təzyiqə məruz qalmamışdır.” (Cild 1, i.v. 136- 138).
34. “Baxış keçirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A03s” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X16 istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə “salam aleykum, nə var nə yox, o günü mənimlə danışmaq istədiyinə görə bu gün sənə zəng vurmuşdum, mən sənə demişdim ki, lazım olsa nömrəmi götür zəng et harda desən görüşək problem deyil mən sənlə dava yada başqa məqsədlə deyil sadecə dediyim kimi o günü sən mənə dedin sənlə söhbət etmək istəyirəm, mən sənlə sadecə sevdiyimin qardaşı olduğun üçün söhbət etmək istəyirəm yenə dediyim kimi əyər söhbət etməyə fikrin vardısa, dava fikrin yoxdursa problem deyil, davadan qorxduğum qaçdığım üçün deyil sadecə sevdiyimin qardaşı ilə dalaşacaq qədər axmaq biri deyiləm” sözlərini demişdir. Daxil olmuş mətn mesajının birincisində “Səbişin xoşbəxtliyin istəmirsən? Səbinəyi necə sevdiyimi çox yaxşı bilir anası mane olmasaydı çoxdan evlənmişdik” ikinci mətndə isə “Səbiş səni oğlunun canı qədər istəyir mayışının yarısını ailənə xərcləyir ama sən onun xoşbəxtliyi üçün cəhd etmirsən maddi cəhətdən Cəmilədən asılı olduğun üçün sözü deyə bilmirsən. Səbişində evlənməyə ailə uşaq sahibi olmağa haqqı olduğunu düşünmürsən? Səbişin xoşbəxliyi üçün nə lazımsa etməyə hazıram Cəmilə bu yaşda belə komfort yaşamaq üçün Səbişdən istifadə edir inad etmə gec olmadan yaxşı düşün Şəbişində bir ailəsi olsun” məzmununda mesaj göndərilməsi aşkar edilmişdir. Qeyd olunan səs yazısının və mətn mesajlarının köçürüldüyü CD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmişdir. (Cild 1, i.v. 169-171).
35. “Mütəxəssis təyin edilməsi haqqında” 16 noyabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Cəbrayıl rayonu, İ.Quliyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən, ali təhsilli X24 mütəxəssis qismində təyin edilmişdir. (Cild 1, i.v. 174).
36. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 16 noyabr 2024cü il tarixli, №100 nömrəli qərarın nəticə hissəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınmışdır. (Cild 1, i.v. 181-182).
37. “Əşyaların təhvil alınması haqqında” 16 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs Şahin Şahverdiyevə məxsus olan 03 ədəd açar, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 05 ədəd 1 manatlıq pul əskinasları anası X6 tərəfindən təhvil alınmışdır. (Cild 1, i.v. 193).
38. “Baxış keçirilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqdim etdiyi CD diskə baxış keçirilmiş, baxış keçirilən zaman həmin səsyazısının 7 dəqiqə 56 saniyə olması, səsyazısında olan danışıqların Şahid1 ilə Cəlal adlı şəxsə məxsus olması müəyyən edilmişdir. Həmin səsyazısının yazıldığı 2 ədəd “CD-R” diskləri məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmişdir. (Cild 1, i.v. 258-266).
39. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 27 oktyabr 2024-cü il tarixli, 40 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs 1980-ci il təvəllüdlü X7 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində bu xəsarətlər aşkar edilmişdir: alın sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı nəticəsində baş beyin toxumasına qansızma, sol alın-gicgah-təpə və sağ gicgah nahiyələrində yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızmalar, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, burun və çənə sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş sınıqları, sol qaşın qövsü istiqamətində, sol xarici qulaq seyvanının arxa hissəsində, sağ gözün altında yaralar, alın nahiyəsində sağda, sol saidin aşağı 1/3-nin arxa səthində, sifətin sol yarısında qançırlar, sağ və sol göz yuvaları ətrafında hemotoma (dərialtı qansızma və şişkinlik), sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində, onurğa sütunu boyunca bel nahiyəsində, sağ və sol kürək nahiyələrində sıyrıqlar kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Həmçinin göstərilmişdir ki, xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq, təpik, taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi. X7 ölümünün müddəti müayinədən 3-4 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gəlir və ölümünə səbəb alın sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı nəticəsində baş beyin toxumasına qansızmalar olmuşdur. Həmçinin qeyd olunmuşdur ki, X7 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. (Cild 2, i.v. 65-69).
40. “Məhkəmə-tibbi ekspertizası”nın xx.xx.2024-cü il tarixli 683 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ ayağın iç topuq nahiyəsində, sol baldırın aşağı 1/3nin iç səthində, sağ və sol diz oynaqlarının ön səthində, sağ əlin arxa səthində 3-cü və 5-ci barmaqlarının 3-cü falanqaları proyeksiyasında sıyrıqlar, sağ əlin arxa səthində 2,3,4-cü daraq sümükləri proyeksiyasında qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 2, i.v. 78-79).
41. Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 855 nömrəli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon ərazisində, 4 saylı qəsəbədə 232 №-li evdə qeydiyyatdadır, ailə üzvləri anası Şahid4 (1970), arvadı X19 (2002), bacısı Şahid5 (1993) və oğlu X2 ibarətdir. (Cild 2. i.v. 92).
42. Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özü və ailə üzvləri barəsində ərazi nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. (Cild 2, i.v. 93).
43. “Məhkəmə-kimyəvi ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 3985/K saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtlərinin aşkar edilməməsi nəticəsinə gəlinmişdir. Məhkəmə-kimya şöbəsində tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (Cild 2, i.v. 95-96).
44. “Məhkəmə-kimyəvi ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 3985/A/K saylı rəyinin nəticə hissəsindən görünür ki, X5 götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq X5 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusunun törəmələri, alkolodilər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoidin (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməməsi nəticəsinə gəlinmişdir. (Cild 2, i.v. 97-99).
45. “Kompleks məhkəmə-trassoloji və məhkəmə-lifli materialların ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/5247 nömrəli rəyinin (məhkəmə-lifli materiallar ekspertizasına aid hissə) nəticə hissəsindən müəyyən olur ki, tədqiqata təqdim edilmiş, X9 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd taxtanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X9 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş açıq boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X9 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, 01 ədəd taxtanın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X9 və Təqsirləndirilən şəxs məxsus qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyərinin 154 (bir yüz əlli dörd) manat olması qeyd edilmişdir. (Cild 2, i.v. 101-107)
46. “Kompleks məhkəmə-trassoloji və məhkəmə-lifli materialların ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 3/1799 nömrəli rəyinin (məhkəmə-trasoloji ekspertizasına aid hissə) nəticə hissəsində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir cüt ayaqqabının sağ tayının altlıq hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə vardır. Ümumi əlamətlərinə əsasən ayaqqabının altlıq hissəsində olan zədə hər hansı bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik qopma zədəsidir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş papaq, qolsuz gödəkcə, köynək, pulover, mayka, şalvar, kəmər, tuman, bir cüt corabın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd uzunqol köynəyin sol qol hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Ümumi əlamətlərinə əsasən uzunqol köynəyin səthində olan zədə küt, bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik deşilmə zədəsidir. Belə predmetə təqdim edilmiş taxta da aid ola bilər. Lakin, həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret predmetlə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz gödəkcə, uzunqol gödəkcə, qısaqol köynək, şalvar, alt şalvarı, tuman, bir cüt corab, bir cüt ayaqqabının səthində zədə yoxdur. Aparılmış tədqiqatın dəyərinin 85 (səksən beş) manat olması qeyd edilmişdir. (Cild 2, i.v. 109-112)
47. “Baxış keçirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Avtovağzal” adlanan çayxanaya gələrək orada olanlara Şahin Şahverdiyevi döydüyünü, soyundurub yolun qırağına atdığını bildirir, orada olanlardan onu aparmalarını xahiş edir. Orada olan şəxslərdən biri təcili tibbi yardıma zəng edir. Qeyd olunan hadisə həmin çayxananın kamerasından götürülmüşdür. Həmin videogörüntülərin əks olunduğu CD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmişdir. (Cild 2, i.v. 119-121)
48. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 2. i.v. 145-146).
49. “Kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 3793 saylı rəyinin yekun hissəsindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2. i.v. 236-239).
50. “Məhkəmə-narkoloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 7411 saylı rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2. i.v. 241-242).
51. “Kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 774/2024-MTBŞ saylı rəyinin nəticə hissəsindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu O-alfa,beta/İ/, Təqsirləndirilən şəxs isə ABO sistemi üzrə qan qrupu “O-alfa,beta/İ/”dir. Ekspertizaya təqdim edilən mərhum X9 məxsus gödəkcə, cins şalvar, jilet, köynək, qısaqol mayka, alt şalvarı, trusik, bir cüt corab, bir cüt ayaqqabı, 01 ədəd taxta üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq tampona hopdurulub götürülmüş maddə ləkələrində kişi genetik cinsinə məxsus periferik mənşəli insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə/şəxslərə, o cümlədən ABO sistemi üzrə mərhum X9 və eyni qruplu təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Təqdim edilən mərhum Ş.V.Şahverdiyevə məxsus şalvarın belinə keçirilmiş kəmər, Təqsirləndirilən şəxs məxsus mayka, trusik üzərində şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. (Cild 2. i.v. 244-252).
52. “Baxış keçirilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, videogörüntü mərhum Şahin Şahverdiyevə məxsus obyektin qəbirstanlıq istiqamətinə yerləşdirilmiş 7 nömrəli müşahidə kamerasının 27 oktyabr 2024-cü il tarixdə, gündüz vaxtı çəkdiyi görüntülərdir. Həmin görüntülərə baxış zamanı qəbirstanlığa gedən torpaq örtüklü yolun sağ və sol hissəsində ot yüklü nəqliyyat vasitələrinin dayanması və insanların hərəkət etməsi müşahidə edilir. Görüntünün 46-cı saniyəsində (saat 14:04:49) Təqsirləndirilən şəxs ot yüklü nəqliyyat vasitələrinin qarşısından çıxaraq mərhum Şahin Şahverdiyevə məxsus obyektə doğru gəlməsi, ətrafı müşahidə edərək obyektin yanına gəlməsi, orada müşahidə aparması, 1 dəqiqə 27 saniyəsində (saat 14:05:30) müşahidə kamerasının çəkiliş zonasından çıxması, 2 dəqiqə 10-cu saniyəsində (saat 14:06:13) obyektin arxa tərəfindən çıxaraq ətrafı müşahidə etməsi, 2 dəqiqə 24-cü saniyəsində (saat 14:06:27) müşahidə kamerasının çəkiliş zonasından çıxması, 3 dəqiqə 22-ci saniyəsində (saat 14:07:25) gəldiyi yol ilə geri qayıtması görünür. “CD-R” diskin içərisində olan “2_02_R_**********00” adlı fayla baxış keçirilən zaman faylın 4 dəqiqə 56 saniyədən ibarət olan videogörüntü olması müəyyən olunmuşdur. Videogörüntü mərhum Şahin Şahverdiyevə məxsus obyektin 3 saylı qəsəbə istiqamətinə yerləşdirilmiş 2 nömrəli müşahidə kamerasının 27 oktyabr 2024-cü il tarixdə gündüz vaxtı çəkilmiş görüntülərdir. Həmin görüntülərə baxış zamanın asfalt yol ilə nəqliyyat vasitlərinin və insanların hərəkət etməsi müşahidə edilir. Görüntünün 1 dəqiqə 32-ci saniyəsində (saat 14:05:33) Təqsirləndirilən şəxs obyektin yan tərəfindən çıxaraq ətrafı müşahidə etdiyi, 1 dəqiqə 32-ci saniyəsində (saat 14:05:45) müşahidə kamerasının çəkiliş zonasından çıxdığı, 2 dəqiqə 33-cü saniyəsində (saat 14:06:33) Təqsirləndirilən şəxs obyektin yan tərəfindən çıxaraq ətrafı müşahidə etdiyi, 3 dəqiqə 21-ci saniyəsində (saat 14:07:21) geri qayıdaraq müşahidə kamerasının çəkiliş zonasından çıxdığı görünür. “CD-R” diskin içərisində olan ‘VİD-20250123-WA0010’ adlı fayla baxış keçirilən zaman faylın 9 dəqiqə 57 saniyədən ibarət olan videogörüntü olması müəyyən olundu. Videogörüntü mərhum Şahin Şahverdiyevə məxsus obyektin qəbirstanlıq istiqamətinə yerləşdirilmiş 7 nömrəli müşahidə kamerasının 27 oktyabr 2024-cü il tarixdə hadisənin baş verdiyi vaxta olan çəkilmiş görüntülərdir. Həmin görüntülər havanın qaranlıq saatlarında çəkildiyi üçün və müşahidə kamerasının gecə çəkilişinin zəif olması səbəbindən hər hansısa bir görüntüyə rast gəlinməmişdir. “CD-R” diskin içərisində olan “2_01_R_**********00” adlı fayla baxış keçirilən zaman faylın 29 dəqiqə 55 saniyədən ibarət olan videogörüntü olması müəyyən olunmuşdur. Videogörüntü mərhum Şahin Şahverdiyevə məxsus obyektin 4 saylı qəsəbə istiqamətinə yerləşdirilmiş müşahidə kamerasından çəkilmiş görüntüdür. Hadisənin baş verdiyi vaxta olan görüntüyə baxış keçirilərkən hadisənin baş vermə vaxtı havanın qaranlıq saatlarında olduğundan və müşahidə kamerasının gecə çəkilişinin zəif olması və müşahidə kamerasının ağacın yarpaqları istiqamətində quraşdırıldığından ağacın yarpaqlarının çox olması səbəbindən ətrafı tam müşahidə etmək mümkün olmamışdır. Həmçinin görüntünün 1 dəqiqə 16-cı saniyəsində (saat 20:01:16) asfalt yol ilə Şahin Şahverdiyevin meyitinin aşkar olunduğu yerdən 1 nəfər kişi cinsli, hündürboy, arıq bədən quruluşuna malik şəxsin obyektin qarşısına gələrək geri qayıtdığı, 1 dəqiqə 44-cü saniyədə (saat 20:01:44) obyektin sağ tərəfindən 1 nəfər kişi cinsli, balaca boy, kök bədən quruluşuna məxsus şəxsin asfalt yola çıxaraq 23 saniyə ətrafı müşahidə etdikdən sonra geri qayıtdığı, 2 dəqiqə 15-ci (saat 20:02:15) saniyəsində meyitin aşkar olunduğu yerdən həmin kişi cinsli, hündürboy, arıq bədən quruluşuna malik şəxsin obyektin qarşısına gələrək geri qayıtdığı, 3 dəqiqə 09-cu saniyədə (saat 20:03:09) meyitin aşkar olunduğu yerdən həmin şəxsin obyektin qarşısına gələrək nəqliyyat vasitələrinin hərəkət etdiyi asfalt yolun kənarına gələrək orada dayandığı, 3 dəqiqə 35-ci saniyədə (saat 20:03:35) həmin şəxsin obyektin qarşısına qayıtması və yol ilə hərəkətdə olan nəqliyyat vasitəsini görəndə həmin nəqliyyat vasitəsinə əl qaldıraraq nəqliyyat vasitəsinə tərəf getməsi, nəqliyyat vasitəsinin dayanmadığını görən zaman obyektin qarşısına gələrək sağa-sola getməsi, sonra yenidən nəqliyyat vasitələrinin hərəkət etdiyi asfalt yola tərəfə getməsi, 04 dəqiqə 51-ci saniyədə (saat 20:04:51) yenidən obyektin qarşısına gələrək yenidən nəqliyyat vasitələrinin hərəkət etdiyi yola tərəf getməsi, 05 dəqiqə 18-ci saniyədə (saat 20:05:18) yenidən obyektin qarşısına gələrək meyitin aşkar olunduğu yerə doğru getməsi, 5 dəqiqə 31-ci saniyədə (saat 20:05:31) 3-cü qəsəbə istiqamətdən nəqliyyat vasitəsinin gəldiyin görərək həmin nəqliyyat vasitəsinə əl qaldıraraq ona tərəf hərəkət etməsi, 06 dəqiqə 09-cu saniyədə (saat 20:06:09) həmin istiqamətdən qayıdaraq meyitin aşkar olunduğu yerə doğru hərəkət etməsi, 10 dəqiqə 17-ci (saat 20:10:17) saniyəsində meyitin aşkar olunduğu yerdən həmin şəxsin əlində telefon ilə obyektin qarşısına gələrək nəqliyyat vasitələrinin hərəkət etdiyi asfalt yola doğru getməsi, 12 dəqiqə 18-ci saniyəsində (saat 20:12:18) ağ rəngli avtomobilin gəlib obyektin qarşısında dayanması, 12 dəqiqə 33-cü (saat 20:12:33) saniyəsindən sonra obyektin sağ tərəfindən avtomobilin çıxaraq meyitin aşkar olıunduğu yerə doğru hərəkət etməsi və meyitin aşkar olunduğu yerə insanların gəlməsi, 13 dəqiqə 47-ci saniyədə (saat 20:13:47) hadisə yerinə təcilli tibbi yardım maşınını gəlməsi, 15 dəqiqə 41 saniyəsində (saat 20:15:41) YPX-nin avtomobilinin gəlməsi və ətrafa başqa şəxslərin toplanması müşahidə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüyə baxdıqdan sonra bildirmişdir ki, həmin videogörüntüdə olan şəxs odur, Şahin Şahverdiyevi döydükdən sonra onun öldüyünü bilməmiş və ona dərs verdiyini qəsəbə sakinlərinə göstərmək üçün onun ayağından tutaraq torpaq və asfalt yol ilə 40-50 metr sürüdükdən sonra asfalt yolun üzərinə qoyaraq onu xəstəxanaya aparmaq üçün kömək məqsədilə nəqliyyat vasitəsi saxlamaq üçün nəqliyyat vasitələrinin hərəkət etdiyi yola doğru gəlmiş bir neçə nəqliyyat vasitəsini saxlamaq üçün əl qaldırsa da heç biri saxlamamış, bunun üçündə o, ‘‘Avtovağzal” deyilən yerdəki çayxanaya gedərək orada olan insanlara baş vermiş hadisə barədə məlumat vermiş və kiminsə nəqliyyat vasitəsi varsa onu xəstəxanaya aparmasını bildirmiş və orada olan şəxslər Təcili Tibbi yardıma zəng vurduqdan sonra həmin şəxslərlə birlikdə Şahin Şahverdiyevi qoyduğu yerə gəlmişdir. Videogörüntüyə baxış keçirilən zaman müşahidə kamerasının yaddaş qurğusunun saatı real saatdan 18 dəqiqə irəli olduğu müəyyən edilmişdir. Diskə baxış keçirilməsinə 24 yanvar 2025-ci il tarixdə, saat 11:00-da başlanılmış, saat 11:30-da bitirilmişdir. (Cild 3. i.v. 23-25).
53. Hazırki hökmün 52-ci bəndində şərh edilən protokol və CD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmişdir. (Cild 3. i.v. 26).
54. “Üzləşdirmə haqqında” 24 yanvar 2025-ci il tarixli, 19 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 üzünə bir daha hadisə zamanı tək olduğunu, Şahin Şahverdiyevi tək döyüb öldürdüyünü, Şahid7 ona köməklik etmədiyini bildirmişdir. (Cild 3. i.v. 36-38).
55. “Üzləşdirmə haqqında” 24 yanvar 2025-ci il tarixli, 20 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 üzünə bir daha hadisə zamanı tək olduğunu, Şahin Şahverdiyevi tək döyüb öldürdüyünü, Şahid7 ona köməklik etmədiyini bildirmişdir. (Cild 3. i.v. 39-41).
56. “Üzləşdirmə haqqında” 24 yanvar 2025-ci il tarixli, 21 №-li protokoldan görünür ki, Şahid7 ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid7 Şahid1 üzünə bir daha hadisə ilə heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs sonuncu dəfə hadisədən bir qədər əvvəl gördüyünü və ona 8-ci qəsəbə ərazisində toya getməyi təklif etdiyini, Təqsirləndirilən şəxs razı olmadığını və bundan sonra digərləri ilə toya getdiyini, hadisə barədə sonradan eşitdiyini bildirmişdir. (Cild 3. i.v. 42-45).
57. “Üzləşdirmə haqqında” 24 yanvar 2025-ci il tarixli, 22 №-li protokoldan görünür ki, Şahid7 ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid7 Şahid2 üzünə bir daha hadisə ilə heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs sonuncu dəfə hadisədən bir qədər əvvəl gördüyünü və ona 8-ci qəsəbə ərazisində toya getməyi təklif etdiyini, Təqsirləndirilən şəxs razı olmadığını və bundan sonra digərləri ilə toya getdiyini, hadisə barədə sonradan eşitdiyini bildirmişdir. (Cild 3. i.v. 46-48).
58. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli, 001 №-li qərarən nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməlin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə tövsif edilərək istintaqının aparılması və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3. i.v. 51-52).
59. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 25 yanvar 2025-ci il tarixli, 002 №-li qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik və əlavələr edilərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (Cild 3. i.v. 56-58).
60. “Vəsatətə baxılması haqqında” 25 yanvar 2025-ci il tarixli, 003 №-li qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə elan edilmiş ittihamla razı olmamış, ifadəsində Şahin Şahverdiyevi öldürmək niyyətində olmadığını, ona qarşı amansızlıq etmədiyini, həmin vaxt emosional təsirdə olduğunu və əsəbi olduğunu bildirmiş, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi həmin xüsusatlar vəsatət kimi qəbul edilərək baxılmışdır. Həmin qərarın nəticə hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixli vəsatəti tam rədd edilmişdir. (Cild 3. i.v. 87-89).
61. “Vəsatətə baxılması haqqında” 30 yanvar 2025-ci il tarixli, 005 №-li qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, 30 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi cinayət işinin materialları ilə tanış olduqları zaman vəsatət verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla razı olmadıqlarını, Təqsirləndirilən şəxs Şahin Şahverdiyevi öldürmək niyyətinin olmadığını, onu öldürən zaman özündə olmadığını, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi həmin ifadələri vəsatət kimi qəbul edilərək baxılmışdır. Həmin qərarın nəticə hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi 30 yanvar 2025-ci il tarixli vəsatətləri tam rədd edilmişdir. (Cild 3. i.v. 157-159).
62. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(072)-015/2022 saylı Qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 19 fevral 2022-ci il tarixdə, saat 13:30 radələrində Biləsuvar rayonu, 4 saylı qəsəbə, 232 saylı evin həyətində X16 ilə Şahid4 arasında sonuncunun qızı Şahid5 və gəlini X15 mütəmadi olaraq narahat etməsi səbəbindən şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı səs-küyə Şahid5 və X19 həyətə gəlmiş, Şahid4 ailə üzvlərini narahat etməsi səbəbindən qızına X7 barəsində polisə xəbər verməsini deyən zaman, sonuncu polis əməkdaşlarının gələcəyindən qorxduğu üçün həyətdən qaçmaq istəmişdir. Bu zaman Şahid4 ǝlləri ilə X1 yaxasından tutub saxlayaraq, polis əməkdaşlarına təhvil vermək istəsə də, sonuncu həmin mübahisənin şahidləri Şahid5 və X11 gözü qarşısında xüsusi əzab və iztirab verdiyini dərk edib, sonuncunun əllərini dişləməklə, sağ əlin arxa səthində 2ci daraq sümüyü proyeksiyasında sıyrıq, sol ǝlin arxa səthində 3-4-cü daraq-falanqa oynaqları proyeksiyasında səthi yaralar, 3-cü daraq sümüyü proyeksiyasında sıyrıq, 2-ci və 1-ci daraq sümüyü proyeksiyasında yaralar ilə nəticələnən, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən xüsusi amansızlıqla yüngül zərər vuran xəsarətlər yetirmişdir. Həmin qərardan görünür ki, Şahid4 təqsirləndirilən şəxs X16 ilə barışdığını. ona qarşı heç bir tələbi və şikayəti olmadığını bildirmiş, məhkəmənin qərarına əsasən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və X16 cinayət məsuliyyətindən azad edilmişdir.
63. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin təqdim etdiyi məktub və poçt zərfi elan edilərək tədqiq olunmuşdur. Həmin sənədlərdən müəyyən edilmişdir ki, məktub mərhum zərərçəkmiş X16 tərəfindən Şahid5 ünvanlanmış və poçt vasitəsi ilə 23 may 2022ci il tarixdə göndərilmişdir. Məktubun ümumi məzmunu X18 Məmmədquliyevaya olan şəxsi münasibətlərindən – ona olan sevgisi, onunla evlənmək niyyəti və bir neçə digər şəxslər barədə yazdığı fikirlərdən ibarətdir. Həmin məktubun məzmununda, Şahin Şahverdiyev “özümü öldürtmək üçün nə lazımdısa edəcəm” ifadəsini qeyd etmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
64. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
65. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
66. «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cımaddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.
67. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
69. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
70. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
71. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
72. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
73. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
74. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
75. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
76. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
77. Həm məhkəmə baxış iclasında, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, zərərçəkən şəxsi ümumiyyətlə öldürmək, o cümlədən xüsusi amansızlıqla öldürmək fikrində olmadığını, məqsədinin onu döymək, ona və ailəsinə qarşı etdiyi təhqirlərə görə cəzalandırmaq olduğunu qeyd etmiş, qalan hissədə isə əməlini etiraf edərək, peşmançılığını bildirmişdir.
78. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.
79. Əvvəla, təqsirləndirilən şəxs qeyd edir ki, zərərçəkəni ümumiyyətlə öldürmək, habelə xüsusi amansızlıqla öldürmək məqsədi olmamışdır.
80. Bu dəlilə münasibətdə məhkəmə qeyd edir ki, CM-in 120.2.4-cü maddəsində qəsdən xüsusi amansızlıqla adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin mahiyyətindən aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib ona xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxsə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə).
81. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8ci bəndində qeyd olunur ki, isusüX“ amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.”
82. Qanunvericiliyin yuxarıda şərh edilən müddəaları nəzərə alınmaqla, məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli və hadisənin detallarını təhlil etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində hadisənin müəyyən edilmiş, mübahisəsiz və iş materialları ilə tam təsdiq edilən mənzərəsi bundan barətdir ki, təqsirləndirilən şəxs ailəsinin, xüsusilə bacısının uzun müddət Şahin Şahverdiyev tərəfindən təqib və təhqir olunması və zorla münasibətə cəlb edilmək cəhdləri fonunda, Şahinlə dəfələrlə mübahisə etmiş, lakin həmin mübahisələr nəticə verməmişdir. Sonuncu dəfə təqsirləndirilən şəxsin öz oğluna keçirdiyi kiçik toy şənliyində onların arasında mübahisə baş vermişdir. Bu mübahisədən sonra növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə (hadisədən 10 gün öncə) təqsirləndirilən şəxs ilə zərərçəkən arasında telefon yazışamaları və səsli mesajlar olmuşdur. Həmin yazışmalardan görünür ki, zərərçəkən təqsirləndirilən şəxsə müraciət edərək “mən sənlə dava yada başqa məqsədlə deyil... ...sənlə sadecə sevdiyimin qardaşı olduğun üçün söhbət etmək istəyirəm yenə dediyim kimi əyər söhbət etməyə fikrin vardısa, dava fikrin yoxdursa problem deyil, davadan qorxduğum qaçdığım üçün deyil sadecə sevdiyimin qardaşı ilə dalaşacaq qədər axmaq biri deyiləm” deyə bildirir. Göründüyü kimi, zərərçəkənin dava ilə bağlı təşəbbüsü olmamışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxs onu təqib etmiş, hadisə zamanı ona yaxınlaşaraq, qəflətən hücum edib əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə yumruqlarla bir neçə dəfə zərbələr vurmuş, boğazından tutub sıxaraq yerə yıxmış, bundan sonra təxminən 40 dəqiqə müddətində yumruq, təpik və başı ilə kəllə zərbələri vurub onu döymüş, başını əlləri ilə tutaraq 2-3 dəfə torpaq səthinə zərblə çırpmış, onu boğmağa çalışmış, hətta bu hərəkətlərinin arasında 4-5 dəfə fasilələr olmuş, dincəldikdən sonra hərəkətlərinə davam etmiş, özünün qeyd etdiyi kimi “uzunmüddətli cəhdlərindən sonra”, yəni zərərçəkənə verdiyi uzunmüddətli əzabların nəticəsində onu “mən qeyrətsizəm” ifadəsini təkrar etməyə məcbur etmiş, daha sonra yenə özünün ifadəsinə əsasən Şahinin yerdə hərəkətsiz vəziyyətdə olduğunu və xırıldadığını gördüyü halda, yerdən götürdüyü taxta parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Daha sonra o, zərərçəkəni ayağından tutaraq yarıçılpaq vəziyyətdə, daşlı və torpaqlı yolda təxminən 50 metr məsafədə sürüyərək asfalt yolun üzərinə gətirmişdir. Şərh edilən hadisənin mübahisəsiz mənzərəsindən də müəyyən olunur ki, təqsirləndirilən şəxs zərərçəkənə qarşı müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirmiş, xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, təqsirkar üçün aşkar olan surətdə zərərçəkmişə xüsusi ağrılar verərək, Şahin Şahverdiyevin ölümünə səbəb olan ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran çoxlu miqdarda xəsarətlər yetirməklə, Şahin Şahverdiyevi qisas almaq məqsədilə qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.
83. Məhkəmə, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi digər dəlillərə yəni zərərçəkəni öldürmək yox, ancaq cəzalandırmaq məqsədi ilə döyməsi, zərərçəkənin ölümünü istəməməsi, sonda ona yardım göstərmək istəməsi, onu sürüyüb asfalt yola gətirməkdə məqsədinin də məhz ona kömək etmək olması ilə bağlı dediklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkənin ona heç bir müqavimət göstərə bilmədiyi, hərəkətsiz vəziyyətdə qalıb, xırıldadığını gördüyü halda belə onu taxta parçası ilə vurmağa davam etmişdir. Zərərçəkənin huşsuz və hərəkətsiz vəziyyətdə olmasını bilə-bilə, ona qarşı qəddarlığını və xüsusi amansızlığını davam etdirərək, onun ayağından tutub, yarı çılpaq vəziyyətdə təxminən 50 metr məsafədə, daşlı və torpaqlı yolun üzəri ilə sürüyərək, onu asfalt yola gətirmişdir. Onu sürüyüb gətirməkdə məqsədinin guya kömək üçün avtomobil və adam axtarmaq olduğunu desə də, nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin üzərində mobil telefon olmasına baxmayaraq o, təcili tibbi yardım xidmətinə zəng vurmamışdır. Təqsirləndirilən şəxs ona kömək etmək istədiyini bildirsə də, məhkəmə onun bu fikrini ağlabatan hesab etmir. Çünki, zərərçəkən artıq huşsuz vəziyyətdə olduğu, ona heç bir müqavimət göstərə bilmədiyi və xırıldadığı hallarda belə təqsirləndirilən şəxs ona qarşı hərəkətlərini dayandırmamış və onu vurmağa davam etmişdir. Təqsirləndirilən şəxsin ilkin olaraq dayanıb fasilə verdiyi vaxtlarda və ya artıq zərərçəkənin ona müqavimət göstərə bilmədiyi vaxtlarda ona yardım etməyə çalışması ağlabatan hesab edilə bilərdi. Lakin, onsuz da ölümcül vəziyyətə gətirdiyi zərərçəkəni yarıçılpaq vəziyyətdə daşlı-torpaqlı yol ilə ayağından tutub 50 metr məsafədə sürüməsi təqsirləndirilən şəxsin qəddarlığını və ona qarşı amansızlığını bir daha sübut edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmaması, sonuncunun ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsi səbəbindən onu yalnız cəzalandırmaq və xəsarətlər yetirmək, sonda isə onun ölməməsi üçün kömək göstərməsi barədə bildirdikləri işin faktiki halları ilə öz təsdiqini tapmadığından tam inkar edilir və məhkəmə, onun məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Həmin hallar mötəbərliyi şübhə altına alınmayan digər iş materialları, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları və məhkəmə-tibbi ekspertiza rəyləri ilə də öz təsdiqini tapır.
84. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
85. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
86. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır.
87. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
88. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
89. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
90. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayətprosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutur, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
91. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir.
92. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən (dolayı qəsd) törətmişdir, əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
93. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
94. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”.
95. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
96. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
97. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə (İus talionis), yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.
98. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır.
99. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.
100. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
101. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM 59.1.4), yaşayış yeri və kənd sakinləri tərəfindən müsbət xarakterizə olunmasını, peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.
102. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
103. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır.
104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
105. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.
106. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı).
107. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir.
108. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
109. Törədilmiş cinayətin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəza növünün olmasını, eləcə də həmin cinayətin zorakı cinayət növünə aid olmasını, xüsusi amansızlıqla törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar.
110. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur.
111. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
112. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
113. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
114. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə, saat 23:30-da şübhəli şəxs qismində tutulmuş, Cəbrayıl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
115. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.
116. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
117. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Cəbrayıl rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X7 cinayət hadisəsinin baş verdiyi vaxt üzərlərində olmuş geyim əşyaları, hadisə yerindən aşkar edilmiş üzərində qan ləkələri olan geyim əşyası, eləcə də bir ədəd taxta parçası məhv edilməlidir, cinayət işi üzrə sənədləri və görüntüləri əks etdirən 12 (on iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.
118. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 154 (bir yüz əlli dörd) manat və 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.
119. Məhkəmə qeyd edir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.
120. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
121. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
122. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
123. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Cəbrayıl rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan geyim əşyaları, hadisə yerindən aşkar edilmiş üzərində qan ləkələri olan geyim əşyası, eləcə də bir ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri - 154 (bir yüz əlli dörd) manat və 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi üzrə sənədləri və görüntüləri əks etdirən 12 (on iki) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva