Məhkəmə qərarları › İş №1(099)-243/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-243/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-243/2022 15.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Lənkəran şəhəri, Səttərxan küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşamış və barəsində Lənkəran rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -6,071 qr; 4,550 qram ümumi təmiz çəkisi 10,621 qram təşkil edən, külli miqdar hesab edilən, tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X5 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Səttərxan küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq CBRŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üstündə şəxsi-axtarış keçirilən zaman həmin narktoik vasit heroin 2 ədəd sellofan bükümlərin içərisində əynində olmuş qara rəngli idman şalvarının sol yan cibindən və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi əynindəki qolsuz gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə o narkotik vasitəni Lənkəran şəhərində, Böyük bazar ərazisində Nizaməddin adlı şəxsdən əldə etmişdir. Sonra taksi ilə yaşadığı evə getmiş, evin qarşısında polis əməkdaşları onu tutmuşlar. Həmin vaxt narkotik onun üstündə olmuşdur. Videoçəkilşlə üzərinə baxış keçirilmiş və baxış zamanı narkotik vasitəni cibindən çıxarmışlar. Tərəzini ona görə almışdır ki, narkotik vasitəni alanda çəkidə ona kələk gəlməsinlər. İfadəsində daha sonra göstərmişdir ki, Nizaməddin Lənkəranda yaşamır. Onu Nizami kimi də tanıyır. Həmin gün onunla rastlaşanda Nizami onda ucuz qiymətə narkotik olduğunu dediyindən, o da iki büküm almışdır. Narkotik 10 qram idi. 180 manat verərək narkotik vasitəni almışdır. Ondan istifadə etməmişdir. Onu satış məqsədi ilə almamışdır. Narkotik vasitəni polislərə özü təqdim etmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri Səttərxan küçəsi ev 11-də tək yaşayır. Valideynləri rəhmətə getmişdir. Ailəsi isə ondan ayrılmışdır. Bir qız övladı vardır, qızı ailə qurub ondan ayrı yaşayır. Uzun müddətdir ki, narkotik vasitə heroini qızdırb tüstüsünü çəkməklə qəbul edir. 2018-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə 1 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 mart 2020-ci il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilmişdir. Həbsdən çıxdıqdan sonra bir müddət narktoik vasitə qəbul etməsədə sonradan qəbul etməyə başlamışdır. İşləmədiyi üçün özünə narktoik vasitə almağa çətinlik çəkdiyindən, natkotik vasitələrin satışı ilə məşqul olmaq qərarın gəlmişdir. 15 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhər Böyük bazar deyilən ərazidə olarkən təsadüfən adını ona Nizami olduğunu deyən şəxslə rastlaşmışdır. Onunla söhbət əsnasında Nizami adlı şəxs ona, nə vaxt narktoik vasitə istədikdə onun üçün təşkil edə biləcəyini demişdir. O da hazırda heroin istədiyini dedikdə Nizami adlı şəxs ona üzərində 10 qramdan çox heroin olduğunu istəsən ucuz qiymətə 180 manata satacağını demişdir. O Nizamidən heroini bir az ucuz verməsini xahiş etdiyi üçün onunla 160 manata razılaşmışdır. Nizami ona iki ədəd sellofan büküm vermişdir. O da həmin heroinləri üstündə olan tərəzi ilə çəkdikdən sonra ona 160 manatı verərək onunla sağollaşmışdır. O həmin gün saat 19 radələrində Səttərxan küçəsi ilə yaşadığı evə tərəf piyada gedərkən mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinə gətirmişlər. Regional şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş vəkil ilə təmin olunmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqiatçı tərəfindən ona əgər üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra əynindəki qolsuz gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini, bir ədəd qara rəngli nokia markalı mobil telefonu, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə olan heroini, sağ cibindən 3 ədəd salfet kağıznı, və gödəkcəsinin sol qoltuq cibindən özünə məxsus prima siqaretini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi iki ədəd bükümlərin içərisinə baxıldıqda onların içərisində narkotik vasitə heroinə aşkar olunmuşdur. Onunla bu barədə şifahl olaraq soğru sual edildikdə təqdim etdiyi bükülülərdə olan narkotik maddə heroin olduğunu, onları 160 manata böyük bazar ərazisində üzdən tandığı, ünavnını və mobil nömrəsinin bilmədiyi şəxsdən aldığını, elektron tərəzini isə özünə heroin alarkən onun çəkisini dəqiq bilməkdən ötrü gəzdirdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz digər əşya, maddə, predmet aşkar olunmamış və götürülməmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkildikdə heroinin çəkisi 11,09 qram olmuşdur. Sonra həmin selofan bükülülər və təqdim etdiyi bir ədəd elektron tərəzi zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda sonra protokolun məzmunu doğru olduğu üçün digər işitrakçılarla birlikdə təsdiq etmişdir. Törətdiyi əmələ görə peşmandır. O həmin heroini tutulduğu gün Lənkəran şəhərində Böyük bazar ərazisində üzdən tanıdığı təsədüfən rastlaşdığı Nizami adlı şəsxdən 160 manata almışdır. O həmin heroini satıb pul əldə edib özünə narkotik vasitə almaqdan ötrü, həmdə istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kəsə satmamış, heç kəsədə istiafdə etmək üçün verməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa, dindirilmiş şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Səttarxan küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq onun işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X5 Şöbəsinə aparılmışdır. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, o da üzərində olan iki ədəd selefon bükülü və elektron tərəzini təqdim etmişdir. Sorğu edilərkən üzərindən aşkar edilmiş maddənin heroin olduğunu və onu üzdən tanıdığı Nizami adlı şəxsdən 160 manat verməklə aldığını, tərəzini isə heroin alarkən onun çəkisini bilməkdən ötrü gəzdiridiyini demişdir. Ondan aşkar olunan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 11,09 qram olmuşdur. Sonra həmin selofan bükülülər və bir ədəd elektron tərəzi zərfə qoyularaq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və protokol oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs əldə etdiyi heroinin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Dindirilmiş Şahid2 Firodvsi oğlu Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bükümdə olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürlmüş, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli 19/1146 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət Təqsirləndirilən şəxs təqdim etidyi 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə təmiz çəkisi -6,071 qram, -4,550 qram; ümumi təmiz çəkisi -10,621 qram olan maddələr tiryəkdən kustar üsülla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə, çəkisini və tədiqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İşdə olan ibtidai istintaq orqanının10 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 02 ədəd bükümlərdə təmiz çəkiləri 6,071 qram, 4,550 qram heroinlər, bir ədəd elektron tərəzi və içərisində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan bir ədəd DVD-disk maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli, 1231 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Lənkəran ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş tədirlərlə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəsinin müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir neçə dəfə CBRŞ-na məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan Lənkəran rayon məhkəməsinin 01 dekabr 2021ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 15 noyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə olan heroini özü istifadə etmək üçün 180 manat verməklə üzdən tanıdığı Nizami adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan və məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində onun üzərinə axtarış keçirilərkən üzərində olan iki bükümdə heroini və bir ədəd tərəzini təqdim etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş onun ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindən isə görünür ki, o əldə etdiyi külli miqdarda heroini 160 manat verərək aldığını, onu satıb, həmin pula özünə narkotik vasitə almaq və bir hissəsini isə istifadə etmək barədə ifadə vermişdir. Bundan başqa məhkəmədə dindirilmiş polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu göstərmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkiləri 6,071 və 4,550 qram olan heroinlər eyni tərkiblidirlər və elektron tərəzinin üzərində heroinin izləri vardır. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokoldan da görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən ayrı-ayrılıqda təmiz çəkiləri 6,071 və 4,550 qram ümumi təmiz çəkisi 10,621 qram təşkil edən iki ədəd bükülüdə heroin və üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək ondan götürülmüşdür. Göründüyü kimi o üzərində gəzdirdiyi qeyd edilən çəkilərdə olan heroinin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə çox olmaqla onları bir dəfəyə istifadə etməsinin qeyri mümkünlüyü və eyni zamanda heroin kütlələri ilə yanaşı, üzərində heroinin izləri olan tərəzini daşıması hallarının olması onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu yuxarıda tədqiq edilmiş ifadəsini işin hallarına uyğun gələn səmimi etiraf edici ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 9-cu bəndinin 2ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran şəhəri Səttarxan küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşamışdır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. İşdə olan Lənkəran rayon məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunsa da həmin məhkumluqları ödənilmişdir. Sonuncu dəfə Lənkəran rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olması müəyyən edilməmişdir. Lakin, məhkəmədə müəyyən edilmişdir ki, Əsgərov X3 rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş o qəsdən ağır cinayət törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbilnə əsasən ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən hal olmamaqla cəzanı ağırlaşdıran halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 15 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 10,521 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməli və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 10,521 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilsin və bir ədəd DVD-disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar