Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-243/2023 28.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi Əflatdin oğlunun iştirakları ilə, xx xxxxxx 1986-cı ildə il tarixdə Lənkəran rayonu, Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləmiş, məhkumluğu olmayan, Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Lənkəran rayonu, Havzava kəndində yaşayan qaynı Şahid4 yaşadığı evə gələrək cinsi ehtirasını təmin etmək üçün sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq istəyən zaman, sonuncu ona etiraz edərək müqavimət göstərdikdə Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün zor tətbiq etməklə ona burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki göz qapaqları – gözaltı, üst dodaq, sol döş vəzi, sol kürək, sol sağrı, sağ bud nahiyələrində qançırlar, sağ sağrı, sağ bud, sol diz oynağı nahiyələrində sıyrıqlar xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək əvvəlcə şalvarını dizə qədər endirib Zərərçəkmiş şəxs saçından tutaraq sərtləşmiş cinsiyyət orqanını zorla onun ağız nahiyəsinə salmış, daha sonra onu yerə yıxaraq üzərinə uzanıb donunu yuxarı qaldırmaqla cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməyə çalışsa da, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərdiyindən və sonuncunun əri Şahid4 əlində işıqla küçədən gəlməsini zənn edərək hadisə yerini tərk etdiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs zorlamada ifadə olunan cinayətkar niyyətini başa çatdıra bilməyib onu zorlamağa cəhd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə həmkəndlisi X6 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onun qaynı Şahid4 arvadıdır. Onların yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı ev qonşuluqda yerləşir və aralarında təxminən 150 metr məsafə vardır. Qaynı Şahid4 və onun ailə üzvləri ilə aralarında əvvəlcədən heç bir şəxsi ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs uşaqlıqdan sevmiş, lakin bu barədə heç kimə heç nə deməmişdir. Ailə üzvlərinin təkidi ilə o, Maisə Məmmədova ilə evlənmişdir. Onun Zərərçəkmiş şəxs ailəsi ilə mehriban qohumluq münasibətləri olmuşdur. O, həmişə Arzunun evinə gedib gəlmiş, Arzugil də onların evinə gedib gəlmişdir. O, 2022ci ilin mart ayında artıq Zərərçəkmiş şəxs içində saxladığı sevgi hissini etiraf etməyi qərara almış, bu məqsədlə də ilk dəfə 2022-ci ilin mart ayında Arzunun istifadəsində olan mobil nömrənin “whatsapp” proqramına sevgi məzmununda qısa videolar, gül və ürək şəkilləri göndərmişdir. Əvvəlcə sözünü açıq deməyə çəkinmiş, Arzu həmin mesajları görüb ondan nə üçün həmin məzmunda mesajlar göndərdiyini soruşmuş, o da Arzuya onu sevdiyini və artıq onsuz qala bilmədiyini bildirmişdir. Arzu ona bu cür sözlər deməməyini, onların qohum olduqlarını, qohum kimi ona hörmət etdiyini, bunu kiminsə bildiyi təqdirdə biabırçılıq ola biləcəyini demişdir. O da Arzuya qarşı olan hislərini idarə etməkdə çətinlik çəkdiyini, onunla yaxın münasibətdə olmaq istədiyini bildirmiş və onunla münasibət qurmasını Arzudan tələb etmişdir. Arzu ona “yox” cavabı vermişdir. Buna baxmayaraq o, Arzuya yenə də mesajlar yazmağa və zənglər etməyə başlamış, evlərinə gedəndə təklikdə ona öz fikrini də bildirmişdir. Lakin Arzu həmişə ona “yox” cavabı verərək ərini sevdiyini, ona qarşı başqa cür hərəkət etməyəcəyini bildirmişdi. 06 oktyabr 2022-ci il tarixdə Vilvan kəndində yerləşən “Vilvan” şadlıq sarayında onun qonşusu İlqarın qızı Səbinənin toy məclisi olmuş, toy məclisində iştirak etmişdir. Həmin toya Arzu da əri və kiçik qızı ilə birlikdə gəlmişdi. Toyda olarkən o, təxminən 500 qram miqdarında araq içmişdir. Toy zamanı Arzunu görmüş və yenidən ona qarşı hislərinin gücləndiyini hiss etmişdir. Buna görə də qərara almışdır ki, toydan sonra fürsət düşən kimi Arzugilə gedəcək və onu təklikdə tuta bilsə sonuncu ilə cinsi əlaqədə olacaqdır. O, Arzunun kiçik qızı Nəzrini yanına çağırmış, sonuncu ilə bir az söhbət edib zarafatlaşmışdır. Həmin vaxtı o, sərxoş vəziyyətdə olmuş, Nəzrini yanına çağırıb ona bildirmişdir ki, “sənin ananı çox sevirəm, bu barədə heç kimə heç nə demə, həmçinin bizi nə vaxtsa birlikdə görsən belə yenə də bu barədə heç kimə heç nə demə, əgər desən məndən incimə”. Bunu deməkdə məqsədi o olmuşdur ki, toydan sonra Arzugilə getsin və Nəzrin onu orada görsə heç kimə heç nə deməsin. Çünki o, əvvəllər də dəfələrlə Arzunu təklikdə tutmaq üçün onlara getmiş, lakin həmişə Nəzrin Arzunun yanında olmuşdur. Onun bu sözlərindən sonra Nəzrin ondan qorxmuş və onun yanından qaçaraq anasının yanına getmişdi. Həmin vaxtı Arzu da onu görmüşdü. Saat 23 radələrində o, toydan çıxmış, toydan çıxan zaman ətrafa göz gəzdirmiş və Arzunun toyda olmadığını görmüşdür. O, başa düşmüşdür ki, onlar toydan çıxaraq evlərinə getmişlər. O, toydan çıxaraq həmkəndlisi Faridin idarə etdiyi VAZ 2107 markalı taksi avtomobili ilə yaşadıqları kəndə tərəf gəlmişdir. O, İstisu qəsəbəsində avtomobildən düşərək yaşadığı kəndə doğru piyada getməyə başlamışdır. Bu zaman Arzuya zəng edib evdə olub-olmadığını soruşmuş, Arzu da evdə olduğunu bildirmiş, o, Arzuya “bir azdan sizə gəlirəm, şərəfsiz ərində evdədirmi?” sözlərini demişdir. Arzu isə ərinin yolda olduğunu, lakin hələ evə gəlmədiyini bildirərək onun oraya gəlməsinə etiraz etmişdir. O, həmin vaxt əsəbləşərək Arzunu və ərini söyüb təhqir etmiş və telefonu söndürmüşdür. Bundan sonra onların evlərinə doğru piyada getmişdir. Həyətlərinə giriş qapısının ağzına çatanda yenidən Arzuya zəng etmiş və evdə kimin olduğunu soruşmuş, bu zaman Arzu evdə tək olduğunu, lakin ərinin yolda olduğunu və hər an gələ biləcəyini deyərək ona yalavrıb onlara gəlməməsini xahiş etmişdir. O, Arzunun ərinin hələ gəlmədiyini eşidib daha da cürətlənmiş və onların həyətinə girib, evlərinin sol künc hissəsindəki təndirxana tərəfdən olan qapıdan evin birinci mərtəbəsinə daxil olmuşdur. O, qohum olduqlarından əvvəllər də həmin evə maneəsiz daxil olub çıxdığı üçün hadisə zamanı da evə rahatlıqla girmişdir. O, zala daxil olan kimi Arzunun uşaqlarının yatdığını düşündüyü üçün nisbətən asta səslə danışmağa başlamış, Arzu irəli gələrək əsəbi şəkildə ondan evi tərk etməyini tələb etmişdi. O, həmin vaxt Arzunun əynində qısaqol yay donunu görmüş və ona qarşı olan hisləri yenidən alovlanmışdı. Ona yaxınlaşaraq onu öpmək istəmiş, lakin Arzu əli ilə onu geriyə itələmişdir. O, Arzuya “artıq bu gün mənim olacaqsan, çoxdankı arzumu bu gün həyata keçirəcəyəm” sözlərini deyərək yenidən ona yaxınlaşmış, lakin Arzu onu özündən uzaqlaşdırmış, Arzunun onu özündən uzaqlaşdırması onu daha da həvəsə gətirmişdi. O, yenə də Arzuya doğru yaxınlaşmış, sinəsindən öpməyə çalışmış, lakin Arzu onun başına şillə vuraraq onu itələmişdi. O, Arzunun müqavimətini qırmaq üçün onun sifət nahiyəsinə 3-4 dəfə şillə və yumruqla zərbə endirmiş, həmin zərbələrdən sonra Arzu yerə yıxılmış, onun burnundan qan açılmış və sifət nahiyəsi də qanamışdır. Arzu yıxılan kimi o, Arzunun qarşısına getmiş, bu zaman Arzu yerdə, yarıoturaq vəziyyətdə qalmışdı. O, Arzunun tam qarşısında dayanaraq şalvarını dizə qədər endirib sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını çıxartmış, Arzu üzünü kənara çevirmiş, Arzunun saçından tutaraq cinsiyyət orqanını zorla sonuncunun üzünə sürtmüş, ağzına salmaq istəyən zaman Arzu arxaya çəkilmiş, o, Arzunun hər iki sifət nahiyəsindən sıxıb cinsiyyət orqanını zorla onun ağzına salaraq başının arxasından tutub təxminən 1 dəqiqəyə yaxın irəli-geri hərəkət etdirmişdir. Bundan sonra artıq Arzu ilə cinsi əlaqədə olmaq üçün onu itələyib yerə yıxmışdır. Həmin vaxtı Arzu əlləri və ayaqları ilə müqavimət göstərərək onu vururdu. O, tez-tez qapıdan çölə boylanaraq kiminsə gəlib-gəlmədiyini yoxlayırdı. Çünki Arzunun ərinin hər an gələ biləcəyindən qorxurdu. Sonuncu dəfə çölə baxanda heç kimin gəlmədiyini görüb Arzu ilə cinsi əlaqədə olmaq üçün onun üstünə uzanmış və onun sinə və boyun nahiyəsini öpməyə çalışmışdır. Lakin Arzu ona mane olmuş, əlləri ilə başına vurmuşdur. O, əlini ataraq Arzunun donunu yuxarı qaldıraraq budlarını sıxmağa başlamışdır. Arzunun alt paltarını kənara çəkib cinsiyyət orqanını Arzunun cinsiyyət orqanına yaxınlaşdırmaq istəmiş, lakin Arzu ayaqları ilə onu itələmiş və onun ayağı hamamın çölündəki əl-üz yuyanın aşağı hissəsinə dəyərək əl-üz yuyanın həmin hissəsini sındırmışdı. O, yenidən Arzunun üzərinə uzanmış və əlləri ilə Arzunun sinə nahiyəsini və budlarını sıxaraq “sən bu bədəni nə üçün mənə rəva görmürsən, bu bədən mənim olmalıdır” sözlərini demiş, lakin Arzu ona etiraz edərək özündən uzaqlaşdırmışdı. O, qaynının artıq gələ biləcəyini düşünüb yenidən çölə baxmış və küçə tərəfdə işıq gəldiyini görüb şalvarını yuxarı çəkərək təndirxana tərəfdən çıxıb həyətin sol tərəfindən meşəlik əraziyə keçmiş və qaçaraq yaşadığı evə getmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə həmkəndlisi və əmisi oğlu Şahid4 ilə ailə həyatı qurmuş, birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. X2 da onlarla qonşuluqda yaşayır, sonuncu həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onun baldızı və ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin mart ayında baldızının əri Şahid “whatsapp” proqramı vasitəsilə mesajlar yazmağa başlamış, Şahidin ona yazdığı mesajlar sevgi xarakterli mesajlar olmuşdur. Şahidin ona bu məzmunda mesajlar yazmasından qorxuya düşərək ona bildirmişdir ki, “Şahid, bu nə deməkdir, sən nə üçün mənə sevgi məzmunlu mesajlar yazır, mahnı və videolar göndərirsən?” Bu zaman Şahid bildirmişdi ki, ondan xoşu gəlir, onu sevir, onsuz qala bilmir, onunla cinsi əlaqədə olmaq istəyir. O, Şahidə bunun mümkünsüz olduğunu, ərinin və övladlarının olduğunu, ailəsinə sadiq olduğunu demişdir. Lakin Şahid ondan əl çəkmirdi. O, qorxusundan bu barədə ərinə bildirməmişdir. Məcbur qalaraq Təqsirləndirilən şəxsla mehriban danışmışdır ki, ondan uzaqlaşsın. Şahid həmişə müxtəlif bəhanələrlə tez-tez onlara gəlirdi, ərinin də baş verən hadisələrdən məlumatı olmadığı üçün Şahidin onlara gəlməsinə adi qaydada, qohum kimi normal baxırdı. Şahid bir neçə dəfə o, evdə kiçik qızı ilə olan zaman onlara gəlmiş, onunla söhbət etmək istədiyini bildirmişdi. Lakin o, Şahidin artıq-əskik hərəkət edə biləcəyindən qorxduğu üçün həmişə kiçik qızına demişdir ki, onun yanında qalsın. Şahid müxtəlif bəhanələrlə qızını evdən uzaqlaşdırmağa çalışırdı, ona deyirdi ki, gedib həyətdə oynasın, ya da otağında televizora baxsın. Lakin qızı onun yanından əl çəkmirdi. O, hiss edirdi ki, Təqsirləndirilən şəxs onunla təklikdə qalarsa, ona qarşı nəsə artıq hərəkət edə bilər. 06 oktyabr 2022-ci il tarixdə əri və kiçik qızı ilə Vilvan kəndində yerləşən “Vilvan” şadlıq sarayında atasının dayısı nəvəsi Səbinənin toy mərasiminə getmişlər. Təqsirləndirilən şəxs da həmin toy mərasimində iştirak edirdi. O, toy mərasimində Şahidin hərəkətlərindən hiss etmişdir ki, sonuncu spirtli içki qəbul etmişdir. Toy mərasimində Şahid onun kiçik qızı ilə söhbət edirdi, o, bunu kənardan görmüş və hiss etmişdir ki, qızı çox qorxmuşdur, Şahid qızına nə demişdisə, qızı özünü çox narahat hiss edirdi. Saat təxminən 22 radələrində o, qızı ilə birlikdə toydan çıxıb evə qayıtmışlar. Əri isə toyda qalmışdır. Evə gələndən sonra uşaqlar bir az televizora baxıb yatmışlar. O da ərini gözləməyə başlamış, uşaqlar isə yataq otağında televizora baxırdılar, o, sonuncu dəfə uşaqlara baş çəkəndə onlar yuxuya getmişdilər. O, zalda olanda Şahid ona zəng edib onu toyda görüb çox bəyəndiyini, gözəl göründüyünü, ona qarşı olan hislərinə sahib çıxmaqda çətinlik çəkdiyini və onlara gəldiyini bildirmişdi. O, Şahidə gəlməməsini bildirmiş, bu zaman Şahid ərinə və qaynatasına qarşı nalayiq ifadələr işlədib, onları söyərək gələcəyini demişdi. O, Şahidin səsindən içkili olduğunu hiss etmiş və dediklərinin yalan ola biləcəyini, onlara gəlməyəcəyini düşünmüşdür. Bir az keçdikdən sonra həyətdən səs gəldiyini görüb təndirxana tərəfdən həyətə çıxmış və Şahidin küçədən onların evinə doğru gəldiyini görmüşdür. O, qaçaraq evə keçmiş və qapını bərkdən örtmüşdür ki, Şahid qapını örtdüyünü görüb evə gəlməsin və çıxıb getsin. O, zalda oturan vaxt Şahid qapını açaraq içəri daxil olmuş, bu zaman o, Şahidə doğru gedərək içkili olduğunu, onlardan çıxıb getməsini və hər an ərinin gələ biləcəyini demişdir. Şahid ona doğru gələrək əlini onun sinəsinə atmış və onu çox bəyəndiyini, onun üçün öldüyünü bildirmişdi. O, əli ilə Şahidin əlini itələmiş, Şahid ona doğru gələrək əvvəlcə onu tutub özünə tərəf çəkmiş və onu öpmək istəmiş, lakin o, Şahidi özündən uzaqlaşdırmışdır. O, uşaqlar səs eşitməsin deyə asta səslə Şahidə yalvarmışdır ki, çıxıb getsin, etdiyi hərəkət düzgün hərəkət deyil, nəsil arasında qan düşə bilər. Lakin Şahid ondan əl çəkmirdi. Həmin vaxtı Şahid ondan ərinə zəng etməsini və harada olmasını maraqlanmağı tələb etmiş, o da ərinə zəng edərək onun Osaküçə kəndində bəyin evində olduğunu və birazdan çıxaraq evə gələcəyini öyrənmişdir. O, telefonu söndürən kimi Şahid yenə də onun üstünə gəlmiş, o, Şahidi özündən uzaqlaşdıran zaman Şahid onun qollarından tutaraq onu divara sıxmış və sinəsindən öpməyə çalışmışdı. O, Şahidi arxaya itələmiş, bu zaman Şahid onun sifətinə şillə və yumruqla zərbə endirmiş, o, müvazinətini itirərək divarın dibindəki səkinin üzərinə yıxılmışdır. Bu zaman onun burnundan qan açılmışdır. Şahid onun qollarından tutaraq onu zalın döşəməsinə yıxmış və yarı oturaq vəziyyətdə qalmış və sifətindən qan axırdı. Hadisə zamanı onun əynində qara rəngli qısaqol yay donu, Şahidin əynində isə açıq boz rəngli şalvar və ağ rəngli uzunqol köynək olmuşdur. O, yerdə yarıoturaq vəziyyətdə olan zaman Şahid şalvarını aşağı salaraq dizə qədər endirmiş və sərtləşmiş vəziyyətdə olan cinsi orqanını əlinə götürüb “bu da səni istəyir, görürsən də nə vəziyyətə gəlibdir” sözlərini demişdir. Bundan sonra Şahid həmin vəziyyətdə ona yaxınlaşmış və saçından tutaraq başını cinsiyyət orqanına tərəf çəkmişdi. O, geriyə dartınmaq istəsə də, buna gücü çatmamış, Şahid cinsi orqanını zorla onun üzünə sürtərək ondan ağzını açmasını tələb etmişdir. O, isə ağzını açmırdı, bu zaman Şahid onun sifətindən əli ilə tutaraq zorla onun ağzını sıxmış və ağzı aralanan kimi cinsiyyət orqanını ağzına salaraq irəli-geri hərəkət etdirməyə başlamışdı. O, boğulduğu üçün geriyə dartınmaq istəsə də, Şahid əli ilə başının arxasından güc verərək ona bunu etməyə imkan vermirdi. Şahid təxminən 30-40 saniyə cinsiyyət orqanını onun ağzında hərəkət etdirmiş və sonra ağzından çölə çıxararaq “xoşuna gəlir, ərin də sənə bu cür kayf yaşadır?” sözlərini demişdir. Bundan sonra Şahid ona yenə də şillə ilə vurmuş və nəticədə o, yerə uzanmış, Şahid şalvarı dizində həmin vəziyyətdə onun üstünə uzanmış və donunu yuxarı qaldırmışdı. Şahid onun bud nahiyələrini əli ilə sıxmağa başlamış və “indi bu dəqiqə mənim olacaqsan” sözlərini demişdir. O da Şahidi üstündən kənarlaşdırmağa çalışırdı. Şahid əli ilə onun alt paltarını çıxarmağa çalışırdı, lakin o, buna mane olurdu və Şahidə həm əli ilə, həm də ayağı ilə zərbələr endirirdi. Şahid onun üstünə uzanaraq “sakit qal, işimi tez bitirim” sözlərini deyirdi. O isə Şahidə “sən çox şərəfsiz adamsan, rədd ol bizim evdən” sözlərini deyərək müqavimət göstərirdi. O, Şahidə bir neçə dəfə yalandan “çöldən işıq gəlir, ərim gəlir” sözlərini demiş, Şahid bu zaman bir az qabağa gedərək qapıdan çölə baxıb geri qayıdırdı. Sonuncu dəfə o, Şahidə bu sözü deyəndə Şahid qapıdan çölə baxmış və küçədən işıq gəldiyini görərək “şərəfsiz ərin gəlir” sözlərini deyib tez şalvarını çəkərək təndirxana tərəfdən çıxıb meşəlik əraziyə doğru qaçmışdı. O, tez ayağa qalxaraq əynini dəyişmiş, üzünə su vurub üzünün qanını təmizləyib işıqları söndürüb yatdığı otağa getmişdir. O, otağa girəndən qısa müddət sonra əri gəlmişdi. Əri onu bu vəziyyətdə görməsin deyə yorğanı başına çəkmiş, əri evə gəldikdən sonra yorğun olduğundan yatmış və onu həmin vəziyyətdə görməmişdi. Növbəti gün səhər açılanda onlar yerlərindən qalxdıqdan sonra əri onun üz gözünün göyərdiyini görüb nə baş verdiyini soruşmuş, o da ərinə qorxduğu üçün yalandan hamamda yıxıldığını demişdir. Əri həmin vaxt ona inanmışdır. Bundan sonra Şirinsu kəndində yaşayan bacısı Vüsalə 08 oktyabr 2022-ci il tarixdə onun yıxıldığını eşidib onlara gəlmiş, onun vəziyyətini görüb nə baş verdiyini soruşmuş, o da təklikdə nə baş verməsi barədə bacısına məlumat vermişdir. Bu qayda ilə baş verənləri qohumları bilmiş və onlar şikayət etmişlər. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edirəm. Şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, 2006-cı ildə Lənkəran rayonu, Şirinsu kənd sakini X3 ilə ailə həyatı qurmuş, birgə nikahlarından üç övladları dünyaya gəlmişlər. Zərərçəkmiş şəxs onun bacısıdır. Zərərçəkmiş şəxs 2007-ci ildə həmkəndliləri və əmisi oğlu olan Şahid4 ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs baldızı Maisə Məmmədovadır. Onlar da bacısıgillə qonşuluqda yaşayırlar. Maisə Məmmədovanın əri Təqsirləndirilən şəxsdur. Nə onun, nə də bacısının ailəsinin Təqsirləndirilən şəxs və onun ailəsi ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 08 oktyabr 2022-ci il tarixdə səhər saatlarında bacısının əri Şahid4 Zərərçəkmiş şəxs hamamda yıxılmışdır. O, bu zaman narahat olaraq Arzu ilə telefonla danışmış, harada yıxıldığını və nə baş verdiyini soruşmuşdur. Bu zaman Arzu telefonda ağlamağa başlamış və onun yanına gəlməsini xahiş etmişdi. O, həmin gün əri ilə birlikdə axşam saatlarında bacısıgilə getmiş, Arzunun üz-gözünün pis vəziyyətdə olduğunu görüb nə baş verdiyini soruşmuş, bacısı ağlayaağlaya hamamda yıxıldığını demişdir. O, bacısı ilə təklikdə söhbət edirdi. O, Arzuya həmin xəsarətlərin yıxılan adamın xəsarətlərinə oxşamadığını bildirmişdir. Onlar həmin gün bacısı ilə sonuncuya məxsus evin ikinci mərtəbəsində olan otaqda yatmışlar. Yatan zaman bacısı ona bildirmişdi ki, 06 oktyabr 2022-ci il tarixdə əri Mübariz toyda olan vaxt baldızının əri Təqsirləndirilən şəxs onlara gəlmiş və onu döyüb xəsarət yetirmişdir. Şahidin nə üçün onu döydüyünü, bu məsələnin nə məsələ olduğunu soruşmuşdur. Bacısı ona əlavə heç nə deməmiş və ağlamağa başlamışdı. O, Arzunun vəziyyətinin pis olduğunu görüb dərhal qardaşı Balayara zəng etmiş, “sən harda ölmüsən ki, bacını gəlib evində döyürlər” sözlərini demiş və Şahidin Arzunu döydüyünü bildirmişdir. Bundan sonra əri Hüseynə də bildirmişdir ki, gedib Balayarı tapsın, əlindən xəta çıxar. Hüseyn də Balayarın ardınca getmişdi. Arzu həmin gecə ona əlavə heçnə deməmişdi. Növbəti gün səhər anası da Arzugilə gəlmiş, onlar birlikdə yenidən Arzu ilə söhbət etmiş və nə üçün Şahidin Arzunu döyməsini Arzudan soruşmuşlar. Həmin vaxtı Arzu ağlayaraq onlara bildirmişdi ki, olanları deməyə qorxur, çünki əri Mübarizin və qardaşı Balayarın gedib Şahidi öldürə biləcəyindən qorxur. Bundan sonra Arzu ağlayaraq bildirmişdi ki, Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, ondan əl çəkmir, ona hədə-qorxu gələrək onunla cinsi əlaqədə olmaq istəyir, 06 oktyabr 2022-ci il tarixdə isə onlara gələrək ona qarşı əxlaqsız hərəkətlər edib onunla zorla cinsi əlaqədə olmaq istəmiş, o, müqavimət göstərdiyinə görə ona xəsarət yetirmiş, daha sonra onun müqavimət göstərməsinə və sonra da əri Mübarizin küçəyə daxil olmasına görə işini tam bitirə bilməyib təndirxana tərəfdən qaçdığını bildirmişdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Havzava kənd tam orta məktəbinin 4A sinfində təhsil alır. Anası Zərərçəkmiş şəxs, atası isə Şahid4dur. Onun bibisi Maisə Məmmədova, bibisinin əri isə Təqsirləndirilən şəxsdur. Onlar qonşuluqda yaşayırlar. Həm bibisi, həm də bibisinin əri tez-tez onlara gəlirlər, həmçinin onlar da bibisigilə gedirlər. 06 oktyabr 2022-ci il tarixdə o, atası və anası ilə birlikdə Vilvan kəndinə qohumları Səbinənin toyuna getmişlər. Həmin toyda Təqsirləndirilən şəxs da olmuşdur. Onlar toyda olan vaxt Şahid onu yanına çağırmışdır. Bu zaman o, Şahidin araq içməsini görmüşdür. Onu yanında otuzdurub, stolun üstünə siqaret qutusunu və alışqanı qoyaraq ona bildirmişdir ki, “təsəvvür et ki, siqaret qutusu sənin atandır, alışqan isə anandır.” Daha sonra siqaret qutusunu yerə atmış və ona bildirmişdi ki, “atan artıq yoxdur, sən kiminlə qalacaqsan?”. O da bildirmişdir ki, o, anası və atası ilə birlikdə qalacaq və qorxub ağlamağa başlamışdır. Daha sonra Şahid əlində olan mobil telefonu ona verib bildirmişdir ki, “əgər həmin telefonu mənə geri qaytarsan, deməli bizim aramızda olan söhbəti heç kimə deməyəcəksən, yox əgər telefonu qaytarmasan deməli bütün aramızda danışdıqlarımızı hamıya deyəcəksən.” O, qorxduğu üçün telefonu geri qaytarmış və heç kimə heç nə deməyəcəyini bildirmişdir. Bu zaman Şahid əsəbləşərək telefonu yerə tullayaraq, daha sonra yenə də araq içməyə davam etmişdir. Bundan sonra onu özünə tərəf çəkmiş və qulağına bildirmişdi ki, “mən sənin ananı sənin yaşda olandan sevirəm, özü də çox sevirəm, indi də sənin ananı sevirəm”. O, Şahidə bildirmişdir ki, “anam atamı sevir, səni sevmir.” Bu zaman Şahid barmağını havada silkələyərək ona “sənin atanı, nənəni, babanı öldürəcəyəm, anan da məcbur qalıb mənimlə qalacaq, sən də bizimlə qalacaqsan”-deyə bildirmişdir. O isə Şahidi istəmədiyini, həmçinin anasının da onu istəmədiyini, anasının onunla heç vaxt birlikdə qalmayacağını bildirmişdir. Bu zaman Şahid ona “atanın boğazını kəsərəm, ananı döyüb ona əzab verərəm”-deyə bildirmişdir. O, çox qorxduğu üçün ondan uzaqlaşıb anasının yanına getmək istəmiş, həmin vaxtı Şahid onu saxlamış və ona bildirmişdi ki, aralarında olan söhbət barədə heç kimə heç nə deməsin. Şahid, həmçinin ona bildirmişdi ki, “əgər ananla məni bir yorğanın altında görsən belə bu barədə heç kimə heç nə demə”. Bundan sonra o, Şahidin yanından uzaqlaşaraq anasının yanına getmişdir. O, anasının yanına gedəndən sonra qorxduğundan bu barədə anasına heç nə deməmişdir. Bundan sonra gecə toydan çıxmış və evlərinə gəlmişlər. Onlar evə gəldikdən sonra evin birinci mərtəbəsində yerləşən otaqlarında televizora baxmağa başlamışlar. Anaları isə toy paltarını dəyişib, evdə geyindiyi qısaqol xalatını geyinmişdir. Qardaşları bir az televizora baxdıqdan sonra yuxuya getmişlər. O isə yatmamışdı. Təxminən 1-2 saatdan sonra o, anasının və Şahidin səsini eşitmişdir. Şahid zalda anasını, atasını, babasını pis söyüşlərlə söyməyə başlamışdır. Anası isə onu sakitləşdirməyə çalışırdı. Bu zaman Şahid anasını vurmağa başlamışdır. Onların otağının qapısı bağlı idi. O, qorxduğu üçün çölə çıxa bilmirdi. Anası ağlayırdı, anasının ağlamaq səsini eşidirdi. Buna baxmayaraq Şahid yenə də anasını söyürdü. Arzu isə ancaq ağlayırdı. Şahid anasına “sən mənim olmalısan, mən səni çox sevirəm, sən də məni sevməlisən və mənimlə birlikdə getməlisən” sözlərini deyirdi. Anası isə Şahidi sevmədiyini, onunla getməyəcəyini bildirirdi. Bir az keçdikdən sonra sakitlik yaranmış, o, hiss etmişdi ki, Şahid çıxıb getmişdir. Anası isə tələsik şəkildə otağa girib yerinə uzanmışdı. O, həmin vaxtı qorxusundan yatmamış, yalandan gözlərini yummuşdu. Bir az keçdikdən sonra atası evə gələrək yerinə uzanıb yatmışdı. Növbəti gün atası anasının vəziyyətini görüb nə baş verdiyini anasından soruşmuş, anası isə hamamda yıxıldığını demişdi. Bir-iki gün keçdikdən sonra isə anası Şahidin onu döyməsini atasına bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 18 oktyabr 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri, Lənkəran rayonu, Havzava kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir əşya, predmet və sair aşkar edilərək götürülmədi. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında haqqında” protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş köynək ağ rənglidir. Uzunqoldur. Yeddi ədəd düymə ilgəyinə malikdir. Köynəyin uzunluğu 600 mm, çiyin hissədən eni 365 mm-dir. Köynəyin səthi çirklidir, üzərində istismar nəticəsində yaranmağa xarakterik izlər və qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Köynəyin beş ədəd düyməsi yerində müşahidə edilmir. Köynəyin səthi üzərində adi gözlə baxdıqda hər hansı zədə aşkar edilmədi. hadisə zamanı Təqsirləndirilən şəxs əynində şalvar boz rənglidir. Ön hissəsi zəncirbəndli, iki yan, iki arxa cibə malikdir. Şalvarın uzunluğu 950 mm, bel hissədən eni 410 mm-dir. Şalvarın üzərində istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Şalvarın səthi üzərində adi gözlə baxdıqda hər hansı zədə aşkar edilmədi. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında haqqında” protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş don tünd göy rəngdədir. Üzərində bej, mavi rəngli naxışları vardır. İki ədəd yan ciblərə malikdir. Donun uzunluğu 995 mm, çiyin hissədən eni 390 mm-dir. Donun üzərində istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Donun səthi üzərində adi gözlə təbii işıq altında baxdıqda hər hansı bir zədə aşkar edilmədi. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş büstqalter çəhrayı rənglidir. Büstqalterin uzunluğu 720 mm, eni 190 mm-dir. Büstqalterin səthi üzərində adi gözlə təbii işıq altında baxdıqda hər hansı bir zədə aşkar edilmədi. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş tuman qara, qəhvəyi və bej rənglərindən ibarətdir. Tumanın uzunluğu 230 mm, bel hissədən eni 330 mm-dir. Tuman üzərində istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Tumanın səthi üzərində adi gözlə təbii işıq altında baxdıqda hər hansı bir zədə aşkar edilmədi. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1032 nömrəli rəyində göstərilir ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki göz qapaqları-gözaltı, üst dodaq, sol döş vəzisi, sol kürək, sol sarğı, sağ bud nahiyələrində qançırlar, sağ sağrı, sağ bud, sol diz oynağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər fiziki zor tətbiq etməklə əmələ gəlmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1075 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan məhkəmə-trosoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1527 nömrəli rəyində göstərilir ki, təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş...” yazıları olan bağlamalardan aşkar edilmiş bir ədəd uzunqol köynəyin və bir ədəd şalvarın səthində zədə yoxdur. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş...” yazıları olan bağlamalardan aşkar edilmiş bir ədəd donun, bir ədəd büstqalterin və bir ədəd tumanın səthində zədə yoxdur. Rəfə əlavə olunmuş ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan lifli materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6269 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Rəfə əlavə olunmuş ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 154 (yüz əlli dörd) manat təşkil edir. İş materiallarında olan məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2960 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azəerbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs inadkarlıq, kobudluq, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 765/2022-MTBŞ nömrəli rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs qan qrupu: A(İİ)RH+ (şəxsiyyət vəsiqəsindən). Məhkəmə bioloji ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol və sağ yarısının ön səthlərində və qolları üzərində müxtəlif intensivlikdə insan qanı, ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin olunan zaman antigen qismində “B” antigeni, əksər ləkələrdə isə aqqlyutinin qismində həmçinin “alfa” aqqlyutini də müəyyən edildi. “B” antigeni tək halda, həmçinin “alfa” aqqlyutini ilə birlikdə B(İİİ) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin AB0 sistemi üzrə həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə də, bu qan ləkələrinin AB0 sistemi üzrə A(İİ) qan qruplu Zərərçəkmiş şəxs məxsus olması inkar olunur. Tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus don, trusik, Təqsirləndirilən şəxs məxsus köynəyin yaxalığı, şalvar üzərində olan ləkələrdə tədqiqat zamanı qan, Zərərçəkmiş şəxs məxsus büstqalter üzərində isə baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar edilmədi. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli «telefon məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə “22299-xx.xx.2022” adlı qovluğun olması aşkar edildi. Həmin qovluğa daxil olduqda 7 (yeddi) ədəd faylın olması müşahidə edilir. “507240646_SMS.txt” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan sms mətnləri müşahidə olunur. xx.xx.2022-ci il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**- **” saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə “Seni seviren hey severem seni seni çox gözledim heyatm” məzmununda ismarıcın yazılması müşahidə edilir. xx.xx.2022-ci il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus “***-***- **-**” saylı mobil nömrəyə “Seni sevirem he sevecem menim qabağmı heç kimse tuta bilmez Senden xayiş edirem meni sensiz ve kimsesiz qoyma xayiş edirem ölerem men sensiz Seni sevirem Sen menimsen Seni kimseye vermerem X14 çox sevirem Mene zeng vurarsan Meni atsan men sensiz ne ederem Seni sevirem” məzmununda ismarıcların yazılması müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 21:54-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus “***-***- **-**” saylı mobil nömrəyə “Salam necesen meni nege tez onutdun” məzmununda ismarıcın yazılması müşahidə edilir. Həmin faylda iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir məlumat aşkar edilmədi. “508685882_SMS.txt” adlı fayla daxil olduqda Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan sms mətnləri müşahidə olunur. Həmin faylda yuxarıda qeyd edilənlərdən başqa iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat aşkar edilmədi. “**********46.txt” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər müşahidə olunur. Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə mütəmadi və qarşılıqlı olaraq zənglərin edilməsi və danışıqların olması müşahidə edilir. Həmin nömrələr arasında sonuncu danışıq xx.xx.2022-ci il tarixdə saat 23:00-da 1514 saniyə müddətində olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə zəngin edildiyi müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 10:42-də Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə zəngin edildiyi və aralarında 187 saniyə danışığın olması müşahidə edilir. Həmin faylda iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir məlumat aşkar edilmədi. “**********82.txt” adlı fayla daxil olduqda Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər müşahidə olunur. Təqsirləndirilən şəxs məxsus “***- ***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə mütəmadi və qarşılıqlı olaraq zənglərin edilməsi və danışıqların olması müşahidə edilir. Həmin nömrələr arasında sonuncu danışıq xx.xx.2022-ci il tarixdə saat 23:00-da 1514 saniyə müddətində olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə zəngin edildiyi müşahidə edilir. xx.xx.2022-ci il tarixdə saat 10:42-də Zərərçəkmiş şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə zəngin edildiyi və aralarında 187 saniyə danışığın olması müşahidə edilir. Həmin faylda iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir məlumat aşkar edilmədi. Qovluqda olan digər “abuneciler.xlsx” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan “Azercell” nömrəli mobil nömrələrin hansı şəxslərin adına qeydiyyatda olması müşahidə olunur. Həmin faylda iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat aşkar edilmədi. Qovluqda olan digər “antenna.xlsx” və “subs.info.xlsx” adlı fayllara daxil olduqda iş üçün əhəmiyyətli hər hansı bir məlumat aşkar edilmədi. İş materiallarında olan 03 noyabr 2022-ci tarixli Lənkəran Rayon Mərkəzi X9 şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran RMX-a xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran RMX-nın TY şöbəsinə “Bədənin müxtəlif nahiyyəsinin travması” diaqnozu ilə müraciəti qeydə alınmışdır. İş materiallarında olan 04 noyabr 2022-ci tarixli Lənkəran şəhər Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanasınada qeydiyyatda deyil. İş materiallarında xx.xx.2022-ci il tarixli Havzava kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışından, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərində görünür ki, X1 rayonu, Havzava kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından xx.xx.2008-ci il təvəllüdlü Fatiq Məmmədov adlı yetkinlik yaşına çatmayan və xx.xx.2010-cu il təvəllüdlü Fidan Məmmədova adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs X1 rayon məhkəməsinin icraatında 31 may 2017-ci il tarixli, 1(049)-159/2017 saylı hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanuna əsasən təyin edilmiş islah işləri cəzasından azad olunmuşdu. Məhkumluğu yoxdur. İş materiallarında olan 23 oktyabr 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokolldan görünür ki, X5 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə X5 barəsində həbs olunmasının əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don, bir ədəd büstqalter və bir ədəd tuman, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran rayon prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 29,149.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, ilk məhkumluğunu, gənc olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla (cinayətə cəhdə görə CM-in 149.1-ci maddənin nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən , yəni 6 ildən artıq olmamaqla) həmin Məcəllənin 29, 149.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Lənkəran rayon prokurorluğunda saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don, bir ədəd büstqalter və bir ədəd tuman onun özünə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 234 (iki yüz otuz dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 234 (iki yüz otuz dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran rayon prokurorluğunda saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don, bir ədəd büstqalter və bir ədəd tuman onun özünə və Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-243/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-243/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver