Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-243/2024 06.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs3, müdafiəçisi-“Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə 4 noyabr 2002-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə barəsində Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, xx.xx.2022-ci ildə cəzanın müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1975-ci il tarixdə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, işsiz, ailəli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il 8 aya endirilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, evli, ünvan 2 ünvanında pasport qeydiyiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 (X7) oğlu və xx xxxxxx 1987-ci il tarixdə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respuublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, əlavə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, ünvan 3 ünvanında pasport qeydiyyatında olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 şəxsiyyəti özünə məlum olan “Tahir” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdar təşkil edən 9819,5 qram narkotik vasitəni qurudulmuş marixuananı N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxasında Astara rayonunun Ziya Bünyadov küçəsi ərazisində yarımtikilidə gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etmək məqsədilə qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Şirvan şəhərindən Astara rayonuna getməkdən ötrü cinayətdən xəbərsiz olan tanışı Təqsirləndirilən şəxs3 avtomobilindən istifadə etmək üçün sonuncunu Astara rayonunda yaşayan dostu ilə görüşəcəyinə inandıraraq 130 manat pulun müqabilində onları avtomobili ilə əvvəlcə Lənkəran şəhərinə, sonra isə Astara rayonuna aparması barədə razılığa gəlmişlər. Cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs3 01 mart 2023-cü ildə saat 22 radələrində özünə məxsus VAZ-2107 markalı AZ **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və cinaytəkar qrupun üzvü Təqsirləndirilən şəxs2 Şirvan şəhərindən Astara şəhərinə aparmış, 2 mart 2023-cü il tarixdə gecə saat N radələrində onlar Astara şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobili N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Ziya Bünyadov küçəsində yerləşən yarımtikilinin ərazisində saxlatdırmış və Təqsirləndirilən şəxs2lə birlikdə avtomobildən düşmüş, cinayətdən xəbərsiz olan sürücü Təqsirləndirilən şəxs3 isə avtomobildə onları gözləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə iki ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı 2 mart 2023-cü il tarixdə, saat 0N radələrində N saylı hərbi hissənin 16-x SZ-nın 18-ci sahəsinin arxasında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Təqsirləndirilən şəxs2 (X1) cinayətkar qrupa məxsus iki ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, təmiz çəkisi 9819,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, astaralı kimi tanıdığı Tahir adlı şəxslə “WhatsApp”da tanış olmuşdur. Həmin şəxs ona öz istifadəsi üçün marixuana verə biləcəyini, götürmək istəsə Astara şəhərinə gəlməli olduğunu bildirmişdir. Astara şəhərinə getmək və narkotiki götürmək üçün tanışı olan həmyerlisi Təqsirləndirilən şəxs2 təklif etmiş, ona Astaradan 30-35 qram marixuana götürəcəklərini və istifadəsi üçün ona da narkotikdən verəcəyini bildirmiş, Əli də onun bu təklifi ilə razılaşmışdır. 01 mart 2023-cü il tarixdə taksi sürücüsü kimi fəaliyyət göstərən Kamalla danışmış, ona yalandan dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getmək lazım olduğunu bildirmişdir. 01 mart 2023-cü ildə axşam saat 22 radələrində Şirvan şəhərindən Lənkəran şəhərinə yola düşmüşlər. Lənkəran şəhərinə çatmağa az qalmış Kamala dostunun onu Lənkəran şəhərində deyil, Astara şəhərində gözlədiyini bildirmiş, bunun müqabilində ona danışdıqları puldan artıq da pul verəcəyini demişdir. Astara şəhərinə çatdıqda Tahir adlı şəxs ona “WhatsAApp” mobil şəbəkəsində “İstisu” istirahət mərkəzi yazılan lövhənin şəklini göndərmiş və narkotikin həmin lövhənin altında olduğunu bildirmişdir. Martın 2 - si gecə saat 0N radələrində Kamalın idarə etdiyi maşınla həmin əraziyə çatdıqdan sonra Əli ilə özü narkotiki götürmək üçün Astara şəhərində yarımtikilinin yaxınlığında maşından düşmüşlər, Kamal isə maşında onları gözləmişdir. Əli ilə lövhənin yanında narkotiki axtaran zaman hərbiçilər tərəfindən saxlanılmışlar. Saxlanılan zaman qorxduğundan özünə bıçaqla xəsarət yetirmiş, bununla bağlı üç gün xəstəxanada yatıb müalicə almışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Astara rayonuna getməkdə və narkotiki əldə etməkdə məqsədi narkotikdən istifadə etmək olmuşdur. Narkotiki götürmədən hərbiçilər tərəfindən saxlanılmışdır. Taksi sürücüsü Kamal ilə özü danışmış, Kamala 80-100 manat yol pulu verəcəyini bildirmişdir. Saxlanılarkən hərbiçilər tərəfindən döyülmüşdür. Taksi sürücüsü Kamalın onların narkotik dalınca Astara şəhərinə getmələrindən məlumatı olmamışdır. Narkotik haqqında yalnız Əli və özü bilirdi. Maşında Tahirlə narkotik haqqında danışmamışdır. Kamalın necə saxlanıldığını görməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində “WhatsApp”da tanış olduğu şəxsin astaralı deyil, Tahir adlı iranlının ona narkotik göndərəcəyi barədə aralarında danışıqlarının olduğunu, bu barədə tanışı Kamala heçnə demədiyini, Astara şəhərində Əli ilə maşından düşüb narkotiki axtararkən anidən kiminsə qışqırıb üzərinə tullanıb onu saxladığını, bu zaman qorxusundan üzərində olan bıçaqla iki dəfə mədəsindən və qaraciyərindən özünə xəsarət yetirdiyini, bundan sonra Lənkəran Rayon xəstəxanasına aparıldığını, orada əməliyyat olunduğunu, Tahirin narkotiki hansı yolla keçirdiyini bilmədiyini, Kamal onlarla yalnız taksi sürücüsü kimi getdiyini, maşında olarkən Tahirlə narkotik haqqında danışmadığını, törədilmiş cinayətdən Kamalın məlumatının olmadığını göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə tanışı Arif ona, Astara şəhərində tanıdığı şəxsin ona 20-25 qram marixuana verəcəyini bildirmiş və birlikdə istifadə etmək üçün həmin narkotiki Lənkəran rayonuna gedib oradan götürməyi təklif etmişdir. Ariflə razılaşmış və həmin günü axşam saat 22 radələrində Arifin tanışı olan taksi sürücüsü Kamal adlı şəxslə Şirvan şəhərindən Lənkəran rayonuna yola düşmüşlər. Kamalın narkotikdən məlumatı olmamış, Arif ona, Lənkəranda dostu ilə görüşəcəyini bildirmişdir. Lənkərana çatmağa az qalmış Arif tanışı olan taksi sürücüsü Kamala dostunun onu Astara rayonunda gözlədiyindən Astaraya getməli olduqlarını və bunun müqabilində ona danışdıqlarından artıq pul verəcəyini bildirmişdir. 02 mart gecə saat 12-N radələrində Arifin mobil telefonuna göndərilən «konum»da göstərilən yerə, Astara şəhərinə çatmışlar. Kamal maşını kənarda saxlamış, özü və Arif narkotiki götürmək üçün maşından düşmüşlər. Kamal onları maşında gözəmişdir. Arifə deyilən lövhənin yanında narkotiki axtaran zaman hərbiçilər tərəfindən saxlanılmış və hərbi hissəyə aparılmışlar. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotiki götürmək üçün Astaraya getməkdə məqsədi əldə etdikləri narkotikdən istifadə etmək olmuşdur. Taksi sürücüsü Kamal ilə Arif danışmış, Arif Kamala 130 manat verəcəyini bildirmişdir. Taksi sürücüsü Kamalın narkotikdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 2 və 3 mart 2023-cü il tarixli etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində bir qədər yol getdikdən sonra 2 mart 2023-cü il tarixdə, gecə saat N radələrində Arifin mobil telefonuna göndərilən «konum»a çatmışlar. Bu vaxt Arif sürücü Kamala avtomobili əks istiqamətdə döndərib saxlayaraq onları gözləməsini demiş və Ariflə birlikdə avtomobildən düşmüşlər. Arif ona içərisində narkotik olan bağlamaların lövhənin yanında olduğunu deyərək həmin bağlamaları axtarmasını bildirmiş və bundan sonra Ariflə birgə, bir-birilərindən bir neçə metr aralıda olmaqla bağlamaları axtarmışlar. O, iki ədəd qara rəngli bağlamanı görüb həmin bağlamaları lövhənin yanında olan yarımtikilidən götürmüş və bu zaman iki nəfər şəxs tərəfindən “Dayan!” komandası verildiyini eşidib çağırışa tabe olmaqla yerində dayanmış, qeyd olunan şəxslər tərəfindən saxlanılmış və hərbi hissəyə aparılmışdır. Hal-şahidlərinin iştirakı ilə baxış keçirilmiş, bağlamada marixuanaya bənzər maddə aşkar edilmişdir. Hər şeyi səmimi olaraq etiraf etməklə Ariflə birlikdə içərisində narkotik olan bağlamaları əldə etmək üçün saxlanıldığı əraziyə getdiyini və iki ədəd bağlamanı əldə etdikdən sonra saxlanıldığını demişdir. Arifin həmin bağlamaları nə edəcəyini bilməmiş, bununla bağlı nə Arif, nə də başqa bir şəxs ona nəsə deməmişdir. Yolda olduqları zaman Arif mobil telefonla narkotiklə bağlı nəsə danışmamış, yalnız mobil telefonda danışdığı şəxsə “gözlə, çatıram, gəlirəm, yolumuza az qalıb” kimi sözlər demişdir. Buna görə də, Kamalın Arifin narkotiklə bağlı hansısa danışığını eşitmədiyini düşünür. Saxlanılan zaman, həmçinin saxlanıldıqdan sonra DSX-nin hərbi qulluqçuları ona qarşı nə fiziki, nə də psixi təsir göstərməmişlər. Kamal onlarla yalnız taksi sürücüsü kimi getmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olnumuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğuldur. 01 mart 2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhərindəki “Azad” marketin qarşısındakı avtobus dayanacağının yanında gözləyərkən Təqsirləndirilən şəxs1 bir nəfər tanımadığı şəxslə ona yaxınlaşmış və dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getməli olduqlarını bildirmişdir. Ariflə 130 manata razılaşmışdır. Lənkərana çatanda Arif ona Astaraya getməli olduğunu bildirdiyindən maşını Astara şəhərinə Arifin dediyi yerə sürmüşdür. 2 mart 2023-cü ildə gecə saat N radələrində Astara şəhərinə çatmış və Arifin dediyi yerdə maşını saxlamış, Ariflə Əli maşından düşmüş, özü isə maşında gözləmişdir. Maşında gözləyərkən «UAZ» markalı hərbi maşın onun maşınının yanında saxlamış və Şirvandan gəldiyini soruşmuş, cavabında Şirvandan gəldiyini bildirmişdir. Bundan sonra hərbiçilər tərəfindən hərbi hissəyə aparılmışdır. Orada bilmişdir ki, Arif və Əli Astara şəhərinə narkotik götürmək üçün gəlmişlər. Həmin narkotikin kimin tərəfindən göndərildiyini bilmir. Yalnız saxlanıldıqdan sonra bilmişdir ki, bağlamada narkotik vardır. Arifin özünə bıçaqla xəsarət yetirməsini saxlanıldıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, Ariflə Əli maşından düşüb getdikdən təxminən yarım saat sonra hərbiçilər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 xalası oğludur. Şirvandan çıxanda Arif onun maşınına 30 manatlıq benzin vurmuş, 100 manatı Şirvana çatanda verəcəyini bildirmişdir. Ariflə Əli tutulanda onları görməmiş, səslərini eşitməmişdir. Əli ilə Arifin narkotik üçün getməsindən məlumatı olmamışdır, bu barədə məlumatı olsa idi onlarla getməzdi. Maşınından narkotik aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin əməliyyataxtarış şöbəsinin rəisi, mayor Şahid2 ifadəsində göstərmişdir ki, 1 mart 2003-cü ildə naməlum şəxslərin Astara şəhəri, Ziya Bünyadov küçəsində olan köhnə yarımtikilidən narkotik vasitəni əldə edəcəkləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əraziyə “Pusqu” xidmətinə təyin olunmuş, gecə saat N radələrində VAZ-2107 markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin ərazidə saxladığını və maşından adlarını sonradan bildiyi Əli və Arifin düşdüyünü görmüşdür. Onlar yarımtikilinin yaxınlığında nəsə axtarmışlar, Əli iki ədəd qara rəngli bağlamanı tapıb götürmüş və oradan uzaqlaşmaq istəyərkən dərhal “Dayan” əmri vermiş, Əli bağlamanı yerə atmış və yerində dayanmışdır. Arif isə oradan qaçıb uzaqlaşarkən saxlanılmışdır. Arif saxlanılarkən əlindəki bıçaqla qarnından özünə xəsarət yetirmişdir. Buna görə də o, dərhal Lənkəran Rayon Xəstəxanasına çatdırılmışdır. Daha sonra onları gətirən maşının sürücüsü Kamal saxlanılmış və Əli ilə birlikdə hərbi hissəyə aparılmışlar. Təqsirləndirilən şəxs2 əlində olan bağlamada narkotik vasitə aşkar edilmişdir. Saxlanılarkən həmin şəxslərə qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin hərbi qulluqçusu baş leytenant Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2 mart 2023-cü ildə Təqsirləndirilən şəxs2 saxlanıldığı hadisə yerindən aşkar edilərək götürülmüş bağlamalara keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Baxış keçirilən zaman bağlamada ümumilikdə 10 (on) ədəd bükümlər aşkar edilmiş, həmin bükümlərə baxış keçirilərkən kəskin qoxulu, ot şəkilli, qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-bioloji ekspertizasının 3 mart 2023-cü il tarixli, 7/326 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli bağlamalarda ümumilikdə on ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 9819,5 qram təşkil edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 3 iyul 2023-cü il tarixli, 4111 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin, kannabinoidlərin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli, 2915 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 (X2) opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 1483 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan 2 mart 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol»dan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa istiqaməti Astara rayonu, Ziya Bünyadov küçəsi ərazisində yerləşən yarımtikilidir. Həmin vaxt saxlanılmış şəxs Təqsirləndirilən şəxs2 (X5) qeyd olunan yerdən iki ədəd qara rəngli bağlamaları 2 mart 2023-cü il tarixdə götürüb ərazidən uzaqlaşan zaman saxlanıldığını bildirmişdir. İşdə olan 2 mart 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (X3) əldə etdiyi iki ədəd qara rəngli bağlamalara baxış keçirilən zaman içərisindən 10 ədəd bükümdə ümumi çəkisi 10160 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. İşdə olan 3 mart 2023-cü il tarixli qərarla 9819 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan 18 mart 2023-cü il tarixli mobil telefona «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Xiaomi Redmi» markalı tünd boz rəngli mobil telefonda “Bakcell” operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə vardır, mobil telefonun açılış şifrəsi “2299” dur, qeyd olunan mobil telefonda mövcud olan “WhatsApp” proqramı “***-***-**-**” saylı nömrə üzərinədir. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə 27 fevral 2023-01 mart 2023-cü il tarixlərdə şəxsiyyəti istintaqa Tahir adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə audio və video zənglərin olması aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “WhatsApp” proqramındakı mobil nömrə ilə şəxsiyyət istintaqa məlum olmayan, adı mobil telefonda “Aa” kimi qeyd edilmiş şəxsin isifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında 25 fevral 2023-cü il tarixdə bir neçə dəfə cavabsız audio zənglərin olması, şəxsiyyəti istintaqa məlum olmayan, adı mobil telefonda “?” kimi qeyd edilmiş şəxsin isifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında 11 fevral 2023-cü il tarixdə bir halda qəbul edilən audio zəngin olması, 10 fevral 2023-cü il tarixdə bir neçə halda qəbul edilən audio zənglərin olması aşkar edilmişdir. İşdə olan 18 mart 2023-cü il tarixli mobil telefona «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (X4) məxsus «Sumsung Galaxy A3» markalı qara rəngli mobil telefonda "xxxx" operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə vardır, mobil telefonun açılış şifrəsi “1-4-5-8” rəqəmləri üzərindən yuxarıdan aşağı doğru sürüşdürmədir. Qeyd olunan mobil telefonda mövcud olan “WhatsApp” proqramı “***-***-**-**” saylı mobil nömrə üzərinədir. Həmin “WhatsApp” proqramında olan mobil nömrə ilə 27 fevral 2023-01 mart 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə daxil olan və gedən audio zənglərin olması aşkar edilmişdir. İşdə olan 6 may 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (X3) istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**- **” saylı mobil nömrə arasında 26 fevral 2023-cü il tarixdə 3 halda “29, 49 və 27” saniyəlik, 27 fevral 2023-cü il tarixdə 6 halda “116, 8, 64, 20, 20 və 30” saniyəlik, 28 fevral 2023-cü il tarixdə 3 halda “28, 22 və 36” saniyəlik, 01 mart 2023-cü il tarixdə isə 1 halda “45” saniyəlik danışıqların olması aşkar edilmişdir. İşdə olan 2 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Xiaomi Redmi» markalı tünd boz rəngli mobil telefon və Təqsirləndirilən şəxs2 (Səbuhi Məmmədovun) üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Sumsung Galaxy A3” markalı qara rəngli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının arxa istiqamətində saxlanılmış narkotik vasitə əraziyə İİR vətəndaşı Əvəz adlı şəxs tərəfindən keçirilmiş, həmin şəxsin istifadəsində “+98-***-***- **-**” saylı mobil nömrə olmuş, qeyd olunan şəxsin şəxsiyyətinin öyrənilməsi, Azərbaycan Respublikasında narkotik vasitələri sifariş vermiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İşdə olan Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 (X5) və Təqsirləndirilən şəxs3 Respublika Narkoloji Mərkəzində müalicə olmasalar da, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 (X5) isə xx.xx.2020-ci il tarixdən ərazi üzrə narkoloji qeydiyyatdadırlar. İşdə olan 27 mart 2023-cü il tarixli Astara rayon prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində olan bıçaqla özünə xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılmış və toplanmış materiallar üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şirvan Şəhər Qeydiyyat şöbəsinin məktubundan görünür ki, ərizəçinin şəxsi istəyi ilə Təqsirləndirilən şəxs2 ad və soyadı «Səbuhi Məmmədov»dan «Təqsirləndirilən şəxs2»ə dəyişdirilmiş və sonuncuya 13 may 2019-cu il tarixdə yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 CMnin 263.2-ci maddəsilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəmə müraciət edərək təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 (X5) və Təqsirləndirilən şəxs3 qarşı CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən hissəvi xitam verilməsini, barələrində cinayət təqibinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının vəsatətini əsaslı hesab edərək 6 may 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 (X5) və Təqsirləndirilən şəxs3 qarşı CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən hissəvi xitam verilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla – Təqsirləndirilən şəxs1, şahidlər – Şahid2, Şahid3 və Şahid5 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələr, «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» 02 mart 2023-cü il, «Mobil telefona baxış keçirlməsi haqqında» 18 mart 2023-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 03 mart 2023-cü il tarixli 7/326 №-li rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında yaşayan – şəxsiyyəti məlum olmayan Tahir adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, onlara bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəyi həmin maddələri əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermiş, bundan sonra Tahir adlı şəxs və qeyrilərinin müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 9819,5 qram qurudulmuş marixuananı məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən yarımtikilidə yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermişlər. Sonuncu da tanışı Təqsirləndirilən şəxs2 həmin bağlamanı oradan götürmək üçün onunla Astara şəhərinə getməyi təklif etmiş, bundan sonra 130 manat pulun müqabilində cinayətdən xəbərsiz olan tanışı Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili ilə 01 mart 2023-cü ildə saat 22 radələrində dostu ilə görüşmək bəhanəsi ilə Şirvan şəhərindən Astara şəhərinə yollanmışlar. 2 mart 2023-cü il tarixdə gecə saat N radələrində Astara şəhərinə çatdıqdan sonra, Təqsirləndirilən şəxs3 maşını Astara şəhəri, Ziya Bünyadov küçəsində Təqsirləndirilən şəxs1 göstərişi ilə saxlamış, sonuncu və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb qeyd olunan narkotik vasitə olan bağlamanı axtarmağa başlamış, Təqsirləndirilən şəxs2 yarımtikilinin yaxınlığında olan bağlamanı götürdükdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibi başlanan vaxtdan, eləcə də, əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldığı andan hadisənin yuxarıda təsvir edilmiş qaydada baş verməsini bildirməklə, həmin cinayət hadisəsini törətməkdə təqsirini etiraf etmişlər. Onların öz təqsirini etiraf etmələri özlərinin etirafedici ifadələri ilə yanaşı iş üzrə digər sübutların – şahidlər – Şahid2, Şahid3 və Şahid5 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələr, «Hadisə yerinə baxış və götürmə haqqında», «Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» 2 mart 2023-cü il, «Mobil telefona baxış keçirlməsi haqqında» 18 mart 2023-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 03 mart 2023-cü il tarixli 7/326 №-li ekspertizasının rəyinin məcmusu ilə təsdiq edilir. Məhz qeyd olunan sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq cinayət hadisəsi ilə birbaşa əlaqələrinin olmasını təkzibedilməz formada şərtləndirir. Təqsirləndirilən şəxs3 cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibi başlanan ilk vaxtdan, eləcə də, əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldıqları andan Təqsirləndirilən şəxs3 onların cinayətkar niyyətlərindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını bildirmişlər. Habelə iş üzrə dindirilmiş adları yuxarıda qeyd olunan şahidlər də həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı, verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerində saxlanıldıqdan sonra onların gəldikləri avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs3 sakitcə hərbi hissəyə aparmışlar. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar qaçaqmalçılıq və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs3 əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma başlandığı ilk gündən məhkəmə istintaqı başa çatanadək ifadələrində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 narkotik haqqında heçnə deməmiş, ona dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getmək lazım olduğunu, bunun müqabilində ona 130 manat pul verəcəyini bildirmiş, Lənkəran şəhərinə çatmağa az qalmış, dostunun Astara rayonunda onu gözlədiyini və Astara rayonuna sürməsini Kamala bildirmişdir. Həmin xüsusatı ibtidai araşdırma başlandığı vaxtdan məhkəmə istintaqı başa çatanadək Təqsirləndirilən şəxs2 də ifadələrində israrla təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni onun idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerinə aparması halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs3 törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz avtomobili ilə Astara şəhərinə aparması və sonuncuların həmin ərazidən narkotik vasitəni əldə etməsi faktıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda qeyd edilmişdir ki: “o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 (X5) və Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Tahir adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa Tahir adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçərək, qeyd edilən külli miqdarda narkotik vasitəni daşıyaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Astara rayonunun ərazisində gizlətmiş, bu barədə 1 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 (X5) və Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “VAZ 2107” markalı, “AZ **-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərindən Astara rayonunun ərazisinə gedərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Astara rayonunun ərazisindən iki ədəd bağlamanın içərisində olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı 2 mart 2023-cü il tarixdə, saat 0N radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Təqsirləndirilən şəxs2 (X1) cinayətkar qrupa məxsus iki ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, təmiz çəkisi 9819,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür “ İrəli sürülmüş ittihamın məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eyni olan, tamamilə eyni sözbəsöz ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs3 cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hər hansı bir hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Təqsirləndirilən şəxs3 tərəfindən cinayət əməllərinin törədilməsi ehtimallarla göstərilmişdir. Təqsirləndirilən şəxs3 verilmiş ittihamın həcmində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri formal olaraq sadalansa da, həmin əlamətlərin Kamal Mizəyevin hərəkətlərində ifadə olunmasınə ibtidai istintaq zamanı nə də ki məhkəmə istintaqı zamanı öz əksini tapmamışdır Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni əldə etmək niyyətinin olması istintaq orqanı tərəfindən sübuta yetirilməmiş, habelə məhkəmədə tədqiq olunmuş sübutlarla da həmin xüsusat öz təsdiqini tapmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs3 həm təhqiqat zamanı izahatında, həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etmək niyyətində olması barədə heç bir məlumata malik olmadığını, yalnız Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Astara şəhərinə getməkdə məqsədləri narkotik vasitəni əldə etməsindən xəbərdar olduğunu göstərmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs1 də eyniliklə həm təhqiqat zamanı izahatlarında, həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs3 dostu ilə görüşmək üçün 130 manat pulun müqabilində onu Lənkəran şəhərinə aparmasını xahiş etmişdir. Lənkəran şəhərinə çatmağa az qalmış Təqsirləndirilən şəxs3 dostunun onu Astara şəhərində gözlədiyindən Astara şəhərinə maşını sürməsini və bunun müqabilində ona veriləcək puldan əlavə də «hörmət» edəcəyini demişdir. Yolda maşında olarkən narkotik vasitə əldə etmə məqsədi ilə Astara şəhərinə yollandığını Təqsirləndirilən şəxs3 bildirməmiş, sonuncunun narkotik maddələrdən ümumiyyətlə məlumatı olmamamışdır. Bu xüsusatı Təqsirləndirilən şəxs2 də istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində israrla təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İstintaq orqanı taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Astara şəhərinə öz avtomobili ilə aparmasını, həmçinin onun bu narkotik vasitədən xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə Təqsirləndirilən şəxs3 əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən ona istinad edilən CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməmişdir. Onun Təqsirləndirilən şəxs1lə qabaqcadan cinayət əlaqəsinə girməməsi, əlbir olmaması, sonuncunun narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs3 üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərinin müdafiəsi üçün gətirdiyi dəlillərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək «Tahir» adında şəxsi iranlı kimi deyil, astaralı kimi tanıdığını, onunla mobil telefon vasitəsilə dəfələrlə danışıdığını göstərmişdir. Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün dəlil gətirərək Təqsirləndirilən şəxs1lə birlikdə narkotik olan bağlamanın gizlədildiyi yerə gedib bağlamaları axtardığını göstərsə də, lakin bağlamanı götürmədiyini qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri bu dəlillərə tənqidi yanaşaraq onların ifadələrinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə “WhatsaApp”la Tahir adında iranlı ilə +98-***-***-**-** saylı nömrə arasında, habelə adı mobil telefondan “Aa” və “?” kimi qeyd edilmiş digər şəxslərin istifadəsində olan İİR-ə məxsus olan +98-***-***-**-**, +98-***-***-**-** saylı mobil nömrələr arasında audio və videozənglərin olması müəyyən edilmişdir. Habelə, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı etirafedici ifadəsində Tahir adında iranlının ona narkotik göndərəcəyi ilə bağlı mobil telefon vasitəsilə razılığa gəldiyini qeyd etmişdir. Bundan başqa, məhkəmədə dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs2 bağlamanı əlinə götürüb həmin ərazidən uzaqlaşarkən “Dayan ”əmri verildikdən sonra o, əlindəki bağlamanı yerə atmış və dayanmışdır. Eyni zamanda bu xüsusatı Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə 3 mart 2023-cü ildə dindirilərkən səmimi etiraf etmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 iranlı ilə deyil astaralı ilə telefon əlaqəsi saxlaması, habelə Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə bağlamanı əlinə götürməməsi barədə göstərdikləri xüsusatların məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli olduğunu göstərir, ümumiyyətlə qeyd olunan xüsusatlarla bağlı onların məhkəmədə verdikləri ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “baxış” protokollarını, Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsinə dair məhkəməyədək icraat zamanı ifadələrində göstərdikləri xüsusatları və Təqsirləndirilən şəxs2 (2 və 3 mart 2023-cü il tarixli ifadələri) əməlini tam etiraf etməsinə dair məhkəməyədək icraat zamanı ifadələrində göstərdikləri xüsusatları və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 iranlı ilə deyil astaralı ilə telefon əlaqəsi saxlaması, habelə Təqsirləndirilən şəxs2 bağlamanı götürməməsinə dair məhkəmədə gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən kənar gizli olaraq İrandan ona göndərilən külli miqdarda narkotik vasitə olan bağlamanı Astara şəhərinin ərazisindən Tahir adında iranlının tapşırığı ilə sonuncunun gizlətdiyi yerdən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə götürüb qanunsuz daşımaqla saxlaması və işin digər halları adları qeyd olunan təqsirləndirilən şəxslərin həqiqətən də külli miqdarda narkotik vasitəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş mariuxananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması– miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 1 mart 2023-cü il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra - İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və satması, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onların bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini, cinayət təqibinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-in 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (“Tahir” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Tahir” adlı İran vətəndaşı tərəfindən narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin maddələri cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Tahir” adlı İran vətəndaşı tərəfindən həmin maddə və əşyaların qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələri İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan “Tahir” adlı İran vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitələri əldə edib, saxlama, daşıma və satışına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-in 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin 206.3.2-ci maddəsindən 32.5, 206.2ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə – qurudulmuş marixuananı çəkisi “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, barələrində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 5 ay, 6 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-nin 18.4.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən bu hal residivin müəyyən olunması zamanı nəzərə alınmır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Əliyev X6 Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərarı ilə 14 may 2020-ci il tarixli hökm dəyişdirilərək ona 1 il, 8 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iki il keçmədən qəsdən ağır cinayət əməlini törətdiyinə görə həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivini yaradır. İşdə olan arayışdan və xasiyyətnamələrdən görünür ki, Əliyev X6 şəhəri Energetik küçəsi, ev 4 mənzil 25 ünvanda pasport qeydiyyatındadır, ailə tərkibi 1976-cı il təvəllüdlü arvadı Sevinc Məmmədovadan və 1998-ci il təvəllüdlü qızı Əfsanə Məmmədovadan ibarətdir, yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, onlar əvvəllər məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamışlar və cinayət törətməyə meyilli olan şəxslərdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməli, təyin olunmuş cəza çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, yəni 18 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı Lənkəran Rayon Mərkəzi xəstəxanasında 18 mart 2023-cü il tarixədək stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs1 18 mart 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 mart 2023-cü tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 mart 2023-cü ildən hesablanmışdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. 2 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin günü inzibati qaydada tutulmuş, 3 mart 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 2 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin - 12 ilin yarısından, yəni 6 ildən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, onların ərazi üzrə narkoloji qeydiyyatda olmaları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətində saxlanılan xalis qalıq çəkisi 9819,0 qram çəkidə narkotik vasitə marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs1, “Samsung Galaxy A 3” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 162 (yüz altmış iki ) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada-hər birindən 81 (səksən bir) manat alınaraq Dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs3 ekspertiza xərcini ödəməkdən azad edilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 iş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və onun ərazi üzrə narkoloji qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun inzibati qaydada saxlanıldığı gündən, yəni – 02 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və onun ərazi üzrə narkoloji qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətində saxlanılan xalis qalıq çəkisi 9819,0 qram çəkidə narkotik vasitə marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs1, “Samsung Galaxy A 3” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 (yüz altmış iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qayddada - hər birindən 81 (səksən bir) manat alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-243/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-243/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver