Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-243/2025 18.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə xx xxxx 2000-ci ildə Sabirabad rayonunun Bulduq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonunun Bulduq kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, N.Vəzirov küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində Masallı şəhəri, Nəcəfbəy Vəzirov küçəsində yerləşən kirayə yaşadıqları fərdi yaşayış evində tanışı X5, mobil telefonla danışan zaman onun danışdığı şəxsin barəsində kobud söz işlətməsini özünə qarşı qərəzli münasibət hesab edib narazılığını zor tətbiq etməklə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini Siruz Mehdiyevin şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan Siruz Mehdiyevi qəsdən öldürmək qərarına gəlib stolun üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb sonuncunun üzərinə hücum etməklə qarın nahiyəsinə iki dəfə qəsdən zərbə vuraraq qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən böyük piyliyi və mədəni zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası nəticəsində əmələ gələn ölümünə səbəb daxili qanaxma ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır, qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ ayağın içəri topuq nahiyəsinin əzilməsi və qançırı ilə müşayiət olunan dərəcəsinə görə ayrıayrılıqda sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib Siruz Mehdiyevi xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, lakin törətdiyi əməllə bağlı özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Sabirabad rayonun Bulduq kəndində qeydiyyatda olmaqla yaşamış, fəhləliklə məşğul olmuşdur. 2024-cü ilin oktyabr ayında Türkiyəyə gedib orada işləmiş, lakin qazancı az olduğundan 2024-cü ilin noyabr ayının əvvələrində oraday geri-evinə qayıtmışdır. 2024cü ilin noyabr ayının əvvələrində tanışı Eltacı adlı şəxslə telefonla danışarkən Eltacı ona Masallı rayonunda olduğunu və Masallıda istixana talvarlarının sökülməsi işi olmasını bildirib onu həmin işə dəvət etmiş, o da işsiz olduğundan Eltacının təklifini qəbul edib təxminən 7-8 noyabr 2024-cü il tarixdə birbaşa Bakı şəhərindən Masallı rayonuna getmişdir. Masallı rayonunda Eltacı onu qarşılayıb Masallı şəhərində kirayə qaldığı evə (Masallı şəhəri, N.Vəzirov küçəsində olan fərdi yaşayış evinə) aparmışdır. Həmin vaxt Eltacı ilə bir yerdə işləyən qohumu Siruz adlı şəxs də olmuş və onu orada tanımışdır. Bir gün sonra onlarla birlikdə işləmək üçün Elvin adlı şəxs də gəlmiş və onlar birlikdə eyni evdə kirayədə qalıb Masallı şəhərində istixananın söküntüsü işini aparmışlar. Tanışı Eltacı və onun tanışları olan Siruz və Elvinlə bir yerdə qaldıqları qısa müddətdə onlarla münasibəti yaxşı olmuş, aralarında heç bir mübahisə və ya münaqişə halları olmamışdır. 25 noyabr 2024-cü il tarixdə hava yağışlı olduğuna görə işə çıxmamışlar. Həmin gün axşam saatlarında o, Eltacı, Siruz və Elvin pivə içib domino oynamaq üçün Masallı şəhərində yerləşən “qardaşlar” adlanan çay evinə gedib hər biri 2-3 bakal pivə içib domino oynadıqdan sonra orada yemək verilmədiyinə görə yemək yemək üçün adını xatırlamadığı yeməkxanaya getmişlər. Onları həmin yeməkxanaya Eltacın tanışı Masallı şəhər sakini Adam adlı şəxs avtomobili ilə aparmışdır. Yeməkxanada onlar yemək yemiş, o, Eltacı, Siruz və Elvin araq içmiş, Adəm isə spirtli içki içməmişdir. Gecə saat 22-23 radələrində onlar yeməkxanadan çıxmış, həmin vaxt ona adını çəkmək istəmədiyi sevdiyi qız zəng etdiyinə görə o, yoldaşlarından aralanıb Adəmin avtomaşınına gedib qabaq oturacağında əyləşib telefonla danışmağa davam etmiş, az sonra Eltacı, Elvin və Siruz gəlib avtomaşının arxa oturacağında oturmuş, Adəm də avtomobili idarə edib onları kirayə qaldıqları evə apararkən yolda, evə çatmağa az qalmış Siruz onun telefonla danışdığını görüb avtomaşında olan şəxslərə onu işarə edib nalayiq ifadə işlədib, yəni “bu nə qədər fahişə ilə danışır” demişdir. Siruzun bu sözü ona çox pis təsir etsə də, həmin vaxt ona heç bir söz deməmişdir. Evin yanına çatandan sonra o, Eltacı, Elvin və Siruz avtomaşından düşmüş, Adəm də avtomaşını sürüb getmişdir. Eltacı, Elvin və Siruz evə daxil olmuş, özü isə həyətdə telefonla danışdığına görə evə bir az gec daxil olmuşdur. Evə daxil olan kimi Eltacı sanitar qovşağına girmiş, Elvin paltarlarını dəyişmək üçün yataq otağına keçmiş, Siruz da paltarlarını soyunub qara rəngli maykada və idman şalvarında divanda əyləşmişdir. Bir az əvvəl sevdiyi qızla danışan zaman Siruzun ona dediyi ifadə onu əsəbiləşdirdiyindən evə daxil olandan sonra o, Siruza yaxınlaşıb telefonla danışarkən onun barəsində səhv ifadə işlətdiyini bildirib ona “sən nə bilirsən mən fahişə ilə danışıram, yoxsa anamla, bacımla” deyib iradını bildirmiş, Siruz isə üzr istəmək əvəzinə ona cavab qaytarıb üzərinə doğru gələrək ona sillə atmış və sillə onun sol yanağına dəymişdir. Sonra Siruz onun üzərinə gəlib əlləri ilə boğazını tutub sıxıb onu bağmağa başlamış, həmin vaxt o, özünü müdafiə etmək məqsədilə otaqdakı stolun üstündə olan mətbəxt bıçağını əlinə götürüb özü də bilmədən iki dəfə Siruzun qarın nahiyəsinə vurmuşdur. Bıçağı Siruzun qarnına vurub çıxaranda bıçağın dəstəyi tiyəsindən qopub yerə düşmüşdür. Siruzu bıçaqla vurduqdan sonra sakitləşib kənara çəkilmiş, elə həmin anda Eltacı və Elvin ona yaxınlaşıb nə baş verdiyini soruşmuş o, da Siruzu bıçaqla vurduğunu, Siruza kömək etmələrini bildirmişdir. Onun Siruzu bıçaqla vurmasını Eltacı və Elvin görməmiş, içkili olduğundan Siruz bıçaq zərbəsindən sonra qışqırıb nəsə deməmiş, sakitcə dayanmış, Siruzu bıçaqla vurduğunu özü Eltacı və Elvinə demişdir. Sonra o, Eltacı və Elvin Siruza kömək etmək məqsədilə onu divana uzatmış, Siruz da onlara xəsarətlə bağlı “heç nə yoxdur” demiş, sonra Siruzu “sudurqa tutmuş” və o, onun ağzına qaşıq salıb dilini çıxartmış, lakin bir neçə dəqiqədən sonra Siruz qıvranmağa başlamış, halı pisləşmişdir. Bundan sonra Eltacı təcili yardıma zəg edib çağırmış, evə gələn təcili tibbi yardım əməkdaşları Siruzun nəbzini yoxlayıb onun artıq öldüyünü bildirmişlər. Daha sonra polis əməkdaşları evə gəlmiş və hadisə ilə bağlı onu tutub polis şöbəsinə aparmışlar. Onun Siruzu öldürmək niyyəti olmamış, həm özü, həm də Siruz içkili olduğundan biri-birini anlamamış, Siruzun ona dediyi ağır ifadəni, yəni “bu nə qədər fahişə ilə danışır” ifadəsini o, özünə qarşı “ağır söyüş” hesab edib bunu qəbul edə bilməyib əsəbiləşmiş və aralarında baş vermiş mübahisə zamanı o, özü də bilmədən Siruza iki dəfə bıçaqla vurmuşdur. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, X9 qardaşıdır. Siruz Samux rayonun Hacallı kəndində anası ilə birlikdə yaşamışdır. Siruz əvvəllər evli olmaqla iki uşağı olmuş, sonradan ailədaxili münaqişələr səbəbindən yoldaşından ayrılmışdır. Siruz müxtəlif yerlərdə fəhləlik etməklə həm özü dolanmış, həm də yoldaşından ayrılsa da, uşaqlarına daim maddi köməklik etmişdir. 2024cü ilin sentyabr ayında o, (Bəşir Mehdiyev) işləmək üçün Rusiyaya getmiş, həmin vaxt Siruz kənddə olmuş, lakin 2024-cü ilin noybar ayının əvvəllərində qohumu X18 rayonunda istixanada iş olduğunu bildirib onunla birlikdə işləməsini təklif etmiş, Siruz da razılaşıb noyabr ayının əvvələrində Eltacı ilə birlikdə Masallı rayonuna getmişdir. 26 noybar 2024-cü il tarixdə anası ona zəng edib qardaşı Siruzun Masallı rayonunda kirayədə yaşadığı evdə iş yoldaşı tərəfindən öldürülməsi xəbərini vermiş, o da dərhal Rusiyada geri qayıtmışdır. Baş vermiş hadisə ilə bağlı qohumu Eltacıdan soruşmuş, onun dediyinə görə onlar, yəni Siruz, Eltacı, Elvin və cinayəti törətmiş İsrafil adlı şəxs Masallı şəhərində kirayə evdə birlikdə qalıb eyni yerdə də birlikdə işləmişlər. 26 noyabr 2024-cü il tarixdə, gecə saatlarında onlar gedib bir yerdə oturub yemək yemiş, içki də içmişlər. Sonra bir yerdə tanışlarının maşını ilə kirayə qaldıqları evə gəlmişlər. Evdə Siruz ilə İsrafil adlı şəxs mübahisə etmişlər və elə həmin vaxt İsrafil adlı şəxs bıçaqla Siruzu vurub qətlə yetirmişdir. İsrafil adlı şəxsin belə hərəkət etməsinin səbəbi məlum olmamışdır. Lakin sonradan eşitdiyinə görə onların mübahisə etmələrinə səbəb İsrafil telefonla danışarkən Siruzun ona telefonla çox danışmasını deməsi olmuş və bu sözü bəhanə edib İsrafil adlı şəxs bıçaqla Siruzu vurub öldürmüşdür. Əslində isə hadisənin nəyin üstündə baş verməsini və təfərrüatlarını dəqiq bilmir. O, hesab edir ki, heç bir səbəb olmadan İsrafil adlı şəxs bıçaqla Siruzu iki dəfə vurub öldürmüşdür. O, heç bir səbəb olmadan qardaşı Siruzu öldürməsi cinayətini törətmiş Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş daha ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, tikinti və söküntü işləri ilə bağlı briqadir kimi fəaliyyət göstərir, yəni müxtrəlif rayonlardan tikinti və söküntü işləri ilə iş təklifləri olanda bir neçə nəfər tanışlarını yığıb birlikdə həmin işi görmək barədə razılaşıb bu işləri görürlər. X9 uzaq qohumu olmuş, uşaqlıqdan bir birlərini tanımış və münasibətləri yaxşı olmuş, həmçinin Siruz da iş olanda onunla birlikdə tikinti-söküntü işlərində işləmişdir. Təqsirləndirilən şəxs 3-4 il əvvəl işlə bağlı tanımış, bir neçə dəfə birlikdə işləmişlər və onunla da münasibəti yaxşı olmuşdur. 2024-cü ilin noyabr ayının əvvəllərində Masallı rayonundan olan tanışları ona istixana söküntüsü işinin olduğunu və gəlib həmin işi görməyini təklif etmiş, o da razılaşmışdır. Sonra o, Masallı rayonuna gəlmiş və görüləcək iş 15-20 gün çəkəcəyi üçün Masallı şəhərində kirayə ev də tutmuşdur. Bundan sonra görüləcək işlə bağlı aralarında olan razılaşmaya əsasən əvvəl qohumu Siruz, bir neçə gün sonra tanışı İsrafil, ondan sonra digər tanışı Masallı şəhərinə onun yanına gəlmişlər. Siruz İsrafili və Elvini tanımamış, onlar Masallıya gələndən sonra onlarla tanış olmuşdur. Onlar onun tutduğu kirayə evdə birlikdə qalmış və Masallı şəhərində yerləşən istixananın söküntüsü işini birlikdə görmüşlər. Birlikdə qaldıqları 15-20 gün müddətində İsrafil və Siruz arasında hər hansı ciddi mübahisə, münaqişə olmamış, münasibətləri yaxşı olmuşqdur. 25 noyabr 2024-cü il tarixdə hava yağışlı olduğuna görə onlar işə çıxmamışlar və axşam saatlarında o, İsrafil, Siruz və Elvin pivə içib domino oynamaq üçün Masallı şəhərində “qardaşlar” adlanan çay evinə getmişlər. Orada hərəsinə 2-3 bakal pivə içib domino oynadıqdan sonra onlar tanışı Adəm adlı şəxsin avtomobili ilə Masallı şəhərində, “Bayraq Meydanı”n yanında olan yeməkxanaya gedib orada yemək yeyib dörd nəfər bir şüşə araq içmişlər. Həmin vaxt Adəm yemək yesə də, spirtli içki içməmişdir. Gecə saat 23 radələrində yeməkxanadan çıxmışlar. Əvvəl İsrafil telefonla danışa-danışa gedib Adəmin avtomobilinin qabaq oturacağında əyləşmiş, sonra o, Siruz və Elvin gəlib arxa oturacaqda oturmuş, bundan sonra Adəm avtomobili sürüb onları kirayə qaldıqları ev olan ünvana aparmışdır. Yolda olarkən avtomaşında İsrafil telefonla kiminləsə danışmış, evə çatmağa az qalmış Siruz İsrafilin hələ də telefonla danışdığını görüb zarafatla “sən nə qədər fahişə ilə danışırsan” demiş, İsrafil isə Siruza heç bir söz deməmişdir. Kirayə qaldıqları evə çatdıqdan sonra onlar avtomaşından düşmüş, Adəm isə avtomobili sürüb getmişdir. Onlar evə çatan vaxt gecə saat 12 radələri olmuşdur. O, Siruz və Elvin evə daxil olmuş, İsrafil isə evin həyətində telefonla danışmağa davam etmiş, onlardan bir-iki dəqiqə sonra İsrafil də evə daxil olmuşdur. O, evdə ayaqyoluna girmiş, Siruz və Elvin isə otağa keçib paltarlarını dəyişmişlər. O, ayaqyolundan çıxanda İsafillə Siruzun otaqda sözlü mübahisə etiklərini görmüş, lakin onların mübahisəsini ciddi qəbul etməmiş, onların zarafat etdiyini düşünüb sonrakı hərəkətlərinə fikir verməmişdir. Həmin vaxt anidən onların əlləri ilə bir-birinə yapışmalarını görüb onları ayırmaq üçün Elvinlə birlikdə araya girmiş, İsrafil divana tərəf getmiş, Siruz isə geri çəkilmişdir. Siruz geri çəkiləndə səndələmiş, həmin vaxt İsrafil özü Siruzu bıçaqla vurduğunu onlara demişdir. O, İsrafilin Siruzu bıçaqla vurmasını görməmişdir, lakin Siruzun əynində olan maykanın öndən iki yerdən deşildiyini görüb İsrafilin Siruzu bıçaqla vurmasını bilmişdir. Həmin vaxt İsrafil əlində olan bıçağı otağa bitişik olan mətbəxə tərəf atmışdır. Sonra onlar Siruzu divana uzadıb ona kömək etmək istəmişlər, lakin Siruzun halı pisləşdiyindən o, təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gəldikdən sonra tibb işçiləri Siruzun nəbzini yoxlayıb onun öldüyünü bildirmişlər. Bundan sonra polis əməkdaşları gəlmiş və İsrafili polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstəmişdir ki, o, Daşkəsən rayon sakini Şahid1 və onun qohumu X17 bir neçə il əvvəl tanımış və onlarla münasibəti yaxşı olmuşdur. 2024-cü ilin noyabr ayının əvvəllərində Eltacı briqadası ilə birlikdə işləmək üçün Masallı rayonuna gəlmiş, bir-iki dəfə Eltacı, Siruz və onların yanında olan sonradan adının Elvin və İsrafil olduğunu bildiyi şəxslərə görüşmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə 2024-cü ilin noyabr ayının əvvəllərində Eltacının yanında görmüşdür. 25 noyabr 2024-cü il tarixdə, axşam saatlarında Eltacı ona zəng edib Masallı şəhərində olan “qardaşlar” çay evində olduğunu deyib, maşını ilə gəlib onu və yanında olan şəxsləri, yəni Siruz, Elvin və İsrafili götürüb Masallı şəhəri, “Bayraq Meydanı”n yanında yerləşən adını bilmədiyi yemekxanaya aparmağı xahiş etmiş, o da maşını ilə gedib onları götürüb həmin yeməkxanaya aparmışdır. Yeməkxanada Eltacı, Siruz, Elvin və İsrafili yemək yeyib araq içmişlər, özü də onlarla birlikdə oturmuş, lakin araq içməmişdir. Həmin gün gecə saat 23:50 radələrində o, maşını ilə onları yeməkxanadan götürüb kirayə yaşadıqları evə aparıb düşürmüş, özü isə evinə qayıtmışdır. Eltacını və onun yoldaşlarını evə apararkən maşında onların arasında, əsasən də İsrafil və Siruzun arasında heç bir mübahisəsin şahidi olmamışdır. Səhəri gün, yəni 26 noyabr 2024-cü il tarixdə eşitmişdir ki, gecə evdə İsrafil və Siruzun arasında baş vermiş mübahisə zamanı İsrafil Siruzu bıçalqayaraq öldürmüşdür. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, Masallı RMX-nın təcili tibbi yardım şöbəsində feldşer işləyir. 26 noyabr 2024-cü il tarixdə, gecə saatlarında təcili tibbi yardıma Masallı şəhəri, Dadva-2 küçəsində yerləşən nömrəsiz evdə yaşayan X5 adına “ağrılarının olması” səbəbi ilə çağırış daxil olmuş və təcili tibbi yardım briqadası, yəni özü, digər feldşer Rəşad və təcili tibbi yardım maşının sürücüsü İxtiyar həmin ünvana getmişlər. Ünvana çatıb evə daxil olanda otaqda divanın üzərində bir nəfər şəxsin uzanmış vəziyyətdə olan şəxsi, yəni Siruz adlı şəxsi müayinə etmiş və onun qarın nahiyəsində kəsilmiş-deşilmiş iki ədəd yarasının olduğunu görmüş, sonra nəbzini yoxlayanda isə öldüyünü müəyyən etmişdir. Evdə olan, tanımadığı şəxslərə yaralı şəxsin, yəni Siruz adlı şəxsin artıq öldüyünü bildirmişdir. Sonra Rəşad dərhal Masallı RPŞ-nin Növbətçi hissəsinə zəng edib şəxsin ölməsi ilə bağlı məlumat vermişdir. Orada olan şəxslər hadisənin hansı şəraitdə baş verməsi barədə onlara heç bir məlumat verməmişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu İsrafil müxtəlif yerlərdə fəhlə işləmiş, sonucu dəfə 2024-cü ilin noyabr ayının əvvəllərində tanışları ilə birlikdə işləmək üçün Masallı rayonuna gəlmişdir. Telefon danışıqları zamanı İsrafil ona Masallı şəhərində iş yoldaşları ilə birlikdə kirayədə qaldığını, hər şeyin yaxşı olduğunu demişdir. 26 noyabr 2024-cü il tarixdə oğlu İsrafilin kirayədə qaldığı evdə Siruz adlı şəxsi bıcaqlayaraq öldürdüyünü eşitmişdir. Hadisənin hansı şəraitdə və səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. X17 tanımamışdır. Sonradan eşitmişdir ki, mərhum X10rşı ağır ifadə işlətmiş və buna görə aralarında olan mübahisə zamanı İsrafil Siruzu bıçaqla vurmuşdur. İşdə olan, Masallı rayon prokurlorluğunun əməkdaşının 26 noyabr 2024-cü il tarixli “Təqrir” ilə müəyyən edilir ki, 26 noyabr 2024-cü il tarixdə, saat 01:20-də Masallı RPŞ-nin növbətçi hissəsindən Samux rayonun Hacallı kəndində qeydiyyatda olmaqla Masallı şəhərində kirayədə yaşayan X5 qəsdən öldürülməsi barədə məlumat daxil olmuşdur. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, qeyd olunan cinayətin baş verdiyi yer Masallı şəhəri, Nəcəfbəy Vəzirov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evidir. Fərdi yaşayış evinin qonaq otağında çarpayı üzərində uzanıqlı vəziyyətdə olan X2 qarın nahiyəsində deşilmiş-kəsilmiş yara xəsarətləri ilə meyiti aşkar edilmişdir. Baxış zamanı hadisə yerindən bir ədəd bıçaq tiyəsi və bir ədəd bıçaq tutacağı, “Samsung A23” (Təqsirləndirilən şəxs məxsus) və “Samsung A51” (Siruz Mehdiyevə məxsus) mobil telefonlar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Meyitin xarici müayinə edilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, mərhum X5 meyitinin müayinəsi zamanı meyitin üzərində olan alt geyim paltarları- bir ədəd qara rəngli mayka, bir ədəd qara rəngli idman şalvarı və bir ədəd qara rəngli trusi, habelə sağ və sol dırnaq nümunələri qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Sərxoşluğun müayinəsi haqqında” 26 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı-26 noyabr 2024-cü il tarixdə 0.418% sərxoş vəziyyətdə olmuşdur. İşdə olan, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs X7 xəsarət yetirdiyi bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, sonuncu ona təqdim olunmuş 1, 2, 3 və 4 rəqəmləri ilə işarələnmiş bir-birinə oxşar bıçaqları nəzərdən keçirib 2 rəqəmi ilə işarələnmiş bıçağı əli ilə göstərib tanıyaraq həmin bıçaqla Siruz Mehdiyevə iki dəfə zərbə vurduğunu bildirmişdir. İşdə olan, məhkəmə tibbi ekspertizasının 21 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, mərhum X5 meyitinin xarici və daxili müayinəsi zamanı qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən böyük piyliyi və mədəni zədələyən bir ədəd deşilmişkəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən törənmişdir. Sağ ayağın içəri topuq nahiyəsinin əzilməsi və qançırı bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir. Qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən böyük piyliyi və mədəni zədələyən bir ədəd deşilmişkəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ ayağın içəri topuq nahiyəsinin əzilməsi və qançırı dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. X14 ölümünə səbəb qarnın ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən böyük piyliyi və mədəni zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində əmələ gələn daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başladığı vaxtdan 8-10 saat əvvəl baş vermişdir. X14 meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı zamanı qanda 0,6%0 etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda aşkar olunan bu konsentrasiyası canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. İşdə olan, məhkəmə-lifli ekspertizasının 28 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Siruz Mehdiyevə məxsus olduğu qeyd edilən idman şalvarının səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Siruz Mehdiyevin sağ və sol əl dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İşdə olan, məhkəmə-tibbi bioloji ekspertizasının 10 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X5 ABO sistemi üzrə qan qrupu-Abeta/H/(İİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- Ab(İV). Tədqiqata təqdim olunan hadisə yerindən götürülmüş alt mayka, 01 ədəd bıçaq, Siruz Mehdiyevə məxsus 01 ədəd alt mayka və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrp mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən Siruz Mehdiyevə məxsus ola bilər. Tədqiqata təqdim olunmuş Siruz Mehdiyevə məxsus idman şalvarı, trusik və Təqsirləndirilən şəxs məxsus kofta üzərində isə qana, şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İşdə olan, məhkəmə-tibbi kriminalistik ekspertizasının 13 yanvar 2025-ci il tarixli, rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş X7 məxsus maykanın ön hissəsində bir qədər solda 02 (iki) deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Siruz Mehdiyevə məxsus şalvar və tuman üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Siruz Mehdiyevə məxsus maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsinin mümkünlüyü yoxlamaq məqsədi ilə eksperiment aparılmalı idi. Lakin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və dəstəyi bir birindən ayrı vəziyyətdə təqdim olunduğundan eksperiment üçün yararsız hesab edilir. Buna görə də, maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin həmin bıçaqla yetirib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Siruz Mehdiyevə məxsus maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə əsasən onlar yetirilən zaman zərərçəkmişlə zədə yetirən şəxs müxtəlif duruş vəziyyətlərdə ola bilərdi, zədə yetirən alətin ucu zədə mənfəzi tərəfinə yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər hansı bir zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs emosionallıq, söz götürməmək, hövsələsizlik, prinsipiallıq kimi fərdi-psixoloji xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri özünü büruzə vermir. Əqli imkanlarına görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosionallıq halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, aqressivlik əmələ gəlmiş, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur. Həmçinin hadisə zamanı adi alkoqol sərxoşluğu vəziyyətində olması, onda emosional oyanıqlıq, qıcığa qarşı həssaslıq yaratmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, “Telefona və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 26 noyabr və 26 dekabr 2024-cü il tarixli protokollarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A23” markalı mobil telefonu 051/398-07-78 saylı mobil nömrə ilə vatsapdan qeydiyyatdan keçmişdir. Mobil telefonun yaddaşında şəxsi xarakterli foto və videolar vardır. İş üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 051/943-61-59 saylı mobil telefon nömrəsi ilə Şahid4 adına qeydiyyatdan keçmiş 010/426-19-05 saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 20:05-də 1105 saniyə, 23:43-də 314 saniyə, 23:50də 292 saniyə, 23:59-da 38 saniyə, xx.xx.2024-cü il tarixdə saat 00:24-də 11 saniyə, 00:50-də 33 saniyə danışıq aparılmışdır. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı hal aşkar edilməmişdir. İşdə olan, “Sübutların qiyəmətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd mətbəx bıçağı, ölmüş-zərərçəkmiş şəxs Siruz Mehdiyevin hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd qara rəngli idman şalvarı və bir ədəd qara rəngli trusi, həmçinin ekspert müayinəsi zamanı götürülmüş əl dırnaq nümunələri, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli şalvar və bir ədəd qəhvəyi rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka, eləcə də zərərçəkmiş şəxs Siruz Mehdiyevə məxsus “Samsung Galaxy A51” markalı və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A23” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Masallı rayon prokurorluğunda maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 6 (altı) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 221 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Bəşir Mehdiyevin ifadəsi, eləcə də şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid7, Şahid8 və Şahid10 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (zərərçəkmiş şəxs Siruz Mehdiyevi öldürmək niyyətinin olmaması, Siruz Mehdiyevin onun telefonla danışdığı xanımın ünvanına “ağır söyüşlər” (“bu nə qədər fahişə ilə danışır” ifadəsini özünə qarşı “ağır söyüş” hesab edərək) söyüb üzərinə gəlib əlbəyaxa olduqdan sonra onun boğazını tutub sıxdığından özünü müdafiə etmək məqsədi ilə otaqdakı stolun üzərində olan bıçağı götürüb özü də bilmədən Siruzu bıçaqla vurmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüuqi varisi Bəşir Mehdiyevin ifadəsi, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid7, Şahid8 və Şahid10 ifadələri (əsasən də şahidlər Şahid1 və Şahid2 ifadələri) maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni zərərçəkmiş şəxs Siruz Mehdiyevi öldürmək niyyətinin olmaması, Siruz Mehdiyevin onun telefonla danışdığı xanımın ünvanına “ağır söyüşlər” (“bu nə qədər fahişə ilə danışır” ifadəsini özünə qarşı “ağır söyüş” hesab edərək) söyüb üzərinə gəlib əlbəyaxa olduqdan sonra onun boğazını tutub sıxdığından özünü müdafiə etmək məqsədi ilə otaqdakı stolun üzərində olan bıçağı götürüb özü də bilmədən Siruzu bıçaqla vurmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüuqi varisi Bəşir Mehdiyevin ifadəsi, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid7, Şahid8 və Şahid10 ifadələri (həmin şahidlərdən Şahid1 və Şahid2 ifadələrində hadisədən əvvəl İsrafillə Siruzun arasında ciddi mübahisənin olmamasını, hadisədən bir az əvvəl isə onlar evə gələrkən İsrafil mobil telefonla kiminləsə danışarkən Siruzun ona zarafatla “bu nə qədər fahişə ilə danışır” deməsi və həmin vaxt İsrafilin ona heç bir söz deməməsi (reaksiya verməməsi), evin içərisinə daxil olduqdan sonra Siruzun zarafatla İsrafilə “bu nə qədər fahişə ilə danışır” deməsinə görə onların arasında qısaca mübahisənin olması və elə həmin anda İsrafilin bıçaqla Siruzu vurmasını göstərmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini- “Siruz Mehdiyevi öldürmək niyyətinin olmaması, Siruzun onun üzərinə gəlib əlbəyaxa olduqdan sonra onun boğazını tutub sıxdığından özünü müdafiə etmək məqsədi ilə özü də bilmədən Siruzu bıçaqla vurmasını” obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs xuliqanlın niyyəti ilə qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmədən ibarətdir. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər, … qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Bəşir Mehdiyevin və şahidlərin (əsasən də şahidlər Şahid1 və Şahid2) ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, yəni 26 noyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində Masallı şəhəri, Nəcəfbəy Vəzirov küçəsində yerləşən kirayə yaşadıqları fərdi yaşayış evində tanışı X5, mobil telefonla danışan zaman onun danışdığı şəxsin barəsində kobud söz, yəni “bu nə qədər fahişə ilə danışır” ifadəsini işlətməsini özünə qarşı qərəzli münasibət, yəni “ağır söyüş” hesab edib narazılığını zor tətbiq etməklə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini Siruz Mehdiyevin şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan Siruz Mehdiyevi qəsdən öldürmək qərarına gəlib stolun üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb sonuncunun üzərinə hücum etməklə qarın nahiyəsinə iki dəfə qəsdən zərbə vuraraq həyat üçün təhlükəli olan xəsarətlər yetirib Siruz Mehdiyevi xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Masallı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad RİHB-nın Ulacalı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sabirabad rayonun Bulduq kəndində qeydiyyatda olmaqla yaşamış, həmçinin mövsümi işlərlə bağlı ərazidən kənarda işləyib yaşamış və qeydiyyatda olduğu yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan, Samux RİHB-nın Hacıalılı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, ölmüş zərərçəkmiş şəxs-08 iyun 1984-cü il təvəllüdlü X3 rayonun Hacallı kəndində qeydiyyatda olmaqla mövsümi işlə əlaqədar Masallı şəhəri, N.Vəzirov küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, əvvəllər evli olmuş, sonradan boşanmış, habelə həmin nikahdan iki azyaşlı uşağı olmaqla, o, qeydiyyatda olduğu yaşayış yeri üzrə qənaətbəxş (barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun ittiham olunduğu CM-nin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 120.2.2-ci maddəsi üzrə sanksiyada nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsaslar yoxdur Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd mətbəx bıçağı, zərərçəkmiş şəxs Siruz Mehdiyevə məxsus olmuş bir ədəd mayka, bir ədəd idman şalvarı, bir ədəd trusi və əl dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A23” markalı mobil telefon aparatı anası Şahid10 (ünvan: Sabirabad rayonun Bulduq kəndi), həmçinin iş üzrə maddi sübut olan, zərərçəkmiş şəxs Siruz Mehdiyevə məxsus olmuş bir ədəd “Samsung Galaxy A51” markalı mobil telefon aparatı qardaşı-zərərçəkmiş şəxsin hüquqi varisi Bəşir Mehdiyevə (ünvan: Samux rayonun Hacallı kəndi) təhvil verilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 6 (altı) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı, zərərçəkmiş şəxs X7 məxsus olmuş 1 (bir) ədəd mayka, 1 (bir) ədəd idman şalvarı, 1 (bir) ədəd trusi və əl dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 6 (altı) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin iş üzrə maddi sübut olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, zərərçəkmiş şəxs X7 məxsus olmuş 1 (bir) ədəd “Samsung Galaxy A51” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra qardaşızərərçəkmiş şəxsin hüquqi varisi X8 (ünvan: Samux rayonun Hacallı kəndi) təhvil verilsin. İş üzrə maddi sübut olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd “Samsung Galaxy A23” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra anası Şahid10 (ünvan: Sabirabad rayonun Bulduq kəndi) təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-154 (bir yüz əlli dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-243/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-243/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver