Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-244/2022 19.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Bakı şəhəri, LCG vəkil bürosunun vəkili X2, Lənkəran rayon vəkil bürosunun vəkilləri- Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt şəhəri, Məhəllə 42 ev 4 mənzil 31də qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi ev 78-də yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4, 234.4.1 və 234.4.3-cü maddələri və xx xxxxxxx 1990-cı ildə Rusiya Federasiyasının Tümen şəhərində anadan olmuş, Azərbaycanlı, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi, M.Hadi küçəsi bina 76, mənzil 45-də qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş hər biri külli miqdar təşkil edən 02 ədəd polietilen torba bağlamada olan ümumi təmiz çəkisi 2530 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin, 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1205 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitələri və 01 ədəd polietilen bağlamada olan 775 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yol kənarında olan yardımçı tikilinin yaxınlığında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra sonuncu 11 avqust 2021-ci il tarixdə idarə etdiyi “Ford Focus” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad şəhərinə gələrək yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən tapmaqla qanunsuz olaraq əldə edib avtomobilin sürücü oturacağının arxa alt hissəsinə qoyub gizlətməklə daşımış, bu barədə əməliyyat məlumatı almış Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 07 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra avtomaşına baxış keçirilən zaman sözü gedən psixotrop maddə və narkotik vasitələr aşkar edilmiş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayonu Xəqani Bağı adlanan ərazidə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman satış məqsədilə qanunsuz olaraq əldə edib gəzdirdiyi bir ədəd polietlen kəsiyi bükümündə çəkisi 1,580 qram və kənarları yapışdırılmış 1 ədəd yaşılımtıl rəngli plastmas borucuğun içərisində təmiz çəkisi 0,998 qram olmaqla ümumi təmiz çəkisi 2,578 qram külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin, 1 ədəd plastmas qabda təmiz çəkisi 2,55 qram, 2 ədəd kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram, 0,26 qram olmaqla ümümi təmiz çəkisi 3,10 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana çiynindən asdığı çantanın içərisindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotop maddə əldə edilməsi, saxlanması, daşınması və satması barədə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, habelə qrupun üzvü tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş hər biri külli miqdar təşkil edən 02 ədəd polietilen torba bağlamada olan ümumi təmiz çəkisi 2530 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin, 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1205 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitələri və 01 ədəd polietilen bağlamada olan 775 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yol kənarında olan yardımçı tikilinin yaxınlığında gizlədilməsi barədə Təqsirləndirilən şəxs2 məlumat verməsindən sonra o, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri Cəlilabad rayonu ərazisində əldə etmək barədə razılığa gəlmiş, daha sonra əldə edərək gəzdirdiyi kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd beşbarmağı (kasteti) özü ilə götürərək 11 avqust 2021-ci il tarixdə idarə etdiyi “Ford Focus” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad şəhərinə gələrək Ə.Cavad küçəsində yol kənarında olan yardımçı tikilinin yaxınlığında avtomobili saxlayaraq enib həmin tikiliyə yaxınlaşaraq yuxaarıda qeyd olunan psixotrop maddə və narkotik vasitələri gizlədildiyi yerdən tapmaqla qanunsuz olaraq əldə edib avtomobilində gizlətməklə daşımış, bu barədə əməliyyat məlumatı almış Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 07 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq Cəılilabad rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra avtomaşına baxış keçirilən zaman sözü gedeən psixotrop maddə və narkotik vasitələr avtomobilin sürücü oturacağının arxa alt tərəfindən, qanunuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən həmin bir ədəd beşbarmaq (kastet) avtomobilin ön sol qapısının saxlanc yerindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə qismən, yəni, ittihamda göstəriləndən daha az miqdarda narkotik vasitə əldə etmək məqsədi olması, həmçinin soyuq silahın ona məxsus olmamasını bildirməklə ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, bir müddətdir ki, narkotik vasitə qəbul edir. 10 avqust 2021-ci il tarixdə axşam saatlarında tanışı Təbriz əlaqə saxlayaraq onunla birlikdə Cəlilabad rayonuna getmək lazım olduğunu bildirmişdir. İşlərini gördükdən sonra 11 avqust 2021-ci il tarixdə gecə yarısında Təbrizlə görüşmüşdür. Təbrizlə danışan zaman özünün Cəlilabad rayonuna gedə bilməyəcəyini və onun getməsini xahiş etmişdir. Təbriz ona bildirmişdir ki, tanışı iranlı olan bir nəfər şəxs Cəlilabad rayonunda narkotik qoyub, əgər gedib narkotiki götürsə onlara da pay veriləcək. O, da razılaşaraq tək Cəlilabad rayonuna yola çıxmışdır. Cəlilabad rayonuna gələrkən yolda Təbrizlə telefonla əlaqə saxlamışdır. Belə ki, Təbriz narkotik olan paketi yerləşdirəcək adamla danışıb bu barədə onu məlumatlandırırmış. Həmin adam da, narkotiki gizlətdiyi yer barədə Təbrizə məlumatlar ötürürmüş və şəkillər çəkib göndərirmiş. Cəlilabad rayonuna çatdıqdan sonra “Cəlilabad rayonu” yazılan daş lövhənin şəklini çəkib Təbrizə göndərmişdir. Bundan sonra Təbriz həmin paketi yerləşdirən adamla danışıb ona istiqamət verirmiş. Təbrizin ona bildirdiyi istiqamətlə gələrək onun dediyi yerə çatmışdır. Təbriz orada balaca bir daxma yanında paketin gizlədildiyini bildirmişdir. Bundan sonra həmin yerə yaxınlaşaraq bir ədəd qara rəngli bağlama olmasını görmüşdür. Həmin bağlamanın şəklini çəkib Təbrizə göndərmişdir. Bundan sonra həmin bağlamanı götürüb avtomobilin qol altında olan bardoçokuna qoymuşdur. Lakin həmin bağlamanın içərisində nə olmasını bilməmişdir. Bundan sonra Təbrizə məlumat verərək bağlamanı götürdüyünü bildirmişdir. Daha sonra avtomobilə əyləşərək hərəkətə başlamışdır. Təxminən bir neçə km yol gəldikdən sonra Cəlilabad şəhəri ərazisində yol polisi avtomobili onun idarə etdiyi avtomobili saxlatdırmışdır. Avtomobili saxladıqdan sonra Niva və Chevrolet markalı avtomobillər oraya yaxınlaşmışdır. Avtomobildən bir neçə nəfər mülki geyimli şəxslər düşərək ona qarşı zor tətbiq edərək idarə etdiyi avtomobilin sağ ön oturacağına otuzdurmuşlar. Bir nəfər şəxs avtomobilini idarə etməyə başlamışdır. Arxa oturacaqda oturan başqa bir nəfər şəxs də qollarını tutmuşdur. Bundan sonra onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ondan Təbriz haqqında soruşmuşdur. O, da Təbriz adlı şəxsi tanımadığını, adının Hüseyn olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu hədələməyə başlamışdır. Polis əməkdaşları onun telefonunu özləri götürüb Təbrizin nömrəsini müəyyənləşdirmişlər. Bundan sonra polis əməkdaşlarının avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Səbail rayonu ərazisində yerləşən Malakan bağı deyilən yerdə polislər Təbrizi tutmuşdur. Bundan sonra hər ikisini Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları idarə etdiyi avtomobilin arxa otracağının ayaq alt hissəsindən 4 ədəd bağlamalarda narkotik vasitələr qoyacaqlarını və videoçəkilişlə baxış keçirilən zaman həmin bağlamaların aşkar ediləcəyini bildirmişlər. O, buna etiraz etdikdə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Ona görə də qorxduğu üçün polislərin təklifi ilə razılaşmış və onların dediklərini baxış keçirilən zaman təsdiq edəcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla avtomobilinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilən zaman avtomobilin arxa oturacağının alt hissəsindən 4 ədəd böyük bağlamalarda narkotik vasitə olan kütlələr aşkar edilmişdir. Lakin polis əməkdaşlarından qorxduğum üçün baxış keçirilən zaman narkotik vasitələrin ona aid olduğunu və Təbrizin tapşırığı əsasında Cəlilabad rayonuna gələrək götürdüyünü və Bakı şəhərinə aparıb Təbrizə çatdırmalı olduğunu bildirmişdir. Bundan başqa avtomobilin qabaq sağ qapısının saxlanc yerindən bir ədəd beşbarmaq və qabaq sağ oturacağının alt hissəsindən bir ədəd böyük ölçülü bıçaq aşkar edilmişdir. Polis əməkdaşları baxış keçirilməzdən əvvəl bu barədə də ona bildirmişdir ki, avtomobilə bıçaq və beşbarmaq da qoyacaqlar və baxış keçirilən zaman həmin predmetlər aşkar olunacaqdır. Həmin əşyaların da özünə məxsus olduğunu və özünü qorumaq üçün istifadə etmək məqsədilə üzərimdə gəzdirdiyini bildirər. Ona görə də baxış keçirilən zaman polis əməkdaşlarına bıçağı və beşbarmağı özünü qorumaq məqsədilə maşında gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə bıçaq və beşbarmaq ayrı-ayrılıqda qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib oxunmuşdur. O da polis əməkdaşlarının təzyiqi altında həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində bildirmişdir ki, əslində Cəlilabad rayonundan götürdüyü narkotik vasitənin miqdarı az olmuşdur, əlində ovucuna yerləşəcək ölçüdə, hardasa 300 qram çəkidə olmuş, lakin polis əməkdaşları avtomobilinə daha çox miqdarda narkotik vasitələr yerləşdirmişlər, həmçinin soyuq silahı da polislər avtomaşınına qoymuşlar. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni əldə etdiyi narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etməsi məqsədinin olduğunu bildirməklə ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının vətəndaşıdır, milliyyətcə azərbaycanlıdır, Azərbaycan dilində tam danışa bilir, başa düşür və yaza bilir. 2012-ci ildə Bakı şəhərinə qayıtmışdır. Təxminən 5-6 il olar ki, narkotik vasitə “nəşə” qəbul edir. Narkotik vasitəni internet vasitəsilə onlayn satışla əldə edir. Belə ki, narkotik vasitənin onlayn satışına camaat arasında “zakladka” yolu ilə alqı-satqı deyilir. Narkotik vasitəni internet vasitəsilə satan adamla danışırmış. Həmin şəxsin göndərdiyi kart ünvanına pul yükləyirmiş. Bundan sonra bir saat ərzində həmin şəxs hansı bir yerin şəklini çəkərək narkotik vasitənin ora qoyulduğunu deyirmiş. O, da həmin yerə gedərək oradan narkotik vasitəni əldə edirmiş. Son zamanlarda isə “şüşə” və “patı” deyilən psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 tanıyır. Hüseyn onunla qonşuluqda yaşayır. 2021-ci ilin avqust ayının əvvəllərində “instagram” sosial şəbəkəsində İran vətəndaşı ilə tanışlığı yaranmış, lakin adını xatırlamır. Bundan sonra onunla əlaqələri «Whatsapp» sosial şəbəkəsi vasitəsilə davam edirmiş. Həmin iranlı ilə danışan zaman narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, Cəlilabad rayonuna gedib narkotik vasitə götürüb Bakı şəhərinə aparıb onun dediyi yerə qoyub şəklini çəkib ona göndərə bilsə qarşılığında həmin narkotik vasitədən ona 100 qram çəkidə verəcəkdir. O, da iranlının təklifi ilə razılaşmışdır. 10 avqust 2021-ci il tarixdə həmin iranlı onunla yenidən əlaqə saxlayaraq Cəlilabad rayonuna gedib narkotik vasitəni götürmək lazım olduğunu bildirmişdir. İranlı ona narkotik vasitənin gecə saatlarında Cəlilabad rayonunda gizlədiləcəyini və oraya gedib narkotik vasitələri götürmək lazım olduğunu bildirmişdir. Bundan sonra Hüseynlə danışıb Cəlilabad rayonunda narkotik vasitə olduğunu götürüb Bakıya gətirəcəyi təqdirdə ona da narkotik vasitə verəcəyini bildirmişdir. Hüseyn də onunla razılaşmışdır. Lakin Hüseynə bildirmişdir ki, özü Cəlilabad rayonuna onunla birlikdə getməyəcəkdir. 11 avqust 2021-ci il tarixdə gecə saatlarında Hüseynlə danışdıqdan sonra o, Cəlilabad rayonuna yola düşmüşdür. İranlı ilə danışan zaman ona özünün getdiyini bildirmişdir. Yolda iranlı ilə danışan zaman onunla olan danışıqları barədə Hüseynə məlumat verirmiş. Hüseyn də olduğu yer barədə ona məlumat verirmiş. O da İranlı ilə danışıb guya özünün gəlirmiş ki göstərmək üçün Hüseynin ona atdığı şəkilləri iranlıya yollayırmış. İranlı həmin narkotik vasitənin Cəlilabad şəhərini çıxdıqdan sonra olan kəndin girəcəyində yarıtikili daxmanın yanında daşın kənarında olacağını bildirərək həmin kəndlərin adı olan lövhənin şəklini ona göndərmişdir. O da həmin şəkli Hüseynin telefonuna göndərmişdir. Hüseyn bir qədər sonra onunla əlaqə saxlayaraq həmin narkotik vasitəni götürdüyünü və geri qaytdığını bildirmişdir. Bundan sonra Hüseynlə nə qədər əlaqə saxlasa da Hüseyn onun zənglərinə cavab verməmişdir. Ona görə də gecəni yatmışdır. Səhər açıldıqdan sonra saat 12 radələrində Bakı şəhəri ərazisində “malakan bağı” deyilən yerdə piyada hərəkətdə olduğu zaman polislər onu saxlayaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını və Hüseyni yaxaladıqlarını və Hüseynin onun adını çəkərək narkotik vasitəni onun üçün gətirdiyini etiraf etdiyini bildirmişlər. O, da polislərə səmimi etiraf edərək həqiqətən də Hüseynin narkotik vasitəni gətirəcəyini və bundan sonra iranlının tapşırığı əsasında narkotik vasitəni hansısa bir yerə qoyub şəklini çəkib ona göndərəcəyini və bunun qarşılığında iranlının onun 100 qram çəkidə narkotik vasitə heroin verəcəyini bildirmişdir. Bundan sonra polislərlə birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı boynundan asdığı barsetka deyilən çantanı çıxarıb içərisində özü istifadə etmək məqsədilə üzərində gəzidirdiyi narkotik vasitə qurudulmuş marixuana deyilən “nəşə” və psixotrop maddə “patı” adlanan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şəffaf plastik qabda və bir ədəd alminum qabda olan marixuana və psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Hüseynin avtomobilindən aşkar edilən narkotik vasitələri Hüseyn onun tapşırığı əsasında Cəlilabad rayonuna gedərək oradan götürüb Bakı şəhərinə gətirərək ona verəcəkmiş. Həmin narkotik vasitə olan bağlamanı iranlının tapşırığı ilə hansısa bir yerə qoyub şəklini çəkərək iranlıya göndərəcəkmiş. Lakin Hüseynə məxsus avtomobildən aşkar edilmiş beşbarmaq və bıçaq barədə heç bir məlumatı yoxdur. Həmin narkotik vasitələri göndərən iranlı ilə instagram sosial şəbəkəsində tanış olmuşdur. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 350 manat müqabilində sonuncunun Cəlilabad rayonuna gedərək narkotiki götürüb ona çatdırılmasına dair razılaşmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə Hüseyn adlı şəxsin Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. 11 avqust 2021-ci il tarixdə saat 07:00 radələrində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri H.Əliyev prospektində Ford Focus markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, bundan sonra avtomobil yol patrul xidməti əməkdaşı tərəfindən saxladılmış, o, digər polis əməkdaşları ilə Təqsirləndirilən şəxs1 yaxınlaşaraq qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmadığını soruşmuş, sonuncu da, idarə etdiyi avtomobildə narkotik vasitələr olmasını bildirmişdir. Bundan sonra o, və digər polis əməkdaşı Hüseynin avtomobilinə əyləşmişlər, sonuncu özü avtomobili idarə edərək Cəlilabad rayon polis şöbəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasına başlanılmış, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olduğunu, Bakı şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 tapşırığı əsasında Cəlilabad şəhərinə gəldiyini və onun dediyi yerdən bağlama götürərək avtomobilə qoyduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi Ford Focus markalı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 sürücü oturacağının arxa hissəsindən qara rəngli böyük bağlama çıxarıb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirdi. Hüseyn həmin narkotik vasitələrin tanışı Təqsirləndirilən şəxs2 məxsus olduğunu və onun tapşırığı əsasında Cəlilabad şəhərinə gələrək Təbrizin dediyi yerdən götürdüyünü bildirmişdir. Həmin bağlamaya baxış keçirilən zaman içərisində 4 ədəd büküm olması aşkar edilmişdir. Həmin bükümlərdən iki ədədində narkotik vasitə heroinə bənzər kütlə, bir ədədində psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədədində isə tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan başqa avtomobilin qabaq sol qapısının saxlanc yerindən qara rəngli beşbarmaq, sürücü oturacağının altından isə bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Əməliyyatın davamı olaraq Bakı şəhəri ərazisində Təqsirləndirilən şəxs2 Səbail rayonu “Malakan” bağı deyilən ərazinin yaxınlığında ola biləcəyini müəyyən edilmiş və həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs2 piyada hərəkət etdiyi zaman ona yaxınlaşaraq özlərini təqdim edərək saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 özünün narkotik vasitə istifadəçisi olduğunu və boynundan asdığı çantasında da “patı” adlanan psixotrop maddə metamfetamin və qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra Cəlilabad rayon polis şöbəsinə gəlmişlər, üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs2 boynundan asdığı çantanı çıxarıb içərisində olan bir ədəd şəffaf plastik qabı və bir ədəd aliminium qabı təqdim edərək içərisində qurudulmuş marixuana, 2 büküm psixotrop maddə metamfetamin və 2 ədəd adını bilmədiyi həblər olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin qurudulmuş marixuana və psixotrop maddəni internet vasitəsilə əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmçinin Cəlilabad rayonundan narkotik vasitə əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1 göndərdiyini, həmin narkotiki İran vətəndaşının Cəlilabada göndərdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Şahid3 Məmməd oğlu, X3 və Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18/865 nömrəli, 11 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi sözləri və imzalar olan polietilen torba bağlamadakı üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamadakı təmiz çəkisi -1115,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi -1205,0 qram olan maddə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi -775,0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi..” sözləri və imzalar olan polietilen torba bağlamadakı üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi -1415,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: -heroinin ümumi təmiz çəkisi –2530 qram, cəmi tədqiqata sərf edildi –0,1 qr (hər ob-0,05 qram, qalıq – 2529,9 qram. Tiryəkin təmiz çəkisi 1205,0, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1204,9 qram. Metamfetaminin təmiz çəkisi 775,0 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-774, 95 qram. Qeyd: tədqiqatın dəyəri 49,74 (qırx doqquz manat yetmiş dördqəpik) manat təşkil edir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 19/866-18/867 nömrəli, 11 avqust 2021-ci il tarixli rayindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə polietilen torbacıqda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi -1,580 qram, kənarları yapışdırılmış 1 ədəd yaşılımtıl rəngli plastmas borucuğun içərisində təmiz çəkisi 0,998 qram, ümumi təmiz çəkisi-2,578 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd plastmas qabda təmiz çəkisi - 2,55 qram, 2 ədəd kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,29 qram, 0,26 qram, ümumi təmiz çəkisi-3,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilindən aşkar olunub götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir. ( xx.xx.2021-ci il tarixli 18/865 Nö-li rəydə aparılmış birgə tədqiqata əsasən). Qeyd: - Metamfetaminin ümumi təmiz çəkisi 2,578 qram, cəmi tədqiqat sərf edildi-0,1 qram ( hər ob-0,05 qram) qalıq 2,478 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. ( İ Siyahı, İİ bənd sıra Nö27) İİ Marixuananın ümumi təmiz çəkisi 3,10 qram, cəmi tədqiqata sərf edildi-0,06 qram (hər ob-0,02 qram)., qalıq 3,04 qram. Qeyd: tədqiqatın dəyəri 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat təşkil edir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 18/868 nömrəli, 13 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmetkustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – məişətdə istrufadə olunan ucu deşici xassəyə malik olmaqla zavod üsulu ilə bıçaq formasında hazırlanmış suvenirdir və soyuq silah hesab edilmir. İş materiallarında olan fiziki-kimyəvi ekspertizasının 6/555 nömrəli, 22 dekabr 2021-ci il tarixli rayindən görünür ki, Təqsirləndirilən şəxs2 sözləri, soyad imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan üzərində PGN-300” göstəricisi olan bir ədəd ağ qəhvəyi rəngli kapsulun tərkibində preqabalin təsir maddəsinin miqdarı 0,3 qram olduğu müəyyən edildi. Preqabalin 2016-ci il 18 mart tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Dərman həbinin ¼ hissəsinin tərkibində narkotik vasitə psixotrop maddə və güclü təsir edən maddələr aşkar edilmədi.Qeyd: Preqabalin kapsulunun sayı -1 ədəd, tədqiqata sərf edildi-1\2 hissə qalıq -1/2. Qeyd: tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 858 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Toksikomaniya aşkar olunur. Toksimaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 859 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələn Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğunu, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 tapşırığı əsasında Cəlilabad şəhərinə gəldiyini və sonuncunun dediyi yerdən bağlama götürdüyünü özünün narkotik vasitə istifadəçisi olduğunu, idarə etdiyi Ford Focus markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olduğunu və avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli «avtomobilə baxış keçirilməsi və götürmə barədə» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Ford Focus markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının arxa tərəfindən bağlama çıxarıb təqdim edərək narkotik vasitə olduğunu bildirmişdir. Həmin bağlamada olan 4 ədəd qara rəngli bükümlərin 2 ədədində narkotik vasitə heroinə bənzər kütlə, bir ədədində psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədədində isə narkotik tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Bundan başqa avtomobilin ön sol qapısının saxlanc yerindən bir ədəd qara rəngli beşbarmaq və sürücü oturacağının altından üzəri qara rəngli yapşıqanla dolanmış bir ədəd bıçaq aşkar edilərək götürülımüşdür. Aşkar edilərək götürülmüş predmetlər ayrı ayırılıqda qablaşdırılaraq möhürlənərək götürülmüşdür. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 boynundan asdığı çantaya baxış keçirilən zaman bir ədəd şəffaf plastik qab və bir ədəd alminium qab təqdim edərək şəffaf plastik qabın içərisində qurudulmuş marixuana alminium qabın içərisində olan 2 ədəd psixotrop maddə olan meramfetamin və 2 ədəd həblər olduğunu, həmin kütlələrin ona məxsus olduğunu, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və internet vasitəsilə əldə etdiyini göstərmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi Note 9” markalı mobil telefona baxış keçirilən zaman mobil telefon cihazının zənglər, SMS-lər siyahısına, eləcə də “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən zəng və ya SMS müəyyən edilməmişdir. Mobil telefonun “Qalereya” bölməsinə baxış keçirilən zaman Cəlilabad rayonun kəndləri əks olunan lövhə və qaranlıqda çəkilmiş yarımtikilinin fotoşəkli aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin fotoşəkilləri Təqsirləndirilən şəxs2 vatsap vasitəsilə ona göndərdiyini və narkotik vasitə və psixotrop maddəni həmin tikilinin içərisindən götürdüyünü bildirmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “İphone 11 Pro max” markalı mobil telefona baxış keçirilən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları Təqsirləndirilən şəxs1 ilə “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsi vasitəsilə apardığını və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni “Lalöyün 0 120 0” kimi qeyd etdiyini bildirmişdir. Whatsapp bölməsində qeyd olunan nömrə ilə aparılan danışıqlara və yazışmalara baxış keçirilən zaman 11 avqust 2021-ci il tarixdə həmin nömrə ilə Təqsirləndirilən şəxs2 arasında Cəlilabad rayonu ərazisində narkotik vasitələrin götürülməsi ilə bağlı yazışmalar və səsli danışıqlar olması müəyyən edilmişdir. Bundan başqa qeyd olunan nömrə ilə Təqsirləndirilən şəxs2 nömrəsinə qarşılıqlı olaraq müxtəlif fotoşəkillər göndərilmişdir. Fotoşəkillər qaranlıqda çəkilmiş yardımçı tikilinin fotoşəkli, Cəlilabad rayonun kəndləri əks olunan lövhənin fotoşəkilləridir. Bundan başqa Təqsirləndirilən şəxs2 Vatsap bölməsində olan +98 936 239 6799 nömrəni narkotik vasitə əldə etmək üçün əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşına məxsus mobil nömrə olduğunu bildirərək narkotik vasitəni əldə etməklə həmin nömrə ilə əlaqə saxladığını bildirmişdir. Həmin nömrə ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, onlar arasında 10 avqust 2021-ci il tarixdən narkotik vasitəni əldə etməklə bağlı danışıqlar başlanmışdır. Qeyd olunan nömrənin sahibi narkotik vasitəni Cəlilabad rayonu ərazisində olduğunu bildirərək həmin yerdən götürməyi tapşırmışdır. Təqsirləndirilən şəxs2 həmin şəxslə razılaşaraq narkotik vasitəni götürəcəyini bildirmişdir. Həmin nömrə ilə Təqsirləndirilən şəxs2 arasında bir-birlərinə qarşılıqlı olaraq müxtəlif fotoşəkillər göndərilmişdir. Fotoşəkillər qaranlıqda çəkilmiş yardımçı tikilinin fotoşəkli, Cəlilabad rayonun kəndləri əks olunan lövhənin fotoşəkilləridir. Həmin fotoşəkillər Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında göndərilmiş fotoşəkillərlə eyni fotoşəkillərdir. İş materiallarında olan istintaq orqanının 13 avqust 2021-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 2529,9 qram heroin, 1204,9 qram narkotik vasitə tiryək, 774,95 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 2,478 qram olan metamfetamin və 3,04 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında, həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Focus markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 3 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi, cinayət əməlinin hüquqi tövsifi və cinayət işinin materiallarından başqa cinayət iqinin ayrılması haqqında» 22 dekabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Ford Focus markalı 9** CF *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülməklə sonuncuya məxsus olan bir ədəd beşbarmaq (kastet) iş üçün sübut əhəmiyyətinə malik olduğundan maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 0,3 qram güclü təsir edən preqabalin maddəsi iş üçün sübut əhəmiyyətinə malik olduğundan maddi sübut hesab edilmiş və tədqiqatdan sonra qalıq qalan ½ hissə preqabalin kapsulu saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs1 istifadəsində olan “Redmi 9” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone 11 Promax” markalı mobil telefon iş üçün zəruri əhəmiyyət kəsb edə biləcək məlumatlar olduğundan həmin mobil telefonlar iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla Qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsiq məqsədilə cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olmanın əvvəli 11 avqust 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeyron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 2 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, hazırki cinayət üzrə əməlində resediv yaranmır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayış, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 76, bina 4, C girişinin 10-cu mərtəbəsində olan 45 saylı mənzilində qeydiyyatda olmaqla, anası, arvadı və xx.xx.2015-ci təvəllüdlü bir azyaşlı oğlu ilə birlikdə yaşayır, yaşadığı dövrdə yaşayış qaydalarına müntəzəm əməl etmiş, özünü sakinlər arasında nümunəvi aparması göstərilməklə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri, Baş səhiyyə İdarəsi 4 nömrəli uşaq poliklinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin poliklinikada qeydiyyatda olmaqla «inkişaf etapların ləngiməsi» diaqnozu ilə müalicə alır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 42-ci məhəllə ev 4, mənzil 31-də qeydiyyatda olmaqla ata və anası ilə birlikdə yaşayır, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, onların narkotik vasitəni məhz əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, lakin Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 206.3.2-ci maddəsi ilə düzgün ittiham verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin .... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi»ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, İran sakininin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaydada keçirib Azərbaycan Respublikasına gətirdiyi yuxarıda qeyd olunan psixotrop maddə və narkotik vasitələri Cəlilabad rayonu ərazisinə gətirib, gizlətdiyi yerdən (dövlət sərhəddindən xeyli məsafə kənarda) götürmüşdür. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində rolunun qiymətləndirilməsində ibtidai istintaq orqanının səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs2 qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü ittihamda İran sakini ilə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakını – cinayətin icraçısı olaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda, yəni birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektik cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan plenum qərarının həmin bəndə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normanın məzmunundan, habelə Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı İran sakininin Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. CMP-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs1 isə həmin CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onlar barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində «inkişaf etapların ləngiməsi» diaqnozu ilə xəstə olan bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə almalıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Hüseyn Quliyev və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 2529,9 qram heroin, 1204,9 qram narkotik vasitə tiryək 774,95 qram psixotrop maddə metamfetamin və 2,478 qram olan metamfetamin, 3,04 qram narkotik vasitə qurudulmuş marixuana, ½ hissə preqabalin kapsulu və Təqsirləndirilən şəxs1 idarə etdiyi Ford Focus markalı 9** CF *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş bir ədəd beşbarmaq (kastet) məhv edilməli, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Redmi 9” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone 11 Promax” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxslərin üzərinə axtarış keçirilməsinin və avtomobilə baxış keçirilməsinin videgörüntülərini əks etdirən üç ədəd DVD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 214 manat 22 qəpik məbləğində ekspertiza xərci müştərək qaydada olmaqla təqsirləndirilən şəxslərin hər birindən 107 manat 11 qəpik tutularaq dövlət nəfinə keçirilməsini, cəzaçəkmə müddətinin 11 avqust 2021-ci il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 228.4-cü maddəsi ilə ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə toksikomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 107 manat 11 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 107 manat 11 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 2529,9 qram heroin, 1204,9 qram tiryək narkotik vasitə, 774,95 qram psixotrop maddə metamfetamin, 2,478 qram olan spixotrop maddə metamfetamin, 3,04 qram narkotik vasitə qurudulmuş marixuana, ½ hissə preqabalin kapsulu və Təqsirləndirilən şəxs1 idarə etdiyi Ford Focus markalı 9** CF *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülməklə sonuncuya məxsus olan bir ədəd beşbarmaq (kastet) məhv edilsin, - təqsirləndirilən şəxslərin üzərinə axtarış keçirilməsinin və avtomobilə baxış keçirilməsinin videgörüntülərini əks etdirən üç ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın, - Təqsirləndirilən şəxs1 istifadəsində olan “Redmi 9” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone 11 Promax” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-244/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-244/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver