Məhkəmə qərarları › İş №1(099)-244/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-244/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-244/2024 03.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), himayəsində azyaşlı uşağı olan, işləməmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 zavodunun binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, daşınmış, Astara-Ələt-Bakı magistralının Biləsuvar rayonu ərazisində “Əsgərabad” kənd lövhəsinin yaxınlığında gizlədilmiş külli miqdarda təmiz çəkisi 1590,0 qram olan metafetamini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 07 avqust 2023-cü il tarixdə, saat 23:10 dəqiqədə cinayət barədə xəbərsiz olan Şahid6 idarə etdiyi “Renault Sandero” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən psixotrop maddəni gizlədildiyi yerdən götürüb, avtomobilin sağ arxa oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 07 avqust 2023-cü il tarixdə, saat 23:10 dəqiqədə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisinin 112-ci km-də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərəkən qeyd edilən psixotrop maddə bir ədəd sarı rəngli sellofana bükülmüş bağlamada olmaqla avtomobilin sağ arxa oturacağının altından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Əvvəllər Füzuli şəhərində, sonra isə həbs edilənədək Bakı şəhərində yaşamışdır. Evli olub ayrılmışdır, himayəsində qız övladı var. Heç bir yerdə işləməmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də, həbs olunanadək uzun müddət idi ki, istifadə etmirdi. Tural adlı şəxsi tanımır, onunla sosial şəbəkədə tanış olmamış, onun İran İslam Respublikasının vətəndaşı olub-olmadığını da bilməmişdir. Tural 200 (iki yüz) qram metafetamini Biləsuvar rayonu ərazisindən götürüb Bakı şəhərinə aparması müqabilində ona 500 (beş yüz) manat pul göndərməyi təklif etməmişdir. 07 avqust 2023-cü il tarixdə uşaqlıqdan tanıdığı, bir məhəllədə yaşadığı taksi sürücüsü Şahid6 onu Biləsuvar rayonuna aparmasını xahiş etmişdir. Həmin vaxt Qalibə Biləsuvar şəhərinə gedib, Masallı şəhərində yaşayan İlkin adlı tanışı ilə görüşüb, sonuncudan öz istifadəsi üçün 5-10 qram “kakos” götürəcəyini bildirmişdir. İlkini iki-üç il idi ki, tanıyırdı, əvvəllər də İlkindən öz istifadəsi üçün narkotik vasitə almış, lakin onun evində olmamışdır. Beləliklə, Qalib onun hara getdiyi barədə məlumatlı olmuş və onunla razılaşmışdır. Qalibə məxsus “Renault Sandero” markalı avtomobillə həmin gün axşam saatlarında Bakı şəhərindən çıxaraq Biləsuvar rayonuna getmiş, təxminən iki saat sonra Biləsuvara çatmışlar. Avtomobilin qabaq oturacağında əyləşmişdir. Yol boyu avtomobildə İlkinlə mobil telefonla danışmış, sonra onun nömrəsini telefonundan silmişdir. İlkinlə Biləsuvar rayonunun ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında görüşməli olmuş, lakin görüşə bilməmişdir. Belə ki, yolda olduqları vaxt Yol Patrul Xidmətinin avtomobili Qalibə “saxla” işarəsi vermiş, Qalib də avtomobili yolun sağ tərəfinə çəkərək saxlamışdır. Bundan sonra mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmədən onları avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkilişlə vəkilin iştirakı ilə üzərlərində şəxsi axtarış keçirilmiş, heç nə aşkar edilməmişdir. Əməliyyat müvəkkili Şahid1 onun cibində olan mobil telefonuna baxmış, telefonunda narkotik vasitənin şəkli olmuşdur. Sonra Qalibin avtomobilinə baxış keçirilmiş və avtomobilin arxa oturacağının alt hissəsində bir ədəd sellofana bükülmüş bağlama olmuş və həmin bağlamanın içərisindən psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Metafetaminin kimə məxsus olduğu barədə məlumatı olmamış, bu barədə Qalib bilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı gün Yol Patrul Xidmətinin əməkdaşları, habelə məhkəmədə şahid qismində dindirilən polis əməkdaşlarının çoxu orada olmamışlar. Onu tutub saxlayan başqa şəxslər olmuşlar. Onda bir kiloqramdan artıq metafetamin, saxlanıldığı gün isə ümumiyyətlə psixotrop maddə olmamışdır. Dostu Şahid6 görə onun avtomobilindən aşkar edilmiş metafetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində həmin bükülü ona məxsus olmamış, bükülünü Biləsuvar Rayon Polis Şöbəsində kimlərsə avtomobilə qoymuşlar. Avtomobildə aşkar edilmiş metafetaminin Şahid1 məxsus olduğu və həmin bükülünü Aqşinin avtomobilə yerləşdirdiyi fikrində olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Qaliblə aralarında üzləşmə keçirilmiş, həmin vaxt Qalibə suallar verməmişdir. Polis şöbəsində döyülmüş, əməliyyatçılar ona fiziki və psixoloji təsir göstərmişlər, bununla belə üzərində xəsarət izləri qalmamış və saxlanılarkən aparıldığı istintaq təcridxanasına daxil olarkən üzərində aparılmış tibbi müayinə zamanı adına tərtib olunmuş tibbi kitabçada bədəni üzərində hər hansı xəsarətin olmaması qeyd olunmuşdur. Buna görə də, aidiyyəti üzrə sorğunun verilməsinə ehtiyac görmür. Şöbədə ona ən çox təzyiq, təsir göstərən şəxs əməliyyat müvəkkili Şahid1 olmuşdur. Mobil telefonunun kontaktında adı İsmayıl kimi qeyd olunan şəxs onun tanışıdır. İbtidai istintaq zamanı ifadəsini təzyiq və təsir altında vermişdir. Belə ki, müstəntiqin ona dedikləri əsasında ifadə verib, sənədləri imzalamışdır. Azadlıqda olduğu vaxt polis əməkdaşları ilə problemi olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yaşayır. Subaydır, lakin himayəsində bir qız övladı vardır. Heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur və narkotik maddə istifadə edir. Təxminən bir-iki ay bundan əvvəl “Biqo” adlı sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona adını Tural kimi təqdim etmişdir. Turalla qarşılıqlı olaraq mesajlaşan zaman Tural onu “WhatsApp” sosial şəbəkəsi ilə mesajlaşmağa dəvət etmişdir. Bundan sonra onunla “WhatsApp” mesajlaşma mərkəzi vasitəsilə yazışmış və tutulmamışdan bir neçə gün əvvəl Tural 200 (iki yüz) qram metafetamini Biləsuvar rayonu ərazisindən götürüb Bakı şəhərinə aparması müqabilində ona 500 (beş yüz) manat pul göndərəcəyini təklif etmiş, o da pula ehtiyacı olduğu üçün razılaşmışdır. 07 avqust 2023-cü il tarixdə, saat 19 radələrində əvvəlcədən tanıdığı taksi sürücüsü Şahid6 onu Biləsuvar rayonuna aparmağı xahiş etmişdir. Qalibə Biləsuvar şəhərinə tanışından əvvəlcədən verdiyi borcunu almaq üçün getmək istədiyini və ona gediş-gəliş haqqı kimi 100 (bir yüz) manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Qalibə məxsus “Renault Sandero” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin günü saat 20 radələrində Bakı şəhərindən Biləsuvar rayonuna getmək üçün hərəkətə başlamış, təxminən iki saat sonra Biləsuvar şəhərinə çatmışlar. Tural adlı iranlı ona yolda olan zaman mesaj yazaraq əvvəlcədən Biləsuvar şəhərində olan tanışı vasitəsi ilə üzərində “Əsgərabad” sözü yazılmış lövhənin altında bir ədəd sarı rəngli bağlamanın qoyulmasını bildirmişdir. Birlikdə Biləsuvar rayonuna çatdıqdan sonra taksi sürücüsü Qalibə onu “Əsgərabad” lövhəsinin yanında düşürtməsini demiş, Qalib avtomobili lövhənin yanında saxlamış və o avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman Qalibə sən get bir azdan gəlib məni götürərsən, çünki istəmirəm ki, tanışım səni görsün demişdir. Buna görə də, Qalib avtomobili hərəkətə gətirmiş və ondan uzaqlaşmışdır. Bundan sonra üzərində “Əsgərabad” sözü yazılmış lövhənin altı hissəsində olan bir ədəd sarı rəngli sellofana bükülmüş bağlamada olan metafetamini götürmüş, sonra Qalibə zəng edərək yanına çağırmışdır. Bir-iki dəqiqədən sonra Qalib avtomobillə onun yanına gəlmiş, avtomobilin sağ arxa hissəsində əyləşmiş, həmin bağlamanı Qalibin görməməsi üçün ayaqaltı hissəyə qoymuşdur. Bundan sonra Qalib avtomobili hərəkətə gətirmiş və Qalibə artıq gedə bilərik demişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları Qalibə saxla işarəsi vermiş, Qalib də avtomobili yolun sağ tərəfinə çəkərək saxlamışdır. Bundan sonra mülkü paltarda olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları gəlişlərinin səbəbini izah edib, onları avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Qaliblə birlikdə onların tələblərinə tabe olub, birlikdə könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasında otaqların birində şübhəli şəxs kimi tutulmuş, ona hüquqlarının müdafiəsi üçün öz istəyi ilə vəkil X18 dəvət olumuşdur. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Özünə məxsus “Redmi” markalı mobil telefonu çıxardıb təqdim edərək üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və həmin protokolla müdafiəçisi ilə birlikdə tanış olub imzalamışlar. Daha sonra onun, müdafiəçinin, Qalibin və müdafiəçisinin, habelə polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilməyə başlanılmış, onunla Qalibə təklif olunmuşdur ki, avtomobildə narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsinlər. Qalib avtomobildə ona məxsus narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmiş, o isə avtomobilin sağ arxa oturacağının alt hissəsindən bir ədəd sarı rəngli sellofana bükülümüş bağlamanı çıxardıb təqdim etmiş, həmin bağlamanın içərisində metafetamin olduğunu və metafetamini İran İslam Respublikasının vətəndaşı Tural adlı şəxsdən əldə etdiyini, Bakı şəhərinə aparması müqabilində kart hesabına 500 (beş yüz) manat pul göndəriləcəyini, lakin Turala kart şəkli və hesab nömrəsi vermədiyini bildirmişdir. Aşkar olunmuş metafetamindən Qalibin məlumatının olmadığını demişdir. Həmin bağlamaya onun iştirakı ilə baxış keçirilmiş, sarı sellofanın içərisində bir ədəd qırmızı rəngli sellofan olduğu, həmin sellofan açıldıqda içərisində metafetamin olması müəyyən edilmişdir. Həmin metafetamin bağlamayl birlikdə elektron tərəzidə çəkilmiş, çəksinin 1 kq, 614 qram olması müəyyən edilmiş, daha sonra müvafiq qaydada qablaşdırılmış, həm zərfi, həm də tərtib olunmuş protokolu müdafiəçisi ilə birlikdə tanış olub imzalamışlar. Əlavə olaraq ifadəsində göstərmişdir ki, həmin psixotrop maddə metafetamini Tural adlı iran vətəndaşı tanışı vasitəsi ilə Biləsuvar rayonu ərazisinə qoydurmuş, o da götürmüşdür. Həmin psixotrop maddəni Turalla razılaşdığı kimi Biləsuvar rayonunda “Əsgərabad” lövhəsinin yaxınlığından götürüb özündə saxlayacaq və Turalın dediyi yerə qoyacaqmış. Həmin yerdən psixotrop maddəni götürən zaman heç kim görməmişdir. Sürücü Qalibin bundan məlumatı olmamış, bağlamanı avtomobilə qoyan zaman görməmişdir. Həmin psixotrop maddənin oraya iran vətəndaşı tərəfindən konkret olaraq nə vaxt gətirilməsindən və yaxud da ki, kimin vasitəsi ilə ora qoyulmasından xəbəri yoxdur. “Biqo” adlı sosial şəbəkədə Tural adlı iranlının hesabında açıq-aşkar narkotik vasitələrin satışı ilə bağlı elanların olmadığını, polis əməkdaşları tərəfindən onlara qarşı heç bir fiziki güc və zor tətbiq edilmədiyini, ekspert rəyi ilə razı olduğunu demişdir (iş vərəqi 117-121). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalması, ona qarşı tətbiq olunan fiziki və psixoloji təzyiq nəticəsində ifadə verməsi ilə əlaqələndirmiş, həmin ifadənin başdan-ayağa yalan olduğunu, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini bildirmiş, məhkəmədən barəsində yekun qərar qəbul olunarkən gənc olmasının, himayəsində azyaşlı qızının olduğunun və maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X5 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla bərabər X5 əməliyyat müvəkkili, polis leytanantı Şahid3, Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X15, X25 X24 Xidmətinin baş inspektoru, polis leytenantı Şahid4 və inspektor, polis baş serjantı Şahid5 daxil olmuşlar. Həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal edilən “Renault Sandero” markalı avtomobil Biləsuvar rayonu, Q.Həsənova küçəsində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqə sonra avtomobil Astara-Ələt-Bakı magistral yolunun 12-ci kilometrliyində saxlanılmış, onlardan qabaq avtomobilə Yol Patrul Xidmətinin əməkdaşları yaxınlaşmış, sürücü Şahid6 ilə Kənana üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək, onları avtomobillə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə aparmışlar. Aşkar edilən faktla bağlı rəhbərliyinə raportla müraciət edilmiş və bundan sonra təhqiqatçının xidməti otağında onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxardıb təqdim etməsi təklif edilmiş, Kənan isə üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra polis şöbəsinin həyətində videoçəkiliş aparılmaqla Şahid6 idarə etdiyi “Renault Sandero” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid6 avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxardıb təqdim etmələri təklif edilmiş, Kənan avtomobildə özünə məxsus psixotrop maddə olduğunu bildirərək, avtomobilin sağ oturacağının alt hissəsindən bükülünü götürüb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metafetamin olması müəyyən edilmiş, metafetamin tərəzidə çəkildikdə 1 kq., 614 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilən metafetamini tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etmiş və iranlı şəxs həmin metafetamini Bakı şəhərinə aparması müqabilində onun kart hesabına 500 (beş yüz) manat pul göndərəcəkdir. Aşkar edilərək götürülmüş metafetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, şəxsən ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Biləsuvar rayonunun ərazisinə avtomobillə gələcəyi bildirilmişdir. Sürücü Şahid6 haraya və nəyin dalınca getdiyindən, maşında psixotrop maddə olmasından məlumatsız olmuş və Təqsirləndirilən şəxs ona bütün bunlar barədə heç nə bildirməmişdir. Şahid6 ilə Təqsirləndirilən şəxs əvvəllər tanışlığının olub-olmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tutulması ilə bağlı qurduqları əməliyyatda xüsusi texniki vasitələrdən istifadə etməmişlər. Əməliyyat tədbiri ilə bağlı onu deyə bilər ki, əməliyyat məlumatı daxil olan kimi növbətçi hissəyə və Yol Patrul Xidmətinə məlumat verilmiş, birinci olaraq təxminən on dəqiqə izlənmə aparılmış, sonra Təqsirləndirilən şəxs müşahidəyə götürülməsi və tutulub saxlanması icra olunmuş, daha sonra isə polis şöbəsinə aparılması təşkil olunmuşdur. Polis şöbəsindən Təqsirləndirilən şəxs saxlanıldığı yerə qədər təxminən iyirmi dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında əyləşmiş və avtomobildən düşəndə etirazını bildirmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə iranlının ona “WhatsApp” proqramı ilə göndərdiyi konum vasitəsi ilə gəlib çıxdığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X5 əməliyyat müvəkkili, polis leytanantı Şahid3 və Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X25 X24 Xidmətinin baş inspektoru, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə, vətəndaş Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün gecə saatlarında xidmətdə olduğu zaman “ratsiya” vasitəsi ilə efirə çıxmışlar və Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal edilən “Renault Sandero” markalı avtomobilin Biləsuvar rayonu, Q.Həsənova küçəsində hərəkətdə olduğu bildirilmişdir. Həmin avtomobil tərəfindən əməliyyat müşahidəsinə götürülmüş və təxminən on dəqiqədən sonra Astara- Ələt-Bakı magistral yolunun 12-ci kilometrliyində, Xırmandalı kəndi istiqamətində əsas yolun üzərində saxlanılmışdır. Avtomobil Bakı şəhəri istiqamətində hərəkət edirdi və içərisində iki nəfər olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacağında əyləşmişdir. Polis Şöbəsinin əməliyyat müvəkkilləri ilə birlikdə avtomobilə yaxınlaşıb sürücü ilə avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs saxlayaraq avtomobillə birlikdə aparıb şöbəyə təhvil vermişlər və sonra o, çıxıb getmiş, şəxsi axtarışda və avtomobilə baxış keçirilməsində iştirak etməmişdir. Şahid4 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində onunla birlikdə Biləsuvar Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis leytanantı Şahid3, Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı İsmayıl Ağazadə, X25 X24 Xidmətinin inspektoru, polis baş serjantı Şahid5 iştirak etmişlər. Təqsirləndirilən şəxs üz cizgilərini xatırlamamışdır. Təqsirləndirilən şəxs təzyiq və ya təsir göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X25 X24 Xidmətinin inspektoru, polis baş serjantı Şahid5 ifadəsində Şahid4 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində çağırılıb dindirilmiş Şahid6 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ünvan 4 ünvanda yaşayır. “Bolt” şirkətində taksi sürücüsü işləmişdir, hazırda isə tikinti şirkətində işləyir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, bir məhəllədə yaşamış, sinif yoldaşı olmuşlar. 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək onu Biləsuvar rayonuna aparıb-qaytarmasını istəmiş, gediş-gəliş haqqı kimi 100 (bir yüz) manat pul verəcəyini bildirmiş, o da taksi sürücüsü olduğu və maddi imkanı aşağı olduğundan razılaşmışdır. Kənandan Biləsuvar rayonuna hansı məqsədlə getməsini soruşduqda, ona Lökbatan-Salyan yoluna getməyi, orada bir tanışı ilə görüşəcəyini bildirmişdir. Bu onların birlikdə rayona ilk gedişləri idi. Özünə məxsus olan “Renault Sandero” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobillə saat 10-11 radələrində Bakıdan Biləsuvar rayonuna yola düşmüşlər. Biləsuvar rayonuna çatdıqları vaxt “Əsgərabad” lövhəsinin yanında olan yanacaqdoldurma məntəqəsinin yaxınlığında Kənan tanıdığı şəxslə görüşəcəyini bildirmiş, ona avtomobillə gəzişməyi təklif edib, avtomobildən düşüb getmişdir. Həmin yerdən uzaqlaşmış, bir qədər sonra qayıdıb Kənanı götürmüşdür. Kənan avtomobilin qabaq oturacağında əyləşmiş, onun əlində heç nə görməmişdir. Bir neçə dəqiqədən sonra Bakı şəhəri istiqamətində, yanacaqdoldurma məntəqəsindən bir qədər qabaqda hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşları onlara “saxla” işarəsi vermişlər, o da avtomobili saxlamışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra saxlanılmalarının səbəbini izah etmişlər. Kənanla birgə polislərin tələblərinə tabe olub, onlarla birlikdə könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə getmişlər. Polislər Kənanı başqa avtomobilə mindirmişlər, o isə öz avtomobilinin arxa oturacağında iki nəfər polis əməkdaşı ilə əyləşmişdir. X19 Xidmətinin əməkdaşı idarə etmişdir. Polis Şöbəsində şübhəli şəxs kimi tutulmuş, vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, üzərində elə bir əşya olmadığını demiş, eyni zamanda üzərindən qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşyalar aşkar edilməmişdir. Daha sonra özünün, Kənanın, vəkillərin və polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçirilmişdir. Kənan avtomobilin sağ arxa oturacağının alt hissəsindən bir ədəd sellofana bükülümüş bağlamanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Kənanın Biləsuvar rayonuna psixotrop maddə dalınca getdiyini bilməmiş, özü orada heç kimlə görüşməmişdir. Polis əməkdaşları tərəfindən onlara heç bir fiziki güc və zor tətbiq edilməmiş, hər şey könüllü olmuşdur. Ondan sellofan büküm barəsində soruşulduqda həmin bükümdən xəbərsiz olduğunu bildirmişdir. Kənanın büküm barəsində polisə nə dediyini xatırlamamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis X12 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Biləsuvar Rayon Polis Şöbəsi X5 07 avqust 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Biləsuvar Rayon Polis Şöbəsi X5 07 avqust 2023-cü il tarixli qərarı və şöbənin eyni tarixli protokolundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü şöbənin əməkdaşlarından ibarət təkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 05-06; 09). Biləsuvar Rayon Polis Şöbəsi X5 07 avqust 2023-cü il tarixli protokolu və raportundan görünür ki, 07 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal edilən “Renault Sandero” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Q.Həsənova küçəsində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş və təxminən on dəqiqə sonra həmin avtomobil Astara-Ələt-Bakı magistral yolun 112-ci kilometrliyində yerləşən Əsgərabad kənd lövhəsinin yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs və maşının sürücüsü Şahid6 avtomobillə birlikdə şöbəyə aparılmışlar (iş vərəqi 10; 12). Biləsuvar Rayon Polis X12 07 avqust 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, qərarın surəti ona təqdim olunmaqla, yaxın qohumlarına məlumat vermək hüququ təmin olunmuşdur (iş vərəqi 14; 26). Biləsuvar Rayon Polis X12 08 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən “Redmi” markalı mobil telefonu təqdim edərək üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya olmadığını bildirmiş, üzərindən qanunla qadağan edilən əşya və yaxud predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 33-35). Biləsuvar Rayon Polis X12 08 avqust 2023-cü il tarixli protokolundan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid6 iştirakları ilə videoçəkiliş aparılmaqla sonuncunun idarə etdiyi “Renault Sandero” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, onlara avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxardıb təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobildə ona məxsus psixotrop maddə olmasını bildirərək, avtomobilin sağ oturacağının alt hissəsindən sarı rəngli bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metafetaminə bənzər maddə olması müəyyən edilmiş, aşkar edilərək götürülmüş maddə sellofan bükümlə birlikdə çəkildikdə 1 kq 614 qram olması müəyyən edilmişdir. Baxış keçirilməsi və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 59-61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 19/782 nömrəli, 08 avqust 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid6 təqdim etdiyi avtomobildən aşkarlanaraq götürülmüş bükülü...... " sözlər və imzalar olan bir ədəd paketi, açdıqda içərisində bir ədəd yapışkan lentlə sarılmış qırmızı rəngli bükülüdə təmiz çəkisi 1590,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə kütləsi metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən olunmuşdur (iş vərəqi 72-44). Biləsuvar Rayon Polis X13 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi icraata qəbul edilmişdir (iş vərəqi 81). Biləsuvar Rayon Polis X13 09 avqust 2023-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 105; 107-108). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-49/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 127-128A). Nəqliyyat vasitəsinin BA236956 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Renault Sandero” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid6 məxsusdur (iş vərəqi 133). Biləsuvar Rayon Polis X13 09 avqust 2023-cü il tarixli qərar və raportundan görünür ki, Şahid6 avtomobilindən aşkar edilib götürülmüş və Təqsirləndirilən şəxs məxsus 1590,0 qram çəkidə psixotrop maddə metafetaminin tədqiqatdan sonrakı 1589,9 qram qalığı maddi sübut hesab edilmiş və saxlanması üçün şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 136; 138). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 iyun və 17 may 2023-cü il tarixli tələbnaməsi, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(055)-115/2017 nömrəli, 29 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-567/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 5 (beş) ay 13 (on üç) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 19 dekabr 2017-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqi 150-151; 173-178; 193-194). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. 83.4-cü maddədə isə qeyd olunur ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməllərində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “X17” sistemində olan 16 avqust 2023-cü il tarixli qeydiyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan müddətdə sərhədkeçmə məlumatları aşkar olunmamışdır (iş vərəqi 152). Biləsuvar Rayon Polis X13 23 avqust 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefonun “WhatsApp” proqramına baxış zamanı telefonun yaddaşında olan narkotik vasitənin şəkilləri və mesajlar bölməsində “açda teli vəziyyət pisdir mənə bir cet pul atmışam biraz yubadır” və “açda qaqa vacibdi mən sənə belə elemirem axı” mesajları müəyyən olunmuşdur (iş vərəqi 156-160). Biləsuvar Rayon Polis X13 23 avqust 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 160A). Biləsuvar Rayon Məhkəməsinin 5(022)-234/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Polis Şöbəsi X5 Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 07 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 161). Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 avqust 2023-cü il tarixli arayışlarından görünür ki, Füzuli şəhər sakini Təqsirləndirilən şəxs müvəqqəti olaraq ünvan 2 zavodunun binasında məskunlaşmışdır, ailə tərkibi anası və qızından ibarətdir (iş vərəqi 163-164). Biləsuvar Rayon Polis X13 10 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş CD disklərə baxış keçirilmiş və məlum olmuşdur ki, diskdə nömrələrin göstərilən müddət ərzində mövcud olan zənglər siyahısına, sms, əhatə dairəsinə, abunəçilərə dair məlumatların təqdim edildiyi göstərilmiş, 077 ***-**-** və 055 ***-**-** saylı mobil telefon nömrələrini Təqsirləndirilən şəxs istifadə etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edən digər hallarla bağlı zəng, mesaj aşkar olunmamışdır (iş vərəqi 186-188; 197-199). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Xəstəxanasında Ambulator X1 11 avqust 2023-cü il tarixli, 798 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 202). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Ambulator məhkəmə psixiatrik ekspertizasının 11 avqust 2023-cü il tarixli, 2242 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır (iş vərəqi 209-212). Biləsuvar Rayon Polis X13 17 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq Biləsuvar rayonu, Əsgərabad kəndinin girişində quraşdırılmış, üzərində “Əsgərabad” sözü yazılmış yol nişanı olan yeri əli ilə göstərib, əyani olaraq təqdim edərək bildirmişdir ki, “Biqo” adlı sosial şəbəkədə tanışı İran İslam Respublikasının vətəndaşı Tural adlı şəxsin vasitəsi ilə 200 (iki yüz) qram metafetamini əldə etmək üçün 07 avqust 2023-cü il tarixdə əvvəlcədə tanıdığı taksi sürücüsü Şahid6 idarə etdiyi “Renault Sandero” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmiş, avtomobildən düşmüş, taksi sürücüsü Şahid6 oradan uzaqlaşmış, o da sarı rəngdə sellefona bükülmüş bağlamada olan metafetamini götürmüş, bir-iki dəqiqə sonra Şahid6 gəlmiş, o, avtomobilin sağ arxa tərəfinə əyləşmiş və həmin bağlamanı alt hissəyə qoymuşdur (iş vərəqi 219-222). Biləsuvar Rayon Polis X13 “sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış; Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon və 1590,0 qram çəkidə psixotrop maddə metafetaminin tədqiqatdan sonrakı 1589,9 qram qalığının cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır (iş vərəqi 223-230). Biləsuvar Rayon Polis X13 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus külli miqdarda psixotrop maddə metafetamini əldə etdiyi mənbə və cinayətin digər iştirakçılarının müəyyən edilməsindən ötrü hazırkı cinayət işindən həmin fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi aynca icraata ayrılmışdır (iş vərəqi 231-232). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddənin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X10 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmaması, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, həbs olunanadək uzun müddətdir ki, istifadə etmədiyi, Tural adlı İran İslam Respublikası vətəndaşını tanımadığı, onunla bu və ya digər formada hər hansı münasibətinin olmaması, Biləsuvar şəhərinə gedib tanışı İlkindən öz istifadəsi üçün 5-10 qram “kakos” götürəcəyi, İlkinlə Biləsuvar rayonunun ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında görüşməli olması, lakin yolda polis əməkdaşları tərəfindən saxlanıldıqları üçün görüşə bilməməsi, içərisində olduğu avtomobildən aşkar olunmuş psixotrop maddə olan metafetaminin kimə məxsus olduğu barədə məlumatı olmaması, bu barədə avtomobilin sahibi olan dostu Şahid6 məlumatlı olması, ittiham aktında adları qeyd olunan şahidlərin əksərinin saxlanıldığı vaxt orada olmadıqları, onu tutub saxlayanların başqa şəxslər olduğu, onda bir kiloqramdan artıq metafetamin, ümumiyyətlə saxlanıldığı gün üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, Qalibə görə onun avtomobilindən aşkar edilmiş metafetaminin özünə məxsus olduğunu bildirməsi, əslində həmin bükülünün ona məxsus olmaması, bükülünü Biləsuvar Rayon Polis Şöbəsində kimlərinsə avtomobilə qoyduqları, avtomobildən aşkar edilmiş metafetaminin polis əməkdaşı Şahid1 məxsus olduğu və həmin bükülünü Aqşinin avtomobilə yerləşdirdiyi fikrində olması, polis şöbəsində döyülməsi, əməliyyatçıların, ən çox da Aqşinin ona fiziki və psixoloji təsir göstərməsi, ibtidai istintaq zamanı ifadəsini təzyiq və təsir altında verməsi, müstəntiqin ona dedikləri əsasında ifadə verib, sənədləri imzalaması məzmunda ifadə verməsi əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində və içərisində olduğu avtomobildə videoçəkilişlə aparılmış şəxsi axtarış, baxış və götürmə zamanı (həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərdən görünür) avtomobildən aşkar olunmuş psixotrop maddə ilə bağlı hər hansı narazılıq bildirməmiş, əksinə psixotrop maddənin özünə məxsus olmasını etiraf etmiş, izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməməsi, hər şeyin öz istəyi ilə könüllü olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə barədə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən heç bir vəsatətinin olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən əvvəlki ifadələrini təsdiq edərək, hadisə yerində bir daha əyani olaraq etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözü gedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsir, təzyiq, habelə müstəntiq tərəfindən ifadələrinin doğru yazılmaması ilə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməməsi, hər şeyin öz istəyi ilə könüllü olmasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ondan aşkar olunmuş metafetaminin çəkisi psixotrop maddələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Həmçinin, məhkəmədə tədqiq edilmiş Biləsuvar Rayon Polis X13 23 avqust 2023-cü il tarixli protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefonun “WhatsApp” proqramına baxış zamanı telefonun yaddaşında olan narkotik vasitənin şəkilləri və mesajlar bölməsində “açda teli vəziyyət pisdir mənə bir cet pul atmışam biraz yubadır” və “açda qaqa vacibdi mən sənə belə elemirem axı” mesajları müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metafetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarda o da qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqeyə görə qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, Biləsuvar rayonu ərazisində gizlətmiş digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu ərazisində “Əsgərabad” kənd lövhəsinin yaxınlığında gizlədilmiş külli miqdarda psixotrop maddəni götürərək satış məqsədi ilə saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs içərisində olduğu avtomobildən aşkarlanmış narkotik vasitənin ona məxsus olmamasını, Biləsuvar rayonuna şəxsi istəfadəsi üçün az miqdarda narkotik əldə etmək üçün getməsini bildirsə də, məhkəmə tərkibi hesab edir ki, qeyd edilən psixotrop maddəni Biləsuvar rayonu ərazisində gizlətmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin məqsədi həmin maddənin satışına yönəlmiş, onun və ya onların göstərişi ilə Kənan narkotik vasitəni həmin ərazidən götürüb onların dediyi yerə qoymaqla aralarında olan vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısı olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Tural” adlı şəxsə kömək göstərməyə yönəlmiş hərəkətlər etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs konkret olaraq kimə və ya kimlərəsə metafetamin satmasa da, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin və ya şəxslərin psixotrop maddə satışına yönəldilmiş hərəkətlərinə kömək etməklə, yəni aralarında olan rol bölgüsünə əsasən gizlədilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib ona deyiləcək ünvana çatdırmaq istəməsi ilə psixotrop maddələrin satışı cinayətində cinayətin icraçısı hesab edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda metafetamin əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddənin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, hər iki istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri və X25 X24 Xidmətinin inspektorlarının ifadələri, “avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 08 avqust 2023-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, telefona baxış keçirilməsi zamanı əldə edilmiş foto yazıları, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış metafetamin, mobil telefon, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı qızının olduğunu, gənc olmasını, habelə narkotik istifadəçisi olduğu üçün peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 1590,0 qram çəkidə psixotrop maddə metafetaminin tədqiqatdan sonrakı 1589,9 qram qalığı məhv edilməli; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus 1590,0 qram çəkidə psixotrop maddə metafetaminin tədqiqatdan sonrakı 1589,9 qram qalığı məhv edilsin; “Redmi” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar