Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-244/2025 03.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 2001-ci ildə İmişli rayonu, Buludlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, İmişli rayonu Buludlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə 03 iyun 2025-ci il tarixdə, saat 17:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, 10 oktyabr 2024-cü il tarixdə, saat 24:00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində tanışı X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa “Səid” adı ilə məlum olan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmək barədə əlbir olub razılığa gələrək, aralarındakı razılaşmaya əsasən, mobil telefonunun “Whatsapp” mobil tətbiqi vasitəsilə “Səid” adlı şəxslə danışdıqdan sonra Nicat Cəfərovun verdiyi 42 manat məbləğində pulu sonuncunun bank kartı hesabına “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərmiş, daha sonra 11 oktyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində digər şəxslə birlikdə “Səid” adlı şəxsin mobil telefonun “Whatsapp” mobil tətbiqinin “Məkan” bölməsi vasitəsilə göndərdiyi ünvana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisinə getmiş, digər şəxs orada bir ədəd dəmir qabın içərisində gizlədilmiş sellofan torbanın içərisindən bir ədəd gümüşü rəngli bükümdə olan 1,775 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan heroini, bir ədəd gümüşü rəngli bükümdə olan 1,075 qram, bir ədəd gümüşü rəngli bükümün içərisindəki səkkiz ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birində ayrı-ayrılıqda 0,369 qram, 0,295 qram, 0,335 qram, 0,372 qram, 0,380 qram, 0,352 qram, 0,370 qram və 0,384 qram çəkilərdə olmaqla, ümumilikdə 3,932 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamini götürərək onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamaqla daşıyaraq oradan Bakı şəhəri, Nəsimi rayonu ərazisində məlum olmayan ünvana gətirmiş, həmin ünvanda qeyd olunan narkotik vasitə və psixotrop maddəni saxlaması üçün ona vermiş, sonuncu xeyli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıyaraq, 11 oktyabr 2024-cü il tarixdə, saat 06:40 radələrində onların əsl cinayətkar niyyətindən xəbərsiz olmaqla taksi fəaliyyəti ilə məşğul olan X10 idarə etdiyi avtomobillə Bakı şəhərindən Bakı-İmişli avtomobil yolu ilə İmişli rayonuna gətirmiş, həmin avtomobillə İmişli şəhəri ərazisində hərəkətdə olarkən, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən saat 12:18 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və digər şəxs İmişli şəhəri, 28 May küçəsində saxlanılaraq, üzərində aparılan yoxlama zamanı onun digər şəxslə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıdığı və əynindəki qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd sellofan torbanın içərisində saxladığı bir ədəd gümüşü rəngli bükümdə 1,775 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan heroin, əlində saxladığı bir ədəd gümüşü rəngli bükümdə 1,075 qram çəkidə psixotrop maddə olan metamfetamin, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli bükümün içərisində olan səkkiz ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər biri ayrı-ayrılıqda 0,369 qram, 0,295 qram, 0,335 qram, 0,372 qram, 0,380 qram, 0,352 qram, 0,370 qram, 0,384 qram çəkidə olmaqla, ümumilikdə 3,932 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
1. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul deyil və heç vaxt olmamışdır. O, 09 oktyabr 2024cü il tarixində DSX-nin gizir hazırlığına hazırlaşdığı üçün Bakı şəhərinə getmiş, sənədlərini "Zərifə Əliyeva" adına klinikadan götürdükdən sonra əmisi X3 Nəsimi rayonu ərazisində yerləşən mənzilində qalmışdır. O, əvvəldən tanıdığı İmişli rayonu sakini X15 ilə 10 oktyabr 2024-cü ildə Bakı şəhərində görüşmüş, söhbət zamanı birgə istifadə məqsədilə marixuana almağı qərarlaşdırmışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni əvvəldən telefon əlaqəsində olduğu, şəxsiyyətini tanımadığı "Səid" adlı şəxsdən sifariş verdiyini, pulun (42 manat) Nicat Cəfərov tərəfindən Masazır qəsəbəsində “MilliÖn” aparatı vasitəsilə göndərildiyini bildirmişdir. Daha sonra “Səid” marixuananın “Yeni Günəşli” ərazisində olduğunu bildirmiş, təqsirləndirilən şəxs və Cəfərov həmin əraziyə taksi ilə gedərək narkotik vasitəni dəmir borunun altından götürmüşlər. Mənzilə qayıtdıqdan sonra bükümü açmış, içərisində marixuana deyil, “kakos” deyə adlandırdıqları narkotik vasitə heroin və “patı” deyə adlandırdıqları psixotrop maddə metamfetamin olduğunu görmüşlər. O, aldadıldıqlarını Nicata bildirmiş, lakin sonuncu münasibət bildirməmişdir. Təqsirləndirilən şəxs bükümləri özü ilə götürmüş, 11 oktyabr 2024-cü ildə, səhər saatlarında “20 Yanvar” dairəsindən taksi ilə İmişli rayonuna qayıdarkən rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır.
2. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları sualları cavablandırarkən bildirdi ki, o, əsasən marixuana istifadə edir, bəzi hallarda “patı”, yəni psixotrop maddə olan metamfetamin də istifadə etmişdir, tutularkən üzərindən çıxmış şüşə flakon onun özünə məxsusdur, həmin şüşə flakon vasitəsi ilə metamfetamin istifadə etmiş, heroin isə heç vaxt istifadə etməmişdir. Polislər tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr o və Nicata məxsus olmuşdur, həmin narkotik vasitələr onların əldə etdiyi kimidir. Onlar “Səid” adlı şəxslə danışarkən 5 qram marixuana verilməsi barədə razılaşmışlar, lakin onun qoyduğu bükülülünü götürüb evə gəldikdən sonra marixuana yox, heroin və metamfetamin qoyulduğunu bilmiş, onu geri qaytarmamış, çünki “Səid” adlı şəxsi tapıb onu geri qaytarmaq mümkün olmamış, Bakı şəhərində isə sıxlıq olduğundan onu harasa tullaya bilməmişdir. Bu səbəbdən o həmin narkotikləri üzərində götürüb İmişli şəhərinə özü ilə gətirmiş, məqsədi İmişli rayonunda həmin narkotikləri tullamaq olmuşdur. Taksi sürücüsü və digər sərnişinlər onun narkotik vasitə daşımasından xəbərsiz olmuşdur. Məhkəmə iclasının sonunda təqsirləndirilən şəxs son sözlə çıxış edərək, narkotik vasitə əldə etdiyi üçün əməlindən peşman olduğunu, həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini, satış məqsədinin olmadığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, özünü ona elan edilmiş ittihamla təqsirli bilmədiyini qeyd etmiş və narkotik vasitənin istifadəsində təqsirli bilinib, ona istifadəçi kimi ədalətli cəza təyin edilməsini, himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
5. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Gülhüseyin oğlu ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində çalışır, 11 oktyabr 2024-cü il tarixdə səhər növbəsinə başladığı vaxtda ona etibarlı mənbədən Təqsirləndirilən şəxs və X6 İmişli rayonu ərazisində narkotik vasitə saxlamaq və gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat yoxlanıldıqdan və etibarlı hesab edildikdən sonra İmişli RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş, dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat zamanı qeyd olunan şəxslərin "Mercedes Benz E270 CDİ" markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İmişliyə qayıtdıqları müəyyən olunmuş, həmin avtomobil İmişli şəhəri, 28 May küçəsində saxlanılmış, polis əməkdaşları xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim etmişlər. Avtomobilin sürücüsü Nağıyev Gündüzə, sərnişinlər Təqsirləndirilən şəxs və Nicat Cəfərovun üzərində narkotik vasitə gəzdirmələri barədə məlumat verildikdən sonra hər iki şəxsin üzərində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmiş və öz istəyilə müxtəlif ciblərindən üç ədəd gümüşü rəngli büküm və metamfetaminin istifadəsi üçün nəzərdə tutulan bir flakon təqdim etmişdir. Həmin bükümlərdən birində heroinə, digərlərində isə metamfetaminə bənzər maddələr olmuşdur. Maddələrin adlarını özü bildirmiş, “heroin”i “kakos”, metamfetamini isə “patı” adlandırmışdır. Cəfərov Nicatın üzərindən isə yalnız şəxsi əşyaları və pul aşkar edilmiş, narkotik vasitə və ya psixotrop maddə tapılmamışdır. Abbaslının təqdim etdiyi maddələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 2,6 qram, metamfetaminin ümumi çəkisi isə 5,1 qram müəyyən edilmişdir. Maddələr qablaşdırılaraq protokolla rəsmiləşdirilmiş və təhqiqat bölməsinə təhvil verilmişdir. Şahid qeyd etmişdir ki, əməliyyat məlumatında həmin şəxslərin narkotik vasitələrin satışında da iştirak etdikləri göstərilsə də, yalnız saxlanma və gəzdirmə faktı sübuta yetirilmiş, satışla bağlı məlumatın dəqiqləşdirilməsi üçün əlavə tədbirlər tələb olunmuşdur. Bu səbəbdən ilkin raportda yalnız saxlanma və gəzdirmə məsələsi qeyd olunmuşdur.
6. Məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid2 və Şahid3 Şahid1la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər.
7. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
8. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 12 oktyabr 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1-2)
9. İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2024-cü il tarixli «Raport»u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 6)
10. «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə» 10 oktyabr 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair İmişli Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 7-8)
11. 11 oktyabr 2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Gülhüseyin oğlu, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və İmişli RPŞ-nin X4 rəhbəri, baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı olaraq 11 oktyabr 2024-cü il tarixdə, saat 12:18-də İmişli şəhəri 28 May küçəsində “Mercedec-Benz E270” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və avtomobilin arxa sərnişin oturacağında əyləşmiş X15, Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X14 özlərinin polis əməkdaşları olduqlarını təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirinin keçirilməsini izah etmiş, bundan sonra həmin şəxslərin üzəri yoxlanılmış, G.Nağıyevin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman sonuncunun əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən sellofan torbanı çıxarıb təqdim etmiş, həmin vaxt əlində gümüşü büküm olmuş və onları avtomobilin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü bükümü çıxarıb avtomobilin arxa örtüyünün üzərinə qoymuş, daha sonra əynindəki şalvarının sol yan cibindən bir ədəd qara rəngli, üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “Samsung” markalı mobil telefon, qara rəngli gödəkçəsinin sol yan cibindən göy rəngli bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində bir ədəd şüşə flakon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən gümüşü büküm açılmış və içərisində kristal formalı şəffaf maddə aşkar olunmuş, ikinci gümüşü büküm açılmış və həmin bükümün də içərisindən şəffaf kristal maddə aşkar edilmişdir. Bundan sonra sellofan torbanın içərisindəki mobil telefona məxsus adapter və onun naqili, bir ədəd gümüşü büküm aşkar edilmiş, həmin büküm açılmış və içərisindən sellofan kəsikləri bükümlərində qəhvəyi rəngli toz halında maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kristal maddələrin “patı” adlanan psixotrop maddə metamfetamin, qəhvəyi rəngli, toz halında olan maddələrin isə “kakos” adlanan narkotik vasitə heroin olmasını bildirmişdir. Aşkar olunan şüşə flakonun isə narkotik vasitə istifadə etmək üçün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 2,6 qram, psixotrop maddə metamfetamin çəkildikdə isə çəkisinin 5,1 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr qablaşdırlıb möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, baxış keçirilməsinə dair video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 13-16)
12. «Şübhəli şəxs qismində tutma haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (c İ, i.v 17)
13. «Şübhəli şəxsə müdafiəçi təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təyin olunmuşdur. (c İ, i.v 18-30)
14. «Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30-da İmişli Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 31)
15. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd polietilen torbada ağ rəngli başlığı, qara rəngli naqili olan adapter, sol yan cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon və həmin şalvarının sol arxa cibindən bir ədəd həkim resepti aşkar olunaraq stolun üzrərinə qoyulmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmüş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd polietilen torbada ağ rəngli başlığı, qara rəngli naqili olan adapter başlığı sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Həmçinin, şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 34-36)
16. Məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2024-cü il tarixli 18/855 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə olan təmiz çəkisi-1,775 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-1,075 qram, 01 ədəd şəfaff polietilen bükümə olan 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,369 qram, 0,295 qram, 0,335 qram, 0,372 qram, 0,380 qram, 0,352 qram, 0,370 qram, 0,384 qram, ümumi çəkisi -3,932 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində yazılar və imzalar olmayan kağız paketdə 01 ədəd kağız bükümdə olan bir ədəd siqaret qutusunun içərisində ağımtıl rəngli iz mikrohissəcikləri olan bir ədəd şüşə lampanın içərisində psixotrop maddə metamfetamin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikrohissəcik) iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (Siyahı İ). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (Siyahı İ). Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. (c İ, i.v 66-68)
17. «Üzləşdirmə aparılması haqqında» 13 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilməsi ilə bağlı istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, 10 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Nicat Cəfərovla birlikdə təbii narkotik vasitə götürməyə getdiklərini, Nicat Cəfərova təbii narkotik vasitə marixuana əldə etmək barədə təklif etdiyini, onun da razı olduğunu, bunun üçün 42 manat pul verdiyini, o da həmin pulu ödəmə aparatından göndərilən kart hesabına göndərdiyini, ikisi birlikdə gedib Yeni Günəşli adlanan yerdən təbii narkotik vasitə marixuana götürdüklərini, gəlib evdə açan zaman isə təbii narkotik vasitə marixuana deyil kakos” adlanan narkotik vasitə və “patı”adlanan metamfetamin çıxdığını, cibinə qoyduğunu və İmişli rayonuna qayıdanda yolda 28 May küçəsində polis əməkdaşlarının onları saxladığını və onun üzərindən aşkar edildiyini bildirmiş, Nicat Cəfərov da həmin xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirilmə aparılması dair video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 100-102)
18. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 13 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. (c İ, i.v 103- 104)
19. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-81/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 oktyabr 2024-cü ildən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş təqdimatın təmin edilməməsini xahiş etmişdir. (c İ, i.v 134-136)
20. Təqsirləndirilən şəxs məxsus «mobil telefona baxış keçirilməsi haqqında» 13 oktyabr 2024-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, mobil telefon smartfon tiplidir, tünd göy rəngdədir. Ekran hissəsində çatlamalar aşkar edilmişdir. Mobil telefonun «Galareya» hissəsində iş üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilməmişdir. Telefonun «Mesaj» bölməsinə baxış zamanı ***-***-**-** saylı mobil nömrədən 7 oktyabr 2024-cü il tarixdə, saat 20:07-də «qaqa taksideyem danışa bilmirem özümdə rayonnan gelmişem indi çatmışam şehere 20 yanvardayam pis gündeyem heç olmuya 25 manatlıq düzüb qoşmaq olar nese bir qardaş kimi başa düş alınırsa bir qardaşlıq et alınır mene bir xeber et» məzmununda «sms» mətni göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən həmin nömrəyə **********460768 saylı kart hesab nömrəsi və daha sonra «zəng edə bilərsinizmi?» məzmununda «sms» mətni göndərilmişdir. Həmin gün ***-***-**-** saylı mobil nömrədən isə «qaqa qoşa arazın yanında düşüm men» məzmununda «sms» mətni göndərilmişdir. (c İ, i.v 137-138)
21. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 196-197)
22. «İmişli Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin direktoru Şahin Qurbanov tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 18-1-46/2-1106/2024 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs «İmişli RMX» publik hüquqi şəxsində ruhi-əsəb, narkoloji və nevroloji diaqnozu ilə dispanser qeydiyyatda deyil. (c İ, i.v 199)
23. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və o, İmişli rayonunun Sarıxanlı kəndində yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı müraciət daxil olmamışdır.(c İ, i.v. 101)
24. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Sarıxanlı və Buludlu kəndləri üzrə nümayəndəsi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, № 5.53.12.26/861 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonunun Buludlu kəndində yaşamışdır və ailə üzvləri atası X7 (1961), ögey anası X17 (1979), ögey bacısı X11 (xx.xx.2018), arvadı X24 (2005) və qızı X8 (xx.xx.2024) ibarətdir. (c İ, i.v. 202)
25. «Diskə baxış keçirilməsi haqqında» 14 dekabr 2024-cü il tarixli, 6067 №-li protokoldan görünür ki, Azercell MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 26465 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs adına ***-***-**-** və 051477-56-23 saylı mobil nömrələrin olması müəyyən edilmiş, ***- ***-**-** saylı mobil nömrəyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç bir SMS mətni aşkar edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə, saat 20-21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində olması faktı anten dairəsi məlumatları ilə təsdiq edilmişdir. Cinayət işinə əlavə edilmiş Azercell MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 26465 nömrəli məktuba əlavə edilmiş CD diskdə əks olunmuş məlumatlar məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İİ, i.v 25-26)
26. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müailcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (c İİ, i.v 46-47)
27. «Məlumatlara baxış keçirilməsi» haqqında 07 yanvar 2025-ci il tarixli, 12 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung Galaxy A13» markalı mobil telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. (c İİ, i.v 55)
28. «Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında» 10 yanvar 2025-ci il tarixli, 14 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunması qərara alınmışdır. (c İİ, i.v 84)
29. «Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında» 10 yanvar 2025-ci il tarixli, 14 nömrəli qərarın nəticə hissəsinin 6-cı bəndindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,775 qram təmiz çəkidə narkotik vasitə heroinin ekspert tədqiqatından sonrakı 1,675 qram təmiz çəkidə qalan hissəsi, 3,932 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonrakı 3,482 qram təmiz çəkidə qalan hissəsi, bir ədəd içərisində psixotrop maddə metamfetaminə məxsus iz mikrohissəcikləri olan şüşə flakon, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy12” markalı, N.X.Cəfərova məxsus bir ədəd “Samsung J2” markalı mobil telefon, bir ədəd naqili ilə birlikdə adapter başlığı İmişli Rayon Polis Şöbəsinin «Maddi sübutların saxlanması otağı»na təhvil verilmişdir. (c İİ, i.v 85)
30. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 17 yanvar 2025-ci il tarixli, 22 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunması qərara alınmış, Təqsirləndirilən şəxs qərarla tanış olmuş və “Mən özümü elan olunmuş ittihamla təqsirli bilmirəm. Mən özümü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilirəm. İmza: Təqsirləndirilən şəxs” məzmunlu qeyd etmişdir. (c İİ, i.v 105-107)
31. «Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında» 17 yanvar 2025ci il tarixli, 23 nömrəli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə İmişli RPŞ-nin inzibati binasında, müdafiəçisi X5 iştirakı ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunan zaman, habelə yenidən ittiham elan edildikdən sonra təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü həmin maddələr üzrə təqsirli bilmədiyini, narkotik maddə istifadəçisi olduğunu bildirmiş, təqsirləndirilən şəxsin bildirdiyi xüsusatlar İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi İlqar Soltanlı tərəfindən vəsatət kimi qəbul edilmişdir. (c İİ, i.v 121) Həmin qərarın nəticə hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs vəsatəti özünümüdafiə xarakteri daşıdığından, həmçinin əsassız olduğundan təmin edilmədən rədd edilmişdir. (c İİ, i.v 125)
32. «Cinayət işi materiallarından digər cinayət işinin ayrılması haqqında» 17 yanvar 2025-ci il tarixli, 28 nömrəli qərarın nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından X6 barəsində ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. (c İİ, i.v 128- 130)
33. «Diskə baxış keçirilməsi» haqqında 22 yanvar 2025-ci il tarixli, 77 №-li protokoldan görünür ki, Azərfon MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9896/24 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs adına ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmiş, həmin mobil nömrəyə iş üçün əhəmiyyət kəsb edəcək heç bir SMS mətninin daxil olmaması aşkar edilməmişdir. (c İİ, i.v 134)
34. Məhkəmə istintaqı zamanı təqdim edilmiş İmişli Asan xidmət mərkəzində ƏN qeydiyyat şöbəsindən verilən xx.xx.2024-cü il tarixli, 363 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Abbaslı X1 Lalə Elşən qızı (nikaha girəndən sonra X24) ilə birgə nikahdadırlar.
35. Məhkəmə istintaqı zamanı təqdim edilmiş şəxsiyyət vəsiqəsi ilə, eləcə də elektron məhkəmə sistemində mövcud olan təqsirləndirilən şəxsin fərdi məlumatlarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü X18 adında bir azyaşlı uşağı var.
36. Məhkəmə heyəti məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur.
40. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir.
41. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
42. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir
43. Belə ki, təqsirləndirilən şəxs məhkəməyədək icraatda ibtidai isintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək, narkotik vasitələri əldə etdiyini, lakin satış məqsədinin olmadığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin o, qeyd etmişdir ki, üzərində aşkar edilən narkotik vasitələri tanışı ilə birlikdə istifadə etmək üçün “Səid” adlı şəxsdən əldə etmişdir. Lakin, o şəxsən tanımadığı və yalnız telefon vasitəsi ilə danışdığı və adının “Səid” olduğunu bildiyi şəxslə telefonla danışıb ondan 5 qram marixuana istəmiş və həmin narkotik vasitənin qarşılığında “Milli Ön” ödəmə terminalı vasitəsi ilə tanışı ilə birlikdə “Səid”ə 42 manat pul göndərmiş, daha sonra “Səid”in dediyi yerdən narkotik vasitəni götürüb evə gəlmiş, evdə bükülünü açdıqda həmin bükülüdə narkotik vasitə marixuananın olmadığını, bunun əvəzində heroin və metamfetamin olduğunu görmüş, həmin narkotik vasitəni “Səid”ə qaytara bilməmiş, üzərində daşımaqla İmişli rayonuna gətirmişdir, narkotik vasitəni və psixotrop maddəni İmişli rayonuna gətirməkdə məqsədinin satmaq deyil, tullamaq olduğunu bildirmişdir.
44. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə, yəni, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı verdiyi ifadələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
46. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır.
47. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.
48. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
49. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
50. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir.
51. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4-cü maddəsi arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur.
52. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəyə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər.
53. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
54. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
55. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr və İ Siyahısının 2-ci hissəsinin 27-ci bəndinə əsasən mefamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir.
56. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısının 82-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin və İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.
57. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır.
58. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
59. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
60. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
61. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
62. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
63. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə ittiham irəli sürmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı ilə qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq bir ədəd gümüşü rəngli bükümdə 1,775 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan heroin, bir ədəd gümüşü rəngli bükümdə 1,075 qram çəkidə psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü rəngli bükümün içərisində olan səkkiz ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər biri ayrı-ayrılıqda 0,369 qram, 0,295 qram, 0,335 qram, 0,372 qram, 0,380 qram, 0,352 qram, 0,370 qram, 0,384 qram çəkidə olmaqla, ümumilikdə 3,932 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” qərar və “şübhəli şəxsin tutulması haqqında” protokolda o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində şübhəli bilinmiş, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarda cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanılmış və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai istintaq boyunca təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut əldə olunmadan, onun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Halbuki, ibtidai istintaqın gedişində Bəhramın hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətidir.
64. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlaməti, həm də, onun “Səid” adlı şəxslə danışıb ondan 5 qram marixuana istəməsi, bükülünü götürüb evə gəldikdən sonra heroin və metamfetamin olduğunu bilməsi, daha sonra üzərində daşıyaraq İmişli rayonuna gətirməsi, bu barədə ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş bükülünü satış məqsədi ilə deyil, istifadə üçün əldə etdiyini, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmaları haqqında), narkotik vasitələr və psixotrop maddələrin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini və mütamfetamini əldə etməsi, üzərində saxlaması, daşımasından ibarət hərəkətlərin, həmin vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir.
65. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə araşdırması zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetamini və heroini satış məqsədi ilə götürüb üzərində saxlamaqla daşımaq niyyətində olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir.
66. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi, habelə şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır.
67. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir.
68. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
69. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir.
70. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir.
71. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir.
72. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
73. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
74. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
75. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
76. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
77. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən səmimi olaraq etiraf edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
78. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
79. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 az yaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
80. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
81. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
82. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
83. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
84. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
85. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
86. Məhkəmə, hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.
87. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, təmiz çəkisi – 1,775 qram narkotik vasitə heroinin ekspert tədqiqatından sonrakı 1,675 qram təmiz çəkidə qalan hissəsi və təmiz çəkisi – 3,932 qram psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonrakı 3,482 qram təmiz çəkidə qalan hissəsi, bir ədəd içərisində psixotrop maddə metamfetaminə məxsus iz mikrohissəcikləri olan şüşə flakon məhv edilməlidir. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy12” markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə təhvil verilməlidir və X12 məxsus bir ədəd “Samsung J2” markalı mobil telefon, bir ədəd naqili ilə birlikdə adapter başlığı İmişli RPŞ-nin «Maddi sübutların saxlanması otağı»nda saxlanılmalıdr.
88. «Baxış keçirilməsi haqqında», «şəxsi axtarış və götürmə haqqında», «üzləşdirmə aparmaq haqqında», «şəxsi axtarış və götürmə haqqında», «təqsirləndirilən şəxsin dindirilməsi haqqında» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 05 (beş) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd disk, “Azerfon” LLC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 01 (bir) ədəd flaşkart olmaqla, ümumilikdə 08 (ədəd) ədəd disk və 01 (bir) ədəd flaşkart hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
89. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
90. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 131,95 (bir yüz otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X2 hesabına (210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
91. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
92. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
93. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
94. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 4 mart 2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1,675 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,482 qram olan psixotrop maddə metamfetamin və bir ədəd içərisində psixotrop maddə metamfetaminə məxsus iz mikrohissəcikləri olan şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung Galaxy12” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan X12 məxsus bir ədəd “Samsung J2” markalı mobil telefon, bir ədəd naqili ilə birlikdə adapter başlığı İmişli Rayon Polis Şöbəsinin «Maddi sübutların saxlanması otağı»nda saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci – 131,95 (bir yüz otuz bir manat doxsan beş qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 08 (ədəd) ədəd disk və 01 (bir) ədəd flaşkart iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva