Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-245/2022 14.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüuqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X4 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1999-ci ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonunun Bəydili kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində Biləsuvar rayonunun ərazisində yerləşən “Çərçili” adlanan ərazidəki pambıq sahəsində qoyun otararkən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncu ondan qoyunları sahədən çıxarmasını tələb etməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub sıxaraq yerə yıxmaqla ona İV boyun fəqərəsinin kompression sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonun Nəsimi kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bəydili kəndində anası ilə birlikdə yaşayır, atası 2013-cü ildə vəfat etmiş, xəstə anası onun himayəsindədir. Subaydır, xeyli müddətdir ki, Biləsuvar rayonunun “Çərçili” adlanan ərazidə yerləşən Mübariz adlı şəxsə məxsus olan fermada çoban işləyir, Mübarizə məxsus mal-qaranı və qoyunları saxlamaqla, yəni çobanlıqla məşğul olur və həmin fermada yaşayır.Biləsuvar rayonunun “Çərçili” deyilən ərazidə, özünün işlədiyi fermaya yaxın ərazidə olan, Tarverdi adlı şəxsə məxsus fermada çoban işləyən Zərərçəkmiş şəxs tanıyır və aralarında münasibətləri yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır.17 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində Mübarizin fermasının yaxınlığında Natiq adlı şəxsin pambıq sahəsində qoyun otararkən İnqilab həmin sahəyə gəlib pambıq sahəsində özünün qoyun otaracağını bildirib ondan qoyunları sahədən çıxarmasını tələb etmiş, o isə sahənin sahibi Natiqin icazəsi ilə orada qoyun otardığını deyib qoyunları sahədən çıxarmamışdır. Buna görə də İnqilab onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, o da İnqilabın söyüşlərinə cavab olaraq İnqilabı söyüb təhqir etmiş, bu zaman İnqilab onun üzərinə hücum edib sifətinə bir dəfə sillə ilə vurmuşdur.İnqilabın onu vurmasından əsəbiləşdiyi üçün o, İnqilabın üzərinə getmiş və biri-birindən tutub əlbəyaxa olarkən o, İnqilabın boynundan tutub bərk sıxıb onu özündən kənara itələmiş, İnqilab da yerə yıxılmış, az sonra İnqilab boynunda ağrıları olduğunu bildirmişdir.Həmin vaxt o, İnqilabın xəsarət almasını bilmişdir.Aralarında baş vermiş mübahisədən sonra o, həmin yerdən uzaqlaşıb getmişdir.Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs onunla mübahisə edərkən onun İnqilabın boynundan tutub kənara itələyərkən İnqilab boynundan xəsarət almış və buna görə xəstəxanaya gedib orada əməliyyat olmuşdur.Həmçinin Zərərçəkmiş şəxs döyülməsi barədə Biləsuvar RPŞ-nə ondan şikayət etmişdir.Hadisənin baş verməsinə səbəb aralarında mübahisə zamanı İnqilabın onu sillə ilə vurması olmuşdur. Həmin vaxt onun məqsədi Zərərçəkmiş şəxs xəsarət yetirmək olmamış, onu özündən uzaqlaşdırmaq üçün onun boynundan tutub kənara itələmişdir. Sonradan bilmişdir ki, onun bu hərəkəti nəticəsində Zərərçəkmiş şəxs ağır xəsarət almışdır.Törətdiyi əməlindən peşmadır.Hadisədən sonra İnqilabla aralarında barışıq olmuş, həm də o, İnqilabın müalicəsi ilə bağlı ona beş min manat pul vermişdir.Hazırda onun İnqilabla münasibətləri əvvəlki kimi yaxşıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir ki, Biləsuvar rayonunda, “Çərçili” adlanan ərazidə yerləşən, Tarverdi adlı şəxsə məxsus fermada ailə üzvləri ilə birlikdə yaşayır, həm də Tarverdiyə məxsus olan mal-qaranı və qoyunları saxlamaqla, çobanlıqla məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və ya düşmənçilik münasibətləri yoxdur.Təqsirləndirilən şəxs Biləsuvar rayonun “Çərçili” deyilən ərazidə yerləşən, Mübariz adlı şəxsə məxsus fermada çoban işləyir.16 oktyabr 2021-ci il tarixdə Elnurun qardaşı Zamiqin otardığı mal-qara onların pambıq sahəsinə girib otlamışdır.17 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində Biləsuvar rayonun “Çərçili” deyilən ərazidə yerləşən, Natiq adlı şəxsə məxsus olan pambıq sahəsində qoyun otaran zaman Elnurun da həmin sahədə qoyun otarmasını görüb Elnurun yanına gedib bir gün əvvəl qardaşı Zamiqin otardığı qoyunların onların pambıq sahəsinə girib otarmasına narazılığını bildirib, ondan otardığı qoyunlara nəzarət etməsini və onun qoyunları otardığı sahəyə girməməsini tələb etmişdir.Bu zaman Elnur onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, o da əsəbiləşdiyi üçün Elnuru qarşılıqlı olaraq söyüb-təhqir etmiş, sonra şillə ilə Elnurun sifətinə vurmaq istəmiş, lakin atdığı şillə Elnurun sifətinə dəyməmişdir. Bundan sonra Elnur onun üzərinə gəlmiş və onlar əlbəyaxa olub dalaşarkən Elnur əlləri ilə boynundan tutub sıxaraq onu yerə yıxmış, həmin vaxt Elnur da onunla birlikdə yerə yıxılsa da, boynundan əllərini buraxmamış, yerdə uzanmış vəziyyətdə əlləri ilə onun boynunu sıxmağa davam etdiyinə görə o, Elnurdan boynunu buraxmasını tələb etmiş, lakin Elnur onun boynunu möhkəm sıxdıqdan sonra boynunu buraxmış, bundan sonra Elnur ondan ayrılıb oradan uzaqlaşıb getmişdir. Həmin vaxt o, boynunda bərk ağrı hiss etmiş, çətinliklə ayağa qalxıb yaşadığı fermaya tərəf getmiş, yolda arvadı Gülqədəmlə rastlaşmış və ona Elnurla aralarında dava-dalaş olduğunqu, Elnurun onun boynunu sıxmasını və boynunun ağrıdığını demiş, sonra arvadı ilə birlikdə otardığı qoyunları fermaya aparmışdır.Boynunda ağrılar çox olduğu üçün fermada qalmamış, arvadı ilə birlikdə Biləsuvar rayonun Xırmandalı kəndində yerləşən evlərinə getmişlər.Həmin gün iş günü olmadığından xəstəxanaya getməmiş, iki gündən sonra Biləsuvar rayon xəstəxanasına getmiş, xəstəxanada həkimlər onu müayinə edib boynunu rentgen etdikdən sonra boynunun fəqərəsinin sınmasını bildirmişlər.Xəstəxanada həkimlər ona tibbi yardım göstərsələr də, əməliyyat edə bilməmişlər.Ona görə də o, bir neçə gündən sonra Bakı şəhərinə, “Neftçilər” xəstəxanasına getmiş və orada boynundan əməliyyat olunmuşdur. Xəstəxanada əməliyyat olunması ilə bağlı bütün xərcləri Elnur ödəmişdir. İki gündən sonra xəstəxanadan evə buraxılmış, hazırda sağlamlığından heç bir şikayəti yoxdur. Müalicəsi ilə bağlı və digər xərcləri ilə bağlı Elnur ona beş min manat pul vermişdir.Bu hadisə aralarında olan anlaşılmazlıqdan baş vermişdir.Hadisədən sonra o, Elnurla barışmış, hazırda münasibətləri yaxşıdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına və məhkəməyə ünvanladığı 01 noyabr 2021-ci il tarixli və 15 mart 2022-ci il tarixli ərizələri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əridir.17 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində fermanın həyətində olarkən yaxınlıqda yerləşən pambıq sahəsindən səs-küy gəlməsini və əri İnqilabın tanıdığı Elnur adlı şəxslə mübahisə etməsini eşitmiş, lakin həmin vaxt pambıq sahəsinə getməmişdir. Təxminən 15-20 dəqiqədən sonra pambıq sahəsindən səs-küy gəlmədiyindən İnqilab və Elnurun sakitləşməsini zənn etmişdir.Sonra o, əri İnqilabın yanına gedib otardığı qoyunları fermaya gətirməyə köməklik etmək üçün pambıq sahəsinə getmişdir.X9 dava-dalaş edən zaman Elnurun onun boynunu sıxmasını və boynunun ağrıdığını demişdir.Sonra o, əri İnqilabla birlikdə otardığı qoyunları fermaya gətirmişlər.Fermaya çatanda İnqilabın boynunda ağrıları çox olduğu üçün onlar Biləsuvar rayonun Xırmandalı kəndində yerləşən evlərinə getmişlər.İki gündən sonra İnqilabı Biləsuvar RMX-na aparmışlar.Xəstəxanada həkimlər İnqilabın boyununun fəqərəsinin sınmasını bildirmişlər.Bir neçə gün sonra İnqilabı Bakı şəhərində yerləşən “Neftçilər” xəstəxanasına aparmışlar və orada İnqilab əməliyyat olunmuşdur. İnqilabın xəstəxanada əməliyyat xərclərini Elnur ödəmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 18 oktyabr 2021-ci il tarixli “Raprot”u ilə müəyyən edilir ki, həmin tarixdə, saat 15:08-də Biləsuvar RMX-nin Cərrahiyyə şöbəsindən 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “boyun fəqərəsinin sınığıyerdəyişmə” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. İşdə olan, 18 oktyabr 2021-ci il tarixli “Baş vermiş cinayətlər barədə şifahi ərizə protokolu” ilə müəyyən edilir ki, həmin tarixdə Həsənov X3 RPŞ-nə müraciət edərək 17 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində əkin sahəsində Elnur adlı şəxs tərəfindən döyüldüyünü bildirib həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən ediir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş İV boyun fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 17 oktabr 2021-ci il tarixə uyğun gəlir və qeyd olunan şəraitdə, yəni onun boyun nahiyəsinin sıxılaraq burulması nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2021-ci il tarixli protokolla müəyyən ekdilir ki, istintaq orqanı tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, istintaq orqanının “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Biləsuvar rayon İHB-nın Bəydili kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 20 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonunun Bəydili kəndində anası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Biləsuvar RMX-dan verilmiş 04 aprel 2022-ci il tarixli “Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışla” müəyyən edilir ki, X5 “Hipertoniya xəstəliyi İİİ mərhələ, kritik gedişli” diaqnozu ilə xəstədir. İşdə olan, Biləsuvar rayon İHB-nın Bəydili kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 29 mart və 04 aprel 2022-ci il tarixli arayışlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Bəydili kəndində anası X5 ilə birlikdə yaşayır və anası onun himayəsindədir. Təqsirləndirilən şəxs atası X6 03 mart 2013-cü ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, gənc olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunması və ilk məhkumluğu), eləcə də işin faktiki hallarını, o cümlədən hadisənin qarşılıqlı olaraq mübahisə edib dalaşma zamanı baş verməsi halları müstəsna hallar kimi qəbul edib, Təqsirləndirilən şəxs barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə, ona ittiham olunduğu maddənin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəzaazadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və onun bu cəzanı çəkməklə islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-245/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-245/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver