Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-245/2023 06.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Şirvan şəhəri H.Cavid küçəsi, ev 12 A-da qeydiyyatda olmaqla, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi ev 12, mənzil 33-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda - 2,612 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2022-ci il tarixdə saat 11:30 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman 2,612 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə etmişdir. 27 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 qrama yaxın narkotik vasitə heroin olmuşdur. Üzərində aşkar olunan heroinin miqdarının artırılmasının səbəbini bilmir. Heroini tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi digər ifadəsində isə 27 sentyabr 2022-ci ildə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşı Şahid1 tərəfindən üzərinə narkotik vasitə heroin qoyulduğunu, ona CM-nin 234.1-1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini, bununla razılaşmasını, əks halda evinə 1 kq narkotik vasitə qoyulacağını bildirmişlər. O isə uşaqlarını və ailəsini nəzərə alaraq polis işçiləri ilə razılaşmış və heroinin ona məxsusluğunu bildirmişdir. Onun saxlanılmasında polis əməkdaşı Fuad Abbasov iştirak etməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı məhlədə gəzərkən yerdə bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmışdır. Özü heroindən istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuş və məqsədi istifadə etmək olmuşdur. Heroini satmaq məqsədi olmamışdır. Həmin gün saat 11:20 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçi dəvət olunmuş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdı olan heroini çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 sentyabr 2022-ci il tarixdə Şirvan şəhəri Leytenant İbrahimov küçəsi ev 12, mənzil 33-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs küçədə görüb saxlamış, üzərində narkotik vasitələr saxlamaqda şübhəli olmasını bildirməklə polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılan zaman o, əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini yaşadığı küçədən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülməklə bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni Leytenant İbrahimov küçəsində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Matierialların məhkəmə ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 18/1074 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 ədəd bükümdə təmiz çəkisi 2,612 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2023-cü il tarixli, 179 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasıını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 12 oktyabr 2022-ci il tarixli, 1043 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şirvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 97549/10-7 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixə kimi cəzasından 4 ay 21 günü çəkilmiş, 1 il 07 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2012, xx.xx.2017 və xx.xx.2022-ci il tarixdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,612 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2,612 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasını müəyyən etməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokollardan və protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, o, üzərində bir bükümdə heroin aşkar olunduğu zaman həmin maddəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrində də heroini öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün opoidlərin qəbulu nəticəsində nakomaniya xəstəsi olması, onun üzərində aşkar olunan narkotik vasitənin miqdarı, xırda bükümlərə ayrılmaması da onun həmin maddəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun həmin maddəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən X4 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edildmiş və çəkilməmiş 01 il 07 ay 05 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdlan məhrum etməyə bərabər tutulmaqla 09 ay 17 gün məddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməldidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qram 2,562 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edildmiş və çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 5 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdlan məhrum etməyə bərabər tutulmaqla 9 (doqquz) ay 17 (on yeddi) gün məddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,562 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-245/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-245/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver