Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-246/2022 24.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Saatlı rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 08 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3215 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 905 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroinin 1510 qramını bir ədəd sellofan bağlamada qablaşdırıb üzərində, qalan 1705 qramını bir ədəd bağlamada, eləcə də yuxarıda göstərilən çəkidə psixotrop maddə metamfetamini bir ədəd sellofan torbada və qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan torbada qablaşdıraraq yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndində evinin yaxınlığında yerləşən su arxının kənarına daşıyaraq oradakı kolluqda saxlamış, 06 avqust 2022-ci ildə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 22:30-da yaşadığı Böyük Bəhmənli kəndi ərazisində saxlanılaraq Füzuli Rayon Polis Şöbəsinin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 1510 qram çəkidə narkotik vasitə heroin əlindəki sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Eyni zamanda DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları tərəfindən 07 avqust 2021-ci ildə saat 14:30-da əməliyyat-axtarış tədbiri davam etdirilərkən Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən su arxının kənarındakı kolluğa Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı bir ədəd sellofan bağlamada, külli miqdar təşkil edən 1705 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada, külli miqdarda 2110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan torbada olmaqla külli miqdarda 905 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan torbada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 avqust 2021-ci ildə axşam saat 21 radələrində evinə gələn qonaqları ilə birgə olarkən bir neçə polis əməkdaşı onun evinə daxil olaraq onu tutub Gəncə rayon polis şöbəsinə aparmış, orada polis əməkdaşları ona arvadını da şöbəyə gətirəcəkləri ilə təzyiq göstəməklə onu döyərək törətmədiyi cinayətlə bağlı adından yazılan ifadələrə imza etdirmiş, onun narkotik maddələrin gətirilməsində, onların kolluqda gizlədilməsindən hər hansı bir məlumatı və iştirakı olmamışdır. Hazırda onun heç bir cinayət törətmədiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, tutulmamışdan bir müddət əvvəl adını “Məhərrəm” kimi bildiyi şəxsin Füzuli rayonu ərazisində qoyduğu külli miqdarda narkotik vasitələri və psixotrop maddəni təxminən 15 gün əvvəl ona deyilən yerdən götürərək Böyük Bəhmənli kəndində yerləşən yaşadığı evdən 400 metr aralıda axan “Quruçay”-çayının kənarında bitən kolluğa atıb gizlətmiş, əldə etdiyi narkotik vasitə heroinə 06 avqust 2021-ci ildə müştəri tapdığı üçün bir kiloqram yarım heroini gizlətdiyi yerdən götürüb satmaq məqsədi ilə apararkən həmin gün saat 22:30 radələrində yaşadığı kənddə Baş Narkotiklərlə Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları tərəfindən saxlanılaraq İdarənin Gəncə şöbəsinə aparılmış, oraya dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlindəki torbanın içərisində olan narkotik vasitə polis əməkdaşı tərəfindən gütürülmüş, sorğu-sual zamanı yaşadığı kənddə çayın kənarında kolluqda gizlədib saxladığı narkotik vasitə və psixotrop maddə barəsində onlara məlumat verməklə həmin maddələri təqdim edə biləcəyini bildirmiş, içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamaları gizlətdiyi yerdən götürüb polis əməkdaşları təhvil vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nın polis nəfəri, sürücü işləyən Şahid2 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 avqust 2021ci ildə şöbənin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:30 radələrində yaşadığı Böyük Bəhmənli kəndində yolun kənarında saxlanılaraq şöbəyə aparılmış, şöbədə üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən əlində olan bağlamanın içərisində narkotik maddə heroinə oxşar kütlə aşkar edilmiş, sorğu-sual zamanı yaşadığı kənddə, çayın kənarında kolluğun içərisində də həmin maddələrdən saxladığını bildirdi, əməliyyat qrupunun rəhbəri Şahid1 və digər əməkdaşlar Təqsirləndirilən şəxs dediyi yerə gedərək orada videoçəkiliş aparılmaqla sonuncunun təqdim etdiyi narkotik bağlamaları sənədləşdirib götürmüş, tərtib olunan protokolu orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs imzalamış, sonuncu saxlanılaraq polis şöbəsinə aparılarkən, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsinin qardaşıdır. Xaliq kənddə ət dukanında işləmiş, onunla münasibəti həmişə yaxşı olmuşdur. Xaliq onda bank kartı olduğunu bildiyindən 2021-ci ilin yayında onun kartından istifadə etməsini xahiş etmiş, Xaliqə göndərilən 2400 manat pul ona məxsus “Kapital Bank” kartına daxil olmuş, o, həmin pulu kartdan çıxarıb Xaliqə vermiş, eləcə də bundan sonra sonuncuya göndəriləcək 600 manat pulu kartdan çıxarmaq üçün kartı da ona vermiş, sonradan Xaliqin tutulmasını eşitmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hazırda Füzuli rayon polis şöbəsinin müvəqqəti saxlama yerində polis nəfəri işləyir. 07 avqust 2021-ci ildə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi üçün çıxararkən orada iştrak etmiş, Təqsirləndirilən şəxs onların müşayiəti altında yaşadığı kəndə aparılmış, sonuncu kənddə su arxının kənarındakı kolluqda narkotik vasitələr gizlətdiyini bildirmiş, onun göstərdiyi yerə baxış keçirilərkən üç ədəd səffaf rəngli sellofan torbaların içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə, qəhvəyi rəngli narkotik vasitə heroinə və yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kutlələr aşkar edilərək gütürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Füzuli rayon polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən, eləcə də hadisə yerinə aparılıb geri qaytarılarkən ona qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Xaliq onun oğludur. Xaliq tutulana kimi ət dükanında işləməklə ailəsini dolandırmışdır. Qaynı oğlu Universitetə qəbul olduğu üçün 06 avqust 2021-ci ildə həyətində yığıncaq təşkil olunmuş, axşam saat 21 radələrində bir neçə polis əməkdaşı həyətinə gələrək oğlu Xaliqin narkotik vasitələrin istifadəçisi olmaqla onların satışında şübhəli olduğunu bildirib onun əl-qolunu bağlayıb polis şöbəsinə aparmış, bir gün sonra eşitmişdir ki, guya kənd ərazisindəki kolluqdan Xaliqə məxsus narkotik maddə aşkar olunmuşdur. Ona verilən məlumata əsasən həmin narkotik vasitə Xaliqə aid olmamış, polis şöbəsində Xaliqə fiziki və pisxoloji təsir etməklə onun adından yazılanlara imza etdirmişlər. Məhkəmədə X8 əlavə şahid qismində dindirilərkən şahid X2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin 22 aprel 2022-ci il tarxli 206/1450-1222 saylı məktubundan görünür ki, baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 hazırda qaraciyər serrozu xəstəliyi ilə bağlı müalicədə olduğundan onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan ediləməklə tədqiq edilərkən müəyyən olunur ki, sonuncu ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 avqust 2021-ci ildə xidmətdə olarkən Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:30 radələrində yaşadığı Böyük Bəhmənli kəndində yolun kənarında saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilərkən əlində olan bağlamanın içərisində narkotik maddə heroinə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs şifahi sorğu-sual edilərkən təqdim etdiyi narkotik maddəni təxminən 12 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Məhərrəm” adlı şəxs onun yaşadığı kəndin ərazisinə qoyduğunu, o, həmin maddələri oradan götürüb yaşadığı kəndin ərazisində su arxının kənarında kolluqda gizlədib saxladığını, bağlamaları deyilən yerlərə qoyacağı halda ona 2400 manat pul veriləcəyini, ona çatacaq pulun tanışı Balaxan adlı şəxsin adına olan bank kartına göndərildiyini və həmin pulu Balaxan artıq bankomatdan çıxarıb ona verdiyini, həmin yerə göstərə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs onların müşayiəti altında yaşadığı kəndə aparılmış, sonuncu kənddə su arxının kənarındakı kolluqda gizlətdiyi üç ədəd səffaf rəngli sellofan torbaları çıxarıb onlara təqdim etmiş, sellofan torbaların içərisində olan bağlamalara baxış keçirilərkən oradan ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə, qəhvəyi rəngli narkotik vasitə heroinə və yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kutlələr aşkar edilərək gütürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən eləcə də hadisə yerinə aparılıb geri qaytarılarkən ona qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin Qərb Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən 06 avqust 2021-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində saxlanılaraq Füzuli RPŞ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində tutduğu şəffaf sellofan torbanın içərisindən 1510,0 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 07 avqust 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndində su arxının kənarındakı kolluqda bir ədəd polietilen torbada 1705,0 qram çəkidə narkotik vasitə heroin, bir ədəd polietilen torbada 905,0 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd sintetik torbada 2110,0 qr çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” eyni zamanda “baxış keçirilməsi və götürmə haqqında” protokollarda görünür ki, aparılan istintqa hərəkətləri zamanı “Sony” markalı videokamera vasitəsilə çəkilişlər aparılmış və həmin videoçəkilişlər iki ədəd disklərə köçürülüb maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli arxasına qara rəngli xüsusi qoruyucu örtük keçirilmiş “Samsung Galaxy A40” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzəridə ***- ***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqində qeydiyyatdan keçmiş və həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı “Geli” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi Təqsirləndirilən şəxs 05 avqust 2021-ci ildə “Salam qardaş necesen...üzürlü bil...işini yarıtmadım” sözlərini yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Nagarsan..göturursen? Bir söz de” yazmışdır. Söhbətin davamı olaraq həmin istifadəçi Təqsirləndirilən şəxs “İnan Allaha qorxuram ora gəlməyə...Mən aileliyem..2 uşağım var Allah senin varsa saxlasın yoxdursa versin onda bilersen qorxmaq nece olur..Özüde uşaqdılar..1 ri 5 yaş, 3 yaş..Bakıya gəldin?” yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Neden qorxursan? Teli acmadın..Ogun özüm geldim..Qaqa menimde varımdı uşağım..bizde q***elik ograşlıq olmaz..Meni zondakılar qeşeng tanıyır..Götürmek isteyirsen? Bir söz de..Men de işimi bilim..” yazmışdır. Həmin vaxt sözügedən istifadəçi Təqsirləndirilən şəxs “İsteyirem amma kende girib çıxmaq isdemirem..prablemdi kend” yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Kendin ustunde vere bilerem..Arxayın ol..Seyidin qebrin yanında görüşek isteyirsen..Alooo..Nece isteyirsen hele eliyek..Ne vaxt hell edek? Men de yuvanıram..qaqa işi yoluna qoyaq yoxsa? Bir birimizi yuvatmayaq” yazmışdır. Danışığın davamı olaraq həmin istifadəçi Təqsirləndirilən şəxs “Sebirli ol..maşını usta düzeldib...serin düşsün çıxacam” yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Lap yaxşı..qaqa senin fikrin yoxdu..neyse ozdunden mugayat ol..qaqa indi çıx geceye qalma..ne vaxt gelsen xeber ele” yazmışdır. İş materiallarında olan kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 07 avqust 2021-ci il tarixli 18/844-18/845 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1510,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs göstərdiyi...” sözləri və imzalar olan sintetik torbadakı:-1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1705,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -1 ədəd polietilen torbada təmiz çəkisi-905,0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Bir ədəd üzəri yapışqan lentlə bağlanmış sintetik torbada təmiz çəkisi-2110,0 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs təqdim etdiyi və göstərdiyi yerdən aşkar edilərək götürüldüyü qeyd edilən heroinlər eyni tərkiblidir. Qeyd: Marixuananın təmiz çəkisi-2110,0 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq çəkisi -2109,98 qram təşkil edir. Heroinin ümumi təmiz çəkisi-3215,0 qram, cəmi tədqiqata sərf olundu-0,05 qram, qalıq çəkisi- 3214,90 qram təşkil edir. Metamfetaminin təmiz çəkisi–905,0 qram, tədqiqata sərf olundu: 0,05 qram, qalıq çəkisi – 904,95 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 4952 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Füzuli rayon məhkəməsinin17 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış fəaliyyətini həyata keçirilməsinə dair” 06 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan bir ədəd zərfdə və bir ədəd bağlamada qablaşdırılan 904,95 qram çəkidə psixotrop maddə olan metamfetamin, 3214,90 qram çəkidə narkotik vasitə heroin və 2109,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, eyni zamanda bir ədəd “Samsung” markalı mobil telefon Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, 04 ədəd DVD disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, lakin sonradan Təqsirləndirilən şəxs iş üzrə təkrar səmimi ifadə vermək məqsədilə könüllü olaraq istintaq orqanına ərizə ilə müraciət etmiş, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə öz iradəsini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradılmış və o, heç bir təzyiq-təsirə məruz qalmadan digər müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi cinayəti təkzib etməklə ifadələrini təsir-təzyiq altında verdiyini (baxmayaraq ki, o, etirafedici ifadələrini də müdafiəçilərinin iştirakı ilə vermişdir) göstərmişdir. Məhkəmə hesab edir ki, səmimi ifadə verdikdən sonra daxilən rahatlıq tapan təqsirləndirilən şəxsə ifadələri alınarkən təzyiq-təsir göstərilsəydi, o, həmin vaxt hər hansı bir dövlət orqanına rəsmi qaydada müraciət edərdi. Odur ki, təqsirləndirilən şəxsin “polis əməkdaşları ona arvadını da şöbəyə gətirəcəkləri ilə təzyiq göstəməklə onu döyərək törətmədiyi cinayətlə bağlı adından yazılan ifadələrə imza etdirmiş, onun narkotik maddələrin gətirilməsində, su arxının kənarındakı kolluqda gizlədilməsindən hər hansı bir məlumatı və iştirakı olmamışdır, həmçinin ifadələri alınarkən ona təzyiq-təsir göstərilmişdir” deməsi inandırıcı görünmür. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitələri və psxotrop maddəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini daha səmimi, düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir və həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatı ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhd kimi qiymətləndirir. Eyni zamanda məhkəmə əlavə şahid qismində dindirilmiş X7 və X5 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr olan heroin və qurudulmuş marixuana, həmçinin psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 06 avqust 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 avqust 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 06 avqust 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla himayəsində arvadı və bir azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, eləcə də məhkəməyədək icraat zamanı təqsirini səmimi etiraf etməsini və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra bir ədəd zərfdə və bir ədəd bağlamada qablaşdırılan 904,95 qram çəkidə psixotrop maddə olan metamfetamin, 3214,90 qram çəkidə narkotik vasitə heroin və 2109,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumu X6 qaytarılmalı və 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 98 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 06 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra bir ədəd zərfdə və bir ədəd bağlamada qablaşdırılan 904,95 qram çəkidə psixotrop maddə olan metamfetamin, 3214,90 qram çəkidə narkotik vasitə heroin və 2109,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumu X6 qaytarılsın və 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 98 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov