Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-246/2023 18.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 11 gün cəzasının çəkilməmiş hissəsindən şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, Vidadi küçəsi ev 82-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,798 qram narkotik vasitə heroini (bundan sonra - heroin), 0,301 qram psixotrop maddə metamfetamini (bundan sonra - metamfetamin), 0,33 qram narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) və 02 ədəd göyağ rəngli kapsulda güclü təsiredici maddə olan 0,10 qram tramadolu, 04 ədəd döyüş sursatı olan patron, 01 ədəd soyuq silah hesab edilən süngü bıçağını, 01 ədəd soyuq silah hesab edilən ov bıçağını və 01 ədəd soyuq silah hesab edilən beşbarmağı qanunsuz olaraq əldə edib, 3,798 qram heroinin 1,157 qramını üzərində, qalan 2,641 qramını və 0,33 qram qurudulmuş marixuananı, 0,10 qram tramadolu, 04 ədəd döyüş sursatı olan parton, 01 ədəd soyuq silah hesab edilən süngü bıçağını, 01 ədəd soyuq silah hesab edilən ov bıçağını və 01 ədəd soyuq silah hesab edilən beşbarmağı isə yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı evində saxlamış, 29 sentyabr 2022-ci il tarixdə saat 16:30-da Şirvan şəhər polis şöbəsinin (bundan sonra- Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “El qəbirastanlığı”-nın yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi-1,157 qram heroin və həmin tarixdə saat 18 radələrində sonuncunun yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin fərdi yaşayış evinin yataq otağında olan şüşəli dolabın aşağı gözündən 1 ədəd siqaret qutusunun içərisindən eyni tərkibli 01 ədəd bükümdə təmiz çəkisi-2,641 qram qəhvəyimtil rəngli heroin, 01 ədəd bükümdə təmiz çəkisi-0,301 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi- 0,33 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 01 ədəd konvolyut kəsiyində 02 ədəd göy ağ rəngli kapsulda ümumi çəkisi 0,10 qram olan tramadol, həmin otaqda olan paltar dolabının aşağı gözündən 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olmaqla təyinatı üzrə istifadə və atəş üçün yararlı olan patron, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xasəyə malik olan yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov”konstruksiyalı “AK- 47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla soyuq silah hesab edilən süngü bıçağı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olmaqla soyuq silah hesab edilən kastet (beşbarmaq) aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası və anası vəfat etmiş, onu bibisi saxlamışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş, lakin hazırda narkotik vasitə istifadə etmir. Əvvəllər Azərbaycan Respublikası CM-in 181-ci maddəsi ilə məhkum olunmuş və 2018-ci ildə əfv olunmuş, daha sonra 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Saxlanılan gün idmançı olmaqla Türkiyədə yaşayan yeznəsi Şirvan şəhərinə gəlmiş və ailə üzvləri ilə birlikdə atasının qəbrini ziyarət etmək üçün Şirvan şəhər qəbirstanlığına getmiş və orada qəbir daşı hazırlayan sexin yanında olarkən Namaz və adını bilmədiyi digər polis əməkdaşları ona yaxınlaşmış və onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt yeznəsi polislərə mane olmaq istəmiş, o, da problem yaranmaması üçün polislərlə birgə getməyə razılaşmış və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında Namazdan nə üçün onu bura gətirdiyini soruşduqda sonuncu ona narkotik saxlamaqda şübhəli olduğunu bildirmiş, o, isə artıq narkotik istifadə etmədiyini, müalicə aldığını bildirmişdir. Lakin Namaz ona bildirmişdir ki, onunla bağlı göstəriş var və o, saxlanılmalıdır. O, isə bir daha Namaza etiraz etmiş, lakin Namaz onun qarşısına 1 qrama yaxın “mal” qoyub üzərinə götürməyi tələb etmiş, o, razılaşmamış, bundan sonra ona qarşı təzyiq edilmiş, buna görə də canını qurtarmaq üçün onlarla razılaşmış və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə razı olmuşdur. Lakin bundan üç-dörd saat keçməmiş polis əməkdaşları oun evinə getmiş, evdə tapdıqları bıçağ və digər əşyaların yanına heroin və metamfetamin də qoymuşlar ki, heroin külli miqdar olsun. Bundan sonra ona evinə gedib axtarış aparacaqlarını və onların dedikləri yerdən narkotiki götürüb təqdim etməyi tapşırmışlar. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmamış, buna görə də polis əməkdaşları onu döymüş, yeznəsini də polisə müqavimət göstərməsi adı ilə həbs edəcəklərini bildirmişlər və o, da qorxduğu üçün polislərin dediklərini etmişdir. Bundan sonra onun iştirakı ilə evinə baxış keçirilmiş, polislərin dedikləri kimi etmişdir. Bundan sonra ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən o, aldadıldığını bilmiş, buna görə də müvəqqəti saxlama yerinə keçərkən özünə xəsarət yetirmiş, buna baxmayaraq onu yenə də döymüşlər. Daha sonra onu polis rəisi qəbul etmiş və ona söz vermişdir ki, barəsindəki cinayət işini Şivan Şəhər Məhkəməsinə göndəriləcək və ona şərti cəza veriləcək. Bu formada onu istintaq təcridxanasına göndərmişlər, 4 ay təcridxanada qaldıqdan sonra onu yenə məhkəmə qarşısna çıxarmışlar və bu barədə müstəntiqdən soruşduqda müstəntiq ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edəcəyini demişdir. Lakin sonradan ittiham aktını oxuyarkən ona çox ağır maddələrlə ittiham elan edildiyini bilmişdir. Heç bir sübut və dəlil olmadan ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur, lakin həmin narkotik vasitələr ona aid olsa belə ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilməli idi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onda heroin, metamfetamin olmamışdır. Marixuana isə evində bir dəfəlik dozada ola bilərdi, həmçinin tramadol da onun evində olmuşdur. Həmin tramadolu özü istifadə etmək üçün almışdır. Marixuanadan da arada bir istifadə etmişdir. Evində aşkar edilən patron və qaz silahlar dayısı Mircəlal Qədirovdan xatirə kimi qalmışdır və neçə illərdir evində olmuşdur. Süngü bıçaq, ov bıçağı və beşbarmaq da evində olmuş, onları evində suvenir kimi saxlamış, heç vaxt üzərində gəzdirməmişdir. Heç bir silahı üstündə gəzdirməmiş, gəzdirmək fikri də olmamışdır, sadəcə evində saxlamışdır. Dəqiq bilməsə də evində beşbarmaq olması ehtimalını indi də təsdiq edir. Lakin onun evində heroin və metamfetamin qətiyyən olmamışdır, həmin kütlələri polis əməkdaşları onun evinə qoymuşlar. Onun özünə xəsarət yetirməsi və fiziki təzyiqlərə məruz qalması ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmadığını, ona qarşı fiziki təzyiqlər edildiyini nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 29 sentyabr 2022-ci il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və həmin tarixdə evinə videoçəkilişdən istifadə etməklə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, 30 sentyabr 2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb məhlənin qarşısında yerləşən küçədə gəzərkən yerdə bir ədəd sellofan bükülü görmüş və həmin bükülü onun diqqətini cəlb etdiyi üçün onu yerdən götürüb içərisinə baxdıqda içində heroin olduğunu görmüş, gələcəkdə istifadə etmək üçün həmin bükümü cibinə qoymuş, həmin gün Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən «El qəbiristanlığının» yaxınlığında olarkən saat 16 radələrində bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmiş, üzərində heroin olduğundan onlara etiraz etmiş, lakin polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Bir qədər keçdikdən sonra vəkili gəlmiş, üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, bu zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə heroin olduğunu, həmin heroini yaşadığı evin yaxınlığından yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Daha sonra polis əməkdaşı yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi, ev 82-də yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdəki yataq otağından olan şüşəli dolabın sağ tərəfindəki gözündən 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd gümüşü rəngli kağız bükümdə toxumlar və 01 ədəd sellofan bükümdə toxumlar, konvolyutda olan 02 ədəd həbb aşkar olunmuşdur. Bundan başqa yataq otağında olan paltar dolabının şüşəli dolabın aşağı gözündən 01 ədəd sellofan torbada içərisində 01 ədəd süngü bıçağı, 01 ədəd bıçaq, 01 ədəd təyinatı və növü bilinməyən silah, 04 ədəd qaz balonu, 04 ədəd patron, 02 ədəd şüşə qabda qirma, 01 ədəd beşbarmaq və 01 ədəd əldə hazırlanmış ucu iti olan predmet aşkar olunmuş, şifahi suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş bükümlərdə olan kütlələr narkotik vasitələr və psixotrop maddədir, həmin vasitələri özü istifadə edir və tapmışdır. Bundan başqa aşkar edilmiş sellofan torba olan predmetlərlə bağlı bildirmişdir ki, həmin predmetləri də, ayrı-ayrı vaxtlarda tapmış, başqa şəxslərdən əldə etməmişdir. Bundan başqa bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmamış, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri tapmış, heç kimdən əldə etməmiş, yaşadığı ünvandan aşkar edilmiş 04 ədəd patronu, 01 ədəd süngü bıçağı, 01 ədəd ov bıçağı və 01 ədəd beşbarmağı tapmış, heç kimdən əldə etməmişdir. O, Şirvan ŞPŞ-yə gətirildikdən sonra müdafiəçi təyin olunmuş, ona Şirvan ŞPŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü qismən təqsirli bilmiş, narkotik vasitələrdən istifadə etdiyini, narkotik vastələrin satışı ilə məşğul olmadığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün, həmçinin onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi vəd edildiyindən o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində və yaşadığı ünvanda narkotik vasitə, psixatrop maddə, soyuq və odlu silah saxlaması, bundan başqa narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, 29 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, M.Mirzəyev küçəsinə gedib həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və ona yaxınlaşıb özlərini təqdim edib onu Şirvan ŞPŞ-yə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə heroindir, həmin maddəni yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa, 29 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı bir ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə, 01 ədəd sellofan bükümdə heroinə bənzər kütlə, 01 ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, toxumlar, konvolyutda olan 02 ədəd həb aşkar edilmiş, bundan sonra sol tərəfdə olan paltar dolabının aşağı gözündən 01 ədəd sellofan torbanın içərisindən 01 ədəd süngü bıçağı, 01 ədəd bıçaq, 01 ədəd silah, 04 ədəd qaz balonu, 04 ədəd patron, 02 ədəd şüşə qırma, 01 ədəd beşbarmaq və 01 ədəd iti uclu predmet aşkar edilmiş və götürülmüşdür. Həmin patronları və silahları Təqsirləndirilən şəxs marağı olduğu üçün saxladığını bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olması və ətrafında olan kriminal ünsürlərə qazanc əldə etmədən narkotik vasitələr verməsi barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq edilməmiş, onun üzərinə heç bir narkotik vasitə qoyulmamış, aşkar edilmiş kütlələr və predmetlər Təqsirləndirilən şəxs məxsus olmuş, öz ifadəsində də Təqsirləndirilən şəxs bunu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına, eləcə də yaşadığı evində odlu silah və və narkotik vasitə saxlamasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-09; 29-31; 32-34) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.26- 27 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində heroinə bənzər maddə olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin vasitəni tapdığını, hər hansı etirazının olmadığını bildirmişdir. (i.v. 29-31) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı fərdi yaşayış evinin yataq otağında olan güzgülü dolabın aşağı gözündən bir ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd gümüşü rəngli kağız bükümdə toxumlar, 01 ədəd sellofan bükümdə toxumlar, konvolyutda olan 02 ədəd həb aşkar edilmiş, bundan sonra sol tərəfdə olan paltar dolabının aşağı gözündən 01 ədəd sellofan torbanın içərisindən 01 ədəd süngü bıçağı, 01 ədəd bıçaq, 01 ədəd silah, 04 ədəd qaz balonu, 04 ədəd patron, 02 ədəd şüşə qırma, 01 ədəd beşbarmaq və 01 ədəd iti uclu predmet aşkar edilmişdir. (i.v. 33-35) -Materialların məhkəmə ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 18/1083 -1084 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,157 qram olan qəhvəyimtil rəngli heroinidir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,830 qr. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...”sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-2,641 qram olan qəhvəyimtil rəngdə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-0,301 qram olan ağımtıl rəngli metamfetamindir. Bir tərəfi plastik bir tərəfi şüşə olan qabın içərisində metamfetamin izləri vardır. 01 ədəd bükümdə təmiz çəkisi-0,33 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır.02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,32 qram, 0,07 qram, ümumi çəkisi-0,39 qram olan bitkitoxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v.54) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 56-57) - Şirvan şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 4(032)-302/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 77-78) - Şirvan RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri və güclü təsir edən maddələri haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da kimə və ya kimlərə həmin kütlələri satması barədə müsbət nəticə əldə edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 02 ədəd bıçağı, 01 ədəd beş barmağı, 01 ədəd silahı, 02 ədəd qabda olan qırmanı və 04 ədəd patronu haradan və kimdən əldə etməsi barədə müsbət nəticə əldə edilə bilməmişdir. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. (i.v. 113) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli 649R saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata sərf edildi-2 ədəd patron, qalıq 2 ədəd patron. (i.v. 115-124) -Materialların məhkəmə ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 6/6478 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi ev 82-də yerləşən evindən.....” yazı və imzalar olan zərfdə üzərində “...Tramadol 50 mq...” yazılan 1 ədəd konvalyut kəsiyində 2 ədəd göy ağ rəngli kapsul güclü təsir edən maddə olub, 2 ədəd kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi 0,10 qramdır. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Tramadol kapsulasının sayı 2 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq 1 ədəd həb. (i.v. 125-128) - Məhkəmə-ballistik ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 3/1588 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qatlanmayan bıçaq-zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir, süngü-bıçaqdır, soyuq silah hesab edilir.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. (i.v. 130-134) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 dekabr 2022-ci il tarixli, 7618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 135-136) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilmişdir. (i.v.139-141) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona yenidən ittiham elan edilmişdir. (i.v. 147-148) - Şirvan şəhər Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(032)-41/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə uzadılmışdır. (i.v. 164-166) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində saxlanıldığı Şirvan şəhər PŞ-nin MSY-də özünə xəsarət yetirməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialla Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Məhkəmə tibbi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə məhkəmə tibbi ekspertizasından keçirilmiş, bədəni üzərində - boyunun sağ və sol yan səthlərində, sol saidin ön səthində və qarının ön divarında cızıqlar aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə vintlə özü-özünə yetirilməsinə xarakterik olmuş, qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmadığından dərcəsi təyin edilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, yaşadığı evdə heroin və metamfetaminin polis əməkdaşları tərəfindən qoyulduğunu, evində bir dəfəlik istifadə miqdarında qurudulmuş marixuana və 2 ədəd tramadol həbi olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini, həmçinin üzərində hər hansı soyuq silah gəzdirmədiyini, patronları, süngü bıçağı, ov bıçağını, beş barmağı suvenir kimi evində saxladığını və ailə üzvlərindən yadigar qalmasını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitə və psixotrop maddənin ona aid olduğunu, həmin vasitələrdən istifadə etdiyini və həmin kütlələri tapdığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı narkotik vasitə əldə etdiyini (çəkiləri və növləri barədə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən heroin, metamfetamin, qurudulmuş marixuana və tramadol həbləri aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 bükümdə heroinə bənzər kütləni, həmçinin yaşadığı evində saxladığı heroin, metamfetamin, qurudulmuş marixuana və tramadol həblərini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı həmin kütləllərin ona məxsus olmasını, şəxsi istifadəsi məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (yuxarıda qeyd edilən hissədə) özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxsa qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində saxlanıldığı Şirvan şəhər PŞ-nin MSY-də özünə xəsarət yetirməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılmış, həmin ilkin yoxlama zamanı izahatı alınmış Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi üçün barəsində olan cinayət işinə etiraz məqsədi ilə özünə xəsarət yetirdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini, ləyaqətinin alçaldılmadığını bildirmişdir. Toplanmış materialla Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs isə həmin qərarı aldığını, lakin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermədiyini bildirmişdir. Həmçinin məhkəmə tibbi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə məhkəmə tibbi ekspertizasından keçirilmiş, bədəni üzərində - boyunun sağ və sol yan səthlərində, sol saidin ön səthində və qarının ön divarında cızıqlar aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə vintlə özü-özünə yetirilməsinə xarakterik olmuş, qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saxlanılmış, məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də 01 oktyabr 2022-ci il tarixdə məhkəmə tibbi ekspertizadan keçirilərkən bədəni üzərində özüözünə yetirdiyi xəsarətlərdən əlavə hər hansı xəsarət olmamışdır. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərarındakı göstərilən xüsusatları, məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 565 saylı rəyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində və evində aşkar edilmiş narkotik vasitənin növünü mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, üzərində və evində aşkar edilmiş kütlələrin ona məxsus olmasını, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin o, məhkəmə istintaqında tamamilə fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni satış məqsədi ilə əldə etmiş, saxlamışdır. Cinayət işi materiallarından da görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəksə də onun üzərində və evində heroindən başqa, həm psixotrop maddə olan metamfetamin, həm narkotik vasitə qurudulmuş marixuana, həm də zəhərli maddə olan tramadol həbi aşkar olunmuşdur. Buna görə məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs heroin qəbulundan əziyyət çəksə də digər növdə olan kütlələri saxlamaqda məqsədi satış olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittihamdan müəyyən edilir ki, o, 04 ədəd döyüş sursatı olan patronu, 01 ədəd soyuq silah hesab edilən süngü bıçağı, 01 ədəd soyuq silah hesab edilən ov bıçağını və 01 ədəd soyuq silah hesab edilən beşbarmağı qanunsuz olaraq əldə edib, yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı evində saxlamışdır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində qeyd edilmişdir ki, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə və saxlama cinayət məsuliyyətinə səbəb olur. Cinayət işi materiallarına əlavə edilmiş 14 oktyabr 2022-ci il tarixli, 649 R saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 04 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Həmçinin 18 noyabr 2022-ci il tarixli 3/1588 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1 (bir) ədəd qatlanmayan bıçaq-zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir, süngü-bıçaqdır, soyuq silah hesab edilir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti həm də döyüş sursatının qanunsuz olaraq əldə edilib saxlanılmasıdır. Döyüş sursatının qanunsuz əldə edilməsi dedikdə həmin hərəkətin normativ aktların tələblərini pozmaqla əldə edilməsi nəzərdə tutulur. CM-in 228.1-ci maddəsində sadalanan predmetləri qanunsuz əldə etmə dedikə onların satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, habelə qeyd edilən predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətlərin predmetini qanunsuz saxlama dedikdə isə onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməldir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs döyüş sursatı olan patronların ona İ Qarabağ Müharibəsində şəhid olmuş dayısının yoldaşları tərəfindən ona və ailəsinə xatirə (bəxşiş) kimi verildiyini, həmin döyüş sursatını xatirə kimi saxladığını bildirmişdir. Hətta onun dediyi həqiqət kimi qəbul edilsə belə Təqsirləndirilən şəxs 04 ədəd döyüş sursatını saxlaması CM-in 228.1-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirir. Buna görə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün ittiham elan edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli qərarının 4-cü bəndinə görə odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Lakin, odlu silahın üzərində olsa belə, həmin silahdan təyinatı üzrə atəş açmağa imkan verməyən əşyalar və qurğular (süngü bıçağı, sünbə və s.) Azərbaycan Respublikası CM-nin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş odlu silahın komplekt hissələrinə aid deyillər. Belə olan halda Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1 (bir) ədəd qatlanmayan bıçaq- döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olduğundan və soyuq silah hesab edilən süngü-bıçaq olduğundan həmin bıçaq CM-in 228.1-ci maddənin predmeti deyildir, lakin həmin süngü bıçağın qanunsuz olaraq əldə edilməsi həmin Məcəllənin 228.4-cü maddəsinə görə cinayət məsuliyyətinə səbəb olur. Həmçinin Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 ədəd ov bıçağı və 01 ədəd beşbarmaq da Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əldə edildiyindən, həmin predmetlərin qanuni olaraq əldə edilməsi barədə hər hansı sübut olmadığından və həmin predmetlər yuxarıda qeyd edilən ekspertiza rəyinə əsasən soyuq silah hesab edildiyindən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin metamfetamini, qurudulmuş marixuananı, külli miqdarda heroini, eləcə də güclü təsir edən maddə tramadolu qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması onun məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkəti kimi qiymətləndirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs 04 ədəd patronu, 01 ədəd süngü bıçağı, 01 ədəd ov bıçağını və 01 ədəd beş barmağı qanunsuz olaraq əldə etmiş, saxlamışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrində ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 29 sentyabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 18/1083/1084 nömrəli, Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli 649R saylı ekspertiza rəyi, Məhkəmə kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 6/6478 nömrəli, Məhkəmə soyuq silahların kriminalistik ekspertizasının 18 noyabr 2022-ci il tarixli 3/1588 nömrəli, ambulator məcburi narkoloji yoxlamanın 15 dekabr 2022-ci il tarixli 7618 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 27 dekabr 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, heroin, qurudulmuş marixuana və tramadol, 04 ədəd patronu, 01 ədəd süngü bıçağı, 01 ədəd ov bıçağını və 01 ədəd beş barmaq yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (i.v 92-93; 103-109) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddələrinə əsasən müvafiq olaraq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş altı illik müddətin keçmədiyi dövrdə yaxud məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, şəhərin ünvan 2 ünvanında yaşayır, barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v. 96-97) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 18.2.2, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halın olmadığını və Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 7618 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 215 (iki yüz on beş ) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 215 (iki yüz on beş ) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,698 qram heroin, 0,251 qram metamfetamin, 0,31 qram qurudulmuş marixuana və 01 ədəd tramadol həbi, eləcə də 01 ədəd soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd soyuq silah hesab edilən kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd 9x18 kalibrli patron, 01 ədəd soyuq silah hesab edilən süngü bıçaq Daxili İşlər Nazirliyinin X8 Baş idarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4, 234.4.3 və 240.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 215 (iki yüz on beş ) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,698 qram heroin, 0,251 qram metamfetamin, 0,31 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd tramadol, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd soyuq silah hesab edilən kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd 9x18 kalibrli patron və 01 ədəd soyuq silah hesab edilən süngü bıçaq Daxili İşlər Nazirliyinin X8 Baş idarəsinə verilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-246/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-246/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver