Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-246/2024 02.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1987-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 6-da yaşamış, 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-42/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1982-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli Y/M “AB” Massivi, ev 70, mənzil 13-də qeydiyyatda olmaqla yaşamış, 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-43/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 102-də qeydiyyatda olmaqla yaşamış, 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)- 44/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 11, mənzil 8/11-də qeydiyyatda olmaqla yaşamış, 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-45/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 4(106)-50/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Qabil oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Qabil oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları ümumi təmiz çəkisi 5,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 21,255 qram, 0,961 qram və 0,589 qram olmaqla, ümumi təmiz çəkisi 22,805 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 4,540 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrı-ayrı bükümlərdə qablaşdırılmış halda siqaret qutusunda olmaqla idarə etdiyi “Kia Optima minik” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında daşıyaraq saxlamışlar, həmçinin Təqsirləndirilən şəxs4 soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşyanı isə həmin avtomobilin ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerində daşıyaraq saxlamış, 08 may 2023-cü il tarixdə saat 10 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən YPXA-nın 7-ci tağımının 720 saylı postunda avtomobillə saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə gətirilib “Kia Optima minik” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamin avtomobilin arxa sərnişin oturacağından, bir ədəd soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşya isə həmin avtomobilin ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 isə Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək onlara həmin maddələr ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə tərkibi təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 isə Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 07 may 2023-cü ildə Ruslan ona zəng etmiş və Ruslanla görüşmüşlər. Ruslan qonağının olduğunu, onları Sabirabad rayonuna apara bilib-bilməyəcəyini ondan soruşmuş, o da Ruslana apara biləcəyi cavabını vermişdir. Sonradan məhəllədə Elgünü görmüş, söhbət zamanı Elgün onun Sabirabad rayonuna gedəcəyini bilmiş və yüklərinin olduğunu deyib onu da Beyləqan rayonuna apara bilib-bilməyəcəyini soruşmuş, o, Elgünə də onu Beyləqan rayonuna apara biləcəyini demişdir. Onsuzda 20 Yanvar deyilən ərazidən avtomobilinə bir nəfər götürüb gedəcəkdir. 08 may 2023-cü il tarixdə Ruslana zəng etmiş, Ruslangili Xətai rayonundan götürüb məhəlləyə qayıtmış və Elgünü də məhəllədən götürüb yola düşmüşlər. Hacıqabul rayonu, Nəvai kəndində yerləşən polis postunda DYP-nin əməkdaşı onları saxlamışdır. Sənədlərinə baxdıqdan sonra onları maşından düşürüb, üzərilərində axtarış aparmışlar və sonradan onları Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində onları döymüşlər. Ona maşından narkotik vasitə çıxdığını demişlər və həmin narkotik vasitənin kimə məxsus olmasını soruşmuşlar. Polis əməkdaşlarına sürücü adam olduğunu, narkotik vasitənin kimə məxsus olduğunu bilmədiyini demişdir. Maşından aşkar olununan beş barmaq özünə məxsus olmuş, müstəntiq tərəfindən əsassız olaraq beş barmaqla bağlı Elgünə ittiham verilmişdir. Polis şöbəsində beş barmağın Elgünə məxsus olduğunu ifadəsində yazmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polis əməkdaşları onları dömüşlər, döyulən zaman aldığı xəsarətlərin izləri bədənində qalmışdır. Dizlərində xəsarət izləri vardır. Polislər onun qaraciyər nahiyəsinə vurmuşlar. Təcridxanaya daxil olarkən dizlərində olan xəsarətləri görmüşlər. Polis əməkdaşları onu (dubinka) dəyənəklə, təpiklə vurmuşlar, otaqda yerdə sürümüşlər. Elgün və Ruslanı tanımış, məhəllə uşaqları olmuşlar. Ruslanın üstündə narkotik vasitə olmasından məlumatı olmamışdır. Narkotik vasitə istifadə edən olmamışdır. Ruslan ona Mehmanın oğlu əsgərlikdən gəlib qonaqlıq verir demiş, onları Sabirabad rayonuna apara bilib-bilmədiyini soruşmuş, həmçinin yoldan da bir nəfəri götürə biləcəyini demişdir. Ruslan ona onları düşürüb çıxıb getməsini demişdir. Nəvai postunda DYP əməkdaşı onları saxlayıb sənədləri istəmişdir. Onları şübhəli şəxs kimi polis şöbəsinə aparmışlar. Polis şöbəsində 4 dəfə çəkiliş etmişlər. Polis şöbəsində ondan narkotik vasitənin Mehmanın olduğunu deməsini tələb etmişlər və onluq bir şey olmadığını bildirmişlər. Hacıqabul RPŞ-də üzərinə baxış keçirilməmişdən əvvəl onu döymüşlər. Ona, maşından narkotik vasitə çıxmasını deyərək, maşın sahibi kimi ondan narkotik vasitənin Mehmanın olduğunu, narkotik vasitəni Sabirabad rayonunda Qara adlı şəxsə vermək üçün apardıqlarını deməsini tələb etmişlər. Hansıkı onun üzərində şəxsi axtarış aparılan zaman onların iştirakı ilə hələ maşına baxış keçirilməmiş, üzərilərində şəxsi axtarışlar aparıldıqdan sonra maşına baxış keçirilmişdir. Polis əməkdaşları onu döymüşlər ki, qeyd etdiyi məzmunda ifadə versin. İzahat vermiş, ancaq yazılanları oxumadan imza etmişdir. Müstəntiqin şübhəli və təqsirləndirilən şəxs qismində yazdığı ifadələrini də oxumadan imza etmişdir. İfadələr yazılan zaman müdafiəçisi yanında olmamışdır. Onları polis şöbəsinə aparandan 4 saat sonra, onların iştirakları ilə maşına baxış keçirilmişdir. Özlərindən qabaq polis əməkdaşları özləri maşına baxış keçirmişlər. Maşında olan əşyaların yeri dəyişdirilmiş, Elgünün yük yerində olan bağlamasını salona, oturacağın üstünə qoymuşdular. İstintaq Təcridxanasına daxil olanda həkim ondan bədənində olan xəsarətlərlə bağlı soruşmuş, o da həkimə Hacıqabul RPŞ-də onu döydüklərini demişdir. Polis şöbəsində olanda bir gündə iki dəfə onun üçün təcili tibbi yardım çağırmışlar. Qara ciyərinə görə tərpənə bilməmiş, dişini də sındırmışlar. Ruslan dostunun oğlunun əsgərlikdən gəldiyini, buna görə dostunun qonaqlıq verdiyini demişdir. Polis şöbəsində Ruslanın döyülməsini görməmiş, ancaq döyülən zaman Ruslanın səsini eşitmişdir. Ruslanın narkotik vasitə istifadə etdiyini bilməmişdir. Kiminsə Ruslandan narkotik vasitə almasını eşitməmişdir. Saxlanılan zaman polis postunda polis əməkdaşı ondan maşının sənədlərini və açarını almışdır. Maşına baxış keçirilən zaman maşının açarlarını ondan alan polis əməkdaşının orada iştirak etməsi yadına gəlməmişdir. Maşına baxış keçirilən zaman maşının qapısını açan, maşının qapısının açarını ondan alan polis əməkdaşı deyil, başqa polis əməkdaşı olmuşdur. Ruslan ona zəng edəndə Mehmanla Sabirabad rayonuna getdiyini demişdir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün Elgünü, ailəsini və qohumlarını lazım olan yerə aparıb-gətirmişdir. Elgünün narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Yolda aralarında narkotik vasitə və soyuq silah barədə söhbətləri olmamışdır. Postda ondan maşının sənədlərini, maşının açarını alan polis əməkdaşının DYP əməkdaşı olub-olmamasını bilməmiş, ancaq sənədləri və açarı təqdim etdiyi şəxs polis əməkdaşı olmuşdur. Onun maşınını hansı polis əməkdaşının polis şöbəsinə gətirməsini bilməmişdir. Onu döyən polis əməkdaşlarının ikisi Firuz və Samid adlı polis əməkdaşları olmuşlar. Onu döyən digər polis əməkdaşlarının adlarını bilməmişdir. 07 may 2023-cü ildə dördü də, yəni o, Mehman, Nasir və Elgünlə bir yerdə görüşməmişlər. Sabirabad rayonuna getməklə bağlı ona Ruslan zəng etmiş, 08 may 2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhərinə yola düşmüşlər. Təxminən 1 saata Nəvaidə yerləşən polis postuna çatmışlar. Yolda Mehmanın kiməsə zəng vurması, Qara adlı şəxsin adını çəkməsi halı olmamışdır. Sabirabad rayonunda kiməsə narkotik vasitə satmaq barədə, ümumiyyətlə maşında narkotik vasitə olması barədə söhbət olmamışdır. Onu PPX avtomobilində polis şöbəsinə aparmışlar. Oraya 3-4 PPX maşını gəlmişdir. Onları ayrı-ayrı maşınlarla aparmışlar. Onlardan heç biri onun avtomobili ilə polis şöbəsinə aparılmamışdır. Saxlanıldıqları polis postundan 15-20 dəqiqəyə polis şöbəsinə çatmışlar. Polis şöbəsində onu, polis rəisinin müavininin otağına aparmışlar. Polis əməkdaşları ondan, maşınından narkotik vasitə çıxıb, kimindi deyə soruşmuşlar, o isə cavabında polis əməkdaşlarına bilmədiyini və narkotik vasitədən xəbəri olmadığını demişdir. Rəis müavininin otağında digər polis əməkdaşları da olmuşdur. Maşındakı narkotikin kimin olmasından və ümumiyyətlə narkotikdən xəbərinin olmamasını deyəndən sonra rəis müavininin otağında onu döyməyə başlamışlar. Avtomobilə baxışda iştirak etmişdir. Narkotik vasitə qabaq sağ oturacağın kənarından aşkar edilmişdir. Maşına oturan şəxslərin əllərində hər hansı bir bağlama olmasını görməmişdir. 19 sentyabr 2023-cü il tarixdə onları Hacıqabul RPŞ-nə etap etmişlər. Həmin vaxtda sənədlərə imza etmək istəmədiyindən onu döymüşlər. Onları birinci dəfə Şüvəlanda yerləşən İstintaq Təcridxanasına etap etmişlər, 19 sentyabr 2023-cü il tarixdə RPŞ-dən qayıdanda da onu Şüvəlana qaytarmışlar, 2-ci dəfə döyülməsi ilə bağlı Şüvəlanda yerləşən İstintaq Təcridxanasına daxil olanda deməmişdir. Ruslanla dükanın qarşısında söhbət edəndə Mehman onlara yaxın gəlməmişdir. Onlar gedəndən sonra Mehman yaxınlaşmışdır. Maşına minəndən sonra Mehman onlarla salamlaşmışdır. Ruslan telefonu 10 manata satmış, telefon barədə söhbətdən başqa Mehman onlarla heç bir söhbət etməmişdir. Maşınla yolda olduqları vaxt, Mehmanla olnların heç bir əlaqəsi olmamışdır. Elgünlə telefon əlaqəsi olmuş, Elgün ona zəng vurmuşdur. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Mehmanla üzləşmə protokolundakı imza özünə məxsusdur. Müstəntiq ona protokolu oxumadan imza etdirmiş, müdafiəçi də orada olmamışdır. Üzləşmə protokolunda yazılanları təsdiq etməmişdir. Maşında narkotik vasitə olmasını bilməmiş, Mehman da bilməmişdir. Onu döydükləri üçün Mehmana qarşı ifadə vermişdir. Firuz və Samid onu döyüb Mehmanın üzünə durmasını tələb etdikləri və onluq bir şey olmadığını dedikləri üçün Mehmana qarşı yazılmış ifadəyə imza çəkmişdir. Elan olunmuş şübhəli, təqsirləndirilən şəxs qismində, əlavə dindirmə protokolunda və üzləşmə protokolundakı ifadələri verməmiş, həmin ifadələri müstəntiq yazmış, Mehmanla arasında üzləşdirmə olmamışdır. Elgün maşına minənə kimi maşında bağlama olmamış, Elgün maşına minəndən sonra da maşının sərnişin oturan hissəsinə bağlama qoyulmamışdır. Elgünün bağlamaları maşının yük yerində olmuşdur. Polis şöbəsində maşına baxış keçirilən zaman aşkar olunan bağlamanın haradan aşkar olunduğunu bilməmişdir. Ruslangili maşına götürməmişdən qabaq maşının içərisini təmizləmiş və maşının içərisinə baxmışdır. Maşında heç bir bağlama olmamışdır. Maşına baxış keçirilməmişdən qabaq polis əməkdaşları özləri maşına baxış keçirmişlər. Maşının yük yerində olan Elgünün bağlamalarından birini, maşının salonuna (sərnişin oturan yerə) polis əməkdaşları özləri qoymuşdular. Şahid1 tanımış, onu polis postundan PŞ-nə Şahid1 aparmışdır. Firuz, Samid və Namiq otaqda ona “sənlik bir şey yoxdur, Mehmanın üzünə dur” demişlər. Otaqda olan 4-5 nəfər polis əməkdaşının hamısı onu döymüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 07 may 2023-cü il tarixdə saat 09-10 radələrində Ruslanla 20 Yanvar ərazisində görüşmüşdür. Ruslanla birlikdə onlara gedib, yeyib-içib yatmışlar. Axşam yuxudan durub dükana şirniyyat və siqaret almağa getmişlər. Ruslan onunla Sabirabad rayonuna getmək istədiyi üçün Nasirə zəng etmişdir. Ruslana yox deməyə utandığı üçün Ruslana gedək demişdir. Ruslanla dükandan çıxıb Xətai rayonuna getmişlər. Səhər yola düşmüşlər, yolda Nəvaidə yerləşən polis postunda onları saxlamışlar. Sonra polis əməkdaşları onlara təzyiq göstərmişlər, sillə, təpik, yumruq vuraraq maşından çıxardıqları narkotik vasitənin, yanında olan şəxslərdən birinə məxsus olmasını deməsini tələb etmişlər. Döyülməsinə baxmayaraq narkotik vasitənin kiməsə məxsus olmasını deməmiş, çünki heç kim də narkotik vasitə görməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, yanında olan üç nəfər şəxslərdən Ruslanı tanımışdır. Ruslanı 10-ildir tanımış, Cəzaçəkmə Müəssisəsində bir yerdə olmuşlar, çəza çəkmələrindən qabaq da Ruslanı tanımışdır. Ruslanın narkotik vasitə istifadə etməsini bilsəydi, Ruslanla əlaqə qurmazdı. Saxlanılan gün narkotik vasitə istifadə etməmiş, ümumiyyətlə narkotik vasitə qəbul etməmişdir. Oğlu əsgərlikdən gəlmişdir. Arvadı ilə nikahları olmamış, oğlunu görməyə və sənədləri düzəltmək üçün rayona getmişdir. Fikirləşmişdir ki, qalıb sənədləri düzəltdirər, oğlu da əsgərlikdən gəldiyi üçün yeyib-içməyə getmişdir. Ruslan əvvəllər Sabirabad rayonunda onlarda olmamışdır. Ruslanın üstündə narkotik vasitə olmasından xəbəri olmamışdır. Əgər bilsəydi Ruslanda narkotik vasitə var maşına oturmazdı. Ruslana bir taksi ilə getmələrini demiş, Ruslan da kasıb uşaqdı xeyri qonşuya verək demiş, o da Ruslanla razılaşmışdır. Sonra sürücü, bir nəfər də müştəri olduğunu demiş, o da həmin sərnişini götürməsini demişdir. Polis əməkdaşlarının maşından aşkar etdikləri narkotik vasitənin haradan gəlməsini və kimin olmasını bilməmiş, bu barədə heç bir xəbəri olmamışdır. Sabirabad rayonuna getməmişdən bir gün qabaq Ruslanı 20 Yanvar ərazisində görmüş, Ruslanla birlikdə evlərinə getmişdir. Evdə yeyib-içəndən sonra yatıb Ruslangildə qalmışdır. Həmin günü Elgün və Nasirlə Sabirabad rayonuna gedəcəkləri barədə əlaqə saxlamamışdır. Elgün və Nasiri tanımamışdır. Elgünü və Nasiri sonradan tanımışdır. Ruslan özü ona Sabirabad rayonuna gedək demiş, Ruslana yox deməyə üzü olmamışdır. Bir gün qabaq Elgün və Nasir onlarla görüşməmişlər, onların yanında olmamışlar. Nasir maşınla gəlib onları Xətai rayonundan götürmüş, yolda onlara “bir nəfər də var, götürə bilərəm” demişdir. Onlar da Nasirə bir nəfər sərnişini də götürməsini demişlər. Nasirlə maşınla gəlib Elgünü götürmüşlər, Elgünün yüklərini maşına yükləmişlər. Sabirabad rayonunda Qara adlı şəxsi tanımamışlar. 7 il bundan qabaq marixuana istifadə edən olmuş, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əvvəllər də narkotik vasitə istifadə edən kimi tutulub, külli miqdarda narkotik vasitə ilə sənədləşdirmişlər. Ruslanla birlikdə Sabirabad rayonuna hər hansı bir narkotik vasitə dalınca getmək barədə razılaşmaları olmamışdır. Elgünlə Nasir maşına oturanda üzərilərində heç nə görməmişdir. Onları Nəvaidə yerləşən polis postunda saxlamışlar, üzərilərinə baxış keçirmişlər, həmin vaxtı maşını Nasir idarə etmişdir. Onların dördünü də ayrı-ayrı maşınlarda Polis Şöbəsinə aparmışlar. Nasirin maşınını hansı polis əməkdaşının şöbəyə aparmasını bilməmişdir. Polis Şöbəsinə aparandan sonra onları birinci növbətçi otağında olan müqvəqqəti saxlama yerinə salmışlar. Sonra onu ikinci mərtəbədə olan rəis müavininin otağına qaldırmışlar. Rəis müavininin otağında tək olmuş, orada üzərində yenidən yoxlama aparmışlar. Üzərindən bir mobil telefon aşkar edilmişdir. Onu məcbur etmişlər ki, narkotik vasitənin Elgünün, Ruslanın, Nasirin olmasını desin. Bu sözləri deməyi ona Natiq, Firuz, Saməddin və Sahil demişlər. Rəsi müavininin otağında onu döymüşlər. Həmin vaxtı otaqda tək olmuşdur. Polis əməkdaşlarının dedikləri təklifi qəbul etməmişdir. Ondan sonra onu başqa otağa salıb yenə döymüşlər. 2-3 saatdan sonra onları təhqiqatçının otağına təhvil vermişlər. Onları Nəvai postunda saat 09 radələrində saxlamışlar. Saat 12 radələrində onu təhqiqatçının otağına aparmışlar. İstintaq dövründə dəfələrlə ifadə verməyəcəyini və ifadəsini məhkəmə istintaqında verəcəyini demişdir. İstintaq zaman ifadə verməmiş, heç bir yerdə imzası olmamışdır. İfadələri onun adından yazılmışdır. Hacıqabul RPŞ-də ilk dəfə üzərinə baxış keçirilən zaman müdafiəçisi olmamışdır. Şəxsi axtarış zamanı üzərindən heç nə çıxmamışdır. Nasirin istintaq zamanı narkotik vasitənin ona məxsus olmasını deməsinin səbəbini bilməmişdir. Nasirin döyülməsini görməmiş, amma Nasir döyülən zaman səsini eşitmişdir. Nasiri əvvəllər tanımamış, Nasirlə maşınına minəndən sonra tanış olmuşdur. Nasir müştərisi olduğunu və müştərini Beyləqan rayonuna aparacağını demişdir. Nasir onları maşına götürəndən sonra Elgünü evindən götürmüşlər, Elgünün yoldaşı onu yola salmışdır. Elgün yükləri maşının yük yerinə qoymuş, çəkiliş zamanı yüklərə də baxmışlar. Polis şöbəsində maşına baxış zamanı Elgünün yüklərinin içərisində olan lampanın maşının qabaq sərnişin oturacağının üstündə olduğunu görmüşlər. Maşına baxış keçirilən zaman özü şokda olmuş, nə baş verdiyini bilməmiş, videoçəkilişdən də açıq aydın görünür ki, polis əməkdaşları onlardan qabaq maşına baxış keçirtmişlər. Narkotik vasitələrin kimin tərəfindən maşına qoyulmasını bilməmiş və maşından narkotik vasitənin kimin tərəfindən tapılmasına fikir verməmişdir. Onu polis maşınında şöbəyə aparmışlar. Polis şöbəsinə getdikdən təxminən 4 saatdan sonra maşına baxış keçirilmişdir. Nasirin maşınının hansı polis əməkdaşı tərəfindən Polis Şöbəsinə gətirilməsini görməmişdir. Maşının qapısının kim tərəfindən açılmasını görməmişdir. Onları polis maşınlarında polis şöbəsinə aparmışlar, maşını polislər şöbəyə gətirmişlər, maşının açarları polis əməkdaşlarında olmuşdur. Ona əvvəl Nasirin üzünə durmasını, sonra o biri otağa salıb Elgünün üzünə durmasını, sonra isə o biri otağa salıb Ruslanın üzünə durmasını demişlər. O, isə polis əməkdaşlarına Nasirin, Elgünün və Ruslanın heç birində narkotik vasitə görmədiyini, tapdıqları nakotik vasitənin kimə məxsus olması barədə heç bir söz deyə bilməyəcəyini demişdir. Əgər həmin vaxtı bilsəydi polis əməkdaşlarının tapdıqları narkotik vasitə kimə məxsusdur həmin şəxsin adını deyərdi. İbtidai istintaq zamanı ümumiyyətlə ifadə verməmişdir. 09 may 2023-cü il tarixdə müstəntiq və müdafiəçisi müvəqqəti saxlama yerinə onun yanına gəlməmişlər. Müdafiəçini çəkiliş zamanı və qətimkan tədbiri seçilən vaxtı məhkəmədə görmüşdür. Ondan başqa vəkili görməmişdir. Maşında Ruslanın kiminləsə gizlincə danışmasını və ya mesajlaşmasını görməmişdir. Maşında Elgünün yükləri olmuş və onun yüklərini hansı ardıcıllıqla maşına qoymasına fikir verməmişdir. Çəkiliş zamanı yüklərin içərisində nə olduğunu görmüşdür. Çəkiliş zamanı gördüyü əşyaları səliqə ilə düzmüşdülər. Nasirlə aralarında üzləşmə olmamışdır. Gödəkçəsi əynində olmuşdur. Maşında oturduğu yerdə olan gödəkçələrdən xəbəri olmamışdır. Gödəkçələrin üstündə oturmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Mehmanı çoxdandır tanımışdır. 07 may 2023-cü il tarixdə Mehmanla Bakı şəhərində 20 Yanvar ərazisində görüşmüşlər, Mehmanı evlərinə kubinkaya qonaq aparmışdır. Evdə Mehmanla yeyib-içmişlər, onları yuxu tutduğu üçün yatmışlar. Axşam yuxudan durmuşlar. Mehmanın oğlu əsəgrlikdən gəldiyi üçün Sabirabad rayonuna getmək istəmişdir. Evdən çıxıb qonşuluqda olan dükana şirniyyat almağa getmişlər. Şirniyyat dükanına gedə-gedə sürücü Təqsirləndirilən şəxs1 zəng edib Nasiri də dükanın yanına çağırmışlar. Nasirlə danışmışlar, Nasirə qonağı olduğunu, səhər Sabirabad rayonuna aparmaq lazım olduğunu demişdir. Nasir onunla Mehmanı Sabirabad rayonuna aparacağına dair razılaşmışdır. Ondan sonra Mehmanla birlikdə Xətai rayonuna getmişlər. Gecə Xətai rayonunda qalmışlar. Səhərisi gün sürücü Təqsirləndirilən şəxs1 arxalarınca gəlib onları götürmüşdür. Yolda Nasir onlara Beyləqan rayonuna bir nəfər də müştəri var narahatçılıq olmazsa onu da götürməsini demişdir. Onlar da Nasirə heç bir narahatçılıq olmayacağını demişlər. Nasir Təqsirləndirilən şəxs4 də maşına götürmüşdür. Onlar Sabirabad rayonu ərazisində yolun kənarında düşəcəkdilər. Nasir və Elgün isə Beyləqan rayonuna gedəcəkdilər. Nəvaidə yerləşən polis postunda onları polis əməkdaşları saxlamışlar. Onları maşından düşürüb Polis Şöbəsinə aparmışlar. Onları bir neçə saat polis şöbəsində saxlamışlar. Həmin müddətdə maşına onların iştirakı olmadan polis əməkdaşları baxış keçirmişlər. Sonradan onların iştirakları ilə videoçəkiliş aparılmaqla maşına baxış keçirmişlər. Maşının qabaq sağ oturacağının altından narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları narkotik vasitənin kimin olmasını soruşduqda özünün olduğunu demişdir. Həmin narkotik vasitə 1,5 qram olmaqla özünə məxsus olmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün fikirləşmişdir ki, Sabirabad rayonunda olan zaman istifadə edər. Sonradan narkotik vasitənin çox olduğunu görüb özünün olmadığını demişdir. Polis əməkdaşları narkotik vasitələrin onun olduğunu demişlər, o inkar etdikdə isə onu döyməyə başlamışlar. Polis əməkdaşları qolunu buraraq sındırmışlar. Döyülmə və işgəncələrə dözə bilmədiyi üçün polis əməkdaşları nə demişlərsə onu da etmiş, onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə imza etdirmişlər. Yanında olan şəxslərin heç birinin oturacağın altında olan 1,5 qram narkotik vasitə olmasından xəbərləri olmamışdır. Polis Şöbəsində də Nasirin, Mehmanın və Elgünün narkotik vasitədən xəbərlərinin olmadığını demişdir. Narkotik vasitəni nazik siqaretin qutusunun içərisinə qoymuşdur. Nazik siqaret almış, 5-6 ədədini çəkmişdir. Həmin qutunun içərisinə qoymuşdur. Sonradan polis əməkdaşlarının ona məxsus narkotik vasitəni götürdüklərini, özlərindən avtomobilə narkotik vasitələr olan siqaret qutusu qoyduqlarını görmüşdür. Polis şöbəsində bir neçə dəfə videoçəkiliş olmuşdur. Əvvəlki çəkilişlərdə narkotik vasitənin özünün olmadığını demişdir. Polis əməkdaşları onların iştirakı olmadan avtomobili axtarmışlar, aşkar etdikləri narkotik vasitəni avtomobilə özləri qoymuşlar və götürmüşlər. Faktiki olaraq aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Mehmanı 10-ildən çoxdur tanımış, X7 də bir yerdə olmuşlar. Özünə paltar almaq üçün 20 Yanvarda yerləşən Ticarət Mərkəzinə getmişdir. Mehmanı orada görüb evinə qonaq aparmışdır. Evdə Mehmanla olduğu müddətdə narkotik vasitədən istifadə etməmişlər. Amma özü narkotik vasitə istifadə edir. Nasir onların məhəlləsində yaşayır, taksi fəaliyyəti ilə məşğuldur. Yaxından tanışlığı olmasa da məhəllə adamı kimi Nasiri tanımışdır. Elgün də onun məhəlləsində yaşadığı üçün Elgünü də tanımışdır. Mehmanın oğlu əsgərlikdən gəlmişdir. Mehman Sabirabad rayonuna gedərək uşağını görmək və sənədlərini düzəltdirmək istəmiş, o da bir gün qalmaq üçün Mehmanla getməyi fikirləşmişdir. Mehmanın oğlunu uşaqlıqda gördüyü üçün, uşağı yenidən görmək istəmişdir. Nasirlə onları Sabirabad rayonuna aparması üçün 50 manata razılaşmışlar. Nasirin telefon nömrəsi onda olmuşdur. Mehmanın da nömrəsi onda olmuş, ayda 1-2 dəfə Mehmanla əlaqə saxlamışdır. Nasirə özü zəng edib çağırmışdır. Sabirabad rayonuna getməmişdən bir gün qabaq 2 qram narkotik vasitə almışdır. Onun 0,5 qramını istifadə etmiş, 1,5 qramını evdə saxlamışdır. Sabirabad rayonunda heç kimi tanımadığı üçün həmin 1,5 qram narkotik vasitəni orada istifadə etmək üçün götürmüşdür. 1,5 qram narkotik vasitə bir bükümdə olmuş, onu siqaret qutusunda saxlamışdır. Bakı şəhərindən səhər saat 08 radələrində çıxmışlar. Səhər Nasir onları götürməyə gələndən sonra, bir nəfər var, onu Beyləqan rayonuna aparmalı olduğunu, etiraz etməzlərsə həmin adamı da götürməsini demişdir. Nasirdən həmin şəxsin kim olduğunu soruşduqda Nasir kubinkada yaşayan Elgünün olduğunu demişdir. Onlar etiraz etməmişlər. Birlikdə kubinkaya gedib Elgünü götürmüşlər. Elgün yüklərini maşına qoyduqdan sonra yola düşmüşlər. Tərəzini və aşkar olunan narkotik vasitələri polis əməkdaşları maşına qoymuşlar. Ona məxsus narkotik vasitəni polis əməkdaşlarının hara atmalarını bilməmişdir. Onun üstündə soyuq silah, bıçaq və ya kəsici alət olmamışdır. Müstəntiq ona maşından küt alət aşkar olunduğunu demişdir. Maşında qabaq sağ tərəfdə oturmuşdur. X42 oturmuşdur. İçərisində narkotik vasitə olan siqaret qutusu cibində olmuşdur. Polis əməkdaşları maşını saxlayandan sonra sürücü Nasir maşından düşüb polis əməkdaşları ilə danışanda siqareti cibindən çıxarıb oturacağın altına qoymuşdur. İttihamda göstərilən narkotik vasitələrdən xəbəri yoxdur. Orada 3-4 dəfə çəkiliş olmuşdur. Hər dəfə onu aparıb döyüb gətirmişlər. Onu döyülmüş vəziyətdə də prokurorun qəbuluna aparmışlar. Prokuror, onu döyüb pis hala salaraq yanına gətirdikləri üçün, polis əməkdaşları ilə deyinmişdir. Natiq və Saməddin onu döyüb, qolunu iki yerdən sındırmışlar. Polis əməkdaşları onun siqaret qutusunun içərisinə baxmamışlar. Onun yanında baxış aparmamışlar. Polis əməkdaşlarının baxış keçirdikləri narkotik vasitələrin hamısı siqaret qutusunun içərisindən çıxmışdır. Polis əməkdaşlarının qoyub götürdükləri narkotik vasitələr, ona məxsus siqret qutusunun içərisinə yerləşməzdilər. Çünki qutu balaca idi və içərisində 13-14 ədəd siqaret olmuşdur. İttiham aktı ona gələndən sonra Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunduğunu, 5 qram nəşə, 20 qramdan artıq kakos yazıldığını görmüşdür. Sabirabad rayonunda Qara adlı adamı tanımamışdır. Natiq ona ifadəsində yazılanları desə və imza çəksə onun üçün yüngül olacağını demişdir. İşinin yüngüllüyünə görə yox, canı bərk ağrıdığı üçün polis əməkdaşları nə demişlərsə onu da etmişdir. Ona məxsus olan narkotik vasitə 1,5 qram kakos olmuşdur. Onları 08 may 2023-cü il tarixdə saxlamışlar. Mehmanla 07 may 2023-cü il tarixdə 20 Yanvar ərazisində görüşmüşlər. Digər şəxslərlə görüşməmişdir. Mehmanla telefonla əlaqələri olsa da onu uzun müddət görməmişdir. Mehmanı 20 Yanvar ərazisində təsadüfən görmüş, görüşüb söhbət etmişlər. Özünə pal-paltar da almamışlar, Mehmanla birlikdə evə getmişlər. Mehmanla evdə olduğu müddətdə narkotik vasitədən istifadə etməmişlər. Mehmanla ümumiyyətlə narkotik vasitə barədə söhbəti olmamışdır. Mehmanı narkotik vasitə qəbul edən şəxs kimi tanımamışdır. Üzərində olan narkotik vasitə barədə heç kim bilməmişdir. Narkotik vasitəni siqaret qutusuna qoymuşdur. Nasiri məhəllə uşağı kimi tanımışdır. Nasirlə əvvəllər uzaq yol getməmişdir. Nasir ailə üzvlərini hara lazım olubsa aparıb gətirmişdir. Nasir məhəllə uşağı olduğu üçün xeyiri Nasirə vermək istəmişdir. 07 may 2023-cü ildə Nasirlə şirniyyat dükanının qabağında görüşmüşdür. Nasirə, 10 ildən artıqdır tanıdığı, türmədə bir yerdə olduğu şəxslə Sabirabad rayonuna getmək istədiyini demiş, onları Sabirabad rayonuna apara bilib-bilməyəcəyini ondan soruşmuşdur. Nasir də apara biləcəyini demişdir. 08 may 2023-cü il tarixdə Nasir arxalarınca Xətai rayonuna gəlib onları götürmüşdür. Nasir onları maşınla götürəndə 1,5 qram narkotik vasitə onun üstündə olmuşdur. Mehmanın və Nasirin onun üzərində olan narkotik vasitədən xəbərləri olmamışdır. 1,5 qram narkotik vasitə heroini 3-4 dəfəyə istifadə etmişdir. Elgünlə Nasir danışmışdır. Qabaqcadan Nasirə iki nəfər olacaqlarını, yolda olsa, bir nəfər də götürə biləcəyini demişdir. Maşını Nasir idarə etmiş, o isə qabaq oturacaqda oturmuş, Mehmanla Elgün isə arxa oturacaqlarda oturmuşlar. Səhv etmirsə Nasirin idarə etdiyi maşın “Kia- Optima” markalı maşın olmuş, maşının markasını dəqiq bilməmiş, maşının rəngini isə xatırlamamışdır. Üzərində narkotik vasitə olmasından Elgünün məlumatı olmamışdır. Yolda olanda da maşında olan şəxslərlə, üzərində narkotik vasitə olması, kiməsə verəcəyi, satacağı və onlara da verəcəyi barədə söhbətləri olmamışdır. Sabirabad rayonunda heç kimi tanımamışdır axı, kiməsə də narkotik vasitə versin. Postda onları saxlayan polis əməkdaşlarını 1-ci dəfə idi görmüşdür. Bir nəfər yol paturul xidmətinin əməkdaşı onun idarə etdiyi maşını saxlatdırmışdır. Nasir maşından düşüb onunla söhbət etməyə başlamışdır. O, həmin vaxt cibində olan siqaret qutusunu oturacağın altına qoymuşdur. Sonradan polis əməkdaşı maşına yaxınlaşaraq onlara maşından düşmələrini bildirmişdir. Onlar maşından düşəndən sonra səbəbini soruşduqda polis əməkdaşları şöbədə biləcəklərini demişlər. Onların üzərilərini axtarmışlar, ancaq üzərilərindən heç nə aşkar olunmamışdır. Post Patrul Xidmətinin maşınları gəlib onları şöbəyə aparmışlar. Onu polis maşını ilə şöbəyə aparmışlar, digər şəxsləri hansı maşınla şöbəyə apardıqlarını bilməmişdir. Maşını da polis şöbəsinin həyətinə aparmışlar. Polis şöbəsində onları növbətçi otağa aparmışlar. Sonradan təhqiqatçı mayor Natiqin yanına aparmışlar. 08 may 2023-cü ildə saat 09 radələrində onları saxlamışlar. Postdan polisə təxminən 15 dəqiqəlik yoldur. Növbətçi hissədə təxminən 1-2 saat qalmışlar. Onlar dördü də bir yerdə olmuşlar. Onu sonradan narkotiklərlə mübarizə qrupunun rəisi Samidin yanına aparmışlar. Üç nəfər isə növbətçi hissədə qalmışdır. Samidin yanında 2-3 nəfər polis əməkdaşları olmuşdur. Onu növbətçi otağından çıxaranda əlinə qandal vurmuşlar. Otaqda ona narkomansan demişlər, o isə narkoman olmadığını demişdir. Ona üstündə narkotik vasitə olub demişlər, o isə üstündə narkotik vasitə olmadığını bildirmişdir. Ona təpik vurub “podnoşka” atmışlar, sonra onu döyməyə başlamışlar. Samid onun qolunu sındırmışdır. Yerə yıxılmış, yerdə də təpikləmişlər, üzü qan içində olmuş, köynəyi qana bulaşmışdır. Polis əməkdaşları ona məxsus olan narkotik vasitəni desəydilər, polis əməkdaşları ilə razılaşardı. Samid ona narkomansan, mal satırsan demişdir. Samidə heç vaxt narkotik vasitə satmadığını demişdir. Samid maşından 1 kq narkotik vasitə, vinçester çıxdığını demişdir. O, isə Samidə dediklərini yalnız kinolarda gördüyünü demişdir. Ona yazılanları imza etməyini, sonra isə onu aşağı düşürəcəklərini, orada da yazılanlara imza çəkməsini demişlər. Polis əməkdaşlarına 1 kq narkotik vasitəsi olmadığını, heç bir sənədə imza çəkməyəcəyini demişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün 2-3 dəfə məhkumluq həyatı yaşamışdır. Sənədlərə imza çəkmədiyi üçün polis əməkdaşları onu yenə döymüşlər, qolunu sındırmışlar, narkotik vasitə olmasını etiraf edəcəyini bildirmişlər. Polis əməkdaşları qolunun körpücük sümüyünü iki yerdən sındırmışlar. Qolu sınıq vəziyyətdə onu çəkilişə aparmışlar. Ona narkotik vasitəni boynuna almasını desələr də boynuna almamışdır. Təhqiqatçı Natiq ona, narkotik vasitənin Mehmana məxsus olmasını deməsini, maşında olan digər şəxslərin də məlumatları olmasını, narkotik vasitəni Sabirabad rayonunda Qara adlı birinə apardıqlarını demişdir. Canının qorxusundan, bədəni ağrıdığından və polis əməkdaşları ona “səni buraxacağıq, imza elə işini yüngül edəcəyik çıxıb gedəcəksən” demələrinə inanaraq nə demişlərsə onları bildirmişdir və nə yazmışlarsa sənədləri imzalamışdır. Əynində olan köynəyi qan olmuş, sifətindən qan axmış, çəkilişə də onu döyülmüş vəziyyətdə çıxartmışlar. Təhqiqatçı ondan köynəyinin qan içində olmasının və əlinin sınmasının səbəbini soruşmamışdır. Müdafiəçi dəvət etmişlər. Müdafiəçi köynəyinin qan içində olmasına və qolunun sınmasına heç bir söz deməmişdir. Şəxsi axtarışda onda 1,5 qram narkotik vasitə olduğunu demişdir. Şəxsi axtarışda maşında olan şəxslərin narkotik vasitə aparmağı barədə məlumatlarının olmasını deməmişdir. Nasirə zəng edib Mehmanla Sabirabad rayonuna narkotik vasitə aparacağını, orada Qara adlı şəxslə görüşəcəkləri barədə söhbətləri olmamışdır. Sabirabad rayonunda 3000 manat pul alacaqları barədə söhbətləri olmamışdır. Maşında elektron tərəzi olmamış, 3-cü çəkilişdə elektron tərəzi gətirib qoymuşlar ki, bu da maşından çıxmışdır. Nasirlə Sabirabad rayonuna narkotik aparmağı barədə söhbəti olmamış, Nasiri sürücü kimi çağırmışdır. Nasirə Mehmanın dostu olduğunu demişdir. Nasir və Elgün Mehmanı tanımamışlar. Onu yuxarıdan əməliyyatçıların otağından düşürüb təhqiqatçının otağına aparmışlar. Çəkiliş zamanı Nasiri görmüşdür. Nasir ona bədənin göstərib onu döydüklərini demişdir. Nasirin kürəyində və qarnında təpik izləri olduğunu görmüşdür. Mehman da ona polis əməkdaşlarının başına vurduqlarını demişdir. Onları tutandan 2-3 gün sonra Nasiri, Mehmanı və Elgünü Şüvəlana göndərmişlər. Onu isə qolunun sınığına görə Şirvan Şəhər Xəstəxanasına aparıb qolunu gipsə saldırmışlar. Sonra isə onu prokurorluğa aparmışlar. Polislər ona “deyərsən şikayətim yoxdur, bizdən şikayət eləmə” demişlər. Polis Şöbəsində olduqları zaman təcili tibbi yardım birinci onun üçün gəlmiş, sonra isə digərləri üçün də təcili tibbi yardım gəlmişdir. Təcili tibbi yardımın həkimləri ona ağrıkəsici iynə vurmuşlar. Maşından aşkar olunan narkotik vasitə marixuanadan və heroindən xəbəri olmamış, həmin siqaret qutusunun üzərində əl izləri yoxdur. Onda metamfetamin olması və həmin metamfetaminin Nasirə aid olması barədə heç bir ifadə verməmişdir. Onların adlarından müstəntiq özü ifadələr yazmışdır. İfadələrdə nə yazılıbsa müstəntiq özü yazmışdır. Maşına baxış keçirilən zaman dördü də orada iştirak etmişlər. Onlardan qabaq polislər maşına baxış keçirmişlər. Maşının içərisini dağıtmışlar. Maşında olan Elgünün yüklərini dağıtmışlar. Özünə məxsus içərisində 1,5 qram narkotik vasitə olan siqaret qutusunu maşını yoxlayan zaman orada görməmiş, ona təqdim etməmişlər. Polis əməkdaşları maşına baxış keçirən zaman maşından narkotik vasitə götürüb polis əməkdaşlarına təqdim etməmişdir. Səhv etmirsə polis əməkdaşı özü narkotik vasitəni götürmüşdür. Elgün yolda ondan hara getdiyini soruşmuş, o isə Mehmanı göstərib dostu olduğunu, gecə onlarda qaldığını, Mehmanın oğlunun əsgərlikdən gəldiyini, Sabirabad rayonuna onlara getdiyini demişdir. Elgündən onun hara getdiyini soruşduqda, Elgün Beyləqan rayonunda da evi olduğunu və öz evinə getdiyini demişdir. Elgünlə bir-birlərinin telefon nömrələrini bilməmişlər. Əvvəllər Elgünlə danışığı olmamışdır. Bir gün qabaq Elgün oğlunu göndərib telefon nömrəsini alıb, sonra ona zəng edib rayona saat neçədə gedəcəklərini soruşmuşdur. Elgünün maşına qoyduğu yüklərə fikir verməmiş, yüklərin yanında yekə işıq lampalarını görmüşdür. Elan edilmiş izahatında yazılanları özü yazmamış, elə izahat verməmişdir. X43 özündən yazmış, o isə sadəcə imza etmişdir. İzahat verən zaman müdafiəçi Salman Fərəcov orada olmamışdır. Salman Fərəcov bir dəfə onun yanına gəlmiş, həmin vaxt da onun yanına girməyi ilə çıxmağı bir olmuşdur. Narkotik vasitəni iynə vurmaq yolu ilə, yəni inyeksiya ilə qəbul etmişdir. Maşında trubka olmamış, özünün də trubkası olmamışdır. Şübhəli və təqsirləndirilən şəxs qismində də ifadələrini polis əməkdaşları yazmışlar, ona təzyiq olunmuşdur, hamısı göz qabağındadır. Təzyiq olunduğu üçün sənədlərə imza çəkmişdir. Maşında Mehmanın narkotik vasitəsi olmamışdır, polislər onu məcbur edərək, maşında Mehmana məxsus narkotik vasitə olmasını dedizdirmişlər. 19 avqust 2023-cü ildə ifadə verməmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 heç bir sualı yoxdur və Təqsirləndirilən şəxs2 məhkəməyə düzgün formada ifadə vermişdir. Polisdə onu döymüşlər, qolunu sındırmışlar məcbur olub Mehmanın əleyhinə ifadə vermişdir. Öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. “Bakcell” də sürücü işləmiş, ayda 750-800 manat əmək haqqı almışdır. Müdiri ingilis olmuş, gündəlik olaraq ona əlavə pul vermişdir. Onu döyən polis əməkdaşlarından 2-3 nəfərin adını bilmiş, ağ saçlı polis formasında mayor Natiq, mülki formada Saməddin və Firuz adlı polis əməkdaşları onu döymüşlər. Onu Natiq və Saməddin çox döymüş, Firuz ona iki dəfə zərbə vurmuşdur. Onları döyəndən sonra müvəqqəti saxlama yerinə aparmışlar. MSY-də olanda onun üçün təcili tibbi yardım gəlmişdir. Onları polisə gətirəndən sonra telefonlarını almışlar. Onları növbətçi otağının arxasında balaca otağa salmışlar. Sonra təhqiqatçının yanına aparmışlar. Daha sonra isə yuxarı mərtəbəyə qaldırmışlar və orada döymüşlər. Onu yuxarı mərtəbədə narkotiklərlə mübarizə qrupunun otağında döymüşlər. Onun üçün təcili yardım gələndə onunla olan digər şəxslər də görmüşlər. Avtomobilə baxış keçiriləndə orada olmuş, avtomobildə yükü olmamışdır. Maşının yük yerində Elgünün yükləri olmuşdur. Polis şöbəsində maşına baxış keçiriləndə, Elgünün yüklərinin maşının salonunda oturacaqların üstündə olduğunu görmüşlər. Maşında qatıq olmuş, qatığı da polis əməkdaşları maşının içərisinə dağıtmışdılar. Hətta polisin birinin papağı da maşında qalmışdı. Elgünün maşına qoyduğu yüklərlə sonradan maşında gördüyü yüklər eyni yüklər olmuşlar. Maşında qabaqda oturmuşdur. Maşında oturanda işıq paneli olmamış, polis əməkdaşları onların iştirakı olmadan, onlardan qabaq maşına baxış keçirmişlər. Qucağında işıq paneli olmamışdır. İşıq paneli maşının yük yerində olmuş, işıq paneli Elgünə məxsus olmuşdur. Asılqanda olan köynək özünündür. Döyüləndən sonra köynəyi ona geyindirmişlər. Maşında olan qanlı köynək onun köynəyi olmuş, köynəyin maşına necə qoyulduğunu bilməmişdir. Onu Şahid1 da döymüşdür. Onun döyülməyinin və qolunun sınmağının ən başlıca səbəbkarı Şahid1dur. Qolunu sındırandan sonra Şahid1 onu öz otağına aparmışdır. Otağında Şahid1 ona qəbul etmək üçün narkotik vasitə vermişdir. Şahid1 qolu sındığı üçün onlardan şikayət etməməsini ona demişdir. Şahid1 verdiyi narkotik vasitəni qəbul etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 07 may 2023-cü ildə axşam saat 21-22 radələrində şirniyyat almaqdan ötrü dükana getmişdir. Dükanda pulu satıcıya verən zaman, ondan 3-4 metr aralıda digər təqsirləndirilən şəxslərin dayanıb söhbət etdiklərini görmüşdür. Satıcı ona şirniyyatları verdikcə təqsirləndirilən şəxslərin Sabibarad-Sabirabad dediklərini eşitmişdir. Nasiri də taksi sürücüsü kimi tanımış, Nasirlə əvvəllər rayona gedib-gəlmişdir. Onun da rayona aparmağa yükü olmuşdur. Digər şəxslər ayrılandan sonra Nasiri çağırıb Sabirabad rayonuna getdiklərini, maşında boş yer olub-olmamasını soruşmuşdur. Nasir ona “Sabirabad rayonuna gedirik, boş yer də var” demişdir. Nasirə yükü olduğunu deyib, onu Beyləqan rayonuna apara bilib-bilməyəcəyini soruşmuşdur. Nasir apara biləcəyini demişdir. Səhər Nasir maşınla gəlib onu götürmüş və yola düşmüşlər. Nəvaidə yerləşən Polis Postunda onları saxlamışlar. Narkotik vasitədən və soyuq silahdan xəbəri olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, tutulmamışdan 4 il əvvəl narkotik vasitədən istifadə etmişdir. Nasiri və Ruslanı məhəllə uşağı kimi tanımış, Mehmanı isə tanımamışdır. Onların narkotik vasitə istifadə etmələrini bilməmişdir. Sumkalarının içərisində qeyri-qanuni heç nə olmamışdır. Soyuq silahdan xəbəri olmamışdır. Maşına baxış keçirilən zaman iştirak etmişdir. Soyuq silahın maşından çıxarılmasını görmüş, amma haradan çıxarmalarını görməmişdir. Narkotik vasitənin haradan aşkar olunduğunu bilməmişdir. Polis əməkdaşları maşına girmişlər, maşından narkotik vasitəni çıxarmışlar. 4 il 8 aydır narkotik vasitədən istifadə etməmişdir. Yolda maşında Ruslangildən Sabirabad rayonuna nə üçün getdiklərini soruşmuş, Ruslan qonaq getdiyini demişdir. Beyləqan rayonunda öz evi var. Əslən Beyləqan rayonundandır, Bakı şəhərində isə kirayə qalmışdır. Maşında 3 nəfər şəxsin narkotik vasitə ilə bağlı bir-biriləri ilə gizli danışıqlarını eşitməmiş və görməmişdir. Özləri elə belə söhbət etmişlər. Postda onları saxlayandan sonra Nasir maşından düşüb polis əməkdaşı ilə söhbət etməyə getmişdir. Polis əməkdaşı “Rent a car”ı yığmış, ancaq cavab verən olmamışdır. Polis əməkdaşı maşını duracağa yerləşdirmək istəmişdir. Ruslan maşından düşüb ona yaxınlaşmışdır. Polis əməkdaşı Ruslandan sərxoş olub-olmamasını soruşmuş, Ruslan sərxoş olmadığını, üç gün ərzində yatmadığını demişdir. Onları polis postuna aparmışlar. Bundan sonra Hacıqabul RPŞ-nə zəng etmişlər və bu zəngdən sonra Hacıqabul RPŞ-dən polis əməkdaşları gələrək onları aparmışlar. Maşının RPŞ-nə kim tərəfindən aparmasını bilməmişdir. O, polis əməkdaşının “Niva” markalı ağ rənli maşını ilə tək polis şöbəsinə aparılmışdır. Onlar RPŞ-nə çatanda digər şəxslər artıq polis şöbəsində olmuşlar. RPŞ-nə getdikdən təxminən 4 saatdan sonra maşına baxış keçirilmişdir. Müdafiəçini videoçəkilişdə və sanksiya zamanı görmüşdür, bundan başqa müdafiəçini görməmişdir. Çəkiliş zamanı nə dediyi yadında qalmamışdır. Heç nədən xəbəri olmadığı üçün polis əməkdaşlarına da heç nə deməmişdir. Bakı şəhərində maşına, sonuncu o minmişdir. Ondan qabaq maşına bağlama qoyulmasını deyə bilməmiş, ancaq o maşına minəndən sonra maşına bağlama qoyulmamışdır. X30rı saat 10-11 radələrində saxlamışlar. Onları polis şöbəsinə ayrı-ayrı aparmışlar. Onları iki maşında aparmışlar. Post patrulun əməkdaşı yanında qalmışdır. Sonra gəlib onu aparmışlar. Postda maşına baxış keçirməmişlər. Üzərinə postda saxlanılan yerdə baxış keçirməmişlər. Onu RPŞ-nə aparandan sonra növbətçi otağa salmışlar, otaqda onu 1,5-2 saat saxlamışlar. Sonra onu rəis müavininin yanına, yəni inzibati binanın ikinci mərtəbəsinə aparmışlar. Rəis müavini ona, “səndə narkotik vasitə var” demiş, o da narkotik vasitə olmadığını demiş, rəis müavini sonra ona maşında narkotik vasitə olduğunu demiş, o isə maşında narkotik vasitə olmasından xəbəri olmadığını bildirmişdir. Rəis müavini ondan Mehmanı tanıyıb-tanımadığını soruşmuş, o isə Mehmanı tanımadığını bildirmişdir. Sonra rəis müavini Nasiri və Ruslanı tanıyıbtanımadığını soruşmuş, o isə Nasir və Ruslanı tanıdığını demişdir. Rəis müavini, aşkar olunmuş narkotik vasitənin Nasirə məxsus olduğunu deməsini, ondan tələb etmişdir. O, da Nasirə məxsus narkotik vasitə olub-olmamasını bilmədiyini, buna görə də Nasirə məxsus narkotik vasitə olmasını deyə bilməyəcəyini rəis müavininə demişdir. Polis əməkdaşları narkotik vasitənin Nasirin avtomobilindən çıxdığını bildirmişlər. O, isə xəbəri olmadığını demişdir. Rəis müavini ona maşına baxan zaman orada narkotik vasitə olduğunu görəcəyini demişdir. Onu maşına baxmağa aparmışlar, hətta rəis müavini narkotik vasitələrin növlərini belə ona demişdir. O da narkotik vasitələrin maşından çıxdığına inanmadığını bildirmişdir. Rəis müavini ilə söhbətindən sonra onu növbətçi otağına düşürmüşlər, 10-15 dəqiqə orada qalmışdır. Sonra onu başqa otağa aparmışlar. 1-1,5 saat da həmin otaqda qalmışdır, bundan sonra onların hamısını çıxarıb maşının yanına aparmışlar. Maşına baxış keçirilməmişdən qabaq onun üzərinə baxış keçirilməmişdir. Üzərinə baxış videoçəkilişlə olmamışdır, saxlanılan zaman üzərində iki telefon olmuşdur. Maşını Nasir idarə etmiş, Nasirin arxasında özü oturmuş, yanında Mehman oturmuş, qabaqda da Ruslan oturmuşdur. Onun yanında heç bir narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı heç bir izahat və ifadə vermədiyini bildirmişdir. Ruslanı məhəllə adamı kimi tanımışdır. Nasir, Ruslan və Mehmanın maşında narkotik vasitə barədə söhbəti olmamışdır. Onun digər təqsirləndirilən şəxslərlə yaxın və uzaqdan əlaqəsi olmamışdır. Rəis müavini ona maşında narkotik vasitələr var deyəndə hələ maşına baxış keçirilməmişdir. Maşına baxış keçiriləndə narkotik vasitələri polis əməkdaşı çıxartmışdır. Narkotik vasitələrin maşında dəqiq haradan aşkar olunduğunu bilməmiş, ancaq onu bilmişdir ki, polis əməkdaşları maşının arxa qapısını açaraq narkotik vasitəni götürmüşlər. Polis şöbəsində onu döyməmişlər. Bıçaq Nasirə məxsus olmuşdur. Elə bilir ki, bıçaq iki oturacağın arasında olan qoltuqaltından çıxmışdır. Ona məxsus olan əşyalar, bağlamalar maşının yük yerində olmuşdur. Nəvai postunda DYP əməkdaşı ilə aralarında mübahisə olmamışdır. Onları polis şöbəsinə aparmışlar, orada da polislərlə mübahisələri olmamış, əlləri qandallı olmuşdur. Maşına minəndən sonra yolda Ruslanın sol qolunda hansısa xəsarəti olmasını, onun qolunu hərəkət etdirə bilməməsinin şahidi olmamışdır. Nəvai postunda Ruslanın kimləsə mübahisə etməsi və Ruslanın döyülməsi halı olmamışdır. Saxlanılan digər şəxslərin heç biri ilə əvvəllər narkotik vasitə qəbul etməmişdir. Nəvai postunda DYP əməkdaşı maşını saxlayandan sonra birinci maşından Nasir düşmüş, 1-2 dəqiqədən sonra Ruslan düşmüş, ondan sonra Mehman maşından düşmüş, onları posta aparmışlar. O, maşında oturmuş, DYP əməkdaşı maşına oturub maşını duracağa sürmüş, onu maşında görməmişdir. DYP əməkdaşı maşından düşəndə o da maşından düşmüşdür. DYP-nin əməkdaşı “sən harda idin” deyə ondan soruşmuş, o isə polis əməkdaşına maşında olduğunu bildirmişdir. Sonra onu da polis şöbəsinə ağ rəngli “Niva” markalı maşınla tək aparmışlar. Digər şəxslərin polis şöbəsinə aparılmasını görməmişdir. Onu müavinin yanına qaldıranda Ruslanın ya Mehmanın aşağı düşürüldüyünü görmüşdür. Onlar Hacıqabul RPŞ-nə gətiriləndən 3-4 saat sonra müdafiəçilər gəlmişdir. Samid maşına daxil olub narkotik vasitəni gətirmişdir. Onlardan heç kəs narkotik vasitənin onlara məxsus olmasını boyunlarına almamışlar. Onları yenidən yuxarı qaldırmışlar. Onu başqa otağa, onların hərəsin isə başqa-başqa otaqlara salmışlar. 5-10 dəqiqədən sonra onları otaqdan çıxarıb maşının yanına aparmışlar, yenə çəkilişə başlamışlar. Təqsirləndirilən şəxslər yenə narkotik vasitənin onlara məxsus olmasını boyunlarına almamışlar. Yenə onları yuxarı qaldırmışlar. 3-4 dəfə belə hal olmuşdur. Onları sanksiyaya aparmışlar, necə var elə də danışmışdır. Onun barəsində məhkəmə zalından azad olunmağı barədə qərar qəbul olunmuş və onu məhkəmədən buraxmışlar. Məhkəmə zalından buraxılmasına dair qərar qəbul olunmasına baxmayaraq polis əməkdaşları onu təzədən müvəqqəti saxlama yerinə aparmışlar. Orada sənədləri oxumadan imza etmiş və onu buraxmışlar. Polis Şöbəsinin qapısının ağzında ailə üzvlərini görmüşdür. Ailə üzvüləri onun yanına gəlmişlər. Ailəsi ilə birlikdə evə getmişdir. 11 may 2023-cü il tarixdə arvadının telefonuna Montində yerləşən Probasiya idarəsində işləyən Gülnar zəng edərək, qolbağ gəldiyini və idarəyə getməsini demişdir. Həmin vaxtı onun ayağına qolbağ taxmalı olmuşlar. Həmin gün Probasiya idarəsinə getmiş, ayağına qolbağ taxmışlar. Evə gələndən sonra Şirvan Apellyasiya Məhkəməsinidən yoldaşının telefonuna zəng gəlmiş, telefona cavab vermiş, zəng edən şəxs katib olduğunu məhkəməyə gəlməyini demişdir. Ona saat 16-17 radələri olduğunu, bu gün Şirvan Apellyasiya Məhkəməsinə gələ bilməyəcəyini demişdir. Katib ona səhər orada olmağını demişdir. Səhəri gün arvadı ilə Şirvan Apellyasiya Məhkəməsinə getmişdir. Nəvai postuna çatmamış Probasiyadan yoldaşının telefonuna zəng gəlmiş və onu soruşmuşlar. X27 Məhkəməsinə getdiklərini demişdir. Zəng edən şəxs ona demədən hara getdiklərini və geri qaytımasını demişdir. Məhkəmədə onu gözlədiklərini demişdir. Gülnar xanım getsə barəsində axtarış veriləcəyini və geri qayıtmasını demişdir. O, geri qayıtmışdır. Şıxov çimərliyinin yanında Şirvan Apellyasiya Məhkəməsindən yoldaşının telefonuna zəng olunmuşdur. Telefona cavab vermiş, katib ondan Elgün gəlirsən deyə soruşmuşdur. Katibə Probasiya idarəsinin gəlməyə qoymadığını, yoldan geri qayıtdığını demişdir. Katib ona məhkəməyə gəlməsini demişdir. Katibə özünüz danışın qərar qəbul edin sonra gəlim demişdir. Katib ona gəl məhkəməyə, yoxsa barəndə axtarış verəcəklər demişdir. Yenidən geriyə qayıdıb 200-300 metr aralaşmışdır ki, Probasiyadan zəng gəlmişdir. Ona gəldiyin halda niyə geri qayıdırsan demişlər və Bakı şəhərinə qayıtmağını tələb etmişlər. Yenidən geri dönüb Bakı şəhərinə yola düşmüşdür. Bibiheybət məscidinin yanında Şirvan Apellyasiya Məhkəməsindən zəng olunmuşdur. Katib demişdir ki, hardasan, o da katibə Probasiya qoymadığı üçün geri qayıtdığını Bibiheybət məscidinin yanında olduğunu demişdir. Katib ona yenidən məhkəməyə qayıtmağını demişdir. Katibə özünüz danışın, gələ bilmirəm demişdir. Sonra telefonunu söndürüb evə getmişdir. Evdən Probasiyanın işçisi Gülnara zəng edib evdə olduğunu Şirvan Apellyasiya Məhkəməsi ilə danışmasını demiş, Gülnar xanım da danışıb həll edəcəyini ona bildirmişdir. Təxminən 16 may 2023-cü il tarixdə Gülnar xanım zəng edib imza olunmalı sənədlər olduğunu deyib onu Probasiyaya çağırmışdır. Probasiyaya gedib sənədlərə imza etmişdir. Probasiyadan çıxanda Hacıqabul RPŞ-nin əməkdaşlarının idarənin qapısında dayandıqlarını görmüşdür. Polis əməkdaşları ona onlarla getməli olduğunu demişlər. Gülnar xanım yanında olduğu üçün polis əməkdaşlarına ona müraciət etmələrini demişdir. Polis əməkdaşları Gülnar xanıma demişlər, sonuncu da onun polis əməkdaşları ilə getməsini demişdir. Onu Hacıqabul RPŞ-nə gətirib müvəqqəti saxlama yerinə təhvil vermişlər, ordan da Şüvəlanda yerləşən İstintaq Təcridxanasına göndərmişlər. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Mehmanın düzgün və yalan ifadə verdiyini bilməmişdir, çünki Mehmanı tanımamışdır. Saxlanılandan sonra Mehmanın üzərindən narkotik vasitə aşkar olunub-olunmamasını bilməmişdir. Maşında sürücünün arxa tərəfində oturmuş, Ruslanın arxa tərəfində isə Mehman oturmuşdur. Videoçəkilişdə görünən gödəkçənin biri onun olmuş, gödəkçəni arxa oturacaqla arxa şüşənin arasına qoymuşdur. Maşına baxışda görünən qayıçı özünündür, bağda istifadə etmək üçün rayona gedəndə götürmüşdür. Həmin qayçı yük yerində olmuş, pul qabı da ona məxsus olmuşdur. Moloko rəngində olan gödəkçəni səhvən Ruslana geyindirmişlər. Evdən çıxanda gödəkçədə qan izləri olmamışdır. Maşında olan köynəkdən və gödəkçədən xəbərləri olmamışdır. Onu şöbədən buraxanda əşyalarını polis şöbəsindən götürməmişdir. Maşının salonuna əşya qoymamışdır. Əynində olan kətan pencəyi arxa şüşənin qarşısına qoymuşdur. Maşında olan işıq paneli onun olmuş, ışıq panelini maşının yük yerinə qoymuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 08 may 2023-cü il tarixdə təqsirləndirilən şəxslərin dördünün də barəsində, avtomobildə və üzərilərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Raportla rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat qrupu yaradılmış, Nəvai postunun əməkdaşlarından da əməliyyat qrupuna cəlb olunmuşdur. Onların maşını Nəvai postunda saxlanılmışdır. Təqsirləndirilən şəxsləri Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsinə gətirildikdən sonra onların hər birinə müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Sonra maşına baxış keçirilmiş, maşında qabaq sağ tərəf oturacağın altından 5 barmaq və bıçaq aşkar edilmişdir. Arxa oturacağın orta hissəsindən bir ədəd siqaret qutusu, siqaret qutusunun içərisində isə heroin, metamfetamin və qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunanlar təhqiqatçı tərəfindən qablaşdırılmış, 80 saylı möhürlə möhürlənmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, onlara hansısa mənbədən məlumat daxil olmuşdur. Əməliyyat məlumatı onlara həmin gün daxil olmuşdur. Məlumat daxil olduqdan 1,5-2 saat sonra təqsirləndirilən şəxsləri saxlamışlar. Təqsirləndirilən şəxsləri saxladıqdan sonra şəxsiyətlərini müəyyən etmək üçün portaldan çıxarış etmişlər. Təqsirləndirilən şəxslər bildirmişlər ki, narkotik vasitəni birlikdə Sabirabad rayonuna aparıb kiməsə verəcəkdilər. Təqsirləndirilən şəxslərin soyuq silahla bağlı nə dediklərini bilməmişdir. Maşına videoçəkilişlə baxış keçirilməmişdən əvvəl, tərəflərindən maşına baxış keçirilməmişdir. Təqsirləndirilən şəxslər saxlanılandan sonra onların kimləsə dava etmələrini görməmişdir. Onun yanında təqsirləndirilən şəxslər hər hansı şəxslə dava etməmişlər. Təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra dava düşməyib xəsarət alan olmamışdır. Təqsirləndirilən şəxsləri və maşını şöbəyə aparmışlar. Maşının qapılarını bağlayıb açarı sürücüyə vermişdir. Təqsirləndirilən şəxsləri təhqiqatçının otağına aparmışlar. Maşın “Rent car”ın maşını olmuşdur. Maşını Hacıqabul RPŞ-nə yol polis əməkdaşı aparmış, konkret olaraq maşını RPŞ-nə kimin aparmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs1 avtomobilində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Maşını saxlayan yerdə maşına baxış keçirməmişlər. Narkotik vasitənin kiməsə məxsus olması barədə məlumat olmamışdır. Birinci saxlanılan şəxslərin üzərilərinə baxış keçirilmiş, sonra onların iştirakı ilə maşına baxış keçirmişlər. Polis Şöbəsində və maşını saxlatdırandan sonra da təqsirləndirilən şəxslərə təzyiq, təsir olmamış, təqsirləndirilən şəxsləri döyməmişlər. Təqsirləndirilən şəxslər saxlanılan zaman özü də postda olmuşdur. Təqsirləndirilən şəxs1 şöbədə başqa bir otağa aparmamışlar. Təqsirləndirilən şəxs1 şöbədə hər hansı bir təzyiq-təsir göstərilməmiş və Təqsirləndirilən şəxs2 üzünə durması barədə tərəflərindən ona heç bir söz deyilməmişdir. Təqsirləndirilən şəxs1 yalan ifadə vermiş, sonuncunun dedikləri kimi heç bir hal olmamışdır. Nasirin Mehmanın üzünə durması ilə bağlı onların heç bir məqsədləri olmamışdır. Təqsirləndirilən şəxslərin heç birini, biri-birlərinin üzünə durmağa məcbur etməmişlər. Maşını saxlayandan sonra Təqsirləndirilən şəxs3 bədənində ağrılar olmasını hiss etmişlər. Maşını saxlatdırandan sonra sürücü Nasir maşından düşmüşdür. Digər şəxslərin maşından hansı qaydada düşmələri yadında qalmamışdır. Saxlanılan şəxslər xidməti avtomobil ilə şöbəyə aparılmışlar. Saxlanılan şəxslər onun idarə etdiyi xidməti avtomobil ilə də şöbəyə aparılmışlar. Cinayət işinin materiallarında olan və elan olunmuş raportu özü tərtib etmişdir. Maşında olan digər şəxslər də Nasirlə bir yerdə gəlmişlər. Nasirdən başqa digər təqsirləndirilən şəxslər barədə onlarda əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxslərin üzərilərindən narkotik vasitə aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarı özü qəbul etmişdir. Həmin qərarı təsdiq etmişdir. Rapotla əməliyyat tədbirinin həyata keçirilməsi barədə qərarda qeyd olunan, daxil olmuş əməliyyat məlumatında dəyişiklik olmasının səbəbi barədə verilmiş suala cavab verə bilməmişdir. Təqsirləndirilən şəxslər özləri narkotik vasitəni Sabirabad rayonunda kiməsə verəcəklərini demiş, ancaq həmin şəxsi müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs4lə aralarında hər hansi bir söhbət olmamışdır. Əməliyyat məlumatı maşın və şəxslər barədə daxil olmuşdur. Təsirləndirilən şəxslərin hərəkətlərindən narkotik vasitənin təsiri altında olduqlarını müəyyən etmişlər. Təhqiqatçı sorğu-sual etmiş, Təqsirləndirilən şəxs4 nə deməsini bilməmişdir. Maşına baxışda iştirak etmişdir. Narkotik vasitə arxa oturacağın ortasından aşkar edilmişdir. Narkotik vasitələr siqaret qutusunun içərisində olmuşdur. Bundan əlavə maşından beş barmaq, tərəzi, narkotik istifadə etmək üçün boru aşkar olunmuşdur. Digər əşyaların aşkar olunması yadında deyildir. Maşına baxış keçiriləndə maşında qan izləri olmuş paltar aşkar olunmamışdır. İşlərlə bağlı onu prokurorluğa çağırmışlar. Bu işlə bağlı prokurorluğa çağırılması və izahat verməsi yadında deyildir. Maşının yük yerində nə aşkar olunduğu yadında deyildir. Ona nə aid olubsa onları yadında saxlamışdır. Postda onlar maşından düşəndə təqsirləndirilən şəxslərin hansısa biri yıxılmış, konkret olaraq kimin yıxılmasını bilməmişdir. Maşında qabaqda sərnişin yerində oturan şəxsin əlində işıq paneli olmuşdur. Maşının yük yerində o qədər yük var idi ki, digər əşyalara yer olmamışdır. Qanlı köynək maşında olmuşdur. Postda əlverişli şərait olmadığından və yolun kənarı olduğundan maşına baxış keçirə bilməmişlər. Polis şöbəsinin həyətində təhqiqatçı maşına baxış keçirməli olduğu halda, hansı səbəbdən siz baxış keçirmisiniz sualına, səbəbi olmadığını demişdir. Maşına həmin gün baxış keçirilmişdir. Otaqda əlavə köynək olmamış, Ruslanın köynəyini dəyişdirməmişlər. Polis şöbəsində təqsirləndirilən şəxslərin heç birini döyməmiş və vurmamışdır. Təqsirləndirilən şəxs3 yalan ifadə vermiş, onun otağında narkotik vasitə olmamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 may 2023-cü ildə saxlanılan şəxslərin narkotik vasitə daşımaları barədə polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Nəvai postuna məlumat verilmişdir. Onlarla birlikdə tədbirdə iştirak etmişlər və nəticədə təqsirləndirilən şəxsləri saxlamışlar. Əməliyyat qrupu yaradılmışdır. Saxlanılan şəxslərdən, səhv etmirsə Elgün özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslər RPŞ-nə gətirilmişlər və vəkillə təmin olunmuşlar. Maşına baxış keçirilən zaman maşından 1 ədəd elektron tərəzi, metamfetamin və heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxslər aşkar olunanların özlərinə məxsus olduğunu və istifadə etmək üçün götürdüklərini demişlər. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Saxlanılan şəxslərin dördü də narkotik vasitənin özlərinə məxsus olduğunu və istifadə etmək üçün götürdüklərini demişlər. Maşından beş barmaq da çıxmış, beş barmağın kimə məxsus olmasının deyilməsi yadında qalmamışdır. Elgün postda boğazına bıçaqla və ya şüşə ilə xəsarət yetirmişdir. Avtomobili DYP əməkdaşları saxlatdırmışlar. Sonra onlar avtomobilə yaxınlaşaraq təqsirləndirilən şəxsləri saxlamışlar. Onlar maşına yaxınlaşanadək iki nəfər maşından düşmüş, ancaq dəqiq kimlərin düşməsini bilməmişdir. Postda avtomobilin içərisində nəsə olmasını görməmişdir. Onlar postda kənarda piyada durmuşlar, DYP əməkdaşları onlara işarə edərək maşını saxlatdırmışlar. Orada Elgün özünə xəsarət yetirmiş, digər şəxslərin özlərinə xəsarət yetirmələrini görməmişdir. Elgünün xəsarət alması ilə bağlı tibbi yardım çağırmamışlar. Maşını DYP əməkdaşı Hacıqabul RPŞ-nə aparmışdır. Saxlanılan şəxslərdən iki nəfəri polis əməkdaşları ilə birlikdə həmin maşında şöbəyə getmişlər. Digər iki nəfəri isə xidməti maşınla şöbəyə aparmışlar. Saxlanılan zaman təqsirləndirilən şəxslərin maşınının qabaq sağ oturacağında yekə işıq panelini görməmişdir. Şöbədə birinci, maşına baxış keçirilmişdir. Maşına Şahid1 da, onlar da baxmışlar. Maşının yük yerindən metamfetamin, kakos və marixuana aşkar olunmuşdur. Beş barmağın haradan tapılması yadında qalmamışdır. Narkotik vasitənin çəkisini deyə bilməmiş, metamfetamin, kakos və marixuananın hərəsindən bir az olmuşdur. Maşında narkotik olması barədə məlumat daxil olmuşdur. Kiminsə üzərində narkotik vasitə olması barədə məlumat daxil olmamışdır. Nasiri döyməmişlər, maşına baxış keçirmişlər, maşından narkotik vasitə aşkar olunmuş, təqsirləndirilən şəxslərin döyülməsi üçün heç bir səbəb olmamışdır. Nasirin idarə etdiyi maşını, xidməti maşınlar ilə bir yerdə şöbəyə aparmışlar. Şöbəyə hansı avtomobilin birinci daxil olmasını xatırlamamışdır. Avtomobilin saxlanılıb, içərisində olan şəxslərin maşından düşürüldüklərini görmüşdür. Ola bilər ki, təqsirləndirilən şəxslər əllərində olanları avtomobilə qoyub düşmüşlər, amma tam yadında deyildir. Avtomobilin açarı sürücünün özündə qalmışdır. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Tərəfindən təqsirləndirilən şəxslərə qarşı təzyiq-təsir olunmamışdır. Ola bilsin maşında olan qanlı köynək Elgünün köynəyi olmuşdur. Elgün onun yanında özünə xəsarət yetirməmiş, Elgünün özünə xəsarət yetirməsini sonradan bilmişdir. Elgün onun yanında köynəyini dəyişməmişdir. Avtomobil Nəvai postuna gələnə kimi onlar artıq postda olmuşlar. Ruslan postun pəncərəsini sındırmışdır. Ruslanın döyülməsi, kiminsə Ruslanın qolunu sındırması halı olmamışdır. Onlar qabaqcadan məlumatlı olduqları üçün posta getmişlər. Təxminən postla onların arasında 300 metr məsafə olmuşdur. Onlara məlumat veriləndən 10-12 dəqiqə sonra posta getmişlər. Elgünün özünə xəsarət yetirməsi forması dəqiq yadında deyildir. Bir nəfərin özünə xəsarət yetirməsi yadındadır. Ola bilsin postda maşını saxlayandan sonra ordakı digər polis əməkdaşları maşına baxış keçirmişlər. Onlar təqsirləndirilən şəxslərdən əvvəl maşına baxış keçirməmişlər. Təqsirləndirilən şəxsləri saxlayanda sərxoş olmuşlar, spirtli içki iyi gəlmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmiş, hadisənin üzərindən uzun müddət keçdiyi üçün xatırlamamışdır. Dindirilmiş Şahid4 Sənan oğlu ifadəsində bildirmişdir ki, 08 may 2023-cü il tarixdə maşın gəlməsi, maşında narkotik vasitələr olması barədə məlumat verilmişdir. Hacıqabul RPŞ-nin əməliyyatçıları ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Maşını özü saxlamışdır. “Kia Optima” markalı **-PV-*** dövlət nömrə nişanlı maşın olmuşdur. Saxalnılan şəxslər özlərini şübhəli aparmışlar. Səhv etmirsə həmin şəxslər sərxoş olmuşlar. Maşını çox aralıda saxlamışlar. Maşında qabaqda sağda oturan sərnişin düşüb ona yaxınlaşmış, ondan sənədləri təqdim etmələrini tələb etmiş, maşına tərəf gedəndə isə həmin şəxs ona, “getmə-getmə yoluna qoyaq” demişdir. Sürücüyə yaxınlaşmış, özünü təqdim etmiş, sürücünün sənədlərini almışdır. Sürücünün özündə olmadığını görmüşdür. “Kia-Optima” maşınını sürüb Hacıqabul RPŞ-nə aparmışdır. İki nəfər həmin maşında, sürücü ilə birlikdə, iki nəfər isə əməliyyatçıların maşınında Hacıqabul RPŞ-nə getmişlər. Şöbədə sürücü qapıları bağladıqdan sonra növbətçi hissəyə getmişlər. Şöbədə müdafiəçilər çağırılmış, videoçəkiliş etmişlər. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, maşını polis şöbəsinə aparanda saxlanılan şəxslərdən ikisi həmin maşında polis şöbəsinə getmişlər. Onlardan biri, yəni sürücü qabaq sağ tərəfdə, o birisi isə onun arxasında sağ tərəfdə oturmuşdur. Qabaqda oturanın qucağında heç nə olmamışdır. Maşına minəndən sonra maşının şüşələrini bağlamağı yadında qalmamışdır. Şöbəyə gedəndən sonra 4 nəfər vəkil gəlmiş, təqsirləndirilən şəxslərin üzərilərinə videoçəkilişlə baxış keçirilmiş, üzərilərindən heç nə aşkar olunmamışdır. Sonra həyətə düşüb maşına baxış keçirmişlər. Qabaq ayaqaltından balaca elektron tərəzi, siqaret doldurmaq üçün alət, beş barmaq, arxadan da selofana bükülmüş siqaret qutusunun içərisində olan narkotik vasitə aşkar olmuşdur. Qabaq oturacağın üstündə çörək və kola görməmişdir. Yük yerində paltarlar olmuşdur. Qabaq oturacağın üstündə kisə, bağlama və sair böyük bir şey olmamış, yüklər “baqaj”da olmuşdur. Sürücü sərxoş olmuş, sürücü ilə bağlı protokol tərtib olunmuş və cərimə olunmuşdur. Onları saxlayandan sonra orada dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxslər tərəfindən postun şüşələri sındırılmamışdır. Təqsirləndirilən şəxslərdən kim isə üstlərinə hücum etməmiş, kim isə boğazını kəsməmişdir. Təqsirləndirilən şəxslər sərxoş olmuşlar, halları olmamışdır. Maşında narkotik vasitə olması barədə özlərində məlumat olmuşdur. Sürücü və digər şəxslə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində birinci təqsirləndirilən şəxslərin üzərilərinə, sonra maşına baxış keçirmişlər. Maşını polis şöbəsinə gətirdikdən sonra maşının açarı sürücüdə qalmışdır. Şəxsi axtarış keçiriləndə də avtomobilin açarı sürücüdə olmuşdur. Əməliyyat məlumatı Hacıqabul RPŞ-nə daxil olmuşdur. Maşın polis şöbəsinə gətirildikdən sonra açar sürücüyə verilmişdir. Maşının açarı sürücü Nasirə verilmişdir. Səhv etmirsə onları maşını saxladıqdan 2-3 dəqiqə sonra Şahid1 və Şahid2 gəlmişlər. Maşında ondan başqa bir polis əməkdaşı da olmuş, maşını özü idarə etmiş, sürücü qabaqda sağda, polis əməkdaşı onu arxasında, digər şəxs isə arxa sağ tərəfdə oturmuşdur. Dindirilmiş Şahid3 Əli oğlu ifadəsində bildirmişdir ki, Hacıqabul RPŞ-nin keçirdikləri əməliyyat zamanı onlara verilən məlumata əsasən “Kia-Optima” markalı, **-PV-*** dövlət nömrəli nişanlı avtomobili saxlamışlar. Polis əməkdaşı Şahid4 onları saxlamışdır. 23 may 2023-cü il tarixdə günün ikinci yarısı təqsirləndirilən şəxsləri saxlamışlar. Hacıqabul RPŞnin əməkdaşları gələnə kimi gecikdirmədən təqsirləndirilən şəxslərin sənədlərini yoxlamışlar. Polis əməkdaşları gələndən sonra Sadiq maşını idarə etmiş, Sadiqin arxasında saxlanılan şəxslərdən biri, qabaqda sağ tərəfdə özü, biri də onun arxasında oturub polis şöbəsinə getmişlər. Onları aparıb, maşını vətəndaşlarla birlikdə Polis Şöbəsinin həyətində salmışlar. Maşının qapılarını bağlayıb açarını sürücüyə vermişlər. Əməliyyatçılar tərəfindən müdafiəçilərlə bir yerdə maşına baxış keçirilmişdir. Maşında arxa sağ oturacağın üstündən narkotik vasitə, qabaq ayaqaltının altından tərəzi götürülmüşdür. Bundan sonra əməliyyatçılar məşğul olmuşlar. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, saxlanılan şəxsləri döyən, söyən olmamışdır. Təqsirləndirilən şəxslərin dalaşmaları, onlara müqavimət göstərmələri, postun şüşələrini sındırmaları halları olmamışdır. Maşını Sadiq idarə edib polis şöbəsinə aparmışdır. Avtomobili Sadiq saxlatmış, Sadiqə kömək məqsədi ilə ona yaxınlaşmışdır. Avtomobildə vətəndaşlar oturmuşlar. Vətəndaşların içində qolu sınan, qolu sarğılı olan olmamışdır. Maşının arxa sağ oturacağında oturanın yanında kola içkisi olmuşdur. Şöbədə maşına baxış keçiriləndə yük yeri yüklə dolu olmuşdur. Sürücüyə marixuananın təsiri altında olması barədə protokol yazmışdır. Sürücünü narkoloji xəstəxanaya həkim müayinəsinə göndərmişdir. Təqsirləndirilən şəxsləri saxlayandan 10 dəqiqə sonra əməliyyatçılar gəlmişlər. RPŞ-dən onlara artıq məlumat vermişdilər. Təqsirləndirilən şəxslər əmrə tabe olub sakit maşına oturmuşlar. Maşını saxladıqları yerlə inzibati binanın arasında olan məsafə 6-7 metr olmuşdur. Saxlanılan şəxslərdən heç biri inzibati binaya daxil olmamışdır. Onlara maşını saxlamaq barədə tapşırıq verilmişdir. Maşında nəsə olması barədə onlara məlumat verilməmişdir. Sürücüyə saxla işarəsi verildikdən sonra sürücünün qətiyyən yayınmaq niyyəti olmamışdır. Avtomobili harada saxlamışdılarsa oradan da Hacıqabul RPŞ-nə aparmışlar. Maşın ümumiyyətlə postun müvəqqəti duracağına yerləşdirilməmiş, özü orada iştirak etmişdir. Maşın heç 10 dəqiqə postda qalmamışdır. Polis əməkdaşları gəlib təqsirləndirilən şəxsləri polisə aparmışlar. Ola bilsin əməliyyatçılar təqsirləndirilən şəxsləri posta qədər müşahidə etmişlər. Saxlanılan şəxslərlə heç bir ünsiyyətləri olmamışdır. Onların iştirakları ilə təqsirləndirlən şəxslərin üzərində şəxsi axtarış və maşına baxış keçirilmişdir. Maşına təxminən 0,5-1 saat ərzində baxış keçirilmişdir. Maşında kimlərin hansı tərəfdə oturmalarına fikir verməmişdir. Maşına yaxınlaşanda sürücü yerdə olmuşdur. Sənədləri yoxlamışlar ki, əməliyyatçılar gəlsinlər. Maşında olan təqsirləndirilən şəxslər rahat oturmuşlar, təqsirləndirilən şəxslər istəsəydilər maşından düşə bilərdilər. Polis şöbəsinə gedəndə arxada özü oturmuş, maşını Sadiq idarə etmişdir. Maşında olan şəxslər postda heç bir insident yaratmamışlar. Maşın polis postundan Hacıqabul RPŞ-nə aparılan zaman maşında oturanda maşının içərisi dağınıq olmamış, səliqəli vəziyyətdə olmuşdur. Postda olan DYP maşınlarındakı kameralar ərazini çəkmişlər. Özlərinin də yaxalarında kamera olmuş, çəkilişlər 30 gün ərzinə yaddaşda qalmışdır. Avtomobildən aşkar olunan narkotik vasitənin, nəyin olmasını bilməmişdir. Polis şöbəsində təqsirləndirilən şəxslərin üzərinə keçirilən baxışda iştirak etməmişdir. Birinci maşına baxış keçirilmişdir. Əməliyyatçılar postda təqsirləndirilən şəxsləri saxladıqları yerdə üzərilərinə baxış aparmışlar. Ola bilərdi ki, təqsirləndirilən şəxslərdə silah olsun, əməliyyatçılara problem yaransın. Əməliyyatçılar saxlanılan şəxsləri bir-bir yoxladıqdan sonra polis şöbəsinə aparmışlar. Ona görə ifadəsində göstərmişdir ki, saxlanılan şəxslərin üzərilərində heç bir şey aşkar olunmamışdır. O, saxlanılan şəxslərin üzərinə baxış keçirməmiş, onun belə bir səlahiyyəti olmamışdır. Əməliyyatçılar gələndən sonra maşında olan şəxslər maşından düşmüşlər. Videoçəkilişdə olan işıq paneli maşının içərisində olmuşdur. Maşının yük yeri paltarla dolu olmuşdur. Salonda paltar olmasını xatırlamamışdır. Maşında onun oturduğu tərəf təmiz olmuşdur. Dovğa və ya qatığın maşına dağılmasını görməmiş, maşında qayçının olmasını görməmişdir. Polis postundan Hacıqabul RPŞ-nə qədər 15 dəqiqəlik yol var. Saxlanılan şəxslərin anket məlumatlarını öyrənməmişdir. Polis Şöbəsinə çatandan sonra maşından düşmüşlər. Saxlanılan şəxslər isə maşında oturmuşlar. Onları əməliyyatçılar gəlib maşından düşürtmüşlər. Saxlanılan şəxslər polisə gətirilərkən əllərinə qandal vurulmasını xatırlamamışdır. Əməliyyatçılar maşının sağ tərəf qapısını və pəncərəsini kilidləmişdilər ki, saxlanılan şəxslər maşından düşə bilməsinlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, 08 may 2023-cü il tarixdə günortadan sonra Hacıqabul RPŞ-dən zəng olunmuşdur. X53 dəvət etmişlər, o da getmişdir. X15 idarə etdiyi maşının Nəvaidə yerləşən polis postunda polis əməkdaşının verdiyi işarə nəticəsində saxlanılması, maşında olan şəxslər polis postunda əlbəyaxa olduqları üçün hamısının RPŞ-nə aparıldıqlarını demişlər. Nasirlə onun görüşdürülməsini xahiş etsə də onu Nasirlə görüşdürməmişlər. Müstəntiq Vasif adlı polis əməkdaşı olmuşdur. Sonradan tanışlıqla Nasiri yanına gətirmişlər, həmin vaxtı Nasirin üz nahiyəsində xəsarətlər olmuşdur. Nasirin dişləri ağzında olmamışdır. Nasir 08 may 2023-cü ildə evdən çıxmış, Nasir evdən çıxanda dişləri ağzında olmuşdur. Həmin günü Nasir üçün iki dəfə polis şöbəsinə təcili tibbi yardım çağırmışlar. Nasiri xəsarəti ilə bağlı Müalicə Müəssisəsinə göndərmişdilər. Həkim Nasirin döyülməsi nəticəsində ciyəri ilə bağlı müalicəyə göndərildiyini demişdir. Bu barədə müstəntiq Vasifə demiş, Vasif isə belə bir şey olmadığını demişdir. Verilən suallara cavab olarq şahid Qalib Məmmədov bildirmişdir ki, Nasirin üzündə xəsarətlər görmüş, Nasirin dodaqları şişmişdir. Nasirin sifətində, qolunda göy rəngli qançır xəsarətləri olmuşdur. Zorla Nasirin paltarlarını qaldırıb xəsarətlərinə baxmışdır. Nasir xəsarətlərinə baxmağa qoymamışdır. Nasir narkotik vasitə satmamışdır. Göyçay rayonunda yaşamış, Nasir isə Bakı şəhərində, Kubunkada müvəqqəti kirayədə yaşamışdır. Bütün olanları Vasif etmişdir. Vasif onu görüb qaçmışdır. Vasif Nasirdən izahat alıb, oxumadan imza etdirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, oğlu Nasir taksi fəaliyyəti ilə məşğul olmuş və onlara baxmışdır. 08 may 2023-cü ildə nahardan sonra Hacıqabul RPŞ-dən zəng gəlmiş, ora yaxınlaşmaqlarını demişlər. Əri ilə birlikdə Hacıqabul RPŞ-nə getmişlər. Nasiri ilk əvvəl onlara göstərməmişlər, xahiş, minnətdən sonra Nasiri onlara göstərmişlər. Nasirin döyülməsi nəticəsində xəsarətləri olmasını görmüş, Nasirin dişləri sınmışdır. Nasir üçün təcili tibbi yardım da çağırmışlar. Nasirə səni niyə döyürlər demişdir. Nasir Polis əməkdaşlarının ona yazılanları imza et deməsini, o isə imza etmədiyi üçün polis əməkdaşlarının onu döydüklərini demişdir. Polis Şöbəsində, Nasirin maşınından çıxan narkotik vasitədən xəbəri olmuşdur. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirlərinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Hacıqabul RPŞ-nin NMQ-un baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş 08 may 2023-cü il tarixli “raport” da göstərilmişdir ki, 08 may 2023-cü il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları 112-də yaşayan xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi “Kia Optima” markalı **-PV-*** dövlət qeydiyyatı olan avtomobildə narkotik vasitə saxlaması və sərnişlər Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 102-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 8/11-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” Massivi ev 70 mənzil 13-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 barədə məlumat daxil olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zəruri olduğu üçün həmin tədbirlərin keçirilməsinə icazə verilməsini xahiş etmişdir.(cild 1, i.v. 4) -“təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 08 may 2023-cü il tarixli qərardan görünür ki, 08 may 2023-cü il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 112-də yaşayan xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi “Kia Optima” markalı **-PV-*** dövlət qeydiyyatı olan avtomobildə narkotik vasitə saxlaması və sərnişinlər Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi ev 102-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi ev 8/11-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” Massivi, ev 70, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs1 saxlanldıqda onunla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün Hacıqabul RPŞ-nə gətirilərək aidiyyəti üzrə təhvil verilməsi qərara alınmışdır.(cild 1, i.v. 5) -Hacıqabul RPŞ-nin NMQ-un baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş 08 may 2023-cü il tarixli “raport” da göstərilmişdir ki, 08 may 2023-cü il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 112-də yaşayan xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi “Kia Optima” markalı **-PV-*** dövlət qeydiyyatı olan avtomobildə narkotik vasitə saxlaması və sərnişlər Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi ev 102-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 8/11-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” Massivi, ev 70, mənzil 13də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 saat 10:00 radələrində Hacıqabul rayonunda yerləşən 720 saylı postda saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmişlər.(cild 1, i.v. 8) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 may 2023-cü il tarixdə saat 10:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 23-24) -“şəxsi axtarış və götürmə haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində qara rəngli idman köynəyi, qara rəngli idman şalvarı, qara rəngli ayaqqabısı vardır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetinin olub-olmaması soruşulmuş və əgər vardırsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1, idarə etdiyi “Kia Optima” markalı, **-PV-*** dövlət nömrə nişnalı avtomobilin salonunda narkotik vasitə heroin olduğunu bildirmişdir.(cild 1, i.v. 27-28) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 may 2023-cü il tarixdə saat 11:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 43-44) -“şəxsi axtarış və götürmə haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd 20 manatlıq pul əşkinazı, 1 ədəd üzərində **********268751 nömrəsi olan “Leobank” kartı, üzərində **********507420 nömrəsi olan “Birbank” kartı və 1 ədəd üzərində ***-***-**-** saylı nömrəsi olan “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir.(cild 1, i.v. 45-47) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 08 may 2023-cü il tarixdə saat 12:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 63-64) -“şəxsi axtarış və götürmə haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində qara rəngli şalvar, qara-ağ xəttli qolu qısa köynək, qara rəngli ayaqqabısı vardır. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər vardırsa onu təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamış, əynində bir ədəd “Samsung” markalı və bir ədəd S-21 markalı mobil telefonu aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülərək qablaşdırılmışdır.(cild 1, i.v. 65-67) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 08 may 2023-cü il tarixdə saat 13:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 84-85) -“şəxsi axtarış və götürmə haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərində qara xətlər olan, göy rəngli, qısaqol yay köynəyi, qara rəngli şalvar, ayağında qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 manatlıq əskinası, sol arxa cibindən 2 ədəd- biri qara, digəri boz rəngli “Nokia 8800” markalı telefonlar və sol yan cibindən isə 1 ədəd “Samsung A51” markalı telefonları təqdim edərək üzərində hər hansı qanunsuz əşya və ya narkotik maddə olmadığını bildirmişdir. Sübut əhəmiyyəti kəsb etmədiyi üçün 1 manatlıq əskinas özünə qaytarılmışdır. Mobil telefonlar isə qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v. 86-88) -“baxış və götürmə barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Optima” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitə olma şübhəsi olduğundan həmin avtomobilə baxış keçirilmişdir. Baxış təbii işıq altında keçirilmişdir. Baxış zamanı avtomobildən sürücünün oturacağının altından bir ədəd elektron tərəzi, qabaq oturacaqda qoltuqaltı hissəsində sağ tərəfdə bir ədəd bıçaq, bir ədəd beşbarmaq, sol tərəfində isə bir ədəd borucuq, avtomobilin arxa sərnişin oturacağının sağ yerindən bir ədəd üzərində “Mallbro” sözləri yazılmış siqaret qutusu aşkar edilmişdir. “Mallbro” sözləri yazılmış siqaret qutusuna baxılarkən həmin qutunun içərisindən 1 ədəd salfet bükümündə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmin siqaret qutusunda 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda narkotik vasitə heroinə bənzər kütlə, həmin siqaret qutusunda 1 ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi “Kia Optima” markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin salonunda aşkar edilmiş narkotik vasitələr Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş bir ədəd siqaret qutusunda olan narkotik vasitələr və psixotrop maddəyə bənzər kütlə, bir ədəd elektron tərəzi və bir ədəd şüşə boru götürülmüşdür.(cild 1, i.v. 95-97) -“məhkəmə-kimyəvi-bioloji ekspertizası”nın 08 may 2023-cü il tarixli 18/474 və 18/475 №-li rəylərindən görünür ki, 1.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən...” sözləri yazılmış və imzalar olan kağız paketdə: -1 ədəd siqaret qutusunda 1 ədəd salfet bükümündə təmiz çəkisi- 5,85qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; -həmin siqaret qutusunda 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 21,255 qram, 0,961 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,589qram, ümumi çəkisi - 22,805 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib, komponentlərinə görə eyni tərkibli heroindir, həmin siqaret qutusunda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-4,540 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. 2.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd borucuqda psixotrop maddə metamfetaminin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) miqdarının müəyyən edilməsi və müqayisəli tədqiqatın aparılması, yəni təqdim olunmuş maddələrə eyniliyinin müəyyən olunması mumkün deyildir. Marixuana (kannabis) - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir.(cild 1, i.v. 118-122) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-44/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə, yəni 08 sentyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 çıxış edərək bildirmişdir ki, özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. Belə ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir. Həmin maddələr Təqsirləndirilən şəxs2 məxsusdur. Odur ki, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(cild 1, i.v. 144-145, 222-226) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-42/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə, yəni 08 sentyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 çıxış edərək bildirmişdir ki, özünü elan edilmiş ittiham üzrə təsirli bilmir. İdarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə Təqsirləndirilən şəxs2 məxsusdur. Təqsirləndirilən şəxs4 ona məxsus bir neçə əşyanı Beyləqan rayonuna aparmaq üçün razılaşmış, lakin onunla münasibəti olduğundan gediş haqqını ona dəqiq deməmişdir. Avtomobildən aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs4 heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs4 avtomobildə narkotik vasitə olmasından məlumatı olmamışdır. Avtomobildən aşkar edilən narkotik vasitə Təqsirləndirilən şəxs2 olmuşdur. Odur ki, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(cild 1, i.v. 161-162, 212-216) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-43/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə, yəni 08 sentyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 çıxış edərək bildirmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilmir. Avtomobildən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr Təqsirləndirilən şəxs3 məxsusdur. Barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(cild 1, i.v. 178-180, 217-221) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-45/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs4 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 vəsatəti əsassız hesab edərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. Belə ki, o əvvəldən Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımış, Təqsirləndirilən şəxs3 isə onunla eyni məhəllədə yaşasa da, onunla heç bir səmimi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. 07 may 2023-cü il tarixdə axşam saatlarında Nasiri yaşadıqları evin yaxınlığındakı şirniyyat mağazasının qarşısında görmüşdür. Həmin vaxt ona aid bəzi əşyaların Beyləqan rayonuna aparılmalı olduğunu Nasirə demişdir. Nasir isə demişdir ki, səhər onsuzda Sabirabad rayonuna gedəcək, oradan da onu Beyləqan rayonuna apara bilər. O, Nasirdən Beyləqana onu neçəyə aparacağını soruşmuş, Nasir isə nə istəsə verər demişdir. O, hər dəfə Beyləqana gedəndə bir nəfər sərnişin kimi 13 manat pul verdiyinə gorə, bu dəfə əşyalarını da aparmasını nəzərə alaraq, Nasirə 20 manat pul verməyi düşünmüşdür 08 may 2023-cü ıl tarixdə saat 08 radələrində Nasir, Ruslan və Mehman adlı şəxslərlə birlikdə gələrək onu yaşdığı evdən qötürmüslər. Həmin vaxtı o, əşyalarını avtomobilin yük yerinə yığmış və avtomobildə sürücünün arxasına sərnişin kimi əyləşmişdir. Avtomobili Nasir idarə etmiş, onun yanında Ruslan əyləşmiş avtomobilin arxa sağ tərəfində isə Mehman əyləşmişdir. Yolda yanında Ruslan əyləşmiş, avtomobilin arxa sağ tərəfində isə Mehman əyləşmişdir. Yol gedə-gedə o, telefonunda nərd oyunu oynamışdır. Avtomobilin içərisində Nasir və digərləri bir-birləri ilə söhbətləşib zarafatlaşırdılar. Lakin, həmin vaxt heç kim narkotik vasitə barədə heç nə danışmırdı. Hacıqabul rayonu ərazisində Nəvai postunda onların əyləşdiyi avtomobili yol polisi saxlamışdır. Qısa müddət sonra polis əməkdaşları onların hamısını avtomobildən düşürərək şübhəli şəxs kimi saxlamış və Hacıqabul Rayon Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşları onları saxladıqdan sonra bilmişdir ki, avtomobildə narkotik vasitə var. Avtomobildən aşkar olunan narkotik vasitənin ona heç bir adiyyəti yoxdur və həmin maddələrin kimə məxsus olmasını bilmir. Odur ki, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki material üzrə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi əsaslar, yəni təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsinə aidiyyətini təsdiq edən heç bir ilkin sübut deyildir. Belə ki, cinayət işi üzrə hazırki anadək toplanmış ilkin sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Kia Optima markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəlcə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürmüş, daha sonra isə Təqsirləndirilən şəxs4 və ona aid məişət əşyalarını götürərək Bakı şəhərindən Sabirabad rayonuna, oradan da Beyləqan rayonuna getmək üçün yola çıxmışlar. Hacıqabul rayonu ərazisində yerləşən Nəvai postunda Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və onlar narkotik vasitə saxlamaq şübhəsi ilə Hacıqabul Rayon Polis Şöbəsinə gətirilmişlər. Polis Şöbəsində həmin şəxslərin üzərinə baxış keçirilmiş, lakin onların üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə narkotik vasitə olmasını və həmin maddənin Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirdikdən sonra, Təqsirləndirilən şəxs4 və digər üç nəfər şübhəli şəxsin, eləcə də onların müdafiəçilərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı avtomobildən sürücünün oturacağının altından elektron tərəzi, bir ədəd qara dəstəkli bıçaq və bir ədəd kustar üsulla hazırlanmış beşbarmaq, arxa sərnişin oturacağının sağ yerindən bir ədəd üzərində Mallbro sözləri yazılmış siqaret qutusu və sol tərəfindən isə bir ədəd boru aşkar edilmişdir. Mallbro sözləri yazılmış siqaret qutusuna baxılarkən həmin qutunun içərisindən bir ədəd salfet bükümündə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmin siqaret qutusunda 2 ədəd polietilen bükümündə ayrı-ayrılıqda narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs4 və digər üç nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində ifadə verərkən avtomobildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin və bıçaqla beşbarmağın Ruslanın ona deməsinə görə Mehmana məxsus olduğunu bilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində həmin maddələrin Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə ifadələrində həmin maddələrin Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirmişlər. Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 heç biri avtomobildən aşkar olunmuş qanunsuz predmetlərin Təqsirləndirilən şəxs4 aid olmasını deməmişlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən də Təqsirləndirilən şəxs1 izahatında bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs4lə ona məxsus bir neçə əşyanı Beyləqan rayonuna aparmaq üçün razılaşmış, lakin onunla münasibəti olduğundan gediş haqqını ona dəqiq deməmişdir. Avtomobildən aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs4 heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs4 avtomobildə narkotik vasitə olmasından məlumatı olmamışdır. Göründüyü kimi, cinayət işi üzrə hazırki anadək Təqsirləndirilən şəxs4 ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edən heç bir ilkin sübut mövcud deyildir. Belə ki, narkotik vasitənin aşkar edildiyi avtomobil Təqsirləndirilən şəxs4 aid olmamış həmin avtomobil onun tərəfindən idarə edilməmiş, o, avtomobildə arxa oturacaqda sərnişin kimi əyləşmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş digər şəxslərin də heç biri avtomobildən aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs4 aid olmasını deməmişlər. Təqsirləndirilən şəxs4 sərnişin kimi əyləşdiyi avtomobildən narkotik vasitənin aşkar edilməsi, həmin narkotik vasitənin ona aidiyyətinin olmasına dəlalət etmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi əsaslar olmadığından, onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməli, bu barədə müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir.(cild 1, i.v. 196-198, 227-232) -Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 4(106)-50/2023 nömrəli qərarından görünür ki, Hacıqabul rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)-45/2023 nömrəli qərarı apellyasiya protestinə münasibətdə ləğv edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilmişdir. Təqsirləndirilən şəxs4 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınması üçün onun barəsində axtarış elan edilmişdir. Həbsin əvvəli Təqsirləndirilən şəxs4 tutulduğu vaxtdan hesablanmışdır.(cild 1, i.v. 273-279) -Şirvan Apellyasiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 4(106)-69/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi Salman Fərəcov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatətin təmin edilməməsi barədə Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 4(071)-51/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.(cild 2, i.v. 37-40) -“məhkəmə-ballistik ekspertizası”nın 10 may 2023-cü il tarixli, 18/476 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet - kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir.(cild 2, i.v. 97-100) -“əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, “Kia Optima” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq qalan 5,83 qram olan narkotik vasitə qurudulmuş marixuana, 22,655 qram olan narkotik vasitə heroin, 4,490 qram olan psixotrop maddə metamfetamin, bir ədəd borucuq, bir ədəd elektron tərəzi, bir ədəd beşbarmaq (kastet) maddi sübut kimi tanınaraq saxlanılması üçün X28 maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilməsini və “Kia Optima” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 5 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır.(cild 2, i.v. 101-103) -“baxış aparılması haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş boz rəngli “Samsung Galaxy A10” markalı **********70334/01 və **********70332/1 imei kodlu mobil telefona Hacıqabul RPŞ-nə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, ilk əvvəl mobil telefon ekran sürüşdürməklə açarla açıldı. Daha sonra telefona quraşdırılmış “whats app” ani mesajlaşma sisteminə daxil olundu. Həmin sistemə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar olunmadı. Daha sonra mobil telefona quraşdırılmış “whatsapp” biznes ani mesajlaşma sisteminə daxil olundu. Həmin sistemdə İran İslam Respublikasına məxsus “Pati.kola” adı ilə qeydə alınmış +**********17 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu 07 may 2023-cü il +**********17: qaqq (mətn) 00:55 09 may 2023-cü il +**********17: Salam (mətn) 03:58 +**********17: neccan qardaw (mətn) 03:59, İran İslam Respublikasına məxsus +**********86 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu. 07 may 2023-cü il +**********17: salam qardaş, kefin necədi yaxşısan? Nə var nə yox, qardaş sənin nömrəni Tural verib ee mənə, nə xəbər necəsən (səs qeydi- 10 saniyə) 03:11, 09 may 2023-cü il +**********17: buraxılmış səsli zəng 01:54 İran İslam Respublikasına məxsus garanlig Dunya adı ilə qeydə alınmış və profil Şəklində çətənə bitkisinin yarpağının şəkli əks olunmuş +**********47 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 07 may 2023-cü il +**********47: Telfun ase (mətn) 22:09, 8 may 2023-cü il +**********47: buraxılmış videozəng 14:35, “ELGÜN...YARBALA” adı ilə qeydə alınmış +**********00 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 07 may 2023-cü il +**********00: qağaş, gəlisən sən ya necə, bi söz denən də qağaş daa (səs qeydi-05 saniyə)! 8:43, +**********00: ala qağaş, gəlmisəən, (səs qeydi-02 saniyə) 22:28, +**********00: . (mətn)22:28, +**********00: buraxılmış səsli zəng 22:28. 08 may 2023-cü il +**********00: buraxılmış səsli zəng 02:50, +**********00: buraxılmış səsli zəng 03:12, +**********00: ay ruslan canım çıxandan sonra gələcəysəəən? (səs qeydi-04 saniyə) 04:22, +**********00: buraxılmış səsli zəng 04:31, +**********00: buraxılmış səsli zəng 04:41, “Cəmil ARA" adı ilə qeydə alınmış +**********43 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 07 may 2023-cü il +**********43: Ala senin bawin gedib eee diyesen, Sen bu kayfin bawin burax gagaw idare eliye bilmirsen vobwe mene yig goruw mennen iwim var sennen tecili gagaw (mətn) 04:59, 08 may 2023-cü il +**********43: buraxılmış səsli zəng 00:11, +**********43: Yetim? (mətn) 03:14, +**********43: buraxılmış səsli zəng 03:15, “Elton.” adı ilə qeydə alınmış +**********06 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 25 aprel 2023-cü il +**********06: **********801640. ABB bank (mətn)07:09, +**********62 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 18 aprel 2023-cü il +**********62 salam ruslan nə var kef əhval necədi setə gəldün, səsimi eşitdün, bi dənə mənə zəy vur, ya səs at ginan? (səs qeydi-06 saniyə) 20:20, +**********62 göndəriyəm, o biri nömrədən göndəriyəm, ayrı nömrəynən atiyam sənə, (səs qeydi-05 saniyə) 23:26. 19 aprel 2023-cü il +**********62: sənə qurban biyaz tez ol, mənim yuxu gözlərimi çıxardır, ölüyəm yuxuyçün, mənə iki dənə kola atsın, 1 dənə 10 dənədir, 1 dənə 20 dənə, deyim götürsünlər özün də olduğun yeri atma biyaz kənardan at (səs qeydi-17 saniyə) 00:59. +**********62: sas ace (mətn) 01:02, +**********62: buraxılmış səsli zəng 01:11, +**********62: buraxılmış səsli zəng 01:15, +**********62: buraxılmış səsli zəng 01:17, +**********62: sənün qadovu alaram çox bivaxtdanu tələs (səs qeydi-02 saniyə” 01:37, +**********62: ay ruslan sənin canuvu yeyim mənim işimi yol sal dənə (səs qeydi-03 saniyə) 01:40, +**********62: buraxılmış səsli zəng 02:01, +**********62: buraxılmış səsli zəng 02:03, +**********62: buraxılmış səsli zəng 02:16, +**********62: buraxılmış səsli zəng 02:18, +**********62: buraxılmış səsli zəng 02:27, +**********62: buraxılmış səsli zəng 02:27, +**********62: buraxılmış səsli zəng 11:26, +**********62: buraxılmış səsli zəng 11:27. "AYDİN BİBİXANİM” adı ilə qeydə alınmış +**********575 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 16 aprel 2023-cü il +**********575: Ruslan neynirsen necesen brat yaxsisan ruslan vezyetim pisdi brat yarim kola 10 da pati nece elitey agriyiram brat mene bir he yox di (mətn) 05:01, +**********96 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 11 aprel 2023-cü il +**********96: rusik mənəm (mətn) 00:39, +**********96: cavab ver (mətn) 00:40, +**********96: Ala cavab verdğ (mətn) 00:41, +**********96: 3 ədəd redbul markalı enerji içkisi bir ədəd qırmızı rəgli qazanın bi hissəsi, buz qabı və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin təsviri olan fotoşəkil 02:11. Daha sonra mobil telefonun ismarıclar tətbiqinə daxil olundu. Həmin tətbiqdə mətnlərə baxış keçirildi. +**********43 saylı operator nömrəsi ilə aparılmış mətnlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 08 aprel 2023-cü il Ruslan : Qaqaş 145.azn. mayası eliyir. (mətn) 05:10, +**********43: oldu brat bir azcun goruwerik Ola bilsinki gelende yenede kola iki lazım oldu (mətn) 05:11, Ruslan: Baxda imkan varsa mənədə nə verərsən, verərsən qərdeşim. (mətn) 05:11, Ruslan: Problem yoxdu qaqaş (mətn) 05:11, Ruslan: **********053112. Rabitə (mətn) 06:32, +**********43: oldu brat birazcun goruwerik Ola bilsinki gelende yenede kola iki lazrm oldu (mətn) 05:11, Təqsirləndirilən şəxs4 məxsus +**********00 saylı operator nömrəsi ilə aparılmış mətnlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu 01 may 2023cü il +**********00 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 11:20), 04 may 2023cü il +**********00 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 7.43), +**********00 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 5:53). Təqsirləndirilən şəxs2 məxsus +**********64 saylı operator nömrəsi ilə aparılmış bətnlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 01 aprel 2023-cü il +**********64 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 08:06), 4 aprel 2023-cü +**********64 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 07:27), +**********64 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 10:59), 05 aprel 2023-cü il +**********64 2 dəfə buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 01:25), +**********64 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 19:33), 20 aprel 2023-cü il +**********64 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 01:07), 03 may 2023-cü il +**********64 buraxılmış zəng barədə xəbərdarlıq mesajı, (saat 08:24), +**********06 saylı operator nömrəsi ilə aparılmış mətnlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 20 aprel 2023-cü il +**********06: qardawlm 60 qum. 5 manat pencere eytibarln tukandayam saxlamışam, camatl nolar məni yola salda qadawlm (saat 06:47), “İBO” adı ilə qeydə alınmış +**********01 saylı operator nömrəsi ilə aparılmış mətnlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 04 aprel 2023-cü il +**********01: tez cix ki ustum qrjonu du (saat 12:44), +**********01: Sen miw olmusan one patı dı one coladi kazbek, 05 aprel 2023-cü il +**********01: Qaqas bidene yarim birde 30 manatix, 07 aprel 2023-cü il +**********01: RUSİK 300 MANAT VAR, 18 aprel 2023-cü il +**********01: QAQAS QURJONİ YİX QAQAW SENOL (07:10), 22 aprel 2023-cü il +**********01: YARİ PATİ LAZİM Dİ (saat 07:00), 25 aprel 2023-cü il +**********01: qaqaw 60manat var 10borcu verim 50mamdiw da pati saat (08:00), 26 aprel 2023-cü il Ruslan : **********053112 (saat 12:10) Ruslan : Rabitə bank (saat 12:11). 26 aprel 2023-cü il +**********01: QAQAW 50 MANAT VAR GELMEY İSDREM(04:40), +**********25 saylı operator nömrəsi ilə aparılmış mətnlərə baxış keçirildi. Aşağıdakılar müəyyən olundu. 25 aprel 2023-cü il Ay ruslan qaqaw yarim saatdi dayanmıwam burda qaqaw meni yola sal gedimde aridayix ay qaqaw,+**********06 saylı operator nömrəsi ilə aparılmış mətnlərə baxış keçmidi. Aşağıdakılar müəyyən olundu. 13 aprel 2023-cü il +**********06 Salam Ruslan axşamın xeyir Elton narahat edir (mugennı), whatsapp ani mesajlaşma sisteminə baxışın aparılması davam etdirilsə də sübut əhəmiyyətinə malik olan başqa hər hansı bır xususat aşkar olunmadı. Bundan sonra mobil telefonun «Qalereə» bölməsinə baxış keçirildi. Həmin bölmədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döyriyyəsinə aid şəkillər olması müəyyən olundu. Həmin şəkillər çap olunaraq protokola əlavə ediləcəkdir. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələri əldə etməsini və dövriyyəsini həyata keçirməsini göstərən sübutları özündə əks etdirən boz rəngli “Samsung Galaxy A10” markalı **********70334/01 və **********70332/1 imei kodlu mobil telefon müvafiq qaydada qablaşdırıldı. Baxış zamanı şikayət və vəsatət daxil olmamışdır. (cild 2, i.v. 106-110) -“baxış aparılması haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş ağ rəngli “Nokia” markalı mobil telefona baxış keçirilmiş istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.(cild 2, i.v. 111) -“baxış aparılması haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.(cild 2, i.v. 112) -“baxış aparılması haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” və iki ədəd “Nokia” markalı mobil telefonlara baxış keçirilmiş istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.(cild 2, i.v. 113) -“əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş boz rəngli “Samsung Galaxy A10” markalı **********70334/01 və **********70332/1 imei kodlu mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.(cild 2, i.v. 114-115) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 1 (bir) ay müddətinə-5 (beş) ayadək, yəni 09 sentyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 150-151) -“üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində və əlavə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir.(cild 2, i.v. 192-194) -“üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində və əlavə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir.(cild 2, i.v. 195-197) -“üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində və əlavə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir.(cild 2, i.v. 198-200) -“üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində və əlavə ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir.(cild 2, i.v. 201-203) -Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 4(071)-73/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 204-209) -Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 4(071)-74/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 210-215) -Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 4(071)-76/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 216-220) -Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 4(071)-75/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 221-226) -“ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 28 iyul 2023-cü il tarixli, 4806 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v. 235-236) -“ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 05 avqust 2023-cü il tarixli, 5000 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v. 237-238) -“ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 12 avqust 2023-cü il tarixli, 5167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v. 239-240) -“ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 23 avqust 2023-cü il tarixli, 5427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v. 241-242) -“sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə material ayrılaraq araşdırma davam etdirilmişdir.(cild 2, i.v. 283-302) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham dəyişdirilərək, o Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v. 304-305) -Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 1(099)- 787/2023 nömrəli qərarından görünür ki, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 və dövlət ittihamçısı X6 vəsatətləri təmin olunmuş, Təqsirləndirilən şəxs1 Qabil oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna qaytarılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qabil oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 13 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinədək uzadılmışdır.(cild 3, i.v. 47-56) -“cinayət işinin icraata qəbul edilməsi haqqında” 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılmışdır.(cild 4, i.v. 2-3) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Hacıqabul RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 1 (bir) ay müddətinə-6 (altı) ayadək, yəni 13 noyabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 4, i.v. 18-20) -Hacıqabul Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 4(071)-102/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 13 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 4, i.v. 65-71) -Hacıqabul Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 4(071)-101/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 13 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 4, i.v. 72-77) -Hacıqabul Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 4(071)-103/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 13 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 4, i.v. 122-127) -Hacıqabul Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 4(071)-104/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 13 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 4, i.v. 128-133) -“axtarışda olan şəxsin tutulması barədə” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 18 may 2023-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai rayonunda tutularaq RPŞ-nə gətirilib növbətçi hissəsinə təhvil verilmişdir.(cild 4, i.v. 137) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyətləri ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Səbail rayonu, Səlyan yolu 25, mənzil 13-də məskunlaşmış, himayəsində az yaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 2, i.v. 96) -30 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il, 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 fevral 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 noyabr 2018-ci ildə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 (bir) il 3 (üç) ay 6 (altı) gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə cəzası 6 (altı) ay azaldılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. 08 iyul 2022-ci ildə cəza müddəti başa çatmışdır.(cild 1, i.v. 290-292) -30 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 dekabr 2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 iyun 2005-ci ildə cəzasının sonu ilə azad olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2007-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 178.1, 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2012-ci il tarixli qərarına əsasən 2 (iki) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(cild 1, i.v. 293-295) -31 may 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cild 1, i.v. 296-297) -31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 05 dekabr 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 manat cərimə cəzası saxlanılmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 06 iyul 2012-ci il tarixdə Salyan Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli qərarına əsasən 8 (səkkiz) ay 14 (on dörd) gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. 08 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.8 bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 09 dekabr 2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətindən vaxtından əvvəl şərti azad olunmuşdur. 08 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır.(cild 1, i.v. 298-300) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni; -Hacıqabul RPŞ-nin 15 fevral 2024-cü il tarixli, 3-13-78/2-3234/2024 nömrəli məktubundan görünür ki, 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi “Kia Optima” markalı **-PV-*** nömrəli avtomobilə, həmçinin avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərində narkotik vasitə olmaları barədə daxil olmuş məlumat əsasında onlar Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, BDYPİnin YPXA-nın 7-ci tağımın inspektorları Şahid3, Şahid4 və digər polis əməkdaşları tərəfindən Hacıqabul rayonu, Nəvahı kənd ərazisində yerləşən BDYPİ-nin 720 saylı stasionar postunda saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilmişlər. Bu barədə Hacıqabul RPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında müvaviq qeydlər olan səhifələrinin kserosurəti göndərilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 polis şöbəsinə gətirilərkən üzərilərində heç bir xəsarət qeydə alınmamış, Təqsirləndirilən şəxs3 sol çiynində olan küt ağrı ilə əlaqədar 12 may 2023-cü il tarixdə saat 12:40-da həkim müayinəsindən keçirilərkən “Sol körpücük sümüyünün sınığı” xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlə bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış, xəsarətin hər hansı zorakılıqla bağlı deyil, Təqsirləndirilən şəxs3 tutulmamışdan əvvəl yıxılması nəticəsində alması və bununla bağlı heç bir şikayətinin olmaması müəyyən edildiyindən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hacıqabul RPŞ-nin MSY-də saxlanıldığı dövrdə qeyd olunan şəxslər bir neçə dəfə müraciətləri əsasında həkim müayinəsindən keçirilmişlər. Bu barədə Hacıqabul RPŞ-nin MSY-də olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. -“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X45 daxil olmuş 29 aprel 2024-cü il tarixli, 18-1-41/2-357/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X46 və X16 Bölməsinə hər hansı bir xəstəliklə müraciət etməmişdirlər. -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X49 01 may 2024-cü il tarixli, 18-1-35/2- 708/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 Şirvan Şəhər Mərkəzi Xəstəxanasına heç bir müraciətləri olmamışdır. Təqsirləndirilən şəxs3 12 may 2023-cü il tarixdə Şirvan Şəhər Mərkəzi X21 Yardım Bölməsinə “sol körpücük sümüyünün sınığı” diaqnozu ilə ambulator müraciəti olmuşdur. Xəstə rentgen müayinəsi olunmuş, həkim-travmatoloq tərəfindən xəstəyə gips langeti qoyulmuşdur. Xəstənin deməsinə görə Nəvahi postunda tanıdığı şəxs tərəfindən döyülmüşdür. Vətəndaşın adına Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına çağırış olmamışdır. -Hacıqabul rayon prokurorluğunun 05 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, 07 may 2023-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həbs edilmiş Təqsirləndirilən şəxs3 17 may 2023-cü il tarixdə tibbi sanitar hissəsində müaynə olunan zaman bədən xəsarətlərinin müəyyən edilməsi barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X3 rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 43 C-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı alınmış izahatlar və ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs3 07 may 2023-cü il tarixdə stasionar postda saxlanılan zaman və Hacıqabul RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunazidd hərəkətlər edilməsi müəyyən olunmadığından və bu barədə xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərarda yazılmış “təkrar məhkəmə-tibbi ekspertizasının” 176 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 obyektiv müayinəsinə və 12 may 2023-cü il tarixli, 130 nömrəli ekspert rəyində qeyd olunanlara əsasən hazırda Təqsirləndirilən şəxs3 bədəni üzərində təkrar müayinə zamanı hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Lakin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs3 ilkin müayinəsi zamanı onun bədənində sağ saidin arxa səthinin aşağı 1/3 hissəsinin sıyrığı, sağ saidin arxa səthinin orta 1/3 hissəsinin sıyrığı, sol dirsək oynağının arxa səthinin sıyrığı, sol diz oynağının ön səthinin sıyrığı, sol körpücük sümüyünün sınığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, kənar şəxs tərəfindən vurulması zamanı eyni zamanda xəsarətlərin yerləşmə yerinə görə tutulan zaman yıxılması zamanı, zorla maşına mindirilən zaman əmələ gələ bilərdi. Müddət qərarın təsviri hissəsində göstərilən hadisə gününə uyğundur. Qeyd olunan xəsarətlərdən sıyrıqlar sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin olunmur. Sol körpücük sümüyünün sınığı isə sağlamlığı uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. -Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 29 yanvar 2024cü il tarixli, 3-16-17/40/2-545/2024 nömrəli məktubla məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs1 adına açılmış 4868/2023 nömrəli, Təqsirləndirilən şəxs2 adına açılmış 4866/2023 nömrəli, Təqsirləndirilən şəxs3 adına açılmış 4778/2023 nömrəli, Təqsirləndirilən şəxs4 adına açılmış 4950/2023 nömrəli məhkumun tibbi kitabçasının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs4 isə 16 may 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına aparılmışlar. Təqsirləndirilən şəxs2 “sağ said nahiyəsində köhnə çapıq toxumaları” aşkar olunmuş, Təqsirləndirilən şəxs2 zədə almadığını və şikayəti olmadığını demişdir. Təqsirləndirilən şəxs3 “sağ said, sol dirsək, sağ və sol baldır nahiyəsində, çoxsaylı sıyrılmış, qərtməkli yaralar, sol körpücük nahiyəsində şişkinlik” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 həbs zamanı xəsarət aldığını bildirmiş və sol körpücük nahiyəsində ağrılardan şikayət etmişdir. Vizual olaraq şişkinlik müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 “sol said nahiyəsində köhnə çapıq toxumaları” aşkar olunmuş, Təqsirləndirilən şəxs1 zədə almadığını və şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4 “sol saiddə, qarının ön divarında boyunun sağ tərəfində köhnə və çapıq toxumaları izlənilmiş, sağ topuq nahiyəsinin qeyri-düzgün bitişmiş deformasiya” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 zədə almadığını bildirmiş və şikayəti kəskin bədən ağrılarından halsızlıq, üşümə və yuxusuzluqdan olmuşdur. -Bakı Şəhər Probasiya İdarəsinin 19 sentyabr 2024-cü il tarixli, 21-1/3-18957-2 nömrəli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(006)-41/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs4 06 may 2023-cü il tarixdə idarənin qeydiyyatına götürülmüşdür. Cəzasının əvvəli 06 may 2023-cü il tarixindəndir. Məhkum Təqsirləndirilən şəxs4 17 may 2023-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 18 sentyabr 2024-cü il tarixədək Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzanın 11 gün hissəsini çəkmiş, 2 (iki) il 5 (beş) ay 17 (on yeddi) gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 isə Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və təqsirləndirilən şəxslərin təqsirliliklərinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiə hüquqları səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. “Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillərin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışlar. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillərin təqsirləndirilən şəxslərlə gizli ünsiyyətləri olmamış, onların həmin hüququ məhdudlaşdırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Puatrimol Fransaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X25rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman, ona dövlət hesabına müdafiəçi təyin olunmuş X14 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş faktiki olaraq aparılmayan, özünün iştirakı olmadan yazılmış sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi Kənan Əbdürəhmanov şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videoçəkilişdən Təqsirləndirilən şəxs1 ayaq üstə çətinliklə dayandığını, üz və boyun nahiyəsində xəsarətləri görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair müraciətlər etməmiş, yanız videoçəkiliş zamanı polis əməkdaları tərəfindən hər-hansı təzyiq olunubolunmamasının soruşulması, gözlə görünən xəsarəti əvvəlcə almısan deməsi ilə kifayətlənmişdir. Cinayət işinin materiallarının İ cildinin 12-ci səhifəsində olan 08 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına vəkil verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının İ cildinin 13-cü səhifəsində olan “şübhəli şəxsə müdafiə hüquqlarının izah edilməsi, ona müdafiəçilərin siyahısının təqdim olunması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 vəkil Kənan Əbdürəhmanov tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Cinayət işinin materiallarının İ cildinin 14-cü səhifəsində olan “dövlət hesabına müdafiəçi təyin etmə barədə” 08 may 2023-cü il tarixli qərardan görünür ki, vəkil Kənan Əbdürəhmanov müdafiəçi təyin olunmuş, qərarın surəti həmin tarixli məktubla Şirvan Regional Vəkil Bürosuna göndərilmişdir. Kənan Əbdürəhmanov 006945 nömrəli order verərək cinayət işinə buraxılmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 08 may 2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayonunda yerləşən 720 saylı polis postunda digər təqsirləndirilən şəxslər ilə birlikdə saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmiş, cinayət işininin materiallarının İ cildinin 23-24-cü səhifələrində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 may 2023-cü il tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 08 may 2023-cü il tarixdə saat 10:00-dan hesablanmışdır. "xxxx" MMC-dən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 12646 nömrəli məktubdan görünür ki, müdafiəçi Kənan Əbdürəhmanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 07 iyun 2016-cı il tarixdən etibarən Nömrə Daşıma xidməti vasitəsilə Narmobile operatoruna keçdiyi üçün, həmin nömrənin qeydə alınmış əhatə darəsinə dair məlumatın təqdim edilməsi mümkün deyildir. Lakin digər müdafiəçilərin iştirakı ilə keçirilmiş üzləşdirmə istintaq hərəkətlərinin də faktiki olaraq keçirilib-keçirilməməsi, müdafiəçilərin iştirakı olubolmaması təhlil edilərkən həmin istintaq hərəkətlərinin keçirilmədiyi, müdafiəçilərin Hacıqabul şəhəri ərazisində deyil başqa ərazilərdə olmaları müəyyən edilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, müdafiəçi Kənan Əbdürəhmanov da faktiki olaraq həyata keçirilməyən istintaq hərəkətlərinin keçirilməsinə dair tərtib edilmiş rəsmi səndləri imzalamış, bununla da məhkəməyədək icraat aparan istintaq orqanına müdafiə etdiyi şəxsin əleyhinə əsassız və qanunsuz ittiham sübutlarının toplanaraq məhkəmə məsuliyyətinə verilməsinə şərait yaratmışdır. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 27-ci səhifələrində olan “şəxsi axtarış və götürmə barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, saat 11:10dan saat 11:20-dək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, videoçəkiliş 5 dəqiqə 27 saniyə davam etmişdir. X39 videoçəkilişin əvvəlində Təqsirləndirilən şəxs1 saxlanılması və iştirakçılar barədə məlumat verir, bu zaman Təqsirləndirilən şəxs1 divara söykənərək çətinliklə ayaq üstündə dayanması müşahidə olunur. Əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs1 əli ilə işarə edərək düzgün dayanmasını deyir. X34 Təqsirləndirilən şəxs1 üzərində və maşınında narkotik vasitə olmasında şübhə olduğu üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu deyir. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya varmı sualına “yox” deyə cavab verir, cibində olan telefonu və maşın açarını çıxararaq X34ə təqdim edir. Təqsirləndirilən şəxs1 narkotiklə bağlı saxlanıldığını deyir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərində narkotik vasitə olmadığını, maşının “Kia Optima” markalı maşın olduğunu, maşında heroin və metamfetamin olduğunu deyir. X34 Təqsirləndirilən şəxs1 narkotik vasitənin arxa oturacaqda sərşin yerində olduğunu deyərək sual verir, Təqsirləndirilən şəxs1 da “bəli” deyərək cavab verir. X34 Təqsirləndirilən şəxs1 “avtomobildə olanlar kimə məxsusdur” sualına sonuncu cavab vermir, təkrar suala cavab olaraq Təqsirləndirilən şəxs1 “arxada oturan şəxsə” deyə cavab verir, X34 arxada oturan şəxs kimdir deyə soruşur, Təqsirləndirilən şəxs1 Mehman deyə cavab verir. X34 Təqsirləndirilən şəxs1 Mehmanın soyadını soruşur, Təqsirləndirilən şəxs1 da bilmədiyini deyir. X34 Təqsirləndirilən şəxs1 “narkotik vasitəni haradan götürüb aparırdınız” deyir, o, da Sabirabad rayonuna apardıqlarını deyir, Qara adlı şəxsə satacaqlarını, 150 manat pulun ona veriləcəyini, bundan əlavə maşının günlük pulunun veriləcəyini, həmin narkotik vasitədən ona verilməyəcəyini, polis əməkdaşları tərəfindən ona təzyiq olunmadığını, yolda gələrkən hər hansı narkotik vasitə istifadə etmədiklərini, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 bir ədəd mobil telefon və maşın açarını təqdim edir. Təqsirləndirilən şəxs1 üzərində başqa heç nə aşkar olunmamışdır. Müdafiəçi Kənan Əbdürəhmanov Təqsirləndirilən şəxs1 “üzünüzdəki qırmızı ləkə nədir” deyə soruşur, Təqsirləndirilən şəxs1 cavab verməmiş, müdafiəçi Kənan Əbdürəhmanov özü Təqsirləndirilən şəxs1 yönəldərək “nə vaxt, çoxdan olub” deyir, bundan sonra Təqsirləndirilən şəxs1 da başı aşağı çoxdan olub deyir. X34 polis tərəfindən vurulman, döyülmən olmuyub ki, sualına Təqsirləndirilən şəxs1 “xeyir” deyə cavab verir. X34 “hal-hazırda maşına baxış zamanı o narkotik vasitəni təqdim edə birlərsən də, düzdümü” deyir, Təqsirləndirilən şəxs1 da “düzdü” deyə cavab verir. “Şəxsi axtarış və götürmə barədə” protokol ilə aparılmış videoçəkiliş eynilik təşkil etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X32 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış, onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs2 dediklərinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair də müraciətlər etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 31-ci səhifəsində olan 08 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına vəkil verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının İ cildinin 32-ci səhifəsində olan “Şirvan regional vəkil bürosunda və Hacıqabul şəhərində fərdi fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edilməsi haqqında” 08 may 2023-ci il tarixli protokolda Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Həmin məlumatların 1-ci sıra nömrəsinin qarşısında X11 adı yazılmaqla telefon nömrəsi kimi ***- ***-**-** nömrəsi yazılmış, lakin vahid məlumat sistemindən görünür ki, İdris Qasımov 2020-ci ildə ölmüşdür. Təqsirləndirilən şəxs2 həmin protokolda yazılmış “siyahı üzrə 12-ci sırada olan müdafiəçi X4 hüquqlarının onun tərəfindən müdafiə olunmasını xahiş edir” yazısını özünün yazmadığını, Valeh Vahidovu müdafiəçi kimi seçmədiyini bildirmişdir. Cinayət işinin materiallarının İ cildinin 33-cü səhifəsində olan “müdafiəçi dəvət olunması haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, vəkil Valeh Vahidov müdafiəçi təyin olunmuş, qərarın surəti həmin tarixli məktubla Şirvan Regional Vəkil Bürosuna göndərilmişdir. Valeh Vahidov 006944 nömrəli order verərək cinayət işinə buraxılmışdır. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 08 may 2023-cü il tarixdə saat 08:40-dan saat 11:42-dək Shirvan/ATC/Shirvan göstərir və sabit olaraq eyni anten altında qalır. Həmçinin "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 08 may 2023-cü il tarixdə saat 08:40-dan saat 11:54-dək Shirvan/ATC/Shirvan göstərir və sabit olaraq eyni anten altında qalır. Cinayət işinin materiallarının İ cildinin 43-44-cü səhifələrində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Valeh Vahidovun iştirakı ilə həmin tarixdə saat 11:30-da Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuş, faktiki olaraq azadlığı 08 may 2023-cü il tarixdə saat 10:00-dan məhdudlaşdırılmışdır. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 08 may 2023-cü il tarixdə saat 13:42-dən saat 15:40-dək Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsi 14, Hacıqabul Telekomnukasiya, Hacıqabul// Hacıqabul göstərir və sabit olaraq eyni anten altında qalır. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 08 may 2023-cü il tarixdə saat 12:07-də saat 13:14-dək Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsi 14, Hacıqabul Telekomnukasiya göstərir və sabit olaraq eyni anten altında qalır. Bu da onu deməyə əsas verir ki, müdafiəçi Valeh Vahidovun iştirakı ilə aparılan bütün istintaq hərəkətləri 08 may 2023-cü il tarixdə saat 12:07-dən sonra aparılmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 08 may 2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayonunda yerləşən 720 saylı polis postunda digər təqsirləndirilən şəxslərlə birlikdə saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmişdir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs2 ən azı 2 saat 7 dəqiqə ərzində qanunsuz olaraq Şirvan ŞPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Cinayət işinin materiallarının İ cildinin 45-46 səhifələrində olan “şəxsi axtarış və götürmə barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, saat 12:10-dan saat 12:20-dək Mehman Mirzyevin üzərində şəxsi axtarış aparılmışdır. Həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, videoçəkiliş 6 dəqiqə 11 saniyə davam etmişdir. X39 videoçəkilişin əvvəlində Təqsirləndirilən şəxs2 saxlanılması, şübhəli şəxs qismində tutulması və iştirakçılar barədə məlumat verir, Təqsirləndirilən şəxs2 üzərində qanunsuz predmet və ya əşya var sualına “xeyir” deyə cavab verir, Təqsirləndirilən şəxs2 gödəkçəsinin cibində olan “Samsung” markalı mobil telefonu, iki ədəd plastik bank kartını və 20 (iyirmi) manat məbləğində pulu çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs2 saxlanma səbəbini bilmədiyini deyir. X35 Təqsirləndirilən şəxs2 deyir ki, sizdən öncə şübhəli şəxs qismində tutulan şəxslərdən Təqsirləndirilən şəxs1 “rent a car”dan icarəyə götürdüyü avtomobilin iki günlük icarə haqqının sizin ödədiyinizi, həmin pulun günü 70 manat olduğunu, həmin maşında Elgün və Ruslanın olduğunu bildirir. X35 həmçinin Təqsirləndirilən şəxs2 deyir ki, Elgün və Ruslan sizinlə bir yerdə həbsdə olduqlarını, sizinlə məhlə uşağı olduqlarını, Sabirabad rayonunda Qara adlı şəxsə narkotik vasitə aparıb verib 3000 manat pul alacağınızı bildirirlər. Bundan əlavə X35 Təqsirləndirilən şəxs2 deyir ki, Təqsirləndirilən şəxs1 bu gün sizin məhəlləyə gələrək sizi götürür, siz arxa sağ tərəfdə, Ruslan qabaqda, sizin böyrünüzdə isə Elgün oturur, gəlirsiniz Hacıqabulda postda saxlayırlar. Təqsirləndirilən şəxs2 X34ə Nasirin məhəllədə onu hardan götürdüyünü deyir, təhqiqatçı isə yaşadığın ünvandan deyir. Təqsirləndirilən şəxs2 kamera olduğunu, baxmalarını deyir. X34 bundan sonra Təqsirləndirilən şəxs2 hardan götürür sizi deyin sualını verir, Təqsirləndirilən şəxs2 isə evində olduğunu, onun da ora gəlmədiyini, bunu kamera ilə subut edə biləcəyini deyir. X34 yenidən harda olmusunuz həmin günü, hardan götürüb sualını verir, Təqsirləndirilən şəxs2 özünün Ruslanın yanına gəldiyini deyir. X34 yenidən “Nasir deyir ki, sizi götürüb gətirmiş, yolda üzərinizdə narkotik vasitə var, 150 manat pul verəcəksiniz, narkotikidə Qara adlı şəxsə verəcəksiniz” deyir. Təqsirləndirilən şəxs2 bunların heç birindən xəbəri olmadığını, yalan olduğunu demişdir. X34 yenidən Nasir hal-hazırda avtomobilində olan narkotik vasitənin sizə məxsus olduğunu deyir. Təqsirləndirilən şəxs2 narkotik vasitədən zəhləsi getdiyini, istifadə edən olmadığını deyir. Təqsirləndirilən şəxs2 əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunduğunu deyir. Təqsirləndirilən şəxs2 narkotik vasitə onun olsa idi, özündə olardı deyir. Sonra isə “qai düzünü de axtarışda mənim üzərimdə bir şey çıxıb” deyir. Qai isə, “səndən qabaq ifadə vermişəm, bilir” deyir, bu vaxtı şəxsi axtarışda iştirak edən əməliyyatçı Şahid2 axtarış burdadı deyir. X34 isə yenidən “sürücü və sərnişinlər bildirir ki, avtomobildə olan narkotik vasitələr sizə məxsusdur” deyir. Təqsirləndirilən şəxs2 isə “müəllim, sizə qurban olaram, dövlət işçisidir mənim üzərimi iki nəfər axtarıb, heç nə aşkar olunmayıb” cavabını verir. Təqsirləndirilən şəxs2 yenidən “qai səni and verirəm “Allah”a mənim üzərimdən nəsə çıxıb” deyir. X34 isə müdaxilə edərək sənin üzərini mən axtarıram deyir. Təqsirləndirilən şəxs2 isə bundan qabaq üstünü polis postunda axtardıqlarını, onun üzərindən heç bir şey marixuana aşkar olunmamışdır. Sahil adlı əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılır, sonuncunun üzərində qanunsuz heç bir şey aşkar olunmur. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 polis şöbəsində ona qarşı zor tətbiq olunmadığını, təzyiq olunmadığını deyir. Aşkar olunmuş telefon, 20 manat pul və iki ədəd kart qablaşdırılaraq götürülür. Yazılanlardan aydın olur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə barədə istintaq hərəkəti protokolu, aparılmış videoçəkilişlə eynilik təşkil etməmiş, videoçəkilişdə olan bütün hərəkətlər protokola yazılmamış, videoçəkilişdə təhiqatçı faktiki olaraq izahatını almadığı Təqsirləndirilən şəxs1 izahatına təhrif edilmiş şəkildə istinad etmiş, şübhəli şəxs qismində tutmadığı, izahatlarını almadığı, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ünsiyyəti olmadığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 guya izahatlar verdiklərinə istinad etmiş, özündən həmin şəxslərin Təqsirləndirilən şəxs2 barəsində izahatlar verdiklərini bildirmişdir. Həmçinin videoçəkilişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2gili YPXP-nun inspektorları Şahid4 və Şahid3 tərəfindən saxlanılmışlar, onlar saxlanılan zaman Hacıqabul RPŞ-nin əməliyyatçıları Şahid1 və Şahid2 orada olmamışlar, birinci dəfə polis postunda Təqsirləndirilən şəxs2 üzərində inspektorlar tərəfindən şəxsi axtarış aparılmış, heç bir qanunsuz əşya aşkar olunmamış, inspektorlar Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış apardıqlarını təsdiq edən ifadələr verdiklərini bildirmişlər. Bütün bu qanunsuzluqlar müdafiəçi Valeh Vahidovun gözləri qarşısında baş vermiş, sonuncu isə səsini belə çıxarmadan sadəcə olaraq hal şahidi qismində baş verənləri izləməklə müşahidə aparmışdır. Videoçəkiliş zamanı inspektor əvvəlcədən ifadə verdiyini bildirsə də cinayət işinin materiallarında sonuncunun həmin tarixli ifadəsi yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs2 barəsində tərtib olunmuş cinayət işinin materiallarının İ cildinin 136-cı səhifəsində olan “şübhəli şəxsə hüquq və vəzifələrinə dair” bildiriş, 137-ci səhifəsində olan “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi, tutulması barədə protokolun surətinin verilməsi və hüquqları qeyd edilmiş bildirişin verilməsi haqqında” 09 may 2023-cü il tarixli protokol, 140-cı səhifəsində olan “şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında” 09 may 2023-cü il tarixli protokol müdafiəçi Valeh Vahidov tərəfindən imzalanmış, 139-140-cı səhifələrdə olan Təqsirləndirilən şəxs2 dindirilməsinə dair tərtib edilmiş “şübhəli şəxsin dindirilməsi haqqında” 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saat 11:40-dan saat 12:45-dək müdafiəçisi Valeh Vahidovun iştirakı ilə dindirilmişdir. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 09 may 2023-cü il tarixdə saat 11:38-dən saat 13:53-dək Shirvan/Energetik/Shirvan göstərir və sabit olaraq eyni anten altında qalır. Göründüyü kimi qeyd edilən istintaq hərəkətləri müdafiəçi Valeh Vahidovun iştirakı ilə faktiki olaraq içra edilməmiş, formal olaraq tərtib olunmuş prosessual sənədlər müdafiəçi Valeh Vahidov tərəfindən imzalanmışdır. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 178-180-ci səhifələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunur, qərar həmin tarixdə saat 07:55 dəqiqədə müdafiəçi Valeh Vahidovun iştirakı ilə Təqsirləndirilən şəxs2 elan olmuş, 181-ci səhifədə “təqsirləndirlən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə” bildiriş, 182-ci səhifədə olan “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi və hüquqları qeyd edilmiş bildirişin verilməsi haqqında” 10 may 2023-cü il tarixli protokol, 183-cü səhifədə olan “təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” 10 may 2023-cü il tarixli protokol, 184-cü səhifədə olan “ekspertin rəyini təqsirləndirilən (şübhəli) şəxsə elan edilməsi haqqında” 10 may 2023-cü il tarixli protokol, 185-187-ci səhifələrində olan Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib edilmiş 10 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsi dindirmə protokolu” (dindirmə saat 08:00-da başlamış, saat 08:50-də bitmişdir) istintaq hərəkətləri müdafiəçi Valeh Vahidovun iştirakı ilə aparılmış, sonuncu həmin rəsmi sənədlərə imza etmişdir. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 10 may 2023-cü il tarixdə saat 07:45-dən saat 09:01-dək Şirvan rayonu, İstiqlaliyyət prospektində göstərir və sabit olaraq eyni anten altında qalır. Analiz edilənlərdən aydın olur ki, qeyd edilən istintaq hərəkətləri müdafiəçi Valeh Vahidovun iştirakı ilə faktiki olaraq icra edilməmiş, formal olaraq tərtib olunmuş prosessual sənədlər müdafiəçi Valeh Vahidov tərəfindən imzalanmışdır. Bundan əlavə cinayət işinin materiallarının İİ cildinin 188-189-cu səhifələrində olan Təqsirləndirilən şəxs2 əlavə dindirilməsinə dair tərtib olunmuş “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saat 16:20-dən saat 17:00-dək müdafiəçi Valeh Vahidovun iştirakı ilə əlavə ifadəsi alınmışdır. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 19 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasmal, Binəqədi, Nəsimi, Qaradağ rayonlarının ərazisini göstərmiş, yanız saat 18:21-də Shirvan/ATC/Shirvan göstərmişdir. Bu da onu deməyə əsas verir ki, sözü gedən istintaq hərəkəti faktiki olaraq icra edilməmişdir. Bundan əlavə cinayət işinin materiallarının İİ cildinin 195-196-cı səhifələrində olan “üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında saat 16:40-dan saat 17:10-dək müdafiəçilər Kənan Əbdürəhmanovun və Valeh Vahidovun iştirakları ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı “biz 07 may 2023-cü il tarixdə mən, Ruslan və səninlə Bakı şəhəri kubinka adlanan ərazidə narkotik vasitəni Sabirabad rayonunda yaşayan sənin tanışın Qara adlı şəxsə satmaq barədə danışıb razılaşdıq. Hətta Ruslan mənə sənin yanında 150 manat pul verib icarəyə avtomobil götürməyimi bildirdi. Bunun müqabilində Ruslan sənə istifadə etmək üçün narkotik vasitə verəcəkdir. Sən də bununla razılaşdın. Sənin avtomobildən aşkar olunan narkotik vasitədən məlumatın var idi. Hətta Qara adlı şəxsi sən tapmışdın. Həmin şəxsi biz tanımırıq” demiş, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 isə bunu inkar etmişdir. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 20 avqust 2023-cü il tarixdə saat 13:49-dan saat 17:11-dək Shirvan/ATC/Shirvan göstərmiş və sabit olaraq qalmışdır. Bundan əlavə cinayət işinin materiallarının İİ cildinin 201-203-cü səhifələrində olan “üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 arasında saat 18:05-dən saat 18:30-dək müdafiəçilər Salman Fərəcov və Valeh Vahidovun iştirakları ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı “səninlə əvvəlcədən sənin tanışın Sabirabadda yaşayan Qara adlı şəxsə 3000 manat pul müqabilində narkotik vasitə satmaq barədə razılaşdıq. Əks halda mənim Sabirabadda nə işim var idi. Biz gecəni də bir yerdə keçirmişik. Bunun müqabilində mən sənə istifadə etmək üçün narkotik vasitə verəcəyim barədə razılaşmışıq” demiş, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 isə bunu inkar etmişdir. "xxxx" MMC-dən alınmış vəkil Valeh Vahidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 20 avqust 2023-cü il tarixdə saat 17:24-dən saat 18:58-dək Garagüney/Sabirabad göstərmiş və sabit olaraq qalmışdır. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri faktiki olaraq icra edilməmiş, sözü gedən istintaq hərəkətinin keçirilməsinə dair müstəntiq Vasif Məmmədov tərəfindən formal istintaq hərəkətinin aparılmasına dair protokol tərtib olunmuş, həmin protokolu müdaifəçilər qanunsuzluğa göz yumaraq izalamışlar və bununla da hüquqlarını müdafiə etdikləri təqsirləndirilən şəxslərin barələrində ittiham sübutlarının toplanmasına şərait yaratmışlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman ona dövlət hesabına müdafiəçi təyin olunmuş X18 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi Salman Fərəcov şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs3 dediklərinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair də müraciətlər etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 53-ci səhifəsində olan 08 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına vəkil verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının İ cildinin 54-cü səhifəsində olan “şübhəli şəxsə müdafiə hüquqlarının izah edilməsi, ona müdafiəçilərin siyahısının təqdim olunması haqqında” 08 may 2023-ci il tarixli protokolda Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Həmin protokolda Təqsirləndirilən şəxs3 həmin protokolda yazılmış X1 hüquqlarının onun tərəfindən müdafiə olunmasını xahiş etdiyi qeyd edilmişdır. Cinayət işinin materiallarının İ cildinin 55-ci səhifəsində olan “dövlət hesabına müdafiəçi təyin etmə barədə” 08 may 2023-cü il tarixli qərardan görünür ki, vəkil Salman Fərəcov müdafiəçi təyin olunmuş, qərarın surəti həmin tarixli məktubla Şirvan Regional Vəkil Bürosuna göndərilmişdir. Salman Fərəcov 006947 nömrəli order verərək cinayət işinə buraxılmışdır. "xxxx" MMC-dən alınmış vəkil Salman Fərəcovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 08 may 2023-cü il tarixdə saat 11:26-dan sonra Hacıqabul rayonu ərazisində olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 08 may 2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayonunda yerləşən 720 saylı polis postunda digər təqsirləndirilən şəxslərlə birlikdə saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmişdir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs3 ən azı 1 saat 20 dəqiqə ərzində qanunsuz olaraq Şirvan ŞPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Cinayət işinin İ cildinin 65-66 səhifələrində olan “şəxsi axtarış və götürmə barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür saat 13:10-dan saat 13:20-dək Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, videoçəkiliş 4 dəqiqə 32 saniyə davam etmişdir. Videoçəkiliş başlanan zaman X34 özü və iştirakçılar haqqında, Təqsirləndirilən şəxs3 hansı əsasla şübhəli şəxs qismində tutulması barədə məlumat verir, Təqsirləndirilən şəxs3 sağ əlini sol qolunun çiyin nahiyəsindən tutmuş, üz mimikalarından şiddətli ağrılar çəkdiyi müşahidə olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 üzərində qanunsuz heç nə olmadığını, narkotik vasitələr daşıma səbəbinə görə saxlanıldığını bildirmişdir. Bundan sonra verilən suallara cavab olaraq Ruslan Cavdov Bakı şəhərindən gəldiklərini, Sabirabad rayonuna getdiklərini, Mehman, Nasir və Ruslan ilə birlikdə olduqlarını, həmin şəxsləri tanıdığını, Mehmanla birlikdə cəza çəkdiyini, narkotik vasitə istifadə etdiyini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, narkotik vasitə apardıqlarını, Mehman bildiyini, Mehmanın Sabirabad rayonunda Qara adlı şəxsə verəcəyini, Mehamanın narkotik vasitəni neçəyə verəcəyini bilmədiyini, Mehmanla heç bir əlaqəsi olmadığını, Mehmanla yol yoldaşı kimi getdiyini, yolda Mehmanın narkotik vasitə apardığını bildiyini, yolda narkotik vasitələrdən istifadə etmədiyini demişdir. Müdafiəçi Salman Fərəcovun saxlanılan zaman, RPŞ-də sizə qarşı fiziki zor tətbiq olunmamışdır sualına “xeyir” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs3 üzərində olan iki ədəd mobil telefon götürülmüşdür. Bundan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 maşında bıçaq da gördüyünü, başqa qanunsuz heç bir əşya görmədiyini bildirmişdir. X34 bıçaq Mehmana məxsusdur ha deyirsən deyir, bundan sonra “hə” deyəsən bıçaq Mehmana məxsusdur, maşın Nasir tərəfindən “rent a car”dan götürülmüşdür deyir. Videoçəkilişdə Təqsirləndirilən şəxs3 qol nahiyəsində ağrıların olması, sonuncunun qolunu çəkliş boyu sağ əli ilə tutub saxlamasına baxmayaraq müdafiəçi Salman Fərəcəbov qoluna nə olması ilə Təqsirləndirilən şəxs3 heç bir söz soruşmamışdır. “Şəxsi axtarış və götürmə barədə” protokol ilə aparılmış videoçəkiliş eynilik təşkil etməmişdir. Cinayət işinin materiallarının İİ cildinin 180-184-cü səhifələrində olan “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saat 09:10-dan saat 10:40-dək müdafiəçi Salman Fərəcovun iştirakı ilə ifadəsi alınmışdır. "xxxx" MMC-dən alınmış vəkil Salman Fərəcovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 18 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixə saat 11:17-dək Bakı şəhəri, Yasamal rayonunda olmuş və sabit olaraq qalmışdır. Bu onu deməyə əsas verir ki, həmin ifadə faktiki olaraq alınmamış, müstəntiq tərəfindən yazıldıqdan sonra müdafiəçi tərəfindən də imzalanmışdır. Bundan əlavə cinayət işinin materiallarının İİ cildinin 198-200-cü səhifələrində olan “üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 arasında saat 17:20-dən saat 17:48-dək müdafiəçilər Salman Fərəcov və Eyvaz Əhədovun iştirakları ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 üzünə qarşı “07 may 2023-cü il tarixdə mən Nasir və Mehmanla Bakı şəhəri kubinka adlanan ərazidə narkotik vasitələri Sabirabad rayonunda yaşayan Mehmanın tanışı Qara adlı şəxsə satmaq barədə danışarkən sən bizim yanımıza gəldin. Sən bizdən nə məsələ olduğunu soruşduqda mən sənə aramızda olan söhbəti izah etdim. Bizə yol yoldaşı olacağın təqdirdə istifadə etməyin üçün narkotik vasitə verəcəyimi bildirdim. Bundan sonra sən bizimlə razılaşdın. Əgər həmin istiqamətdə gediriksə səni də ata-baba evin olan Beyləqan rayonuna aparmağımızı Nasirdən xahiş etdin. Nasir sənə razılıq verdikdən sonra sən də bizə Beyləqan rayonunda qonaqlıq verəcəyini və gecəni qonaq edəcəyini bildirdin. 08 may 2023-cü il tarixdə səhər saatlarında Nasir avtomobili idarə etdi və sənin yaşadığın evə doğru getdik. Sən gəldin və əşyaları avtomobilə yüklədin. Avtomobilə əyləşəndə əlində olan bıçağı qoltuqaltı hissəsinə qoyaraq əlində qalmamasını bildirdin. Bundan sonra biz Sabirabad rayonu istiqamətində yola düşdük. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 bildirdiklərini inkar etmişdir. Həmçinin cinayət işinin materiallarının İİ cildinin 201-203-cü səhifələrində olan “üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 arasında saat 18:05-dən saat 18:30-dək müdafiəçilər Salman Fərəcov və Valeh Vahidovun iştirakları ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzünə qarşı “səninlə əvvəlcədən sənin tanışın Sabirabadda yaşayan Qara adlı şəxsə 3000 manat pul müqabilində narkotik vasitə satmaq barədə razılaşdıq. Əks halda mənim Sabirabadda nə işim var idi. Biz gecəni də bir yerdə keçirmişik. Bunun müqabilində mən sənə istifadə etmək üçün narkotik vasitə verəcəyim barədə razılaşmışdıq”. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 dediklərini təkzib etmişdir. "xxxx" MMC-dən alınmış vəkil Salman Fərəcovun istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 20 avqust 2023-cü il tarixdə saat 17:38-dən saat 17:49-dək Salyan-ATS/Salyan şəhəri, Heydər Əliyev küçəsi 94, Salyan TQK-nın texniki binasını, saat 18:17-də Neftçala rayonu, Beşdli kəndini, saat 18:38-də Salyan-ATS/Salyan şəhəri, Heydər Əliyev küçəsi 94, Salyan TQK-nın texniki binasını göstərir. Şərh edilənlər onu deməyə əsas verir ki, həmin üzləşdirmə istintaq hərəkətləri ümumiyyətlə icra edilməmiş, üzləşdirmə istintaq hərəkətlərini icra edilməsini göstərən protokollar müstəntiq tərəfindən yazıldıqdan sonra müdafiəçilər tərəfindən də imzalanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman ona dövlət hesabına müdafiəçi təyin olunmuş X23 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs4 xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış, onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş faktiki olaraq icra edilməmiş və iştirak etmədiyi istintaq sənədlərini imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi Eyvaz Əhədov şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri zaman Təqsirləndirilən şəxs4 dediklərinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair də müraciətlər etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 73-ci səhifəsində olan 08 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs4 maddi imkanı çətin olduğundan ona təhqiqatda hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına vəkil verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının İ cildinin 74-cü səhifəsində olan “şübhəli şəxsə müdafiə hüquqlarının izah edilməsi, ona müdafiəçilərin siyahısının təqdim olunması haqqında” 08 may 2023-ci il tarixli protokolda Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən bütün vəkillər haqqında məlumatlar göstərilməmişdir. Həmin protokolda Təqsirləndirilən şəxs4 həmin protokolda yazılmış X2 hüquqlarının onun tərəfindən müdafiə olunmasını xahiş etdiyi qeyd edilmişdır. Cinayət işinin materiallarının İ cildinin 75-ci səhifəsində olan “dövlət hesabına müdafiəçi təyin etmə barədə” 08 may 2023-cü il tarixli qərardan görünür ki, vəkil Eyvaz Əhmədov müdafiəçi təyin olunmuş, qərarın surəti həmin tarixli məktubla Şirvan Regional Vəkil Bürosuna göndərilmişdir. Salman Fərəcov 006946 nömrəli order verərək cinayət işinə buraxılmışdır. "xxxx" MMC-dən alınmış vəkil Eyvaz Əhədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 08 may 2023-cü il tarixdə saat 11:34-dən sonra Hacıqabul rayonu ərazisində olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 08 may 2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayonunda yerləşən 720 saylı polis postunda digər təqsirləndirilən şəxslərlə birlikdə saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmişdir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs3 ən azı 1 saat 34 dəqiqə ərzində qanunsuz olaraq Şirvan ŞPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Cinayət işinin materiallarının İ cildinin 84-85-ci səhifələrində olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 13:30-da müdafiəçi Eyvaz Əhmədovun iştirakı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 86-87-ci səhifələrində olan “şəxsi axtarış və götürmə barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, saat 14:10-dan saat 14:20-dək Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmışdır. Həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, videoçəkiliş 7 dəqiqə 52 saniyə davam etmişdir. Videoçəkiliş başlanan zaman X34 özü və iştirakçılar haqqında, Təqsirləndirilən şəxs4 hansı əsasla şübhəli şəxs qismində tutulması barədə məlumat verir, Təqsirləndirilən şəxs4 verilən suallara cavab olaraq üzərində qanunsuz heç nə olmadığını deyir, sonra üzərindən üç ədəd mobil telefonu və bir ədəd bir manatlıq pul əskinazını çıxararaq təqdim edir. Sonra isə Təqsirləndirilən şəxs4 verilən suallara cavab olaraq dörd nəfər olduqlarını, yəni Mehman, Ruslan və Nasirlə birlikdə gəlmişlər, onlar Sabirabad rayonuna, özü isə Beyləqan rayonuna getdiyini, onların Sabirabad rayonunda nə işləri olmasını bilmədiyini, Bakı şəhərindən Nasirin “rent a car”dan götürdüyü maşınla gəldiklərini, Nasirgilin onun arxasınca yaşadıqları evə gəldiklərini, Nasirgilin məhəllə adamı olduğunu, bir gün əvvəl danışdıqlarını, əvvəllər Cinayət Məcəlləsinin 178-ci maddəsi və 234-cü maddəsi ilə məhkum olunduğunu, narkotik vasitə istifadəçisi olduğunu, Mehmangilin Sabirabad rayonuna nə üçün getdiklərini bilmədiyini, Nasirə benzin tökməyini dediyini, Nasirin ona benzinə ehtiyacı olmadığını, Nasiri maşınına əşyaları yığdığını, Beyləqan rayonuna aparmaq istədiyini, evi bir otaqlı olduğu üçün darısqal olduğundan əşyaları apardığını, maşında Mehmanla arxada oturduğunu, sürücü Nasirin arxasında oturduğunu, maşında telefonla oynadığını, qəflətən maşının yol polisi əməkdaşı tərəfindən saxlanıldığını gördüyünü, yenidən telefonla oynamağa başladığını, Nasirgil yol polisi əməkdaşı ilə danışdığını, sonra bir nəfər yol polisi əməkdaşının maşına oturduğunu, maşını postun qabağına sürdüyünü, iki nəfər polis əməkdaşı yaxınlaşaraq qapını açıb aşağı düşməsini dediyini, o da maşından yerə düşən kimi polis əməkdaşları onun qollarından tutduqlarını, polis əməkdaşlarından qollarını nə üçün tutduqlarını dediyini, polis əməkdaşlarına qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiyini, polis əməkdaşları ona qarşı hər hansı fiziki zor tətbi etmədiklərini, onda narkotik vasitə olmadığını demişdir. X34 avtomobildə olan narkotik vasitənin sizə aidiyyəti yoxdu da deməsinə Təqsirləndirilən şəxs4 ona aidiyyəti olmadığını bildirmişdir. X19 narkotik vasitə Nasir, Mehman və Elgünə məxsusdu da, yəni siz deyirsiniz Mehmana məxsudur, onlar aparır deməsinə cavab olaraq Təqsirləndirilən şəxs4 ona məxsus olmadığını demişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı X34in maşına baxış keçirmədiyi halda artıq maşının arxa oturacağında narkotik vasitə olmasından məlumatı olması müəyyən olunur. “Şəxsi axtarış və götürmə barədə” protokol ilə aparılmış videoçəkiliş eynilik təşkil etməmişdir. Cinayət işinin materiallarının İ cildinin 143-144-cü səhifələrinin arasına qoyulmuş Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində dindirilməsinə dair tərtib olunmuş “şübhəli şəxsin dindirilməsi haqqında” 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin günü saat 13:35-dən saat 14:50-dək müdafiəçisi Eyvaz Əhədovun iştirakı ilə şübhəli şəxs qismində dindirilmişdir. "xxxx" MMC-dən alınmış vəkil Eyvaz Əhədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 09 may 2023-cü il tarixdə saat 13:26-dan 13:40-dək Gulbala Shikbala/Şirvan, 13:41-dən 13:52-dək Şirvan şəhəri, Cənub-şərq hissəsində, teleqüllənin yaxınlığında/Saylan anten dairələrində olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində dindirilməsi faktiki olaraq icra edilməmiş, müdafiəçi Eyvaz Əhədov müstəntiq tərəfindən yazılmış sənədləri sonradan imzalamışdır. Həmçinin iş materiallarında həmin ifadəyə müstəntiq tərəfindən rəqəm yazılmaması, həmin ifadənin sonradan yazılaraq cinayət işinin materiallarına əlavə olunmasını bir daha təsdiq edir. Bundan əlavə cinayət materiallarının İ cildinin 196-198-ci səhifələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, qərarın surəti müdafiəçisi Eyvaz Əhədovun iştirakı ilə saat 09:00-da Təqsirləndirilən şəxs4 elan olunmuşdur. Həmçinin müdafiəçisi Eyvaz Əhədov 10 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə” bildirişi, “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi və hüquqları qeyd edilmiş bildirişin verilməsi haqqında” protokol, “təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” protokol, “ekspert rəyini təqsirləndirilən (şübhəli) şəxsə elan edilməsi haqqında” protokol müdafiəçi Eyvaz Əhədov tərəfindən imzalanmışdır. Bundan əlavə cinayət işinin materiallarının İ cildinin 203-204-cü səhifələrində olan Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib edilmiş “təqsirləndirilən şəxsi dindirmə protokolun”dan görünür ki, Təqsirləndirilən şəxs4 10 may 2023-cü il tarixdə saat 09:04-dan saat 09:52-dək müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. "xxxx" MMC-dən alınmış vəkil Eyvaz Əhədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 10 may 2023-cü il tarixdə saat 09:02-dən 11:38-dək Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, LC Wakikinin yanı/Şirvan göstərir. Şərh edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilməsi, dindirilməsi və digər istintaq hərəkətlərinin aparılması faktiki olaraq həyata keçirilməmiş, müdafiəçi Eyvaz Əhədov müstəntiq tərəfindən yazılmış sənədləri sonradan imzalamışdır. Bundan əlavə cinayət işinin materiallarının İİ cildinin 190-191-ci səhifələrində olan Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində əlavə dindirilməsinə görə tərtib edilmiş “təsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 saat 17:10-dan saat 17:55-dək müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə ifadəsi alınmışdır. "xxxx" MMC-dən alınmış vəkil Eyvaz Əhədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 19 avqust 2023-cü il tarixdə saat 17:10-da Shirvan L.İbrahimov küçəsində, saat 17:15-dən saat 18:09-dək Gulbala Shikbala/Şirvan göstərir. Bu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində əlavə ifadə alınması istintaq hərəkətinin aparılması faktiki olaraq həyata keçirilməmiş, müdafiəçi Eyvaz Əhədov müstəntiq tərəfindən yazılmış sənədləri sonradan imzalamışdır. Bundan əlavə cinayət işinin materiallarının İİ cildinin 192-194-cü səhifələrində olan “üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 arasında saat 16:00-dan saat 16:25-dək müdafiəçilər Kənan Əbdürrəhimovun və Eyvaz Əhədovun iştirakları ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 üzünə qarşı “07 may 2023-cü il tarixdə mən Ruslan və Mehmanla Bakı şəhəri Kubinka adlanan ərazidə narkotik vasitələri Sabirabad rayonunda yaşayan Mehmanın tanışı Qara adlı şəxsə satmaq barədə danışığımız olan zaman sən bizim yanımıza gəldin. Sən bizdən nə məsələ olduğunu soruşduqda Ruslan sənə aramızda olan söhbəti izah etdi. Bizə yol yoldaşı olacağın təqdirdə istifadə etməyin üçün narkotik vasitə verəcəyini bildirdi. Bundan sonra sən bizimlə razılaşdın. Əgər həmin istiqamətdə gediriksə səni də ata-baba evin olan Beyləqan rayonuna aparmağımızı xahiş etdin. Mən sənə razılıq verdikdən sonra sən də bizə Beyləqan rayonunda qonaqlıq verəcəyini və gecəni qonaqlıq edəcəyini bildirdin. Bundan sonra mən evə getdim. 08 may 2023-cü il tarixdə səhər saatlarında Ruslan mənə zəng edib harada qaldığımı gəlib çıxmağımı soruşdu. Mən küçəyə çıxdıqda gördüm ki, Ruslan idarə etdiyi avtomobillə mənim arxamca gəlib. Mehman avtomobildə idi. Mən avtomobili idarə etdim və sənin yaşadığın evə doğru getdik. Sən gəldin və əşyaları avtomobilə yüklədin. Avtomobilə əyləşəndə əlində olan bıçağı qoltuqaltı hissəsinə qoyaraq əlində qalmamasını bildirdin. Bundan sonra biz Sabirabad rayonu istiqamətində yola düşdük” demişdir. Həmçinin cinayət işinin materiallarının İİ cildinin 198-200-ci səhifələrində olan “üzləşdirmə dindirmə aparılması haqqında” 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 arasında saat 17:20-dən saat 17:48-dək müdafiəçilər Salman Fərəcov və Eyvaz Əhədovun iştirakları ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 üzünə qarşı “07 may 2023-cü il tarixdə mən Nasir və Mehmanla Bakı şəhəri Kubinka adlanan ərazidə narkotik vasitələri Sabirabad rayonunda yaşayan Mehmanın tanışı Qara adlı şəxsə satmaq barədə danışarkən sən bizim yanımıza gəldin. Sən bizdən nə məsələ olduğunu soruşduqda mən sənə aramızda olan söhbəti izah etdim. Bizə yol yoldaşı olacağın təqdirdə istifadə etməyin üçün narkotik vasitə verəcəyimi bildirdim. Bundan sonra sən bizimlə razılaşdın. Əgər həmin istiqamətdə gediriksə səni də ata-baba evin olan Beyləqan rayonuna aparmağımızı Nasirdən xahiş etdin. Nasir sənə razılıq verdikdən sonra sən də bizə Beyləqan rayonunda qonaqlıq verəcəyini və gecəni qonaq edəcəyini bildirdin. 08 may 2023-cü il tarixdə səhər saatlarında Nasir avtomobili idarə etdi və sənin yaşadığın evə doğru getdik. Sən gəldin və əşyaları avtomobilə yüklədin. Avtomobilə əyləşəndə əlində olan bıçağı qoltuqaltı hissəsinə qoyaraq əlində qalmamasını bildirdin. Bundan sonra biz Sabirabad rayonu istiqamətində yola düşdük” demişdir. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 bildirdiklərini inkar etmişdir. "xxxx" MMC-dən alınmış vəkil Eyvaz Əhədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 20 avqust 2023-cü il tarixdə saat 16:04-dən saat 16:42-dək Shirvan Kafe/Shirvan, saat 16:56-da Shirvan Kafe/Shirvan, saat 18:25-də Gülbala Shikbala/Shirvan göstərir. Şərh edilənlər onu deməyə əsas verir ki, həmin üzləşdirmə istintaq hərəkətləri ümumiyyətlə icra edilməmiş, üzləşdirmə istintaq hərəkətlərinin icra edilməsini göstərən protokollar müstəntiq tərəfindən yazıldıqdan sonra müdafiəçlər tərəfindəndə imzalanmışdır. Cinayət işinin materiallarının İİ cildinin 310-311 səhifələrində olan Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində dindirməsinə dair tərtib edilmiş “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə saat 16:25-dən saat 17:30dək dindirilmişdir. "xxxx" MMC-dən alınmış vəkil Eyvaz Əhədovun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, 09 sentabr 2023-cü il tarixdə saat 16:35-dən saat 19:08-dək ShirvanTagıyev/Shirvan göstərir. Bu da onu deməyə əsas verir ki, həmin istintaq hərəkəti icra edilməmişdir. Hökmün hazırkı hissəsinə kimi təhlil edilmiş qanunsuz və əsassız olduğu aydın olan, ümumiyyətlə həyata keçirilmədən, keçirilməsinə dair rəsmi istintaq sənədləri tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuş ittiham sübutu hesab edilərək istinad edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir maddi əsas olmadan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüş, faktiki olaraq maşın 4 saat 10 dəqiqə ərzində polis əməkdaşlarının sərəncamında olmuş, məhkəmə istintaq zamanı toplanmış sübutlar və ibtidai istintaq zamanı yol verilmiş nöqsanlardan aydın olunur ki, maşından aşkar olunmuş ümumi təmiz çəkisi 5,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bükümdə ayrıayrılıqda çəkiləri 21,255 qram, 0,961 qram və 0,589 qram olmaqla, ümumi təmiz çəkisi 22,805 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,540 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən maşına qoyularaq götürülmüşdür. Təqsirləndirlən şəxslərin üzərilərinə şəxsi axtarış və götürmələr aparılan zaman çəkilmiş videoçəkilişlərdən də aydın olunur ki, X34in belə, şəxsi axtarış və götürmə istintaq hərəkətləri icra edilən zaman maşında narkotik vasitələr və psixotrop maddə olmasından məlumatı olmuşdur. Şərh edilən istintaq sənədlərindən əlavə, hazırkı cinayət işi üzrə ittiham tərəfi üçün əsas ittiham sübutu olan maşına baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin özündən belə hazırkı cinayət işinin polis əməkdaşları tərəfində qurama bir iş olduğunu, maşından aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin maşında olmadığını, məhz polis əməkdaşları tərəfindən maşına qoyulduğunu sübut edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış və götürmə barədə” 08 may 2023-cü il tarixli protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, həmin videoçəkiliş 22 dəqiqə 40 saniyə aparılmış, protokolda isə istintaq hərəkətinin başlanma vaxtı saat 14:10, qurtarma vaxtı isə saat 14:20 göstərilmişdir. Videoçəkilişdə başlanan zaman Hacıqabul RPŞ-nin TBnin təhqiqatçısı Natiq Ağayev özünü təqdim etmiş və 08 may 2023-cü il tarixdə Hacıqabul rayonu ərazisində Yol-Patrul Xidməti Alayının və Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış aparıldığını, şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin sağ arxa tərəfindən sərnişin qismində olan yerdə narkotik vasitə olduğunu, həmin norkotik vasitənin sərnişin Təqsirləndirilən şəxs2 məxsus olduğunu dediyini bildirmişdir. Təhqiqatçı həmçinin demişdir ki, videoçəkliş aparılarkən digər sərnişlər həmin narkotik vasitənin Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişlər. Bu səbəbdən də müdafiəçilərin və iştirakçıların iştirakı ilə həmin avtomobilə baxış keçirilmişdir. Baxış Hacıqabul RPŞ-nin inzibati binasının həyətində “Kia Optima” markalı **-PV-*** dövlət nömrə nişanlı avtomobilə keçirilir. Təhqiqatçı açarı təqdim edin zəhmət olması dedikdən sonra, “Nasir yaxınlaş açarı təqdim elə” demiş, bundan sonra Nasir maşına tərəf yaxınlaşmış, təhqiqatçı aç özün demiş, Nasir əlində olan açarın düyməsini basaraq qapını açmış, təhqiqatçı bir-bir yaxınlaşın demiş, videoçəklişi aparan şəxs hardadı narkotik vasitə təqdim elə demişdir. Nasir maşının qabaq sağ qapısını açmamış, videoçəkilişi aparan şəxs maşının qabaq sol qapısını açmış, maşının qabaq oturacağının üstündə böyük ölçüdə işıq panelinin olması görsənmiş, qabaq sağ qapını açmaq mümkün olmadığından əməliyyatçı Samid videoçəklişi aparan şəxsə qapını örtməsini, yenidən qapını açmasını demişdir. Bundan sonra maşının qapısı örtülmüş, Nasir maşının açarının düyməsini basaraq açmış, sonra isə Samid qapının dəstəyindən tutaraq qapını açmışdır. Nasirə qabaq sağ qapını da açmasını demişlər. Qabaq sağ qapı yenidən açılmışdır. Təhqiqatçı qabaq sağ oturacağın üzərində olan böyük həcimli əşyanın nə olduğunu demiş, Samid həmin vaxtı əşyanı götürmüşdür. Həmin əşyanın altında, yəni oturacağın üzərində qara rəngli gödəkçə, gödəkçənin altında içəsində kola olan plastik qab, bulki, corab, telefon razyetkasının yığılması üçün ağ rənli naqil olması müşahidə olunur. Nasir əlini qapıdan salaraq corabı götürmüşdür. Təhqiqatçı hər hansı göstəriş vermədən Samid tərəfindən axtarış aparılmağa başlanılmış, dərhal iki oturacaq arasında olan qol altının qapağını açmış, orada ağ rəngli sellofan torba, torbanının kənarında bir ədəd bıçaq olmuşdur. Nasir bıçağı əlinə götürərək bir ədəd bıçaq, bir ədəd beşbarmaq olduğunu demiş, sonra Samid qabaq sağ ayaq altını qaldıraraq baxmış, ayaq altının üzərində içərisində sul olan plastik su qabları olmuşdur. Samid əyilərək qabaq sağ oturacağın altına da baxmışdır. Samid sonra sağ ön tərəfdə olan maşının gizli hissəsini açaraq orada olan bir ədəd kitabı çıxarmış, sonra isə kitabı yerinə qoyaraq qapağını bağlamışdır. Samid surətlər qutusunun yanında bir ədəd əşyanı götürərək təqdim etmişdir. Samid yenidən qol altının içərisəndə axtarış aparmış, orada olan sellofan kloku yuxarı qaldırmış, oradan müxtəlif dərmanlar aşkar olunmuş, sonra Samid əşyarı və klokları yerinə qoymuşdur. Bundan sonra Samid maşının qabaq qapısını bağlamış, təhqiqatçı arxa qapını özün aç demiş, Samid maşının arxa qapısını açmış, videoçəkilişi aparan şəxs sol tərəfdən maşının qapısını açaraq çəkilişi aparmış, Samid maşının sağ tərəfindən ön oturacağın arxa hissəsində olan cibi axtarmış, orada bir ədəd kağız götürərək baxıb təhqiqatçıya təqdim edib çek olduğunu demişdir. Maşının arxa oturacağının sağ tərəfinin üstündə çoxlu saylda paltarlar, hərbi papaq olması görünür. Samid paltarları bir-bir qaldırmışdır. Paltarların altından bir ədəd təsərrüfat təyinatlı qayçı, bir ədəd qab, qulaqçıq olan qab, salfetka və bir ədəd siqaret qutusu aşkar olunur. Samid siqaret qutusunun götürərək maşından çölə çıxır, həmin siqaret qutusunu təhqiqatçıya təqdim edir. Təhqiqatçı arxa oturacaqda bir ədəd "Malbro” siqaret qutusu aşkar olunduğunu bildirərək, siqaret qutusunu maşının ön kapotunun üzərinə qoyur. Samid həmin vaxtı maşının içərisində axtarışı davam etdirir, əlində olan bir ədəd pul qabına baxış keçirir, pul qabının içərisindən bir ədəd pul çıxır, Samid təhqiqatçıya sakkızdan çıxan pul olduğunu deyir və pulu ona təqdim etmişdir. Samid pul qabının maşının oturacağının cibinə qoymuşdur. Maşının arxa oturacağında olan qol qoyulmaq üçün nəzərdə tutulan yerin üzərində və arxasında ayranın dağılmış vəziyyətdə olduğu müşahidə edilmişdir. Samid maşında olan paltarları götürür, qollu köynək asılqana keçirilmiş vəziyyətdədir, digər paltarlar da maşından çıxarılır, Şahid2 maşından götürülmüş cins şalvarın ciblərinə baxış keçirir. Təhqiqatçı, Nasirə “bu paltarlar kimindir” demiş, Nasir özünə məxsus olduğunu bildirir. Samidin əlində olan bozumtul rəngli köynəyin kimə məxsus olduğunu təhqiqatçı Nasirdən soruşur, Nasir həmin paltarın Ruslana məxsus olduğunu deyir. Köynəyin boyun və çiyin mahiylərində qanabənzər ləkələrin olması müşahidə olunur. Təhqiqatçı həmin qanabənzər ləkələrin nə olmasını heç kimdən soruşmur. Samid paltarları bükərək maşının ban hissəsinə qoyur. Vidoçəklişi aparan şəxs pul kisəsinin kimə məxsus olduğunu soruşur, ancaq heç kim cavab vermir. Samid maşından kağız vərəqini götürərək Natiq deyə çağırır, kağızın üzərində kola, patı, iyirmi beş yazıldığını elan edir. Sonra Samid maşından bir ədəd sumkanı götürərək içərisinə baxış keçirir və yerinə qoyur. Sonra maşının baqaj nahiyəsi açılır, baqajda çoxlu sayda əşyaların olması görünür. Əşyalar Samid tərəfindən yerə tökülür və baxış keçirilir. Əşyaların içərisində heç bir qanunsuz predmetlər aşkar olunmur. Bundan sonra Sahil maşının arxa sol qapısını açaraq maşının ön oturacağının arxa hissəsində olan cibinə baxış keçirir, ayaq altına baxış keçirir, oradan qanunsuz heç nə aşkar olunmamışdır. Sonra Sahil maşının ön sol qapısını açır, qapının cib hissəsinə baxış keçirir heç nə aşkar olunmur, sonra maşının ayaq altına baxış keçirir, ayaq altından bir ədəd elektron tərəzi aşkar olunur və Sahil elektron tərəzini maşının ön hissəsinin üzərinə qoyur. Sahil yenidən maşının qol altının qapağını açaraq oradakı sellofanları götürür və onları maşının ön hissəsinin üzərinə qoyur. Natiq maşının ön hissəsində olan əşyalara baxış keçirməyə başlayar, aşkar olunanların bir ədəd qayçı, bir ədəd xüsusi olaraq narkotik vasitə marixuana istifadə etmək üçün hazırlanmış kağızlar, bir ədəd soyuq silah olan beşbarmaq, bir ədəd bıçaq, bir ədəd elektron tərəzi (tərəzinin işlək olması yoxlanılmır, tərəzinin arxa hissəsinin qırıq olduğu müşahidə olunur), bir ədəd boş pul qabı, bir ədəd kağı (üzərində Anar 390+180+17 qram kola, patı=5 kola, dayı=25 kola+5 pepsi yazıları olan). Videoçəkilişi aparan kağız kimə məxsusdur, təhqiqatçıda kağız kimə məxsusdur deyirlər, sonra təhqiqatçı Nasir kimə məxsusdur bu kağız deyə soruşur, Ruslan bu kağız kimə məxsusdur deyə soruşur, heç biri cavab vermir, Nasir başını yelləyir. Mehman kağız kimə məxsusdur, Mehman cavab vermir. Videoçəkilişi aparan şəxsin göstərişi əsasında təhqiqatçı sellofanın içərisinə baxış keçirir, sellofanın içərisində ev açarları, təsbeh, muşluq və boş kart aşkar olunur. Təhqiqatçı bir ədəd “malbro” siqaret qutusunu əlinə götürərək ağzını açaraq aşkar olunmuş siqaret qutusuna baxış keçirildiyini deyir. Təhqiqatçı salfet kağızının içərisində marixuanaya bənzər kütlə olduğunu deyir, videoçəkilişi aparan şəxs özlərindən soruşmaşına dair göstəriş verir, təhqiqatçı bundan sonra kimə məxsus olduğunu soruşur. Heç kim cavab vermir, videoçəkilişi aparan Nasir bu kimə məxsusdur deyə soruşur, Nasir önə gələrək baxır, videoçəkilişi aparan yenidən bu kimə məxsudur deyə Nasirdən soruşur, Nasir cavab vermir, təhqiqatçı Nasir bu kimə məxsusdur soruşur, Nasir cavab vermir, təhqiqatçı yenidən Nasir bu kimə məxsusdur, bayaq ifadəndə dedin bu kimə məxsusdur deyə səsini ucatmaqla təkrar-təkrar soruşur. Nasir cavab vermir. Təhqiqatçı uca səslə yenidən bayaq ifadəndə dedin, Nasir bu kimə məxsusdur soruşur. Nasir cavab vermir, çəkilişi aparan şəxs “sənə məxsusdur” deyə soruşur, Nasir yenə cavab vermir. Nasirin arxasında dayanan Sahil bayaq dedin kimə məxsusdur deyir. Videoçəkilişi aparan şəxs təkrar-təkrar “Nasir kimə məxsusdur bu, siqaret qutusu kimə məxsusdur” deyir. Nasir yenə cavab vermir, təhqiqatçı əlində olan maddəni siqaret qutusuna qoyaraq ümumilikdə bu sıqaret qutusu kimə məxsusdur deyir. Təhqiqatçı sıqaret qutusunu maşına tərəf uzadaraq arxa sağ oturacağın ayaq altı kimə məxsusdur deyir. Nasir bu vaxtı “kim oturub onundu da yəqin” deyir. Təhqiqatçı və videoçəkilişi aparan şəxs birlikdə “kimə Mehmana məxsusdur, biz bilmirik kimə məxsusdur, sən de də kimə məxsusdur” deyirlər. Nasir yenə də Mehmanın adını çəkmir. Bu zaman Samid kənardan “maşının sağ arxa tərəfində kim oturub” deyə sual verir, bu zaman Nasir Mehman deyə cavab verir. Təhqiqatçı Nasirdən tanıyırsan Mehmanı deyə soruşur, Nasir də bilir deyə cavab verir. Mehman kənardan kamera çəklişi var problem yoxdu deyir. Təhqiqatçı yenə də təkrar edir kimə məxsusdur, Mehmana məxsusdur deyir. Təhqiqatçı kütlələri siqaret qutusundan çıxarır və kütlələrin adını deməyə başlayır, bu zaman videoçəkilişi aparan şəxs göstəriş verir ki, çıxar ağ kağızın üzərinə qoy təqdim et qoy özləri desinlər. Təhqiqatçı bükümün ağzını açır, videoçəkilişi aparan şəxs “nədir o Nasir” deyə soruşur. Təhqiqatçı Nasirə yaxınlaşaraq, bu nədir deyir, Nasir şüşə deyə cavab verir, təhqiqatçı metamfetamində yəni deyə cavab verir. Sonra təhqiqatçı digər bükümü açaraq bu nədir bəs deyə soruşur, təhqiqatçı yavaş səslə videoçəklişi aparan şəxsə heroindi, hə deyir. Təhqiqatçı maddəni Nasirə tərəf uzadaraq heroinə bənzər kütlədi də, nədi bu deyə bildirir. Nasir də kakos deyə cavab verir. Videoçəkilişi aparan şəxs sonra nə var orda deyir, təhqiqatçı da deyirəm müəllim bir dəqiqə deyərək cavab verir. Digər bükümü təhqiqatçı çıxararaq açır, videoçəkilişi aparan şəxs bu nədir bəs Nasir deyə soruşur. Təhqiqatçı maddəni Nasirə tərəf uzadaraq bu nədi deyə soruşur, Nasir kola deyə cavab verir. Bundan sonra təhqiqatçı siqaret qutusunun içərisindən digər bükümü çıxararaq açır, videoçəklişi aparan şəxs bu nədir bəs deyə sual verir. Təhqiqatçı yaxınlaş bu nədir, heroindi də bu da deyir, Nasir də bəli deyə cavab verir. Təhqiqatçı Nasirə tərəf cevrilərək bunlar hamısı Mehmana məxsusdur da deyirsən, onun ayaq altından aşkar olunub. Nasir heç bir cavab vermir. Videoçəkilişi aparan şəxs Mehman sən nə deyirsən bu məsələyə deyir. Mehman da müəllim kamera var, çəkiliş var. Mən qabaqdan düşmüşəm aşağı, sənə qurban olum deyir. Videoçəkilişi aparan şəxs Nasir deyir sənə məxsusdur. Mehamn isə Allahnan desin, kişi kimi de, səni and verirəm Allaha, Quran qoyacam qabağına, mənimdi o Nasirə deyir. Təhqiqatçı Nasirin cavab verməsinə imkan verməyərək Mehmana arxada kim oturmuşdur. Mehman kamera çəkdiyini deyir, təhqiqatçı sonra Elgündən arxada kim oturmuşdur deyə soruşur, Elgün mən deyə cavab verir. Videoçəkilişi aparan şəxs Elgündən sənin yanında kim oturmuşdu deyə soruşur, Elgün də bilmirəm, mənim başım telefona qarışmışdır deyir. Təhqiqatçı Ruslana sən yaxınlaş deyir, Ruslan sağ əli ilə sol ciyinin tutulu vəziyyətdə ağrı çəkə-çəkə onlara yaxınlaşır. Təhqiqatçı Ruslandan sən harda oturmuşdun deyə soruşur. Ruslan mən qabaqda deyir. Təhqiqatçının ardıcıl suallarına sürücünün Nasir olduğunu, sürücünün arxasında Elgünün, onun arxasında isə Mehmanın oturduğunu deyir. Videoçəkilişi aparan şəxs bayaq ifadəsində də elə dediyini deyir. Mehman siz Allah, xahiş edirəm kameraya baxın deyir. Aşkar olunan maddələr siqaret qutusuna təhqiqatçı tərəfindən yığılır. Müdafiəçi Kənan, Mehman kimə məxsusdu bunlar deyir. Mehman nə bilim kimə məxsusdu müəllim deyir. Mehman qabaqda oturduğunu, kameralara baxmalarını, qabaqan düşdüyünü görəçəklərini deyir. Videoçəklişi aparan şəxs də kameraları çıxaracaqlarını deyir. Videoçəkilişi aparan şəxs təhqiqatçıya aşkar olunan sıqaret qutusu ilə tərəzinin bir yerdə qablaşdırılmasını deyir. Videoçəkilişi çəkən şəxs və təhqiqatçı bu tərəzi kimindir deyirlər, təhqiqatçı tərəzini götürərək ayaq altından çıxdığını deyir. Heç kim cavab vermir, videoçəkilişi aparan şəxs nəsə qablaşdırda-qablaşdırda deyir. Qablaşdırma aparılır. Müdafiəçi Salman Mehman hara gedəcəyinizi bilirdin deyə sual verir. Mehamn vallah mən Sabirabadda düşəcəkdim, uşağın sənədin alacaqdım, ordan da Beyləqana gedəcəkdik, Elgünü göstərərək bu kişi qonaq edəcəkdi, oturub çörək yeyib qayıdacaqdıq deyir. Mehman başqa heç nə bilmədiyini deyir. And olsun Allaha qabaqdan düşdüyünü deyir. Videoçəkilişi aparan şəxs Mehmana vəkilin buradadır, vəkilin kamera görüntülərini götürər baxarıq deyir. Təhqiqatçı bizdə saxlanılan şəxslərin ifadəsinə əsasən deyirik deyir. Mehman Ruslanı tanıdığını, onunla “srokda” bir yerdə olduğunu, digər şəxsləri tanımadığını deyir. Videoçəkilişi aparan şəxs o beşbarmaq kimə məxsus idi Nasir deyə soruşur. Nasir cavab vermir, təhqiqatçı Nasir sənin avtomobilindən aşkar olunub deyir. Nasir cavab vermir və videoçəkiliş orada bitir. Maddi sübutların üzərinin iştirakçılar tərəfindən imzalanması müşahidə olunmur. Gördünyü kimi tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmiş protokolla videoçəkiliş eynilik təşkil etməmişdir. Videoçəkiliş təhlil edilərkən də aydın olunur ki, istintaq hərəkətinin adı baxış və götürmə olsa da polis əməliyyatçıları tərəfindən faktiki olaraq maşında axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 242.1-ci maddəsində göstərilmişdir ki, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Həmin Məcəllənin 243.1-ci maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Göründüyü kimi əslində polis əməliyyatçıları tərəfindən axtarış və götürmə istintaq hərəkəti icra edilsə də X34 tərəfindən baxış və götürmə istintaq sənədi kimi sənədləşdirilmişdir. Polis əməkdaşlarının maşına baxış keçirmələri üçün polis postunda kifayət qədər imkanları olsa da nədənsə bunu etməmişlər, maşını kifayət qədər uzun müddətdə öz sərəncamlarında saxlamışlar. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videoçəkilişlərindən də görünür ki, təqsirləndirilən şəxslərin üzərində yol patrul inspektorları tərəfindən axtarış aparılmışdır. Bu halda mümkün deyil ki, yol-patrul inspektorları tərəfindən maşına baxış keçirilməsin. Yol-patrul inspektrolarının məhkəmədə verdikləri ifadələrdən də aydın olur ki, maşın polisin sərəncamına keçən zaman, maşın Hacıqabul RPŞ-nə gətirilən zaman maşının içərisi təmiz olmuş, lakin videoçəkilişdən maşının içərisində əvvəlcədən axtarış aparıldığı aydın şəkildə müşahidə edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Göründüyü kimi “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirmə və götürmə haqqında” istintaq hərəkətləri bir çox prosessual hüquq normalarının pozulması ilə yerinə yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Təqsirləndirilən şəxslərin üzərilərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən onların konstitusiyon hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da təqsirləndirilən şəxslərin qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırılmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkətləri zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi-axtarış, maşına baxış və götürmə istintaq hərəkətlərinin hansı səbəbdən onların tutulduğu yerdə, tarixdə və vaxtda deyil, məhz Hacıqabul RPŞ-də aparıldığını, təqsirləndirilən şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsini hansı konkret faktiki əsasların zəruri etdiyini, polis əməkdaşlarında təqsirləndirilən şəxslərin konkret yerdə, konkret tarixdə, vaxtda narkotik vasitə ilə olacağı barədə dəqiq məlumat olduğu halda hansı səbəbdən ittiham tərəfinin şahidlərinin təqsirləndirilən şəxslərin saxlanılmasını, narkotik vasitələrin və psixotrop maddənin maşından götürülməsini müşahidə etmiş polis əməkdaşlarından ibarət olmasının müstəntiq tərəfindən izah edilməməsi, eləcə obyektiv həqiqəti özündə ehtiva edən polis postunun videoçəkilişlərinin əldə edilərək cinayət işinin materiallarına əlavə edilməməsi də onu işarə edir ki, verilmiş ittihamlar polis əməkdaşlarının quraması olmuş və polis əməkdaşlarının özləri tərəfindən qoyularaq özləri tərəfindən götürülmüş sübuta əsaslanmışdır. Məhkəmə istintaq zamanı dindirilmiş DYP-nin əməkdaşları Şahid4 və Şahid3 ifadələrindən də görünür ki, onlar təqsirləndirilən şəxsləri saxlayıb onların sənədlərini yoxladıqdan sonra Hacıqabul RPŞ-nin əməliyyatçılar Şahid1 və Şahid2 gəlmişlər, bundan sonra təqsirləndirilən şəxsləri və maşını Hacıqabul RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman çəkilmiş videoçəkilişdən də görünür ki, inspektorlar özləri polis postunda təqsirləndirilən şəxslərin üzərilərində şəxsi axtarış aparıldığını, ancaq heç nə aşkar olunmadığını demişlər. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübuta-narkotik və psixotrop maddəyə, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, təqsirləndirilən şəxslər maşından aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrə münasibətdə özlərini təqsirli bilməmişlər, döyüldükləri, fiziki təsirlərə və işgəncələrə məruz qaldıqları üçün özlərinə qarşı etirafedici ifadələr, bir-birlərinə qarşı ifadələr verdiklərini demişlər. Təqsirləndirilən şəxs1 həmçinin demişdir ki, polis əməkdaşları onları döymüşlər, xəsarətlərinin izləri qalmış, dizlərində izlər olmuş, qaraciyər nahiyəsinə vurmuşlar. Təcridxanaya daxil olarkən dizlərində olan xəsarətləri görmüşlər. Polis əməkdaşları onu (dubinka) dəyənəklə, təpiklə vurmuşlar, otaqda yerdə sürümüşlər. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, polis əməkdaşları onlara təzyiq göstərmişlər, sillə, təpik, yumruq vuraraq maşından çıxardıqları narkotik vasitəni yanında olan şəxslərdən birinə məxsus olmasını deməsini tələb etmişlər, döyülməsinə baxmayaraq narkotik vasitənin kiməsə məxsus olmasını deməmiş, çünki heç kimdə narkotik vasitə görməmişdir. Təqsirləndirilən şəxs3 həmçinin demişdir ki, polis əməkdaşları narkotik vasitələrin onun olduğunu demişlər, o inkar etdikdə isə onu döyməyə başlamışlar. Polis əməkdaşları qolunu buraraq sındırmışlar, döyülmə və işgəncələrə dözə bilmədiyi üçün polis əməkdaşları nə demişlərsə onu da etmişdir. Hacıqabul RPŞ-dən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs3 sol çiynində olan küt ağrı ilə əlaqədar 12 may 2023-cü il tarixdə saat 12:40-da həkim müayinəsindən keçirilərkən “sol körpücük sümüyünün sınığı” xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlə bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış, xəsarətin hər hansı zorakılıqla bağlı deyil, Təqsirləndirilən şəxs3 tutulmamışdan əvvəl yıxılması nəticəsində alması və bununla bağlı heç bir şikayətinin olmaması müəyyən edildiyindən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hacıqabul RPŞ-nin MSY-də saxlanıldığı dövrdə qeyd olunan şəxslər bir neçə dəfə müraciətləri əsasında həkim müayinəsindən keçirilmişlər. Bu barədə Hacıqabul RPŞ-nin MSY-də olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X49 01 may 2024-cü il tarixli, 18-1-35/2-708/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 12 may 2023cü il tarixdə Şirvan Şəhər Mərkəzi X21 Yardım Bölməsinə “sol körpücük sümüyünün sınığı” diaqnozu ilə ambulator müraciəti olmuşdur. Xəstə rentgen müayinəsi olunmuş, həkimtravmatoloq tərəfindən xəstəyə gips langeti qoyulmuşdur. Xəstənin deməsinə görə Nəvahi postunda tanıdığı şəxs tərəfindən döyülmüşdür. Hacıqabul rayon prokurorluğunun 05 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, 07 may 2023-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həbs edilmiş Təqsirləndirilən şəxs3 17 may 2023-cü il tarixdə tibbi sanitar hissəsində müaynə olunan zaman bədən xəsarətlərinin müəyyən edilməsi barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X3 rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 43 C-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı alınmış izahatlar və ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs3 07 may 2023-cü il tarixdə stasionar postda saxlanılan zaman və Hacıqabul RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunazidd hərəkətlər edilməsi müəyyən olunmadığından və bu barədə xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərarda yazılmış “təkrar məhkəmə-tibbi ekspertizasının” 176 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 obyektiv müayinəsinə və 12 may 2023-cü il tarixli, 130 nömrəli ekspert rəyində qeyd olunanlara əsasən hazırda Təqsirləndirilən şəxs3 bədəni üzərində təkrar müayinə zamanı hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Lakin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs3 ilkin müayinəsi zamanı onun bədənində sağ saidin arxa səthinin aşağı 1/3 hissəsinin sıyrığı, sağ saidin arxa səthinin orta 1/3 hissəsinin sıyrığı, sol dirsək oynağının arxa səthinin sıyrığı, sol diz oynağının ön səthinin sıyrığı, sol körpücük sümüyünün sınığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, kənar şəxs tərəfindən vurulması zamanı eyni zamanda xəsarətlərin yerləşmə yerinə görə tutulan zaman yıxılması zamanı, zorla maşına mindirilən zaman əmələ gələ bilərdi. Müddət qərarın təsviri hissəsində göstərilən hadisə gününə uyğundur. Qeyd olunan xəsarətlərdən sıyrıqlar sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin olunmur. Sol körpücük sümüyünün sınığı isə sağlamlığı uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Bundan əlavə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 29 yanvar 2024-cü il tarixli, 3-16-17/40/2-545/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs1 adına açılmış 4868/2023 nömrəli, Təqsirləndirilən şəxs2 adına açılmış 4866/2023 nömrəli, Təqsirləndirilən şəxs3 adına açılmış 4778/2023 nömrəli, Təqsirləndirilən şəxs4 adına açılmış 4950/2023 nömrəli məhkumun tibbi kitabçasının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs4 isə 16 may 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına aparılmışlar. Təqsirləndirilən şəxs2 “sağ said nahiyəsində köhnə çapıq toxumaları” aşkar olunmuş, Təqsirləndirilən şəxs2 zədə almadığını və şikayəti olmadığını demişdir. Təqsirləndirilən şəxs3 “sağ said, sol dirsək, sağ və sol baldır nahiyəsində, çoxsaylı sıyrılmış, qərtməkli yaralar, sol körpücük nahiyəsində şikkinlik” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 həbs zamanı xəsarət aldığını bildirmiş və sol körpücük nahiyəsində ağrılardan şikayət etmişdir. Vizaula olaraq şişkinlik müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 “sol said nahiyəsində köhnə çapıq toxumaları” aşkar olunmuş, Təqsirləndirilən şəxs1 zədə almadığını və şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4 “sol saiddə, qarının ön divarında boyunun sağ tərəfində köhnə və çapıq toxumaları izlənilmiş, sağ topuq nahiyəsinin qeyridüzgün bitişmiş deformasiya” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 zədə almadığını bildirmiş və şikayəti kəskin bədən ağrılardan halsızlıq, üşümə və yuxusuzluqdan olmuşdur. Məhkəmə istintaq zamanı şahidlər Şahid4 və Şahid3 ifadələrində təqsirləndirilən şəxslər polis postunda saxlanılan zaman hər hansı qanunsuz hərəkətlərə yol vermədiklərini, kiminləsə dalaşmadıqlarını, bədənləri üzərində xəsarətlər olmadığını demişlər. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət oqranlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Həmin Məhkəmənin “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Göründüyü kimi təqsirləndirilən şəxslərin vaxtında həkim müayinəsindən və məhkəmə-tibbi ekspertizasından keçirilməmələri polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə yetirilmiş xəsarətlərin aşkarlanmasının qarşısının alınmasına xidmət etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Hacıqabul rayon prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları ilə bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirilmələrinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin ilkin ibtidai araşdırma zamanı bir-birlərinə qarşı verdikləri ifadlər, üzləşdirmə istintaq hərəkətlərinə münasibətdə qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq vaxtı bir-birlərinə qarşı verdikləri ifadələri bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs3 polis əməkdaşlarının qanunsuz hərəkətləri, döyülməsi, qolunun sındırılması faktı ilə bağlı yerli prokurorluqda düzgün şəkildə araşdırmalar aparılmamışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyriinsani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Şirvan şəhər prokurorluğu tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan president olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Həmin Məhkəmənin “X8rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, onlar polis şöbəsinə gətirilənə qədər onların bədənində xəsarətlər olmamış, onlar həmin xəsarətləri azadlıqları məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında onlara verilmiş maşına qoyulmuş narkotik vasitələrin və psixotrop maddələrə dair özlərinə, bir-birlərinə qarşı izahat və ifadələri vermələri, həmin sözləri şəxsi axtarış və götürmə, maşına baxış və götürmə barədə istintaq hərəkətləri icra edilərkən videoçəkiiliş zamanı demələrindən ötrü polis əməkdaşları tərəfindən döyülmələri nəticəsində almışlar. Bu hal isə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən bir-birlərinə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Qeyd edilən əsaslara görə də “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçirilmə və götürmə haqqında” protokolları, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxslərin təqsirliliklərini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs3 maşında özünə məxsus 1,5 qram narkotik vasitənin olması, həmin narkotik vasitəni oturduğu ön oturacağın altına atması barədə verdiyi ifadəsinə məhkəmə tərkibi tənqidi yanaşaraq bildirir ki, şəxsin özünə qarşı verdiyi ifadə digər sübutlarla təsdiq olunmamış, maşından sonuncunun dediyi maddi sübut aşkar olunmamışdır. Faktiki olaraq mövcud olmayan və müvafiq məhkəmə ekspertizasından keçməyən maddi sübuta görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması absurtdur. Təqsirləndirilən şəxs yalan danışada bilər, öz məsuliyyətini yüngülləşdirmək üçün faktiki olmayan halları bildirə də bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs3 bildirdiyi halları ibtidai istintaq orqanı sübut edə bilməmiş və bununla bağlı ona ittiham irəli sürməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, şəxsin Cinayət Məcəlləsinin 234-240cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs3 bildirdiyi narkotik vasitə faktiki olaraq mövcud olmamış, mövcud olamayan narkotik vasitəyə görə ittiham verilməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərkibi cinayət işinin materiallarının İİ cildinin 106-110-cu səhifələrində olan “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş telefona quraşdırılmış “whatsapp” da +**********62: sənə qurban biyaz tez ol, mənim yuxu gözlərimi çıxardır, ölüyəm yuxuyçün, mənə iki dənə kola atsın, 1 dənə 10 dənədir, 1 dənə 20 dənə, deyim götürsünlər özün də olduğun yeri atma biyaz kənardan at, +**********575: Ruslan neynirsen necesen brat yaxsisan ruslan vezyetim pisdi brat yarim kola 10 da pati nece elitey agriyiram brat mene bir he yox di, +**********43 Ruslan : Qaqaş 145.azn. mayası eliyir. +**********43: oldu brat bir azcun goruwerik Ola bilsinki gelende yenede kola iki lazım oldu Ruslan : Baxda imkan varsa mənədə nə verərsən, verərsən qərdeşim. Ruslan:Problem yoxdu qaqaş, +**********43: oldu brat birazcun goruwerik Ola bilsinki gelende yenede kola iki lazım oldu, +**********06: qardawlm 60 qum. 5 manat pencere eytibarln tukandayam saxlamışam, camatl nolar məni yola salda qadawlm, +**********01: Sen miw olmusan one patı dı one coladi kazbek, +**********01: Qaqas bidene yarim birde 30 manatix, +**********01: RUSİK 300 MANAT VAR, +**********01: YARİ PATİ LAZİM Dİ, +**********01: qaqaw 60 manat var 10 borcu verim 50 mamdiw da pati saat, +**********01: QAQAW 50 MANAT VAR GELMEY İSDREM məzmunlu sms məntləri olmuşdur. Göründüyü kimi sms mətnlərində olan yazışmalar əsasında təqsirləndirilən şəxsə ittiham irəli sürülməmiş, ibtidai istintaq mərhələsində həmin sms mətnləri əldə edilsə də təhlil edilməmiş, həmçinin məhkəmə istintaqında həmin sms mətnlərinin Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istinad edilən cinayət əməli ilə səbəbli əlaqəsi müəyyən edilməmişdir. Bununla yanaşı qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs3 telefonunda aşkar edilmiş sms yazışmaları dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq daşıma cinayət əməlini törətməsini təsdiq edən dolayı sübut kimi qeyd edilsə də, məhkəmə baxışı zamanı sonradan əldə edilmiş bu dolayı sübutların Təqsirləndirilən şəxs3 istinad edilən cinayət əməlinə aidiyyatı müəyyən edilməmiş, onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, sübut edilməli olan hallarla əlaqələrin xarakterinə görə sübutlar birbaşa və dolayı sübut növlərinə ayrılır. Əgər sübutun məzmununu təşkil edən məlumatlar müəyyən edilməli olan hallarla üst-üstə düşürsə, buna birbaşa sübut deyilir. Dolayı sübut sübut edilməli olan halların mövcud olmasını birbaşa göstərmir və Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində sadalanan halların sübut edilməsinə xidmət edən digər faktları müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Odur ki, istintaq orqanı tərəfindən istintad edilmiş yuxarıda qeyd edilən sms mətinlərindən ibarət sübutlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs3 təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs4 qarşı Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə irəli sürlümüş ittiham ibtidai istintaq orqanı tərəfindən hər hansı sübutla sübuta yetirilməmiş, məhkəməyədək icraatı aparmış müstəntiq tərəfindən tərtib edilmiş heç bir hüquqi əhəmiyyəti olmayan sənədlərlə sadəcə olaraq Təqsirləndirilən şəxs4 ittiham irəli sürülərək məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi maşından aşkar olunmuş soyuq silah hesab edilən beş barmağın özünə məxsus olduğunu, həmin beşbarmaqla Təqsirləndirilən şəxs4 heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmçinin işin faktiki halların təhlil edən zaman maşının Təqsirləndirilən şəxs1 məxsus olmaqla onun tərəfindən idarə edilməsi, maşının yük yerində Təqsirləndirilən şəxs4 məxsus yüklərin olması, sonuncunun beş barmağı həmin yüklərin içərisində saxlaya bilmə imkanının olması, özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı həmin beşbarmağın özünə məxsus olmasını etiraf etməsi ibtidai istintaq orqanı tərəfindən düzgün nəticəyə gəlmədiyini və Təqsirləndirilən şəxs4 əsassız ittiham irəli sürdüyün ifadə edir. Cinayət Məcəlləsinin 228.4-cü maddəsində göstərilmişdir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs4 soyuq silahı əldə etməsi və gəzdirməsinə dair təqsiri ibtidai istintaq orqanı tərəfindən sübuta yetirilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 1(099)-787/2023 nömrəli qərarı ilə cinayət işi üzrə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bağlı əlavə istintaq aparılması üçün ibtidia istintaqa qaytarılsa da hər hansı istintaq hərəkətləri aparılmadan cinayət işi yenidən məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq təqdim edilmiş Hacıqabul RPŞ-nin “raport”unda yazılmış “Kia optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyəti məlum olmayan şəxsdən almaları və satışını həyata keçirmək üçün Sabirabad rayonu istiqamətində hərəkətdə olmalarının müəyyən edilməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və maşına baxış aparılması istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki təqsirləndirilən şəxslərə verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha baş müstəntiq tərəfindən ifadələrin və üzləşdirmə istintaq hərəkətləri protokollarının bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Məhkəmə istintaqı zamanı Hacıqabul RPŞ-nin əməliyyatçıları Şahid1 və Şahid2 təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra polis postuna gəldikləri, Şahid1 və Şahid2 təqsirləndirlən şəxslərə qarşı Hacıqabul RPŞ-də işgəncələr verilərkən, onlar döyülərkən, onlara qarşı pis rəftarlar edilərkən aktiv iştirak etdikləri, nəticədə isə təqsirləndirilən şəxslərdən bir-birlərinə qarşı etirafedici ifadələr almağa nail olduqları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxslərin təqsirliliklərini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X10rşı” və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdikləri ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəylərindən görünür ki, təqsirəndirilən şəxslərin narkomaniya xəstəliklərinin olması, narkotik vasilərdən istifadə etdikləri müəyyən olunur. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan rəylər heç bir halda təqsirləndirilən şəxslərin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırkı işdə ibtidai istintaq orqanı cinayət prosesinin ədalətlilik tələblərinə cavab verməmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirliliklərinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onları döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında təqsirləndirilən şəxslərin cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinmələri cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onların hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onların ziyanına təfsir etmiş, faktiki olaraq polis əməkdaşları tərəfindən maşına qoyularaq götürülmüş narkotik vasitələri, psixotrop maddəni görməzdən gəlmiş, obyektiv həqiqəti müəyyən etməkdə maraqlı olmayaraq təqsirləndirilən şəxslərə ittiham verməklə məhkəmə məsuliyyətinə verilməsinə dair heç bir hüquqi əhəmiyyəti olmayan sübutlar toplamış, nəticədə qeyd olunan konstitusiyon və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Hazırkı cinayət işindən görünür ki, ibtidai istintaq orqanı demək olar ki, heç bir ibtidai istintaq hərəktləri icra etməmiş, müdafiəçi olmadan müstəntiq tərəfindən ifadələr yazılaraq, prosessual sənədlər tərtib olunanraq iş materiallarına əlavə olunmuş və prosessual qaydalar kobut şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bəraət verildiyi üçün onların haqqında seçilmiş qətimkan tədbirləri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxslərə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində onlara ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişlər. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almaları ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət təqibi zamanı qanunsuz tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb olunmaları və barələrində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs və şəxslər müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin və şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq X28 maddi sübutları saxlama otağında saxlanılan, “Kia optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 5,83 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 22,655 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 4,490 qram olan psixotrop maddə metamfetamin, bir ədəd borucuq, bir ədəd elektron tərəzi, bir ədəd beşbarmaq (kastet) cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilməsini və “Kia Optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 5 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, X28 maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs3 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 qaytarılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iş üzrə olan 133 (bir yüz otuz üç) manat 86 (səksən altı) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilməlidirlər və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs3 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs4 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iş üzrə olan 133 (bir yüz otuz üç) manat 86 (səksən altı) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsinlər və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq X28 maddi sübutları saxlama otağında saxlanılan, “Kia Optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq qalan çəkisi 5,83 qram olan narkotik vasitə qurudulmuş marixuana, 22,655 qram olan narkotik vasitə heroin, 4,490 qram olan psixotrop maddə metamfetamin, bir ədəd borucuq, bir ədəd elektron tərəzi və bir ədəd beşbarmaq (kastet) cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilməsini və “Kia Optima minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 5 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq X28 maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs3 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 qaytarılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-246/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-246/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver