Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-247/2023 30.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X5 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respubilikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X2 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Ağcabədi rayon Melorasiya və Suvarma sistemləri idarəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayət Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından rəsmi nikaha daxil olmadan ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs başqa şəxslərlə yaxın münasibətlərdə olmaqla ondan ayrılmaq istdəyini bilib, həmin məsələ ətrafında aralarında münaqişə davam edərkən qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gələrək, 02 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə birgə kirayədə yaşadıqları Ağcabədi şəhəri, “vahid qəbristanlığı” adlanan ərazidə yerləşən evə Təqsirləndirilən şəxs və atası Şahid1 ilə birlikdə cinayətdən xəbərsiz olan tanışı Şahid2 idarə etdiyi “Hyundai” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək özlərinə məxsus geyim və sair şəxsi əşyalarını götürməklə geriyə qayıdarkən, Şahid2 həmin avtomobili Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Baku Klub” kafesinin qarşısında saxlayaraq Şahid1la birlikdə aşağı enməsindən və avtomobildə heç kimin olmamasından istifadə etməklə cinayətkar niyyətini həyata keçirərək həmin avtomobilin arxa oturacağında onun yanında əyləşmiş Zərərçəkmiş şəxs saçlarından tutaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək əvvəlcədən üzərində saxladığı soyuq silah hesab olunmayan mətbəx bıçağını çıxarıb sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən iki dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının aşağı yan səthində döş və qarın boşluğuna keçərək diafraqmanı və böyük piyliyi zədələyən deşilmişkəsilmiş yara və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazunun yuxarı üçdə birinin arxa səthində deşilmiş-kəsilmiş yara kimi xəsarətlər yetirməklə onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəlki ailəsindən boşandıqdan sonra Zərərçəkmiş şəxs ilə yaşadıqları Ağcabədi şəhərində yerləşən Sücayətin xidmətçi işlədiyi “Veqas” çay evində tanış olmuşlar. Sonra da faktiki ər-arvad kimi yaşamışlar. Hadisədən bir neçə gün əvvəl onların münasibətləri soyumuş və arabir zəngləşib danışmışlar. 01 oktyabr 2022-ci il tarixdə günorta o Sücayətə zəng vurub harada olmasını soruşmuş, Sücayət isə artıq onunla yaşamaq istəmədiyini demişdir. 02 oktyabr 2022-ci il tarixdə o atası Eldənizlə birlikdə Sücayəti Bakı şəhərinə yola salmaq istəyərkən, tanışları Vüsalın avtomobilində o Sücayətdən Bakıya kiminlə gedib gəldiyini soruşduqda Sücayət də ona Musayla gedib qayıtdığını demişdir. O Sücayətə niyə Musayla hələ də əlaqə saxladığını soruşmuşdur. Sücayət də ona əcəb edirəm, öz həyatımdı özüm bilərəm demişdir. Bu sözlərdən sonra o əsəbiləşmiş və Sücayətin saçından tutmuş və cibində olan bıçaqla Sücayətə iki dəfə zərbə vurmuş, sonra da avtomobildən düşüb, getmişdir. Hadisə zamanı bıçaq onun əlini kəsmişdir. Həmin vaxt atası ilə Vüsal Sücayətin qışqırtısına gəlmişlər. O Sücayəti qısqançılıqdan vurmuşdur. Əməlindən peşmandır. Hazırda onunla barışmışdır. Xahiş edir ki, cəza təyin edilərkən nəzərə alınsın. Məhkəmədə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ittham olunan cinayət əməlinin törətməsi özünün ifadəsindən başqa, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından o Ağcabədi şəhərində yerləşən Veqas çay evində xidmətçi kimi işləməyə başlamışdır. Həmin vaxtlarda da Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bir müddətdən sonra Şükürlə aralarında yaxın münasibətlər yaranmış və ər-arvad kimi yaşamışlar. Sonra aralarında olan münasibətlər pozulmuş, həm də Şükürün atası Eldəniz ona zəng edərək oğlundan uzaq durmasını bildirdiyindən, o Şükürdən ayrılmış və Musa adlı şəxslə münasibətləri yaranmışdır. 01 oktyabr 2022-ci il tarixdə səhər o Musayla görüşüb onu Bakı şəhərinə aparmasını demiş və onlar Bakıya getmişlər. Şükür ona zəng edib harada olduğunu soruşmuş o da Bakı şəhərinə getdiyini demişdir. Günortadan sonra o Musayla Bakı şəhərindən qayıdarkən, Şükür ona zəng edib harada olduğunu soruşmuş, o Qaradağ rayonunda yolda olduğunu və Ağcabədi rayonuna qayıtdığını demişdir. Həmin gün gecə o Şükürün atası Eldənizə zəng vurub görüşmək istədiyini demiş, Eldəniz də Vüsalla birlikdə gəlib onunla görüşmüşdür. O Eldənizdən kirayə qaldığı evdən paltarlarını götürməyə kömək etməsini və artıq Şükürlə yaşamaq istəmədiyini demişdir. Onlar harasa gedib bir qədər sonra Şükürlə birlikdə qayıtmışlar. Bundan sonra o Şükür və Eldənizlə birlikdə Vüsala məxsus olan avtomobillə kirayə qaldıqları evə gedib özlərinə məxsus paltarları oradan götürüb avtomobilə qayıtmışlar. Yolda olarkən Vüsal avtomobili Baku klub çay evinin qarşısında saxlayıb nəsə götürmək üçün düşmüş, həmin vaxt Eldəniz də maşından düşmüşdür. Şükür ondan Bakıya kiminlə getdiyimi soruşmuşdur. O da Musayla getdiyini demişdir. Şükür niyə getdiyini soruşmuşdur. O da Şükürə Musayla ev axtarıb tapmaq üçün getdiyini və daha onunla yaşamayacağını demişdir. Şükür ondan Bakıya necə gedəcəyini, kim aparacağını soruşmuş, o da Musanı çağıracağını və onunla gedəcəyini bildirmişdir. Buna görə aralarında mübahisə yaranmış, Şükür əsəbiləşib onun saçından tutaraq, cibindən bıçaq çıxarıb, onun sinəsinə və qoluna zərbə vurmuşdur. Həmin vaxt o qışqırmış, Şükür isə maşından düşüb getmişdir. Onun səsinə Eldənizlə Vüsal gələrək onu dərhal xəstəxanaya aparmışlar. Orada onu əməliyyat etmişlər. Onun vəziyyəti hazırda normaldır. O Şükürü çox sevir, ona görə də onunla barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Ona görə də ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şükür onun oğludur. Şükür əvvəlki ailəsindən boşandıqdan sonra 2022-ci ilin əvvəllərində Sücayətlə qeyri rəsmi nikah münasibətləri qurub onunla ayrı-ayrı ünvanlarda yaşamışlar. 2022-ci ilin oktyabr ayının 1də saat 20 radələrində Sücayət ona zəng vurub, Şükürlə kirayə yaşadıqları evdən paltarlarını götürmək istədiyini bildirdiyindən o, həmin gün saat 23 radələrində Şükür və Sücayətlə birlikdə dostu Vüsalın idarə etdiyi avtomobillə gedərək, paltarları götürüb, Sücayəti avtovağzala aparmaq üçün yola düşmüşlər. Onun üstündə pul olmadığından, o Vüsaldan pul istəmiş, Vüsal da pul götürmək üçün işlətdiyi Baku klub çay evinin qarşısında avtomobildən düşümüşdür. Həmin vaxt Vüsalın telefonuna Musa zəng vurmuşdur. Vüsal da ona işarə edib onu yanına çağırmışdır. O da avtomobildən düşüb, Vüsalın yanına getmişdir. Həmin anda avtomobildən Sücayətin qışqırıq səsləri gəlmiş, ona görə də onlar avtomobilə doğru qaçmışlar. Bu vaxt Şükür maşından düşüb getmişdir. Onlar avtomobilin arxa qapısını açdıqda Sücayətin bıçaqlandığını və bıçağı əlində tutub saxladığını görmüşlər. Dərhal onu xəstəxanaya aparmışlar. Orada Sücayət əməliyyat olunmuşdur. Dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan 02 oktyabr 2022-cii il tarixli götürmə aparılması istintaq hərəkəti protokolundan görünür ki, X4 təqdim etdiyi Zərərçəkmiş şəxs əynindən çıxarılan, üzərində qana bənzər ləkələr olan bir ədəd göy rəngli çins şalvar, bir ədəd ağ rəngli busqalter və bir ədəd bıçaq götürülmüşdür. Busqalterin və cins şalvarın üzərində üzərində qana bənzər ləkələr vardır. Busqalterin aşağı hissəsində ortadan sol tərəfə doğru 5 sm məsafədə 4 sm uzunluğunda kəsilmiş zədə yeri vardır. Bir ədəd bıçağın tiyəsinin uzunluğu 12 sm, eni 03 sm, kəsən hissəsinin uzunluğu 15 sm uzuzunluğunda tiyəsi taxta materialından olmaqla üzərində qana bənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan 02 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında istintaq hərəkəti protokolundan görünür ki, Qənbərov X3 rayonu, Ağcabədi şəhəri, H.Əliyev prospektində baku klub adlanan kafenin qarşısında Şahid2 avtomobili saxladığı və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayaraq xəsarət yetirdiyi yerləri götərmişdir. Cinayət işinin materiallarında olan 02 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 ona məxsus olan “Hyundai Santafe” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilini və Təqsirləndirilən şəxs həmin avtomobilin içərisində Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yerləri göstərir. İşdə olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı qısqanclıq zəmnində onu bıçaqla vuaraq xəsarət yetirdiyi yeri göstərmişdir. İşdə olan Ağcabədi rayon mərkəzi xəstəxanası X6 10 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji və nevroloji kabinetdə qeydiyyatda dayanmır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 945 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər –a) döş qəfəsinin sol yarısının aşağı yan səthində döş və qarın boşluğuna keçərək diafraqmanı və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yara, b)sağ bazunun yuxarı üçdə birinin arxa səthində deşilmiş-kəsilmiş yara, deşici-kəsici alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin öz-özünə yetirməsi üçün xaralterik deyildir, xəsarətlərin yetirilmə müddəti 02 oktyabr 2022-ci il tarixinə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən- döş qəfəsinin sol yarısından döş və qarın boşluğuna keçərək diafraqmanı və və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yaradərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər urmaya, sağ bazuda olan deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 760 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər sağ təpə qabarındakı və sağ gicgah nahiyəsindəki şişkinliklər, sol gözün göz qapaqlarında qançır, üst dodaqda qansızma, sağ və sol diz oynaqlarında qançırlar, küt əşyanın təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən yumruqla, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müdəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs sağ və sol əlinin barmaqlarında olan kəsilmiş yaralar iti kənarlı əşyanın təsirindən törənmişlər, başqasına bıçaqla xəsarət yetirərkən barmaqları kəsilə bilərdi, yetirilmə müddəti 02 oktyabr 2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkə psixiatrik ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 706 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik və kriminalistik ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 11/2023-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büsqalterin sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büsqalterin sol döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarət-sağ bazunun yuxarı üçdə birinin arxa səthində olan deşilmiş-kəsilmiş yara büsqalterdə öz əksini tapmamışdır.(büsqalter həmin nahiyəni örtmədiyinə görə). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büsqalterin sol üzərində aşkar edilmiş zədələrə əsasən zədələrin yetirildiyi anda bıçaqla zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büsqalterin üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin (döş qəfəsinin sol yarısının aşağı yan səthində döş və qarın boşluğuna keçərək diafraqmanı və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yara, sağ bazunun yuxarı üçdə birinin arxa səthində deşilmiş-kəsilmiş yara) yara kanallarının istiqamətini nəzərə alaraq demək olar ki, döş qəfəsinin sol yarısının aşağı yan səthində olan deşilmişkəsilmiş yara yetirilən zaman bıçağın istiqaməti yuxarıdan aşağıya, öndən arxaya doğru, sağ bazunun yuxarı üçdə birinin arxa səthində olan yara yetirilən zaman isə arxadan önə, çəp istiqamətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 18 yanvar 2023cü il tarixli, 10/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən qan qrupu- A/İİ/RH+, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, büsqalter və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupunun mənsubiyyəti tədqiq olunduqda A antigeni və həmçinin bəzi ləkələrdə aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş çəxs Zərərçəkmiş şəxs məxsus ola bilər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CMnin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1995-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan ibtidai istintaq orqanının 02 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin başlanğıcı həmin tarixdə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 02 oktyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir tələb və şikayətinin olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışıq əldə etməsini və CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran hallar olmamaqla yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə yaxın cəza təyin edilməsi mümkündür. Məhkəmədə müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qarşı həbs müddətinin başlanğıcı 02 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 22 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri əvəz edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarına əsasən CM-nin 29,120.1ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı hazırki iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməklə Nəsimi Rayon Prokurorluğunun icraatında olan CM-in 29,120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair iş üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda həbsdə olması nəzərə alınmalıdır. CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı o tutulduğu vaxtdan yəni, 02 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməməlidir. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan cinayətin aləti olan bir ədəd bıçaq, bir ədəd ağ rəngli busqalter və bir ədəd göy rəngli cins şalvar məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qarşı hazırki iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və Nəsimi Rayon Prokurorluğunun icraatında olan CM- in 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan cinayətin aləti olan bir ədəd bıçaq, bir ədəd ağ rəngli busqalter və bir ədəd göy rəngli cins şalvar məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-247/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-247/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver