Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-248/2022 17.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Astara rayonu Suparibağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, iş üzrə 09 noyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,335 qram psixotop maddə əldə etmiş, daşımaqla üzərində saxlamış, həmin gün saat 15.30 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu Ərçivan qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümdə 4,335 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. 09 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman polis əməkdaşları evinə gələrək onu narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Polis işçiləri ona təzyiq göstərmiş və üzərinə psixotrop maddə olan metamfetamin qoymuşlar. Tərəzini isə onun evindən götürmüşlər. Polis işçilərinin təzyiqi altında üzərində videoçəkiliş aparılmaqla baxış keçirilərkən psixotorop maddə metamfetaminin özünə məxsus olduğunu göstərmişdir. Lakin Təqsirləndirilən şəxs isbtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, 09 noyabr 2021-ci il tarixdə səhər saatlarında Astara şəhərində bulvardakı terminalın yanında olarkən yerdən bir ədəd bükümdə psixotrop maddə metamfetamin tapmışdır. Həmin maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı evin yanında olarkən polis əməkdaşları tərəfindən narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli bilinməklə saxlanılaraq rayon polis şöbəsinə aparılmış, orada üzərində vieoçəkliliş aparılmış, metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmədə göstərdi ki, Astara Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 noyabr 2021-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 15.30 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayaraq rayon polis şöbəsinə dəvət etmişlər. Orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs cibindən bir ədəd bükümdə psixotop maddə metamfetaminə bənzər maddəni və bir ədəd elektron tərəzini cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin psixotop maddə metamfetamin olduğunu və üzərində öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin maddə və elektron tərəzi müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid3 və Şahid4 da Şahid2lə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işi materiallarına əlavə olunmuş 09 noyabr 2021-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək saxlanılmaqla üzərində şəxsi axtarış aparılarkən onun əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Elektron tərəzidə çəkilərkən psixotrop maddənin 4,80 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 19/1118 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə, ağ rəngli, kristal formalı, təmiz çəkisi 4,335 qram olan maddə psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,285 qram olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməklə 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkm edilmiş, həmin cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən mənfi səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədtqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-psixotrop maddə metamfetaminin ona məxsus olmaması, üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, onun üzərində şəxsi axtarış aparılması zamanı aparılmış və məhkəmədə nümayiş etdirilmiş videoçəkilişdən də görünür ki, Ramil Hüseynov psixotrop maddəni cibindən çıxarmaqla təqdim etmiş və öz istifadəsi üçün saxladığını bildirmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmaq məqsədinin olmaması, öz istifadəsi üçün əldə edib üzərində saxlaması barədə ifadəsini də qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, polis əməkdaşlarının ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün sol həddinin yarısından az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 4,285 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 4,285 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-248/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-248/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver