Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-248/2024 26.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X20 (sədrlik edən və məruzəçi), X23 və X15 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X11 hüquqi varisi qismində tanınmış anası X4 və onun nümayəndəsi olan qızı Şahid1, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (03 avqust 1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və qanunsuz olaraq soyuq silahı əldə etmiş, gəzdirmişdir. Belə ki, o, rəsmi nikahda olduğu 1998-ci il təvəllüdlü arvadı X12 mobil telefonu ilə gizli şəkildə başqa kişilərlə əlaqə saxlayaraq ona xəyanət etməsindən şübhələndiyi üçün, habelə 2023-cü il iyunun 16-dan 17-nə keçən gecə, saat 03 radələrində qonşusu Şahid6 ilə yaşadığı evdə gizli görüşərək əxlaqsızlıq etməsini öyrənəndən sonra uzun müddət Günel Quliyeva ilə ailədaxili mübahisələr etmiş, Günel Quliyeva 06 avqust 2023-cü ildə yaşadığı evdə sirkə turşusu içməklə zəhərləndiyi üçün xəstəxanada müalicə olunub anasının evində yaşamağa başlayandan sonra qısqanclıq zəminində arvadından qisas alıb, onu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yaratmaq məqsədi ilə Günel Quliyevanı sirkə turşusu içməsinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanına birlikdə izahat verməyə getmək bəhanəsi ilə onunla görüşməsinə mobil telefonla danışıb razı salaraq, 16 avqust 2023-cü ildə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “Ayazlı” xırdavat mağazasının sahibi və satıcısı Şahid4 7 (yeddi) manata ümumi uzunluğu 260 mm olan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan tipli ov bıçağını alıb qanunsuz olaraq əldə etməklə üstündə gəzdirmiş, cəsarətlənmək üçün Salyan şəhəri ərazisindəki kafelərin birində üç stəkan pivə içərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, piyada ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X38 filialının 6 saylı şəhər poçt şöbəsinin inzibati binasının qarşısına gələrək, ondan əvvəl doğma bacısı Şahid1 ilə birlikdə həmin yerə gəlib, onu gözləyən Günel Quliyeva ilə salamlaşdıqdan dərhal sonra saat 15:20-də, yol gələrkən tiyəsini açaraq hazır vəziyyətə gətirdiyi, şalvarının sol arxa cibində gizlətdiyi soyuq silah hesab edilən bıçağı sol əlinə götürərək xüsusi amansızlıqla zərərçəkmişin bacısı Şahid1 gözü qarşısında, sonuncuya xüsusi əzab verdiyini əvvəlcədən dərk edərək müstəsna qəddarlıq nümayiş etdirib Günel Quliyevaya qəfildən, dalbadal, qəsdən bıçaqla həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrə ardıcıl iki zərbə vuraraq, ona döş qəfəsinin ön sol səthinin bir ədəd daxilə nüfuz etməklə ürək kisəsini və ürəyi, döş qəfəsinin sağ ön səthinin bir ədəd ağ ciyərin yuxarı payının zədələnməsi, daxilə və xaricə qanaxma ilə nəticələnən zərərçəkmişin ölümünə səbəb olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yaraları kimi bədən xəsarətləri yetirib xüsusi amansızlıqla qəsdən Günel Quliyevanı öldürüb, qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonunun Arbatan kəndində olan fərdi yaşayış evində yaşamışdır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olmuş, əvvəllər Salyan şəhərində təkər təmiri sexində işləmiş, məlum hadisədən bir neçə ay əvvəl isə fəhlə işləmək üçün Bakı şəhərinə getmişdir. 2016-cı ildə Günel Quliyeva ilə toy etməklə ailə quraraq rəsmi nikaha daxil olmuş, onu Arbatan kəndində yerləşən atasına məxsus evə gəlin gətirmişdir. Birgə nikahdan qızı Ruhanə və oğlu Rəşad dünyaya gəlmişlər. 2019-cu ilədək ata evində normal yaşamışlar, 2019-cu ildən Günel məişət məsələləri ilə əlaqədar onun valideynləri ilə mübahisə etməyə başlamış və ayrı evdə yaşamağı tələb etmiş, buna görə də, atası evinin həyətində olan boş torpaq sahəsində ev tikdirib 2020-ci ildə ailəsini ora köçürtmüşdür. Təzə evə köçəndən altı-yeddi ay normal yaşamışlar, 2021-ci ildən etibarən Günel onunla yola getməməyə, xırda məişət məsələlərinə görə mübahisə, münaqişə etməyə başlamış, artıq onu sevmədiyini, ondan boşanmaq istədiyini bildirmiş, özü Güneldən boşanmaq istəməmiş, buna görə də aralarında dava-dalaş olmuşdur. Belə davaların birində Günelə şillə vurmuş, o da küsərək atası evinə getmiş və barəsində Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. Güneli güclə yola gətirib onunla barışdığından barəsində cinayət işi başlanılmamışdır. Sonra Günel boşanmaq üçün Salyan Rayon Məhkəməsinə ərizə vermiş, daha sonra barışdıqları üçün ərizəsini geri götürmüşdür. Bundan sonra bir müddət mehriban yaşasalar da, Günel yenə də müxtəlif bəhanələr edib ondan küsərək atası evinə getmiş, o da onu hər dəfə çətinliklə yola gətirmiş, barışmışlar. 2022-ci ildə Günelin öz mobil telefonu ilə evin hamamında gizli-gizli tanımadığı kişi ilə danışdığını eşitmiş, telefonu onun əlindən almaq istəyəndə yerə çırpıb sındırmış və nömrəni tapa bilmədiyi üçün onu tam ifşa edə bilməmişdir. Günelə sonradan yeni mobil telefon almışdır. Günel ona soyuq davrandığından, normal qadın-kişi münasibəti qurmaq istəmədiyindən, onunla intim münasibətə girməkdən yayınmağa çalışdığından Günelin ona xəyanət etməsinə şübhələri artmağa başlamışdır. Günel son zamanlar mobil telefonun kodunu ondan gizlədir, telefonunu araşdırmağa ona icazə verməmiş, buna görə daha da şübhələnmişdir. Hərdənbir işləmək üçün Bakı şəhərinə gedib orada bir neçə gün qalmış, həmin müddətdə Günel evdə tək olmuşdur. Qayıdanda Günelin özünü aparmağından ona xəyanət etməsi şübhəsinə düşmüşdür. Bakı şəhərində olanda Günel bir dəfə də ondan küsərək xəbərsiz atası evinə getmiş, anası isə onu evlərinə qaytarmışdır. 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə, evində Günelin mobil telefonu azyaşlı oğlunun əlində olanda qəfildən telefonu uşağın əlindən alıb telefonun içərisini axtaranda şəkillərin olduğu qovluqda qonşusu Şahid6 tək, habelə kişi cinsiyyət orqanı və Günelin özünün sinə hissəsi, döşləri, cinsiyyət orqanının mobil telefonla çəkilmiş fotoşəkillərini görmüşdür. Güneldən fotoşəkillər barədə soruşduqda Fəridin öz şəkilini səhvən ona göndərdiyini, kişi cinsiyyət orqanının şəkilini saytların birindən götürdüyünü, öz bədəninin çılpaq şəkilinə isə özünün baxması üçün çəkdiyini bildirərək fərziyyələr uydurmaqla aldatmağa çalışmışdır. Bundan sonra Günel mobil telefonu ondan gizlətməyə daha çox çalışaraq giriş kodunu dəyişmiş və bütün qovluqlara, girişə parol qoymuşdur. Günelin ona xəyanət etdiyini bilmiş, lakin uşaqlarına görə ona heç nə edə bilməmişdir. Azyaşlı oğlu Bakı şəhərində xəstəxanada əməliyyat olunduğu vaxt Günel yeddi-səkkiz gün uşağının yanında qalmış və xəstəxanadan çıxmaq istəməmiş, onun bu hərəkətindən də ona xəstəxanada kiminləsə xəyanət etməsindən şübhələnmişdir. Bundan başqa, 2023-cü ilin iyul ayında Bakı şəhərində yaşayan xalası Şahid7 evində qonaq olarkən, ondan eşitmişdir ki, Günel qonşusu Fəridlə görüşür və Fəridin arvadı Fəridi Günelin yanında tutmuşdur. Güneli uşaqlarına görə boşamaq istəməmiş, onu Fəridlə bir yerdə özü tutduqdan sonra taleyi haqda fikirləşəcəyini planlaşdırmış, evinə qayıdan kimi Güneli Fəridlə görüşüb-görüşməməsi barədə sorğu-sual etmiş, lakin o, heç nəyi boynuna almamışdır. Bir dəfə Günel telefonda ona demişdir ki, “Fəridlə sevgiliyəm, əcəb edirəm, get əlindən nə gəlirsə elə”. Bu dəfə də övladlarına görə Günelə heç nə etməmiş, heç nə olmamış kimi onu anasıgildən evinə gətirmişdir. Bir dəfə qardaşı Mahir X13 xəyanət etməsi səbəbindən kənddə biabır olduqlarını, buna görə də Bakıya çıxıb gedəcəyini bildirmiş və qısa zamanda dediyini etmişdir. Kənd içərisinə çıxanda hamının ona qəribə baxdığını, öz aralarında pıçıldaşdıqlarını görəndə çox pis vəziyyətə düşmüş, xəcalətindən, utandığından insanların arasına çıxa bilməmişdir. Güneli boşamasa da, Fərid haqda eşitdiklərinə görə tez-tez onunla arasında mübahisə baş verirdi. Günel son zamanlar mübahisə edəndə hətta ona əl-qol atmış, xəyanət etməklə yaxşı iş tutduğunu açıq-aşkar nümayiş etdirmişdir. Günelin belə hərəkətləri nəticəsində onu öldürmək qərarına gəlmişdir. 2023-cü ilin avqust ayında Günel atası evinə, bacısının doğum gününə gedib bir neçə gün orada qalandan sonra evə qayıtdığı gün, yəni 07 avqust 2023-cü il tarixdə gecə vaxtı onu yuxudan oyadaraq sirkə turşusu içdiyini deyib, xəstəxanaya aparmağını istəmiş, qonşusunun avtomobili ilə onu xəstəxanaya aparmış, həmin vaxt o, yaxşı danışa bilmədiyi üçün sirkə turşusu içməsinin səbəbini bilməmiş, sonradan məlum olmuşdur ki, Günel onunla arasında olan dava-dalaş nəticəsində belə bir hərəkət etmişdir. Günel üç-dörd gün xəstəxanada müalicə olunandan sonra yenə də öz atası evinə getmiş, həmin vaxt uşaqları da Günelin yanında qalmışlar. Günelin mobil telefonuna zəng çatmadığı üçün öz telefonu ilə sonuncunun bacısı Şahid1 zəng edib, onunla bir neçə dəfə danışmışdır. Günel onu sevmədiyini, ayrılacağını, başqa kişi ilə ailə quracağını bildirmiş, onun bu sözlərindən daha da əsəbiləşərək onu öldürmək qərarına gəlmişdir. Daha dəqiq desə, Güneli öldürməmişdən iki gün qabaq bu barədə qəti qərara gəlmiş və onu anasıgilin evində qaldığı üçün evdən çıxarıb küçədə öldürməyi planlaşdırmışdır. Bundan bir neçə gün sonra prokurorluqdan ona zəng gəlmiş, Günelin sirkə turşusu içməsi ilə bağlı birlikdə prokurorluğa dəvət olunmuşlar. Güneli evdən çıxartmağa əlverişli şərait yarandığını düşünüb, 16 avqust 2023-cü il tarixdə Səidənin mobil telefonuna zəng edərək Güneli telefonda dilə tutub, sirkə turşusu içməsi ilə bağlı prokurorluqda izahat verməyə getməyə razı salandan sonra evdən tək çıxıb Salyan şəhərində yerləşən mağazaların birindən bıçaq almış, daha sonra “Bayraq meydanı”nın yanındakı dayanacağa tərəf getmiş, Günelin bacısı Səidə ilə yaxınlıqda olan poçt məntəqəsinin yanında olduğunu görmüş, onları şübhələndirməmək üçün gülə-gülə salam verib, hara getdiklərini soruşmuş, Səidə su almaq üçün yaxınlıqdakı ərzaq mağazasına getmək istədiklərini bildirmişdir. Güneli sakit və insanların az olduğu yerdə öldürmək istədiyindən, Səidəyə özünün Günelsiz mağazaya getməsini demiş o, isə razılaşmamışdır. Güneli bacısının yanında öldürmək istəməmiş, lakin başqa yolu qalmadığından poçt məntəqəsinin qarşısında qəflətən cəld hərəkətlə bıçağı şalvarının sol arxa cibindən çıxardıb dərhal sol əlinə götürdüyü bıçaqla üstdən aşağı endirməklə Günelin ürək nahiyəsinə bir zərbə vurmuş, zərbəni zəif vurduğunu hiss edib, bir zərbədən ölməyəcəyini düşünərək bıçaqla dərhal ürək nahiyəsinə ikinci zərbəni endirmiş, bu dəfəki zərbə güclü olduğu üçün öləcəyini düşünüb, bıçağı soxduğu yerdən çıxartmış, Səidə Günelə üçüncü zərbəni vuracağını düşünərək onun əlindən tutmuş, Günelə başqa zərbə endirmək fikri olmadığından bıçağı soxduğu yerdən çıxardan kimi poçtun qarşısında yerə atıb, oradan qaçaraq uzaqlaşmışdır. Güneli bıçaqla vuranda ətrafda və yanında Səidədən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, baldızı Şahid1 ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamış, X28 qisas almaq üçün qətlə yetirməmişdir. Səidəyə zəng edəndə demişdir ki, görüşə Günel tək gəlsin, amma o, neyniyə bilərdi ki, görüş yerinə Səidə Günellə bir yerdə gəlmişdir. Səidəyə hər hansı bir şok yaşatmaq fikri olmamışdır. Günelin ona xəyanət etməsinin nəticəsi göz qabağında idi. Səidənin bacısı Günelin ölümünü görməsini istəməmiş, belə bir fikri olmamışdır. Güneli iki dəfə sol tərəfdən bıçaqla vurmuş, birbaşa məqsədi onu öldürmək olmuş və həmin vaxt özündə olmamışdır. Güneli bıçaqla vurduqdan sonra onu maşına qoyub xəstəxanaya aparmaq istəmiş, amma nədənsə alınmamış, hadisə yerindən qaçıb çıxıb getmişdir. Fəhləliklə çörək pulunu qazanıb evinə bazarlıq etmiş, arvad-uşağına həmişə yaxşı baxmış, onların istədiyi hər şeyi alıb vermiş, arvadının dişlərini düzəltdirmişdir. Qonşusu Şahid6 evində olmamış, Fəridin həyətlərinə daxil olub Günellə söhbət etdiyini və sonra cinsi əlaqədə olduğunu eşitmiş, lakin həmin səhnəni görməmişdir. Bütün kənd bilmişdir ki, arvadı Günel qonşusu Fəridlə cinsi əlaqədə olmuşdur. Güneli xüsusi amansızlıqla öldürmək, hadisələrin yekunda bu nəticəyə gəlməsini istəməmişdir, törətdiyi əməldən çox peşmandır. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum Günel Quliyeva doğma qızıdır. X43 2001-ci ildə xəstəlikdən öləndən sonra bir daha ailə qurmamışdır. Qurbanla birgə nikahdan Aidə, Səidə və Günel adında üç qızı doğulmuşdur. Günel evin sonbeşiyi olmuş, onbirillik tam orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Salyan rayonu, Arbatan kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, bu nikahdan iki övladı doğulmuşdur. Günelin Qaraşla ailə qurması anidən olmuş, bir-birlərini bəyənib ailə qurmuşlar. Ailə qurduqları vaxtdan Günel öldürüldüyü günə qədər tez-tez Qaraşla arasında söz-söhbət, dava-dalaşları olmuş, aralarında olan gərginlik artıq pik həddə çatmış və son beş-altı il ərzində demək olar ki, heç yola getməmişlər. Günelin qaynanası Şahid2 onların arasını vurmuş, oğlunu özü ilə yatızdırmış, onun qızının uşağını əlindən alaraq özü saxlamışdır. Belə hallar Güneli əsəbiləşdirmiş, buna görə də Qaraşdan boşanmaq həddinə gəlib məhkəməyə müraciət etmiş, bu söz-söhbətin bitəcəyinə inanaraq, Günelə başa salmışlar ki, ərizəsini geri götürsün, ailəsi dağılmasın, uşaqları atasız qalmasın, o da ərizəsini geri götürmüşdür. Bundan sonra Qaraş bir dəfə də Güneli döymüş, Günel ondan polisə şikayət etmiş, sonradan barışmışlar. Günel dəfələrlə Qaraşdan və anasından küsüb onun evinə gəlmiş, lakin sonradan barışıq olduğu üçün öz evinə qayıtmışdır. Qaraş Günelə yaxşı baxmamış, onu səbəbsiz yerə döymüş, evə yemək almamış, qızı hər şeydən korluq çəkmişdir. Günel özü həyətdə pomidor, xiyar, göy-göyərti, kartof əkib-becərmiş, yarpaq satıb uşaqlarına baxmış, son zamanlar hansısa kosmetika firmasında işə düzəlib evdən onlayn formada işləmiş, qazandığı pulu özü üçün xərcləmişdir. 17 iyun 2023-cü ildə səhər saatlarında Günel iki uşağı ilə onun evinə gəlmiş, qonşuları Şahid6 gecə onun evinə girdiyini, arvadı Şahid5 gəlib Fəridi onun evindən çıxartdığını, onları söyüb təhqir etdiyini, Qaraşın evdə olmadığını, qaynanasının çölə çıxdığını, sonuncunun baş verənləri Qaraşa deyəcəyindən və Qaraşın onu öldürə biləcəyindən qorxduğu üçün onlara gəldiyini bildirmişdir. Bundan az müddət sonra Günelin qayınanası Ruhanə gəlmiş və Günel o biri qızı Şahid1 ilə evinə qayıtmışdır. 04 avqust 2023-cü ildə nəvəsi Renatın doğum günü ilə əlaqədar Qaraş Güneli onun evinə gətirmiş, özü isə çıxıb getmişdir. Günel doğum günü məclisində iştirak edib, bir gecə qalmış və səhəri gün Qaraş onu evinə aparmışdır. 07 avqust 2023-cü ildə gecə saatlarında Qaraş Səidəyə zəng edərək Günelin sirkə turşusu içdiyini və onu xəstəxanaya apardığını demiş, qohumları ilə xəstəxanaya getmiş, Günel reanimasiyada olduğu üçün onunla danışa bilməmişlər. Həmin vaxtı nəvələri onun evində qalmışlar. Günel müalicə olunub sağalandan sonra xəstəxanadan çıxıb onun evinə gəlmiş, Qaraşın öz anasını ondan çox istədiyini, tez-tez onu döyüb-incitdiyini, ona yaxşı baxmadığını, buna görə də Qaraşdan boşanmaq istədiyini, lakin Qaraşın buna imkan vermədiyini, bu səbəbdən də ərini qorxutmaq üçün sirkə turşusu içdiyini, ər evinə gedərsə, yenidən sirkə içəcəyini demişdir. Günelin yenidən sirkə turşusu içməməsi üçün onunla razılaşmış, bundan sonra Qaraş barışmaq üçün tez-tez Səidəyə zəng etmiş, lakin Günel barışmaq istəməmişdir. Qaraş 16 avqust 2023-cü il tarixdə Güneli zəhərlənmə hadisəsinə görə izahat vermək adı ilə telefonla aldadıb, “Bayraq meydanı”nın yanına çağırmış, Səidə onun tək getməməsi üçün onunla birlikdə saat 15 radələrində deyilən yerə getmiş, bir neçə saatdan sonra isə evə qayıdıb, Qaraşın küçədə, onun yanında Güneli bıçaqla vurub öldürdüyünü xəbər vermişdir. Günelin meyitini morqdan götürüb dəfn etmişlər. Qaraş hər dəfə Günel ondan boşanarsa onu öldürəcəyini hamıya danışmışdır. Hesab edir ki, Günel boşanmaq istədiyi üçün Qaraş onu öldürmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Fərqanə Quliyeva məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxsla qızı Günel Quliyevanın münasibətləri yaxşı olmuş, Qaraş Bakı şəhərinə tez-tez gedib-gələndən sonra onların münasibətləri gərginləşmiş, Günel uşaqlarını götürüb tez-tez onlara gəlmişdir. Günel demişdir ki, Qaraş ona baxmır, evinə heç nə almır, dolanmaq çətindir, uşaqları və özü üçün yemək tapmır, quru çörəyə də möhtac qalıblar. Qaraş içib evə gələndə Güneli döyürmüş. Günel dəfələrlə ona demişdir ki, boşanmaq istəyir, o isə demişdir ki, rayon yeridir, lazım deyil, dözsün. Günelin qayınanası Şahid2 da tez-tez onlara gəlir və Qaraşla Güneli barışdırmağı deyir, yalvarəb Güneli evinə aparırmış. Qaraş elə oğlan idi ki, kimisə öldürməyə cəsarəti çatmazdı, kim deyə bilərdi ki, o, Güneli qətlə yetirəcək. Günelin işlətdiyi mobil telefonda başqa kişilərin nömrələri, qonşu Şahid6 şəkillərinin olduğunu bilməmiş, heç nədən xəbəri olmamış, aralarında nə kimi münasibət olmasından xəbərsiz olmuşdur. Günelin və ya Səidənin qonşu Fərid barəsində ona nəsə dediklərini xatırlamır, bəzi eşitmədiyi söz-söhbətləri məhkəmədə eşitmişdir. Qaraş yaxşı kişi olsaydı, Fəridə nəsə deyərdi. Qaraş yalan danışır, o, Günelə pul verməmişdir. Günel mağazada işləyəndə özü üçün yeni mobil telefon almış və dişlərini düzəltdirmişdir. Qaraş anası Ruhanəni çox istəmiş, anası nə demişdirsə, onu da etmişdir. Günelin qətlində Qaraşın anasının da günahı var. Baş verən rüsvayedici hadisənin birbaşa səbəbi Qaraşın bir kişi kimi Günelə diqqət, qayğı göstərməməsi və qonşu Fəridin qızını görmək bahənəsi ilə həyətlərinə daxil olması olmuşdur. X39 aralarında nələrin olduğunu bilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi təqsirləndirilən şəxsə qarşı mülki iddia və ya tələbi olmasa da, ondan şikayətçidir, məhkəmədən cinayət işinin ciddi araşdırılmasını və təqsirləndirilənin ən ağır cəzaya məhkum olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, sonradan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kimi tanınmış Şahid1 ifadəsində göstərmişdir ki, mərhum bacısı Günel Quliyeva 2016-cı ildə Salyan rayonu, Arbatan rayon sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Günel ailə qurandan bir müddət sonra əri ilə münasibətləri korlanmış, qaynanası Şahid2 onların arasını vurmuş, oğlunu özü ilə yatızdırmış, bacısının qızını əlindən alaraq özü saxlamışdır. Belə hallar Güneli əsəbiləşdirmiş buna görə də, boşanmaq həddinə gəlmiş, məhkəməyə müraciət etmiş, lakin sonradan anasının təkidi ilə ərizəsini geri götürmüşdür. Qaraş bir dəfə də Güneli döymüş, Günel ondan polisə şikayət etmiş, sonradan barışmışlar. Günel dəfələrlə Qaraşdan və anasında küsüb atası evinə qayıtmış, lakin sonradan barışıq olduğu üçün öz evinə geri dönmüşdür. Qaraş Günelə yaxşı baxmamış, onu səbəbsiz yerə döymüş, evə yemək almamış, bacısı hər şeydən korluq çəkmiş, özü həyətdə pomidor-xiyar, göy-göyərti, kartof əkib-becərmiş, yarpaq satıb uşaqlarına baxmış, son zamanlar hansısa kosmetika firmasında işə düzəlib evdən onlayn işləmişdir. Günel qazandığı pulu özü üçün xərcləmişdir. 17 iyun 2023-cü il tarixdə, səhər saatlarında Günel iki uşağı ilə anasının evinə gəlmiş, həmin vaxt onlara qonşuları Şahid6 gecə onun evinə girdiyini, arvadı Şahid5 gəlib Fəridi onun evindən çıxartdığını, onları söyüb təhqir etdiyini, Qaraşın evdə olmadığını, qaynansının çölə çıxıb bütün baş verənləri gördüyünü və gördüklərini Qaraşa deyəcəyindən, sonuncunun da onu öldürə biləcəyindən qorxduğu üçün gəldiyini demişdir. Az müddət sonra Günelin qaynanası Ruhanə gəlmiş və onlar birlikdə Günelin evinə qayıtmışlar. Ruhanənin bacısı Şahid7 ilə birlikdə Çimnazgilə getmiş, sonuncu onları görən kimi üstünə cumub əlbəyaxa olmuş, Günelin ünvanına nalayiq sözlər deyib, oradan köçməsini tələb etmişdir. Fəridin gəlməsini istəmiş, lakin onu tapa bilməmişdir. Ruhanə və Xatirə bu barədə Qaraşa heç nə deməyəcəklərinə söz vermişlər. Həmin gün Ruhanə ilə Günel Şamaxı rayonuna toya getmişlər. Bir müddət sonra Qaraş Bakıdan qayıtmış, onların ailəsində qonşu Fəridlə bağlı söz-söhbət olduğunu görməmiş və eşitməmişdir. 04 avqust 2023-cü ildə oğlu Renatın doğum günü ilə əlaqədar Qaraş Güneli onlara gətirib, özü geri qayıtmışdır. Günel doğum günü məclisində iştirak edib, bir gecə qalmış və səhəri gün Qaraş onu evinə aparmışdır. 07 avqust 2023-cü il tarixdə, gecə saatlarında Qaraş ona zəng edərək Günelin sirkə turşusu içdiyini və onu xəstəxanaya apardığını demiş, qohumları ilə xəstəxanaya getmiş, Günel reanimasiya şöbəsində olduğu üçün onunla danışa bilməmiş, bundan bir neçə gün sonra Günelə yemək aparanda bacısı tibb bacıları vasitəsi ilə telefonunu istəmiş, o da Günelin istəyini Qaraşa çatdırmışdır. Bir neçə gündən sonra Qaraş Günelin telefonunu evdən tapıb ona vermişdir. Günel sirkə turşusu içməsinin səbəbini ona, belə danışmışdır ki, evdə olan pis duruma, aclığa, evə ərzaq almaması səbəbindən 06 iyul 2023-cü il tarixdə Qaraşa ondan ayrılacağını bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, Qaraş onu boşanmağa qoymayacağını, boşanarsa evdən meyitinin çıxacağını bildirmiş, o da özünü öldürmək üçün evində gecə sirkə içmişdir. Günel xəstəxanadan çıxandan sonra onların evinə gəlmiş, Qaraşdan boşanacağını, ər evinə bir də qayıtmayacağını bildirmişdir. Qaraş zəng edib narahat etməsin deyə Günel telefonunun nömrəsini sındırıb atmşdır. Bundan sonra Qaraş tez-tez onun nömrəsinə zəng edərək Günellə danışmaq istəmiş, lakin Günel telefonu götürməmişdir. Qaraş çox israr etdiyi üçün məcbur olub Günellə onu bir neçə dəfə danışdırmış, əri bacısına gah boşanmasına razı olduğunu, gah barışmaq istədiyini deyib, onu narahat etmişdir. 16 avqust 2023-cü il tarixdə Qaraş zəng edərək Güneli çağırıb onunla danışmış və Güneldən öyrənmişdir ki, Qaraş onun sirkə turşusu içməsi ilə əlaqədar prokurorluğa çağırıldığını deyib. Günel əvvəlcə izahat verməyə getmək istəməmiş, sonra saat 15 radələrində “Bayraq meydanı”nın yanında Qaraşla görüşüb izahat verməyə gedəcəyini bildirib, onunla birlikdə getməsini istəmişdir. Günellə birlikdə saat 14:30-da evdən çıxmışdır. Evdən çıxmazdan əvvəl Qaraş dəfələrlə ona zəng edib tez çıxmalarını, gecikməmələrini tələb etmiş, Günellə evlərinin yanında Salyan şəhərinin mərkəzinə gedən mikroavtobusa minib Salyan dairəsində avtobusdan düşmüşlər. Görüşəcəkləri yerə getmək məqsədi ilə başqa avtobusa minmək istəyəndə Qaraş ona zəng edərək avtobusla yox, taksi ilə “Bayraq meydanı”nın yanındakı dayanacağa gəlmələrini, orada görüşüb bir yerdə izahat verməyə gedəcəklərini bildirmişdir. Ona görə də, yoldan keçən taksi ilə “Bayraq meydanı”nın yanındakı dayanacaqda düşüb, Qaraşı gözləməyə başlamışlar. Qaraşın gəlmədiyini görüb, ona zəng edib gözlədiklərini xəbər vermişdir. Qaraş piyada gəldiyini, onu gözləmələrini bildirmişdir. Susadıqları üçün su almaqdan ötrü yaxınlıqdakı mağazaya tərəf getməyə başlamışlar. Yol kəsişməsini keçib, yolin kənarında olan 6 saylı poçt məntəqəsinin qarsısa çatanda Qaraş qaça-qaça arxalarından gəlib səsləyərək onları dayandırmışdır. Qaraş ona, özünün tək gedib su almasını, Günellə orada söhbət edəcəyini demiş, bacısını tək buraxmaq istəməmiş, ürəyi nəsə pis bir şeyin olacağını hiss etmişdir. Qaraşa bacısını tək qoyub getməyəcəyini demiş, bu vaxt Qaraş gülümsədiyi üçün o da Günellə baxıb bir yerdə gülümsəmişlər. Bundan heç bir dəqiqə keçməmiş Qaraş harasındansa sol əli ilə bıçaq çıxarıb cəld hərəkətlə anidən iki dəfə dalbadal yuxarıdan aşağı Günelin sinəsinə zərbə endirmişdir. Hadisə anidən baş verdiyi və şokda olduğu üçün Qaraşın bu hərəkətinin qarşısını ala bilməmiş, yalnız onun bıçaq olan əlini tuta bilmişdir ki, Güneli üçüncü zərbədən qorusun. Bu vaxt Qaraş dartınıb əlindən çıxaraq, bıçağı yerə atıb, “Bayraq meydanı” tərəfə qaçıb getmişdir. Bacısı zərbələrdən sonda əlləri ilə sinəsini tutub dərin nəfəs almış və ləngərləyib yıxılmaq istəyəndə, onu əlləri ilə tutub qışqıraraq kömək istəmişdir. Qaraş Güneli bıçaqla vuranda ətrafda və yanlarında heç kim olmamışdır. Az sonra oradakı şəxslərdən kimsə 103 xidmətinə zəng edib, həkim çağırdığını xəbər vermişdir. Həkimin gəlməsini gözləməyib ətrafda olan avtomobillərin sürücüsündən Güneli xəstəxanaya çatdırmağı xahiş etmiş, qara rəngli markasını və nömrəsini bilmədiyi sedan tipli avtomobilin sürücüsü bacısını avtomobilin arxa oturacağına yerləşdirib, onunla birlikdə Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanaya çatanda həkimlər Güneli müayinə edib onun öldüyünü bildirmişlər. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, X40 İbrahimovdan boşanmaq istəmiş, sonuncu isə onu ölümlə hədələmişdir. Hadisə poçtun yanında “Türk dönəri” deyilən yerdə baş vermiş, Günellə çox yaxın məsafədə yan-yana dayanmışdır. Günel ölməmişdən qabaq Qaraş onun adını çəkəndə üzünə baxıb gülümsəyərkən onu bıçaqla vurmuşdur. Qaraş Günelin sol tərəfində dayanmış vəziyyətdə onu bıçaqlamışdır. Heç ağlına da gəlməzdi ki, Qaraş Güneli öldürər. Günelin bıçaqla vurulmasının səsini eşitmişdir. Qaraşın solaxay olduğunu bilməmişdir. Qaraş bacısını bıçaqla vuranda, birinci biçaq zərbəsini görməmiş, Günelin əlini sinəsinə qoyduğunu görmüş, Qaraşın Günelə vurduğu ikinci bıçaq zərbəsini görmüş və arxaya dartınıb üçüncü bıçaq zərbəsini vurmaq istəyəndə, tez onun qolundan tutmuş, o da qolunu dartıb çəkmişdir ki, Güneli bir də bıçaqlasın. Lakin həmin vaxt dəhşətli səslə qışqırdığından ətrafda olan insanlar onlara tərəf gəlmişlər və bu vaxt Qaraş qaçıb getmişdir. Qaraşla münasibəti yaxşı olmuşdur. X31 da münasibəti əvvəllər yaxşı olmuş, lakin sonradan pisləşməyə doğru getmişdir. Qaraşla Günel yeddi il evli olmuşlar. Bacısını Qaraş özü bəyənib almışdır. Qaraş Güneli çox qısqanırdı. Günel onlara gəlib qalanda Qaraş əsəbiləşir, tez-tez bacısı ilə maraqlanırmış. Hətta Qaraş bir-iki dəfə Güneli onun yanında döymüşdür. X35 Günelə demişdir ki, “boşanma, barışın ayıbdı, ailənizi dağıtmayın”. Günel bezdiyini və artıq Qaraşla yola getmədiyini onlara dəfələrlə bildirmişdir. Qaraşgilin qonşusu Şahid6la bağlı Günel ona bildirmişdir ki, Fərid özü gecə-gündüz onların qapısının yanında gəzir, hardansa onun nömrəsini tapıb ona yazır. X32 telefonla yazışıb-danışdıqlarını bilməmişdir. Günel dəfələrlə ona zəng edib demişdir ki, Qaraş onu döyür, evə heç nə almır, özü və uşaqları acdırlar. Günel onlara tez-tez gəlmiş, Qaraşdan ayrılmaq istəmiş, anasının ailəni dağıtma deməsi nəticəsində yenidən evinə qayıdırdı. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kimi Təqsirləndirilən şəxs şikayətçidir, Qaraş tək onun bacısı Günel Quliyevanı deyil, həm də onu öldürmüşdür, hələ də hadisənin təsirindən çıxa bilmir və məhkəmədən təqsirləndirilənin ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iki oğlu var. Təqsirləndirilən şəxs onun böyük oğludur və 28 avqust 2016-cı ildə dostunun baldızı X25 ilə el adəti ilə toy etməklə ailə qurmuş, Günel onun yaşadığı evə gəlin gəlmişdir. Qaraşın Günellə evliliyindən bir qız, bir oğlan olmaqla, iki uşağı var. 2019-cu ilədək Qaraşla Günel normal yaşamışlar, lakin 2019-cu ildən Günelin məişət məsələləri ilə əlaqədar onunla münasibəti pisləşmiş və sonuncunun ayrı yaşamaq istədiyini başa düşmüşdür. Buna görə də, Qaraş evlərinin həyətində olan boş torpaq sahəsində dördotaqlı, birmərtəbəli ev tikib, 2020-ci ildə ailəsini ora köçürtmüşdür. Günel Qaraşı sevməmiş, ondan səbəbsiz yerə boşanmaq istəmiş, özü üçün rahat həyat yaşamaq istədiyini, Qaraşın güya ona yaxşı baxmadığını, yemək-içmək, pal-paltar almadığını, Qaraşa başqa kişi ilə ailə qurub onun iş yerinin yanından gedib-gəlib ona acıq verəcəyini, uşaqlarını ona göstərməyəcəyini demişdir. Qaraş rayon ərazisində rüsvay olacağı və uşaqlarına görə ondan boşanmaq istəməmiş, bu səbəbdən aralarında dava-dalaş olmuşdur. Halbuki, Qaraş özü təkər təmiri işi ilə, həmçinin arabir müəyyən müddətlik Bakı şəhərinə gedərək fəhləliklə məşğul olub, qazancını ailəsi üçün yemək-içmək, arvaduşağına pal-paltar almağa sərf etmişdir. Özü də evində dərzi işlədiyindən pul qazanaraq Qaraşın uşaqlarına ərzaq, pal-paltar almışdır. Oğlu ilə birlikdə Günelin saçının rənglənməsinə, kosmetik vasitələrinədək pul xərcləmişlər. Günel əvvəllər işləməsə də, hadisədən bir-iki ay əvvəl adını bilmədiyi kosmetik vasitələr satan firma ilə internet üzərindən mal satışı ilə məşğul olmağa başlamış, qazandığı pullara elə həmin firmadan özü üçün kosmetik vasitələr almışdır. 2022-ci ilin əvvələrində, qış aylarında dəqiq bilmədiyi vaxtda Qaraş Günelin öz mobil telefonu ilə evinin hamamında gizli-gizli tanımadığı kişi ilə danışdığını eşitmiş və telefonu əlindən almaq istəyəndə Günel telefonu yerə çırpıb sındırmışdır. Həmin vaxt Günel heç bir kişi ilə danışmadığını, bacısı ilə danışdığnı bildirmiş, Qaraş da Günel üçün yeni mobil telefon almışdır. Günel son zamanlar mobil telefonunun ekranını, “WhatsApp”ı koda qoymuş, kodu Qaraşdan gizlətmiş, telefonunu araşdırmağa imkan verməmiş, buna görə də aralarında mübahisə olmuşdur. Qaraş Günelin danışıqlarına, davranışına, onun başqa kişi ilə xəyanət etdiyinə şübhələnərək, onu sorğu-sual etmiş, o da Qaraşa kobud cavab verərək, onu daha da şübhəyə salıb qıcıqlandırmışdır. 2022-ci ilin iyun ayında xatırlamadığı gündə qonşuları Şahid5 ona, Günelin onun əri Şahid6 “WhatsApp”da gizli mesaj yazdığını aşkar etdiyini, Günelin Fəridlə bu cür münasibətlərindən xoşu gəlmədiyini, ərinin Günellə ona xəyanət etdiyindən şübhələndiyini bildirərək, Günelin bu cür hərəkətlərinin qarşısını almasını istəmiş, bu barədə Günelə deyəndə, sonuncu özünü müdafiə etmək üçün müxtəlif yalanlar uyduraraq, heç nəyi boynuna almamışdır. Qaraş evdə olmayanda dəfələrlə Günelin evində qalmaq istəsə də, Günel buna imkan verməmiş, 2023-cü ilin təxminən 12-14 iyun tarixlərində Qaraş yenə də on gün müddətinə işləmək üçün Bakı şəhərinə getmiş, 17 iyun tarixində Şamaxı rayonunda yaşayan bacısı nəvəsinin toyuna dəvət olunduqlarından toya hazırlıq məqsədi ilə ayın 16-da Güneli Salyan şəhərində yaşayan dırnaq ustasının yanına aparıb dırnaqlarını düzəltdirib evə qaytarmışdır. Həmin gün, yəni, ayın 16-dan 17-nə keçən gecə, saat 02 radələrində nəvəsi Ruhanəni çimizdirdikdən sonra aparıb evində Günelə təhvil vermişdir. Uşağı Günelə verəndə Günel yatmamış, hamamdan çıxmış, ev xalatında olmuş, nəvəsi Rəşad isə yatmışdır. Sonra öz evinə qayıdaraq yatmışdır. Əri ilə kiçik oğlu Mahir də evdə yatmışlar. Gecə saat 03 radələrində həyətindən kişi və qadın qışqırıq səsləri eşidib, oğlu Mahirlə yuxudan oyanıb həyətə çıxmış və görmüşdür ki, çəpər qonşusu Fərid arvadı Çimnazı oğlu Qaraşın evi tərəfdən əli ilə ağzından tuta-tuta darvazaya tərəf çəkib aparır. Çimnaz ərinin onun ağzını tutmasına baxmayaraq, yenə də qışqıraraq gəlini Günelin ünvanına nalayiq sözlər demiş, ərini onun evindən çıxartdığını iddia etmişdir. Həmin vaxtı Günel öz evinin içində olmuşdur. Çimnazdan nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, “qəhbənizi yığışdırın, ərimdən uzaq tutun, bundan artıq nə olacaq, ərimi Günelin yanından çıxartmışam”. Fərid arvadının çox danışmasına imkan verməyib, onu evinə aparmışdır. Oğlu Mahir evə girib əynini geyinərək Fəridin evinə getmiş, o isə Günelin yanına girmişdir. Günel onu salonda qarşılamış, xalatda, həyəcanlı vəziyyətdə olmuş, qızarmışdır. Nəvələrinin ikisi də yatmış vəziyyətdə olmuşlar. Güneldən nə baş verdiyini soruşduqda, o, əvvəl heç nəyi boynuna almamış, bir qədər sonra isə Fəridin onun yanına gələrək onunla cinsi əlaqədə olduğunu danışmışdır. Utandığından nə edəcəyini bilməmiş, dili-ağzı qurumuş, başı dönmüşdür. Günel ona bildirmişdir ki, bu barədə heç kimə heç nə deməsin, o da azyaşlı qızını həmişəlik ona verib, Qaraşdan ayrılaraq atası evinə köçsün. Fərid baş vermiş rüsvayedici hadisədən sonra Bakı şəhərinə çıxıb getmişdir. Səhəri gün Günelin anası evinə getdiyini görüb, yenə də onun arxasınca getmişdir. Bu dəfə Güneli yola gətirib evinə qaytaranda, sonuncunun bacısı Şahid1 Fəridin Günelə sataşmasını aydınlaşdırmaq üçün onlarla birlikdə evlərinə gəlmiş, evə çatanda bacısı Şahid7 artıq onun evində olmuşdur. Səidə ilə Xatirə Çimnazgilə getmişlər. Bundan sonra Çimnazgilin həyətində qışqır-bağır eşidib, özü də oraya getmiş, çatanda Çimnazla Səidinin əlbəyaxa olduqlarını görmüş, Çimnazın onun gəlini Günelin fahişəliklə məşğul olduğunu dediyini eşitmişdir. Onları aralaşdırıb Səidəni evinə aparmış, aranı sakitləşdirmək üçün sonuncunu öz evinə yola saldıqdan sonra Günel, nəvələri, Xatirə və özü Şamaxı rayonuna toya getmişlər. Bir gün orada qalıb ertəsi gün qayıtmışlar. 06 avqust 2023-cü ildə, saat 23 radələrində Qaraş həyəcanlı vəziyyətdə onu çağıraraq Günelin sirkə turşusu içdiyini və onu yuxudan oyatdığını demişdir. Dərhal onlara gedərək Günelin həyətdə qarnını tutub dayandığını görmüş, ondan nə üçün bunu etdiyini soruşduqda, cavab vermişdir ki, “içdim da”. Qaraşla birlikdə Güneli qonşularının maşını ilə xəstəxanaya aparmışlar. Xəstəxanada tibb işçilərinə Günelin əsəbiləşdiyi üçün sirkə turşusu içdiyini bildirmişdir. Günel bir neçə gün xəstəxanada müalicə olunmuşdur. Günel öz mobil telefonunu evdə sellofana büküb stolun arxasında gizlətmiş, Qaraş da telefonu tapıb hansısa ustaya aparıb kodunu sındıraraq yoxlamışdır, çünki Günel telefonu həmişə ondan gizlətmişdir. Parol sındığı üçün telefonda olan bütün məlumatlar və fotoşəkillər silinmişdir. Qaraş telefonu aparıb Günelə vermişdir. Avqust ayının 12-də Günel xəstəxanadan çıxıb atası evinə getmiş, Qaraşa ondan boşanacağını deyib, evə qayıtmamışdır. 16 avqust 2023-cü ildə Səidənin telefonu ilə Günellə danışaraq, oğlundan boşananda onun əxlaqsızlıq etdiyini deyib, uşaqları ondan alacağını bildirmişdir. Həmin gün saat 13 radələrində Qaraş ona Günelin sirkə turşusu içməsi ilə əlaqədar onunla görüşüb birlikdə izahat verməyə gedəcəyini xəbər verərək evdən çıxıb harasa getmiş, saat 13:30-da ona zəng edərək Günellə görüşübgörüşmədiyini soruşmuş, o da Salyan şəhərinin mərkəzində Güneli gözlədiyi cavabını vermişdir. Bundan bir neçə dəqiqə sonra, saat 14 radələrində oğlu Mahir zəng edərək Qaraşın zəng edib, ona başına iş gələcəyini xəbər verdiyini deyib, onu axtarıb tapmasını istəmiş, hövlank vəziyyətdə Qaraşı axtarmağa çıxmış, bu zaman bacısı oğlu Ceyhunu görmüş və sonuncu onu öz avtomobilinə mindirəndən sonra Qaraşın arvadı Güneli vurması barədə ona telefonla məlumat verdiyini bildirmişdir. Şahid2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Günel Quliyeva tez-tez küsüb evdən çıxıb anasıgilə getmiş, hər dəfə onun ayağına gedib anasıgildən evlərinə gətirmişdir. Günel hər dəfə anası evinə gedəndə və geri qayıdanda uşaqlarını da özü ilə aparıb gətirmişdir. Qız nəvəsini daha çox istəyir. Günellə Şahid6 arasında baş verənlər barədə ailə üzvlərinə və yaxın qohumlarına, həmçinin Günelə tapşırmışdır ki, bu rüsvayedici hadisəni ört-basdır etsinlər ki, oğlu Təqsirləndirilən şəxs baş verənlərdən xəbəri olmasın. Hadisədən bir neçə gün sonra Qaraş rayona qayıtmış, onun davranışlarından artıq hiss etmişdir ki, o, baş verənlərdən məlumatlıdır, lakin uşaqlarına görə Günelə pis münasibət göstərmir. Qaraş heç vaxt ailəsini ac saxlamış, Güneli işləməyə qoymamış, həmişə evinə bazarlıq etmiş, arabir o da Qaraşgilə maddi yardım etmiş, nəvələri və gəlini üçün paltarlar tikmişdir. Son vaxtlar Günellə Qaraşın münasibətləri pisləşdiyindən, Günel ona zəng edərək ac olduğunu, evlərində ərzaq olmadığını bildirmişdir. 2023-cü ilin iyun ayından Qaraşla Günelin münasibətləri artıq pozulmağa başlamış, Qaraş son vaxtlar Güneldən şübhələndiyini və onun soyuq münasibət bəslədiyini bildirmişdir. Qaraşa münasibətləri pisə doğru gedirsə, ən yaxşı çıxış yolu kimi boşanmağı demiş, lakin Qaraş uşaqlarına görə boşanmayacağını bildirmişdir. Günellə bağlı çox məlumat bilsə də, Qaraşdan gizlətmişdir. Qaraş ünsiyyətcil, hörmətli, evinə qazanc aparan adam olmuşdur. Qaraşın Güneli qətlə yetirəcəyi ağlına belə gəlməmişdir. Nəvələri hazırda mərhum Günelin X35nın evində qalır və sonuncu ona nəvələri ilə görüşməsinə icazə vermir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qardaşı Şahid3 anası Şahid2 ifadəsinə uyğun, oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, gəlinləri Günel Quliyeva ilə qonşuları Şahid6 arasında yaşananlarla bağlı söz-söhbətin kənd sakinləri arasında günü-gündən daha çox yayıldığını hiss etməyə başlamış, kənd sakinləri onu görəndə öz aralarında Günel haqda pıçıldaşaraq ona salam verməmiş, salamını almamışlar. Bu hal get-gedə ona çox pis təsir etməyə başlamış, artıq kənd sakinlərindən utanmış, belə olan halda kənddə yaşaya bilməyəcəyini görüb, iş-gücünü ataraq Bakı şəhərinə köçərək, orada yaşamağa başlamışdır. Kənddən çıxarkən Qaraşa arvadı Günelin düzgün yolda olmadığını deyib, onu boşamasını istəmişdir. Qaraşın pis hadisə törətməməsi üçün Qaraş ondan soruşsa da, Fəridlə Günel arasında baş verənləri ona xəbər verməmişdir. 16 avqust 2023-cü il tarixdə, saat 14:55-də Bakı şəhərində olduğu vaxt Qaraş öz mobil telefonu ilə zəng edərək hadisə törədəcəyini deyib, Bakıdan evlərinə qayıdaraq anası və qızından muğayat olmağı xahiş etmiş və telefonu söndürmüşdür. Qaraşın Günellə bağlı nəsə edəcəyini başa düşmüş və bunun qarşısını almaq üçün dərhal anasına zəng edib Qaraşın dediklərini ona çatdıraraq, Qaraşı tapmağı tapşırmışdır. Bundan bir neçə saat sonra anası ona zəng edib, Qaraşın küçədə Güneli bıçaqla vurub öldürdüyünü xəbər vermişdir. Günellə Fəridin arasında olanları aydınlaşdırmaq üçün Fəridin üzərinə gedəndə, sonuncu hadisənin ona aid olmadığını və evinə çıxıb getməsini bildirmişdir. Günellə Fəridin mobil telefon nömrələrinin bir-birində olması barədə, habelə Günelin kimlərləsə yazışdığını bilməmişdir. Günelin bacısı Şahid1 ilə Qaraşın arasında yaxşı münasibət olmuş, Qaraş Səidənin yanında Güneli qətlə yetirməklə ondan hər hansı qisas almaq istəməsi barədə ona nəsə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi sənəddə adı Çimnaz olsa da, el arasında Aytən adı ilə tanınır. Təqsirləndirilən şəxs onun çəpər qonşusu olub. Əvvəllər Qaraş və onun ailəsi ilə münasibəti normal olmuşdur. On ildir ki, həmin kənddə gəlindir, bir dəfə də olsun Qaraş haqqında kimsə tərəfindən pis qonşu olduğu barədə eşitməmişdir. Qaraş zəhmətkeş, işgüzar, sakit təbiətli, ailəsinə münasibətdə qayğıkeş bir insan olmuşdur. Qaraşın arvadı X25 onlara gedib-gələndə, əri Şahid6 ilə isti münasibət qurduğunu, onunla şən zarafatlar edib, deyib-güldüyünün şahidi olmuş, Günel heç öz əri Qaraşla belə mehriban münasibətdə olmamışdır. Hətta bir dəfə Günelə bu barədə iradını da bildirmiş, buna baxmayaraq, Günel hərəkətlərini davam etdirmiş, evinə az-az gəlsə də, ərini küçədə görəndə onunla eyni hərəkətləri etmişdir. Günel həm də çox açıq-saçıq geyimlər geyinir, daim bəzəkli olmuşdur. 29 iyun 2022-ci il tarixdə ərinin telefonu onda olanda Günelin telefon nömrəsindən onun “WhatsApp”ına sms gəlmiş, sms mətnində əvvəlcə nöqtə, vergül işarələri, sonra isə “qorxdum pis” sözü yazılmış, Günelə cavab verərək Çimnaz olduğunu, telefonun onda olmasını demiş, ertəsi gün Günelin evinə gedərək ona ərinə sms göndərməsinin, səmimi sözlər yazmasının səbəbini soruşmuş, Günel müxtəlif bəhanələr gətirmişdir. Fəridə bu barədə dedikdə, o, heç nəyi boynuna almamışdır. Bundan bir neçə ay sonra Günel yenə də ərinə sms yazmış, bu dəfə Günelin qaynanası Şahid2 Günelin hərəkətləri barədə deyib, onu pis yoldan çəkindirməyi istəmiş, Günelə də telefonda iradını bildirərək, küsüb əlaqəsini kəsmişdir. Əri Fəridlə bu barədə danışanda, o, Günelin özünün ona ilişdiyini, onu narahat etdiyini bildirmişdir. Günel tez-tez ərindən küsüb atası evinə gedəndə “WhatsApp” statusunda özünün açıq-sacıq, cəlbedici şəkillərini paylaşmış, buna görə də bir dəfə Günelə öz iradını da bildirmiş, o da cavab vermişdir ki, “kim məni bəyənirsə belə bəyənsin, geyimim budur”. 2023-cü ilin iyun ayının 16-dan 17-nə keçən gün, gecə saatlarında əri Fərid sərxoş vəziyyətdə evdən çıxıb harasa getmiş və telefonu evdə qoymuşdur. Xeyli müddət keçməsinə baxmayaraq, Fərid evə qayıtmadığı üçün narahat olaraq onu axtarmağa başlamış, küçədə Fəridi tapmamış, Günelin evinin yanından keçəndə evin pəncərəsi olmayan otağından qadın və kişi pıçıltı səslərini eşidib, gecə vaxtı olduğundan şübhələnmiş, səsini çıxartmayıb qulaq asanda kişi səsinin Fəridə, qadın səsinin isə Günelə məxsus olduğunu bilmişdir. Onlar pıçıltı ilə danışdıqlarından dialoqun məzmununu tam eşitməsə də, Günelin: “Fərid! bəsdi, gəl, yoxsa gözümdən düşərsən!” sözlərini deməsini eşidib, pəncərəyə yaxınlaşaraq Fəridə çölə çıxmasını demiş, özü evin həyət darvazasından içəri həyətə keçərək uca səslə deyinə-deyinə Günelin evinin pilləkəninə tərəf gedəndə Fərid evin qapısından cəld çölə çıxıb əlləri ilə onun ağzından tutmuşdur ki, səsi çıxmasın. Həmin vaxtı Fəridin şalvarının qayışı açıq vəziyyətdə omuşdur. Səsinə Günelin qaynanası Ruhanə və qayını Şahid3 çölə çıxmışlar. Əsəbiləşdiyi üçün Günelin ünvanına nalayiq sözlər demiş, Fərid onu dartıb evinə aparmışdır. Evlərində Fəridi sorğusual edəndə Fərid Günelin özünün onu evə çağırdığını bildirmişdir. Belə ki, Fərid Günelin ona zəng edərək evinin elektrik qurğusunda nasazlıq olduğunu və gəlib düzəltməsini deməsini bildirmişdir. Öz evlərində Fəridlə ucadan danışıb xeyli mübahisə etmişdir. Rüsvayedici hadisədən sonra Fərid bir neçə gün utandığından onunla danışmamış, Qaraş Bakıdan kəndə qayıdanda Fəridlə o Qaraşla heç bir dialoqa girməmişlər. Qaraş kəndə qayıtmamışdan əvvəl, anası Ruhanə onun evinə gələrək nə baş verdiyini soruşduqda, Günellə Fəridi evdə bir yerdə tutduğunu danışaraq Güneli qovmalarını istəmiş, səhəri gün Ruhanədən eşitmişdir ki, Günel gecə vaxtı uşaqlarını da götürüb evdən qaçmışdır. Az sonra Ruhanənin bacısı Şahid7 və Günelin bacısı Şahid1 onun evinə gələrək bütün təqsirin onda olduğunu iddia etmiş, onlara Günelin əxlaqsız hərəkətləri davam edərsə, bu işin yaxşı qurtarmayacağını demiş, Səidənin onun uşaqlarının ünvanına qarğış etməsinə dözməyib onun saçlarını yolaraq evindən qovmuşdur. Bundan on-on beş gün sonra əsəbləri soyumadığı üçün Günelin yeni telefon nömrəsini öyrənərək “WhatsApp”da ona əri ilə olan məsələ barədə iradını bildirmiş, Günel də ona nalayiq smslər yazmışdır. Ruhanənin evinə gedib, şikayətlənmək istəyəndə Günel həyətə çıxıb üstünə hücum çəkərək ünvanına nalayiq sözlər demiş, bu vaxt Mahir onlara gələrək məsələni dəqiqləşdirmək istəmiş, o da sonuncuya Günelin onun ərindən əl çəkməsini, onu yığışdırmalarını tələb etmişdir. Bundan sonra Günelin Fəridlə olan münasibəti barədə qonşularına ətraflı danışmış, daha sonra kənd sakinləri arasında hadisə barədə məlumat yayıldığını eşitmişdir. Günel Quliyevanın evdə və ya başqa yerdə əri Fəriddən başqa yad kişilərlə görüşüb-görüşmədiyini dəqiq bilməmiş, ancaq onun tez-tez uzun-uzadı telefonla danışdığını görmüş, avqust ayının əvvəlində qonşulardan eşitmişdir ki, Günel sirkə içib xəstəxanaya düşüb, lakin onun bunu nə üçün etdiyini bilməmişdir. Xəstəxanadan çıxandan sonra Günel anası evinə getmiş, geri qayıtmamışdır. 16 avqust 2023-cü il tarixdə Qaraşın Güneli küçədə bıçaqla vurub öldürməsini eşitmişdir. Günel Fərid tərəfindən hədələndiyi haqqında ona heç nə bildirməmiş, Fəridin mobil telefonu onda olmuş və Günel ona, Fəridi ondan uzaq tutması məzmunda sms göndərməmişdir. Qaraşgilin həyətində baş verən rüsvayedici hadisənin birbaşa səbəbkarı mərhum Günelin özü olmuşdur. Vaxtında Günel barəsində tədbir görülsə idi, bu hadisə baş verməzdi. Əri Fərid hazırda Laçın şəhərində işləyir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs xalası Şahid7 bacısı Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs kənddə yaxşı, ailəsini çox sevən bir insan kimi tanınır. Qaraşın arvadı X25 çox qorxmaz, risk etməyi sevən bir qadın olmuş, açıq-saçıq geyinmiş, özünə həddindən artıq bəzək-düzək vermiş, tez-tez təklikdə uzun-uzadı telefonla danışmışdır. Günelin məhz bu kimi xüsusiyyətləri onun ərinə xəyanət etməsinə şübhə yaratmışdır. Günel Qaraşla davranışlarında kobudluq və üzərində hökmranlıq etmiş, onun hərəkətlərindən Qaraşı sevmədiyi, bəyənmədiyi müşahidə olunmuş, mütəmadi olaraq əsassız yerə ona “yaxşı baxmamaqda” günahlandırmışdır. 2023-cü ilin əvvəllərindən başlayaraq Ruhanədən qonşuları Şahid6 Günellə yaxın münasibəti yaranmasına şübhələndiyini, bir neçə dəfə Fəridin onların evindən çıxdığını gördüyünü danışdığını eşitmişdir. Fərid kənddə insanların namusuna sataşan “alkaqolik” kimi tanınmışdır. Günel Fəridlə bir yerdə yaxalanandan dərhal sonra Günellə görüşüb, onu sorğu-sual edəndə, sonuncu utanmadan bildirmişdir ki, “tay vsyo xala, bundan artıq nə olacaq, biabır oldum”. Bundan bir neçə gün sonra 2023-cü ilin iyul ayında, dəqiq xatırlamadığı gündə Qaraş onun evinə qonaq gələndə ikilikdə söhbət əsnasında Qaraş ona kənddə gəzə bilmədiyini, Günelə görə biabır olduğunu demiş, Qaraşın bu danışığından onun Günellə bağlı kimdənsə nəsə eşitdiyini başa düşmüş, Fəridlə Günelin arasında baş verənlərin kiminsə Qaraşa çatdıra biləcəyindən, Qaraşın da xoşagəlməz hadisə törədə biləcəyindən qorxaraq həmin məlumatı özünün ona verməsini qərara almış, Qaraşa bir neçə gün əvvəl qonşusu Şahid5 Fəridlə Güneli bir yerdə tutduğunu deyib, həmin hərəkətinə görə Güneli boşamasını məsləhət görmüşdür. Qaraş əlləri ilə öz başına vurub ağlamış, biabır olduğunu demişdir. Onu sakitləşdirərək, bir neçə misal çəkib öyüd-nəsihət vermiş, o da əsəbi formada Güneli boşamayacağını deyib, evdən çıxıb getmişdir. Qarşılıqlı olaraq mərhum Günellə bir-birlərinin xətirini istəmişlər. Bacısı Ruhanə ilə diz çökərək Günelə yalvarmışlar ki, özünü yığışdırsın, Qaraşın qəzəbindən özünü qorusun, uşaqları var, ailəsini dağıtmasın. 2023-cü ilin iyun ayında Qaraşgilin həyətində baş verən rüsvayedici hadisədən sonra bütün kənd, qohum-qonşular Günelin barəsində qeyri-etik ifadələr işlətmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonunun Arbatan kəndində yaşayır və orada işıq montyoru və mexanik kimi işləyir. Təqsirləndirilən şəxs çəpər qonşusu olmuş, uşaqlıqdan bir yerdə böyümüşlər, münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt mübahisə, dava-dalaş, münaqişə olmamışdır. Qaraş özü yaxşı insan olmuş, arvadı X25 isə özündən çox razı, arxayın qadın olmuş, danışıqlarından Qaraşı bəyənmədiyi hiss olunmuşdur. Günel tez-tez onların evinə gəlib-getmiş, küçəyə çıxmışdır. Günel onun “WhatsApp”ına bir neçə dəfə xoş sözlər yazmış, hətta arvadı Şahid5 onun mesajını görərək Günelə iradını bildirmişdir. Qonşu olduqları üçün Günellə yaxın münasibət qurmaqdan çəkinmiş, dəfələrlə arvadına Güneli bu hərəkətinə görə danlamağı tapşırmış, arvadı da Günelin hərəkətləri barədə qaynanası Şahid2 məlumat vermişdir. Dava-dalaş düşməməsi üçün Qaraşa Günelin hərəkətləri barədə heç nə deməmişdir. Günelə “WhatsApp” vasitəsi ilə 2022-ci ildə xatırlamadığı vaxtda bir dəfə öz fotoşəkilini göndərmişdir. 2023-cü ilin iyun ayının 16-dan 17-nə keçən gecə evində spirtli içki içərək sərxoş olmuş, küçəyə çıxıb tək qapısının qarşısında pivə içməyə başlamışdır. Təxminən saat 02-də Günel küçəyə çıxaraq kənardan ona, evində tək olmasını, evin elektrik “rozetkasında” nasazlıq olduğunu deyib, baxması üçün evinə çağırmış, bir qonşu kimi Günelin arxasınca onun yaşadığı evə girmiş, evdə Güneldən başqa heç kim olmamışdır. Günel evin dəhlizindəki “rozetkanı” göstərib problem olduğunu demiş, baxanda nasazlıq görməyib, evdən çıxmaq istəyəndə Günel ona yaxınlaşaraq əlindən, qolundan tutmuş, onu özünə tərəf çəkib qucaqlamış, ondan xoşu gəldiyini bildirmiş, dartınıb əlindən çıxmaq istəyəndə ona “belə eləmə gözümdən düşürsən” demişdir. Günelə bu hərəkətinin doğru olmadığını, əri Qaraşla yaxşı münasibəti olduğunu deyib, çölə çıxmaq istəyəndə küçədən arvadı Çimnazın səsini eşitmişdir. Çimnaz onun adını çəkərək, olduğu yerə gəldiyini bildirmiş, dərhal qapıdan həyətə çıxıb, Günelin evinin qapısının qarşısında arvadı ilə üz-üzə gəlmişdir. Çimnaz qışqır-bağır salmaq istəyəndə əli ilə onun ağzını tutub küçəyə çıxartmış, sonuncunun səsinə Ruhanə və Mahir də çıxmışlar. Çimnaz Günelin ünvanına nalayiq sözlər demiş, onu güclə sakitləşdirib evinə aparmışdır. Çimnaz onun Günellə intim münasibətdə olduğundan şübhələndiyini deyib, onunla davadalaş etmiş, az sonra Ruhanə onlara gələrək Çimnaza sakit olmağı, məsələni yoluna qoyacağını bildirmişdir. Həmin gün sərxoş olduğu üçün evində yatmışdır. 16 avqust 2023cü il tarixdə, axşam saatlarında qonşusundan Qaraşın Güneli küçədə bıçaqla vurub öldürdüyünü eşitmişdir. Şahid6 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla Günel Quliyeva 2015-2016-cı illərdə ailə qurmuşlar və Güneli məhlələrinə gəlin gələn vaxtdan tanımışdır. Digər qonşularla olduğu kimi Günellə də bir qonşu kimi yaxşı münasibəti, bir-birlərinə gedişgəlişləri olmuşdur. Səhər işinə gedərək axşam evinə qayıtmışdır. Günel öldürülməmişdən təxminən iki ay əvvəl onunla telefonla danışaraq, “WhatsApp” vasitəsi ilə mesajlaşmışdır. Günel dəfələrlə ona mesaj yazıb, zəng edərək evində olan elektrik problemini həll etməsini xahiş etmişdir. Günelin onu narahat etməməsi üçün hətta mobil nömrəsini dəyişmiş, lakin sonuncu Qaraşın telefonundan onun yeni mobil nömrəsini götürmüşdür. Qaraşın həyətinə daxil olduğu vaxt üzərində olan mobil telefonda 051 ***-**-** nömrəsi olmuş, Günelin nömrəsini xatırlamamışdır. Günelin onu pis niyyətlə evinə dəvət etməsini bilməmiş, evə daxil olduqdan sonra Günel onu qucaqlamış, lakin o, Güneli geri itələmiş, Günel də ona artıq onun gözündən düşməsini bildirmişdir. Günelin evinə daxil olarkən pis niyyəti olmamış, lakin içkili vəziyyətdə olmuşdur. Günel yox, başqa qonşusu olsaydı belə, yenə də gedib kömək edərdi. Günel onun içkili olmasından istifadə edərək evinə dəvət etmiş, sonradan başa düşmüşdür ki, Günelin onu evə dəvət etməkdə məqsədi onunla yaxın münasibət qurmaq olmuşdur. Günel dəfələrlə mobil telefonuna zəng edərək, “WhatsApp” vasitəsi ilə ona müxtəlif durğu işarələri göndərmiş, “ay pis, hardasan, cavab ver” və sair məzmunlu mesajlar yazmış, onun mesajlarını cavabsız qoymuş və arvadının bütün bunlardan xəbəri olmuşdur. Mobil telefonunu arvadından gizlətməmiş, kod-parola qoymamışdır. Günellə aralarında rabitə əlaqəsindən savayı intim münasibət, ümumiyyətlə heç nə olmamış, gizli görüşməmişlər. Günel onun şəkillərini “WhatsApp” statusunda paylaşarkən oradan götürmüş, Günelə qeyri-etik şəkillərini göndərməmişdir. İlkin olaraq Günel ona yazmışdır. Axırıncı dəfə Günelin ona nə vaxt yazdığını xatırlamamış, Günelin mobil nömrəsini hansı səbəbdən bloka atmaması barədə suala “bilmirəm” deyə cavab vermişdir. Məhkəmə iclasında cinayət işi üzrə Şahid4 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən “Ayazlı” xırdavat mağazası var və orada VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazada bütün növ xırdavatlar, o cümlədən müxtəlif növ bıçaqlar satır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisədən sonra sosial şəbəkələrdə yayılan məlumatlardan eşitmişdir ki, Qaraş 16 avqust 2023-cü il tarixdə, günorta saatlarında küçədə arvadı X18 bıçaqla vurub öldürmüşdür. Hadisəni biləndən sonra xatırlamışdır ki, həmin tarixdə, saat 14 radələrində mağazasında olarkən Qaraş tək halda əynində cins şalvar, qısaqol qara rəngli köynəklə normal vəziyyətdə mağazasına gəlib, oradan bir ədəd bıçaq alaraq getmişdir. Belə ki, Qaraş mağazada olan bir neçə bıçağa baxaraq əvvəlcə qatlanan, dəstəyi açıq qəhvəyi rəngli bıçaq alıb getmiş, bir neçə dəqiqədən sonra mağazaya qayıdıb əvvəl aldığı bıçağı qaytarıb, ondan bir qədər böyüyünü, eyni formalı olan bıçağı 7 (yeddi) manata alıb getmişdir. Qaraş bıçağı alanda, bıçağın şalvarın qayışına keçirmək üçün qoburunu götürməmiş, bıçağı şalvarının arxa ciblərindən birinə qoyub, mağazadan çıxmışdır. Qaraş bıçağı alarkən qarpız kəsmək üçün istifadə edəcəyini bildirmişdir (cild 01, i.v. 220-222; cild 02, i.v. 94-95). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğu Salyan Rayon Prokurorluğunun 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-03). Salyan Rayon Prokurorluğunun 16 avqust 2023-cü il tarixli təqririndən görünür ki, 16 avqust 2023-cü il tarixdə, saat 16:00-da Salyan Rayon Polis Şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna Təqsirləndirilən şəxs arvadı X1 bıçaqla vuraraq öldürməsi barədə telefonla məlumat daxil olmuşdur (cild 01, i.v. 04). Salyan Rayon Prokurorluğunun 16 avqust 2023-cü il tarixli protokolundan görünür ki, ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin X38 filialının 6 saylı şəhər poçt şöbəsinin inzibati binasının sağ küncündə, divardan 122 sm. aralıda ot və bitki kolları arasında, torpaq üzərində aşkar edilmiş 1 (bir) ədəd tiyəsi açıq vəziyyətdə, qatlanan tipli bıçaq, həmin poçt şöbəsinin inzibati binasının sol küncündən 9,5 metr aralıda, “Türk Dönəri” kafesinin binasından yola tərəf 5,6 metr aralı məsafədə asfalt üzərində 32X28 sm. sahədə aşkar edilmiş qeyri-müəyyən formalı, qurumuş qanabənzər maddədən nümunlər götürülmüş, fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 05-11). Salyan Rayon Prokurorluğunun 16 avqust 2023-cü il tarixli protokolundan görünür ki, X12 meyitinə baxış keçirilmiş və əynində olan geyim əşyaları, yəni kofta və şalvar götürülmüş, mərhumun şəxsiyyət vəsiqəsinin surəti və fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 12-19). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası’’ X41 Təcili və X21 Stansiyasının 89 nömrəli, 16 avqust 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir (cild 01, i.v. 24). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24 X41 42 nömrəli, 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X12 ölümünə səbəb kəskin qanitirmə, ürək kisəsinin, ürəyin, sağ ağciyərin zədələnməsi, sağ döş boşluğuna daxili qanaxma, bədənin kəsilib-deşilmiş yaraları olmuşdur (cild 01, i.v. 25). Salyan Rayon Prokurorluğunun 16 avqust 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə yaxın qohumuna məlumat verilmiş və ona, sənədlərin surəti təqdim olunmuşdur (cild 01, i.v. 26-28). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin 07 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 01:15-də Salyan Rayon Mərkəzi Xəstəxanasından rayonun Arbatan kəndində yaşayan X2 turşusu içməsi və sirkə essensiyası diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 56). Nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X25 ilə 27 oktyabr 2016-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 25 dekabr 2017-ci ildə Ruhanə, 07 mart 2019-cu il tarixdə Rəşad adlı iki uşağı dünyaya gəlmişdir (cild 01, i.v. 61-62). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24 X41 sağlamlığa zərərvurmanın təyininə dair 405 nömrəli, 17 avqust 2023-cü il tarixli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmamışdır (cild 01, i.v. 63-64). Salyan Rayon Prokurorluğunun 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v 65-66). Salyan Rayon Məhkəməsinin 4(057)-80/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 avqust 2023-cü il tarixdə, saat 16:00-dan hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 86-88). Salyan Rayon Prokurorluğunun 17 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin X38 filialının 6 saylı şəhər poçt şöbəsinin inzibati binasının qarşısına gələrək poçtun giriş qapısından küçəyə doğru yeddi metrədək aralı məsafədə, yol kənarındakı ağacların altında dayanıb əli ilə həmin yeri göstərərək bildirmişdir ki, 16 avqust 2023-cü ildə, saat 15 radələrində arvadı Günel Quliyevanı həmin yerə çağırmış, sonunucu oraya bacısı Səidə ilə gəlmiş, Səidəyə su almağa getməsini tapşırmış, lakin sonuncu getməmiş, başqa vaxt fürsət tapa bilməyəcəyini düşünərək niyyətini həyata keçirmək üçün qəflətən cəld hərəkətlə bir az əvvəl mağazadan alıb üzərində gəzdirdiyi bıçağı şalvarının sol arxa cibindən çıxarıb, dərhal sol əli ilə bıçaqla üstdən aşağı endirməklə Günelin ürək nahiyəsinə dalbadal iki zərbə endirmiş, sonuncu zərbəni vurandan sonra bıçağı çıxararaq dərhal poçtun qarşısında olan kolluğa tullayıb, polisə təslim olmaq üçün oradan qaçıb getmişdir. Təqsirləndirilən şəxs 6 saylı şəhər poçt şöbəsinin inzibati binasının ön sağ künc hissəsində ot və bitki kollarını əli ilə göstərərək, Güneli vurduqdan dərhal sonra bıçağı həmin yerə atdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən “Ayazlı” xırdavat mağazasının qarşısına gedib, mağazanın giriş qapısını göstərərək bildirmişdir ki, Güneli öldürmək üçün 16 avqust 2023-cü ildə, saat 14 radələrində həmin mağazada kişi satıcıdan 7 (yeddi) manata bir ədəd qatlanan tipli bıçaq almış, fotoşəkillər, DVD disk protokola əlavə olunmuş, məhkəmə iclasında diskə baxış keçirilmişdir (cild 01, i.v. 89-94). Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 16 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə, saat 16:30-da könüllü Polis şöbəsinə gələrək, həmin gün saat 15:20-də arvadı Günel Quliyevanı küçədə qısqanclıq zəminində bıçaqla vuraraq qətlə yetirdiyini və hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə məlumat verdiyini bildirmişdir (cild 01, i.v. 98). Salyan Rayon Prokurorluğunun 18 avqust 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi, bacısı X19 məxsus “Samsung Galaxy A04e” markalı, “SM-A042F\DS” modelli mobil telefon götürülmüş və baxış zamanı müəyyən olunmuşdur ki, baxış keçirilən əşya bir ədəd sensor ekran və “Android 13" əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A04e” markalı, "SM-A042F/DS” modelli, “**********03568, **********03564" İMEİ kodlu mobil smartfon- mobil telefon cihazıdır. Telefonun korpusu açıq çəhrayı rəngli olmaqla plastik materialdandır. Telefon iki nömrə ilə istifadə olunandı, nömrə yerləri boşdur, üzərində nömrə kartı və mikrokart yoxdur, video və şəkil çəkmək üçün ön və arxa kamerası vardır. Şahid1 bildirdiyinə gorə telefonun ekran kodu “6699g”-dir. Həmin koddan istifadə edilməklə telefonun içərisinə baxış keçirildi. Telefon saz və işlək vəziyyətdədir. Telefonun «menyu» düyməsindən istifadə edilməklə içərisindəki «mesaj» papkasına baxış keçirildi. Daxil olan və çıxan mesaj papkasının boş olduğu müəyyən edildi. Telefon kitabçasında zənglərin siyahısı boşdur. Telefon kitabçasının yaddaşında müxtəlif nömrələr mövcuddur. Telefonda «WhatsApp», "Facebook", “İnstagram”, “Tik-tok” sosial şəbəkə proqram tətbiqləri yoxdur. Telefonun səs yazısı qovluğu boşdur, “Qalereya" adlı qovluğunda müxtəlif şəkil və videolar vardır. Həmin şəkil və videolara baxış keçirildikdə iş üzrə əhəmiyyət kəsb edəcək iki video material aşkar edildi. Hər iki videoda Günel Quliyevanın tək halda danışıqlarının çəkildiyi video kadrlar vardır. Birinci video 01 dəqiqə 08 saniyə, ikinci video isə 01 dəqiqə 27 saniyə müddətindədir. 01 dəqiqə 08 saniyəlik video xx.xx.2023-cii ildə, saat 12:17-də, 01 dəqiqə 27 saniyəlik video isə xx.xx.2023-cü ildə, saat 12:19-da çəkilmişdir. 01 dəqiqə 08 saniyəlik vıdeodakı Gunel Quliyevanın danışdığı mətn aşağdak kimidır: “X10, bu gün ayın 16-sı səkkınci ay 2023-cü il, bu gun məni polisdən çağırırlar, mən uksus içib canıma qəsd etmək istəmişdim nıyə görə? yoldaşım düz gəlmirdi mənimlə, söyürdü, təhqir edirdi, evə baxmırdı, yeyib-içmək almırdı evə, quru çörəyin özünə həsrət qalırdıq, uşaqlar qazanı açıb mama yemək istəyirəm deyə ağlayırıdı, neçə dəfə dedim belə eləmə, hər kəs kimi gözəl ailəmiz olsun, gördüm başa düşmür, neçə dəfə ayrılmaq istədim, ayrılmır, mən də götürdüm canıma qəsd etdim, mənə hədə-qorxular edirdi, mənə deyirdi səni öldürəcəm, səni belə eləcəm, elə eləcəm, mən də canıma qəsd etdim, indi də məni təhqir edirlər, mənə zəng edirlər ki, əgər ərizəni, şikayətini geri götürməsən sənin boynuna şər atıb uşaqlarını səndən alacıq. 01 dəqiqə 27 saniyəlik videodakı Gunel Quliyevanın danışdığı mətn aşağıdakı kimidir: “X10, bu gün ayın 16-sı səkkincı ay, 2023-cü il, mən uksus içib canıma qəsd etmək istəmişdim, indi məni polisdən çağırırlar ki, necə olub necə olmayıb. İndi mənə bayaqda zəng gəldi yoldaşım tərəfdən, qaynanam mənə hədə-qorxular gəldi ki, sən uşağı bizə verməlisən, sən uşağı bizə verməsən sənin boynuna şərlər atacuq, səni belə edəcik, səni elə edəcik, ona görə mən də istədim bu videonu çəkim qalsın, mənə nəsə olsa bu videoya baxarlar, yəni ki, mən o insana görə canıma qəsd elədim, evə baxmırdı, dolanmırdı mənimlə, ağzına gələni deyirdi təhqirlər edirdi, uşaqlar evdə acından ölürdü, uşaqlar qazanı açanda, hər məndən yemək istəyəndə Allah haqqı yaman günə düşürdüm, pis olurdum ki, uşaqlarım acdı, bir tikə çörəyin üzünə həsrətdilər uşaqlarım, evə baxmır, dolandırmır, qazandığını da gedib işləyir demirəm işləmir, əziyyətlə işləyir, ancaq evə heç nə alıb gətirmir, pis-pıs şeylərə verir, pis qadınların yanına gedir, pulları pispis yerlərə gedir, burda hər şeyi demək istəmirəm. Baxış zamanı Şahid1 könüllü olaraq təqdim etdiyi yuxarıda təsvir olunan əşya araşdırma üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 99-101). Salyan Rayon Polis Şöbəsinin 16 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Salyan rayonunun Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs 051 ***- **-** nömrəli mobil nömrədən zəng edib, arvadını bıçaqladığını bildirərək, polisin onu aparmasını xahiş etmişdir (cild 01, i.v. 104). Salyan Rayon Polis Şöbəsinin 16 avqust 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Salyan rayonunun Arbatan kəndində yaşayan X25 ölmüş vəziyyətdə xəstəxanaya gətirilmiş və əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulması bildirilmişdir (cild 01, i.v. 105). Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 627 nömrəli, 18 avqust 2023-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Arbatan kəndində yaşayır və ailə tərkibi valideynləri, qardaşı, arvadı, 25 dekabr 2017-ci il və 07 mart 2019-cu il təvəllüdlü qızı və oğlundan ibarətdir, nümayəndəliyə onun barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır (cild 01, i.v. 108-109). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Salyan Rayon Mərkəzi Xəstəxanası’’ X41 19 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixi-nevroloji, narkoloji və onkoloji qeydiyyatında deyildir (cild 01, i.v. 166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Salyan Rayon Mərkəzi Xəstəxanası’’ X41 23 avqust 2023-cü il tarixli arayışından görünür ki, X25 xx.xx.2023-cü il tarixdə, saat 23:00-da "sirkə essensyası ilə zəhərlənmə" diaqnozu ilə təcili yardım bölməsinə daxil olmuşdur. Xəstə daxil olarkən özünün sirkə essensiyası qəbul etdiyini bildirmiş, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə qədər reanimasiya şöbəsində müalicə olunandan sonra kafi vəziyyətdə cərrahiyyə şöbəsinə köçürülmüş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evinə buraxılmışdır (cild 01, i.v. 202-203). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X38 Filialının 21 avqust 2023-cü il tarixli, 16/86 nömrəli məktubundan görünür ki, həmin filialın 6 saylı şəhər poçt şöbəsi ünvan 3 ünvanda yerləşir (cild 01, i.v. 208). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Salyan Rayon Mərkəzi Xəstəxanası’’ X41 22 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X12 adına xəstəxananın T və TTYS-na 16 avqust 2023-cü ildə, saat 15:28-də çağırış verilmiş və sonuncu xəstəxananın TYB-nə ölü gətirilmişdir. Günel Quliyeva xəstəxananın narkoloji və psixo-nevroloji kabinetlərində qeydiyyatda deyil (cild 01, i.v. 209). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 19 avqust 2023-cü il tarixli, 234 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın qeydiyyatında deyildir (cild 01, i.v. 210). Salyan Rayon Polis Şöbəsinin 27 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir (cild 01, i.v. 247-249). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi’’ X41 21 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb və qeydiyyatda deyildir (cild 01, i.v. 250). Salyan rayonunun Arbatan kəndinin bir qrup sakini tərəfindən imzalanmış 20 avqust 2023-cü il tarixli aktda Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmiş, ona törətdiyi əməldən müdafiəsində kömək olunması xahiş edilmişdir (cild 01, i.v. 251). "xxxx" MMC-nin 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 051 526-61-95, 051 923-95-95 mobil nömrələri Təqsirləndirilən şəxs; 051 550-75-22, 051 503-61- 30, 051 528-56-69 mobil telefon nömrələri X12 adına qeydiyyata alınmışdır (cild 01, i.v. 252). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i.v. 254-255). Salyan Rayon Polis Şöbəsinin 15 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, əldə olunmuş məlumata əsasən hadisə ilə bağlı hər hansı şəxsin təşəbbüsünün olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs ilə X12 arasında münaqişə olması müəyyən edilmiş, Günel Quliyevanın ərindən başqa görüşdüyü şəxsin olmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olan “Samsung 10A” markalı mobil telefonu hansı istiqamətə atması, eləcə də, həmin mobil telefonu tapmaq mümkün olmamışdır (cild 01, i.v. 259). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’’ X41 22 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, i.v. 260). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24 X41 “meyitin ekspertizasına dair’’ 42 nömrəli, 16 sentyabr 2023-cü il tarixli 42 nömrəli rəyində göstərilmişdir ki, X12 meyiti üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- kəskin qanitirmə, ürək kisəsinin, ürəyin zədələnməsi, sol və sağ döş boşluğuna qansızma ilə nəticələnən, döş qəfəsinin ön səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl doş qəfəsinin ön sol səthinin bir ədəd daxilə nüfuz etməklə ürək kisəsinin və ürəyin, döş qəfəsinin sağ ön səthinin bir ədəd ağciyərin yuxarı payının zədələnməsi daxilə və xaricə qanaxma ilə nəticələnən yaraları iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törədilmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli, hansı ki, onun ölümünə səbəb olmuş ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Günel Quliyevanın ölümünə səbəb döş qəfəsinin ön səthinin döş boşluğuna keçən, ürək kisəsini, ürəyi, sağ ağciyərin yuxarı payını zədələyən və kəskin qanitirmə törədən yaraları olmuş, o, həmin xəsarəti alarkən ayaq üstə və yaxud ona yaxın vəziyyətdə ola bilərdi. Onun bədəninin ön səthi xəsarət yetirən şəxslə qarşılıqlı vəziyyətdə olmuşdur. Yara kanalının istiqaməti öndən arxaya, nisbətən yuxarıdan aşağıya doğrudur. Günel Quliyevanın xəsarətləri eyni ardıcıllıqla, bir alətlə yetirilmişdir. Xəsarətlər özü tərəfindən yetirilə bilməzdi. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, Günel Quliyevanın ölümü onun meyitinin meyitxanada müayinəsindən təxminən 2-3 saat əvvəl baş vermiş, meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Günel Quliyeva xəsarət aldıqdan sonra məqsədyönlü hərəkət edə bilməzdi (cild 02, i.v. 16-20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24 X41 “maddi sübutların ekspertizasına dair’’ 588/2023 MTBŞ nömrəli, 22 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd pambıq topası, X19 məxsus cins şalvar və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də, Günel Quliyevaya məxsus ola bilər (cild 02, i.v. 41-45). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “kompüter texniki ekspertizasına dair” 5/1198 nömrəli, 22 sentyabr 2023-cü il tarixli ekspert rəyindən göstərilmişdir ki, təqdim edilmiş 1 (bir) ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A04e” markalı, “SM-A042F/DS” modelli “**********03568, **********03564” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir; mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1198” adlı iş çantasında bir ədəd "DVD-R” tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu; rəyin “tədqiqi hissəsi”nin üçüncü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A04e” markalı, “SM-A042F/DS” modelli mobil smartfonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitabçası, sms mesajlar, daxil olan, yığılan, buraxılmış zənglər, foto, audio və video fayllar, “WhatsApp”, “WhatsAppBusiness” proqram təminatlarında aparılmış məlumat mübadiləsi və s.) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat aparılması mümkün olmadı; mobil smartfonun yaddaşında hal-hazırda “WhatsApp” proqram təminatında aparılmış məlumat mübadiləsi müəyyən olunmadı; disk rəyə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən olunmuşdur (cild 02, i.v. 47-50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24 X41 “maddi sübutların ekspertizasına dair’’ 415/2023-MTKŞ nömrəli, 28 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X19 məxsus koftanın ön hissəsinin yuxarı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə (alətlərlə) törənməsi inkar olunmur. Günel Quliyevaya məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 02, i.v. 53-55). Salyan Rayon Prokurorluğunun 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi üzərində qan ləkəsi olan, soyuq silah hesab edilən 1 (bir) ədəd bıçaq, zərərçəkmiş şəxs X19 məxsus üzərində qan ləkəsi və zədə olan kofta və şalvar, hadisə yerindən aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 (bir) ədəd pambıq topası maddi sübut kimi tanınaraq prokurorluğun maddi sübutları saxlama otağına təhvil verilmiş, “Samsung Galaxy A04e” markalı, “SM-A042F\DS” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılmışdır (cild 02, i.v. 59-61). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X41 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6077 nömrəli, 23 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya və alkoqolizm xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 65-67). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X41 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2722 saylı, 25 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, aparılmış eksperimental psixoloji müayinə gedişində onun idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır, əqli və intellektual imkanları normaya uyğundur, ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqeyə malik olmaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 02, i.v. 68-71). Salyan Rayon Məhkəməsinin 3(057)-42/2020 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarəetmə hüququnun 8 (səkkiz) ay müddətə məhdudlaşdırılmasına dair məhkəmənin 17 avqust 2017-ci il tarixli, 3(057)-599/2017 nömrəli qərarına xitam verilmişdir (cild 02, i.v 73). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nazirlik tərəfindən ovçuluq bileti verilməmişdir (cild 02, i.v. 108). Salyan Rayon Prokurorluğunun 23 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən 07 sentyabr 2023-cü il tarixli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid6 məxsus 051 ******* nömrədən Günel Quliyevaya məxsus 051 ******* nömrəyə 2022-ci il, iyunun 25, 27, 28, 29, iyulun 02, 03, 06, 07, 08, 15, 19, 30, avqustun 23 tarixlərində müxtəlif saatlarda olmaqla cəmi 42 dəfə zəng edilərək danışıq aparılmış; Təqsirləndirilən şəxs məxsus 051 ******* nömrə ilə Şahid6 məxsus 051 ******* nömrə arasında xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 101 dəfə qarşılıqlı danışıq olmuş; Günel Quliyevaya məxsus 051 ******* nömrə ilə Lerik rayonu, Babaküçə kənd sakini X9 adına olan 050 ******* nömrə arasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 132; Günel Quliyevaya məxsus 051 ******* nömrə ilə Kürdəmir rayonu, Ərəbxana kənd sakini X6 adına olan 050 ******* nömrə arasında xx.xx.2023-cü ildən xx.xx.2023-cü ildək 55; Günel Quliyevaya məxsus 9451 ******* nömrə ilə X14 adına olan, Sabirabad rayonu, Zəngənə kənd sakini X7 istifadəsində olmuş 050 ******* nömrə arasında xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək 32; Günel Quliyevaya məxsus 9451 ******* nömrə ilə Ağdam rayonu, Mərzili kənd sakini X26 məxsus 055 ******* nömrə arasında xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək 24 dəfə qarşılıqlı danışıq olmuşdur. Disklərdəki daxil olan və çıxan mesaj mətnlərinin yerləşdirildiyi səhifələrə baxış keçirildikdə orada aşağıdakılar müəyyən edildi: “xx/xx/2023, 21:49:54, **********, **********, Niye baxmırsan hee gir vacapa baqisdada; xx/xx/2023, 21:51:04, **********, **********, Yanimda adam vardısa nolar xayis gir ora işim var gedirəm eve biraz səsini eşdim”. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə, saat 15:25-də istifadəsində olan mobil telefonun 051 ******* nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək 33 saniyə müddətində danışmışdır (cild 01, i.v. 257-258; cild 02, i.v. 134-135). Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X25 və Şahid1 bacıdırlar (cild 2, i.v. 141-143). Salyan Rayon Prokurorluğunun 13 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4 və 228.4-cü maddələrinə tövsif edilmiş, onun barəsində həmin Məcəllənin 120.2.1, 120.2.2, 125 və 221.3-cü maddələri ilə, Şahid2 haqqında cinayət işinin başlanılması rədd edilmişdir (cild 02, i.v. 150-184). Salyan Rayon Prokurorluğunun 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs soyuq silah satılması faktı üzrə hazırkı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmış və aidiyyat üzrə göndərilmişdir (cild 02, i.v. 185-186). Salyan Rayon Prokurorluğunun 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməklə, əlavələr edilərək, o, həmin Məcəllənin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 192-194). Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Salyan Rayon Təhsil Sektoru E.Ağayev adına Arbatan kənd tam orta məktəbinin 2 nömrəli, 10 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs qızı Ruhanə İbrahimzadə həqiqətən 2022/2023-cü tədris ilində həmin məktəbin məktəbəhazırlıq qrupunda təhsil almışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X22 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, 228.4-cü maddəsində isə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Həm məhkəmə baxış iclasında, həm də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş, arvadı Günel Quliyevanı öldürməsini etiraf etsə də, onu baldızının gözü qarçısında, xüsusi amansızlıqla öldürmək fikrində olmadığını, qalan hissədə əməlini etiraf edərək, peşmançılığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci tarixli 3 saylı Qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərin hüquqi tövsifi məsələsini həll etmişdir. Bu mənada məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs baldızı Şahid1 bacısı Günel Quliyevanın ölümünü görməsini istəmədiyi, belə bir fikri olmadığı, Güneli xüsusi amansızlıqla öldürmək, hadisələrin yekunda bu nəticəyə gəlməsini istəməməsi barədə göstərdiyi xüsusatlar işin faktiki halları və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, iki azyaşlı uşağının olduğunu, cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, könüllü şəkildə gedib hüquq-mühafizə orqanına təslim olmasını, yaşayış yeri və kənd sakinləri tərəfindən müsbət xarakterizə olunmağını, peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, həmin Məcəllənin 228.4-cü maddəsində isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır, 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli isə 15.2-ci maddəyə görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Salyan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi üzərində qan ləkəsi olan, soyuq silah hesab edilən 1 (bir) ədəd bıçaq, hadisə yerindən aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 (bir) ədəd pambıq topası məhv edilməli; zərərçəkmiş şəxs X19 məxsus üzərində qan ləkəsi və zədə olan kofta və şalvar onun hüquqi varisi X3 qaytarılmalı; zərərçəkmiş Günel Quliyevaya məxsus “Samsung Galaxy A04e” markalı, “SM-A042F/DS” modelli mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 avqust 2023-cü il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Baş Prokurorluğu Salyan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi üzərində qan ləkəsi olan, soyuq silah hesab edilən 1 (bir) ədəd bıçaq, hadisə yerindən aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 (bir) ədəd pambıq topası məhv edilsin; zərərçəkmiş şəxs X16 məxsus üzərində qan ləkəsi və zədə olan kofta və şalvar onun hüquqi varisi X3 qaytarılsın; zərərçəkmiş Günel Quliyevaya məxsus “Samsung Galaxy A04e” markalı, “SM-A042F/DS” modelli mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-248/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-248/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver