Məhkəmə qərarları › İş №1(099)-249/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-249/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-249/2024 14.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X179, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri, Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X110, zərərçəkmiş şəxslər X90, X111, X33, X180, X51, X201, X202, X141, X91, X203, X204, X112, X235, X92, X181, X236, X71, X93 və X34 iştirakları ilə, 01 dekabr 1971-ci ildə Cəlilabad rayonu Andreyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X113 Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X205 öz övladı, 05 yanvar 2005-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan X182 tərbiyə etmək vəzifəsini daşıdığı halda əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə Vüsal Qasımovu cinayətkar fəaliyyətə cəlb etmiş, habelə tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Vüsal Qasımovla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu Qarazəncir kənd sakini X52 pensiya düzəltdirəcəklərinə dair Vüsal Qasımovla birlikdə yalan vədlər verib aldadaraq 2019-cu ilin noyabr ayının sonlarında Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində sonuncunun 2300 manat pulunu Vüsal Qasımovla birlikdə ələ keçirərək zərərçəkmişə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsini daşıdığı halda təkrarən öz övladı, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X182 əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, habelə təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Vüsal Qasımovla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Vüsal Qasımovla birlikdə Cəlilabad rayonu Sabirabad kənd sakini X114 3950 manat pul qarşılığında arvadı X14 pensiyasını bərpa etdirəcəklərini və özünə pensiya düzəltdirəcəklərinə dair yalan vədlər verib aldadaraq 2021-ci ilin fevral ayının əvvəllərində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən notariat kontorunun yanında Vüsal Qasımovla birlikdə 700 manat, 2021-ci ilin fevral ayının sonlarında Cəlilabad şəhəri H.Əliyev prospektində Vüsal Qasımovla birlikdə 2000 manat, 2021-ci ilin iyul ayının ortalarında Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon mərkəzi xəstəxanasının yanında Vüsal Qasımovla birlikdə 300 manat, 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında Vüsal Qasımovla birlikdə 950 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 3950 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə arvadı X72 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X183 əldə edəcəkləri gəlirdən pay verəcəklərini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad şəhər sakini X73 pensiya düzəltdirəcəklərinə, habelə sonuncunun oğlu X115 pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 2021-ci ilin avqust ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən Vəfa Mirzəyevanın yaşadığı evin həyətində Vüsal Qasımovla birlikdə 9000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə arvadı X72 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad şəhər sakini X18 4000 manat pul qarşılığında pensiya düzəltdirəcəklərinə dair yalan vədlər verib aldatmış, aralarında əldə edilmiş razılaşmaya əsasən 2021-ci ilin sentyabr ayının ortalarında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən “Gül” adlı gözəllik salonunda X246 Məmmədovadan 1300 manat, 2021-ci ilin sentyabr ayının sonlarında həmin gözəllik salonunda sonuncudan 2700 manat olmaqla, ümumilikdə 4000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək birlikdə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini X142 5500 manat pul qarşılığında arvadı X53 pensiya düzəltdirəcəyinə və özünün pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 08 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Lökbatan dairəsi”-nin yaxınlığında 5000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində həmin yerdə 500 manat olmaqla ümumilikdə 5500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X184 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu Günəşli kənd sakini X143 arvadı X54 pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldatmış aralarındakı razılaşmaya əsasən Teymur Cəfərov 2022-ci ilin fevral ayının ortalarında Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad RMX-nın həyətində yerləşən mühafizə əməkdaşlarının istirahət etdikləri otaqda cinayət barədə xəbərsiz olan X19 vasitəsilə Şahlar Şabanovun 1500 manat pulunu ələ keçirərək birlikdə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsini daşıdığı halda təkrarən öz övladı, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X182 əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, habelə təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X237 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu Kazımabad kənd sakini X74 1900 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldatmış, aralarındakı razılaşmaya əsasən 2022-ci ilin fevral ayının ortalarında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən Cəlilabad rayon Təhsil şöbəsinin qarşısında Vüsal Qasımovla birlikdə Zahid Nəsirovdan 1400 manat, 2022-ci ilin aprel ayının sonunda Cəlilabad rayonu Kazımağabad kəndi ərazisində X295 Nəsirovdan 500 manat almaqla, ümumilikdə sonuncunun 1900 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsini daşıdığı halda təkrarən öz övladı, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan, X182 əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, habelə təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X237 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Şorbaçı kənd sakini X25 4650 manat pul qarşılığında qardaşı X55 pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldatmış, aralararındakı razılaşmaya əsasən 10 aprel 2022-ci il tarixdə saat 15 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində Əlirövşən Aslanovdan 2000 manat, 22 aprel 2022-ci il tarixdə saat 10 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən X1rşısında Vüsal Qasımovla birlikdə 2650 manat almaqla ümumilikdə 4650 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Cəlilabad şəhər sakini X56 1200 manat pul qarşılığında sonuncunun oğlu Həsən Məmizadənin pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2022-ci ilin iyun ayının əvvəllərində Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “dairə” adlanan ərazidə 700 manat, 2022-ci ilin sentyabr ayının sonlarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Rizvan” şirkəti ticarət mərkəzinin qarşısında 500 manat olmaqla ümumilikdə 1200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsini daşıdığı halda təkrarən öz övladı, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X182 əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, habelə təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X237 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad şəhər sakini X26 6000 manat pul qarşılığında arvadı X57 və özünün pensiyasını bərpa etdirəcəklərinə dair yalan vədlər verib aldatmış, habelə xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində X237 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında X51 və X57 pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb həmin şəxslərə vermiş, aralarındakı razılaşmaya əsasən X305 Fərzəliyevdən 2022-ci ilin oktyabr ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Rizvan” ticarət mərkəzində 1000 manat, 2022-ci ilin noyabr ayının əvvəllərində Cəlilabad RMX-nın inzibati binasının həyətində Akif Qasımovla birlikdə 2000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Xəzər inşaat” tikinti materialları mağazasında 1500 manat, 2021-ci ilin dekabr ayının ortalarında həmin tikinti materialları mağazasında 1500 manat olmaqla Anar Fərzəliyevin ümumilikdə 6000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X204 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq X144 qızı Məryəm Hacıyevanın pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 2022-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Nəsimi rayonu, Bülbül prospektində yerləşən H.Əliyev adına parkda Rəfail Əhədova verilmiş 1500 manat, xx.xx.2022-ci il tarixdə saat 00:12 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Oskar market”-də olan "xxxx" ödəmə terminalı vasitəsilə Rəfail Əhədovun adına olan **********739491 nömrəli bank kartına köçürülmüş 500 manat, xx.xx.2022-ci il tarixdə Qazax şəhəri, H.Əliyev prospekti 107 ünvanında yerləşən “Bazar store” ticarət mərkəzində olan eManat ödəmə terminalı vasitəsilə Rəfail Əhədovun adına olan **********739491 nömrəli bank kartına köçürülmüş 2300 manat, 2022-ci ilin noyabdekabr ayları ərzində Bakı şəhəri ərazisində yerləşən marketlərdən Rəfail Əhədovun adına olan **********739491 nömrəli bank kartına köçürülmüş 2500 manat olmaqla, ümumilikdə 6800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Üçtəpə kənd sakini X58 4200 manat pul qarşılığında oğlu Mirşahin Salmanovun pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldatmış, 2022-ci ilin oktyabr ayının sonlarında Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində Kamil Salmanovun 4200 manat pulunu X237 vasitəsilə ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə arvadı X72 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X183 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu Üçtəpə kənd sakini X145 5700 manat pul qarşılığında oğlu Musa Əhədovun pensiyasını bərpa etdirəcəklərinə dair yalan vədlər verib aldatmış, aralarında əldə edilmiş razılaşmaya əsasən 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bravo” supermarketdən Milliön ödəmə portalı vasitəsilə Kəmalə Qasımovaya “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1800 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında həmin marketdən “Milliön” ödəmə portalı vasitəsilə qeyd olunan bank kartına köçürülmüş 1200 manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Araz market”-dən ödəmə portalı vasitəsilə həmin bank kartına köçürülmüş 1000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-dən ödəmə portalı vasitəsilə həmin bank kartına köçürülmüş 800 manat, 2022ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bravo” supermarketdən Milliön ödəmə portalı vasitəsilə həmin bank kartına köçürülmüş 700 manat olmaqla Rəfail Əhədovun ümumilikdə 5700 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu Uzuntəpə kənd sakini X146 1700 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 11 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz market”-də olan Milliön ödəmə terminalı vasitəsilə Kamil Salmanovun verdiyi plastik bank kartına köçürülmüş 1700 manat pulu ələ keçirib zərərçəkmiş həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsini daşıdığı halda təkrarən öz övladı, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X182 əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, habelə təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X237 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Alaşar kənd sakini X75 4800 manat pul qarşılığında qohumu X147 pensiyasını bərpa etdirəcəklərini vəd verib aldadatmış, aralarında əldə edilmiş razılaşmaya əsasən 2022-ci ilin noyabr ayının sonlarında Vüsal Qasımovla birlikdə Cəlilabad şəhəri, Qurtuluş prospektində İsmayıl Kərimovun 1800 manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad RMX-nın inzibati binasının həyətində 1500 manat, 2022-ci ilin dekabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 4800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X183 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Təzəkənd kənd sakini X185 1600 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəklərini vəd verib aldatmış, həmçinin xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində X237 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Naib Bayramovun pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb həmin şəxsə vermiş, 28 noyabr 2022-ci il tarixdə, saat 21:20 dəqiqədə Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-nə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1600 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X183 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq X275 arvadı X95 pensiya düzəldəcəklərinə dair yalan vədlər verib aldadaraq, 01 dekabr 2022-ci il tarixdə saat 00:23 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “Meyvəli market”-də olan eManat ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 800 manat pulu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış X183 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq X186 qızı Rüqəyya İsayevanın İİ qrup əlil kimi pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 01 dekabr 2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMCnə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1400 manat pulu ələ keçirib zərərçəkmiş həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış X183 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq X35 nəvəsi X76 pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldatmış, həmçinin xx.xx.2022-ci il tarixdə, Cəlilabad rayonu ərazisində X237 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında X76 pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb Şahbaz Qarayevə verməklə 01 dekabr 2022-ci il tarixdə saat 18:17 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-nə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1800 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X183 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Təzəkənd kənd sakini X36 1500 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəklərini vəd verib aldatmış, həmçinin xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində X237 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Qurbanxan Bayramovun pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb həmin şəxsə vermiş, 08 dekabr 2022-ci il tarixdə, saat 13:25 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMCnə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1500 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa o, yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsini daşıdığı halda təkrarən öz övladı, xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan X182 əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, habelə təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X237 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Biləsuvar şəhəri, Babək küçəsi, ev 14-də yaşayan X37 İİ qrup əlil kimi pensiyasını bərpa etdirəcəklərinə dair yalan vədlər verib aldadaraq, həmçinin xx.xx.2022-ci il tarixdə, Cəlilabad rayonu ərazisində Vüsal Qasımov və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhəmməd Məmmdovun pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb həmin şəxsə vermiş, 22 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Cəlilabad rayonu, Alar kəndində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanışı X96 vasitəsilə 2000 manat, 07 yanvar 2023-cü il tarixdə saat 14:59 dəqiqədə Cəlilabad rayonu, Alar kəndində yerləşən “Alar market”-də olan "xxxx" MMC-nə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 3000 manat və 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən “Qoz bağı” kafesinin həyətində həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollar olmaqla ümumilikdə 8400 manat pulunu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, Bakı küçəsi ev 33də yaşayan X116 1200 manat pul qarşılığında arvadı X148 pensiya düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 11 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən 4 saylı tam orta məktəbin qarşısındakı çayxanada sonuncunun 1200 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X205 ona Azərbaycan Respublikası CM-in 170.3, 178.2.1, 178.2.2 və 178.2.4 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Cəlilabad rayonu Qarazəncir kəndində yaşayır, fəhlə işləyərək ailəsini dolandırmışdır. Oğlu əsgərlikdədir, arvadı ruhi xəstədir. Ailə vəziyyəti ilə əlaqədar olaraq ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmişdir. Dələduzluq nəticəsində vurduğu ziyanın 50 min manatını ödəmişdir, qalan hissəsini də ödəməyə söz verir. O, Cəlilabad rayonu ərazisində özünü pensiya düzəldə bilən şəxs kimi təqdim etdiyindən rayon ərazisində bir çox şəxs onu bu işlərlə məşğul olan insan kimi tanımışdır. Ayrı-ayrı dələduzluq cinayətləri ilə bağlı onu deyə bələr ki, X90 onun qonşusudur, ona ehtiyacı olduğunu bildirməklə ondan borc olaraq 2300 manat pul almışdır. Nurəddin Cəfərovdan pensiya işini həll etmək adı ilə pul almamış, borc kimi almışdır. Nurəddin Cəfərov bankdan kredit götürməklə ona vermişdir. Həmin pulun 1700 mnatını ödəmiş, qalan hissəsini də ödəməyə söz verir. Nurəddindən pul almasında oğlu Vüsal iştirak etməmişdir. X117 Cəlilabad rayonu Sabirabad kənd sakini kimi tanıyır. Paşa Bayramovun arvadı Nəzakətin pensiyası kəsilmişdir. Onun pensiyasını bərpa etdirmək üçün Paşa Bayramovdan üç-dörd dəfəyə 3950 manat pul almışdır. Paşa Bayramovdan pul almasında oğlu Vüsalın iştirakı olmamışdır. Cəlilabad şəhər sakini X77 arvadı Kəmalənin qohumu kimi tanımışdır. Vəfanın özünün və oğlu Ayxanın kəsilmiş pensiyasının düzəldilməsi üçün ondan 7000 manat pul almışdır. Vəfadan 9000 manat yox, 7000 manat pul almışdır. X15 pensiyasını düzəlmək üçün ondan 2000 manat pul almışdır. Həmin pulun 1400 manatını qaytarmışdır. Qarğılı kənd sakini X118 özünə və həyat yoldaşına pensiya düzəltmək üçün ondan 5000 manat pul almışdır. Həmin pulu tam ödəmiş və barışıq ərizəsi almışdır. 2022-ci ilin fevral ayının ortalarında tanışı Cəlilabad rayonu, Şiləvəngə kənd sakini X184 ona yaxın adamdır. Cəlilabad rayonu Günəşli kənd sakini X54 pensiyasını bərpa etdirməyi ona Teymur demişdir. Mahirə Şabanovanın pensiyasını düzəltmək üçün ondan 1200 manat pul almışlar. Həmin pulun 600 manatı ondadır. Kazımabad kənd sakini X74 pensiyasının bərpası üçün ondan cəmi 1200 manat pul almışdır. Həmin pulun 400 manatını pensiya işlərinə xərcləmiş, qalan hissəsini isə tam ödəmişdir. Cəlilabad rayonu Şorbaçı kənd X27 Cəlilabad rayon sakini kimi tanımışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Əlirövşənlə Cəlilabad şəhər ərazisində görüşmüş və ona qardaşı X3 pensiyasının bərpa olunması ilə bağlı köməklik göstərməsini xahiş emişdir. O da pensiyanı bərpa etdirə biləcəyini deyərək, bunun qarşılığında Əlirövşən Aslanovdan cəmi 1200 manat pul almışdır. Həmin pulu sonradan tam ödəmişdir. Əlirövşən Aslanovdan 4650 manat pul almamışdır. X59 Cəlilabad şəhər sakini kimi tanıyır. O, Rövşən Məmiyevə özünü pensiya məsələləri məşğul olduğuna inandırmışdır. Təxminən 2022-ci ilin ortalarında Rövşən onunla görüşərək oğlu Həsənin pensiyasının kəsildiyini, köməklik göstərməsini xahiş etmişdir. O, oğlu Həsənin pensiyasını bərpa etdirmək üçün ondan 1200 manat pul almış və tam şəkildə ödəmişdir. X16 onun uşaqlarının pensiyasını düzəltmək üçün 6000 manat pul almışdır. Anar Fərzəliyevdən pul almasında oğlu Vüsalın iştirakı olmamışdır. X149 X204 vasitəsilə tanımışdır. Rəfael Əhədov ona Lətif adlı tanışının qızı Məryəmin əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın dayandırılmasını bildirmişdir. O, Məryəmin pensiyasını bərpa etdirməyi vəd edərək X220 Əhədovun vasitəsi ilə 3000 manat pul almış, onun 2400 manatını ödəmiş, 600 manatı qalmışdır. Bundan başqa X119 vasitəsi ilə Musa Əhədovun pensiyasının bərpa edilməsi üçün 5700 manat pul almışdır. Onun 3500 manatını ödəmişdir. Rəfael Əhədovdan ümumilikdə 8500 manat pul almışam. X193 Kamilin vasitəsi ilə 1500 manat pul almışdır, onu ödəmiş 100 manatı qalmışdır. X38 oğlu Tofiqin pensiyasının bərpası üçün cəmi 3300 manat pul almışdır. Həmin pulun bir hissəsini ödəmiş, 1400 manat borcu qalmışdır. Kamil Salmanov 2022-ci ilin noyabr ayının ortalarında Cəlilabad rayonu Təzəkənd kənd sakinləri X235 və X2 pensiyalarının bərpa etdirmək lazım olduğunu bildirmişdir. O da Kamilin vasitəsi ilə Naibdən 1600 manat pul almışdır. X238 arvadı X95 pensiya düzəldəcəyini vəd etməklə 1800 manat pul almışdır. X78 nəvəsi X76 pensiyasını düzəltməyi vəd etməklə 1800 manat, X36 pensiyasını düzəltməyi vəd etməklə ondan 1500 manat, X79 pensiyasını bərpa etdirəcəyini vəd etməklə ondan ümumilikdə 8400 manat pulu, X97 arvadı X120 pensiyasını bərpa etməyi vəd etməklə ondan 1200 manat pulu almışdır. Lakin onun ayrıayrı şəxslərdən pul əldə etməsində oğlu Vüsalın iştirakı olmamışdır. Lakin təqsirləndirilən şəxs Akif Qasımov ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsini dolandırmışdır. Evlidir, bir qız və bir oğlan övladı vardır. X308 hal-hazırda hərbi xidmətdədir. O, Cəlilabad rayonu ərazisində özünü pensiya düzəldə bilən şəxs kimi təqdim etdiyindən, rayon ərazisində bir çox şəxs onu bu işlərlə məşğul olan insan kimi tanımışdır. X90 onun həmkəndlisidir, münasibətləri normal olmuşdur. 2019-cu ilin əvvəllərində Nurəddinlə yaşadığz kənd ərazisində görüşən zaman Nurəddin pensiya ilə bağlı müraciətinə imtina gəldiyini ona bildirərək köməklik göstərməsini xahiş etmişdir. O da Nurəddinin pensiya almağı üçün əlillik dərəcəsi təyin etdirə biləcəyini deyərək, bunun qarşılığında 2500 manat pul lazım olduğunu bildirmişdir. Nurəddin həmin vaxt pulu olmadığını və bankdan kredit götürüb verə biləcəyini dedikdə o da bu sözlə razılaşmışdır. Təxminən 2019-cu ilin noyabr ayının sonlarında Nurəddinlə yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində görüşdük və 2300 manat pulu ona vermiş, o və X308 da Nurəddinin pensiyasının bərpa olunmasında köməklik edəcəklərinə, 4-5 ay ərzində pensiya ala biləcəyinə söz vermişlər. X104 pensiya sənədləri düzəlmədiyinə görə Nurəddin verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. Buna görə də Nurəddindən aldığı puldan hər ay 82 manat olmaqla təxminən 7-8 ay pul ödəmiş, qalan pulu isə qaytarmamışlar. Bu səbəbdən də Nurəddin Cəfərov onun barəsində Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. X117 Cəlilabad rayonu, Sabirabad kənd sakini kimi tanıyır. 2021-ci ilin əvvəllərində Paşa ilə Cəlilabad şəhər ərazisində X308la birlikdə görüşən zaman Paşa arvadının kəsilmiş pensiyasını bərpa etdirmək və özünə pensiya düzəldilməsi ilə bağlı köməklik göstərməsini xahiş etmişdir. O da bu işləri bacardığını, arvadının pensiyasının bərpa olunması üçün 1000 manat, özünə pensiyasının düzəldilməsi üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin söhbət edərkən Vüsal da Zahidə yalan vədlər verərək, narahat olmamasını, arxayın olmağını qeyd etmiş, Paşa da onlara inanmışdır. 2021-ci ilin fevral ayının əvvəllərində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən notariusun yanında X308la birlikdə Paşa ilə görüşən zaman Paşa ona 700 manat pul vermişdir. Təxminən 2021-ci ilin fevral ayının sonunda Paşa ilə yenidən Cəlilabad şəhəri, H.Əliyev prospektində X308la birlikdə görüşən zaman ona 2000 manat pul vermişdir. Eyni qaydada 2021-ci ilin iyul ayının ortalarında Paşa ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının yanında görüşmüş və Vüsalın yanında Paşa ona 300 manat pul vermişdir. Paşa Bayramov hər dəfə onlara pul verdikdə o və oğlu Vüsal Paşaya pensiya alacağına və həyat yoldaşının pensiyasının bərpa olunacağına dair vədlər verərək inandırmışlar. 2022-ci ilin avqust ayının ortalarında o, Paşaya sənədlərinin tam hazır olduğunu, yenicə qiymətlərin qalxdığını, sonuncu mərhələdə 1000 manat da pul lazım olduğunu bildirmişdir. Paşa bu dəfə də ona inanmış və həmin gün Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında görüşmüşlər. Paşa maddi imkanının zəif olduğu üçün 950 manat pul düzəltdiyini bildirmiş, həmin pulu oğlu Vüsal sayaraq götürmüşdür. Onlar ən geci 1 həftəyə pensiyaların düzələcəyini bildirmiş, Paşa da onların bu sözünə inanmış və oradan uzaqlaşmışdır. Paşa uzun müddət həyat yoldaşının pensiyasının bərpa olunmadığını və özünə pensiya verilmədiyini gördükdə, artıq aldadıldığını başa düşmüşdür. Bundan sonra ondan və X308dan pulunu istəməyə başlamıəş, onlar isə Paşanı müxtəlif bəhanələrlə aldatmış, sonralar isə zənglərinə cavab verməmişlər. Cəlilabad şəhər sakini X111 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur, Şəmsiyyə Məmmədova vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayında Şəmsiyyə Məmmədova ona Vəfa adlı tanışının oğlunun əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın dayandırılmasını Vəfanın özünün də xəstə olmasına görə pensiya düzəltdirmək istədiyini bildirmiş, bu işdə köməklik göstərməsini xahiş etmişdir. O da Vəfa adlı qadının özünə pensiya düzəltməsi qarşılığında 4000 manat, oğlunun pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında isə 3000 manat olmaqla ümumulikdə 7000 manat pul alacağını demişdir. Bundan bir neçə gün sonra Şəmsiyyə onu yaşadığı ünvana çağırıb Vəfa Mirzəyevadan aldığı 7000 manat pulu ona vermşdir. X121 zəng edərək pensiya sənədlərinin düzəldilməsi ilə maraqlandıqda yalan vədlər verib aldadaraq pensiya sənədlərinin düzəldilməsi ilə bağlı işlər gördüyünü və tezliklə pensiya ala biləcəklərini bildirmiş, lakin, Vəfa və oğlunun pensiya sənədlərinin düzəldilməsi ilə bağlı heç bir iş görməmiş, aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Vəfa Mirzəyevaya söz verdiyi vaxtda pensiya sənədlərini düzəltməkdə köməklik göstərmədiyi üçün zəng edərək pulunu geri qaytarmasını tələb etmişdir. O Vəfaya yalnız 800 manat pul qaytara bilmiş, qalan pulu isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdırm. Buna görə də Vəfa Mirzəyeva onun barəsində Cəlilabad RPŞ-nə və prokurorluğuna şikayət ərizələri yazmışdır. Sonradan Vəfanın həmin ərizələrində onun 9000 manat pul almağımı qeyd etməsini bilmişdr. Lakin, o, Vəfada şəxsən pul almamış, pensiya işinin düzəlməsi üçün Şəmsiyyə Məmmədova vasitəsilə 7000 manat pul almışdır. Qeyd edilən xüsusatla bağlı Akif Qasımova ona verilən əlavə suallara cavab olraq bildirmişdir ki, Vəfa Mirzəyeva istintaqa yalan ifadə vermişdir. Belə ki, Vəfanı aldadaraq pulunu ələ keçirməkdə arvadı Kəmalə Qasımova və X308un heç bir köməkliyi olmamışdır. X222 vasitəsilə ona 9000 manat deyil, 7000 manat pul vermişdir. O, əvvəllər Şəmsiyyə Məmmədovanın adını çəkmək istəmədiyi üçün Vəfa Mirzəyevadan pulu Şəmsiyyə vasitəsilə almağsını bildirməmiş və Vəfanın ərizəsinə uyğun olaraq 9000 manat pul almasını bildirmiş, əsl həqiqətdə isə Vəfa Mirzəyevadan 9000 manat deyil 7000 manat pul almış, həmin pulu da Şəmsiyyə Məmmədova vasitəsilə almışdır. X21 Cəlilabad şəhər sakini kimi tanıyır, heç bir ədavət və düşmənçiliyim yoxdur. 2021-ci ilin sentyabr ayında Cəlilabad rayon sakini X168 adlı tanışının əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın dayandırılmasını bildirmiş, buna görə də Gülşənin pensiyasının bərpa etdirilməsində köməklik göstərməsini xahiş etmişdir. O da Şəmsiyyə Məmmədova ilə yaxın dostluq münasibətləri olduğu üçün Gülşən adlı tanışına köməklik etməyə razılaşmışdır. Şəmsiyyəyə Gülşənin pensiyasının bərpa etdirməkdə köməklik göstərmək qarşılığında 1500 manat alacağını demiş, Şəmsiyyə də onun dediyi qiymətlə razılaşmışdır. Həmin vaxtdan təxminən 2-3 gün sonra Şəmsiyyənin yaşadığı evin həyətində Gülşən Məmmədovanın pensiyasının bərpa etdirilməsində köməklik göstərməsi qarşılığında 1500 manat almışdır. Lakin, Gülşən Məmmədovanın pensiya sənədlərinin düzəldilməsi üçün heç bir iş görməmiş və aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun niyyəti Gülşənə əlillik dərəcəsinin təyini edilməsi ilə bağlı hər hansı köməklik göstərmək deyil, aldadaraq pulunu ələ keçirmək olmuşdur. Gülşənə söz verdiyi vaxt ərzində pensiya sənədlərinin düzəldilməsi ilə maraqlandıqda hər dəfə yalan vədlər verib aldatmışdır. Gülşən də onun barəsində Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Buna görə də Şəmsiyyənin Gülşəndən alıb verdiyi 1500 manat puldan 400 manatı qaytarmış, qalan 1100 manat pulu isə hazırki vaxta qədər qaytarmamışdır. Qeyd edilən xüsusatla bağlı Akif Qasımova ona verilən əlavə suallara cavab olraq bildirmişdir ki, Gülşən Məmmədova istintaqa yana ifadə vermişdir. Belə ki, X194 işlədiyi gözəllik salonuna gedərək pensiya düzəltməkdə köməklik göstərməsi ilə bağlı heç bir söhbət etməmiş, bununla bağlı aralarında razılıq olmamış, Gülşəndən pul alıb ona verməmişdir. Həmçinin, o, ilkin olaraq Şəmsiyyə Məmmədovanın adını bu işlərdə çəkmək istəmədiyi üçün Şəmsiyyə vasitəsilə Gülşən Məmmədovadan pul almasınıı deməmiş və 4000 manat pul almasınıı bildirmişdir. Əsl həqiqətdə isə Şəmsiyyə vasitəsilə Gülşəndən 1500 manat pul almış, Şəmsiyyə isə onun adından istifadə edərək Gülşəndən 4000 manat pul almışdır. 2022-ci ilin oktyabr ayının sonlarında Cəlilabad şəhər sakini X22 və arvadı X4 pensiyalarını bərpa etdirmək məqsədi ilə oğlu Vüsala müraciət etmişlər. Ümumiyyətlə hamı onu pensiya düzəldən kimi tanımışdır. Həmçinin oğlu Vüsalı da hamıya köməkçisi kimi təqdim etmişdir. Demək olar ki, çox insanı aldadaraq pullarını mənimsəyəndə Vüsal da yanında olmuşdur. Vüsalla birlikdə pulunu aldığı adamı tam olaraq əmin etmişlər ki, guya dediyi vaxtda onların pensiyası veriləcək və yaxud da bərpa olunacaqdır. Həmçinin aldıqları pullar isə ailənin ehtiyacına xərcləmişlər. 2022-ci ilin oktyabr ayının əvvəllərində Vüsal Anardan 1000 manat pul almışdır. 2022-ci ilin noyabr ayının ortalarında Vüsal Anara zəng vuraraq həyat yoldaşını da götürüb Cəlilabad rayon mərkəzi xəstəxanasına getməyini, guya komissiya olduğunu, qalan 2000 manatı da gətirməyini bildirmişdir. Həmçinin Vüsal özünün də ora getdiyini qeyd etmişdir. O, Vüsalla birlikdə xəstəxanaya getmiş, Anar orada 2000 manat pulu Vüsala vermiş, Anarla kənarda gözləmiş, Vüsal isə yalandan komissiya adı ilə Şəfanı götürərək xəstəxananın arxa tərəfinə getmiş, bir neçə dəqiqə sonra geri qayıtmışlar. Vüsal Qasımovla ümumi vədlər verərək tez bir zamanda pensiyalarının veriləcəyini bildirmiş, həmin şəxslər də onlara inanmışlar. 22 dekabr 2022-ci il tarixdə Vüsalla birlikdə Anarın işlədiyi Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Rizvan” şirkəti ticarət mərkəzinə getmiş, orada Anara A4 kağızında 2 ədəd kağız verərək yalandan özünün və Şəfanın pensiyasının düzəldiyini bildirmişlər. Anara yalandan həmin kağızları sistemdən çıxarış etdiklərini dediyi üçünAnar onlara inanmışdır. Vüsal Anardan qalan 3000 manat pulu da verməsini istəmişdir. Anar həmin məbləğdə pul olmadığını bildirdikdə, Vüsal bank kartının foto şəklini göndərmiş və pulu göndərməsini qeyd etmişdir. 22 dekabr 2022-ci il tarixdə Anar Vüsalın dediyi karta 1500 manat pul göndərmişdir. Qalan 1500 manat pulu isə 3-4 günə verəcəyini demiş, onlar da bununla razılaşmışlar. 26 dekabr 2022-ci il Anar qalan 1500 manat pulu Vüsala vermişdir. Həmin pulu da Vüsalla birlikdə ailənin ehtiyacları üçün xərcləmişlər. Digər şəxslər kimi Vüsal Qasımovla birlikdə Anar Fərzəliyevdən aldıqları pulun qarşılığında pensiya düzəltmək və pensiya bərpa etdirməklə bağlı heç bir iş görməmişlər. Cəlilabad rayonu, Qarğılı kənd sakini X201 ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamış, Cəlilabad rayon sakini kimi tanımışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Aslanla Cəlilabad şəhər ərazisində görüşmüş və özünün kəsilmiş pensiyasının bərpa olunması, həyat yoldaşına isə pensiya düzəltdirməklə bağlı köməklik göstərməsini xahiş etmişdir. O, Aslana yenidən əlillik dərəcəsini təyin etdirə biləcəyini, həmçinin arvadına da əlillik dərəcəsi təyin etdirə biləcəyini deyərək, bunun qarşılığında 5500 manat pul lazım olduğunu bildirmişdir. Aslan da onunla razılaşmışdır. 08 noyabr 2022-ci il tarixdə Aslanla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində görüşmüş və 5000 manat pulu almışdır. Təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində yenidən Aslanla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində görüşmüş və qalan 500 manatı da almışdır. Lakin, Aslan Abasova verdiyi vədə əməl etməyərək pensiya sənədlərinin düzəldilməsi üçün heç bir köməklik göstərmədiyinə görə Aslan da onun barəsində polisə şikayət etmişdir. 2022-ci ilin fevral ayında ortalarında tanışı Cəlilabad rayonu, Şiləvəngə kənd sakini X184 ona zəng edərək Cəlilabad rayonu, Günəşli kənd sakini X54 pensiyasını bərpa etdirmək lazım olduğunu bildirmiş, bu işin düzəlməsi qarşılığında X48 pul alıb verməsini demişdir. Buna görə də Teymur ona İlqarı Mahirə adlı qadının pensiyasının bərpa olunmasında birlikdə köməklik edəcəyklərini deyərək aldatmağı, bunun qarşılığında 600 manat pul verməsini təklif etmişdir. O da Teymurun bu təklifini qəbul etdikdən sonra ona 600 manat pul göndərmiş və mobil telefon nömrəsini İlqara verəcəyini, İlqarın onunla əlaqə saxlayacağını demişdir. X49 zəng edərək Mahirə adlı qadının pensiya sənədlərinin düzəlməsi ilə maraqlandıqda hər dəfə yalan vədlər verərək Mahirənin pensiyasının tezliklə bərpa olunacağını, pensiya alacağını demişdir. Əsl həqiqətdə isə Mahirə adlı qadının pensiya sənədlərinin düzəldilməsi üçün Teymur Cəfərovla heç bir iş görməmişlər. Onların niyyəti İlqarı aldadaraq pulunu ələ keçirmək olmuşdur. Buna görə də sonradan İlqar Nəsirullayev bu işin düzəlməməsini görüb verdiyi pulu geri istəmişdir. O, həmin vaxt Teymurun İlqardan 1500 manat pul almasını, yəni, qalan 900 manat pulu özünə götürməsini bilmişdir. Buna baxmayaraq İlqardan aldıqları pulları geri qaytarmamışlar. Bu səbəbdən də İlqar onların barəsində Cəlilabad rayon polis şöbəsinə şikayət etmişdir. Cəlilabad rayonu Kazımabad kənd sakini X141 ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin fevral ayında Cəlilabad RMX-da olan zaman xəstəxananın giriş hissəsində əvvəlcədən tanımadığı Zahidlə rastlaşmışdır. Zahidin əlində sənədlər olmasını görüb pensiya ilə bağlı xəstəxanaya gəldiyini hiss etdiyi üçün yaxınlaşmışdır. Söhbət əsnasında Zahid əvvəllər pensiya aldığını, hal-hazırda pensiyasının kəsildiyini bildirmiş, o da Zahidə özünü yalandan DSMF əməkdaşı kimi təqdim edərək, onun pensiyasını bərpa etdirə biləcəyini bildirmiş, bu işi görməsi müqabilində 3000 manat pul istəmişdir. Zahid ona inanaraq 3000 manat pulunun olmamasını demiş, bundan sonra həmin işi görməsi müqabilində dediyi 3000 manat pulun yarı hissəsini, yəni 1500 manat verməsini, qalan 1500 manat hissəsini isə pensiyası bərpa olunduqdan sonra verməsini təklif etmişdir. Zahid də onun bu təklifi ilə razılaşmışdır. Bundan təxminən 2-3 gün sonra Cəlilabad rayon Təhsil şöbəsinin qarşısında Zahid Nəsirovla görüşmüş, həmin vaxt oğlu Vüsal da yanında olmuşdur. Zahid ilkin olaraq ona 1400 manat pul vermişdir. O, Zahidə pensiyasının bərpa olunacağını, plastik kart əldə edərək pensiya alacağını bildirmişdir. 2022-ci ilin aprel ayı Zahidə zəng vuraraq yalandan pensiyasının bərpa olunduğunu, olduğu yeri soruşaraq qalan pulu da verməsini demişdir. Zahid ona Cəlilabad rayonu, Kazımabad kəndində olduğunu, cəmi 500 manat pulunun olduğunu bildirmişdir. O da işlərinin çox olmasını, həmin pulu almaq üçün oğlu Vüsalı göndərəcəyini, 500 manat pulu Vüsala verməsini, qalan pulu sonra verməyini qeyd etmişdir. Zahidə də onun bu sözləri ilə razılaşmışdır. Həmin gün təxminən saat 23 radələrində oğlu X264 yaşadığı Kazımabad kəndinə getmiş və 500 manat pulu alaraq gətirib ona vermişdir. Onun pensiya düzəltdirmək və bərpa etdirmək kimi səlahiyyəti və imkanları olmadığına görə Zahiddən də aldığı pulu şəxi ehtiyacları üçün xərcləmişdir. Cəlilabad rayonu Şorbaçı kənd X27 Cəlilabad rayon sakini kimi tanımışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Əlirövşənlə Cəlilabad şəhər ərazisində görüşmüş və ona qardaşı X3 pensiyasının bərpa olunması ilə bağlı köməklik göstərməsini xahiş emişdir. O da pensiyanı bərpa etdirə biləcəyini deyərək, bunun qarşılığında 5000 manat pul lazım olduğunu bildirmiş, Əlirövşən də onunla razılaşmışdır. 10 aprel 2022-ci il tarixdə, təxminən saat 15 radələrində Əlirövşənlə Cəlilabad şəhəri, Azərbaycan küçəsində görüşmüş və ona ilkin olaraq 2000 manat pul vermişdir. 22 aprel 2022-ci il tarixdə, təxminən saat 10 radələrində yenidən Əlirövşənlə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən X1rşısında görüşmüş, həmin vaxt onunla birlikdə olan X308 da Əlirövşənə pensiya düzəltmək işi ilə məşğul olduqlarını, narahat olmamasını, özünün də bu işlərdə kömək etdiyini bildirmişdir. Əlirövşən 2650 manat pulu ona verərək bundan başqa imkanının olmadığını, ümumilikdə verdiyi 4650 manat qarşılığında qardaşı Nizaminin pensiyasını bərpa etdirməsini xahiş etmişdir. O və X308 da Əlirövşənin bu sözünə heç bir etiraz etməyərək birlikdə qısa müddət ərzində Nizaminin pensiyasının bərpa olunacağını vəd vemişlər. O, verdiyi vədə əməl etmədiyi üçün Əlirövşən onun barəsində polisə şikayət etmişdir. X59 Cəlilabad şəhər sakini kimi tanıyır. O, Rövşən Məmiyevə özünü pensiya məsələləri məşğul olduğuna inandırmışdır. Hətta Rövşənə bir neçə dəfə nə vaxt kiməsə pensiya düzəltdirmək lazım olsa ona deməyini bildirmişdir. Rövşən isə hər dəfə ehtiyac olmadığını demişdir. Təxminən 2022-ci ilin ortalarında Rövşən onunla görüşərək oğlu Həsənin pensiyasının kəsildiyini, köməklik göstərməsini xahiş etmişdir. O, pensiyanı bərpa etdirə biləcəyini deyərək, bunun qarşılığında 1200 manat pul lazım olduğunu bildirmiş Rövşən də onun bu təklifi ilə razılaşmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində Rövşənlə Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən dairə adlanan ərazidə görüşmüş ona 700 manat pul vermişdir. Rövşən qalan 500 manatı isə 2022-ci ilin sentyabr ayının sonlarında “Rizvan” şirkəti ticarət mərkəzinin qarşısında vermişdir. Rövşən uzun müddət oğlu Həsənin pensiyasının bərpa olunmadığını gördükdə, artıq aldadıldığını başa düşmüş, bundan sonra pulunu istəməyə başlamışdır. O da ayrıayrı vaxtlarda Rövşənə ümumilikdə 800 manat pul qaytarmışdır. Lakin, aldığı pulun digər hissəsini verməyərək müxtəlif bəhanələrlə aldatmışdır. Sonralar isə zənglərinə cavab verməmişdir. O, verdiyi vədə əməl etmədiyi üçün Rövşən Məmiyev də bu barədə polisə şikayət etmişdir X149 X204 vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin oktyabr ayının sonlarında Rəfail Əhədov ona zəng edərək Bakı şəhərində yaşayan Lətif adlı tanışının qızı Məryəmin əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın dayandırılmasını bildirmiş, buna görə də X223 pensiyasının bərpa olunmasında köməklik göstərəcəyi adı ilə aldadaraq pulunu ələ keçirməyi, bu işdə onu Ləitfə həkim kimi təqdim etməyi təklif etmişdir. O da Rafailin bu təklifini qəbul etmişdir. Bundan sonra Rafail Lətifin yanında ona zəng edərək guya Lətifə dostu olmasını bildirmiş və qızı Məryəmin pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. O da əvvəlcədən razılaşdıqları kimi Lətiflə mobil telefon vasitəsilə danışarkən özünü həkim kimi təqdim edərək qızı Məryəmin pensiyasının bərpa olunmasında köməklik göstərəcəyinə dair yalan vədlər verib aldatmışdır. Lətif həmin işin düzəlməsi üçün verəcəyi pulları Rafail Əhədovun adına olan bank kartına göndərmiş, Rəfail də pulu çıxarıb bir hissəsini özünə götürmüş, bir hissəsini isə onun arvadı Kəmalənin adına olan bank kartına göndərmişdir. Rafailin göndərdiyi pullları çıxarıb şəxsi ehtiyacları üçün xərcləmiş, lakin Məryəm adlı uşağın pensiyasının bərpa olunması üçün heç bir iş görməmişlər X224 niyyəti Lətifin qızı Məryəmin pensiyasının bərpa olunmasında köməklik göstərmək deyil, aldadaraq pulunu ələ keçirmək olmuşdur. Sonradan Lətif onunla mobil telefon vasitəsilə danışan zaman söz verdikləri vaxtda pensiya sənədlərini düzəldə bilmədiyi üçün verdiyi pulları geri qaytarmasını tələb etmişdir. O da X195 alıb verdiyi pulları geri qaytarmış, hal-hazırda Lətifin onda pul qalmamışdır. Akif Qasımov qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Rəfail Əhədov istintaqa yalan ifadə vermişdir. Belə ki, Rafail onun həkim olmamasını əvvəlcədən bilmiş, Lətifi də aldadaraq pulunu ələ keçirməyi özü təklif etmişdir. Rafail Lətifdən aldığı puldan ona 3000 manat pul vermiş, sonradan Lətifdən 6800 manat pul almasını bilmişdir. Həmin vaxta qədər isə aldığı pulun çox hissəsini ona göndərdiyini bildirmişdir. 2022-ci ilin oktyabr ayında Cəlilabad rayonu, Üçtəpə kənd sakini X67 Əhədovun pensiyasının bərpa edilməsi üçün oğlu Vüsala müraciət etmişdir. Vüsal özünü Rəfailə Azərbaycan Respublikası X87 işçisi kimi təqdim edərək guya onun X87 həkim işləməsini bildirərək oğlu Musanın pensiyasının bərpa olunmasında köməklik göstərəcəyinə inandırmışdır. Sonradan o, Rəfail Əhədovla mobil telefon vasitəsilə danışarkən həkim olduğunu demiş, bu yolla Vüsal Qasımovla birlikdə Rəfail Əhədovu aldadaraq arvadı Kəmalə Qasımovanın adına olan bank kartına köçürülmüş ümumilikdə 5700 manat pulu çıxarıb şəxsi ehtiyacları üçün xərcləmişlər. Lakin, Rafailin oğlu Musa Əhədovun pensiyasının bərpa olunması üçün heç bir iş görməmişlər. Əslində də elə onların məqsədi Rəfailə pensiya işinin düzəldilməsində köməklik göstərmək deyil, aldadaraq pulunu ələ keçirmək olmuşdur. Sonradan Rəfail onun və oğlu Vüsalın pensiya sənədlərinin düzəldilməsində heç bir köməklik göstərmədiklərini görüb pulunu geri istəməyə başlamış, lakin hər dəfə Rəfaili müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışlar. Bu səbəbdən də onun barəsində Cəlilabad RPŞ-nə şikayət etmişdir. Akif Qasımov qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Rəfail Əhədov istintaqa yalan ifadə vermişdir. Belə ki, Rəfaili o X308la birlikdə aldadaraq ümumilikdə 5700 manat pulunu ələ keçirmidir Lakin, həmin işdə onlara Kəmalə Qasımova heç bir köməklik göstərməmiş, etdikləri bu əməllərdən heç bir məlumatı da olmamışdır. Tanışı Cəlilabad rayonu, Üçtəpə kənd sakini X94 2022-ci ilin noyabr ayının əvvəllərində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X146 əlilliyinə uyğun olaraq əlillik dərəcəsinin verilmədiyini bildirmiş və həmin işin düsəlməsi üçün birlikdə iş görməyi təklif etmişdir. O da Rahil Əliyevə əlillik dərəcəsi təyin etdirməsində köməklik etdirməsi müqabilində 1700 manat pul istəmişdir. Bundan sonra Kamil 1700 manat pulu Rahildən alaraq ona vermişdir. Kamil ona müştəri tapdığı üçün həmin puldan 300 manat pul vermişdir. Lakin, sonradan Kamil Salmanovla birlikdə Rahil Əliyevin pensiyasının bərpa olunması üçün heç bir iş görmədikləri üçün Rahil də bu barədə şikayət etmişdir. Bu səbəbdən də Rahildən aldıqları pulun 1500 manat hissəsini qaytarmışdır. Cəlilabad rayonu, Alaşar kənd sakini X112 ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin noyabr ayının sonlarında X105 rayonu ərazisində təsadüfən rastlaşmış, İsmayıl qohumu Tofiq adlı şəxsin əvvəllər pensiya aldığını, halhazırda pensiyasının kəsildiyini və bu barədə köməklik göstərməsini xahiş etmişdir. İsmayıl Kərimovdan qohumu pensiya bərpa etdirəcəyi müqabilində 4800 manat pul istəmiş, İsmayıl da onun dediyi sözlə razılaşmışdır. 2022-ci ilin noyabr ayının sonlarında Vüsal Qasımovla birlikdə Cəlilabad şəhəri, Qurtuluş prospektində İsmayıl Kərimovun 1800 (bir min səkkiz yüz) manat, 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad RMX-nın inzibati binasının həyətində 1500 manat, 2022-ci ilin dekabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində 1500 manat olmaqla, ümumilikdə 4800 manat pulu İsmayıl Kərimovdan almışlar. Həmin vaxt Vüsalla birlikdə İsmayıla pensiya işinin tezliklə həll olunacaqlarına dair yalan vədlər verib aldatmışlar. O, həmin pulları öz şəxsi ehtiyaları üçün xərcləmiş, Tofiq adlı şəxsin pensiya sənədlərinin düzəlməsi üçün heç bir iş görməmişdir. İsmayıl Kərimov onlar tərəfindən aldadılmasını bildikdən sonra verdiyi pulları geri istəməyə başlamış, buna görə də müxtəlif vaxtlarda İsnayıla 1750 manat pul qaytarmış, qalan 3050 manat pulu isə qaytara bilməmişdir. Kamil Salmanov 2022-ci ilin noyabr ayının ortalarında Cəlilabad rayonu, Təzəkənd kənd sakinləri X235 və X2 pensiyalarının bərpa etdirmək lazım olduğunu bildirmişdir. O da Kamilə Naibin pensiyasının bərpası üçün 1600 manat, Qurbanxanın pensiyasının bərpası üçün 1500 manat pul lazım olduğunu demişdir. Kamil Salmanovla birlikdə yaşadığı evdə olan zaman oğlu X297 və Naib adlı şəxsləri pensiya sənədləri düzəltmək adı ilə aldadıb pullarını ələ keçirmək istədiklərini bildirmiş, bu işdə onlara köməkik göstərməsini, yəni yalandan Kamilə WhatsApp sosial şəbəkəsi vasitəsilə səslər ataraq guya həmin şəxsləri həkim olmağa inandırmalarını istəmişlər, bu işi görməkdə köməklik göstərməsi qarşılığında Vüsala pul verməyi təklif etmişlər. Vüsal da onların bu təklifini qəbul etmişdir. Bundan sonra Vüsal Qasımov WhatsApp sosial şəbəkəsi vasitəsilə Kamil Salmanova səslər ataraq Naib və Qurbanxan Bayarmovun onun həkim olmasına və pensiya sənədlərinin düzəldilməsində köməklik göstərəcəyinə inandırmışdır. Buna görə də X282 Qasımovanın adına olan bank kartına 2022-ci ilin noyabr ayının sonlarında 1600 manat, Qurbanxan Bayramov isə 2022-ci ilin dekabr ayının əvvəllərində həmin bank kartına 1500 manat olmaqla ümumilikdə 3100 manat pul köçürmüşlər. O, həmin pulu çıxarı bir hissəsini Vüsal Qasımova, bir hissəsini isə Kamil Salmanova vermiş, qalan hissəsini isə götürüb öz şəxsi ehtiyacları üçün xərclədim. Lakin, onlar Naib və Qurbanxan Bayramovların pensiya sənədlərinin düzəldilməsi üçün heç bir iş görməmişlər. Sonradan həmin şəxslər onun də bu işdə olmasını bilərək verdikləri pulu geri qaytarmasını tələb etmişlər. Lakin, Naib və Qurbanxandan aldıqları 3100 manat puldan 500 manat geri qaytarmışlar. Buna görə də Naib Bayramov onun barəsində Cəlilabad RPŞ-nə ərizə ilə mürtaciət etmişdir. Akif Qasımov qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Kamil Salmanov istintaqa yalan ifadə vermişdir. Belə ki, o, Kamil Salmanovla birlikdə Vüsal Qasımova özünü həkim kimi təqdim edərək “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Kamilə səs yazılarını göndərməyi, Kamilin də həmin səs yazılarını Naib Bayramova göndərməsi barədə əvvəlcədən razılaşmışlar. Kamil onun və Vüsalın həkim olmamasını əvvəlcədən bilmiş, Naib və Qurbanxan Bayramovlardan pensiya düzəltmək adı ilə aldadaraq ələ keçirdikləri 3100 manat puldan Kamilə və Vüsal Qasımova da vermişdir. X39 isə əvvəllər görməmiş, heç bir tanışlığı yoxdur. 2022-ci ilin noyabr ayının sonlarında Mirxas kimi tanıdığı Kamil Salmanov ona zəng edərək Cəlilabad rayonu, Təzəkənd kənd sakini Şahbaz Qarayevin qızına pensiya düzəltmək, nəvələrinin isə pensiya bərpa etdirmək istədiyini bildirmiş və bu işdə köməklik etməsini istəmiş, həmin işlərin düzəlməsi üçün Şahbazdan lazım olan pulları da alacağını bildirmişdir. O da Kamil Salmanovun təklifini qəbul etmiş Şahbaz Qarayevin qızına pensiya düzəltmək, nəvələrinin isə pensiya bərpa etdirmək üçün ümumilikdə 5000 manat pul alacağını, əldə etdiyim puldan ona da verəcəyini, yəni Kamilin özünün də də xeyrinin olacağını demişdir. Kamil də onun bu sözlərindən sonra Şahbaz Qarayevin mobil telefon nömrəsini ona verib həkim adı ilə danışıb pensiya düzəltməkdə köməklik edəcəyinə inandırmağını istəmiş, həmçinin onun mobil telefon nömrəsini də Şahbaza verəcəyini demişdir. O, Kamilin verdiyi Şahbazın istifadəsində olan mobil nömrəyə zəng edərək danışmış, Şahbaz qızı Şəfiqəyə pensiya düzəltdirmək, həmçinin nəvələri Rüqəyya İsayeva və Ziya Qarayevin əvvəllər aldığı pensiyanı bərpa etdirmək istədiyini bildirmişdir. O, bununla bağlı Kamil Salmanovla əlaqə saxlayacağı və həmin işlərin düzəldilməsi üçün lazım olan pulun məbləğini Kamilə deyəcəyini bildirmişdir. Bundan sonra Kamil Salmanovla mobil telefon vasitəsilə əlaqə saxlayıb Şahbaza qızı Şəfiqəyə pensiya düzəltdirməkdə köməklik etmək üçün 1800 manat, Rüqəyya adlı uşağın pensiyasının bərpa olunması üçün 1400 manat, Ziya adlı uşağın pensiyasının bərpa olunması üçün isə 1800 manat pulu Şahbazdan istəməsini demiş, arvadı X40 məxsus olan bank kartının fotoşəkilini Kamilə göndərmişdir. 01 dekabr 2023-cü il tarixdə gecə saatlarında Kəmalə Qasımovanın adına olan bank kartına ilkin olaraq 1000 manat, həmin gün axşam saatlarında isə 800 manat, 1400 manat pul köçürüldüyünü görmüşdür. Bank kartına köçürülmüş 1000 manat puldan 200 manat, 800 manat puldan 150 manat, 1400 manat puldan 300 manat olmaqla ümumilikdə 650 manat pulu Kamil Salmanova məxsus olan bank kartına göndərmişdir. Bundan başqa 04 dekabr 2023-cü il tarixdə Kəmalə Qasımovanın adına olan bank kartına köçürülmüş 1800 manat pulu çıxarıb həmin puldan 400 manat Kamil Salmanova məxsus olan bank kartına köçürmüşdür. Şahbaz Qarayev onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb qızı və nəvələrinin pensiya işinin düzəlməsi ilə maraqlanmış, o da hər dəfə müxtəlif bəhanələr gətirərək Şahbazı aldatmışdır. Həmçinin, Kamil Salmanova da zəng edərək Şahbazı müxtəlif bəhanələrlə aldatmasını istəmişdir. X169 göndərdiyi pul qarşılığında söz verdiyi vaxtda qızına pensiya düzəltməkdə, həmçinin pensiyasının bərpa olunmasında köməklik göstərməmişdir. Buna görə də Şahbaz ondan və Kamil Salmanovdan verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. Onlar pulu qaytarmadıqları üçün Şahbaz Qarayev bu barədə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Cəlilabad RPŞ-də aparılan araşdırma zamanı X225 Salmanovla birlikdə dələduzluq yolu ilə ələ keçirdiyi 5000 manat puldan 1900 manat pulu qaytarmış, lakin maddi vəziyyəti pis olduğu üçün qalan 3100 manat pulu qaytara bilməmişdir. Akif Qasımov qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Kamil Salmanov istintaqa yalan ifadə vermişdir. Belə ki, Şahbaz Qarayevi əvvəllər tanımamış, Şahbazla onu Kamil tanış etmiş, Şahbazın qızına pensiya düzəltmək, həmçinin nəvələrinin pensiyasını bərpa etdirməkdə köməklik göstərməsini istəmiş, bu işin düzəlməsi üçün pul məsələlərini Kamil danışmış, yəni həmin işlərin düzəlməsi üçün ümumilikdə 5000 manat pul lazım olduğunu Kamil Şahbaza demiş, bank kartının fotoşəkilini göndərərək pul köçürülməsini təşkil etmiş, dələduzluq yolu ilə ələ keçirdikləri 5000 manat puldan ona ümumilikdə 1050 manat pul vermişdir. X60 əvvəllər görməmiş, heç bir tanışlığı, ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. 2022-ci ilin dekabr ayında Cəlilabad rayon sakini Bürhan Kazımov onun mobil telefonuna zəng edərək qaynatası Mirnəsəbin yaxın dostu olan Məhəmməd adlı şəxsin əvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin sonradan pensiyanın verilməsinin dayandırılmasını bildirmiş, buna görə də Məhəmməd adlı həmin şəxsin pensiyasının bərpa olunmasına köməklik göstərməsini xahiş etmişdir. O da Məhəmməd adlı şəxsin pensiyasının bərpa olunması üçün 9000 manat pul lazım olmasını demişdir. Bürhan da onun bu sözünü Məhəmməd Məmmədova çatdıracağını bildirmişdir. 22 dekabr 2023-cü il tarixdə saat 22 radələrində X226 Məmmədovun pensiyasının bərpa olunması qarşılığında ilkin olaraq ona çatdırmaq üçün 2000 manat pul verdiyini bildirmiş və 1 saat sonra Cəlilabad rayonu, Alar kəndi ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək həmin pulu ona vermək istəmişdir. O da Bürhanın bu sözü ilə razılaşmış və həmin gün saat 23 radələrində Cəlilabad rayonu, Alar kəndi ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına getmiş, orada Bürhan Kazımovla görüşərkən Məhəmmədin göndərdiyi 2000 manat pulu almışdır. Məhəmməd Məmmədovdan pensiyasını bərpa etdirmək adı ilə Bürhan Kazımov vasitəsilə aldığı 2000 manat pulu borclu olduğu şəxslərə vermişdir. O, Məhəmməd Məmmədovun pensiyasının bərpa olunmasında köməklik göstərmək üçün heç bir iş görməmişdir. 07 yanvar 2023-cü il tarixdə Məhəmməd Məmmədovun istifadəsində olan mobil telefona zəng edərək yalandan özünü ƏƏSMN-nin DTSERA-nın həkimi Yusif kimi təqdim etmiş, pensiyasının bərpa olunması üçün əlavə olaraq 3000 manat pul lazım olduğunu demiş, pensiyasının 16 yanvar 2023-cü il tarixə qədər bərpa olunacağına və yenidən pensiya ala biləcəyinə dair yalan vədlər vermişdir. Məhəmməd Məmmədov da onun bu sözlərinə inanmışdır. 07 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Cəlilabad şəhəri ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında X308la birlikdə Məhəmməd Məmmədov və Mirnəsib Kazımovla görüşmüş, həmin yerdə Məhəmməd Məmmədovun pensiyasının bərpa olunacağına inandırmışlar və bu işin düzəlməsi üçün əlavə olaraq 3000 manat pul istəmişlər. Məhəmməd də həmin pulu Cəlilabad rayonu, Alar kəndində yerləşən “Alar” marketdə olan ödəmə terminalı vasitəsilə göndərməyi təklif etmiş, buna görə Məhəmmədin təklifi ilə razılaşmışdır. Bundan sonra Məhəmməd Məmmədovun idarə etdiyi avtomobillə Mirnəsib Kazımov, X308la birlikdə Alar kəndində yerləşən Alar marketə getmişlər. Həmin marketdə olan zaman Məhəmməd Məmmədov bank kartına göndərməyi bacara bilmədiyini, həmçinin pulu verməsi ilə bağlı qəbz olmasını istədiyini bildirmiş və pulu karta göndərməsini xahiş etmişdir. Həmin vaxt yanında olan X308 onların yanında marketdə olan ödəmə terminalı vasitəsilə Məhəmməd Məmmədovdan aldığı 3000 manat pulu “Kapital Bank” tərəfindən verilmiş bank kartına köçürmüşdür. Məhəmməd Məmmədov 3000 manat pulu bank kartına köçürməsi ilə bağlı qəbzi özündə saxlamışdır. O bu dəfə də Məhəmməd Məmmədovdan aldığı 3000 manat pulun qarşılığında pensiyasının bərpa olunması üçün heç bir iş görməmişdir. 08 yanvar 2023-cü il tarixdə günorta saatlarında o, Məhəmməd Məmmədova zəng edərək pensiyasının bərpa olunması üçün sənədlərin çox hissəsinin düzəlməsini bildirmiş və həmin işin tam düzəlməsinə görə əlavə olaraq 3400 manat pul istəmişdir. Məhəmməd də həmin pulu verməyə razı olmuş və Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən “Qoz bağı” adlı kafeyə gəlməsini istəmişdir. Buna görə də həmin gün saat 19 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən “Qoz bağı” adlı kafeyə gəlib həmin kafenin yaxınlığında Məhəmməd Məmmədovun idarə etdiyi avtomobildə 2000 ABŞ dolları, yəni 3400 manat pul almışdır. Məhəmməd Məmmədovdan həmin pulu alan zaman pensiya sənədlərinin 16 yanvar 2023-cü il tarixdə hazır olacağını və tezliklə pensiya alacağına dair yalan vədlər verib onu aldatmışdır. Məhəmməddən aldığı 3400 manat pulu da ayrı-ayrı şəxslərdən aldığı borcları qaytarmışdır. X23 mobil telefon vasitəsilə əlaqə saxlayan zaman müxtəlif bəhanələrlə aldadaraq pensiyasının yaxın vaxtlarda bərpa olunacağını və pensiya ala biləcəyini demişdir. Sonradan isə Məhəmməd Məmmədovun pulu qaytara bilmədiyi üçün bununla bağlı Biləsuvar RPŞ-nə şikayət ərizəsi yazmasını bilmişdir. O, Məhəmməd Məmmədovdan müxtəlif vaxtlarda 2000, 3000 və 3400 manat, ümumilikdə isə 8400 manat pul alan zaman məqsədi Məhəmmədin pensiyasının bərpa olunmasında köməklik göstərmək deyil, aladadaraq pulunu ələ keçirmək olmuşdur. Akif Qasımov qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə 08 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən “Qoz bağı” adlı kafenin yaxınlığında Məhəmməd Məmmədovun idarə etdiyi avtomobildə 2000 (iki min) ABŞ dolları, yəni 3400 manat pul alan zaman X308 orada olmamış, sonradan Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən yaşadığı evə gedən zaman bu barədə Vüsala məlumat vermişdir. X187 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Yasif Əhmədov zəng vuraraq onun pensiya məsələləri məşğul olduğunu eşitdiyini bildirmiş və buna görə də görüşməyi təklif etmişdir. 11 yanvar 2023-cü il tarixdə, təxminən saat 12 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən 4 saylı tam orta məktəblə qarşısındakı çayxanada Yasiflə görüşüb söhbət edən zaman ona arvadı X6 olan problemlərinə görə bir neçə dəfə Biləsuvar rayonu mərkəzi xəstəxanasına müraciət etdiklərini, lakin, hər dəfəsində imtina gəldiyini bildirmiş, pensiya işinin düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. O, da pensiyanı düzəltdirə biləcəyini deyərək, bunun qarşılığında 1200 manat pul lazım olduğunu bildirmişdir. Yasif onun bu sözləri ilə razılaşmış və həmin yerdə 1200 manat pul vermişdir. Yasif uzun müddət həyat yoldaşı Gülərin pensiyasının bərpa olunmadığını gördükdə, artıq aldadıldığını başa düşmüş, bundan sonra ona verdiyi pulunu istəməyə başlamışdır. O, Yasifi hər dəfə müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmadığı üçün Yasif də onun barəsində polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxslər Naib Bayramov, Qurbanxan Bayramov, Şahbaz Qarayev, Məhəmməd Məmmədov, Anar Fərzəliyevə təqdim etdiyiniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədləri Cəlilabad rayonunda notariusun binasının yaxınlığında yerləşən Toğrul və Yusif adlı şəxslərin işlətdiyi obyektdə hazırlamış, həmin sənədlərin düzəldilməsində Yusif adlı şəxs də ona köməklik göstərdiyi üçün hər dəfə müxtəlif məbləğlərdə pul da vermişdir. Zərərçəkmiş şəxsləri aldadaraq bir hissəsinə pensiya bərpa etdirilməsində, bir hissəsinin isə pensiya düzəldilməsində köməklik göstərəcəyini deyərkən həkim kimi çəkdiyi adlar həqiqətdə olmamış, həmin şəxslərdən aldığı pullardan heç kimə verməmiş, pulu hər hansı şəxsə verəcəyini də bildirməmişdir. Ayrı-ayrı şəxslərin adlarını çəkmək və özünü həkim kimi təqdim etməkdə məqsədi bu üsulla zərərçəkmiş şəxsləri aldadaraq pullarını ələ keçirmək olmuşdur. O, zərərçəkmiş şəxslərin heç birinə pensiya sənədlərinin düzəldilməsində köməklik göstərmək istəməmiş, belə bir niyyəti olmamış, buna görə də bu barədə heç bir həkim və ya vəzifəli şəxslə razılaşmamışdır. Məqsədi adları çəkilən zərərçəkmiş şəxslərə köməklik göstərmək deyil, aldadaraq pullarını ələ keçirmək olmuşdur. X84 Salmanovun pensiyasının bərpa olunması üçün heç bir məbləğdə pul almamış, bununla bağlı aralarında heç bir razılıq olmamış, Kamil onun barəsində istintaqa yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs Akif Qasımovun cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən X71 göstərdi ki, qızı Şəfiqə İsayeva, nəvələri X188 və X150 əvvəllər İİ qrup əlil kimi pensiya alsalar da, 2020-ci ildə onlara verilən pensiya dayandırılmışdır. 2022-ci ilin noyabr ayında Cəlilabad rayonu Üçtəpə kəndində yaşayan tanışı Kamil Salmanovun yaşadığı evin yaxınlığındakı su quyusunu təmir edən zaman Kamil Salmanovla görüşərkən ona qızı Şəfiqə İsayevaya, nəvələri Rüqəyya İsayeva və Ziya Qarayevə verilən pensiyanı bərpa etdirmək istədiyini bildirmişdir. X196 rayonunda yaşayan Vaqif adlı həkim tanışının olmasını, bu işin düzəlməsi üçün Vaqif həkimlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Təxminən 4-5 gündən sonra Kamil Salmanov ona zəng edərək qızının və nəvələrinin pensiyalarının bərpa olunması üçün Vaqif həkimin ümumilikdə 5000 manat pul istədiyini bildirdmişdir. O, Kamil Salmanovun sözlərinə inanmış və verdiyi bank kartına 01 dekabr 2022-ci il tarixdə Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" ödəmə portalı vasitəsilə nəvəsi Rüqəyya İsayevanın pensiyasının bərpa olunmasında köməklik göstərməsinə görə ilkin olaraq 1400 manat pul göndərmişdir. Bundan başqa, həmin gün digər nəvəsi Ziya Qarayevin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" ödəmə portalı vasitəsilə Kamil Salmanovun verdiyi bank kartına 1800 manat pulu göndərmişdir. Bundan başqa, həmin gün Bakı şəhərində olan kürəkəni, yəni qızı Şəfiqə İsayevanın əri X181 da Kamil Salmanovun verdiyi bank kartına 1000 manat pulu Şəfiqəyə pensiya düzəltməsində köməklik göstərməsi qarşılığında göndərmişdir. 04 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən X317 Salmanovun verdiyi bank kartına arvadı Şəfiqə İsayevaya pensiya düzəltdirmək qarşılığında 800 manat pul göndərmişdir. Kamil Salmanov qızının və nəvələrinin pensiyasının bir ay müddətində bərpa olunmasına söz vermişdir. Kamil Salmanov ona söz verdiyi vaxtda pensiyaları bərpa olunmamışdır. Bundan sonra Kamil Salmanov onun qızının və nəvələrinin pensiyalarını Qarazəncir kənd sakini X113 vasitəsilə düzəldəcəyini bildirmişdir. Kamil Salmanovun onu Akif Qasımovla əlbir olub aldatmasını öyrənərək ondan 5000 manat pulu geri qaytarmasını tələb etmişdir. Akif Qasımovla görüşərkən o, qızının və nəvələrinin pensiya sənədlərinin düzəlməsi üçün Kamil Salmanovla birlikdə 5000 manat pulunu almasını etiraf etmiş, həmin pulu 19 yanvar 2023cü il tarixdə qaytaracağına söz vermişdir. Buna baxmayara, Kamil Salmanov və Akif Qasımov aldıqları 5000 manat pulu qaytarmamışlar. Buna görə də bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayının sonlarında Akif Qasımovun qardaşı X197 Rayon Polis Şöbəsində ona 1900 manat pul qaytarmış, qalan 3100 manat pulu isə hazırki vaxta qədər qaytarmamışlar. 3100 manat pulunun ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X180 göstərdi ki, arvadı X14 pensiyası 2021-ci ildə dayandırılmışdır. Həyat yoldaşının pensiyasını bərpa etdirmək və həm də özünə pensiya təyin etdirmək istəmişdir. Akif Qasımovun pensiya məsələləri ilə məşğul olduğunu eşitmiş, buna görə də 2021-ci ilin yanvar ayının sonlarında Akiflə Cəlilabad şəhər ərazisində görüşmüşdür. Həmin vaxt Akif X308la birlikdə gəlmişdir. Akif və oğlu Vüsalla söhbət edən zaman arvadı Nəzakət Bayramovanın pensiyasının dayandırılmasını demiş, Akif də Nəzakətin pensiyasının bərpa olunmasında köməklik edə biləcəyini və bu işdə ona Vüsalın da yardım edəcəyini deyərək pensiyanın bərpa olunması üçün 1000 manat pul istəmişdir. O, Akifin təklifi ilə razılaşmışdır. Vüsal və Akif həmçinin onun onun özünə də İİ qrup əlil kimi pensiya düzəltməyi təklif etmişlər və bunun qarşılığında 2000 manat pul istəmişlər. 2021-ci ilin fevral ayının əvvəllərində Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən notariusun yanında Akif və Vüsal Qasımovla görüşən zaman ilkin olaraq Akifə 700 manat pul vermişdir. Bir neçə gün sonra Vüsal Qasımov ona arvadı X136 Sosial Ekspert Komissiyasında müayinəyə olunmasına dair sənədin fotoşəklini göndərmişdir. Bundan sonra Akif və Vüsal Qasımovlara inanmışdır. 2021-ci ilin fevral ayının sonunda Akif və X88 şəhəri H.Əliyev prospektində görüşərkən Akifə 2000 manat pul vermişdir. Eyni qaydada 2021-ci ilin iyul ayının ortalarında Akiflə Cəlilabad rayon mərkəzi xəstəxanasının yanında görüşmüş və oğlu Vüsalın yanında 300 manat pul vermişdir. 2021-ci ilin avqust ayının ortalarında Akif ona sənədlərinin tam hazır olduğunu, yenicə qiymətlərin qalxdığını, sonuncu mərhələdə 1000 manat da pul lazım olduğunu bildirmişdir. O bu dəfə də Akifə inanmış həmin gün Cəlilabad şəhəri, Qurtuluş prospektində Akif və oğlu Vüsalla “Şəhidlər Xiyabanı”nın qarşısında görüşmüşlər. Maddi imkanı zəif olduğu üçün 950 manat pulu Vüsala vermiş, Akif və Vüsal da ən geci 1 həftəyə pensiyaların düzələcəyini bildirmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq həyat yoldaşının pensiyasının bərpa olunmadığını və özünə pensiya verilmədiyini gördükdə, artıq aldadıldığını başa düşmüş, Akif və X308lardan verdiyi pulları geri qaytarmalarını tələb etmişdir. Həmin şəxslər onu müxtəlif bəhanələrlə aldatmış, sonralar isə zənglərinə cavab verməmişlər. Beləliklə pensiya məsələsi düzəlməmiş, Akif və oğlu Vüsal verdiyi pulu ala bilməmiş, hətta onlara verdiyi sənədlər də itmişdirp. Akifdən və oğlu Vüsaldan 3950 manat pulunun ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən X122 göstərdi ki, X205 həmkəndlisidir. Onun səhhətində olan problemlərə görə pensiya almaqdan ötrü bir neçə dəfə müvafiq dövlət orqanlarına müraciət etsə də, cavab kimi ona əlillik dərəcəsinin təyin edilməsinə imtina gəlmişdir. X137 Cəlilabad rayonu ərazisində pensiya məsələləri ilə məşğul olduğunu eşitmiş, buna görə də 2019-cu ilin yanvar ayının əvvəllərində Akiflə yaşadığı kənd ərazisində görüşərkən pensiya ilə bağlı müraciətinə imtina gəldiyini bildirmişdir. Akif Qasımov da pensiya düzəltmək işi ilə məşğul olmasını və ona da pensiya düzəldə biləcəyini demiş və həmin işi düzəltməsi müqabilində 2500 manat pul istəmişdir. O, Akifin təklifini qəbul etmiş, lakin pulu olmadığı üçün bir müddət gözləməsini, bankdan kredit götürüb verəcəyini bildirmiş, Akif də heç bir problem olmamasını deyərək onunla razılaşmışdır. Akiflə aralarında razılıq olan zaman Akifin X308 da orada olmuş, Vüsal da Akif kimi ona pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəyini və pensiya ala biləcəyinə söz vermişdir. Həmin vaxtdan etibarən Akif Qasımov ona dəfələrlə zəng edərək pensiya düzəltməsi müqabilində verəcəyi 2500 manat pulu istəmiş, hətta bununla bağlı yaşadığı ünvana gəlib-getmişdir. Təxminən 2019-cu ilin noyabr ayının sonlarında Akif Qasımov və Vüsal Qasımovla yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində görüşmüş və ona pensiya düzəltmələrinə köməklik göstərmələri qarşılığında 2300 manat pulu Akifə vermişdir. Akif və Vüsal Qasımovlar da pensiya sənədlərinin 4-5 ay müddətində hazır olacağını və pensiya ala biləcəyini demişlər, o, həmin şəxslərin bu sözlərinə inanmışdır. Lakin, həmin şəxslərin dediyi vaxt gəlib çatmasına baxmayaraq onun pensiya sənədləri düzəlməmiş və pensiya ala bilməmişdir. Buna görə də tez-tez Akif və Vüsal Qasımovlara zəng edərək verdiyi 2300 manat pulu geri qaytarmalarını tələb etmiş, hətta bununla bağlı onların yaşadıqları evə də getmişdir. Akif pulu isə müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınmışdır. Buna görə də Akif Qasımovun ona pensiya düzəltmək adı ilə aldadıb 2300 manat pulunu ələ keçirməsi barədə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. X206 dəymiş 2300 manat ziyanı tam ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X141 göstərdi ki, 2021-ci ilin dekabr ayına qədər 2-ci qrupp əlil kimi pensiya almışdır. Həmin pensiya 2021-ci ilin dekabr ayında kəsildikdən sonra 2022-ci ilin fevral ayında pensiyanı bərpa etdirmək istəmiş, bu məqsədlə sənəd almaq üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanadan çıxanda Akif Qasımovla rastlaşmışdır. Onunla söhbət edəndə pensiyasını bərpa etdirmək istədiyini bildirmidir. Akif özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək, sənəd toplamaq üçün köməklik edə biləcəyini bildirmiş, bunun üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında saat 12 radələrində Akiflə Cəlilabad rayon Təhsil şöbəsinin qarşısında görüşərək Vüsal Qasımovun yanında Akif Qasımova 1400 manat pul vermişdir. Akif ona 2022-ci ilin mart ayı ərzində 2-ci qrup əlillik dərəcəsinin yenidən təyin ediləcəyini və pensiyasının bərpa edilərək plastik kartı əldə edəcəyini bildirmişdir. 2022-ci ilin mart ayı ərzində onun pensiyası bərpa edilməmişdir. 2022-ci ilin aprel ayının sonunda Akif onun mobil telefonuna zəng vuraraq pensiyasının bərpa olunduğunu, 2-3 həftə ərzində pensiya alacağını bildirərək verəcəyi pulun qalanını almaq üçün harada olduğunu soruşmuş, o, yaşadığı Kazımabad kəndində olduğunu, cəmi 500 manat pulunun olduğunu bildirmişdir. Akif ona oğlu Vüsalı Kazımabad kəndinə göndərəcəyini demiş, 500 manatı verməsini, pulun qalan hissəsini isə sonra verməsini qeyd etmişdir. Həmin gün təxminən saat 23 radələrində Akifin oğlu Vüsal yaşadığı kəndin girişinə gəlmiş və 500 manat pulu vermişdir. Təxminən həmin vaxtdan 1 ay keçməsinə baxmayaraq onun pensiyası bərpa olunmamışdır. Buna görə də Akifə zəng edərək bu işlə maraqlandıqda ona hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmışdır. Akifə bu barədə polisə şikayət edəcəyini dedikdən sonra 22 dekabr 2022-ci il tarixdə verdiyi 300 manatını qaytarmış və qalan pulu da qaytaracağını bildirmişdir. Lakin verdiyi vədə əməl etmədiyi üçün bu barədə şikayət etmişdir. Akifə ümumilikdə 1900 manat pul vermişdir. Həmin pul ona tam ödənmiş, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X203 göstərdi ki, 2022-ci ilin oktyabr ayının ortalarında tanışı Rəfail Quliyevlə söhbət edən zaman azyaşlı qızı Məryəm Hacıyevanın aldığı pensiyasının kəsilməsini bildirmişdir. Rəfail Quliyev də pensiya işi ilə məşğul olan Cəlilabad rayonu Üçtəpə kəndində yaşayan həmkəndlisi Rəfail Əhədov adlı tanışının olmasını bildirmiş və bu məsələdə ona köməklik göstərə biləcəyini demişdir. Həmin vaxt X265 Əhədova zəng edərək görüşüb söhbət etmək istədiyini demiş, Rəfail Əhədov da görüşməyə razılaşmışdır. Həmin gün saat 22 radələrində Rəfail Quliyevlə birlikdə Rəfail Əhədovla görüşmüşlər. X8 qızının pensiyasının bərpa olunmasında ona köməklik göstərməsini xahiş etmişdir. Rəfail Əhədov qızının pensiyasının bərpa olunmasında köməklik göstərməsi üçün 10000 manat pul istəmişdir. O, Rəfail Əhədova bildirmişdir ki, pulun bir hissəsini əvvəlcədən verəcək, pensiya işi düzəldikdən sonra isə qalan pulu verəcəkdir. Rəfail də onun bu təklifini qəbul etmişdir. Rəfail Əhədov onun qızının pensiya işini adını bildirmədiyi tanışı vasitəsilə həll edəcəyini demiş, o da Rəfailin bu sözlərinə inanmışdır. Bundan iki gün sonra, yəni 18 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində X265 Əhədova zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev adına parka çağırmışlar. Həmin parkda Rəfail Əliyevlə birlikdə Rəfail Əhədovla görüşən zaman pensiya işinin düzəldilməsi qarşılığında ilkin olaraq 1500 manat pulu Rəfail Quliyevlə vermiş, Rəfail Quliyev də həmin pulu Rəfail Əhədova vermişdir. Rəfail Əhədova pulu aldıqdan sonra mobil telefonu ilə kimləsə danışmış və ona bildirmişdir ki, 15 iş günü ərzində qızı Məryəm Hacıyevanın pensiya işi həll olunacaq və tezliklə pensiya ala biləcək, hətta pensiya almadığı əvvəlki 6 ayın da pensiyasını ala biləcəkdir. Bundan başqa, 25 oktyabr 2022-ci il tarixdə saat 00:12 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Oskar market”-də olan "xxxx" ödəmə terminalı vasitəsilə Rəfail Əhədovun adına olan **********739491 nömrəli bank kartına 500 manat, 26 oktyabr 2022-ci il tarixdə Qazax şəhəri, H.Əliyev prospekti 107 ünvanında yerləşən “Bazar store” ticarət mərkəzində olan eManat ödəmə terminalı vasitəsilə Rəfail Əhədovun adına olan **********739491 nömrəli bank kartına 2300 manat, 2022-ci ilin noyabr-dekabr ayları ərzində ünvan 3 ünvanında yerləşən “Oskar market”-də olan "xxxx" ödəmə terminalı vasitəsilə həmin bank kartına 1000 manat, son olaraq həmin marketdən Rəfailin adına olan bank kartına 1500 manat pul göndərməklə ümumilikdə 6800 manat pul vermişdir. Rəfail Əhədovla “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayan zaman ona bir şəxsin səs yazısını göndərmiş, həmin səs yazısına qulaq asan zaman qızı Məryəmin pensiya işinin tezliklə həll olunacağını deyilmişdir. Buna görə Rəfail Əhədov hər dəfə ona yalan vədlər verərək Məryəmin pensiyasının bərpa olunacağına inandırmışdır. Lakin, Rəfail Əhədov söz verdiyi vaxtda Məryəm Hacıyevanın pensiyası bərpa olunmadığı və pensiya ala bilmədiyinə görə Rəfaildən verdiyi pulu geri qaytarmağını tələb etmişdir. Rəfail Əhədova pul verdikdən təxminən 2 ay sonra onun pensiya məsələsinin düzəlməsi üçün X87 həkimi ilə iş görəcəyini bildirmişdir. Hətta bununla bağlı “WhatsApp” sosial şəbəkəsi vasitəsilə səs yazılarını yönəldərək guya həmin şəxsin həkim olmasına inandırmışdır. X170 pensiya işinin düzəlməsi üçün köməklik göstərəcək şəxsin mobil telefon nömrəsini alaraq həmin şəxslə danışan zaman Akif Qasımov olmasını və həkim olmadığını bilmiş, hətta X316 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qarşısında çəkdirdiyi fotoşəkili də ona göndərmişdir. Məryəm Hacıyevanın pensiya işi həll olunmadığı üçün Rəfail Əhədovdan pulu geri qaytarmasını tələb etmiş, bununla bağlı yaşadığı ünvana getmişdir. Rəfail də əkin pay torpaq sahəsini sataraq əldə edilən 2700 manat pulu atası Şakir Əhədova vermiş və birlikdə Cəlilabad RMX-da uşaq həkimi işləyən Emin adlı şəxsin yanına getmişlər. Emin adlı həkim qızı Məryəm Hacıyevanın və Rəfailin oğlu Musanın pensiyasının düzəldilməsi üçün 5000 manat pul istəmiş, Şakir Əhədov da Emin adlı həkimə 2700 manat pul vermişdir. Sonradan isə qalan pulu da Emin adlı həkimə çatdırmışdır. Lakin Emin adlı həkim də pensiya işini düzəldə bilməmiş, buna görə də Emin adlı həkim onun 2800 manat pul qaytarmışdır. Hal-hazırda Rəfail Əhədov ondan aldığı 6800 manat pul tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X204 göstərdi ki, onun oğlu Musa Əhədov 2021-ci ilə qədər İİ qrup əlil kimi pensiya almış, lakin, 2021-ci ildə həmin pensiya dayandırımışdır. 2022-ci ilin oktyabr ayında oğlu X266 Rayonlararası Psixiatrik xəstəxanasına aparan zaman həmin xəstənada bir şəxs, adını sonradan bildiyi Vüsal Qasımov ona yaxınlaşıb hansı səbəbdən xəstəxanaya getməsini soruşmuş, o da oğlu Musanın əvvəllər psixi xəstəlikdən əziyyət çəkdiyi üçün İİ qrup əlil kimi pensiya almasını, lakin sonradan pensiyanın verilməsinin dayandırıldığını, buna görə də həmin pensiyanın bərpa olunması üçün sənəd almaq üçün gəldiyini bildirmişdir. Həmin şəxs özünü Bakı şəhərində yerləşən Respublika X87 həkimi Elnur kimi təqdim etmiş, həmçinin atası Yusif və anası Mehriban həkimin həkimin X89 işləmələrini bildirmiş, oğlu Musanın pensiyasının bərpa olunmasında köməklik edə biləcəyini demiş, bu işi görməsi üçün dövlət rüsumu kimi 5500 bildirmişdir. O da həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Özünü Elnur həkim kimi təqdim edən və sonradan adını bildiyi Vüsal Qasımovla bir-birinin mobil telefon nömrələrini götürmüşlər. X151 “WhatsApp” sosial şəbəkəsi vasitəsilə “Kapital bank”-dan verilmiş bank kartının fotoşəklini mobil telefonuna göndərmiş və həmin karta pul atmasını istəmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Gəncə təndir evi”-nin yanında olan adını xatırlamadığı çayxanada dostu Lətif Hacıyevlə əyləşib çay içən zaman Vüsal Qasımov ona zəng edərək oğlu Musanın pensiyasının bərpa olunması barədə söhbət etmişdir. Həmin vaxt Lətif kimlə danışdığını soruşmuş, o da Elnur adlı həkimlə danışdığını və oğlu Musanın pensiyasının bərpa olunmasında Elnur və Yusif adlı həkimlərin köməklik göstərəcəyini demişdir. Lətif də azyaşlı qızı Məryəm Hacıyevaya verilmiş pensiyanın dayandırılmasını və həmin pensiyanı bərpa etdirmək istədiyini bildirmiş, bundan sonra Lətif ondan Yusif adlı həkimin mobil telefon nömrəsini almış və qızının pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. Özünü Yusif həkim kimi təqdim edən Akif Qasmov da bu işin düzəlməsi üçün Lətifdən 6800 manat pul istəmiş, Lətif həmin pulu verməyə razılaşmışdır. 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bravo” supermarketdən Milliön ödəmə portalı vasitəsilə Vüsal Qasımovun verdiyi bank kartına ilkin olaraq 1800 manat pul göndərmiş, həmin vaxt Lətif Hacıyev də onun pul göndərdiyi bank kartına 2000 manat pul göndərmişdir Vüsal Qasımov ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə sənəd fotoşəkilləri göndərmiş, həmin sənədlərdə oğlu Musa Əhədovun və Lətifin qızı Məryəm Hacıyevanın Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş sənədin olmasını görmüşdür. Həmin gün ona tanımadığı bir şəxs zəng edərək özünü Yusif həkim kimi təqdim etmiş, Elnur həkimin atası olmasını bildirmiş, 15 gün müddətində oğlu Musanın pensiya sənədlərinin düzələcəyini və tezliklə pensiya ala biləcəyini bildirmişdir. Onunla danışan şəxsin həqiqətən həkim olmasını zənn edib dediyi sözlərə inanmışdır. Bundan təxminən 7-8 gün sonra, yəni 2022-ci ilin dekabr ayının əvvəllərində Vüsal Qasımov ona yenidən zəng edərək Musanın pensiya sənədlərinin bərpa olunması üçün pul istəmiş, o da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında adını xatırladığı bir marketdə olan Milliön ödəmə portalı vasitəsilə Vüsalın verdiyi bank kartına 1200 manat pul göndərmişdir. Bundan başqa, 2022-ci ilin dekabr ayında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Araz market”-dən Vüsalın verdiyi bank kartına 1000 manat, həmçinin Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-dən 800 manat, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən adını xatırlamadığı mağazadan 700 manat pulu Vüsalın verdiyi bank kartına göndərmişdir. Həmçinin, X89 Vüsal Qasımovla görüşən zaman sənədin çıxarışı üçün ondan əlavə olaraq 200 manat pul almışdır. Bundan başqa, Lətif Hacıyev də qızının pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında Vüsal Qasımovun verdiyi bank kartına ümumilikdə 6800 manat pul göndərmişdir. Vüsal və Akif Qasımovlar ondan və Lətif Hacıyevdən pul alan zaman azyaşlı uşaqlarının pensiyasının 2023-cü ilin yanvar ayının əvvəllərinə qədər bərpa olunacağına söz vermişlər, lakin, söz verdikləri vaxtda oğlu Musa Əhədov və Lətifin qızı Məryəmin pensiyasını bərpa etdirməmişlər. Buna görə verdikləri pulu geri qaytarmalarını tələb etmişlər, buna baxmayaraq Vüsal və Akif Qasımovlar hər dəfə müxtəlif bəhanlər gətirərək onları aldatmışlar, nə pensiya sənədlərinin düzəlməsinə köməklik göstərmişlər, nə də ki aldıqları pulu geri qaytarmamışlar. Buna görə də o, bununla bağlı ilk olaraq Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, ona özünü Elnur həkimi kimi təqdim edən şəxs Cəlilabad rayon Qarazəncir kənd sakini X237, Yusif həkim kimi təqdim edən şəxs isə Vüsalın atası X152r. Vüsal Qasımov onun yanında guya Mehriban adlı həkimlə danışmış və özünü Mehriban kimi təqdim edən şəxs də ona köməklik göstərəcəyinə inandırmışdır. Ərizəsi əsasında Cəlilabad RPŞ-də aparılan araşdırma zamanı Mehriban kimi özünü təqdim edən şəxsin Vüsalın anası X72 olmasını bilmişdir. Rəfail Əhədov ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Vüsalın ona göndərdiyi bank kartına oğlu Musaya əlillik dərəcəsinin təyin edilməsinə görə 2022-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərinin ayr-ayrı ərazilərində göndərmiş, orada yanında heç kim olmamış, Vüsal özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin işçisi kimi təqdim etdikdə əlillik dərəcəsinin necə təyin olunacağını və başqa bir şəxsin olub-olmamasını bilməmişdir. Lakin, sonradan atası Akif və anası Kəmalənin də bu işdə marağının olduğunu bilmişdir. Belə ki, Vüsalın atası Akif pensiyanın düzələcəyi barəsində ona yalandan vədlər vermişdir. Kəmaləni isə Vüsalla mobil telefonda həkim adı ilə danışan qadına oxşatdığı üçün bu işdə marağının olduğunu ehtimal edir. Akif Qasımova və oğluna verdiyi cəmi 5700 tmanat puldan 2000 ödənilmiş, 3700 manat isə ödənilməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X112 göstərdi ki, onun qızının əri X11 olan problemlərə görə bir neçə il İİ qrup əlil kimi pensiya almış, 2021-ci ildə pensiyası kəsilmişdir. Tofiq xəstə olduğu üçün demək olar ki, ailəsinin maddi problemlərini o, həll etmişdir. Tofiq pensiyasınn bərpa etdirmək üçün müvafiq dövlət orqanlarına müraciət etsə də, əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı imtina cavabı göndərilmişdir. O, Cəlilabad rayonu ərazisində Akif Qasımovun pensiya məsələləri ilə məşğul olduğunu eşitmiş, buna görə də 2022-ci ilin noyabr ayının sonlarında Akiflə Cəlilabad şəhəri ərazisində görüşərkən Tofiqin pensiyası ilə bağlı imtina gəldiyini bildirmiş, pensiyanın bərpa olunması üçün köməklik göstərməsini xahiş etmişdir. Akif pensiyanı bərpa etdirə biləcəyini deyərək bunun qarşılığında 4800 manat pul lazım olduğunu bildirmişdir. O da Akiflə razılaşmışdır. Təxminən 1 həftə sonra, 2022-ci ilin noyabr ayının sonlarında saat 13 radələrində Akif Qasımov və oğlu və X171 şəhəri, Qurtuluş prospektində görüşərkən 1800 manat pul vermişdir. Bundan təxminən 20 gün sonra 2022-ci ilin dekabr ayının ortalarında Cəlilabad RMX-nın həyətində idarə etdiyi avtomobildə Akif Qasımovla görüşərək Vüsal Qasımovun yanında 1500 manat pul vermiş, Akif də ona Tofiqin pensiyasının bərpa olunması üçün X308la birlikdə işlər gördüyünü bildirmiş və bununla bağlı sənəd təqdim etmişdir. Həmin sənəddə Tofiq Fərziyevin pensiyasının bərpa olunması ilə bağlı qeydiyyata götürülməsi barədə qeydlər olmuşdur. Həmçinin, həmin vaxt Vüsal Qasımov kürəkəni Tofiq Fərziyevi həkim komissiyasından keçmək üçün növbədənkənar olaraq həkim müayinəsinə keçirmişdir. Akif və Vüsal Qasımovların ona sənəd təqdim etməsi və Tofiq Fərziyevi növbədənkənar olaraq həkim müayinəsinə yönləndirməsi həmin şəxslərə qarşı özündə inam yaratmışdır. Sonuncu dəfə isə 2022-ci ilin dekabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobildə Akif Qasımovla görüşərək 1500 manat pul vermişdir. X309 Fərziyevin pensiyasının 2 ay müddətində bərpa olunacağını və Tofiqin İİ qrup əlil kimi yenidən pensiya alacağına söz vermişdir. İki ay müddətində həmin pensiya sənədləri düzəlmədiyi təqdirdə isə bununla bağlı əlavə olaraq işlər görəcəyini bildirmiş, o, bu dəfə də Akifin sözlərinə inanmışdır. Lakin, iki aydan sonra Akif və oğlu X252 Fərziyevin pensiyasının bərpa olunması üçün hər hansı işlər görməmiş, buna görə də Akif Qasımovla tez-tez mobil telefonla əlaqə saxlamış, hətta dəfələrlə yaşadığı ünvana gedərək verdiyi 4800 manat pulu geri qaytarmasını tələb etmişdir. Akif və Vüsal Qasımovlar onu əvvəlcə müxtəlif bəhanlər gətirərək pulunu qaytarmamışlar.Lakin, X189 hissə-hissə 1750 qaytarmış, qalan 3050 manat pulu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Buna görə də bununla bağlı Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hal X254 ondan aldığı 4800 manat pul tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X93 göstərdi ki, 2015-ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayınadək İİ qrup əlillik dərəcəsilə pensiya almış, lakin, 2021-ci ilin noyabr ayında ona ayrılmış pensiya dayandırılmışdır. Bununla bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. 2022-ci ilin dekabr ayında tanışı Mirnəsib Kazımovla söhbət edən zaman Mirnəsib ona pensiyanın bərpa olunmasında Cəlilabad rayon sakini kimi Akif adlı şəxsin köməklik göstərə biləcəyini, hətta yeznəsinə də pensiyanın düzəldilməsində köməklik göstərdiyini bildirmişdir. Mirnəsib Kazımov yeznəsi Mirbürhan Kazımovla əlaqə saxlayıb Akif Qasımovun onun pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. 22 dekabr 2022-ci il tarixdə X69 rayonu, Əsgərabad kəndi ərazisində yerləşən “Qoz bağı” kafesində görüşən zaman pensiyasının bərpa olunmasında köməklik göstərəcək Akif Qasımova çatdırmaq üçün 2000 manat pulu Mirnəsib Kazımovun yanında vermişdir. 25 dekabr 2022-ci il tarixdə X163 Qasımovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə fotoşəkil göndərilmiş, həmin fotoşəkilə baxan zaman guya onun 27 dekabr 2022-ci il tarixdə saat 12:45 dəqiqədə Bakı şəhəri, 6-cı mikrorayon, M.Kazımovski 134 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası ƏƏSMN-nin DTSERA-da (dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyi) onlayn növbə tutulmasını və göstərilən vaxtda həkim müayinəsindən keçməsi göstərilmişdir. 27 dekabr 2022-ci il tarixdə o, Bürhan Kazımova zəng edərək Akif Qasımovla əlaqə saxlamasını və qeyd edilən ünvana həkim müayinəsinə aparmasını demişdir. Bundan təxminən 20-30 dəqiqə sonra Bürhan ona zəng edərək Akifin deməsinə görə ƏƏSMN-nin DTSERA-ya getməsinə ehtiyac olmadığını, verilmiş sənədlər əsasında həkim müayinəsindən keçəcəyini bildirmişdir. O da Akifin bu sözlərinə inanmışdır. 05 yanvar 2023-cü il tarixdə saat təxminən 12 radələrində ***-***-**-** saylı nömrədən mobil telefonuna zəng gəlmiş, zəngə cavab verən zaman onunla danışan şəxs özünü ƏƏSMN-nin DTSERA-nın həkimi kimi təqdim edərək adının Yusif olmasını bildirmiş, pensiya sənədlərinin düzəlmək üzrə olduğunu, bu işin düzəlməsi üçün əlavə olaraq 3000 manat pul lazım olduğunu bildirmiş, 16 yanvar 2023-cü il tarixdə ona pensiya təyin olunacağına söz vermişdir. O da bundan sonra zəng edən şəxslərin həqiqətən də ƏƏSMN-nin DTSERA-nın həkimi olmasına inanmışdır. Buna görə də 07 yanvar 2023-cü il tarixdə saat 12-13 radələrində Mirnəsib Kazımovla birlikdə Cəlilabad şəhəri ərazisində yerləşən “Acses bank”-ın yaxınlığına getmiş və qeyd edilən yerdə idarə etdiyi avtomobildə Vüsal Qasımovla görüşmüşdür. Söhbət zamanı Vüsal Qasımov pensiya sənədlərinin hazır olmasını bildirmiş, ona Yusif adı ilə zəng etmiş şəxsin dediyi 3000 manat pul verməsini istəmişdir. O isə Vüsalın gənc olmasını görüb pul verməsi üçün valideynini çağırmasını tələb etmişdir. Təxminən 30-40 dəqiqə sonra Vüsalın X314 da onların yanına gəlmişdir. Bundan sonra belə qərara gəlmişlər ki, 3000 manat pulu Vüsala Cəlilabad rayonu, Alar kəndi ərazisində yerləşən marketlərin birində olan ödəmə terminalı vasitəsilə Vüsalın verdiyi “Kapital bank”-a məxsus olan 4169 7388 1940 0114 nömrəli bank kartına köçürsün. Həmin gün saat 14:59 dəqiqədə idarə etdiyi avtomobillə birlikdə Vüsal Qasımov və atası X227 rayonu, Alar kəndinə aparmış və Alar kəndi ərazisində yerləşən “Alar” marketdə olan “Million” ödəmə terminalına məxsus 15080 saylı ödəmə terminalı vasitəsilə Vüsalın verdiyi 4169 7388 1940 0114 nömrəli bank kartına 3000 manat pul köçürmüş, hətta pulun köçürülməsində Vüsal da köməklik göstərmişdir. Həmin gün saat 15:35 dəqiqədə isə özünü Yusif həkim kimi təqdim edən şəxs ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ***- ***-**-** saylı nömrədən “salam, çox sağol, çatdı, yığıram sizi, yanımda vətəndaşı yola salım sizlə əlaqə saxlayacam” sms-lərini yazmışdır. Bundan sonra Vüsal və Akif Qasımovlardan ayrılıb Biləsuvar rayonuna Mirnəsib Kazımovla birlikdə qayıtmışdır. 08 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Vüsal Qasımov istifadə etdiyi ***-***-**-** saylı nömrədən ona zəng edərək pensiya işinin hazır olmaq üzrə olduğunu, portala vurulduğunu, işin tam düzəlməsi üçün əlavə olaraq 3400 (üç min dörd yüz) manat pul lazım olmasını bildirmiş, hətta onun pensiya işi düzəldikdən sonra kimi desə həmin şəxsin də pensiya işinin düzəlməsində pulsuz köməklik göstərəcəyini demişdir. Daha sonra isə Vüsalın mobil telefonu ilə X314 onunla danışmış, pensiyasının düzəlməsində Vüsalın köməklik göstərəcəyinə söz vermişdir. 08 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən “Qoz bağı” kafesinin həyətində Akif Qasımovla görüşmüş və pensiyasının düzəldilməsində köməklik göstərməsi qarşılığında Akifə 2000 ABŞ dolları, yəni 3400 manat pul vermişdir. Akiflə söhbət edərkən ona iki gündən sonra qeydiyyatdan keçməsi ilə bağlı bildirişi verəcəyini, 16 yanvar 2023cü il tarixdə isə pensiya məsələsinin tam həll olunacağını və pensiya ala biləcəyini bildirmişdir. O da Akifin bu sözlərinə inanmışdır. Akifə həmin pulu verən zaman Mirnəsib Kazımov yanında olmuşdur. 10 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən “Qoz bağı” kafesində Mirnəsib Kazımovla birlikdə olan zaman Vüsal Qasımov oraya gəlmiş və onun pensiya alması üçün ƏƏSMNnin Tibbi Sosial Ekspert Komissiyasından 27 dekabr 2022-ci il tarixdə sonuncu dəfə müayinədən keçməsi ilə bağlı bildirişi vermişdir. Həmin bildirişdə guya onun İİ dərəcəli əlil kimi müddətsiz olaraq ümumi xəstəliklə bağlı pensiya alması barədə məlumatlar öz əksini tapmışdır. O da Vüsalın verdiyi bildirişdən sonra pensiya məsələsinin həll olunmasında köməklik etdiyinə tam əmin olmuşdur. 16 yanvar 2023-cü il tarixdə ona pensiya təyin olunmadığı üçün Vüsala zəng edərək bu məsələ ilə bağlı maraqlanmış, Vüsal isə həkimin deməsinə görə həmin məsələnin 01 fevral 2023-cü il tarixdə həllini tapacağına söz vermişdir. 31 yanvar 2023-cü il tarixdə Vüsalın istifadəsində olan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna göndərilmiş mesajda 01 fevral 2023-cü il tarixdə saat 17 radələrinə qədər pesniya məsələsinin həll olunacağı, portala köçürüləcəyi bildirilmişdir. Lakin, 01 fevral 2023-cü il tarixdə pensiya məsələsi yenə də həll olunmamışdır. Buna görə də Vüsalın istifadəsində olan “WhatsApp” sosial şəbəkəsinə mesaj yazaraq pensiya məsələsinin hansı səbəbdən həll olunmadığını soruşmuş, sms vasitəsilə danışan şəxs isə 16 fevral 2023-cü il tarixdə həmin məsələnin tam həll olunacağına söz vermişdir. 10 fevral 2023-cü il tarixdən isə Vüsal və Akif Qasımovlarla əlaqələri kəsilmişdir. Buna görə də Vüsal və Akif Qasımovları axtaramağa başlamış, lakin, Vüsalın Qasımovun həqiqi hərbi xidmətə aparılmasını bilmişdir. Akif Qasımovu tapa bilməsə də, qardaşı Vidadi Qasımovu tapıb söhbət edərkən Vüsal və Akifin onun pensiya düzəltmək adı ilə aldadıb pulunu ələ keçirməsini bildirmişdir. Bir gün sonra Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində “Rövşən” adlı kafedə Vidadi Qasımovla söhbət edərkən Vüsal və Akifin onun pensiya düzəltmək adı ilə aldadıb aldığı pulunu qaytaracağına söz vermişdir. Bundan başqa aralarındakı söhbət zamanı Vidadi Qasımov qardaşı Akifin başqa şəxslərə də pensiya düzəldən zaman pensiya düzəldiləcək şəxslərə özünü həkim kimi zəng etməsini bildirmişdir. Buna baxmayaraq Vidadi Qasımov qardaşı Akif Qasımov və Vüsal Qasımovların ona pensiya düzəltmək adı ilə aldadıb aldığı 8400 manat puldan qaytarmamışdır. O da 05 aprel 2023-cü il tarixdə bununla bağlı Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda 8400 manat pul ona tam qaytarılmış, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X201 göstərdi ki, 2016-cı ildən səhhəti ilə bağlı pensiya almış, 11 noyabr 2021-ci il tarixdə yenidən həkim komissiyasından keçməli olmuş, həmçinin arvadı X41 da səhhətində problemlər olmuş, buna görə də Nailəyə də pensiya düzəltdirmək istəmişdir. Lakin, təkrar həkim komissiyasından necə keçəcəyini, Nailəyə əlillik dərəcəsini necə təyin etdirəcəyini bilməmişdir. X198 rayonu ərazisində pensiya məsələləri ilə məşğul olduğunu eşitmiş, buna görə də 2021-ci ilin noyabr ayının əvvəllərində Akiflə Cəlilabad şəhər ərazisində görüşərkən özünün və arvadının həyat yoldaşının pensiya məsələsi ilə bağlı köməklik göstərməsini xahiş etmişdir. Akif ona yenidən əlillik dərəcəsini təyin etdirə biləcəyini, həmçinin həyat yoldaşına da əlillik dərəcəsi təyin etdirə biləcəyini deyərək, bunun qarşılığında 5500 manat pul lazım olduğunu bildirmişdir. O da Akifin bu sözü ilə razılaşmışdır. 08 noyabr 2021-ci il tarixdə Akiflə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Lökbatan dairəsi”-nin yaxınlığında Sədərək ticarət mərkəzinə giriş tərəfdə görüşmüş və 5000 manat pulu vermişdir. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində yenidən Akiflə yenidən həmin yerdə görüşmüş və qalan 500 manatı da vermişdir. Lakin, X229 ona və həyat yoldaşı Nailəyə uzun müddət əlillik dərəcəsi təyin edilmədiyini gördükdə, artıq aldadıldığımı başa düşmüş, buna görə də Akifdən pulunu qaytarmasını istəməyə başlamışdır. Akif Qasımov isə onu müxtəlif bəhanələrlə aldatmış, sonralar isə zənglərinə cavab verməmişdir. Akif verdiyi vədə əməl etmədiyi üçün bu barədə Cəlilabad RPŞ-nə şikayət etmişdir. Akif Qasımova verdiyi 5500 manat pulun 1400 manatı ödənilmiş, 4100 manatı isə ödənilməmişdir. X267 şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X33 göstərdi ki, Cəlilabad şəhərində yaşayır. 2021-ci ilin sentyabr ayında Qonşusu Şəmsiyyə ona demişdir ki, Akif Qasımov adlı şəxs pensiya işi ilə məşğuldur. O da özünə pensiya düzəltmək istəmişdir. Akif Qasımova qonşusu Şəmsiyənin vasitəsi ilə 7000 manat pul göndərmişdir. Lakin sonra demişlər ki, iş alınmamışdır. O da Akif Qasımovun evinə gedərək pulu verməsini tələb etmişdir. Akif Qasımovun qardaşı ona 4000 manat qaytarmışdır. Daha sonra Akifin qardaşı ona 2500 manatı pul vermişdir. X228 verdiyi 7000 manat pulun 6500 manatı ödənilmiş, 500 manat isə ödənilməmişdir. Həmin pul ödənilsə yaxşı olar, ödəməsə də, Akif Qasımovdan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X235 göstərdi ki, X61 Cəlilabad rayonu Üçtəpə kənd sakini kimi tanıyır. X153 isə şəxsən əvvəllər tanımamışdır. O, 2-ci qrup əlil kimi pensiya almışdır. Qardaşı Orubxan da xəsətəliyinə görə 2-ci qrup əlil kimi pensiya almışdır. 2020-ci ildə onun və qaraşının pensiyaları kəsilmişdir. 27 noyabr 2022-ci il tarixdə yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yas mərasimində iştirak edərkən onunla eyni masada əyləşmiş Kamil Salmanovla söhbət edərkən Kamil ona pensiya işində kömək edəcəyini, özünün şəxsiyyət vəsiqəsinin surətini ona göndərməsini demişdir. O, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə özünün şəxsiyyət vəsiqəsinin surətini Kamilə göndərmişdir. Kamil onu inandırmaq üçün guya pensiya düzəltdirdiyi bir neçə şəxsin adının olduğu siyahını da ona atmışdır. Kamil ona həkim səsi kimi bir şəxsin səs yazısını göndərmiş, həmin səs yazısında həkim “Mirxas sənə görə 1600 manata bu işi düzəldərəm, təsdiq kodunu göndərim, 15 gün ərzində sistemdə görünəcək və hətta bir il öncə kəsilən pensiyası üçün pulunu alacaq” deyə bildirilmişdir. Kamil ona üzərində 4169 7388 1940 0114 nömrəsi olan bank kartının fotoşəkilini göndərmiş və həmin koda komissiyanın həkimi üçün 1600 manat pul köçürməsini demişdir. O da 28 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən mağazaların birində olan Miliön ödəmə terminalı vasitəsilə Kamil Salmanovun verdiyi bank kartına 1600 manat pul göndərmişdir. Kamil Salmanov 2022-ci ilin dekabr ayının sonunda pensiya kartını götürəcəyini, karta bir illik pensiyanın da yüklənəcəyini demişdir. Buna görə də Kamilin sözlərinə inanmış və 2022-ci ilin dekabr ayının sonunu gözləməyə başlamışdır. Bundan başqa 07 dekabr 2022-ci il tarixdə qardaşı Qurbanxan Bayranovun evində olan zaman Kamil Salmanov onun mobil telefonuma zəng edərək həkimin zəng etməsini, təcili bir nəfər şəxs lazım olduğunu, onun əlillik məsələsini həll edə biləcəyini demişdir. Bu zaman qardaşı Qurbanxanla məsləhətləşmiş və Qurbanxanın da pensiyası dayandığı üçün pensiyasının bərpa etidirilməsi üçün razılaşmışlar. O, qardaşı Qurbanxanın şəxsiyyət vəsiqəsinin fotoşəklini Kamilə göndərmiş, təxminən bir saat sonra Kamil “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona fotoşəkil göndərmiş və fotoşəkildə Qurbanxanın da İİ qrup əlilliyi təyin olunması göstərilmişdir. Kamil Qurbanxanın pensiyası üçün həkimə çatacağı adı ilə 1500 manat göndərməli olduqlarını demişdir. xx.xx.2023-cü il tarixdə o, qardaşı Qurbanxandan 1500 manat pul almış və birlikdə həmin pulu Milli-ön ödəmə terminalı vasitəsi ilə Kamil Salmanovun verdiyi 4169 7388 1940 0114 nömrəli bank kartına köçürmüşlər. 2022-ci ilin dekabr ayının sonunda eşitmişdir ki, X199 rayonu Qarazəncir kənd sakini X153 Təzəkənd kəndinə gətirib və bildirib ki, həmin şəxs tərəfindən aldadılıb, onların işi ilə yanaşı başqa bir neçə nəfər şəxsə də iş görüblər. Buna görə Kamil Salmanova zəng edərək verdiyi pulu qaytarmasını tələb etməyə başlamışdır. Kamil isə onu və qardaşı Qurbanxanı müxtəlif bəhanələrlə aldadaraq pullarını qaytaracağını bildirmişdir. X154 və qardaşı Qurbanxan Bayramovdan pensiyasının bərpa olunması üçün aldığı pulu qaytarmadığı, həmçinin pensiyalarının bərpa olunması üçün hər hansı köməklik göstərmədiyi üçün bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Ərizə ilə müraciət etdikdən sonra Kamil Salmanov onlara adını bildirmək istəmədiyi və pensiyaların bərpa olunmasında köməklik edəcək şəxsin X205 olmasını bildirmişdir. Kamil Salmanovun ondan aldığı 1600 manat pulun 500 manatını Akif Qasımovun qardaşı ona ödəmişdir. Lakin 1100 manat pul ödənilməmişdir. O, 1100 manat pulun ödənilməsini Kamil Salmanovdan tələb edir, çünki pulu ona vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X92 göstərdi ki, o, 2-ci qrup əlil kimi pensiya almışdır. 2020-ci ildə onun pensiyası kəsilmişdir. 07 dekabr 2022-ci il tarixdə qardaşı Naib ilə onun evində olan zaman Kamil Salmanov qardaşı Naibin mobil telefonuna zəng edərək həkimin zəng etməsini, təcili bir nəfər şəxs lazım olduğunu, onun əlillik məsələsini həll edə biləcəyini demişdir. Bu zaman qardaşı Naiblə məsləhətləşmiş və onun da pensiyasının bərpa etidirilməsi üçün razılaşmışlar. Naib onun şəxsiyyət vəsiqəsinin fotoşəklini Kamilə göndərmiş, təxminən bir saat sonra Kamil “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona fotoşəkil göndərmiş və fotoşəkildə ona 2-ci qrup əlilliyin təyin olunması göstərilmişdir. Kamil Qurbanxanın pensiyası üçün həkimə çatacağı adı ilə 1500 manat göndərməli olduqlarını demişdir. xx.xx.2023-cü il tarixdə o, qardaşı Naibə 1500 manat pul vermiş və birlikdə həmin pulu Milli-ön ödəmə terminalı vasitəsi ilə Kamil Salmanovun verdiyi 4169 7388 1940 0114 nömrəli bank kartına köçürmüşlər. 2022-ci ilin dekabr ayının sonunda eşitmişdir ki, X199 rayonu Qarazəncir kənd sakini X153 Təzəkənd kəndinə gətirib və bildirib ki, həmin şəxs tərəfindən aldadılıb, onların işi ilə yanaşı başqa bir neçə nəfər şəxsə də iş görüblər. Buna görə Kamil Salmanova zəng edərək verdiyi pulu qaytarmasını tələb etməyə başlamışdır. Kamil isə onu və qardaşı Naibi müxtəlif bəhanələrlə aldadaraq pullarını qaytaracağını bildirmişdir. X154 və qardaşı Naibdən pensiyalarının bərpa olunması üçün aldığı pulu qaytarmadığı, həmçinin pensiyalarının bərpa olunması üçün hər hansı köməklik göstərmədiyi üçün bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizə ilə müraciət etdikdən sonra Kamil Salmanov onlara adını bildirmək istəmədiyi və pensiyaların bərpa olunmasında köməklik edəcək şəxsin X205 olmasını bildirmişdir. Kamil Salmanovun ondan aldığı 1500 manat pul ödənilməmişdir, həmin pulun ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən X94 göstərdi ki, Cəlilabad rayonu Üçtəpə kəndində yaşayır. 21 oktyabr 2022-ci il tarixdə oğlu Mirşahin Salmanovun sənədlərini pensiyasının bərpa olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. X257 yaxınlaşaraq oğlunun hansı xəstəlikdən əziyyət çəkməsini soruşmuş, o da oğlu Mirşahinin epidemiya xəstəliyindən əziyyət çəkdiyi üçün əvvəllər pensiya aldığını, lakin sonradan həmin pensiyanın dayandırılmasını bildirmişdir. Akif Qasımov onun oğlunun pensiyasının bərpa olunmasına köməklik edəcəyini bildirmişdir. O, Mirşahin Salmanovun pensiyasının bərpa olunması üçün Akif Qasımova 4200 manat pul vermiş, lakin X268 onu aldadaraq Mirşahinin pensiya sənədlərini düzəltməmişdir. Akif Qasımov ondan aldığı 4200 manat pulun 2500 manatını ödəmiş, 1700 manatını isə ödəməmişdir. Bundan başqa, Cəlilabad rayonu Uzuntəpə kənd sakini X240 2022-ci ilin noyabr ayında söhbət əsnasında əlilliyinə uyğun olaraq əlillik dərəcəsinin verilmədiyini, bu barədə köməklik etməsini xahiş etmişdir. O da Rahilə Akif adlı tanışının olduğunu, bununla bağlı kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Akiflə bu barədə danışmış, Akif Rahilin əlilliyinə uyğun əlillik dərəcəsini təyin etdirəcəyini deyərək, qarşılığında 1700 manat pul istəmişdir. Akif Qasımovun həmin sözlərini Rahil Əliyevə deyərək Akiflə şəxsən özünün görüşməsini təklif etmişdir. Rahil Əliyev isə onu tanıdığını, pulu ona verəcəyini bildirmişdir. 11 noyabr 2022-ci il tarixdə o, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Rahilə bank kartının fotoşəklini atmış, Rahil də 1700 manat pulu həmin karta göndərmişdir. O, həmin pulu bir neçə gün sonra Akifin bank kartına göndərmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Akif verdiyi vədə əməl etməmiş və Rahil Əliyevin pensiyasının bərpa olunmasına heç bir köməklik göstərməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayının ortalarında Naib Bayramov ona zəng edərək mobil nömrəsini həmkəndlisi Şahbaz adlı şəxsin verdiyini bildirmişdir. Naib ona pensiyasının kəsildiyini, əlillik dərəcəsini təyin etdirmək istədiyini qeyd etmişdir. O isə Naibə bununla bağlı maraqlanacağını və bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Akif Qasımova zəng etmiş, bu barədə danışarkən Akif qeyd edilən pensiya məsələsini həll edə biləcəyini bildirərək qarşılığında 1600 manat pul istəmişdir. Akifin ona göndərdiyi səsləri Naibə göndərmişdir. Akif Qasımovun verdiyi bank kart nömrəsini Naibə göndərmiş və xx.xx.2022-ci il tarixdə Naib həmin karta 1600 manat pul yükləmişdir. Akif bundan sonra ona fotoşəkil atmış və həmin şəkildə Naibə 2-ci qrup əlilliyin təyin olunduğu görünmüşdür. O da qeyd edilən fotoşəkili Naibə göndərmişdir. Akif Naibin ilin sonuna pensiya kartını alacağını və hətta pensiyası kəsildiyi dövrün də pulunu ala biləcəyini bildirmişdir. Bundan bir həftə sonra Akif ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə səsli mesaj göndərmiş və bildirmişdir ki, bir nəfər üçün də yer vardır, dərhal pensiyası kəsilmiş bir şəxs lazımdır ki, onun da pensiyasını bərpa etdirsin. O da bir neçə nəfərə bu barədə məlumat vermiş, həmçinin bu barədə Naibə də bildirmişdir. Naib isə qardaşı Qurbanxanın da pensiyasının kəsildiyini, pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Naib ona qardaşı Qurbanxanın şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, o da öz növbəsində həmin vəsiqənin fotoşəklini Akifin telefonuna göndərmişdir. Bir neçə dəqiqə ərzində Akif ona mesaj göndərmiş və həmin mesajda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin veb saytında X62 əlillik dərəcəsi təyin olunması göstərilmişdir. Akif bu işi görməsi qarşılığında 1500 manat pul istəmiş, buna görə də Akifin səs yazılarını Naibə göndərmişdir. Bundan bir gün sonra xx.xx.2022-ci il tarixdə Naib Akifin göndərdiyi bank hesabına 1500 manat pul köçürmüşdür. Akif bir ay ərzində Naib kimi Qurbanxanın da pensiyasının kartına vurulacağını, bir illik kompensasiya da alacağına söz vermişdir. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Akif dələduzdur və bir çox şəxsi bu yolla aldadıbdır. Həmçinin Akifin ona göndərdiyi səslərdə özünü nazir sürücüsü kimi təqdim edən şəxs Akifin oğlu Vüsalın səsidir. Halbuki, Akif həmin səsin Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin sürücüsünə aid olduğunu bildirmişdir. Bundan sonra Akiflə danışıb görüşən zaman Akif sənədlərin hamısını nazirliyə verməsini, alınsa alınacağını, alınmasa pulların hamısını qaytaracağını demişdir. Lakin bundan sonra Akif onun verdiyi pulları geri qaytarmamış və pulların sahibləri onun barəsində şikayət etmişlər. Bundan başqa Cəlilabad rayonu Təzəkənd kənd sakini Şahbaz Qarayevlə 2022-ci ilin noyabr ayının ortalarında Üçtəpə kəndi ərazisində su quyusu qazan zaman ondan oğlu Mirşahinin pensiyasının bərpa olunub-olunmadığını soruşmuş, o da oğlu Mirşahinin pensiyasının bərpa olunması üçün bir tanışı ilə iş gördüyünü, bunun qarşılığında pul verdiyini desə də, lakin hansı miqdarda pul verdiyini deməmişdir. Şahbaz Qarayev qızı və nəvələrinə də pensiya düzəltməkdə köməklik göstərməsini istəmişdir. O da elə Şahbazın yanında Akif Qasımova zəng edərək Şahbazın öz dayısı olmasını, qızı və nəvələrinin pensiyasının düzəldilməsində köməklik göstərməsini xahiş etmişdir. Akif də Şahbaza pensiya sənədlərinin düzəldilməsində köməklik göstərəcəyini bildirmiş, Şahbazın mobil telefon nömrəsini istəmişdir. Buna görə Şahbazın mobil telefon nömrəsini Akifə vermişdir. Bundan 2-3 gün sonra Şahbaz Qarayev ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə bank kartının fotoşəklini göndərmiş, həmin kartın fotoşəklini Akif Qasımovun göndərməsini bildirmiş və kartın Akif Qasımovun ona göndərdiyi bank kartı ilə eynilik təşkil edib-etmədiyini soruşmuşdur. O da X253 göndərdiyi bank kartının fotoşəklini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərib göndərilən kartla eynilik təşkil etdiyini bildirmişdir. X286 Qasımovun verdiyi bank kartına pul göndərən zaman qəbzin və ödəmə terminalının fotoşəklini çəkməsini məsləhət görmüşdür. Şahbaz Qarayevlə sonradan mobil telefonla danışan zaman qızı və nəvələrinin pensiya sənədlərinin düzəlməsi üçün Akif Qasımovla işini həll etdiyini bildirsə də, lakin həmin işin düzəlməsi üçün konkret olaraq nə qədər pul verdiyini deməmişdir. 2022-ci ilin dekabr ayında Şahbaz Qarayev onun yaşadığı ünvana gələrkən qızı və nəvələrinin pensiyasının düzəlməsi üçün Akif Qasımova pul verdiyini, Akifin həmin sənədlərin düzəlməsi üçün söz verdiyi vaxtın yaxınlaşdığını, lakin Akifdən bununla bağlı heç bir məlumat olmadığını, hətta Akifin onları aldatmaq ehtimalının da olmasını bildirmişdir. O da X10rı aldatdığı təqdirdə barəsində şikayət etməyi məsləhət görmüşdür. Akif Qasımov söz verdiyi vaxta qədər, yəni 25 dekabr 2022-ci il tarixədək onların pensiya sənədlərini düzəldib təqdim etməmişdir. Bundan 5 gün sonra X17rı aldatdığını, pensiya sənədlərinin düzəlməsi üçün hər hansı köməklik göstərmədiyini bildirmişdir. X155 da aldatmasını və oğlu Şahin Salmanovun pensiyasını bərpa etdirmək üçün hər hansı iş görmədiyini demişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X236 göstərdi ki, onun qızı Rüqəyya İsayeva 2020-ci ilə qədər xəstəliyi ilə bağlı olaraq hər ay 200 manat pensiya almış, lakin sonradan qızına verilən pensiya dayandırılmışdır. Həmin pensiyanın bərpa olunmasını istəmişdir. 2022-ci ilin noyabr ayının sonlarında qohumu Şahbaz Qarayevlə söhbət edən zaman sonuncu nəvəsinin pensiyasının bərpa olunması üçün Mirxas adlı, sonradan isə adının Kamil Salmanov olduğunu bildiyi tanışının köməklik göstərəcəyini bildirmişdir. O da Şahbaza qızı Rüqəyyanın pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etməsini demişdir. Şahbaz da elə onun yanında Kamilə zəng edərək Rüqəyya İsayevanın pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmiş, Kamil də bu işin düzəlməsi üçün ondan 1400 manat pul istəmişdir. Şahbaz Kamilin bu sözlərini ona dedikdə həmin təkliflə razılaşmışdır. Kamil istifadə etdiyi bank kartının fotoşəkilini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Şahbaz Qarayevin mobil telefonuna göndərmişdir. 01 dekabr 2022-ci il tarixdə Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-nə məxsus ödəmə terminalı vasitəsilə Kamilin verdiyi **********400114 nömrəli bank kartına qızı Rüqəyyanın pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında 1400 manat pul köçürmüş, həmin pulu köçürməsi ilə bağlı qəbzin fotoşəkilini çəkərək Şahbaza göndərmişdir. Şahbaz da həmin qəbzin fotoşəkilini Kamilə göndərmişdir. Lakin qızının pensiyası bərpa olunmamışdır. Kamil aldığı 1400 manat pulu geri qaytarmamışdır. Sonradan onlara məlum olmuşdur ki, qızının pensiyasının bərpa olunması üçün verdiyi 1400 manat pul Qasımov Akifə çatmışdır. Akif Qasımov onları aldatmışdır. Buna görə də X17rı aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Akifin qardaşı ona 700 manat ödəmiş, lakin 700 manat ödənilməmişdir. Həmin pulun ödənilməsini tələb edir Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X111 göstərdi ki, oğlu Ayxan Sadıqlı 2020-ci ilə qədər pensiya alsa da, lakin sonradan həmin pensiyanın verilməsi dayandırılmışdır. Ayxan Sadıqlının pensiyasının bərpa olunması üçün müraciət etsə də, ona Ayxanın əlavə olaraq reabiitasiyaya ehtiyacı olması barədə bildiriş cəlmişdir. X153 arvadı Kəmalə Qasımova vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin iyul ayında Kəmalə Qasımova onun yaşadığı evin həyətində yerləşən gözəllik salonunda olan zaman əri Akif Qasımovun pensiya düzəltmək işi ilə məşğul olmasını bildirmişdir. O da Kəmaləyə oğlu Ayxan Sadıqlının pensiyasını bərpa etdirmək istədiyini demişdir. Kəmalə bu barədə Akiflə danışacağını demişdir. Bundan təxminən bir həftə sonra Kəmalə Qasımova onun mobil telefonuna zəng edərək səhəri gün oğlu Ayxan Sadıqlının şəxsiyyət vəsiqəsini götürərək Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına getmələrini, orada pensiya sənədlərinin düzəldilməsi ilə bağlı qeydiyyatdan keçməsi üçün Akif Qasımovun onu qarşılayacağını bildirmişdir. Buna görə də o səhəri gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada bir nəfər şəxs ona yaxınlaşaraq Akif Qasımov olmasını bildirmişdir. Akifdən Ayxanın pensiyasının bərpa olunması üçün nə qədər pul alacağını soruşduqda həmin işin düzəlməsi müqabilində 4000 manat pul alacağını demişdir. Həmçinin Akif onun özünün də pensiya alıb-almadığını soruşmuşdur. O isə gözündə uzaq görmə problemi olmasına baxmayaraq pensiya almadığımı dedikdə Akif ona pensiya düzəldə biləcəyini, bunun üçün 5000 manat pul alacağını bildirmişdir. Buna görə Akifin bu sözlərinə inanıb oğlu Ayxanın pensiyasının bərpa olunması, həmçinin özümə pensiya düzəltməkdə köməklik göstərməsi qarşılığında ümumilikdə 9000 manat pul verməyə razılaşmışdır. Akif Qasımov onun və Ayxanın şəxsiyyət vəsiqəsinin alıb surətini çıxarıb rayon mərkəzi xəstəxanasının qeydiyyat şöbəsində tanımadığım bir qadına yaxınlaşmış və Ayxanın pensiya işi ilə bağlı qeydiyyata alınmasını bildirdi. Bundan sonra Akif Qasımov pensiya sənədlərinin düzəlməsi üçün Bakı şəhəri Z.Əliyeva adına göz klinikasına göndəriş əsasında gedib keçəcəyini də bildirdi. Akif onun və oğlu Ayxanın pensiya sənədlərinin 2-4 ay ərzində düzələcəyini, hər ikisinin pensiya alacağımıza söz verdi. Bundan təxminən 4-5 gün sonra mən və oğlum Ayxan Sadıqlının pensiya işinin düzəlməsi üçün müvafiq sistemdə 2 yer açılmasını demiş və bunun üçün də pensiya sənədlərini düzəltməsi qarşılığında ümumilikdə 9000 manat pulu verməsini istəmişdir. Həmin vaxt o, Bakı şəhərində olduğum üçün iki gün sonra, yəni 2021-ci ilin avqust ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən yaşadığım evin həyətində Akif Qasımovla görüşən zaman yanında olan bir oğlanı göstərib oğlu Vüsal olmasını bildirdi. Vüsal Qasımov məndən 9000 manat pulu alıb Akifə vermişdir. Akif pensiya işinin düzəlməsi ilə bağlı Vüsal Qasımovla birlikdə iş gördüyünü bildirmişdir. Bundan sonra Akif Qasımov onu dəfələrlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çağırıb həkim komissiyasından keçməsini demişdir. Həmin vaxtlar Akifin yanında olan oğlum Vüsal da pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəyinə söz vermişdir. Hətta o, bir dəfə həkim komissiyasından da keçmişdir. 08 sentyabr 2021-ci il tarixdə istifadəsində olan mobil telefona TSERAS-dan 1933 sayı kodun gəlməsini görmüşdür. Vüsal Qasımov ona zəng edərək həmin kodu istəmişdir. O da kodu Vüsala vermişdir. Bundan başqa 23 noyabr 2021-ci il tarixdə mobil telefonuna göndərilən sms-də xx.xx.2021-ci il tarixli göndərişdə “əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edildi” sözlərinin yazılmasını görmüşdür. Akif Qasımova zəng edərək imtina gəlməsi barədə ona sms göndərilməsini dedikdə Akif bununla bağlı ikinci dəfə müraciət edərkən müsbət cavab veriləcəyini deyərək onu inandırmışdır. Buna baxmayaraq Akif və Vüsal Qasımovlar söz verdikləri müddət ərzində onun və oğlu Ayxan Sadıqlının pensiya sənədlərinin düzəldilməsində heç bir köməklik göstərməmişlər. Buna görə də həmin şəxslərdən pulu geri qaytarmalarını tələb etmişdir. Onlar isə hər dəfə müxtəlif bəhanələr gətirərək aldıqları pulu geri qaytarmaqdan boyun qaçırmışlar. Bu səbəbdən 17 noyabr 2022-ci il tarixdə bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Akif Qasımov yalnız bundan sonra tanımadığı taksi sürücüsü ilə ona bir dəfə 250 manat, bir dəfə isə 400 manat pul göndərmişdir. Qalan pulu isə hər ay 500 manat olmaqla ödəyəcəyinə söz versə də, ödəməmişdir. Akif Qasımov 8350 manat pulunu hazırki vaxta qədər ödəməmişdir. Ondan həmin məbləğdə pulunun ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən X99 göstərdi ki, oğlu Həsən Məmizadə səhhətində olan problemlərə görə bir neçə il pensiya alsa da, 2021-ci ildə oğlunun pensiyası dayandırılmışdır. O, Akifin Cəlilabad rayonu ərazisində pensiya məsələləri ilə məşğul olduğunu eşitmişdir. Hətta Akif özü də ona demişdir ki, kiməsə pensiya düzəltdirmək lazım olsa, ona desin. O, oğlu Həsənin pensiyasının bərpa olunmasına köməklik göstərməsi üçün Akif Qasımova müraciət etmişdir. Akif Qasımov oğlumun pensiyasını bərpa etdirəcəyinə söz vermiş və bunun üçün 1200 manat pul lazım olduğunu bildirmişdir. O, Akiflə razılaşmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində Akiflə Cəlilabad şəhərində yerləşən «dairə» adlanan ərazidə görüşərək ona 700 manat pul vermiş, qalan 500 manatı isə 2022-ci ilin sentyabr ayının sonlarında “Rizvan” ticarət mərkəzinin qarşısında vermişdir. O, uzun müddət Həsənin pensiyasının bərpa olunmadığını gördükdə Akifin onu aldatdığını başa düşmüş və Akifdən pulunu istəməyə başlamışdır. Akif də ayrı-ayrı vaxtlarda ona 800 manat pul qaytarmış, lakin 400 manat pulu müxtəlif bəhanələr gətirməklə qaytarmamışdır. Sonralar isə zənglərinə cavab verməmişdir. Ona görə də Akifin barəsində polisə şikayət etmişdir. Bundan sonra Akif qalan 400 manat pulu da ona tam ödəmişdir. Hazırda Akifdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X202 göstərdi ki, arvadı X124 xəstəliyi ilə bağlı olaraq 2011-ci ildən İİ qrup əlil kimi pensiya almış, lakin 2021-ci ildən ona pensiyanın verilməsi dayandırılmışdır. Mahirə Şabanovanın pensiyasının bərpa olunması üçün həkim komissiyasından yenidən keçməsinə baxmayaraq onun pensiyası bərpa olunmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində qonşusu X19 ilə söhbət edən zaman İlqar arvadı Mahirə Şabanovanın pensiyasının bərpa olunmadığını bilərək ona demişdir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyən X184 bu işdə ona kömək edə bilər, hətta bu barədə Teymurla söhbət etdiyini, Teymurun bu işin müqabilində 1500 manat pul iətədiyini demişdir. O da iribuynuzlu heyvanlarını satıb 1500 manat pul düzəltmiş, İlqar Nəsirullayevin evinə gedərək 1500 manat pulu Teymur adlı şəxsə çatdırmaq üçün ona vermişdir. Bundan sonra İlqarla görüşən zaman İlqar pulu Teymura verdiyini, X106 pensiyasının 2-3 ay ərzində bərpa olunacağına söz verdiyini bildirmişdir. Lakin həmin vaxtdan 2-3 ay keçməsinə baxmayaraq Mahirə Şabanovanın pensiyası bərpa olunmamışdır. Buna görə də bununla bağlı İlqar Nəsirullayevdən maraqlandıqda İlqar Nəsirullayev onun yanımda Teymur adlı şəxslə mobil telefonla danışarkən Teymur pensiya işinin görülməsi ilə bağlı sistemdə çətinliklər olmasını, buna baxmayaraq həmin işin tezliklə düzələcəyini demişdir. Bütün bunlara baxmayaraq Mahirə Şabanovanın pensiyası bərpa olunmamışdır. O da İlqar Nəsirullayevdən pensiyanın bərpa olunmasında köməklik göstərəcək Teymur adlı şəxsə çatdırmaq məqsədilə verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin İlqar həmin pulu Teymurdan alıb ona verə bilmədiyinə görə bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Teymurun da pulu Akif Qasımova verdiyini, həyat yoldaşının pensiyasının Akif Qasımov tərəfindən düzəldilməli olmasını bilmişdir. O, 1500 manat pulunun ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs X240 ibtidai istintaqda verdiyi məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində və məhkəməyə göndərdiyi teleqramda göstərmişdir ki, təqaüddə olan hərbi qulluqçudur. 2016-cı ildə “Aprel döyüşləri”ndə yaralandığı üçün ona İİİ qrup əlillik dərəcəsi təyin edilmiş və buna görə təqaüd almışdır. 2022-ci ilin avqust ayında əlillik dərəcəsinin müddəti keçmiş və yenidən həkim komissiyasından keçmək lazım olmuşdur. Bununla bağlı 2022-ci ilin sentyabr ayında müvafiq tibbi sənədlərini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təqdim etmiş, lakin 2022-ci ilin noyabr ayına qədər əlillik dərəcə ilə bağlı heç bir cavab ala bilməmişdir. Kamil Salmanovun rayon ərazisində belə işləri bacardığını eşitmiş bu məqsədlə Bakı şəhərində Kamillə görüşmüş, əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı problem yaşadığını bildirmişdir. Kamil də bu işdə köməklik göstərə biləcəyini, hətta ona İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyini, tanışı həkim vasitəsi ilə bunu edəcəyini qeyd etmişdir. Bir neçə gün sonra Kamil ona zəng vuraraq həmin işi görməsi müqabilində adını bildirmədiyi həkimin 2000 manat pul istədiyini bildirmişdir. O, Kamillə həm görüşəndə, həm də telefonla danışanda həkimin kim olmasını soruşsa da, Kamil həkimin adını deməmişdir. Kamil Salmanova 1700 manat pulumun olduğunu dedikdə, o, həkimlə danışıb cavab verəcəyini bildirmişdir. Bir neçə saat sonra Kamil zəng vuraraq 1700 manata razılaşdırdığını, ona bank kart atacağını və pulu həmin karta göndərməsini qeyd etmişdir. Kamildən kartın kimə məxsus olmasını soruşduqda həkimin kartı olduğunu demişdir. Lakin Kamildən öz bank kartının fotoşəkilini göndərməsini istəmiş, çünki, fikirləşmişdir ki, sonra nəsə problem olarsa, bilsin ki, pulu kimə göndərir. 11 noyabr 2022-ci il tarixdə Kamil ona bank kartının fotoşəklini göndərmişdir. Bundan sonra Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz” marketdəki ödəmə terminalından Kamilin kartına 1700 manat pul atmışdır. Bu prosesi hər ehtimala qarşı mobil telefonunun şəkil çəkmək funksiyası vasitəsi ilə şəkilini çəkmişdir. Sonradan ona tanımadığı bir şəxs zəng edərək özünü həkim kimi təqdim etmiş və pensiya sənədlərinin düzəldilməsində Mirxasla, yəni Kamil Salmanovla birlikdə iş gördüyünü bildirmişdir. Lakin, uzun müddət təqaüdünün bərpa olunmadığını gördükdə, artıq aldadılmasını başa düşmüş və Kamildən pulunu istəməyə başlamışdır. Kamil Salmanov isə onu müxtəlif bəhanələrlə aldatmış, sonralar isə zənglərinə cavab verməmişdir. Kamil verdiyi vədə əməl etmədiyi üçün bu barədə polisə şikayət etmişdir. X42 aldığı pulu Akif Qasımova verdiyini, pensiyasının Akif Qasımov tərəfindən bərpa etdirilməli olmasını bilmişdir. X189 1500 manat pul ödəmiş və hal-hazıradək 200 manat ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs X187 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində və məhkəməyə göndərdiyi teleqramda göstərmişdir ki, arvadı X148 xəstəliyi ilə bağlı pensiya düzəldirmək istəmişdir. Bununla bağlı bir neçə dəfə müraciət etsə də, arvadı Gülər Əhmədovaya pensiya təyin olunmasından imtina edilmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Cəlilabad rayon sakini Akif Qasımovun pensiya düzəltmək işi ilə məşğul olduğunu eşitmişdir. Akifin mobil telefonu nömrəsini əldə edərək zəng etmiş və arvadı Gülər Əhmədovaya pensiya düzəltməkdə köməklik göstərməsini xahiş etmişdir. X287 pensiya sənədlərinin düzəlməsi və İİ qrup əlil kimi pensiya alması müqabilində ondan 1200 manat pul istəmişdir. Bundan sonra 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Biləsuvar şəhərində Akif Qasımovla görüşmüşlər. Həmin vaxt Akif Qasımova arvadı Gülər Əhmədovaya İİ qrup əlil kimi pensiya düzəltməsi üçün 1200 manat pul vermişdir. X311 Əhmədovanın pensiya sənədlərinin 2023-cü ilin fevral ayının sonlarında hazır olacağını demişdir. X132 verdiyi vaxtda Gülər Əhmədovanın pensiya sənədlərini düzəltməmişdir. Buna görə də verdiyi 1200 manat pulu geri qaytarmasını tələb etmişdir. Akif Qasımov isə müxtəlif bəhanələr gətirərək pensiya sənədlərini düzəltməmiş, həmçinin bu adla aldığı 1200 manat pulu geri qaytarmamışdır. Buna görə də 27 fevral 2023-cü il tarixdə Akif Qasımov barədə Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. X156rdaşı Vidadi Qasımov 1200 manat pulu ona hissə-hissə olmaqla tam şəkildə ödəmişdir. Akif Qasımovdan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X63 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, qardaşı X125 xəstəliklə bağlı bir neçə il pensiya almış, lakin 2021-ci ildə onun pensiyası kəsilmişdir. O, Akifin pensiya məsələləri ilə məşğul olduğunu eşitmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Akiflə Cəlilabad şəhər ərazisində görüşmüş və Nizaminin pensiyasının bərpa olunması ilə bağlı köməklik göstərməsini xahiş etmişdir. Akif pensiyanı bərpa etdirə biləcəyini deyərək bunun qarşılığında 5000 manat pul lazım olduğunu bildirmişdir. O, Akifin bu sözü ilə razılaşmışdır. 10 aprel 2022-ci il tarixdə saat 15 radələrində Akiflə Cəlilabad şəhəri, Azərbaycan küçəsində görüşərək ona 2000 manat pul vermişdir. 22 aprel 2022-ci il tarixdə saat 10 radələrində yenidən Akiflə Cəlilabad şəhərində görüşərkən Akifin yanında olan X308 da Akiflə birlikdə pensiya düzəltmək işi ilə məşğul olmasını, narahat olmaması bildirmiş, onun pensiya sənədlərinin düzəlməsi üçün əlindən gələni edəcəyinə söz vermişdir. O da Vüsal və Akif Qasımovların sözlərinə inanıb özü ilə apardığı 2650 manat pulu Akifə verərək bundan başqa imkanının olmadığını bildirmişdir. Lakin qardaşı Nizaminin pensiyası düzəlməmiş və Akif Qasımovun onu aldatmaqla pulunu ələ keçirdiyini başa düşmüş və pulunu tələb etmişdir. Akif ayrı-ayrı vaxtlarda ona 300 manat pul qaytarmış, verdiyi pulun digər hissəsini verməyərək onu müxtəlif bəhanələrlə aldatmış, sonralar isə zənglərinə cavab verməmişdir. Bundan sonra polisə şikayət etmişdir. Akif Qasımov ondan aldığı 4650 manat pulun 4350 manatını ödəməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X51 göstərdi ki, arvadı X126 və özü bir neçə il pensiya almışlar. Lakin 2022-ci ildə həmin pensiyaların verilməsi dayandırılmışdır. Vüsal və atası Akifin pensiya məsələləri ilə məşğul olduğunu eşitmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında Akif Qasımov və Vüsal Qasımovla mağazada görüşərkən onlar pensiya düzəltmək işi ilə məşğul olduqlarını bildirmişlər və ona da pensiya düzəltməyi təklif etmişlər. O da özü və arvadı Şəfa Fərzəliyevanın əvvəllər pensiya almasını, lakin sonradan həmin pensiyanın verilməsinin dayandırıldığını deyərək pensiyalarının bərpa olunmasında köməklik göstərməsini istəmişdir. Vüsal pensiyanı bərpa etdirə biləcəyini deyərək, bunun qarşılığında hər bir nəfər üçün 3000 manat olmaqla ümumilikdə 6000 manat pul lazım olduğunu bildirmişdir. O da Vüsalın bu sözü ilə razılaşmışıdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Vüsalla Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Rizvan” ticarət mərkəzində görüşərkən ilkin olaraq ona 1000 manat pul vermişdir. 2022-ci ilin noyabr ayının ortalarında Vüsal ona zəng vuraraq arvadı Şəfanı da götürüb Cəlilabad rayon mərkəzi xəstəxanasına getməsini, komissiya olduğunu, özü üçün qalan 2000 manatı da gətirməsini bildirmiş, həmçinin özünün də oraya getdiyini demişdir. O da Vüsalın dediyi kimi pulu da götürərək Şəfa ilə birlikdə xəstəxanaya getmiş, xəstəxanada Vüsal atası Akiflə birlikdə ondan 2000 manat pulu almışdır. Akiflə o, kənarda dayanıb gözləmiş, Vüsal isə komissiya adı ilə Şəfanı götürərək xəstəxananın arxa tərəfinə getmiş, bir neçə dəqiqə sonra geri qayıtmışlar. Vüsal və Akif onlara ümumi vədlər verərək tez bir zamanda pensiyalarının bərpa olunacağını bildirmiş, buna görə həmin şəxslərin sözlərinə inanmışdır. Evə gəldikdən sonra həyat yoldaşı Şəfa ona Vüsaldan şübhələndiyini, xəstəxananın arxasına keçdikdən sonra orada biraz gözləyib yenidən qayıtdıqlarını, heç bir komissiyanın olmadığını bildirmişdir. O isə Şəfaya həmin şəxslərin söz verdiklərini, aldatmadıqlarını demiş, çünki, Vüsal onu konkret olaraq atası ilə bu işlərlə məşğul olduğunu, pensiya düzəltdirməyin asan bir iş olduğuna inandırmışlar. 2021-ci ilin dekabr ayının ortalarında X313 Qasımovla işlədiyi “Xəzər inşaat” tikinti materialları mağazasına gələrək pandemiya ilə əlaqədar olaraq pensiya sənədlərinin yubandığını bildirmiş, arvadı Şəfa Fərzəliyevanın da pensiyanın bərpa etdirmək üçün qalan 3000 manat pulu verməsini istəmişdir. Buna görə də həmin mağazada Vüsala 1500 manat pul vermiş, bir neçə gündən sonra X313 Qasımovla birlikdə işlədiyi tikinti materialları mağazasına gələrək guya onun və arvadı Şəfa Fərzəliyevanın pensiyasının bərpa olunması üçün sənədlərin artıq qeydiyyatda keçməsi və yaxın vaxtlarda pensiyalarının bərpa olunacağını bildirmiş, hətta bununla bağlı ona sənəd də təqdim etmişdir. O da Vüsalın təqdim etdiyi sənədə baxıb pensiyalarının bərpa olunması üçün sənədlərinin qeydiyyatdan keçməsinə inanmışdır. Vüsal və Akif Qasımovlar həmin gün qalan 1500 manat pulu da verməsini istəmişər. Təxminən 2-3 saat sonra həmin tikinti materialları mağazasında Vüsal Qasımova 1500 manat pul vermişdir. Bundan bir gün sonra Vüsal və Akif Qasımovların ona verdikləri sənədləri götürüb DSFM-nin Cəlilabad filalına aparıb yoxlatdırmış, filialda verilən sənədlərin saxta olmasını və pensiyalarının bərpa olunmayacağını izah etmişlər. Buna görə də Vüsal və Akif Qasımovların onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirməsini bilib verdiyi 6000 manat pulu geri qaytarmalarını tələb etmiş, lakin 20 yanvar 2023-cü il tarixədək ondan aldıqları 6000 manat pulu geri qaytarmamışlar. 2023-cü ilin yanvar ayının sonlarında Vüsal Qasımovun həqiqi hərbi xidmətə getməyini bilmişdir. Buna görə də Vüsal və Akif Qasımovların onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Anar Fərzəliyev ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Akif Qasımov və Vüsal Qasımov ata-oğul olduqları üçün ilkin ərizəsində ümumi olaraq Vüsalın adını qeyd etmişdir. Lakin reallıqda o, ilk əvvəl pensiyalarının bərpası üçün Vüsalla söhbət etsə də, sonradan Vüsal atası Akiflə birlikdə onu aldatmış və pensiyalarının tez bir zamanda düzələcəyi ilə bağlı vədlər vermişdir. Ona görə də sonrakı ifadəsində Akifin də adını qeyd etmişdir. Həmçinin Vüsal ondan 1000 manat da borc pul olduğu üçün ilkin ərizəsində ümumilikdə dəymiş ziyanın 7000 manat olmasını yazmış, əsl həqiqətdə Vüsal və Akif Qasımovlar pensiya bərpası adı ilə ümumilikdə ondan 6000 manat pul almışlar. X254 bacısı tərəfindən ona 6000 manat ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X181 göstərdi ki, arvadı X95 xəstəliyi ilə bağlı pensiya düzəltdirmək isitəmiş, lakin alınmamışdır. 2022-ci iloin noyabr ayının sonlarında arvadı Şəfiqə İsayeva atası Şahbazın zəng edərək Mirxas adlı (Kamil Salmanov) şəxsin nəvəsi Ziya Qarayevə və qohumu X47 pensiyasının düzəldilməsində köməklik göstərəcəyini, ona da Mirxas vasitəsilə pensiya düzəltməyi təklif etdiyini bildirmişdir. O da Şəfiqəyə pensiya düzəltmək üçün nə qədər pul lazım olmasını Şahbazdan soruşub məlumat verməsini bildirmişdir. Bir neçə gün sonra Şəfiqə atası Şahbazın ona zəng edərək pensiya düzəltmək üçün Mirxas kimi tanıdığı Kamil Salmanovun 1800 manat pul istədiyini bildirmiş və Kamilin göndərdiyi bank kartının fotoşəkilini onun mobil telefonuna “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. 01 dekabr 2022-ci il tarixdə “Birbank” tətbiqi proqramı vasitəsilə Kamil Salmanovun verdiyi “Kapital bank”a məxsus olan karpta 1000 manat, 04 dekabr 2023-cü il tarixdə isə 800 manat pulu köçürmüşdür. X138 Şəfiqənin pensiyasının düzəlməsi məsələsi ilə maraqlandıqda X127 da aldatmasını, nəvəsi Ziya Qarayevin pensiya işi üçün 1800 manat, İshaq İsayevin isə qızı Rüqəyyanın pensiya işinin düzəlməsi üçün 1400 manat pul verməsini, lakin Kamilin onun kimi onları da aldatmasını, söz verdiyi müddətdə pensiya işini həll etmədiyini, aldığı pulu geri qaytarmadığını bildirmişdir. Sonradan isə X255 Salmanov və Akif Qasımov barəsində Cəlilabad polis şöbəsinə şikayət etməsini bilmişdir. O, X172 Akif Qasımovla birlikdə dələduzluq yolu ilə onu, Şahbaz Qarayevi və İshaq İsayevi aldadaraq pullarını ələ keçirməsini bilmişdir. Şəfiqə İsayevanın pensiyasının düzəlməsi qarşılığında 1800 manat pulu Kamil Salmanovun verdiyi bank kartına göçürmüşdür. Həmin pulun 500 manatı ona ödənilmiş, lakin 1300 manatı ödənilməmişdir. Həmin pulun ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X19 göstərdi ki, 2022-ci ilin fevral ayının əvvəllərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əmisi oğlu Bahadur Nəsirullayevi həkim komissiyasından keçirən zaman Teymur Cəfərov ona yaxınlaşaraq xəstəxanada mülki mühafizədə işləməsini, bununla yanaşı ayrı-ayrı şəxslərə pensiya düzəldilməsinə köməklik etdiyini bildirmişdir. O da Teymur Cəfərova qonşusu X54 əvvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin sonradan pensiyanın kəsilməsini bildirmişdir. X270 Şabanovanın pensiyasının bərpa olunmasına köməklik edə biləcəyini və bunun üçün 1500 manat pul verməli olduğunu demişdir. O, Teymur Cəfərovun mobil telefon nömrəsini götürmüş və Mahirə ilə söhbət edib əlavə məlumat verəcəyini demişdir. Mahirə Şabanovanın yaşadığı evə gedərək Mahirə və əri Şahlar Şabanovla söhbət edərək xəstəxanada mühafizəçi işləyən Teymur adlı şəxsin 1500 manat pul müqabilində Mahirənin pensiyasının bərpa olunmasına kömək edə biləcəyini demişdir. Mahirə və Şahlar onun bu sözləri ilə razılaşmışlar. Bundan təxminən 1 həftə sonra 2022-ci ilin fevral ayının ortalarında Şahlar Şabanov onun yaşadığı evə çağırmış, arvadı Mahirənin pensiyasının bərpa etdirilməsində köməklik edəcək Teymur adlı şəxsə çatdırmaq üçün ona 1500 manat pul vermişdir. O, X139 Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən mühafizə xidməti otağında görüşmüş, Mahirə Şabanovaya məxsus şəxsiyyət vəsiqəsinin surətini və 1500 manat pulu qardaşları Eldəniz və Səddam Nəsirullayevlərin yanında ona vermişdir. Bundan sonra Teymur onu xəstəxanada pensiya sənədlərinin düzəlməsi üçün nəzərdə tutulan komissiyanın olduğu yerə aparmışdır. Ona qapıda dayanıb gözləməsini demişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıdıb Mahirə Şabanovaya aid xəstəlik haqqında sənədi göstərib pensiyanın 2022-ci ilin mart ayında düzələcəyini bildirmişdir. Teymurun bu sözlərinə inanıb Mahirə və əri Şahlara bu barədə məlumat vermişdir. Lakin 2022-ci ilin mart ayında Mahirə Şabanovanın pensiyası bərpa olunmamışdır. Buna görə də Teymurla tez-tez əlaqə saxlayaraq pensiyanın bərpa olunması ilə maraqlanmış, Teymur yaxın vaxtlarda Mahirənin pensiyasının bərpa olunacağını demişdir. 2022-ci ilin may ayında Teymurla əlaqə saxlayan zaman Teymur pensiya işi ilə məşğul olan Akif Qasımovun mobil telefon nömrəsini ona vermişdir. O, Akifə zəng edərək Mahirə Şabanovanın pensiyasının bərpa olunması ilə maraqlandığını bildirmişdir. Akif bu barədə Teymurla danışdığını, işdən məlumatının olmasını, Mahirə Şabanovanın pensiyasının bərpa olunması barədə bildirişin 1 həftə ərzində hazır olacağını demişdir. X32 gəlməsini orada görüşəcəklərini demişdir. O, bir həftə sonra xəstəxanaya getmiş, X312 orada olmamışdır. Sonralar Teymur və Akif adlı şəxslər onun zənglərinə cavab verməmişlər. Mahirə Şabanovanın pensiyası da bərpa olunmamışdır. Buna görə də 1500 manat pulu geri qaytarmalarını tələb etmişdir. Lakin pulu qaytarmamışlar. Ona görə də Şahlar Şabanov bu barədə polisə şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X70 və X50 da şahid İlqar Nəsirullayevlə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilən X64 göstərdi ki, X153 Cəlilabad rayon sakini kimi tanıyır. Akif Qasımov dəfələrlə Yusif Kərimli ilə birlikdə işlətdiyi obyektə gələrək sənədlərin kserosurətlərini çıxarmış, fleşkartda materiallar gətirərək orada çap etdirmişdir. Lakin, Akifin gətirdiyi sənədlər hansı işlə bağlı olmasını, çıxardığı sənədləri haraya və ya kimlərə təqdim etməsini bilməmiş, bu barədə heç bir söz də soruşmamışdır. X268 həbs olunarkən Akifin ayrı-ayrı şəxsləri pensiya düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməsini bilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X237 göstərdi ki, Akif Qasımov atasıdır, ailəsi ilə birlikdə yaşayır. O, çox vaxtlar X314un yanında olmuş, lakin onun ayrı-ayrı şəxslərdən pul almasında iştirak etməmişdir. O cümlədən atasının X90 ilə danışığında və ondan pul almasında iştirakı olmamışdır. X180 bir dəfə atasına zəng etmişdir, atası ona demişdir ki, Paşa Bayramovla «Aksessbank»ın yanında görüşsün, ona bir şey verəcək götürüb ona gətirsin. O da getdib «Aksesbank»ın yanında Paşa Bayramovla görüşmüş, Paşa Bayramov ona bir bağlı vəziyyətdə kağız büküm vermiş və o, həmin kağız bükümü gətirib atasına vermişdir. Kağız bükümün içərisində nə olmasını bilməmişdir. X174 söhbət edərkən onun yanında olmuş, lakin onların nə barədə danışdıqlarını bilməmişdir. Atası bir dəfə ona gedib Anar Fərzəliyevlə görüşməsini, ona şey verəcəyini, onu alıb gətirməsini demişdir. O da gedib Anarla görüşmüş, Anar ona kağıza bükülmüş nəsə vermiş, o da həmin bükümü gətirib atamsına vermişdir. Bükülünün içərisində nə olmasını bilməmişdir. X24 ilə söhbət edərkən onların yanlarında olmuş, lakin onların söhbətlərinə qarışmamışdır. Atasının İsmayıldan pul almasında iştirak etməmişdir. Cinayət işində olan səs yazıları və danışıqları barədə deyə bilər ki, atasının tapşırığı ilə ayrı-ayrı şəxslərə səsli mesaj göndərmiş və danışmışdır. X259 heç vaxt pul verməklə və ya hədə qorxu gəlməklə onu cinayətə cəlb etməyib. X5 Rayon Polis Şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun pensiyasını düzəltmək üçün onu aldadaraq 5000 manat pul almasını göstərmişdir. X93 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində ərizəsində Akif Qasımovun pensiyasını düzəltmək üçün onu aldadaraq 8400 manat pulunu almasını göstərmişdir. X43 polis şöbəsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində oğluna və özünə pensiya düzəltmək üçün Akif Qasımov onu aldadaraq 9000 manat pulunu almışdır. X207 polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Salmanov Mirxan adlı şəxsin həkim ekspert komissiyasında Akif Qasımov adlı həkimin onlara kömək etməsi üçün 3100 manat pul istədiyini və həmin miqdarda pulu Akif Qasımovun bank kartına göndərmələrinə baxmayaraq pensiya işinin düzəlməməsini göstərmişdir. X112 polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun təqaüdünü düzəltmək üçün onu aldadaraq 4800 manat pulunu aldığını, pulun 1750 manatını ödədiyini, qalan 3050 manatı isə ödəmədiyini göstərmişdir. Naib Bayramov xx.xx.2023-cü il tarixli izahatandı ona dəymiş ziyanın 500 manatının ödənildiyini göstərmişdir. X240 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Mirxas adlı şəxsin ona əlillik dərəcəsi düzəltmək üçün aldatmaqla 700 manat pulunu aldığını göstərmişdir. X187 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun arvadı Gülər Əhmədovaya pensiya düzəltmək üçün onu aldadaraq 1200 manat pulunu aldığını göstərmişdir. Yasif Əhmədov xx.xx.2023-cü il tarixli qəbzdə ona dəymiş ziyanın 500 manatının ona ödənildiyini göstərmişdir. X91 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun oğluna təqaüd düzəltmək üçün onu aldadaraq 1200 manat pulunu aldığını göstərmişdir. X141 polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun təqaüd düzəltmək üçün onu aldadaraq 1900 manat pulunu aldığın göstərmişdir. Zahid Nəsirov xx.xx.2023-cü il tarixli ərizəsində ona dəymiş ziyanın 500 manatının ödənilməsini göstərmişdir. X90 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun pensiya düzəltmək üçün onu aldadaraq 2300 manata pulunu almasını göstərmişdir. X63 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun pensiya düzəltmək üçün onu aldadarq 4650 manat pulunu almasını, 300 manatını qaytarmasını, qalan hissəsini isə qaytarmamasını göstərmişdir. X81 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun pensiya düzəltmək üçün onu aldadaraq 4000 manat pulunu almasını, onun 1300 manatını qaytarsa da, 2700 manatını qaytarmamasını göstərmişdir. X180 polis şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsində Akif Qasımovun həyat yoldaşına pensiya düzəltmək üçün onu aldadaraq 3950 manat pulunu aldığını göstərmişdir. "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 22230 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, AKif Qasımovun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə X28 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, zərərçəkmiş şəxs X128 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə, zərərçəkmiş şəxs X44 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, X129 istifadəsində olun ***-***-**-** nömrə ilə xx.xx.2023 tarixdə qarşılıqla danışıqlar aparılmış və pnsiya məsələsi ilə bağlı sms-lər göndərilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X82 Akif Qasımov və X308un ona qarşı dələduzluq edərək pensiyasını bərpa etdirilməsinə dair yalan vədlər verib aldatması barədə ərizəsi üzrə aparılan araşdırma zamanı həmin şəxslərə 8400 manat pulun 3000 manat hissəsini verməsini təsdiq edən qəbzin surətini, habelə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə aralarında olan sms-lərin surətini təqdim etmişdir. Məhəmməd Məmmədovun təqdim etdiyi sənədlərin surətinə baxış zamanı müəyyən edilmişdir ki, ona pensiyasının düzəldilməsində köməklik göstərilməsi qarşılığında Kapital bank tərəfindən verilmiş **********400114 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə saat 14:59 dəqiqədə Cəlilabad rayonu, Alar kəndində yerləşən “Alar market”-də olan Milliön ödəmə terminalı vasitəsilə 3000 manat pul köçürülmüşdür. Bundan başqa, Məhəmməd Məmmədovun istifadəsində “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr arasında onun pensiya işinin düzəlməsi, daha sonra isə verdiyi pulun geri qaytarılması məzmununda sms-lərin göndərilməsi, habelə eyni məzmunda X232 Kazımov arasında yazışmaların olması müəyyən edilmişdir. Akif Qasımov zərərçəkmiş şəxs Rəfail Əhədovun mobil telefonuna “WhatsApp” sosial şəbəkəsi vasitəsilə aşağıdakı səs yazıları göndərmişdir: - inşallah, allah qoysa,sabah da şad xəbər ola bilərr, birisi gündə, 5,6 ,7-si inşallah bu işə tamamdı, narahat olma, axşam da mən onlarla danışmışam, bu həftənin 1-2-ci günü xəbər olacaq, mən özüm bərpa mərkəzinin işçisiyəm, mən öz işimi gördüm, yenə də qrupunu da verdim, inşalla dedim, təsdiqlədim də, sən sistemdə görmək istəyirsənsə 142nə zəng etmək istəyirsənsə onu 15 gündən sonra görə bilərsən, mən təsdiqləmişəmsə verirəm 142-nə, orada da 15 gün ərzində verməlisən, sora harada istəyirsən yoxlaya bilərsən, salam qardaş, axşamın xeyir, demək olsun 21-ci ilin 11-ci ayından dayandığı pensiyasın bu günkü günə kimi alacaq, hər ay aldığı pensiyasını indi də alacaq başqa problem olmayacaq 21-ci ilin 11-ci ayından bu günkü kimə hansı ayları almayıb hər ay alacaq, aybaay alacaq, bir ay bir ay köhnə, beş illik də təyin edə bilərəm ömürlük də təyin edə bilərik, hansı istəsən deyərsən, axşamın xeyir Rafail elə həmin yerdəyəm. həll edim bu işləri gəlim də əli boş niyə gəlim ki,Rafail dedim gələcəm də başına dönüm, burdayam da gözləyirəm, çıxdım çölə, cibimdə 300 manat pul var saxlamışam, qoy bir az pul götürüm də 2000-3000, 1500 sənə verim, 2000-3000 də ora verməliyəm, sabah 9-a kimi vaxt verblər mənə, Kamalə xanış da, qardaşım da mən də burdayıq Biləsuvardayıq gözləyirik həmin adamları Bundan başqa, həmin CD diskkə baxış zamanı X113 “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna aşağıdakı sms-ləri göndərməsi müəyyən edilmişdir: -Rafayıl and olsun ağam əbəlfəzə az qalıb özümə nəsə edəm, şöbədə yazdım özümə nəsə etməyə day bezmişəm, musa canı, vusal canı nə var verəcəm dayca sənə xeyirim dəyəcək adam var demişəm 20 min götürüm sənində pulunu verim, mirxasın da sənə köməyim dəyəcək gələcəm bu gün, hə gələcəm, kəmalə yanımda, ordayam, ok, sabahın xeyir Rəfayəl, işimiz düzəlir, salam, bacı oğlı, burdayığ, kamalə xalan da məndə, haçan gəlirsən, sənə and içmişəm, başa düşürəm, sənə söz verdim, oldı, sən mənim bacım oğlısan, gələcəm, oldı, hə, bacıoğlu, gelmirsən, atam seni gözdeyir, hə həmin adamın evinə gəlmişik, inşallah qardaşıma pulu verəcək evin sənətinə, hamımız gələcək, darıxma, 2000 min, 1500 manat, yaxşı gələcəm rafayıl, and olsun allaha pul işin həll edirəm, rafayıl sabah allah qoysa axşama ya da ki ikinci gün günortaya həl edəcəm, pul var heç olmasa 1800 m, oldı, akif vidadi ararıb yer var pul almağa, Vüsalın canına and icirəm, sizə gələcəm Şahid İlqar Nəsirullayevin istintaqa təqdim etdiyi CD diskə baxış keçirilən zaman həmin diskdə Akif Qasımovla aralarında olan 01 dəqiqə 26 saniyə səs yazısının, Teymur Cəfərovla isə 06 dəqiqə 57 saniyədən ibarət səs yazısının olması müəyyən edilmişdir. X175 Qasımov arasında olan səs yazısına qulaq asan zaman İ.Nəsirullayevin “həftənin sonu nolacaq” sözlərini deməsi, A.Qasımovun “ İlqar ay İlqar, sənə bir söz deyim, hamımızı allah yaradıb, allahdan başqa heç kim deyil, pulun deyil, pul oradan çatacaq, mənə Teymur nə qədər verib, o, qədər də çatacaq” sözlərini deməsi müəyyənləşdirilmişdir. X107 Cəfərov arasında olan səs yazısına qulaq asan zaman aşağıdakı danışıqlarının olması müəyyən edilmişdir: -İ.Nəsirullayev------“sən özün bilirsən də məni incidirlər - T.Cəfərov----qardaş canı, bax gör nə deyirəm, bax dünən getdim Akifin evinə, dedim ki, sən mənə dedin İlqardan vaxt al, Ayın 30-na kimi, mən də vaxt aldım, əvvəl 4 gün dedin, sonra dedin ayın 30-u, dedim ki Akif apar camaatın pulunu ver, evində problem var, pulunu istəyir, kənddə olan uşaqlar vardı da, dedi narahat olma, ona dedim necə yəni narahat olmayım, bu hətfə yalamçı çıxaram, gələn həftə 1-2 işlərim var, yəni kreditlərim var, krediti götürüm, İlqarın pulu nədi, gələn həftənin 1, 2 3-cü günü verəcəm, pulun nədi, qəpiyə-qəpiyə verəcəm dedi, sözün düzü sənlə dünən danışacaqdım, iş görürdüm, başım qarışıq idi. - İ.Nəsirullayev---Temur, bildim, başa düşdüm, deməyim odur ki, kişiyik, mən yəni səni tanımışam, düzdü, sənlə mən söhbət etmişəm o barədə, indi, mən də hal-hazırda sənin bu işdən çıxmağına görə o yana getmirdim, deyirdim yazıqdı 3 balası var, indi sən də deyirsən ki məni işdən çıxardılar, çıxıbsan işdən, işdən çıxardılar səni - T.Cəfərov---- yox, məni işdən çıxarmayıblar, mən sənə söz verirəm üzümüzüə gələn həftə nə olur olsun, pul sənə çatacaq -İ.Nəsirullayev- bax indi sən mənə söz dedin, dedin ki 4 gün, 4 gündən sonra bir şey çıxmadı, dedin ki ayın 30-na kimi, yenə bir şey çıxmadı dedin 4-5 gün, bax mən də onlara o cür deyirəm, onlarda deyir sən məni ələ salmısan, dolamısan, noldu, belə falan, indi mən də şikayətə getmək istəyirdim, qalmışdım işinə görə, indi deyirsən işdən çıxmışam, mən də gedim polis idarəsinə şikayətimi edim, pulumu alım da, bunlar da əl çəkmirlər, evdə anamgildə, qardaşımgildə danlayırlar. - T.Cəfərov----başa düşürəm, yəni mən işdən çıxmamışam, ailə vəziyyətimlə əlaqədar icazə almışam. - İ.Nəsirullayev----indiyə qədər mən bu işə görə heç yerə getməmişəm, istəyirəm ki, işdən çıxmayasan, sənin balalarını fikirləşmişəm, deyirəm işdən çıxararlar, 1500 manatını bir yerdən tap, verim onlara əl çəksinlər məndən - T.Cəfərov----and ola allaha, məndə də yoxdu, olsa verərəm, səndən də, məndən də əl çəkərlər, baxma da adam utanır, nə qədər olmaya, ama məndə olsa yüz faiz verərəm, milyon faiz verərəm, amma üzümüzə gələn həftə, 2, 3, 4 günə mən bu məsələni həll edəcəm, əmiyə də söz vermişəm. - İ.Nəsirullayev---- o, bir həftəni deyirsən, yəni bunu sən bilirsən, mən bilirəm, allah bilir, mən səni tanımışam, səni tanıyıram, düzdü, gözləyirəm. Zərərçəkmiş şəxs Kamil Salmanovun istintaqa təqdim etdiyi səs yazıları olan diskə baxış keçirilərokən Kamil Salmanov, Akif Qasımov və Şahbaz Qarayevin aşağıdakı səs yazılarını göndərmələri müəyyənləşdirilmişdir: ---Şahbaz Qarayev---Miri salam, sənin telefonuna zəng çatmır, baxan kimi mənə Vaqifin nömrəsin göndər, mən göndərdiyim npmrlərə bax, əgər ondan deyilsə Vaqifin nömrəsini göndər mənə, Miri salam axşamın xeyir, hə bu yusif doxtor mənə atıbdı 2-3 dənə sənədi, o sənədlər köhnədin kopyasıdı, sabah gedib sabyezdə yoxlatdırıb dəqiqləşdirirəm, ondan sonra deyərəm onla iş görüm ya yox, ağa oldu, çox sağol, baxdım hə çox sağol, allah qoysa 26, 27 zadı gözləyəcəm səndən də cavabı gözləyəcəm, orada baxacam, yaxşı sağ ol, allah köməyin olsun, istirahət elə, miri salam axşamın xeyir, deyirəm yəni imkan olsa öyrən də olar haqqındakı dəqiq onların vurulacaq, vurulmayacaq, 27-nə qədər vurulmağı barədə onun səsi göndərə bilsən göndərərsən, miri salam, axşamın xeyir, səndən bir xəbər çıxmadı, göndərdik, baxginən, qəbzi zadı hamısını göndərdik, telefondadı nömrəsi bax, sabahın xeyir, o sənəddən bir xəbər gəlmədi elə, sabahın xeyir, günortan xeyir, yəni səsini eşitdim uje qulaq asdım hər şeyə sənin telefonuna zəng çatmır nəsə problemdi, oldu, gəldi hər şey, gördüm, yəqin ki əmanət də ora çatıb da yəqin ki, miri salam axşamın xeyir, səndən bir xəbər çıxmadı, bu məsələni qulaq asdım söhbətə sən özün də bilirsən ki mənim vəziyyətim pis idi də, borcdaydım, kreditə girmişdim, yanvarın əvvəllinə deyilən şeyi həll edə bilərəm, əgər istəsələr kömək etsələr miri salam axşamın xeyir, bayaq o, həkim mənlə danışdı, mən maşın sürürdüm, dəqiq qulaq asa bilmədim, deyəsən o dedi ki bu ay vura bilməyəcəm, onda vəziyyət pisləşir, mənə kişi kimi desin ayın neçəsinə qədər vura biləcəm, 25-nə kimi demişdi vuracam, vura bilmədi, miri salam, sən demişdin 5-ə qədər mən də olara elə demişdim, indi neynək zəng edib deyərəm --- Kamil Salmanov ---mənim başım qarışıb işə, məllimin yanında da aça bilmirəm, indi çıxdım günortaya indi yönəltdim sənə, vəziyyət nətərdi, işdə icazə vermirlər telefon işlətməyə, saat çıxacağıq 11-də, doxtor salam axşamın xeyir, bu işi sənlə gördük də indi sənlə gördüm də sənə şamil eləmirəm, gör buna neyləmək olar, həmin o Şahbaz dayının nəvəsidi, neyləmək olan, nağayramaq olar, nə güc vurmaq olar, bu işdə mənə açığın denən, kənar adam deyila öz dayımdı, Şahbaz dayı salamməleyküm, mən indi işə gedirəm, sən də mənə nə qədər zəng edibsən, cəddim peyğəmbər haqqı nətəhər gəlib yatmışam, heç nədən xəbərim olmayın, sənin səsini atdım ona xəbər gözlə nərahat olma, hədə-qorxu gəlməsök deyəsən havanın üzü dumanlı olacaq Akif sən o vəziyyətdə qalmayacan, bax biləsəna nə deyirəm, saat nüçədi mən yatmıram uje, sən niyə belə edirsən bilmirəm, qaçırsan, mənə deyirsən budu, Akif sənə deyilən düz imiş, Mirxan düz deyirmiş sən maşşenik imişsən, gəl çıx cammatın pulunu ver --- Akif Qasımov --- salam Şahbaz əmi, inşallah bu həftə bütün sənədlər hamısı sistemə düşəcək, salam ağa indi o təsdiqlənən gündən noyabr ayının qalığın, dekabrın qalığın, yanvar ayının da pensiyasın ikinci qrup alanda o, iki ayın da qalıqlarını üstündə alacaq, həmin vətəndaş noyabr ayından təsdiqlənir, noyabr ayının qalığın, dekabrın qalığın, yanvar ayının da pensiyasın ikinci qrup alanda o iki ayın da qalıqlarını üstündə alacaq, sənəd təsdiqlənib, bərpa mərkəzindən də keçib sadəcə sistem bağlı olduğu üçün sistem açılan kimi düşəcək, noyabr ayının qalığın, dekabrın qalığın, yanvar ayının da pensiyasın ikinci qrup alanda o iki ayın da qalıqlarını üstündə alacaq, and olsun cəddin peyğəmbərə bayaqdan elə onla danışıram inandın, 27-28-i açılacaq açılmasa qaldı inşallah yanvarın onuna, hamısı ilə də danışmışam bu gün sənin yanında uşaq səsi gəlirdi, dedin a marşurutdayam, mən Şahbazla bir saat danışmışam, dedi oldu, saat 11- 12-yə kimi sabah Mirxas ağaya sənəd verəcəm, adam verəcəm, dedim dayı, dedi Şahbazın axır nöqtəsi bu olub, ona da sənədin şəklin çəkib atdım, dedi vaxt niyə bilinmir, dedim ona görə sistemn bağlıdı, dünya qarışar ded ki noldu, sistem açıldı, başına dönüm ağa, mən hamısı ilə danışmışam, Şahbazla da başqalarıyla da, mənlə oturub söhbət edən ancaq zakonşiklər ola bilər. Bundan başqa CD diskində olan məlumatlara baxış zamanı üzərində kiril əlifbası ilə Yusif kimi yazılmış şəxsin adının qarşısında ***-***-**-**, kiril əlifbası ilə Vaqif kimi yazılmış şəxsin adının qarşısında ***-***-**-** saylı mobil nömrəsinin qeyd olunduğu kağız parçasının fotoşəkilinin, xx.xx.2022-ci il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu,Meyvəli marketdən MPAY QSC-NƏ məxsus ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) manat pulun üzərində Q...S....A kimi yazılmış 416973......0114 nömrəsinin olduğu bank kartına köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin, xx.xx.2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “ Al market”də olan PashaPay ödəmə terminalı vasitəsilə qeyd olunan bank kartına 1400 ( bir min dörd yüz) manat pulun köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “təqdim edilmiş qəbzlərə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X94 özündə saxladığı qəbzləri təqdim edərək həmin qəbzlərə baxış keçirilməsini xahiş etmişdir. Kamil Salmanovun təqdim etdiyi qəbzlərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:20 dəqiqədə Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-nə məxsus ödəmə terminalı vasitəsilə X40 “Kapital bank” tərəfindən verilmiş üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169*****0114 nömrəli bank kartına 1600 (bir min altı yüz) manat pulun köçürülməsi, həmin gün saat 22:59 dəqiqədə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “ Grenn store” mağazasından “Kapital bank” tərəfindən verilmiş, üzərində S*****K****M oğlu sözləri yazılmış, 416973******9523 nömrəli bank kartına 200 (iki yüz) manat pulun köçürülməsi, 01 dekabr 2022-ci il tarixdə saat 00:23 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169*****0114 nömrəli bank kartına 1000 (bir min yüz) manat pul köçürüldükdən sonra həmin gün saat 12:38 dəqiqədə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Real market”-də olan milliön ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat pulun “Kapital bank” tərəfindən verilmiş, üzərində S*****K****M oğlu sözləri yazılmış, 416973******9523 nömrəli bank kartına köçürülməsi, 01 dekabr 2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan milliön ödəmə terminalı vasitəsilə 1400 (bir min dörd yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169 *****0114 nömrəli bank kartına köçürülməsi, həmin gün saat 18:17 dəqiqədə qeyd edilən ödəmə terminalı vasitəsilə həmin bank kartına 1800 ( bir min səkkiz yüz) manat pulun köçürülməsi, 04 dekabr 2022-ci il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “ Meyvəli market”-də olan eManat ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169 *****0114 nömrəli bank kartına köçürülməsi, həmin gün saat 17:24 dəqiqədə 100 (bir yüz) manat pulun “Kapital bank” tərəfindən verilmiş, üzərində S*****K****M oğlu sözləri yazılmış, 416973******9523 nömrəli bank kartına köçürülməsi müəyyən edilmişdir. Tərtib edilmiş protokol və qəbzlərin surəti cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli təqdim edilmiş sənədlərə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, X30 Hacıyevanın pensiyasının bərpa olunması üçün Əhədov Rəfail oğluna verdiyi pulun bir hissəsini sonuncunun istifadə etdiyi bank kartına göndərdiyini bildirmiş, bununla bağlı həmin bank kartının fotoşəkilini və qəbzlərin surətini təqdim etmişdir. Lətif Hacıyevin təqdim etdiyi sənədlərə baxış keçirilən zaman ona “Kapital Bank” tərəfindən verilmiş, üzərində **********739491 nömrəsinin olduğu bank kartının fotoşəkilinin göndərilməsi, habelə xx.xx.2022-ci il tarixdə saat 00:12 dəqiqədə, ünvan 7 ünvanında yerləşən “ Oskar” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə adı soyadı, atasının adı Ə*****R*****Ş***** oğlu kimi yazılmış, 4169*******9491 nömrəli bank 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 17:12 dəqiqədə Qazax şəhərində yerləşən Bazar store” ticarət mərkəzində MPAY QSC-nə məxsus ödəmə terminalı vasitəsilə 2300 (iki min üç yüz) manat pulun köçürülməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş X9 Akif Məmməd oğlu “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ilə aralarında olan danışıqların , habelə Vüsal Qasımovla ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə aralarında olan yazışmaların (sms-lərin) köçürüldüyü 01 (bir) ədəd CD diski istintaqa təqdim etmiş və həmin CD diskə baxış keçirilməsini xahiş etmişdir. Vəfa Mirzəyevanın təqdim etdiyi CD diskə baxış keçirilən zaman həmin diskdə 07 oktyabr 2021-ci il tarixdə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı sms-ləri göndərməsi müəyyən edilmişdir: --Vəfa Mirzəyeva--- üzərində **********776657 saylı mobil nömrənin və VAFA MİRYAEVA sözlərinin yazıldığı Kapital Bank tərəfindən verilmiş bank kartının fotoşəkilini göndərmişdir. -Vüsal Qasımov—gələn həftə salaca atam 3-cü gün, vəsiqənin əslini verərsən atama -Vəfa Mirzəyeva ---salam, əslini göndərim atana -Vüsal Qasımov---yaxşı bunuda atam salağacağ sənə zəng edəcək, sağ ol -Vəfa Mirzəyeva---yaxşı qaqam -Vüsal Qasımov—sən də sağ ol -Vəfa Mirzəyeva---salam yaxşı sms-lərini yazmış, yaşadığı evin həyət darvazasının fotoşəkilini göndərmişdir. Bundan başqa, CD diksə baxış zamanı Vəfa Mirzəyeva ilə Akif Qasımov arasında aşağıdakı danışıqların olması müəyyən edilmişdir: --Akif Qasımov---- axşamın xeyil məllimə, necəsən məllimə, mənəm Akifdi, narahat eləmədim ki -Vəfa Mirzəyeva---salam axşamın xeyir, buyurun -A.Qasımov---məllimə sizdən bir xahiş var -V.Mirzəyeva—nə xahiş -A-Qasımov---Şəmsiyyəyə dedim, dedi sən də danış, dedi mən demişəm -V.Mirzəyeva--- yox onu məndən xahiş eləməyin, siz yetəri qədər məni aldatdız, mən sizə əlimlə 9000 manat pul verdim, siz mənim başıma oyun gətirdiniz, o gün mənə o qədər acıq gəldi ki, cəmi 250 manat mənə pul göndərmisən, mən 250 manat vermişdim sizə, belə şey olar -A.Qasımov-məllimə qoy mən sizə deyim də, sənə 250 manat yolladım, Şəmsiyyə bacım dedi həftədə 250, 300, 400, 500, 600, 700 nə olsa sənə verəcəm, mən də sənə indi deməkdə məqsədim nədi, zəhmət olmasa qulaq as mənə, onu mən sənə allahın köməkliyi ilə bu həftə heç, gələn həftədən sənə, 500, 600, elə verəcəm, aşağı verəcəm, əlimdə o idi, Şəmsiyyə dedi ver, qalanı da verərsən, dedim baş üstə bacı -V.Mirzəyeva--- yoxe bu vaxta qədər bizi niyə aldadırdız, siz bilirsiz mən, getdim yenə də deyirəm aldadılmış bir məllimə kimi, dedim ki xahiş eliyirəm, özü də məni orda yeərncə rayon adamıyam deyə tanıyırlar, getdim mən sözümü dedim, dedilər sizin pulunuz tam ödəniləcək,mənə orda söz verilib, sizin pulunuz tam ödətdirəcəyik ona dedilər, mən yenə də deyirəm, mənim heç kimi nə tutdurmaq fikrim var nə bir şey, sadəcə olaraq mənim pulum ödənilməsə keçməyəcəm, Şəmsiyyə xalanı da aladatdın, məni də aldatdın, hamını aldatdın, bizi əməlli başlı barmağında doladın -A-Qasımov--- mənim bu dəqiqə tam ödəməyə imkanım yoxdu, yaxşı onda məni tutsunlar, onda o pulu sənə kim ödəyəcək ki, -V.Mirzəyeva--- mənim pulumu siz ödəyəcəksiz,ödəməlisiz, tez bir zamanda -A.Qasımov--mən sizə söz verirəm ki hər həftə 500, 600 verəcəm, bir ayın içində bunu qutaracağıq allah qoysa, inşallah ilin sonuna kimi dekabrın axırına kimi sənlə qutaracam, tam şəkildə,allah qoysa -V.Mirzəyeva--- mən gedib heç kimə heç nə deyə bilmərəm, gözləyirəm bu həftə görüm hələ nə qədər verəcəksiz, çünki 250 manat bilirsiz ayıbdıye, 9000 qarşılığında 250 manat gülünc bir vəziyyətdir, mən dedim iş görürsüz də inandım verdim, Vəfa Mirzəyevanın təqdim etdiyi CD disk və həmin CD diskə baxış keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə olunmuşdur. Tərəfimdən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X7 Kamil Mirqədəm oğlunun “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna göndərdiyi səs yazılarının köçürüldüyü 01 (bir) ədəd CD diski istintaqa təqdim etmiş və həmin CD diskə baxış keçirilməsini xahiş etmişdir. Buna görə də Naib Bayramovun təqdim etdiyi həmin 01 ədəd CD disk tərəfimdən müvafiq arayış tərtib edilməklə götürülmüşdür. Naib Bayramovun təqdim etdiyi CD diskə baxış keçirilən zaman həmin diskdə X34 “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna göndərdiyi səs yazılarının köçürüldüyü səs yazılarının olması müəyyənləşdirilmişdir. Səs yazılarına qulaq asan zaman Kamil Salmanov, Akif Qasımov və Vüsal Qasımova məxsus səs yazılarının olması və aşağıdakı səs yazılarını göndərmələri müəyyən edilmişdir. ---Vüsal Qasımov---bu atdığız sənədi yoxladıq, demək olsun 2021-ci ilin yanvar ayında imtina gəlib sənədə ürək xəstəliyi ilə sənəd işlənib, indi inşallah nə məslətə görürsüz, nə deyirsiz problem yoxdu ağa, dedin ki bizim yaxın adamdı, yəni sənin tanışındısa problem yoxdu sənə görə problem yoxdu, onu elüyərük inşalla 1,6 ilə edərik gedər, gör razıdısa problem yoxdu, təsdiqini də göndərək, mobil nömrəsinə təsdiq kodun, mənə bir dənə hə yoxun denən, ağa demək olsun saat 10-a qədər biz işdəyik, sən o həmin insanla maraqlan , gör o bizə verəcək kağızları hazırdısa, tam hazırdısa biz onun qəbulun ataq, təsdiq mesajın da yönləndirək, bunun bir dənə mənə məlumatın ver, ağa onda sənədin hazırlayıb atıram sənə sms-i də göndərirəm şəxsin özünə, saat ona kimi işnallah karat pul yüklənsin, yəni yüklənməsə imtina sms-i həmin mobil nömrəyə gedəcək, səsimi də at ona, ağa səsə qulaq asdım, bu sənə yerli poloklinikadan vurulmayıb, yerli poliklinikadan vurulanda forma-88, yəni loru dildə bildiriş verilir. Bildirişin kodu olur, bu əlillərinm bərpa mərkəzidir, Bakı əlillərin bərpa mərkəzidir, məsəlçün yerli poliklinikadan sənəd vurulanda necə gedir, Bakı əlillərin bərpa mərkəzi, bu amma birbaşa əlillərin bərpa mərkəzindən keçən sənəddir, ağ bu demək olar ki, kəsildiyi gündən 2021-dən onun yalançısı olaram, vurdura bilməyəcəm, ona mən vurdura biləcəm, 2022-ci ilin yanvar ayından, yəni bu ilin yanvar ayından vurduracam onun sənədin, yəni bir ay təzə, bir ay köhnədən alacaq, yəni hər ay pulunu çıxardan iki ayın pulunu çıxarcaq tak ki o köhnə pul qurtarana qədər, hə demək olsun ağa, kartı atdım sənə gözləyirəm də səndən xəbər, doqquza qalır on beş dəqiqə, atan kimi denən şofirə deyim gedib çıxarsın kartdan, ağa nə vaxta deyilibsə həmin o vaxta da görüşəcək, iyirmisi iyirmi beşi aralığında həmin o vaxta görüşəcək sistem də olacaq, ondan sonra sms-lər yenidən gələcək eliyəcək, hamısı dediyim kimi, ağa demək olsun, onun mobil nömrəsin atarsan mənə, indi bu dəqiqə o, sənədləri başlayırıq rahlamağa, təsdiq sms-ləri gedəcək şəxsin özünə, qəbul kağızın da yönləndiricəm sənə, ikicni qrpul ömürlük, onun bütün haqq hesabı oyan bu yanı 15 kilo olacaq ortada sən varsan, yaxın adamındı, ona görə aşağı yerlə nizamlayacağıq gedəcək, o deyirə sistemdə vururam vəsiqə ilə sistemdə çıxmır, çıxmır, 15 gün ərzində həmin o yerdə görəcək, gələn ay da ərzində gedəcək Kapital bankdan kartını götürəcək, içində pul olmaq şərtilə ---Akif Qasımov---salam ağa, necəsən, ağa indi mənə məlumat gəldi, 3-4 dəqiqə olar, saaty 5-ə kimi 3 nəfərə yer lazımdı, mənə hə yox denən,oldu ağa, mənə 20-25 dəqiqəyə məlumat denən, vətəndaşların vəsiqəsin yadın yönəlt mənə, saat 5-ə kimi təsdiqlənməlidir, əmanətlər çatmalıdırilkin də olsa olar, təkrar da olsa olar ---Kamil Salmanov--- qardaş bu telefonu açın da, belənçiy alınmır, açın da kimsiz, bu telefona niyə cavab vermirsiz, mən zəng edirəm əlaqə saxlamağa, telefon sönüb, vaççapda yoxdu, buna cavab verin, nə deyim, doxtura nə deyim, atuva denən nə təhər edib, onun səsinə qulaq asdır, nə təhə edək, necə edək, əlaqə yaratsın, həmsöhbət olaqmənə yazı yazma, səs at, səsinizi yönləndirirəm ora, müraciətinizi ora, yazı ilə alınmır, ver aton danışsın, sənin səsini ona, onun səsini sənə atıram, eşidirsən, mən də ona bu cürə dedim, dedim mənim yaxın adamımdı, özü də budu, budu budu, o da sənin öz adamıdnrısa, ona bu yandan da əlavə adam qoşacam, bu yandan da iki edəcəm ömürlük, indi özü də deyəcəm, onun səsini sənə atacam, ortada vasitəçi kimi, yənin inanılnmış bir şəxs kimi mən yönləndirirəm ona, buna da atveçatam, bildin başına dönüm, qardaş sənin səsini atıram ona, qoy bunu da deyim, o təsdiqi atandan sonra kod gələndən sonra həmin adamın kartını atacam sənə, bax gərək pulu göndərəsən, atmasan kod sistemdən silinəcək, bax Naib deyirəm əgər pulu göndərməsən hər şey onun əlindədi dərhal siləcək, gərək altı ay keçəndən sonra təkrar müraciət edə bilərsən, sənədləri götürdüm, burda Yusif doktordan rayondan, kənddən də1-2 adamdan götürdüm mən gedirəm, şəxsiyyəti götürdüm, o birisini götürdüm mən gedirəm, qalan şeyi özün edəcən, mənsiz edəcən, mən yönləndirdim, səni qane edəcək, sən hazırsan yoxsa yox, mən Lökbatana hardasa 300 metr qalıram çatmağa, o, sənədi kimlə paylaşsan paylaş, kimə yoxlatdırırsan yoxlat, başı çıxanda, səni qane edəcək, gör düzdü ya yox, saxtadı, çıx sivyaza, saxtadı, əyridi nədi, əgər düz olmasa pulu vurmarsan, mən sənə reallığı deyirəm, eşidirsən, nəsə qaranlıq qalan bir şey olmadı ki, hansısa sualın varsa ver, qardaş orada adm tutma, sən elə şey danışma, bildün orda sənəddi sənəd, mən ona dabro verdim ki, işini gör, işlə, başqa şey danışma, işdən çıxınca yolla bizə, mən ona belə demişəm, istəyirsən o səsi də atım sənə, bax diqqətlə qulaq as, gör nə deyirəm, bax atılan səslərin vaxtına fikir ver, yəni səhəri gün ürəyinə başqa şey gəlsə gəlməsi, bunlar saxla özündə, oldu, mən bu dəqiqə onlarla əlaqədəyəm, mən Bakıya az qalıram, azarını alım, yol gedə-gedə danışıram, maşından bu cürə vasitəçilik edirəm, həmin dəqiqə də saniyə də görünür, səsi oxuyanda yəni saat orda var da, həmin nömrəyə gör kod gəlib bax hələ, deyir yollamışam, bu dəqiqə yolladı, gör gəlib, gəlməyib, qardaş sms deyil, orda koddu nömrə gör gəlib, narahat olma, dedim indi yoxlasın deyir, bəlkə telefonun bu qeydiyyatda zadda deyil, indi deyir onla bağlı ola bilər, ya vaxtı çıxar ya belə bir şeylər deyir, biri nömrədi sistemə vurulmadı, biri də təsdiqindi, telefon sizin öd adınızadı həmin nömrə, təsdiq olunmasından ötrüdü iki dənə, indi o təsdiqi atacaq mənə, mən də atacam sənə nərahət olma, qardaş bu da sənin təsdiqin, indi bax, məsləhətləş, nə sualın cavabın olsa ver mənə, həmin sualına cavabı da atıram sənə, sıx kimlənsə, sənə yaxın olan adamla sivyaza çıx, yoxla, ondan sonra addımını da at, atdığız iki səsi də atmışam ona, narahat olma, bu neçə ayın kəsiləcək ayın alacaq, 6 ayın və bir ilin alacaq zəhmət olmasa onu da izah edərdin, səs at mənə görüm, yenə də qardaş budu, yəni sənə deyirəm, sənə nə qaranlıq qalır, mən ona sənin birin olub sual cavab verib bilirəm, qalan şeyləri də düşünmə, narahat olma, buna da diqqətlə qulaq as, bunun kartın atım sənə ya yox, sənədin yollayırsan ya yox, onlar rovnı onun yarısına kimi işləyirlər orda, yəni işdə olurlar, eşidirsən, onun yarısı işdən çıxırlar, yenə nə sualın var ver, pulunu götürəcən, allah qoysa da mən sənin görüşməyin belə olacaq mənim də zəhmət haqqım var onu sən qiymətləndirəcən,naib karta pul atanda monitorda onun şəkilini çəksinlər mənə at. Mən də ona atacam, şəkilləri də səsləri də özündə saxla, səhəri gün bir şey olsa bizim əlimizdə sənəddi, bir də ki başqa şey ola bilməz, hər ehtiyatımızı da görürük, qəti narahat olma, sənin yanında Təzəkənd yeznəsi və ağası var, hə hə odu, deyir atsın, o monitorda pul görükür a onun şəklin çəkib niyə atmadın, bi dənə zəhmət olmasa atova denən Miri dedi mənlə əlaqə yaratsın, zəng eləsin, bu axırıncı axşamkı təsdiqdi, vətəndaşların həmin verdiyim sənədin təsdiqidi, gedib yoxlatdırıblar, təsidiq olunub bu ayın 16-18 pensiya alacaqlar, sənin bu suallarına işdən sonra cavab verəcəm, həkimin də səsini atacam, sənin səslərini atdım həkimə, qulaq as sualın olsa axşam qalanın danışarıq, şəhərdəyəm işdəyəm. zavoddayam, saat 7-8-də həmsöhbət olacağıq, sistemdən pozulandan sonra 6 ay sonra bir də sistemə sala bilərlər, düzəlmək ehtimalına görə, inanır deyəndə mənim onun yanında daveriyan var, dövlətin oğlu onun yanında nüfuzdan saldığı üçün yəni səhəri günün işimizdə tormozlanma olmasın, Naib ikinci qrup beş illik istəyirsiz ya ömürlük istəyirsiz, bunu de mənə, bu haqda səs at mənə, əgər razısınsa bu vətəndaşın nömrəsini də atın, kod gələcək, ora həmin vətəndaşın nömrəsi olmalıdı, verirsən ver işləsin, vermirsənsə özün bilərsən, Naib işdən evə gedirəm, evə çıatıb sənlə danışacam, Neftçilərdən Yasamala gedirəm, xahiş edirəm qohumun bilməsin, təsdiq sənədin sabah 10-11-ə kimi atacaq mənə, həm qeydiyyatdı, həm də ki bunun kod nömrəsidi, başa düşdün təsdiq edəcək, sabah da saat onda təsdiq edəcək ötürəcək, mən də sizə atacam Bundan başqa, CD diskə baxış zamanı X272 Bayramova göndərdiyi fotoşəkillərə baxarkən X157 xəstəliyi haqqında ona məlumatın göndərilməsi, Naib Bayramovun tibbi sosial ekspert komissiyasından sonuncu müayinəyə dair bildiriş verilməsi, üzərində **********400114 nömrəsinin olduğu “Kapital Bank” tərəfindən verilmiş bank kartının fotoşəkilinin, ödəmə terminalının üzərində Q...S....A kimi yazılmış 416973......0114 nömrəsinin olduğu bank kartının yığılmasını özündə əks etdirən fotoşəkilin olması, həmin bank kartına xx.xx.2022-ci il tarixdə saat 21:20 dəqiqədə Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-də olan "xxxx" ödəmə terminalı vasitəsilə 1600 ( bir min altı yüz) manat pulun köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin olması, habelə X36 tibbi sosial ekspert komissiyasından sonuncu müayinəyə dair bildiriş verilməsi, xx.xx.2022-ci il tarixdə saat 13:25 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”də olan "xxxx" ödəmə terminalı vasitəsilə 1500 (bir min beş yüz) manat pulun üzərində Q...S....A kimi yazılmış 416973......0114 nömrəsinin olduğu bank kartına köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin olması müəyyən edilmişdir. Naib Bayramov təqdim etdiyi CD disk və həmin CD diskə baxış keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-4\2-27685\2023 nömrəli məktubundan göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “ Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyətinin qiymətləndirilməsi vətəndaşların iştirakları olmadan tibb müəssisələrinin göndərişləri əsasında Agentliyin Tibbi-sosial ekspert komissiyaları tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ( MEİS) əlillik altsistemi vasitəsilə aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən: X185 (FİN 49FQ7X5) təyin olunmuş ikinci dərəcəli əlillik təyinatı xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, təyaina müddətinin başa çatdığı tarixdən sonra N.Bayramova dair sonuncu dəfə Cəlilabad RMX tərəfindən rəsmiləşdirilmiş göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. X62 (FİN 3DH32LY) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, təyinatın müddətinin başa çatdığı tarixdən sonra Q.Bayramova dair yeni göndəriş rəsmiləşdirilməmişdir. X83 (FİN21KBATH) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, müddətinin başa çatdığı tarixdən sonra Ş.Fərzəliyevaya dair yeni göndəriş rəsmiləşdirilməmişdir. X26 (FİN 0W74Z9S) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra A.Fərzəliyevə dair sonuncu dəfə Cəlilabad RMX tərəfindən rəsmiləşdirilmiş göndəriş xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. X65 (FİN 0YBST9U) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra Biləsuvar Cəlilabad RMX tərəfindən rəsmiləşdirilmiş göndəriş xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır. X101 (FİN 7SJPYCS) təyin olunmuş sağlamlıq imkanlarının məhdudluğuna dair qərar xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdıqdan sonra Z.Qarayevə dair yeni göndəriş rəsmiləşdirilməmişdir. Bundan başqa, həmin məktubda göstərilmişdir ki, adları qeyd edilən şəxslərin hazırda aktiv əlillik təyinatı yoxdur, həmçinin təqdim olunmuş əlilliyə dair elektron çıxarışlarda təyinat müddətinin müddətsiz kimi göstərilməsi, çıxarışlarda çap tarixinin qeyd olunmaması və Forma 88-in nömrəsinin qeyd olunmaması onların həqiqiliyinə dair əsaslı şübhələr yaratmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli 5\1518 nömrəli sənədlərin texniki ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi haqqında X235, X92, X126, X51 və X37 adına olan sənədlərdəki “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünün montaj edilərək hazırlanması ehtimal olunur. X76 adına olan sənədin surətindəki çap yazıları qeyri-dəqiq və səliqəsiz olduğundan həmin sənədin tədqiqatı aparılmamışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin Tabeliyində DSMF-nun 2 saylı X12 daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1\2-252795\2023 nömrəli məktubda göstərilmişdir ki, X90, X45, X111, X208, X33, X51, X126, X102, X124, X141, X125,X158, X159, X241, X240, X239, X235, X160, X66, X150, X130, X209 şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almırlar. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından əldə edilmiş məlumata əsasən 1 ABŞ dollarının xx.xx.2023-cü il tarixə olan dəyəri 1,70 manat (bir manat 70 qəpik) təşkil etmişdir. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X109 Şöbəsindən xx.xx.2023-cü il tarixli 3-13-69\1-28802\23 nömrəli mətktubla daxil olmuş əmrlərin surətində görünür ki, X184 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında MMX üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin “a” bədində əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə zərərçəkmiş şəxs X99 xx.xx.2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək X113 ona qarşı dələduzluq edərək ələ keçirdiyi 1200 ( bir min iki yüz) manat pulunu qaytarmaqla dəymiş ziyanı ödəməsini, buna görə də Akif Qasımovdan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X187 xx.xx.2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək X113 ona qarşı dələduzluq edərək ələ keçirdiyi 1200 (bir min iki yüz) manat pulunu qaytarmaqla dəymiş ziyanı ödəməsini, buna görə də Akif Qasımovdan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X94 xx.xx.2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək X113 ona qarşı dələduzluq edərək ələ keçirdiyi 4200 (dörd min iki yüz) manat pulunu qaytarmaqla dəymiş ziyanı ödəməsini, buna görə də Akif Qasımovdan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X51 xx.xx.2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək X205 və X161 ona qarşı dələduzluq edərək ələ keçirdikləri 6000 (altı min) manat pulunu qaytarmaqla dəymiş ziyanı ödəməsini, buna görə də Akif Qasımov və Vüsal Qasımovdan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X93 xx.xx.2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək X205 və X161 ona qarşı dələduzluq edərək ələ keçirdikləri 8400 ( səkkiz min dörd yüz) manat pulunu qaytarmaqla dəymiş ziyanı ödəməsini, buna görə də Akif Qasımov və Vüsal Qasımovdan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Bundan başqa, X94 xx.xx.2023-cü il tarixdə RPŞ-nə təkrar ərizə ilə müraciət edərək X113 ona qarşı dələduzluq edərək ələ keçirdiyi 4200 (dörd min iki yüz) manat pulun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə yazan zaman Akif Qasımovun ailə üzvlərinin həmin pulu ödəməsini, yalnız dəymiş ziyanı ödəyəcəklərinə dair yalandan söz verib onu aldatmalarını, buna görə də ona dəymiş ziyanın ödənilməməsini nəzərə alınmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X201 xx.xx.2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək X205 və X161 ona qarşı dələduzluq edərək ələ keçirdikləri 5500 (beş min beş yüz) manat pulunu qaytarmaqla dəymiş ziyanı ödəməsini, buna görə də Akif Qasımov və Vüsal Qasımovdan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X112 məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Akif Qasımovla barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs X234 məhəkəmə baxışı zamanı verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barşdığını, şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs X141 məhəkəmə baxışı zamanı verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barşdığını, şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs X203 məhəkəmə baxışı zamanı verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barşdığını, şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs X94 məhəkəmə baxışı zamanı verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barşdığını, şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs X111 məhəkəmə baxışı zamanı verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş 9000 manat ziyanın 650 manatının ödənildiyini, 8350 manatın isə ödənilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs X210 məhəkəmə baxışı zamanı verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində ona dəymiş 1500 manat ziyanın ödənilmədiyini, pulunun ödənilməsini tələb etdiyini, Akif Qasımovdan şikayətçi olduğunu göstərmişdir. Cəlilabad rayon Qarazəncir kənd İƏDÜN nümayəndə tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışda X177 kəndində qeydiyyatda olması göstərilmişdir. Ailə tərkibi haqqında eyni tərkibli arayışdan görünür ki, Akif Qasımov ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Akif Qasımovun kəndin xeyir-şər işlərində yaxından iştirak etməsi göstərilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X113 məhkumluğu yoxdur. İstintaq zamanı Akif Qasımov xx.xx.2023-cü il tarixdə tutulmuş, barəsində məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə həmin vaxğdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Akif Qasımovun öz övladı, xx.xx.2005-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan X182 tərbiyyə etmək vəzifəsini daşıdığı halda ona əldə edəcəkləri gəlirdən pay verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə və cinayətkar qrupa cəlb etməsi, ayrı-ayrı şəxslərə qarşı təkrar dələduzluq etməsi, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlaması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması və təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Akif Qasımovun əməli CM-nin 170.3, 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş və həmin maddələrlə təqsirli bilinib barəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəx Akif Qasımova cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Akif Qasımovun cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hseab edir ki, təqsirləndirilən şəxs Akif Qasımova Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2, 178.2.4 və 3201-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində cəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 06 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 70 (yetmiş) manat Akif Qasımovdan alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Bununla belə, iş üzrə cinayət zərərçəkmiş şəxslər X142 4100 manat, X190 200 manat, X29 500 manat, X73 8380 manat, X35 3100 manat, X186 700 manat, X131 1300 manat, X62 1500 manat, X185 1100 manat, X46 4350 manat, X58 1700 manat, X114 3950 manat, X143 1500 manat, X145 3700 manat cinayət nəticəsində dəymiş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X205 Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törəməkdə təqsirli bilinsin. Ona CM-nin 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X162 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X205 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. X113 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 06 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 70 (yetmiş) manat X103 alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. İş üzrə zərərçəkmiş şəxslər X142 4100 manat, X190 200 manat, X29 500 manat, X73 8380 manat, X35 3100 manat, X186 700 manat, X131 1300 manat, X62 1500 manat, X185 1100 manat, X46 4350 manat, X58 1700 manat, X114 3950 manat, X143 1500 manat, X145 3700 manat cinayət nəticəsində dəymiş maddi ziyanı X103 mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu (X162 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar